Azərbaycan Respublikası adından HÖKM Naxçıvan şəhəri İş № 1(078)-23/2024 04.04.2024 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Məmmədov Qabil Neymət oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi, dövlət ittihamçısı Naxçıvan Мuxtar Рespublikası Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi iştirakı ilə, xx xxxxxx 1974-cü ildə Culfa rayonu, Teyvaz kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, evli, orta təhsilli, fərdi qaydada usta işləyən, əvvəllər məhkum olunmamış, Culfa rayonu, Teyvaz kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanda yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə baxışı iclasında baxaraq müəyyən etdi: Məhkəmə istintağı zamanı məlum olmuşdur ki, Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgə əmlakını gizli talama məqsədilə 25 noyabr 2023-cü il tarixdə, saat təxminən 21 radələrində Naxçıvan şəhər dairəvi yolun 2.5-ci kilometrliyində yerləşən Şahid3 məxsus olan anbarın qapılarını açmış və anbarın içərisinə qanunsuz daxil olub oradan Zərərçəkmiş şəxs məxsus olan uzunluğu on metr, eni isə bir metr olan 29 ədəd bükümdə tol və 3 bağlam, hər birində 12 ədəd, ümumilikdə 36 ədəd köpük, tikinti materialları oğurlamaqla, ümumilikdə 1400 (min dörd yüz) manat dəyərində qeyd olunan əşyaları gizli yolla talayaraq oğurluq etmişdir. Hazırki cinayət işi üzrə məhkəmənin əsaslandığı sübutlar aşağıdakılardır. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs cinayətdə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 25 noyabr 2023-cü il tarixdə, saat 19 radələrində evdə imiş. Həmin gün ad günüsü olduğundan evdə spirtli içki qəbul edib. Sonra evdən çıxıb Dekor Qrupun yaxınlığında yerləşən Pub restorana getmiş və orada da içki qəbul etmişdir. Həmin axşam saat 21 radələrində restorandan çıxıb Dekor Qrupun yanındakı anbara gəlmiş. Həmin anbarda tikinti materiallarının olduğunu bilirmiş. Anbarın qarşısına gedib əvvəlcədən tanıdığı Şahid1 zəng vurmuş. Ona gəlib tolları aparmasını demiş. Şahlara tolları aparmamışdan təxminən 2-3 gün əvvəl Şahlara zəng vurub onda tol olduğunu deyibmiş. Həmin tolları pul lazım olduğu üçün satmaq istədiyini bildirmişdir. Şahlara zəng etdikdən təxminən 15 dəqiqədən sonra Şahlar idarə etdiyi ağ rəngli Mercedes markalı avtomobili ilə gəlmiş. Həmin vaxt evinin həyətində olan bir ədəd tolu Turalla birlikdə Şahların avtomobilinə yükləmiş. Sonra isə Şahlara tolların qalan hissəsinin həyətin aşağı hissəsində anbarda olduğunu demiş. Birlikdə anbara getmişlər. Elmar anbarın qapısını açmış. Şahlara avtomobilini anbarın işərisinə verməsini demiş. Tollar anbarda axırda sol küncdə divarın dibinə yığılmış vəziyyətdə imiş. Sonra Şahlar və Tural tolları avtomobilin baqajına yığmışlar. Həmin vaxtı orada neçə ədəd tolun olduğunu saymamış. Tolları avtomobilə yığanda Şahlar anbarın girişindən sol yan tərəfdə bağlamanın içərisində olan ağ rəngli köpükləri görüb, həmin köpükləri də istəmiş. Şahlara həmin köpükləri də götürüb aparmasını demiş. Həmin vaxtı orada 2 ədəd bütöv bağlamada və bir ədəd bağlamı açılmış halda olan köpük olduğunu bildirmiş. Şahların həmin köpükləri də götürüb avtomobilinin bağajına atdığını demiş. Sonra avtomobillə anbardan çıxaraq, X4 yanacaq-doldurma məntəqəsinin yanında yerləşən tikinti materialları satılan mağazasına getmişlər. Orada Tural tolları avtomobildən boşaltmış və mağazanın həyətinə yerə yığmışdır. Şahlar həmin vaxtı ona 80 manat pul çıxarıb vermiş. Sonra isə Şahlar təkrar onu gətirib anbarın yanına qoymuş. Sonra oradan çıxıb yaşadığı evə getmişdir. Həmin anbarın Şahid3 məxsus olduğunu bilirmiş. Əlini təxminən 10 ildir ki, tanıyırmış. Həmin anbarın düzəlməsində Elmarda iştirak edibmiş. Anbarın içərisində tikinti materiallarının olduğunu əvvəlcədən görübmüş. Həmin vaxt içkili olduğu üçün nə qədər tol oğurladığını bilməmiş. Pula ehtiyacı olduğundan oğurluq etmək qərarına gəlmiş. 25 noyabr 2023-cü il tarixdə restorandan çıxanda anbarı görüb içərisindəki tikinti materiallarını oğurlayıb satıb pul əldə etmək qərarına gəlibmiş. Şahlar və Turalın həmin tikinti materiallarının oğurluq olduğunu bilmədiklərini, tikinti materialların özünün olduğunu və pul lazım olduğu üçün satdığını demişdir. Törətdiyi əməldən peşmandır. Ona yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkən şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, təxminən 8-9 ay bundan əvvəl Naxçıvan şəhərində dairəvi yolun 2.5-ci km-də yerləşən Dekor Qrupun yanında olan yerdə dəmirdən anbar tikdirib. Həmin anbarı tanışı Şahid3 ilə birlikdə tikdirmişdir. Həmin anbar tanışı Əlinin mülkiyyətindədir. Əli onun şəriyidir və onunla bir yerdə işləyir. Ona görə də o tikintidən artıq qalmış materialları həmin anbara yığmışdır. 01 dekabr 2023-cü il tarixdə ona tol lazım olduğu üçün Əliyə zəng vurub deyibmiş. Əli də həmin anbara gedib baxıb və ona zəng vurub tolların oğurlandığını bildirmişdir. O da həmin vaxt bu barədə polisə məlumat vermişdir. Sonra isə anbara gedib baxmış. Əli ilə birlikdə həmin anbara tikinti materiallarını yığıbmış. O, anbara gedib baxan zaman, anbarın qapısının açıq olduğunu, tolların və köpüyün oğurlandığını görmüşdür. Oğurlanan tol və köpüklər təxminən 1400 manat dəyərində olduğunu bildirmişdir. Sonuncu dəfə həmin anbara təxminən noyabr ayının 16-sı getmişdir. Həmin vaxtı hər şey yerində imiş. Anbarı tikən zaman hər şeyi yerində imiş. Tolları təxminən 1 il bundan əvvəl Bakıdan almışdır. Köpüyü isə həmin vaxtı Naxçıvandan alıbmış. Anbardan 29 ədəd tol və 3 bağlam da köpük oğurlanmışdır. Oğurlanan tollar qara rəngli və bitumdan, yəni qırdan hazırlanmışdır. Tolun eni 1 metrdir və rulo şəklində imiş. Açıldıqda uzunluğu 10 metr olurmuş. Həmin tollardan anbarda 31 ədəd var imiş. Anbarda ikisi qalmış qalan 29 ədəd tol oğurlanmışdır. Köpüklər isə ağ rəngli olmaqla düzbucaqlı formasında imiş. 3 ədəd bağlamada imiş. Hər bağlamada 12 ədəd köpük olmaqla ümumilikdə 36 ədəd köpük olduğunu bildirmişdir. Təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlinə görə ondan şikayətçi deyil. Müvafiq qərar verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Şahid1 təxminən 20 gündür tanıyır. Şahlar onun yaşadığı evin yanında tikinti materialları satan bir mağaza açmışdır. Şahları oradan tanıyır. Təxminən bir həftə bundan əvvəl axşam saatlarında evdə imiş. Həmin vaxtı Şahlar ona zəng vurub, iş olduğunu deyib. Şahlardan işin nə olduğunu soruşmuş. Şahlar ona tol olduğunu, həmin tolları mağazaya gətirib boşaltmaq istədiyini deyib. Bir qədər sonra Şahlar idarə etdiyi ağ rəngli Mercedes markalı avtomobili ilə gəlib, onu yaşadığı evdən götürmüş. Həmin vaxtı Şahlarla birlikdə əvvəlcədən fəhlə kimi şəhərdən tanıdığı Elmarın evinə getmişlər. Həmin vaxt Elmarla birlikdə onun həyətində olan təxminən 3 ədəd ya da dörd ədəd tolu birlikdə Şahların avtomobilinə yığmışlar. Elmarın Şahlara tolun bir hissəsi evdə, qalan hisəssinin isə anbarda olduğunu demiş. Həmin anbar Dekor Qrupun yanında yerləşirmiş. Şahlar avtomobilini anbarın qarşısında saxlamış. Elmar avtomobildən düşüb anbarın qapısını açmış. Şahlar da avtomobilini anbarın içərisinə sürmüş. Şahlarla birlikdə avtomobildən yerə düşmüş. Həmin vaxtı Elmar anbarda sol yan tərəfdə divarın dibində olan tolları göstərib həmin tolları avtomobilə yığmalarını demiş. Həmin tolları Şahların avtomobilinin baqajına yığmağa başlamış. Yığdığı tolların dəqiq sayını bilməmiş, ancaq təxminən 20-dən çox tol var imiş. Tolları avtomobilə yığdıqdan sonra köpükləri də maşına atmış. Köpüklərin ağ rəngdə olduğunu, iki ədədi bağlamada, bir ədədi isə açıq vəziyyətdə olmuş. Köpüklər anbarda girişdən sol tərəfdə divara söykənmiş vəziyyətdə imiş. Anbarda tolları və köpükləri Şahların avtomobilinə yıqdıqdan sonra Şahların avtomobili ilə anbardan çıxmışlar. Şahların tikinti materialları satılan mağazasına gəlmişlər. Mağazada tikinti materiallarını Şahların avtomobilindən yerə boşaltmış. Sonra isə Şahlar ona 10 manat pul vermiş. Pulunu alıb yaşadığı evə getmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs 2016-ci ildən tanıyır. Eminlə birlikdə ticarət fəaliyyəti ilə məşğul olur. 2023cü il tarixdə Naxçıvan şəhərində dairəvi yolun 2.5-ci km-də yerləşən Dekor Qrupun yanında olan ərazidə dəmirdən anbar tikdirmişdir. Həmin anbarı Zərərçəkmiş şəxs ilə birlikdə tikdirmişdir. Həmin anbar onun mülkiyyətindədir. Emin onun şəriyi və onunla bir yerdə işləyir. Eminlə birlikdə həmin anbara tikinti materialları yığmışdır. Tol lazım olduğu üçün anbardan tol götürməyə getmişdir. Həmin vaxt o, anbarda tolların yerində olmadığını görmüşdür. Eminə zəng edərək tolların yerində olmadığını, oğurlandığını demişdir. Tolların oğurlandığını dedikdən sonra Emin polisə zəng edərərk tolların oğurlandığını bildirmişdir. Eminin özü də anbara gəlib baxmışdır. Anbara yığdıqları tollardan iki ədədi qalmışdır. Anbara əvvəlcədən 31 ədəd tol yığmışdır. Anbardan 29 ədəd tol və üç bağlam köpüyün oğurlandığını, sonuncu dəfə köpüklər oğurlandıqdan təxminən beş gün əvvəl anbara baxmağa gedən zaman tolların və köpüklərin anbarda olduğunu bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 2013cü ildən fərdi şəkildə torpaq sahələrində ev tikib satır. Həmçinin təmir-tikinti işlərilə də məşğul olur. Bundan əlavə, təxminən bir ay bundan əvvəl Naxçıvan şəhərində İpək Yolu yanacaqdoldurma məntəqəsinin yaxınlığında yerləşən Dəmir İnşaat MMC-nin tikinti material satış yerini açmışdır. Təqsirləndirilən şəxs təxminən 2 ildir ki, tanıyır. Elmarı tikinti ustası kimi tanıyırmış. Təxminən 15 gün bundan əvvəl Elmar onunla şəhərdə Türk Məscidinin yanında ona deyib ki, satdıq tol var. Elmardan nə tol olduğunu soruşub. Elmar bir nəfərə işlədiyini, pulun əvəzində ona tol verdiklərini, onu satmağı üçün ona verəcəyini deyibmiş. Elmara ehtiyacı olmadığını bildirmişdir. Sonra ona tol lazım olduğu üçün Elmara zəng vurmuş. Elmar da ona nə qədər tol istəsə olduğunu, gəlib həyətindən aparmasını demişdir. Elmardan tolun qiymətini soruşmuş. Elmar bir ədəd tola görə iyirmi manat pul istəmişdir. Elmara tolu baha qiymətə satdığını demişdir. Bir müddət sonra Elmar ona zəng edərək, pul lazım olduğu üçün tolları satdığını demiş. O da əvvəlcədən tanıdığı Turala zəng edərək Elmar adlı şəxsdə tol olduğunu, həmin tolları gətirməyini demiş. Həmin vaxt Tural içkili olduğunu, motosiklet sürə bilmədiyini demiş. Sonra Elmar ona zəng vurub gəlib-gəlmədiyini soruşmuş. Turalı da götürərək özünün idarə etdiyi, ağ rəngli Mercedes GL markalı **-BX-*** dövlət nömrə nişanlı avtomobillə Elmargilin evinə tərəf yola düşmüş. Elmargilin evinə çatdıqdan sonra Elmar və Tural tolları onun avtomobilinin baqajına qoymuşlar. Elmar tolun qalan hissəsinin aşağı həyətdə olduğunu demiş. Onlar birlikdə Elmarın dediyi yerə getmişlər. Dekor Qrupun yanında olan anbara çatdıqdan sonra Elmar avtomobildən düşüb anbarın qapısını açmış. Ona avtomobili anbarın içərisinə sürməsini demiş. O da avtomobili anbarın içərisinə sürmüş. Elmar həmin vaxt sol yan tərəfdə divara dayanmış tolların onun olduğunu demiş. Elmar və Tural tolları avtomobilin baqajına yığmışlar. Avtomobillə anbardan çıxanda giriş qapısının yanında köpüklərin olduğunu görmüş. Elmardan həmin köpükləri satıb-satmadığını soruşmuş. Elmar da köpükləri də satdığını demiş. Elmardan köpüklərin qiymətini soruşmuş. Elmar isə ona köpükləri pay olaraq verdiyini demiş. Elmar 2 ədəd bütöv bağlamda və 1 ədəd bağlamı açıq olan köpükləri avtomobilimin baqajına yığmış. Elmarı da avtomobilə mindirmiş. Onlar birlikdə inşaat materialları satdığı mağazaya gəlmişlər. Orada həmin tolları və köpükləri avtomobilimdən endirmiş. Elmara səksən manat pul vermiş. Sonra təkrar Elmarı avtomobilinə mindirib onu yaşadığı evin yaxınlığına gətirmiş. Elmar avtomobildən düşüb getmişdir. Elmardan aldığı tolların və köpüklərin oğurluq olduğunu bilmirmiş. Elmar ona 21 ədəd tol və 2 bağlam, bir bağlamı açıq formada olan köpük satmışdır. Elmarı həyətində nə qədər tol olduğunu görməmiş. Həmin vaxt tolları Elmar və Tural avtomobilə yığmışlar. Elmardan həmin tolları alıb, üstünə əlavə pul qoyaraq satıb qazanc əldə etmək istəmişdir. Elmarın ona 21 ədəd tol verdiyini, qalan səkkiz ədəd toldan xəbəri olmadığını bildirmişdir. İş materiallarına əlavə edilmiş: 25 yanvar 2024-cü il tarixli, 06 nömrəli ekspert rəyində, Rusiya istehsalı, uzunluğu 10 metr, eni 1 metr, qalınlığı 2 mm olan 29 ədəd ipli tolun orta bazar qiymətinin 1044 manat, 3 bağlam hər birində 12 ədəd olmaqla, ümumilikdə 36 ədəd hər birinin uzunluğu 100 sm, eni 50 sm, qalınlığı 4 sm olan ağ rəngli köpüyün orta bazar qiymətinin isə 43.20 manat olduğu qeyd olunmuşdur. 18 ədəd tol və iyirmi beş ədəd köpük cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən olunmasına köməklik etdiyindən cinayət işi üzrə maddi sübut hesab edilmiş, saxlanılması üçün Naxçıvan ŞPİ-nin maddi sübutların saxlanc otağına saxlanılmaya verilmiş və maddi sübut kimi tanınmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 13.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 63.1-ci maddəsinə əsasən, hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən, Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur. İnsan Hüquqlarının və X2 haqqında Avropa Konvensiyasının 5.1-ci maddəsinə əsasən, hər kəsin azadlıq və şəxsi toxunulmazlıq hüququ vardır. İnsan Hüquqlarının və X2 haqqında Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 2.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir. 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 264-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 66-cı maddəsinə uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2004-cü il tarixli qərarında göstərilmişdir ki, cəmiyyət üçün ağır nəticələrə səbəb olan və qarşısı digər hüquq normaları ilə alınması mümkün olmayan ictimai təhlükəli əməl üçün cinayət məsuliyyəti müəyyənləşdirməkdə dövlət haqlıdır. Bu, insan hüquqlarının, xüsusilə də zərərçəkmiş şəxsin hüquq və qanuni mənafelərinin müdafiəsi baxımından mühüm əhəmiyyət kəsb edir. Cinayət məsuliyyətinin müəyyən edilməsi və cinayət törətmiş şəxsin cəzalandırılması hər bir hüquqi dövlətdə insan hüquqlarının müdafiə edilməsinin üsullarından biridir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 48-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2004-cü il tarixli qərarında göstərilmişdir ki, cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır. Cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 138.1-ci maddəsinə əsasən, sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. 143.1-ci maddəsinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. 144-cü maddəsinə görə, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması məhkəmə istintaqı zamanı tam sübuta yetirilmiş və Təqsirləndirilən şəxs törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə tövsif olunmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsinin “Qeyd” hissəsinin:
1. Bu Məcəllənin 177.1, 178.1 və 179.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı, lakin beş min manatdan artıq olmayan məbləğdə ziyan vurulduğu hallarda yaranır. Bu Məcəllənin 177.2.1-177.2.3-2, 177.2.5 və 177.3.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə yüz manatdan yuxarı məbləğdə ziyan vurulduğu hallarda yaranır.
2. Bu Məcəllənin 177-182-ci, 185-187-ci və 189-1-ci maddələrində “xeyli miqdar” dedikdə, beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğ, “külli miqdar” dedikdə əlli min manatdan yuxarı, lakin beş yüz min manatdan artıq olmayan məbləğ, “xüsusilə külli miqdar” dedikdə beş yüz min manatdan yuxarı olan məbləğ başa düşülür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” xx.xx.2015ci il tarixli qərarında göstərilmişdir ki, cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmış əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. İşin məhkəmə tərəfindən müəyyən olunmuş hallarından göründüyü kimi, aparılmış istintaq zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgə əmlakını gizli talama məqsədilə 25 noyabr 2023-cü il tarixdə, saat təxminən 21 radələrində Naxçıvan şəhər dairəvi yolun 2.5-ci kilometrliyində yerləşən Şahid3 məxsus olan anbarın qapılarını açmış və anbarın içərisinə qanunsuz daxil olub oradan Zərərçəkmiş şəxs məxsus olan uzunluğu on metr, eni isə bir metr olan 29 ədəd bükümdə tol və 3 bağlam, hər birində 12 ədəd, ümumilikdə 36 ədəd köpük, tikinti materialları oğurlamaqla, ümumilikdə 1400 (min dörd yüz) manat dəyərində qeyd olunan əşyaları gizli yolla talayaraq oğurluq etmişdir. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar olmadığından o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək, barəsində qanuni və ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2012-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Qanunverici CM-in 59.1.1- 59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Başqa sözlə, cəza “talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli qərarında göstərilmişdir ki, “Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Bununla yanaşı məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. CM-nin 59-cu maddəsi ilə cəzanı yüngülləşdirən halların sayı məhdudlaşdırılmadığından cəza təyini zamanı həmin maddədə nəzərdə tutulmamış hallar da cəzanı yüngülləşdirici hallar qismində nəzərə alına bilər.” Təqsirləndirilən şəxs səmimi etirafı, əməlindən peşman olması cəzasını yüngülləşdirən hal kimi müəyyən edilmişdir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 15.3-cü maddəsinə əsasən, bu Məcəllə ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər hesab olunur. 177.2 və 177.2.3-cü maddələrinə əsasən, oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə, bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə belə hesab edir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə qeyd olunanları nəzərə almaqla, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, təqsirləndirilən şəxsin barəsində cəzasını yüngülləşdirən halları, həmçinin cinayət əməlinin törədilməsi hallarını və zərərçəkmiş şəxsin onun barəsində şikayətçi olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmədən islah etmək mümkündür və ona görədə onun təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinin sanksiyalarında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 04 dekabr 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 06 dekabr 2023-cü il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə ittiham elan edilərək təqsirləndirilən şəxs qismində cəlb edilmiş, 06 dekabr 2023-cü il tarixdə barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. 03 fevral 2024-cü il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə yeni məzmunda ittiham verilmişdir. Məhkəmə Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlanıldığı 2 gün müddət 1 günə 2 gün hesablanmaqla 4 gün hesablanmaqla 4 gün təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla qəti cəza müəyyən edilməsini əsaslı hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azadlığın məhdudlaşdırılması növündə cəzanın əvvəli Təqsirləndirilən şəxs cəzasının icrası faktiki yaşadığı ünvan 1 ünvan üzrə Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinə həvalə edilməli və cəzaçəkmə müddətinin əvvəli həmin orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs üzərinə gün ərzində saat 23:00-dan 07:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitəni işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Culfa rayon ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirmək, həmçinin onun üzərinə kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. İş üzrə maddi sübut olan Naxçıvan Şəhər Polis İdarəsinin maddi sübutların saxlanc otağında saxlanılan 18 ədəd tol və iyirmi beş ədəd köpük hökm qanuni qüvvəyə mindikdən sonra Zərərçəkmiş şəxs qaytarılmalıdır. İş üzrə mülki iddianın olmaması və xüsusi müsadirə tətbiq olunmalı əmlakın müəyyən olunmaması nəzərə alınsın. İş üzrə ekspertiza xərci yoxdur. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Naxçıvan Şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Naxçıvan Şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 50 saata görə 300 manat Azərbaycan Respublikasının dövlət büdcəsi hesabından Naxçıvan Şəhər Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 44.1, 197-198, 344- 347, 349, 351-353, 356, 358, 381, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə
hö k m e t d i:
Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Мəcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 1 (bir) il 1 (bir) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu 2 gün 1 günə 2 gün hesablanmaqla 4 gün təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla qəti olaraq 1 (bir) il 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs üzərinə gün ərzində saat 23:00-dan 07:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitəni işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Culfa rayon ərazisini tərk eməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirmək, həmçinin onun üzərinə kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Azadlığın məhdudlaşdırılması növündə cəzanın əvvəli Təqsirləndirilən şəxs cəzasının icrası faktiki yaşadığı yer ünvan 1 ünvan üzrə Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinə həvalə edilməli və cəzaçəkmə müddətinin əvvəli həmin orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Cəzanın icrası Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. İş üzrə maddi sübut olan Naxçıvan Şəhər Polis İdarəsinin maddi sübutların saxlanc otağında saxlanılan 18 (on səkkiz) ədəd tol və 25 (iyirmi beş) ədəd köpük hökm qanuni qüvvəyə mindikdən sonra Zərərçəkmiş şəxs qaytarılsın. İş üzrə mülki iddianın olmaması və xüsusi müsadirə tətbiq olunmalı əmlakın müəyyən olunmaması nəzərə alınsın. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Naxçıvan Şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 50 (əlli) saata görə 300 manat Azərbaycan Respublikasının dövlət büdcəsi hesabından Naxçıvan Şəhər Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu vaxtdan, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətinə Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Hakim Qabil Məmmədov.