Azərbaycan Respublikası adından HÖKM Naxçıvan şəhəri İş № 1(078)-26/2025 14.05.2025 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, X6 məhkəmə iclas katibliyi, Dövlət ittihamçısı Naxçıvan Muxtar Respublikası Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs oğlunun və onun müdafiəçisi Naxçıvan Şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1983-cü ildə Rusiya Federasiyasının Orenburq vilayətinin Orsk şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, əvvəllər məhkum olunmamış, orta təhsilli, işsiz, evli, 2 uşaq atası, Ordubad rayonu, Yuxarı Əndəmic kəndində qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 06 fevral 2025-ci il saat 21:50-də Moskva-Naxçıvan reysi ilə gələn zaman X8 Polis Şöbəsinin Cinayət Axtarışı Qrupunun əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində hava limanının qarşısında saxlanılaraq terminalın xidməti otağında üzərinə baxış keçirilərkən göy rəngli alt paltarından Rusiya Federasiyasının Moskva şəhərindən əldə edib gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasının dövlət sərhədindən keçirdiyi 1 (bir) ədəd şəffaf sellofana bükülmüş içərisində təmiz çəkisi 1,067 qram narkotik vasitə olan qurudulmuş marixuananın aşkar olunaraq götürülmüşdür. Məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs 6 fevral 2025-ci il tarixədək olan müddət ərzində Rusiya Federasiyasında şəxsiyyəti istintaqa məlum olmayan mənbədən az miqdar təşkil edən 1,067 qram narkotik vasitə olan qurudulmuş marixuananı əldə edib malların aşkar olunmasını çətinləşdirən üsullardan istifadə edilməklə əyninə geyindiyi göy rəngli alt paltarı tumanın içərisində gizlətməklə saxlamış, 6 fevral 2025-ci il tarixdə Rusiya Federasiyasının Moskva şəhərindən birbaşa uçuşla Azərbaycan Respublikası ərazisinə UTA-763 saylı 17:45 Moskva-Naxçıvan aviareysi ilə sərnişin qismində gələn zaman üzərində daşıyaraq X13 Limanı gömrük postu vasitəsilə Azərbaycan Respublikasının gömrük sərhəddindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə qəsdən keçirmiş və həmin gün saat 21:50 radələrində X8 Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində hava limanının qarşısında saxlanılaraq terminalın xidməti otağında üzərinə baxış keçirilmiş, baxış zamanı əyninə geyindiyi göy rəngli alt paltarı-tumanın içərisindən 1 (bir) ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 1,067 qramdan ibarət bükümdə olmaqla az miqdarda tünd-yaşıl rəngli, spesifik iyli, bitki mənşəli kütlə narkotik təbiətli çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, ekspert rəyləri və iş üzrə toplanmış digər sənədlərlə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 206.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 206.2-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Rusiya Federasiyasının Orsk şəhərində anadan olmuş, anası və atası azərbaycanlı olub Azərbaycan Respublikası vətəndaşıdırlar. 3 yaşı olarkən ailəsi öz ata-baba yurdları olan Ordubad rayonuna gəlmiş və onlar Şəhriyar qəsəbəsində yaşamağa davam etmişdirlər. Orta məktəbi Ordubad rayonunda oxumuş, orta təhsili bitirdikdən sonra işləmək üçün Rusiya Federasiyasına getmiş, bir neçə il orada qaldıqdan sonra Ordubad rayonuna gələrək ailə qurmuş, sonra ailəsi ilə birlikdə Rusiya Federasiyasına yaşamağa getmişdir. Bir müddət sonra ailəsini Ordubad rayonuna göndərmiş, özü ildə bir dəfə təxminən 1-2 ay müddətinə Rusiya Federasiyasından ailəsinə baş çəkmək üçün gəlib sonra geri qayıtmışdır. Moskva şəhərində su-kanalizasiya ustası işləmişdir. 6 aydır narkotik vasitələrdən istifadə etməyə başlamış, həmişə marixuana narkotik vasitəsi istifadə etmiş, həmin maddəni Rusiya vətəndaşı əvvəlcədən tanıdığı Vanya adlı şəxsdən almışdır. Bir müddət əvvəl yaşadığı Ordubad rayonuna gəlmək qərarı vermiş, bunun üçün 6 fevral 2025-ci il tarixə Moskva- Naxçıvan reysinə bilet almış, Naxçıvan Muxtar Respublikasında da narkotik vasitə istifadə edə bilmək üçün özü ilə narkotik vasitə gətirməyə qərar verərək Vanyadan şəxsi istifadə üçün 1 qram qurudulmuş marixuana istəmişdir. Vanya ona 1 ədəd bükümdə 1 qramdan biraz artıq marixuana vermiş, həmin marixuananın bir hissəsini 4 fevral 2024-cü il tarixdə Rusiya Federasiyasında olarkən istifadə etmiş, qalan hissəsini isə 1 ədəd büküm halında alt paltarında gizlətmişdir. Moskva-Naxçıvan reysi uçuş marşrutu üzrə birbaşa Moskva şəhərindən havalanaraq 6 fevral 2025-ci il saat 21:30-da X13 Limanına eniş etmişdir. İlk əvvəl baqaj çantasını gözləyib götürdükdən sonra hava limanının binasından çıxışa istiqamətlənmi, hava limanından çıxdıqdan sonra 3 nəfər mülki geyimli şəxs yaxınlaşaraq özlərini təqdim edib polis əməkdaşı olduqlarını bildirmişdirlər. Daha sonra ondan üzərində narkotik vasitə daşıyıbdaşımamağı soruşulmuş, üzərində olan saqqızı çıxarıb polis əməkdaşlarına təqdim etdikdə onlar zarafat etdiyini soruşmuş, özü polis əməkdaşlarına onların onunla zarafat etdiyini demişdir. Sonra polis əməkdaşları onu hava limanında yerləşən otaqların birinə apararaq üzərinə baxış keçirəcəklərini bildirmiş, polis əməkdaşları ilə birlikdə qeyd olunan otağa daxil olduqdan sonra video-çəkilişlə üzərinə baxış keçirilməyə başlanmış, üzərində narkotik vasitə olmadığını bildirdiyi üçün ona geyindiyim paltarları növbə ilə çıxarmağı bildirilmiş, paltarları növbə ilə çıxarıb polis əməkdaşlarına təqdim etmiş, onlar isə paltarlara baxış keçirmişlər. Polis əməkdaşlarının alt paltarına kimi yoxlayacaqlarını düşünmədiyindən və alt paltarına yerləşdirdiyi narkotik vasitəni aşkar edə bilməyəcəklərini düşündüyündən təqdim etməmiş, sonda polis əməkdaşları alt paltarını çıxarmağı istənildikdə ilk əvvəl bundan imtina etmiş, lakin polis əməkdaşları tərəfindən alt paltarına gizlətdiyi narkotik vasitənin aşkar olunacağını görüb özü çıxarıb təqdim etmiş, həmin maddənin nəşə olduğunu bildirmişdir. Alt paltarından çıxararaq təqdim etdiyi nəşə elektron tərəzidə çəkilmiş, çəkisinin 1 qram olduğunu görmüş, sonra təqdim etdiyi nəşə polis əməkdaşları tərəfindən qablaşdırılmış, tərtib edilmiş sənədləri imzalamış, sonra onu polis şöbəsinə dəvət etmişlər. Polis əməkdaşları tərəfindən üzərinə baxış keçirilən zaman alt paltarından çıxararaq təqdim etdiyi maddə nəşə yəni qurudulmuş marixuana olmuş, həmin maddəni Rusiya Federasiyasında olarkən Vanya adlı Rusiya vətəndaşından Naxçıvan Muxtar Respublikasında özü şəxsən istifadə etmək üçün almış, həmin maddəyə görə 1700 rus rublu pul ödəmişdir. Naxçıvan Muxtar Respublikasında narkotik vasitə və psixotrop maddələrdən istifadə edən yaxın, qohum və tanışları olmamış, heç kim ondan narkotik vasitə istəməmişdir. İstər Rusiya Federasiyasında istərsə də Naxçıvan Muxtar Respublikasında narkotik vasitə verdiyi və ya satdığı şəxslər olmamışdır. Azərbaycan Respublikasına mütəmadi olaraq Moskva-Naxçıvan aviareysi ilə gəlməmiş, bəzən Moskva-Türkiyə-Naxçıvan aviareysi ilə gəlmiş, əvvəl gəldiyi zamanlarda narkotik vasitə istifadə etməyə başlamadığından üzərində narkotik vasitə gətirməmişdir. Polis əməkdaşları tərəfindən ona qarşı heç bir zor, fiziki güc tətbiq edilməmişdir. Törətdiyi əməldən peşman olmuşdur. Övladı qan xərçəngi xəstəliyindən əziyyət çəkir, yaşlı ata-anası vardır və atası yataq xəstəsidir. Bunların nəzərə alınaraq ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Şahid verdiyi ifadəsində göstərmişdir ki, Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyinin rəsmi “İnstagram” səhifəsinə Təqsirləndirilən şəxs narkotik vasitələri və psixotrop maddələri üzərində gizlətməsi barədə anonim məlumat daxil olmuşdur. Daxil olmuş məlumat əsasında X8 Polis Şöbəsinin rəisinə raportla məruzə edildikdən sonra əməliyyat qrupunun yaradılması barədə qərar qəbul edilmiş və əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupunun üzvü olan X8 X5 Mübarizə qrupunun əməliyyat müvəkkili polis kapitanı X10, X8 X14 Təhlükəsizlik Bölməsinin polis nəfəri polis serjantı X11 və X8 X14 Təhlükəsizlik Bölməsinin polis nəfəri polis serjantı X15 ilə birlikdə Təqsirləndirilən şəxs 6 fevral 2025-ci il tarixdə saat 21:50 radələrində X2rşısında saxlanılmışdır. Təqsirləndirilən şəxs saxlanıldıqdan sonra ona hüquq və vəzifələri izah olunmuş, daha sonra Təqsirləndirilən şəxs üstünü həmin yerdə yoxlamaq mümkün olmadığından o videoçəkiliş aparılmaqla Hava Limanının içərisində xidməti otaqların birinə aparılmış, Təqsirləndirilən şəxs üstünü yoxlama və götürmə aparılmasından əvvəl ondan paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitə və psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək əşyaları və ya sənədləri verməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs üzərində, əşyalarında, bədənində heç bir əhəmiyyət kəsb edən əşya olmadığını bildirdikdən sonra onun üzəri yoxlanılmağa başlanılmış, yoxlama zamanı Təqsirləndirilən şəxs əynində olan göy rəngli alt paltarının içərisindən 1 ədəd şəffaf sellofana bükülmüş, narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütləni təqdim etmişdir. Həmin kütlə elektron tərəzidə çəkilmiş, qablaşma ilə birlikdə çəkisinin 1 qram olması müəyyən olunmuşdur. Sonra müvafiq sənədlər tərtib olunmuş və orada iştirak edən şəxslər tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs əvvəlcədən tanımamış, onunla hər hansı bir qohumluq münasibəti , yaxud ədavəti olmamışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 1 ədəd büküm barəsində həmin bükümü Rusiya Federasiyasında 3-4 gün əvvəl əldə etdiyini, özü ilə gətirdiyini, nəşə olduğunu, özünün istifadə etdiyini demişdir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş X19 və X11 Şahid ifadəsi ilə analoji məzmunlu ifadə vermiş və onun göstərdiyi xüsusatları təsdiq etmişdirlər. İş üzrə 6 fevral 2025-ci il tarixli əməliyyat-axtarış tədbirinin keçirilməsinə və şübhəli şəxsin üstünün yoxlanılmasına dair protokolundan görünür ki, Təqsirləndirilən şəxs əyninə geyindiyi göy rəngli alt paltarı-tumanın içərisindən 1 (bir) ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 1,067 qramdan ibarət bükümdə olmaqla az miqdarda tünd-yaşıl rəngli, spesifik iyli, bitki mənşəli kütlə narkotik təbiətli çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 7 fevral 2025-ci il tarixli 149 nömrəli rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilən 1 ədəd kağız zərfin içərisindəki 01 ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 1,067 qram olan tünd-yaşıl rəngli, spesifik iyli, bitki mənşəli kütlə narkotik təbiətli çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Marixuana 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq edilmiş, “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin” siyahısına (İ Siyahı, İ bənd sıra № 146) daxildir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş 1 ədəd şəffaf rəngli sellofana bükülmüş bükümdə təmiz çəkisi 1,067 qram olan qurudulmuş marixuana narkotik vasitəsi cinayətin predmeti olduğundan maddi sübut kimi tanınmış, ekspertiza tədqiqatına sərf olunan hissə çıxılmaqla qalmış müvafiq olaraq 1,017 qram marixuana narkotik vasitəsi məhkəmənin yekun qərarına və ya hökmünə kimi Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin maddi sübutların saxlanc otağında saxlanca verilmişdir. Naxçıvan MR Səhiyyə Nazirliyi Psixi Xəstəliklər Dispanserinin 12 fevral 2025-ci il tarixli 64 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik maddə istifadəçisidir. Təqsirləndirilən şəxs narkomaniya xəstəliyinə tutulmuşdur. Naxçıvan MR Səhiyyə Nazirliyi Psixi Xəstəliklər Dispanserinin 12 fevral 2025-ci il tarixli 65 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hər hansı bir psixi xəstəlik yoxdur, o, anlaqlıdır, həmçinin onun anlaqlılığı istisna etməyən psixi pozuntusu yoxdur. Təqsirləndirilən şəxs cinayət hadisəsini törədərkən öz əməlinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərketmək və idarə etmək qabiliyyətində olmuşdur və hazırda öz əməlinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və idarə etmək qabiliyyətindədir. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. İş üzrə Təqsirləndirilən şəxs üzərində aparılmış şəxsi axtarış zamanı qeydə alınmış video-görüntülərin köçürüldüyü DVD-yə baxış keçirilmiş və müəyyən edilmişdir ki, DVD-də qeydə alınmış video-görüntü 15 dəqiqə 31 saniyə olduğu müəyyən edildi və məlum oldu ki, video çəkilişə X2rşısı düşür və iştirak edən şəxslər özləri barəsində məlumat verdikdən sonra Təqsirləndirilən şəxs yaxınlaşır, polis əməkdaşları Təqsirləndirilən şəxs üzərində hər hansı narkotik vasitə və psixotrop maddə vardırsa təqdim etməsini bildirdikdən sonra Təqsirləndirilən şəxs cibindən bir predmet çıxarır, polis əməkdaşı həmin predmetin hər hansı narkotik vasitə və psixotrop maddəyə bənzəmədiyini görüb sonrasında Təqsirləndirilən şəxs X1 xidməti otaqlardan birinə aparır, Təqsirləndirilən şəxs üzərinə baxış keçirilməsinə etirazının olmadığını bildirir və baxış aparılır. Videoçəkilişin 6-cı dəqiqə 58-ci saniyyəsində Təqsirləndirilən şəxs alt paltarının içərisindən bir bükümdə predmeti çıxarır və təqdim edir. Təqsirləndirilən şəxs həmin predmetin nəşə olduğunu bildirir. Sonra aşkar olunmuş predmet elektron tərəzidə çəkilir, çəkisinin 1 qram olması görülür. Təqsirləndirilən şəxs təqdim etdiyi 1 ədəd bükümdə narkotik vasitəyə bənzər maddə qablaşdırılaraq, möhürlənməklə və imzalanmaqla götürülür. Nəticədə Təqsirləndirilən şəxs bildirmişdir ki, onun üzərinə 06 fevral 2025-ci il tarixdə Naxçıvan X12 otaqların birində şəxsi axtarış aparılmış, görüntüdəki həmin şəxs onun özüdür, yoxlama zamanı üzərindən aşkar olunmuş qurudulmuş marixuana narkotik vasitəsi ona məxsusdur, Rusiya Federasiyasından şəxsi istifadəsi üçün əldə edərək qaçaqmalçılıq yolu ilə Naxçıvan Muxtar Respublikasına gətirmişdir. Azərbaycan Respublikası Naxçıvan MR DİN-in ƏSİŞ-dən alınmış tələbnamədən müəyyən olmuşdur ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən, hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “X9 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olubolmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmək, həmin sübutları mübahisələndirmək imkanına malik olmuşdur. Təqsirləndirilən şəxsin əleyhinə olan sübutlara etiraz etmək və onları mübahisələndirmək üçün məhkəmə prosesində ona imkan yaradılmışdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olubolmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Məhkəmənin qarşısında duran başlıca vəzifə - təqsirləndirilən şəxs tərəfindən törədilmiş əməlin düzgün tövsif edilməsindən ibarətdir. Bu səbəbdən də məhkəmə ittihama daxil olan cinayət əməlinin təhlil edilməsini zəruri hesab edir. Təqsirləndirilən şəxs narkotik vasitəni Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli qaçaqmalçılıq yolu ilə keçirmişdir. Bеlə ki, o, 6 fevral 2025-ci il tarixədək olan müddət ərzində Rusiya Federasiyasında şəxsiyyəti istintaqa məlum olmayan mənbədən az miqdar təşkil edən 1,067 qram narkotik vasitə olan qurudulmuş marixuananı əldə edib malların aşkar olunmasını çətinləşdirən üsullardan istifadə edilməklə əyninə geyindiyi göy rəngli alt paltarı tumanın içərisində gizlətməklə saxlamış, 6 fevral 2025-ci il tarixdə Rusiya Federasiyasının Moskva şəhərindən birbaşa uşuşla Azərbaycan Respublikası ərazisinə UTA- 763 saylı 17:45 Moskva-Naxçıvan aviareysi ilə sərnişin qismində gələn zaman üzərində daşıyaraq X13 Limanı gömrük postu vasitəsilə Azərbaycan Respublikasının gömrük sərhəddindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə qəsdən keçirmiş və həmin gün saat 21:50 radələrində X8 Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində hava limanının qarşısında saxlanılaraq terminalın xidməti otağında üzərinə baxış keçirilmiş, baxış zamanı əyninə geyindiyi göy rəngli alt paltarı-tumanın içərisindən 1 (bir) ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 1,067 qramdan ibarət bükümdə olmaqla az miqdarda tünd-yaşıl rəngli, spesifik iyli, bitki mənşəli kütlə narkotik təbiətli çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 206.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək, həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci maddəsində nəzərdə tutulan cinayətin bütün əlamətləri var. Həmin cinayət hadisəsi həqiqətən baş vermişdir. Ona ibtidai istintaq orqanı tərəfindən düzgün hüquqi qiymət verilmiş və cinayət hadisəsi məhz Təqsirləndirilən şəxs tərəfindən törədilmişdir. Həmçinin bu cinayətin törədilməsində o, təqsirlidir. Təqsirləndirilən şəxs cinayət əməlini qəsdən törətmişdir. Onun əməli başa çatan cinayətdir və cinayətlərin təsnifatına görə az ağır cinayət kateqoriyasına aiddir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs özünü müdafiə üçün heç bir dəlil təqdim etməmiş, törətdiyi əməldə özünü təqsirli bilmişdir. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 17 mart 2011-ci il tarixli Qərarı). “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. Sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş olsun, bununla sosial balans pozulmuş olsun və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 15.3-cü maddəsinə əsasən, bu Məcəllə ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər hesab olunur. 206.2-ci maddəsinə əsasən, narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, güclü təsir edən, zəhərli, zəhərləyici, radioaktiv, partlayıcı maddələrin və qurğuların, hərbi silahın və texnikanın, (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla) odlu silah və yaxud döyüş sursatının, nüvə, kimyəvi, bioloji və digər kütləvi qırğın silahlarının, kütləvi qırğın silahlarının hazırlanmasında istifadə oluna bilən və Azərbaycan Respublikası gömrük sərhədindən keçirilməsinin xüsusi qaydaları müəyyən edilmiş materialların və avadanlıqların, Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilməsi üçün müvafiq qaydalar müəyyən edilmiş strateji əhəmiyyətli xammalın, mədəni, tarixi və ya arxeoloji sərvət olan əşyaların Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli, yaxud sənədlərdən və ya gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə, yaxud bəyan etməməklə və ya düzgün bəyan etməməklə keçirilməsi üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla, daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərə tutulmuş azadlıqdan məhrumetmə növündə cəzanın təyin edilməsi qanuni, əsaslı və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərinə uyğundur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci maddəsinin sanksiyasında üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs əməlində himayəsində azyaşlı övladının olması, əməlini səmimi etiraf etməsi, peşman olması cəzasını yüngülləşdirən hal müəyyən edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs əməlində cəzanı yüngülləşdirən halları nəzərə alır və bununla əlaqədar qeyd edir ki, təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Cinayət Məcəlləsinin 41.2-ci maddəsində cəzanın məqsədi açıqlanaraq göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Göstərilən maddənin məzmunundan göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. Sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş olsun, bununla sosial balans pozulmuş olsun və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. Qeyd edilənləri, həmçinin cinayəti baş vermə şəraitini və hallarını nəzərə alaraq, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 206.2-ci maddəsi üzrə ona təyin edilən azadlıqdan məhrum etmə cəzasını şərti tətbiq etməklə cəzanın məqsədlərinə, o cümlədən, pozulmuş sosial ədalətin bərpasına nail olmaq olar. “Məhkəmə tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi” haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardı. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. İnsan hüquqları üzrə Avropa Məhkəməsi “Qutsardi İtaliyaya” qarşı işində göstərmişdir ki, Avropa Konvensiyasının 5-ci maddəsinin 1-ci bəndində “azadlıq hüququ” bəyan edilərkən şəxsin fiziki azadlığı nəzərdə tutulur. Məhkəmələrin qarşısında duran məqsəd heç kəsin qanunsuz olaraq “azadlıqdan məhrum” edilməməsini təmin etməkdir. 5-ci maddənin mənası baxımından hər hansı şəxsin “azadlıqdan məhrum” edilib-edilmədiyini müəyyənləşdirərkən çıxış nöqtəsi kimi onun konkret vəziyyəti götürülməli və bütün meyarlara, məsələn, sözügedən tədbirin növünə, bu növ tədbirlərin məhkuma təsiri, tədbir növlərinin müddətinə, nəticələrinə və həyata keçirilmə üsuluna diqqət yetirilməlidir. Bunları nəzərə alaraq məhkəmə Təqsirləndirilən şəxs cəza çəkmədən islah olunmasını mümkün sayaraq barəsində CM-in 70-ci maddəsinə əsasən sınaq müddəti təyin edilməklə ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının şərti olaraq tətbiq edilməsini qanuni və əsaslı hesab edir. Belə ki, CM-in 70-ci maddəsinə əsasən islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. Sınaq müddəti altı aydan beş ilədək müddətə müəyyən edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi və həmin cəzanın şərti olaraq tətbiq edilməsi onun islah olunması məqsədinə cavab verir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs CM-in 206.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və ona 3 (üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Təqsirləndirilən şəxs təyin olunmuş 3 (üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən 1(bir) il müddətinə sınaq müddəti ilə şərti olaraq tətbiq edilməli, sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindikdən sonra hesablanmalı, sınaq müddəti ərzində Təqsirləndirilən şəxsnın davranışı üzərində nəzarəti həyata keçirmək yaşayış yeri üzrə Ordubad Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməli, Təqsirləndirilən şəxsnın barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. «Azərbaycan Respublikasının CM-nin dəyişikliklər edilməsi haqqında» 07 mart 2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə görə məhkəmə, hər bir cinayət işi üzrə CM-nin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli olan əmlakın olub-olmaması məsələsini həll etməlidir. Azərbaycan Respublikası CM-nin 99-1.1 və 99-1.1.1-ci maddələrinə əsasən məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunan əmlak hesab olunur. Məhkəmə xüsusi müsadirə ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, iş üzrə belə bir əmlak olmadığından təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə ilə bağlı müddəa tətbiq edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1 və 91.1.2-ci maddələrinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli Qərarının 28-ci bəndində qeyd edilmişdir ki, məhkəmələr narkomaniya xəstəliyinə düçar olmuş təqsirli şəxslər barədə cəza təyin edərkən onların cəza çəkdikləri müddətdə narkomaniyadan məcburi qaydada müalicə olunmaları məsələsini həll etməlidirlər (belə müalicənin tətbiq edilməli olubolmaması barədə müvafiq ekspertiza rəyi alınmalıdır). Bu halda məcburi müalicənin müddəti məhkəmələr tərəfindən hökmdə göstərilməməlidir. Narkomaniyadan məcburi müalicənin belə şəxslərə zərərli təsir göstərməsi həkim rəyində qeyd olunduğu halda və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 9 fevral tarixli 39 nömrəli Qərarı ilə təsdiq edilmiş “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydası və şərtləri, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi Qaydası”nın 3- cü bəndində nəzərdə tutulan digər hallarda məhkəmə hökmdə CMin 93-1-ci maddəsinin tətbiq edilməməsinin səbəblərini əsaslandırmalı, belə şəxslərin ərazi narkoloji dispanserində qeydiyyata götürülməsi təmin edilməlidir. İstintaq zamanı Y.Budaqov adma Naxçıvan MR X3 alınmış 12 fevral 2025-ci il tarixli 65 saylı ekspertiza rəyindən aydın olmuşdur ki, Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Ona görə də təqsirləndirilən şəxs barəsində məcburi müalicə tətbiq edilməməlidir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli Qərarının 39-cu bədində qeyd olunmuşdur ki, narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları ilə bağlı, o cümlədən güclü təsir edən və zəhərli maddələr üzrə cinayət işlərində maddi sübutların məsələsi həll edilərkən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 6 oktyabr tarixli 181 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq müsadirə edilmiş narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının məhv edilməsi Qaydası”na və “Qanunsuz dövriyyədən Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq müsadirə edilmiş, lakin dərman preparatları şəklində olduğuna və tibbi məqsədlərlə istifadə oluna biləcəyinə görə məhv edilməsi məqsədəuyğun olmayan narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi üçün təhvil verilməsi Qaydası”na uyğun olaraq məhkəmələr onların məhv edilməsini və ya tibbi məqsədlər üçün istifadəyə yararlı olan narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə verilməsini hökmdə mütləq göstərməlidirlər və bu işlər üzrə hökmlərin icrası haqqında sənədlərin işə əlavə olunması təmin edilməlidir. Məhkəmə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarı, eyni zamanda Azərbaycan Respublikası CPM-in 346.1 və 346.1.19-cu maddələrinin tələbləri baxımından maddi sübutlar məsələsinin necə həll edilməli olduğunu müzakirə edərək belə nəticəyə gəlir ki, iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş, maddi sübut kimi tanınmış, Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin maddi sübutların saxlanc otağında saxlanca verilmiş 1 ədəd şəffaf rəngli sellofana bükülmüş bükümdə çəkisi 1,017 qram olan marixuana narkotik vasitəsi müsadirə olunmalı və hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. Məhv etmə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 32-ci maddəsinə əsasən yaradılmış komissiya tərəfindən həyata keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Naxçıvan Şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 30 (otuz) saata görə 253 (iki yüz əlli üç) manat Azərbaycan Respublikasının dövlət büdcəsi hesabından Naxçıvan şəhər Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə ekspertiza xərci olan 90 (doxsan) manat pul Təqsirləndirilən şəxs tutulub Naxçıvan MR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1, 197-198, 341-349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 03 (üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs təyin olunmuş 3 (üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən 1 (bir) il müddətinə sınaq müddəti ilə şərti olaraq tətbiq edilsin. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindikdən sonra hesablansın. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxsnın davranışı üzərində nəzarəti həyata keçirmək yaşayış yeri üzrə Ordubad Rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxsnın barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə Naxçıvan Şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 30 (otuz) saata görə 253 (iki yüz əlli üç) manat Azərbaycan Respublikasının Dövlət büdcəsi hesabından Naxçıvan Şəhər Vəkil Bürosunun hesabına ödənilsin. İş üzrə ekspertiza xərci olan 90 (doxsan) manat pul Təqsirləndirilən şəxs tutulub Naxçıvan MR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. İş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş, maddi sübut kimi tanınmış, Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin maddi sübutların saxlanc otağında saxlanca verilmiş 1 ədəd şəffaf rəngli sellofana bükülmüş bükümdə çəkisi 1,017 qram olan marixuana narkotik vasitəsi müsadirə olunsun və hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Məhv etmə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 32-ci maddəsinə əsasən yaradılmış komissiya tərəfindən həyata keçirilsin. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Hökmdən elan olunduğu gündən 20 (iyirmi) gün müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Gülnar Səfərəliyeva.
Məhkəmə qərarları › İş №1(078)-26/2025
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Hökm — İş №1(078)-26/2025
14.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver