Məhkəmə qərarları › İş №1(078)-27/2024

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərar — İş №1(078)-27/2024

16.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 1(078)-27/2024 16.04.2024 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyeva Gülsüm Kamal qızının sədrliyi, X2 məhkəmə iclas katibliyi, Naxçıvan Muxtar Respublikası Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1989-cu ildə Naxçıvan şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, əvvəllər məhkumluğu olmayan, evli, 3 uşaq atası, işsiz, ünvan 1 ünvanında yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Мəcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə hazırlıq iclasında baxaraq məhkəmə, m ü ə y y ə n e t d i: Azərbaycan Respublikasının Prokurorluğu Naxçıvan Muxtar Respublikası Naxçıvan Şəhər Prokurorluğu tərəfindən göndərilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi 18 mart 2024-cü ildə Naxçıvan Şəhər Məhkəməsinin icraatına daxil olmuşdur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilir ondan ötrü ki, o, qəsdən zərərçəkmiş şəxsə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş yüngül zərər vurmuşdur. Bеlə ki, o, 11 dekabr 2023-cü il saat 01 radələrində Naxçıvan şəhəri 58-ci məhəllədə yerləşən “PUB” kafenin qarşısında X7 ilə aralarında yaranmış mübahisə zamanı özünə məxsus və PUB kafenin barında istifadə etdiyi bir ədəd təsərrüfat-məişət təyinatlı turist bıçağını bardan götürüb Hüseynxan Rüstəmova qəsdən bir bıçaq zərbəsi vuraraq belin sağ yarısında yara xəsarətindən ibarət olan dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül dərəcəli bədən zərəri vurmuşdur. Bununla da, Təqsirləndirilən şəxs Аzərbaycan Respublikası CМ-nin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs 10 dekabr 2023-cü il tarixində Naxçıvan şəhəri 58-ci məhəllədə yerləşən PUB kafedə barmen işlədiyini, PUB kafeni xalaoğlusu X3 işlətdiyini, 11 dekabr 2023-cü il tarixdə saat 01 radələrində PUB kafenin qarşısında durub siqaret çəkdiyini, həmin vaxt Röyal və Hüseynxanın kafedən çıxdıqlarını, qapının qabağında durub Röyalla görüşdüyünü, Röyalın da ona zarafatla “yoldan çəkil keçək” dediyini, özünün də zarafatla “çəkilmirəm” dediyini, Röyalın da “sən buranın mühafizəçisi işləyirsən, çəkil keçək gedək” dediyini, Röyala “buranın axranıyam, sözün var, nə deyirsən” dediyini, Röyalın da “sözüm var” dediyini, Röyala “nə sözün var” dediyini, belə deyən kimi Röyalın sinəsindən itələdiyini, Röyalın da onun sinəsindən itələdiyini, həmin vaxt qapıda Röyal, Hüseynxan və özünü durduğunu, başqa da heç kəsin olmadığını, Hüseynxanın da Röyalı itələməyini ciddi qəbul edib onun yumruqla sifətindən vurduğunu, onun da Hüseynxanı şillə ilə vurduğunu, onlardan biri var-yox söyüşü söydüyünü, özünün də buna görə əsəbləşib kafeyə daxil olub, özünə aid olan və barda stolun üstündə pendir doğradığı bıçağı götürüb Hüseynxanın üstünə getdiyini, Hüseynxanın da yerdən daş götürüb ona tərəf atdığını, özü də onun üstünə getdiyini, Hüseynxanın əlində bıçağı görüb qaçdığını, onun ardınca gedəndə Hüseynxanın yıxıldığını, o da onun sağ böyründən bir bıçaq zərbəsi ilə vurduğunu, həmin vaxt Röyalın qardaşı Turalı çağırdığını, bıçaqla Hüseynxanı vurandan sonra hadisə yerindən qaçıb getdiyini, sonra Naxçıvan ŞPİ-nin əməkdaşlarının gəlib onu İdarəyə dəvət etdiklərini, mübahisə zamanı Hüseynxan Rüstəmovu bıçaqla vurduğunu, Röyalla zarafatlaşanda mübahisə düşdüyünü, Hüseynxanı bıçaqlayanda Röyalın onları gördüyünü, Hüseynxana bir dəfə bıçaq vurandan sonra onu təkrar bıçaqlamaq imkanı olduğunu, yanlarında heç kəs olmadığını, lakin onu təkrar bıçaqla vurmadığını, vurmaq istəmədiyini, onu bıçaqlayandan sonra peşman olduğunu, özünü pis hiss elədiyini, ona görə də ona təkrar bıçaq vurmadığını, əməlindən peşman olduğunu, iş üzrə zərərçəkmiş şəxs X7 ilə barışdığını, ona dəymiş ziyanı tam şəkildə ödədiyini, zərər çəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirərək qanuni qərar qəbul edilməsini xahiş etdi. Cinayət işi üzrə zərərçəkmiş şəxs X7 02 aprel 2024-cü il tarixdə məhkəməyə ərizə göndərərək ərizədə Təqsirləndirilən şəxs cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanındığını, Təqsirləndirilən şəxs ilə barışdığını, heç bir şikayət və tələbi olmadığını qeyd etmişdir. Cinayət işi üzrə zərərçəkmiş şəxs X7 02 aprel 2024-cü il tarixdə məhkəməyə ərizə göndərərək ərizədə Təqsirləndirilən şəxs cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanındığını Bakı şəhərində yaşadığından məhkəmə prosesində iştirak edə bilməyəcəyini, bu səbəbdən növbəti məhkəmə prosesini onun iştirakı olmadan keçirməyi xahiş etdiyini qeyd etmişdir. İş materiallarında olan 22 yanvar 2024-cü il tarixli cinayət işinin başlaması və icraata qəbul edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmışdır. (cild İ, iş vərəq 1) İş materiallarında olan 15 fevral 2024-cü il tarixli müdafiəçinin təyin edilməsi haqqında qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etmək üçün Naxçıvan Şəhər Vəkil Bürosunda fəaliyyət göstərən vəkil Müdafiəçi qismində təyin edilmişdir. (cild İ, iş vərəq 75) İş materiallarında olan 17 fevral 2024-cü il tarixli təqsirləndirilən şəxsə qismində cəlb etmək haqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ittiham elan edilmişdir. (cild İ, iş vərəq 101-102) İş materiallarında olan 17 fevral 2024-cü il tarixli polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. (cild İ, iş vərəq 122-123) İş materiallarında olan 11 dekabr 2023-cü il tarixli məhkəmə-tibbi ekspertizası təyin etmək barədə qərardan görünür ki, HKpi-900/23 nömrəli material üzrə X1 barəsində məhkəmə-tibbi ekspertizası təyin olunmuş və ekspertizanın keçirilməsi Naxçıvan MR Səhiyyə Nazirliyinin Məhkəmə Tibb Ekspertizası və X5 ekspertlərinə həvalə edilmişdir. (cild İ, iş vərəq 19) İş materiallarında olan Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertizası və Pataloji Anatomiya Birliyinin 11 dekabr 2023-cü il tarixli, 1752 saylı ekspert rəyində qeyd olunmuşdur ki, X1 bədən səthi üzərindəki xəsarətlər- qarının sol yan divarında və belin sağ yarısında yaralardır. Yaralar hər hansı bir kəsici alətin təsirindən törənmişdir, eləcədə həmçinin bıçaq zərbəsindən törənə bilərdi. Xəsarətlərin yetirilmə müddəti qərarda göstərilən tarixə uyğundur və ağırlıq dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan “Yüngül” zərər vurmaya aiddir. (cild İ, iş vərəq 31-33) İş materiallarında olan 11 dekabr 2023-cü il tarixli məhkəmə-tibbi ekspertizası təyin etmək barədə qərardan görünür ki, HKpi-900/23 nömrəli material üzrə Təqsirləndirilən şəxs barəsində məhkəmə-tibbi ekspertizası təyin olunmuş və ekspertizanın keçirilməsi Naxçıvan MR Səhiyyə Nazirliyinin Məhkəmə Tibb Ekspertizası və X5 ekspertlərinə həvalə edilmişdir. (cild İ, iş vərəq 26) İş materiallarında olan Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertizası və Pataloji Anatomiya Birliyinin 11 dekabr 2023-cü il tarixli, 1750 saylı ekspert rəyində qeyd olunmuşdur ki, Təqsirləndirilən şəxs bədən səthi üzərindəki xəsarətlərburnun arxa səthində,sol infraorbital nahiyyədə yaralar,sol infraorbital nahiyyədə qançırdır. Göstərilən xəsarətlər küt əşyanın təsirindən törənmişdir, həmçinin bilavasitə daş zərbəsinin müvafiq nahiyyəyə çırpılması nəticəsində törənə bilərdi. Xəsarətlərin yetirilmə müddəti qərarda göstərilən tarixə uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarətlər olduğu üçün dərəcəsi təyin edilmir. (cild İ, iş vərəq 35-37) İş materiallarında olan 15 dekabr 2023-cü il tarixli kompleks məhkəmə-trasoloji və soyuq silahın tədqiqi ekspertizasının təyin edilməsi haqqında qərardan görünür ki, material üzrə kompleks məhkəmə-trasoloji və soyuq silahların tədqiqi ekspertizasının təyin edilmiş və kompleks ekspertizanın aparılmasının Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinə həvalə edilmişdir. (cild İ, iş vərəq 28) İş materiallarında olan Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin 25 yanvar 2024-cü il tarixli 3-13-43/2-1059/2024 nömrəli məktubu ilə göndərilmiş tələbnamədə Təqsirləndirilən şəxs barəsində məhkumluğu ilə bağlı heç bir məlumatın olmadığı göstərilmişdir. (cild İ, iş vərəq 59-60) İş materiallarında olan Y.Budaqov adına Naxçıvan MR X6 tərəfindən verilmiş 26 yanvar 2024-cü il tarixli, 125 saylı məktubdan görünür ki, Şahbuz rayon, Külüs kəndində qeydiyyatda olan xx.xx.1989-cu il təvəllüdlü Təqsirləndirilən şəxs dispanserdə psixi və narkoloji xəstə kimi dispanser qeydiyyatda dayanmır. (cild İ, iş vərəq 61) İş materiallarında olan Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzindən alınmış 24 yanvar 2024-cü il tarixli 22-23 nömrəli rəydə qeyd olunmuşdur ki, tədqiqata təqdim edilmiş bıçaq zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan və soyuq silah hesab edilməyən, təsərrüfat-məişət təyinatlı turist bıçaqlarına uyğun gəlir. Tədqiqata təqdim edilmiş H.Rüstəmova məxsus köynəyin səthindəki zədə bir tərəfi kəsici, ucu deşici xassəyə malik predmetin təsirindən əmələ gəlmişdir. Belə predmetə tədqiqata təqdim edilmiş bıçağın tiyəsi və ona oxşar bıçaq tiyələri də aiddir. Tədqiqata təqdim edilmiş H.Rüstəmova məxsus bir ədəd ağ rəngli maykanın və bir ədəd ağ rəngli alt paltarının səthində heç bir trasoloji zədə aşkar edilməmişdir. (cild İ, iş vərəq 63-65) Məhkəmə cinayət işinin materiallarını tədqiq edərək, zərərçəkmiş şəxsin ərizəsini nəzərə alaraq, proses iştirakçılarını dinləyərək hesab edir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığından və ona dəymiş ziyanı ödədiyindən və sonuncunun ona qarşı şikayət və tələbi olmadığından o, cinayət məsuliyyətindən azad olunmalı və barəsində olan cinayət işi üzrə icraata aşağıdakı əsaslara görə xitam verilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsinə əsasən sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz altmış saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40.1-ci maddəsinə əsasən Cinayət qanunu ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən və cəzadan azad etmə hallarının mövcudluğu cinayət təqibinin həyata keçirilməməsinə imkan verir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40.3-cü maddəsində göstərilmişdir ki, şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.1 və 43.1.2-ci maddələrinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxs X7 ilə barışdığına dair məhkəməyə təqdim edilmiş ərizəni, təqsirləndirilən şəxsin zərərçəkmiş şəxslə barışmasını və ona dəymiş ziyanı tamamilə ödəməsini, prosessual qanununvericiliyin yuxarıda sadalanan müddəalarını nəzərə alıb hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və onun Azərbaycan Respublikası Cinayət Мəcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 175.5-ci maddəsinə əsasən müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. Qeyd edilən prosessual hüquq normasının tələbləri baxımından məhkəmə bildirir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1.1. şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Məhkəmə belə hesab edir ki, cinayət işi üzrə maddi sübut kimi tanınan 1 ədəd təsərrüfat-məişət təyinatlı turist bıçağı hökm qanuni qüvvəsini aldıqdan sonra xüsusi müsadirə edilməklə məhv edilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, cinayət işi üzrə maddi sübut kimi tanınan 1 ədəd üzərində zədə izi olan qara rəngli uzunqol köynək, 1 ədəd ağ rəngli qolsuz mayka və 1 ədəd ağ rəngli alt paltarı hökm qanuni qüvvəsini aldıqdan sonra zərərçəkmiş şəxs X4 qaytarılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001ci il tarixli, 31 nömrəli qərarına əsasən göstərilmiş hüquqi xidmətlərə görə müdafiəçiyə hər iş saatı üçün 6 (altı) manat miqdarında haqq ödənilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.5-ci maddəsinin tələbinə görə həmin Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Qeyd olunanlara əsasən məhkəmə müdafiəçi tərəfindən məhkəməyə təqdim edilmiş hesabatı nəzərdən keçirərək belə əticəyə gəlir ki, təqsirləndirilən şəxsə göstərilmiş hüquqi xidmətə görə Naxçıvan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 30 (otuz) iş saatına görə 180 (yüz səksən) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsindən müdafiəçiyə ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 40.3, 305.1 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Təqsirləndirilən şəxs zərərçəkmiş şəxs ilə barışdığına və ona dəymiş ziyanı tamamilə ödədiyinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsi tətbiq edilməklə cinayət məsuliyyətindən azad edilsin və onun Azərbaycan Respublikası Cinayət Мəcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilsin. Cinayət işi üzrə maddi sübut kimi tanınan 1 ədəd təsərrüfat-məişət təyinatlı turist bıçağı hökm qanuni qüvvəsini aldıqdan sonra xüsusi müsadirə edilməklə məhv edilsin. Cinayət işi üzrə maddi sübut kimi tanınan 1 ədəd üzərində zədə izi olan qara rəngli uzunqol köynək, 1 ədəd ağ rəngli qolsuz mayka və 1 ədəd ağ rəngli alt paltarı hökm qanuni qüvvəsini aldıqdan sonra zərərçəkmiş şəxs X4 qaytarılsın. Naxçıvan Şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs dövlət hesabına göstərdiyi pulsuz hüquqi yardıma görə 180 (yüz səksən) manat məbləğində haqq Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Müdafiəçi ödənilsin. İş üzrə mülki iddianın olmadığı nəzərə alınsın. Qərardan elan olunduğu andan 20 gün müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Gülsüm Əliyeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar