Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 1(078)-3/2021 19.02.2021 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi, Dövlət ittihamçısı Naxçıvan Muxtar Respublikası Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, onun qanuni nümayəndəsi Qanuni nümayəndə2, zərərçəkmiş şəxsin nümayəndəsi Müdafiəçi2, Təqsirləndirilən şəxs, onun qanuni nümayəndəsi Qanuni nümayəndə1, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi1 oğlunun iştirakları ilə, xx xxxxxxxx 2004-cü ildə Babək rayonu Qaraçuq kəndində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, əvvəllər məhkum olunmayan, subay, Naxçıvan şəhər 9 nömrəli Qaraçuq kənd tam orta məktəbinin Xİa sinif şagirdi, Naxçıvan şəhəri Qaraçuq kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan və barəsində yetkinlik yaşına çatmayanı nəzarət altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İttiham aktından görünür ki, Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, xx.xx.2020-ci il tarixdə saat 12 radələrində dərsdən çıxdıqdan sonra Qaraçuq kənd tam orta məktəbinin yaxınlığında aralarında baş vermiş şəxsi mübahisə zəmnində həmkəndlisi, həmin məktəbin İX sinif şagirdi, xx.xx.2006-cı il təvəllüdlü Zərərçəkmiş şəxs sifət nahiyyəsinə qəsdən yumruq zərbəsi vuraraq sonuncuya alt çənədə qançır, alt çənənin boynunda və simfizdə az yer dəyişmə ilə sınıqlardan ibarət həyat üçün təhlükəli olmayan, sağlamlığın uzun müddətdə pozulmasına səbəb olan xəsarət yetirməklə, sağlamlığına az ağır zərər vurmuşdur. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində qanuni nümayəndəsinin və müdafiəçisinin iştirakı ilə dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, ona elan edilmiş ittihamın mahiyyəti və mənası ona aydındır. Həmin ittihamda göstərilən cinayət əməlini törətməkdə özünü təqsirli bilir. Hazırda Naxçıvan şəhər Qaraçuq kəndində yaşayır və 9 №-li Qaraçuq kənd tam orta məktəbində Xİa sinifində təhsil alır. Zərərçəkmiş şəxs onun həmkəndlisidir, onun oxuduğu məktəbdə İXa sinifində oxuyur. Zərərçəkmiş şəxs onun həmkəndlisi olsa da, onu bu il dərslər başladıqdan sonra yəni xx xxxxxxxx 2020-ci il tarixdən sonra tanımışdır. Onunla əvvəlcədən hər hansı bir ədavət və düşmənçilikləri olmamışdır. xx xxxxxxx 2020-ci il tarixdə səhər tezdən məktəbə tez getmiş, sinifdə tək oturub dərs oxuyarkən, Fəxrəddin onların sinifinə gələrək ona, “dərsdən sonra evə gedəndə məni çöldə gözləyərsən səninlə işim var” demiş, Fəxrəddindən nə olduğunu soruşduqda, Fəxrəddinin ona heç bir səbəb göstərmədən sadəcə olaraq “qaçma gözlə səni başa salacağam, səni sındıracağam” demişdir. Fəxrəddin həmin gün dərs bitənə qədər tənəffüslərdə bir neçə dəfə ona yaxınlaşıb yenədə onu hədələyərək dərsdən sonra onu gözləməsini bildirmişdir. Saat 1130da dərs qurtardıqdan sonra məktəbdən çıxıb evə gedərkən, məktəbin pəncərəsindən bir nəfərin onu çağırdığını eşidib baxanda Fəxrəddini görmüşdür. Fəxrəddinin yenə də ona “məni gözlə qaçma səninlə işim var” dediyini eşitmiş, məktəbin həyətindən kənara çıxıb yolda Fəxrəddini gözləmişdir. Təxminən 2-3 dəqiqədən sonra Fəxrəddin onun yanına gələrək onunla mübahisə etməyə başlamış, Fəxrəddinin qolundan tutub kənara çəkərək onu sakitləşdirmək istəsə də, Fəxrəddin onu hədələyərək döyüb sındıracağını bildirmişdir. Məktəbli çantasını yerə atıb onu nalayiq küçə söyüşləri ilə söyüb, yumruğunu düyünləyərək üstünə gəldiyini görəndə Fəxrəddinin idmançı olduğunu ağlından keçirib vuracağını hiss etdiyindən özünü müdafiə etmək üçün onun sifət nahiyyəsinə bir yumruq zərbəsi vurmuşdur. Fəxrəddin əlini ağzına qoyaraq geri çəkilmiş, özü isə çantasını götürüb evlərinə getmişdir. Sonradan vurduğu yumruq zərbəsindən Fəxrəddinin alt çənə sümüyünün sındığını eşitmişdir. Fəxrəddinlə dalaşarkən mübahisələrinə heç kim müdaxilə etməmiş, həmin vaxtı onlara yaxın məsafədə həmkəndliləri, onlarla eyni məktəbdə oxuyan, X18 və X19 dayanaraq onların dalaşmaqlarını görmüşdürlər. Fəxrəddini məqsədli şəkildə vuraraq ona xəsarət yetirmək fikrində olmamışdır, qəsdən Fəxrəddini yumruqla vurmaq istəməmişdir. Fəxrəddin uzun müddət idmana getdiyindən onun güclü olduğunu düşünüb Fəxrəddin onu vurmadan o özünü müdafiə edərək vurmuşdur. Kənarda olan uşaqlar uzaqda olduğuna görə Fəxrəddinin onu söydüyünü eşitməmişdirlər. Fəxrəddin onu vurmamış, sadəcə yumruğunu düyünləyib onun üstünə gəlməsi ilə elə fərz etmişdir ki, vuracaq. Fəxrəddinin Naxçıvan şəhərində əməliyyatı ilə bağlı 1200 manat xərci onun valideyni Həsən ödəmişdir. Təqsirləndirilən şəxs son sözündə özünü təqsirli bildiyini göstərib qanuni qərar verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində qanuni nümayəndəsinin, nümayəndəsinin iştirakı ilə dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Naxçıvan şəhər Qaraçuq kəndində yaşayır, 9 №-li Qaraçuq kənd tam orta məktəbində İXa sinifində təhsil alır. Təqsirləndirilən şəxs onun həmkəndlisidir və onun oxuduğu məktəbdə Xİ sinifdə oxuyur. Buna baxmayaraq onu bu il dərslər başladıqdan sonra yəni xx xxxxxxxx 2020-ci il tarixdən tanımışdır. Yusifi onun dostları ilə birlikdə gördüyündən onunla salamlaşırdı. Təqsirləndirilən şəxs ilə əvvəlcədən aralarında heç bir ədavət və düşmənçilik olmamışdır. Lakin baş vermiş hadisədən 3 gün əvvəl məktəbdə fizika labaratoriyasına gedəndə, Yusif uşaqlarla birlikdə dayanıb ona tərs-tərs baxmışdır. Ondan nəyə görə ona elə baxdığını soruşduqda, Yusif ona “yaxşı edirəm” cavabını vermiş və onu söymüşdür. Həmin vaxt müəllim gəldiyindən Yusifə heç nə deməmişdir. xx xxxxxxx 2020-ci il tarixdə səhər 08:30 dəqiqədə məktəbə getmiş, Yusif onu 3 gün əvvəl söydüyünə görə ona dərsdən çıxanda “məni gözlə sənə söz deyəcəyəm” demişdir. Yusifdən onu nəyə görə söydüyünü soruşacağı üçün, həmin gün saat 11:30-da dərs qurtardıqdan sonra məktəbin ikinci mərtəbəsində aşağı enəndə, Yusifin məktəbdən çıxıb getdiyini görüb onu çağıraraq gözləməsini istəmiş, Yusifin arxasınca məktəbdən çıxanda onun 3-4 nəfəri başına yığıb məktəbin həyətində dayandığını görmüşdür. Yusifə yaxınlaşmaq istəyəndə, birinci onun yanında dayanan Allahverdi onu yanına çağırıb yaxasından yapışaraq, hədələyib sinəsindən itələmişdir. Sonra Yusif onlardan ayrılıb məktəbin həyətində olan ağacların altına gedərək onu yanına çağırmışdır. Yusifin yanına gedərək ondan, onu nəyə görə söydüyünü soruşmuş, Yusif isə onu yenə də küçə söyüşləri ilə söymüşdür. Özü də həmin söyüşlərlə Yusifi söyəndə Yusif dayandığı yerdə anidən onun çənəsinə yumruqla vurmuş və onu itələyərək yerə yıxmışdır. Yusif onu vurduqdan sonra oradan çıxıb getmiş, yerdən qalxdıqdan sonra ağzından qan axdığını və üst başının qan içində olduğunu görmüşdür. Həmin vaxtı sinif yoldaşı və qonşuları Əfrəsiyət onun yanına gələrək qolundan yapışıb əlüzünü yuması üçün onu məktəbin sanitar qovşağına aparmış, orada əl-üzünü yuduqdan sonra Əfrəsiyət onu evlərinə aparmışdır. Sonra valideyinləri onu xəstəxanaya aparmış, müayinədən sonra çənə sümüyünün iki yerdən qırıldığını eşitmişdir. Həkimlər xəstəxanada çənəsini bir dəfə əməliyyat etsələr də, çənəsində dib tərəfdəki sınığın Naxçıvanda əməliyyat edilməsinin mümkün olmadığını bildirərək onlara Türkiyəyə getmələrini məsləhət görmüşlər.Valideyinləri də onu əməliyyat etdirmək üçün iki dəfə Türkiyə Respublikasının Ərzurum şəhərinə xəstəxanaya aparmışdır. Yusiflə dalaşarkən onların mübahisəsinə heç kim qarışmamış, həmin vaxtı onlara yaxın məsafədə həmkəndliləri və eyni məktəbdə oxuduqları X4 və X19 olmuşdur. İlk olaraq Yusif çantasını yerə qoyub saatını Allahverdiyevə vermiş, sonra o da çantasını yerə qoymuşdur. Həmin vaxtı Yusiflə mübahisə edərkən onu vurmaq fikrində olmamış, sadəcə olaraq üz-üzə dayanıb mübahisə etdikləri zaman Yusif onu anidən vurmuşdur. Zərərçəkmiş şəxs Qanuni nümayəndə2 sonda Yusifin tutulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş X20 ifadəsində göstərmişdir ki, oğlu Fəxrəddin 9 №-li Qaraçuq kənd tam orta məktəbində İXa sinifində oxuyur. Təqsirləndirilən şəxs onun həmkəndlisidir, oğlu ilə eyni məktəbdə 11-ci sinifdə oxuyur. xx xxxxxxx 2020-ci il tarixdə evdə olarkən saat təqribən 12 radələrində Fəxrəddin üstü-başı qan içində evə gəlmiş və onu sinif yoldaşı Əfrəsiyət gətirmişdir. Onu necə görübsə özündən getmiş, sonra həyat yoldaşı Raminə zəng vurub evə çağırmışdır. Fəxrəddindən nə olduğunu soruşduqda, oğlu danışa bilmədiyinə görə yoldaşı Əfrəsiyət Fəxrəddini məktəbin həyətində Həsənin oğlu Yusifin vurduğunu demişdir. Yoldaşı evə gəlmiş və Fəxrəddini götürüb Z.Əliyeva adına Naxçıvan Şəhər Poliklinikasına aparmışlar. Orada Fəxrəddinin çənəsini aparata salıb çənəsinin qırıq olduğunu, lakin Fəxrəddinin çənəsini müalicə etmək üçün lazımı imkanlarının olmadığını və Türkiyə Respublikasına aparmağın məsləhət olduğunu bildirmişlər. X35 Xəstəxanasına aparmış, orada Fəxrəddinin çənəsini rentgenə salıb uşağın çənə sümüyündə yerdəyişən sınıq olduğunu və Rəşad həkimə müraciət etmələrini bildirmişlər. Fəxrəddini Rəşad həkimin Özəl Diş Klinikasına aparmış, Rəşad həkim Fəxrəddinin çənə sümüyünü əməliyyat etmişdir. Həmin xərci Yusifin atası ödəmişdir. Evə getdikdən sonra oğlu Fəxrəddin başında ağrı olduğunu bildirdiyi üçün, onu X12 aparıb təkrar kate müayinəsi etdirdikdə Fəxrəddinin çənə sümüyündə sağ dib tərəfdə əlavə yerdəyişən sınıq olduğunu onlara bildirmişlər. Təkrar Rəşad həkimə müraciət etdikdə o, müayinənin nəticəsinə baxıb həmin əməliyyatı burada etmək imkanının olmadığını bildirib, onlara ixtisaslaşmış həkimə müraciət etmələrini demişdir. Özləri də sənədlərini düzəldib oğlu Fəxrəddini Türkiyə Respublikasının Ərzurum şəhərinə xəstəxanaya aparmışlar. Xəstəxanada müayinə zamanı Fəxrəddinin ağzında virus olduğu müəyyən edildiyindən 14 gün orada karantində qalmış, xx xxxxxxx 2020-ci il tarixdə Naxçıvana qayıdıb, xx xxxxxxx 2020-ci il tarixdə ərizə ilə Naxçıvan Şəhər Polis İdarəsinə müraciət etmişdilər. Həmin gün oğlu Fəxrəddini Məhkəmə tibb ekspertizasına aparmışlar. Fəxrəddini təkrar xx xxxxxx 2020-ci il tarixdə Türkiyə Respublikasının Ərzurum şəhərinə xəstəxanaya apararaq xx xxxxxx 2020-ci il tarixdə oğlunun çənə sümüyündəki hər iki qırılmış yer əməliyyat edilmiş, xx xxxxxx 2020-ci il tarixdə Naxçıvana qayıtmışlar. Fəxrəddinin əməliyyat tikişləri xx xxxxxx 2020-ci il tarixdə Şəfa özəl xəstəxanasında sökülmüşdür. Oğlunun sağlamlığı yaxşılığa doğru gedir. 2 dəfə oğlunu Türkiyə Respublikasının Ərzurum şəhərinə xəstəxanaya apararkən ümumilikdə 7000 manat pul xərçləmişdirlər. Məhkəmə istintaqı zamanı şahid qismində atası-qanuni nümayəndəsi X13 iştirakı ilə dindirilmiş X5 ifadəsində göstərmişdir ki, Naxçıvan şəhər Qaraçuq kəndində yaşamaqla 9 №-li Qaraçuq kənd tam orta məktəbin Xİb sinifində oxuyur. Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs həmkəndliləridir, eyni məktəbdə oxuyurlar. Zərərçəkmiş şəxs İX sinifdə, Təqsirləndirilən şəxs isə onunla paralel sinifdə oxuyur. Onlarla qohumçuluq və düşmənçilik münasibətləri yoxdur. xx.xx.2020-ci il tarixdə səhər tezdən məktəbə getmiş, saat 1130-da dərsdən çıxıb məktəbin qarderobunda ayaqqabılarını dəyişərkən Yusifin Tuncaya "Fəxrəddinlə savaşacağam, Fəxrəddin dərs boyu mənə deyib ki, dərsdən sonra gözlə səninlə işim var” deməsini eşitmişdir. Məktəbdən çölə çıxdıqdan sonra Yusifdən aralıda gedərkən birdən Fəxrəddin məktəbin pəncərəsindən Yusifi çağıraraq “gözlə səninlə işim var” demişdir. Yusif də bir kənara çəkilib Fəxrəddini gözləmişdir. Fəxrəddin məktəbdən çıxıb Yusifə tərəf gedəndə Fəxrəddini yanına çağırıb ondan nəyə görə savaşdıqlarını soruşanda, Fəxrəddin ona "sənlik məsələ deyil, öz işinlə məşğul ol" demiş, o da əli ilə Fəxrəddinin sinəsindən itələyib, ona get özün bilərsən demişdir. Fəxrəddin ondan ayrılıb Yusifin yanına getmiş, üz-üzə dayanıb söhbət etdikləri zaman Yusif Fəxrəddinin sifətinə anidən yumruqla vurmuşdur. Fəxrəddinin ağzından qan axdığını görmüş, Fəxrəddin məktəbə getmiş, özü isə çıxıb evlərinə getmişdir. O bir qədər aralıda olduğuna görə Yusiflə Fəxrəddinin nə danışdıqlarını eşitməmişdir. Yusiflə Fəxrəddinin savaşdıqları yerə təxminən 20 metr məsafədə dayanmış, hadisəni aydın şəkildə görmüşdür. Həmin vaxt orada X sinifdə oxuyan Kənan, Xİ sinifdə oxuyan Tuncay və İX sinifdə oxuyan Vətən adlı şəxslər də olmuşdur. Məhkəmə istintaqında şahid qismində atası-qanuni nümayəndəsi X14 iştirakı ilə dindirilmiş Vətən Əliyev, şahid Allahverdi Məmmədovla eyni məzmunda ifadə verərək onun ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı atası-qanuni nümayəndəsi X9, psixoloqun iştirakı ilə şahid qismində dindirilmiş X19 ifadəsində göstərmişdir ki, 9 №-li Qaraçuq kənd tam orta məktəbin İXa sinifində oxuyur. Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs onun həmkəndliləridir, onlarla eyni məktəbdə oxuyurlar. Zərərçəkmiş şəxs onunla bir sinifdə, Təqsirləndirilən şəxs isə Xİa sinifində oxuyur. Onlarla aralarında qohumçuluq və düşmənçilik münasibətləri yoxdur. xx.xx.2020-ci il tarixdə məktəbə getmiş, həmin gün saat 1130-da dərsdən çıxanda, məktəbin İİ mərtəbəsinin dəhlizində olarkən Fəxrəddin pəncərədən məktəbin həyətində Yusifin evlərinə getdiyini görüb Yusifi çağıraraq, ona “gözlə, getmə səninlə işim var” demişdir. Yusif bir kənara çəkilib Fəxrəddini gözləmişdir. Fəxrəddindən Yusifi niyə çağırdığını soruşduqda, Fəxrəddin ona cavab verməmişdir. Fəxrəddin ondan ayrılıb aşağı düşmüş, özü isə test tapşırıqlarını müəllimə vermək üçün İİ mərtəbədə yerləşən müəllimlər otağına getmişdir. Test tapşırıqlarını müəllimə verib məktəbdən çıxanda Fəxrəddinin məktəb binasından bir qədər aralıda yolun kənarında dayandığını və ağzından qan axdığını görmüş, həmin vaxtı orada olan uşaqların söhbətindən Fəxrəddini Yusifin vurduğunu eşitmişdir. Fəxrəddinin yanına gedib ondan nə olduğunu soruşmuş, Fəxrəddin isə danışa bilmədiyi üçün ona cavab verməmişdir. Fəxrəddinin qolundan yapışıb onu əl üzünü yuması üçün məktəbin İ mərtəbəsindəki sanitar qovşağına aparmış, orada Fəxrəddin ağzının və üzünün qanını yuyub, üstünü az da olsa təmizləmişdir. Sonra Fəxrəddinin yanına düşüb onu evlərinə aparmış, Fəxrəddingilin həyətinə girəndə Fəxrəddinin anası Aynurə xala qabaqlarına çıxıb onlardan nə olduğunu soruşmuş, Fəxrəddin danışa bilmədiyi üçün Aynurə xalaya Fəxrəddini Yusifin vurduğunu demişdir. Sonra isə oradan çıxıb evlərinə getmişdir. Məhkəmə istintaqı zamanı atası-qanuni nümayəndəsi X15 və psixoloqun iştirakı ilə dindirilən yetkinlik yaşına çatmayan şahid X27 digər şahid Əfrəsiyət Həsənovla eyni məzmunda ifadə verərək onun ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da sübut növləri kimi qəbul edir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxxx 2020-ci il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən (cild İ, iş vərəqə 13-20) görünür ki, həmin gün cinayət hadisəsinin törədildiyi yerə, yəni Naxçıvan şəhəri Qaraçuq kəndində yerləşən 9 nömrəli tam orta məktəbin qarşısına baxış keçirilmişdir. İstintaqla əlaqədar həqiqətin müəyyən edilməsi məqsədilə Zərərçəkmiş şəxs yetirilmiş xəsarətin xarakterini, yetirilmə müddətini və ağırlıq dərəcəsini müəyyən etmək üçün xüsusi bilik tələb edən ekspert rəyinin zəruriliyini nəzərə alaraq xx xxxxxxx 2020-ci il tarixli qərarla “Məhkəmə-tibbi ekspertizası” təyin edilmiş və ekspertin xx xxxxxx 2020-ci il tarixli 83 saylı rəyində göstərilir ki, az yaşlı Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş xəsarətlər-alt çənədə qançır, alt çənənin boyunda və simfizdə az yer dəyişmə ilə sınıqlar bərk küt əşyanın təsirindən törənmişdir. Qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə yəni-xx.xx.2020-ci il tarixdə çənə nahiyəsinə yumruqla vurma nəticəsində əmələ gələ bilərdi və dərəcəsinə görə sağlamlığın uzun müddətdə pozulmasına səbəb olan sağlamlığına az ağır zərər vurmaya aiddir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxx 2020-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan (cild İ, iş vərəqə 61-62) görünür ki, həmin gün Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətdiyinə görə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə üzrə ittiham elan edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxx 2020-ci il tarixli təqsirləndirilən şəxs barəsində yetkinlik yaşına çatmayanı nəzarət altına vermə qətimkan tədbirinin seçilməsi haqqında qərardan (cild İ, iş vərəqə 80-81) görünür ki, həmin gün Təqsirləndirilən şəxs barəsində yetkinlik yaşına çatmayanı nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. İstintaqla əlaqədar Təqsirləndirilən şəxs Y.Budaqov adına Naxçıvan MR X7 qeydiyyatda olub-olmaması barədə sorğu verilmiş və alınmış cavabda 2004-cü il təvəllüdlü, Təqsirləndirilən şəxs Y.Budaqov adına Naxçıvan MR X7 pisixi və narkoloji xəstə kimi dispanser qeydiyyatında dayanmadığı göstərilmişdir. Təqsirləndirilən şəxs cinayət hadisəsini törədərkən və ondan sonra öz hərəkətlərini ölçüb-biçmək və ya onu idarə etmək iqtidarında olub-olmamasını, habelə hal-hazırda öz hərəkətlərini ölçüb-biçmək və ya özünü idarə etmək iqtidarında olub-olmamasını, həmçinin anlaqlılığını istisna etməyən psixi pozuntunun olub-olmamasını müəyyən etmək məqsədi ilə xx.xx.2020-ci il tarixli qərarla məhkəmə psixatrik ekspertizası təyin edilib, Y.Budaqov adına Naxçıvan Muxtar Respublikası X3 alınmış xx.xx.2020-ci il tarixli 54 saylı rəyində göstərilir ki, Təqsirləndirilən şəxs hadisədən əvvəl, hadisə vaxtı və hadisədən sonra pisixi xəstəlik olmamışdır. Təqsirləndirilən şəxs hazırda öz hərəkətlərini ölçüb-biçmək və qiymət vermək iqtidarına malikdir. Təqsirləndirilən şəxs hərəkətləri hadisəni törədən anda və halhazırda Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. İstintaqla əlaqədar zəruri olduğundan Təqsirləndirilən şəxs fərdi pisixi xüsusiyyətlərini və hadisəni törədərkən affekt vəziyyətində olub-olmamasını, həmçinin yalandan uydurmağa meyilli olub-olmamasını müəyyən etmək məqsədilə cinayət işi üzrə xx xxxxxx 2020-ci il tarixli qərarla məhkəmə-psixoloji ekspertizası təyin edilmiş, Naxçıvan MR ƏN-nin MEM-dən alınmış xx xxxxxx 2020-ci il tarixli, 219/20 nömrəli ekspert rəyində Təqsirləndirilən şəxs əsas fərdi-psixi xüsusiyyətləri rəyin tədqiqi prosesinin təsviri hissəsində açıqlandığı, Təqsirləndirilən şəxs əqli inkişafında psixi xətəliyi ilə əlqədar olmayan gerilik əlamətlərinin müşahidə olunmadığı, Təqsirləndirilən şəxs keçirmiş olduğu emosional halına görə hadisə zamanı etdiyi hərəkətləri adekvat olaraq qavramaqla, onların mahiyyətini dərk etmək və öz hərəkətlərini idarə etmək qabiliyyətinə malik olmuşdur. Təqsirləndirilən şəxs hadisə zamanı emosional-psixi halında hər hansı ekstremal dəyişiklik baş verməmişdir. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən affekt (qəflətən baş vermiş güclü ruhi həyəcan vəziyyəti) halında olmamışdır. Təqsirləndirilən şəxs fərdi-psixi xüsusiyyətlərində özündən uydurmağa meyillilik əlamətləri müşahidə olunmur. Təqsirləndirilən şəxs fərdi-psixi xüsusiyyətlərində təlqinə qapılmağa və başqalarının təsiri altında hərəkət etməyə meyillilik əlamətləri üzə çıxmır. Təqsirləndirilən şəxs məhkumluğunun olub-olmamasını müəyyən etmək məqsədilə xx xxxxxx 2020-ci il tarixdə Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyi X2 Statistik İnformasiya Bölməsinə müvafiq tələbnamələr göndərilmiş və alınmış cavabda Təqsirləndirilən şəxs barəsində əməliyyat sorğu kartoçkasında heç bir məlumatın olmadığı göstərilmişdir. Naxçıvan Şəhər İcra Hakimiyyəti Qaraçuq kənd X32 üzrə Nümayəndəlik tərəfindən verilən xx xxxxxx 2020-ci il tarixli 1953 nömrəli arayışdan adyın olur ki, Bayramlı X24 şəhəri Qaraçuq kəndində qeydiyyatdadır, atası Qanuni nümayəndə1, anası X22 və bacısı X25 ilə birlikdə yaşayır. Naxçıvan Şəhər İcra Hakimiyyəti Qaraçuq kənd X32 üzrə Nümayəndəlik tərəfindən verilən xasiyyətnamədən aydın olur ki, Naxçıvan şəhəri Qaraçuq kəndində yaşayan Bayramlı X11 9 nömrəli məktəbdə oxuyur və öz şagird yoldaşları arasında hörmətə malikdir. Naxçıvan şəhər 9 nömrəli tam orta məktəbin direktoru və sinif rəhbəri tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli xasiyyətnamədən aydın olur ki, Təqsirləndirilən şəxs 11 ildir ki, məktəbin şagirdidir. Oxuduğu illərdə özünü çox intizamlı, tərbiyəli, çalışqan bir şagird kimi tanıtmışdır. Yusif şagird yoldaşları ilə həmişə mehriban, səmimi, xoş rəftarı ilə şagird yoldaşlarına nümunə olmuşdur. Onun dərslərinə qarşı diqqəti və marağı, sınaq test imtahanlarındakı nəticəsi ürəkaçandır. Müəllimlərə qarşı həmişə nəzakətli davranmış və böyüklərə ehtiramını hərəkətləri ilə göstərə bilmişdir. Məktəbin tarix dərnəyinin ən fəal üzvlərindən biridir.Yusif gündəlik hazırlığı ilə fənn müəllimlərinin də dərin hörmətini qazanmışdır. Bu ilki qəbul imtahanlarında yüksək nəticə göstərən şagirdlərin biri də Yusif olacaqdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxx 2020-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan (cild İ, iş vərəqə 172-180) görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə irəli sürülmüş ittihamın dəyişdirilmədən saxlanılması qərara alınmışdır. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən- Hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “Andrey X1rşı” işi üzrə X34 Məhkəməsinin xx xxxx 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən özü və qanuni nümayəndəsi iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmək, həmin sübutları mübahisələndirmək imkanına malik olmuşdur. Təqsirləndirilən şəxsin əleyhinə olan sübutlara etiraz etmək və onları mübahisələndirmək üçün məhkəmə prosesində ona imkan yaradılmış, təqsirləndirilən şəxs, qanuni nümayındəsi və onun müdafiəçisi həmin sübutlara dair öz etirazını bildirməmiş, məhkəmə istintaqında tədqiq edilmiş heç bir sübutu mübahisələndirməmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” xx xxxx 2011-ci il tarixli qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Məhkəmənin qarşısında duran başlıca vəzifə - təqsirləndirilən şəxs tərəfindən törədilmiş əməlin düzgün tövsif edilməsindən ibarətdir. Bu səbəbdən də məhkəmə ittihama daxil olan cinayət əməlinin təhlil edilməsini zəruri hesab edir. Məhkəmə cinayət təqibi üzrə toplanmış sübutları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara məcmu halda qiymət verərək Təqsirləndirilən şəxs tərəfindən törədilmiş əməlin hüquqi tövsifi məsələsini də həll etmişdir. Cinayət hüququ nəzəriyyəsinə görə Cinayət Məcəlləsinin 127-ci maddəsində nəzərdə tutulmuş cinayət yalnız qəsdən törədilə bilər. Həmin cinayətin ictimai təhlükəliliyi ondan ibarətdir ki, həmin cinayətin törədilməsi nəticəsində ən mühüm dəyərlərdən biri olan insan sağlamlığına zərər vurulur. Bu cinayətin obyektiv tərəfi bir şəxs tərəfindən başqa şəxsin sağlamlığına az ağır zərərin vurulmasından ibarətdir. Obyektiv tərəfə daxil olan əməllər təqsirkarın xarici aləmin mexaniki, fiziki, kimyəvi, bioloji amillərdən istifadə etməklə təsir göstərməsində və ya psixi təsir göstərməsində ifadə oluna bilər. Belə ki, məhkəmə istintaqında araşdırılmış mötəbər və obyektiv sübutlar əsasında müəyyən edilmişdir ki, həm Təqsirləndirilən şəxs, həm də Zərərçəkmiş şəxs Babək rayonu Qaraçuq kəndində anadan olmuşlar, hazırda eyni məktəbdə təhsil alırlar, onların arasında düşmənçilik münasibətləri olmamış və onlar hal-hazırda da eyni kənddə yaşayırlar. Qeyd edilən hallar cinayət işinin mübahisəsiz hallarını təşkil edirlər. Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə saat 12 radələrində dərsdən çıxdıqdan sonra Qaraçuq kənd orta məktəbinin yaxınlığında aralarında baş vermiş şəxsi mübahisə zəmnində həmkəndlisi, həmin məktəbin İX sinif şagirdi, xx.xx.2006-cı il təvəllüdlü Zərərçəkmiş şəxs sifət nahiyyəsinə qəsdən yumruq zərbəsi vuraraq sonuncuya alt çənədə qançır, alt çənənin boynunda və simfizdə az yer dəyişmə ilə sınıqlardan ibarət həyat üçün təhlükəli olmayan, sağlamlığın uzun müddətdə pozulmasına səbəb olan xəsarət yetirməklə, sağlamlığına az ağır zərər vurma cinayətini törətmişdir. Qeyd edilən halları məcmu halda nəzərə alaraq, məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsində nəzərdə tutulmuş cinayətini törətməsinə əsas məhz Zərərçəkmiş şəxs hadisə baş verən gün iki dəfə sinif otağına daxil olub çağırmaqla, “səninlə işim var, evə gedəndə məni gözlə” deməklə cinayətin törədilməsinə zəmin yaratması olmuşdur. Məhkəmə istintaqı zamanı hadisə baş verən gün Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs təhsil aldığı sinif otağına daxil olaraq evə gedəndə onu gözləməsi, Təqsirləndirilən şəxs dərsdən çıxıb onu gözləmədən evə getdiyini görüb sinif otağının pəncərəsindən təkrarən onu gözləməsini deməsi və bundan sonra təqsirləndirilən şəxsin dayanıb zərərçəkmiş şəxsi gözləməsi, zərərçəkmiş şəxsin öz ifadəsi ilə yanaşı, təqsirləndirilən şəxs və yetkinlik yaşına çatmayan hadisə barədə məlumatı olan şahidlərin ifadələri ilə sübuta yetirilmişdir. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək, həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsində nəzərdə tutulan cinayətin bütün əlamətləri var. Həmin cinayət hadisəsi həqiqətən baş vermiş, ona ibtidai istintaq orqanı tərəfindən düzgün hüquqi qiymət verilmiş və cinayət hadisəsi məhz Təqsirləndirilən şəxs tərəfindən törədilmişdir. Həmçinin bu cinayətin törədilməsində o, təqsirlidir. Təqsirləndirilən şəxs cinayət əməlini qəsdən törətmişdir. Onun əməli başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə böyük ictimai təhlükə törətməyən cinayət kateqoriyasına aiddir. Azərbaycan Respublikası CPM-in 428.2-ci maddəsinə görə cinayət prosesində yetkinlik yaşına çatmayan dedikdə cinayətin törədilməsi anınadək on səkkiz yaşına çatmamış şəxslər başa düşülür. Məhkəmə, yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs münasibətdə cəza məsələsini həll edərkən hesab edir ki, ilk növbədə uşaq hüquqlarının müdafiəsi sahəsində milli qanunvericiliklə yanaşı, həm də Azərbaycan Respublikasının tərəfdar olduğu beynəlxalq hüquq normaları nəzərdən keçirilməlidir. Belə ki, Azərbaycan Respublikasının qoşulduğu BMT Baş Məclisinin xx xxxxxx 1985-ci il tarixdə qəbul etdiyi “Yetkinlik yaşına çatmayanlar barəsində ədalət mühakiməsinin həyata keçirilməsi ilə əlaqədar minimum standart qaydalar”a görə yetkinlik yaşına çatmayanın təqsirləndirildiyi cinayət işləri üzrə məhkəmə qərar qəbul edərkən və zəruri təsir tədbirləri seçərkən həmin tədbirlərin təkcə işin hallarına və hüquq pozuntusunun ağırlığına uyğunluğu prinsipini deyil, həm də belə tədbirin yetkinlik yaşına çatmayanın vəziyyətinə və marağına uyğunluğu prinsipini rəhbər tutmalıdır. Azərbaycan Respublikasının qoşulduğu BMT Baş Məclisi tərəfindən xx xxxxxx 1989cu il tarixdə qəbul edilmiş “Uşaq hüquqları haqqında” Konvensiyanın 37-ci bəndinə əsasən heç bir uşaq qanunsuz və ya özbaşına azadlıqdan məhrum edilməsin. Uşağın həbsə alınması, tutulması və ya həbsxanaya salınması qanuna uyğun həyata keçirilir və yalnız son tədbir kimi və mümkün qədər daha qısa olan müvafiq müddət ərzində tətbiq edilir. Həmin Konvensiyanın 40.3-cü bəndinə əsasən iştirakçı dövlətlər cinayət qanunvericiliyini pozmuş hesab edilən, onu pozmaqda təqsirləndirilən və ya təqsirli sayılan uşaqlara bilavasitə aidiyyəti olan qanunlar, proseduralar, orqanlar və müəssisələr yaratmalı, o cümlədən zəruri və arzu olunan hallarda, belə uşaqlara insan hüquqlarını və hüquqi təminatları tam gözləmək şərti ilə, məhkəmə tədqiqatından istifadə etmədən rəftar edilməsi üçün tədbirlər görülməsini təmin etməlidirlər. Konvensiyanın müddəlarından göründüyü kimi cinayət qanunvericiliyini pozmuş hesab edilən, onu pozmaqda təqsirləndirilən və ya təqsirli sayılan uşaqlara cəzanın son tədbir kimi tətbiq edilməsi, zəruri və arzu olunan hallarda məhkəmə araşdırmasından kənar təsir tədbirlərinin tətbiqi iştirakçı dövlətlərdən tələb edilmişdir. “Uşaq hüquqları haqqında” Konvensiyaya əlavə olaraq “Yetkinlik yaşına çatmayanlar barəsində ədalət mühakiməsinin həyata keçirilməsi ilə bağlı uşaq hüquqlarına” dair BMT Baş Məclisi tərəfindən xx xxxxxx 2007-ci il tarixdə qəbul edilmiş 10 nömrəli Şərhin 22-ci bəndinə əsasən cinayət qanunvericiliyini pozmuş hesab edilən, onu pozmaqda təqsirləndirilən və ya təqsirli sayılan uşaqlara dövlət orqanları 2 növ təsir tədbirləri həyata keçirə bilər: 1) məhkəmə araşdırması başlamadan görülən tədbirlər 2) məhkəmə araşdırması ilə müşayiət olunan tədbirlər. Lakin Komitə tərəfindən üzv dövlətlərin diqqətinə xüsusilə çatdırılmışdır ki, araşdırma gedişatında X10 hüquqlarının müdafiəsinə xüsusi həssaslıqla yanaşılmalı və bu hüquqların gözlənilməsinə tam təminat verilməlidir. Şərhin 23-cü bəndinə əsasən qanunla konfliktdə olan uşaqların, o cümlədən residivist uşaqların onların yenidən reinteqrasiyasında iştirak etmək və cəmiyyətdə ictimai faydalı işlərə cəlb edilmək hüququna malikdirlər. Həbs və ya azadlığın məhdudlaşdırılması təbdirləri ən son təsir tədbiri olaraq nəzərdən keçirilməlidir. Bununla əlaqədar olaraq X10 işləri üzrə sosial-siyasi və ədalət mühakiməsi çərçivəsində elə geniş miqyaslı kompleks tədbirlər həyata keçirilməlidir ki, bu uşaqların qanuni mənafelərinə və rifahına, o cümlədən törətdikləri cinayətin xarakterinə uyğun gəlsin. Bu tədbirlərə isə qayğı, qəyyumluq və nəzarət, konsultativ xarakterli xidmətlər, sınaq müddətinin müəyyən edilməsi, tərbiyə, təhsil proqramları və peşə hazırlığı tədbirləri, o cümlədən institusional qayğını əvəz edən digər tədbirlər aid edilir. 26-cı bəndə görə Konvensiyaya üzv olan iştirakçı dövlətlər qanunla ziddiyyətdə olan uşaqlara münasibətdə məhkəmə araşdırması həyata keçirmədən müvafiq tədbirlərin tətbiq edilməsinin mümkünlüyünü öz daxili qanunvericilik sisteminin tərkib hissəsi olaraq qəbul etməli və bu istiqamətdə X10 qanunla qorunan mənafelərini təmin etməlidir. 27-ci maddəyə görə qanunla ziddiyyətdə olan uşaqlara münasibətdə məhkəmə araşdırması həyata keçirmədən zəruri tədbirlərin görülməsi öhdəliyi dövlətlərin öz üzərinə qoyulur. Üzv dövlətlərin hesabatlarından müəyyən edilir ki, bu istiqamətdə müxtəlif proqramlar hazırlanmışdır. Bu tədbirlər planına isə sosial iş, ictimai xidmət, ailə məclisi, nəzarət və məsləhət, probasiya xidməti ilə əməkdaşlıq, ictimai proqramların həyata keçirilməsi və s aiddir. Bu da öz növbəsində uşaqların reinteqrasiyası və restitusiyası üçün xüsusi önəm kəsb edir. Komitə üzv dövlətlərə bu cür proqramların tətbiq edilməsini və görülən tədbirlər zamanı X10 qanunla qorunan mənafelərinin tam təmin edilməsini məsləhət görmüşdür. 27-ci maddənin məzmunundan həmçinin müəyyən edilir ki, cinayət qanunvericiliyini pozmuş hesab edilən, onu pozmaqda təqsirləndirilən və ya təqsirli sayılan uşaqlara münasibətdə o halda məhkəmə araşdırması aparılmadan zəruri tədbirlər görülür ki, uşağın həmin cinayət əməlini törətməsinə dəlalət edən mübahisəsiz sübutlar mövcuddur, bununla yanaşı o, törətdiyi əməlini şüurlu surətdə öz iradəsi daxilində, hər hansı bir formada təzyiq altında olmadan etiraf edir. Onun bu etirafı isə onun əleyhinə istifadə edilə bilməz. 29-cu bəndin məzmununda Komitə tərəfindən iştirakçı dövlətlərinin diqqətinə çatdırılmışdır ki, qanunla konfliktdə olan uşaqların reinteqrasiyası maraqları onu tələb edir ki, müvafiq dövlət orqanları həmin uşaqların mühakimə edilməsi, sosial təcrid və ya barəsində mənfi informasiyanın yayılması kimi tədbirlərin tətbiq edilməsindən çəkinməlidirlər. Buna görə də qanunla konfliktdə olan uşaqlarla münasibət elə olmalıdır ki, bu onun reinteqrasiyası tələblərinə cavab versin, həmçinin bütün tətbiq ediləcək qanuni tədbirlər ona istiqamətlənməlidir ki, uşaq yaşadığı cəmiyyətdə faydalı şəxsiyyət kimi və cəmiyyətin ayrılmaz bir fərdi kimi formalaşsın. Azərbaycan Respublikasında qüvvədə olan qanunvericilik normaları da öz növbəsində yetkinlik yaşına çatmayan şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi məsələsinə xüsusi həssaslıqla yanaşılmasını tələb edir, Azərbaycan Respublikası Konstitusiyasına əsasən uşaqların qanunla qorunan hüquqlarına dövlət tərəfindən tam təminat verilir və bu sahədə dövlət nəzarəti mexanizmi mövcuddur. O cümlədən qüvvədə olan cinayət qanunvericiliyinə görə ümumi normalarla yanaşı yetkinlik yaşına çatmayanlara münasibətdə cəza təyin edilərkən həmin şəxslərin həyat və tərbiyə şəraiti, psixi inkişaf səviyyəsi, onun şəxsiyyətinin digər xüsusiyyətləri və kənar şəxslərin ona təsiri nəzərə alınır. “X10 cinayətləri barədə işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxx 2008-ci il tarixli 4 nömrəli Qərarında qeyd edilmişdir ki, yetkinlik yaşına çatmayan şəxslər barəsində ədalət mühakiməsi ilk növbədə həmin şəxslərin mənafelərinə xidmət etməli və belə şəxs haqqında görülən təsir tədbirləri onların şəxsiyyətlərinə və qanunazidd əməlinin xarakterinə uyğunluq təşkil etməlidir. Bundan başqa “X10 cinayət işləri barədə işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxx 2008-ci il tarixli qərarında məhkəmələr tərəfindən yetkinlik yaşına çatmayan şəxslərin törətdikləri cinayətlərə dair işlərə baxılarkən cinayət törətmiş yeniyetmələrin həyat və tərbiyə şəraitinin kifayət qədər araşdırılmadığı, cinayətlərin törədilməsinə imkan verən səbəb və şəraitin aşkar edilməsinə lazımi diqqət yetirilmədiyi, böyük ictimai təhlükə törətməyən və az ağır cinayət törətmiş yetkinlik yaşına çatmayanlar barəsində tərbiyəvi xarakterli məcburi tədbirlərin tətbiqi ilə bağlı qanun normalarının təcrübədə tətbiqindən az istifadə olunduğu mənfi hal kimi qeyd edilmişdir. Azərbaycan Respublikası CM-in 88-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayan ilk dəfə böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət etdikdə, tərbiyəvi xarakterli məcburi tədbirlər tətbiq etməklə onun islah olunması mümkün hesab edilərsə həmin şəxs cinayət məsuliyyətindən azad edilə bilər. Məhkəmə yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs törətdiyi böyük ictimai təhlükə törətməyən cinayətə adekvat cəza təyin edilib-edilməməsi məsələsini məhkəmə istintaqı zamanı müəyyən edilmiş hallarla, ibtidai istintaq zamanı toplanmış sübutlarla və Təqsirləndirilən şəxs şəxsiyyətini xarakterizə edən bütün halların məcmusu ilə əhatəli şəkildə tədqiq edib yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs tərbiyəvi xarakterli məcburi tədbirlər tətbiq edilməsini mümkün sayaraq ona cəza təyin edilməsini ədalətli hesab etmir. Azərbaycan Respublikası CM-in 88.2-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayanlara xəbərdarlıq, valideynlərin və ya onları əvəz edən şəxslərin və ya müvafiq dövlət orqanının nəzarətinə vermək, vurulmuş ziyanın aradan qaldırılması vəzifəsini həvalə etmək, yetkinlik yaşına çatmayanın asudə vaxtını məhdudlaşdırmaq və ya onun davranışı ilə bağlı xüsusi tələblər müəyyən etmək növündə tərbiyəvi xarakterli məcburi tədbirlər tətbiq edilə bilər. Həmin Məcəllənin 88.3-cü maddəsinə əsasən yetkinlik yaşına çatmayana eyni vaxtda bir neçə tərbiyəvi xarakterli məcburi tədbir tətbiq edilə bilər. Bu Məcəllənin 88.2.2 və 88.2.4-cü maddələrində nəzərdə tutulmuş tərbiyəvi xarakterli məcburi tədbirlərin tətbiqi müddəti bu tədbirləri təyin etmiş müvafiq dövlət orqanı tərəfindən müəyyən olunur. Göründüyü kimi, milli qanunvericiliyimizdə beynəlxalq Konvensiyalara uyğun olaraq cinayət törətmiş yetkinlik yaşına çatmayanlara münasibətdə müvafiq tərbiyəvi xarakterli təsirli tədbirlər tətbiq etməklə cinayət məsuliyyətindən azad edilməsi qanunla müəyyən edilmiş şərtlər daxilində mümkün hesab edilmişdir. Tərbiyəvi xarakterli məcburi təsir tədbirləri cəzanın məqsədini tam və yaxud qismən yerinə yetirsə də keyfiyyətinə görə cəzadan fərqlənir. Bu növ məcburiyyət tədbirləri yetkinlik yaşına çatmayanlar üçün yumşaq formada tərbiyəedici mühiti qorumaqla eyni zamanda dövlət tərəfindən qarşıya qoyulan məqsədə nail olunmasına xidmət edir. Tərbiyəvi xarakterli məcburi tədbirlər cəzanın doğurduğu sosial və hüquqi nəticələri doğurmur. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət törətməsini, yaşadığı yer üzrə, təhsil aldığı müəssisə üzrə müsbət xarakterizə olunmasını, törətdiyi cinayət əməlinə görə peşman olmasını, vurulmuş ziyanın bir qisminin onun valideyni tərəfindən ödənilməsini, cinayətin törədilməsinə məhz Zərərçəkmiş şəxs tərəfindən şərait yaradılmasını, Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir və nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Cinayət Məcəlləsinin 61.1-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hal (hallar) məhkəmə tərəfindən müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran halların olmamasını, habelə yuxarıda sadalanan və onun cəzasını yüngülləşdirən halların məcmusunu, eyni zamanda onun tərəfindən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini əhəmiyyətli dərəcədə azaldan nəticələrini, yəni Təqsirləndirilən şəxs cinayəti məhz Zərərçəkmiş şəxs yaratdığı şərait nəticəsində törətməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, təhsil aldığı müəssisə üzrə müsbət xarakterizə olunmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, habelə Azərbaycan Respublikasında həyata keçirilən cəza siyasətini, o cümlədən cəza siyasətinin humanistləşdirilməsinə dair prinsip və tələblərini, təqsirləndirilən şəxsin törətmiş olduğu cinayət əməlini məhkəmə istintaqında səmimi etiraf edərək əməlindən peşmançılıq çəkməsini, yəni öz vicdanı qarşısında özünü mühakimə etməsini nəzərə alaraq Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 88-ci maddəsinin tədbiq edilməsini və cinayət məsuliyyətdən azad edilməsini, tərbiyəvi xarakterli məcburi tədbirlər tətbiq edilməklə islah olunmasını mümkün sayır. Belə ki, cinayət törətmiş yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs cəza təyin edildiyi zaman effektivlik baxımından heç də onun məqsədlərini, yəni sosial ədalətin bərpasını və onun islah edilməsini təmin etməyə bilər. Lakin Təqsirləndirilən şəxs barəsində effektiv təsir tədbirləri həyata keçirməklə, yəni təhsilə, o cümlədən asudə vaxtlarında ictimai faydalı işlərə, dövlət proqramları çərçivəsində sosial lahiyələrə cəlb edilməklə, peşə vərdişlərinə yiyələnməsi istiqamətində kompleks tədbirlər görülməklə və s. onun islah olunması, pis vərdişlərdən uzaqlaşmasını və cəmiyyətə faydalı fərd kimi formalaşmasını təmin edə bilər. Azərbaycan Respublikası CPM-nin 348.1-ci maddəsinə əsasən, məhkəmə baxışının nəticələri əsasında məhkəmə ilk dəfə böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayəti törətmiş, 18 yaşınadək olan şəxsin cinayət məsuliyyətinə cəlb edilmədən islah edilməsinin mümkün olduğu qənaətinə gəldikdə, cinayət qanunu ilə nəzərdə tutulmuş tərbiyəvi xarakterli məcburi tədbirlərdən birinin tətbiq edilməsi barədə qərar çıxara bilər. Məhkəmə Təqsirləndirilən şəxs barəsində daha effektiv ola biləcək tərbiyəvi xarakterli məcburi tədbirlərin növünün təyin edilməsi məsələsini həll edərkən bəzi qanunvericilik normalarının nəzərdən keçirilməsini zəruri hesab edir. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Konstitusiyasının 42-ci maddəsinə görə hər bir vətəndaşın təhsil almaq hüququ vardır. Dövlət pulsuz icbari ümumi orta təhsil almaq hüququnu təmin edir və təhsil sisteminə dövlət tərəfindən nəzarət edilir. Dövlət minimum təhsil standartlarını müəyyən edir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 22-ci maddəsinə əsasən hər bir uşağın Azərbaycan Respublikasının təhsil qanunvericiliyinə uyğun olaraq təhsil almaq hüququ vardır. Dövlətin təhsil sistemi uşağın şəxsiyyətinin inkişafına, zəruri bilik və bacarıqları tam həcmdə əldə etməsinə şərait yaratmalıdır. Uşaqların icbari ümumi orta təhsildən yayındırılması qadağandır. Həmin Qanunun 25-ci maddəsinə görə hər bir uşağın istirahət və asudə vaxtdan istifadə etmək hüququ vardır. Uşaq öz maraqlarına və qabiliyyətinə uyğun olaraq məktəbdənkənar istirahət və məşğuliyyət növü seçməkdə müstəqildir. Valideynlər (onları əvəz edən digər şəxslər) və müvafiq dövlət orqanları uşaqların istirahət və asudə vaxtlarında mənfi təsirlərə məruz qalmasının qarşısını alan tədbirlər görməlidirlər. Azərbaycan Respublikasının qoşulduğu BMT Baş Məclisi tərəfindən xx xxxxxx 1989-cu il tarixdə qəbul edilmiş “Uşaq hüquqları haqqında” Konvensiyanın 18-ci bəndinin məzmunundan müəyyən edilir ki, iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin ümumi və eyni məsuliyyət daşıması prinsipini tanımaqla təmin etməli və bunun üçün mümkün olan bütün səyləri göstərməlidirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Həmçinin Konvensiyanın 27.2-ci bəndinə əsasən valideynlər və ya uşağı tərbiyə edən digər şəxslər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə məsuliyyət daşıyırlar. Konvensiyanın 28-ci bəndinə əsasən iştirakçı dövlətlər uşağın təhsil hüququnu tanımaqla bərabər imkanlar əsasında bu hüququn həyata keçirilməsinə tədricən nail olmaq məqsədilə pulsuz və icbari ibtidai təhsili tətbiq edirlər. Sadalanan normaların məzmunundan göründüyü kimi uşaqların qanunla müəyyən edilmiş hüquqlarının və mənafelərinin qorunması, uşaq hüquqlarının təmin edilməsi üçün əlverişli mühit yaradılması, uşaq hüquqlarının pozulmasına səbəb olan halların aradan qaldırılması və səbəb ola biləcək halların qarşısının alınması məqsədilə dövlət nəzarəti həyata keçirilir. Azərbaycan Respublikası Prezidentinin x xxx 2012-ci il tarixli 626 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarəti Qaydası”nın 1.3cü bəndinə görə dövlət nəzarətini həyata keçirən orqanların siyahısı təsdiq eidlmişdir. Qaydaların 3.1-ci bəndinə görə dövlət nəzarətini həyata keçirən orqanlar digər vəzifələrlə yanaşı hər bir uşağın zəruri maddi və məişət şəraitində tərbiyə olunmasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönələn dövlət siyasətini həyata keçirməli; uşaqların normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etməsi üçün sağlam və təhlükəsiz mühit yaradılması istiqamətində tədbirlər görməlidirlər. Qaydaların 2.7-ci bəndinə əsasən X10 işləri və hüquqlarının müdafiəsi üzrə komissiyalar 1) X10 hüquqlarının və mənafelərinin qorunması üzrə, həmin şəxslərin baxımsızlığına, kimsəsizliyinə, hüquq pozuntuları törətməsinə imkan yaradan səbəb və halların aşkar edilməsi və aradan qaldırılması üzrə tədbirlər həyata keçirir; 2) X10 hüquq pozuntularının profilaktikasını həyata keçirən orqan və müəssisələrin fəaliyyətini əlaqələndirir; 3) ümumi və digər təhsil müəssisələrində, habelə mülkiyyət formasından asılı olmayaraq, X10 işlədikləri təşkilatlarda yetkinlik yaşına çatmayanlar arasında tərbiyə işinin təşkilini yoxlayır; 4) peşə təhsili müəssisələrində, internat-məktəblərdə, uşaq evlərində, açıq və qapalı tipli xüsusi təlim-tərbiyə müəssisələrində, təlim-tərbiyə və tibbitərbiyə müəssisələrində, qəbulbölüşdürmə məntəqələrində X10 saxlanması və tərbiyə olunması şəraiti ilə tanış olur; 5) yetkinlik yaşına çatmayanın müraciəti olduqda, onunla bağlanmış əmək müqaviləsinin işəgötürən tərəfindən ləğv edilməsinin əsaslılığını yoxlayır; 6) yerli komissiyaların X10 açıq tipli xüsusi təlimtərbiyə müəssisəsinə göndərilməsi barədə qərarlarını yoxlayır və həmin qərarları qanunsuz və ya əsassız hesab etdikdə ləğv edir; 7) X10 hüquqlarını pozan və ya onları qanunazidd əməllər törətməyə təhrik və cəlb edən şəxslərin məsuliyyətə cəlb olunması üçün müvafiq dövlət orqanlarına müraciət edir; 8) cəzaçəkmə müəssisəsindən, açıq və ya qapalı tipli xüsusi təlim-tərbiyə müəssisəsindən buraxılmış yetkinlik yaşına çatmayanlar üçün əmək və məişət şəraiti yaradılmasında onlara yardım göstərilməsini, dövlət yardımına ehtiyacı olan X10 müəyyən edilməsini və onlara yardım göstərilməsini təşkil edir; 9) böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət əlamətləri olan ictimai təhlükəli əməl törətmiş, lakin cinayət məsuliyyətinə cəlb olunması üçün Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə müəyyən edilmiş yaş həddinə çatmamış yetkinlik yaşına çatmayanları, valideynlərinin və ya digər qanuni nümayəndələrinin razılığı ilə, çətin tərbiyə olunan yetkinlik yaşına çatmayanları, həmçinin müxtəlif hüquqpozmalara və əxlaqsız həyat tərzi keçirməyə görə daxili işlər orqanlarında profilaktiki qeydiyyatda olan, lakin islah olunması mümkün olmayan yetkinlik yaşına çatmayanları açıq tipli xüsusi təlim-tərbiyə müəssisələrinə göndərir; 10) ağır və ya xüsusilə ağır cinayət əlamətləri olan ictimai təhlükəli əməl törətmiş, lakin cinayət məsuliyyətinə cəlb olunması üçün Azərbaycan Respublikasının Cinayət Məcəlləsində nəzərdə tutulmuş yaş həddinə çatmamış X10 qapalı tipli xüsusi təlim-tərbiyə müəssisəsinə göndərilməsi barədə məhkəmə qarşısında vəsatət qaldırır; 11) Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq, yetkinlik yaşına çatmayanlar, onların valideynləri və ya digər qanuni nümayəndələri barəsində inzibati tənbeh tədbirlərini tətbiq edir; 12) insan alverinin qurbanı olmuş uşaqların hüquqlarının və mənafelərinin qorunması üçün tədbirlər görür; 13) “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olan uşaqların yaşayış yeri və olduğu yer üzrə qeydiyyatdan çıxarılmasına razılıq verilməsi məsələsinə baxır; 14) “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olan uşaqların mənzil hüququnun qorunması ilə bağlı zəruri tədbirləri həyata keçirir; 15) Azərbaycan Respublikasının Ailə Məcəlləsinə uyğun olaraq, övladlığa götürmənin ləğv edilməsinə əsas olduqda, Azərbaycan Respublikasının vətəndaşı olan uşağın Azərbaycan Respublikasının vətəndaşları tərəfindən övladlığa götürülməsinin ləğvinə yardım edir; 16) X10 tərbiyəsi, təhsili və məşğulluğu ilə əlaqədar, həmçinin onların pozulmuş hüquqlarının və mənafelərinin bərpası məqsədi ilə aidiyyəti üzrə müraciət edir. “Uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarəti Qaydaları”nın məzmunundan göründüyü kimi, X10 işləri və hüquqlarının müdafiəsi üzrə komissiyalar uşaqların hüquqlarının və qanunla qorunan mənafelərinin qorunması sahəsində daha geniş funksiyaları yerinə yetirir. Odur ki, məhkəmə öz daxili inamına əsaslanıb, Təqsirləndirilən şəxs Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti yanında X10 İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiyanın nəzarətinə verilməklə tərbiyəvi xarakterli məcburi tədbirlərin tətbiq edilməsini daha effektiv təsir tədbiri olaraq məqsədə müvafiq hesab edir. Həmçinin məhkəmə hesab edir ki, Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti yanında X10 İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiyanın üzərinə yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs tərbiyəvi təsir göstərmək və onun davranışına nəzarət etmək vəzifəsi qoyulmalıdır. Eyni zamanda Təqsirləndirilən şəxs asudə vaxtı məhdudlaşdırılaraq onun üzərinə təhsilini davam etdirmək vəzifəsi qoyulmalı, həmçinin həmin orqanın köməyi ilə qanunvericiliklə müəyyən edilmiş qaydada hüquqları tam təmin edilməklə təhsili, tərbiyəsi, fiziki və əqli inkişafına müsbət təsir göstərə biləcək istiqamətlər üzrə könüllü fəaliyyətə, sosial, ictimai faydalı və s layihələrdə iştiraka cəlb edilməlidir. Azərbaycan Respublikası CM-in 88.2.2 və 88.2.4-cü maddələrində nəzərdə tutulmuş tərbiyəvi xarakterli məcburi tədbirlərin tətbiqi müddəti bu tədbirləri təyin etmiş müvafiq dövlət orqanı tərəfindən müəyyən olunur. X10 cinayət işləri barədə işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxx 2008-ci il tarixli Qərarının 19-cu bəndinə əsasən cinayət işinə xitam verilməsi və yetkinlik yaşına çatmayan şəxsın barəsində tərbiyəvi xarakterli məcburi tədbirlər qismində valideynlərin və ya onları əvəz edən şəxslərin (qohumların, qəyyumların) və yaxud ixtisaslaşdırılmış dövlət orqanının nəzarəti altına verilməsi və ya asudə vaxtının məhdudlaşdırılması, davranışı üzərində başqa xüsusi nəzarət qoyulması barədə qərar qəbul edilərkən həmin qərarda tədbirin tətbiq edilməsi müddəti də göstərilməlidir. Məhkəmə belə hesab edir ki, yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs təyin edilən tərbiyəvi xarakterli məcburi tədbirlərin müddəti 1 (bir) il müəyyən edilməli, müddətin əvvəli qərar qanuni qüvvəyə mindiyi vaxtdan hesablanmalıdır. X10 cinayət işləri barədə işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxx 2008-ci il tarixli Qərarının 18-ci bəndinə əsasən yetkinlik yaşına çatmayan şəxs barəsində tərbiyəvi xarakterli məcburi tədbirlər tətbiq etməklə onun cinayət məsuliyyətindən azad olunması məsələsinin həlli zamanı nəzərə alınmalıdır ki, belə şəxsin barəsində tərbiyəvi xarakterli məcburi tədbirlərin tətbiqinin mümkünlüyü nəticəsinə gəlmiş məhkəmə bu əsasla cinayət işinin icraatına həm məhkəmə hazırlıq iclasında, həm də məhkəmə baxışının nəticəsi olaraq xitam verə bilər. Məhkəmə hesab edir ki, yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs tərbiyəvi xarakterli məcburi tədbirlər tətbiq edilməkə cinayət məsuliyyətindən azad edilməli və bu əsasla cinayət işi üzrə icraata xitam verilməlidir. Cinayət işi üzrə icraata xitam verildiyindən Təqsirləndirilən şəxs barəsində seçilmiş yetkinlik yaşına çatmayanı nəzarət altına vermə qətimkan tədbiri ləğv edilməlidir. «Azərbaycan Respublikası CM-də dəyişikliklər edilməsi haqqında» xx xxxx 2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə görə məhkəmə, hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli olan əmlakın olub-olmaması məsələsini həll etməlidir. Azərbaycan Respublikası CM-nin 99-1.1 və 99-1.1.1-ci maddələrinə əsasən məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunan əmlak hesab olunur. Məhkəmə xüsusi müsadirə ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, iş üzrə belə bir əmlak olmadığından təqsirləndirilən şəxslər barəsində xüsusi müsadirə ilə bağlı müddəa tətbiq edilməməlidir. İş üzrə mülki mühakimə icraatı qaydasında iddia qaldırılacağı ilə əlaqədar mülki iddia baxılmamış saxlanılmışdır. Şərh olunanlara və Azərbaycan Respublikası CPM-in 344-347, 348.1, 356, 358, 384, 385, 428-429, 435-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərar v e r d i: Azərbaycan Respublikası CM-in 127.1-ci maddəsi ilə təqsirləndirilən yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 88-ci maddəsinə əsasən barəsində tərbiyəvi xarakterli məcburi tədbirlər tətbiq edilməklə cinayət məsuliyyətindən azad edilsin və cinayət işi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəllənin 88.2.2 və 88.2.4-cü maddələrinə əsasən müvafiq dövlət orqanının nəzarətinə vermək və asudə vaxtı məhdudlaşdırılmaqla davranışı ilə bağlı xüsusi tələblərin müəyyən edilməsi növündə tərbiyəvi xarakterli məcburi tədbirlər tətbiq edilsin. Azərbaycan Respublikası CM-nin 87.2-ci maddəsinə əsasən müvafiq dövlət orqanının üzərinə Təqsirləndirilən şəxs tərbiyəvi təsir göstərmək və onun davranışına nəzarət etmək; Təqsirləndirilən şəxs icbari orta təhsilini davam etdirməsinə nəzarət etmək; onun qanunvericiliklə müəyyən edilmiş qaydada hüquqları tam təmin edilməklə asudə vaxtı məhdudlaşdırılmaqla təhsili, tərbiyəsi, fiziki və əqli inkişafına müsbət təsir göstərə biləcək istiqamətlər üzrə X10 işləri və hüquqlarının müdafiəsi üzrə komissiyalar tərəfindən müəyyən edilmiş könüllü fəaliyyətdə, sosial, ictimai faydalı işlərin görülməsi və s. kimi layihələrə cəlb edilməsinə köməklik göstərilməsi vəzifələri qoyulsun. Tərbiyəvi xarakterli məcburi tədbirlərin icrası Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti yanında X10 İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiyaya həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində tətbiq edilmiş tərbiyəvi xarakterli məcburi tədbirlərin tətbiqi müddəti 1 (bir) il müəyyən edilsin. Müddətin əvvəli qərar qanuni qüvvəyə mindikdən sonra hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş yetkinlik yaşına çatmayanı nəzarət altına vermə qətimkan tədbiri ləğv edilsin. İş üzrə məhkəmə xərclərinin olmadığı və mülki mühakimə icraatı qaydasında iddia qaldırılacağı ilə əlaqədar mülki iddianın baxılmamış saxlanıldığı nəzərə alınsın. Qərar elan olunduğu andan 20 gün müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən: Gülnar Səfərəliyeva.
Məhkəmə qərarları › İş №1(078)-3/2021
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərar — İş №1(078)-3/2021
19.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver