Azərbaycan Respublikası adından HÖKM Naxçıvan şəhəri İş № 1(078)-30/2023 06.09.2023 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Məmmədov Qabil Neymət oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi, dövlət ittihamçısı Naxçıvan Мuxtar Рespublikası Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi, Zərərçəkmiş şəxs iştirakı ilə, xx xxxxxx 1980-ci il tarixdə Babək rayonu, Qaraxanbəyli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, orta təhsilli, ailəli, 3 uşaq atası, fərdi işlə məşğul olan, əvvəllər məhkum olunmuş, Naxçıvan şəhəri, Qaraxanbəyli kəndində qeydiyyatda olmaqla, yaşayan, barəsində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə baxışı iclasında baxaraq müəyyən etdi: Məhkəmə istintаqı zаmаnı müəyyən edilmişdir ki, Məmmədov X6 Şəhər Məhkəməsinin 2(078)-661/2019 nömrəli, xx.xx.2019-cu il tarixli qətnaməsinə əsasən 16 may 2019-cu il tarixdən başlayaraq hər ay sabit məbləğdə bir uşaq üçün 100 (bir yüz) manat olmaqla cəmi 300 (üç yüz) manat miqdarında alimenti 10 mart 2006-cı il təvəllüdlü X2, 11 mart 2012-ci il təvəllüdlü X3 və 23 sentyabr 2017-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün Zərərçəkmiş şəxs ödəməli olduğu halda, aliment üzrə ödənişləri vaxtında və lazımınca icra etməyərək iş üzrə zərər çəkmiş Zərərçəkmiş şəxs 11730 (on bir min yeddi yüz otuz) manat maddi ziyan vurmaqla, Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-661/2019 nömrəli, xx.xx.2019-cu il tarixli qanuni qüvvəyə minmiş qətnaməsini qərəzli olaraq icra etməmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 306.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs cinayət işi üzrə 26 may 2023-cü il tarixdə Azərbaycan Respublikası CM-in 306.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək həmin tarixdə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ifadəsində, Küsün ilə 2005-ci ilin sentyabr ayında ailə həyatı qurmuş, bir neçə il ailə münasibətləri normal olmuş, evliliklərindən qızları 10 mart 2006-cı il tarixdə Günay, 11 mart 2012-ci il tarixdə Aygün, 23 sentyabr 2017-ci il tarixdə Zəhra doğulmuşdur. Ailəsi ilə 2018-ci ilə kimi birlikdə yaşamış, 2018-ci ildə işləmək üçün Türkiyə Respublikasına getmiş, Türkiyəyə getsə də uşaqları və yoldaşı ilə daima maraqlanıb onlara hər ay ən azı 300 (üç yüz) manat göndərmiş, 2019-cu ildə icra məmuru Əli müəllim telefonla ona zəng edərək Naxçıvan Şəhər Məhkəməsinin hər uşağa 100 (bir yüz) manat olmaqla cəmi 300 (üç yüz) manat aliment kəsdiyini və aliment borcunun yarandığını, aliment borcunu ödəməsini, alimenti ödəmədiyi halda barəsində məcburi icra tədbirlərinin görüləcəyini demişdir. Əli müəllimə aliment borcunu ödəyəcəyini bildirmiş, Türkiyədə işləmiş, hər ay təxminən 700 (yeddi yüz) manat qazanc əldə etmiş, hər ay 300-400 manat arasında alimenti İstanbul şəhərindən sürücü vasitəsilə Naxçıvan avtovağzalına göndərmiş, pulu sürücüdən Küsünün ya özü, yada ki, anası götürmüş, bu vəziyyət yoldaşının Türkiyəyə gələnə kimi davam etdiyini, yoldaşı uşaqları ilə birlikdə Türkiyəyə gəlmiş, onları qarşılamış, lakin ailəsinin qalması üçün evi olmadığından ailəsini qaynının evinə aparmış, orada təxminən bir aya yaxın müddət ərzində yaşamışlar. Həmin müddətdə ailəsinə 2000 (iki min) manata qədər pul xərcləmiş, sonradan Küsün İstanbul şəhərində qala bilmədiyindən uşaqları ilə Naxçıvana qayıtmış, qayıdarkən yol xərclərini qarşılayaraq Küsünə əlavə olaraq 200 (iki yüz) manat da pul vermişdir. Küsünə xərclədiyi pullar barədə icra məmuruna ərizə verməsini bildirmiş, lakin Küsün ərizə verməmişdir. Küsün ona zəng vurub Naxçıvana qayıtmağını demiş, Küsünə borcu olduğunu, işləyib borcunu verdikdən sonra gələcəyini, pul gətirə bilməyəcəyini, Küsünlə bu barədə razılaşdıqları üçün Naxçıvana qayıtmışdır, lakin Küsün onu evdən qovmuş, o da qardaşıgilə getmiş, polis əməkdaşları barəsində axtarış qərarı olduğu üçün onu tutaraq Naxçıvan Şəhər Məhkəməsinə aparıb Nicat müəllimə təhvil vermişdir. Aliment borcunu ödəməsi barədə icra məmuru tərəfindən xəbərdarlıqlar edilmiş, aliment borcunu ödəyə bilmədiyi üçün Naxçıvan Şəhər Məhkəməsinin qərarı ilə 23 noyabr 2022-ci il tarixdə 12 (on iki) gün müddətinə inzibati qaydada həbs edilmişdir. Həbsdən çıxdıqdan sonra 2022-ci ilin dekabr ayında aliment borcundan 300 (üç yüz) manat ödəmiş, ondan sonra işləmədiyi üçün alimenti ödəyə bilməmiş, maddi vəziyyəti pis olmuş, qardaşıgilin evində yaşamış, icra məmuru Nicat müəllim və şöbə rəisi İntiqam müəllim onu məhkəməyə dəvət edib aliment borcunu ödəmədiyinə görə barəsində cinayət işinin açılması üçün təqdimat veriləcəyi barədə xəbərdarlıq etmiş, xəbərdarlıq edildikdən sonra da alimenti ödəyə bilməmiş, alimenti ödəyə bilməsə də uşaqları ilə maraqlanmışdır. Təqsirləndirilən şəxs ailəsi və uşaqlarından ayrılmaq yox, barışmaq istədiyini, peşman olduğunu göstərərək, ona yüngül cəza verilməsini xahiş etdi. Təqsirləndirilən şəxs son sözündə əməlindən peşman olduğunu göstərərək, ona yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs ilə 2005-ci ilin sentyabr ayında ailə həyatı qurmuş, ailə qurduqdan sonra bir neçə il ailə münasibətləri normal olmuş, evliliklərindən 10 mart 2006-cı ildə qızları Günay, 11 mart 2012-ci ildə Aygün və 23 sentyabr 2017-ci ildə isə Zəhranın doğulduğunu, 2018-ci ilə kimi birlikdə mehriban yaşamış, sonradan əri Nağdəli onunla və uşaqları ilə maraqlanmamış, onları atıb Türkiyə Respublikasına getmiş, Türkiyəyə getdikdən sonra ona üç-dörd ay pul göndərmiş, sonradan pul göndərməyərək onlarla maraqlanmamışdır. Uşaqlarını ata-anasının köməkliyi ilə saxlamış, ata-anasına yük olmamaq üçün yoldaşından uşaqların saxlanması üçün aliment tələb etmək qərarına gəlmişdir. 2019-cu ildə Naxçıvan Şəhər Məhkəməsinə hər uşaq üçün 160 (bir yüz altmış) manat aliment kəsilməsi barədə ərizə vermiş, məhkəmə uşaqlara 160 (bir yüz altmış) manat deyil, hər uşağa 100 (bir yüz) manat olmaqla cəmi 300 (üç yüz) manat aliment kəsmişdir. Aliment kəsildikdən sonra Nağdəli 2019-cu ildə cəmi bir dəfə 300 (üç yüz) manat ödəmiş, 2021-ci ilə kimi bir manat belə aliment ödəməmiş, 2021-ci ildə isə fasilələrlə 5 dəfə aliment ödəmişdir. Nağdəlinin aliment ödəmədiyini görüb 2022-ci ildə uşaqları ilə Türkiyəyə onun yanına getmiş, ona Naxçıvana qayıtmağı təklif etmiş, lakin Nağdəli borcu olduğu üçün Naxçıvana qayıtmaq istəmədiyini bildirmiş, uşaqlarını götürüb Naxçıvana qayıtmışdır. Naxçıvana qayıtdıqdan sonra Nağdəli aliment üzrə ödəniş etməmiş, 2022-ci ilin sonlarında Nağdəli Türkiyə Respublikasından deport edilmiş, onun yanına gəlmiş, lakin onu evə qəbul etməmiş, Nağdəli gəldikdən sonra da alimenti ödəməmiş, alimenti ödəməməsinə səbəb kimi işsiz olmasını və maddi imkanının olmamasını göstərmiş, lakin bunu bəhanə etmiş, yalan danışmış, alimenti ödəməməsinə əsl səbəbin ondan boşanmaması olmuş, Nağdəli yalnız ondan boşandıqdan sonra alimenti ödəyəcəyini demiş, alimenti qəsdən ödəməmişdir. Buna görə də Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinə müraciət etmiş, icra məmuru ona Nağdəlini dəfələrlə şöbəyə dəvət etdiyini, söhbətlər apardığını, dəfələrlə yazılı qaydada xəbərdarlıq verdiyini, lakin Nağdəlinin işləmədiyini və maddi imkanının olmadığını səbəb göstərdiyini demiş, icra məmurundan Nağdəli barəsində tədbirlər görülməsini tələb etdiyini bildirmişdir. Nağdəli Türkiyə Respublikasından qayıtdıqdan sonra uşaqları ilə maraqlanmaq üçün bir neçə dəfə yaşadığı evə gəlmiş, lakin uşaqlarına verməli olduğu alimenti verməmiş, Naxçıvan Şəhər Məhkəməsinin qərarı ilə Nağdəli 2022-ci ilin dekabr ayında 12 (on iki) gün müddətinə inzibati qaydada həbs edilmiş, məhkəmə iclasında şəxsən iştirak etmiş, Nağdəli inzibati məsuliyyətə cəlb edildikdən sonra aliment üzrə borcundan cəmi 300 (üç yüz) manat ödəmiş, ondan sonra bu günə kimi yaranmış aliment borcundan bir manat belə ödəməmiş, Nağdəli 2019-cu ildən bu günədək aliment borcundan cəmi 2370 (iki min üç yüz yetmiş) manat ödəmiş, Nağdəlinin bu günədək uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün müəyyən edilən aliment üzrə ona 11730 (on bir min yeddi yüz otuz) manat aliment borcu yaranmışdır. Zərərçəkmiş şəxs həmin borcu tələb etdiyini, yaranmış aliment borcunu tam ödəmədiyi halda Nağdəlinin barəsində qanunvericiliyə uyğun tədbirlər görülməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs çıxışında Təqsirləndirilən şəxs keçən müddət ərzində aliment borcunu ödəmədiyini, özü üçün yaşadığını, uşaqlarını düşünmədiyini, aliment borcunu ödəmək istəmədiyini, aliment borcunu ödəmədiyindən qanuni cəzalandırılmasını xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Naxçıvan Şəhər İcra və Probasiya şöbəsinin rəisi Şahid3 ifadəsində bildirmişdir ki, 2021-ci ildə Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin rəisi vəzifəsinə təyin edilmiş, Təqsirləndirilən şəxs barəsində olan icra sənədi ilə tanış olmuş, icra sənədi icra məmuru Şahid1 icraatında olmuş, borclu Türkiyə Respublikasında yaşamış, müəyyən olunmuş alimenti vaxtı-vaxtında ödəməmişdir. Borclunun əmlakının və gəlirlərinin olub-olmaması ilə bağlı elektron icra informasiya sistemi üzərindən yoxlamalar aparılmış, digər ailə üzvləri ilə birlikdə Qaraxanbəyli kəndində kənd təsərrüfatı təyinatlı torpaq sahəsi müəyyən olunmuş, torpaq sahəsi birgə mülkiyyətdə olduğundan tələbin icrası üçün kifayət etməmiş, başqa əmlakı olmamış, borclunun yeri məlum olmadığından barəsində axtarış qərarı qəbul edilmişdir. Borclunun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmış, borclunun yeri məlum olmadığından barəsində digər məcburi icra tədbirləri görə bilməmiş, borclu tələbkara qismən ödənişlər etdiyindən aliment borcu yaranmışdır. Şahid1 xidməti vəzifəsi dəyişdirildiyindən icra sənədini icra məmuru Şahid2 icraatına vermiş, icra vərəqəsinin Şahid2 icraatına verildiyi zaman borclu Türkiyə Respublikasında yaşamış və aliment borcunu ödəməmişdir. İcra vərəqəsi icra məmuru Şahid2 icraatına verildikdən sonra borclunun barəsində yenidən sorğular aparılmış, borclunun adına tələbin yönəldilə biləcəyi əmlak və gəlirlər müəyyən edilməmiş, borclu axtarış qərarına əsasən polis orqanları tərəfindən tutularaq xx.xx.2022-ci il tarixdə icra məmuruna təhvil verilmiş, borclunun izahatı alınaraq aliment borcunu ödəməsi barədə xəbərdarlıq edilmişdir. Borcun ödənilməsi təmin edilmədiyindən icra məmuru tərəfindən borclu barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş və Naxçıvan Şəhər Məhkəməsinin 23 noyabr 2022-ci il tarixli qərarı ilə 12 (on iki) gün müddətinə inzibati qaydada həbs edilmiş, borclu cəzasını çəkdikdən sonra icra məmuru tərəfindən şöbəyə dəvət edilərək izahatı alınmış, aliment borcunu ödəməsi barədə xəbərdarlıq edilmişdir. Xəbərdarlıqdan sonra borclu 2022-ci ilin dekabr ayında yaranmış aliment borcundan 300 (üç yüz) manat ödəniş etmiş, həmin vaxtdan sonra aliment borcundan ödəniş aparmamışdır. Borclu cinayət məsuliyyətinə cəlb olunması barədə təqdimat verilməmişdən əvvəl icra məmuru tərəfindən bir neçə dəfə şöbəyə dəvət olunaraq bu barədə yazılı qaydada xəbərdarlıq edilmiş, borclunun edilmiş yazılı xəbərdarlıqlardan nəticə çıxarmayaraq aliment borcunu ödəməmiş, ona görə də icra məmuruna borclunun cinayət məsuliyyətinə cəlb olunması haqqında təqdimat hazırlaması üçün göstəriş vermiş, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 82.3-cü maddəsinə əsasən təqdimat və əlavə olunmuş sənədləri nazirliyin İstintaq bölməsinə göndərmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Naxçıvan MR İnzibati Məhkəməsi üzrə İcra Bölməsinin rəisi Şahid4 ifadəsində bildirmişdir ki, Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-661/2019 nömrəli 14 iyun 2019-cu il tarixli icra vərəqəsi 18 iyun 2019-cu il tarixdə Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinə daxil olmuşdur. İcra vərəqəsində Naxçıvan şəhər Qaraxanbəyli kəndində qeydiyyatda olan Təqsirləndirilən şəxs 16 may 2019-cu il tarixdən başlayaraq bir uşaq üçün 100 (bir yüz) manat olmaqla, hər ay sabit pul məbləğində 300 (üç yüz) manat miqdarında alimentin tutularaq 10 mart 2006-cı il təvəllüdlü X5, 11 mart 2012-ci il təvəllüdlü X3 və 23 sentyabr 2017-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün Zərərçəkmiş şəxs ödənilməsi müəyyən edilmişdir. İcra vərəqəsi “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olduğundan şöbənin iş bölgüsünə uyğun olaraq icra edilməsi üçün onu icra məmuru Şahid1 icraatına vermiş, icra məmuru 19 iyun 2019-cu il tarixdə icraata başlamaq haqqında qərar qəbul edərək, tələbin dərhal könüllü icrası üçün borclunun yaşadığı ünvana bildiriş göndərmiş, borclu tələbi könüllü icra etmədiyi üçün icra məmuru tərəfindən borclunun əmlakının və gəlirlərinin müəyyən edilməsi, adına banklarda əmanətlərin olubolmaması ilə bağlı elektron icra informasiya sistemi üzərindən yoxlamalar aparılmış, borclu Təqsirləndirilən şəxs da daxil olmaqla 7 nəfər ailə üzvlərinin adına Qaraxanbəyli kəndində kənd təsərrüfatı təyinatlı 0.6953 ha torpaq sahəsi aşkar olunmuş, lakin tələbin icrası üçün kifayət etməmiş, borclunun olduğu yer məlum olmadığından ilkin olaraq borclu barəsində axtarış qərarı qəbul edilmiş, sonra isə tələbin icra edilmədiyi halda barəsində inzibati və cinayət xarakterli tədbirlər görüləcəyi barədə yaşadığı ünvana rəsmi xəbərdarlıq göndərilmiş, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə təqdimatla məhkəməyə müraciət olunmuş, təqdimat təmin edilərərək borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərar qəbul edilmişdir. Ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırıldıqdan sonra borclu yaranmış aliment borcu üzrə 2021-ci ildən başlayaraq bir neçə dəfə müxtəlif vaxtlarda ödənişlər etmiş, lakin borclunun aliment borcu qalmış, borclu ərazidə yaşamadığı üçün barəsində məcburi icra tədbirləri görə bilməmişdir. 2021-ci ilin mart ayında xidməti yerdəyişmə ilə əlaqədar olaraq Naxçıvan MR İnzibati Məhkəməsi üzrə İcra bölməsinin rəisi vəzifəsinə təyin edilmiş, məbləğini xatırlamasa da həmin vaxt borclu Təqsirləndirilən şəxs aliment borcunun olduğunu göstərmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru Şahid2 ifadəsində göstərmişdir ki, Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-661/2019 nömrəli 14 iyun 2019-cu il tarixli icra vərəqəsi şöbənin icra məmuru Şahid1 icraatında olmuş, Şahid1 xidməti vəzifəsi dəyişdirildiyindən həmin icra sənədi onun icraatına verilmişdir. İcra vərəqəsinə əsasən Naxçıvan şəhər Qaraxanbəyli kəndində qeydiyyatda olan Təqsirləndirilən şəxs 16 may 2019-cu il tarixdən başlayaraq bir uşaq üçün 100 (bir yüz) manat olmaqla, hər ay sabit pul məbləğində 300 (üç yüz) manat miqdarında alimentin tutularaq 10 mart 2006-cı il təvəllüdlü X5, 11 mart 2012-ci il təvəllüdlü X3 və 23 sentyabr 2017-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün Zərərçəkmiş şəxs ödənilməsi müəyyən edilmişdir. İcra vərəqəsinin icrası ilə bağlı borclunun əmlakının və gəlirlərinin olub-olmaması ilə bağlı sorğular verilmiş, digər ailə üzvləri ilə birlikdə Qaraxanbəyli kəndində kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən başqa digər əmlakı müəyyən edilməmiş, borclunun yeri məlum olmadığından barəsində axtarış qərarı qəbul edilmiş, borclunun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmış və məhkəmənin qərarı ilə 12 (on iki) gün müddətinə inzibati qaydada həbs edilmişdir. İcra vərəqəsi onun icraatına verildiyi zaman borclunun alimenti vaxtında ödəmədiyi üçün müəyyən məbləğdə aliment borcu mövcud olmuş, borclu Təqsirləndirilən şəxs yaranmış aliment borcunu ödəməməsinə görə dəfələrlə cinayət məsuliyyətinə cəlb olunma haqqında təqdimat veriləcəyi barədə yazılı qaydada xəbərdarlıq etmiş, borclu xəbərdarlıq edilməsinə baxmayaraq yaranmış aliment borcunu ödəməyə heç bir səy göstərməyərək qanuna zidd davranışını davam etdirmiş, icra vərəqəsinin icrasından qərəzli olaraq yayınmışdır. Şahid2 cinayət məsuliyyətinə cəlb olunma haqqında təqdimatda göstərilən bütün xüsusatları təsdiq edərək borclu Təqsirləndirilən şəxs Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-661/2019 nömrəli 14 iyun 2019-cu il tarixli icra vərəqəsi üzrə 11730 (on bir min yeddi yüz otuz) manat aliment borcunun yarandığını göstərmişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilərək tədqiq edilmiş Şahid1 ifadəsindən müəyyən edilir ki, Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-661/2019 nömrəli 14 iyun 2019cu il tarixli icra sənədi 19 iyun 2019-cu il tarixdə icratına verilmişdir. İcra sənədində Naxçıvan şəhər Qaraxanbəyli kəndində qeydiyyatda olan Təqsirləndirilən şəxs 16 may 2019-cu il tarixdən başlayaraq bir uşaq üçün 100 (bir yüz) manat olmaqla, hər ay sabit pul məbləğində 300 (üç yüz) manat miqdarında alimentin tutularaq 10 mart 2006-cı il təvəllüdlü X5, 11 mart 2012-ci il təvəllüdlü X3 və 23 sentyabr 2017-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün Zərərçəkmiş şəxs ödənilməsi müəyyən edilmişdir. İcra sənədi “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olduğundan icraatına qəbul edib, həmin tarixdə icraata başlama haqqında qərar qəbul edərək, tələbkara məlumat verməklə tələbin dərhal icra edilməsi haqqında borclunun ünvanına bildiriş göndərmişdir. Borclu tələbi icra etməmiş, tələbkar Zərərçəkmiş şəxs şöbəyə gələrək borclunun 2018-ci ildən Türkiyə Respublikasına getdiyini, getdikdən sonra ona cəmi bir-iki dəfə pul göndərdiyini demişdir. Pul göndərmədiyinə görə Nağdəlidən aliment tələb etmiş, bu barədə əri Nağdəliyə də məlumat verdiyini demiş, Nağdəlinin hazırda Türkiyədə olduğunu, onunla telefon əlaqəsinin olduğunu bildirmiş, Nağdəlinin istifadəsində olan telefon nömrəsini ona vermiş, borclu ilə telefon əlaqəsi saxlamış, ona barəsində icra vərəqəsinin olduğunu demiş, icra vərəqəsi barədə ətraflı məlumat vermişdir. Aliment borcunu ödəməyəcəyi halda barəsində məcburi icra tədbirlərinin görüləcəyini bildirmiş, borclu yaranmış aliment borcu üzrə davamlı olaraq hər ay üçün ödənişlər etməmişdir. Ödənişlər barədə tələbkarın ona məlumat vermiş, bununla bağlı ərizələr yazmışdır. Tələbkar borclunun alimenti vaxtı-vaxtında göndərmədiyini, uşaqları saxlamaqda çətinlik çəkdiyini bildirmişdir. Borclu ilə telefon əlaqəsi saxlayıb alimenti vaxtında və tam şəkildə ödəməsini tələb etsə də borclu alimenti vaxtlı-vaxtında ödəməmişdir. Borclu barəsində tələbin icra edilməsi üçün məcburi icra tədbirləri görmüş, borclunun adına olan əmlakın və gəlirlərinin müəyyən edilməsi üçün aidiyyəti orqanlara sorğular ünvanlamışdır. Borclunun adına əmlak və digər gəlirlər aşkar edilmədiyi üçün tələbin borclunun əmlakına və gəlirlərinə yönəldilməsi mümkün olmamışdır. Borclu icra sənədində göstərilən ünvanda yaşamadığı və olduğu yer məlum olmadığından barəsində axtarış qərarı qəbul etmiş, icra vərəqəsinin icrasını təmin etmək üçün borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırilması haqqında məhkəməyə təqdimat vermişdir. Naxçıvan Şəhər Məhkəməsi təqdimatı təmin edib, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırilması haqqında qərardad qəbul etmişdir. Borclu barəsində tətbiq edilən tədbirlərə, onunla aparılan telefon danışıqlarına baxmayaraq icra vərəqəsi üzrə tələbi tam və vaxtlı-vaxtında icra etməmiş, borclu Türkiyə Respublikasında olduğu müddətdə cəmi dörd-beş dəfə aliment üzrə ödənişlər etmişdir. Bu barədə də tələbkarın iş materiallarında ərizələri olmuş, ərizələrdən başqa tələbkara aliment üzrə ödənişlər göndərməsi barədə məlumatı olmamışdır. Xidməti yerdəyişmə ilə 2021-ci ildə Naxçıvan MR Hərbi Məhkəməsi üzrə İcra bölməsində böyük icra məmuru vəzifəsinə təyin edilmiş, icraatında olan işləri şöbə rəisinə təhvil vermiş, icraatında olan işlərin hansı icra məmurunun icraatına verilməsindən məlumatı olmamışdır. Xidməti yerdəyişmə zamanı Təqsirləndirilən şəxs icra vərəqəsi üzrə aliment borcunun məbləğini dəqiq xatırlamadığını, borclunun icra vərəqəsi üzrə davamlı olaraq alimenti ödəmədiyindən və əvvəlki illərdən də borcu qaldığından onun aliment borcunun olduğunu bildirmişdir. Şahid1 hazırda icra vərəqəsinin icra vəziyyəti barədə məlumatı olmadığını göstərmişdir. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin başlanmasına əsas, Naxçıvan Şəhər İcra və Probasiya şöbəsinin 16 may 2023-cü il tarixli cinayət məsuliyyətinə cəlb olunma haqqında təqdimatı və 182348/2016 nömrəli icra işinin materialları, səbəb isə Azərbaycan Respublikası vətəndaşı Təqsirləndirilən şəxs Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-661/2019 nömrəli, xx.xx.2019-cu il tarixli qanuni qüvvəyə minmiş qətnaməsini qərəzli olaraq icra etməməsi olmuşdur. Cinayət işinin istintаqı zаmаnı müəyyən edilmişdir ki, Məmmədov X6 Şəhər Məhkəməsinin 2(078)-661/2019 nömrəli, xx.xx.2019-cu il tarixli qətnaməsinə əsasən 16 may 2019-cu il tarixdən başlayaraq hər ay sabit məbləğdə bir uşaq üçün 100 (bir yüz) manat olmaqla cəmi 300 (üç yüz) manat miqdarında alimenti 10 mart 2006-cı il təvəllüdlü X2, 11 mart 2012-ci il təvəllüdlü X3 və 23 sentyabr 2017-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün Zərərçəkmiş şəxs ödəməli olduğu halda, aliment üzrə ödənişləri vaxtında və lazımınca etməyərək iş üzrə zərər çəkmiş Zərərçəkmiş şəxs 11730 (on bir min yeddi yüz otuz) manat maddi ziyan vurmaqla, Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-661/2019 nömrəli, xx.xx.2019-cu il tarixli qanuni qüvvəyə minmiş qətnaməsini qərəzli olaraq icra etməmişdir. Beləliklə, Təqsirləndirilən şəxsnın Azərbaycan Respublikası CM-in 306.1-ci maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri tam sübuta yetirilir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin ikinci bəndində, Azərbaycan Respublikası CPM-in 21-ci maddəsində nəzərdə tutulan təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq belə hesab edir ki, Təqsirləndirilən şəxsnın əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur və o, qeyd edilən maddə ilə təqsirli bilinərək həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxsnın cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Təqsirləndirilən şəxs tərəfindən ibtidai araşdırmanın gedişində zərərçəkmiş Zərərçəkmiş şəxs olan aliment borcundan ödəmənin olmasını, müsbət xarakterizə olunması, 3 uşağının olması, əməlindən peşman olması Təqsirləndirilən şəxs məsuliyyətini yüngülləşdirən hal kimi qiymətləndirilməlidir. Təqsirləndirilən şəxs məsuliyyətini ağırlaşdıran hallar yoxdur. Cinayət işində Təqsirləndirilən şəxs məhkumluğunu müəyyən etmək üçün Naxçıvan Muxtar Respublikası DİN-nin Təşkilat-inspeksiya İdarəsinə sorğu göndərilmiş, sorğuya verilən cavabda Təqsirləndirilən şəxs əvvəllər 1999-cu ildə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 242-ci maddəsinin “a” bəndi ilə 3 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, aministiya qərarına əsasən cəzadan azad edilmiş, 2000ci ildə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 243-cü və 241-ci maddəsinin “a” bəndinə əsasən üç il altı ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 02 oktyabr 2012ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306-cı maddəsində nəzərdə tutulmuş cinayət tərkibi məhkəmə aktını icra etməməsinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 313-1.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edildikdən sonra şəxs tərəfindən həmin icra sənədinin yenidən qərəzli olaraq icra edilmədiyi hallarda yaranır. Həmin qərarda Konstitusiya Məhkəməsinin Plenumu tərəfindən məhkəmə aktının icrası üçün tərtib olunan icra sənədi icra olunmadıqda borclunun əvvəlcə inzibati məsuliyyətə, bu lazımi nəticə vermədikdə isə cinayət məsuliyyətinə cəlb olunması, inzibati məsuliyyətdən sonra borclunun hüquqazidd davranışı davam etdiyi halda onun cinayət məsuliyyətinə cəlb olunması, habelə bunun məhz Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada müvafiq orqana, məhkəmə icraçıları qurumunun rəhbərinin təqdimatı əsasında mümkünlüyü müəyyən olunmuşdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmədə Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 4 №-li Qərarının 3-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 №-li qərarının, 13-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir. Məhkəmə toplanmış sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, təqsirli bilindiyi maddənin sanksiyası hədlərində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinə əsasən, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini qərəzli olaraq icra etməmə və ya həmin məhkəmə aktlarının icrasına maneçilik törətmə iki min manatdan dörd min manatadək miqdarda cərimə və ya üç yüz iyirmi saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Məhkəmə cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələbinə görə, qəsdən törədilmiş az ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə haqqında qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilməli, o, məhkəmə iclas zalından dərhal həbsə alınmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın başlanğıcı hazırki iş üzrə hökmün çıxarıldığı 06 sentyabr 2023-cü il tarixdən hesablanmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. İş üzrə ekspertiza xərci və mülki iddia yoxdur. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxsə məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş vəkilə dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Naxçıvan şəhər Vəkillər Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 56 saat 30 dəqiqəyə görə 339 manat Azərbaycan Respublikasının dövlət büdcəsi hesabından Naxçıvan şəhər Vəkillər Bürosunun hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1, 197-198, 344-347, 349, 351-353, 356, 358, 381, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirli bilinib 1 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmənin başlanğıcı hökmün çıxarıldığı 06 sentyabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə haqqında qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalından dərhal həbsə alınsın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Naxçıvan şəhər Vəkillər Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 56 (əlli altı) saat 30 (otuz) dəqiqəyə görə 339 (üç yüz otuz doqquz) manat Azərbaycan Respublikasının dövlət büdcəsi hesabından Naxçıvan şəhər Vəkillər Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu vaxtdan, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətinə Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasına apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim Qabil Məmmədov.
Məhkəmə qərarları › İş №1(078)-30/2023
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Hökm — İş №1(078)-30/2023
06.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver