Azərbaycan Respublikası adından HÖKM Naxçıvan şəhəri İş № 1(078)-26/2024 06.06.2024 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Saat 17:00 Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi, Dövlət ittihamçısı Naxçıvan Muxtar Respublikası Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuroru kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxxxxx 1990-cı ildə Şahbuz rayon Aşağı Qışlaq kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, əvvəllər məhkum olunmamış, evli, bir uşaq atası, işsiz, Şahbuz rayon Aşağı Qışlaq kəndində qeydiyyatda olmaqla Naxçıvan şəhəri Atabəylər küçəsi bina 3, mənzil 21-də yaşayan, barəsində 05 fevral 2024-cü il tarixdə başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Novruzi X3 Muxtar Respublikası Daxili İşlər Nazirliyinin İstintaq və təhqiqat idarəsinin baş müstəntiqi vəzifəsində işləyərkən adıçəkilən idarənin müstəntiqi Fədair Nəbiyevin məzuniyyətə çıxması ilə əlaqədar olaraq onun icraatında olan Şahid3 Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işinə nəzarət İstintaq və təhqiqat idarəsinin rəisi Zahir İsmayılovun şifahi tapşırığı ilə ona həvalə edilən cinayət işi üzrə 2023-cü ilin iyun ayının əvvəllərində Şahid3 atası Zərərçəkmiş şəxs ilə Naxçıvan şəhərində yerləşən Naxçıvan MR Daxili İşlər Nazirliyinin inzibati binasının yanında görüşmüş, söhbət zamanı Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs oğlunun törətdiyi cinayət əməlinə görə məsuliyyətdən azad olunması istəyində olduğunu görüb öz qulluq mövqeyindən istifadə etməklə oğlunun cinayət məsuliyətindən azad olunmasına dair vəd verməklə aldadıb onun xeyli miqdarda əmlakını ələ keçirmək qərarına gəlmiş, bu məqsədlə o, şəxsin törətdiyi əmələ görə məsuliyyətindən azad etməsi üçün heç bir qanuni əsas olmadığı və rəsmi olaraq icraatında olmayan cinayət işi üzrə qərar qəbul etmək səlahiyyətinə malik olmadığı halda, Zərərçəkmiş şəxs əmlakını qanunsuz olaraq ələ keçirmək məqsədilə guya cinayət işini məhkəməyə göndərmədən ibtidai istintaq dövründə xitam olunacağı və oğlunun cinayət məsuliyyətindən azad olunacağı ilə bağlı yalan vəd verməklə aldadıb bunun müqabilində ondan 20000 (iyirmi min) manat məbləğində pul istəmiş, Zərərçəkmiş şəxs həmin məbləği vermək imkanının olmadığını bildirdikdə isə Təqsirləndirilən şəxs ona cinayət işinin materiallarına yenidən baxıb xəbər edəcəyini demiş, bir neçə gün sonra Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxsla yenidən həmin yerdə görüşmüş və bu işin görülməsinə görə ondan 13000 (on üç min) manat pul istəmiş, 2023-cü ilin iyun ayının ortalarında Zərərçəkmiş şəxs Daxili İşlər Nazirliyinin inzibati binasının yanında onunla görüşərək əvvəl 4000 manat, iki-üç gün sonra 3000 manat məbləğində pulu nağd şəkildə vermiş, daha sonra Zərərçəkmiş şəxs “Watsap” mobil tətbiqi vasitəsilə öz adına olan 4169 7388 3254 7925 hesab nömrəli “Kapital Banka” məxsus plastik kartının şəklini ataraq razılaşdıqları məbləğin qalan hissəsini həmin karta atmasını istəmiş, bu səbəbdən Zərərçəkmiş şəxs Şərur rayonunda yerləşən “MilliÖn” ödəmə terminali vasitəsilə 21 iyun 2023-cü il tarixdə 2000 manat, 24 iyun 2023-cü il tarixdə 1500 manat, 30 iyun 2023-cü il tarixdə 1000 manat və Zərərçəkmiş şəxs xahişi ilə qohumu Şahid5 tərəfindən eyni vasitə ilə 27 iyun 2023-cü il tarixdə 1500 manat olmaqla, qalan 6000 manatı Təqsirləndirilən şəxs adına olan 4169 7388 3254 7925 hesab nömrəli “Kapital Banka” məxsus plastik kart hesabına köçürmüş, Təqsirləndirilən şəxs isə ələ keçirdiyi pul məbləğini şəxsi ehtiyaclarına sərf etmiş, lakin sonrakı müddətdə verdiyi vədə əməl etməməklə öz qulluq mövqeyindən istifadə edərək özgənin xeyli miqdarda əmlakını aldatma yolu ilə ələ keçirib dələduzluq etmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.2.3 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətmişdir. Təqsirləndirilən şəxs qeyd edilən cinayət əməlini törətməsi öz ifadəsi, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, istintaq hərəkətlərinin protokolları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ifadəsində qeyd edilən cinayət əməlini törətməkdə özünü təqsirli bilərək göstərmişdir ki, 2013-cü ildən X4 işləmiş, 2016-cı ildən Naxçıvan MR Daxili İşlər Nazirliyində İstintaq və Təhqiqat İdarəsində işləmiş, sonuncu vəzifəsi həmin idarədə baş müstəntiq olmuş, 2023-cü ilin iyul ayının 11-də işdən azad olunmuş, hazırda müvəqqəti işsizdir. 2023-cü ilin iyun ayında idarədə baş müstəntiq Fədair Nəbiyev məzuniyyətdə olduğundan onun icraatında olan Şahid3 barəsində Azərbaycan Respulbikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə istintaqı aparılan cinayət işi ona həvalə olunmuşdur. İş ona həvalə edildikdən sonra Şahid3 atası Əli onun 060 213-00-10 nömrəsinə zəng edib tanışlıq vermiş, bu vaxta qədər həmin şəxsi tanımamışdır. Əli onunla görüşmək istədiyini bildirmiş, dəqiq xatırlamadığı tarixdə Naxçıvan şəhərində Daxili İşlər Nazirliyinin yanında Əli ilə görüşmüşdür. O, oğlunun tutulmaması üçün köməklik edilməsini xahiş etmişdir. Ona uşağına kömək etmək üçün 20000 manat pul verməsini demiş, Əli o qədər pula gücünün çatmayacağını bildirdikdə ona danışıb xəbər edəcəyini demişdir. Sonra Əli yenidən zəng etmiş, onunla görüşmüş və ona işin həll edilməsi üçün 13000 manat verməsini bildirmiş, Əli razılaşmış, amma hissə-hissə verəcəyini bildirmişdir. Bundan sonra Əliyə ilkin olaraq 5000 və 3000 manat verməsini tapşırmış və hərəsini bir yerə veriləcəyini bildirmişdir. Bir neçə gün sonra Əli zəng edib pulun bir qisminin hazır olduğunu demiş və Daxili İşlər Nazirliyinin yanına onunla görüşmüş, Əli ilkin olaraq 4000 manat vermiş, bir neçə gün sonra Əli yenə Daxili İşlər Nazirliyinə gəlmiş və bu dəfə əlavə 3000 manatı xidməti otağında ona vermiş, qalan pulu da tapıb gətirəcəyini bildirmişdir. Əli ilə mobil telefonla əlaqə saxlamış, onun mobil telefonu yadında qalmamış, ona yalnız yuxarıda qeyd etdiyi Naxtel nömrə ilə zəng etmiş, əlavə olaraq həmin nömrənin vatsapı ilə əlaqə saxlamışlar. Bundan sonra Əli qalan 6000 manat pulu bir neçə gün ərzində tapmış və ona zəng dərək pulu vermək istədiyini demiş, ona həmin pulu karta atmasını bildirmiş və Kapital Banka aid özünə məxsus 4169 7388 3254 7925 nömrəli kartın şəklini göndərmiş, pulu həmin karta atmasını tapşırmışdır. Əli bir neçə gün ərzində hissə-hissə 500, 1000, 1500 və 2000 manat olmaqla qalan 6000 manat pulu həmin karta göndərmiş, beləliklə Əli ona cəmi 13000 manat pul vermişdir. Həmin ərəfədə Əlinin oğlu Qurbaninin barəsində yuxarıda qeyd etdiyi maddə ilə cinayət işinin istintaqı getmiş, 11 iyul 2023-cü il tarixdə işdən azad olunmuş, işdən azad olunduqdan sonra həmin iş təkrar Fədair müəllimin icraatına verilmişdir. O işdən azad olunandan sonra Qurbaninin atası Əli yenə zəng edib işin həll olunub-olunmamasını soruşmuş, ona işdən azad olunmağı barədə heç bir məlumat verməmiş, sadəcə işinin həll ediləcəyini bildirmişdir. Sonrakı vaxtda Qurbaninin cinayət işi məhkəməyə göndərilmiş, Əli yenə də zəng edib işin həll olunub-olunmayacağını soruşmuş, ona yalan məlumat verib işin düzələcəyini demişdir. 2023-cü ilin sentyabr ayının axırlarında Qurbaniyə məhkəmə 2 il 6 ay azadlıqdan məhrumetmə cəzası vermiş, Əli buna görə ona zəng edib niyə belə olduğunu soruşmuş və verdiyi pulun geri qaytarılmasını tələb etmişdir. Ona pulu qaytaracağını bildirsə də imkan edib qaytara bilməmişdir. Sonra Əli prokurorluğa şikayət etmiş, ondan aldadıb aldığı 13000 manatın 10500 manatını qaytarmışdır. Təqsirləndirilən şəxs verilən əlavə suallara cavab olaraq göstərmişdir ki, Zərərçəkmiş şəxs adlı şəxsdən 13000 manatı həmin vaxt ona həvalə edilmiş oğlu Qurbaninin barəsində aparılan cinayət işi üzrə köməklik edilməsi üçün vermiş, yəni işin məhkəməyə göndərilməməsi və istintaq müddətində xitam edilməsi üçün vermişdir. Əli ona 4000 və 3000 manatı nağd formada, 6000 manat isə kartına göndərməklə cəmi 13000 manat pul vermiş, bu barədə başqa heç kimin məlumatı olmamış, həmin puldan kiməsə verməmiş, aldığı həmin pulları özü xərcləmiş, borclarını qaytarmışdır. Zərərçəkmiş şəxs 3000 və 4000 manat pul verərkən yanlarında heç kim olmamış, onu əvvəllər tanımamış, oğlunun işi ona veriləndən sonra zəng edib, görüb tanımışdır. Zərərçəkmiş şəxs aldığı pulları kimə və ya kimlərəsə verəcəyi barədə heç nə deməmişdir. Qeyd olunan cinayət işi müstəntiq Fədair Nəbiyevin icraatında olmuş, 2023cü il iyun ayında o xəstəliklə bağlı məzuniyyətə çıxmış və onun icraatında olan 4 cinayət işi və bir neçə araşdırma materialı İstintaq idarəsinin rəisi Zahir İsmayılov tərəfindən ona tapşırılmış, həmin cinayət işlərindən biri də Şahid3 barəsində olan cinayət işi olmuşdur. Həmin cinayət işini icraata qəbul etmək haqqında qərar qəbul etməmiş, həmin ərəfədə qeyd olunan cinayət işi üzrə yol nəqliyyat hadisəsi ekspertizası təyin edilmiş, iş ekspertizada olmuşdur. Həmin işin onun icraatında olmasına dair rəsmi sənəd olmamış, Fədair xəstəliklə bağlı məzuniyyətdə olduğundan İstintaq idarəsinin rəisi Zahir İsmayılov tərəfindən şifahi tapşırıq əsasında ona verilmişdir. Həmin iş faktiki onda olsa da hər hansı qərar qəbul etməmiş və ya istintaq hərəkəti həyata keçirməmişdir. Cinayət işi onun icraatında olmadığından onlara heç bir köməklik etmək imkanı olmamış, Əli ona işin xitam olunması üçün pul təklif etdiyindən həmin ərəfədə də borcları olduğundan və pula ehtiyacı olduğundan onu bu yolla aldadıb pulunu almağı fikirləşmiş, Əliyə hər hansı köməklik etmək niyyəti olmamışdır. Həmçinin həmin işdə cinayət törətmiş şəxsə köməklik etmək imkanı mövcud olmamış, çünki yol nəqliyyat hadisəsi ölümlə nəticələnmiş və ekspert tərəfindən verilən rəydə sürücünün baş vermiş hadisədə təqsirinin olması göstərilmişdir. Vurulmuş ziyanın ödənilməsi, eləcə də dövlət büdcəsinə müəyyən edilmiş faizin ödənilməsi üçün heç bir maddi imkanı yoxdur. Ata babasından qalan torpaq sahəsinin sənədləşdirilib satılması üçün zəruri sənədlər toplanılmışdır. Əgər zərərçəkmiş şəxs istəsə həmin torpaq sahəsini onun adına keçirə bilər. Başqa maddi imkanı yoxdur. Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, Şahid3 böyük oğludur. Qurbani Şərur rayon Su təsərrüfatı və meliorasiya idarəsində işləyir. Qurbani özünə məxsus Xəzər modelli avtomobillə 23 aprel 2023-cü il tarixdə Sədərək Naxçıvan istiqamətində idarə edərkən Gömrük İdarəsinə çatmamış avtomobilin sağ qabaq hissəsinə itin girməsi səbəbindən avtomobili sol böyrü üstə çevrilmiş, həmin vaxt avtomobildə Qurbanidən əlavə yolda avtomobilə minən 4 nəfərdən biri rəhmətə getmişdir. Buna görə Daxili İşlər Nazirliyində Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə cinayət işi başlanıb istintaq aparılmış, cinayət işini əvvəl Fədair müəllimin icraatında olmuşdur. Təxminən 2023-cü il iyun ayının 1-2-də Fədair müəllim ona “cinayət işini Zaman müəllimin icraatına veriblər, bundan sonra işi o aparacaq, onunla əlaqə saxla” demiş, hətta Təqsirləndirilən şəxs mobil telefon nömrəsini vermişdir. Bundan sonra Təqsirləndirilən şəxs 060 213-00-10 nömrəli mobil telefonuna öz istifadəsində olan 050 342-07-83 nömrəsi ilə zəng etmiş, həmin vaxta qədər Zaman müəllimi tanımamış, ona zəng edib kim olduğunu demiş, oğlunun işinin onda olduğunu bildirmiş, Zaman isə “iş mənə verilib baxıb deyərəm” deyə cavab vermişdir. Təxminən 1-2 gün sonra Zamana zəng etmiş, o, isə görüşməyi təklif etmişdir. 2023-cü ilin iyun ayında dəqiq xatırlamadığı tarixdə Zaman müəllimlə zəngləşib Naxçıvan şəhərində Daxili İşlər Nazirliyinin yanında nazirliyin böyründə olan komendant putkasının arxasında görüşüb söhbət etmiş, söhbət zamanı Zamandan “qəzadı olub, necə kömək eləmək olar” deyə soruşmuş, həmin vaxt Zaman müəllim polis formasında olmuş, rütbəsi isə mayor olmuşdur. Zaman müəllim ona “20000 manat verməlisən yoxsa uşaq tutulacaq” deyə bildirmiş, ona bu qədər pulun çox olduğunu verməyə gücünün çatmadığını demiş, həmin vaxt yanlarında başqa adam olmamış, Zaman ona danışıb deyəcəyini bildirmiş, təxminən 1-2 gün sonra Zamana zəng etmiş və yenə Daxili İşlər Nazirliyinin arxasında görüşmüşlər. Zaman yenə də formada olmuş, yanlarında başqa şəxs olmamışdır. Söhbət zamanı Zaman ona “danışdım, 13 min manat verəcəksən, 10 min manat bir və 3 min manat da bir, başqa söz danışma get gətir” demiş, ona bu pulu bir dəfəyə verə bilməyəcəyini bildirmiş, Zaman isə 3 min bir gətir, 5 min bir gətir deyə tapşırmışdır. Bundan sonra evə gəlib evdəkilərə bu barədə bildirmiş, oğlunun gənc ailə olmasını, tutularsa ailəsinin dağıla biləcəyini, körpə uşaqlarının olmasını nəzərə alıb, adı ləkələnməsin deyə onların dediyini etmək qərarına gəlmiş, buna görə oğlu Bayramın adına "xxxx" ASC-dən 6200 manat kredit götürmüş, ilk olaraq 4000 manat düzəltmiş və Zamana zəng edib pulun hazır olduğunu bildirmiş, Zaman onu Daxili İşlər Nazirliyinə çağırmışdır. Həmin 4000 manatı götürüb Daxili İşlər Nazirliyinə Naxçıvan şəhərinə gəlmiş, Zamana zəng etmiş və onunla Nazirliyin böyründə komendant putkasının yanındakı ağaclıq əraziydə siqaret çəkilən yerdə görüşmüş, orada 4000 manatı kağıza bükülmüş vəziyyətdə Zamanın özünə vermiş, bu zaman yanlarında heç kim olmamışdır. Çünki Zaman ona yanında heç kimin olmamasını tək özünün gəlməsini tapşırmışdır. 4000 manatı verərkən Zaman qalanını da gətirməsini istəmiş, həmçinin “ilkin olan 8000 manatı gətir ki, bunun gedəcək yerləri var” demişdir. Həmin ərəfədə oğlu barəsində olan istintaq hələ də davam etmiş, Qurbaninin barəsində başqa yerə getməmək haqqında iltizam seçilmişdir. Təxminən 2-3 gün sonra qohum-əqrəbadan 3000 manat borc tapıb həmin pulu da Naxçıvan şəhərində yerləşən Daxili İşlər Nazirliyinə aparmış, şəxsiyyət vəsiqəsini komendanturaya verib Zaman müəllimin otağına getmiş, Zaman müəllimin otağı 3 ya da 4cü mərtəbədə pilləkəndən solda 1-ci otaq olmuş, Zamanın otağına girən zaman o, otaqda tək olmuş, gətirdiyi 3000 manatı açıq şəkildə ona vermiş, o, pulu almış və saymağa ehtiyac olmadığı ona inandığını bildirmiş, Zamana verdiyi pullar 100 və 50 manatlıq əskinazlar olmuşdur. Zaman ona qısa müddətdə qalan 6000 manatı da verməsini tapşırmış, evə gəlib yenə bir neçə adamdan borc pul tapmış və Zaman müəllimə zəng etmiş, o, kart atacağını pulu həmin karta göndərməyi istəmiş və onun 050 342-07-83 nömrəli vatsapına özünə aid olan kartın şəklini atmış, kartın üstündə Təqsirləndirilən şəxs yazmışdır. 21 iyun 2023-cü il tarixdə Şərur rayonu ərazisində yerləşən milliön aparatından Təqsirləndirilən şəxs kartına 2000 manat atmış və pulu atdıqdan sonra onunla əlaqə saxlayıb pulu göndərdiyini demiş, bundan sonra 24 iyun 2023-cü il tarixdə milliön aparatından 500 və 1000 manat yenə Zaman müəllimin göndərdiyi karta yükləmiş, hər dəfə pul göndərəndən sonra Zamanla əlaqə saxlamış, o, isə çatdığını demişdir. Bundan başqa 27 iyun 2023-cü il tarixdə oğlunun yoldaşının dayısı Nadir adlı şəxsdən borc pul istəmiş, ona kart atacağını demiş və həmin karta pul atmasını xahiş etmişdir. Bundan sonra Zamanın kartını ona göndərmiş, Nadir isə həmin gün Zamanın kartına 1500 manat yükləmişdir. Zaman pulun hamısını verməsini tələb etmiş, sonuncu dəfə 1000 manat tapıb 30 iyun 2023-cü ildə Zamanın dediyi karta atmış, bununla da ondan istədiyi 13000 manatı göndərmişdir. Həmin ərəfədə oğlu barəsində hələ də istintaq davam etmiş, 2023-cü ilin iyul ayının axırları oğlunun işini Naxçıvan Şəhər Məhkəməsinə göndərilmiş, bir neçə prosesdən sonra 28 sentyabr 2023-cü ildə sonuncu proses olmuş, oğlu Qurbaniyə 2 il 6 ay azadlıqdan məhrumetmə cəzası verilmişdir. 28 sentyabr 2023-cü ildə məhkəmədən sonra Zamana zəng etmiş, “bu nə işdir başımıza gətirdin” demiş və verdiyi pulu istəmişdir. Zaman isə alıb verəcəyini bildirmiş, amma kimdən alacağını deməmişdir. Bir neçə gün onunla əlaqə saxlayıb pulu istəmiş, 04 oktyabr 2023-cü ildə Zamanın işdən çıxmasını eşitmiş, pulunu qaytarmayacağını bilmiş, buna görə prokurorluğa şikayət etmək qərarına gəlmişdir. Həmçinin Zərərçəkmiş şəxs verilən əlavə suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs ilk dəfə 2023-cü ilin iyun ayında telefonda danışan zaman tanımış, əvvəllər həmin şəxsi görməmiş və tanımamışdır. Təqsirləndirilən şəxs 3000 və 4000 manat pulu şəxsən özünə, 6000 manat pulu isə üstündə Təqsirləndirilən şəxs yazılan karta milliön aparatı vasitəsilə göndərmiş, beləliklə Təqsirləndirilən şəxs cəmi 13000 manat vermiş, 4000 və 3000 manat pulu Zamana verərkən yanlarında heç kim olmamışdır. Təqsirləndirilən şəxs aldığı pulun 3000 manatını ekspertizaya verəcəyini, qalan pulları da ayrı-ayrı yerlərə paylayacağını demiş, amma konkret kimə pul verəcəyini deməmişdir. Təqsirləndirilən şəxs 13000 manat pulu oğlu barəsində istintaq olunan işin bağlanması üçün vermiş, Zaman ona işin bağlanacağını vəd etmişdir. Təqsirləndirilən şəxs 13000 manatın nə məqsədlə verilməsini anası Şahid1, həyat yoldaşı Şahid2, oğlu Qurbani və Bayram, Nadir və digər qohumları bilmişdir. İstintaq dövründə Zaman ondan aldadıb aldığı 13000 manat pulun 10500 manatını qaytarmış, Zamanın onu aldadıb aldığı qalan pulun qaytarılmasını, əlavə olaraq neçə aylardır ki, bu işlə bağlı Şərur rayonundan dəfələrlə Naxçıvan şəhərinə taksi ilə gedib-gəldiyini, yol xərci olaraq hesabladığı pulun da qaytarılmasını tələb edir. Vurulmuş ziyanın tam şəkildə ona ödənilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində bildirmişdir ki, 2023-cü ilin may ayı heyvandarlıqla məşğul olmaq üçün Kapital bankın Şərur rayon filialından 4700 manat kredit götürmüş, qardaşı Qurbaniyə cinayət işi açdıqlarından sonra krediti götürməyinə baxmayaraq hələ pulu xərcləməmiş, başı Qurbaniyə qarışmışdır. Atası Zamanla danışdıqdan sonra gəlib evdə müstəntiqin 15000 manat pul istədiyini, sonra isə 13000 manata razılaşdığını bildirmiş, buna görə kredit götürdüyü 4000 manat pulu Zamana verməsi üçün atasına vermiş, atası Naxçıvan şəhərinə gedərək Zamanla görüşüb şəxsən onun özünə 4000 manat pul vermişdir. Bundan sonra Zaman tez-tez atasına zəng edib pulun qalanını gətirməsini istəmiş, atası sonra Zamana aparıb daha 3000 manat vermişdir. Bundan sonra Zaman atasına özünə aid bankomat kartının şəklini göndərmiş, həmin kartın nömrəsi 4169 7388 3254 7925 olmuşdur. Atası həmin kartın şəklini onun telefonuna göndərmiş, nağd şəkildə verilmiş 7000 manata əlavə olaraq 21 iyun 2023-cü il tarixdə Şərur rayonu ərazisində yerləşən Milliön aparatından Təqsirləndirilən şəxs kartına 2000 manat, 24 iyun 2023-cü il tarixdə 1500 manat və 30 iyun 2023-cü il tarixdə 1000 manat pul göndərmişdir. Qeyd etdiyi 2000 və 500 manatı Dizə kəndindəki milliön aparatından, min manatı Şərur şəhərindəki Nar marketin yanındakı milliön aparatından, digər 1000 manatı Şərur şəhərindəki kapital Bankın yanındakı milliön aparatından Zamanın kartına atmışdır. Ümumilikdə Təqsirləndirilən şəxs bankomat kartına 4500 manat pul göndərmiş, hər dəfə pulu göndərəndən sonra qəbzi aparıb atasına vermişdir. Bundan başqa qohumları Nadir Zamanın kartına 1500 manat göndərmişdir, beləliklə Zamana 13000 manat pul vermişlər. Zaman atasına Qurbaninin cinayət işinin bağlanacağını demiş, atası da pulu bu məqsədlə Zamana vermiş, amma o, aldadaraq heç bir köməklik etməmişdir. Atası Zərərçəkmiş şəxs tərəfindən nağd şəkildə şəxsən Təqsirləndirilən şəxs verilmiş pulun dəqiq hansı tarixlərdə verilməsini xatırlamır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, 1947-ci ildə Ermənistan Respublikasında anadan olub. X2 ilə ailə həyatı qurub, həmin evlilikdən 5 övladı var, Əli böyük oğludur. 2009-cu həyat yoldaşı Bəxtiyar rəhmətə gedib. Oğlu Əlinin iki oğlu var, Qurbani və Bayram, Qurbani böyük oğludur. Qurbani bu il özünə məxsus avtomobillə qəza törətmişdi, həmin vaxt avtomobilinin içərisində olan tanımadığı bir nəfər rəhmətə getmişdi. Əlinin ona verdiyi məlumata görə Qurbaninin haqqında polisdə cinayət işi var idi. Əli bir gün gəlib dedi ki, Qurbaninin cinayət işinin bağlanması üçün 13000 manat pul lazımdı. Əli buna görə oğlunun adına bankdan kredit götürdü, səhv etmirsə birinci dəfə 4000 manat apardı müstəntiqə verdi. Sonra o, bir nəfərdən 3000 manat borc pul aldı. Əli həmin pulu da aparıb polisin müstəntiqinə verdi. Bundan sonra daha 6000 manat həmin müstəntiqə pul vermişdi. Həmin müstəntiq onların 13000 manat pulunu almışdı ki, Qurbaninin cinayət işini bağlayacaq. Lakin 2023-cü il sentyabr ayının axırı Qurbaniyə məhkəmə 2 il 6 ay iş kəsdi. Onları aldadıb 13000 manat pulu aldığına görə o, Əli və Əlinin həyat yoldaşı Sahilə prokurorluğa şikayət etmişdir. Əlidən 13000 manat pul alan şəxsi tanımır. Əli demişdi ki, Qurbaninin işini aparan müstəntiqdi, özünü görməyib, tanımır, onunla ancaq Əli telefon əlaqəsi saxlayıb görüşürdü. Oğlu Əli həmin pulu Qurbaninin cinayət işinin bağlanması üçün vermişdi, həmin müstəntiq oğlu Əlini və onları aldatmışdı, işlə bağlı heç bir iş görməmişdi, Qurbaniyə məhkəmədə iş kəsmişdi. Əlinin müstəntiqə verdiyi pulları ayrı-ayrı adamlardan alıb, həmin pul qaytarılsın ki, borc sahiblərinə versinlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, 1977-ci ildə Şərur rayon Dizə kəndində anadan olub. Zərərçəkmiş şəxs ilə 1994-cü ildə ailə həyatı qurub, 2 övladı var. Şahid3 böyük oğludur. Qurbani Şərur rayon Su təsərrüfatı və meliorasiya idarəsində işləyir. Kiçik oğlu Bayram Rabitə idarəsinə işləyir. Qurbani evlidir, iki uşağı var. Onlarla bir yerdə yaşayır. Qurbani özünə məxsus Xəzər modelli avtomobillə 23 aprel 2023-cü il tarixdə Sədərək Naxçıvan istiqamətində idarə edərkən Gömrük idarəsinə çatmamış avtomobilin sağ qabaq hissəsinə itin çıxması səbəbindən avtomobili sol böyrü üstə çevrilmişdi. Həmin vaxt avtomobildə Qurbanidən əlavə yolda avtomobilə minən 4 nəfərdən biri qəza zamanı rəhmətə getmişdi. Buna görə Daxili İşlər Nazirliyində cinayət işi açılmışdı, iş gedən ərəfədə həyat yoldaşı Əli işi aparan müstəntiqlə gedib görüşmüşdü, Əli dedi ki, Qurbaninin işinin bağlanması üçün müstəntiq 20000 manat pul istəyir. Sonra Əli gedib onunla yenə danışmışdı, demişdilər ki, 13000 manat versinlər işi həll edək. İlk olaraq 4000 manat borc tapıb düzəltmişlər. Əli həmin pulu aparıb müstəntiqə vermişdi. Əli evə qayıdandan sonra dedi ki, müstəntiq qalan pulu istəyir. 4000 manatı Əli oğlu Bayramın adına bankdan kredit götürmüşdü. Sonrakı günlərdə Əli 3000 manat borc tapıb aparıb müstəntiqə verdi. Bundan sonrakı tarixlərdə Əli həmin müstəntiqə daha 6000 manat pul vermişdi, həmin 6000 manatı pulu Əlinin ona dediyinə görə müstəntiqin kartına göndərmişdi. Həmin müstəntiq onlardan ümumi məbləğ olaraq 13000 manat pul almışdı. Dəqiq vaxtını xatırlamır, 2023-cü ilin oğlunun işini Naxçıvan Şəhər Məhkəməsinə göndərdilər. 2023- cü ilin sentyabr ayının axırlarında Qurbaniyə 2 il 6 ay iş kəsildi. Onda başa düşmüşlər ki, həmin müstəntiq onları aldadıb pulu alıb amma Qurbaninin işini həll etməyib. Bundan sonra Əli dəfələrlə həmin müstəntiqə zəng edib pulu istəyirdi, hərdən bir bəhanə pulu qaytarmırdı. Axırda görmüşlər ki, həmin şəxs onları aldadır, pulu vermir, məcbur qalıb bundan sonra Naxçıvan MR Prokurorluğuna ərizə ilə müraciət etmişlər. O, həmin şəxsi tanımır, görməyib. Sadəcə Əli deyib ki, Qurbaninin işini aparan Zaman adlı müstəntiq olub, həmin şəxsin sadəcə adını eşidib. Onların 13000 manat pulunu aldadıb alan da odur. Əli həmin şəxsə cəmi 13000 manat pul vermişdi. Zaman Əlini aldatmışdı ki, Qurbaninin işini bağlayacaq, amma o heç bir iş görməmişdi, iş bağlanmamışdı, onları aldatmışdı, Qurbaninin işi məhkəməyə getmişdi, ona iş kəsmişdilər. Zamanın onlardan aldadıb aldığı pulun qaytarılmasını tələb edir. Zaman onlardan aldığı pulun 9000 manatını qaytarıb qalanını hələ də qaytarmayıb. İbtidai istintaq zamanı dindirilmiş, ifadəsi məhkəmə istintaqında elan edilmiş Şahid5 ifadəsində bildirmişdir ki, Əli ona Qurbaninin tutulmaması, işin bağlanması üçün müstəntiqin onlardan pul istədiyini demiş, ümumi nə qədər istənilməsini bilməmiş, 2023-cü ilin iyun ayının axırları Əli ona zəng edib “Qurbaninin işi ilə bağlı mən göndərdiyim karta 1500 manat pul at” demiş və kart şəkli göndərmiş, bundan sonra həmin karta 27 iyun 2023-cü il tarixdə Şərur rayonu ərazisində olan Kapital Bankın filialının qabağındakı Milliön aparatından 1500 manat göndərmiş, qəbzi həmin vaxt götürmüş, hazırda harada olduğunu xatırlamır. Həmçinin həmin kartın üzərində yazılmış ad, soyad yadında qalmamışdır. İbtidai istintaq zamanı dindirilmiş, ifadəsi məhkəmə istintaqında elan edilmiş Şahid3 ifadəsində bildirmişdir ki, özünə məxsus “Khazar” markalı, **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobili vardır. 23 aprel 2023-cü il tarixdə təxminən saat 16 radələrində həmkəndlisi Ərşan ona “Bakıdan qaynanamgil gəlir, onları qarşılamağa gedək, qayıdan zaman qaynanamgil səninlə gəlsin, mən də öz maşınımla onların yüklərini gətirəcəyəm” demiş, bununla razılaşaraq Ərşanla hər kəs öz maşını ilə dal-qabaq Naxçıvan şəhərinə getmişlər. Danyeri kəndinə çatan zaman dördyol adlanan yolda Xanlıqlar kəndi tərəfdən 4 nəfər ona əl etdiyindən maşını saxlamış, həmin şəxslər ona Naxçıvan şəhərinə getmək istədiklərini, lakin pullarının olmadığını bildirmiş, onları maşına götürmüşdür. Beləliklə Naxçıvan şəhəri istiqamətində hərəkətə davam etmiş Naxçıvan şəhərinə çatmağa az qalmış, Şəhər Gömrük İdarəsinin yanında olan zaman qəfil sağ tərəfdən yola it çıxmış və maşının altına qalmış, bu səbəbdən idarəetməni itirərək qarşı yola çıxmış və qarşı yola çıxıb yol kənarına tərəf istiqamət almış, orada sol tərəfi üstə aşıb bir neçə metr sürüşmüşdür. Bu qəza nəticəsində avtomobildə olan şəxslərdən biri vəfat etmiş, özü və digər bir nəfər xəsarət almışdır. Digər şəxslərdə xəsarət olmamışdır. Bundan sonra Naxçıvan MR Daxili İşlər Nazirliyində araşdırma aparılmış, daha sonra fakta görə Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə cinayət işi başlanılmışdır. Əvvəl cinayət işi Fədair Nəbiyevin icraatında olmuş, cinayət işi başlanıldıqdan təxminən bir ay sonra, iyun ayının əvvəlində Fədair Nəbiyev atasının ********** nömrəsinə zəng vurub Bakıya getdiyini, işi digər müstəntiqin icraatına verildiyini bildirmiş, həmin müstəntiqin adının Zaman olduğunu demiş və mobil nömrəsini vermişdir. Bundan sonra atası Zaman müəllimə zəng vurmuş, o, atasına “gəl danışaq söhbət edək” demiş, səhəri gün atası Naxçıvan şəhərinə Naxçıvan MR Daxili İşlər Nazirliyinə getmişdir. Orada atası ilə görüşərkən Zaman işin tamamilə bağlanması üçün iyirmi min manat pul istəmiş, atası isə ona iyirmi min manatı verməyə imkanının olmadığını bildirmiş, Zaman on beş min manat gətirməsini istəmişdir. Atası imkanı olmadığını bildirmiş, ora-bura əl atım bəlkə tapdım deyərək evə gəlmişdir. 23 aprel 2023-cü il tarixdə 25 may tarixinə kimi Naxçıvan MR Mərkəzi Xəstəxanasında müalicə almış, həmin vaxt artıq xəstəxanadan çıxmış, evdə olmuşdur. Evdə atası Zamanla olan söhbəti barədə məlumat vermiş, məsləhətləşmiş, tutulmaması üçün qohumlardan, tanışlardan pul alaraq Zamanın istədiyi pulu verməyi qərara almışlar. Bu səbəbdən nənəsi Şahid1 pensiya kartını kiməsə verib 3000 manat borc almış, həmin pulu atası Naxçıvan şəhərinə gedərək Daxili İşlər Nazirliyinin yanında şəxsən Təqsirləndirilən şəxs vermiş, bundan sonra Kapital bankın Şərur rayon filialından qardaşı Şahid4 adına 4000 manat kredit götürmüş, həmin pulu da atası Daxili İşlər Nazirliyinə gedərək Təqsirləndirilən şəxs özünə şəxsən vermişdir. Bu müddət ərzində Təqsirləndirilən şəxs hər gün atasına zəng vurub pulu gətirməsini tələb etmiş, hətta Zaman Kapital banka məxsus kartının şəklini vatsap vasitəsilə atasına göndərmişdir. Bundan sonra atası Şərur rayonunda yerləşən “MilliÖn” ödəmə terminalindan 21 iyun 2023-cü il tarixdə 2000 manat, 24 iyun 2023-cü il tarixdə yenə Milliön vasitəsilə 1500 manat Zamanın qeyd etdiyi kartına göndərmişdir. Buna baxmayaraq Zaman yenə də hər gün zəng vurub pul tələb etmiş, buna görə atası məcbur qalıb yoldaşının dayısı Şahid5 pul istəmiş, Nadir başqa yerdə olduğunu bildirmiş və karta ata biləcəyini demiş, buna görə atası Nadirə Zamanın kartının şəklini atmış və pulu həmin karta atmasını xahiş etmiş, 27 iyun 2023-cü il tarixdə Şahid5 1500 manatı Zamanını kartına göndərmişdir. Ümumilikdə on iki min manat pul göndərmələrinə baxmayaraq Zaman yenə əl çəkməmiş və hər gün atasına zəng vurub pul istəmiş, bundan sonra 30 iyun 2023-cü il tarixdə atası Milliön ödəmə terminalı vasitəsilə 1000 manat pulu Təqsirləndirilən şəxs adına olan “Kapital Banka” məxsus plastik kart hesabına köçürmüş, beləliklə, Zamana 13.000 manat pul vermişlər. Bu müddət ərzində onun barəsində olan cinayət işinin istintaqı davam etmiş, Zaman isə işi həll etdiyini deyərək, tutulmayacağını vəd etmişdir. Həmçinin Zaman atasına bu məsələ barədə heç kimə heç nə deməməyi tapşırmışdır. 12 iyul 2023-cü il tarixdə ona Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə ittiham elan edilmiş, 22 iyul 2023-cü il tarixdə isə cinayət işi Naxçıvan şəhər məhkəməsinə göndərilmişdir. Bu vaxta qədər Zaman hər zaman danışdığını, həll etdiyini, problem olmadığını bildirmişdir. Naxçıvan şəhər məhkəməsində 04 avqust tarixində hazırlıq iclası olmuş, ümumilikdə 6 məhkəmə baxış iclası keçirilmiş, 28 sentyabr 2023-cü il tarixdə Naxçıvan şəhər məhkəməsinin hökmü ilə 2 il 6 ay müddətində azadlıqdan məhrumetmə cəzası verilmişdir. Hökm verildikdən sonra atası Zaman zəng vurub “oğluma iki il altı ay cəza verildi, nə oldu, deyirdin həll etmişəm?” deyə soruşmuş, Zaman isə “yaxşıdı da, başqa nə istəyirsiniz” deyə cavab vermiş, bu zaman atası ondan verdiyi pulu tələb etmiş, Zaman isə başqalarına verdiyini onlardan alıb qaytaracağını demişdir. Bundan sonra iyul ayının ortalarından Zamanın işdən çıxarılmasını öyrənmiş, artıq Zamanın onları aldatdığını başa düşdükdə dövlət orqanlarına şikayət etmək qərarına gəlmiş və Prokurorluğa şikayət ərizəsi vermişlər. Həmçinin Şahid3 verilən əlavə suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs ilk dəfə barəsində cinayət işi istintaq olunan zaman tanımış, onunla heç bir münasibəti olmamışdır. Təqsirləndirilən şəxs ilə atası əlaqə saxlamış, özü onunla heç vaxt əlaqə saxlamamışdır. Zaman onlara işin məhkəməyə getməyəcəyini, cinayət məsuliyyətindən azad olunacağın vəd etmiş, lakin verdiyi vədlərin heç birinə əməl etməmişdir. İş materiallarından aydın olur ki, həmin cinayət işi zərərçəkmiş şəxs tərəfindən daxil olan məlumat əsasında Azərbaycan Respublikası CM-in 178.2.3 və 178.2.4-cü maddələri ilə başlanılmışdır. İstintaq zamanı İstintaq zamanı Zərərçəkmiş şəxs məxsus “Samsung J2 Pro” markalı mobil telefona baxış keçirilmiş və Zərərçəkmiş şəxs Whatsapp mobil tətbiqində hissədə “Zaman Müstəntiq” adı ilə kontakta qeyd olunmuş şəxslə yazışmalar aşkar olunmuşdur. Baxış zamanı Zaman Müstəntiq yazılmış şəxslə Zərərçəkmiş şəxs arasında 20 iyun 2023-cü il tarixdən 09 oktyabr 2023-cü il tarixədək qarşılıqlı yazışmalar qeydə alınmış, şəxslərin bir-birilərinə səsli mesajlar, şəkillər və digər məlumatlar göndərdikləri müəyyən edilmişdir. Həmçinin qeyd olunan şəxslə yazışmalar olan hissədə ekranın sağ üst hissəsindəki nöqtə işarəsinə toxunaraq Təqsirləndirilən şəxs profil hesabı açıldıqda orada həmin şəxsin istifadə etdiyi 060 ***-**-** nömrəsi qeyd olunmuşdur. Zərərçəkmiş şəxs “Zaman Müstəntiq” adı ilə kontaktında qeyd etdiyi və whatsapp proqramında yazışdığı həmin şəxs Daxili İşlər Nazirliyinin müstəntiqi Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Yazışmalara baxış zamanı müəyyən edilmişdir ki, 20 iyun 2023-cü ildə Təqsirləndirilən şəxs tərəfindən sonuncuya məxsus üzərində MR.Təqsirləndirilən şəxs, 4169 7388 3254 7925 hərfləri və rəqəmləri qeyd olunmuş bankomat kartı Zərərçəkmiş şəxs göndərilmiş, Zərərçəkmiş şəxs səs göndərərək həmin karta 2000 manat göndərəcəyini dedikdə Təqsirləndirilən şəxs “vur” mesajını yazmışdır. 21 iyun 2023-cü il tarixdə Zərərçəkmiş şəxs karta pul atması ilə bağlı səsli mesaj və ödəmə qəbzini Təqsirləndirilən şəxs göndərmişdir. 22 iyun 2023-cü il tarixdə Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs səsli mesaj göndərərək oğlu Qurbanın şəxsiyyət vəsiqəsinin götürülməsini, kredit məsələsini həll edilməsini, adına kredit götürülməsini bildirmiş, Təqsirləndirilən şəxs “nə vaxt istəyirsiniz götürün, işiniz Şərurdadı yoxsa şəhərdə, həmçinin siz gəlməyin mən göndərərəm gələr birdə götür get verərəm taksiyə götürərsiz” sözlərini yazmış, 23 iyun 2023-cü ildə Zərərçəkmiş şəxs səsli mesaj göndərərək 1 saata kimi zəng edəcəyini bildirmiş, Təqsirləndirilən şəxs “yaxşı, müəllim xəbər var?, ardınca “müəllim mən danışdım, sabah sən çalış saat 10 bu məsələnin hamısın həll elə mən qalıram ortalıqda, bir dəfəlik rahat olaq sözlərini” yazmış, Zərərçəkmiş şəxs məsələnin qurtarmasını, özünü də buna çalışmasını demişdir. 24 iyun 2023-cü il tarixdə Zərərçəkmiş şəxs səsli mesaj ataraq “zəng edəcəyini” bildirdikdə Təqsirləndirilən şəxs “müəllim yükləndi, sən bu gün bu məsələni yekunlaşdır, mən qalıram ortalıqda sözlərini” yazmış, Zərərçəkmiş şəxs “yüklənəni götürməsini, qalanını həll edəcəyini” bildirmiş, Təqsirləndirilən şəxs “bu gün həll elə müəyyən məsələ var deyə bilmirəm onları qaydasına qoyum” sözlərini yazmış, Zərərçəkmiş şəxs 500 manatın göndərilməsinə dair ödəmə qəbzinin şəklini Z.Novruzova göndərmiş, səsli mesaj ataraq “1000 manat pul olduğunu onu gözlədiyini, əlinə çatanda 1500 manat şəklində göndərəciyini, alınmadığını, 500 manatı götürməsini qalanını həll edəcəyini” bildirmişdir. 25 iyun 2023-cü ildə Zərərçəkmiş şəxs səsli mesaj göndərərək “adam var onu gözlədiyini, məsələni həll etməsini, şey var ona çatmasını, onu gətirəcəyini” bildirmiş, Təqsirləndirilən şəxs “müəllim belə olmur hər gün siz deyirsiz mən deyirəm sonra vaxtlar uyğun gəlmir, iş qalır belə bu gün yekunlaşdır görürəm narahatçılıq yaranır” sözlərini yazmış, Zərərçəkmiş şəxs səsli mesaj yazaraq “bu gün əmanəti çatdıra bilməyəcəyini, sabah həll edəcəyini” demişdir. 26 iyun 2023-cü il tarixdə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs “müəllim saat 10 məsələsini bütövlükdə həll elə gecə Şərur yolunda hadisə olub 6 nəfər ölüb gedəcəm Bakıya, ekspertiza ilə bağlı, sonra işdə problemlər çıxacaq” sözlərini yazmış, Zərərçəkmiş şəxs səsli mesaj göndərərək məsələnin dalınca getdiyini, həll edəcəyini bildirmiş, Təqsirləndirilən şəxs ona “2 götürdüyüm adam şirkətə pul verəcək saat 6 demişəm gətirəcəm, siz eləyin 6 məndə olsun verim” sözlərini demiş, Zərərçəkmiş şəxs səsli mesaj ataraq sabah saat 11-də zəng edəcəyini şəhərdə görüşəcəklərini, işin alınmadığını, dediyi yerə gələcəyini bildirmişdir. 27 iyun 2023-cü il tarixdə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs “salam, saat 6 yekunlaşır məsələ” sözlərini yazmış, Zərərçəkmiş şəxs səsli mesaj ataraq “o şeyi gözlədiyini, əlinə çatanda atacağını” bildirmiş, sonra yenə səsli mesaj göndərərək məsələnin alınmadığını, sabah göndərəcəyini bildirmiş, Təqsirləndirilən şəxs də ona səsli mesaj ataraq “hər gün məni bir çətin vəziyətə qoyursan, onu bugün gəlib həll eləmədin şəhərdə, yenə saxladın kiminsə ümidinə, yenə camaatın yanında yalançı oldum, nə bilim” sözlərini demiş, Zərərçəkmiş şəxs səsli mesaj ataraq həll edəcəyini bildirmiş, Təqsirləndirilən şəxs “çox xahiş edirəm tezdən 10 məsələni yekunlaşdıraq sözlərini” yazmışdır. 28 iyun 2023-cü il tarixdə Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs səsli mesaj yazıb “o biri məsələni bugün həll edəcəyini” demiş, Təqsirləndirilən şəxs ona “mağazadan pul götürdüyüm adam təzdəndən yazıb, 1 saata həll edin verim getsin, gün ərzində eləyin qalsa qalacaq axşama sonra da alınmayacaq, saat 12 verməliyəm, bir xəbər çıxmadı məsələdən mən məcbur qalıb telefonu bağlamışam zəng gəlməsin, zəng vurdum cavab vermədiniz? sözlərini yazmış, Zərərçəkmiş şəxs “o məsələni həll edə bilmədiyini, alındıra bilmədiyini, həll edəcəyini” bildirmişdir. 29 iyun 2023-cü il tarixdə Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs səsli mesaj göndərib “vatsapda qalmışdı, baxdım 2 birdi, 500 birdi, 1000 birdi, 1500 də dünənkidi, elə bilki 5000 manat karta göndərilib, 4 bir 3 də bir 12 vermişəm, 1 dənə qalır aramızda, özün də bir dəfə hesabla bax” demiş, Təqsirləndirilən şəxs həmin gün saat 12:56-da qardaş yükləyə bildin, mənə zəng vurun, bir xəbər var” sözlərini yazmış, Zərərçəkmiş şəxs səsli mesaj ataraq “onu gözlədən adamın sözlərinin boş çıxdığını, sabahdan o tərəfə qalmayacağını” bildirmiş, Təqsirləndirilən şəxs “çox xahiş edirəm tezdən saat 10 yükləyin mən çox sıxıntıda qalmışam, hər gün eyni söhbəti eləyirik belə iş görülmür mən bütün gün ancaq mənə gələn zənglərə zanit verib sizi yığıram, qardaş bir xəbər var, danış dəqiqləşdir, sabaha qalmasın” sözlərini yazmış, Zərərçəkmiş şəxs sonra səs ataraq bax gör o şey gəldi demiş, Təqsirləndirilən şəxs “yükləndi” sözlərini yazmışdır. 8 iyul 2023-cü il tarixdə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs “nömrəni at danışım adamlarla mən ezam gedəcəm Bakıya, məcbur işi başqa müstəntiqə verməliyəm, danışım 1-cu gün ərizə alım işləri tamamlayım, sonra problem çıxmasın, rahat gedim” sözlərini yazmış, Zərərçəkmiş şəxs ona 060 ***-**-** və 051 ***-**-** nömrələrini göndərmiş, Təqsirləndirilən şəxs “siz özünüz danışmısızda, deyiblər şikayətimiz yoxdu, bunlara nəsə vermisiniz? sözlərini yazmışdır. 18 iyul 2023-cü il tarixdə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs “salam necəsiniz zəng vurdum zəng çatmadı sizə mənimlə əlaqə saxlayın zəhmət olmasa” sözlərini yazmış, 26 iyul 2023-cü il tarixdə Zərərçəkmiş şəxs səsli mesaj ataraq Fədair müəllimin zəng etdiyini, onları nazirliyə Mirhəsənin yanına çağırdığını demişdir. 5 sentyabr 2023-cü ildə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs mesaj yazaraq “ona kart göndərməsini” bildirmiş, Zərərçəkmiş şəxs səli mesaj ataraq o məsələ barədə xəbər çıxmadığını, onun zəngini gözlədiyini demişdir. 10 sentyabr 2023-cü il tarixdə Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs səsli mesaj atdığını “telefonu açmasını ona sözü olmasını” bildirmiş, Təqsirləndirilən şəxs da ona səsli mesaj göndərərək Erzurumda olduğunu xəstə gətirdiyini, anasının ayaqlarının tutulduğunu, internet olmadığını demişdir. 12 iyul 2023-cü ildə Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ona mesaj yazdığını demiş, Təqsirləndirilən şəxs “xəstəxanada qaldığını, hotelə gedə bilmədiyini rominqdə olduğundan konturu olmadığını” bildirmişdir. 13 iyul 2023-cü ildə Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs səsli mesaj göndərərək “hakimə söz deyib-deməməsini, hakimin onların gəlməməyinə görə prinsipə düşməsini, məhkəmənin yubandığını, işə baxıldığını, heç bir şikayətin olmadığını, ərizələrin alındığını, heç bir tələbin olmadığını, ayın 18-nə məhkəmənin təxirə salındığını, deyirdiz getmə teleqrama vur, hakimin nəyinsə təmənnasında olduğunu, verilməli olduğunu, hakimin qəbuluna düşmək istədiyini, hakimə xod tapmasını, 5-ci proses olduğunu, o şeyin olmasını” sözlərini demişdir. 15 sentyabr 2023-cü ildə Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs səsli mesaj ataraq “Türkiyədən gəlib-gəlməməsini, o məsələni danışıb-danışmasını” soruşmuş, Təqsirləndirilən şəxs axşam gəlib sabah zəng vuracağını bildirmişdir. 16 sentyabr 2023-cü ildə Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs səs atıb hakimlə danışıb-danışmamasını soruşmuş, Təqsirləndirilən şəxs “özünün danışıb xəbər edəcəyini” bildirmiş, 17 sentyabr 2023-cü ildə Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs səsli mesaj göndərib işi danışıb-danışmamasını soruşmuş, lakin Təqsirləndirilən şəxs heç bir cavab yazmamışdır. 18 sentyabr 2023-cü ildə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs “telefon yanınızda olsun adam var onla danışıram sizi yığıram, müəllim sən get poçtdan teleqrama vur, o gün dediyim kimi məhkəmə təxirə getsin adam var o gedib danışacaq mən sizi yığıram birazdan ətraflı danışaq, siz yubanmadan gedin teleqrama vurun xətəliklə bağlı” sözlərini yazmışdır. 19, 20, 22, 23 sentyabr 2023-cü il tarixlərdə Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs səsli mesajlar yazıb “o məsələni nə etməsini” soruşmuş, lakin Təqsirləndirilən şəxs onun mesajlarına cavab yazmamışdır. 27 sentyabr 2023-cü ildə Təqsirləndirilən şəxs “müəllim məhkəmədəyəm çıxım yığıram sizi” yazmışdır. 3 oktyabr 2023-cü ildə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs “axşam bir nəticə yoxuydu deyə zəng vurmadım, indi saat 10 sizə deyəcəyəm, bir nəticə olmasa, karta köçürmə edəcəm, qonaqlarla yol gedirəm danışa bilmirəm, göndərəndə zəng vuracam sizə sözlərini” yazmış, Zərərçəkmiş şəxs ona 4169 7388 1589 7834 nömrəli bankomart kartının şəklini atıb həmin karta yükləməsini bildirmişdir. Sonra Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs mesaj yazaraq “müəllim şəhərdə deyiləm gəlirəm 2 saata kartında olacaq, çekin atacam sənə, bayaq əlaqə saxlaya bilmədim, qonaqları gətirmişəm Əlincəyə qayıdım göndərirəm” yazmış, Zərərçəkmiş şəxs da müəllim telefonu açın söz deyəcəyəm sözlərini yazmışdır. 05 oktyabr 2023-cü il tarixdə Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs səsli mesaj göndərək telefonu niyə bağladığını, niyə onu aldatdığını, pulu vermək istəmədiyini, niyə bugün sabah deyib onu aldatdığını, ondan götürdüyü pulu qaytarmasını, pulu göndərdiyi karta yükləməsini, telefonuna zəng çatmadığını, uşağa iş kəsildiyini, pulun qohum əqrəbadan aldığını, borcla faizlə pul götürüb ona verdiyini, pis vəziyyətdə qaldığını bildirmiş, 06 oktyabr 2023-cü ildə Təqsirləndirilən şəxs “18000 manat pul var hesabda Naxçıvandan kapitala köçüb kapital hesabına oturmayıb hələ otursun 1600 atacam karta onu gözləyirəm” sözlərini yazmışdır. Bundan sonrakı tarixdə hər hansı yazışma qeydə alınmamışdır. İstintaq zamanı Zərərçəkmiş şəxs tərəfindən təqdim edilmiş 4 ədəd ödəmə qəbzinə baxış keçirilmiş və müəyyən edilmişdir ki, təqdim edilən 4 ədəd ödəmə qəbzinin hamısında "xxxx" MMC tərəfindən (VÖEN-**********) MilliÖn elektron ödəmə sistemi vasitəsilə Ad, soyad və ata adı N***** Z***** İ***** oğlu olan şəxsin "xxxx"a məxsus 416973******7925 nömrəli kartına ayrı-ayrı vaxtlarda nağd ödənişin edildiyi qeyd edilmişdir. Belə ki, qeyd olunan qəbzlərdən birində xx.xx.2023-cü il tarixdə saat 09:04-də MilliÖn sisteminin Şərur rayon Dizə kənd ərzaq mağazasında yerləşən 01825 nömrəli terminalından N***** Z***** İ***** oğlu adlı şəxsin "xxxx"a məxsus 416973******7925 nömrəli kartına 2000 AZN, xx.xx.2023-cü il tarixdə saat 13:39-da MilliÖn sisteminin Şərur rayon K.Seyidov küçəsi 3A/6 Nar marketdə yerləşən 50004 nömrəli terminalından N***** Z***** İ***** oğlu adlı şəxsin "xxxx"a məxsus 416973******7925 nömrəli kartına 1000 AZN, həmin gün saat 21:39-da MilliÖn sisteminin Şərur rayon Dizə kənd ərzaq mağazasında yerləşən 01825 nömrəli terminalından N***** Z***** İ***** oğlu adlı şəxsin "xxxx"a məxsus 416973******7925 nömrəli kartına 500 AZN və xx.xx.2023-cü ildə saat 22:31-də MilliÖn sisteminin Şərur rayon H.Əliyev prospekti 44A-da yerləşən 51033 nömrəli terminalından N***** Z***** İ***** oğlu adlı şəxsin "xxxx"a məxsus 416973******7925 nömrəli kartına 1000 AZN nağd ödənişin edildiyi göstərilmişdir. İstintaq zamanı "xxxx" ASC-dən təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus bank hesablarından çıxarışlarda sonuncunun **********547925 (********************) nömrəli kart hesabına Zərərçəkmiş şəxs və Şahid5 tərəfindən göndərilmiş məbləğlərə dair zəruri məlumatlar aşkar edilmişdir. Belə ki, baxış zamanı Təqsirləndirilən şəxs məxsus **********547925 nömrəli kart hesabına xx.xx.2023-cü il tarixdə, saat 09:04:15-də “terminaldan mədaxil” qeydi ilə 2000 manat, xx.xx.2023-cü il tarixdə, saat 13:39:35-də “terminaldan mədaxil” qeydi ilə 1000 manat, xx.xx.2023-cü il tarixdə, saat 21:39:32-də “terminaldan mədaxil” qeydi ilə 500 manat, xx.xx.2023-cü il tarixdə, saat 08:55:08-də “birbank vasitəsilə Şahid5 kartından köçürmə” qeydi ilə 416973******0194 (********************) nömrəli hesabdan 1500 manat, xx.xx.2023-cü il tarixdə, saat 22:31:33də “terminaldan mədaxil” qeydi ilə 1000 manat köçürüldüyü müəyyən edilmişdir. Qeyd edilən məlumatların istintaq zamanı Zərərçəkmiş şəxs tərəfindən təqdim edilmiş və baxış keçirilmiş 4 ədəd “MilliÖn” ödəmə terminalından ödəniş edilməsinə dair qəbzlərə tam uyğun gəldiyi müəyyən edilmişdir. Naxçıvan MR Daxili İşlər Nazirliyinə göndərilmiş sorğuya cavab olaraq daxil olmuş xx.xx.2024-cü il tarixli, 313-43/2-830/2024 nömrəli məktuba əsasən Təqsirləndirilən şəxs 1705 ş/h-001-13 nömrəli, xx.xx.2013-cü il tarixli əmrlə X4 xidmətə qəbul edildiyi, xx.xx.2023-cü il tarixli əmrlə İstintaq və təhqiqat idarəsinin baş müstəntiqi vəzifəsinə təyin edildiyi, xx.xx.2023-cü il tarixli, 3-13-43/Ə(ş/h)77/2023 nömrəli əmrlə X4 xidmətdən xaric edildiyi müəyyən edilmişdir. Həmçinin adıçəkilən məktubda Şərur rayon Dizə kənd sakini Şahid3 Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsi ilə təqsirləndirilməsi ilə bağlı Naxçıvan MR DİN İstintaq və təhqiqat idarəsində istintaq olunan ********* nömrəli cinayət işinin Təqsirləndirilən şəxs icraatında olmadığı qeyd edilmişdir. İstintaq zamanı Şahbuz rayon Aşağı Qışlaq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəlikdən alınmış arayışda Təqsirləndirilən şəxs həmin kənddə qeydiyyatda olsa da orada yaşamadığı, həmçinin ailə üzvlərinin də orada qeydiyyatda olmadığı və yaşamadığı göstərilmişdir. Təqsirləndirilən şəxs tərəfindən təqdim edilmiş və cinayət işinin materiallarına əlavə edilmiş nikah haqqında şəhadətnamənin və doğum haqqında şəhadətnamənin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2019-cu il tarixdə ailə həyatı qurmuş və xx.xx.2021-ci il təvəllüdlü bir azyaşlı oğlu vardır. Şahbuz rayon Aşağı Qışlaq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəlikdən verilmiş xasiyyətnamədə Təqsirləndirilən şəxs müsbət xarakterizə olunmuşdur. Naxçıvan MR Daxili İşlər Nazirliyindən Təqsirləndirilən şəxs barəsində verilmiş xasiyyətnamədə o, mənfi xarakterizə olunmuşdur. İstintaq zamanı Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşağın olması, cinayət nəticəsində dəymiş ziyanı qismən ödəməsi cəzanı yüngülləşdirən hal kimi müəyyən edilmişdir. İstintaq zamanı Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən- hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən- Hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “X1 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmək, həmin sübutları mübahisələndirmək imkanına malik olmuşdur. Təqsirləndirilən şəxsin əleyhinə olan sübutlara etiraz etmək və onları mübahisələndirmək üçün məhkəmə prosesində ona imkan yaradılmışdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Məhkəmənin qarşısında duran başlıca vəzifə - təqsirləndirilən şəxs tərəfindən törədilmiş əməlin düzgün tövsif edilməsindən ibarətdir. Bu səbəbdən də məhkəmə ittihama daxil olan cinayət əməlinin təhlil edilməsini zəruri hesab edir. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli 7 nömrəli Qərarında məhkəmələrə izah edilmişdir ki, şəxs əmlakı (əmlaka olan hüququ) əldə edərək onların verilməsinin şərtləri ilə bağlı öhdəlikləri yerinə yetirmək niyyətində olmadıqda və nəticədə zərər çəkmiş şəxsə maddi zərər vurulduqda, onun əməli o halda dələduzluq kimi qiymətləndirilir ki, təqsirkarın özgə əmlakının talanmasına və ya əmlaka olan hüquqa yiyələnməsinə yönəlmiş niyyəti həmin əmlakı və ya əmlaka olan hüququ əldə edənədək yaranmış olsun. Cinayət işinin materialları və məhkəmə istintaqında araşdırılmış mötəbər sübutlar əsasında müəyyən edilmişdir ki, təqsirləndirilən şəxs Novruzi X3 Muxtar Respublikası Daxili İşlər Nazirliyinin İstintaq və təhqiqat idarəsinin baş müstəntiqi vəzifəsində işləyərkən adıçəkilən idarənin müstəntiqi Fədair Nəbiyevin məzuniyyətə çıxması ilə əlaqədar olaraq onun icraatında olan Şahid3 Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işinə nəzarət İstintaq və təhqiqat idarəsinin rəisi Zahir İsmayılovun şifahi tapşırığı ilə ona həvalə edilmişdir. 2023-cü ilin iyun ayının əvvəllərində Təqsirləndirilən şəxs cinayət işi ilə bağlı Şahid3 atası Zərərçəkmiş şəxs ilə Naxçıvan şəhərində yerləşən Naxçıvan MR Daxili İşlər Nazirliyinin inzibati binasının yanında görüşmüş, söhbət zamanı Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs oğlunun törətdiyi cinayət əməlinə görə məsuliyyətdən azad olunması istəyində olduğunu görüb öz qulluq mövqeyindən istifadə etməklə oğlunun cinayət məsuliyətindən azad olunmasına dair vəd verməklə aldadıb onun xeyli miqdarda əmlakını ələ keçirmək qərarına gəlmişdir. Bu məqsədlə o, şəxsin törətdiyi əmələ görə məsuliyyətindən azad etməsi üçün heç bir qanuni əsas olmadığı və rəsmi olaraq icraatında olmayan cinayət işi üzrə qərar qəbul etmək səlahiyyətinə malik olmadığı halda, Zərərçəkmiş şəxs əmlakını qanunsuz olaraq ələ keçirmək məqsədilə guya cinayət işini məhkəməyə göndərmədən ibtidai istintaq dövründə xitam olunacağı və oğlunun cinayət məsuliyyətindən azad olunacağı ilə bağlı yalan vəd verməklə aldadıb bunun müqabilində ondan 20000 (iyirmi min) manat məbləğində pul istəmiş, Zərərçəkmiş şəxs həmin məbləği vermək imkanının olmadığını bildirdikdə isə Təqsirləndirilən şəxs ona cinayət işinin materiallarına yenidən baxıb xəbər edəcəyini demişdir. Bir neçə gün sonra Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxsla yenidən həmin yerdə görüşmüş və bu işin görülməsinə görə ondan 13000 (on üç min) manat pul istəmiş və razılaşmışlar. 2023-cü ilin iyun ayının ortalarında Zərərçəkmiş şəxs Daxili İşlər Nazirliyinin inzibati binasının yanında Təqsirləndirilən şəxs ilə görüşərək əvvəl 4000 manat, iki-üç gün sonra 3000 manat məbləğində pulu nağd şəkildə ona vermişdir. Daha sonra Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs “Watsap” mobil tətbiqi vasitəsilə öz adına olan 4169 7388 3254 7925 hesab nömrəli “Kapital Banka” məxsus plastik kartının şəklini ataraq razılaşdıqları məbləğin qalan hissəsini həmin karta atmasını istəmiş, bu səbəbdən Zərərçəkmiş şəxs Şərur rayonunda yerləşən “MilliÖn” ödəmə terminali vasitəsilə 21 iyun 2023-cü il tarixdə 2000 manat, 24 iyun 2023-cü il tarixdə 1500 manat, 30 iyun 2023-cü il tarixdə 1000 manat və Zərərçəkmiş şəxs xahişi ilə qohumu Şahid5 tərəfindən eyni vasitə ilə 27 iyun 2023-cü il tarixdə 1500 manat olmaqla, qalan 6000 manatı Təqsirləndirilən şəxs adına olan 4169 7388 3254 7925 hesab nömrəli “Kapital Banka” məxsus plastik kart hesabına köçürmüşdür. Təqsirləndirilən şəxs isə ələ keçirdiyi pul məbləğini şəxsi ehtiyaclarına sərf etmiş, lakin sonrakı müddətdə verdiyi vədə əməl etməməklə öz qulluq mövqeyindən istifadə edərək özgənin xeyli miqdarda əmlakını aldatma yolu ilə ələ keçirib dələduzluq etmişdir. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək, həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3-cü və 178.2.4-cü maddələrində nəzərdə tutulan cinayətin bütün əlamətləri var. Həmin cinayət hadisəsi həqiqətən baş vermiş, ona ibtidai istintaq orqanı tərəfindən düzgün hüquqi qiymət verilmiş və cinayət hadisəsi məhz Təqsirləndirilən şəxs tərəfindən törədilmişdir. Həmçinin bu cinayətin törədilməsində o, təqsirlidir. Təqsirləndirilən şəxs cinayət əməlini qəsdən törətmişdir. Onun əməli başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə az ağır cinayət kateqoriyasına aiddir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 17 mart 2011-ci il tarixli Qərarı). “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Azərbaycan Respublikasının CM-nin 178.2.3-cü və 178.2.4-cü maddəsinə əsasən dələduzluğun şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədilməsi və xeyli miqdarda ziyan vurulmaq törədilməsi maddələri üzrə sanksiyasında dörd min manatdan yeddi min manatadək cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulur. Məhkəmə Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, himayəsində 1 azyaşlı uşağının olmasını, vurulmuş ziyanı qismən ödəməsini, əməlini etiraf etməsini və səmimi peşmançılığını, əvvəllər məhkum olunmamasını məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmamasını, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni, əsaslı və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərinə uyğundur. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilməli və barəsində həbs qətimkan tədbiri seçilməli, məhkəmə zalında dərhal həbsə alınmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Həmin Məcəllənin 56.1.2-ci maddəsinə görə qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrumetməyə məhkum olunmuş şəxslər üçün-ümumi rejimli cəzacəkmə müəssisələrində cəzanın çəkilməsi müəyyən edilir. Azərbaycan Respublikasının CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Odur ki, Təqsirləndirilən şəxs ona hazırkı hökmlə təyin ediləcək cəzasını Azərbaycan Respublikası CM-nın 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cəzaçəkmə müddətinin əvvəli 06 iyun 2024-cü il tarixdən hesablanmalıdır. Məhkəmə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarı, eyni zamanda Azərbaycan Respublikası CPM-in 346.1 və 346.1.19-cu maddələrinin tələbləri baxımından maddi sübutlar məsələsinin necə həll edilməli olduğunu müzakirə edərək belə nəticəyə gəlir ki, maddi sübut kimi tanınan Zərərçəkmiş şəxs mobil telefonuna baxış zamanı whatsapp səs yazılarının və mesajların köçürüldüyü disk, həmçinin sonuncunun təqdim etdiyi ödəmə qəbzləri cinayət işində saxlanılmalıdır. Zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs qalan maddi ziyanın ödənilməsi ilə bağlı mülki iddia qaldırmaq hüququ izah edilməlidir «Azərbaycan Respublikasının CM-nin dəyişikliklər edilməsi haqqında» 07 mart 2012ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə görə məhkəmə, hər bir cinayət işi üzrə CM-nin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli olan əmlakın olub-olmaması məsələsini həll etməlidir. Azərbaycan Respublikası CM-nin 99-1.1 və 99-1.1.1-ci maddələrinə əsasən məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunan əmlak hesab olunur. Məhkəmə xüsusi müsadirə ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, iş üzrə belə bir əmlak olmadığından təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə ilə bağlı müddəa tətbiq edilməməlidir. Şərh olunanlara və Azərbaycan Respublikası CPM-nin 44.1, 197-198, 341-349, 351- 353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 2 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan mərhum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 06 iyun 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilsin, barəsində həbs qətimkan tədbiri seçilsin və məhkəmə zalında dərhal həbsə alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs mülki iddia qaldırmaq hüququ izah edilsin. İş üzrə maddi sübut Zərərçəkmiş şəxs mobil telefonuna baxış zamanı whatsapp səs yazılarının və mesajların köçürüldüyü disk, həmçinin sonuncunun təqdim etdiyi ödəmə qəbzləri cinayət işində saxlanılsın. İş üzrə xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Hökmdən elan olunduğu, ( təqsirləndirilən şəxsə rəsmi təqdim edildiyi) andan 20 gün müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Gülnar Səfərəliyeva
Məhkəmə qərarları › İş №1(078)-26/2024
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Hökm — İş №1(078)-26/2024
06.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver