Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 1(078)-27/2025 12.06.2025 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyeva Gülsüm Kamal qızının sədrliyi, X1 məhkəmə iclas katibliyi, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi və Zərərçəkmiş şəxs iştirakları ilə, xx.xx.2004-cü il tarixdə Kəngərli rayon, Xok kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, əvvəllər məhkumluğu olmayan, subay, orta təhsilli, işsiz, Kəngərli rayon, Xok kəndində qeydiyyatda olmaqla yaşayan barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Мəcəlləsinin 185.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə baxış iclasında baxaraq məhkəmə, m ü ə y y ə n e t d i: Azərbaycan Respublikasının Prokurorluğu Naxçıvan Muxtar Respublikası Naxçıvan Şəhər Prokurorluğu tərəfindən göndərilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi 17 mart 2025-ci ildə Naxçıvan Şəhər Məhkəməsinin icraatına daxil olmuşdur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cinayət işinin başlanmasına səbəb xx.xx.2024-cü il tarixdə saat 23 radələrində Təqsirləndirilən şəxs Naxçıvan şəhəri Ş.İ.Xətai küçəsində yerləşən Park AVM-in qarşısında olan avtomobil dayanacağından Zərərçəkmiş şəxs məxsus Vaz 21074 markalı, **-BL-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini talama məqsədi olmadan qaçırması faktı, əsas isə həmin fakt əsasında toplanmış materiallar olmuşdur. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.1-ci maddəsi ilə təqsirləndirilir ondan ötrü ki, o, 28 noyabr 2024-cü il tarixdə saat 23 radələrində Zərərçəkmiş şəxs məxsus qara metalik rəngli VAZ 21074 minik markalı **-BL-*** dövlət nömrə nişanlı, sedan, mühərrik nömrəsi ******* olan avtomobili Naxçıvan şəhər, Ş.İ.Xətai küçəsində yerləşən Park AVM-in qarşısında yerləşən dayanacaqdan talama məqsədi olmadan qaçırmışdır. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 185.1-cimaddəsində nəzərdə tutulan cinayəti törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs izahatında 28 noyabr 2024-cü il tarixdə yaşadığı Kəngərli rayon, Xok kəndindən özünə məxsus olan **-BC-*** dövlət nömrə nişanlı ağ rəngli “Vaz 21074” minik markalı avtomobil ilə Naxçıvan şəhərində yaşayan bibiləri Reyhan və Əsmanı yaşadıqları taksi park ərazisindən götürüb Əliabad qəsəbəsi aparmaq üçün Naxçıvan şəhərinə gəldiyini, yolda gələn zaman avtomobilinin benzininin qurtardığını, Naxçıvan Şəhər Gömrük İdarəsinin yanında yol kənarında avtomobilini park etdiyini, həmin yerdən piyada şəkildə Naxçıvan şəhərinə gəldiyini, Naxçıvan şəhərində X3 küçəsində yerləşən Park AVM-in qarşısında dayanacaqda qara rəngli Vaz 21074 minik markalı avtomobil gördüyünü, həmin avtomobilə yaxınlaşdığını, həmin vaxt ətrafda kimsə olmadığını, həmin avtomobilin sürücü tərəfdən qapısının kilidli olmadığını, avtomobildən mahnı səsi gəldiyini, həmin avtomobilin qapısını açdığını və avtomobilə əyləşdiyini, avtomobilin açarının üstündə olduğunu, avtomobilin mühərrikini hərəkətə gətirdiyini və avtomobili sürüb bibisigilin yaşadığı taksi park adlanan yerə gəldiyini, həmin yerdən bibisigili götürüb onları Əliabad qəsəbəsində yerləşən Baba marketin qarşısına gətirdiyini, bibilərinin avtomobildən düşüb marketə getdiklərini, avtomobili sürüb Əliabad qəsəbəsində yaşayan nişanlısıgilə getdiyini, orada çay içdiyini və yolda qalan avtomobilinə benzin almaq üçün nişanlısının anası Sevdadan 30 manat pul aldığını, sonra isə oradan çıxıb həmin avtomobillə yanacaqdoldurma məntəqəsinə gəldiyini, yanacaqdoldurma məntəqəsində həmin oğurladığı avtomobilə 10 litr benzin vurduğunu, əlavə olaraq isə 10 litr bidonda benzin aldığını, avtomobili sürərək Naxçıvan şəhərinə qayıtdığını, həmin avtomobili Naxçıvan şəhərində Qədim Dünya kafesinin qarşısında, yolun kənarında saxladığını, sonra isə taksiyə minib öz avtomobilini saxladığı yerə gəldiyini, avtomobilinə yanacaq vurduqdan sonra yaşadığı Xok kəndinə qayıtdığını, əməlindən peşman olduğunu, iş üzrə Zərərçəkmiş şəxs оğlu ilə barışdığını, ona dəymiş ziyanı tam şəkildə ödədiyini, zərər çəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirərək qanuni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs оğlu 28 noyabr 2024-cü il tarixdə saat 22 radələrində Naxçıvan şəhərində X3 küçəsində yerləşən Park AVM-in 3-cü mərtəbəsində olan kafeyə çay içmək üçün özünə məxsus olan **-BL-*** qediyyat nişanlı “VAZ 21074” markalı avtomobili sürərək getdiyini, avtomobilini yolun kənarında saxladığını, avtomobildən yerə enərək Park AVM-ə getdiyini, təxminən kafedə 2 saat oturduqdan sonra evə getmək üçün kafedən çıxıb avtomobili saxladığı yerə getdiyini, ancaq avtomobilin saxlayıb getdiyi yerdə olmadığını, dərhal kafeyə qalxıb kafeni işlədənlərdən avtomobilinin dayanacaqda olmadığını və müşahidə kameralarına baxılmasını xahiş etdiyini, kameraların yol kənarını çəkmədiyini ona dediklərini, həmin vaxt 102 xidmətinə zəng vuraraq avtomobilinin oğurlanması barədə müraciət etdiyini, sonra isə taksiyə əyləşərək şəhər ərazisində insanların çox olduğu yerlərə, marketlərin önlərinə baxmağa getdiyini, Nizami küçəsi ilə yol kənarlarına baxaraq gedən zaman avtomobilinin Qədim Dünya kafesinin qarşısında yolun kənarında durduğunu gördüyünü, avtomobilini gördükdən sonra polisə zəng edərək avtomobilinin Nizami küçəsində yolun kənarında tapdığını bildirdiyini, polis əməkdaşlarının avtomobilini saxlanıldığı yerə gəlməsini gözlədiyini, bir qədər keçdikdən sonra polis əməkdaşlarının gəldiyini, avtomobilinə baxış keçirildiyini, iş üzrə Təqsirləndirilən şəxs ilə barışdığını, ona dəymiş ziyanın tam şəkildə ödənildiyini, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmadığını bildirərək qanuni qərar qəbul edilməsini xahiş etdi. Cinayət işi üzrə Zərərçəkmiş şəxs оğlu 12 iyun 2025-ci il tarixdə keçirilən məhkəmə iclasında məhkəməyə ərizə təqdim edərək ərizədə Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş zərərin ödənildiyini, ona qarşı heç bir şikayət və tələbi olmadığını, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsi və qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cinayət işinin materiallarında olan 30 dekabr 2024-cü il tarixli cinayət işinin başlaması və icraata qəbul olunması haqqında qərardan görünür ki, toplanmış HKpb-425/24 nömrəli material üzrə fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılması qərara alınmışdır. (cild İ, iş vərəq 1) Cinayət işinin materiallarında olan 29 noyabr 2024-cü il tarixli ərizədən görünür ki, Zərərçəkmiş şəxs оğlu Naxçıvan Şəhər Polis İdarəsinə müraciət edərək xx.xx.2024-cü il tarixdə özünə məxsus olan **-BL-*** qeydiyyat nişanlı, Vaz 21074 markalı avtomobili Park AVM-ə çay içməyə gedən zaman yolun kənarında saxladığını, təxminən 23:45 radələrində avtomobilini götürmək üçün gedən zaman avtomobilin orada olmadığını görüb 102 xidmətinə müraciət etdiyini, avtomobilini şəhərdə axtaran zaman avtomobilini şəhərin kənarında gördüyünü, avtomobilini qaçıran şəxs və ya şəxslərin tapılmasına və qanuni tədbir görülməsinə dair göstəriş verilməsini xahiş etmişdir. (cild İ, iş vərəq 5) Cinayət işinin materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Naxçıvan MR Daxili İşlər Nazirliyi tərəfindən verilmiş 03 dekabr 2024-cü il tarixli məktubdan görünür ki, xx.xx.2024-cü il tarixdə Naxçıvan şəhəri, N.Gəncəvi küçəsində saxlanılmış, 1994cü il təvəllüdlü Zərərçəkmiş şəxs məxsus "Vaz 21074" markalı, **-BL-*** d.n.n-lı avtomobilin qaçırılması faktı ilə əlaqədar hadisə yerinin müayinəsi zamanı götürülmüş əl izləri xx.xx.2024-cü il tarixdə KTŞ-yə daxil olmuşdur. Həmin əl izləri NEC MBİS məlumat bankında olan şəxslərin əl əksləri ilə müqayisə edilmişdir. Müqayisəli tədqiqat nəticəsində yararlı olan əl izlərindən 03 ədədi (N-l-3, avtomobilin sol ön qapısından və şüşəsindən, N-8, Buzz cola markalı içki qabının üzərindən götürülmüş) (İAMAS məlumat bankında mövcud olan) xx.xx.2004-cü ildə anadan olmuş Təqsirləndirilən şəxs sağ əlinin ovucunun (2 dəfə) və sol əlinin ovucunun əksi ilə, 02 ədədi (N-5, avtomobilin sağ ön qapısının şüşəsindən götürülmüş) (İAMAS məlumat bankında mövcud olan) xx.xx.1993-cü ildə anadan olmuş Şahid sağ əlinin orta və adsız barmaqlarının əksləri ilə eynilik təşkil etmişdir. Digər eynilik aşkar edilməmişdir. (cild İ, iş vərəq 19) Cinayət işinin materiallarında olan Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Naxçıvan şəhər Polis İdarəsinin 12 dekabr 2024-cü il tarixli 3-13-43-6/2-25271/24 nömrəli məktubu ilə göndərilmiş tələbnamədə Təqsirləndirilən şəxs barəsində məhkumluğu ilə bağlı heç bir məlumatın olmadığı göstərilmişdir. (cild İ, iş vərəq 26-27) Cinayət işinin materiallarında olan 14 yanvar 2025-ci il tarixli ərizədən görünür ki, Zərərçəkmiş şəxs оğlu Naxçıvan Şəhər Polis İdarəsinə müraciət edərək Naxçıvan ŞPİ-nin mühafizə olunan dayanacağında saxlanılan vaz 21074 markalı, **-BL-*** dövlət nömrə nişanlı avtomobilinin dolanışıq mənbəyi olduğundan avtomobilin ona qaytarılmasına köməklik göstərilməsini xahiş etmişdir. (cild İ, iş vərəq 39) Cinayət işinin materiallarında olan 15 yanvar 2025-ci il tarixli maddi sübutun təhvil verilməsi haqqında aktdan görünür ki, Naxçıvan Şəhər Polis İdarəsinin mühafizə olunan dayanacağında saxlanılan Zərərçəkmiş şəxs məxsus VAZ 21074 markalı **-BL-*** dövlət nömrə nişanlı avtomobil Zərərçəkmiş şəxs təhvil verilmişdir. (cild İ, iş vərəq 40) Cinayət işinin materiallarında olan 18 yanvar 2025-ci il tarixli müdafiəçinin təyin edilməsi haqqında qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etmək üçün Naxçıvan Şəhər Vəkil Bürosunda fəaliyyət göstərən vəkil Müdafiəçi qismində təyin edilmişdir. (cild İ, iş vərəq 50) Cinayət işinin materiallarında olan 18 yanvar 2025-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 185.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, qərar təqsirləndirilən şəxsə elan olunmaqla elan edilən ittihamın mahiyyəti ona izah olunmuş və qərarın surəti ona təqdim edilmişdir. (cild İ, iş vərəq 51-52) Cinayət işinin materiallarında olan 18 yanvar 2025-ci il tarixli polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə təqsirləndirilən şəxs - xx.xx.2004-cü ildə Kəngərli rayon, Xok kəndində anadan olmuş, subay, orta təhsilli, Azərbaycan Respublikası vətəndaşı, işsiz, deməsinə görə əvvəllər məhkum olunmamış, Kəngərli rayon Xok kəndində qeydiyyatda olmaqla, yaşayan Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. (cild İ, iş vərəq 66-67) Cinayət işinin materiallarında olan 18 yanvar 2025-ci il tarixli stasionar məhkəməpsixiatrik ekspertizası təyin edilməsi haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə stasionar məhkəmə-psixiatrik ekspertizası təyin edilmiş və ekspertizanın aparılması Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzinin ekspertlərinə həvalə olunmuşdur. (cild İ, iş vərəq 68-69) Cinayət işinin materiallarında olan 25 yanvar 2025-ci il tarixli zərərçəkmiş şəxs qismində tanımaq haqqında qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Zərərçəkmiş şəxs qismində tanınmış və ona bu barədə məlumat verilərək, qərar ona elan edilmişdir. (cild İ, iş vərəq 79-81) Cinayət işinin materiallarında olan 25 yanvar 2025-ci il tarixli əşyanın maddi sübut hesab edilməsi haqqında qərardan görünür ki, cinayət işi üzrə qara metalik rəngli VAZ 21074 minik markalı, **-BL-*** dövlət nömrə nişanlı, sedan, mühərrik nöməsi ******* olan avtomobil maddi sübut hesab edilməsi və maddi sübut hesab edilmiş VAZ 21074 minik markalı, **-BL- *** dövlət nömrə nişanlı avtomobilin sahibinin Zərərçəkmiş şəxs qaytarılması nəzərə almışdır. (cild İ, iş vərəq 90) Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi publik hüquqi şəxsinin 14 fevral 2025-ci il tarixli, 20 saylı ekspert rəyində qeyd olunmuşdur ki, Təqsirləndirilən şəxs «Yüngül dərəcəli əqli gerilik (debillik dərəcəsində oliqofreniya), yüngül davanış pozuntusu» formasında xroniki psixi patologiya müəyyən edilir. Təqsirləndirilən şəxs qərarın təsviri hissəsində şərh olunan və ona ittiham edilən cinayət əməlini törədərkən öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan cinayət əməlinə görə anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs hal-hazırda öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21.1 -ci və 21.3-cü maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs təqsirləndirildiyi cinayət əməlini törədərkən «Yüngül dərəcəli əqli gerilik (debillik dərəcəsində oliqofreniya), yüngül davanış pozuntusu» formasında xroniki psixi patologiyadan əziyyət çəkdiyindən öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini tam ölçüdə dərk etmək və onları tam ölçüdə idarə etmək iqtidarından məhrum olmuşdur. Təqsirləndirilən şəxs aşkarlanan psixi patologiya anlaqlılığı istisna etməyən psixi pozuntu hesab edilir. Buna görə də psixi patologiya etməyən psixi pozuntulu şəxs kimi Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 22.1-ci maddəsinin təsiri altına düşür. Təqsirləndirilən şəxs hal-hazırkı psixi vəziyyətinə görə onun barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə zərurət yoxdur. Bununla yanaşı qeyd olunmalıdır ki, Təqsirləndirilən şəxs “Yüngül dərəcəli əqli gerilik (debillik dərəcəsində oliqofreniya)” formasında psixi patologiyadan əziyyət çəkməsi və belə bir patologiyanın gedişində davranış pozuntularının kəskinləşməsi ehtimalı nəzərə alınaraq onun onun həkim psixiatrın müşahidəsinə verilməsi tövsiyə edilir. (cild İ, iş vərəq 105-108) Məhkəmə cinayət işinin materiallarını tədqiq edərək, zərərçəkmiş şəxsin ərizəsini nəzərə alaraq, proses iştirakçılarını dinləyərək hesab edir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığından və ona dəymiş ziyanı ödədiyindən və sonuncunun ona qarşı şikayət və tələbi olmadığından o, cinayət məsuliyyətindən azad olunmalı və barəsində olan cinayət işi üzrə icraata aşağıdakı əsaslara görə xitam verilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.1-ci maddəsinə əsasən avtomobil və ya başqa nəqliyyat vasitəsini talama məqsədi olmadan qanunsuz ələ keçirmə (qaçırma) min manatdan iki min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən Cinayət Məcəlləsinin 185.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsinə əsasən bu Məcəllənin 178.1, 179.1, 185.1, 186.1, 187.1, 187.2, 189-1.1 və 189-1.2-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40.1-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən və cəzadan azad etmə hallarının mövcudluğu cinayət təqibinin həyata keçirilməməsinə imkan verir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40.3-cü maddəsində göstərilmişdir ki, şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.1 və 43.1.2-ci maddələrinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs оğlu ilə barışdığına dair məhkəməyə təqdim edilmiş ərizəni, təqsirləndirilən şəxsin zərərçəkmiş şəxslə barışmasını və ona dəymiş ziyanı tamamilə ödəməsini, prosessual qanununvericiliyin yuxarıda sadalanan müddəalarını nəzərə alıb hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və onun Azərbaycan Respublikası Cinayət Мəcəlləsinin 185.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 175.5-ci maddəsinə əsasən müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. Qeyd edilən prosessual hüquq normasının tələbləri baxımından məhkəmə bildirir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilməlidir. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan qara metalik rəngli, VAZ 21074 minik markalı, **-BL-*** dövlət nömrə nişanlı, sedan, mühərrik nöməsi ******* olan avtomobilin Zərərçəkmiş şəxs оğluna qaytarılması nəzərə alınmalıdır. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 40.3, 305.1 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Təqsirləndirilən şəxs zərərçəkmiş şəxs ilə barışdığına və ona dəymiş ziyanı tamamilə ödədiyinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsi tətbiq edilməklə cinayət məsuliyyətindən azad edilsin və onun Azərbaycan Respublikası Cinayət Мəcəlləsinin 185.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilsin. Cinayət işi üzrə maddi sübut kimi tanınan qara metalik rəngli, VAZ 21074 minik markalı, **-BL-*** dövlət nömrə nişanlı, sedan, mühərrik nöməsi ******* olan avtomobilin Zərərçəkmiş şəxs оğluna qaytarılması nəzərə alınsın. İş üzrə mülki iddianın olmadığı nəzərə alınsın. Qərardan elan olunduğu andan 20 gün müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Gülsüm Əliyeva.
Məhkəmə qərarları › İş №1(078)-27/2025
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərar — İş №1(078)-27/2025
12.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver