Azərbaycan Respublikası adından HÖKM Naxçıvan şəhəri İş № 1(078)-27/2023 11.08.2023 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Saat 16:35-də Naxçıvan Şəhər Məhkəməsinin hakimi Məmmədov Qabil Neymət oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi, dövlət ittihamçısı Naxçıvan Мuxtar Рespublikası Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi iştirakı ilə, xx xxxxxx 1996-cı il tarixdə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, natamam orta təhsilli, ailəli, 3 uşaq atası, əvvəllər məhkum olunmamış, Füzuli rayonu, Mirzəcamallı kəndində qeydiyyatda olub, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Südçülük sovxozunda yaşayan, 13 iyun 2023-cü il tarixdə barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə baxışı iclasında baxaraq müəyyən etdi: Cinayət işinin başlanmasına səbəb, 29 may 2023-cü il tarixdə, saat 17:45 radələrində X6 Limanı vasitəsi ilə Naxçıvan Muxtar Respublikasından Bakı şəhərinə getmək istəyən Füzuli rayonu, Mirzəcamallı kəndində qeydiyyatda olmaqla, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Südçülük sovxozunda yaşayan Təqsirləndirilən şəxs yük çantasında 1 ədəd soyuq silah beşbarmağın aşkar edilərək götürülməsi faktı və əsas isə həmin fakt üzrə toplanmış materiallar olmuşdur. Məhkəmə istintаqı zаmаnı müəyyən edilmişdir ki, Həsənli X2 Respublikasında istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq 1 ədəd soyuq silah hesab edilən, təyinatı üzrə istifadəyə yararlı beşbarmağı əldə edib, saxlamış, həmin soyuq silahı Bakı şəhərinə aparmaq məqsədi ilə yük çantasının içərisinə qoymuşdur. Həmin soyuq silahı yük çantasında götürüb Bakı şəhərinə aparmaq üçün X6 Limanına apararaq gəzdirmiş, 29 may 2023-cü il tarixdə, saat 17:45 radələrində yük çantası rentgen qurğusundan keçirilməklə yoxlanılarkən hava limanının əməkdaşları tərəfindən beşbarmaq aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 228.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs cinayət işi üzrə 13 iyun 2023-cü il tarixdə Azərbaycan Respublikası CM-in 228.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək həmin tarixdə barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ifadəsində, təxminən 2 ay əvvəl Bakı şəhərində işləri zəiflədiyindən Türkiyə Respublikasının İğdır şəhərinə gedərək orada restoranda ofisiant və barmen olaraq işlədiyini, 29 may 2023-cü il tarixdə yaşadığı Bakı şəhərinə getmək üçün quru yolu ilə Türkiyə Respublikasının İğdır şəhərindən Naxçıvan Muxtar Respublikasının ərazisinə keçdiyini, həmin gün saat 18:00 radələrində X6 Limanına gələrək hava limanının giriş hissəsində özü ilə birlikdə gətirmiş olduğu 5 qutu və 1 yük çantasından ibarət yükünü yoxlama aparılması üçün rentgen qurğusuna yerləşdirdiyini, yüklər rentgen qurğusundan keçərkən rentgen qurğusuna nəzarət edən hava limanı işçisinin ona çantasında nəyinsə olduğunu bildirdiyini, həmin müəyyən oluna bilməyən yükün onun daşıdığı yük çantasının içərisində olduğunu, sonra həmin yük çantasına özünün iştirakı ilə baxış keçirilən zaman çantada olan paltarların altında olan bir ədəd beşbarmaq aşkar olunduğunu, aşkar olunan beşbarmağı Türkiyə Respublikasının İğdır şəhərində restoranda işləyərkən müdiri Səyyad Gökdəmirdən hədiyyə olaraq aldığını, Səyyad Gökdəmirin restoranında işləyən zaman ondan özünə beşbarmaq hədiyyə etməsini istədiyini, yükləri və digər ləvazimatları Səyyad Gökdemirin evində olduğundan yola çıxmamışdan əvvəl Səyyad Gökdemirin həmin beşbarmağı onun yük çantasına qoyduğunu, yükləri götürən zaman beşbarmağın yük çantasının içərisində olduğunu ona dediyini, Hava limanında yük çantasından beşbarmaq aşkarlanan zaman əməkdaşlara həmin beşbarmağın özünə məxsus olduğunu, onu Türkiyə Respublikasında olarkən ona hədiyyə etdiklərini və suvenir kimi Bakı şəhərinə apardığını bildirdiyini, həmin beşbarmağın qadağan olunmuş əşya olduğunu bilmədiyini, törətdiyi əmələ görə peşman olduğunu göstərərək, ona yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində, 2012-ci ildən X6 Limanına işə qəbul edildiyini və hal-hazırda mütəxəssis vəzifəsində işlədiyini, 29 may 2023-cü il tarixdə, saat təxminən 18:00 radələrində X6 Limanında növbədə olan zaman hava limanının minik zalının giriş hissəsində rentgen qurğusuna qoyulan yüklərin içərisinə nəzarət edərkən yüklərin içərisində beşbarmağa oxşar şübhəli təsvir gördüyünü və həmin çantanın kimə məxsus olduğunu soruşduğunu, həmin vaxt çantanın Təqsirləndirilən şəxs ona məxsus olduğunu bildirdiyini, Təqsirləndirilən şəxs çantasını açmasını tələb edib baxdıqda çantanın içərisində beşbarmaq olduğunu gördüyünü, sonra bu barədə məlumat verildiyini, beşbarmağın sənədləşdirilərək götürüldüyünü bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 Şahid1 ilə eyni məzmunda ifadə verərək onun bildirdiklərini bir daha təsdiq etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində, 2019-cu ildən X6 Limanında ATX-nin agenti vəzifəsinə təyin edildiyini, bir müddət həmin vəzifədə işlədikdən sonra 2022-ci il tarixdə ATX-də növbə rəisi vəzifəsinə təyin edildiyini, hazırda həmin vəzifədə çalışdığını, Hava limanında növbəli şəkildə işlədiyini, 29 may 2023-cü il tarixdə, saat təxminən 18:00 radələrində X6 Limanında növbədə olan zaman hava limanının zalında olan rentgen qurğusuna nəzarət edən əməkdaş Şahid1 xidməti rabitə qurğusu ilə məlumat verərək onu rentgen qurğusunun yanına çağırdığını, həmin yerə yaxınlaşdıqda mütəxəssis Şahid1 Təqsirləndirilən şəxs göstərərək baqaj yükündən beşbarmaq müəyyən etdiyini bildirdiyini, sonra həmin beşbarmağın müvafiq qaydada qablaşdırıldığını, bundan sonra hava limanının polislərinin hava limanına dəvət edildiyini, beşbarmaq və Təqsirləndirilən şəxs hava limanının polislərinə təhvil verildiyini bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində, 29 may 2023-cü il tarixdə, saat təxminən 17:40 radələrində X6 Limanında xidmətdə olan zaman hava limanının təhlükəsizlik xidmətinin növbə rəisi Nərmin xanımın ona məlumat verərək sərnişinlərdən birindən beşbarmaq aşkarlandığından təhvil götürməyini istədiyini, sonra X3 Polis Şöbəsinin növbətçi hissəsindən zəng edərək hava limanında sərnişinlərdən birindən beşbarmaq aşkar olunduğunu və təhvil götürməklərini dediyini, təhlükəsizlik xidmətinə yaxınlaşıb beşbarmağı təhvil götürən zaman yük çantasından beşbarmaq aşkar edilən şəxsin Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində yaşayan Təqsirləndirilən şəxs olduğunu bildiyini, həmin şəxsin yük çantasından aşkar edilən beşbarmağın müvafiq qaydada onun iştirakı ilə qablaşdırıldığını, sonra imzalandığını, Təqsirləndirilən şəxs və qablaşdırılımış zərfi təhlükəsizlik xidməti əməkdaşlarından təhvil alandan sonra X3 Polis Şöbəsinin növbətçi hissəsinə təhvil verdiyini bildirdi. İş materiallarına əlavə edilmiş: X6 Limanının inzibati binasında yerləşən minik zalının müşahidə kamerası vasitəsilə qeydə alınmış video-görüntülərin köçürüldüyü DVD-yə Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə keçirilən baxış zamanı 10 iyul 2023-cü il tarixdə 29 may 2023-cü il tarixi, saat 17:10:03 saniyəni göstərir və video-kameranın hava limanının giriş zalını çəkdiyi müşahidə edilir. Kameranın müşahidəsinə giriş hissədə yerləşən rentgen qurğusu və yoxlama aparatları düşür. Kameranın saat 17:25:27 saniyəni göstərdiyi vaxt hava limanının girişində yerləşən rentgen qurğusunda bir neçə şəxsin hərəkət etdiyi, bunlarla birlikdə Təqsirləndirilən şəxsdə əl arabası ilə rentgen qurğusuna yaxınlaşdığı,17:26:02 saniyədə rentgen qurğusuna əl arabasında olan əşyalarını qoyduğu, saat 17:28:09 saniyəni göstərdiyi vaxt Təqsirləndirilən şəxs təhlükəsizlik xidmətinin əməkdaşının yanına dəvət etdiyini, rentgen qurğusunda olan yükü ilə bağlı nəsə dediyi, sonra onun yüklərini rentgen qurğusundan çıxararaq yüklərə baxış keçirdiyi müşahidə edilmişdir. Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi iştirakı ilə videogörüntüləri izlədikdən sonra görüntüdə əks olunan şəxsin özü olduğunu, rentgen qurğusunda aşkar edilən beşbarmağın özünə məxsus olduğunu bildirmişdir. 29 may 2023-cü il tarixli aktdan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs yük çantasına rentgen müayinəsi zamanı baxış keçirilmiş və çantada bir ədəd kustar üsulla hazırlanmış, soyuq silah hesab edilən, istifadəyə yararlı beşbarmaq aşkar edilərək götürülmüşdür. Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 6 iyun 2023-cü il tarixli 550 nömrəli rəyində tədqiqata təqdim olunmuş 1 ədəd predmet kustar üsulla hazırlanmış, kastet (beşbarmaq) tipində hazırlanmış deşici, vurucu, əzici xassəyə malik, təyinatı üzrə istifadəyə yararlı soyuq silah olması qeyd edilmişdir. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin başlanmasına səbəb, 29 may 2023-cü il tarixdə, saat 17:45 radələrində X6 Limanı vasitəsi ilə Naxçıvan Muxtar Respublikasından Bakı şəhərinə getmək istəyən Füzuli rayonu, Mirzəcamallı kəndində qeydiyyatda olmaqla, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Südçülük sovxozunda yaşayan Təqsirləndirilən şəxs yük çantasında 1 ədəd soyuq silah beşbarmağın aşkar edilərək götürülməsi faktı və əsas isə həmin fakt üzrə toplanmış materiallar olmuşdur. Cinayət işinin istintаqı zаmаnı müəyyən edilmişdir ki, Həsənli X2 Respublikasında istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq 1 ədəd soyuq silah hesab edilən, təyinatı üzrə istifadəyə yararlı beşbarmağı əldə edib, saxlamış, həmin soyuq silahı Bakı şəhərinə aparmaq məqsədi ilə yük çantasının içərisinə qoymuşdur. Həmin soyuq silahı yük çantasında götürüb Bakı şəhərinə aparmaq üçün X6 Limanına apararaq gəzdirmiş, 29 may 2023-cü il tarixdə, saat 17:45 radələrində yük çantası rentgen qurğusundan keçirilməklə yoxlanılarkən hava limanının əməkdaşları tərəfindən beşbarmaq aşkar edilərək götürülmüşdür. Beləliklə, Təqsirləndirilən şəxsnın Azərbaycan Respublikası CM-in 228.4-cü maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri tam sübuta yetirilir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin ikinci bəndində, Azərbaycan Respublikası CPM-in 21-ci maddəsində nəzərdə tutulan təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq belə hesab edir ki, Təqsirləndirilən şəxsnın əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə düzgün tövsif olunmuşdur və o, qeyd edilən maddə ilə təqsirli bilinərək həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxsnın cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ailəli olması, üç uşağının olması, əvvəllər məhkum olunmaması, əməlini etiraf etməsi və əməlində peşman olması cəzanı yüngülləşdirən hallar kimi müəyyən edilmişdir. Təqsirləndirilən şəxs əməlində Cinayət Məcəlləsinin 61.1-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hal (hallar) məhkəmə tərəfindən müəyyən edilmədi. Məhkəmə onu da qeyd edir ki, təqsirləndirilən şəxsin əməlində cəzanı ağırlaşdıran hallar yoxdur və cəzanı yüngülləşdirən hallar Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58 və 59-cu maddələrinin tələblərinə uyğun olaraq cəza təyin edilən zaman nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs törətdiyi cinayətin nəzərdə tutulduğu maddənin sanksiyasında ictimai işlər, islah işləri, azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Lakin, məhkəmə təqsirləndirilən şəxsin hərəkətlərində mövcud olan cəzanı yüngülləşdirən halların ümumi məcmusunu və onların mahiyyəti, həmçinin onun şəxsiyyəti ilə bağlı hallara qiymət verərək bu nəticəyə gəlir ki, cəzanın məqsədlərinə qismən nail olunduğunu nəzərə alaraq, onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilməklə təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmayan yüngül cəza növünü, yəni cərimə cəzasını təyin etsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62.1-ci maddəsinə görə cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. Həmin Məcəllənin 62.2-ci maddəsinə görə cəzanı yüngülləşdirən həm ayrı-ayrı hallar, həm də bu cür halların məcmusu müstəsna hal hesab edilə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4-cü maddəsinə əsasən, qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə, milli geyim ləvazimatı hesab olunan ərazilərdə və ya ovçuluq peşəsi ilə bağlı olaraq soyuq silahı gəzdirmə halları istisna olmaqla, üç yüz iyirmi saatdan dörd yüz saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası CPM-in 346.1- və 346.1.20-ci maddələrinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında digər məsələlərlə yanaşı həmçinin qətimkan tədbirinin ləğv edilməsi, dəyişdirilməsi və seçilməsi olub-olmadığı məhkəmə tərəfindən müzakirə edilməlidir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 13 iyun 2023-cü il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə ittiham elan edilərək təqsirləndirilən şəxs qismində cəlb edilmiş, 13 iyun 2023-cü il tarixdə barəsində “başqa yerə getməmək haqında iltizam” qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə hesab edir ki, iş üzrə istintaq zamanı Təqsirləndirilən şəxs çantasından bir ədəd beşbarmaq aşkar edilən zaman X6 Limanının videomüşahidə kamerasının çəkdiyi video görüntüləri özündə əks etdirən bir ədəd DVD disk törədilmiş cinayət üzrə sübut əhəmiyyəti daşıdığından cinayət işinin materiallarında saxlanılmalıdır. Cinayət işi üzrə maddi sübut olan və hazırda məhkəmədə saxlanılan bir ədəd beşbarmaq hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. İş üzrə ekspertiza xərci və mülki iddia yoxdur. Cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli olan əmlakı məhkəmə tərəfindən müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Naxçıvan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 50 (əlli) iş saatına görə 300 (üç yüz) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsindən Müdafiəçi köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 358, 384-cü maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 228.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilməklə 1000 (min) manat cərimə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cinayət işi üzrə maddi sübut olan və hazırda məhkəmədə saxlanılan bir ədəd beşbarmaq hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Naxçıvan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 50 (əlli) iş saatına görə 300 (üç yüz) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsindən Müdafiəçi köçürülsün. İş üzrə mülki iddianın olmadığı nəzərə alınsın. Hökmdən elan olunduğu vaxtdan, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətinə Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim Qabil Məmmədov.
Məhkəmə qərarları › İş №1(078)-27/2023
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Hökm — İş №1(078)-27/2023
11.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver