Məhkəmə qərarları › İş №1(078)-29/2024

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Hökm — İş №1(078)-29/2024

03.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Naxçıvan şəhəri İş № 1(078)-29/2024 03.05.2024 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Saat 11:00 Hakim Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, X3 məhkəmə iclas katibliyi, Dövlət ittihamçısı Naxçıvan Muxtar Respublikası Prokurorluğu dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin rəisi vəzifəsini icra edən kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi Naxçıvan Şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, 08 avqust 1991-ci ildə Şahbuz rayonu Külüs kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, 2 uşaq anası, əvvəllər məhkum olunmamış, Kəngərli Rayon Mərkəzi Xəstəxanasında tibb qeydiyyatçısı işləyən, Naxçıvan şəhəri Bulqan kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi barədə böyük ictimai təhlükə törətməyən aşkar cinayətlərə dair işlər üzrə məhkəməyədək sadələşmiş icraat materiallarına Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 11 radələrində etibarnamə əsasında idarə etdiyi X4 məxsus Chevrolet Aveo minik markalı **-BF-*** dövlət nömrə nişanlı avtomobillə Naxçıvan şəhəri Əlincə məhəlləsi ilə hərəkət edərək Əlincə məhəlləsi ilə Ə.Qəmküsar küçəsinin kəsişməsindəki yolayrıcına daxil olub sağa dönüb düzünə Naxış Nərgiz restoranı istiqamətində hərəkət etmək istəyərkən idarə etməni itirib yolun sağ tərəfində olan səkinin üzərinə çıxaraq həmin vaxtı səki ilə hərəkət edən piyada Zərərçəkmiş şəxs vurmuş və hadisə nəticəsində Zərərçəkmiş şəxs sağlamlığına az ağır xəsarət yetirilmişdir. Təqsirləndirilən şəxs təqsiri, yəni onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi öz ifadəsi, zərərçəkmiş şəxsin nümayəndəsinin ifadəsi, məhkəmə-tibb ekspert rəyi, məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının rəyi və material üzrə toplanmış digər sübutlarla tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsində nəzərdə tutulan ittihamda özünü təqsirli bilərək göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə saat 11 radələrində etibarnamə əsasında idarə etdiyi X4 məxsus Chevrolet Aveo minik markalı **-BF-*** dövlət nömrə nişanlı avtomobillə Naxçıvan şəhərində yerləşən maşın bazarından çıxıb Bulqan kəndinə getmək üçün yola düşmüşdür. Həmin vaxtı avtomobildə onun yanında həyat yoldaşı Şahid da olub. Şəhərdə Əlincə məhəlləsi ilə hərəkət edərək Əlincə məhəlləsi ilə Ə.Qəmküsar küçəsinin kəsişməsindəki yolayrıcına yaxınlaşıb avtomobillərin getməsini gözləmiş, avtomobillər keçib getdikdən sonra yolun boş olduğunu görüb yol ayrıcına daxil olaraq sağa dönüb Naxış Nərgiz restoranı istiqamətində hərəkətinə davam etmişdir. Həmin vaxtı həyat yoldaşı qəfildən çığıraraq “dayan bardurun üzərinə çıxırsan” demiş və o tez avtomobilə tormoz vermişdir. Lakin həmin vaxt avtomobil dayanmamış və avtomobil öz-özünə hərəkət edib yolun kənarında olan səkinin üzərinə çıxmışdır. Bu zaman Məmmədəli ona “qabaqda səkidə ağacın yanından keçən bir kişi piyada var” demişdir. Avtomobilin dayanması üçün tormoz vermiş, lakin avtomobil hərəkət edərək həmin piyadaya dəymişdir. Piyada yerə yıxılmadı. Sonra avtomobil yenidən hərəkətə gəlib irəli getmiş və həmin piyadanı vurmuşdur. Piyada vurulmanın təsirindən gedib qarşıda olan divara dəyib yerə yıxılmışdır. Bu zaman avtomobili dayandımış və onlar avtomobildən yerə düşmüşlər. Piyadanın ağsaqqal bir kişi olduğunu və avtomobilin sol yan tərəfinə yerə yıxıldığını görmüşdür. Həmin vaxt hadisəni görən ətrafda olan insanlar oraya gəlmişlər. Bir qədər sonra hadisə yerinə təcili tibbi yardım avtomobili gəlmiş və həkimlər piyadanı avtomobilə mindirib Naxçıvan MR Xəstəxanasına aparmışlar. Hadisədən əvvəl hərəkət sürəti təxminən 30 km/saat olmuşdur. Həmin piyadanı əvvəlcədən görməmiş, piyadanı həyat yoldaşı Məmmədəli görmüşdür. Yolayrıcına daxil olub sağa dönmüş və Naxış Nərgiz restoranı istiqamətində hərəkətimə davam edən zaman qəfildən nə baş verdiyini bilməmişdir. Həmin vaxtı idarə etməni itirmiş, idarə etməni itirəndə Məmmədəli “bardura çıxırsan” deyə çığırmışdır. Avtomobilin səkinin üzərinə necə çıxdığını bilməmişdir. Neçə dəfə tormoz versə də avtomobil dayanmamışdır. Gedib qarşıda olan piyadanı vurmuşdur. Fikri yolda olsa da idarə etməni necə itirdiyini bilməmişdir. Həmin vaxt heç bir işlə məşğul olmayıb. Yağış yağdığı üçün hava soyuq və yer sulu idi. Hadisə zamanı yanında həyat yoldaşı Məmmədəli olub. Məmmədəli avtomobildə qabaq sağ tərəfdə əyləşmişdi. Avtomobildə başqa heç kim olmayıb. Hadisədən əvvəl həmin yolda sağ zolaqla hərəkət edib. Yolda az sayda avtomobil var idi. Getdiyi yol iki zolaqlı yoldur və o, sağ zolaqla hərəkət edib. Təxminən 1 ildir avtomobil idarə edir. Piyada Zərərçəkmiş şəxs əvvəlcədən tanımır. Hadisədə sonra zərərçəkmiş şəxsin əməliyyat xərclərini qarşılamış, ona yerimək üçün köməkçi vasitə və digər zəruri vasitələri almışdır. Bundan əlavə bütün xəstəxana xərclərini qarşılamış, əlavə bir neçə dəfə evinə ziyarət getmiş, hər dəfə gedən bütün ərzaqları alıb aparmışdır. Zərərçəkmiş şəxsin oğlu xəstəxanada demişdir ki, Bakıda işini qoyub gəlib və 500 manat pul tələb etmişdir, həmin pulu da vermişdir. Bir neçə dəfə barışıq üçün zərərçəkmiş şəxsə müraciət etmişdir. Əvvəl zərərçəkmiş şəxsin fikri müsbət olsa da sonradan barışmaq istəmədi, qızı onlara qarğış etmişdir, oğlu isə barışıq ərizəsi verməsi üçün 10000 manat pul tələb etmişdir. Onun həmin məbləği ödəmək üçün heç bir imkanı yoxdur. Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs son sözündə əməlindən peşman olduğunu, törətmiş olduğu əməli səmimi etiraf etməsini bildirərək barəsində ədalətli qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında ifadəsi elan olunmuş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə saat 11 radələrində kafedən çıxıb yaşadığı evə tərəf piyada şəkildə taxta sklatı adlanan yerin yanından keçib səki ilə evə tərəf gəldiyi zaman Ə.Qəmküsar küçəsində yaşayış binalarının olduğu yerə çatanda qəfildən sağ tərəfdən yoldan ağ rəngli bir avtomobilin səkiyə çıxıb onun üzərinə gəldiyini görmüş, həmin avtomobil səkinin üzərinə çıxıb yüngülvari ona dəyib arxaya getmişdir. Həmin vaxt avtomobil ona tərəf gələndə o, arxaya çəkilmişdir. Bu zaman həmin avtomobil yenidən üzərinə gəlib onu vurmuşdur. O, arxaya tərəf gedib arxada olan hasar divarı ilə avtomobilin arasında qalmışdır. Həmin vaxt sol ayağından xəsarət almış və avtomobilin qabaq sol yan tərəfində yerə yıxılmışdır. Həmin ağ rəngli avtomobilin sürücüsü avtomobildən yerə düşüb onun yanına gəlmiş və o, onu vuran avtomobilin sürücüsünün qadın olduğunu görmüşdü. Bir qədər sonra hadisə yerinə təcili tibbi yardım avtomobili gəlmiş və həkimlər onu avtomobilə qoyub Naxçıvan MR Xəstəxanasına gətirmişlər. Xəstəxanada həkimlər onu müayinə etmiş və sol ayağında sınığın olduğu məlum olmuşdur. Sonradan onu vuran sürücünün adının Təqsirləndirilən şəxs olduğunu öyrənmişdir. Hadisədən əvvəl yolun kənarında olan səki ilə hərəkət edib. Ağ rəngli avtomobilin gəldiyini əvvəlcədən görməyib. Həmin avtomobili səkinin üzərinə çıxanda görüb. Sürücü Təqsirləndirilən şəxs əvvəlcədən tanımır. Hadisə nəticəsində sol ayağı sındığı üçün əməliyyat olunub. Zərərçəkmiş şəxs nümayəndəsi Nümayəndə məhkəmə iclasında verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli nəticəsində atası Zərərçəkmiş şəxs xəsarət almışdır. Atası avtomobil idarə edirdi, yaşadığı mənzil binanın beşinci mərtəbəsində yerləşir. Avtomobil mexanikdir, onu satıb avtomat karopka avtomobil almaq fikrindədir. Çünki atasının ayağı sınıbdır. Evi isə dəyişməyi özləri düşünürlər. Avtomobili dəyişmək üçün 10000 manat tələb edibdir. Başqa cür barışıq ərizəsi verilməyəcəkdir. Atasının əməliyyat və müalicə xərclərinin Təqsirləndirilən şəxs tərəfindən qarşılanmışdır. Aralarında barışıq yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə saat 11 radələrində həyat yoldaşı Təqsirləndirilən şəxs ilə birlikdə Nərminənin etibarnamə əsasında idarə etdiyi X4 məxsus Chevrolet Aveo minik markalı 75- BF- 941 dövlət nömrə nişanlı avtomobili ilə Naxçıvan şəhərində yerləşən maşın bazarından çıxıb yaşadıqları Bulqan kəndinə getmək üçün yola düşmüşlər. Həmin avtomobillə şəhərdə Əlincə məhəlləsi ilə hərəkət edib Əlincə məhəlləsi ilə Ə.Qəmküsar küçəsinin kəsişməsindəki yol ayrıcına yaxınlaşmışlar. Həmin vaxt Nərminə yolayrıcına daxil olmamışdan qabaq avtomobillərin getməsini gözləmiş, avtomobillər keçib getdikdən sonra Nərminə yolayrıcına daxil olaraq sağa dönüb Naxış Nərgiz restoranı istiqamətində hərəkətinə davam etmişdir. Həmin vaxtı qəfildən avtomobilin sağa dönüb bardurun üzərinə çıxdığını görmüş, çığıraraq Nərminə “tormoz ver bardurun üzərinə çıxırsan, orada adam var” demişdir. Nərminə də avtomobilə neçə dəfə tormoz versə də avtomobil dayanmamış və öz-özünə hərəkət edib yolun kənarında olan səkinin üzərinə çıxıb həmin piyadaya dəyib dayanmışdır. Bu zaman avtomobilin arxa təkərləri də səkinin üzərinə çıxdığı üçün avtomobil hərəkət edib yenə piyadaya dəyərək piyadanı yerə yıxmışdır. Həmin vaxt avtomobil dayanmış və onlar yerə düşdükdə piyadanın yanına gəlib onun yaşlı kişi olduğunu görmüşlər. Piyada avtomobilin sol yan tərəfinə yerə yıxılmışdı və uzanmış vəziyyətdə idi. Həmin vaxtı hadisəni görən ətrafda olan insanlar oraya gəlmişlər. Bir qədər sonra hadisə yerinə təcili tibbi yardım avtomobili gəlmiş və həkimlər piyadanı avtomobilə mindirib Naxçıvan MR Xəstəxanasına aparmışlar. Həmin piyadanı əvvəlcədən görməyib. Piyadanı avtomobil səkinin üzərinə çıxan zaman görüb. Hadisə zamanı yanında həyat yoldaşı Nərminə olub. Hər şey qəfildən baş verib. Məhkəməyədək sadələşdirilmiş icraat üzrə hadisə yerinə baxış keçirilərkən müəyyən edilmişdir ki, həmin yol-nəqliyyat hadisəsi Naxçıvan şəhəri Ə.Qəmküsar küçəsində yaşayış məntəqəsində baş vermişdir. Yolda avtomobillərin və piyadaların hərəkətləri svetofor vasitəsi ilə nizamlanmır. Yolda hərəkət sürətini məhdudlaşdıran yol nişanı yoxdur. Həmin yolda görünüş məsafəsi 100 metrdir. Hadisənin baş verdiyi yol iki tərəfli nəqliyyat yolu olmaqla, 4 şəritlidir, səthi asfalt örtüklüdür, yaş və düzdür. X11 minik markalı **-BF-*** dövlət nömrə nişanlı avtomobilin hərəkət etdiyi yolun sağ kənarında olan səkinin üzərində baş vermişdir. Hadisədən əvvəl və yolayrıcına daxil olmamışdan qabaq Chevrolet Aveo minik markalı **-BF-*** dövlət nömrə nişanlı avtomobilin hərəkət etdiyi ikinci dərəcəli yolun hərəkət hissəsinin ümumi eni 11.90 metr, hərəkət istiqamətinin eni 5.90, hərəkət zolağının eni isə 3.55 metrdir. Hadisədən əvvəl Chevrolet Aveo minik markalı **-BF-*** dövlət nömrə nişanlı avtomobilin hərəkət etdiyi hadisənin baş verdiyi yolun hərəkət hissəsinin ümumi eni 16.80 metr, hadisə baş verən hərəkət istiqamətinin eni 8.40 metr, hərəkət zolağının eni isə 4.20 metrdir. X12 minik markalı **-BF-*** dövlət nömrə nişanlı avtomobilin hərəkət etdiyi sağ zolağın kənarında olan səkinin üzərində vurulmuşdur ki, vurulma yerindən piyadanın düşdüyü yerə qədər məsafə 3.55 metr, yolun arxa sağ tərəfində qoyulmuş işıq dirəyinə qədər məsafə isə 9.60 metrdir. Hadisədən sonra Chevrolet Aveo minik markalı **-BF-*** dövlət nömrə nişanlı avtomobil piyadanı vurduğu yerdə səkidə dayanmışdır ki, avtomobilin dayandığı yerdən piyadanın düşdüyü yerə qədər məsafə 2.15 metr, yolun arxa sağ tərəfində qoyulmuş işıq dirəyinə qədər məsafə isə 8.70 metrdir. Piyadanın hərəkət etdiyi yolun sağ kənarında olan səkinin eni 2.85 metrdir. Hadisə yerində Chevrolet Aveo minik markalı **-BF-*** dövlət nömrə nişanlı avtomobilə məxsus tormoz izi yoxdur. Araşdırma zamanı Chevrolet Aveo minik markalı **-BF-*** nömrə nişanlı avtomobilin hadisədən əvvəl texniki cəhətdən saz vəziyyətdə olduğu, sürücüdən başqa avtomobilin salonunda bir nəfər sərnişinin olduğu və həmin sərnişinin avtomobildə qabaq sağ tərəfdə əyləşdiyi, avtomobilin yüksüz olduğu müəyyən edilmişdir. Məhkəməyədək sadələşdirilmiş icraat üzrə Chevrolet Aveo minik markalı 75-BF- 941 nömrə nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs sərxoş olub-olmamasını təyin etmək məqsədi ilə müayinə edilmiş, 10 mart 2024-cü il tarixli 1177 nömrəli «Sərxoşluq vəziyyətinin tibbi müayinəsi» aktında Təqsirləndirilən şəxs sərxoş olmadığı göstərilmişdir. Məhkəməyədək sadələşdirilmiş icraat üzrə həqiqətin müəyyən edilməsi məqsədi ilə piyada Zərərçəkmiş şəxs yetirilmiş xəsarətin xarakterini, bilavasitə yol- nəqliyyat hadisəsi üçün xarakterik olub-olmamasını, xəsarətlərin yetirilmə müddətini və ağırlıq dərəcəsini müəyyən etmək məqsədi ilə «Məhkəmə-tibb ekspertizası» təyin edilmiş və Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertizası və Pataloji Anatomiya Birliyindən 11 mart 2024-cü il tarixli məktubla daxil olmuş 419 saylı ekspert rəyində vətəndaş Zərərçəkmiş şəxs bədən səthi üzərindəki xəsarətlərin sol bud sümüyünün yuxarı 1/3 hissəsində sınığın olduğu, sınığın olduğu küt əşyanın təsirindən yarandığı, həmçinin bilavasitə avto-qəza nəticəsində yarana bildiyi, xəsarətin törənmə müddətinin qərarda göstərilən tarixə uyğun gəldiyi və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan az ağır dərəcəli bədən xəsarətlərinə aid olduğu göstərilmişdir. Məhkəməyədək sadələşdirilmiş icraat zamanı təqdim olunmuş materialda Chevrolet Aveo minik markalı **-BF-*** nömrə nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs əməlində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun tələblərinə uyğunsuzluq olubolmaması və onun hadisənin qarşısını almağa texniki imkanının olub-olmamasını müəyyən etmək məqsədi ilə 16 mart 2024-cü il tarixli qərarla «Məhkəmə yol-nəqliyyat hadisəsi ekspertizası» təyin edilmiş və Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzindən alınmış 28 mart 2024-cü il tarixli 303 nömrəli rəydə Chevrolet Aveo minik markalı **-BF-*** nömrə nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olduğu və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu, həmin maddənin tələblərinə əsasən, sürücünün yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkəti və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı olduqları göstərilmişdir. Məhkəməyədək sadələşdirilmiş icraat üzrə materialda Təqsirləndirilən şəxs məhkumluğunun olub-olmamasını müəyyən etmək məqsədi ilə Naxçıvan MR Daxili İşlər Nazirliyi Təşkilat-İnspeksiya İdarəsinin Əməliyyat X1 tələbnamə göndərilmiş və alınmış cavabda Təqsirləndirilən şəxs məhkumluğunun olmadığı göstərilmişdir Azərbaycan Respublikası CPM-in 214.4-cü maddəsinə əsasən vətəndaş Zərərçəkmiş şəxs ərizəsi əsasında böyük ictimai təhlükə törətməyən aşkar cinayətlər üzrə məhkəməyədək sadələşdirilmiş icraat açılmışdır. Təhqiqat zamanı toplanmış sübutlarla cinayət qanunu ilə nəzərdə tutulan əməli törətmiş şəxsin əməli sübuta yetirilmiş və aydın olmuşdur ki, Təqsirləndirilən şəxs törətdiyi yol-nəqliyyat hadisəsi nəticəsində piyada Zərərçəkmiş şəxs sağlamlığına az ağır xəsarət yetirilmişdir. Beləliklə vətəndaş Zərərçəkmiş şəxs şikayət ərizəsi əsasında toplanmış material üzrə vətəndaş Təqsirləndirilən şəxs əməlində AR Cinayət Məcəlləsinin 263.1-ci maddəsinin tərkib əlamətlərinin olduğu sübuta yetirilmişdir Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124.2.2-ci maddəsinin tələbinə uyğun olaraq iş materiallarında olan ekspertiza rəylərini sübut növü kimi qəbul etmişdir. Müdafiəçi tərəfindən təqdim edilən sənədlərdən aydın olur ki, Təqsirləndirilən şəxs evlidir, 08 avqust 2010-cu il təvəllüdlü X5 və 17 may 2014-cü il təvəllüdlü X6 adlı övladları vardır. Yaşadığı Qaraçuq kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəlik tərəfindən müsbət xasiyyətnamə verilmişdir. Kəngərli Rayon Mərkəzi X7 Şəxsi tərəfindən verilmiş 30 aprel 2024-cü il tarixli 31 nömrəli arayışdan aydın olur ki, Təqsirləndirilən şəxs 24 may 2023-cü il tarixdən Kəngərli rayon mərkəzi X7 şəxsində növbətçilik cədvəlinə əsasən gecə növbəsində tibbi qeydiyyatçı işləyir. Əmək haqqı bütün növ tutulduqdan sonra 556 manat təşkil edir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyi Təşkilat-İnspeksiya İdarəsinin Əməliyyat X2 tərəfindən tərtib edilmiş məhkumkluq haqqında arayışdan görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə məlumat yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-ci maddəsinə əsasən avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır və ya ağır zərər vurulmasına səbəb olduqda - iki ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş min manatdan yeddi min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinin 2-ci hissəsinin 1-ci bəndinə əsasən yol hərəkətinin təşkili, onun təhlükəsizliyini təmin etmək, ətraf mühitin mühafizəsi ilə bağlı tələblərə və yol hərəkəti qaydalarına əməl etmək yol hərəkəti sahəsində fiziki şəxslərin vəzifələrindəndir. Həmin Qanunun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinə əsasən yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar. Həmin Qanununun 54-cü maddəsinin İ hissəsinə əsasən sürücühərəkətin intensivliyini, nəqliyyat vasitəsinin, yükün xüsusiyyətlərini vəvəziyyətini, yol və meteoroloji şərait, xüsusən hərəkət istiqamətində görmə şəraitini nəzərə almaqla, nəqliyyat vasitəsini müəyyən olunmuş sürət məhdudiyyətindən çox olmayan sürətlə sürməlidir. Sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməlidir. “Yol hərəkəti haqqında” 1968-ci il tarixli Vyana Konvensiyasının 7-ci maddəsinin 1-ci bəndinə əsasən yol istifadəçiləri özlərini elə aparmalıdırlar ki, hərəkət üçün təhlükə və ya maneə törətməsinlər, adamları təhlükəyə məruz qoymasınlar və dövlət, ictimai və ya şəxsi əmlaka zərər vurmasınlar. Həmin Konvensiyanın 14-cü maddəsinin 1-ci bəndinin tələbinə görə hər hansı manevri etmək, məsələn, gözləmədə olan nəqliyyat vasitələrinin sırasından çıxmaq və ya sırasına daxil olmaq, yolun hərəkət hissəsinin sağına və ya soluna keçmək, sola və ya sağa dönüb başqa yola çıxmaq və ya yolkənarı əraziyə girmək istəyən sürücü yalnız özündən arxada, qabaqda gedən və ya qarşıdan gələn yol istifadəçilərini, onların mövqeyini, hərəkət istiqamətini və sürətini nəzərə almalıdır. Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsi hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Van Mexelen və başqalarının Niderlanda qarşı” işi üzrə qəbul edilmiş 23 aprel 1997-ci il tarixli qərarının 50-ci bəndində göstərilmişdir ki, sübutların mümkünlüyü əsasən mili qanunvericiliklə tənzimlənən məsələ olduğundan məhz mili məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər. Məhkəmənin (İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin) vəzifəsi şahid ifadələrinə qiymət vermək deyil, ümumilikdə məhkəmə araşdırmasının ədalətli keçirilibkeçirilməməsinə, o cümlədən təqdim olunan sübutların necə əldə olunmasını müəyyən etməkdən ibarətdir. B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olubolmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikası cinayət prosesual qanunvericiliyi müəyyən edir (Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin1.1-ci maddəsi). Hər hansı məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız Cinayət Prosesual Məcəlləsində (bundan sonra - CPM) göstərilən məsələlər hakim tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. CPM-nin həmin məsələlərin dairəsini müəyyənləşdirən 346.1ci maddəsinə görə müzakirə edilməsi mütləq olan məsələlərdən biri də təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittiham elan edildiyi cinayətin əlamətlərinə uyğun olub-olmamasıdır. Məhkəmə hökmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxsin təqsirli olubolmaması kimi həyati əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmin şəxsin gələcək taleyini həll etdiyi üçün prosessual qanunvericilik onunla bağlı konkret tələblər irəli sürür. Cinayət prosesual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (CPM-nin 349.3., 349.4., 349.5-ci maddələri). Azərbaycan Respublikası CinayətProsesual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Göstərilənləri nəzərə alaraq, məhkəmə, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələbinə uyğun olaraq iş üzrə dindirilmiş cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin, zərərçəkmiş şəxsin və onun nümayəndəsinin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspertiza rəylərini və iş üzrə digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv, hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1ci maddəsi ilə düzgün tövsif edilmiş, onun həmin maddədə nəzərdə tutulmuş əməli törətməkdə təqsiri sübuta yetirilmişdir və o, törətdiyi cinayət əməlinə görə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə istintaqı zamanı cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb olunmasını istisna edən hallar müəyyən edilməmişdir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlukəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarında qeyd olunur ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ilk dəfə az ağır cinayət törətməsini, əməlindən peşman olmasını, himayəsində üç yetkinlik yaşına çatmayan övladınınolmasını, yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını, vurulmuş ziyanı ödəməsini cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Göstərilənləri nəzərə almaqla məhkəmə, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin şəxsiyyətini, ilk dəfə az ağır cinayət törətməsini, himayəsində üç yetkinlik yaşına çatmayan uşağının olmasını, əməlindən səmimi peşman olmasını, gənc olmasını, zərərçəkmiş şəxsin müalicəsinin xərcini çəkməsini və cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan nəqliyyat vasitəsini idarə etmək hüququndan mərhum edilməklə, islah işləri cəzasına məhkum edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-ci maddəsinə əsasən avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır və ya ağır zərər vurulmasına səbəb olduqda - iki ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş min manatdan yeddi min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin Məcəllənin 49-cu maddəsinə əsasən: 49.1. İslah işləri iki aydan iki ilədək müddətə təyin edilir və həmin cəza məhkumun iş yeri üzrə çəkilir. 49.2. İslah işlərinə məhkum olmuş şəxsin qazancından dövlət nəfinə beş faizdən iyirmi faizədək məbləğdə pul tutulur. Həmin Məcəllənin 49-cu maddəsinə əsasən islah işləri yalnız əsas cəza kimi, nəqliyyət vasitələrini idarə etmə hüququndan məhrum etmə yalnız əlavə cəza kimi tətbiq edilir. Həmin Məcəllənin 45-ci maddəsinə əsasən: 45.1. Nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növü bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmuş hallarda, cinayətin xarakteri, təqsirkar şəxsin şəxsiyyəti və cinayətin digər halları nəzərə alınmaqla, bir ildən beş ilədək müddətə təyin edilə bilər. 45.2. Nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növünün intizam xarakterli hərbi hissədə saxlama və ya azadlıqdan məhrum etmə cəzalarına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. Bu cəza növünün digər əsas cəzalara əlavə olaraq təyin edildiyi hallarda, habelə şərti məhkum etmə zamanı əlavə cəzanın müddəti hökmün qanuni qüvvəyə mindiyi andan hesablanır Naxçıvan MR Səhiyyə Nazirliyi Kəngərli Rayon Mərkəzi Xəstəxanası PHŞ tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş 31 nömrəli arayışda qeyd olunmuşdur ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən Xəstəxanada tərtib edilmiş növbətçilik cədvəlinə əsasən gecə növbəsində tibbi qeydiyyatçı vəzifəsində işləyir və əmək haqqısı bütün növ tutqular tutulduqdan sonra 556 manatdır. «Azərbaycan Respublikasının CM-nin dəyişikliklər edilməsi haqqında» 07 mart 2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə görə məhkəmə, hər bir cinayət işi üzrə CM-nin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli olan əmlakın olub-olmaması məsələsini həll etməlidir. Azərbaycan Respublikası CM-nin 99-1.1 və 99-1.1.1-ci maddələrinə əsasən məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunan əmlak hesab olunur. Məhkəmə xüsusi müsadirə ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, iş üzrə belə bir əmlak olmadığından təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə ilə bağlı müddəa tətbiq edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 351-356cı maddələrini rəhbər tutaraq, məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinsin və 01 (bir) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 01 (bir) müddətinə qazancından dövlət nəfinə 10% tutulmaqla islah işləri cəzasına məhkum edilsin. Əsas və əlavə cəzanın müddəti hökm qanuni qüvvəyə mindiyi vaxtdan hesablansın. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Hökmdən elan olunduğu andan 20 gün müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Gülnar Səfərəliyeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar