Azərbaycan Respublikası adından HÖKM Naxçıvan şəhəri İş № 1(078)-24/2025 06.08.2025 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Əliyeva Gülsüm Kamal qızının sədrliyi, X3 məhkəmə iclas katibliyi, Dövlət ittihamçısı, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1994-cü il tarixdə Babək rayon, Əliabad kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, 2 uşaq atası, əvvəllər məhkum olunmamış, işsiz, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə, m ü ə y y ə n e t d i: Naxçıvan Şəhər Məhkəməsinin icraatına 10 mart 2025-ci ildə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi daxil olmuşdur. Cinayət işinin məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, cinayət işinin başlanmasına səbəb Naxçıvan Şəhər Polis İdarəsinin Cinayət Axtarışı Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində Naxçıvan şəhəri Əliabad qəsəbəsi sakini Təqsirləndirilən şəxs 28 oktyabr 2024-cü il tarixdə saat 23:05 dəqiqədə Naxçıvan şəhəri Əliabad qəsəbəsi yaxınlığında saxlanılarkən üzərindən bir ədəd siqaretə doldurulmuş təmiz çəkisi 0,231 qram olan yaşımtıl rəngli spesifik iyli xırdalanmış və kustar üsulla hazırlanmış qurudulmuş marixuana narkotik vasitəsi aşkar olunması, həmçinin istifadə etmək məqsədilə yaşadığı evin həyətində yardımçı tikilidə gizlətdiyi bir ədəd kibrit qutusunun içərisində olan təmiz çəkisi 6,041 qram olan yaşımtıl rəngli spesifik iyli xırdalanmış və kustar üsulla hazırlanmış qurudulmuş marixuana narkotik vasitəsi aşkar edilərək prosessual qaydada götürülməsi, əsas isə həmin fakt əsasında toplanmış təhqiqat materialı olmuşdur. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilir ondan ötrü ki, o, satış məqsədi olmadan istintaqa məlum olmayan mənbədən əldə etdiyi kibrit qutusunun içərisində olan qurudulmuş marixuana narkotik vasitəsini ünvan 1 ünvanında yerləşən evinin yardımçı tikilisində kibrit qutusunun içərisində gizlətmiş, həmin kibrit qutusunun içərisində olan qurudulmuş marixuana narkotik vasitəsindən istifadə etmək məqsədilə bir qədər götürərək üzərində saxlamış, Naxçıvan ŞPİ-nin CAŞ-nin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat tədbirləri zamanı 28 oktyabr 2024-cü il tarixdə saat 23:05 dəqiqədə Naxçıvan şəhəri Əliabad qəsəbəsi yaxınlığında saxlanılarkən həm üzərindən bir ədəd üzərində "West" yazısı olan siqaretin içərindən təmiz çəkisi 0,231 qram olan tünd-yaşıl rəngli, spesifik iyli, xırdalanmış bitki mənşəli bitki mənşəli, narkotik təbiətli çətənə bitkisindən kustar üsulla hazırlanmış qurudulmuş marixuana narkotik vasitəsi, həm də əməliyyat tədbirlərinin davamı olaraq istifadə etmək məqsədilə yaşadığı evin həyətindəki yardımçı tikilidə gizlədib saxladığı bir ədəd kibrit qutusunda olan təmiz çəkisi 6,041 qram olan tünd-yaşıl rəngli, spesifik iyli, xırdalanmış bitki mənşəli, narkotik təbiətli çətənə bitkisindən kustar üsulla hazırlanmış qurudulmuş marixuana narkotik vasitəsi aşkar olunmuş və ümumilikdə gizlədib saxladığı təmiz çəkisi 6,272 qram tünd-yaşıl rəngli, spesifik iyli, xırdalanmış bitki mənşəli, narkotik təbiətli çətənə bitkisindən kustar üsulla hazırlanmış qurudulmuş marixuana narkotik vasitəsi prosessual qaydada götürülmüşdür. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ifadəsində əvvəllər narkotik vasitələrdən istifadə etmədiyini, yalnız marixuana narkotik vasitəsindən istifadə etdiyini, digər narkotik vasitələrdən və psixotrop maddələrdən istifadə etmədiyini, əvvəllər məhkum olunmadığını, İİ qrup əlil olduğunu, şizofreniyadan əziyyət çəkdiyini, özünü narahat hiss etdiyini, Y.Budaqov adına X1 qeydiyyatda olduğunu, buna görə müalicə aldığını, narahat olan vaxtlar mariauxana da istifadə etdiyini, marixuana narkotik vasitəsindən istifadə edəndə başının sakitləşdiyini, gərginliyinin getdiyini, təxminən bir ay bundan əvvəl İnstagram sosial şəbəkəsində narkotik şəkilli profillə danışdığını, həmin şəxsin iranlı Cavad olduğunu, özündən "marixuana istifadə edirsən?” deyə soruşduğunu, özünün də "bəli istifadə edirəm" dediyini, həmin şəxsdən "Cavad Naxçıvan gəlib gedirsən?" deyə soruşduğunu, Cavadın da “bəli gəlib gedirəm, gələ bilməsəm, tanış var, deyəcəm, gətirib sənə verəcək" dediyini, buna görə Cavadla razışlaşdıqlarını, özünün xəstəliyinin qalxdığını, halsızlaşdığını, Cavada "mən pisəm, olsa göndər götürüm" dediyini, Cavadın da “harada yaşayırsan" dediyini, özünün də "Əliabad qəsəbəsində yaşayıram" dediyini, Cavad "qəbirstanlığa tərəf get, orada bir nəfər gələcək, onunla görüş, heç nə soruşma, verdiyini al, o da çıxıb gedəcək" dediyini, özünün də evdən çıxıb piyada Əliabad qəbirstanlığına tərəf getdiyini, bir kənardan oturduğunu, bir qədər keçəndən sonra oraya tanımadığı bir nəfər şəxsin gəldiyini, həmin şəxsin "Cavad deyən şəxsəm” dediyini, özünün də onunla görüşdüyünü, həmin şəxsin heç nə demədən bir kirbit qutusu çıxarıb verdiyini, özünün içərisində marixuana olduğunu başa düşdüyünü, kirbit qutusunu açdığını, qutunun içərisində spesifik iyli yaşıl rəngli marixuana narkotik vasitəsi olduğunu gördüyünü, özünün də kirbit qutusunu götürdüyünü, iranlı ilə sağollaşdığını, getdiyini, həmin vaxt qorxub çəkmədiyini, kirbit qutusunu üstündə gizlətdiyini, evə getdiyini, evdə kibriti çıxarıb həyətdə yarımtikili damda gizlətdiyini, 28 oktyabr 2024-cü il tarixdə mariaxuana çəkmək üçün yarımtikiliyə getdiyini, kirbit qutusunun içərisindən bir qədər marixuana götürüb, siqaretə qatdığını, siqaretə doldurduğunu, təkrar içərisində marixuana olan kirbiti həmin yarım tikiliyə qoyduğunu, ürəyi istədiyindən, marixuananı çəkmək üçün çölə çıxdığını, vəziyyəti pis olduğundan, marixuananı çıxarıb çəkmək istədiyini, həmin an polis əməkdaşlarının ona yaxınlaşdığını, həmin şəxslər özlərini video çəkilişlə təqdim etdiklərini, özünün üzərində marixuana olduğunu dediyini, polislərə təqdim etdiyini, polis əməkdaşlarının başqa harada mariuxana olduğunu soruşduqlarını, özünün də “yarım tikilidə gizlətmişəm" dediyini, öz iştirakı ilə polis əməkdaşlarına kibrit qutusunun içərisində olan marixuananı gizlətdiyi yeri göstərdiyini, polis əməkdaşlarının videoçəkilişlə həmin kibrit qutusunun içərisində olan marxiauananı götürdüklərini, qurudulmuş marixuana narkotik vasitəsini tanımadığı bir iranlıdan aldığını, həmin qurudulmuş marixuanadan heç kimə satmadığını, sadəcə istifadə etmək üçün aldığını, istifadə də edə bilmədiyini, arada bir istifadə etmək üçün xəstəliyi ilə əlaqədar marixuananı yarımtikilədə saxladığını, əvvəllər narkotik vasitə və ya psixotrop maddədən Bakı şəhərində olanda bir dəfə aldığını və istifadə etdiyini, Naxçıvanda ilk dəfədir, istifadə etmək üçün narkotik vasitə aldığını, istintaq zamanı verdiyi ifadəni təsdiq etdiyini, törətdiyi əmələ görə peşman olduğunu bildirərək göstərdiklərini nəzərə alaraq onun barəsində qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində etimad doğuran, məlum və qərərsiz mənbədən daxil olmuş əməliyyat məlumatı nəticəsində CAŞ-nin əməliyyat müvəkkili, polis mayoru Şahid3 və Şahid2la birlikdə əməliyyat tədbiri qurduqlarını, tədbirə uyğun olaraq 2024-cü ilin oktyabr ayının 28-də əməliyyat tədbirini həyat keçirdiklərini, narkotik vasitələrdən istifadə etməkdə və saxlamaqda xx.xx.1994-cü il təvəllüdlü Təqsirləndirilən şəxs şübhəli olduğunu, Naxçıvan şəhəri Əliabad qəsəbəsinin yaxınlığına getdiklərini, kənardan müşahidə edəndə şübhəli şəxs xx.xx.1994-cü il təvəllüdlü Təqsirləndirilən şəxs küçədə olduğunu gördüklərini, həmin vaxt Naxçıvan ŞPİ-nin CAŞ-nin əməliyyat müvəkkili, polis mayoru Şahid2 da tədbirdə iştirak etdiyini, Şahid2 öz şəxsi istifadəsində olan mobil telefonla video çəkilişə başladığını, video çəkiliş aparılan zaman Şahid3lə birlikdə Təqsirləndirilən şəxs yaxınlaşıb özlərini təqdim etdiklərini, Təqsirləndirilən şəxsla sorğu sual edib üzərində narkotik vasitə olub-olmaması soruşulduğunu, Təqsirləndirilən şəxs istifadə etmək üçün üzərində qurudulmuş marixuana narkotik vasitəsinin saxladığını bildirdiyini, üzərini yoxladığını, üzərində siqaretə bükülmüş qurudulmuş marixuana narkotik vasitəsi aşkar olunduğunu, həmin siqaretə bükülmüş marixuana narkotik vasitəsini əməkdaşlarla birlikdə götürüb bir ədəd ağ rəngli kağız zərfdə qablaşdırıb möhürlədiklərini, bundan əlavə Naiqdən harada narkotik vasitə olduğunu, saxladığını və gizlətdiyini soruşduqlarını, Naiqin yaşadığı evin yardımçı tikilisində qurudulmuş marixuana narkotik vasitəsi gizlətdiyini, video çəkiliş ilə Naiqin razılığına əsasən fərdi yaşayış evinin həyətinə keçdiklərini, Naiq yaşadığı evin həyətində olan yardımçı tikilidə gizlətdiyi içərisində qurudulmuş marixuana narkotik vasitəsi olan kibrit qutusunu çıxarıb təqdim etdiyini, əməkdaşlarla birlikdə həmin qurudulmuş marixuana narkotik vasitəsini götürüb bir ədəd ağ rəngli kağız zərfdə qablaşdırıb möhürlədiyini, Naiqi Naxçıvan Şəhər Polis İdarəsinə dəvət etdiklərini, həmin möhürlənmiş zərfin açıldığını, həmin zərfdə olan bir ədəd siqaretə bükülmüş qurudulmuş marixuana narkotik vasitəsi və kibrit qutusunda olan qurudulmuş marixuana narkotik vasitəsinin ayrı-ayrılıqda elektron tərəzidə çəkildiyini, Təqsirləndirilən şəxs üzərindən aşkar olunan bir ədəd siqaretə bükülmüş qurudulmuş marixuana narkotik vasitəsinin çəkisinin 0.69 qram gəldiyini, kibrit qutusunda olan qurudulmuş marixuana narkotik vasitəsinin isə çəkisinin 9.84 qram gəldiyini, təhqiqatçı tərəfindən həmin qurudulmuş marixuana narkotik vasitəsinin kağız zərfdə qablaşdırılıb möhürləndiyini, istintaq zamanı verdiyi ifadəni təsdiq etdiyini bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində etimad doğuran, məlum və qərəzsiz mənbədən daxil olmuş əməliyyat məlumatı nəticəsində CAŞ-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid1 və Şahid2 ilə birlikdə əməliyyat tədbiri qurduqlarını, tədbirə uyğun olaraq 2024-cü ilin oktyabr ayının 28-də əməliyyat tədbirini həyat keçirdiklərini, narkotik vasitələrdən istifadə etməkdə və saxlamaqda xx.xx.1994-cü il təvəllüdlü Təqsirləndirilən şəxs şübhəli olduğunu, Naxçıvan şəhəri Əliabad qəsəbəsinin yaxınlığına getdiklərini, kənardan müşahidə edəndə şübhəli şəxs xx.xx.1994-cü il təvəllüdlü Təqsirləndirilən şəxs küçədə olduğunu gördüklərini, həmin vaxt Naxçıvan ŞPİ-nin CAŞ-nin əməliyyat müvəkkili, polis mayoru Şahid2 da tədbirdə iştirak etdiyini, Şahid2 öz şəxsi istifadəsində olan mobil telefonla video çəkilişə başladığını, video çəkiliş aparılan zaman Şahid3lə birlikdə Təqsirləndirilən şəxs yaxınlaşıb özlərini təqdim etdiklərini, Təqsirləndirilən şəxsla sorğu sual edib üzərində narkotik vasitə olub-olmamasını soruşduqlarını, Təqsirləndirilən şəxs istifadə etmək üçün üzərində qurudulmuş marixuana narkotik vasitəsinin saxladığını bildirdiyini, üzərini yoxladığını, üzərində siqaretə bükülmüş qurudulmuş marixuana narkotik vasitəsi aşkar olunduğunu, həmin siqaretə bükülmüş marixuana narkotik vasitəsini əməkdaşlarla birlikdə götürüb bir ədəd ağ rəngli kağız zərfdə qablaşdırıb möhürlədiklərini, bundan əlavə Naiqdən harada narkotik vasitə olduğunu, saxladığını və gizlətdiyini soruşduqlarını, Naiqin yaşadığı evin yardımçı tikilisində qurudulmuş marixuana narkotik vasitəsi gizlətdiyini, video çəkilişi ilə Naiqin razılığına əsasən fərdi yaşayış evinin həyətinə keçdiklərini, Naiqin yaşadığı evin həyətində olan yardımçı tikilidə gizlətdiyi içərisində qurudulmuş marixuana narkotik vasitəsi olan kibrit qutusunu çıxarıb təqdim etdiyini, əməkdaşlarla birlikdə həmin qurudulmuş marixuana narkotik vasitəsini götürüb bir ədəd ağ rəngli kağız zərfdə qablaşdırıb möhürlədiklərini, Naiqi Naxçıvan Şəhər Polis İdarəsinə dəvət etdiklərini, həmin möhürlənmiş zərfin açıldığını, həmin zərfdə olan bir ədəd siqaretə bükülmüş qurudulmuş marixuana narkotik vasitəsi və kibrit qutusunda olan qurudulmuş marixuana narkotik vasitəsinin ayrı-ayrılıqda elektron tərəzidə çəkildiyini, Təqsirləndirilən şəxs üzərindən aşkar olunan bir ədəd siqaretə bükülmüş qurudulmuş marixuana narkotik vasitəsinin çəkisinin 0.69 qram gəldiyini, kibrit qutusunda olan qurudulmuş marixuana narkotik vasitəsinin isə çəkisinin 9.84 qram gəldiyini, təhqiqatçı tərəfindən həmin qurudulmuş marixuana narkotik vasitəsinin kağız zərfdə qablaşdırılıb möhürləndiyini, Təqsirləndirilən şəxs əvvəlcədən tanımadığını, onunla arasında heç bir ədavət, düşmənçilik və qohumçuluq münasibəti olmadığını, istintaq zamanı verdiyi ifadəni təsdiq etdiyini bildirdi. Şahid2 06 avqust 2025-ci il tarixdə məhkəməyə ərizə göndərərək, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə təyin edilmiş məhkəmə iclaslarında iştirak edə bilmədiyini, istintaq zamanı verdiyi ifadəni təsdiq etdiyini, məhkəmə iclaslarının iştirakı olmadan keçirilməsini məhkəmədən xahiş etmişdir. İbtidai istintaq zamanı dindirilmiş və məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş Şahid2 ifadəsində daxil olmuş əməliyyat məlumatı nəticəsində Şahid3 və Şahid1lə birlikdə əməliyyat tədbiri qurduqlarını, tədbirə uyğun olaraq 2024-cü ilin oktyabr ayının 28-də əməliyyat tədbirini həyat keçirdiklərini, narkotik vasitələrdən istifadə etməkdə və saxlamaqda xx.xx.1994-cü il təvəllüdlü Təqsirləndirilən şəxs şübhəli olduğundan əməliyyat tədbiri qurduqlarını, Naxçıvan şəhəri Əliabad qəsəbəsinin yaxınlığına getdiklərini, kənardan müşahidə edəndə şübhəli şəxs xx.xx.1994-cü il təvəllüdlü Təqsirləndirilən şəxs küçədə olduğunu gördüklərini, həmin vaxt özünün Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenum qərarına əsasən öz şəxsi istifadəsində olan mobil telefonla video çəkilişə başladığını, video çəkiliş apara-apara Şahid1 və Şahid3lə birlikdə Təqsirləndirilən şəxs yaxınlaşdıqlarını, özlərini təqdim etdiklərini, Təqsirləndirilən şəxsla sorğu sual edib üzərində narkotik vasitə olub-olmamasının soruşulduğunu, Təqsirləndirilən şəxs istifadə etmək üçün üzərində qurudulmuş marixuana narkotik vasitəsinin saxladığını bildirdiyini, üzərini yoxladığını, üzərində siqaretə bükülmüş qurudulmuş marixuana narkotik vasitəsi aşkar olunduğunu, həmin siqaretə bükülmüş marixuana narkotik vasitəsini əməkdaşlarla birlikdə götürüb bir ədəd ağ rəngli kağız zərfdə qablaşdırıb möhürlədiklərini, bundan əlavə Naiqdən harada narkotik vasitə olduğunu, saxladığını və gizlətdiyini soruşduqlarını, Naiqin yaşadığı evin yardımçı tikilisində qurudulmuş marixuana narkotik vasitəsi gizlətdiyini, video çəkilişi ilə Naiqin razılığına əsasən fərdi yaşayış evinin həyətinə keçdiklərini, Naiq yaşadığı evin həyətində olan yardımçı tikilidə gizlətdiyi içərisində qurudulmuş marixuana narkotik vasitəsi olan kibrit qutusunu çıxarıb təqdim etdiyini, əməkdaşlarla birlikdə həmin qurudulmuş marixuana narkotik vasitəsini götürüb bir ədəd ağ rəngli kağız zərfdə qablaşdırıb möhürlədiyini, Naiqi Naxçıvan Şəhər Polis İdarəsinə dəvət etdiklərini, həmin möhürlənmiş zərfin açıldığını, həmin zərfdə olan bir ədəd siqaretə bükülmüş qurudulmuş marixuana narkotik vasitəsi və kirbit qutusunda olan qurudulmuş marixuana narkotik vasitəsinin ayrıayrılıqda elektron tərəzidə çəkildiyini, Təqsirləndirilən şəxs üzərindən aşkar olunan bir ədəd siqaretə bükülmüş qurudulmuş marixuana narkotik vasitəsinin çəkisinin 0.69 qram gəldiyini, kirbit qutusunda olan qurudulmuş marixuana narkotik vasitəsinin isə çəkisinin 9.84 qram gəldiyini, təhqiqatçı tərəfindən həmin qurudulmuş marixuana narkotik vasitəsinin kağız zərfdə qablaşdırılıb möhürləndiyini, Təqsirləndirilən şəxs əvvəlcədən tanımadığını, onunla arasında heç bir ədavət, düşmənçilik və qohumçuluq münasibəti olmadığını bildirmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, istintaq hərəkətlərinin protokollarını da sübut növləri kimi qəbul edir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 29 oktyabr 2024-cü il tarixli cinayət işinin başlanması haqqında qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmışdır. (cild İ, iş vərəq 1) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş ŞPİ-nin CAŞ-ın əməliyyat müvəkkili polis mayoru Şahid3 tərəfindən tərtib edilmiş 28 oktyabr 2024-cü il tarixli raportda qeyd olunmuşdur ki, Naxçıvan Şəhər Polis idarəsinin CAŞ-ın əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində xx.xx.1994-cü ildə Naxçıvan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, əvvəllər məhkum olunmamış, ünvan 2 ünvanında yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri və psixotrop maddələri istifadə etməkdə şübhəli bilindiyi üçün, 28 oktyabr 2024-cü il tarixdə, saat 23:05 dəqiqədə Naxçıvan şəhəri, Əliabad qəsəbəsi yaxınlığında piyada hərəkət edən zaman saxlanılaraq üstü yoxlanılmış və 1 ədəd siqaretə bükülmüş yaşıl rəngli marixuanaya bənzər kütlə və daxil olmuş məlumata əsasən əvvəlcədən gizlətdiyi evin yardımçı tikilisində kibrit qutusuna bükülmüş, yaşıl rəngli marixuanaya bənzər kütlə aşkar edilərək 1 ədəd ağ rəngli zərfdə qablaşdırılmışdır. Əməliyyat-axtarış tədbirlərinin gedişatına dair qanunvericiliyin tələblərinə uyğun olaraq protokollar tərtib olunmuş və videoçəkilişlər DVD-yə qeyd olunmuşdur. (cild İ, iş vərəq 4) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 28 oktyabr 2024-cü il tarixli əməliyyat-axtarış tədbirinin keçirilməsinə və şübhəli şəxsin üstünün yoxlanılmasına dair protokoldan görünür ki, Naxçıvan Şəhər Polis İdarəsinə Təqsirləndirilən şəxs narkotik vasitələri və psixotrop maddələri istifadəsi məqsədi ilə əldə etməsi barədə daxil olmuş məlumat əsasında həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı sonuncu 28 oktyabr 2024-cü il tarixdə, saat 23:05 radələrində Naxçıvan şəhər, Əliabad qəsəbəsi yaxınlığında piyada hərəkət edən zaman saxlanılmış, Təqsirləndirilən şəxs hüquq və vəzifələri, o cümlədən tutulan andan müdafiəçiyə malik olmaq hüququ izah olunmuş, üstünü yoxlama və götürmə aparılmasından əvvəl Təqsirləndirilən şəxs paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri və psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs üzərində narkotik vasitələri və psixotrop maddələrin olduğunu bildirmiş, əməkdaşlar tərəfindən üzərinə yenidən baxış keçirilmiş və üzərindən siqarətə bükülmüş, yaşıl rəngli marixuanaya bənzər kütlə aşkar edilmişdir. Daha sonra narkotik vasitələri və psixotrop maddələri harada olduğunu soruşduqda isə o, yaşadığı evi yardımçı tikilisində gizlətdiyini bildirmiş, həmin yerə baxış zaman kibrit qutusuna doldurulmuş, yaşıl rəngli marixuanaya bənzər kütlə aşkar edilmişdir. Daha sonra aşkar olunmuş predmetlər qablaşdırılmış üzərində müvafiq qeydlər aparılmaqla möhürlənmiş və götürülmüşdür. (cild İ, iş vərəq 10-11) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 29 oktyabr 2024-cü il tarixli şübhəli şəxsin tutulması haqqında qərardan görünür ki, vətəndaş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli bilindiyi üçün onun şübhəli şəxs qismində tutulması qərara alınmışdır. (cild İ, iş vərəq 15) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 29 oktyabr 2024-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, vətəndaş Təqsirləndirilən şəxs azadlığının məhdudlaşdırıldığı vaxtdan, yəni 28 oktyabr 2024-cü il tarixdə saat 23:05dən tutulmuş hesab edilmişdir. (cild İ, iş vərəq 31) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 29 oktyabr 2024-cü il tarixli təqdim olunan əşyaya baxış keçirilməsi və götürmə haqqında protokoldan görünür ki, Naxçıvan ŞPİ-nin CAŞ-ın əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs narkotik vasitələri və psixotrop maddələri istifadə etmək məqsədi ilə əldə edib istifadəsində şübhəli bilindiyi üçün o, 28 oktyabr 2024-cü il tarixdə, saat 23:05 dəqiqədə Naxçıvan şəhəri Əliabad qəsəbəsində piyada hərəkət edən zaman saxlanılaraq üstü yoxlanılmış və üzərindən Winston XS Silver markalı siqaret qutusundan 01 ədəd siqaretin içərisində qurudulmuş yaşıl rəngli marixuana narkotik vasitəsinə bənzər kütlə aşkar edilmiş, bundan əlavə Təqsirləndirilən şəxs yaşadığı evin yardımçı tikilisində gizlətdiyi ağ salfetə bükülmüş kibrit qutusunun içərisində olan qurudulmuş yaşıl rəngli marixuana narkotik vasitəsinə bənzər kütlə aşkar edilmiş və həmin kütlələr Təqsirləndirilən şəxs götürülərək ayrı-ayrı 02 ədəd ağ rəngli zərflərdə qablaşdırılmış və aidiyyəti üzrə təqdim olunmuş, ardınca Təqdim olunan 2 (iki) ədəd ağ rəngli zərfə və DVDyə baxış keçirilmiş, üzərində Təqsirləndirilən şəxs üzərindən Winston XS Silver markalı siqaret qutusunun içərisindən 01 ədəd siqaretin içərisində qurudulmuş marixuana narkotik vasitəsinə bənzər kütlə və yaşadığı evdən yardımçı tikilidən 01 ədəd kibrit qutusunun içərisində qurudulmuş marixuana narkotik vasitəsinə bənzər kütlə aşkar olunmuş, həmin kütlə iştirakçılarla birlikdə elektron tərəzidə çəkilmiş, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş qurudulmuş marixuana narkotik vasitəsinə bənzər 0.69 qram kütlə və kibrit qutusunun içərisində olan qurudulmuş marixuana narkotik vasitəsinə bənzər 9.84 qram kütlə yenidən qablaşdırılıb möhürlənmişdir. (cild İ, iş vərəq 33-34) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 29 oktyabr 2024-cü il tarixli məhkəmə-bioloji ekspertizasının təyin edilməsi haqqında qərardan görünür ki, material üzrə məhkəmə-bioloji ekspertizası təyin edilmiş və ekspertizanın keçirilməsi Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinə tapşırılmışdır. (cild İ, iş vərəq 39-40) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 29 oktyabr 2024-cü il tarixli 1309 nömrəli rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilən, üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş...” yazıları, ad, soyad və imzalar (5 imza) olan və üzərində “AZƏRBAYCAN RESPUBLİKASİ DİN NAXÇİVAN MR DİN NAXÇİVAN ŞƏHƏR POLİS İDARƏSİ ZƏRFLƏR ÜÇÜN” mətni olan dairəvi möhür əksi ilə 02 yerdən nişanlanmış kağız parçası yapışdırılmış, tərəflərindən şərti olaraq 1 rəqəmi ilə nömrələnmiş kağız zərfin içərisindəki 01 ədəd üzərində “West” yazısı olan siqaretin içərisində tütün və təmiz çəkisi - 0,231 qram olan tünd-yaşıl rəngli, spesifik iyli, xırdalanmış bitki mənşəli kütlə və üzərində “Təqsirləndirilən şəxs təqdim etdiyi...” yazıları, ad, soyad və imzalar (5 İmza) olan və üzərində “AZƏRBAYCAN RESPUBLİKASİ DİN NAXÇİVAN MR DİN NAXÇİVAN ŞƏHƏR POLis İDARƏSİ ZƏRFLƏR ÜÇÜN” mətni olan dairəvi möhür əksi ilə 02 yerdən nişanlanmış kağız parçası yapışdırılmış, tərəflərindən şərti olaraq 2 rəqəmi ilə nömrələnmiş kağız zərfin içərisindəki 01 ədəd kibrit qutusunda təmiz çəkisi - 6,041 qram olan tünd-yaşıl rəngli, spesifik iyli, xırdalanmış bitki mənşəli kütlə, narkotik təbiətli çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Qurudulmuş marixuananın ümumi təmiz çəkisi - 6,272 qramdır. Marixuana 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərasizində dövriyyəsi qadağan edilən narkotik vasitələrin siyahısı”na daxildir (İ siyahı İ bənd sıra №146) Tədqiqata təqdim edilmiş şərti 1 nömrəli kağız zərfin içərisindəki 01 ədəd üzərində “West” yazısı olan siqaretin içərisində təmiz çəkisi - 0,231 qram olan qurudulmuş marixuana ilə şərti 2 nömrəli kağız zərfin içərisindəki 01 ədəd kibrit qutusunda təmiz çəkisi - 6,041 qram olan qurudulmuş marixuananın vizual görünüşü, xırdalanma dərəcəsi və NTX analizi zamanı hər iki marixuana nümunələrində Silufol təbəqədə alınan ləkələrin tündlüyünə və THC (tetrahidrakannabinol) RF göstəricilərinə əsasən eynilik təşkil edir. (cild İ, iş vərəq 46- 48) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 30 oktyabr 2024-cü il tarixli müdafiəçinin təyin edilməsi haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə şübhəli şəxs Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etməsi üçün dövlət hesabına dəvət edilmiş Müdafiəçi kimi təyin edilmişdir. (cild İ, iş vərəq 66-67) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 30 oktyabr 2024-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmişdir. (cild İ, iş vərəq 69-70) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 30 oktyabr 2024-cü il tarixli polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. (cild İ, iş vərəq 99-100) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi Y.Budaqov adına Naxçıvan MR X5 tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 2014 saylı məktubdan görünür ki, xx.xx.2024-cü il tarixdə ünvan 3 ünvanda qeydiyyatda olan 1994-cü il təvəllüdlü Təqsirləndirilən şəxs götürülmüş sidik nümunəsində MET ( -), AMP (-), BAR (-), BZO (-), OPİ (-), COC (-), MTD (-), MOP (-), THC (-), MDMA (-), TCA (-), TRA (-) aşkar olunmamışdır. Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən “Şizofreniya.Paranoid forma” diaqnozu ilə dispanserdə dispanser qeydiyyatda dayanır. (cild İ, iş vərəq 112) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 01 noyabr 2024-cü il tarixli əşyanın maddi sübut hesab edilməsi haqqında qərardan görünür ki, cinayət işi üzrə tədqiqata sərf olunduqdan sonra qalan 6,212 qram qurudulmuş marixuana narkotik vasitəsi cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən olunmasına köməklik etdiyindən cinayət işi üzrə maddi sübut hesab edilmiş, maddi sübut kimi tanınmış 6,212 qram qurudulmuş marixuana narkotik vasitəsi saxlanılması üçün Naxçıvan ŞPİ-nin maddi sübutların saxlanc otağında saxlanılmaya verilmiş və Redmi Note 11 markalı mobil telefonun sahibinə qaytarılması nəzərə alınmışdır. (cild İ, iş vərəq 113-114) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 01 noyabr 2024-cü il tarixli məhkəmə narkoloji ekspertiza təyin etmək haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə məhkəmə narkoloji ekspertizası təyin edilmiş və ekspertizanın aparılması Y.Budaqov adına Naxçıvan MR X2 ekspertlərinə həvalə olunmuşdur. (cild İ, iş vərəq 116-117) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 01 noyabr 2024-cü il tarixli ambulator məhkəmə psixiatrik ekspertiza təyin etmək haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə ambulator məhkəmə psixiatrik ekspertizası təyin edilmiş və ekspertizanın aparılması Y.Budaqov adına Naxçıvan MR X2 ekspertlərinə həvalə olunmuşdur. (cild İ, iş vərəq 118-119) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Y.Budaqov adına Naxçıvan MR X5 tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 502 saylı ambulator məhkəmə psixiatrik ekspertizasının rəyində qeyd olunmuşdur ki, Təqsirləndirilən şəxs anlaqsızlığın tibbi meyarlarına (xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik halları) aid “Şizofreniya.Paranoid forma” psixi xəstəliyi aşkar olunmuşdur. Yuxarıda qeyd olunanları nəzərə alaraq ekspert komissiyası aşağıdakı nəticəyə gəlmişdir: Ekspertlər qarşısında qoyulan suallara ambulator məhkəmə psixiatrik ekspertiza zamanı cavab vermək mümkün olmadığına görə stasionar məhkəmə psixiatrik ekspertiza təyin olunması məsləhətdir. (cild İ, iş vərəq 137-139) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Y.Budaqov adına Naxçıvan MR X5 tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 503 saylı ambulator məcburi narkoloji tibbi ekspertizasının rəyində qeyd olunmuşdur ki, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir, lakin fiziki və psixi asılılıq olmadan narkotik maddə qəbulu inkar edilmir. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. (cild İ, iş vərəq 140-142) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 16 dekabr 2024-cü il tarixli stasionar məhkəmə-psixiatrik ekspertizası təyin etmək haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə stasionar məhkəmə-psixiatrik ekspertizası təyin edilmiş və ekspertizanın aparılması Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzinin ekspertlərinə həvalə olunmuşdur. (cild İ, iş vərəq 152-154) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X12 tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 10 saylı stasionar məhkəmə-psixiatrik ekspertizasının rəyində qeyd olunmuşdur ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs əziyyət çəkdiyi paranoid şizofreniya psixi xəstəliyi remissiya mərhələsində olduğuna görə o, cinayət hadisəsini törətdiyi dövrdə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini tam həcmdə dərk etmək və onları tam həcmdə idarə etmək iqtidarında olmamışdır. Buna görə də Təqsirləndirilən şəxs cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 22.1- ci maddəsinin təsiri altına düşür. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hal-hazırkı müayinə zamanı xroniki psixi pozuntu hesab olunan «Paranoid şizofreniya» xəstəliyi müəyyən edilir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hal-hazırkı psixi vəziyyətinə görə özünə və ətrafdakılara qarşı təhlükəlili şəxs hesab edilmir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hal-hazırkı psixi vəziyyətinə görə onun barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə zərurət yoxdur. Bununla yanaşı qeyd olunmalıdır ki, Təqsirləndirilən şəxs xroniki psixi patologiya hesab olunan paranoid şizofreniya xəstəliyindən əziyyət çəkməsi və belə bir patologiyanın gedişində remissiya mərhələsinin kəskinləşmə mərhələsinə keçə bilməsi nəzərə alınaraq daim nəzarət altında saxlanılması və zərurət yarandığı təqdirdə isə həkim-psixiatrın müşahidəsinə verilməsi tövsiyə edilir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs qərarın təsviri hissəsində şərh olunan və ona ittiham edilən cinayət əməlini törədən zaman öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs ona ittiham olunan cinayət əməli barəsində anlaqlı hesab edilməlidir. Onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21.1-ci maddəsinin təsiri altına düşmür. (cild İ, iş vərəq 186-189) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyinin Naxçıvan şəhər Polis İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (cild İ, iş vərəq 184) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilən Naxçıvan Şəhər İcra Hakimiyyəti Əliabad qəsəbə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəlik tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 01/171 nömrəli arayışdan görünür ki, Cəfərov X7 şəhəri, Əliabad qəsəbəsi, döngə 9, ev 5 ünvanında qeydiyyatdadır. (cild İ, iş vərəq 180) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilən Naxçıvan Şəhər İcra Hakimiyyəti Əliabad qəsəbə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəlik tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 01/172 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs arvadı X4, oğlu X9 və oğlu X10 adlı ailə üzvləri var. (cild İ, iş vərəq 181) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilən Naxçıvan Şəhər İcra Hakimiyyəti Əliabad qəsəbə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədə Təqsirləndirilən şəxs Əliabad qəsəbəsində yaşadığı dövr ərzində onun barəsində Naxçıvan şəhər İcra Hakimiyyəti başçısının Əliabad qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə heç bir şikayət daxil olmamışdır. (cild İ, iş vərəq 182) İş üçün əhəmiyyətli olduğundan 28 oktyabr 2024-cü il tarixli video-görüntülərin köçürüldüyü DVD-yə Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə məhkəmə istintaqı zamanı baxış keçirilmiş və baxış zamanı DVD-də qeydə alınmış videogörüntünün 14 dəqiqə 10 saniyə olduğu müəyyən edildi və məlum oldu ki, video çəkilişlə iştirak edən şəxslər barəsində məlumat verildikdən sonra şəxsə üstünü yoxlama və götürmə aparılmasından əvvəl Təqsirləndirilən şəxs paltarlarında, əşyalarında və bədənində olması ehtimal edilən narkotik vasitələri və psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edilir, bu təklifdən sonra Təqsirləndirilən şəxs üzərində narkotik vasitə və psixotrop maddələrin olduğunu bildirir, polis əməkdaşlar tərəfindən üzərinə baxış keçirilir və üzərindən siqarətə bükülmüş, yaşıl rəngli marixuanaya bənzər kütlə aşkar edilir. Daha sonra aşkar olunmuş siqarətə bükülmüş, yaşıl rəngli marixuanaya bənzər kütlə çəkilir və 0.75 qram gəlir. Təqsirləndirilən şəxs həmin kütləni İrandan əldə etdiyini bildirir. Həmin siqarətə bükülmüş, yaşıl rəngli marixuanaya bənzər kütlə bir ədəd kağız zərfə qoyulur, möhürlənir, video-çəkiliş zamanı iştirak edən şəxslərin iştirakı ilə üzəri iştirakçılar tərəfindən imzalanır. Daha sonra narkotik vasitələri və psixotrop maddələrin harada olduğunu soruşduqda isə o, yaşadığı evin yardımçı tikilisində gizlətdiyini bildirir, həmin yerə baxış zaman kibrit qutusuna doldurulmuş, yaşıl rəngli marixuanaya bənzər kütlə aşkar edilir. Daha sonra aşkar olunmuş kibrit qutusuna doldurulmuş, yaşıl rəngli marixuanaya bənzər kütlə çəkilir və 9.84 qram gəlir. Təqsirləndirilən şəxs həmin kütləni də İrandan əldə etdiyini bildirir. Həmin kibrit qutusuna doldurulmuş, yaşıl rəngli marixuanaya bənzər kütlə də bir ədəd kağız zərfə qoyulur, möhürlənir, video-çəkiliş zamanı iştirak edən şəxslərin iştirakı ilə üzəri iştirakçılar tərəfindən imzalanır. İş üçün əhəmiyyətli olduğundan 29 oktyabr 2024-cü il tarixli video-görüntülərin köçürüldüyü DVD-yə Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə məhkəmə istintaqı zamanı baxış keçirilmiş və baxış zamanı DVD-də qeydə alınmış videogörüntünün 35 dəqiqə 6 saniyə olduğu müəyyən edildi və məlum oldu ki, video çəkilişlə iştirak edən şəxslər barəsində məlumat verildikdən sonra bir ədəd DVD-yə HP markalı kompüterdə baxış keçirilir, DVD-də olan görüntüdə təhqiqata təqdim olunan marixuana narkotik vasitəsinə bənzər kütlənin aşkar olunması barədə bildirməsi əksini tapır. Ardınca təqdim olunan 2 (iki) ədəd ağ rəngli zərfə və DVD-yə baxış keçirilir, üzərində Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş yazılı zərflərdən birində 01 ədəd siqaretin içərisində qurudulmuş marixuana narkotik vasitəsinə bənzər kütlə olduğu görünür. Həmin kütlə iştirakçılarla birlikdə elektron tərəzidə çəkilir və həmin marixuana narkotik vasitəsinə bənzər kütlənin 0,69 qram çəkisi gəlir. Sonra həmin marixuana narkotik vasitəsinə bənzər kütlə təkrar bir ədəd kağız zərfə qoyulur, möhürlənir, video-çəkiliş zamanı iştirak edən şəxslərin iştirakı ilə üzəri iştirakçılar tərəfindən imzalanır. Daha sonra digər zərfə baxış keçirilir. Həmin zərfdə isə Təqsirləndirilən şəxs yaşadığı evdən yardımçı tikilidən 01 ədəd kibrit qutusunun içərisində qurudulmuş marixuana narkotik vasitəsinə bənzər kütlə olduğu görünür. Həmin kütlə də iştirakçılarla birlikdə elektron tərəzidə çəkilir və həmin marixuana narkotik vasitəsinə bənzər kütlənin 9.84 qram çəkisi gəlir. Sonra həmin marixuana narkotik vasitəsinə bənzər kütlə təkrar bir ədəd kağız zərfə qoyulur, möhürlənir, video-çəkiliş zamanı iştirak edən şəxslərin iştirakı ilə üzəri iştirakçılar tərəfindən imzalanır. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən- hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “X6 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmək, həmin sübutları mübahisələndirmək imkanına malik olmuşdur. Təqsirləndirilən şəxsin əleyhinə olan sübutlara etiraz etmək və onları mübahisələndirmək üçün məhkəmə prosesində ona imkan yaradılmışdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olubolmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikası cinayət-prosessual qanunvericiliyi müəyyən edir (Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 1.1-ci maddəsi). Hər hansı məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız Cinayət-Prosessual Məcəlləsində (bundan sonra - CPM) göstərilən məsələlər hakim tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin həmin məsələlərin dairəsini müəyyənləşdirən 346.1-ci maddəsinə görə müzakirə edilməsi mütləq olan məsələlərdən biri də təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittiham elan edildiyi cinayətin əlamətlərinə uyğun olub-olmamasıdır. Məhkəmə hökmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmin şəxsin gələcək taleyini həll etdiyi üçün prosessual qanunvericilik onunla bağlı konkret tələblər irəli sürür. Cinayət-prosessual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 349.3., 349.4., 349.5-ci maddələri). Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq məhkəmə hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Beləliklə məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs ittihamda qeyd olunan əməli törətməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 2005-ci il 28 iyun tarixli 960-İİQ saylı Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya (xüsusi razılıq) tələb olunan prekursorların İ siyahısının 146-cı bəndinə görə marixuana (kannabis) Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitədir. 2005-ci il 28 iyun tarixli 961-İİQ saylı Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahıları”nın psixotrop maddələr üzrə İ siyahısının 109-cu bəndinə görə marixuananın (kannabis) xeyli miqdar (təmiz halda qramlarla) daxil olmaqla, aşağı həddi qurudulmuş olduqda 5 qram, qurudulmamamış olduqda isə 25 qram təşkil edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 nömrəli qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Göstərilən maddənin məzmunundan göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. Sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş olsun, bununla sosial balans pozulmuş olsun və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə təqsirləndirilən şəxsin himayəsində 2 azyaşlı uşağının olmasını, anlaqlılığı istisna etməyən psixi pozuntusu olmasını, əməlindən peşman olmasını, ilk dəfə cinayət əməli törətməsini cəzanı yüngülləşdirici hallar kimi nəzərə alır. Məhkəmə, qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilən zaman CM-in 58 və 59cu maddələrinin tələbləri nəzərə alınmalıdır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində qeyd edilən cəzanı ağırlaşdıran halların olmaması müəyyən edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 234.1-ci maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Məhkəmə törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini, təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzası təyin olunduğu təqdirdə təmin edilə bilər və ona bu cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Məhkəmə yuxarıda qeyd olunan halları nəzərə alaraq hesab edir ki, azadlığın məhdudlaşdırılması cəzasının müddəti 01 (bir) il 03 (üç) ay müəyyən edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Qeyd olunan qanunvericilik normalarına əsasən məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyini zamanı Təqsirləndirilən şəxs 28 oktyabr 2024-cü il tarixdən 30 oktyabr 2024-cü il tarixədək şübhəli şəxs qismində saxlanıldığı müddət yəni 2 (iki) gün müddətin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər hesablanmaqla, cəmi 04 (dörd) gün müddət ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq, onun üzərində qəti olaraq 01 (bir) il 02 (iki) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsində azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxsin yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməli olması müəyyən edilmişdir. Məhkəmə, CM-in 52-1-ci maddəsinin tələblərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə daimi yaşayış yeri olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Naxçıvan Muxtar Respublikası ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin: -15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir; 15-1.1-ci maddəsinin tələbinə görə probasiya nəzarəti – azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzalara məhkum edilmiş, şərti məhkum edilmiş, cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş və ya cəza çəkməsi təxirə salınmış məhkumların, habelə bu Məcəllənin 15-1.2.3-cü maddəsində nəzərdə tutulmuş digər şəxslərin üzərinə qanunla və məhkəmə qərarı ilə qoyulmuş vəzifələrin yerinə yetirilməsinə nəzarət edilməsinə, məhkumların islah edilməsi, sosial adaptasiya və reabilitasiyasına yönəlmiş kompleks sosialhüquqi xarakterli tədbirlər sistemindən ibarətdir; -15-1.2 və 15-1.2.1-ci maddələrinin mahiyyətinə görə cərimə, nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə, müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə, ictimai işlər, islah işləri, azadlığın məhdudlaşdırılması növündə cəzalara məhkum edilmiş şəxslər barəsində probasiya nəzarəti tətbiq edilir; -15-2.3-cü maddəsi ilə müəyyən edilir ki, elektron nəzarət vasitələri tətbiq edilmiş məhkumun müəyyən edilmiş vəzifələri yerinə yetirməsinə nəzarət icra məmurları tərəfindən həyata keçirilir; -51-2.1-ci maddəsinin tələbinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Yuxarıda qeyd edilənlərə əsaslanmaqla məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlığın məhdudlaşdırılması növündə cəzanı yaşayış yeri üzrə çəkməli, cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, onun üzərində qoyulmuş vəzifələrin həyata keçirilməsinə nəzarət Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Naxçıvan şəhər İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 353.4.12-ci maddəsinə görə, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində hökm qanuni qüvvəyə minənədək məhkumun barəsində seçilmiş qətimkan tədbirinin həlli göstərilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 175.5-ci maddəsinə əsasən müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. Qeyd edilən prosessual hüquq normalarının tələbləri baxımından məhkəmə bildirir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri onun barəsində hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1 və 132.1.4-cü maddələrinin tələbinə görə mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli Qərarında qeyd olunmuşdur ki, “Narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları ilə bağlı, o cümlədən güclü təsir edən və zəhərli maddələr üzrə cinayət işlərində maddi sübutların məsələsi həll edilərkən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 6 oktyabr tarixli 181 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq müsadirə edilmiş narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının məhv edilməsi Qaydası”na və “Qanunsuz dövriyyədən Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq müsadirə edilmiş, lakin dərman preparatları şəklində olduğuna və tibbi məqsədlərlə istifadə oluna biləcəyinə görə məhv edilməsi məqsədəuyğun olmayan narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi üçün təhvil verilməsi Qaydası”na uyğun olaraq məhkəmələr onların məhv edilməsini və ya tibbi məqsədlər üçün istifadəyə yararlı olan narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə verilməsini hökmdə mütləq göstərməlidirlər və bu işlər üzrə hökmlərin icrası haqqında sənədlərin işə əlavə olunması təmin edilməlidir”. Məhkəmə belə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınan və Naxçıvan Şəhər Polis İdarəsinin maddi sübutların saxlanc otağında saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış 6,212 qram qurudulmuş marixuana narkotik vasitəsi müsadirə olunmalı və hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməli, məhv etmə komissiya tərəfindən həyata keçirilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1 və 197.1.4-cü maddələrinə əsasən 197.1.4. mütəxəssisə, ekspertə ödənilməli haqlar və tərcüməçiyə ödəniş haqqı kimi verilməli olan məbləğ məhkəmə məsrəflərinə aiddir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən Bu Məcəllənin 197.1.1, 197.1.2, 197.1.4, 197.1.5-1, 197.1.5-2, 197.1.6—197.1.9cu maddələrində sadalanan məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. Məhkəmə belə nəticəyə gəlir ki, iş üzrə məhkəmə məsrəfləri olan ekspertiza tədqiqatının dəyəri olan 90.00 (doxsan manat sıfır qəpik) manat pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə (vəkillərə), tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli, 31 nömrəli qərarının 28 aprel 2025-ci il tarixədək qüvvədə olan 1-ci bəndində əsasən göstərilmiş hüquqi xidmətlərə görə müdafiəçiyə hər iş saatı üçün 6 (altı) manat miqdarında haqq ödənilməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli Qərarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2025-ci il tarixli qərarının 2-ci bəndindən görünür ki, “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli Qərarının 1-ci hissəsində “maddələrində” sözündən sonra “və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67-1.1-ci və 67-1.2-ci maddələrində” sözləri ilə əlavə edilməsi və həmin hissədə “6 manat” sözləri “11 (on bir) manat” sözləri ilə əvəz edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.5-ci maddəsinin tələbinə görə həmin Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Qeyd olunanlara əsasən məhkəmə müdafiəçi tərəfindən məhkəməyə təqdim edilmiş hesabatı nəzərdən keçirərək belə nəticəyə gəlir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsə göstərilmiş hüquqi xidmətə görə Naxçıvan şəhər ASAN Vəkil Bürosunun vəkili Müdafiəçi 28 aprel 2025-ci il tarixədək məhkəmədə iştirak etdiyi 17 (on yeddi) iş saatına görə 102 (bir yüz iki) manat və 28 aprel 2025-ci il tarixindən sonra məhkəmədə iştirak etdiyi 23 (iyirmi üç) iş saatına görə 253 (iki yüz əlli üç) manat olmaqla, ümumilikdə 355 (üç yüz əlli beş) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsindən müdafiəçiyə ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli olan əmlakı məhkəmə tərəfindən müəyyən edilməmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il 03 (üç) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 28 oktyabr 2024-cü il tarixdən 30 oktyabr 2024-cü il tarixədək şübhəli şəxs qismində saxlanıldığı müddət yəni 2 (iki) gün müddətin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər hesablanmaqla, cəmi 04 (dörd) gün müddət ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq, onun üzərində qəti olaraq 01 (bir) il 02 (iki) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə daimi yaşayış yeri olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Naxçıvan Muxtar Respublikası ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzanın icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Naxçıvan şəhər İcra və Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs çəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Cinayət işi üzrə maddi sübut olan Naxçıvan Şəhər Polis İdarəsinin maddi sübutların saxlanc otağında saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış 6,212 qram qurudulmuş marixuana narkotik vasitəsi müsadirə olunsun və hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Məhv etmə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 32-ci maddəsinə əsasən yaradılmış komissiya tərəfindən həyata keçirilsin. Ekspertiza tədqiqatının dəyəri olan 90.00 (doxsan manat sıfır qəpik) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, Hesab: AZ21NABZ********************, Müxbir hesab: AZ88NABZ********************) köçürülsün. Naxçıvan Şəhər ASAN Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs dövlət hesabına göstərdiyi pulsuz hüquqi yardıma görə 355 (üç yüz əlli beş) manat məbləğində haqq Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Müdafiəçi ödənilsin. İş üzrə mülki iddianın olmadığı nəzərə alınsın. Hökmdən elan olunduğu gündən 20 (iyirmi) gün müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Gülsüm Əliyeva.
Məhkəmə qərarları › İş №1(078)-24/2025
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Hökm — İş №1(078)-24/2025
06.08.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver