Məhkəmə qərarları › İş №1(078)-24/2024

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Hökm — İş №1(078)-24/2024

25.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Naxçıvan şəhəri İş № 1(078)-24/2024 25.09.2024 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Əliyeva Gülsüm Kamal qızının sədrliyi, X7 məhkəmə iclas katibliyi, Dövlət ittihamçısı, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi, təqsirləndirilən şəxs və həmçinin cinayət işi üzrə mülki cavabdeh Təqsirləndirilən şəxs və zərərçəkmiş şəxs və həmçinin cinayət işi üzrə mülki iddiaçı X3 iştirakları ilə, xx.xx.1998-ci il tarixdə Babək rayon Güznüt kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işsiz, subay, əvvəllər məhkum olunmayan, Babək rayon Güznüt kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə, m ü ə y y ə n e t d i: Azərbaycan Respublikasının Prokurorluğu Naxçıvan Muxtar Respublikası Naxçıvan Şəhər Prokurorluğu tərəfindən göndərilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi 23 fevral 2024-cü ildə Naxçıvan Şəhər Məhkəməsinin icraatına daxil olmuşdur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cinayət işinin başlanmasına səbəb Təqsirləndirilən şəxs tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə İnstagram sosial şəbəkəsində baxıcı_nl və baxma_666 adlı baxıcı səhifələrini sındıraraq hesabları ələ keçirib həmin hesablar vasitəsilə əvvəlcədən tanıdığı X8 ilə İnstagram sosial şəbəkəsi vasitəsilə əlaqə saxlayaraq özünü baxıcı kimi tanıdıb ayrı-ayrı məqsədlər üçün ona yalan vədlər verərək özünə inandırıb müxtəlif vaxtlarda müxtəlif məbləğlər olmaqla ümumilikdə 36250 manat pulunu kart vasitəsilə ələ keçirərək dələduzluq etməsi faktı, əsas isə toplanmış təhqiqat materialı olmuşdur. Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə xeyli miqdarda özgənin əmlakını ələ keçirərək dələduzluq etmişdir. Belə ki, o, tamah niyyəti ilə etibardan suiistifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə İnstagram sosial şəbəkəsində baxıcı_n1 və baxma_666 adlı səhifələrindən əvvəlcədən tanıdığı X8 ilə əlaqə saxlayaraq və özünü falçı kimi təqdim edərək onu aldatmaqla 2023-cü ilin iyun ayından başlayaraq vahid niyyətlə X3 36250 manat pulunu müxtəlif vaxtlarda köçürmə yolu ilə və nağd formada ələ keçirərək nəticədə zərərçəkmiş şəxs X4 36250 manat, yəni xeyli miqdarda maddi ziyan vurmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs və həmçinin cinayət işi üzrə mülki cavabdeh qismində dindirilmiş Təqsirləndirilən şəxs ifadəsində İnstagram sosial şəbəkəsində mmdli.75 adlı hesabı olduğunu, həmin hesabı 2019-cu ildən istifadə etdiyini, həmin hesabın aktiv olduğunu, başqa aktiv hesabı olmadığını, özünün hakerlik bacarığı olduğunu, kompüter və telefonların sistemini analiz edə bildiyini, şəxsi profilləri və ya hər hansı hesabları sındırmağı bacardığını, 2023-cü ilin may ayında Yeganə Binyətzadə ilə İnstagram sosial şəbəkəsində tanış olduğunu, X13 Kollecdə təhsil alan zaman gördüyünü, o vaxtdan onu tanıdığını, lakin İnstagram sosial şəbəkəsi vasitəsilə münasibət yaratdıqlarını, Yeganə Binyətzadə ilə tanış olduğu müddətdə onunla sevgili münasibətində olduqlarını, sevgili münasibəti olan zaman Yeganə ilə danışıb görüşdüklərini, Yeganə ilə Naxçıvan şəhərində yerləşən Zümrüd kafedə və Ordubad rayon Su Səsi restoranında görüşdüklərini, bir müddət keçdikdən sonra 2023-cü ilin iyun ayının əvvəlləri Yeganənin evləri tərəfdə olan ağaclıq ərazidə telefonunda şəkil göstərərək “mən bu şəxsi sevirəm və səndən ayrılıram” dediyini, beləcə sevgili münasibətilərinin sona çatdığını, birlikdə dost qalmağa qərar verdiklərini, Yeganənin istifadəsində binyatzada, saudabe777 və makeup_yl adlı İnstagram hesabları olduğunu, 2023-cü ilin iyun ayında Yeganənin istifadəsində olan saudabe777 və makeup_yl adlı İnstagram hesablarını sındırıb yazışmalarını oxuduğunu, profilinə ondan xəbərsiz baxdığını, Yeganənin hesabına baxanda onun baxıcılarla yazışdığını və həmin baxıcılara Yeganəyə verdiyi məlumatlara görə Yeganənin pul göndərdiyini gördüyünü, özü “şəxsi bacarığımdan istifadə edib baxıcı səhifələrini sındırıb, Yeganə ilə yazışım və baxıcı adı ilə Yeganədən pul alım” deyə düşündüyünü, bu düşüncə ilə Yeganənin yazışdığı baxıcı səhifələrini sındırmağa başladığını, Yeganənin yazışıb pul göndərdiyi baxıcı hesablarından birini qırıb səhifəyə daxil olduğunu, həmin səhifənin adının “baxıcı_nl” olduğunu, həmin baxıcı hesabı ilə Yeganəylə danışaraq özünü, yəni Abbası ona təriflədiyini, sonra Yeganənin ona, yəni baxıcı səhifəsinə “mən Abbasla yox Vəli və Musa adlı şəxslərlə sevgi münasibəti qurmaq üçün əməl etdirmək istəyirəm” yazdığını, Yeganəyə hesabını ələ keçirdiyi baxıcı səhifəsinə yazaraq Abbasın xəstə olduğunu bildirdiyini, Yeganəyə “500 manat ver əməl edim sağalsın” yazdığını, Yeganənin pulunun olmadığını bildirdiyini, ona başqa baxıcıya yönləndirəcəyini və həmin baxıcının 15 gün gözləyəcəyini bildirdiyini, “BAXMA_666” baxıcı səhifəsi ələ keçirib Bahar adı ilə həmin hesabla Yeganə ilə danışdığını, Abbası sağaltmaq adı ilə Yeganədən 500 manat pul aldığını, özünə məxsus “mmdli_75” hesabı ilə Yeganə ilə danışıb ona sağaldığını yazdığını, təkrar Yeganə Musa adlı şəxslə birlikdə olmaq üçün baxıcı səhifəsinə yazdığını, Yeganənin Musa ilə aralarını düzəltmək adı ilə 1000 manat pulunu aldığını, Yeganənin pulları özünə məxsus kartlara göndərdiyini, Vəli adlı şəxslə həyat yoldaşını ayırmaq üçün 3000 manat pulunu aldığını, Musa ilə Vəlinin bir-birlərini əvvəlcədən tanıdıqlarını, lakin Yeganənin həmin şəxslərin bir-biriləri tanımasınlar deyə baxıcı səhifəsinə yazıb əməl elətdirmək istədiyini, Yeganəyə “elə edərəm ki, tanımazlar” yazdığını və qarşılığında 2000 manat pul istədiyini, Yeganənin də həmin pulu özü kartına göndərdiyini, baxıcı səhifəsində Yeganə ilə iş barəsində danışdığını, Yeganənin ona işləmədiyini yazdığını, baxıcı səhifəsində Yeganəyə Abbasın onu işə düzəldəcəyini bildirdiyini və Abbasa yazmasını dediyini, bir qədər keçdikdən sonra Yeganənin +99***-***-**-** nömrəsindən Whatsapp üzərindən yazaraq “məni işə düzəldə bilərsən” dediyini, Yeganəyə “düzəldərəm” deyərək ondan sənədləri hazırlamağını istədiyini, Yeganənin hazırladığı kompüter şəhadətnaməsi, kollec diplomu, tərcümeyi hal, şəxsiyyət vəsiqəsi və anketi Yeganənin yaşadığı evin yanından gedib götürdüyünü, təkrar Yeganə Musa adlı şəxsin həyatında bir Nərmin adlı qızın olduğunu baxıcı səhifəsinə yazaraq Nərmini Musadan ayırmağını istədiyini, Yeganədən onları ayırmaq üçün 200 manat pul istədiyini, kart hesabına 200 manat pul göndərdiyini, təkrar Yeganədən bu üsulla xx.xx.2023-cü il tarixdə 4169 7388 4669 7831 kart nömrəsinə 10 manat, xx.xx.2023-cü il tarixdə 90 manat, xx.xx.2023-cü il tarixdə 4169 7388 4669 7831 nömrəli kart hesabına yenidən 720 manat, xx.xx.2023-cü il tarixdə 300, 200 və 700 manat, xx.xx.2023-cü il tarixdə 5417 3548 0383 0394 kart nömrəsinə saat 21:59-da 1400 manat, 5417 3548 0383 0394 kart nömrəsinə saat 23:24 dəqiqədə 300 manat, xx.xx.2023-cü il tarixdə saat 21:18-də 5417 3548 0383 0394 kart nömrəsinə 1000 manat, saat 21:19-da 1000 manat, saat 21:20-də 1000 manat, saat 21:23-də 500 manat, xx.xx.2023-cü il tarixdə 5417 3548 0383 0394 kart nömrəsinə saat 10:09-da 1000 manat, saat 10:10-da 480 manat, xx.xx.2023-cü il tarixdə saat 21:27-də 1800 manat, xx.xx.2023-cü il tarixdə saat 19:10-da **********697831 nömrəli kart hesabına 1800 manat, xx.xx.2023-cü il tarixdə saat 10:45-də 5417 3548 0383 0394 kart nömrəsinə 2000 manat, xx.xx.2023-cü il tarixdə saat 13:01-də 4169 7388 4669 7831 nömrəli kart hesabına 50 manat, xx.xx.2023-cü il tarixdə saat 00:12-də 5417 3548 0383 0394 kart nömrəsinə 33 manat, saat 19:09-da 1490 manat, xx.xx.2023-cü il tarixdə saat 19:20-də 5417 3548 0383 0394 kart nömrəsinə 1990 manat, xx.xx.2023-cü il tarixdə saat 19:11 -də 5417 3548 0383 0394 kart nömrəsinə 2350 manat, saat 19:13-də 20 manat, xx.xx.2023-cü il tarixdə saat 20:00-da 4169 7388 4669 7831 nömrəli kart hesabına 5000 manat pul yüklətdiyini, sonda Yeganəyə iş məsələsinin alınmadığını bildirdiyini, Yeganə Universitetə qəbul olduğunu və verdiyi sənədlərin lazım olduğunu dediyini, sənədləri Texniki kollecin yanında olan ərzaq mağazasına qoyduğunu, Yeganənin “sənədləri özüm götürəcəm” dediyini, Yeganəni baxıcı adı ilə aldadaraq kart vasitəsilə 20000 manata yaxın pulu aldığını, Əyləncə Mərkəzində işləyən Gülü adlı ofisiant xanımın 1000 manat saçına, 1000 manat borclarına, 695 manat makyaj borcuna, 120 manat dodağına xərclədiyini, 120 manat aptekə, 200 manat kartına göndərdiyini, 295 manat Oksana gözəllik salonuna, 110 manat tatosuna, 280 manat bjuteriyaya, 30 manat ərzaq mağazasına verdiyini, Araz kafedə işləyən Sara adlı ofisiant xanıma 140 manatı əlbəəl verdiyini, 400 manat saçına, 100 manat saçı qoydurmağına, 80 manat gözəllik salonuna verdiyini, Fab kafedə işləyən Ela (İlkanə) adlı ofisiant xanımın xərclərinə 500 manat verdiyini, Qədim Dünya restoranında işləyən İnci adlı ofisianta 20 manat verdiyini, özünün yeyib-içməyinə 300 manat və özünə 3350 manata iphone 14 pro max telefonu aldığını, “Azpulmata” olan 150 manat borcunu, kapital banka olan aylıq kredit borcu 142 manatı ödədiyini, nənəsinin rəfiqəsi Leylana olan 100 manat borcunu verdiyini, İğdır şəhərinə alışverişdə və oradan tanıdığı bir xanımla istirahətinə 1000 manat xərclədiyini, dostu Məhərrəm adlı şəxslə İğdıra gedib 400 manat xərclədiyini, telefonlarını düzəltmək üçün 450 manat pul xərclədiyini, nəticədə 4169 7388 4669 7831 nömrəli kart hesabında 3461 manat pul qaldığını, Yeganədən başqa heç kimə dələduzluq etmədiyini, ilk dəfə baxıcı adı ilə Yeganəni aldadıb pulunu aldığını, Yeganənin səhifəsinə daxil olanda onun baxıcılarla danışdığını görüb, baxıcılara pul göndərdiyini bilib, bu yolla yəni baxıcı səhifələri ilə ona yazıb, Yeganənin pullarını aldığını, Yeganənin də onun bu hərəkətlərindən xəbəri olmadığını, vurduğu ziyanın 6000 manatını ibtidai istintaq dövrü, 24000 manatını da məhkəmədə işə baxılması zamanı qaytardığını, qalan 6250 manatı zərərçəkmişə ödəməyə razı olduğunu, həmin pulu hər ay 1000 manat olmaqla ödəyəcəyini, törətdiyi əmələ görə peşman olduğunu, bir də belə əməllərə yol verməyəcəyini bildirərək göstərdiklərini nəzərə alaraq onun barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Zərərçəkmiş şəxs və həmçinin cinayət işi üzrə mülki iddiaçı X8 ifadəsində təxminən 2023-cü ilin may ayında İnstagram sosial şəbəkəsindən baxıcı hesabından özünə mesaj gəldiyini, mesajı oxuyanda “mmdli.75” hesabını işlədən şəxsin özündən xoşu gəldiyini, hətta bir həftəyə özünə yazacaq öyrəndiyini, təxminən 3 gün keçdikdən sonra “mmdli.75” hesabından mesaj gəldiyini, mesajı oxuyanda “səndən xoşum gəlir” yazıldığını gördüyünü, təxminən bir gün sonra “mmdli.75” hesabın istifadəçisi Abbasla danışdığını, həmin şəxsə danışmaq istəmədiyini yazdığını və əlaqələri kəsildiyini, bir neçə gün keçdikdən baxıcı səhifəsini işlədən Firuzə xanım təkrar “Abbasla danışdın, necə oldu” soruşduğunu, özünün də rədd etdiyini yazdığını, hesabın istifadəçisi Firuzə xanımın “Abbasa yaz, Abbas sənin üzündən yaxşı deyil” yazdığını, bunun üstünə Abbasa İnstagram sosial şəbəkəsində yazdığını, necə olduğunu soruşduğunu, Abbas cavab vermədiyi üçün təkrar Firuzəyə yazıb “Abbasın cavab vermədiyini” bildirdiyini, Firuzə “mənə gözlə mən bir şey edəcəm o, sənə yazacaq” dediyini, təxminən 30 dəqiqə keçəndən sonra Firuzə “Abbas mənə yaxşı olmadığını qan qusduğunu bildirdi” yazdığını, Abbasa yazanda Abbas əl-üz yuma yerinin qanlı şəklini ataraq qan qaytardığını bildirdiyini, sonra baxıcı Firuzəyə yazaraq vəziyyəti ona bildirdiyini, Yeganəyə “mən sənə Abbası baxıcı dua yolu ilə yönləndirmişəm, sən yox dediyin üçün o belə olub” yazdığını, bu vəziyyəti düzəldəcəyini bildirib qarşılığında 1000 manat pul istədiyini, baxıcı səhifəsini ələ keçirən Abbasa “o qədər pulum yoxdur” yazdığını, pulun olmadığını bildirdikdən sonra baxıcı Firuzə İnstagram sosial şəbəkəsində özünü başqa bir hesaba yönləndirərək “bu xanım səni 15 gün gözləyəcək həmin müddətə pulu tapa bilərsən” yazdığını, adını xatırlamadığı hesaba yazdığını, həmin səhifəni işlədən şəxsin adının Bahar olduğunu, Bahar “həmin şəxsi yəni Abbası sağaldacağını və 15 gün sonra pulu verə biləcəyini” bildirdiyini, əgər pulu verməsə elədiyini pozacağını yazdığını, Baharla razılaşdığını, Baharla danışdığı günün səhərisi Abbas özünə yazaraq sağaldığını bildirdiyini, 15 gün keçməmiş yaşadığı evdən atası İsmayılın yataq otağında hamıya məlum olan şkafın gözündə olan salafanın içərisindəki puldan 1000 manat götürüb həmin Bahar adlı baxıcının verdiyi kart hesabına yüklədiyini, lakin kartın nömrəsini xatırlamadığını, baxıcı Bahar niyə işləmədiyini soruşduğunu, özünün də dövlət işinə girmək istədiyini bildirdiyini, Bahar “Abbasın mənə iş düzəldəcəyini, lakin mənim onu rədd etdiyim üçün işə düzəltmədiyini, Abbasa yaz işə düzəltsin” dediyini, Abbasa yazaraq danışdığını, işdən söhbət açıldığını, Abbas dövlət işinə düzəldəcəyini dediyini, iş ilə bağlı +99***-***-**-** nömrəsindən Whatsapp üzərindən danışmağa başladıqlarını, Abbasın istədiyi sənədləri yaşadığı ünvan tərəfdə Abbasa verdiyini, Abbasa tərcümeyi hal, anket, 4 ədəd şəkil, kompüter diplomu, attestatı və kollec diplomunu verdiyini, Abbasın özü ilə görüşmək istədiyini, özünün də Abbası rədd etdiyini, lakin Abbas bezdirdiyi üçün və sənədləri onda olduğu üçün Bahar adlı baxıcıya yazıb Abbasla aralarında olanları danışdığını, Bahar “Abbasa elə əməl cadu edim, yalnız səninlə iş barəsində danışsın” dediyini, bunun üçün Bahar 3000 manatdan çox pul istədiyini, onunla razılaşdığını, Bahar adı ilə danışan Abbasın “birinci pulu ver sonra əməl edim” dediyini, Baharla danışdıqdan sonra pulu göndərmək üçün Abbasa yazdığını, ona “pul var karta vurmalısan” dediyini, Abbasın da yaşadığı ev tərəf gələrək özündən pulu aldığını və verdiyi kart nömrəsinə göndərdiyini, pulu göndərdikdən sonra Baharın pulun köçdüyünü bildirdiyini, beləcə Abbasın özü ilə yalnız iş barəsində danışdığını, özü yazmasa, yazmadığını bildirdiyini, bundan sonra Abbasın ümumiyyətlə özünə yazmadığını, ona zəng etsə də, Abbasın 3 gün ərzində cavab vermədiyini, 3 gün keçdikdən sonra yenidən Abbasa zəng etdiyini, başqa bir oğlanın telefonu açaraq Abbasın zəhərləndiyini və Naxçıvan Mərkəzi xəstəxanasında olduğunu bildirdiyini, həmin şəxsdən kim olduğunu soruşsa da, həmin şəxsin kim olduğunu demədiyini, bu zaman baxıcının yazaraq Abbasla əlaqə saxlaya bilmədiyini dediyini, Abbas barədə bildiklərini baxıcıya yazdığını, baxıcı Abbasa çox dua elətdirdiyi üçün onun yatdığını və düzəldəcəyini bildirdiyini, Bahara Abbası düzəltməsi üçün təxminən 1000 manat, 1500 manat və 2000 manat pul göndərdiyini, Abbas sağalandan sonra özünə yazdığını, Abbasın düzəldikdən sonra yenə görüşmək istədiyini, Abbasa yox deyib onunla görüşmədiyini, nələrisə düzəltmək adı ilə əlavə olaraq baxıcıya xx.xx.2023-cü il tarixdə **********697831 kart nömrəsinə 10 manat, xx.xx.2023-cü il tarixdə 90 manat, xx.xx.2023-cü il tarixdə 100 manat, **********121725 nömrəli kart hesabına 100 manat, xx.xx.2023-cü il tarixdə **********697831 nömrəli kart hesabına yenidən 720 manat, xx.xx.2023-cü il tarixdə 300, 200 və 700 manat, xx.xx.2023- cü il tarixdə **********830394 kart nömrəsinə saat 21:59-da 1400 manat, **********564290 kart hesabına saat 22:51-də 300 manat, **********4803156 nömrəli kart hesabına saat 22:53-də 1000 manat, **********830394 kart nömrəsinə saat 23:24-də 300 manat, xx.xx.2023-cü il tarixdə saat 21:18-də **********830394 kart nömrəsinə 1000 manat, saat 21:19-da 1000 manat, 21:20-də 1000 manat, saat 21:23-də 500 manat, xx.xx.2023-cü il tarixdə **********830394 kart nömrəsinə saat 10:09-da 1000 manat, saat 10:10-da 480 manat, xx.xx.2023-cü il tarixdə saat 21:27-də 1800 manat, xx.xx.2023-cü il tarixdə saat 19:10-da **********697831 nömrəli kart hesabına 1800 manat, xx.xx.2023-cü il tarixdə saat 10:37-də **********4803156 nömrəli kart hesabına 1000 manat, xx.xx.2023-cü il tarixdə saat 10:45-də **********830394 kart nömrəsinə 2000 manat, xx.xx.2023- cü il tarixdə saat 13:01-də **********697831 nömrəli kart hesabına 50 manat, xx.xx.2023-cü il tarixdə saat 00:12-də **********830394 kart nömrəsinə 33 manat, saat 19:09-da 1490 manat, xx.xx.2023-cü il tarixdə saat 19:20-də **********830394 kart nömrəsinə 1990 manat, xx.xx.2023-cü il tarixdə saat 19:11-də **********830394 kart nömrəsinə 2350 manat, saat 19:13-də 20 manat, xx.xx.2023cü il tarixdə saat 20:00-da **********697831 nömrəli kart hesabına 5000 manat pul köçürdüyünü, bu qədər pulları göndərən zaman baxıcının ən son Abbasla əlaqəni kəsməyə görə əməl etdiyini, bu adla özündən də pul aldığını, 2023-cü ilin sentyabr ayının 1-5 arası sənədlərini Abbasdan aldığını, Abbasın sənədləri Texniki Kollecin yanında rentacar yerləşən binada ərzaq mağazasına qoyduğunu, həmin sənədləri oradan götürdüyünü, evdə olan puldan 10000 ABŞ dollarından 6500 ABŞ dolları manata çevirməsi üçün Abbasa verdiyini, Abbasında həmin pulları manata çevirərək özünə verdiyini, həmin pulu da atasının pullarının yanına qoyduğunu, Abbasla və baxıcı ilə heç bir əlaqə saxlamadığını, xx.xx.2023-cü il tarixdə Abbasa yazıb “ona verdiyim 6500 dolları atamın bildiyini və polisə dediyini” bildirdiyini, Abbasın “qətiyyən mənim adımı heç kimə vermə” dediyini, atası ilə Polis İdarəsinə gedib orada olan hadisəni polis əməkdaşlarına bildirdiyini, Abbas “baxıcı” adı ilə danışanda “yazışmalarımızı sil, saxlama, birdən olar biri görər, sənə də problem olar, mənə də” həmişə dediyini, Abbasdan “nə üçün mesajları silməyimi istəyirsən” deyə soruşduğunu, Abbasın “polisə düşmüşəm, qorxuram, birdən olar yenə mənə problem olar” dediyini, Abbasla olan bu söhbətinin pulları alandan sonra olduğunu, həmişə yazışanda Abbasla yazışdığını yox, bir qadınla danışdığını düşündüyünü, Abbasın xanım Bahar adı ilə danışdığının heç ağlına da gəlmədiyini, polisə gələndən sonra Abbasın özünü aldatdığını və Bahar adı ilə danışdığını bildiyini, Abbasın hissləri ilə oynadığını, ona həm maddi həm də mənəvi ziyan vurduğunu, ailəsində buna görə çoxlu söz-söhbət olduğunu, həmişə buna görə narahatçılıq keçirdiyini, Təqsirləndirilən şəxs ona ümumilikdə 36250 manat maddi ziyan vurduğunu, 36250 manat pulun 30000 manatı kart vasitəsilə aldığını, qalan pulları isə işə düzəltmək adı ilə əldən aldığını, həmin pulları evdən götürdüyünü, atası İsmayılın “o pulu bizdən gizlətmirdi, həmişə xərcləməyim üçün pulunu yerini mənə anama, qardaşıma deyirdi” belə evdə şərait yaratdığını, atası İsmayıl “sən qadınsan, birdən pula ehtiyacın olar, mənə də utanıb deyə bilmərsən, özün istəyəndə götür xərclə, sənə narahatçılıq olmasın” dediyini, özünün də aldadıldığını bilmədiyini, Təqsirləndirilən şəxs pul istədikcə, özünün də həmin puldan kart vasitəsi ilə ona göndərdiyini, Abbasa o qədər pul göndərdiyini heç düşünmədiyini, yavaşyavaş o pul istədikcə özü də göndərdiyini, sonda hesablayanda 36250 manat maddi ziyan dəydiyini, Abbasın həmin pulun 6000 manatını ibtidai istintaq dövrü, 24000 manatını da məhkəmədə işə baxılması zamanı qaytardığını, qalan 6250 manatını isə qaytarmadığını, qaytarmasını istədiyini, hazırda Abbasdan şikayəti olmadığını, sadəcə vurduğu zərər olan 6250 manatı qaytarmasını istədiyini bildirərək qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X11 ifadəsində neçə illərdir ki, çalışaraq pul yığdığını, həmişə övladlarının rahat yaşamasını, heç bir korluq çəkməmələrini istədiyini, bu əziyyətlərə onlar üçün dözdüyünü, yığdığı pulları həmişə yataq otağında olan şkafın üzərindəki sellofana qoyduğunu, həmişə evin içərisində pulları qoyduğu yeri qızı Yeganə Binyatzadə, oğlu Fərman Binyatzadəyə dediyini, onların da yerini bildiklərini, ümumiyyətlə pulların saxlanıldığı yeri uşaqlarından və ailəsindən gizlətmədiyini, həmişə uşaqları yaxşı yaşasın deyə onlara həmişə puldan götürüb xərcləyə biləcəklərini dediyini, elə qızı Yeganənin də, oğlu Fərmanın da puldan götürüb xərclədiyini, burada heç bir problem olmadığını, qızı Yeganənin oradan götürüb pulları xərclədiyini, lakin artıq xərclədiyi üçün özünə qorxub demədiyini, öz pulu qızının pulu, heç bir fərqi olmadığını, həmin pullar 10000 ABŞ dolları və 40000 manat olmaqla ümumilikdə 57 000 manat olduğunu, xx.xx.2023-cü il tarixdə saat 10 radələrində yaşadığı evdə pullarını qoyduğu yataq otağındakı şkafın üst gözündə olan salafanı açdığı zaman torbada olan 57000 manat puldan 36250 manat pulun yerində olmadığını gördüyünü, pulları saydıqda sellofanda 4800 ABŞ dolları və 14 800 manat pul qaldığını bildiyini, həmin pulları neçə illərdi işləyərək yığdığını, çox əziyyət çəkdiyini, həyat yoldaşı İlahəyə dedikdə, “yəqin uşaqlar xərcləyib” dediyini, uşaqlardan soruşaq görək, bu qədər pulu hara xərcləyiblər deyə aralarında danışdıqlarını, qızı Yeganənin “pullardan mən götürüb xərcləmişəm, lakin nə qədər xərclədiyimi bilmirəm” dediyini, qızından hara xərclədiyini soruşduqda, Yeganə “məni İnstagram sosial şəbəkəsində tanış olduğum baxıcı aldadıb və mən pulu ona göndərmişəm” dediyini, qızına “sən narahat olma, polisə müraciət edək tapsın” dediyini, bununla bağlı polisə müraciət etdiyini, polisə müraciət edəndən qızı Yeganəni baxıcı adı ilə aldadıb pulu ələ keçirən şəxsin Təqsirləndirilən şəxs olduğunun məlum olduğunu və ümumilikdə 36250 manat ziyan dəydiyini bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X15 ifadəsində Təqsirləndirilən şəxs tanıdığını, onunla arasında münasibət olduğunu, Naxçıvan şəhər Əyləncə mərkəzində işlədiyini, Təqsirləndirilən şəxs da ora gəlib-getdiyi müddətdə onunla tanış olduğunu, aralarında münasibətləri olduğunu, Abbas Əyləncə mərkəzinə gələndə ***-***-**-** mobil nömrəsini götürdüyünü, instagram sosial şəbəkəsində də yazışdıqlarını, pul ehtiyacı olanda pul istədiyini, Abbasın da pulu verdiyini, bir dəfə Abbasın 1000 manata boz rəngli saç aldığını, Abbas hara pulu verim dediyini, Abbasa “karta yükləmək lazımdır” dediyini, Abbasa kartın şəklini atdığını, Abbas da həmin karta 1000 manat pulu yüklədiyini, qəbzini də özünə göndərdiyini, Abbasa da “əlavə 1000 manat da borcum var” deyib 1000 manat borcu istədiyini, Abbas da tərəddüd etmədən “sevgilimsən, o nə sözdü, pul sənə qurbandır, canın sağolsun” deyib verdiyini, Abbasın da borcunun olduğu yeri dediyini, Abbasın da özü borclarını şəxsən ödədiyini, Abbasla birlikdə olanda əldən 20-30 manat pul verdiyini, həmişə birlikdə oturub yeyib-içdiyini, hesabı da Abbas ödədiyini, stolda nə istədiyini, Abbasın da aldığını, bir dəfə Abbasın təbii gül və gümüş boyunbağı aldığını, Abbasın hər dəfə yanına gələndə təzə paltar geyindiyini, Abbasın “mən ticarətlə məşğulam, aylıq gəlirim yüksəkdir” dediyini, onun hərəkətlərinin ona şübhəli gəldiyini, ortaya pul sözü atan kimi Abbas “pul istəyirsən verim, narahat olma, mən pulunu verəcəm” dediyini, Abbasdan “Ay Abbas bu pulları haradan alırsan” deyə soruşduğunu, Abbasın da “ticarətlə məşğulam, adımı qeyd elə telefonda “ABBAS T” yazaraq ticarətçi kimi qeyd et” dediyini, Abbasdan nə ticarəti soruşduğunu, Abbas da “avtomobil ticarəti ilə məşğulam, Türkiyədən avtomobil gətirirəm” dediyini, Abbasla bir dəfə əlaqə saxlaya bilmədiyini, sonra telefonda danışdıqlarını, “Türkiyədəyəm, gələcəm, alverə gəlmişəm” dediyini, sonuncu dəfə Abbasla Ordubad rayonun “Su səsi” restoranına getdiklərini, orada da yeyib içdiklərini, hesabı Abbasın ödədiyini, ondan sonra Abbasla elə əlaqəsi olmadığını, tanışı Ela adlı Nəsibova İlkanə ilə Abbasın münasibəti olduğunu eşitdiyini, bir-iki dəfə onunla gəzdiyini, sonra Abbas dələduzluq edib, tanımadığı bir qızın pulunu ələ keçirib, ziyan vurub, polis tərəfindən Naxçıvan ŞPİ-nə dəvət edildiyini eşitdiyini, polisə izahat verəndə Abbasın internet vasitəsilə tanıdığı bir qızla yazışıb və onun pullarını ələ keçirib, 36250 manat maddi ziyan vurduğunu öyrəndiyini, Abbasın ona təxminən 3000 manatlıq pul xərclədiyini bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X17 ifadəsində həmişə olduğu kimi Nail Telekom telefon mağazasında telefon satdığını, hər gün fərqli-fərqli müştərilər gəldiyindən, orada satış həyata keçirdiyini, oranın sahibi olduğunu və həmçinin də satıcı kimi də işlədiyini, təxminən 2023-cü ilin avqust ayının 25-28 tarixləri olanda mağazaya bir nəfər eynəkli hündürboy arıq oğlan gəldiyini, onu tanımadığını, sonradan Təqsirləndirilən şəxs olduğunu bildiyini, Abbasın telefon mağazasında telefon vitrininə baxıb iphone 14 pro max telefonları ilə maraqlandığını, ona köməklik göstərib iphone 14 pro max telefonları göstərdiyini, Abbas “mənim əlimdə iphone 13 pro max markalı mobil telefon var, onu barter eləmək istəyirəm, bax gör qiyməti neçə edir, əlavə pul verməliyəm, ya yox” dediyini, Abbasın göstərdiyi iphone 13 pro max mobil telefonuna baxdığını, həmin telefonun yaxşı vəziyyətdə olduğunu, iphone 13 pro max mobil telefonun 1650 manat qiyməti tutduğunu, Abbasın da “iphone 14 pro max mobil telefonların qiyməti nə qədərdir” soruşduğunu, Abbasa “iphone 14 pro max mobil telefonun birini 2600 manata satıram” dediyini, Abbas da “1650 manatın üstündə 950 manat pul verirəm, telefonları barter edək” dediyini, razılaşandan sonra Abbas istifadə etdiyi iphone 13 pro max mobil telefonu verdiyini, üstündə də 950 manat nağd pul verdiyini, iphone 14 pro max mobil telefonu ona verdiyini, həmin vaxt Abbasın mağazada tək olduğunu, yanında heç kəs olmadığını, Abbasın barter elədiyi iphone 13 pro max mobil telefonu da 10 gün keçməmiş satdığını, daha sonra Abbası görmədiyini, 2023-cü ilin sentyabr ayında Naxçıvan ŞPİ-nə çağırılanda Təqsirləndirilən şəxs internet üzərindən bir nəfər şəxsi aldadıb və pulunu aldığını, həmin pulla da gəlib mağazasında telefonları dəyişdiyini eşitdiyini bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X12 ifadəsində Təqsirləndirilən şəxs ilə arasında münasibət olduğunu, Naxçıvan şəhərində Qədim dünya və Fab kafedə işlədiyini, Təqsirləndirilən şəxs da ora gəlib-getdiyi müddətdə onunla tanış olduğunu, 2023-cü ilin avqust ayının sonlarında Abbası tanıdığını, Abbas Fab kafeyə gələndə ilk əvvəl müştəri kimi əlaqə saxladıqlarını, daha sonra əlaqə nömrəsini götürdüyünü, beləcə gəlməmişdən qabaq zəng vurub oturmağa yer sifariş verdiyini, Abbasla münasibət yaranandan sonra Abbas ona “sənə günlük qazancını verim, Su səsinə gedək istirahət edək” dediyini, Abbasla razılaşdığını, Su səsinə iki dəfə getdiklərini, Abbasın da hər dəfəsində 150 manat pul verdiyini, birlikdə yeyib-içəndə hesabı da Abbasın ödədiyini, sonra Abbasın dələduzluq edib, tanımadığı bir qızın pulunu ələ keçirib, ziyan vurub, polis tərəfindən Naxçıvan ŞPİ-nə dəvət edildiyini eşitdiyini, Abbasın ona 315 manat pul xərclədiyini bildirdi. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, istintaq hərəkətlərinin protokollarını da sübut növləri kimi qəbul edir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 23 noyabr 2023-cü il tarixli cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və ibtidai araşdırma aparılması üçün icraata qəbul edilmişdir. (cild İ, iş vərəq 1) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 12 sentyabr 2023-cü il tarixli ərizədən görünür ki, X1 şəhər Polis İdarəsinə müraciət edərək intagram sosial şəbəkəsində baxıcı adı ilə onunla danışıb münasibət quran Təqsirləndirilən şəxs onu aldadıb həm də işə düzəltmək adı ilə özünü inandıraraq dələduzluq yolu ilə 36250 manat pununu ələ keçirdiyini, Təqsirləndirilən şəxs barəsində qanuni tədbir görülməsini xahiş etmişdir. (cild İ, iş vərəq 9) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 14 sentyabr 2023-cü il tarixli telefonun təqdim edilməsi və telefona baxış keçirilməsi haqqında protokoldan görünür ki, X3 təqdim etdiyi özünə məxsus Redmi Note 12 markalı mobil telefona baxış keçirilmiş və müəyyən edilmişdir ki, telefonun menyusuna daxil olanda WhatsApp, tiktok, İnstagram, facebook, youtube, birbank və s. telefona məxsus proqramlar var. Telefonun qalerisinə daxil olub baxış keçirildi. İnstagram sosial şəbəkəsinə daxil olanda mekaup_n1 adlı səhifənin istifadədə olduğu və aktiv profil kimi Yeganə tərəfindən işlədildiyi müşahidə edildi. Həmin səhifənin dircetinə baxış keçirildi, iş üçün əhəmiyyətli yazışmalar aşkar edilmədi. İnstagram sosial şəbəkəsində baxma666, baxici_n1 və mmdli.75 səhifələri ilə yazışmaların silindiyi və həmin səhifələrlə heç bir yazışmanın olmadığı müşahidə edildi. Baxış zamanı Yeganə Binyətzadə bildirdi ki, “Abbas məni aldadıb baxıcı kimi yazışanda mənə deyridi yazışmaları sil, qalmasın, mən də ona inanıb gündəlik yazışmaları silirdim, ona görə onunla heç bir yazışmam qalmayıbdır. Lakin kart hesabımda da var, mənə 36250 manat maddi ziyan vurmuşdur”. Lakin heç bir əhəmiyyətli sübut əldə edilmədi. (cild İ, iş vərəq 15) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 15 sentyabr 2023-cü il tarixli telefonun təqdim edilməsi və telefona baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs təqdim etdiyi özünə məxsus Redmi Note 12 markalı mobil telefona baxış keçirilmiş və müəyyən edilmişdir ki, telefonun menyusuna daxil olanda WhatsApp, tiktok, myAccess, İnstagram, facebook, youtube, cihazbul və s. telefona məxsus proqramlar var. Telefonun qalerisinə daxil olub baxış keçirildi. İnstagram sosial şəbəkəsinə daxil olanda mmdli.75 adlı səhifənin istifadədə olduğu və aktiv profil kimi Abbas tərəfindən işlədildiyi müşahidə edildi. Həmin səhifənin directinə baxış keçirildi, iş üçün əhəmiyyətli yazışmalar aşkar edilmədi. Həmin səhifədə şəkil və videoların olmadığı, profil şəklinin qara və altıbucaq fiqurun olduğu aşkar edildi. Takipçi 159, takipin 622 olduğu müşahidə edildi. İnstagram sosial şəbəkəsində makeup_n1, bunyatzadeh, baxma666, baxici_n1 səhifələrin silindiyi və həmin səhifələrlə heç bir yazışmanın olmadığı müşahidə edildi. Baxış zamanı Təqsirləndirilən şəxs bildirdi ki, həmin səhifələrin hamısına ayarlardan daxil olub silmiş, buna görə yazışmalar qalmamış, ümumiyyətlə heç bir yazışmaları saxlamamışdır. (cild İ, iş vərəq 21) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 16 sentyabr 2023-cü il tarixli təqdim edilmiş kartların qəbul edilməsi haqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan 5417 3548 0383 0394 nömrəli Bank Respublika kartını, 4169 7388 4669 7831 nömrəli Kapital Bank kartını, 4127 2141 2421 1647 nömrəli ABB kartı, 4169 7414 2829 8572 Kapital bank kartını, 4169 7385 9597 0645 Kapital bank kartını və 5103 0714 3759 2054 Kapital bank kartını təqdim etmişdir. Bu zaman Təqsirləndirilən şəxs bildirmişdir ki, 5417 3548 0383 0394 nömrəli Bank Respublika kartına, 4169 7388 4669 7831 nömrəli Kapital Bank kartına və 4127 2141 2421 1647 nömrəli ABB kartına X8 pul yükləmişdir. (cild İ, iş vərəq 25) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 22 sentyabr 2023-cü il tarixli materialın istintaq aidiyyəti üzrə göndərilməsi barədə qərardan görünür ki, həmin tarixdə HKpi-639/23 nömrəli materialın istintaq aidiyyəti üzrə göndərilməsi qərara alınmışdır. (cild İ, iş vərəq 38) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 23 noyabr 2023-cü il tarixli şübhəli şəxs qismində tutma haqqında qərardan görünür ki, həmin tarixdə vətəndaş Təqsirləndirilən şəxs, Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli bilindiyi üçün, o, şübhəli şəxs qismində tutulmuşdur. (cild İ, iş vərəq 41-42) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 23 noyabr 2023-cü il tarixli müdafiəçi dəvət edilməsi haqqında qərardan görünür ki, həmin tarixdə ********* saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etmək üçün Naxçıvan Şəhər Vəkil Bürosunda fəaliyyət göstərən vəkil Müdafiəçi qismində dəvət edilmişdir. (cild İ, iş vərəq 47) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 24 noyabr 2023-cü il tarixli zərər çəkmiş şəxs qismində tanınma haqqında qərardan görünür ki, həmin tarixdə ********* cinayət işi üzrə X8 zərər çəkmiş şəxs qismində tanınmış, ona hüquq və vəzifələri izah edilmişdir. (cild İ, iş vərəq 66) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 24 noyabr 2023-cü il tarixli ödəniş kartı üzrə çıxarışa baxış keçirilməsi haqqında protokoldan görünür ki, xx.xx.2023-cü il tarixdə X3 təqdim etdiyi 4169 7388 4026 4687 Kapital bank ödəniş kartı üzrə çıxarışına baxış keçirilmiş və baxış zamanı ödəniş kartının X4 məxsus olduğu, kartın növünün Birbank Cashback plus olduğu, kartın nömrəsinin 4169 7388 4026 4687 olduğu, hesab valyutasının AZN ilə nəzərdə tutulduğu, çıxarışın dövrünün xx.xx.2021-xx.xx.2023-cü il tarixləri əhatə etdiyi, çıxarışı hazırlanma tarixinin xx.xx.2023-cü il saat 11:02:00 saniyə olduğu, kart balansında 51.40 manat olduğu, kredi xəttinin limiti xanasının boş olduğu, dondurulmuş balansın 0.00 olduğu, mövcud balansın 51.40 manat olduğu müəyyən edilmişdir. Baxış zamanı Yeganə Binyətzadə bildirdi ki, “Təqsirləndirilən şəxs baxıcı adı ilə mənimlə 2023-cü ilin may ayından danışmış, 2023-cü ilin iyun ayından başlayaraq aldadıb pullarını ələ keçirmişdir”. Beləliklə çıxarışa baxış keçirildi və baxış zamanı müəyyən edildi ki, xx-xx-2023cü il tarixdə 100 manat hesaba köçürülmüş, xx-xx-2023-cü il tarixdə 80 manat, xx-xx-2023-cü il tarixdə isə 20 manat hesabdan çıxarılmışdır. xx-xx-2023-cü il tarixdə 2145 manat hesaba köçürülmüş, xx-xx-2023-cü il tarixdə 2000 manat, əlavə olaraq 145 manat hesabdan çıxarılmışdır. xx-xx-2023-cü il tarixdə 70 manat hesaba köçürülmüş, xx-xx-2023-cü il tarixdə 70 manat hesabdan çıxarılmışdır. xx-xx-2023-cü il tarixdə 50 manat hesaba köçürülmüş, xxxx-2023-cü il tarixdə 23 manat hesabdan çıxarılmışdır. xx-xx-2023-cü il tarixdə 30 manat hesaba köçürülmüş, xx-xx-2023-cü il tarixdə 10 manat, xx-xx-2023-cü il tarixdə 45 manat hesabdan çıxarılmışdır. xx-xx-2023-cü il tarixdə 200 manat hesaba köçürülmüş, xx-xx-2023cü il tarixdə 10 manat, xx-xx-2023-cü il tarixdə 163.40 manat hesabdan çıxarılmışdır. xx-xx- 2023-cü il tarixdə 100 manat hesaba köçürülmüş, xx-xx-2023-cü i tarixdə 100 manat hesabdan çıxarılmışdır. xx-xx-2023-cü il tarixdə 1200 manat hesaba köçürülmüş, xx-xx-2023cü i tarixdə 100, 100, 280 manat, xx-xx-2023-cü il tarixdə 720 manat, xx-xx-2023- cü il tarixdə 720 manat hesabdan çıxarılmışdır. xx-xx-2023-cü il tarixdə 500 manat hesaba köçürülmüş, xx-xx-2023-cü il tarixdə 300 manat, xx-xx-2023-cü il tarixdə 200 manat hesabdan çıxarılmışdır. xx-xx-2023-cü il tarixdə 700 manat hesaba köçürülmüş, xx-xx-2023-cü i tarixdə 700 manat hesabdan çıxarılmışdır. xx-xx-2023-cü il tarixdə 3000 manat hesaba köçürülmüş, xx-xx-2023-cü il tarixdə 1400 manat, 300 manat, 1000 manat və 300 manat hesabdan çıxarılmışdır. xx-xx-2023-cü il tarixdə 3500 manat hesaba köçürülmüş, xx-xx-2023-cü i tarixdə 1000, 1000, 1000 və 500 manat hesabdan çıxarılmışdır. xx-xx-2023-cü il tarixdə 1500 manat hesaba köçürülmüş, xx-xx-2023-cü i tarixdə 1000, 5, 480 və 2.40 manat hesabdan çıxarılmışdır. xx-xx-2023-cü il tarixdə 1800 manat hesaba köçürülmüş, xx-xx-2023-cü i tarixdə 1800 manat hesabdan çıxarılmışdır. xx-xx-2023-cü il tarixdə 1800 manat hesaba köçürülmüş, xx-xx-2023-cü il tarixdə 1800 manat hesabdan çıxarılmışdır. xx-xx-2023-cü il tarixdə 1000 manat hesaba köçürülmüş, xx-xx-2023-cü i tarixdə 1000 manat hesabdan çıxarılmışdır. Həmçinin xx-xx-2023-cü il tarixdə 2100 manat hesaba köçürülmüş, xx-xx-2023-cü il tarixdə 2000 manat hesabdan çıxarılmışdır. 25- 08-2023-cü il tarixdə 2100 manat hesaba köçürülmüş, xx-xx-2023-cü il tarixdə 2100 manat hesabdan çıxarılmışdır. xx-xx-2023-cü il tarixdə 1500 manat hesaba köçürülmüş, xx-xx-2023-cü il tarixdə 1490 manat hesabdan çıxarılmışdır. xx-xx-2023-cü il tarixdə 2000 manat hesaba köçürülmüş, xx-xx-2023-cü i tarixdə 1990 manat hesabdan çıxarılmışdır. xx-xx-2023-cü il tarixdə 2400 manat hesaba köçürülmüş, xx-xx-2023-cü il tarixdə 2350 manat hesabdan çıxarılmışdır. xx-xx-2023-cü il tarixdə 3000 manat və 2000 manat hesaba köçürülmüş, xx-xx-2023-cü il tarixdə 5000 manat hesabdan çıxarılmışdır. Kart vasitəsilə aparılmış əməliyyatlara üst üstə gəlib hesablayanda ümumi məbləğ 30695 manat pul edir. Yeganə Binyətzadə baxış zamanı ümumi hesabla tanış olub bildirdi ki, ümumilikdə 36250 manat maddi ziyan dəymişdir, həmin 36250 manatdan 30695 manat yaxın pulu kart vasitəsilə Təqsirləndirilən şəxs ələ keçirmiş, qalan pulu isə əldən üzbəüz Təqsirləndirilən şəxs işə düzəltməsi üçün vermişdir. (cild İ, iş vərəq 76-77) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 25 noyabr 2023-cü il tarixli təqsirləndirilən şəxsə qismində cəlb etmək haqqında qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ittiham elan edilmişdir. (cild İ, iş vərəq 83-84) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 25 noyabr 2023-cü il tarixli başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsinə dair qərardan görünür ki, həmin tarixdə ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. (cild İ, iş vərəq 111-112) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 14 yanvar 2024-cü il tarixli ödəniş kartı üzrə çıxarışa baxış keçirilməsi haqqında protokoldan görünür ki, xx.xx.2023-cü il tarixdə X3 təqdim etdiyi 4169 7388 4026 4687 Kapital bank ödəniş kartı üzrə çıxarışına baxış keçirilmiş və baxış zamanı ödəniş kartının X4 məxsus olduğu, kartın növünün Birbank Cashback plus olduğu, kartın nömrəsinin 4169 7388 4026 4687 olduğu, hesab valyutasının AZN ilə nəzərdə tutulduğu, çıxarışın dövrünün xx.xx.2021-xx.xx.2023-cü il tarixləri əhatə etdiyi, çıxarışı hazırlanma tarixinin xx.xx.2023-cü il saat 11:02:00 saniyə olduğu, kart balansında 51.40 manat olduğu, kredi xəttinin limiti xanasının boş olduğu, dondurulmuş balansın 0.00 olduğu, mövcud balansın 51.40 manat olduğu müəyyən edilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs bildirdi ki, kart hesabına göstərilən məbləğləri X2 vasitəsilə öz istifadəsində olan 5417 3548 0383 0394 nömrəli Bank Respublika kart hesabına, 4169 7388 4669 7831 nömrəli Kapital Bank kart hesabına və 4127 2141 2421 1647 nömrəli ABB kart hesabına yüklətmiş və həmin pulları baxıcı adı ilə, işə düzəltmək adı ilə almışdır. Beləliklə çıxarışa baxış keçirildi və baxış zamanı müəyyən edildi ki, xx-xx-2023-cü il tarixdə 100 manat hesaba köçürülmüş, xx-xx-2023-cü il tarixdə 80 manat, xx-xx-2023-cü il tarixdə isə 20 manat hesabdan çıxarılmışdır. xx-xx-2023-cü il tarixdə 2145 manat hesaba köçürülmüş, xx-xx-2023cü il tarixdə 2000 manat, əlavə olaraq 145 manat hesabdan çıxarılmışdır. xx-xx-2023-cü il tarixdə 70 manat hesaba köçürülmüş, xx-xx-2023-cü il tarixdə 70 manat hesabdan çıxarılmışdır. xx-xx-2023-cü il tarixdə 50 manat hesaba köçürülmüş, xx-xx-2023-cü il tarixdə 23 manat hesabdan çıxarılmışdır. xx-xx-2023-cü il tarixdə 30 manat hesaba köçürülmüş, xxxx-2023-cü il tarixdə 10 manat, xx-xx-2023-cü il tarixdə 45 manat hesabdan çıxarılmışdır. xxxx-2023-cü il tarixdə 200 manat hesaba köçürülmüş, xx-xx-2023-cü il tarixdə 10 manat, xx-xx- 2023-cü il tarixdə 163.40 manat hesabdan çıxarılmışdır. xx-xx-2023-cü il tarixdə 100 manat hesaba köçürülmüş, xx-xx-2023-cü i tarixdə 100 manat hesabdan çıxarılmışdır. xx-xx-2023-cü il tarixdə 1200 manat hesaba köçürülmüş, xx-xx-2023-cü i tarixdə 100, 100, 280 manat, xx-xx- 2023-cü il tarixdə 720 manat, xx-xx-2023- cü il tarixdə 720 manat hesabdan çıxarılmışdır. xxxx-2023-cü il tarixdə 500 manat hesaba köçürülmüş, xx-xx-2023-cü il tarixdə 300 manat, xxxx-2023-cü il tarixdə 200 manat hesabdan çıxarılmışdır. xx-xx-2023-cü il tarixdə 700 manat hesaba köçürülmüş, xx-xx-2023-cü i tarixdə 700 manat hesabdan çıxarılmışdır. xx-xx-2023-cü il tarixdə 3000 manat hesaba köçürülmüş, xx-xx-2023-cü il tarixdə 1400 manat, 300 manat, 1000 manat və 300 manat hesabdan çıxarılmışdır. xx-xx-2023-cü il tarixdə 3500 manat hesaba köçürülmüş, xx-xx-2023-cü i tarixdə 1000, 1000, 1000 və 500 manat hesabdan çıxarılmışdır. xx-xx-2023-cü il tarixdə 1500 manat hesaba köçürülmüş, xx-xx-2023-cü i tarixdə 1000, 5, 480 və 2.40 manat hesabdan çıxarılmışdır. xx-xx-2023-cü il tarixdə 1800 manat hesaba köçürülmüş, xx-xx-2023-cü i tarixdə 1800 manat hesabdan çıxarılmışdır. xx-xx-2023cü il tarixdə 1800 manat hesaba köçürülmüş, xx-xx-2023-cü il tarixdə 1800 manat hesabdan çıxarılmışdır. xx-xx-2023-cü il tarixdə 1000 manat hesaba köçürülmüş, xx-xx-2023-cü i tarixdə 1000 manat hesabdan çıxarılmışdır. Həmçinin xx-xx-2023-cü il tarixdə 2100 manat hesaba köçürülmüş, xx-xx-2023-cü il tarixdə 2000 manat hesabdan çıxarılmışdır. xx-xx-2023-cü il tarixdə 2100 manat hesaba köçürülmüş, xx-xx-2023-cü il tarixdə 2100 manat hesabdan çıxarılmışdır. xx-xx-2023-cü il tarixdə 1500 manat hesaba köçürülmüş, xx-xx-2023-cü il tarixdə 1490 manat hesabdan çıxarılmışdır. xx-xx-2023-cü il tarixdə 2000 manat hesaba köçürülmüş, xx-xx-2023-cü i tarixdə 1990 manat hesabdan çıxarılmışdır. xx-xx-2023-cü il tarixdə 2400 manat hesaba köçürülmüş, xx-xx-2023-cü il tarixdə 2350 manat hesabdan çıxarılmışdır. xx-xx-2023-cü il tarixdə 3000 manat və 2000 manat hesaba köçürülmüş, xx-xx- 2023-cü il tarixdə 5000 manat hesabdan çıxarılmışdır. Kart vasitəsilə aparılmış əməliyyatları müdafiəçi və təqsirləndirilən şəxs kalkulyator vasitəsilə hesablayıb üst-üstə gəldilər və ümumi hesab 30695 manat pul elədi. Təqsirləndirilən şəxs həmin hesabla razı olduğunu, lakin 36250 manatla razı olmadığını bildirdi. Həmçinin Təqsirləndirilən şəxs müdafiəçinin iştirakı ilə etiraf etdi ki, İnstagram sosial şəbəkəsi ilə Yeganə Binyətzadə ilə danışmış-yazışmış, ona baxıcı olduğunu deyərək, hesabından götürdüyü məlumatları ona deyərək baxıcı olduğuna inandırmış, beləcə ondan müxtəlif vaxtlarda fərqli məbləğlərlə pul istəmiş və Yeganə də kart hesabı ilə həmin pulları onun hesabına yükləmişdir. (cild İ, iş vərəq 156-158) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 10 fevral 2024-cü il tarixli pulun təhvil verilməsi haqqında aktdan görünür ki, Təqsirləndirilən şəxs İnstagram sosial şəbəkəsi vasitəsilə tanış olduğu X5 aldadıb ələ keçirdiyi 36250 manat puldan 6000 manat nağd pulu təhvil verən Naxçıvan Şəhər Polis İdarəsinin İstintaq və təhqiqat şöbəsinin müstəntiqi polis kapitanı X21 tərəfindən zərərçəkmiş şəxs X4 təhvil verilmişdir. (cild İ, iş vərəq 169) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 12 fevral 2024-cü il tarixli əşyanın maddi sübut hesab edilməsi haqqında qərardan görünür ki, cinayət işi üzrə 5417 3548 0383 0394 nömrəli Bank Respublika kartı, 4169 7388 4669 7831 nömrəli Kapital Bank kartı, 4127 2141 2421 1647 nömrəli ABB kartı, 4169 7414 2829 8572 Kapital bank kartı, 4169 7385 9597 0645 Kapital bank kartı və 5103 0714 3759 2054 Kapital bank kartı cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən olunmasına köməklik etdiyindən cinayət işi üzrə maddi sübut hesab edilmiş və cinayət işinə əlavə edilmişdir. (cild İ, iş vərəq 206-207) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Y.Budaqov adına Naxçıvan MR X10 tərəfindən verilmiş 02 dekabr 2023-cü il tarixli 1791 saylı məktubdan görünür ki, Babək rayon Güznüt kəndində qeydiyyatda olan və yaşayan xx.xx.1998-ci il təvəllüdlü Təqsirləndirilən şəxs Y.Budaqov adına Naxçıvan MR X6 psixi və narkoloji xəstə kimi dispanser qeydiyyatda dayanmır. (cild İ, iş vərəq 123) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin 11 dekabr 2023-cü il tarixli 3-13-43/2-14392/2023 nömrəli məktubu ilə göndərilmiş tələbnamədə Təqsirləndirilən şəxs barəsində məhkumluğu ilə bağlı heç bir məlumatın olmadığı göstərilmişdir. (cild İ, iş vərəq 137-138) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilən Babək rayon İcra Hakimiyyəti Güznüt kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 11 dekabr 2023-cü il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Babək rayon Güznüt kəndində yaşayır. (cild İ, iş vərəq 134) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilən Babək rayon İcra Hakimiyyəti Güznüt kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 11 dekabr 2023-cü il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs ailə üzvləri atası X20, anası X22, bacısı X18, bacısının oğlu X16r. (cild İ, iş vərəq 135) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilən Babək rayon Güznüt kənd icra nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədə Təqsirləndirilən şəxs yaşadığı Güznüt kəndində sakit davranışı ilə seçildiyi, Təqsirləndirilən şəxs kənddə yaşadığı müddətdə çox az dost tanışla yoldaşlıq etdiyi, Təqsirləndirilən şəxs kənd icra nümayəndəliyi və kənd sakinləri tərəfindən onun mənfi xüsusiyyətinin qeydə alınmadığını, ailə vəziyyətləri çox kasıb olduğundan ictimayətlə də çox az ünsiyyətdə olduğu, kənd sakinləri arasında özünə qarşı mənfi rəy formalaşdırmadığı qeyd olunmuşdur. (cild İ, iş vərəq 136) 04 aprel 2024-cü il tarixdə keçirilən məhkəmə iclasında zərərçəkmiş şəxs X8 məhkəməyə mülki iddia ərizəsi təqdim edərək ərizədə Təqsirləndirilən şəxs 30250 (otuz min iki yüz əlli) manat pulun və ödənilmiş 185.70 (yüz səksən beş manat yetmiş qəpik) manat dövlət rüsumunun alınıb ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən- hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “X14 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmək, həmin sübutları mübahisələndirmək imkanına malik olmuşdur. Təqsirləndirilən şəxsin əleyhinə olan sübutlara etiraz etmək və onları mübahisələndirmək üçün məhkəmə prosesində ona imkan yaradılmışdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olubolmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikası cinayət-prosessual qanunvericiliyi müəyyən edir (Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 1.1-ci maddəsi). Hər hansı məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız Cinayət-Prosessual Məcəlləsində (bundan sonra - CPM) göstərilən məsələlər hakim tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin həmin məsələlərin dairəsini müəyyənləşdirən 346.1-ci maddəsinə görə müzakirə edilməsi mütləq olan məsələlərdən biri də təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittiham elan edildiyi cinayətin əlamətlərinə uyğun olub-olmamasıdır. Məhkəmə hökmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmin şəxsin gələcək taleyini həll etdiyi üçün prosessual qanunvericilik onunla bağlı konkret tələblər irəli sürür. Cinayət-prosessual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 349.3., 349.4., 349.5-ci maddələri). Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq məhkəmə hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Beləliklə məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs ittihamda qeyd olunan əməli törətməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə xeyli miqdarda ziyan vurmaqla törədildikdə dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsinin Qeyd hissəsinin 2-ci bəndində qeyd olunmuşdur ki, Bu Məcəllənin 177-182-ci, 185-187-ci və 189-1-ci maddələrində “xeyli miqdar” dedikdə, beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğ, “külli miqdar” dedikdə əlli min manatdan yuxarı, lakin beş yüz min manatdan artıq olmayan məbləğ, “xüsusilə külli miqdar” dedikdə beş yüz min manatdan yuxarı olan məbləğ başa düşülür. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2015-ci il tarixli 7 nömrəli qərarında göstərilmişdir ki, başqa talama cinayətlərindən fərqli olaraq dələduzluq cinayəti aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında könüllü surətdə verir. Törədilmiş əməl o halda CM-in 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Dələduzluq yolu ilə əmlak hüquqları əldə etmə dedikdə, mülkiyyət hüququ, girov hüququ, tələb hüququ və varlanmaya səbəb olan sair hüquqları qanunsuz əldə etmə başa düşülməlidir. Məhkəmələrin nəzərinə çatdırılsın ki, dələduzluq cinayəti özgənin əmlakının (əmlaka olan hüququnun) təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka (əmlaka olan hüquqa) dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir. Şəxsin əmlakın ona verilməsi ilə bağlı öhdəlikləri yerinə yetirmək üçün əvvəlcədən real maliyyə imkanlarının, yaxud əmlakın idarə edilməsi üçün onun icazəsinin olmaması, əmlakı (əmlaka olan hüququ) əldə edərkən saxta sənədlərdən istifadə etməsi, başqa şəxslərə və ya kredit təşkilatlarına borcunun və ya girovda əmlakının olması haqda məlumatları gizlətməsi, əqdin bağlanması zamanı tərəflərdən biri kimi çıxış edən yalançı müəssisələr yaratması onun özgə əmlakının talanmasına yönəlmiş niyyətinin olmasına dəlalət edən hallar kimi çıxış edə bilər. Lakin bu halların da mövcud olması birmənalı olaraq şəxsin dələduzluq cinayətini törətməsi barədə nəticəyə gəlmək üçün əsas vermir və hər bir konkret işin hallarına əsaslanaraq təqsirkarın üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmək niyyətində olmaması müəyyən edilməlidir. Həmin qərarda həmçinin qeyd edilir ki, dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən biləbilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 178.2.4-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 nömrəli qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə təqsirləndirilən şəxsin əməlindən peşman olmasını, yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını və cinayət nəticəsində vurduğu 36250 manat zərərin 30000 manatını zərərçəkmiş şəxsə ödəməsini cəzanı yüngülləşdirici hallar kimi nəzərə alır. Məhkəmə, qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilən zaman CM-in 58 və 59cu maddələrinin tələbləri nəzərə alınmalıdır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində qeyd edilən cəzanı ağırlaşdıran halların olmaması müəyyən edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 178.2.4-cü maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Məhkəmə törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini, təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzası təyin olunduğu təqdirdə təmin edilə bilər və ona bu cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Məhkəmə yuxarıda qeyd olunan halları nəzərə alaraq hesab edir ki, azadlığın məhdudlaşdırılması cəzasının müddəti 2 (iki) il 3 (üç) ay müəyyən edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.6-cı maddəsində cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməsi müəyyən edildiyindən, məhkəmə bildirir ki, iş materiallarından şəxsin 23 noyabr 2023-cü il tarixdən 25 noyabr 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu görünür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Qeyd olunan qanunvericilik normalarına əsasən məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyini zamanı Təqsirləndirilən şəxs 23 noyabr 2023-cü il tarixdən 25 noyabr 2023cü il tarixədək şübhəli şəxs qismində saxlanıldığı müddət yəni 2 (iki) günün 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər hesablanmaqla, cəmi 04 (dörd) gün müddət ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq, onun üzərində qəti olaraq 02 (iki) il 02 (iki) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsində azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxsin yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməli olması müəyyən edilmişdir. Məhkəmə, CM-in 52-1-ci maddəsinin tələblərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə daimi yaşayış yeri olan Babək rayonu, Güznüt kəndində yerləşən fərdi yaşayış evini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Naxçıvan Muxtar Respublikası ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin: -15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir; 15-1.1-ci maddəsinin tələbinə görə probasiya nəzarəti – azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzalara məhkum edilmiş, şərti məhkum edilmiş, cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş və ya cəza çəkməsi təxirə salınmış məhkumların, habelə bu Məcəllənin 15-1.2.3-cü maddəsində nəzərdə tutulmuş digər şəxslərin üzərinə qanunla və məhkəmə qərarı ilə qoyulmuş vəzifələrin yerinə yetirilməsinə nəzarət edilməsinə, məhkumların islah edilməsi, sosial adaptasiya və reabilitasiyasına yönəlmiş kompleks sosialhüquqi xarakterli tədbirlər sistemindən ibarətdir; -15-1.2 və 15-1.2.1-ci maddələrinin mahiyyətinə görə cərimə, nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə, müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə, ictimai işlər, islah işləri, azadlığın məhdudlaşdırılması növündə cəzalara məhkum edilmiş şəxslər barəsində probasiya nəzarəti tətbiq edilir; -15-2.3-cü maddəsi ilə müəyyən edilir ki, elektron nəzarət vasitələri tətbiq edilmiş məhkumun müəyyən edilmiş vəzifələri yerinə yetirməsinə nəzarət icra məmurları tərəfindən həyata keçirilir; -51-2.1-ci maddəsinin tələbinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Yuxarıda qeyd edilənlərə əsaslanmaqla məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlığın məhdudlaşdırılması növündə cəzanı yaşayış yeri üzrə çəkməli, cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, onun üzərində qoyulmuş vəzifələrin həyata keçirilməsinə nəzarət Naxçıvan Muxtar Respublikası Babək Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 353.4.12-ci maddəsinə görə, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində hökm qanuni qüvvəyə minənədək məhkumun barəsində seçilmiş qətimkan tədbirinin həlli göstərilməlidir. Qeyd edilən prosessual hüquq normasının tələbləri baxımından məhkəmə bildirir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut olan və Təqsirləndirilən şəxs məxsus 5417 3548 0383 0394 nömrəli Bank Respublika kartı, 4169 7388 4669 7831 nömrəli Kapital Bank kartı, 4127 2141 2421 1647 nömrəli ABB kartı, 4169 7414 2829 8572 Kapital bank kartı, 4169 7385 9597 0645 Kapital bank kartı və 5103 0714 3759 2054 Kapital bank kartı hökm qanuni qüvvəsini aldıqdan sonra Təqsirləndirilən şəxs qaytarılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 353.4.10-cu maddəsinə görə, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində mülki iddianın həlli və məhkəmə xərclərinin ödənilməsi (kimin və hansı məbləğdə ödəməsi) göstərilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 354.1 və 354.1.1-ci maddələrinə əsasən məhkəmənin hökmündə mülki iddianın əsaslarının və məbləğinin sübuta yetirilməsindən asılı olaraq iddianın tam və ya qismən təmin edilməsi haqqında qərar əks etdirilir. Azərbaycan Respublikası CPM-in 181.1-ci maddəsinə görə əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı aşağıdakı hallarda mülki iddia verməyə haqlıdır: 181.1.1. ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda; Həmin Məcəllənin 183.1-ci maddəsinə görə cinayət mühakimə icraatı zamanı mülki iddia cinayət təqibi başlanandan məhkəmə baxışında cinayət prosesi tərəflərinin çıxışı başlananadək istənilən an verilə bilər. Həmin Məcəllənin 183.3-cü maddəsinə görə Cinayət mühakimə icraatı zamanı mülki iddia yalnız yazılı formada verilə bilər. İddia ərizəsində hansı cinayət təqibi üzrə kimin kimə qarşı, hansı əsasla və hansı məbləğdə mülki iddia verməsi göstərilməli, həmçinin zərərin ödənilməsi üçün konkret məbləğin və ya əmlakın tutulması barədə xahiş öz əksini tapmalıdır. Həmin Məcəllənin 179.2-ci maddəsinə görə mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarında qeyd edilir ki, məhkəmə hökm çıxararkən verilmiş hər bir mülki iddia üzrə onun təmin edilib-edilməməsi, kimin xeyrinə və hansı hissədə təmin edilməsi məsələlərini həll etməlidir. Həmin qərarın 68-ci maddəsinə əsasən cinayət-prosessual qanuna əsasən məhkəmə hökmün təsviri-əsaslandırıcı hissəsində mülki iddianın tam və ya qismən təmin edilməsi və yaxud rədd edilməsi üzrə motivlərini, müvafiq maddi və prosessual hüquqi normaları və zəruri hallarda təmin edilmiş tələblərə aid olan hesablamaları göstərməklə gəldiyi nəticəni əsaslandırır. Belə əsaslandırma aparılarkən cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə və yaxud əməlin törədilməsi ilə əlaqədar vurulmuş ziyanın xarakteri və təmin edilməli olan tələblər üzrə ödənişlərin məbləği (o cümlədən, mülki cavabdeh mülki iddianı qəbul etdiyi hallarda) məhkəmə baxışında tədqiq edilmiş sübutlar göstərilməklə onların məcmusu ilə əsaslandırılmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsində göstərilmişdir ki, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə görə, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Qeyd edilən qanunvericilik normalarının tələbləri baxımından məhkəmə bildirir ki, cinayət əməli nəticəsində vurulan ziyanın 24000 manatı cinayət işinə məhkəmədə baxılarkən ödənildiyindən cinayət işi üzrə mülki iddia qismən təmin edilməli, təqsirləndirilən şəxs və həmçinin cinayət işi üzrə mülki cavabdeh Təqsirləndirilən şəxs ödənilməyən 6250 (altı min iki yüz əlli) manat məbləğində pul alınaraq zərərçəkmiş şəxs və həmçinin cinayət işi üzrə mülki iddiaçı X4 ödənilməli, iş üzrə mülki iddia qalan hissədə rədd edilməli və mülki iddia qismən təmin edilməli olduğundan zərərçəkmiş şəxs və həmçinin cinayət işi üzrə mülki iddiaçı X8 tərəfindən mülki iddia qaldırılan zaman ödənilmiş 185.70 (yüz səksən beş manat yetmiş qəpik) manat dövlət rüsumunun 38.37 (otuz səkkiz manat otuz yeddi qəpik) hissəsi Təqsirləndirilən şəxs tutularaq X4 ödənilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001ci il tarixli, 31 nömrəli qərarına əsasən göstərilmiş hüquqi xidmətlərə görə müdafiəçiyə hər iş saatı üçün 6 (altı) manat miqdarında haqq ödənilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.5-ci maddəsinin tələbinə görə həmin Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Qeyd olunanlara əsasən məhkəmə müdafiəçi tərəfindən məhkəməyə təqdim edilmiş hesabatı nəzərdən keçirərək belə əticəyə gəlir ki, təqsirləndirilən şəxsə göstərilmiş hüquqi xidmətə görə Naxçıvan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 60 (altmış) iş saatına görə 360 (üç yüz altmış) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsindən müdafiəçiyə ödənilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Cinayət işi üzrə təqsirləndirilən şəxs və həmçinin cinayət işi üzrə mülki cavabdeh Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli olan əmlakı məhkəmə tərəfindən müəyyən edilməmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il 03 (üç) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 23 noyabr 2023-cü il tarixdən 25 noyabr 2023-cü il tarixədək şübhəli şəxs qismində saxlanıldığı müddət yəni 2 gün müddətin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər hesablanmaqla, cəmi 04 (dörd) gün müddət ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq, onun üzərində qəti olaraq 02 (iki) il 02 (iki) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə daimi yaşayış yeri olan Babək rayonu, Güznüt kəndində yerləşən fərdi yaşayış evini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Naxçıvan Muxtar Respublikası ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzanın icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Babək Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs çəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan Təqsirləndirilən şəxs məxsus 5417 3548 0383 0394 nömrəli Bank Respublika kartı, 4169 7388 4669 7831 nömrəli Kapital Bank kartı, 4127 2141 2421 1647 nömrəli ABB kartı, 4169 7414 2829 8572 Kapital Bank kartı, 4169 7385 9597 0645 Kapital Bank kartı və 5103 0714 3759 2054 Kapital bank kartı hökm qanuni qüvvəsini aldıqdan sonra Təqsirləndirilən şəxs qaytarılsın. İş üzrə mülki iddia qismən təmin edilsin. Təqsirləndirilən şəxs və həmçinin cinayət işi üzrə mülki cavabdeh Təqsirləndirilən şəxs ödənilməyən 6250 (altı min iki yüz əlli) manat məbləğində pul alınaraq zərərçəkmiş şəxs və həmçinin cinayət işi üzrə mülki iddiaçı X4 ödənilsin. İş üzrə mülki iddia qalan hissədə rədd edilsin. Mülki iddia qismən təmin edilməli olduğundan zərərçəkmiş şəxs və həmçinin cinayət işi üzrə mülki iddiaçı X8 tərəfindən mülki iddia qaldırılan zaman ödənilmiş 185.70 (yüz səksən beş manat yetmiş qəpik) manat dövlət rüsumunun 38.37 (otuz səkkiz manat otuz yeddi qəpik) manat hissəsi Təqsirləndirilən şəxs tutularaq X4 ödənilsin. Naxçıvan Şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs dövlət hesabına göstərdiyi pulsuz hüquqi yardıma görə 360 (üç yüz altmış) manat məbləğində haqq Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Müdafiəçi ödənilsin. Hökmdən elan olunduğu gündən 20 (iyirmi) gün müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Gülsüm Əliyeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar