Azərbaycan Respublikası adından HÖKM Naxçıvan şəhəri İş № 1(078)-30/2024 31.05.2024 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Məmmədov Qabil Neymət oğlunun sədrliyi, X11 məhkəmə iclas katibliyi, dövlət ittihamçısı Naxçıvan Мuxtar Respublikası Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2, Təqsirləndirilən şəxs, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi iştirakı ilə, 05 avqust 1994-cü ildə Babək rayonu, Qaraxanbəyli kəndində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, müvəqqəti işsiz, Babək Rayon Məhkəməsinin 17 yanvar 2024-cü il tarixli hökmü ilə 1 il 2 ay 4 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, Naxçıvan şəhəri, Qaraxanbəyli kəndində qeydiyyatda olmaqla, Naxçıvan şəhəri, ünvan 1 ünvanında yaşayan, müstəntiqin 07 mart 2024-cü il tarixli qərarı ilə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 179.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə baxışı iclasında baxaraq müəyyən etdi: Məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs 2022-ci ilin iyul ayından başlayaraq həmkəndlisi, polietilen torbaların satışı ilə məşğul olan Zərərçəkmiş şəxs1 yanında faktiki olaraq satış təmsilçisi kimi işə başlamış, rəsmi əmək müqaviləsi bağlamasalar da, aralarında əldə olunmuş şifahi razılaşmaya əsasən Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs muxtar respublika ərazisində yerləşən müxtəlif mağaza, kafe, aptek və lavaş sexlərinə polietelin torbaların satışı işini həvalə etmişdir. Təqsirləndirilən şəxs müəyyən müddət Zərərçəkmiş şəxs1la birlikdə işlədikdən sonra sonuncunun etibarını qazanmış və sərbəst şəkildə polietilen torba satmağa və satılan malların pullarını yığaraq Zərərçəkmiş şəxs1 təhvil verməyə başlamışdır. 15 mart 2023-cü il tarixdə Zərərçəkmiş şəxs1 istirahət etmək üçün Bakı şəhərinə gedən zaman Təqsirləndirilən şəxs xahişinə əsasən Qaraxanbəyli kəndində yerləşən anbarın açarını və özünəməxsus “REXTON” markalı, **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etməsi üçün etibarnamə əsasında dostu X21 vermiş, o, Bakı şəhərində olduğu 15 gün müddətində Təqsirləndirilən şəxs Rəvayət Alquliyevlə birlikdə muxtar respublika ərazisindəki müxtəlif mağaza, kafe, aptek və lavaş sexlərinə gedərək polietilen torba satmışlar. Bundan sonra Təqsirləndirilən şəxs özü təklikdə satış etdikləri mağaza, kafe, aptek və lavaş sexlərinə gedərək Zərərçəkmiş şəxs1 məxsus polietilen torbaların pulunu ondan xəbərsiz yığmaqla ümumilikdə toplanmış 6109 manat 50 qəpik məbləğində pulu mənimsəmiş, həmçinin bundan sonra 2023-cü ilin avqust ayında Şahbuz rayon Ayrınc kənd sakini Zərərçəkmiş şəxs2 qızı X113 X129 işə düzəldəcəyi vədi ilə aldadıb 1000 manat pulunu ələ keçirməklə dələduzluq etmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 179.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Hazırki cinayət işi üzrə məhkəmənin əsaslandığı sübutlar aşağıdakılardır. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 179.2.4-cü maddələri ilə təqsirli bilərək ifadəsində bildirmişdir ki, Emin onun uzaq qohumumdur. Ata tərəfdən babası Yadigar Eminin anası Əntiqə xanımın dayısıdır. Zərərçəkmiş şəxs1 bir neçə ildir ki, Naxçıvan MR-də polietilen torbaların satışı işi ilə məşğul olur. 2021-ci ildə evləndikdən sonra işsiz olduğu üçün təqribən 2022-ci ilin iyul ayında Emindən ona iş verməsini xahiş etmiş, Emin onu öz yanında işə qəbul etdikdən sonra onunla birlikdə muxtar respublikanın demək olar ki, bütün rayonlarına gedib orada polietilen torba satmışlar. Bəzən də Emin ona “filan mağazaya get, ora torba ver, filan mağazadan da nisyələri yığ” deyə tapşırmışdır. Onun tapşırığına əsasən bu işləri görmüşdür. Eminlə birlikdə işləməyə başlayan vaxtlarda Eminə “mən sənin torbalarını baha qiymətə mağazalara satacam, artıq qalan pulu da özümə götürəcəm” deyə təklif etmiş, Emin də onun təklifini qəbul edib “neçəyə sata bilirsənsə sat, torbanın öz pulu qalsın mənə, artıq qalan da sənindir” demişdir. Bundan sonra bəzən Eminlə, bəzən isə tək mağazalara gedib torba vermiş, həmçinin əvvəlki satdığı torbaların pulunu yığmış, Emin də bundan məlumatlı olmuşdur. 14 mart 2023-cü ildə Emin istirahət etmək üçün Bakı şəhərinə gedəcəyini ona demiş, həmçinin maşının və anbarın açarını döstu Rəvayətə vermiş, həmçinin maşınını idarə edə bilməsi üçün Rəvayətə etibarnamə də vermişdir. Emin Bakıda olduğu ərəfədə Rəvayətlə birlikdə muxtar respublika ərazisindəki mağazalara gedib torba satmış, əvvəlki satdıqları torbaların pulunu yığmışdır. Bütün bunları etdikdən sonra axırda Rəvayətlə birlikdə Eminə zəng vurub gün ərzində satdıqları torbalar, eləcə də yığdığı nisyələr barədə məlumat vermişlər. Emin Bakıda olduğu ərəfədə mal satdıqları və onlara borclu olan bəzi mağazalardan pulları öz şəxsi istifadəsi üçün almış və bu barədə Eminə məlumat verməmişdir. Həmçinin Emin hələ Bakıya getməmişdən əvvəl də təqribən keçən ilin fevral aylarında bir neçə mağazadan məbləğini dəqiq xatırlamadığı miqdarda pul götürmüş və bunu Emindən gizlətmişdir. Təqribən 30 mart 2023-cü ildə Emin Bakıdan qayıtmış, aprel ayının 1də Rəvayətlə birlikdə Eminə mağazalara satdığı mallar, eləcə də yığdığı pullar və çıxan xərclər barədə məlumat vermişlər. Emin isə həmin vaxt yorğun olduğunu və aprel ayının 4-də işə çıxacağını bildirmişdir. Emin evə getdikdən sonra elə həmin gün Qarabağlar kəndindəki lavaş sexi işlədən Möhtacdan 580 manat pul almış və bunu Eminə deməmişdir. Bundan sonra isə səhəri gün, yəni 02 aprel 2023-cü il tarixdə Naxçıvan şəhərində yerləşən Musiqi Kollecinin yanındakı ərzaq dükanından 50 manat götürmüş, ondan sonra isə Hilal kafesinə gəlmiş, Hilal kafesindən isə 40 manat götürmüş, bundan sonra isə “Dəyirmançı” kafesinə gəlmiş və həmin kafedən isə 100 manat götürmüş, həmin pulları Naxçıvan şəhərində mağaza və kafenin içində almışdır. Həmin tarixdən sonra heç bir mağazadan və heç kimdən pul almamışdır. 04 aprel 2023-cü il tarixdə Emin ona “Whatsapdan” mesaj yazaraq Vayxır kəndində mağaza işlədən İlham adlı şəxsdən ondan xəbərsiz nə qədər pul almağını soruşmuş, özü də Eminə “Lazer aparatı almaq üçün İlhamdan 100 manat pul almışam səndən xəbərsiz, həmçinin başqa 3-5 mağazadan da səndən xəbərsiz pul yığmışam. İndi Bakıdayam, gəlim qaytaracam” cavabını vermişdir. Emin isə bunları ona niyə demədiyini soruşmuş və barəsində şikayət edəcəyini bildirmişdir. Emin Bakıda olduğu müddətdə ondan xəbərsiz mağazalardan təqribən 6000 manatdan artıq borc pulları yığmış və həmin pulları öz şəxsi istifadəsi üçün xərcləmişdir. Emin istər Bakı şəhərində, istərsə də Naxçıvan şəhərində olduğu müddət ərzində müəyyən vaxtlarda Emin mağazalara gedib torba verməyini və əvvəl satdıqları torbaların pulunu yığmağı şifahi formada ona tapşırmışdır. Bu barədə Eminlə aralarında yazılı razılaşma olmamış, Emin ona şifahi formada pulların yığılması barədə tapşırıq vermişdir. Özü də Eminin dediyi pulları yığmış, lakin həmin mağzalardan yığdığı pullar barədə Eminə məlumat verməmiş və həmin pulları da özü üçün xərcləmişdir. Emindən xəbərsiz mağaza və kafelərdən yığdığı pulların miqdarı təqribən 6000 manatdan çox olmuş, həmin pulları özünə aid dəftərə yazmışdır. Həmin dəftəri isə itirmişdir. Mağazalardan və kafelərdən yığdığı pulları restoranlarda xərcləmişdir. Emindən xəbərsiz mağazalardan götürdüyü pulların miqdarını özünə aid dəftərdə qeyd etsə də həmin dəftəri daha sonra itirmişdir. Lakin Eminə məxsus dəftərdə bəzi mağazalardan daha çox pul götürdüyü qeyd olunsa da həmin mağazalardan daha az pul götürmüşdür. Emindən xəbərsiz təqribən 6000 manatdan çox pul götürmüşdür. Həmçinin Culfa şəhərində lavaş sexi işlədən Sərdar adlı şəxsdən pul götürmədiyi halda Eminin dəftərində oradan pul götürdüyü qeyd edilmişdir. Heç zaman Sərdarın işlətdiyi Culfa rayonu Yaycı kəndindəki lavaş sexinə tək getməmiş, təklikdə Sərdardan 75 manat pul almamışdır. Emin onun ailəsi haqqında mənfi fikirlər danışdığı üçün Eminə zərbə dəyməsini istəmiş, buna görə də həmin pulları Emindən xəbərsiz yığıb özünə xərcləmişdir. Emin Bakıya getməmişədən 1-2 ay əvvəl yəni keçən ilin yanvar-fevral ayında Eminə məxsus polietilen torbaların pulunu ondan xəbərsiz mağaza və kafelərdən yığmaq niyyəti yaranmış, hətta Emin Naxçıvanda olduğu zaman da ondan xəbərsiz malın pulunu götürmüş və daha sonra isə yerinə qoymuşdur. Sonuncu dəfə satdıqları malların pulunu Naxçıvan şəhərində yerləşən Dəyirmançı kafedən almış, 02 aprel 2023-cü il tarixdə Dəyirmançı kafesinə gedərək həmin kafeni işlədən türk vətəndaşından 100 manat pul almışdır. Mağazalardan pulları yığan zaman yanında heç kim olmamış, pulları demək olar ki, tək yığmış, Rəvayət isə həmin vaxtda maşında oturub onu gözləmişdir. Bu əməli törətməzdən əvvəl bu haqda heç kimə heç bir söz deməmişdir. Məhkəmə mühasibatlıq ekspertizasının rəyi və ekspert rəyinin qiymətləndiriməsi haqqında qərarla tanış olduqdan sonra verilmiş ekspert rəyi və ekspert rəyinin qiymətləndirilməsi haqqında qərarda yazılmış məbləğlə razı olduğunu bildirmişdir. Hilaldan 40 manat daha əvvəl almış, lakin həmin 40 manatı da Eminə vermiş, özünə götürməmişdir. Hilaldan sonuncu dəfə 50 manat pul almış, həmin 50 manatı isə Eminə verməmişdir, Alibaba kafedən sonuncu dəfə 50 manat pul almışdır. X60 işlədiyi Naxçıvan Televizyasının qarşısında yerləşən ərzaq mağazasından 80 manat alıb həmin pulu Eminin özünə vermiş, Ehtiqardan Dəmiryolu vağzalı tərəfdə olan mağazadan sonuncu dəfə 60 manat deyil 30 manat almışdır. Sonuncu dəfə X22 işlətdiyi mağazadan 38 manat pul almışdır. Sonuncu dəfə X45 işlətdiyi Culfa rayonu, Bənəniyar kəndindəki lavaş sexində ona 100 manat dəyərində torba satmış, o da həmin torbanın pulunu nağd şəkildə ona ödəmiş, köhnədən qalan 200 manat borcu isə qalmışdır. Elçin Məhərrəmova sonuncu dəfə 60 manat dəyərində torba satmış, onun əvəzində isə bir müddət keçdikdən sonra onun mağazasından 40 manat dəyərində ərzaq almış, qalan 20 manat isə borc kimi qalmışdır. Həmin 20 manatı isə Elçindən almamışdır. Sonuncu dəfə Ələkli kəndinə gedəndə Qabildən 75 manat pul almış, hətta həmin pulu da Qabilin anası pəncərədən vermişdir. Qabildən sonuncu dəfə 225 deyil 75 manat pul almışdır. X2 dəfə 50 manat pul almış, həmin pulu isə özünə götürməmiş, aldığı 50 manat pulu Eminə verməsi üçün Rəvayətə vermişdir. Sonuncu dəfə haqq-hesab vaxtı Eminə nə qədər pul verdiyini xatırlamır. Satış etdikləri mağaza, kafe, aptek və lavaş sexlərində alıcı malı qaimə-faktura ilə istədikdə həmin vaxt qaimə-faktura yazıb malı satmış, alıcı qaimə-faktura istəmədikdə isə qaiməfaktura yazmamışlar. Duyğunun atası Zərərçəkmiş şəxs2 qızı Duyğunu işə düzəltmək adı ilə pul almamış, ondan 1000 manatı borc kimi almışdır. Şahbuz rayonu, Ayrınc kəndində Duyğugilin yaşadığı evdə atası Zərərçəkmiş şəxs2 1000 manat pul almış, daha əvvəl atası ilə danışanda Duyğunu X142 işə düzəldəcəyini demişdir. Lakin pulu almamışdan əvvəl, eləcə də pulu aldıqdan sonra Duyğunu X142 işə düzəltmək kimi bir niyyəti olmamışdır. Pulu almaq üçün belə bir vasitəyə əl atmış, kiminsə vasitəsilə Duyğunu X142 işə düzəltməyi planlaşdırmamışdır. X32 təqribən 1 il olar ki, X142 işləyir. O, Hava Limanında təhlükəsizlikdə işləyir və kameralara nəzarət edir. Yoldaşının nə X113 Hava Limanında işə düzəldə biləcək bir səlahiyyəti, nə də elə bir tanışı yoxdur. Zərərçəkmiş şəxs2 1000 manat pul alan zamanlarda borcları olmuş Zərərçəkmiş şəxs2 qızı Duyğu Həsənovanı işə düzəltmək adı ilə aldığı 1000 manat pulu borclarını bağlamaq üçün borclu olduğu şəxslərə vermişdir. Hazırda zərərçəkmiş şəxslərə vurduğum ziyandan ödəmə etməmişəm. Törətdiyi əməldən peşman olduğunu bildirərək ona yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində bildirmişdir ki, 2016-cı ildən Naxçıvan Muxtar Respublikası ərazisində polietilen torbaların satışı işi ilə məşğul olur. Bundan əvvəl isə 7 il klok sexində işləmişdir. Həmçinin 2020-ci il tarixdə vergi orqanlarında qeydiyyatdan keçmiş və VÖEN almışdır. Muxtar respublika ərazisində satdığı polietilen torbaları qonşu Türkiyə Respublikası və İran İslam Respublikası ərazisinə gedərək oradan alır və Naxçıvan şəhəri, Qaraxanbəyli kəndindəki evinin həyətindəki anbara yığır. Daha sonra isə həmin polietilen torbaları muxtar respublika ərazisindəki mağazalara satır. Satış etdiyi mağaza sahibləri ilə aralarında olan şifahi razılığa əsasən torbaları birinci dəfə nisyə olaraq mağaza sahiblərinə verir və nisyə verilmiş pulları dəftərində qeyd edir. Növbəti dəfə həmin mağazaya torba aparanda birinci dəfə satdığı torbanın pulunu alır. Təqsirləndirilən şəxs ilə heç bir ədavəti və düşmənçiliyi yoxdur. Hətta Kamranla uzaq da olsa qohumluğu vardır. Kamran onun anasının dayısı Yadigarın nəvəsidir. Kamranı uşaq vaxtından tanıyır. 2022-ci ilin təqribən iyul ayında Kamran ona müraciət edərək işsiz olduğunu, maddi cəhətdən sıxıntılarının olduğunu və onunla birlikdə işləmək istədiyini bildirmiş, özü də Kamranla razılaşmışdır. Razılaşma zamanı Kamran ona “sənin satdığın torbaların üstünə biraz pul qoyub baha qiymətə mağazalara satacam” demiş, özü də Kamrana “bacarırsansa sat, əsas odur ki, torbanın maya dəyərini mənə ver, artıq qalan pul sənindir” demişdir. Bundan sonra Kamran satdığı torbaların üstünə 5-20 qəpik arası pul qoyaraq satmağa və pul qazanmağa başlamışdır. Torbaları Kamranla birlikdə muxtar respublika ərazisindəki mağazalara girərək satmışlar. Bundan başqa bəzən Kamranla bir yerdə olan vaxtlarda mağaza sahibləri ona zəng edib torba istədikdə Kamrana həmin mağazaya torba aparıb verməsini və əvvəl nisyə verdikləri malın pulunu mağaza sahibindən almasını tapşırmışdır. Kamran çox vaxt onun tapşırığına əsasən nisyə verdikləri malların pulunu mağazalardan yığıb gətirmişdir. Keçən il yəni 2023-cü ilin mart ayının 14-də istirahət etmək üçün Bakı şəhərinə getmiş, getməmişdən əvvəl Bakıya gedəcəyini və təqribən 15 gün Naxçıvanda olmayacağını Kamrana demişdir. Kamran isə həmin vaxt “sən Bakıya gedirsən, bəs mən nə edəcəm, necə dolanacam, pulum yoxdur” demiş, bu sözünə görə Kamrana yazığı gəlmiş və dostu Rəvayət Alquliyevə maşının və anbarın açarını vermişdir. Həmçinin Rəvayətə avtomobilini idarə edə bilməsi üçün etibarnamə də vermişdir. Özünə məxsus “REXTON” markalı **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobili vardır. Avtomobili Rəvayətə verəndə “mən Bakıya gedirəm, sən Kamranla mağazalara gedib nisyə malların pulunu yığarsız, Kamran mağazaları tanıyır” demişdir. Bundan sonra Bakıya getmiş və iş nömrəsi olan mobil telefonu söndürmüş və yalnız şəxsi nömrəsini ***-***-**-** mobil telefonu istifadə etmişdir. Bakıda olduğu müddətdə Rəvayət hərgün ona zəng edib Kamranla birlikdə satdığı torbaların miqdarı, onların qiyməti və kimdən nə qədər pul götürmələri barədə məlumat vermişdir. 30 mart 2023-cü il tarixdə Bakıdan Naxçıvana qayıtmış, 01 aprel 2023-cü il tarixdə Rəvayət ona mağazadan yığılan pullar, satılan torbalar və çəkilən xərc barədə məlumat vermişdir. Həmin vaxt Kamran da yanlarında olmuşdur. Yorğun olduğum üçün onlara “3 gün sonra, yəni 04 aprel 2023-cü il tarixdə işə çıxacam” demişdir. Dediyi tarixdə işə çıxmış və avtomobili ilə işlərinin görülməsində, malların daşınmasında ona köməklik edən Məhərrəm Məmmədovdan rayonlara satdıqları nisyə malların pulunu yığmasını istəmişdir. Həmin gün səhər saat 10 radələrində Məhərrəm ona zəng vurub “Mən indi Vayxır kəndindəyəm, mağaza sahibi deyir ki, mənim 205 yox, 105 manat borcum var” demiş, bunu dəqiqləşdirmək üçün qeydiyyat dəftərinə baxmış, bu vaxt həmin şəxsin elə 205 manat borcunun olduğunu görmüşdür. Buna görə də həmin mağaza sahibi İlhama zəng vurmuş, İlhama “sənin 205 manat borcun var” demiş, İlham isə “keçən dəfə Rəvayət ilə Kamran gəlib mənə 105 manat dəyərində torba verdilər. Ondan əvvəl mənim sənə 100 manat borcum var idi. Lakin onlar getdikdən sonra Kamran mənim yanıma tək gəldi və əvvəlki 100 manat pulu istədi. Mən də həmin vaxt Kamrana 100 manat pul verdim. Mənim sənə hal-hazırda 105 manat borcum var” demişdir. Bundan sonra bu məsələni aydınlaşdırmaq üçün Kamrana zəng vurmuş, Kamran “satmaq üçün lazer aparatı alacam, pul lazım idi, buna görə də səndən xəbərsiz 3-5 mağazadan nisyə pulları yığmışam. İndi Bakıdayam, narahat olma gəlim pulları qaytaracam” demişdir. Həmin vaxt Kamrana qarşı ürəyində şübhə yaranmış, bundan sonra Naxçıvan şəhərində yerləşən və ona borcları qalan mağazalara getmiş və mağazadakı dəftərlər ilə öz qeydiyyat dəftərində eyniləşdirmə aparmışdır. Həmin vaxt mağaza sahibləri ona “Kamran gəlib dedi ki, təcili pul lazımdır, bütün nisyələri verin, biz də pulların hamısını Kamrana verdik” demişlər. Bundan sonra Bakıda olduğu müddətdə Kamranın mağaza sahiblərindən ümumilikdə 6479 manat pul yıdığını müəyyənləşdirmiş, buna görə də Kamranın ona qarşı dələduzluq etdiyini düşündüyündən elə həmin gün, 04 aprel 2023-cü il tarixdə Naxçıvan MR Daxili İşlər Nazirliyində Kamran barəsində şikayət etmişdir. Kamranı uzun müddətdir tanıyır. Kamran onun bu işlə məşğul olduğunu bildiyi üçün özü müraciət edərək “mənə də iş ver işləyim” demiş, onunla şəxsi tanışlığı olduğundan işlərini görməsi üçün Kamranı öz yanında işə götürmüş, lakin onunla əmək müqaviləsi və s. bağlamamışdır. Təqsirləndirilən şəxsla aralarında hər hansı əsas, müqavilə və ya xüsusi tapşırığa dair sənəd olmamış, yalnız özünün şifahi tapşırığına əsasən Kamran mağazalara torba paylamış və satdığı torbaların da pulunu yığmışdır. Birlikdə işlədikləri dövrdə Kamran onun yanında olan vaxtlarda bəzən mağaza sahibləri ona zəng edib torba istəmiş, özü də Kamrana həmin mağazalara torba verməsini, nisyə satdıqları malların pulunu da alıb gətirməsini tapşırmışdır. Kamran çox zaman onun tapşırığına əsasən gedib mağazalardan pullları toplamışdır. Bakı şəhərinə getməmişdən əvvəl Kamran vəziyyətinin pis olduğunu, pulunun olmadığını dediyi zaman ona yazığı gəlmiş, buna görə də anbarın və maşının açarını dostu Rəvayətə vermişdir. Həmçinin Rəvayətə “mən Bakıda olacam, həmin ərəfədə Kamranla birlikdə mağazalara gedib pulları yığarsız, Kamran mağazaları tanıyır” demişdir. Bakıda olduğu ərəfədə Kamran mağazalara gedərək pulları yığmış, yığdığı pulların bəzilərini ona demiş, bəzilərini isə məlumat verməyək ondan gizlətmiş və özünə götürmüşdür. Bakıda olanda şəxsi nömrəsini istifadə etmiş, həmin ərəfədə Rəvayət zəng edib Kamranla birlikdə satdığı torbalar, habelə kimdən nə qədər pul götürmələri barədə məlumat vermişdir. Özü də dəftərində müvafiq qeydlər aparmışdır. Bakıda olanda Kamran və Rəvayət mağazalarda satış etdikdən sonra pulu mağazadan yalnız Kamran toplamış və bu barədə Rəvayətlə birlikdə ona məlumat vermişlər. Lakin Kamranın nisyə pulları yığaraq müəyyən hissəsini özünə götürməsindən Rəvayətin xəbəri olmamışdır. Kamran bunları Rəvayət onun yanında olmayan zaman etmişdir. Kamranın hazırda ona 6479 manat borcu vardır. Bakıda olduğu 14 gün ərzində Kamran mağazalara gedərək həmin pulları ondan xəbərsiz yığmışdır. Kamran mağazalardan 6479 manat dəyərində torbanın pulunu yığaraq mənimsəmişdir. Naxçıvan Muxtar Respublikası ərazisindəki bütün rayonlarda və şəhərdə torba satır. Kamran da bütün rayonlara torbanı satmışdır. Kamranın sonuncu dəfə hansı mağazadan pul almasını dəqiq bilmir. Bakı şəhərində olduğu müddətdə Kamran bütün rayonlarda, eləcə də şəhər ərazisindəki mağaza, kafe, aptek və lavaş sexlərinə gedərək pulları toplamışdır. Şəhərdəki, eləcə də rayonlardakı torba satdığı mağazaları, kafeləri, aptekləri və lavaş sexlərini dəftərində ayrılıqda qeyd etmişdir. Kamran şəhər ərazisindəki mağaza, kafe, aptek və lavaş sexlərindən 2344 manat pul toplamışdır. Bundan başqa Kamran Culfa rayonundan 751 manat, Ordubad rayonundan 378 manat, Şahbuz və Babək rayonlarından 1521 manat, Kəngərli rayonundan 875 manat, Şərur rayonundan 610 manat tobaların pulunu yığaraq mənimsəmişdir. Ümumilikdə Kamran 6479 manat pulu yığaraq mənimsəmişdir. Naxçıvan MR DİN-ə müraciət edəndən sonra polislər Kamranı tutub gətirəndə o, bildirmişdir ki, “mən guya onun ailəsi haqqında artıq-əskik sözlər danışmışam, ona görə də o, mənə qarşı bu hərəkəti edib” demişdir. Lakin belə bir hal heç zaman olmamışdır. Tələbi Kamranın ona vurduğu maddi ziyanı tam şəkildə ona ödəməsidir. Bu məsələlər olan zaman Alibaba kafesinə getmiş və Hilalla danışmış, Hilal ona “Kamrana sonuncu dəfə əvvəlcə 40 manat, daha sonra isə 50 manat pul vermişəm” demişdir. Özü də dəftərində Kamranın həmin kafedən 90 manat aldığını qeyd etmişdir. Kamran yalan danışır. Kamran Alibaba kafesindən əvvəl aldığı 40 manatı ona verməmişdir. Kamran həmin kafedən ondan xəbərsiz ümumilikdə 90 manat pul almışdır. Bakıda olanda Rəvayətlə danışan zaman Rəvayət ona Kamranın ona 50 manat pul verdiyini demişdir. Daha dəqiq desək Rəvayət həmin günün sonunda ona zəng vurub “bugün qazanc pulu kimi hərəmizə 50 manat pul qalmışdır” demişdir. Kamran mağazalara torba satanda satdığı torbanın hər kiloqramına 5-20 qəpik arası pul qoymuş, ona görə də malın əsas deyərindən əlavə pul qalmışdır. Özü də əvvəldən Kamrana “malın maya dəyərini mənə verin, artıq nə satsanız da özünüzə götürərsiz” demişdir. Buna görə də Rəvayət Kamranın ona 50 manat verdiyi barədə məlumat verəndə ona “götür, halal xoşun olsun.” Demişdir. Lakin həmin pulun Nüsnüsdəki mağazaya satılan torbanın pulu olmasından xəbəri olmamışdır. Rəvayət bunu bilməmişdir. Kamran Nüsnüs mağazasına satdığı pulu özünə götürmüş, yəni malın maya dəyərini ona verməmişdir. Ona görə də dəftərdə Kamranın həmin mağazadan ondan xəbərsiz 50 manat aldığını, ona vurulmuş ziyanın ödənilmədiyini, şikayətçi olduğunu, mülki iddiasının təmin olunmaqla qanuni qərar qəbul edilməklə Təqsirləndirilən şəxs cəzalandırılmasını xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində bildirmişdir ki, qızı Duyğunun 2023-cü ilin sentyabr ayından Kəngərli rayon Şaxtaxtı kənd orta məktəbində riyaziyyat müəllimi işləyir. Duyğu hələ məktəbdə işə başlamamışdan təqribən 1 ay əvvəl yəni keçən ilin avqust ayında evdə olan zaman ona “Tiktok” sosial şəbəkəsində qrup yoldaşımı tapmışam, o hal-hazırda X142 işləyir, onunla danışdım və mənə dedi ki, səni də Hava Limanına işə düzəldə bilərəm, lakin işə düzəlmək üçün şirinlik kimi 1000 manat pul verməlisən” deyə bildirmişdir. Özü də Duyğu ilə razılaşmış və “1000 manat verə bilərəm” deyə bildirmişdir. Bundan sonra qızı Duyğu həmin qrup yoldaşı olan xanımın həyat yoldaşının telefon nömrəsini ona vermişdir. Elə həmin vaxt qızının dediyi nömrə ilə əlaqə saxlamış, həmin şəxsdən adını soruşduqda adının Kamran olduğunu, həyat yoldaşının X142 işlədiyini, qızı Duyğunu da X142 işə düzəldə biləcəyini demiş və bunun üçün 1000 manat pul lazım olduğunu bildirmişdir. Telefonda danışan zaman Kamranla razılaşmış və qızının X142 işə düzəlməsi müqabilində 1000 manat pulu ona verə biləcəyini demişdir. Həmin gün axşam Kamran onların yaşadığı Şahbuz rayon Ayrınc kəndindəki evə gəlmişdir. Kamran evə tək gəlmiş və yanında heç kim olmamışdır. Həmin zaman 1000 manat pulu Kamrana vermiş, Kamran da “1 həftəyə kimi işi düzəldəcəm” demişdir. Lakin bu söhbətdən qısa müddət sonra Təhsil Nazirliyindən qızı Duyğuya zəng gəlmiş və ona Kəngərli rayon Şahtaxtı kənd orta məktəbində müəllim kimi işə düzəldiyini bildirmişlər. Qızı sənədlərini Təhsil Nazirliyinə verdikdən sonra 2 gün sonra Kamrana zəng vurub “qızım başqa işə düzəldi, Hava Limanındakı işə daha ehtiyac qalmadı, sənə verdiyim 1000 manat pulu geri qaytar” demişdir. Kamran da həmin vaxt telefonda “yaxşı 5-10 günə kimi sənin pulunu qaytaracam” desə də dediyi sözün üstündə durmamış və onunla pulu qaytarmaq barədə bir neçə dəfə telefonla danışsa da hər dəfə müxtəlif bəhanələr gətirərək pulu geri qaytarmamışdır. Bundan sonra məcbur qalıb Şahbuz Rayon Polis İdarəsinə müraciət etmişdir. Kamranı cəmi bir dəfə evə gəlib 1000 manat pulu alan zaman görmüş, həmin gün və ondan sonra da bir neçə dəfə onunla telefonda danışmışdır. Kamrana 1000 manat pulu qızı Duyğunu X142 işə düzəltməsi üçün şirinlik kimi vermişdir. Kamrana 1000 manat pulu yaşadıqları evdə vermiş, pulu verən zaman yanlarında yoldaşı Səadət və qızı Duyğu olmuşdur. Kamran sadəcə qızı Duyğunu X163 işə düzəldəcəyini demiş, lakin Hava Limanında hansı vəzifəyə işə düzəldəcəyini deməmişdir. Kamrana pulu verməmişdən əvvəl onunla telefonda danışan zaman Kamran ona “yoldaşım X142 işləyir, Duyğunu da X142 işə düzəldə bilər. Bunun üçün də mənə 1000 manat pul lazımdır” demişdir. Özü də həmin 1000 manat pulu elə həmin günün axşamı evdə Kamrana vermişdir. Kamrana 1000 manat pulu borc kimi verməmişdir. Kamranın yalan danışdığını. Həmin pulu Kamrana qızı X113 Hava Limanına işə düzəltməsi müqabilində vermişdir. Lakin Kamrana pulu verdikdən təqribən 3 gün sonra qızı başqa işə düzəldiyindən Kamrana zəng vurub pulu qaytarmasını istəmiş, Kamran da qaytaracağına söz versə də bugünə kimi həmin pulu qaytarmamışdır. Təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlinə görə qanuni cəzalandırılmasını xahiş edirəm. Məhkəmə iclasında şahid qismində dindirilmiş X115 ifadəsində Zərərçəkmiş şəxs1 təqribən 4-5 ildir ki, şəhər adamı kimi tanıyır. Kamranı isə Eminin işçisi kimi tanımışdır. Mağaza işlətməyə başladıqdan sonra Emin və Kamran mağazaya gəlib polietilen torba satdıqlarını bildirmiş, onlardan 2-3 bağlam polietilen torba almışdır. Onlarla şihafi formada gələn dəfə torba alan zaman köhnə borcu ödəmək şərti ilə razılaşmışlar. Emingildən 2-3 dəfə polietilen torba almış, torbanın pulunu da razılaşdıqları formada onlara ödəmişdir. Arada özü də Bakıdan torba aldığı üçün 4-5 ay Emingildən ümumiyyətlə torba almamışdır. Emingildən torba alanda həmişə Emin və Kamran birlikdə mağazaya gəlmiş, həmin vaxt da köhnə borcu onlara ödəmişdir. Pul alan zaman Emin və Kamran adətən bir yerdə gəlmişlər. Sonuncu dəfə də təqribən 2023-cü ilin fevral ayında Emin və Kamran mağazaya gəlmişlər. Həmin vaxt onlara əvvəldən qalan borcunu tam şəkildə ödəmiş və 250 manat dəyərində torba almışdır. Kamran sonuncu dəfə satdığı 250 manat dəyərində torbanın pulunu ondan nağd şəkildə almamışdır. Kamran mağazaya gəlib satdıqları torbanın pulu qarşılığında mağazadan 3-4 dəfəyə ümumilikdə 250 manat dəyərində spirtli içki və siqaret almışdır. Torbaya görə onlara borclü olduğundan heç bir söz demədən Kamrana istədiklərini vermişdir. Həmçinin Kamran bu dediklərini mağazadan alan zaman “onsuzda sizin bizə borcunuz var, olmasa haqqhesabdan düşərsən” demişdir. Kamranın mağazadan alış-veriş edəndə tək olmuş, yanında heç kim olmamışdır. Kamran mağazaya gələrkən uşaqlarla oturduğunu, üstündə pulunun olmadığını, aldıqlarının pulunu səhər ödəyəcəyini bildirmişdir. Onlara torbaya görə pul borclu olduğundan Kamrana istədiklərini vermiş, Kamran da mağazadan aldıqları qarşılığında ona əlavə pul ödəməmişdir. Bundan sonra isə 1 dəfə Kamran tək mağazaya gəlib borcunu istəmiş, Kamrana “biz raşot olmuşuq, mənim sizə borcum yoxdur” demişdir. Bundan bir neçə gün sonra isə Emin mağazaya gəlib borcunu ödəməyini ondan istədikdə Eminə “mənim sizə borcum qalmayıb. Kamran bir neçə dəfə gəlib mağazadan həmin pulun qarşılığında spirtli içki və siqaret almışdır” cavabını verdiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X155 ifadəsində 2018-ci ildən 2024-cü ilin yanvar ayının 29-dək Məzrə kəndində ərzaq mağazasını icarə müqaviləsi əsasında işlətmişdir. Hal-hazırda isə həmin mağazanı işlətmir. Təqribən 2022-ci ilin sonlarında bir nəfər mağazaya gəlmiş, həmin vaxt adının Kamran olduğunu bildirərək polietilen torba satdığını demişdir. Torbalarına baxıb keyfiyyətini bəyəndiyi üçün ondan torba almağa razılıq vermiş, həmin vaxt Kamrandan yarı meşoq təqribən 15 kq polietilen torba almış və pulunu da həmin vaxt nağd şəkildə Kamranın özünə ödəmişdir. Bundan sonra təqribən həftədə 1 dəfə Kamran mağazaya gəlib torba lazım olub-olmamasını soruşmuş, lazım olduqda nağd şəkildə pulunu ödəyib ondan polietilen torba almışdır. Beləliklə bir neçə dəfə Kamrandan pulunu nağd şəkildə ödəməklə polietilen torba almışdır. Təqribən 2023-cü ilin əvvəllərində yanvar-fevral aylarında Kamran yenə mağazaya gəlib torba lazım olub-olmamasını soruşmuş, həmin vaxt torba lazım olduğu üçün Kamrandan 1 bağlam balaca ölçülü polietilen torba, yarı bağlam isə böyük ölçülü polietilen torba almışdır. Lakin ilk dəfə idi ki, torbaların pulunu ona ödəməmiş və nisyə götürmüşdür. Torbaların ümumilikdə qiyməti 140 manat olmuş, bundan sonra Kamran yenə həftədə 1, bəzən 10 gündə 1 keçib torbanın pulunu ondan hissə-hissə almışdır. Hər dəfə Kamrana bəzən 30, bəzən 40 manat pul vermişdir. Beləliklə ümumilikdə olan 140 manat borcunu Kamrana 3-4 dəfəyə tam şəkildə ödəmişdir. Həmişə Kamran mağazaya tək gəlib torba satmış, pulunu da alıb getmişdir. Kamrana sonuncu dəfə pul ödədikdən təqribən 1 ay – 1 ay yarım keçdikdən sonra Məhərrəm adlı şəxs əlində dəftər mağazaya gəlmiş, Eminin işçisi olduğunu və Kamranın satdığı kloklara görə onlara 140 manat borcunun olduğunu bildirmiş və dəftərdə yazılan borcu ona göstərmişdir. Özü isə “bəli, Kamrandan 1 dəfə nisyə 140 manat dəyərində polietilen torba almışam, lakin onun pulunu hissə-hissə Kamrana tam şəkildə ödəmişəm, mənim kloka görə heç bir borcum qalmayıb” cavabını vermişdir. Bundan sonra daha Kamran mağazaya gəlib-getməmiş, həmin vaxt da Məhərrəmdən polietilen torba almağa başladığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X97 ifadəsində Zərərçəkmiş şəxs1 təqribən 1 ildən artıqdır ki, tanıyır. İlk dəfə Emin onun işlədiyi lavaş sexinə gəlib mağazalara torba satdığını bildirmiş və ondan torba lazım olub-olmamasını soruşmuşdur. Həmin vaxtdan sonra Emindən torba almağa başlamışdır. Eminin yanında işləyən Kamranı da həmin vaxt tanımışdır. Emin həmişə Kamranla birlikdə sexə gəlib torba satmış, razılıqlarına əsasən də növbəti dəfə torba satmağa gələndə əvvəlki satdıqları torbanın pulunu ondan almışlar. Onlar həmişə birlikdə gəlib torba satmış, pulu almağa da birlikdə gəlmişlər. Sonuncu dəfə 2023-cü ilin mart ayının sonu-aprel ayının əvvəllərində axşam saatlarında Kamran onun mobil nömrəsinə zəng edərək “mənə pul lazımdır, imkan varsa torbanın pulunu verə bilərsənmi?” deyə soruşmuş, həmin vaxt Kamrana borclu qalanda özünü narahat hiss etdiyini, borcunu tamamilə verə biləcəyini ona bildirmişdir. Həmin günün səhərisi Kamran sexə gəlmiş, bu dəfə Kamran tək gəlmiş və yanında nə Emin, nə də başqa biri olmamışdır. Həmin vaxt kloka görə onlara 580 (beş yüz səksən) manat borcu olmuşdur. Borclu olduğu pulun hamısını Kamrana vermiş, bundan sonra Kamranla sağollaşmışdır. Həmin gündən təqribən 15 gün keçdikdən sonra Emin sexə gələrək torbanın pulunu istəmiş, həmin vaxt Eminə “15 gün əvvəl Kamran sexə gəlmişdi, pulu istədi, mən də 580 manatı Kamrana verdim” demişdir. Bundan sonra Emin heç bir söz demədən çıxıb getdiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X61 ifadəsində Zərərçəkmiş şəxs1 təqribən 10 ildən artıqdır ki, tanıyır. Əvvəllər işlədiyi yerlərdə də Emindən torba almışdır. Tanışçılıqları da elə o vaxtdan yaranmışdır. Çəmən marketdəki çörək sexində işləməyə başlayanda da Emindən polietilen torba almağa davam etmişdir. Təqsirləndirilən şəxs isə Eminin yanında görüb onun işçisi kimi tanımışdır. Emin adətən Kamranla birlikdə sexə gəlib torba satmışdır. Torba alan zaman kassada pul olduqda elə torbanı alanda pulunu ödəmiş, kassada pul olmadıqda növbəti dəfə, bəzən isə 2-3 dəfə yığışdıqdan sonra borcunu ödəmişdir. Sonuncu dəfə torba satmağa gələndə Emin və Kamran birlikdə gəlmiş, onlardan sifariş etdiyi miqdarda torba almışdır. Sonuncu dəfə keçən ilin mart ayının sonu-aprel ayının əvvəllərində Kamran çörək sexinə tək gəlmiş, həmin vaxt Emingilə 90 manat borcu olmuşdur. Kamran borcu istədiyi üçün kassadan 90 manat pulu götürüb ona vermişdir. Bundan təqribən 5-10 gün sonra Emin çörək sexinə gəlib borcunu istəmiş, həmin vaxt Eminə “5-10 gün əvvəl Kamran sexə gəlib pulu istədi, mən də ona 90 manat pul verdim” demişdir. Emin də ona “daha Kamran gəlib pul istəsə ona pul vermə” demişdir. Həmçinin Emin “Kamran məndən xəbərsiz mağazalardan borcları yığıb amma mənə verməyib” dediyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X134 ifadəsində 2015-ci ildən etibarən Bənəniyar kənd mərkəzində yerləşən ərzaq mağazasını işlədir. Keçən ilin təqribən fevralmart aylarında bir nəfər mağazaya gəlib özünü təqdim edərək polietilen torba satdığını bildirmiş və ondan torba lazım olub-olmamasını soruşmuşdur. Həmin vaxt ondan 1 bağlam polietilen torba almış və aldığı torbanın pulunu nağd şəkildə ona ödəmişdir. Məbləği tam xatırlamır, lakin təqribən 80-90 manat arası olmuşdur. Bundan sonra həmin şəxs çıxıb getmişdir. Torba aldığı şəxs mağazaya tək gəlmiş, yanında heç kim olmamışdır. Bu söhbətdən təqribən 15-20 gün sonra bir nəfər mağazaya gələrək sahibkar olduğunu, adının Emin olduğunu, satılan torbanın ona məxsus olduğunu bildirirək torbanın pulunu ondan istəmiş, ona “təqribən 15-20 gün əvvəl bir şəxs mağazaya gəldi, həmin şəxsdən 1 bağlam polietilen torba aldım və pulunu da nağd şəkildə ona ödədim” deyə bildirmişdir. Həmçinin ona “ərzaq mağazasında kamera var, istəsən göstərə bilərəm” deyə bildirsə də o, “ehtiyac yoxdur, sənə torba satan şəxs mənim işçim idi, torbaları satıb lakin pulunu mənə verməyib, özünə götürmüşdür” deyə demişdir. Bundan sonra da Emin çıxıb getmişdir. Daha sonralar isə həmin şəxsləri görməmiş, eləcə də onlardan mal almadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X81 ifadəsində təqribən 2010-cu ildən etibarən Culfa şəhərində ərzaq mağazası işlədir. Keçən ilin təqribən fevral-mart aylarında 1 nəfər mağazaya gələrək adının Kamran olduğunu və polietilen torba satdığını bildirmiş, ondan torbanı hansı qiymətə satmasını soruşduqda bağlamını 70 və ya 80 manata satdığını demişdir. Ondan 40 manatlıq torba verməsini istəmiş, o, da çəki ilə 40 manat dəyərində torba satmışdır. Torbanı aldıqdan sonra pulunu nağd şəkildə ona ödəmiş, bundan sonra daha onu görməmiş və həmin şəxsdən torba almamışdır. Bundan təqribən 1 ay – 1 ay yarım sonra bir nəfər mağazaya gəlib 40 manatlıq torba alıb-almadığını ondan soruşduqda ona “bəli, təqribən 1 ay əvvəl 1 cavan oğlan mağazaya gəlib mənə 40 manat dəyərində torba satdı, mən də onun pulunu nağd şəkildə özünə ödədim” cavabını vermişdir. Bundan sonra həmin şəxs çıxıb getmiş və daha onları görmədiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X98 ifadəsində 2011-ci il tarixdən Naxçıvan şəhər Köhnə bazarda ərzaq mağazası işlədir. 2023-cü ilin əvvəli, yaxud 2022-ci ilin sonlarında bir nəfər mağazaya gələrək adının Kamran olduğunu və sellofon torba satdığını demiş, lakin ilk dəfə gələndə ondan torba almamışdır. Çünki başqa şəxslərdən torba alırmış. Kamran bir neçə dəfə mağazaya gəlib-getdikdən sonra onunla sellofon torba alış-verişi etmək barədə razılığa gəlmişlər. Razılıqlarına əsasən Kamran onun sifariş etdiyi miqdarda mağazaya torba gətirmiş və üstündən bir neçə gün keçdikdən sonra gəlib torbanın pulunu mağazadan almışdır. Sonuncu dəfə Kamran ona torba gətirəndə ona 150 manat borcu olmuşdur. Bundan bir neçə gün sonra Kamran ona mağazaya göndərəcəyi şəxsə ərzaq verməsini istəmiş, Kamranın dediyi adam mağazaya gələrək 89 manat 50 qəpik dəyərində ərzaq almışdır. Bundan sonra Kamrana zəng vurub dediyi adamın 89 manat 50 qəpik dəyərində ərzaq aldığını bildirmiş, Kamran da “problem yoxdur, sabah gələrəm haqqhesabımızı edərik” demişdir. Həmin günün səhərisi Kamran mağazaya gəlib ona qalıq borcu olan 60 manat 50 qəpiyi alıb mağazadan getmişdir. Həmin vaxtdan sonra daha Kamranla sellofon torba alış-verişi etməmiş, eləcə də ona pul verməmişdir. Bundan təqribən 20-25 gün keçdikdən sonra Emin adlı şəxs mağazaya gəlib “aldığınız klokdan mənə 340 manat borcunuz qalır” demiş, ona “sizə 150 manat borcum qalırdı, həmin borcu da Kamrana vermişəm. Sizə borcumuz yoxdur” deyə bildirmişdir. Kamran həmişə mağazaya mal gətirəndə, habelə malın pulunu almağa gələndə tək olmuşdur. Kamrandan cəmi 1 dəfə nisyə klok götürmüş, ona borclu olduğu klok borcunu həmin dəftərdə qeyd etmişdir. Həmin dəftərdə aydın görünür ki, Kamrana 150 manat borcu olmuş, həmin pulun 89 manat 50 qəpiyinə Kamranın dediyi adama ərzaq satmış, qalan 60 manat 50 qəpiyini isə nağd şəkildə Kamran mağazaya gələrək ondan aldığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X15 ifadəsində təqribən 2012-ci ildən etibarən Şahbuz rayon Şahbuzkənd kəndində yerləşən ərzaq mağazasını işlədir. Keçən ilin təqribən fevral-mart aylarında 2 nəfər mağazaya gəlib özlərini təqdim edərək polietilen torba satdıqlarını bildirmiş, “ehtiyacımız var, torbanı bizdən al” demişlər. Mağaza işlətdiyi üçün torba lazım olduğundan onlarla razılaşmış, həmin zaman onlardan nisyə 2 bağlam polietilen torba almışdır. Həmin torbaların dəyəri ümumilikdə 170 manat olmuşdur. Torba aldığı zaman onlara “klokunuzu yoxluyacam, bəyənsəm yenə sizdən alacağam” demişdir. Onlar da razılaşmışlar. Bundan bir müddət sonra klok satanlardan cavan olan mağazaya gəlmiş, həmin vaxt ona borclu olduğu 170 manatdan 70 manat ödəmiş, 100 manat isə borcu qalmışdır. Həmçinin əlavə olaraq nağd şəklində pulunu ödəməklə ondan 1 bağlam klok almışdır. Bundan bir müddət sonra isə həmin oğlan yenə mağazaya gəldikdə ona borclu olduğu 100 manatı ödəmişdir. Həmçinin ondan yenə nağd şəkildə pulunu ödəməklə 1 bağlam klok almışdır. Bundan təqribən 15 gün keçdikdən sonra Emin ona zəng vurub borcunu istədikdə ona “bəs bir neçə gün əvvəl Kamran mağazaya gəlmişdi. Həmin vaxtı da ona 100 manat pul verdim. Sizə borcum qalmadı” cavabını vermişdir. Emin də yaxşı deyib sağollaşmış, bundan sonra daha onlardan klok almamışdır. Kamrangildən cəmi 1 dəfə nisyə 170 manat dəyərində torba almış, borclu olduğu 170 manatın 70 manatını bir dəfə, 100 manatını isə növbəti dəfə Kamrana ödəmiş və kloka görə olan borcu qurtarmışdır. Emingildən ilk dəfə kloku nisyə aldığı üçün dəftərində qeyd etmişdir. Yalnız ilk dəfə Emin və Kamran torba satmağa gələndə birlikdə gəlmiş, sonrakı torba alış-verişində isə Kamranını tək gəldiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Məmmədov M.Bağır Ələkbər oğlu ifadəsində adı Məmmədbağır olsa da, hamının onu “Baloğlan” kimi tanıyır. Təxminən 2011-ci ildən Naxçıvan şəhərində yerləşən Cahan Ticarət Mərkəzinin Meyvə Tərəvəz Bazarında ədviyyat mağazası işlədir. Təxminən keçən ilin yanvar ayından Emindən polietilen torba almağa başlamışdır. Emin demək olar ki, bütün bazara torba satır. Emin əvvəllər klok satmağa gələndə tək gəlmiş, daha sonra isə Kamranla gəlib klok satmışdır. Emin klok satmağa gələndə “Kamranın da nömrəsini götür, fərqi yoxdur birlikdə işləyirik, mən burda olmayanda əgər klok lazım olsa, zəng vurarsan Kamran gətirər” demişdir. Adətən hər dəfə Emingildən 1 bağlam, yəni 25 kq klok almış, növbəti dəfə torba alanda isə borclu olduğu pulu Eminə, yaxud Kamrana vermişdir. Sonuncu dəfə keçən ilin mart ayında Kamrandan torba alan zaman Kamran tək gəlmiş, sonuncu dəfə Kamrandan yenə 1 bağlam, yəni 25 kq torba almış və əvvəlki torbanın pulunu, yəni 82 manatı Kamrana vermişdir. Bundan bir neçə gün keçdikdən sonra Emindən zəng gəlmiş, Emin ondan köhnə satdığı klokun pulunu Kamranın götürüb-götürmədiyini soruşduqda ona köhnə satdığı klokun pulunu, yəni 82 manatı Kamrana verdiyini demişdir. Həmin vaxt Emin ona “əgər Kamran yenə gəlib səndən pul istəsə vermə” deyə tapşırdığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X116 ifadəsində təxminən 1 il olar ki, Naxçıvan şəhəri, X186 küçəsi 41 ünvanında ərzaq mağazası işlədir. Təqribən keçən il, yəni 2023-cü ilin fevral-mart ayında 2 nəfər mağazaya gəlib polietilen torba satdıqlarını bildirmiş, söhbət zamanı onlardan birinin adının Emin, digərinin adının isə Kamran olduğunu bilmişdir. Həmin vaxt 1 bağlam polietilen torba almış, lakin torbanın pulunu həmin vaxt istəməmişlər. Onlardan 2 dəfə klok almış, 2-ci dəfə aldığı klokların bir çoxu “brak” çıxdığına görə daha onlardan klok almamışdır. Həmin torbaları 2 ay müddətində istifadə etmişdir. Borclu olduğu pulu demək olar ki, 6-7 dəfəyə onlara ödəmişdir. Həmin şəxslər arada mağazaya gəlib klok lazım olub-olmamasını soruşmuş, onlara lazım olmadığını dedikdə əvvəlki satdıqları klokun pulundan hissə-hissə, bəzən 20, bəzən 30 manat ondan almışlar. Sonuncu dəfə isə təqribən mart ayının ortalarında Kamran mağazaya gəlib torba istəyib-istəmədiyini soruşmuş, mağazada torba olduğundan və ondan aldığı torbaların bir çoxu xarab (brak) çıxdığına görə torba istəmədiyini ona demişdir. Kamran da borclu olduğu 35 manatı ondan alıb getmiş, bundan sonra daha Kamran mağazaya gəlməmişdir. Sonuncu dəfə borclu olduğu 35 manatı Kamran gəlib mağazada alan zaman onun yanında heç kim olmamışdır. Bu söhbətdən təqribən 1 ay sonra Emin mağazaya gəlib torba lazım olub-olmamasını soruşmuş, özü də istəmədiyini demişdir. Emin ona 35 manat borclu olduğunu bildirərək həmin pulu istədikdə Eminə “sizə borcum yoxdur, borclu olduğum 35 manatı sonuncu dəfə Kamran təqribən 1 ay əvvəl gəlib mağazadan götürmüşdür” demişdir. Bundan sonra Eminin mağazadan getdiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X117 ifadəsində 2009-cu ildən etibarən Kəngərli rayonu Qarabağlar kəndində yerləşən lavaş sexini işlədir. Zərərçəkmiş şəxs1 uzun illərdir ki, tanıyır. Emindən sellofan torba alır. Təxminən 2022-ci ilin sonlarında Emin bir nəfər şəxslə birlikdə işlətdiyi lavaş sexinə gəlmiş və ondan hər zaman olduğu kimi sellofan torba almışdır. Həmin vaxt Emin onu yanındakı oğlanla tanış edərək “bu oğlanın adı Kamrandı, mənimlə birlikdə işləyir” demişdir. Sellofan torbaları Emindən aldıqdan sonra onlar sexdən çıxıb getmişlər. Həmin vaxtdan sonra Emin torba gətirərkən və torbaların pulunu alan zaman Kamran da onun yanında olmuşdur. Təxminən 2023-cü ilin mart ayında Kamran lavaş sexinə gələrək “torba lazımdı sənə?” deyə soruşduqda “yox, hələki lazım deyil” cavabını vermiş, daha sonra Kamran “torbadan qalan borcdan verə bilərsən?” deyə soruşduqda borclu olduğu 100 manat pulu Kamrana vermişdir. Həmin vaxt Kamran tək olmuş və yanında heç kim olmamışdır. Kamran pulu aldıqdan sonra getmişdir. Bundan bir neçə gün sonra Emin lavaş sexinə gələrək ona torba lazım olub-olmadığını soruşmuş, özü də “hə lazımdır” dedikdən sonra müəyyən miqdarda Emindən torba almışdır. Həmin vaxt Emin əvvəldən qalan torbanın pulunu istədikdə ona “bir neçə gün əvvəl pulu sənin yanında işləyən Kamrana vermişəm” demiş, Eminin isə heç nə demədən çıxıb getdiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X62 ifadəsində 4 ildir yaşadığı Şıxmahmud kəndində ərzaq mağazası işlədir. Keçən ilin əvvəllərində təqribən fevral-mart aylarında 2 nəfər mağazaya gəlib polietilen torba satdıqlarını bildirmişlər. Onların satdıqları torbanın keyfiyyətini və qiymətinin münasib olduğunu nəzərə alıb 65 manat dəyərində polietilen torba almışdır. Həmin vaxt onlara heç bir ödəniş etməmiş gələn dəfə torba gətirdikdə əvvəlki aldığı torbanın pulunu onlara ödəyəcəyi barədə razılaşmışlar. Həmin vaxt mağazada istifadə etdiyi dəftərdə 65 manat dəyərində torbanı nisyə almağı ilə bağlı qeydiyyat aparmışdır. Bundan təqribən 1 həftə - 10 gün keçdikdən sonra həmin torba satanlardan cavan oğlan, mağazaya gəlib torbanın pulunu istəmiş, ona 65 manat pul ödəmiş və torbaya görə olan borcu qurtarmışdır. Bundan təribən 20-25 gün keçdikdən sonra Məhərrəm mağazaya gəlib ona Emingilin satdığı kloka görə 65 manat borcunun olduğunu demişdir. Özü isə buna etiraz edərək “borclu olduğum 65 manat pulu 20-25 gün əvvəl mağazaya gələn və mənə torba satan oğlana ödəmişəm, mənim torbaya görə borcum yoxdur” cavabını vermişdir. Bundan sonra Məhərrəm öz müdiri ilə danışmış və torbanın pulunu Eminin işçisi Kamrana ödədiyi məlum olmuşdur. Kamran və Emindən 65 manat dəyərində nisyə torba almış, pulunu isə 1 həftə - 10 gün sonra mağazaya gələn Kamrana ödəmişdir. Emin və Kamranın birlikdə mağazaya gəlib torbanı satdığını, pulu isə Kamranın gəlib aldığını və həmin vaxt tək olduğunu bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X118 ifadəsində 2012-ci ildən yaşadığı Püsyan kəndində ərzaq mağazası işlədir. Zərərçəkmiş şəxs1 4-5 il olar ki, tanıyır. Ondan bir neçə dəfə polietilen torba almışdır. Təqribən keçən ilin əvvəllərində Emin yanında bir cavan oğlanla mağazaya gəlmiş, həmin oğlanı onunla tanış edərək “bu oğlan mənim işçimdir, adı da Kamrandır. Bundan sonra torba lazım olanda Kamrana da diyə bilərsən, həmçinin torbanın pulunu da rahatlıqla Kamrana verə bilərsən” deyə bildirmişdir. Bundan sonra isə bəzən Emin və Kamran birlikdə bəzən isə Kamran özü tək mağazaya gəlib torba satmışdır. Əvvəllər torbanı nağd şəkildə pulunu ödəməklə almış, bəzən isə nisyə almışdır. Emingildən adətən 1 bağlam, yəni 25 kq polietilen torba almış, bunun müqabilində isə onlara 95 manat pul ödəmişdir. Sonuncu dəfə də təqribən keçən ilin mart ayında Kamran mağazaya gəlmiş, həmin vaxt Emin onun yanında olmamışdır. Kamran ona 1 bağlam yəni 25 kq torba vermiş, özü də Kamrana nağd şəkildə 95 manat pul vermişdir. Bundan 20-25 gün keçdikdən sonra Emin mağazaya gəlmiş və “sizin torbaya görə 95 manat borcunuz var” dedikdə ona “Bizim borcumuz yoxdur. Sonuncu dəfə Kamrandan torba götürüb ona nağd şəkildə 95 manat pul vermişəm” dediyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X82 ifadəsində 2004-cü ildən etibarən Qarabağlar kəndində yerləşən ərzaq mağazasını işlədir. Kamranı ümumilikdə təxminən 7-8 dəfə görmüşdür. Emindən təxminən 5-6 il olarki 2-3 aydan bir müəyyən miqdarda sellofan torba alır. Təxminən 1 il əvvəl Emin mağazaya sellofan torba gətirən zaman yanında bir nəfər də olmuş və həmin şəxsin adının Kamran olduğunu öyrənmişdir. Həmin müddət ərzində Emin yenə də mağazaya torba gətirən zaman Kamran da onun yanında olmuş, müəyyən vaxtlarda Kamran torbaları gətirib verən zaman həmin torbaların pulunu Kamrana ödəmişdir. Həmin vaxtlarda isə Emin mağazadan çöldə olmuşdur. Həm Emindən, həm də Kamrandan sellofan torba almışdır. Təxminən 2023-cü ilin mart ayında Kamran onun işlətdiyi ərzaq mağazasına gələrək “klok lazımdır?” deyə soruşmuş, ona “xeyr, hələki lazım deyil” cavabını vermişdir. Kamran isə “nisyə olan pulu verə bilərsiz?” deyə soruşduqda “hə verərəm” deyib 50 manat pulu Kamran vermişdir. Kamran 50 manatı aldıqdan sonra mağazadan çıxaraq getmişdir. Sonuncu dəfə Kamran ondan torbanın pulunu alan zaman tək olmuş və yanında heç kim olmamışdır. Bundan təxminən 2 həftə sonra Emin ərzaq mağazasına gələrək ondan “klok lazımdır?” deyə soruşmuş, ona “xeyr lazım deyil” dedikdə Emin ondan nisyə aldığı torbaların pulunu istəmiş, həmin vaxt Eminə “Kamran məndən 50 manatı götürüb, ona vermişəm” deyə bildirmişdir. Emin isə “hə, bilirəm çox adamdan məndən xəbərsiz pul götürüb” deyərək getmişdir. Həmin gündən sonra nə Emini, nə də Kamranı görmədiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X46 ifadəsində Zərərçəkmiş şəxs1 uşaqlıqdan tanıyır. Eminlə bir yerdə böyüyüb və onunla dostluq münasibətləri vardır. O, əvvəllər torba sexində işləmiş, daha sonra öz işini qurub muxtar respublika ərazisində torba satmağa başlamışdır. Emin neçə illərdir ki, Naxçıvan Muxtar Respublikası ərazisində polietilen torbaların satışı işi ilə məşğul olur. Təqsirləndirilən şəxs da Eminin yanında işləmiş, onlar muxtar respublika ərazisindəki mağazalara və kafelərə polietilen torba satmışlar. 1 il əvvəl keçən ilin mart ayının ortalarında Emin istirahət etmək üçün Bakı şəhərinə getmiş, getməmişdən əvvəl ona “mən Bakıya gedirəm, anbarın açarını sənə verirəm” demişdir. Emin öz maşınının və anbarın açarını ona vermişdir. Eyni zamanda Emin “Kamran satış elədiyimiz kafe və mağazaları tanıyır, Kamranla birlikdə gedib satış eliyersiz” demişdir. Eminlə uşaqlıqdan bir yerdə böyüdüyü və ona güvəndiyi üçün Emin Naxçıvandan kənara çıxanada adətən Bakıya və ya Türkiyəyə gedəndə anbarın və maşının açarını ona vermişdir. Emin anbarın açarını və maşının açarını ona verdikdən sonra Bakıya getmişdir. Emin Bakı şəhərində təqribən 2 həftə qalmış, o, Bakıda olduğu müddətdə Kamranla birlikdə muxtar respublika ərazisindəki mağazalara gedib torba satmışlar. Kamranla mağazalara torba satmağa gedəndə çox vaxt maşında oturub Kamranı gözləmiş, bəzən 5-6 meşoq torba olanda isə mağazaya daşımasında Kamrana köməklik etmişdir. Kamran torbanı mağazaya verib əvvəlki satdıqları torbanın pulunu alıb ona gətirmişdir. Kamran mağazadan torbanın pulunu alan zaman onun yanında olmamış, maşında oturub Kamranı gözləmişdir. Malın pulunu özü yığmış, Kamran gətirib pulu ona verdikdən sonra dəftərə qeyd etmiş, həmin günün sonunda “whatsapp”la görüntülü Eminə zəng vurub dəftəri ona göstərmişdir. Hansı mağazaya nə qədər mal verilməsi və hansı mağazadan nə qədər pul alınması işlərinə qarışmamış, Kamran ona nə qədər pul vermişsə onu dəftərə yazıb günün sonunda görüntülü danışanda Eminə göstərmişdir. Emin təqribən 2 həftə Bakıda qaldıqdan sonra Naxçıvana qayıtmış, qayıtdıqdan sonra qeydlər olan dəftəri və yığılan pulu Eminin özünə vermişdir. Eminə nə qədər pul verdiyini xatırlamır. Lakin Kamran ona nə qədər pul vermişsə onu dəftərə yazmış və pul ilə dəftəri Eminə vermişdir. Emin Bakıdan qayıtdıqdan bir neçə gün sonra ona zəng vurub “xəbərin var xəbərdən?” dedikdə Emindən nə olmasını soruşmuş, Emin isə “mən Bakıda olanda Kamran mal satdığımız mağazalardan məndən xəbərsiz xeyli miqdarda pul yığıbdır” demişdir. Kamranla Emin arasında heç bir ədavət, düşmənçilik və ya problem olmamış, onlar birlikdə işləmiş və yaxşı yola getmişlər. Eminin istər Bakı şəhərində, istərsə də Naxçıvan şəhərində olduğu müddət ərzində Kamranla aralarında torbaların satışı və yığımı ilə bağlı hər hansı bir formada şifahi yaxud yazılı razılaşma olub-olmaması barədə məlumatı yoxdur. Kamranın kimə nə qədər mal verdiyini, nağd yaxud nisyə satdığını bilmir. Sadəcə Kamran ona nə qədər pul vermişsə onu dəftərə yazmışdır. Kamran Eminlə birlikdə işlədiyinə, onun işçisi olduğuna görə mal satdıqları mağazaları tanımış, özü isə tanımamışdır. Ona görə də Emin Bakıya getməmişdən əvvəl ona güvəndiyi üçün anbarın və maşınının açarını ona vermiş və “Kamranla birlikdə malları mağazalara satarsız. Kamran bütün mağazaları tanıyır” demişdir. Özü də Kamranla birlikdə malları mağazalara aparıb satmış, lakin mal satanda Kamranın yanında olmamışdır. Pulu Kamran özü tək almış və daha sonra gətirib ona vermiş, Kamran ona nə qədər pul vermişsə onu dəftərə yazmış və gün sonunda bu barədə Eminə məlumat vermişdir. Kamranla satış edən vaxt özü maşında oturub Kamranı gözləmiş, Kamran malı satıb pulu da özü almış, daha sonra isə nə qədər pul almasını ona demişdir. Özü də həmin pulu Kamrandan alıb dəftərdə qeyd etmişdir. Kamran mağazalardan nisyə pulları yığan zaman onun yanında olmamış, ona görə də Kamranın hansı mağazadan nə qədər pul almasını bilmir. Sadəcə Kamran filan mağazadan filan qədər pul aldığını ona demiş, özü də həmin pulu alıb dəftərdə qeyd etmişdir. Kamranın Eminə nə qədər pul borclu olmasını bilmir. Bildiyi qədərilə Kamran Eminə 6000-7000 manat arası pul borcludur. Daha doğru bu miqdarda satılan malların pulunu Emindən xəbərsiz alıb cibinə qoymuşdur. Sonradan eşitdiyi qədərilə Kamran müxtəlif bəhanələr gətirərək mağazalardan pulları yığmışdır. Muxtar respublika ərazisindəki rayonların hamısına gedib mal satmış, bəzi mal satdıqları rayonlarda 5, bəzisində 10, bəzisində isə 15 və daha artıq mağaza olmuşdur. Həmin ərəfədə çox mağazaya gedib-gəlmişlər. Həmçinin bu məsələnin üstündən xeyli müddət keçdiyi üçün sonuncu dəfə hansı mağazaya getdiyi və hansı mağazadan nə qədər pul aldığını xatırlamır. Kamranın nəyə görə malların pulunu Emindən xəbərsiz yığdığını və ona vermədiyini bilmir. Bu barədə bir məlumatı yoxdur. Emin də bu barədə ona bir söz deməmişdir. Ordubadda bir neçə mağazaya polietilen torba satmışlar. Bir dəfə Kamranla Ordubadda mal satanda Kamran ona 50 manat pul verib “bugün mal artıq satmışıq al qoy cibinə” demiş, həmin məsələni Eminə dedikdən sonra Emin “halal xoşun olsun, işləyib qazanmısız qoy cibinə” dedikdən sonra da həmin 50 manatı özünə götürmüşdür. Lakin Kamranın sırf həmin X1 işlətdiyi mağazaya mal sataraq 50 manat pulu ona verdiyini deyə bilməz. Çünki Ordubadda xeyli mağazaya mal satmışlar. Lakin 1 dəfə Kamran ona 50 manat pul vermiş, bundan da Eminin məlumatı vardır. Həmçinin bundan əlavə bəzən Kamran ona 5, 10 manat pul da vermişdir. Çünki Kamran torbanı bəzi mağazalara 15-20 qəpik baha satdığı üçün həmin puldan artıq qalanının birazını özünə götürmüş, 3-4 manat da ona vermişdir. Bundan da Eminin məlumatı olmuşdur. Misal üçün bir gündə 300 manatlıq torba satanda bəzi mağazalara kiloqramını 15-20 qəpik baha satdıqları üçün yekunda 330-340 manat pul olmuş, Eminin 300 manatını yerinə qoyub, artıq qalanı isə Kamranla aralarında bölmüş, günün sonunda da bunu Eminə dediyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X83 ifadəsində oğluna məxsus Qoşadizə qəsəbəsində ərzaq mağazası vardır. Özü isə pensiyanerdir. X171 keçən ilin əvvəllərində müalicə almaq üçün Bakı şəhərinə getdiyi üçün həmin ərəfədə ona məxsus ərzaq mağazasını özü işlətmişdir. Həmin ərəfələrdə 1 cavan oğlan mağazaya gələrək polietilen torba satdığını bildirmiş, ona torbaya ehtiyacı olmadığını demişdir. Bundan sonra isə o, çıxıb getmişdir. Bu vaxtdan təqribən 3-5 gün keçdikdən sonra həmin oğlan yenə mağazaya gəlmiş və yenə ona torba almağı təklif etmişdir. Həmin şəxsə yenə də torba lazım olmadığını bildirdikdə həmin oğlan pula ehtiyacının olduğunu demiş və ondan torba almasını xahiş etmişdir. Həmin vaxt ondan 45 manat dəyərində “pinqivin torba” almış, bunun müqabilində ona 30 manat nağd şəkildə pul vermiş, qalıq qalan 15 manatına isə o, mağazadan ərzaq götürmüşdür. Həmin şəxsdən cəmi bir dəfə polietilen torba almışdır. O, mağazaya tək gəlmiş, həmin vaxt onun yanında heç kim olmamışdır. Bundan bir neçə gün keçdikdən sonra nehrəmli Məhərrəm mağazaya gəlmiş və Məhərrəm ondan Kamran adlı şəxsdən torba alıb-almasını soruşmuş, Məhərrəmə “bəli bir neçə gün əvvəl bir cavan oğlan mağazaya gəlib mənə 45 manat dəyərində pinqivin torba satdı. Həmin torbanın 30 manatını ona nağd şəkildə verdim, qalıq qalan 15 manat qarşılığında isə mağazadan ərzaq götürdü. Torbaya görə mənim ona borcum qalmamışdır” deyə bildirmişdir. Bundan sonra Məhərrəm elə onun yanında Emin adlı şəxsə zəng edərək “gördün, mən sənə demişdim ki, Elşad əmi borc saxlamaz” demişdir. Bu söhbətdən sonra nə Kamran adlı şəxsi, nə də onun müdiri Emini görmədiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X156 ifadəsində 2003-ci ildən etibarən Gülşənabad kəndində yerləşən ərzaq mağazasını işlədir. Bundan əlavə 2021-ci ilin yanvar ayından 2023-cü ilin sentyabr ayınadək Naxçıvan MR FHN-nin qarşı tərəfində binanın altında ərzaq mağazası işlətmişdir. Həmin ərəfədə Gülşənabad kəndində olan ərzaq mağazasını isə bacısıoğlu Mahir Zeynalov işlətmişdir. Bundan əlavə isə Aşağı Uzunoba kəndində bir ərzaq mağazasını kirayə götürüb işlətmiş, həmin mağazanı isə tanışı Amil İmanov işlətmişdir. Bu mağazalara 3-ü şərik olsalar da haqq-hesab işlərinə özü baxmışdır. Amil və Mahir isə işçi kimi həmin mağazalarda işləmişlər. Zərərçəkmiş şəxs1 təqribən 2-3 ildir ki, ticarətlə məşğul olan şəxs kimi tanımışdır. Kamranı Eminin yanında görüb klok satan kimi tanımışdır. Mal gətirəndə Emin adətən maşında oturmuş, Kamran isə malları mağazaya gətirib düşürtmüşdür. Kamranla təqribən 2-3 dəfə polietilen torba alış-verişi olmuşdur. Həmin klokları da ondan nağd şəkildə almışdır. Sonuncu dəfə təqribən keçən ilin qış aylarında Kamran mağazaya gəlmiş, həmin vaxt həm özünün, həm bacısıoğlu Mahirin, həm də Amilin mağazasına alınacaq klokların pulunu Kamran hesablamış, özü də Kamrana klokların pulunu nağd şəkildə ödəmişdir. Sonuncu dəfə Kamran ona öz işlətdiyi mağazaya görə 2 bağlam polietilen torba satmış, onun dəyəri 120 manat olmuşdur. Bundan əlavə Kamrana Mahirin və Amilin mağazasına klok lazım olduğunu demiş, həmin klokların pulunu elə həmin vaxt Kamrana nağd şəkildə ödəyərək X172 kəndində Amilin işlətdiyi mağazaya və Gülşənabad kəndində Mahirin işlətdiyi mağazaya klokları aparıb çatdırmağı tapşırmışdır. Amilin işlətdiyi mağazaya alınmış kloka görə 130 manat, Mahirin işlətdiyi mağazaya alınmış kloka görə isə 210 manat pulu Kamrana vermişdir, ümumilikdə Kamrana həmin vaxt 460 manat pul vermişdir. Kamrandan torba alan zaman, eləcə də torbanın pulunu ona verən zaman yanında heç kim olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X84 ifadəsində 2021-ci ildən Şahbuz şəhərində ərzaq mağazası işlədir. Kamranı tanımır, onu bir dəfə görmüşdür. Keçən ilin Novruz bayramı ərəfələrində Kamran dükana gəlib ona polietilen torba satmış, özü də pulunu nağd şəkildə onun özünə ödəmişdir. Zərərçəkmiş şəxs1 tanımır. Kamranın satdığı torbaya görə ona nə qədər pul ödədiyini dəqiq xatırlamır. Adətən kimdən torba alırsa nağd şəkildə pulunu ona ödəyir. Torbaya görə heç zaman borclu qalmamış, ona görə də Kamrandan polietilen torba aldığı zaman da pulunu ona nağd şəkildə ödəmişdir. Lakin həmin məbləğin 40 manat və ya 60 manat olduğunu xatırlamır. Kamranın torba satan zaman, eləcə də torbanın pulunu ona verən zaman yanında kiminsə olub-olmamasını xatırlamadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X119 ifadəsində 1995-ci ildən etibarən Vayxır kəndində ərzaq mağazası işlədir. Təqribən 2023-cü ilin əvvəlləri bir cavan oğlan mağazaya gələrək adının Kamran olduğunu və klok satdığını demiş, qiyməti münasib olduğu üçün həmin vaxt ondan 1 bağlam polietilen torba almış, lakin torbanın pulunu nağd verməmiş və növbəti dəfə ona klok gətirəndə əvvəlki satdığı torbanın pulunu ona ödəyəcəyi barədə razılaşmışlar. Bundan sonra Kamrandan 1-2 dəfə də polietilen torba almışdır. Sonuncu dəfə keçən ilin novruz bayramı ərəfəsində yəni 2023-cü ilin mart ayında Kamran mağazaya gələrək borcunu istəmiş, həmin vaxt satdığı kloka görə ona 100 manat borcu olmuşdur. Kamran ona 105 manat dəyərində böyük polietilen torba satmış, özü də Kamrana 100 manat pul vermiş və 105 manat borcunun qaldığını demişdir. Sonuncu dəfə Kamran torba satmağa gələndə yanında bir adam olmuş, lakin onu tanımır. Həmin şəxs heç mağazaya da girməmiş, çöldə gözləmişdir. Bundan təqribən 1 həftə - 10 gün keçdikdən sonra təqribən aprel ayının əvvəllərində nehrəmli Məhərrəm mağazaya gəlmiş, Kamrandan əvvəl Məhərrəm ona klok satdığı üçün onu tanımışdır. Məhərrəm mağazaya gəlib “Kamranın satdığı kloka görə 205 manat borclusan” dedikdə ona “Mənim sizə 100 manat borcum var. Bir neçə gün əvvəl Kamran mağazaya gəlmişdi. Həmin vaxt da Kamrandan 105 manat dəyərində böyük polietilen torba aldım. Daha sonra isə ona 100 manat pul verdim. Hal-hazırda mənim kloka görə sizə 105 manat borcum qalmışdır” deyə bildirmişdir. Zərərçəkmiş şəxs1 bu söhbətdən sonra tanımış, Zərərçəkmiş şəxs1 həmin vaxta qədər heç vaxt polietilen torba almadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X16 ifadəsində 2013-cü ildən Şahbuz rayon Sələsüz kəndində ərzaq mağazasını icarə müqaviləsi əsasında işlədir. Təqribən keçən ilin əvvəllərində 1 cavan oğlan mağazaya gəlmiş və özünü təqdim edərək adının Kamran olduğunu və polietilen torba satdığını bildirmiş, həmin vaxt ondan 1 bağlam polietilen torba almış və həmin vaxt Kamrana 75 manat nağd şəkildə ödəmişdir. Bundan tərqibən 1 ay sonra Kamran mağazaya gəlmiş, həmin vaxt Kamrandan nağd şəkildə 10 rulon polietilen torba almış və nağd şəkildə Kamrana 20 manat pul ödəmişdir. Kamrandan cəmi 2 dəfə dəfə polietilen torba almış, həmin vaxtlarda da onun yanında heç kim olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X99 ifadəsində təxminən 20 ilə yaxındır ki, Dırnıs kənd mərkəzində yerləşən özünə məxsus ərzaq mağazasını işlədir. Təxminən 4 ay olar ki, həmin mağazanı işlətmir. Mağazaya ehtiyac olan mal alış-verişini özü etmişdir. Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs1 tanımır. Polietilən torbanı 2 ildən çoxdur ki, Nehrəm kənd sakini adını bilmədiyi bir oğlandan alır. Əvvələr mağazaya torba ehtiyac olanda yaxınlıqda yerləşən mağazalardan almışdır. Əvvəllər torba aldığı şəxslərin hamısından nağd almışdır. Tanımadığı şəxslərdən torba almasını xatırlamır. Ola bilər ki, Kamran adlı şəxs nə vaxtsa bir dəfə mağazaya yaxınlaşıb torba satdığını demiş, özü də ondan torba almışdır. Həmin şəxs daimi satıcı ola bilməz. Çünki tanımadığı birinə borclu qalmaz. Kamrandan nə qədər torba almasını və ona nə qədər pul verməsini xatırlamadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X100 ifadəsində təxminən 10 ilə yaxındır ki, Dəstə kəndinin aşağı hissəsində yerləşən ərzaq mağazasında satıcı işləyir. Mağazaya ehtiyac olan mal alış-verişini çox zaman özü edir. Polietilen torba sifarişini 1 il yarım olar ki, ancaq Mənsur adlı bir şəxsdən götürür. Ondan əvvəl ara-sıra tanımadığı şəxslər polietilen torbanı mağazaya gətirib lazım olub-olmadığını soruşmuş, mağazaya torba ehtiyac olarsa götürmüşdür. Mənsur adlı şəxsi tanıdıqdan sonra polietilen torbanı ancaq ondan alır. Kamran və Emin adlı şəxsi isə tanımır. Ola bilsin ki, əvvəlcə mağazaya torba gətirib satan şəxslərdən olmuşlar. Hər zaman torba götürəndə 1 çuval götürüb pulunu da alan zaman vermişdir. Torbanı hansı qiymətə aldığı və onlara nə qədər pul verməyi ağlında qalmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X120 ifadəsində təqribən 1991-ci ildən etibarən Şahbuz rayon Daylaqlı kəndində yerləşən ərzaq mağazasını işlədir. Keçən ilin təqribən fevral-mart aylarında 2 nəfər mağazaya gəlmiş, həmin şəxslər özlərini təqdim edərək politilen torba satdıqlarını bildirmişlər. Onlardan torbanı neçəyə satdıqlarını soruşduqda qiyməti münasib olduğu üçün 1 bağlam polietilen torba almışdır. Onlardan cəmi 1 dəfə torba almışdır. Həmin zaman torbanın qiyməti 100 manat olmuş, kassada pul az olduğuna görə həmin vaxt torbanın pulundan 30 manat ödəmiş, 70 manat isə borclu qalmışdır. Həmin vaxt torba satanlar “daha sonra mal gətirəndə borcunu alarıq” demiş, özü də bununla razılaşmışdır. Bundan təqribən 20-25 gün, bəlkə də 1 ay keçdikdən sonra klok satanlardan cavan oğlan mağazaya gəlib klok lazım olub-olmamasını soruşmuş, mağazada al-ver zəif olduğu üçün həmin vaxt torbası olduğundan “hələki torba lazım deyil” cavabını vermişdir. Həmin vaxt klok satan ondan qalıq qalan 70 manat borcunu istəmiş, özü də həmin şəxsə, yəni Kamrana qalıq qalan 70 manat borcunu ödəmişdir. Həmin vaxt onun yanında heç kim olmamış, pulu aldıqdan sonra mağazadan çıxıb getmişdir. Bu söhbətdən təqribən 15-20 gün, bəlkə də 1 ay sonra klok satanlardan digər oğlan mağazaya gəlmiş, həmin zaman o, adının Emin olduğunu və torbaya görə 70 manat borcunun qaldığını dedikdə ona “bəli, sizə 70 manat borcum qalmışdı, lakin həmin pulu təqribən 1 ay əvvəl sənin yanında gələn digər oğlana ödəmişəm. Mənim hal-hazırda sizə borcum yoxdur” deyə bildirmişdir. Bundan sonra Emin “pulu alan oğlan mənim işçim Kamran idi, o, məndən xəbərsiz mağazalardan pulu yığıb mənimsəyib” demiş, bu söhbəti bundan sonra bildiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X135 ifadəsində Zərərçəkmiş şəxs1 3-4 ildir ki, tanıyır. Emin işlədiyi kafeyə torba gətirib satmış, Təqsirləndirilən şəxs isə Emin vasitəsilə onun işçisi kimi tanımışdır. Kamran da Eminlə birlikdə kafeyə gəlib torba satmış, əvvəlki satdığı torbanın da pulunu almışdır. Sonuncu dəfə təqribən keçən il, yəni 2023-cü ilin mart ayında Kamran və Emin mağazaya gəlmiş, onlardan bir bağlamında 25 kq olmaqla 2 bağlam torba almışdır. “Alibaba kafe”sini 2023-cü ilin may ayında işlətməyi dayandırmışdır. Həmin vaxtdan 1-2 ay əvvəl, yəni mart-aprel aylarında Kamran mağazaya gəlmiş, həmin vaxt Emingilə təqribən 180 manat borcu olmuşdur. Sonuncu dəfə Kamran kafeyə gələn zaman tək olmuş, yanında heç kim olmamışdır. Kamran sonuncu dəfə ondan 50 manat pul almış, lakin bundan əvvəl də Kamran əlavə olaraq ondan 40 manat pul alsa da həmin pulu aparıb Eminə verməmişdir. Yəni, sonuncu dəfə Kamrana ümumilikdə 90 manat pul vermişdir. 180 manatdan qalıq qalan 90 manat borcunu isə Eminin özünə verdiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X121 ifadəsində təxminən 5-6 il Naxçıvan şəhərində yerləşən ərzaq mağazasında satıcı işləmiş, buna görə də həmin müddətdən Zərərçəkmiş şəxs1 tanıyır. Təqsirləndirilən şəxs isə Eminin işçisi kimi tanımışdır. Əvvəllər 2 ayrı ərzaq mağazasında işləmiş, işlədiyi ərzaq mağazalarından biri Naxçıvan Televizyası ilə üzüzə olan binada, digəri isə Naxçıvan şəhəri, Əliqulu Qəmküsar küçəsində Dəmiryolu vağzalı tərəfdə London marketin yaxınlığında yerləşmişdir. Artıq 6-7 aydır ki, həmin mağazalarda işləmir, işdən çıxmışdır. Emingildən torba alan zaman razılaşmışlar ki, növbəti dəfə onlardan torba alanda əvvəlki aldığı torbanın pulunu onlara ödəyəcək. Adətən Emingildən 1 bağlam polietilen torba almışdır. Sonuncu dəfə təqribən 2023-cü ilin mart ayında Kamran İstiqlal küçəsindəki Naxçıvan Televizyasının qarşısındakı ərzaq mağazasına gəlmiş və Eminə pul lazım olduğunu bildirərək ondan torbanın pulunu istəmiş, həmin vaxt da ona 80 manat pul vermişdir. Bundan bir neçə gün keçdikdən sonra Kamran Naxçıvan şəhəri, Əliqulu Qəmküsar küçəsində yerləşən mağazaya gəlmiş və Eminə pul lazım olduğunu dedikdə Kamrana 60 manat pul vermişdir. Bundan təqribən 15 gün keçdikdən sonra isə Emin onun yanına gələrək borcunu istədikdə Eminə pulun bir qismini Kamrana verdiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X101 ifadəsində Zərərçəkmiş şəxs1 təqribən 3 il olar ki, tanıyır. İlk dəfə Emin onun işlədiyi lavaş sexinə gəlib mağazalara torba satdığını bildirmiş və torba lazım olub-olmamasını soruşmuş, həmin vaxtdan sonra Emindən torba almağa başlamışdır. Eminin yanında işləyən Kamranı isə daha sonralar tanımışdır. Kamran Eminlə işləməyə başladıqdan sonra onlar həmişə birlikdə sexə gəlib torba satmışlar. Razılığa əsasən də növbəti dəfə torba satmağa gələndə əvvəlki satdıqları torbanın pulunu almışlar. Hər dəfə onlardan 2-3 bağlam torba almışdır. Sonuncu dəfə keçən ilin mart ayında novruz bayramı ərəfəsində Kamran sexə gələrək satdığı torbanın pulunu istəmiş, həmin vaxt onlara 300 manatdan artıq borcu olmuşdur. Kamran borcu istəyən zaman ona 145 manat pul vermiş, həmin vaxt sexdə torba çox olduğuna görə Kamrandan torba almamışdır. Borcu almağa gələndə Kamran tək olmuş və yanında heç kim olmamışdır. Kamrana sonuncu dəfə 145 manat pul vermiş, Kamran da pulu götürüb getmişdir. Bundan bir neçə gün keçdikdən sonra Emin sexə gələrək borcunu istədikdə həmin vaxt Eminə 205 manat pul vermişdir. Emin borcunun 350 manat olduğunu dedikdə Eminə “bir neçə gün əvvəl işçin Kamran sexə gəldi və borcunu istədi. Həmin vaxt da Kamrana 145 manat pul verdim” demiş qalan 205 manat borcunu isə Eminin özünə vermiş və onlara olan borcu qurtarmışdır. Daha sonradan Kamranın Emindən xəbərsiz mağaza və kafelərdən yığdığı torbaların pulunu özü üçün xərclədiyini və Eminə vermədiyini eşitdiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X63 ifadəsində 2014-cü ildən etibarən Badamlı kəndində yerləşən lavaş sexini işlədir. Kamranı cəmi bir dəfə görmüşdür. Təqribən keçən ilin qış aylarında bir cavan oğlan sexə gəlmiş, həmin vaxt işçisi ona zəng vurub bir nəfər oğlanın klok gətirdiyini demiş və telefonu ona vermiş, onunla telefonda danışan zaman Kamran ona “klok satırıq, bu qədər yol gəlmişik, imkan varsa 1-2 meşoq al” dedikdə ona “yaxşı, torbaları sexə qoyun gəlirəm pulunu verim” demişdir. Bundan sonra sexə gəldikdə klok satanlar orada olmamışdır. Bundan təqribən 2-3 ay keçdikdən sonra bir nömrədən zəng gəlmiş və “sizin kloka görə borcunuz var” dedikdə ona “hə, vardır” cavabını vermişdir. Həmin adam “gəlirik pulu götürək” dedikdə ona “gəlin, götürün sexdəyəm” cavabını vermişdir. Elə həmin gün telefonda danışdığı oğlan, yəni Kamran sexə gəlmiş, satdığı kloka görə sexdə ona 145 manat pul vermişdir. Həmin vaxt onun yanında heç kim olmamış, o, sexə tək gəlmişdir. Pulu ona verdikdən sonra da çıxıb getmiş, bundan sonra daha Kamranı görməmiş və ondan klok almadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X102 ifadəsində təxminən 2017-ci il tarixdən 2023-cü ilin iyun ayına qədər Naxçıvan şəhər Heydər Əliyev prospekti 8 ünvanında yerləşən ərzaq mağazasını işlətmişdir. Hal-hazırda isə həmin mağazanı işlətmir və icarəyə vermişdir. Kamranı daha əvvəldən Qaraxanbəylidən tanıyır. Keçən il, yəni 2023-cü ilin əvvəlində Eminlə Kamran həmin vaxt işlətdiyi ərzaq mağazasına gələrək polietilen torba satdıqlarını bildirmişlər. Ərzaq mağazası işlətdiyi üçün torba lazım olduğundan torbanı onlardan nisyə alıb pulunu hissə-hissə qaytaracağı barədə razılaşmışlar. Həmin günün səhərisi Kamran mağazaya torba gətirmiş, Kamrandan cəmi 1 dəfə 118 manat dəyərində polietelin torba almış, həmin vaxt Kamrana 25 manat pul vermiş, qalıq qalan 93 manatı da 3 dəfəyə Kamran gəlib hiss-hissə mağazadan götürmüşdür. Sonuncu dəfə də Kamran mağazaya gələrək 50 manat pulu ondan götürmüş, bununla da Kamrana olan borcu qurtarmışdır. Həmin gündən təqribən 1-2 gün sonra Emin mağazaya gələrək 50 manat borcunun olduğunu demiş, ona borclu olduğu 50 manatı 1-2 gün əvvəl Kamrana verdiyini bildirərək “əgər istəyirsənsə kamerada var baxa bilərsən” desə də Eminin ehtiyac olmadığını deyib mağazadan çıxıb getdiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X103 ifadəsində təxminən 20 il olar ki, Naxçıvan şəhəri Əcəmi məhəlləsində 11-ci binanın altında ərzaq mağazası işlədir. Ərzaq mağazası işlətdiyinə görə bir çox müştərinin mağazaya gələrək ona klok satmışlar. Həmin şəxslərdən biri də Kamrandır. Bir dəfə Kamran mağazaya gələndə stolun üstündə klok görüb “mən də klok satıram, kloklarım yaxşıdır, istəyirsənsə gətirim” demiş, özü də ona “gətir baxaq, əgər bəyənsəm alaram” demişdir. Həmin gündən 1-2 gün keçdikdən sonra Kamran mağazaya satdığı klokları gətirmiş, həmin kloklara baxdıqda onların keyfiyyətli olduğunu görüb Kamrandan 1 bağlam, yəni 25 kq klok almışdır. Torbanın qiyməti 80 manat olmuşdur. Kamran kloku ona satan zaman pul almamış və “bu klokları işlət, bəyənsən gəlib pulumu götürərəm” demişdir. Beləliklə Kamranla bir neçə dəfə klok alış-verişi etmişdir. Kamran hər dəfə mağazaya klok gətirəndə əvvəlki satdığı klokların pulunu götürmüşdür. Sonuncu dəfə Kamran yenə ona 1 bağlam, yəni 25 kq klok satmış, bundan bir neçə gün keçdikdən sonra mağazadan 30 manat götürmüş və Kamrana 50 manat borcu qalmışdır. Bundan sonra isə Kamran 2 dəfə müxtəlif vaxtlarda mağazaya gələrək ona borclu olduğu 50 manat pulun qarşılığında mağazadan ərzaq götürmüşdür. Onun götürdüyü ərzaqlar isə təxmini yadında qalmışdır. Kamran mağazadan pivə, saçaq pendir, semiçka, cipso götürmüşdür. Bundan sonra Kamrana borclu olduğu 50 manatı silmiş və “sənə olan borcum qurtardı” demişdir. Kamran da “yaxşı” deyib sağollaşıb getmişdir. Bu söhbət də təqribən keçən il, yəni 2023-cü ilin novruz bayramı ərəfəsində olmuşdur. Kamran ondan sonuncu dəfə borclu olduğu pulu, daha doğrusu pul qarşılığında ərzaq götürdükdən bir neçə gün sonra Zərərçəkmiş şəxs1 mağazaya gəlmiş və “Kamranın sizə satdığı kloklar mənim malımdır, klok satışından sizin 50 manat borcunuz qalır” dedikdə Eminə “mən Kamrana borclu olduğum 50 manat dəyərində ərzaq satmışam. Mənim sizə borcum qalmayıb” deyə bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X64 ifadəsində hal-hazırda “Sizin Market”in Meyvə-tərəvəz bölməsində meyvə-tərəvəz satır. Təqribən 2023-cü ilin yanvar ayından oktyabr ayınadək “Ailə Market”i icarəyə götürməklə işlətmişdir. Market işlətməyə başladıqdan təqribən 1 ay sonra 2 nəfər marketə gələrək polietilen torba satdıqlarını bildirmişlər. Onlardan birinin adı Emin, digərinin adı isə Kamran olmuşdur. Həmin vaxt torbanın qiymətində razılaşmış və onlardan polietilen torba almağa başlamışdır. İşlətdiyi market böyük olduğuna görə onlardan xeyli miqdarda torba almışdır. Onlardan torbanı nisyə alıb kassada pul olduqca hissə-hissə ödəmək barədə razılaşmışlar. Ümumilikdə torbaya görə sonuncu dəfə Kamrangilə 492 manat borcu yaranmış, Kamran həftədə 1 gəlib borcunu almışdır. Kamran hər dəfə gəlib borcu yığanda ona 50-100 manat ödəniş etmişdir. Kamran marketə gəlib pulu alan zamanlarda tək olmuşdur. Sonuncu dəfə Kamran keçən ilin Novruz bayramı ərəfəsində mağazaya gəlmiş, həmin vaxt torbaya görə 50 manat borcu qalmışdır. Kamran həmin 50 manat borcun müqabilində marketdən ərzaq almış, bununla da torbaya görə onlara olan borcu qurtarmışdır. Bundan təqribən 2 ay keçdikdən sonra Emin marketə gəlib “sizin torbaya görə 492 manat borcunuz var” deyərək borcunu istəmiş, özü də həmin rəqəmi təsdiqləyərək “bəli bizim torbaya görə sizə 492 manat borcumuz var idi, lakin həmin pulu Kamran marektə gələrək hissə-hissə məndən almışdır. Sonuncu dəfə isə novruz bayramı ərəfəsində marketə gəldi. Həmin vaxt bizim 50 manat borcumuz qalmışdı. Kamran da həmin vaxt 50 manat müqabilində marketdən ərzaq alıb getdi, bununla da sizə olan borcumuz qurtardı” deyə bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X104 ifadəsində 2018-ci ildən Naxçıvan şəhər Əliqulu Qəmküsar küçəsində yerləşən “Akim” adlı apteki işlədir. Təxminən 2022-ci ilin iyul ayında bir nəfər tanımadığı şəxs aptekə daxil olmuş, dərman aldıqdan sonra adının Kamran olduğunu və polietilen torba satdığını bildirmişdir. Aptekə torba lazım olduğundan ona “gətirərsən” demişdir. Həmin gündən təqribən 3-4 gün keçdikdən sonra Kamran aptekə polietilen torba gətirmiş və bir neçə gün sonra isə gəlib satdığı torbanın pulunu aptekdən almışdır. Bundan bir neçə ay keçdikdən sonra təqribən 2023-cü ilin yanvar ayında Kamran bir daha aptekə gəlib torba lazım olub-olmamasını soruşduqda ona lazım olduğunu bildirmişdir. Bundan təqribən 2-3 gün sonra Kamran aptekə 83 manat dəyərində polietilen torba gətirmiş, ona torbanın pulunu bir neçə günə qaytaracağını demişdir. Həmin gündən təqribən 2 həftə keçdikdən sonra Kamran aptekə gəlmiş, lakin həmin vaxt özü yox atası aptekdə olmuşdur. Atası ona zəng vurub Kamran adlı bir şəxsin aptekə gəldiyini və onun satdığı torbaya görə nə qədər borclu olduğunu soruşmuş, atasına 82 manat 50 qəpik borclu olduğunu demişdir. Kamran aptekə gəlib torba satan zaman, eləcə də torbanın pulunu gəlib aptekdən alan zaman tək olmuşdur. Bundan sonra isə atası Kamrana 83 manat vermiş və bununla bağlı dəftərdə qeydiyyat aparmışdır. Bundan təqribən 1 ay – 1 ay yarım sonra Emin adlı şəxs aptekə gələrək Kamranın satdığı torbaların ona məxsus olduğunu və 13 manat onlara borcunun olduğunu bildirmiş, Eminə Kamrandan sonuncu dəfə 83 manat dəyərində polietilen torba aldığını və həmin pulu da Kamrana ödədiyini bildirmiş və aptekdəki qeydiyyat dəftərində olan qeydi ona göstərmiş, bundan sonra isə Eminin mağazadan çıxıb getdiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X122 ifadəsində təxminən 2022-ci ildən Naxçıvan şəhərində yerləşən Cahan Ticarət Mərkəzinin arxa tərəfindəki meyvə-tərəvəz mağazasında işləyir. Mağaza açandan sonra 2 nəfər ona yaxınlaşıb torba satdıqlarını demiş, söhbət zamanı onlardan birinin adının Emin, digərinin adının isə Kamran olduğunu bilmişdir. Onlar bazarda bir çox mağazaya torba satmışlar. Mağazada torba lazım olduğu üçün onlarla razılaşmış, həmin vaxt 50-55 manat miqdarında torba almışdır. Lakin pulunu həmin vaxt verməmiş, hər dəfə torba verdikdən bir neçə gün sonra gəlib pullarını götürmələri barədə razılaşmışlar. Onlar tez-tez bazardan keçib hər kəsə torba satdıqlarını bildirmişlər. Özü də bazarda onları gördükcə əgər mağazaya torba lazım olardısa onlardan nisyə torba almış, təqribən 3-5 gün, 1 həftə sonra onlar gəlib mağazadan pulu almışlar. Təxminən keçən ilin mart ayının əvvəllərində Kamranla Emin yenə bazara gəlmiş, həmin vaxt Kamrandan 55 manat dəyərində torba almışdır. Bundan təqribən 5 gün - 1 həftə sonra Kamran bazara gəlib torbanın pulunu istədikdə Kamrana 55 manat pul vermişdir. Sonuncu dəfə pulu almağa gələndə Kamranın yanında heç kim olmamışdır. Həmin vaxtdan təqribən 20-25 gün sonra Emin mağazaya gəlib torbanın pulunu istədikdə ona torbanın pulunu Kamrana verdiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X85 ifadəsində təxminən 1 ildən artıqdır ki, ünvan 4 ünvanında yerləşən ərzaq mağazasında satıcı işləyir. Həmin mağazanın adı “Beşqardaş” ərzaq mağazasıdır. Mağazada işçi kimi aylıq 500 manat maaş alır və mağazanın bütün mallarına nəzarəti özü həyata keçirir. İşə təzə başlayan ərəfələrdə Kamran adlı bir nəfər mağazaya gəlib torba satdığını demiş, ondan torba almağa başlamışdır. Hər dəfə demək olar ki, Kamrandan 1 bağlam, yəni 25 kq torba almış, torba aldıqdan sonra pulunu 2-3 dəfəyə ona ödəmişdir. Kamranla torba alış-verişi edən zaman həmişə tək olmuşdur. Kamran sonuncu dəfə ondan 40 manat pul almış, 20 manat isə borcu qalmışdır. Kamran bir müddət mağazaya gəlmədiyi üçün borclu olduğu 20 manat pulu ona verə bilməmişdir. Təxminən keçən ilin mart ayının sonu-aprel ayının əvvəllərində bir nəfər tanımadığı şəxs mağazaya gəlib adının Emin olduğunu, Kamranın satdığı torbaların ona məxsus olduğunu və torbaya görə 60 manat borcunun qaldığını dedikdə Eminə “40 manatı Kamrana vermişəm, Kamrana 20 manat borcum qalırdı” demiş və həmin borclu olduğu 20 manatı da Eminə verdiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X105 ifadəsində 10 ildir Babək rayonu, Cəhri qəsəbəsində Xidmət mərkəzi binasında ərzaq mağazası işlədir. Təqribən 2022-ci ilin sonlarında bir cavan oğlan mağazaya gəlib özünü təqdim edərək adının Kamran olduğunu və klok satdığını bildirmişdir. Həmin vaxt Kamrandan 1 bağlam təqribən 20 kq klok almışdır. Hər dəfə ona klok gətirəndə əvvəlki satdığı klokun pulunu Kamrana ödəyəcəyi barədə razılaşmışlar. Beləliklə Kamranla 5-6 dəfə bəlkə də daha çox klok alış-verişi etmişlər. Kloku Kamran gətirmiş, Kamranın yanında gələn müdiri Emin isə demək olar ki, mağazaya girməmiş, həmişə maşında oturub Kamranı gözləmişdir. Kamran da hər dəfə klok satıb əvvəlkinin pulunu ondan alıb getmişdir. Kamran hər dəfə gələndə demək olar ki, ondan klok almış, buna görə də ona xeyli borcu yaranmışdır. Borcu 267 manat olmuşdur. Həmin pulu hissə-hissə 5-6 dəfəyə Kamranın özünə ödəmişdir. Keçən ilin aprel aylarında Məhərrəm adlı şəxs mağazaya gəlib Eminin işçisi olduğunu və Kamranın satdığı klokların Eminə məxsus olduğunu deyərək onlara 267 manat borcunun olduğunu demiş, özü isə “mənim bir o qədər borcum yoxdur, mənim 27 manat borcum qalır” demişdir. Məhərrəm mağazaya gələndən 1-2 gün sonra Kamran ona zəng vurub borcunu istəmiş və pulu kartına göndərməyi xahiş etmişdir. Həmin vaxt Kamran ona telefonda kartının hesab nömrəsini demiş, onun dediyi hesab nömrəsinə “MİLLİON” ödəniş terminalı vasitəsilə pul köçürmüşdür. Bununla da Kamrana olan borcum qurtarmışdır. Bundan sonra isə daha Kamran mağazaya gəlməmiş, nə klok satmış, nə də pul istəmişdir. Sonuncu dəfə Kamran mağazaya gələn zaman tək olmuş, Kamrana kloka görə 267 manat borcu olmuş, həmin borcu da Kamrana hissə-hissə ödəmişdir. Sonuncu 27 manatlıq ödəməni isə Kamrana nağdsız qaydada etdiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X35 ifadəsində ixtisasca baytar həkimdir və Naxçıvan şəhərində özünəməxsus baytarlıq mağazası vardır. 2 ildir ki, həmin mağazanı işlədir. Keçən ilin fevral-mart aylarında 2 nəfər mağazaya gəlib polietilen torba satdıqlarını demiş, həmin şəxslərdən 1-nin adı Emin, digərinin adı isə Kamran olmuşdur. Həmin vaxt onlardan 1 bağlam, yəni 20 kq polietilen torba almış, mağazada pul olmadığı üçün “üstümdə pulum yoxdur sonra gələrsiz verərəm” demişdir. Torbanın qiyməti 50 manat olmuşdur. Bundan 1-2 gün keçdikdən sonra Kamran tək mağazaya gəlib borcunu istəmiş, həmin vaxt Kamrana 50 manat pul vermiş, bundan sonra isə daha Kamranın mağazaya gəlmədiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X86 ifadəsində təxminən 2017-ci ildən Naxçıvan şəhərində yerləşən Cahan Ticarət Mərkəzində yeməkxana işlədir. Təxminən 2023cü ilin mart ayının əvvəllərində bir nəfər yeməkxanaya gəlib adının Kamran olduğunu və torba satdığını bildirmiş, onun torbalarına baxıb keyfiyyətini bəyəndiyi üçün həmin gün Kamran ona 85 manat dəyərində “pinqivin” torba satmış, lakin torbaların pulunu həmin vaxt ödəməmişdir. Təxminən torbanı aldığı gündən 1 həftə - 10 gün keçdikdən sonra Kamran yeməkxanaya gəlib torbaların pulunu istəmiş, həmin vaxtı Kamrana 45 manat pul vermiş və 40 manat borcu qalmışdır. Kamran yeməkxanaya gəlib klokun pulunu istəyəndə yanında heç kim olmamışdır. Həmin vaxtdan təqribən 1 ay sonra Emin adlı şəxs yeməkxanaya gəlib Kamranın satdığı torbaların ona məxsus olduğunu deyərək torbanın pulunu istəmiş, Kamranın ona 85 manat dəyərində torba satdığını, həmin 85 manatdan 45 manatı Kamrana verdiyini demiş və borclu qaldığı 40 manatı Eminin özünə verdiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X136 ifadəsində təxminən 7 il olar ki, Naxçıvan şəhərində ərzaq mağazası işlədir. Zərərçəkmiş şəxs1 təqribən 2 il olar ki, tanıyır. Mağazaya torba lazım olduqca Eminə zəng vurmuş. Emin də ona sellofan torba gətirib satmış, torba gətirəndə mağazada pul olduqda torbanın pulunu həmin vaxt vermiş, pul olmadıqda isə nisyə götürüb bir neçə gün sonra ödəmişdir. Təqribən 1 il yaxud 1 il yarım əvvəl Emin mağazaya torba satmaq üçün işçisi Kamranı göndərməyə başlamış, ondan sonra Eminə zəng vurduqda torbaları Kamran mağazaya gətirmiş, pulu da Kamrana vermişdir. Sonuncu dəfə Kamrandan nə qədər sellofon torba aldığını dəqiq xatırlamır. Mağazada satılan və alınan malların qeydiyyatını dəftərdə aparır. Kamran da sellofan torba gətirdikcə onun miqdarını və Kamrana olan borcu dəftərdə qeyd etmişdir. Təqribən keçən ilin mart ayında Novruz bayramı ərəfəsində Kamran mağazaya gələrək borcunu istəmiş, ona borclu olduğu 30 manatı vermişdir. Sonuncu dəfə Kamran 30 manat borcunu götürəndə mağazaya tək gəlmiş, yanında heç kim olmamışdır. Ondan sonra daha Kamran mağazaya gəlməmişdir. Sonuncu dəfə Kamrana 30 manat pul ödədikdən təqribən 20 gün sonra Emin mağazaya gələrək torbaya görə 30 manat borclu olduğunu dedikdə ona borclu olduğu 30 manatı Kamrana verdiyini və Kamrana verdiyi pulu da dəftərdə qeyd etdiyini bildirmiş, Eminin də daha bir söz deməyib mağazadan getdiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X65 ifadəsində təqribən 6 ildir ki, Naxçıvan şəhəri Şaxtaxtınski küçəsində yaşadığı evin qabağında ərzaq mağazası işlədir. Həmin mağazanı həm özü, həm də yoldaşı Nurəddin işlədir. Mağazada istifadə etdiyi polietilen torbanı əvvəllər Məhərrəm adlı şəxsdən almışdır. Təqribən keçən ilin Novruz bayramı ərəfələrində başqa bir şəxs mağazaya gəlib torba satdığını demiş, ona “polietilen torbanı Məhərrəmdən alırıq” cavabını vermiş, həmçinin ona Məhərrəmin nömrəsini telefonunda göstərmişdir. Həmin şəxs də nömrəyə baxaraq “biz malı eyni adamdan götürürük, eyni adamla işləyirik” demişdir. Həmin vaxt da ondan 1 bağlam 25 kq polietilen torba almış, torbanın dəyəri 100 manat olmuşdur. Torba götürən vaxtı həmin şəxsə nağd şəkildə 100 manat pul vermişdir. Həmin zaman Kamran mağazaya tək gəlmişdir. Bundan bir neçə gün keçdikdən sonra Məhərrəm mağazaya gəlmiş və torba lazım olub-olmamasını soruşduqda ona “bəs iki gün əvvəl bir nəfər sizin işçiniz mağazaya gəlmişdi, mən də ondan 1 bağlam yəni 25 kq torba aldım, torba lazım deyil” cavabını vermişdir. Məhərrəm isə “həmin şəxs kim idi?” deyə soruşduqda ona “sizin işçiniz idi, mən ona sənin nömrəni göstərəndə dedi ki, biz eyni şirkətik eyni adamla işləyirik” cavabını vermişdir. Məhərrəm isə “bibi gərək ondan almazdın, o yalançı adamdır” demişdir. Bundan bir neçə gün sonra isə Emin adlı şəxs mağazaya gələrək “torbalar mənimdir, mən müdirəm” demiş və “Kamran sizə mal verib ya yox, birdə ona nə qədər pul vermisiz” deyə soruşduqda ona “həmin oğlan mənə 1 bağlam torba satdı, mən də torbanın pulunu nağd şəkildə, yəni 100 manat ona ödədim” dediyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X137 ifadəsində 2011-ci ildən Şərur rayon Aşağı Aralıq kəndində yerləşən dəyirman və lavaş sexində işləyir. Zərərçəkmiş şəxs1 təqribən 6-7 ilə yaxın olar ki, tanıyır. İlk dəfə Emin onun işlədiyi lavaş sexinə gəlib mağazalara torba satdığını bildirmiş, həmin vaxtdan sonra Emindən torba almağa başlamışdır. Eminin yanında işləyən Kamranı isə 2022-ci ilin yay aylarında tanımışdır. Kamranı Emin sexə gətirərək “bundan sonra selofon torbaları Kamran gətirib sizə çatdıracaq. Pulunu da Kamrana verərsiniz” demişdir. Hər dəfə Emindən 2 bağlam torba almış, 2 bağlamın pulu 150 azn olmuşdur. Bəzən pulu nağd vermiş, bəzən isə borclu qalmışdır. Sonuncu dəfə keçən il lakin vaxtını dəqiq xatırlamadığı vaxtda Kamran sexə gəlmiş və selofon torba lazım olub-olmadığını soruşmuş, daha sonra isə qalan borc pulu istəmişdir. Həmin vaxt onlara 150 manat borcu olmuş, Kamran borcu istəyən zaman ona 150 manat pul vermişdir. Həmin vaxt torbası çox olduğuna görə Kamrandan torba almamışdır. Borcu almağa gələndə Kamran tək olmuş və yanında heç kim olmamışdır. Bundan 10-15 gün keçdikdən sonra Emin ona zəng vurub “Kamran pula gəlsə ona pul vermə” dedikdə Eminə “bir neçə gün əvvəl Kamran sexə gəldi və borcunu istədi. Həmin vaxt da Kamrana 150 manat pul verdim. Mənim daha sizə borcum qalmayıb” demişdir. Daha sonradan Kamranın Emindən xəbərsiz mağaza və kafelərdən yığdığı torbaların pulunu özü üçün xərclədiyini və Eminə vermədiyni eşitdiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X17 ifadəsində təxminən 2 ilə yaxın Behrud kənd mərkəzindəki ərzaq mağazasını işlətmişdir. 2023-cü ilin əvvəllərində 2 nəfər cavan oğlan mağazaya gəlmiş, onlardan biri polietilen torba satdıqlarını, həmçinin torbanı nisyə də verə biləcəyini bildirmişdir. Pulu olmadığı üçün əvvəlcə torbaları götürmək niyyətində olmamış, həmin oğlan çox israr etdikdən sonra onlardan torbanı götürmüş, pulun bir qismini alan zaman ödəyəcəyi, digər qismini isə növbəti dəfə gələn zaman ödəyəcəyi barədə razılaşmışlar. Nə qədər pul verdiyini xatırlamır. Növbəti dəfə gələn zaman isə həmin torba satan oğlan tək gəlmiş, digər oğlan yanında olmamışdır. Pulun qalan hissəsini də həmin zaman ödəmiş və bir daha həmin şəxsi görməmişdir. Ona torba satan və pulunu alan adamın adının Kamran olduğunu sonra öyrənir. Birinci dəfə Kamran gələn zaman yanında bir oğlan ilə birlikdə gəlmiş, ondan bir az torba alıb pulun yarısını ödəmiş və ikinci səfər gələndə isə pulun qalan hisəsəni ödəmişdir. Emini isə sadəcə bir dəfə Kamran ilə birlikdə torba satan zaman görmüşdür. Kamran sonuncu dəfə satdığı torbanın pulunu gəlib alan zaman tək olmuş, yanında həmin vaxt heç kim olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X66 ifadəsində keçən il, yəni 2023-cü ilin iyul-avqust ayında “Tik-tok” sosial şəbəkəsində Kamran adlı şəxslə tanış olmuş, tanışlıq zamanı Kamran ondan işləyib-işləmədiyini soruşduqda ona “riyaziyyat informatikanı bitirmişəm, lakin heç bir yerdə işləmirəm, hal-hazırda da MİQ-ə (müəllimlərin işə qəbulu imtahanı) hazırlaşıram” cavabını vermişdir. Kamran isə “mənim yoldaşım hal-hazırda X142 işləyir, sən də orada işləmək istəyərsən ya yox?” deyə soruşmuş, ona “əgər iş yaxşı olsa niyə də olmasın” cavabını vermişdir. Bundan bir neçə gün keçdikdən sonra nömrələrini birbirlərinə vermişlər. Bundan təqribən 1 həftə keçdikdən sonra Kamran ona “X201 işə qəbul olunmağınla bağlı danışmışam, lakin işə qəbul olunmağın üçün 1000 manat pul verməlisən” demiş, özü isə Kamrana “mənim 1 manat belə pulum yoxdur, pul verə bilmərəm” demişdir. Hətta Kamran onunla danışanda “həmin pulu mən sənə verərəm, lakin ayın ortası olduğuna görə indi verə bilmirəm, sən atana de bir yerdən tapsın, borc alsın, mən ayın sonunda pul tapıb atana verəcəm” demişdir. Kamrandan “bəs mən evdə necə deyim ki, kim mənə iş düzəldir, soruşsalar ki, onu hardan tanıyırsan nə cavab verim?” deyə soruşduqda Kamran ona “evdəkilər soruşsa diyərəsən ki, qrup yoldaşımın qardaşıdır” demişdir. Bundan sonra da anasının yanına gedib bu söhbəti danışmış, anası “əgər işin düzəlsə 1000 manat nədir ki, tapıb verərik” demişdir, özü isə “pulu sonra yox əvvəl istəyirlər” dedikdə anası “mən bunu atana deyə bilmərəm” deyə bildirmişdir. Anası ilə olan söhbəti Kamrana danışdıqda Kamran ona “atanın nömrəsini mənə de, mən onun özü ilə danışım” demişdir. Bundan sonra atası evə gəlib ondan nə məsələ olmasını soruşmuş, atasına “həmin şəxs, yəni Kamran mənim qrup yoldaşımın qardaşıdır. Onun yoldaşı da Hava Limanında işləyir. Mən də orada işləmək istəyirəm, lakin bunun üçün 1000 manat pul lazımdır, bir yerdən tapıb verək, işləmək istəyirəm” demişdir. Evdə pul olmadığı üçün atası dostu İnşallaha zəng vurub 1000 manat borc istəmiş, dostu da həmin gün pulu gətirib evdə atasına vermişdir. Atası da elə həmin gün Kamrana zəng vurub pulu götürməsi üçün evə çağırmışdır. Kamran da həmin gün axşam saatlarında yaşadığı Ayrınc kəndindəki evə tək gəlmişdir. Kamran evə gəldikdən sonra evdə oturub atasıgillə xeyli söhbət etmiş, danışarkən anasının, qardaşının yaxşı yerlərdə işlədiyini, özünün İrandan sellofan torba gətirib satdığını, yaxşı yerlərdə tanışlarının olduğunu demişdir. Anasıgil isə pulu Kamrana verməkdə tərəddüd etdikləri üçün pulu Kamrana notarial qaydada verməyi təklif etmişlər. Lakin həmin gün 5-ci gün axşam olduğundan Kamran “6-cı və bazar günləri notarius işləmir, qalsa qalacaq 1-ci günə, o vaxta da gec olar, əgər istəsəniz mən öz əl yazımla sizdən 1000 manat pul aldığımı yazıb imzalaya bilərəm” demiş, lakin anasıgil isə “yox ona ehtiyac yoxdur” demişlər. Bundan sonra atası 1000 manat pulu onun və anasının yanında Kamrana vermiş, Kamran da pulu alıb saydıqdan sonra cibinə qoyub “narahat olmayın uzağı 10 günə kimi Duyğunun işi düzələcək. Hava Limanında işləyəcək” demişdir. Bundan sonra gözləməyə başlamışlar. Həmçinin həmin ərəfələrdə MİQ-ə imtahan vermiş və 1 balı çatmadığı üçün ehtiyata düşmüşdür. Ona görə də müəllim kimi işləyib-işləməməyi dəqiq olmamışdır. Kamranın dediyi 10 gün keçdikdən sonra ona zəng vurub dediyi 10 günün keçdiyini və nə vaxt işə başlayacağını soruşmuş, Kamran isə “mən lazımı adamla danışmışam, hər şey hazırdır, sentyabr ayının 6-da işə başlayacaqsan” demişdir. Kamran bunu diyən vaxt təqribən 2023-cü ilin avqust ayının 20-i olmuşdur. Yenə də Kamranın dediyi vaxtı gözləmiş, 2023-cü ilin sentyabr ayının 6-da təkrar Kamrana zəng vurub nə olmasını soruşmuşdur. Kamran “bir işçi var o, 26-na kimi işdə olacaq, sentyabr ayının 26-da sentyabr ayı üzrə əmək haqqısını da alıb məzuniyyətə çıxacaq, bundan sonra isə sənin əmrin veriləcək və sən işə başlayacaqsan” demişdir. Daha Kamrana bir söz deməyib gözləməyə davam etmişdir. 2023-cü ilin sentyabr ayının 14-də Təhsil Nazirliyindən ona zəng gəlmiş və “Kəngərli rayon Şahtaxtı kənd orta məktəbinə vakansiya var, siz həmin məktəbə riyaziyyat müəllimi təyin olunursunuz” deyə bildirmişlər. Bundan sonra lazımı sənədlərini götürüb Təhsil Nazirliyinə gəlmiş, burada müvafiq sənədləşmə işləri aparıldıqdan sonra kəndə qayıtmışdır. Evdə olan zaman da ailə üzvlərinə Şahtaxtı kənd orta məktəbində riyaziyyat müəllimi təyin olduğunu demişdir. 2023-cü ilin sentyabr ayının 18-də Şahtaxtı kənd orta məktəbində işləməyə başlamışdır. Kəndə dərsə gedib-gəlmək çətin olduğu üçün 1 neçə gün sonra, yəni oktaybr ayının əvvəlində Kəngərli rayon Qıvraq qəsəbəsində kirayə ev tapıb uşaqlarını da özü ilə götürüb orada yaşamağa başlamışdır. Kamranın ona dediyi 26 sentaybr 2023-cü il tarixdə anası Kamrana zəng vurub “Duyğu artıq məktəbdə müəllim işləyir, sənin dediyin işə daha ehtiyac qalmadı, sənə verdiyimiz 1000 manatı geri gətir” deyə bildirmişdir. Kamran da “siz gözləyin, həmin yerə işçi götürüb ondan 1000 manat alsınlar, həmin 1000 manatı da gətirib sizə verərik” demişdir. Anası da “eybi yox 1 həftə ərzində pulu gətirib verərəsən dedikdə Kamran da “yaxşı” deyib sağollaşmışlar. Həmin danışıq zamanı özü də anasının yanında olmuş, lakin Kamran yenə də verdiyi sözə əməl etməmiş və həmin pulu geri gətirib verməmişdir. Bundan sonra keçən ilin təqribən noyabr-dekabr ayında atası Kamran barəsində ərizə ilə Şahbuz Rayon Polis Şöbəsinə müraciət etmişdir. Kamranın atası ilə telefonda danışmış və onu Hava Limanında işə düzəltmək müqabilində 1000 manat şirinlik istəmişdir. Həmin pulu da atası dostu İnşallahdan alıb Kamrana yaşadıqları evdə vermişdir. Kamran 1 neçə günə işə başlayacağını desə də bu olmamış, həmçinin aldığı pulu da müxtəlif bəhanələr gətirərək qaytarmaqdan boyun qaçırmışdır. Kamran həmin 1000 manat pulu alıb saydıqdan sonra cibinə qoymuş və 10 günə kimi işi düzəldəcəyini deyərək çıxıb getmişdir. Kamran pulu alan zaman, eləcə də ondan əvvəl danışanda onu X142 kamera otağına işə düzəldəcəyini demişdir. Kamranla danışan zaman ona yoldaşının adının Ayşən olduğunu və onun X142 işlədiyini demişdir. Kamranın dediyinə görə yoldaşı yüklərin kompüterdə yoxlanması bölümündə nəzarətçi işləyir. Kamranın yoldaşı ilə danışmamış və onu ümumiyyətlə görməmişdir. Yalnız bu barədə Kamranla danışıb əlaqə saxlamışdır. Atası 1000 manat pulu Kamrana borc kimi verməmişdir. Atası həmin 1000 manat pulu onu X163 işə düzəltməsi üçün Kamrana vermişdir. Lakin Kamran verdiyi sözə əməl etməmiş, pulu alan zaman 10 günə kimi işə başlayacağımı desə də 10 gün keçdikdən sonra müxtəlif bəhanələr gətirib daha sonrakı tarixlərdə işə başlayacağı vədini vermişdir. Lakin həmin tarixlərdə də Kamrana zəng vursa da yenə o başqa bəhanələr demişdir. Keçən ilin sentyabr ayında müəllim kimi işə başladığına və Kamranın dediyi işə daha ehtiyacı olmadığına görə Kamrana zəng vurub pulu geri verməsini istəmiş, Kamran isə pulu qaytaracağını desə də bugünədək qaytarmamışdır. Cinayət işinin materiallarından məlum olur ki, Təqsirləndirilən şəxs psixi və narkoloji xəstə kimi qeydiyyatda olub-olmadığını müəyyən etmək məqsədilə Naxçıvan MR Səhiyyə Nazirliyinin Psixi Xəstəliklər Dispanserinə sorğu verilmiş və cavab alınmışdır. Naxçıvan MR Səhiyyə Nazirliyinin X19n alınmış cavabda göstərilmişdir ki, Təqsirləndirilən şəxs xx.xx.2017ci il tarixdən “Nevrotik reaksiya” diaqnozu ilə Y.Budaqov adına Naxçıvan MR X19 dispanser qeydiyyatda dayanır. Həmçinin Təqsirləndirilən şəxs cinayəti törədərkən xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və sair psixi xəstəlik nəticəsində öz hərəkətlərini dərk etmək və ya onu idarə etmək iqtidarında olub-olmadığını, hazırda öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk emək və ya onu idarə etmək iqtidarında olub-olmadığını, habelə narkomaniya xəstəliyi və xroniki alkoqolizmdən əziyyət çəkib-çəkmədiyini müəyyən etmək məqsədilə xx.xx.2023-cü il tarixli qərarla kompleks məhkəmə psixiatrik və narkoloji ekspertizası təyin olunmuş və rəylər alınmışdır. xx.xx.2024cü il tarixdə daxil olmuş ambulator məhkəmə psiхiаtrik еkspеrtizаsının xx.xx.2023-cü il tаrixli, 443 sаylı rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs 2023-cü ilin fevral-aprel aylarında Zərərçəkmiş şəxs1 məxsus pulu ondan xəbərsiz mağazalardan yığan zaman onda anlaqsızlığın tibbi meyarlarına aid psixi xəstəlik müşahidə olunmamışdır. Təqsirləndirilən şəxs “Nevrotik reaksiya” müşahidə olunur. Həmin xəstəlik Zərərçəkmiş şəxs1 məxsus malların pulunu ondan xəbərsiz mağaza və kafelərdən yığan zaman onu öz hərəkətlərini ölçüb-biçmək və onları idarə etmək iqtidarından məhrum etməmişdir. Təqsirləndirilən şəxs 2023-cü ilin fevral-aprel aylarında Zərərçəkmiş şəxs1 məxsus malların pulunu ondan xəbərsiz mağaza və kafelərdən yığan zaman anlaqlı olmuşdur. Həmçinin xx.xx.2024-cü il tarixdə daxil olmuş ambulator məhkəmə narkoloji еkspеrtizаsının xx.xx.2023-cü il tаrixli, 444 sаylı rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyi və xroniki alkoqolizmdən əziyyət çəkmir. Həmçinin istintaq zamanı Zərərçəkmiş şəxs1 məxsus polietilen torbaların pulunun ondan xəbərsiz Təqsirləndirilən şəxs tərəfindən yığılmaqla Zərərçəkmiş şəxs1 dəymiş ziyanın məbləğini müəyyən etmək məqsədilə xx.xx.2024-cü il tarixli qərarla məhkəmə mühasibatlıq ekspertizası təyin edilmiş və rəy alınmışdır. Məhkəmə mühasibatlıq ekspertizasından 29 fevral 2024-cü il tarixdə daxil olmuş 28 fevral 2024-cü il tarixli 187 saylı rəyində Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs1 məxsus 6044.50 (altı min qırx dörd manat 50 qəpik) manat məbləğində polietilen torbaların pulunun yığılmasının müəyyən edildiyi göstərilmişdir. Lakin həmin ekspert rəyində müəyyən dəqiqləşmə aparılmalı olduğundan iş üzrə ekspertiza aparmış X8 Şəhər Prokurorluğuna dəvət olunaraq şahid qismində dindirilmişdir. X123 istintaqa verdiyi ifadəsində göstərmişdir ki, 2020-ci ildən etibarən Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Məhkəmə X20 ekspertizası bölməsində böyük ekspert vəzifəsində işləyir. Naxçıvan Şəhər Prokurorluğunda Azərbaycan Respublikası CM-nin 179.1-ci maddəsi ilə vətəndaş Təqsirləndirilən şəxs barəsində istintaq edilən cinayət işi üzrə təyin edilmiş məhkəmə mühasibatlıq ekspertizası üzrə ekspertiza tədqiqatı aparmışdır. Həmin ekspertiza tədqiqatı zamanı cinayət işinin materiallarına və ekspertizaya təqdim edilmiş qeydiyyat dəftərində qeyd edilən məbləğləri nəzərə alaraq Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 məxsus 6044.50 manat məbləğində polietilen torbaların pulunun yığılmasını müəyyən etmiş, buna görə də 28 fevral 2024-cü il tarixli, 187 nömrəli rəy tərtib etmişdir. Elvin Əsgərli ifadəsinə əlavə olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs1 tanımır. Nə Kamranla nə də Eminlə heç bir qohumluğu, düşmənçiliyi və ya ədavəti yoxdur. Tələb olunan pul məbləği ödənilmiş məbləğə bərəbər olmadığından, Kamran tərəfindən X36 83 manat pul alınmış olsa da Eminin qeydiyyat dəftərində tələb kimi 13 manat qeyd edilmişdir. Kamran tərəfindən Zərərçəkmiş şəxs1 bununla bağlı hansı miqdarda pul ödənilməsini müəyyən edən sənədlər olmadığından güman edilir ki, X94 83 manat almış olsa da onun 70 manatını Eminə vermiş və 13 manatını isə özünə götürmüşdür. Buna görə də rəydə 13 manat nəzərə alınmışdır. X124 ifadəsində Kamrana bir mağazada 80, digərində isə 60 manat olmaqla ümumilikdə 140 manat pul vermişdir. Dəftərdə Emin tələb kimi 80 manat qoymuşdur. Bu da onu deməyə əsas verir ki, X131 aldığı 140 manatın 80 manatını özünə götürmüş, 60 manatını isə Eminə vermişdir. X48 izahatı ilə Pizza House kafesinin kassiri X18 ifadəsində göstərilmiş məbləğlər eynilik təşkil etmədiyindən Təqsirləndirilən şəxs həmin şəxslərdən ayrı-ayrılıqda pul aldığı güman edilmiş, lakin onların bir kafedə işlədikləri və pulu da X80 verdiyi indi məlum olmuşdur. Ona görə də X48 vermiş olduğu göstərilən 80 manat ümumi məbləğdən çıxılmalıdır. X106 ifadəsində göstərilən məbləğlərin qarşısında çəkilən adların işin içində ifadələrinin olmaması və dəftər məlumatlarında digər anket məlumatları olmadığından ifadələrdə qeyd edilmiş ən yüksək məbləğ götürülmüş, digər göstərilmiş 120 və 130 manat isə ekspert tədqiqatında nəzərə alınamışdır. Ona görə də ekspert rəyində X133 210 manat pul aldığı qeyd edilmişdir. Tələb olunan pul məbləği ödənilmiş məbləğə bərəbər olmadığından, Kamran tərəfindən X3 300 manat pul alınmış olsa da, Eminin qeydiyyat dəftərində tələb kimi 220 manat qeyd edilmişdir. Kamran tərəfindən Zərərçəkmiş şəxs1 bununla bağlı hansı miqdarda pul ödənilməsini müəyyən edən sənədlər olmadığından güman edilir ki, X59 300 manat almış olsa da onun 80 manatını Eminə vermiş və 220 manatını isə özünə götürmüşdür. Buna görə rəydə 220 manat nəzərə alınmışdır. X87 ifadəsi ilə indi də tanış olmuş X67 Kamrana 45 manat borcu qaldığı, həmin məbləği də nə Eminə nə də Kamrana ödəmədiyi indi ona məlum olmuşdur. Ona görə də həmin məbləğ, yəni 45 manat Kamrana ödənilmiş məbləğlər siyasından çıxarılmalıdır. İfadəsində göstərilənlər nəzərə alındıqda X124 tərəfindən Kamran vasitəsilə Zərərçəkmiş şəxs1 ödənilmiş 60 manat, X107 ilə X18 1 dəfə ödəniş olmasına baxmayaraq 2 dəfə göstərilmiş olduğundan həmin X48 qarşısından göstərilmiş 80 manat və X125 tərəfindən ödənilməmiş 45 manat Təqsirləndirilən şəxs ödənilmiş məbləğlərdən çıxarılmalıdır. X106 ifadəsində göstərilmiş 3 mağaza üzrə məbləğlərin düzgünlüyü nəzərə alındıqda 130 və 120 manat məbləğləri Təqsirləndirilən şəxs borcuna əlavə edilməlidir. Beləliklə yuxarıda göstərilənlər nəzərə alındıqda 6109,50 (6044,50 manat – 60 - 80 - 45 + 120 + 130) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tərəfindən yığılması müəyyən edilmişdir. Beləliklə müəyyən olunmuşdur ki, cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb olunmuş Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs1 ümumilikdə 6109.50 (altı min yüz doqquz manat 50 qəpik) manat məbləğində maddi ziyan vurulmuşdur. İstintaq zamanı X138 özü Bakı şəhərində olduğu ərəfədə Təqsirləndirilən şəxs tərəfindən ona məxsus malların pulunun hansı mağaza, kafe, aptek və lavaş sexlərindən yığılması ilə bağlı həmin mağaza, kafe, aptek və lavaş sexlərini işlədən şəxslərin adları və əlaqə nömrələri, həmçinin hansı mağazadan hansı miqdarda pul alınması barədə qeyd aparılmış dəftəri istintaq orqanına təqdim etmişdir. Araşdırma zamanı Zərərçəkmiş şəxs1 iştirakı ilə həmin qeydiyyat dəftərinə baxış keçirilmiş, həmin qeydiyyat dəftəri cinayət işinə əlavə edilmiş, həmçinin qeydiyyat aparılmış vərəqlərin kserosurətləri protokola əlavə edilmişdir. Həmin dəftərdə Təqsirləndirilən şəxs tərəfindən 6479 manat dəyərində torbaların pulunun yığıldığı göstərilmişdir. İstintaq zamanı dəftərdə adları qeyd edilmiş şəxslər şahid qismində dindirilmiş və dəftərdə qeyd edilmiş məbləğlərin əksəriyyətinin doğru yazıldığı və öz təsdiqini tapdığı müəyyən edilmişdir. İstintaq zamanı zərurətlə əlaqədar Zərərçəkmiş şəxs1 telefonunda “Whatsapp” sosial şəbəkəsində olan yazışmaya baxış keçirilmiş, baxış zamanı telefonda müəyyən edilmişdir ki, “X204” adı ilə qeyd edilmiş 060 ***-**-** nömrəsindən 22 aprel 2023-cü il tarixdə Zərərçəkmiş şəxs1 məxsus 070 ***-**-** nömrəsinə 2 dəfə şəkil göndərilmiş, lakin şəkillər silindiyindən şəkilləri yükləmək mümkün olmamışdır. Həmçinin yazışma zamanı Zərərçəkmiş şəxs1 ona səsli mesaj ataraq “Çox sağolun, birinci dəfə gəldi 20 manat aldı, 80 manatı da kartına göndərdiz elə?” deyə soruşmuş, Şəlalə Məmmədrzayeva da səsli mesajla “hə birinci gəldi 60 manat aldı, 50 verəcəkdim, dedi ki, 60 verin qalsın 100, mən isə dedim axı 150-dir, dedi ki, yox burda belədir, belə yazılıb, dedim ki, bu nətəri olur, 150-dir deyirsiz 160-dır, 10 manat haradan gəldi üstünə, dedi ki hə bu belədir. Mən də daha heçnə demədim, kişi xeylağıdı deyə dedim heçnə elədisə verim. Gətirdim 60-nı bir verdim, 20-ni bir dəfə verdim, 80 qalmışdı, dedi ki onu karta vurun, əldə yox idi deyə almadı, yoldaşım pul göndərdikdən sonra həmin pulu da kartına ödədik” cavab vermiş, daha sonra isə “Sağolun” yazmış və daha danışıq aparılmamışdır. Baxışda iştirak edən Zərərçəkmiş şəxs1 həmin çörək sexinə bir neçə dəfə polietilen torba satdıqlarını, sonuncu dəfə onların 150 manat borcunun qaldığını, Kamranın bir dəfə 60 manat, bir dəfə 20 manat nağd şəkildə, 80 manat isə nağdsız şəkildə aldığını, həmin pulu da X4ynı X126 məxsus kart hesabına göndərdiyini, həmin qəbzi də daha sonra Şəlalə Məmmədrzayevanın onun whatsapp nömrəsinə göndərdiyini, həmin qəbzin şəklini Kəngərli Rayon Prokurorluğunda araşdırma aparılan zaman təqdim etdiyini, həmçinin qəbzin şəklinin 1 nüsxəsini də həmin vaxt özündə saxladığını bildirirək təqdim etmişdir. Bununla yanaşı, Zərərçəkmiş şəxs1 məxsus mobil telefona onun iştirakı ilə baxış keçirilən zamanı onun “Whatsapp” sosial şəbəkəsində Təqsirləndirilən şəxsla olan yazışmaları müəyyən edilmiş və iş üçün əhəmiyyətli ola biləcəyi nəzərə alınaraq həmin söhbətin şəkilləri çəkilərək protokola əlavə edilmişdir. Həmin danışıqlarda Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 xəbərsiz mağazalardan pul yığdığını etiraf etmişdir. İstintaq zamanı ifadələri arasında əhəmiyyətli ziddiyyətlər yarandığından xx.xx.2024-ci il tarixdə Təqsirləndirilən şəxs ilə şahid X121 arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş və bu barədə protokol tərtib edilmişdir. Təqsirləndirilən şəxs ilə şahid X121 arasında keçirilən üzləşdirmə zamanı şahid X13 Həsənovun üzünə Kamranın yalan danışdığını, sonuncu dəfə Kamranın təqribən 2023-cü ilin mart ayında Naxçıvan şəhəri, Əliqulu Qəmküsar küçəsində yerləşən mağazaya gəldiyini və Eminə pul lazım olduğunu dediyini, bu zaman ona 60 manat pul verdiyini, pul verdiyi barədə də həmin vaxt işlədiyi mağazadakı dəftərçədə qeydiyyat apardığını, buna görə Kamrana sonuncu dəfə həmin mağazada 60 manat pul verməsini dəqiq xatırladığını demişdir. Eyni zamanda, istintaq zamanı ifadələri arasında əhəmiyyətli ziddiyyətlər yarandığından xx.xx.2024-ci il tarixdə Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs1 arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş və bu barədə protokol tərtib edilmişdir. Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs1 arasında keçirilən üzləşdirmə zamanı Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs üzünə Kamranın yalan danışdığını, Kamranın Hilaldan əvvəl aldığı 40 manatı gətirib ona vermədiyini, əgər həmin pulu ona vermiş olsaydı dəftərdə Alibaba kafesinin qarşısında 90 yox 50 manat yazmış olacağını, Hilaldan aldığı 40 manatı ona vermədiyi üçün ümumilikdə sonuncu dəfə Alibaba kafesindən ondan xəbərsiz 90 manat pul aldığını demişdir. Həmçinin Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs üzünə Kamranın yalan danışdığını, Nüsnüsə satdığı malın pulunu ona verməsi üçün Rəvayətə vermədiyini, Rəvayətə verdiyi 50 manat pulun malın 1 kiloqramını mağazalara 5-20 qəpik arası baha satdığı üçün əldə etdiyi pulun hissəsi olduğunu, həmin mağazaya satdığı malın pulunu öz cibinə qoyduğunu demişdir. Araşdırma zamanı Təqsirləndirilən şəxs və onun arvadı X108 adına nəqliyyat vasitəsinin olub-olmaması, habelə etibarnamə əsasında nəqliyyat vasitəsini idarə edib etməməsi barədə Naxçıvan MR Daxili İşlər Nazirliyinin X211 İdarəsinə sorğu verilmiş və alınmış xx.xx.2024-cü il tarixli 3-13-43-14/2-64/2024 nömrəli cavab məktubunda göstərilmişdir ki, Təqsirləndirilən şəxs adında və ya etibarnamə əsasında hər hansı avtonəqliyyat vasitəsi Naxçıvan MR Daxili İşlər Nazirliyinin X211 İdarəsinə bilavasitə tabe olan qeydiyyat-imtahan və texniki baxış şöbəsində qeydiyyatda durmur. Lakin Kəngərli rayon Qarabağlar kənd sakini X108 adında xx.xx.2023-cü il tarixdən “Volkswagen Passat” markalı, 2004-cü il buraxılışlı, **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobil qeydiyyatda durur. Araşdırma zamanı Təqsirləndirilən şəxs adına daşınmaz əmlakın dövlət reyestrində hər hansı əmlakın olub-olmaması barədə Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməttinə sorğu verilmiş və alınmış cavab məktubunda göstərilmişdir ki, Babək Rayon Aqrar İslahat Komissiyasının 10 aprel 1999-cu il tarixli 29 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs daxil olmaqla ailə üzvləri (cəmi 9 nəfər) ilə birlikdə Naxçıvan şəhəri, Qaraxanbəyli kəndində JN-296 nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” ilə 8854,35 m2 kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. İstintaq zamanı Təqsirləndirilən şəxs əvvəllər məhkum edilib-edilməməsi Naxçıvan MR Daxili İşlər Nazirliyinin Əməliyyat və X33 göndərilmiş tələbnamə əsasında yoxlanılmış və Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə Babək Rayon Məhkəməsi tərəfindən Azırbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsinə əsasən 1 il 2 ay 4 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunduğu müəyyən edilmişdir. Həmçinin istintaq zamanı Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs1 barəsində hər hansı təqsirləndirici material olub-olmaması, habelə münaqişəli ailə kimi qeydiyyatda olubolmamaları barədə Naxçıvan Şəhər Polis İdarəsinə sorğu verilmişdir. Naxçıvan Şəhər Polis İdarəsindən alınmış xx.xx.2024-cü il tarixli 3-13-43-6/2-715/24 nömrəli cavabda göstərilmişdir ki, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs1 barəsində Naxçıvan Şəhər Polis İdarəsində heç bir təqsirləndirici material yoxdur və münaqişəli ailə kimi qeydiyyatda dayanmırlar. Əlavə olaraq bildirilmişdir ki, Təqsirləndirilən şəxs xidməti ərazidə narkotikə, oğurluğa və digər hüquqpozuntusu törətməyə meyilli şəxs kimi mənfi xarakterizə olunur. İstintaq zamanı Zərərçəkmiş şəxs1 araşdırma zamanı istintaqa təqdim etdiyi Təqsirləndirilən şəxs tərəfindən ona məxsus sellofan torbaların pulunun ondan xəbərsiz hansı mağaza, kafe, aptek və lavaş sexlərindən yığılması ilə bağlı adları və əlaqə nömrələri qeyd edilmiş dəftər öz xüsusiyyətinə və əlamətlərinə, mənşəyinə görə cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək edə biləcəyi nəzərə alınaraq xx.xx.2024-cü il tarixli qərarla cinayət işi üzrə maddi sübut kimi tanınmışdır. Cinayət işinin materiallarında olan Babək Rayon Məhkəməsinin 1(079)-3/2024 saylı 17 yanvar 2024-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 1 (bir) il 2 (iki) ay 4 (dörd) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Babək Rayon İcra və Probasiya Şöbəsi tərəfindən verilmiş 22 may 2024-cü il tarixli 42640/xx-xx/2024 nömrəli məktubdan məlum olur ki, Babək Rayon Məhkəməsinin 1(079)- 3/2024 saylı 17 yanvar 2024-cü il tarixli hökmü ilə məhkum Təqsirləndirilən şəxs 1 (bir) il 2 (iki) ay 4 (dörd) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, məhkum Təqsirləndirilən şəxs 19 fevral 2024-cü il tarixdə şöbəyə gəlib qeydiyyatdan keçmiş, cəzasının 3 (üç) ay 3 (üç) gününü çəkmiş, haliyədə cəzasının çəkilməmiş 11 (on bir) ay 1 (bir) günü qalır. Azərbaycan Respublikası Konstitusiyasının 13.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 63.1-ci maddəsinə əsasən, hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən, Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur. İnsan Hüquqlarının və X44 haqqında Avropa Konvensiyasının 5.1-ci maddəsinə əsasən, hər kəsin azadlıq və şəxsi toxunulmazlıq hüququ vardır. İnsan Hüquqlarının və X44 haqqında Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 2.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir. 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 264-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 66-cı maddəsinə uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2004-cü il tarixli qərarında göstərilmişdir ki, cəmiyyət üçün ağır nəticələrə səbəb olan və qarşısı digər hüquq normaları ilə alınması mümkün olmayan ictimai təhlükəli əməl üçün cinayət məsuliyyəti müəyyənləşdirməkdə dövlət haqlıdır. Bu, insan hüquqlarının, xüsusilə də zərərçəkmiş şəxsin hüquq və qanuni mənafelərinin müdafiəsi baxımından mühüm əhəmiyyət kəsb edir. Cinayət məsuliyyətinin müəyyən edilməsi və cinayət törətmiş şəxsin cəzalandırılması hər bir hüquqi dövlətdə insan hüquqlarının müdafiə edilməsinin üsullarından biridir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 48-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2004-cü il tarixli qərarında göstərilmişdir ki, cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır. Cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 138.1-ci maddəsinə əsasən, sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. 143.1-ci maddəsinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. 144-cü maddəsinə görə, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 179.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması məhkəmə istintaqı zamanı tam sübuta yetirilmiş və Təqsirləndirilən şəxs törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 179.2.4-cü maddələri ilə tövsif olunmuşdur. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178-ci maddəsinə görə, dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə cinayət hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2015-ci il tarixli, 7 №-li Qərarının 1-ci bəndində izah edilir ki, törədilmiş əməl o halda Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Həmin Qərarın 2-ci bəndinə görə, dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Həmin Qərarın 3-cü bəndinə görə, dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə, həmçinin, təqsirkar şəxsin qulluq səlahiyyətlərinin həyata keçirilməsi, zərər çəkmiş şəxslə yaxın şəxsi və ya qohumluq münasibətlərinin olması ilə də əlaqədar ola bilər. Etibardan sui-istifadə etmə həm də təqsirkarın əvəzsiz olaraq özünün və ya üçüncü şəxslərin xeyrinə əmlakı və ya ona olan hüququ ələ keçirmək məqsədi ilə üzərinə götürdüyü hər hansı öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda, məsələn, kredit müəssisələrindən müəyyən məbləğdə kredit və ya zərər çəkmiş şəxsdən borc alaraq bunları qaytarmaq məqsədi güdmədiyi, hər hansı işin görülməsi, xidmətlərin göstərilməsi öhdəliyini üzərinə götürüb bunun üçün əvvəlcədən avans kimi müəyyən məbləğdə pul alaraq həmin işi görmədiyi (xidməti göstərmədiyi) və görmək (xidmət göstərmək) niyyətində olmadığı hallarda da baş verir. Həmin Qərarın 35-ci bəndinə görə, dələduzluğun təkrarən törədilməsi (CM-nin 178.2.2-ci maddəsi) məsələsi CM-nin 16-cı maddəsinin və 177-ci maddəsinin “Qeyd” hissəinin 3-cü bədinin tələbinə əsasən həl edilməidir. Azəbaycan Respublikası Cinayət Məcəlləsinin 16.2-ci maddəsinə əsasən, bu Məcəllənin müxtəif maddələri ilə nəzərdə tutulmuş iki və ya daha çox cinayətin törədilməsi, yalnız həmin Məcəllənin Xüsusi hissəsində birbaşa göstərilən hallarda cinayətin təkrar törədilməsi hesab edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsinin “Qeyd” hissəsinin 3-cü bəndinə görə, bu Məcəllənin 177—183-cü, habelə 213-3, 217, 227, 232 və 235-ci maddələri ilə nəzərdə tutulmuş cinayətlərdən hər hansı birini və ya bir neçəsini törətmiş şəxs tərəfindən bu Məcəllənin 177—183-cü maddələri ilə nəzərdə tutulmuş cinayətlərin hər hansı birinin yenidən törədilməsi (bu Məcəllənin 16.3-cü maddəsində göstərilən hallar istisna olunmaqla) onların təkrar törədilməsi hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinə görə, bu Məcəllənin 177.1, 178.1 və 179.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı, lakin beş min manatdan artıq olmayan məbləğdə ziyan vurulduğu hallarda yaranır. Həmin Məcəllənin 177-ci maddəsinin “Qeyd” hissəsinin 2-ci bəndinə görə, bu Məcəllənin 177-182-ci, 185-187-ci və 189-1-ci maddələrində “xeyli miqdar” dedikdə, beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğ başa düşülür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” xx.xx.2015ci il tarixli qərarında göstərilmişdir ki, cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmış əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. İşin məhkəmə tərəfindən müəyyən olunmuş hallarından göründüyü kimi, Təqsirləndirilən şəxs 2022-ci ilin iyul ayından başlayaraq həmkəndlisi, polietilen torbaların satışı ilə məşğul olan Zərərçəkmiş şəxs1 yanında faktiki olaraq satış təmsilçisi kimi işə başlamış, rəsmi əmək müqaviləsi bağlamasalar da aralarında əldə olunmuş şifahi razılaşmaya əsasən Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs muxtar respublika ərazisində yerləşən müxtəlif mağaza, kafe, aptek və lavaş sexlərinə polietelin torbaların satışı işini həvalə etmişdir. Təqsirləndirilən şəxs müəyyən müddət Zərərçəkmiş şəxs1la birlikdə işlədikdən sonra sonuncunun etibarını qazanmış və sərbəst şəkildə polietilen torba satmağa və satılan malların pullarını yığaraq Zərərçəkmiş şəxs1 təhvil verməyə başlamışdır. 15 mart 2023-cü il tarixdə Zərərçəkmiş şəxs1 istirahət etmək üçün Bakı şəhərinə gedən zaman Təqsirləndirilən şəxs xahişinə əsasən Qaraxanbəyli kəndində yerləşən anbarın açarını və özünəməxsus “REXTON” markalı **-BK- *** dövlət qeydiyyat nişanlı avtomobili idarə etməsi üçün etibarnamə əsasında dostu X21 vermiş, o, Bakı şəhərində olduğu 15 gün müddətində Təqsirləndirilən şəxs Rəvayət Alquliyevlə birlikdə muxtar respublika ərazisindəki müxtəlif mağaza, kafe, aptek və lavaş sexlərinə gedərək polietilen torba satmışlar. Bundan sonra Təqsirləndirilən şəxs özü təklikdə gedərək X49 işlətdiyi mağazadan 50 manat, X50 işlətdiyi əczaxanadan 13 manat, X37 işlədiyi mağazadan 40 manat, X68 işlədiyi mağazalardan 80 manat, X51 işlətdiyi mağazadan 150 manat, Məmmədov M.Bağır Ələkbər oğlunun işlətdiyi mağazadan 82 manat, X38 işlətdiyi kafedən 45 manat, X52 işlətdiyi lavaş sexindən 580 manat, X9 işlətdiyi kafedən 100 manat, X53 işlətdiyi mağazadan 50 manat, X88 işlətdiyi mağazadan 30 manat, X69 işlətdiyi mağazadan 55 manat, X70 işlətdiyi mağazadan 35 manat, X89 işlətdiyi kafedən 90 manat, X71 işlətdiyi mağazadan 250 manat, X23 işlədiyi lavaş sexindən 90 manat, X90 işlətdiyi mağazadan 88 manat, X39 işlətdiyi mağazadan 45 manat, X54 işlətdiyi lavaş sexindən 145 manat, X72 işlətdiyi mağazadan 100 manat, X55 işlədiyi lavaş sexindən 75 manat, X106 işlətdiyi mağazalardan 460 manat, X24 işlətdiyi lavaş sexindən 145 manat, X73 işlətdiyi mağazadan 70 manat, X40 işlətdiyi mağazadan 40 manat, X5 işlətdiyi mağazadan 170 manat, X22 işlətdiyi mağazadan 38 manat, X25 işlətdiyi marketdən 492 manat, X45 işlədiyi lavaş sexindən 100 manat, X109 işlətdiyi mağazadan 140 manat, X6 işlətdiyi mağazadan 34 manat, X26 işlətdiyi mağazadan 65 manat, X56 işlətdiyi mağazadan 267 manat, X12 işlətdiyi əczaxanadan 50 manat, X41 işlətdiyi mağazadan 50 manat, X27 işlətdiyi mağazadan 50 manat, X74 işlətdiyi lavaş sexindən 100 manat, X10 işlətdiyi lavaş sexindən 220 manat, X18 işlədiyi kafedən 87,50 manat, X75 işlətdiyi mağazadan 95 manat, X127 işlətdiyi mazağadan 40 manat, X42 işlətdiyi mağazadan 40 manat, X91 işlədiyi lavaş sexindən 150 manat, X76 işlətdiyi lavaş sexindən 75 manat, X7 işlətdiyi mağazadan 35 manat, X57 işlədiyi mağazadan 40 manat, X92 işlətdiyi mağazadan 40 manat, X28 işlətdiyi mağazadan 50 manat, X47 işlətdiyi mağazadan 50 manat, X110 işlətdiyi əczaxanadan 50 manat, X58 işlədiyi mağazadan 105 manat, X43 işlətdiyi mağazadan 40 manat, X29 işlətdiyi mağazadan 100 manat, X30 işlətdiyi lavaş sexindən 100 manat, X31 işlətdiyi mağazadan 83 manat olmaqla ümumilikdə 5864 manat 50 qəpik məbləğində əvvəl satdıqları torbaların pullarını müştərilərdən toplamış və ona etibar olunmuş özgə əmlakını talamaq məqsədilə pulları Zərərçəkmiş şəxs1 təhvil verməyərək, törətmək niyyətində olduğu əməlin xarakterini və hüquqazidliyini, bu əməlin törədilməsi ilə zərərçəkmiş şəxsə xeyli miqdarda maddi ziyan vurulmasına səbəb olacaq ictimai-təhlükəli nəticələrin baş verməsini qabaqcadan görərək və bunları arzu edərək vahid niyyətlə əhatə olunan qəsdlə toplanmış 5864 manat 50 qəpik məbləğində pulu mənimsəmiş və şəxsi ehtiyaclarına sərf etməklə israf etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs 2023-cü ilin avqust ayında “Tiktok” sosial şəbəkəsində tanış olduğu X66 ilə söhbət edən zaman sonuncunun işləmədiyini öyrəndikdən sonra onu işə düzəltmək vədi ilə aldadıb onun əmlakını ələ keçirmək qərarına gəlmişdir. Bu məqsədlə o, Duyğu Həsənovanı hər hansı işə düzəltmək niyyətində və imkanında olmadan sonuncunu X142 işə düzəldə biləcəyinə inandıraraq qarşılığında 1000 manat pul istəmiş, lakin Duyğu Həsənova ona pulunun olmadığını demişdir. Bundan sonra Duyğu Həsənova anasının yanına gedib bu söhbəti danışmış, X182 isə əgər işi düzəlsə 1000 manatı tapıb verə biləcəyini dedikdə Duyğu Həsənova pulu sonra yox, əvvəldən istədiklərini bildirmişdir. X182 bu məsələni atasına deyəcəyini bildirdikdə Duyğu Həsənova anası ilə arasında olan söhbəti Təqsirləndirilən şəxs danışmış və Təqsirləndirilən şəxs Duyğu Həsənovadan atası Zərərçəkmiş şəxs2 +994 51 ***-**-** nömrəsini alaraq ona zəng etmişdir. Söhbət zamanı Kamran Zərərçəkmiş şəxs2ovun əmlakını qanunsuz olaraq ələ keçirmək məqsədilə qızı X113 Hava Limanında işə düzəldə biləcəyi vədi ilə aldadaraq törətmək niyyətində olduğu əməlin xarakterini və ictimai təhlükəliliyini, bu əməlin törədilməsi ilə zərərçəkmiş şəxsə maddi ziyan vurulmasına səbəb olacaq ictimai-təhlükəli nəticələrin baş verməsini qabaqcadan görərək və bunları arzu edərək ondan 1000 manat pul istəmiş, Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs vədinə inanaraq onunla razılaşmışdır. Bundan sonra Zərərçəkmiş şəxs2 dostu İnşallah Adıgözəlovdan 1000 manat borc almış və həmin gün Təqsirləndirilən şəxs zəng vurub pulu götürməsi üçün onu yaşadıqları evə dəvət etmişdir. Təqsirləndirilən şəxs həmin gün axşam saatlarında Zərərçəkmiş şəxs2 yaşadığı Şahbuz rayon Ayrınc kəndindəki evinə gedərək ondan 1000 manat pulu alıb sonuncunun əmlakını təkrarən dələduzluq yolu ilə ələ keçirmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 179.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətmişdir. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar olmadığından o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 179.2.4-cü maddələri ilə təqsirli bilinərək, barəsində qanuni və ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair xx.xx.2012-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Qanunverici CM-in 59.1.1- 59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir.” Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən aşağıdakı halları nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Başqa sözlə, cəza “talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli qərarında göstərilmişdir ki, “Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Bununla yanaşı məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. CM-nin 59-cu maddəsi ilə cəzanı yüngülləşdirən halların sayı məhdudlaşdırılmadığından cəza təyini zamanı həmin maddədə nəzərdə tutulmamış hallar da cəzanı yüngülləşdirici hallar qismində nəzərə alına bilər.” Təqsirləndirilən şəxs səmimi etirafını, əməlindən peşman olmasını, müsbət xarakterizə olunmasını cəzasını yüngülləşdirən hal kimi müəyyən edilmişdir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə qeyd olunanları nəzərə almaqla, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, təqsirləndirilən şəxsin barəsində cəzasını yüngülləşdirən halları, həmçinin cinayət əməllərinin törədilməsi hallarını, zərərçəkmiş şəxslərə vurduğu zərəri ödəmədiyini və zərərçəkmiş şəxslərin onun barəsində şikayətçi olmalarını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 179.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəza təyin edilməsi məqsədə müvafiqdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 15.3-cü maddəsinə əsasən, bu Məcəllə ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər hesab olunur. 178.2 və 178.2.2-ci maddələrinə əsasən, dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə təkrar törədildikdə, dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 179.2 və 179.2.4-cü maddələrinə əsasən, mənimsəmə və ya israf etmə, yəni təqsirkara etibar edilmiş özgə əmlakını talama xeyli miqdarda ziyan vurmaqla törədildikdə, dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə belə hesab edir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cəzaçəkmənin başlanğıcı hökmün çıxarıldığı 31 may 2024-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə haqqında qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilməli və o, məhkəmə iclas zalından dərhal həbsə alınmalıdır. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Cinayət işinin materialları ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Babək Rayon Məhkəməsinin xx.xx.2024-ci il tarixli, 1(079)-3/2024 saylı hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək qəti olaraq 1 (bir) il 2 (iki) ay 4 (dörd) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmşdir. Təqsirləndirilən şəxs hazırda ona qarşı irəli sürülən ittiham üzrə cinayət əməllərini Babək Rayon Məhkəməsinin xx.xx.2024-ci il tarixli, 1(079)-3/2024 saylı hökmü ilə məhkum olunana qədər törətmişdir. Bu səbəbdən, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsində göstərilən qaydalar üzrə cəza təyin edilməlidir. Cinayət Məcəlləsinə görə cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir (66.1-ci maddə); cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrıayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz (66.2-ci maddə); cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır (66.5-ci maddə). Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayətlərin məcmusu üzrə cəza təyin edilməli, ona Babək Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə təyin edilmiş 1 il 2 ay 4 gün azadlığın məhdudlaşdırılması cəzası hazırkı hökmlə təyin olunacaq cəza ilə qismən toplanılmaqla qəti cəza təyin olunmalıdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs Babək Rayon Məhkəməsinin 17 yanvar 2024-cü il tarixli hökmü ilə təyin edilmiş 1 (bir) il 2 (iki) ay 4 (dörd) gün azadlığın məhdudlaşdırılması cəzasının 103 (yüz üç) gününü çəkmiş, çəkilməmiş hissəsi- 10 (on) ay, 21 (iyirmi bir) gün müddət isə qalmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1-ci və 68.1.1-1-ci maddəsinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanarkən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulur. Məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs Babək Rayon Məhkəməsinin 17 yanvar 2024-cü il tarixli hökmü ilə təyin edilmiş 1 (bir) il 2 (iki) ay 4 (dörd) gün azadlığın məhdudlaşdırılması cəzası 7 (yeddi) ay 2 (iki) gün azadlıqdan məhrum etmə cəzasına bərabər tutulmaqla təyin ediləcək cəzalar qismən toplanmaqla qəti cəza təyin edilməlidir. Həmçinin məhkəmə belə hesab edir ki, birinci hökm üzrə çəkilmiş hissə 103 (yüz üç) gün azadlığın məhdudlaşdırılması cəzası 1 (bir) ay 21 (iyirmi bir) gün azadlıqdan məhrum etmə cəzasına bərabər tutulmaqla təyin ediləcək qəti cəza müddətinə hesablanmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş əmlak müəyyən edilmədiyindən xüsusi müsadirə tətbiq olunmamalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Naxçıvan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Naxçıvan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 50 (əlli) saata görə 300 (üç yüz) manat Azərbaycan Respublikasının dövlət büdcəsi hesabından Naxçıvan şəhər Vəkil Bürosunun hesabına köçürülməlidir. Zərərçəkən şəxs Zərərçəkmiş şəxs2 təqsirləndirilən şəxsin cinayət əməli nəticəsində ona vurulmuş zərərlə bağlı mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququnun olması izah edilməlidir. İş üzrə ekspertiza tədqiqatının xərci olan 150 (yüz əlli) manat Təqsirləndirilən şəxs tutularaq büdcə təsnifat kodu 142319 olan, X153 MR İdarəsi kodu 502906, VÖEN **********, müxbir hesab AZ88NABZ******************** olan, Naxçıvan MR Maliyyə Nazirliyi VÖEN **********, hesab AZ21NABZ******************** olan hesaba ödənilməlidir. Azərbaycan Respublikası CPM-nin 132.1 və 132.1.6-cı maddələrinə əsasən məhkəmə hesab edir ki, cinayət işi üzrə maddi sübut kimi tanınmış və hazırda cinayət işində saxlanılan bir ədəd dəftər cinayət işində saxlanılmalıdır. Məhkəmə Zərərçəkmiş şəxs1 tərəfindən verilmiş mülki iddianın dəlillərini və cinayət işinin materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, mülki iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-in 89.1-ci maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş əməl nəticəsində maddi ziyan vurulması qənaətinə gəlməyə kifayət qədər əsaslar olduqda onun cinayət mühakimə icraatı qaydasında ödənilməsi barədə cinayət işinin icraatı zamanı iddia vermiş fiziki və ya hüquqi şəxs mülki iddiaçı qismində tanınır. Həmin Məcəllənin 179-cu maddəsinə əsasən, cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Mülki-prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. Mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir. Məhkəmə hesab edir ki, mülki cavabdeh – Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə təqsiri məhkəmə araşdırılması zamanı öz təsdiqini tapdığından onun vurulmuş zərərlə bağlı həm də mülki məsuliyyəti yaranmışdır. Belə ki, Azərbaycan Respublikası CPM-in 181.1-ci maddəsinə əsasən, əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı aşağıdakı hallarda mülki iddia verməyə haqlıdır: 181.1.1. ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda; 181.1.2. ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikası CPM-in 354.1-ci maddəsinə əsasən, məhkəmənin hökmündə mülki iddianın əsaslarının və məbləğinin sübuta yetirilməsindən asılı olaraq, iddianın tam və ya qismən təmin edilməsi, iddianın rədd edilməsi və ya iddianın baxılmamış saxlanması barədə qərarlardan biri əks etdirilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iş üzrə mülki iddia təmin edilməli vurulmuş maddi zərərə görə 5864.50 (beş min səkkiz yüz altmış dörd manat əlli qəpik) manat məbləğində pul vəsaiti mülki cavabdeh – Təqsirləndirilən şəxs tutularaq mülki iddiaçı - Zərərçəkmiş şəxs1 ödənilməli, mülki cavabdeh – Təqsirləndirilən şəxs mülki iddiaçı tərəfindən ödənilmiş 79 (yetmiş doqquz) manat dövlət rüsumunun əvəzi alınıb mülki iddiaçı - Zərərçəkmiş şəxs1 ödənilməlidir. Azərbaycan Respublikası Kоnstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 2.1-ci maddəsinə əsasən, mülki işlər üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Kоnstitusiyasından, qanunlarından və digər nоrmativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq оlunmasıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 80-ci maddəsinə görə, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlar tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Yuxarıda qeyd olunan prosessual normanın məzmunundan da göründüyü kimi həmin maddə sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 100-cü maddəsinin 3-cü bəndinə görə, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 44.1, 197-198, 344- 347, 349, 351-353, 356, 358, 381, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə hö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Мəcəlləsinin 178.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 3 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzasına, Azərbaycan Respublikasının Cinayət Мəcəlləsinin 179.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 3 (üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Мəcəlləsinin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş cəzalar qismən toplanılsın və 4 (dörd) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Babək Rayon Məhkəməsinin 17 yanvar 2024-cü il tarixli 1(079)-3/2024 saylı hökmü ilə Təqsirləndirilən şəxs qəti olaraq təyin edilmiş 1 (bir) il 2 (iki) ay 4 (dörd) gün azadlığın məhdudlaşdırılması cəzası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə uyğun olaraq azadlığın məhdudlaşdırılmasının iki günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulmaqla hesablanmaqla 7 (yeddi) ay 2 (iki) gün azadlıqdan məhrum etmə cəzası bu hökmlə ona təyin edilmiş 4 (dörd) il azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla, birinci hökm üzrə çəkilmiş hissə 103 (yüz üç) gün azadlığın məhdudlaşdırılması cəzası 1 (bir) ay 21 (iyirmi bir) gün azadlıqdan məhrum etmə cəzasına bərabər tutulmaqla təyin ediləcək qəti cəza müddətinə hesablanmaqla təqsirləndirilən şəxsə qəti olaraq 4 (dörd) il 2 (iki) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmənin başlanğıcı hökmün çıxarıldığı 31 may 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə haqqında qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalından dərhal həbsə alınsın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. İş üzrə mülki iddia təmin edilsin və vurulmuş maddi zərərə görə 5864.50 (beş min səkkiz yüz altmış dörd manat əlli qəpik) manat məbləğində pul vəsaiti mülki cavabdeh – Təqsirləndirilən şəxs tutularaq mülki iddiaçı - Zərərçəkmiş şəxs1 ödənilsin. Mülki cavabdeh – Təqsirləndirilən şəxs mülki iddiaçı tərəfindən ödənilmiş 79 (yetmiş doqquz) manat dövlət rüsumunun əvəzi alınıb mülki iddiaçı - Zərərçəkmiş şəxs1 ödənilsin. Zərərçəkən şəxs Zərərçəkmiş şəxs2 təqsirləndirilən şəxsin cinayət əməli nəticəsində ona vurulmuş zərərlə bağlı mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququnun olması izah edilsin. Cinayət işi üzrə maddi sübut kimi tanınmış və hazırda cinayət işində saxlanılan bir ədəd dəftər cinayət işində saxlanılsın. İş üzrə xüsusi müsadirə tətbiq olunmalı əmlakın müəyyən olunmaması nəzərə alınsın. İş üzrə ekspertiza tədqiqatının xərci olan 150 (yüz əlli) manat Təqsirləndirilən şəxs tutularaq büdcə təsnifat kodu 142319 olan, X153 MR İdarəsi kodu 502906, VÖEN **********, müxbir hesab AZ88NABZ******************** olan, Naxçıvan MR Maliyyə Nazirliyi VÖEN **********, hesab AZ21NABZ******************** olan hesaba ödənilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Naxçıvan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 50 (əlli) saata görə 300 (üç yüz) manat Azərbaycan Respublikasının dövlət büdcəsi hesabından Naxçıvan şəhər Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu vaxtdan, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətinə Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasına apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim Qabil Məmmədov.
Məhkəmə qərarları › İş №1(078)-30/2024
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Hökm — İş №1(078)-30/2024
31.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver