Məhkəmə qərarları › İş №1(078)-3/2025

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Hökm — İş №1(078)-3/2025

07.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Naxçıvan şəhəri İş № 1(078)-3/2025 07.01.2025 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Saat 17:50 Hakim Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi, Dövlət ittihamçısı Naxçıvan Muxtar Respublikası Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuroru kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi Müdafiəçi2, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs3 iştirakları ilə, xx xxxxxx 1985-ci ildə Naxçıvan MR, Şərur rayonu, Sovxoz (hazırda Oğuz) kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli evli, 2 uşaq atası, məhkumluğu olmayan, Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvü, “Kamandar Nəsibov və partnyorları” vəkil bürosunda vəkil işləmiş, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2 ünvanında yaşayan (müvəqqəti ünvan 3mkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 312-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü kimi “Kamandar Nəsibov və partnyorları” vəkil bürosunun vəkili kimi fəaliyyət göstərdiyi müddətdə Zərərçəkmiş şəxs1, X10 və Zərərçəkmiş şəxs3 Naxçıvan Muxtar Respublikasının Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş yaxın qohumları X1, X3 və X5 barələrində apellyasiya instansiyası hesab olunan Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin Cinayət kollegiyası tərəfindən azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəza təyin edilməsinə nail olacağını vəd edərək öz qulluq mövqeyindən və həqiqi təsir imkanlarından istifadə edərək apellyasiya instansiyası məhkəməsi hesab olunan Naxçıvan MR Ali Məhkəməsinin hakimi tərəfindən azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəza təyin edilməsinə təsir etmək imkanına malik olmasını bildirib adıçəkilən şəxslərdən özü üçün birbaşa ümumilikdə 25000 (iyirmi beş min) manat pul istəmişdir. Bu səbəbdən 20 iyun 2024-cü il tarixdə Zərərçəkmiş şəxs1 “Milli Ön” terminalı vasitəsilə Təqsirləndirilən şəxs məxsus 5239 1517 3530 1445 nömrəli bank kartına 3500 (üç min beş yüz) manat pul köçürmüş, 27 iyun 2024-cü il tarixdə saat 11 radələrində Təqsirləndirilən şəxs Naxçıvan Şəhər İcra Hakimiyyətinin qarşısında yerləşən “Kafe 357” adlı çay evində Asabi Quliyev, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 ilə görüşərək onlardan istədiyi 25000 manatdan qalan məbləği istəmiş, Zərərçəkmiş şəxs1 orada əlavə olaraq Təqsirləndirilən şəxs nağd şəkildə 4835 (dörd min səkkiz yüz otuz beş) manat pul vermiş, digərləri pulu onun bankomat kartına göndərəcəklərini bildirməklə, xx.xx.2024-cü il tarixdə saat 14:53-də Zərərçəkmiş şəxs3 “Milli Ön” terminalı vasitəsiylə əvvəlcə 5000 (beş min) manat, sonra 3330 (üç min üç yüz otuz) manat, həmin gün saat 14:20-də Zərərçəkmiş şəxs2 4335 (dörd min üç yüz otuz beş) manat, saat 16:50-də isə 4000 (dörd min) manat pulu Təqsirləndirilən şəxs məxsus 5239 1517 3530 1445 nömrəli bank kartına köçürmüşdür. Bununla da Təqsirləndirilən şəxs yaxın qohumlarının barələrində azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəza növünün seçilməsinə köməklik göstərəcəyi vədini verməklə vəkil kimi öz qulluq mövqeyindən istifadə etməklə özünün həqiqi və güman edilən təsir imkanlarından istifadə edərək apellyasiya instansiyasının hakimi tərəfindən azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəza təyin edilməsinə təsir etmək imkanına malik olmasını nümayişkaranə şəkildə bildirərək 2024-cü ilin iyun ayı ərzində yuxarıda sadalanan müxtəlif vaxtlarda vahid niyyətlə özü üçün birbaşa yolla şəxsən Zərərçəkmiş şəxs1 8335 manat, Lamiyə Qəhrəmanovdan 8330 manat və Zərərçəkmiş şəxs2 8335 manat olmaqla ümumilikdə 25000 manat məbləğində pul vəsaitini alıb şəxsi ehtiyaclarına sərf edərək vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmişdir (nüfuz alveri etmişdir). Məhkəmə iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 312-1.1-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri özünün ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxslər və şahidlərin ifadələri, ekspert rəyi, baxış protokolları və digər sənədlərlə tam sübuta yetirilir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ifadəsində ona elan edilmiş ittihamda özünü təqsirli bilməyərək göstərmişdir ki, xx.xx.2022-ci il tarixdən Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü kimi “Kamandar Nəsibov və partnyorları” vəkil bürosunda vəkil işləyir. xx.xx.2024-cü il tarixdə tanımadığı nömrədən onun 077 *** ** ** nömrəsinə zəng gəlmiş, danışan şəxs adının Orxan olmasını, tanışları barəsində cinayət işi üzrə Naxçıvan MR Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə azadlıqdan məhrumetmə cəzasının çıxdığını, cəzanın dəyişdirilməsi üçün apellasiya şikayəti vermək istədiklərini demişdir. Ona Naxçıvan şəhərinə gələcəyini, həmin vaxt xəbər edib görüşəcəyini demişdir. xx.xx.2024-cü il tarixdə Naxçıvan şəhərinə gəlmiş, Orxanla görüşmüş, Orxan ona Şirin, Zaur və Oruc adlı 3 nəfərin oğurluq etdiklərinə görə barələrində Naxçıvan MR Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 5 il 6 ay azadlıqdan məhrumetmə cəzası verilməsini, Şirinlə iş yoldaşı olmasını, atasıgilin çox narahat olduqlarını, Şirinə daha yüngül cəza verilməsini istədiklərini demişdir. Bundan sonra Orxanla sağollaşmış, təxminən 2 saat sonra Zərərçəkmiş şəxs1 onun mobil nömrəsinə zəng etmiş, taksi ilə gəlib onu Əliabad qəsəbəsindəki evinə aparmış, orada Şiringilin barəsində çıxmış hökmlə tanış olmuşdur. Həmin ərəfədə Zaurun yoldaşı Lamiyə oraya gəlmiş, hökmü oxuduqdan sonra Asabi və Lamiyəyə hər bir təqsirləndirilən şəxsin ailəsindən bir nəfər ilə müqavilə bağlayacağını, müqavilə haqqı və yol xərclərinə görə hər birindən 1000 manat pul alacağını, bundan sonra apellyasiya şikayəti verəcəyini, yenidən məhkəmə baxışları olacağını, yaxınlarına daha yüngül, azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza veriləcəyini demişdir. Asabi və Lamiyə daha yüngül cəzanın necə veriləcəyini soruşmuş, onlara “məhkəmənin haqqı var, nə qədər pul istəyəcəklər bilmirəm, mən şikayəti verim, sonrakı prosesdə məhkəmə yüngül cəza verilməsi üçün nə qədər pul istəsə sizə məbləği deyərəm” cavabını vermiş, Asabi və Lamiyə onunla razılaşmışdır. Bunan sonra oradan getmiş, saat 20 radələrində tanımadığı nömrədən mobil nömrəsinə zəng gəlmiş, Orucun atası İlqar olmasını demiş, ona Şərur rayonunda olmasını, sabah Naxçıvan şəhərinə gələcəyini, digər ailələrlə bir yerdə şəhərdə görüşüb söhbət edəcəklərini demişdir. xx.xx.2024-cü il tarixdə səhər vaxtı Naxçıvan şəhərində Avtovağzal kompleksinin çayçısında Asabi, Zaurun qardaşı Abbas və Orucun atası İlqar ilə görüşmüş, Abbas və İlqar da onunla razılaşmış, onlardan ilkin müqavilə və yol xərclərinə görə hər birinin 1.000 manat pul verməsini istəmiş, Asabi orada ona 1.000 manat pul vermiş, Abbas və İlqar yanlarında pul olmadığından bank kartı nömrəsi deməsini istəmiş, öz adına olan Kapital Banka məxsus 5239 1517 3530 1445 nömrəli bankomat kartını onlara təqdim etmiş, Abbas və İlqar kartın şəklini telefonun kamerası ilə çəkmiş və sağollaşıb oradan getmişlər. xx.xx.2024-cü il tarixdə saat 17 radələrində İlqarın oğlu Ramazan “MilliÖn” terminalı vasitəsiylə onun bankomat kartına 1000 manat pul köçürmüş, həmin gün saat 19 radələrində isə Abbasgil onun kartına 500 manat pul köçürmüş, qalan məbləği isə göndərəcəklərini demişdirlər. xx.xx.2024-cü il tarixdə saat 19 radələrində Abbasgil qalan 500 manat pulu kartına köçürmüş, beləliklə 3 ailənin hər birindən müdafiə və yol haqqına görə 1000 manat pul almışdır. xx.xx.2024-cü il tarixdə Bakı şəhərində olarkən vatsap tətbiqində “Məhkəmə işi” adını verdiyi qrup yaratmış, Asabi, Lamiyə, Ramazan, Abbas və Orxanı həmin qrupa əlavə etmiş, bundan sonra onlarla bütün söhbətləri həmin qrupda etmişdir. Bakı şəhərinə qayıtdıqdan sonra heç kimlə təqsirləndirilən şəxslərin yaxınları Asabi, Lamiyə və Ramazan adlı şəxslə olan razılaşması, pul qarşılığında daha yüngül cəza verilməsinə nail olacağı barədə danışmamış, məhkəmədə tanışı olmasını, onunla danışıb, pul qarşılığında yaxınlarına yüngül cəza verilməsinə nail olacağı barədə onlara düzgün olmadığını bilərək onlara demişdir. Əslində hökmlə tanış olandan sonra birinci instansiya məhkəməsinin ağır cəza verməsini görüb apellasiya şikayəti versə böyük ehtimal məhkəmənin təmin edəcəyini düşünüb onlardan pul tələb etmiş, şikayəti təmin olunmadığı təqdirdə vətəndaşların pulunu qaytarmağı planlamışdır. xx.xx.2024-cü il tarixdə Asabiyə zəng vurub ilkin 3500 manat pul istəmiş. Asabi bu barədə qrupa da yazmasını demiş, onunla sağollaşıb qrupa bu barədə mesaj yazmışdır. Bundan sonra Asabi “MilliÖn” terminalı vasitəsiylə bankomat kartıına 3500 manat pul göndərmiş, pulu özündə saxlayıb bir neçə gün sonra qrupa səs ataraq məhkəmənin yüngül cəza təyin etməsi qarşılığında ümumilikdə 25.000 manat pul istəmiş, 3 yerə böldükdə hər ailəyə 8-9 min manat pul düşməsini bildirmiş, Asabi, Lamiyə və Ramazan qrupa yazaraq razı olduqlarını demişdir. Bundan sonra xx.xx.2024-cü il tarixdə vəkil bürosundan müqavilə blankları götürüb Naxçıvan şəhərinə gəlmiş, xx.xx.2024-cü il tarixdə saat 11-12 radələrində Naxçıvan Şəhər İcra Hakimiyyətinin qarşısındakı “Kafe 357” adlı çay evində Asabi, Lamiyə, İlqar və Ramazanla görüşmüş, onlara müqavilələri imzalatmış, orada bir daha Asabi, Lamiyə, Ramazan və İlqara məhkəmənin yaxınlarına ya cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə ya da azadlığın məhdudlaşdırılması cəzası verəcəyini, bunun da qarşılığında onlardan 25000 manat pul alacağını demiş, pulu konkret olaraq kiməsə verəcəyini deməmişdir. Bundan sonra Zərərçəkmiş şəxs1 nağd şəkildə ona 4835 manat pul vermiş, Ramazan və Lamiyə paylarına düşən məbləğdə pulu onun bankomat kartına göndərəcəklərini demişdir. xx.xx.2024-cü il tarixdə saat 14 radələrində Ramazan 4335 manat, saat 16-17 radələrində 4000 manat olmaqla ümumilikdə 8335 manat pulu, xx.xx.2024-cü il tarixdə saat 14 radələrində Lamiyə 3.330 manat, sonra isə 5000 manat pulu terminal vasitəsilə onun bank kartına göndərmişlər. Səhəri gün Bakı şəhərinə getmiş, hüquqi yardım göstərilməsi barədə müqavilələrə görə büroya ümumilikdə 1590 manat pul ödəmiş, qalan 1410 manat pulu isə Bakı-Naxçıvan gediş-gəliş bilet puluna və digər yol xərclərinə ödəmişdir. xx.xx.2024-cü il tarixdə X1, X3 və X5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə Naxçıvan Muxtar Respublikası Ağır Cinayətlər Məhkəməsinin 11 iyun 2024-cü il tarixli hökmündən Naxçıvan MR Ali Məhkəməsinə apellyasiya şikayəti göndərmiş, 05, 19 avqust, 03 sentyabr 2024-cü il tarixlərində Naxçıvan MR Ali Məhkəməsinin inzibati binasında məhkəmə iclasları keçirilmiş, iş X14un icraatına verilmiş, xx.xx.2024-cü il tarixdə sonuncu məhkəmə prosesi olmuş və şikayəti təmin olunmamışdır. Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs2 yaxınlarına məhkəmə tərəfindən daha yüngül cəza təyin olunmasına nail olmaq məqsədilə aldığı 25000 manat pulu borclarına ödəmiş, məhkəmə və ya başqa bir orqanın işçisi ilə Şirin, Zaur və Orucun cəzasının pul qarşılığında daha yüngül cəza ilə əvəzlənməsi barədə danışmamış, apellasiya şikayətinin təmin olunacağından əmin olduğundan onlardan pul almışdır. xx.xx.2024-cü il tarixdə Naxçıvan MR Ali məhkəməsində sonuncu prosesdən çıxdıqdan sonra Asabi, Lamiyə və Ramazanla danışmış, onlara ən qısa zamanda pullarını qaytaracağını demiş, ancaq onlar gözləməyərək şikayət etmişlər. Naxçıvan MR Ali Məhkəməsinin hakimi Əsgər Novruzovun özü və yaxınları ilə heç bir münasibəti, əlaqəsi olmamışdır. “Məhkəmə işi” adlı qrupa səs yazıları göndərib Asabi, Lamiyə, Ramazana apellyasiya şikayəti verdiyini, işin Naxçıvan MR Ali Məhkəməsinin hakimi Əsgər müəllimin icraatında olması barədə məlumatlar vermiş, yalandan Ali Məhkəmənin hakimini nəzərdə tutub gedib müəllimlə də görüşəcəm demiş, həqiqətdə hakim və ya başqa bir işçi ilə bu barədə söhbət etməmiş, görüşməmişdir. Uzun illərdir internet üzərindən idman mərc oyunlarında çoxlu pullar uduzduğundan borcları yaranmışdır. xx.xx.2024-cü il tarixdə baş tutan məhkəmə prosesindən sonra “Toğrul” restoranında olarkən Abbas və Orxan oturduğu kabinetə gəlmiş, Abbas ona qardaşıgilin işi ilə maraqlandığını, onların işinin alınan məsələ olmadığını demiş, Abbasa narahat olmamasını, qardaşıgilin məsələsinin həll olunacağını, azadlığa çıxacaqlarını bildirmiş, Abbas ona pulun hamısının məhkəməyə çatmadığını, pulun yarı məbləğini vermədiyini demiş, ona narahat olmamasını, hər şeyin həll olunduğunu bildirmişdir. xx.xx.2024-cü il tarixdə Naxçıvan MR Ali Məhkəməsində 3-cü məhkəmə prosesi olmuş, həmin prosesdə X14un iş üzrə yekun qərar verərək şikayətini təmin etməyəcəyini hiss edib vaxt qazanmaq üçün hakimə çıxışa hazır olmadığını bildirmiş, vaxt istəmiş, bu səbəbdən Əsgər Novruzov prosesi təxirə salaraq növbəti məhkəmə prosesini xx.xx.2024-cü il tarixə təyin etmişdir. 3-cü məhkəmə prosesindən çıxandan sonra məhkəmə binasından kənarda Abbas, Asabi ilə danışmış, Abbas işin niyə uzandığını soruşmuş, ona yalandan iş gördüyü adamın işi təxirə salmasını, məhkəmədən vaxt istəməsini, bəzi probleri həll etməli olduğunu demişdir. Abbas ona Əsgər Novruzovla görüşmək istədiyini demiş, ona gözləməsini, iş gördüyü adamla danışdıqdan sonra xəbər edəcəyini bildirmişdir. Həqiqətdə heç kimlə bu iş barədə görüşməmiş, Abbasın onun barəsində şikayət etməməsi üçün belə deyib növbəti məhkəmə prosesinə qədər pulu toplamaq üçün vaxt qazanmışdır. Məhkəmə prosesindən sonra Bakı şəhərinə getmiş, Abbas zəng vurub Əsgər müəllimin yanına gedəcəyini demiş, ona “Əsgər müəllimin yanına get, işlə bağlı nə öyrənsən mənə də xəbər et” cavabı vermişdir. Abbas sonrakı günlərdə Əsgər müəllimlə görüşə bilməmişdir. “Rəşadət müəllim” adı ilə qeydiyyat olunmuş şəxs Bakı şəhərində Mediasiya qurumunda işləyir, ona “X14 sədrin müavinidi, işinin nömrəsi 1(108)-46/24, 177.3.2, Birinci instansiya 5 il 5 ay cəza verib, təqsirləndirilən şəxslər İsmayılov Zaur, İmamquliyev Şirin, Əkbərov Oruc, xx.xx.2024 saat 11-də məhkəmə çıxışlarıdı” məzmununda mesaj yazıb zəng etməkdə məqsədi xx.xx.2024-cü il tarixə təyin olunmuş məhkəmə prosesinin vaxtını Rəşadətin tanışları vasitəsilə dəyişmək olmuş, Rəşadət ona artıq proses gününün təyin olunduğunu, bununla bağlı heç nə edə bilməyəcəyini demişdir. xx.xx.2024-cü il tarixdə Naxçıvan MR Ali Məhkəməsində son məhkəmə iclası keçirilmiş və apellyasiya şikayəti təmin olunmamışdır. Onun heç bir məhkəmə qərarına təsir etmək imkanı olmamışdır. Sadəcə vəkil olaraq çıxdığı bu cür işlərdə məhkəmə təcrübəsinə əsaslanıb düşünmüşdür ki, hər üç şəxsə aşağı cəza verilə bilərdi. Başqa maddələr üzrə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılmış bu xarakterli bir işdə vəkil kimi iştirak etmiş və aşağı cəza verilmişdir. Onun fikri bu olmuşdur ki, əgər şəxslərə cəza az verilməsə pulu qaytarsın. Bununla bağlı 09 sentyabr tarixində hər üç şəxsin qohumları ilə razılaşıb Bakıya getmək istəmişdir ki, pulu səhəri gün şəxslərə qaytarsın. X15 özünü prokurorluq əməkdaşı kimi təqdim edən Əşrəf müəllim adlı şəxs ona yaxınlaşıb barəsində şikayət olduğunu və prokurorluq orqanına dəvət olunduğunu bildirmişdir. O prokurorluq orqanına gəlmiş, çağırışlardan heç bir halda boyun qaçırmamışdır. Onun əməlində nüfuz alveri-vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmək kimi bir hərəkəti olmamışdır. Əgər düzgün tövsif olardısa bəlkə də dələduzluq kimi tövsif oluna bilərdi. O bütün ziyanı ödəmiş, dövlət büdcəsinə ziyanın qanunla nəzərdə tutulan hissəsini də ödəməyə hazırdır. Bunların nəzərə alınıb qanuni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclası zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində bildirmişdir ki, oğlu Şirin İmamquliyev iş yoldaşları Oruc və Zaur ilə birgə “Evim Avm” mebel mağazasının anbarından 96000 manat dəyərində mebel oğurladıqlarına görə barələrində Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsi ilə cinayət işi başlanmış, cinayət işi Naxçıvan MR Ağır Cinayətlər Məhkəməsinə göndərilmiş, xx.xx.2024-cü il tarixdə həmin məhkəmənin hökmü ilə Şirin, Oruc və Zaurun hər birinə 5 il 6 ay azadlıqdan məhrumetmə cəzası verilmişdir. Cinayət işi istintaq müddətində Oruc və Zaurun ailə üzvləri ilə tanış olmuş, hökm çıxandan sonra Orucun anası Fəridə ona zəng vurub Bakı şəhərində işləyən Babək adında vəkil olmasını, onun övladlarına kömək edə biləcəyini, razıdırsa onunla danışaq, uşaqların vəkili olmasını demiş, razı olduğunu deyərək vəkil Babəklə telefonla danışmışdır. Təqsirləndirilən şəxs Bakı şəhərində “Kamandar Nəsibov və patnyorları” vəkil bürosunda vəkil işləməsini, Naxçıvan şəhərinə gəlib onunla danışacağını demişdir. Təqsirləndirilən şəxs 077 *** ** ** nömrəsi ilə özünə məxsus 070 *** ** ** və 060 *** ** ** nömrələri ilə əlaqə saxlamış. xx.xx.2024-cü il tarixdə Naxçıvan şəhər Avtovağzalında o, Orucun qardaşı Ramazan, atası İlqar və Zaurun qardaşı Abbas Təqsirləndirilən şəxslə görüşmüş, sonuncuya cinayət işi haqqında ətraflı məlumat vermişlər. Əvvəlki telefon danışığında Təqsirləndirilən şəxs ona hər bir təqsirləndilirən şəxs ilə müqavilə bağlamağa və yol xərclərinə görə 1000 manat pul verilməsini dediyindən görüşə gedəndə özü ilə 1000 manat pul aparmış, orada Təqsirləndirilən şəxs nağd şəkildə 1000 manat pul vermiş, Ramazan və Abbas isə Babəkin onlara dediyi bankomat kartına 1000 manat pul göndərəcəklərini bildirmişlər. Təqsirləndirilən şəxs onlara müqaviləyə görə vəkil bürosuna 500 manat ödəyəcəyini, qalan pulu yol xərci kimi aldığını, müqavilə bağlayandan sonra Naxçıvan MR Ağır Cinayətlər Məhkəməsinin hökmündən Naxçıvan MR Ali Məhkəməsinə apellyasiya şikayəti verəcəyini, bundan sonra məhkəmə və prokurorluqla danışıb yaxınlarının cəzadan azad olunmasına nail olacağını, 25000 manat pulu aldıqdan sonra apellyasiya məhkəməsi ilə danışıb yaxınlarını azadlığa buraxdıracağını demişdir. Təqsirləndirilən şəxs əvvəllər belə çox iş gördüyünü, məhkəmə tərəfindən çox şəxsə yüngül cəza təyin etdirdiyini deyib onları apellyasiya məhkəməsinin hakimi və ya başqa vəzifəli şəxsi ilə münasibəti olmasına, ona pul versələr hakimin qərarını dəyişdirə biləcəyinə inandırdığından hamı onunla razılaşmışdır. Bundan sonra Babək Bakı şəhərinə getmiş, vatsap tətbiqində "Məhkəmə işi" adı ilə qrup yaratmış, həmin qrupa onları əlavə etmiş, hər müqaviləyə görə 530 manat pul ödəməsini təsdiq edən qəbzlərin şəklini qrupa atmışdır. Babək bir neçə gün sonra onun mobil nömrəsinə zəng vurub “məhkəmə ilə iş barədə danışacam, ilkin 3500 manat pul lazımdır, sən ağsaqqal olduğuna görə birinci sənə zəng vurdum” demiş, ona hamının bilməsi üçün qrupa da yazmasını dediyindən Babək 3500 manat pul istədiyini vatsap qrupuna yazmışdır. Bundan sonra Əliabad qəsəbəsində yerləşən "Baba market” mağasazındakı "Milli Ön” terminalından Təqsirləndirilən şəxs vatsap qrupuna atdığı öz adına olan bankomat kartına xx.xx.2024-cü ildə 3.500 manat pul göndərmişdir. xx.xx.2024-cü il tarixdə təxminən saat 13 radələrində Təqsirləndirilən şəxs Naxçıvan şəhərinə gəlmiş, o, Ramazan, Zaurun yoldaşı Lamiyə və Abbas Naxçıvan şəhər İcra Hakimiyyətinin qarşısındakı “Kafe 357” adlı çay evində Babəklə görüşmüş, Babək onların hərəsinə 8.335 manat pul düşməsini demiş, daha əvvəldən də Babək onlardan ümumilikdə 25.000 manat pul istədiyindən görüşə gedəndə üzərində 4835 manat nağd pul götürmüş, oturduqları stolda həmin pulu Təqsirləndirilən şəxs vermiş, əvvəlcədən kartına göndərdiyi 3500 manat ilə birlikdə ona 8335 manat pul vermiş, Lamiyə ilə Ramazan öz paylarına düşən pulu Babəkin bankomat kartına atacaqlarını demişlər. Təqsirləndirilən şəxs onlardan aldığı 25000 manat pulu Naxçıvan MR Ali Məhkəməsində konkret kimə verəcəyini deməmiş, xx.xx.2024-cü il tarixdən sonra avqust və sentyabr ayı ərzində Naxçıvan MR Ali Məhkəməsində 4 məhkəmə baxışı olmuş, Təqsirləndirilən şəxs bütün məhkəmə baxışlarında iştirak etmiş, hər prosesdən sonra onlarla görüşərək hər şeyin qaydasında olmasını, yekun qərarın xeyirlərinə çıxacağını, yaxınlarının “qolbaq” taxılmaqla azadlığa buraxılacağını, amma üzərində məhkumluq qalacağını demişdir. xx.xx.2024-cü il tarixdə sonuncu məhkəmə baxışı olmuş, X14 Təqsirləndirilən şəxs apellyasiya şikayətini təmin etməmiş, Şirin və digərlərinin cəzasını dəyişdirmədən saxlamışdır. Bundan sonra məhkəmə binasından çıxıb yol kənarında Babəklə danışmışlar, Babək onlara “sizin işiniz alınmadı, sabah saat 5-ə qədər mənə vaxt verin, pulunuzu geri qaytaracam" demişdir. Babək bu sözləri deyib getmiş, onun Bakı şəhərinə gedəcəyini bildiklərindən o, Ramazan və Lamiyə Babəkin haqqında şikayət etmək qərarına gələrək prokurorluğa müraciət emişlər. Babək onlara demişdir ki, uşaqlar çıxacaq siz sabah maşın bəzəyin gəlin. Onları inandırmışdır. Ona vurulan ziyan ödənilmişdir. Qanuni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclası zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində bildirmişdir ki, yoldaşı Zaur iki iş yoldaşı Şirin və Orucla birgə Azərbaycan Respublikası CM-in 177.3.2-ci maddəsi ilə təqsirli bilinərək Naxçıvan MR Ağır Cinayətlər Məhkəməsinin 11,06.2024-cü il tarixli hökmü ilə 5 il 6 ay azadlıqdan məhrutetmə cəzasına məhkum olunmuş, məhkəmə cəza verəndən sonra Şirinin anası Fatma ona zəng edib yeni bir vəkil tapdıqlarını demiş, xx.xx.2024-cü il tarixdə Fatmagilin Əliabad qəsəbəsindəki evinə getmiş, ora gedəndə Şirinin atası Asabi və digər şəxsləri görmüş, vəkil Təqsirləndirilən şəxslə orada tanış olmuşdur. Təqsirləndirilən şəxs orada Bakı şəhərində yerləşən “Kamandar Nəsibov və partnyorları” vəkil bürosunda vəkil kimi fəaliyyət göstərdiyini deyib üç ailədən ümumilikdə 25000 manat pul istəmiş, qarşılığında apellyasiya məhkəməsi ilə danışıb yaxınlarını qolbaqla azadlığa çıxaracağına söz vermişdir. xx.xx.2024-cü il tarixdə Naxçıvan şəhəri Bulqan kəndində yerləşən “MilliÖn” ödəniş terminalından Təqsirləndirilən şəxs 5239 1517 3530 1445 nömrəli kartına 500 manat, xx.xx.2024-cü il tarixdə 500 manat olmaqla ümumilikdə 1000 manat pul göndərmişdir. xx.xx.2024-cü il tarixdə Naxçıvan şəhər İcra Hakimiyyətinin qarşısında yerləşən “Kafe 357” çay evində o, Asabi, Orucun qardaşı Ramazan Babəklə görüşmüş, Babək alacağı 25.000 manat pul qarşılığında Naxçıvan MR Ali Məhkəməsinə apellyasiya şikayəti verəcəyini, məhkəmə ilə danışıb hakimin onların xeyrinə qərar çıxarmasına nail olacağını, yoldaşıgilə "qolbaq” taxılmaqla azadlıqda olacaqlarını demişdir. Təqsirləndirilən şəxs işində yaxşı vəkil kimi tanıdığına, vəkil olaraq həmişə məhkəmə proseslərində iştirak etdiyindən işə baxacaq hakimi ya da ona yaxın adamını tanımasını fikirləşdiyinə görə, həmçinin onlarla həmişə bu işləri görüb çox rahat şəkildə hakimin yüngül cəza verməsinə nail olduğunu dediyindən Babəkin alacağı pul qarşılığında hakimin yoldaşına yüngül cəza verməsinə nail ola biləcəyinə inanmış, borc-xərc Babəkin istədiyi 8.330 manat pulu toplayıb Naxçıvan şəhər Qaraxanbəyli kəndindəki ərzaq mağazasında yerləşən “MilliÖn” terminalından Təqsirləndirilən şəxs bankomat kartına göndərmiş, bundan sonra vəkillə vatsapla əlaqə saxlamışdır. 2024- cü ilin 05 avqust, 19 avqust, 03 sentyabr və 09 sentyabr tarixlərində Naxçıvan MR Ali Məhkəməsində məhkəmə baxışları olmuş, iş X14un icraatına verilmişdir. xx.xx.2024-cü cü il tarixdə iş üzrə yekun qərar verilmiş, hakim Zaur və digərlərinə verilmiş 5 il 6 ay azadlıqdan məhrumetmə cəzasını qüvvəsində saxlamışdır. Məhkəmə prosesindən çıxandan sonra Babəkdən Zaurun niyə azadlığa buraxılmadığını soruşmuş, Təqsirləndirilən şəxs “burada alınmadı, qərardan kassasiya məhkəməsinə şikayət verəcəm, Bakıda həll edəcəm” demişdir. Ona banka kredit verdiyini, aldığı 8.330 manat pulu qaytarmasını demişdir. Ona vurulan ziyan ödənilsə də 1000 manat müqavilə bağlamaq üçün verdiyi pulun 800 manat hissəsini qaytarmamışdır. Həmin pulu da tələb edir. Şikayətçidir, ədalətli qərar qəbul edilməsini xahiş edir. İbtidai istintaq zamanı dindirilən və məhkəmə istintaqı zamanı ifadəsi elan edilən zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində bildirmişdir ki, qardaşı Oruc Əkbərov 2023-cü ildə iş yoldaşları Şirin və Zaurla birlikdə Naxçıvan şəhərində “Evim AVM” mebel mağazasından oğurluq etmiş, onların barəsində Naxçıvan şəhər Polis İdarəsində cinayət işi başlanmış, iş Naxçıvan MR Ağır Cinayətlər Məhkəməsinə göndərilmiş, məhkəməmim 11,06.2024-cü il tarixli hökmü ilə qardaşı və digər şəxslər 5 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuşlar. Özü həmin ərəfədə Gürcüstan Respublikasından Naxçıvan şəhərinə qayıtmış, atası İlqar ona başqa vəkil tapdıqlarını, həmin vəkilin apellyasiya məhkəməsinə şikayət yazacağını demişdir. xx.xx.2024-cü il tarixdə Naxçıvan şəhər Avtovağzalında çayçıda özü, atası, Asabi (Şirinin atası) və Abbas (Zaurun qardaşı) Təqsirləndirilən şəxs adlı vəkillə görüşmüşdür. Təqsirləndirilən şəxs onlara kömək edəcəyini, qardaşını və digərlərini azadlığa çıxaracağını deyərək müqavilə bağlamaq üçün 500 manat, 500 manat isə yol xərclərinə görə ümumilikdə 1.000 manat pul istəmişdir. Bundan sonra Babəklə sağollaşmış, evinə gedərək kart vasitəsiylə Təqsirləndirilən şəxs 1.000 manat pul göndərmişdir. Təqsirləndirilən şəxs Naxçıvanlı olsa da Bakı şəhərinə yaşayır, işlə bağlı Naxçıvana gəlib qayıdır, onun 077 *** ** ** və 051 *** ** ** nömrələri ilə danışıb işin vəziyyətini maraqlanmışdır. Təqsirləndirilən şəxs ona və digər ailələrə işin Naxçıvan MR Ağır Cinayətlər Məhkəməsinin hökmündən Naxçıvan MR Ali Məhkəməsinə apellyasiya şikayəti verəcəyini, hakimin onların yaxınlarına yüngül cəza verməsinə nail olacağını, Oruc, Şirin və Zauru qolbaq taxmaq şərti ilə azadlığa buraxdıracağını demişdir. Təqsirləndirilən şəxs ilkin 1.000 manat aldıqdan sonra apellyasiya şikayəti vermiş, bir müddət keçdikdən sonra zəng vuraraq işin həll olunması üçün ona ümumilikdə 25.000 manat pul verilməsini istəmiş, bundan sonra Ali məhkəmədən hakimlə danışıb qardaşıgilə yüngül cəza verdirəcəyini demişdir. Atası, anası və ailələrlə danışmış, hər ailənin payına 8335 manat pul düşmüşdür. Hamılıqla ümumilikdə 25.000 manat pulu Təqsirləndirilən şəxs vermək qərarına gəlmişlər. Təqsirləndirilən şəxs onlarla bu söhbətləri yaratdığı “Məhkəmə işi" adlı vatsap qrupunda danışırmış, həmin qrupda o, Asabi. Zaurun yoldaşı Lamıyə, Zaurun qardaşı Abbas və Orxan adlı şəxs olmuşdur. xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs Naxçıvan şəhərinə gəlmiş, xx.xx.2024-cü ildə Naxçıvan şəhərində “KAFE 357” adlı çay evində o, Şirin və Zaurun ailə üzvləri Təqsirləndirilən şəxslə görüşmüşdür. Orada Təqsirləndirilən şəxs onlara yenə də telefonla danışdığı kimi ona 25.000 manat pul verəcəklərini, həmin pulun qarşılığında onun da Orucu, Şirini və Zauru qolbaq taxmaq şərti ilə azadlığa buraxdıracağını demişdir. Həmin vaxt Asabi yanında nağd pul gətirdiyindən Təqsirləndirilən şəxs 4835 manat pul vermişdir. ÖZü isə Təqsirləndirilən şəxs payına düşən pulu onun kartına göndərəcəyini bildirmişdir. Bundan sonra oradan getmiş, qardaşının maşınını 4000 manata satdığından qalan pulu qohumlarından borc almış, xx.xx.2024-cü il tarixində Naxçıvan şəhərində Cahan Ticarət Mərkəzinin qarşısında yerləşən “MilliÖn” ödəniş terminalından Təqsirləndirilən şəxs bankomat kartına 4335 manat və 4.000 manat olmaqla iki dəfəyə ümumilikdə 8335 manat pul göndərmişdir. Bundan sonra Naxçıvan MR Ali Məhkəməsində 4 məhkəmə prosesi olmuş, iş X14un icraatında olmuş. 2024-cü ilin 05 avqust, 19 avqust, 03 sentyabr və 09 sentyabr tarixlərində məhkəmə prosesləri olmuş, hər proses ərəfəsində Təqsirləndirilən şəxs iş barədə soruşmuş, Təqsirləndirilən şəxs hər şeyi həll etdiyini, danışıqlar apardığını, hakimin yüngül cəza təyin edəcəyini demişdir. xx.xx.2024-cü il tarixdə Ali Məhkəmədə apellyasiya şikayəti üzrə sonuncu proses olmuş, hakim Oruc, Şirin və Zaurun cəzalarını olduğu kimi saxlamışdır. Bundan sonra Təqsirləndirilən şəxs verdikləri pulları qaytarmasını istəmiş, Təqsirləndirilən şəxs isə aldığı 25000 manat pulu qaytarmaq üçün vaxt istəsə də, pulu vermədiyini görüb şikayət etmişlər. Təqsirləndirilən şəxs əvvəllər də belə işləri həll etdiyi, bir beçə nəfərə həbslə bağlı olmayan cəza təyin etdirdiyini, Naxçıvan MR Ali Məhkəməsinin hakiminin qərarına təsir etmək imkanı olduğunu, qardaşı Orucun azadlığa çıxması üçün yüngül cəza təyin etdirəcəyini dediyindən ona 8335 manat pul vermiş, Babək konkret olaraq pulu kiməsə verəcəyini deməmişdir. Təqsirləndirilən şəxs vəkil olduğundan, Bakı şəhərindən gəldiyinə görə əhəmiyyətli şəxs olmasını düşünüb hakimləri tanımasını, onlarla münasibəti olmasını nəzərə alıb onun qardaşıgilə yüngül cəza təyin etdirə biləcəyinə inanaraq Babəkə pul vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində bildirmişdir ki, Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirləndirildiyi cinayət işi 2023-cü ilin fevral ayı Naxçıvan şəhər Məhkəməsinə göndərilmiş, istintaq dövrü müdafiəçisi vəkil Vüsal Həsənov olmuşdur. Ümumilikdə 5 məhkəmə prosesi olmuş, 3-cü prosesdən sonra Aytən adlı tanışı vasitəsiylə vəkil Təqsirləndirilən şəxslə telefonla danışmış, Babək ona müqavilə bağlamaq üçün 500 manat pul ödəyəcəyini, bundan sonra order götürüb Naxçıvana gələcəyini demiş, onunla razılaşmışdır. Babək vatsap vasitəsiylə Leobanka aid kartın nömrəsini göndərmiş, “MilliÖn” terminalı ilə onun kartına 510 manat pul göndərmiş, 4-cü məhkəmə prosesində Təqsirləndirilən şəxs Naxçıvana gəlmişdir. Təqsirləndirilən şəxs 5-ci məhkəmə prosesində ona azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza verilməsinə nail olmuşdur. Müqavilə haqqından əlavə Babəkə yol xərclərinə görə 200 manat pul vermiş, məhkəmə prosesi qurtardıqdan da sonra 2-3 dəfə Təqsirləndirilən şəxslə görüşüb yemək yemiş, beləliklə yaxın münasibətləri yaranmışdır. Babək həmin vaxtdan sonra Naxçıvan şəhərinə nə vaxt gəlsə ona zəng vurmuş, maşını ilə Babəki Naxçıvan şəhərində dediyi yerlərə aparmış, o, da haqqını ödəmişdir. Daha sonra dostunun Ordubad Rayon Məhkəməsində Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə cinayət işi olmuş, Babək müəllimlə dostunu tanış etmiş və Təqsirləndirilən şəxs onu müdafiə etmişdir. Həmin məhkəmədə dostuna onun kimi azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəza təyin edilmişdir. Təkcə taksi sürməklə dolana bilmədiyindən 2024-cü ilin iyun ayının əvvəli iş axtarmış, Orxan adlı şəxsin evlərə internet xətti çəkdiyini, işçi axtardığını öyrənmiş, xx.xx.2024-cü il tarixdə saat 23 radələrində Orxanla şəhərdə “FAB” mağazasının yanında görüşmüş. 2 il mantyor işlədiyini bildirmiş, Orxan ertəsi gündən işə başlamışım demişdir. xx.xx.2024-cü il tarixdə Orxanın yanında işə başlamış, Billur şadlıq evi tərəfdə küçədə yerləşən evə internet xətti çəkərkən saat 16 radələrində Orxan oraya gəlmiş, onun telefonla danışdığı adamla söhbətindən əvvəl işçisi olmuş Şirinin həbs olunduğunu, onu azadlığa çıxartmaq üçün vəkil axtardıqlarını eşitmişdir. Orxana Babək adlı tanıdığı vəkil olduğunu, Bakı şəhərində işlədiyini, axırıncı dəfə tanışı Rasim adlı şəxsin vəkil olub məhkəmədən ona yüngül cəza verilməsinə nail olduğunu, Rasimin hazırda azadlıqda olmasını demişdir. Orxan Babəkin nömrəsini istəmiş, ona nömrəni demiş, Orxan zəng vurub Babəklə danışmış, Babək 1-2 günə Naxçıvan şəhərinə gələcəyini demişdir. Orxanın yanında 2 gün işləmiş, ondan başqa heç kim xətt olan dirəklərə çıxa bilməmiş, bu səbəbdən çox yorulduğundan işdən çıxmışdır. xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs Naxçıvan şəhərinə gəlmiş, onu hava limanından götürüb Şərur rayonu Oğuz kəndinə, atasıgilə aparmışdır. xx.xx.2024-cü il tarixdə Babək səhər vaxtı ona zəng vurub Naxçıvan şəhər avtovağzalına gəlməsini demiş, oraya getmişdir. Həmin vaxt Babək Avtovağzal otelinin çayçısında Asabi, İlqar və Abbas adlı adamlarla söhbət etmişdir. Onların yanında əyləşmiş, Babək onlara məhkəmə ilə danışıb həll edəcəyini, aldığı pul qarşılığında yaxınlarını azadlığa çıxaracağını demişdir. Bundan sonra Babəklə oradan çıxmış, şəhərdə bir neçə yerə getdikdən sonra Babəki hava limanına aparmışdır. Sonrakı müddətdə hər dəfə Naxçıvan şəhərinə gələndə Babəki Asabigilin yaxınlarının məhkəmə proseslərinə mən aparmış, xx.xx.2024-cü il tarixdə Naxçıvan MR Ali Məhkəməsində növbəti məhkəmə prosesi olmuş, günorta Babəki məhkəmədən götürüb “Toğrul” restoranına aparmış, 5 nömrəli kabinetdə oturmuşlar. Babəklə çay içərkən Orxandan ona zəng gəlmiş, o, Babəkin zənglərə cavab vermədiyi deyib harada olduğunu soruşmuş, ona “Toğrul” restoranında olduqlarını demişdir. Orxan gələnə qədər ona evindən zəng gəlmiş, işini həll edib qayıdacağını deyərək Babəkin yanından getmiş, həyətdə Orxanın bir nəfərlə gəldiyini görmüş, təxminən 2 saat sonra Babəkin yanına qayıtmış, Orxanın nə dediyini soruşmuş, Babək Asabigilin məhkəməsini soruşduqlarını, bir problem olmadığını demişdir. Bir az Babəklə oturandan sonra onu Avtovağzala aparmış, Babək rayon taksisi ilə kəndinə getmişdir. xx.xx.2024-cü il tarixdə Naxçıvan MR Ali Məhkəməsində Asabigilin yaxınlarının son məhkəmə prosesi olmuş, məhkəmə onların aldığı cəzanı dəyişdirmədən saxlamış, Babək məhkəmədən çıxandan sonra yol kənarında onunla danışmış, Babək verdiyi şikayətin təmin olunmadığını, kassasiya şikayəti verəcəyini demişdir. Həmin vaxt Asabigil onun yanına gəlmiş, pullarını qaytarmasını istəmiş, Babək onlara sabah hamısının pulunu verəcəyini demiş, bundan sonra Babəki “Böyük bağ” adlanan yerə aparmış, Asabigil də oraya gəlmiş, Babək onlara narahat olmamalarını, ertəsi gün pullarını qaytaracağını demişdir. Asabigil gedəndən sonra Babəklə gedib yemək yemiş, saat 23 radələrində Babəki hava limanına aparmış, o, bilet ala bilməmiş, polis əməkdaşı ona səhəri gün prokurorluğa getməsini demiş, Babəki oradan “Elsever” restoranına aparmışdır. İbtidai istintaq zamanı dindirilmiş, ifadəsi məhkəmə istintaqı zamanı elan edilmiş şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, qardaşı Zaur İsmayılov və iş yoldaşları Şirin, Oruc barəsində 11,06.2024-cü il tarixdə Naxçıvan MR Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 5 il 6 ay azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, bundan sonra Zaurun yoldaşı Lamiyə ona Şirin və Orucun ailə üzvləri iə danışıb hamılıqla məhkəmə hökmündən apellyasiya şikayəti vermək qərarına gəlmələrini demişdir. xx.xx.2024-cü il tarixdə axşam vaxtı Lamiyə ona zəng vurub Bakı şəhərindən bır vəkilin gələcəyini, sabah avtovağzalda görüş olacağından oraya getməsini istəmiş, bundan sonra Şirinin atası Asabi zəng edib görüşün saat 11-12 arası avtovağzalda olacağını bildirmişdir. xx.xx.2024-cü ildə saat 11 radələrində Naxçıvan şəhər avtovağzalına getmiş, oradakı otelin çayçısında Asabi, Orucun atası İlqar, qardaşı Ramazanla görüşüb vəkil Təqsirləndirilən şəxslə tanış olmuşdur. Təqsirləndirilən şəxs “qardaşımın işinə görə çox maraqlanmışam, mənə deyilib ki, onun maddəsi ağırdır, ona ən aşağı həddə cəza verilib, bundan yüngül cəza verilməsi çətin məsələdir” demiş, Babək isə "həll olunmayan heç nə yoxdur, əlavə ekspertiza təyin etdirəcəm, cəzanın endirilməsinə və qardaşına azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza verilməsinə nail olacam” cavabını vermişdir. Babək hər ailədən müqavilə bağlamaq üçün 500 manat, yol xərclərinə görə 500 manat pul alacağını, məhkəmənin sonuna yaxın isə yüngül cəza verilməsi qarşılığında ona nə qədər pul verəcəklərini deyəcəyini, istədiyi məbləğdə pulu hamının adından bir nəfərin ona verəcəyini bildirmişdir. Babəkdən qardaşıgilə yüngül cəza verilməsi üçün təxminən nə qədər pul istəyəcəyini soruşmuş, o, bunu indidən deyə bilməyəcəyini bildirmişdir. Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə 50.000 manat pul ödənilməsini, zərərçəkmiş şəxsin şikayətinin olmamasını, buna baxmayaraq məhkəmənin qardaşı və digər 2 nəfərə azadlıqdan məhrumetmə cəzası verməsini demiş, Təqsirləndirilən şəxs isə bu işi boynuna götürdüyünü bildirmişdir. Üzərində pul olmadığından Babəkə istədiyi 1.000 manat pulu necə verəcəyini soruşmuş, Babək onun 050 *** ** ** nömrəsini telefonuna qeyd edərək bankomat kartının şəklini göndərəcəyini demiş, bundan sonra sağollaşmışlar. Maraqlanıb Babəkin Vəkillər Kollegiyasının üzvü olmasını dəqiqləşdirdikdən sonra Lamiyə ilə danışıb vəkil Babəkin ilkin 1.000 manat pul istəməsini demiş, bundan sonra Lamiyə “MilliÖn” terminalı vasitəsiylə Babəkin bankomat kartına 1.000 manat pul göndərmişdir. Təqsirləndirilən şəxs 3 ailə ilə də razılaşdıqdan sonra whatsapp proqramında “Məhkəmə işi” adında qrup yaratmış, onu, Asabi, Ramazan, Lamiyə və Orxanı həmin qrupa əlavə etmiş, Orxanı əvvəldən Nəqşicahan restoranında işləyidi vaxtdan tanımışdır. Təqsirləndirilən şəxs Asabi, Ramazan və Lamiyə ilə müqavilə bağlayandan sonra Naxçıvan MR Ali Məhkəməsinə apellyasiya şikayəti yazıb göndərmiş, 2024-cü ilin iyun ayının sonuna yaxın Asabi ona zəng vurub Naxçıvan şəhərində icra hakimiyyətinin qarşısındakı “Kafe 357” adlı yerdə Babəklə görüşəcəklərini demiş, işdən çıxa bilmədiyinə görə Lamiyəyə zəng vurub oraya getməsini demişdir. Lamiyənin tez-tez Babəkə zəng vurması xoşuna gəlmədiyindən Babəkin yaratdığı qrupda olan səs yazılarını, mesajları oxumamışdır. Lamiyə “Kafe 357” adlı çay evində Babəklə görüşəndən sonra onunla danışmış, Babəkin 3 ailədən birlikdə 25.000 manat pul istəməsini, pulu aldıqdan sonra məhkəmənin Zaur, Şirin və Oruca daha yüngül cəza verməsinə nail olacağını demiş, Lamiyəyə iş həll olunandan sonra Babəkin dediyi pulu verməsini bildirmişdir. Lamiyə hamının Babəkin istədiyi pulu verdiyini, təkcə özünün qaldığını demiş və “MilliÖn” vasitəsi ilə Babəkin bankomat kartına 8.330 manat pul göndərmişdir. Apellyasiya şikayəti veriləndən sonra Naxçıvan MR Ali Məhkəməsində 4 proses olmuş, işə X14 baxmış, birinci məhkəmə prosesindən çıxandan sonra Təqsirləndirilən şəxs haqqında əlavə maraqlanmış, onun pul alıb bəzi vətəndaşları aldatdığını, sonra pullarını qaytardığını öyrənmiş, ancaq Babəkə bu barədə heç nə deməmiş, növbəti məhkəmə proseslərini gözləmişdir. 2-ci məhkəmə prosesindən sonra Babəkə nə qədər zəng etsə də ona cavab verməmiş, buna görə Orxana zəng edib Babəkin onun zənglərinə cavab vermədiyini bildirmiş, X13 şəhərində taksi kimi istifadə etdiyi Rəşadətin telefonuna zəng edib Babəkin “Toğrul” restoranında olmasını öyənmiş, Orxanla oraya gedib Babəklə görüşmüş, ona haqqında yaxşı sözlər eşitmədiyini, vətəndaşları aldatmasını demişdir. Babək belə şey olmadığını bildirdikdə, ona “məhkəmədə kiminlə iş görürsən sən bilirsən, get həmin adamla bir də danış, bu işi həll edə bilmirsənsə hamının pulunu qaytar” demiş. Babək narahat olmamasını, hər şeyin yaxşı olacağını demişdir. Onunla sağollaşıb oradan getmiş, xx.xx.2024-cü il tarixdə növbəti məhkəmə prosesi olmuş, Təqsirləndirilən şəxs məhkəmədən əlavə vaxt istəmiş, ümumiyyətlə prosesdə olarkən nə vaxt fasilə elan olunsa Babək zaldan çıxmış, 10-15 dəqiqə sonra geri gəlmiş, təngənəfəs halda məhkəmə ilə danışdığını, hər şeyin yolunda olduğunu, Zaurgilə yüngül cəza veriləcəyini bildirmişdir. 3cü məhkəmə prosesində çıxandan sonra məhkəmə binasından kənarlaşıb yolun kənarında Babəklə söhbət etmiş, Babəkdən məhkəmədən niyə vaxt istəməsinin, bu işin bu qədər uzanmasının səbəbini soruşmuş, Babək də ona bilmədiyi məsəllələr olduğunu, bir səhvin hər şeyi məhv edə biləcəyini demişdir. Babəkə hakim Əsgər müəllimlə görüşüb iş haqqında danışmağa gedəcəyini demiş, Babək də ona gözləməsini, iş gördüyü adamla danışıb getməsi və ya gözləməsi barədə ona xəbər edəcəyini demişdir. Bundan sonra Babək Park AVM tərəfdəki çay evinə gedib onu gözləməsini dediyindən oraya gedib Asabi və Orxanla Babəkin gəlməsini gözləmiş, Təqsirləndirilən şəxs oraya gəlib məsələni həll etdiyini, uşaqları çölə çıxaracağını demişdir. 06 sentyabr 2024-cü il tarixdə axşam vaxtı Babəkə zəng vurub “sən dedin iş gördüyüm adamla danışıb xəbər edəcəm, ancaq səndən xəbər çıxmadı, sabah gedəcəm Əsgər müəllimin yanına” demiş, Babək də "sən Əsgər müəllimin yanına get, nə öyrənsən mənə də xəbər et” cavabını vermişdir. 07 sentyabr 2024-cü il tarixdə şənbə günü saat 14 radələrində Naxçıvan MR Ali Məhkəməsinə getmiş, növbətçi hissədə olan polis ona Əsgər müəllim işdə olmamasını bildirmişdir. Babəkə zəng edib Əsgər müəllim işdə olmadığını, olmasa evinin adresini öyrənib evinə gedəcəyini demiş, Babək də “necə istəyirsən, get görüş” deyə bildirmişdir. 07 sentyabr 2024-cü il tarixdə saat 17 radələrində Naxçıvan MR Ali məhkəməsinin hakimi Səxavət müəllim mənə zəng vurub tədbirləri olduğunu, restoranda 5 oktyabr tarixinə yer olub-olmadığını soruşmuş, həmin tarixin dolu olduğunu bildirmişdir. Həmin gün saat 21 radələrində Səxavət müəllimə zəng vurub qardaşının işinin Əsgər müəllimdə olmasını, vəkilləri Babəkin 3 ailədən birlikdə 25.000 manat pul aldığını, qarşılığında məhkəmənin qardaşı və 2 nəfərə yüngül cəza verəcəyini deyib vəziyyəti Əsgər müəllimə izah etməsini xahiş etmişdir. Səxavət müəllim sabah səhər Əsgər müəllimlə danışım xəbər edəcəyini bildirmiş, ancaq sonra zəng vurmamışdır. 09 sentyabr 2024-cü il tarixdə saat 10 radələrində Səxavət müəllimə Watsappdan yazıb Əsgər müəllimlə danışıb-danışmadığını soruşmuş, həmin gün Zaurgilin 4-cü məhkəmə prosesi olmuş, təxminən 30 dəqiqə sonra tanımadığı 050 *** ** ** nömrəsindən ona zəng gəlmişdir. Zəngi açdıqda danışan şəxs Əsgər müəllim olduğunu deyib "Babək sizi aldadıb, qardaşıngilin maddəsi ağır maddədir, onlara artıq ən yüngül cəza təyin edilib, kimə pul vermisiz pulunuzu alın, ailələr yazıqdır” deyə bildirmişdir. Əsgər müəllimlə sağollaşıb Babəkə zəng vurmuş, o, telefona cavab verməmişdir. xx.xx.2024-cü il tarixdə restoranda toy olduğundan gətirilən malları qəbul etməli olduğuna görə Zaurgilin məhkəmə prosesinə getməmiş, Əsgər Novruzovla danışdıqdan təxminən 3 saat sonra Babək ona zəng edib Zaurgilin cəzasının qüvvəsində qaldığını, hamının pulunu qaytaracağını deyib sağollaşmış, Təqsirləndirilən şəxs heç vaxt ad çəkməmiş, ümumi danışaraq aldığı 25.000 manat pulun qarşılığında məhkəmə ilə danışıb hər şeyi həll etdiyini, qardaşıgilə yüngül cəza veriləcəyini bildirmiş, kiminlə iş görməsi, kiməsə pul verməsi barədə heç nə deməmiş, Naxçıvan Muxtar Respublikası ərazisində məhkəmə sistemində tanışının az olduğunu, əsasən Bakı şəhərində məhkəmə sistemində çox tanışı olduğunu, kassasiya şikayəti verib işi Bakı şəhərində həll edəcəyini demişdir. İbtidai istintaq zamanı dindirilən ifadəsi məhkəmə istintaqı zamanı elan edilən şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, 2010-2016-cı illərdə Naxçıvan Muxtar Respublikası ərazisində tikilən obyektlərin elektrik işlərini görmüş, xx.xx.2024-cü il tarixdə Naxçıvan şəhərində yerləşən Araznet MMC ilə razılığa gələrək məhəllələrdə internet xəttlərinin çəkilişini həyata keçirmişdir. xx.xx.2024-cü il tarixdə X3 iş üçün ona müraciət etmiş, həmin gün Şirini işə götürmüş, onunla Araznet MMC-yə müraciət edən çəxslərin evinə internet xətti çəkməyə başlamışdır. İş prosesində Şirin ona əvvəl işlədiyi “Evim AVM” mebel mağazasından oğurluq etdiyinə görə barəsində cinayət işi başlandığını, işin hazırda Naxçıvan MR Ağır Cinayətlər Məhkəməsində olduğunu demiş, inanması üçün vatsap proqramı ilə məhkəmə işinə aid sənədləri ona göndərmişdir. Şirinin Mercedes 190 markalı maşını olmuş, internet xətti çəkmək üçün lazım olan optik kabel və modernləri onun maşınına yükləmiş, 7-10 iyun 2024-cü il tarixlərində Şirin bütün günü işləmişdir. xx.xx.2024-cü il tarixdə gecə saat 23 radələrinədək Şirin işləmi, xx.xx.2024-cü il tarixdə məhkəmə prosesi olacağını, buna görə işə gəlməyəcəyini demişdir. xx.xx.2024-cü il tarixdə saat 13-14 radələrində Şirin onun mobil nömrəsinə zəng vurub “gəlin maşından materialları götürün, deyəsən məni tuturlar” demiş, buna görə Naxçıvan MR Ağır Cinayətlər Məhkəməsinə getmiş, həyətdə Şirinlə görüşmüş, onun maşınından özünə aid materialları götürüb getmişdir. xx.xx.2024-cü il tarixdə saat 18 radələrində işçisi Əli zəng vurub kabeli divara bərkitmək üçün istifadə olunan “skop” lazım olmasını demiş, onun yanına getmiş, Əlidən Şirinin həbs olunduğunu öyrənmiş, iş qurtardıqdan sonra Şirinin Əliabad qəsəbəsindəki evinə getmiş, Şirinin atası Asabi kişi ilə danışmış, Şirinin 5 il 6 ay həbs olunduğunu öyrənmişdir. xx.xx.2024-cü il tarixdə saat 21 radələrində 060 *** ** ** nömrəsindən ona zəng gəlmiş, adının Rəşadət olduğunu, iş axtardığını demiş, Rəşadətə “FAB” adlı mağazanın qarşısına gəlməsini deyib oraya getmiş, Rəşadət gəldikdən sonra onunla danışıb razılaşmışdır. xx.xx.2024-cü il tarixdə Rəşadət saat 09 radələrində işə başlamış, Billur şadlıq evi tərəfdə küçədə xətt çəkərkən təxminən saat 16 radələrində ona zəng vurub işləyə bilmədiyini, getmək istədiyini demiş, ona gözləməsini, yanına gələcəyini demişdir. Rəşadətin yanına gəlmiş, Şirinə kömək etmək üçün dost-tanışa məsləhət bildikləri vəkil tapmalarını dediyindən həmin ərəfədə ona zəng gəlmiş, Rəşadətin yanında telefonla bu mövzuda danışmışdır. Bundan sonra Rəşadət ona barəsində Naxçıvan şəhər Məhkəməsində cinayət işi olduğunu, Babək adında Bakılı vəkil ilə müqavilə bağladığını, Babəkin onun işini həll etdiyini, Babəkə görə həbs olunmadığını, yaxın günlərdə Babəkin Naxçıvana gələcəyini demiş, Rəşadətdən vəkil Babəkin 077 *** ** ** mobil nömrəsini almışdır. Həmin nömrəyə zəng vurub Şirinin məhkəmə işi haqqında Babəkə danışmış, Babək işə aid sənədlər istəmiş, Şirinin ona göndərdiyi sənədləri Babəkə göndərmiş, Babəkdən isə vəkil olmasını təsdiq edən sənəd göndərməsini istəmiş, Babək ona şəxsiyyət vəsiqəsinin və vəkil vəsiqəsinin şəklini göndərərək Naxçıvana gələcəyini, gələndən sonra görüşə biləcəyini demişdir. Şirinlə bərabər həbs olunan Zaurun qardaşı Abbas ilə əvvəldən tanış olmuş, Babəklə sağollaşandan sonra Asabiyə zəng vurub Babək adlı Bakılı vəkil olduğunu, Naxçıvana gələcəyini, istəyirlərsə zəng vurub görüşmələrini demişdir. xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs ona zəng vurub Naxçıvan şəhərində olmasını demiş, onunla sağollaşıb Asabiyə “Bakılı vəkilin gəldiyini demiş, həmin gün saat 17 radələrində Asabiyə zəng vurub vəkillə görüşüb-görüşmədiyini soruşmuş, o, görüşdüklərini, hazırda həyətdə olduqlarını, istəyirsə oraya gəlməsini demişdir. Asabigilə getmiş, orada Təqsirləndirilən şəxslə tanış olmuş, Babək Şiringilin işi ilə tanış olduğunu, işi boynuna götürdüyünü, onların cəzasının dəyişdirilib azadlığa buraxılmasını təmin edəcəyini, onlara “qolbaq” vurulucağını, ya da tam azad şəkildə azadlıqda olacaqlarını, ilkin müqavilə bağlanmalı olmasını, məhkəməyə order verəcəyini, bundan sonra Şiringilin azadlığa çıxması üçün veriləcək pulun məbləğini deyəcəyini, məhkəmə müşavirəyə çıxan gün pulu onlardan alıb Şiringili azadlığa çıxaracağını demişdir. X18 razılaşmış, bundan sonra oradan getmişdir. xx.xx.2024-cü il tarixdə saat 20 radələrində zəng vurub Asabidən işin nə yerdə olmasını soruşmuş, Asabi onu evinə dəvət etmiş, oraya gedəndə digər təqsirləndirilən şəxslər Zaur və Orucun ailə üzvlərinin də həyətdə olmasını görmüş. Asabi ona Təqsirləndirilən şəxslə razılaşdıqlarını, onun müqavilə bağlamaq və yol xərclərinə görə 1.000 manat pul istəməsini demişdir. Bundan sonra xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs “Məhkəmə işi” adlı vatsap qrupu yaratmış, onu, Asabini və digərlərini həmin qrupa daxil etmiş, xx.xx.2024-cü il tarixdə qrupa qəbz şəkli atılmış, həmin qəbzə baxıb Asabinın Təqsirləndirilən şəxs bankomat kartına 3.500 manat pul göndərməsini görmüş, Asabiyə zəng vurub nəyə görə Babəkə pul göndərməsini soruşmuş, Asabi Babəkin ilkin 3.500 manat pul istədiyini, Şiringilin işinin həll olunması üçün məcbur onun dediyi pulu göndərdiyini demişdir. Sonrakı prosesdə bir iki dəfə Təqsirləndirilən şəxs işin nə yerdə olmasını soruşmuş, başqa heç bir məsələyə qarışmamışdır. Vatsap yazışmalarında Babək Asabi və digər iki ailəyə məhkəmə və prokurorluq ilə danışdığını, Şirin, Zaur və Oruca azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza təyin olunmasına nail olacağını, bunun qarşılığında 25 manat pul alacağını bildirmişdir. 27.06. 2024-cü il tarixdə Babək Asabi və digər iki ailədən birlikdə 25.000 manat pul almışdır. Bundan sonra avqust ayı Naxçıvan MR Ali məhkəməsində Şiringilin məhkəməsi olmuş, Babək hamıya “bu son məhkəmə baxışıdır, uşaqlar azadlığa çıxacaq” demiş, bu səbəbdən prosesdən sonra Şirin azadlığa çıxanda onunla görüşmək üçün Naxçıvan MR Ali Məhkəməsinin qarşısına gəlmiş, proses qurtardıqdan sonra hamı ağlaya-ağlaya çölə çıxmış, Asabidən nə olmasını soruşmuş, o, məhkəmə proseslərinin hələ davam edəcəyini bildirmişdir. Bundan sonra Asabi ilə “Park AVM" tərəfdəki çay evinə getmiş. Abbas və Təqsirləndirilən şəxs bir azdan oraya gəlmiş, Babək narahat olmamalarını, zərərçəkmişin nümayəndəsinin gəldiyini, məlumatı olmadığına görə işlə tanış olacağını, namusuna, şərəfinə and olsun bu məsələ bitdiyini demişdir. Bundan bir neçə gün sonra Abbas ona zəng vurub bu işdə nəsə problem olmasını demiş, ondan niyə Babəklə danışmadığını soruşmuş, Abbas zəng vururam Babək telefonumu açmır, vaxtın varsa “Naxçıvan Palace'dayam, gəl bura görüşək cavabını vermişdir. Oraya getmiş, Babəkin mobil nömrəsinə zəng vurmuş, o, zəngə cavab verməmiş, Təqsirləndirilən şəxs Naxçıvanda olarkən Rəşadət adlı şəxsin maşını ilə gəzdiyindən Rəşadətin nömrəsinə zəng vurmuş, Rəşadət Babəklə birlikdə "Toğrul’' restoranında olduğunu demişdir. Abbasla oraya gedib 5-ci kabinetdə Babəklə görüşmüş, həmin vaxt Babək telefonla Zaurun yoldaşı Lamiyə ilə danışaraq ona narahat olmamasını, hər şeyin həll olunduğunu bildirmişdir. Abbas Babəkə “mənə müəyyən yerlərdən deyilib ki, ödənişlə bağlı çatışmazlıq var” demiş, Babək isə heç kimlə heç bir problem olmadığını, məsələnin həll olunduğunu bildirmişdir. Babəkə əgər bu iş onluq deyilsə, alınmırsa hamının pulunu qaytarmasını demiş, Babək hər şeyin həll olunduğunu bildirmişdir. Bundan sonra Babəkin yanından getmişlər, xx.xx.2024-cü il tarixdə Şiringilin son məhkəmə prosesi olmuş, məhkəmə onların aldığı cəzanı dəyişdirmədən saxlamışdır. Cinayət işinin materiallarında olan: xx.xx.2024-cü il tarixli Zərərçəkmiş şəxs3 tərəfindən ‘‘təqdim edilmiş qəbzlərə baxış keçirilməsi haqqında" protokolda göstərilmişdir ki, "xxxx" MMC tərəfindən MilliÖn elektron ödəmə sistemi vasitəsilə Ad, soyad və ata adı R***** b***** v***** oğlu olan şəxsin “Kapital Bank'a məxsus 523915******1445 nömrəli kartına xx.xx.2024-cü il tarixdə saat 19:09-da Naxçıvan şəhəri Babək məhəlləsi ev 2 Megastore mağazasında yerləşən terminaldan 500 AZN, xx.xx.2024-cü tarixdə saat 19:30-da Naxçıvan şəhəri Bulqan kəndi ərzaq mağazasında yerləşən terminaldan 500 AZN, xx.xx.2024-cü ildə saat 13:53-də Naxçıvan şəhəri Qaraxanbəy kəndi ərzaq mağazasında yerləşən terminaldan 5.000 AZN və həmin gün saat 13:57-də 3.330 AZN pul göndərilmişdir. xx.xx.2024-cü il tarixli Zərərçəkmiş şəxs2 tərəfindən “təqdim edilmiş qəbzlərə baxış keçirilməsi haqqında” protokolda göstərilmişdir ki, "xxxx" MMC tərəfindən MilliÖn elektron ödəmə sistemi vasitəsilə Ad, soyad və ata adı R***** b***** v***** oğlu olan şəxsin "xxxx"a məxsus 523915******1445 nömrəli kartına xx.xx.2024-cü il tarixdə saat 14:20-də MilliÖn sisteminin Naxçıvan şəhəri Ə.Əliyev küçəsi 20 Cahan Ticarətdə yerləşən terminalından 4.335 manat və həmin gün saat 16:50-də Naxçıvan şəhəri Ə.Əliyev küçəsi 20 Cahan Ticarətdə yerləşən terminalından 4.000 manat pul göndərilmişdir. Naxçıvan MR Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1-1(109)-15/2024 nömrəli hökmünə əsasən, X1, X3 və X12 AR CM-in 177.3.2-ci maddəsi ilə təqsirli bilinib 5 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Naxçıvan MR Ali Məhkəməsinin Cinayət kollegiyasının xx.xx.2024-cü il tarixli, 1-1(108)- 46/2024 nömrəli qərarına əsasən, X1, X3 və X5 AR CM-in 177.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Naxçıvan MR Ağır Cinayətlər Məhkəməsinin 11,06.2024-cü il tarixli, 1(109)-15/2024 nömrəli hökmündən təqsirləndirilən şəxslərin müdafiəçisi Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməmişdir. Naxçıvan MR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 1153 saylı ekspert rəyindən görünür ki, təqdim edilmiş sensor ekran, “Android 12” əməliyyat sistemi ilə təhciz olunmuş “Xiaomi 11T” markalı, “21081111RG” modelli, "**********43324, **********43332” imei kodlu mobil smartfon işlək vəziyyətdə olub, istifadəyə yararlıdır. Mobil smartfonun yaddaşında (kontaklar, “Zəng tarixçəsi”, “SMS” mesajlar, "Tik-Tok”, “İnstagram", "Whatsapp”, ‘Whatsapp Business” proqram təminatları vasitəsilə aparılmış məlumat mübadilələri, internetdən istifadə keçmişinə dair məlumatlar, multimedia (audio, foto, video) fayllar və s.) mövcud olan və əldə edilməsi mümkün olan silinmiş məlumatlar müəyyən olunmuş və rəyə əlavə olunmuş xarici yaddaş qurğusuna köçürülmüşdür. Həmçinin mobil smartfonun daxilindəki, üzərində "********************” rəqəmləri və “a Azercell' yazısı olan “SİM" danışıq kartının yaddaşında, üzərində “**********726663168” rəqəmləri və "nar” yazısı olan "SİM” danışıq kartının yaddaşında məlumatlar müəyyən olunmuş və rəyə əlavə olunmuş xarici yaddaş qurğusuna köçürülmüşdür. Naxçıvan MR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzindən göndərilmiş xx.xx.2024-cü cü il tarixli, 316-33-3/2-1153/2024 nömrəli məhtuba əlavə edilmiş ekspertiza xərclərinə dair bildirişdə aparılmış tədqiqatın dəyərinin 80 (səksən) manat olduğu göstərilmişdir. xx.xx.2024-cü cü il tarixli “Diskə baxış keçirilməsi” haqqında protokoldan görünür ki, xx.xx.2024-cü il tarixli, 1153 saylı məhkəmə-kompüter texniki ekspertizasının rəyinə əlavə olunmuş 06 ədəd diskə (xarici yaddaş qurğusu) baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, 06 ədəd diskdə Təqsirləndirilən şəxs məxsus “Xiaomi T11” markalı android sistemli mobil telefonda faktiki mövcud olan və silinmiş məlumatlar yüklənmiş, üzərində “Ekspertiza 1153 phone” yazılmış diskdə "Accountpackage”, “chats”, “contacts”, “email”, "files”, “gps”, “icons”, “journeys”, "pages”, “party photos”, “Paswords”, “photos”, “resources", “SocialMedia”, "thumbnails” və "useraccounts” qovluqları mövcuddur. Üzərində “Ekspertiza 1153 Şəki 1-1” yazılmış diskdə 57.908 ədəd, üzərində “Ekspertiza 1153 Şəkil-2” yazılmış diskdə isə 58.582 ədəd foto fayl mövcuddur. Hər iki diskdəki fayllara baxış zamanı Təqsirləndirilən şəxs whatsapp proqramı vasitəsiylə yazışdığı şəxslərə aid iş üçün əhəmiyyət kəsb edən aşağıdakı məzmunda foto fayllar müəyyən olunmuşdur: -“Rəşadət müəllim” adı ilə qeydiyyat olunmuş 050 *** ** ** nömrəsinə Təqsirləndirilən şəxs tərəfindən yazılmışdır: X14 sədrin müavinidi, işinin nömrəsi 1(108) - 46/24, 177.3.2, Birinci instansiya 5 il 5 ay cəza verib, təqsirləndirilən şəxslər İsmayılov Zaur, İmamquliyev Şirin, Əkbərov Oruc, xx.xx.2024 saat 11-də məhkəmə çıxışlarıdı. -“qazanbet.com” internet saytına aid 04 şəkildən aydın olur ki, müxtəlif vaxtlarda idman mərc oyunlarına 50 və 160 manat məbləğində pul qoyulmuşdur. xx.xx.2024-cü il tarixli "Diskə baxış keçirilməsi” haqqında protokoldan görünür ki, xx.xx.2024-cü il tarixli, 2024/111/29113 nömrəli məktubla "xxxx" ASC tərəfindən göndərilmiş məktuba əlavə olunmuş bir ədəd diskə (xarici yaddaş qurğusu) baxış keçirilmiş və müəyyən edilmişdir ki, xx.xx.2024-cü il tarixdə saat 20:32-də ödəniş terminalı vasitəsilə icra olunmuş köçürmə əməliyyatına əsasən Təqsirləndirilən şəxs 523915******1445 nömrəli kart hesabına 3.500 manat vəsait mədaxil olmuş, həmin gün saat 20:32-də “Birbank” tətbiqi vasitəsiylə icra olunmuş köçürmə əməliyyatına əsasən kart hesabından 3.500 manat vəsait 541124******2624 nömrəli kart hesabına köçürülmüşdür. xx.xx.2024-cü il tarixdə saat 13:53- də ödəniş terminalı vasitəsilə Təqsirləndirilən şəxs kart hesabına 5.000 manat, saat 13:57-də isə 3.330 manat vəsait mədaxil olunmuş, həmin gün saat 14:02-də “Birbank” tətbiqi vasitəsiylə icra olunmuş köçürmə əməliyyatına əsasən kart hesabından 5.000 manat vəsait Şamaxı rayonu, Çuxuryurd kəndində qeydiyyatda olan X6 məxsus 416973******8225 nömrəli kart hesabına köçürülmüşdür. xx.xx.2024-cü il tarixdə saat 14:20- də ödəniş terminalı vasitəsiylə Təqsirləndirilən şəxs kart hesabına 4.335 manat, saat 16:50-də isə 4 manat vəsait mədaxil olunmuş, sonrakı müddətdə həmin vəsait gündəlik xərclənmiş məbləğlərlə istifadə edilmişdir. İstintaq zamanı "xxxx" ASC-dən təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus bank hesablarından çıxarışlarda sonuncunun 5239 1517 3530 1445 nömrəli kart hesabına Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 tərəfindən göndərilmiş məbləğlərə dair zəruri məlumatlar aşkar edilmişdir. Belə ki, baxış zamanı Təqsirləndirilən şəxs məxsus 5239 1517 3530 1445 nömrəli kart hesabına xx.xx.2024-cü il tarixdə saat 20:32-də “terminaldan mədaxil’' qeydi ilə 3.500 manat, xx.xx.2024-cü il tarixdə saat 13:53də “terminaldan mədaxil” qeydi ilə 5.000 manat, saat 13:57-də isə 3.330 manat, xx.xx.2024-cü il tarixdə saat 14:20-də “terminaldan mədaxil” qeydi ilə 4 335 manat, saat 16:50-də isə 4.000 manat köçürüldüyü müəyyən edilmişdir. Qeyd edilən məlumatların istintaq zamanı Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 tərəfindən təqdim edilmiş və baxış keçirilmiş “MilliÖn” ödəmə terminalından ödəniş edilməsinə dair qəbzlərə, mobil telefona baxış keçirilməsi zamanı “Məhkəmə işi” adlı Watshapp qrupunda aşkar olunmuş ödəniş qəbzlərinin şəkillərinə tam uyğun gəldiyi müəyyən edilmişdir. xx.xx.2024-cü il tarixli "Diskə baxış keçirilməsi haqqında” protokolda göstərilmişdir ki, "xxxx" MMC tərəfindən xx.xx.2024-cü il tarixli, 20849 nömrəli məktubla Təqsirləndirilən şəxs adına rəsmiləşmiş ********** nömrəsindən xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək olan dövrdə mövcud olan zənglər, SMS siyahısı və əhatə dairəsinə aid məlumatların olduğu diskə baxış zamanı müəyyən edilmişdir ki, 051300 00 65 nömrəsinin əhatə dairəsinə aid məlumatlara əsasən Təqsirləndirilən şəxs 11,06.2024-cü il tarixdən xx.xx.2024- cü il tarixədək, xx.xx.2024-cü il tarixdə, xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək, xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək, xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək. xx.xx.2024-cü il tarixdən 11,09.2024-cü il tarixədək Naxçıvan şəhəri ərazisində olmuşdur. 051 *** ** ** nömrəsinə gələn və çıxan zənglərə dair izahlı qaimə hesabatına baxış zamanı müəyyən edilmişdir ki, 051 *** ** ** nömrəsindən Şahid1 məxsus 060 *** ** ** nömrəsinə xx.xx.2024-cü il tarixdə saat 10:21, 10:51 zəng edilərək 47 və 130 danışılmış, saat 12:12-də isə 050 *** ** ** zəng edilərək 192 saniyə danışılmışdır. Həmçinin xx.xx.2024-cü il tarixdə saat 13:05-də 051 *** ** ** nömrəsindən 010 *** ** ** (Azpul MMC) nömrəsinə zəng edilərək 1351 saniyə danışılmış, saat 14:02-də 060 *** ** ** (Zərərçəkmiş şəxs1) nömrəsindən 051 *** ** ** nömrəsinə zəng edilərək 9 saniyə danışılmış, xx.xx.2024-cü il tarixdə saat 10:53-də 060 *** ** ** (Zərərçəkmiş şəxs2) nömrəsindən *** *** ** **nömrəsinə zəng edilərək 25 saniyə danışılmış, saat 19:06-da 060 *** ** ** (Zərərçəkmiş şəxs2) nömrəsindən 051 *** ** ** nömrəsinə zəng edilərək 43 saniyə danışılmış, saat 20:17-də ********** (Zərərçəkmiş şəxs3) nömrəsindən ********** nömrəsinə zəng edilərək 52 saniyə danışılmış, xx.xx.2024-cü il tarixdə saat 11:50-də ********** nömrəsindən ********** (Zərərçəkmiş şəxs2) nömrəsinə zəng edilərək 20 saniyə danışılmışdır. xx.xx.2024-cü ıl tarixli “Diskə baxış keçirilməsi” haqqında protokolda göstərilmişdir ki, "xxxx" MMC mobil rabitə operatoru tərəfindən təqdim edilmiş 1 ədəd diskə (CD) baxış keçirilmiş və müəyyən olunmuşdur ki, diskdə “Müştəri zənglərinin detallaşması **********”, “Zənglərin məxsusluq tarixçələri **********” adlı PDF formatında fayllar vardır. “Müştəri zənglərinin detallaşması **********” adlı faylda xx.xx.2024-cü il tarixdən xx.xx.2024- cü il tarixdək olan dövrdə ********** nömrəsindən çıxan və daxil olan zənglərə, anten əhatəsinə aid məlumatlar göstərilmişdir. Anten məlumatlarına əsasən ********** nömrəsi xx.xx.2024cü il saat 15:01-dən xx.xx.2024-cü il saat 12:46-dək, xx.xx.2024-cü il saat 03:47-dən xx.xx.2024-cü il saat 15:25-dək, xx.xx.2024-cü il saat 20:27-dən xx.xx.2024-cü il saat 01:14-dək, xx.xx.2024-cü il saat 16:41-dən 21,08.2024-cü il saat 01:44-dək, xx.xx.2024-cü il saat 09:34-dən xx.xx.2024-cü il saat 17:45-dək, xx.xx.2024-cü il saat 07:28-dən xx.xx.2024-cü il saat 23:55-dək Naxçıvan Muxtar Respublikası ərazisində istifadə olunmuşdur. “Kamandar Nəsibov və Partnyorlan” Vəkil bürosundan göndərilmiş xx.xx.2024-cü il tarixli, 142/RB nömrəli məktub və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 ilə “hüquqi yardımın göstərilməsi haqqında” müqavilə bağlamışdır. Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 xx.xx.2024-cü il tarixli ərizələrində, Zərərçəkmiş şəxs3 isə xx.xx.2024-cü il tarixli ərizəsində Təqsirləndirilən şəxs tərəfindən onlara vurulmuş maddi ziyanın tamamilə ödənildiyini, onun barəsində şikayət və tələblərinin olmadığını göstərmişlər. Naxçıvan MR Daxili İşlər Nazirliyinin Əməliyyat və statistik informasiya şöbəsindən daxil olan tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. AA4280590 nömrəli şəxsiyyət vəsiqəsinin surətində X7 xx.xx.2018-ci il tarixdə. 5236 nömrəli doğum haqqında şəhadətnamənin surətində isə X8 xx.xx.2022-ci il tarixdə doğulduğu göstərilmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Həmin maddənin mahiyyəti ondan ibarətdir ki, hər kəsin Əsas Qanunda və digər normativ hüquqi aktlarda nəzərdə tutulan hüquq və azadlıqlarının məhkəmənin müdafiəsi altında olduğu təsdiq edilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən hər kəs ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “X4 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin xx.xx.2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən, Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, təqsirləndirilən şəxs açıq məhkəmə iclaslarında ittiham tərəfindən onun əleyhinə əldə edilmiş bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmək, həmin sübutları mübahisələndirmək imkanına malik olmuşdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikası cinayət-prosessual qanunvericiliyi müəyyən edir (Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 1.1-ci maddəsi). Hər hansı məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız Cinayət-Prosessual Məcəlləsində (bundan sonra - CPM) göstərilən məsələlər hakim tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin həmin məsələlərin dairəsini müəyyənləşdirən 346.1-ci maddəsinə görə müzakirə edilməsi mütləq olan məsələlərdən biri də təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittiham elan edildiyi cinayətin əlamətlərinə uyğun olub-olmamasıdır. Məhkəmə hökmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmin şəxsin gələcək taleyini həll etdiyi üçün prosessual qanunvericilik onunla bağlı konkret tələblər irəli sürür. Cinayətprosessual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 349.3., 349.4., 349.5-ci maddələri). Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq məhkəmə hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsində sübut edilməli olan hallardan biri kimi cinayət hadisəsinin baş vermə faktının müəyyən edilməsi nəzərdə tutulmuşdur. Cinayət hüququ nəzəriyyəsinə görə cinayət hadisəsi dedikdə: müəyyən yerdə, müəyyən zamanda, müəyyən üsulla törədilən və müəyyən nəticəyə gətirib çıxaran hərəkət və ya hərəkətsizlik başa düşülür. Cinayət hadisəsinin sübut edilməsi zamanı hər hansı hadisənin baş verməsinin, hadisənin baş vermə anının, gedişinin və nəticəsinin, baş vermiş hadisənin əlamətlərinin Cinayət Qanununda göstərilən konkret cinayət tərkibinin əlamətlərinə uyğun gəlməsinin, cinayət niyyətinin həyata keçirilməsi mərhələsinin müəyyən edilməsi zəruridir. Cinayət məsuliyyəti o zaman yaranır ki, törədilmiş əməlin əlamətləri ilə Cinayət Qanununda göstərilən konkret cinayət tərkibinin əlamətləri üst-üstə düşmüş olsun. Şəxsin cinayət törətmək niyyəti onun konkret əməlində təzahür etmirsə, cinayət məsuliyyəti yarana bilməz. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Məhkəmənin qarşısında duran başlıca vəzifə - təqsirləndirilən şəxs tərəfindən törədilmiş əməlin düzgün tövsif edilməsindən ibarətdir. Bu səbəbdən də məhkəmə ittihama daxil olan cinayət əməlinin təhlil edilməsini zəruri hesab edir. Məhkəmə cinayət təqibi üzrə toplanmış sübutları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara məcmu halda qiymət verərək Təqsirləndirilən şəxs tərəfindən törədilmiş əməlin hüquqi tövsifi məsələsini də həll etmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 312‐1.1-ci maddəsinin dispozisiyasında şəxs tərəfindən öz həqiqi və ya güman edilən təsir imkanlarından istifadə edərək vəzifəli şəxsin qərarına qanunsuz təsir etmək məqsədilə özü və yaxud üçüncü şəxslər üçün maddi və sair nemətin, imtiyazın və ya güzəştin istənilməsi və ya alınması nəzərdə tutulmuşdur. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin ifadəsinə, zərərçəkmiş şəxs ifadəsinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 312-1.1-ci maddəsi ilə tövsif edilmişdir. Beləliklə təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Belə ki, cinayət işinin materialları və məhkəmə istintaqında araşdırılmış mötəbər sübutlar əsasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü kimi “Kamandar Nəsibov və partnyorları” Vəkil Bürosunun vəkili kimi fəaliyyət göstərdiyi müddətdə 15 iyun 2024-cü il tarixdə Naxçıvan şəhərində Avtovağzal kompleksinin çayçısında Zərərçəkmiş şəxs1, X10 və Şahid1 ilə görüşərək sonuncuların birinci instansiya hesab olunan Naxçıvan Muxtar Respublikasının Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə azadlıqlan məhrumetmə cəzasına məhkum edilmiş yaxın qohumları X1, X3 və X5 barələrində apellyasiya instansiyası hesab olunan Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin Cinayət kollegiyası tərəfindən azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəza təyin edilməsinə nail olacağını vəd edərək ilkin hüquqi yardım göstərilməsinə və yol xərclərinə görə onların hər birindən 1000 (bir min) manat pul tələb etmiş, Asabi İsmayılov həmin vaxt orada Təqsirləndirilən şəxs nağd şəkildə 1000 (bir min) manat pul vermiş, Şahid1 və İlqar Əkbərov isə üzərlərində pul olmamasını bildirdikdə Təqsirləndirilən şəxs onlara öz adına olan Kapital Banka məxsus 5239 1517 3530 1445 nömrəli bankomat kartını təqdim edərək pul vəsaitini karta yükləməyi təklif etmiş, həmin kartın fotoşəkili çəkilməklə 15 iyun 2024-cü il tarixdə saat 17:16 dəqiqədə X2 tərəfindən “Milli Ön” terminalı vasitəsiylə 1000 (bir min) manat, saat 19:09 dəqiqədə Zaur İsmayılovun həyat yoldaşı Zərərçəkmiş şəxs3 tərəfindən 500 (beş yüz) manat, 19 iyun 2024-cü il tarixdə saat 19:30 dəqiqədə isə 500 (beş yüz) manat pul vəsaiti sözügedən 5239 1517 3530 1445 nömrəli bank kartına köçürülmüşdür. 16 iyun 2024-cü il tarixdə Təqsirləndirilən şəxs istifadəsində olan 077 *** ** ** mobil nömrəsi ilə qeydiyyatdan keçdiyi WhatsApp tətbiqində “Məhkəmə işi” adlı qrup yaradaraq, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 mobil nömrələrini həmin qrupa əlavə edərək yazdığı mesaj və göndərdiyi səs yazıları vasitəsiylə onlara öz qulluq mövqeyindən və həqiqi təsir imkanlarından istifadə edərək apellyasiya instansiyası məhkəməsi hesab olunan Naxçıvan MR Ali Məhkəməsinin hakimi tərəfindən azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəza təyin edilməsinə təsir etmək imkanına malik olmasını bildirib adıçəkilən şəxslərdən özü üçün birbaşa ümumilikdə 25000 (iyirmi beş min) manat pul istəmişdir. Bu səbəbdən 20 iyun 2024-cü il tarixdə Zərərçəkmiş şəxs1 “Milli Ön” terminalı vasitəsilə Təqsirləndirilən şəxs məxsus 5239 1517 3530 1445 nömrəli bank kartına 3500 (üç min beş yüz) manat pul köçürmüş, 27 iyun 2024-cü il tarixdə saat 11 radələrində Təqsirləndirilən şəxs Naxçıvan Şəhər İcra Hakimiyyətinin qarşısında yerləşən “Kafe 357” adlı çay evində Asabi Quliyev, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 ilə görüşərək onlardan istədiyi 25000 manatdan qalan məbləği istəmiş, Zərərçəkmiş şəxs1 orada əlavə olaraq Təqsirləndirilən şəxs nağd şəkildə 4835 (dörd min səkkiz yüz otuz beş) manat pul vermiş, digərləri pulu onun bankomat kartına göndərəcəklərini bildirməklə, xx.xx.2024-cü il tarixdə saat 14:53də Zərərçəkmiş şəxs3 “Milli Ön” terminalı vasitəsiylə əvvəlcə 5000 (beş min) manat, sonra 3330 (üç min üç yüz otuz) manat, həmin gün saat 14:20-də Zərərçəkmiş şəxs2 4335 (dörd min üç yüz otuz beş) manat, saat 16:50-də isə 4000 (dörd min) manat pulu Təqsirləndirilən şəxs məxsus 5239 1517 3530 1445 nömrəli bank kartına köçürmüşdür. Beləliklə, Təqsirləndirilən şəxs yaxın qohumlarının barələrində azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəza növünün seçilməsinə köməklik göstərəcəyi vədini verməklə vəkil kimi öz qulluq mövqeyindən istifadə etməklə özünün həqiqi və güman edilən təsir imkanlarından istifadə edərək apellyasiya instansiyasının hakimi tərəfindən azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəza təyin edilməsinə təsir etmək imkanına malik olmasını nümayişkaranə şəkildə bildirərək 2024-cü ilin iyun ayı ərzində yuxarıda sadalanan müxtəlif vaxtlarda vahid niyyətlə özü üçün birbaşa yolla şəxsən Zərərçəkmiş şəxs1 8335 (səkkiz min üç yüz otuz beş) manat, Lamiyə Qəhrəmanovdan 8330 (səkkiz min üç yüz otuz) manat və Zərərçəkmiş şəxs2 8335 (səkkiz min üç yüz otuz beş) manat olmaqla ümumilikdə 25000 (iyirmi beş min) manat məbləğində pul vəsaitini alıb şəxsi ehtiyaclarına sərf edərək vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmişdir (nüfuz alveri etmişdir). Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 312-1.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək, həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 312-1.1-ci maddəsində nəzərdə tutulan cinayətin bütün əlamətləri var. Həmin cinayət hadisəsi həqiqətən baş vermiş, ona ibtidai istintaq orqanı tərəfindən düzgün hüquqi qiymət verilmiş və cinayət hadisəsi məhz Təqsirləndirilən şəxs tərəfindən törədilmişdir. Həmçinin bu cinayətin törədilməsində o, təqsirlidir. Təqsirləndirilən şəxs əməli başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə az ağır cinayət kateqoriyasına aiddir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs ifadəsində ittihamla razı olmaması, əməlin hüquqi tövsifinin düzgün olmaması barədə bildirdiyi halları özünümüdafiə xarakteri daşıması kimi qiymətləndirir. Belə ki, təqsirləndirilən şəxsin zərərçəkmiş şəxslərlə razılaşaraq onların ailə üzvləri-təqsirləndirilən şəxslərlə vəkil olaraq hüquqi yardım müqavilə bağlaması, müqavilə haqqından əlavə zərərçəkmiş şəxslərdən pul tələb etməsi, tələb etdiyi pulun məqsədinin zərərçəkmiş şəxslərin ailə üzvləri olan təqsirləndirilən şəxslərə apellyasiya məhkəməsinin hakimi tərəfindən azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəzanın təyin edilməsinə nail olunmasına dair vədin verilməsi cinayət işinin mübahisəsiz halıdır. Məhkəmə iclasında Şahid3 ifadəsindən aydın olur ki, onun tanışlığı nəticəsində zərərçəkmiş şəxslərlə Təqsirləndirilən şəxs arasında əlaqə yaranmışdır. Təqsirləndirilən şəxs sözügedən şahidin müdafiəçisi olaraq birinci instansiya məhkəməsində iştirak etmiş və həmin şahidə məhkəmənin hökmü ilə azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəza təyin edilmişdir. Daha sonra Şahid3 tanışlığı nəticəsində onun dostunun cinayət işinə baxılması nəticəsində müvafiq məhkəmə hökmü ilə ona da azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəza təyin edilmişdir. Bunların nəticəsində Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərə özünün həqiqi və güman edilən təsir imkanlarından istifadə edərək apellyasiya instansiyasının hakimi tərəfindən azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəza təyin edilməsinə təsir etmək imkanına malik olmasını nümayişkaranə şəkildə bildirmiş və onlardan ümumilikdə 25000 (iyirmi beş min) manat pul almışdır. Bütün bunlar o qənaətə gəlməyə əsas verir ki, Təqsirləndirilən şəxs əməlində CM-in 312-1.1-ci maddəsinin tərkibi vardır və əməlin istintaq orqanı tərəfindən düzgün tövsifi cinayət işinə məhkəmədə baxılarkən tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 312-1.1-ci maddəsinə əsasən, şəxs tərəfindən öz həqiqi və ya güman edilən təsir imkanlarından istifadə edərək vəzifəli şəxsin qərarına qanunsuz təsir etmək məqsədilə özü və yaxud üçüncü şəxslər üçün, birbaşa və ya dolayı yolla, şəxsən və ya vasitəçidən istifadə etməklə maddi və sair nemətin, imtiyazın və ya güzəştin istənilməsi və ya alınması, yaxud bu barədə təklif və ya vədin qəbul edilməsi altı min manatdan on min manatadək miqdarda cərimə və ya üç ildən yeddi ilədək müddətə azadlıqdan mərhum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-in 312-1.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 nömrəli qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Göstərilən maddənin məzmunundan göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. Sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş olsun, bununla sosial balans pozulmuş olsun və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. Eləcə də Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun müvafiq qərarında bildirilir ki, təqsirləndirilən şəxsə ilk növbədə aşağı həddə cəza verilməsi müzakirə edilməli, ağır cəzanın verilməsi isə əsaslandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət Məcəlləsinin 59.1.10-cu maddəsinə görə cinayətin törədilməsindən bilavasitə sonra zərərçəkmiş şəxsə tibbi və ya digər yardım göstərilməsi, cinayət nəticəsində dəymiş maddi və mənəvi zərərin könüllü olaraq ödənilməsi və ya aradan qaldırılması, zərərçəkmiş şəxslə razılıq əldə etməyə cəhd edilməsi, zərərçəkmiş şəxsə dəymiş zərərin azaldılmasına yönəldilmiş digər hərəkətlərin edilməsi cəzanı yüngülləşdirən hal kimi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası CM-in 59.2-ci maddəsinə görə cəza təyin edilərkən bu Məcəllənin 59.1.1—59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Təqsirləndirilən şəxs himayəsində yetkinlik yaşına çatmayan iki övladının olması, zərərçəkmiş şəxslərə vurulmuş ziyanı tam ödəməsi məsuliyyətini yüngülləşdirən hallar kimi müəyyən edilmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən məsuliyyətini ağırlaşdıran hal- 61.1.13-cü maddəsinə görə cinayətin qulluq mövqeyinə və ya müqaviləyə əsasən təqsirkara göstərilən etimaddan istifadə etməklə törədilməsidir. Azərbaycan Respublikası CM-in 60.1-ci maddəsinə görə bu Məcəllənin 59.1.8, 59.1.10—59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə, qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilən zaman CM-in 58, 59 və 60-cı maddələrinin tələbləri, cəzanı həm yüngülləşdirən, həm də ağırlaşdıran hal nəzərə alınmalı, ədalətli cəza təyin edilməlidir. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 17 mart 2011-ci il tarixli Qərarı). “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 312-1.1-ci maddəsinin sanksiyası həddində müəyyən müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilməlidir. Ona bu cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Belə ki, təqsirləndirilən şəxsin əməlində cəzanı ağırlaşdıran halın olması, qulluq mövqeyindən irəli gələrək bu cinayət əməlini törətməsi, bununla bağlı şəxsiyyətini xaraketrizə edən hallar ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan daha yüngül cəzanın-cərimə cəzasının təyin edilməsini cəzanın məqsədinə uyğun hesab etmir. Təqsirləndirilən şəxsin cəza çəkmədən islah edilməsi mümkün olmadığından ona azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Məhkəmə yuxarıda qeyd olunan halları nəzərə alaraq hesab edir ki, azadlıqdan məhrumetmə cəzasının müddəti 3 (üç) il 6 (altı) ay müddətinə müəyyən edilməlidir. Cəzaçəkmə müddətinin əvvəli isə şübhəli şəxs qismində tutulduğu 11 sentyabr 2024-cü il tarixdən hesablanmalıdır. Belə ki, Təqsirləndirilən şəxs 11 sentyabr 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 12 sentyabr 2024-cü il tarixdə barəsində həbs qətimkan tədbiri seçilmiş, daha sonra 24 oktyabr 2024-cü il tarixdə məhkəmə qərarı ilə həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmişdir. Ona görə də təqsirləndirilən şəxsə təyin edilən azadlıqdan məhrumetmə cəzasının əvvəli onun şübhəli şəxs qismində tutulduğu vaxtdan hesabllanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1 və 56.1.2-ci maddələrinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Ona görə də Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən olunmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 353.4.12-ci maddəsinə görə, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində hökm qanuni qüvvəyə minənədək məhkumun barəsində seçilmiş qətimkan tədbirinin həlli göstərilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 175.5-ci maddəsinə əsasən müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. Qeyd edilən prosessual hüquq normalarının tələbləri baxımından məhkəmə bildirir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətmkan tədbiri ləğv edilməli, barəsində həbs qətimkan tədbiri seçilməli, məhkəmə zalında dərhal həbsə alınmalı, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. «Azərbaycan Respublikasının CM-nin dəyişikliklər edilməsi haqqında» 07 mart 2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə görə məhkəmə hər bir cinayət işi üzrə CM-nin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli olan əmlakın olub-olmaması məsələsini həll etməlidir. Azərbaycan Respublikası CM-nin 99-1.1 və 99-1.1.1-ci maddələrinə əsasən məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunan əmlak hesab olunur. Məhkəmə xüsusi müsadirə ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, iş üzrə belə bir əmlak olmadığından təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə ilə bağlı müddəa tətbiq edilməməlidir. İş üzrə mülki iddianın olmaması nəzərə alınmalıdır. Cinayət işi üzrə maddi sübut hesab edilən və “Xiomi T 11” markalı mobil telefon və onun üzərində olan ***-***-**-** olan sim nömrəni hökm qanuni qüvvəsini aldıqdan sonra təqsirləndirilən Təqsirləndirilən şəxs qaytarılmalıdır. İş üzrə maddi sübut olan Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs2 tərəfindən təqdim edilmiş bir ədəd “MilliÖn” elektron ödəniş sisteminə aid ödəmə qəbzləri və “Whatsapp” mobil tətbiqi vasitəsilə göndərilmiş səsli mesajların, yazışmalara aid şəkillərin yükləndiyi 1 ədəd disk (DVD), Təqsirləndirilən şəxs tərəfindən təqdim edilmiş bir ədəd “Xiomi T 11” markalı mobil telefon bir ədəd “Leobank”a məxsus 5411 2498 0116 2624 nömrəli, bir ədəd “Kapitalbank”a məxsus 5239 1517 3530 1445 nömrəli bankomat kartı, bir ədəd 2315-VK nömrəli vəkil vəsiqəsi, xx.xx.2024-cü il tarixli 1153 saylı məhkəməkompüter texniki ekspertizasının rəyinə əlavə olunmuş 06 ədəd disk (xarici yaddaş qurğusu), "xxxx" ASC tərəfindən göndərilmiş Təqsirləndirilən şəxs kart hesabları barədə məlumatın olduğu 1 ədəd disk (xarici yaddaş qurğusu), "xxxx" MMC və "xxxx" MMC mobil rabitə operatorları tərəfindən göndərilmiş 2 ədəd disk (xarici yaddaş qurğusu) cinayət işinin materiallarında saxlanılmalıdır. Şərh olunanlara və Azərbaycan Respublikası CPM-nin 44.1, 197-198, 341-349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 312-1.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 3 (üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətmkan tədbiri ləğv edilsin, barəsində həbs qətimkan tədbiri seçilsin və məhkəmə zalında dərhal həbsə alınsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 11 sentyabr 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Cinayət işi üzrə maddi sübut hesab edilən və “Xiomi T 11” markalı mobil telefon və onun üzərində olan ***-***-**-** olan sim nömrəni hökm qanuni qüvvəsini aldıqdan sonra təqsirləndirilən Təqsirləndirilən şəxs qaytarılsın. İş üzrə maddi sübut olan Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs2 tərəfindən təqdim edilmiş bir ədəd “MilliÖn” elektron ödəniş sisteminə aid ödəmə qəbzləri və “Whatsapp” mobil tətbiqi vasitəsilə göndərilmiş səsli mesajların, yazışmalara aid şəkillərin yükləndiyi 1 ədəd disk (DVD), Təqsirləndirilən şəxs tərəfindən təqdim edilmiş bir ədəd “Xiomi T 11” markalı mobil telefon bir ədəd “Leobank”a məxsus 5411 2498 0116 2624 nömrəli, bir ədəd “Kapitalbank”a məxsus 5239 1517 3530 1445 nömrəli bankomat kartı, bir ədəd 2315-VK nömrəli vəkil vəsiqəsi, xx.xx.2024-cü il tarixli 1153 saylı məhkəməkompüter texniki ekspertizasının rəyinə əlavə olunmuş 06 ədəd disk (xarici yaddaş qurğusu), "xxxx" ASC tərəfindən göndərilmiş Təqsirləndirilən şəxs kart hesabları barədə məlumatın olduğu 1 ədəd disk (xarici yaddaş qurğusu), "xxxx" MMC və "xxxx" MMC mobil rabitə operatorları tərəfindən göndərilmiş 2 ədəd disk (xarici yaddaş qurğusu) cinayət işinin materiallarında saxlanılsın. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Hökmdən elan olunduğu, (təqsirləndirilən şəxsə isə hökmün surətinin verildiyi andan) 20 gün müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Gülnar Səfərəliyeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar