Məhkəmə qərarları › İş №1(078)-3/2024

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Hökm — İş №1(078)-3/2024

26.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Naxçıvan şəhəri İş № 1(078)-3/2024 26.02.2024 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyeva Gülsüm Kamal qızının sədrliyi, X6 məhkəmə iclas katibliyi, Naxçıvan Muxtar Respublikası Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi, Təqsirləndirilən şəxs və tərcüməçi X7 iştirakları ilə, xx.xx.2003-cü ildə Türkiyə Respublikasının Kahramanmaraş şəhərində anadan olmuş, Türkiyə Respublikası vətəndaşı, orta təhsilli, əvvəllər məhkumluğu olmayan, subay, Türkiyə Respublikası Elazığ şəhəri, Mərkəz, Olqunlar məhəlləsi Fırat küçəsi 8/2-də qeydiyyatda olan ünvan 2ayədə yaşayan, barəsində 21 sentyabr 2023-cü il tarixdə başqa yerə getməmək haqqında intizam qətimkan tədbiri seçilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə, m ü ə y y ə n e t d i: Naxçıvan Şəhər Məhkəməsinin icraatına “16” oktyabr 2023-cü ildə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi daxil olmuşdur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cinayət işinin başlanmasına səbəb 31 iyul 2023-cü il tarixdə saat 10:40-da Naxçıvan-Sədərək avtomobil yolunun 2-ci kmdə Təqsirləndirilən şəxs etibarnamə ilə idarə etdiyi “Hyundai Acsent” markalı **-HF-*** qeydiyyat nişanlı minik avtomobili ilə Sədərək rayonu istiqamətində birinci hərəkət zolağında hərəkətdə olarkən onunla eyni istiqamətdə önündə hərəkətdə olan X11 idarə etdiyi “X36” markalı 67-A-262 qeydiyyat nişanlı motosikleti arxadan vurması nəticəsində sonuncunun müxtəlif dərəcəli bədən xəsarətləri alaraq aparıldığı xəstəxanada ölməsi faktı, əsas isə həmin faktla bağlı toplanmış materiallar olmuşdur. Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, 31 iyul 2023-cü il tarixdə saat 10:40-da etibarnamə və AU 483452 nömrəli sürücülük vəsiqəsi ilə idarə etdiyi “Hyundai Acsent” markalı, **-HF-*** qeydiyyat nişanlı avtomobillə Naxçıvan-Sədərək avtomobil yolu ilə Sədərək rayonu istiqamətində hərəkətdə olarkən “X44” Azərbaycan Respublikası Qanunun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələbini pozaraq yaşayış məntəqəsi daxilində avtomobillər üçün maksimal hərəkət sürəti 60 km/saat olduğu yerdə avtomobili 82.9 km/saat sürətlə idarə etməklə və həmin qanunun tələbini pozmaqla, yəni yol hərəkəti iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı olduğu halda, buna əməl etməyərək, Naxçıvan şəhəri ərazisinə düşən həmin yolun 2-ci km-də avtomobil ilə ehtiyatsızlıqdan önündə onunla eyni istiqamətdə hərəkətdə olan “X36” markalı 67-A-262 qeydiyyat nişanlı motosikleti arxadan vurmuş, “X36” markalı motosikletin sürücüsü X14 bədənin müxtəlif nahiyyələrində irili-xırdalı bir neçə sıyrıq, qançır və əzilmiş-cırılmış yaralar, baş beyində ödem, beyin toxumasına və beyinciyə qansızmadan ibarət dərəcəsinə görə yetirilmə anı həyat üçün təhlükəli olan ağır zərərvurmaya aid olan xəsarətlər yetirərək ölümünə səbəb olmuş, “X36” markalı motosikletə 655 manat, “Hyundai Accent” markalı, **- HF-*** qeydiyyat nişanlı avtomobilin sahibi X28 isə 2685 manat maddi ziyan vurmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ifadəsində ona Azərbaycan Respublikasının CM-in 263.2-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bildiyini, 2023-cü ildə Türkiyə Respublikasının Kahramanmaraş şəhərində baş vermiş zəlzələdən əvvəl həmin şəhərdə yaşadığını, zəlzələdən 20 gün sonra onları Elazığ şəhərinə köçürdüklərini, 29 aprel 2023-cü il tarixdə kirvəsi Təhmasibin oğlunun toyunda iştirak etmək üçün Tovuz rayonuna getdiyini, bir ay Tovuz rayonunda qalaraq yenidən Türkiyə Respublikasına getmək üçün Naxçıvan şəhərinə gəldiyini, Naxçıvan şəhərində anası ilə birlikdə kirayə ev tutub yaşadığını, xx.xx.2023-cü il tarixdə "xxxx" MMC-dən “Hyundai Accent” markalı, **-HF-*** qeydiyyat nişanlı avtomobili kirayəyə götürdüyünü, xx.xx.2023-cü il tarixdə səhər saatlarında Türkiyə Respublikasının İğdır şəhərinə getmək üçün həmin avtomobil ilə yola düşərək Sədərək rayonu istiqamətində birinci hərəkət zolağında 82.90 km/saat sürətlə avtomobili idarə etdiyini, anasının isə ön sərnişin oturacaqda oturduğunu, hərəkətdə olan zaman uzaq məsafədən önündə onunla eyni istiqamətdə hərəkətdə olan motosikleti gördüyünü, bir anlıq motosikletin dayandığını düşünüb həmin motosikletə 3 metr qaldığını görüb motosikleti vurmamaq üçün tormuzu basaraq avtomobilli sola tərəf istiqamətləndirdiyini, lakin aralarındakı məsafə az olduğundan avtomobilin sağ hissəsi ilə motosikletin arxa sol hissəsində vurduğunu, bundan sonra avtomobilin sürütlənərək dayandığını, avtomobildən enərək motosikletə tərəf getdiyini, motosikletin sürücüsünün yerdə yaralı vəziyyətdə düşüb qaldığını gördüyünü, hadisə yerinə gələn başqa şəxslərdən təcili yardım çağırmaqlarını istədiyini, təcili yardım avtomobilinin hadisə yerinə gələrək sürücünü xəstəxanaya apardıqlarını, sonradan isə motosikletin sürücüsünün xəstəxanaya aparılsa da, öldüyünü eşitdiyini, törətdiyi əmələ görə peşman olduğunu belə bir halın yaşanmasını istəmədiyini bildirərək göstərdiklərini nəzərə alaraq onun barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi X21 2016-cı il tarixdən Türkiyə Respublikasına gedib orada qaynaqçı işlədiyini, 31 iyul 2023-cü il tarixdə qohumu Məhəmməd Heydərovun ona zəng vuraraq atası Akifin yol-nəqliyyat hadisəsi zamanı öldüyünü dediyini, avqust ayının 1-də Naxçıvan Muxtar Respublikasına gəldiyini, atasının motosikleti ilə X52 İdarəsinə gedən zaman Türkiyə Respublikası vətəndaşının idarə etdiyi avtomobil ilə atasının motosikletini arxadan vurduğunu öyrəndiyini, ilk vaxtlar təqsirləndirilən şəxsin və onun anasının onlarla maraqlanmadığını, onların çəkdiyi heç bir xərci qarşılamadığını, ancaq məhkəmənin gedişində onlara vurulmuş zərərin qarşılığında 8000 (səkkiz min) manat məbləğində pul ödədiklərini, qəbirin götürülməsinə və qalan yas xərclərinə kömək edəcəklərini dediklərini, hazırda təqsirləndirilən şəxsə qarşı heç bir şikayəti və tələbi olmadığını bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X31 ifadəsində Türkiyə Respublikasında 2023-cü il tarixdə baş vermiş zəlzələdən öncə Kahramanmaraş şəhərində yaşadıqlarını, zəlzələdən 20 gün sonra oğlu ilə birlikdə Elazığ şəhərinə köçdüklərini, 2023-cü ilin aprel ayında Azərbaycan Respublikasının Tovuz rayonuna qohumları Təhmasibgilə qonaq getdiklərini, bir ay Tovuz rayonunda qaldıqdan sonra Naxçıvan şəhərinə qayıdaraq Naxçıvan şəhərində kirayə ev tutub qaldıqlarını, 23 iyul 2023-cü il tarixdə oğlu Umutcanın “Tac Rentacar”dan 15 günlüyünə idarə etmək üçün avtomobil götürdüyünü, 31 iyul 2023-cü il tarixdə Türkiyə Respublikasına getmək üçün həmin avtomobil ilə Naxçıvan şəhərindən yola düşdüklərini, avtomobili oğlu Umutcanın idarə etdiyini, özünün isə qabaq sərnişin oturacaqda oturduğunu, Sədərək rayonu istiqamətdə hərəkətdə olduqları zaman önlərində eyni istiqamətdə motosikletin hərəkətdə olduğunu gördüyünü, həmin motosikletin biraz yavaşladığını düşündüyündən həmin anda oğluna avtomobil deyə səsləndiyini, oğlunun həmin avtomobili vurmamaq üçün tormuzu basdığını, məsafə az olduğundan motosikletin arxa sol hissəsindən vurduğunu, nəticədə sürücünün öldüyünü, hadisə vaxtı oğlunun başının nəyəsə qarışmadığını, anlıq bu hadisənin yaşandığını bildirdi. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, istintaq hərəkətlərinin protokollarını da sübut növləri kimi qəbul edir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 31 iyul 2023-cü il tarixli cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında qərardan görünür ki, həmin tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı X11 ölümü faktına görə Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə ********* saylı cinayət işi başlanılaraq icraata qəbul edilmiş və X22 zərərçəkmiş şəxs qismində tanınmışdır. (cild İ, iş vərəq 1) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Naxçıvan Muxtar Respublikası DİN İstintaq və Təhqiqat İdarəsinə biləvasitə tabe olan YNH-ə dair işlər üzrə İstintaq və Təhqiqat qrupunun müstəntiqi, poliş mayoru Fədair Nəbiyev tərəfindən tərtib edilmiş 31 iyul 2023-cü il tarixli raportda qeyd olunmuşdur ki, 31 iyul 2023-cü il tarixdə saat 10:40-da Naxçıvan-Sədərək avtomobil yolunun 2-ci km-də xx.xx.2003-cü il təvəllüdlü, subay, müvəqqəti işsiz, Türkiyə Respublikas Elazığ şəhəri, Mərkəz, Olqunlar məhəlləsi Fırat küçəsi, 8/2-də qeydiyyatda olan X20 idarə etdiyi “Hyundai Acsent” markalı **-HF-*** qeydiyyat nişanlı minik avtomobili ilə Sədərək rayonu istiqamətində birinci hərəkət zolağında hərəkətdə olarkən onuma eyni istiqamətdə önündə hərəkətdə olan xx.xx.1959-cu il təvəllüdlü, evli, Naxçıvan MR Dini Qurumlarla iş üzrə X24 rayonu üzrə müəzzin vəzifəsində işləyən. Babək rayon Xəlilli kənd sakini X11 idarə etdiyi “X36 markalı 67-A-262 qeydiyyat nişanlı motosikleti arxadan vurmuş, nəticədə motosikletin sürüc-sı hadisə zamanı aldığı müxtəlif dərəcəli bədən xəsarətləri ilə Naxçıvan MR Xəstəxanasına dax olmuş, saat 13:10-da həmin xəstəxanada ölmüşdür. (cild İ, iş vərəq 3) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 21 sentyabr 2023-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. (cild İ, iş vərəq 115-116) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 21 sentyabr 2023-cü il tarixli başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, xx.xx.2003-cü ildə Türkiyə Respublikasının Kahramanmaraş şəhərində anadan olmuş, subay, orta təhsilli, Türkiyə Respublikası vətəndaşı, məhkum olunmayan, işsiz, Türkiyə Respublikası Elazığ mərkəz, Olqunlar məhəlləsi, Fırat küçəsi, 8/2 ünvanda qeydiyyatda olan və ünvan 1ədə yaşayan Təqsirləndirilən şəxs barəsində "başqa yerə getməmək haqqında iltizam" qətimkan tədbiri seçilmişdir. (cild İ, iş vərəq 137-138) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 21 sentyabr 2023-cü il tarixli başqa yerə getməmək haqqında iltizamdan görünür ki, xx.xx.2003-cü ildə Türkiyə Respublikasının Kahramanmaraş şəhərində anadan olmuş, subay, orta təhsilli, Türkiyə Respublikası vətəndaşı, məhkum olunmayan, müvəqqəti işsiz, Türkiyə Respublikası Elazığ mərkəz, Olqunlar məhəlləsi, Fırat küçəsi, 8/2 ünvanda qeydiyyatda olan və ünvan 2ayədə yaşayan yaşayan Təqsirləndirilən şəxs barəsində olan ********* saylı cinayət işi üzrə cinayət prosesini həyata keçirən orqanın sərəncamında olmağa, həmin orqanın icazəsi olmadan başqa yerə getməməyə, ondan gizlənməməyə, cinayətkar fəaliyyətlə məşğul olmamağa, istintaqa və məhkəmə baxışına maneçilik törətməməyə, müstəntiqin məhkəmənin çağırışlarına gəlməyə və yaşayış yerini dəyişmək haqqında onlara məlumat verəcəyi barədə öhdəlik götürməsi barədə Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin İstintaq və Təhqiqat İdarəsinə iltizam vermişdir. (cild İ, iş vərəq 141) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 31 iyul 2023-cü il tarixli tərcüməçi təyin edilməsi haqqında qərardan görünür ki, həmin tarixdə ********* nömrəli cinayət işi üzrə X18 tərcüməçi qismində təyin edilmişdir. (cild İ, iş vərəq 21-22) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 21 sentyabr 2023-cü il tarixli müdafiəçi dəvət edilməsi haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Naxçıvan Muxtar Respublikası Vəkillər Kollegiyasının vəkillərindən biri Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etmək üçün dövlət hesabına müdafiəçisi dəvət edilməsi qərara alınmışdır. (cild İ, iş vərəq 108-109) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 31 iyul 2023-cü il tarixli baxış keçirilməsi haqqında protokolda qeyd olunmuşdur ki, 31 iyul 2023-cü il tarixdə saat 10:40 radələrində Naxçıvan-Sədərək avtomobil yolunun 2-ci km-də “Hyundai Accent” markalı avtomobil ilə “X37” markalı motosikletin toqquşması ilə nəticələnən yol nəqliyyat hadisəsi yerinə baxış keçirilir. Baxış havanın gündüz vaxtı təbii işıqlandırma şəraitində aparılır. Hava tam sakitdir, istidir, yağıntı və külək yoxdur. Avtomobil yolu asfalt örtüklü, düz və qurudur. Avtomobil yolu iki gedişli və iki gəlişli olmaqla 4 hərəkət zolağından ibarətdir. Hər iki istiqamətli hərəkət zolaqlarını bir birindən ağ rəngli qoşa xətt ayırır. Asvalt örtük üzərində yola məxsus bütün nişanlanma xətləri vardır, hər iki istiqamətdə zolaqların eni 8.50 metr, qoşa xətt isə eninin 0.50 metr olmaqla yolun eni 17.50 metrdir. Avtomobil yolunun hər iki istiqamətdə kənarında avtomobillərin dayanması üçün çınqıl qarışığı preslənmiş torpaqdan ibarət 2 metr enində yolun çiyni, yolun çiynindən soma isə hər iki istiqamətdə yol kənarında ağaclıq ərazilər var. Hadisə yerində Sədərək rayonu istiqmətində baxdıqda birinci hərəkət zolağından başlayaraq ikinci hərəkət zolağına keçən və davam edən iki ədəd avtomobilə məxsus qara rəngli tormuz izinin olması görsənlr. Həmin tormuz izinin uzunluğu 35 metrdir, izlərin qurtardığı yerdə ağ rəngli Sədərək rayonu istiqamətində ikinci hərəkət zolağında dayanmış vəziyyətdə Hyundai Accent markalı **-HF-*** dövlət qeydiyyat nişanlı avtomobil vardır. Həmin avtomobilə yaxınlaşan zaman görsənir ki, avtomobilin qabaq sağ tərəfi qəzalı vəziyyətdədir. Avtomobilin sol qabaq və arxa təkəri qoşa xəttin üzərində dayanmışdır. Sağ qabaq və arxa təkəri isə Sədərək rayonu istiqamətində yolun sağ kənarından 6 metr məsafədədir. Qeyd edilən tormuz izinin başladığı yerdən yenidən baxdıqda izi başladığı yerdən həmin istiqamətdə 11 metr məsafədə birinci hərəkət zolağında asfalt yarılmışdır və və yolda sürütlənmə izləri vardır. Həmiz izlərlə davam etdikdə ön hissəsi torpaq yolda arxa hissəsi isə asvalt yolda olan motosikletin dayandığını görünür. Motosikletə yaxınlaşan zaman görsənir ki, arxa sol hissəsi qəzalı vəziyyətdədir və bəzi hissələrində əzilmələr vardır. Hyundai Accent markalı avtomobilin sürücüsünün deməsinə görə Sədərək rayonu istiqamətində hərəkətdə olan zaman önündə hərəkətdə olan motosikleti görməmiş və onu arxa hissəsindən vurmuşdur. Avtomobillərin toqquşma yeri yolun sağ kənarından 2.80 metr məsafədədir. Toqquşmadan sonra motosiklet 33 metr məsafədə dayanmış, motosikletlə avtomobil arasındakı məsafə 5 metrdir. (cild İ, iş vərəq 4-6) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 31 iyul 2023-cü il tarixli nəqliyyat vasitəsinin mühafizə olunan duracağa yerləşdirilməsi barədə aktdan görünür ki, xx.xx.2023-cü il tarixdə “Hyundai Accent” markalı, **-HF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi duracağa yerləşdirilmişdir. (cild İ, iş vərəq 17) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 31 iyul 2023-cü il tarixli nəqliyyat vasitəsinin mühafizə olunan duracağa yerləşdirilməsi barədə aktdan görünür ki, xx.xx.2023-cü il tarixdə “X37” markalı, 67-A-262 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi duracağa yerləşdirilmişdir. (cild İ, iş vərəq 18) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Naxçıvan Şəhər Təcili X47 hüquqi şəxsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 1395 nömrəli sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, X9 alkoqol şərxoşluğu vəziyyəti yoxdur və müayinənin nəticəsi 0.00 promildir. (cild İ, iş vərəq 19) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 01 avqust 2023-cü il tarixli nəqliyyat vasitəsinə baxış keçirilməsi və texniki vəziyyətinin yoxlanılması haqqında protokoldan görünür ki, “Hyundai Accent” markalı, **-HF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin hadisə zamanı kaportu əyilmiş, ön buferi, ön şüşəsi və ön sağ farası qırılmışdır. (cild İ, iş vərəq 40) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Naxçıvan MR DİN DYP QİTBŞ tərəfindən verilmiş X5 Şəhadətnaməsinin surətindən görünür ki, “Hyundai Accent” minik markalı, **-HF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi 11 fevral 2017-ci il tarixdə X8 adına qeydiyyata alınmışdır. (cild İ, iş vərəq 43) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 16 may 2023-cü il tarixli, ƏN-Vİİİ seriyalı, 891446 nömrəli etibarnamənin surətindən görünür ki, həmin tarixdə X19 mülkiyyətində olan “Hyundai Accent” markalı, **-HF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi üzrə “sürücülük hüququ olduqda idarə etmək, bağışlamaq, ipoteka qoymaq, sərəncam vermək, və digər hərəkətlər, qeydiyyata salmaq, qeydiyyatdan çıxarmaq, ərizə vermək” səlahiyyətlərini 01 mart 2024-cü il tarixədək X28 etibar etmişdir. (cild İ, iş vərəq 44) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 23 iyul 2023-cü il tarixli, etibarnamənin surətindən görünür ki, həmin tarixdə X40 “Hyundai Accent” markalı nəqliyyat vasitəsini Naxçıvan MR hüdudlarında X13 xx.xx.2023-cü il tarixindən xx.xx.2023-cü il tarixinədək idarə etməyi etibar etmişdir. (cild İ, iş vərəq 47) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 01 avqust 2023-cü il tarixli nəqliyyat vasitəsinə baxış keçirilməsi və texniki vəziyyətinin yoxlanılması haqqında protokoldan görünür ki, “X37” markalı, 67-A-262 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin hadisə zamanı ön farası qırılmışdır. (cild İ, iş vərəq 49) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Naxçıvan MR DİN DYP QİTBŞ tərəfindən verilmiş X5 Şəhadətnaməsinin surətindən görünür ki, “X37” markalı, 67-A- 262 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi 01 oktyabr 2018-ci il tarixdə X11 adına qeydiyyata alınmışdır. (cild İ, iş vərəq 53) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 31 iyul 2023-cü il tarixli məhkəmə-tibb ekspertizasının təyin edilməsi haqqında qərardan görünür ki, X11 almış olduğu bədən xəsarətlərinin ağırlıq dərəcəsini müəyyən etmək məqsədilə ********* nömrəli cinayət işi üzrə məhkəmə-tibb ekspertizası təyin edilmiş və ekspertizanın keçirilməsi Naxçıvan MR Səhiyyə Nazirliyinin MTE və PA Birliyinin ekspertlərinə həvalə edilmişdir. (cild İ, iş vərəq 33- 34) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 31 iyul 2023-cü il tarixli məhkəmə-tibb ekspertizasının təyin edilməsi haqqında qərardan görünür ki, X29 almış olduğu bədən xəsarətlərinin ağırlıq dərəcəsini müəyyən etmək məqsədilə ********* nömrəli cinayət işi üzrə məhkəmə-tibb ekspertizası təyin edilmiş və ekspertizanın keçirilməsi Naxçıvan MR Səhiyyə Nazirliyinin MTE və PA Birliyinin ekspertlərinə həvalə edilmişdir. (cild İ, iş vərəq 35- 36) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 31 iyul 2023-cü il tarixli məhkəmə-tibb ekspertizasının təyin edilməsi haqqında qərardan görünür ki, X10 almış olduğu bədən xəsarətlərinin ağırlıq dərəcəsini müəyyən etmək məqsədilə ********* nömrəli cinayət işi üzrə məhkəmə-tibb ekspertizası təyin edilmiş və ekspertizanın keçirilməsi Naxçıvan MR Səhiyyə Nazirliyinin MTE və PA Birliyinin ekspertlərinə həvalə edilmişdir. (cild İ, iş vərəq 37- 38) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertizası və Pataloji Anatomiya Birliyindən alınmış meyitin ekspertizasının 31 iyul 2023-cü il tarixli 61 saylı ekspert rəyində qeyd olunmuşdur ki, X1 bədən səthi üzərində aşkar edilmiş xəsarətlər bədəninin müxtəlif nahiyyələrində irili-xırdalı bir neçə sıyrıq, qançır və əzilmiş-cırılmış yaralar, baş beyində ödem, beyin toxumasına və beyinciyə qansızma aşkar edildi. Göstərilən xəsarətlər həyati olub, qərarın təsviri hissəsində göstərilən şəraitdə yol- nəqliyyat hadisəsi nəticəsində törənmişdir. Ağırlıq dərəcəsinə görə yetrilmə anı həyat üçün təhlükəli olan ağır zərərvurmaya aid olub, onun ölümü ilə nəticələnmişdir. X1 ölümünə səbəb almış olduğu xəsarətlər hesabına yaranmış beyin toxumasının ödemi və beyin toxumasına və beyinciyə qansızma olmuşdur. Ölüm müddəti meyitin müayinə gününə uyğun gəlir. (cild İ, iş vərəq 73- 77) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertizası və Pataloji Anatomiya Birliyindən alınmış canlı şəxsin ekspertizasının 02 avqust 2023-cü il tarixli, 992 saylı ekspert rəyində Türkiyə Respublikası vətəndaşı X29 bədən səthi üzərində heç bir xəsarət və xəsarət izlərinin müəyyən edilmədiyi qeyd olunmuşdur. (cild İ, iş vərəq 79-81) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertizası və Pataloji Anatomiya Birliyindən alınmış canlı şəxsin ekspertizasının 02 avqust 2023-cü il tarixli, 993 saylı ekspert rəyində Türkiyə Respublikası vətəndaşı X10 bədən səthi üzərində heç bir xəsarət və xəsarət izlərinin müəyyən edilmədiyi qeyd olunmuşdur. (cild İ, iş vərəq 83-85) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin 04 avqust 2023-cü il tarixli 3-13-43/2-7284/2023 nömrəli məktubu ilə göndərilmiş tələbnamədə Təqsirləndirilən şəxs barəsində məhkumluğu ilə bağlı heç bir məlumatın olmadığı göstərilmişdir. (cild İ, iş vərəq 57-58) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Babək rayon, Xəlilli kənd sakini X2 Muxtar Respublikası Daxili İşlər Nazirliyinin İstintaq və Təhqiqat İdarəsinə xx.xx.2023-cü il tarixdə ərizə ilə müraciət edərək, 31 iyul 2023-cü il tarixdə Naxçıvan-Sədərək avtomobil yolunda atası X11 ölümü ilə nəticələnən yol nəqliyyat hadisəsi ilə əlaqədar istintaqı aparılan cinayət işi üzrə zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınmasını xahiş etmişdir. (cild İ, iş vərəq 61) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Babək rayon, Xəlilli kənd sakini X3 Muxtar Respublikası Daxili İşlər Nazirliyinin İstintaq və Təhqiqat İdarəsinə xx.xx.2023-cü il tarixdə ərizə ilə müraciət edərək, 31 iyul 2023-cü il tarixdə Naxçıvan-Sədərək avtomobil yolunda həyat yoldaşı X1 ölümü ilə nəticələnən yol nəqliyyat hadisəsi ilə əlaqədar istintaqı aparılan cinayət işi üzrə oğlu X12 zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınmasına heç bir etirazının olmadığını bildirmişdir. (cild İ, iş vərəq 60) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 08 avqust 2023-cü il tarixli zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınmaq haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə ölmüş zərər çəkmiş şəxs X11 hüquqi varisi qismində oğlu X21 tanınmışdır. (cild İ, iş vərəq 62-63) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi Naxçıvan Muxtar Respublika Xəstəxanası publik hüquqi şəxsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 566 nömrəli məktubda qeyd olunmuşdur ki, Babək rayon Xəlilli kənd sakini X22 xx.xx.2023-cü il tarixdə saat 12:19 radələrində “Kəllədaxili travma. Kəskin beyin ödemi. Kəskin ürək-damar-tənəffüs çatmamazlığı” - diaqnozu ilə xəstəxananın Reanimasiya şöbəsinə daxil olmuş, stasionar müalicəyə götürülmüşdür. Aparılan reanimasion və intensiv terapiya tədbirlərinə baxmayaraq, xəstə xx.xx.2023-cü il tarixdə 14:05 radələrində vəfat etmişdir. (cild İ, iş vərəq 88) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 21 avqust 2023-cü il tarixli məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının təyin edilməsi haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə məhkəmə yol-nəqliyyat hadisələri ekspertizası təyin edilmiş və ekspertizanın aparılması Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinə tapşırılmışdır. (cild İ, iş vərəq 91-93) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 21 avqust 2023-cü il tarixli məhkəmə-əmtəəşünaslıq ekspertizasının təyin edilməsi haqqında qərardan görünür ki, ********* saylı cinayət işi üzrə məhkəmə əmtəəşünaslıq ekspertizası təyin edilmiş və ekspertizanın aparılması Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinə tapşırılmışdır. (cild İ, iş vərəq 95) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 21 avqust 2023-cü il tarixli 821 nömrəli rəyində qeyd olunmuşdur ki, istintaq tərəfindən verilmiş məlumatlara əsasən, Hyundai Accent markalı ** HF *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X10 hərəkətlərində «X44» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin və 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuş, onun həmin Qanunun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə riayət etməklə hadisənin qarşısmı almağa texniki imkanı olmuşdur. » Həmin maddənin tələblərinə əsasən sürücü yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkəti və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar. Göstərilən vəziyyətdə yəni toqquşmaya qədər X36 markalı motosikletin 1-ci hərəkət zolağında öz hərəkət zolağı ilə hərəkətdə olması, arxadan onunla eyni istiqamətdə hərəkətdə olan Hyundai Accent markalı avtomobilin sürücüsünün hərəkəti üçün hər hansı təhlükə yaratmaması və toqquşmanın Sədərək rayonu istiqamətində 1-ci hərəkət zolağında yolun sağ kənarından 2,8 metr məsafədə baş verməsi şəraitində X36 markalı 67 A 262 dövlət qeydiyyat nişanlı motosikletin sürücüsü X11 hadisənin qarşısının alınması ilə bağlı hərəkətlərini texniki-ııöqteyi nəzərdən tədqiq etməyə lüzum yoxdur. (cild İ, iş vərəq 97-100) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 21 avqust 2023-cü il tarixli 822 nömrəli rəyində qeyd olunmuşdur ki, nəzəri hesablama yolu ilə “X30” tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli nöqsan aktına əsasən, 2013-cü il buraxılışlı “Hyundai Accent” markalı **-HF-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci təxminən 2685,00 manat müəyyən edilir. Nəzəri hesablama yolu ilə ““X30” tərəfindən tərtib edilmiş xx.xx.2023cü il tarixli nöqsan aktına əsasən, 2009-cu il buraxılışlı “X39” markalı 67-A-262 dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci təxminən 655,00 manat müəyyən edilir. (cild İ, iş vərəq 102-103) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş ünvan 3 ünvanında qeydiyyatda olan X4 Muxtar Respublikası Daxili İşlər Nazirliyinin İstintaq və Təhqiqat İdarəsinə xx.xx.2023-cü il tarixdə ərizə ilə müraciət edərək, 31 iyul 2023-cü il tarixdə Naxçıvan-Sədərək avtomobil yolunda baş vermiş yol nəqliyyat hadisəsi zamanı onun mülkiyyətində olan “Hyundai Accent” markalı, **-HF-*** nömrəli avtomobilə maddi zərər dəydiyini, dəymiş maddi zərərə görə cinayət işi üzrə mülki iddiaçı qismində tanınmasını xahiş etmişdir. (cild İ, iş vərəq 144) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 04 oktyabr 2023-cü il tarixli mülki iddiaçı qismində tanınma haqqında qərardan görünür ki, cinayət işi üzrə X40 mülki iddiaçı qismində tanınmışdır. (cild İ, iş vərəq 145-146) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 06 oktyabr 2023-cü il tarixli mülki cavabdeh qismində tanınma haqqında qərardan görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs mülki cavabdeh qismində tanınmışdır. (cild İ, iş vərəq 153-154) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Türkiyə Respublikası Ədliyyə Nazirliyi Məhkumluq Qeydiyyatı və Statistik İnformasiya İdarəsinin 25 sentyabr 2023cü il tarixli çıxarışında qeyd olunmuşdur ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayıb. (cild İ, iş vərəq 163) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Türkiyə Respublikası, Olqunlar məhəlləsi İcra nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədə qeyd olunmuşdur ki, Türkiyə Respublikası, Elazığ şəhəri, Olqunlar məhəlləsi, Fırat küçəsi, 8/2 ünvanında yaşayan Təqsirləndirilən şəxs məhəllə sakinidir. Hər hansı bir pis əməli yoxdur. Savaşqan deyil və narkotik vasitələrdən istifadə etmir. Bununla əlaqədar olraq lazımi köməklik göstərilməsini xahiş etmişdir. (cild İ, iş vərəq 165) İş materiallarında olan X21 tərəfindən verlmiş 12 yanvar 2024-cü il tarixli ərizədə Türkiyə Respublikasının vətəndaşı X20 tərəfindən ona vurulmuş ziyan ödənildiyindən ondan hazırki cinayət işi üzrə hər hansı şikayət və tələbinin olmadığını qeyd edərək ərizəsinin nəzərə alınmasını xahiş etmişdir. Cinayət işinə baxılarkən 26 fevral 2024-cü il tarixdə X26 cinayət işində mülki iddiaçı qismində iştirakına xitam verilməsi barədə qərar qəbul edilmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən- hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən- hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “X17 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmək, həmin sübutları mübahisələndirmək imkanına malik olmuşdur. Təqsirləndirilən şəxsin əleyhinə olan sübutlara etiraz etmək və onları mübahisələndirmək üçün məhkəmə prosesində ona imkan yaradılmışdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olubolmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikası cinayət-prosessual qanunvericiliyi müəyyən edir (Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 1.1-ci maddəsi). Hər hansı məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız Cinayət-Prosessual Məcəlləsində (bundan sonra - CPM) göstərilən məsələlər hakim tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin həmin məsələlərin dairəsini müəyyənləşdirən 346.1-ci maddəsinə görə müzakirə edilməsi mütləq olan məsələlərdən biri də təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittiham elan edildiyi cinayətin əlamətlərinə uyğun olub-olmamasıdır. Məhkəmə hökmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmin şəxsin gələcək taleyini həll etdiyi üçün prosessual qanunvericilik onunla bağlı konkret tələblər irəli sürür. Cinayət-prosessual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 349.3., 349.4., 349.5-ci maddələri). Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq məhkəmə hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Beləliklə məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs ittihamda qeyd olunan əməli törətməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxsin, şahidin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsinə əsasən bu Məcəllənin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsinə əsasən isə avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda iki ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş min manatdan yeddi min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «X44» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinə əsasən yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar. «X44» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinə əsasən nəqliyyat vasitələri məntəqələri daxilində — saatda 60 kilometrdən çox olmayan sürətlə (səlahiyyətli orqanlar yolun müəyyən sahələrində daha yuxarı hədd müəyyən edə bilərlər, lakin bu hədd saatda 90 kilometrdən çox ola bilməz), yaşayış zonalarında və həyət ərazilərində isə saatda 20 kilometrdən çox olmayan sürətlə hərəkət etməlidirlər. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 263.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 nömrəli qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Göstərilən maddənin məzmunundan göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. Sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş olsun, bununla sosial balans pozulmuş olsun və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə təqsirləndirilən şəxsin əməlindən peşman olmasını, zərərçəkmiş şəxsin hüquqi varisinə vurulmuş zərəri ödəməsini, zərərçəkmiş şəxsin hüquqi varisinin ondan şikayət və tələbi olmamasını cəzanı yüngülləşdirici hallar kimi nəzərə alır. Məhkəmə, qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilən zaman CM-in 58 və 59cu maddələrinin tələbləri nəzərə alınmalıdır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində qeyd edilən cəzanı ağırlaşdıran halların olmaması müəyyən edilmişdir. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 263.2-ci maddəsinin sanksiyası həddində müəyyən müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilməlidir. Məhkəmə törədilən cinayətin xarakterini, törədilmə halları və şəraiti nəzərə alaraq Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsində nəzərdə tutulan daha yüngül cəzanın təyin edilməsini cəzanın məqsədi baxımından ədalətli hesab etmir. Ona görə də məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsi üzrə təqsirləndirilən şəxsin cəmiyyətdən təcrid edilmədən islah edilməsi mümkün deyil və ona azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir və ona bu cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Məhkəmə yuxarıda qeyd olunan halları nəzərə alaraq hesab edir ki, azadlıqdan məhrumetmə cəzasının müddəti 02 (iki) il 06 (altı) ay müddətinə müəyyən edilməlidir. Eyni zamanda məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsinin sanksiyasında imperativ olaraq nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrumetmə növündə əlavə cəza da təyin edilməlidir. Məhkəmə yuxarıda qeyd olunanları nəzərə alaraq hesab edir ki, nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrumetmə növündə əlavə cəzanın müddəti 2 (iki) il müəyyən edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1 və 56.1.1-ci maddələrinə əsasən azadlıqdan məhrum etmə növündə cəzanın ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Ona görə də Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən olunmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 353.4.12-ci maddəsinə görə, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində hökm qanuni qüvvəyə minənədək məhkumun barəsində seçilmiş qətimkan tədbirinin həlli göstərilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 175.5-ci maddəsinə əsasən müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. Qeyd edilən prosessual hüquq normalarının tələbləri baxımından məhkəmə bildirir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1.5-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır. Məhkəmə belə hesab edir ki, cinayət işi üzrə maddi sübut kimi tanınan və Naxçıvan MR Daxili İşlər Nazirliyinin X54 İdarəsinin duracağında saxlanılan “Hyundai Accent” minik markalı, **-HF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi qanuni sahibi X28 və cinayət işi üzrə maddi sübut kimi tanınan və Naxçıvan MR Daxili İşlər Nazirliyinin X54 İdarəsinin duracağında saxlanılan “X36” markalı, 67-A-262 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi zərərçəkmiş şəxsin hüquqi varisi X15 qaytarılmalıdır. Həmçinin cinayət işində olan Azərbaycan Respublikası DİN BDYPİ QİTBŞ tərəfindən verilmiş X5 Şəhadətnaməsi və 16 may 2023-cü il tarixli, ƏN-Vİİİ seriyalı, 891446 nömrəli etibarnamə X28 qaytarılmalı və X14 məxsus Naxçıvan MR DİN DYP QİTBŞ tərəfindən verilmiş X5 Şəhadətnaməsi və sürücülük vəsiqəsi zərərçəkmiş şəxsin hüquqi varisi X15 qaytarılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001ci il tarixli, 31 nömrəli qərarına əsasən göstərilmiş hüquqi xidmətlərə görə müdafiəçiyə hər iş saatı üçün 6 (altı) manat miqdarında haqq ödənilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.5-ci maddəsinin tələbinə görə həmin Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Qeyd olunanlara əsasən məhkəmə müdafiəçi tərəfindən məhkəməyə təqdim edilmiş hesabatı nəzərdən keçirərək belə əticəyə gəlir ki, təqsirləndirilən şəxsə göstərilmiş hüquqi xidmətə görə Naxçıvan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 50 (əlli) iş saatına görə 300 (üç yüz) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsindən müdafiəçiyə ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli olan əmlakı məhkəmə tərəfindən müəyyən edilməmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinsin və 02 (iki) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli şəxsin məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Cinayət işi üzrə maddi sübut kimi tanınan və Naxçıvan MR Daxili İşlər Nazirliyinin X54 İdarəsinin duracağında saxlanılan “Hyundai Accent” minik markalı, **-HF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi qanuni sahibi X28 verilsin. Cinayət işi üzrə maddi sübut kimi tanınan və Naxçıvan MR Daxili İşlər Nazirliyinin X54 İdarəsinin duracağında saxlanılan “X36” markalı, 67-A-262 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi zərərçəkmiş şəxsin hüquqi varisi X15 verilsin. Cinayət işi üzrə Azərbaycan Respublikası DİN BDYPİ QİTBŞ tərəfindən verilmiş X5 Şəhadətnaməsi və 16 may 2023-cü il tarixli, ƏN-Vİİİ seriyalı, 891446 nömrəli etibarnamə X28 qaytarılsın. Cinayət işi üzrə X14 məxsus Naxçıvan MR DİN DYP QİTBŞ tərəfindən verilmiş X5 Şəhadətnaməsi və sürücülük vəsiqəsi zərərçəkmiş şəxsin hüquqi varisi X15 qaytarılsın. Naxçıvan Şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs dövlət hesabına göstərdiyi pulsuz hüquqi yardıma görə 300 (üç yüz) manat məbləğində haqq Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Müdafiəçi ödənilsin. İş üzrə mülki iddianın olmadığı nəzərə alınsın. Hökmdən elan olunduğu andan 20 gün müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Gülsüm Əliyeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar