Azərbaycan Respublikası adından HÖKM Naxçıvan şəhəri İş № 1(078)-31/2024 06.05.2024 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Məmmədov Qabil Neymət oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi, dövlət ittihamçısı Naxçıvan Мuxtar Respublikası Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxs X3, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin müdafiəçisi Müdafiəçi iştirakı ilə, xx xxxxxxxx 1976-cı il tarixdə Naxçıvan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, ali təhsilli, ailəli, 3 uşaq atası, "xxxx" MMCdə avtomobil ustası işləyən, deməsinə görə əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və Naxçıvan şəhəri, Kalbalıxan küçəsi, ev 43 B1 ünvanında yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə baxışı iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinir ona görə ki, o, 22 mart 2024-cü il tarixdə gücə saatlarında Naxçıvan şəhəri Bulqan kənd qəbiristanlığında həyat yoldaşı X6 ilə aralarında baş vermiş ailə-məişət mübahisə zamanı X4 döyərək sağlamlığının qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmuşdur. Məhkəmə iclasında cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ailəsində baş verən halların hazırki, vəziyyətə gəlib çıxmasına görə özünü qismən təqsirli bildiyini, əməli törətməsinə görə isə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, X6 ilə 18 ildir evliyəm. Evliliyimiz müddətində aramızda ailədaxili problemlər və mübahisələrimiz olurdu. Son zamanlarda həyat yoldaşım Vəfə ilə aramızda daha çox mübahisələr olurdu. Bir sözlə demək olar ki, yola gedə bilmirdik. 21 mart 2024-cü il tarixdə, saat 23 radələrində yaşadığım evə gəldim. Evə girdikdən sonra stol üzərində olan çirkli qabların təmizlənmədiyini gördüm. Mən aramızda olan mübahisələrə son qoymaq üçün Vəfa ilə söhbət etmək istədim. Övladlarım evdə olduğu üçün bayırda söhbət etmək istədim. Vəfa ilə evdən çıxıb avtomobilimə əyləşdik. Bizim ev tərəfdə qəbiristanlıq vardır. Vəfanın rəhmətlik anam barəsində danışdığını da eşitmişdim. Ona görə də, qəbiristanlığa apardım. Orada aramızda mübahisə oldu. Mübahisə zamanı mən onun yaxasından tutub bu problemlərə son verək dedim. Bu zaman mən avtomobilimdə olan balaca qatlanan bıçağı üzərimdə götürmüşdüm. Vəfa həmin zaman qışqıraraq danışırdı. Mən Vəfanı qorxutmaq üçün bıçağı çıxarıb onun ayağına tutdum. Vəfa həmin zaman yerə oturdu. Bu zaman necə olduğunu bilmədən bıçaq Vəfanın ayağını cızdı. Sonra Vəfanı tutub ayağa qaldırmaq istəyən zaman Vəfa qolumdan dişlədi. Mən də bu zaman onun kürək nahiyyəsindən vuraraq ötürməsini bildirdim. Sonra Vəfanı çəkərək ayağa qaldırdım və avtomobilə əyləşdirdim. Onunla biraz avtomobildə əyləşib söhbət etdik. Avtomobildə söhbət edən zaman mən onun sifətindən tutaraq niyə belə edirsən, mənə bax normal danışaq yoluna qoyaq dedim. Bir nəticə olmadığını görüb evə getdik. Həyətin qapısından içəri girmədi və atasıgilə gedəcəyini bildirdi. Aramızda olan ailədaxili münasibətlərə görə mübahisə edirdik. Həmin məsələlər Vəfanın evə baxmamağı və özbaşına harasa gedib-getmədiyini soruşmağım idi. Vəfa ilə sakit yerdə söhbət etmək istəyirdim. Qəbristanlığa aparmaqda məqsədim ona izah etmək istəyirdim ki, nəlayiq söz dediyin şəxs torpağın altındadır. Vəfanı sillə və yumruq ilə vurmuşam. Mübahisə zamanı əlimdə olan bıçaq Vəfanın ayağını cızıbdır. Son 10 gün olar ki, aramızda daha da çox mübahisə olurdu. Ən çox mübahisənin səbəbi Vəfanın gec saatlara qədər telefonda olmağı idi. Bıçağı üstümdə götürməkdə məqsədim Vəfanı qorxutmaq idi. Mən onu vuranda yerə uzanıb başını yerə vurdu. Vəfanın hansı xəsarətlər almasını həmin vaxt bilmədim. Bıçağın onun ayağını cızmasını bilmədim. Sonradan araşdırmada rəydən xəsarətlərin olmasını bilmişəm. Ailəsinin təminatını daima ödəmişəm. Ailəmi yaxşı saxlamışam istirahətini gəzintisini təşkil etdiyini, Türkiyə Respublikasında bir neçə dəfə səyahətdə olmuşuq. Yaşadığımız ev Naxçıvan şəhər qəbristanlığında yerləşir. Biz Bulqan kənd qəbristanlığına getdik anam orada dəfn olub. Uşaqlarımız 10, 15, 16 yaşlarındadır. Həmin vaxt böyük qızımız babasıgildə idi. Uşaqlar da bildi ki, pul qabını axtarmağa gedirik. Bıçağı maşından düşəndə götürdüm. Pul axtarmağ yalandan dedim ki, uşaqlar narahat olmasın. Yoldaşım və uşaqlar inandılar. Qəbristanlığa çatıq mən Vəfanın yaxasından tutub dedim ki, bu işlər nə vaxta qədər davam edəcək. Vəfa qarşılıq verdiyindən ona bir iki yumuruq zərbəsi vurdum. Hansı nahiyələrdən vurduğumu unutmuşam. Vəfanı qorxutmaq üçün ailəmiz düzəlsin bu hallar olmasın deyə bıçağı çıxarıb ayağına dayadım. Vəfa yerə oturanda bıçaq ayağını cızıb. Mənim onun ayağının yaralanmasından xəbərim olmayıb. Sonra Vəfa birəz aralandı mən onu tutub kürəyindən bir iki yumuruq vurdum və dedim ki, otur maşına gedək. Mən maşına gedərkən Vəfa telefonla zəng vurmaq istəyəndə telefonu alıb sındırdım. Mənim maşına nə səbəbə getməyim yadımda deyil. İkinci bıçaq maşında idi. Göbələk yığmaq üçün maşında saxlayırdım. Həmin bıçağı polislər götürdülər. Hər iki bıçaqda maşında eyni yerdə idi hər ikisini götürdülər. Evə qaytdıq Vəfa dedi ki, mən gedirəm. Uşaqlar da Vəfaya qoşulub getmək istədilər. Mən həmin vaxtı dedim ki, maşının pultu qəbristanlıqda düşüb gedəyin onu götürəyin. Məqsədim vaxt keçsin getmək fikirləri olmasın idi. Gedib pultu götürüb yenidən evə qayıtdıq. Vəfa qıza dedik ki, babanın telefonuna zəng et gəlib bizi aparsınlar. Qaynatam və qaynanam gəlib onları apardılar. Sonra polisə şikayət etdilər. Dəfələrlə ağsaqaların getməsinə baxmayaraq barışıq olmadı. Mən getməmişəm ona görə ki, məni qəbul etmirdilər. Hazırda Vəfa uşaqlarla birlikdə atasının evində qalırlar. Törətdiyim əməldən peşmanam. Ona görə ki, dəfələrlə ailə dağılmasın deyə atdığım adımlara görə işin bu həddə gəlməsinə peşman olmuşam. Dörd dəfə barışıq üçün getdik lakin alınmadı. İstərdim ki, ailəm bərpa olunsun. Mən Vəfadan üzür istəyirəm bir daha belə hadisə olmayacaq. Yüngül cəza verilməsini xahiş edirəm. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən X6 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə 18 ildir ki, evliyəm. Evliliyimiz müddətində Eminlə yaxşı yola getmirdik. Mən Eminin xasiyyətinə bələd olduğum üçün onun bu hərəkətlərinə uşaqlarım üçün dözürdüm. 22 mart 2024-cü il tarixdə, saat 00 radələrində həyat yoldaşım Emin yaşadığımız evə gəlib pul qabının qəbiristanlıqda itdiyini dedi. Mən də ondan bu saatda qəbiristanlıqda nə etdiyini soruşdum. Emin mənə heç bir cavab vermədi və dedi ki, gəl mənimlə birgə gedək qəbiristanlığı axtaraq. Mən gödəkcəmi geyinib Eminlə birgə evdən çıxdım. Biz Bulqan kənd qəbiristanlığına getdik. Qəbiristanlığın darvazasına çatan zaman Emin qəfildən mənim boğazımdan yapışdı və boğazıma bıçaq dayadı. Emin məndən mart ayının 1-dən 5-nə qədər harada olduğumu soruşdu. Mən də Eminə evdə və işdə olduğumu dedim. Emin mənə qışqırıb yalan danışmamağımı deyirdi. Mən də Eminə sən bilirsənsə hardaydım mənə de dedim. Emin mənə cavab vermədi. Mən ona mübahisə zamanı boşanmağımızın lazım olduğunu dedim. Emin əlindəki bıçağı mənim sol buduma batırdı. Mən səs çıxartmadım. Sonra Emin bunu görən kimi bıçağı yanımdakı taxtaya batırdı və məni yumruqla üzümdən vurmağa başladı. Mən də Eminin zərbələrindən yerə düşdüm. Mən yerə düşən zaman Emin məni yerdə təpiklə vurmağa başladı. Həmin vaxtı Emin avtomobilə tərəf getdi və mən də onun başının qarışdığını görüb gedib telefonumu götürüb polisə zəng etmək istədim. Sonra ayağa durub qaçanda Emin məni arxadan tutdu və telefonumu alıb ortadan qırıb iki yerə böldü. Sonra Emin mənim saçımdan tutub yerdə döyməyə, yumruq və təpiklə döyməyə başladı. Mən halsız vəziyyətdə yerdə uzanmışdım. Bu zaman Emin məni yenidən avtomobilə aparmaq istəyirdi və mən Eminə piyada gedəcəyimi desəm də, Emin məni öz avtomobilinə zorla mindirdi. Avtomobildə olanda Emin məni bir neçə dəfə üzümdən şillə ilə vurdu. Sonra biz oradan çıxıb evə gəldik. Mən Eminə dedim ki, evə daxil olmayacam. Sonra qızıma dedim ki, babana zəng et. Bir qədər sonra anam və atam gəldilər. Mən də uşaqlarımı götürüb atamgilin evinə getdim. Mübahisə zamanı həyat yoldaşım Emin mənim baş, qarın, bel və onurğa nahiyyələrimə vurduğu üçün xəsarət almışam. Əvvəllər aramızda bu cür mübahisə olmamışdır. Ailədə mənə aid işləri görmüşəm. Gec saatlarda qonaqlar gedəndə qalan çirkli qablar ola bilər. Narahatçılıq olmasın deyə səhər onları təmizləmişəm. Mən özümə aid pulları yığıb ailəyə və ailənin istirahətinə xərcləmişəm. Mən də işləyirəm və qazancım ailəyə sərf olunub. Mən vaxtımı işə və ailəyə həsr etmişəm. Başqa harasa getmirəm. Uşaqlarımın təhsili və tərbiyəsi nümunəvidir. Qan azlığım olduğundan gün ərzində az yatıram. Yatmadığım vaxtlarda telefonla hazırlaşıram imtahan vermək istəyirəm başqa işə görə. Qaynanasına qarşı daima hörmət etdiyini, Uşağının yeni dünyaya gələn vaxtı özünə yemək hazırlamaq gücündə olmadığı vaxtı qaynanasının baldızına baxmaq üçün getdiyindən uşağım zəiflədi. Hətda bir dəfə altında qalıb boğulmaq təhlükəsi oldu. Bu vəziyyətdə ona əsəbləşib söydüm. Təqsirləndirilən şəxs əsassız məni qısqanır. Məktəbdə belə tədbirlərə getməyə qadağa edir. Əsassız məndən mart ayının 1-dən 5-dək harda olmağımı soruşur. Hadisə günü bayram idi qonaqlarımız var idi yemək yeyildi artıq gec saatlar idi. Emin gəlib pul kisəsini qəbristanlıqda itirdiyini dedi. İnanıb onunla getdim. Qəbristanlıqda məni tutub bıçağı boğazıma dayayıb ayın 1-dən 5-dək harda olmağımı soruşdu. Mən onu itələdim birdə gəlib bıçağı buduma batıranda qolunu dişlədim. Saçımdan tutub çənəmə yumuruqlar vurub saçımı yoldu. Saçımı yolanda əngim ağrıdığından əlimlə çənəmi oynadırdım ki, çıxıbsa düzəlsin sonradan əziyyət verməsin. Bu hallar birinci dəfə deyildi ki, baş verirdi. Emin qışqırıb mən səninlə neyləyim deyirdi. Mən başım ağrıdığından yerə oturdum. Emin maşına tərəf getdi. Maşının dalında lapatka var idi fikirləşdim ki, əli ağrıyar yəqin lapatka ilə vuracaq. Gördüm ki, əlində su götürüb fikirləşdim ki, bəlkə benzin olar üstümə atar. O biri qəbristanlığın yaxınlığında göy qırmızı yanan işıqlar gördüm polis olduğunu düşündüm telefonu götürüb tez zəng vurmaq istədim ki, gəlsinlər. Emin bunu görüb əlimdən almaq üçün arxamca düşdü biz maşının ətrafında qaçanda ayağım gölməçədə sürüşdü məni tutdu yerə çırpdı telefonu alıb sındırdı kürəyimdən vurdu sonra ayağı ilə qara ciyərimdən vurdu. Sonradan ciyər nahiyəm göyərmişdi. Sonra başımdan tutub yerə çırpırdı. Əvvəllərdə başımı yerə çırpdığı vaxtlarda kisla əmələ gəldiyindən görməmdə narahatçılıq olmuşdu. Bu səbəbdən boynumu tutub dartdım ki, zədələnməsin. Yenə də zədə oldu ağrılar olur. Ətrafda kişilərin səsi gəldiyindən çığırdım ki, səsimə gəlsinlər. Ağzımı tutub mane olurdu ki, kimsə eşitməsin. Sonra məni maşına mindirmək istəyirdi minmək istəmirdim. Yarım saat sürüyüb məni zorla maşına mindirib yenə sifətimdən sillə yumuruq vurmağa başladı. Sifətim şişmişdi. Evə gələndə yoldan polis maşınları keçir gedib şikayət edəcəm dedim. Sonra maşına minib qəbristanlığa qayıtdıq orada nə isə qalmışdı götürdü qayıtdıq. Mən qıza dedim ki, babana zəng vur gəlsin bizi aparsın. Mənə həmin vaxt dedi ki, üzünü yumursan ki, görsünlər. Qəbristanlığa gedəndə oğlum da getmək istədi fikirləşdim ki, gecə vaxtıdır qorxar. Mən gecə olduğundan qəbristanlığın çöllükdə olduğundan dəmir ayaqqabı geyəni götürmək istədim Emin dedi ki, lazım deyil. İki il idi ki, aramızda bir az sakitlik olmuşdu. 15 il ərzində məni bu cür hallara salıb. Səhvim olub ki, bu müddət ərzində dözüb polisə şikayət etməmişəm. Mən əvvəlcədən bilmirdim ki, hansı məqsədlə məni aparır qəbristanlığa. Qaranlıq olduğundan mən bıçağın hansı formada olduğunu görmədim. Bıçağı sol ayağıma basdı. Ağrını hiss etdiyimdən onu itələdim. Başımı yerə çırpanda güclü ağrı hiss etdim. Mənim mədəm bulandı lakin qusa bilmədim. Emin dedi ki, boğazın quruyub ona görə oldu su iç. Suyu içmədiyimdən üstümə tökdü hava soyuq olduğundan üşüməyə başladım. Qaranlıq olduğundan Emin mənim xəsarət almağımı görə bilməzdi. Mənə deyirdi ki, yalandan özünü artisliyə qoyma əl-üzünü yu. Emin daima mənim telefonumu yoxlayırdı. Ona mane yox idi. Mənim heç bir pis hərəkət yoxdur olada bilməz. Mən telefondan ingilis dili üçün istifadə edirdim. Dil öyrənmək üçün ingilis və rus dilində filimlərə baxırdım ki, unutmayım. Emin bunu məhdudlaşdırırdı. Mənim hazırlıq keçməyimə narazılıq edirdi. Mən uşaqlara görə işləyib onların təhsilinə kömək etmək istəyirəm. Uşaqlarım məktəb birincisidir. Bizim evə barışıq üçün Eminin qohumları gəlməyib. Gəliblər ki, mən şikayət ərizəmi geri götürüm. Eminin onunla münasibəti olmayıb lakin iki aydır ki, uşaqlarlada maraqlanmır. Uşaqlar gedib onun yanına lakin uşaqlarla maraqlanmayıb. Uşaqlar bu haldan sonra gəlib ağladılar ki atamız bizi dindirmədi. Mən ekspert rəyi ilə tanışam narazılığım yoxdur. Mənimlə Təqsirləndirilən şəxs arasında barışıq olmayıb. Mən şikayətçiyəm. Qanuni cəzalanmasını xahiş edirəm. Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs həmin cinayət əməlini törətməkdə təqsirli olması- cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin səmimi etirafı, peşmançılığı, zərərçəkmiş şəxsin ifadəsi, məhkəmə-tibbi ekspertizasının rəyi, eləcə də, işdə olan digər mötəbər sübutlarla tam sübuta yetirilmişdir. İş materiallarına əlavə edilmiş: Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X2 22 mart 2024-cü il tarixli, 494 saylı ekspert rəyindən görünür ki, X3 bədən səthi üzərindəki xəsarətlər: sağ təpə nahiyyəsində hematoma, üzün və bədənin müxtəlif nahiyyələrində qançırlar, sol budun orta 1/3 hissəsinin ön səthində yara. Qançırlar və hematoma küt əşyanın təsirindən törənmişdir, eləcə də, həmçinin yumruq və təpik zərbələrinin müvafiq nahiyyələrə çırpılması və ya müvafiq nahiyyələrin hər hansı küt əşyaya çırpılması nəticəsində yarana bilərdi. Yara isə iti uclu hər hansı alətin, eləcə də, həmçinin bıçağın müvafiq nahiyyəyə basılması nəticəsində yarana bilərdi. Xəsarətlərin törənmə müddəti qərarda göstərilən tarixə uyğun gəlir və dərəcəsinə görə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan yüngül zərərvurmaya aiddir. Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 08 aprel 2024-cü il tarixli, 341 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 1 (bir) ədəd bıçaq, bir tərəfi kəsici, ucu batıcı xassəyə malik olan təsərrüfat-məişət təyinatlı mətbəx bıçaqlarına uyğun gəlir, soyuq silah hesab edilmir. Tədqiqata təqdim edilmiş 1 (bir) ədəd bıçaq, bir tərəfi kəsici, ucu batıcı xassəyə malik olan turist cib bıçaqlarına uyğun gəlir, soyuq silah hesab edilmir. Məhkəmə istintaqı zamanı toplanmış mötəbər sübutları məcmu halda qiymətləndirərək məhkəmə belə nəticəyə gəlir ki, təhqiqat orqanı tərəfindən cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə düzgün tövsif edilmiş və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 128-ci maddəsinə əsasən, sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurmamin manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz altmış saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Konstitusiya Məhkəməsi Plenumunun bir sıra qərarlarında cəzanın mahiyyəti və məqsədləri ilə bağlı qeyd edilmişdir ki, cinayət qanunvericiliyinin quruluşu və məzmunu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin vəzifələrinin təminatına xidmət edir. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməl törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir («Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli Qərar). “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndində göstərilir ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Həmin Qərarda daha sonra məhkəmələrə tövsiyyə edilmişdir ki, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır (həmin qərarın 2-ci bəndi). Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn, sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibətgöstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 8-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət mühakimə icraatının vəzifələrinə digərləri ilə yanaşı, cinayət təqibi ilə bağlı bütün halları hərtərəfli, tam və obyektiv araşdırmaq daxildir. 349.3-cü maddəsinə əsasən, məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. 349.5-ci maddəsinə əsasən, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə, məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə, məhkəmənin hökmü əsaslı hesab edilir. Məhkəmə hesab edir ki, cəza təyin edilərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsipləri mütləq nəzərə alınmalıdır. Belə ki, bu prinsiplərə görə əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər yalnız bu Məcəllə ilə müəyyən edilir. Yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır (CM-in 5.1, 7.1 və 8.1-ci maddələri). Məhkəmə cinayət törətməkdə təqsirli bilinən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin etməlidir. Eyni zamanda, məhkəmə tərəfindən cəza təyin edilərkən, cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirləndirilən şəxsin şəxsiyyəti, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, habelə təyin edilmiş cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Ədalətli cəza təyin edilməsi ilk öncə cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs peşmançılığı, səmimi etirafı, himayəsində üç uşağının olması cəzasını yüngülləşdirən hal kimi nəzərə alınır. Məhkəmə iclasında cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən törətdiyi əməlin ictimai-təhlükəlilik dərəcəsini və işin digər hallarını nəzərə alaraq ona təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə cəzasının təyin edilməsini məqsədə müvafiq hesab edir. Məhkəmə hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsinin sanksiyasında müəyyən edilmiş müddətdə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməli, barəsində həbs qətimkan tədbiri seçilməli, məhkəmə iclas zalında dərhal həbsə alınmalı, cəzasının başlanğıcı həbsə alındığı vaxtdan hesablanmalı, o, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 56.1.2-ci maddəsinə əsasən, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəzaçəkmə müəssisəsində cəza çəkmə müəyyən edilmişdir. 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. İşi üzrə maddi sübut olan və hazırda məhkəmədə saxlanılan iki ədəd bıçaq hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. İş üzrə ekspertiza tədqiqatının xərci olan 67 (altmış yeddi) manat Təqsirləndirilən şəxs tutularaq büdcə təsnifat kodu 142319 olan, X7 MR İdarəsi kodu 502906, VÖEN **********, müxbir hesab AZ88NABZ******************** olan, Naxçıvan MR Maliyyə Nazirliyi VÖEN **********, hesab AZ21NABZ******************** olan hesaba ödənilməlidir. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Naxçıvan Şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 50 (əlli) saata görə 300 (üç yüz) manat Azərbaycan Respublikasının dövlət büdcəsi hesabından Naxçıvan Şəhər Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197-198, 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 4 (dörd) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilsin, o, məhkəmə iclas zalından dərhal həbsə alınsın, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilmədən saxlanılsın. Cəzaçəkmə müddətinin başlanğıcı 06 may 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin. İşi üzrə maddi sübut olan və hazırda məhkəmədə saxlanılan iki ədəd bıçaq hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə ekspertiza tədqiqatının xərci olan 67 (altmış yeddi) manat Təqsirləndirilən şəxs tutularaq büdcə təsnifat kodu 142319 olan, X7 MR İdarəsi kodu 502906, VÖEN **********, müxbir hesab AZ88NABZ******************** olan, Naxçıvan MR Maliyyə Nazirliyi VÖEN **********, hesab AZ21NABZ******************** olan hesaba ödənilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Naxçıvan Şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 50 (əlli) saata görə 300 (üç yüz) manat Azərbaycan Respublikasının dövlət büdcəsi hesabından Naxçıvan Şəhər Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu vaxtdan, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətinə Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim Qabil Məmmədov.
Məhkəmə qərarları › İş №1(078)-31/2024
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Hökm — İş №1(078)-31/2024
06.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver