Məhkəmə qərarları › İş №1(078)-32/2024

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Hökm — İş №1(078)-32/2024

09.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Naxçıvan şəhəri İş № 1(078)-32/2024 09.10.2024 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Saat 18:00 Naxçıvan Şəhər Məhkəməsinin hakimi Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi, Dövlət ittihamçısı Naxçıvan Muxtar Respublikası Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Naxçıvan Şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakı ilə, xx.xx.2002-ci ildə Culfa rayon Qızılca kəndində anadan olmuş, evli, natamam orta təhsilli, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, fərdi fəaliyyətlə məşğul olan, Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə məhkum olunmuş, məhkumluğu ödənilməmiş, Culfa rayon Qızılca kəndində qeydiyyatda və yaşayan, barəsində Naxçıvan Şəhər Məhkəməsinin 1(078)-32/2024 nömrəli 01 may 2024-cü il tarixli qərarı ilə barəsində ev dustaqlığı qətimkan tədbiri seçilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək təkrar dələduzluq etmişdir. Belə ki, o, İnstagram sosial şəbəkəsində admini olduğu asya_telekom səhifəsində paylaşdığı ***-***-**-** mobil nömrəsinə 15 iyun 2023-cü il tarixdə zəng vuraraq onunla əlaqə yaradan Zərərçəkmiş şəxs6 iPhone 13 pro max mobil telefon satmaq adı ilə aldadıb onlayn yolla istifadəsində olan 4169 7388 7713 9497 nömrəli kart hesabına 1120 manat pulu yüklətdirib ələ keçirərək dələduzluq etmişdir. Bundan başqa o, təkrar İnstagram sosial şəbəkəsində admini olduğu asya_telekom səhifəsində paylaşdığı ***-***-**-** mobil nömrəsinə 17 noyabr 2023-cü il tarixdə zəng vuraraq onunla əlaqə yaradan Zərərçəkmiş şəxs7 iPhone 14 pro markalı mobil telefonu satmaq adı ilə aldadıb onlayn yolla istifadəsində olan 4169 7388 7713 9497 nömrəli kart hesabına 200 manat, 295 manat və 130 manat pulu yüklətdirib vahid niyyətlə ümumilikdə 625 manat pulu ələ keçirərək dələduzluq etmişdir. Bundan başqa, o, təkrar İnstagram sosial şəbəkəsində admini olduğu asya_telekom səhifəsində paylaşdığı ***-***-**-** mobil nömrəsinə 18 noyabr 2023-cü il tarixdə saat 14 radələrində zəng vuraraq onunla əlaqə yaradan X1 iPhone 14 pro markalı mobil telefonu satmaq adı ilə aldadıb onlayn yolla 4169 7388 7713 9497 nömrəli kart hesabını 500 manat və 220 manat pul yüklətdirib vahid niyyətlə ümumilikdə 720 manat pulunu ələ keçirərək dələduzluq etmişdir. Bundan başqa o, təkrar İnstagram sosial şəbəkəsində admini olduğu asya_telekom səhifəsində paylaşdığı ***-***-**-** mobil nömrəsinə 18 noyabr 2023-cü il tarixdə saat 17 radələrində zəng vuraraq onunla əlaqə yaradan Zərərçəkmiş şəxs5 iPhone 15 markalı mobil telefonu satmaq adı ilə aldadıb onlayn yolla ***-***-**-** mobil nömrəsinin M10 hesabına 850 manat pulu yüklətdirib ələ keçirərək dələduzluq etmişdir. Bundan başqa o, təkrar İnstagram sosial şəbəkəsində admini olduğu kredit_telefonlar_asya səhifəsində paylaşdığı ***-***-**-** mobil nömrəsinə 01 dekabr 2023cü il tarixdə zəng vuraraq onunla əlaqə yaradan Zərərçəkmiş şəxs1 iPhone 13 pro markalı mobil telefonu satmaq adı ilə aldadıb onlayn yolla 5574 3300 0011 3197 Naxçıvan bank kart hesabından 600 manat, 172 manat və 105 manat pulu yüklətdirib vahid niyyətlə ümumilikdə 877 manat pulunu ələ keçirərək dələduzluq etmişdir. Bundan başqa o, təkrar İnstagram sosial şəbəkəsində admini olduğu asya_telekom_naxçıvan səhifəsində paylaşdığı ***-***-**-** mobil nömrəsinə 19 dekabr 2023-cü il tarixdə zəng vuraraq onunla əlaqə yaradan Zərərçəkmiş şəxs4 iPhone 13 pro markalı mobil mobil telefonu satmaq adı ilə aldadıb onlayn yolla 4169 7388 7713 9497 nömrəli kart hesabını 399 manat və 110 manat pul yüklətdirib vahid niyyətlə ümumilikdə 509 manat pulunu ələ keçirərək dələduzluq etmişdir. Bundan başqa o, təkrar İnstagram sosial şəbəkəsində admini olduğu asya_telekom_naxçıvan səhifəsində paylaşdığı ***-***-**-** mobil nömrəsinə 21 dekabr 2023-cü il tarixdə zəng vuraraq onunla əlaqə yaradan Zərərçəkmiş şəxs3 iPhone 14 pro max markalı mobil mobil telefonu satmaq adı ilə aldadıb onlayn yolla ***-***-**-** nömrəsinin M10 hesabına 730 manat pulu yüklətdikdən sonra zərərçəkmiş şəxsin 730 manat pulunu ələ keçirərək dələduzluq etmişdir. Bundan başqa o, təkrar İnstagram sosial şəbəkəsində admini olduğu asya_telekom_naxçıvan səhifəsində paylaşdığı ***-***-**-** mobil nömrəsinə 27 dekabr 2023-cü il tarixdə zəng vuraraq onunla əlaqə yaradan Zərərçəkmiş şəxs2 iPhone 14 pro max və iPhone 15 markalı mobil mobil telefonları satmaq adı ilə aldadıb onlayn yolla ***-***- **-** nömrəsinin M10 hesabına 1350 pulunu ələ keçirərək dələduzluq etmişdir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM) 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə protokollarını və digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ifadəsində ona Azərbaycan Respublikası CM-in 178.2.2-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, Culfa rayon Qızılca kəndində qeydiyyatdadır. Naxçıvan şəhərində fakitiki yaşayır. Əvvəllər dələduzluq cinayəti etmiş, ona görə də məkumluğu var və ödənilməmişdir. Barəsində olan cinayət işi ilə bağlı məhkəmədən gizləndiyi üçün barəsində axtarış verilmiş və təxminən iki aya yaxın axtarışda olmuş, axtarışda olduğu müddətdə də Naxçıvan şəhər ərazisində internet üzərindən onlayn qaydada telefon satmaq adı ilə vətəndaşları aldadıb pulunu karta köçürmək yolu ilə pullarını əldə etmişdir. Həmin şəxsləri konkret olaraq tanımır, hər biri ilə internet üzərindən onlayn qaydada sosial şəbəklər vasitəsilə əlaqə yaratmış və danışmışdır. kredit_telefonlar_asya İnstagram səhifəsinin istifadəçisi, yəni admini özü olmuş, həmin səhifəni özü yaratmış, orada paylaşılan ***-***-**-** və ***-***-**-** nömrələri özü istifadə etmişdir. Həmin nömrələr vasitəsilə vətəndaşlarla danışmış, əlaqə saxlamışdır. Zərərçəkmiş şəxs3 əvvəlcədən tanımır, onunla hər hansı bir ədavət və düşmənçiliyi yoxdur. İnstagram sosial şəbəkəsində kredit_telefonlar_asya adlı səhifəsində “İphone 14 pro max” markalı mobil telefonlar paylaşmış, Zərərçəkmiş şəxs3 də özünə İphone 14 pro max markalı mobil telefon üçün 730 manat ilkin ödənişi kart vasitəsilə göndərmiş, özü də karta köçürülən pulu çəkmiş, lakin ona söz verdiyi mobil telefonu göndərməmiş, pulunu da öz şəxsi istifadəsi üçün xərcləmişdir. Zərərçəkmiş şəxs2 əvvəlcədən tanımır, onunla heç bir ədavət və düşmənçiliyi yoxdur. İnstagram sosial şəbəkəsində kredit_telefonlar_asya adlı səhifəsində “İphone 14 pro max və iphone 15” markalı mobil telefonları paylaşmış, Zərərçəkmiş şəxs2 da özünə İphone 14 pro max və iphone 15” markalı mobil telefonlar üçün 1350 manatı kart vasitəsilə göndərmiş, pulu çəkib öz şəxsi istifadəsi üçün xərcləmiş, lakin ona söz verdiyi mobil telefonları göndərməmişdir. Zərərçəkmiş şəxs6 əvvəlcədən tanımır, onunla hər hansı bir ədavət və düşmənçiliyi olmamış, İnstagram sosial şəbəkəsində kredit_telefonlar_asya adlı səhifəsində ”İphone 13 pro max” markalı mobil telefonu paylaşmış, Zərərçəkmiş şəxs6 da “İphone 13 pro max” markalı mobil telefon üçün 1120 manatı kart vasitəsilə göndərilmiş, lakin ona söz verdiyi mobil telefonu göndərməmiş, aldığı pulunu da öz şəxsi istifadəsi üçün xərcləmişdir. Zərərçəkmiş şəxs7 əvvəlcədən tanımır, onunla hər hansı bir ədavət və düşmənçiliyi olmamış, İnstagram sosial şəbəkəsində kredit_telefonlar_asya adlı səhifəsində “İphone 14 pro max” markalı mobil telefonlar paylaşmış, Zərərçəkmiş şəxs7 da İphone 14 pro max markalı mobil telefon üçün 625 manatı onun kartından çəkmiş, birinci dəfə kartından 200, 295, sonra da 130 manat çəkmiş, lakin ona söz verdiyi mobil telefonu göndərməmiş, pulunu da öz şəxsi istifadəsi üçün xərcləmişdir. Zərərçəkmiş şəxs5 əvvəlcədən tanımır, onunla hər hansı bir ədavət və düşmənçiliyi olmamış, İnstagram sosial şəbəkəsində kredit_telefonlar_asya adlı səhifəsində “İphone” markalı mobil telefonlar paylaşmış, Zərərçəkmiş şəxs5 da İphone 15 markalı mobil telefon üçün 850 manat pulu ***-***-**-** mobil nömrəsinin M10 hesabına göndərmiş, lakin ona söz verdiyi mobil telefonu göndərməmiş, pulunu da öz şəxsi istifadəsi üçün xərcləmişdir. Zərərçəkmiş şəxs1 əvvəlcədən tanımır, onunla hər hansı bir ədavət və düşmənçiliyi yoxdur. İnstagram sosial şəbəkəsində kredit_telefonlar_asya adlı səhifəsində “İphone” markalı mobil telefonlar paylaşmış, Zərərçəkmiş şəxs1 da İphone 13 pro markalı mobil telefon üçün 877 manatı pulu kart vasitəsilə onlayn qaydada özündən almış, pulu çəkib öz şəxsi istifadəsi üçün xərcləmiş, söz verdiyi mobil telefonu göndərməmişdir. Zərərçəkmiş şəxs4 əvvəlcədən tanımır, İnstagram sosial şəbəkəsində kredit_telefonlar_asya adlı səhifəsində “İphone” markalı mobil telefonlar paylaşmış, Zərərçəkmiş şəxs4 da İphone 13 pro markalı mobil telefon üçün 509 manatı pulu kart vasitəsilə onlayn qaydada verdiyi karta köçürmüş, pulu çəkib öz şəxsi istifadəsi üçün xərcləmiş, lakin ona söz verdiyi mobil telefonu göndərməmişdir. Zərərçəkmiş şəxs8 əvvəlcədən tanımır, onunla hər hansı bir ədavət və düşmənçiliyi olmamış, Aynur vasitəsilə onu tanımış, ***-***-**-** mobil nömrəyə yazıb İphone 14 pro markalı mobil telefon istədiyini bildirmiş, özü də onunla razılaşmış, 720 manatı pulu kart vasitəsilə onlayn qaydada özünün verdiyi karta köçürmüş, öz pulu çəkib pulunu da öz şəxsi istifadəsi üçün xərcləmiş, lakin ona söz verdiyi mobil telefonu göndərmişdir. Şahid20 tanımır, onunla hər hansı bir ədavət və düşmənçiliyi olmamış, İnstagram sosial şəbəkəsində naxcivan_ev_elanları adlı səhifədə ev elan paylaşmış, Sevinc, Ayşən və Zeynəb tələbə yoldaşılarıdır, Sevinc özünə yazmış, adambaşı 75 manat qoymuşlar, özü də onların verdiyi ümumilikdə 300 manatı çəkib öz şəxsi istifadəsinə xərcləmişdir. Şahid19 tanımır, İnstagram sosial şəbəkəsində naxcivan_ev_elanları adlı səhifədə ev elanı paylaşmış, Şahid19 da digər qızlarla birlikdə özünə 75 manat göndərmiş, özü də onların verdiyi ümumilikdə 300 manatı çəkib öz şəxsi istifadəsinə xərcləmişdir. Şahid2 tanımır, ilk əvvəl Sevinc özü ilə əlaqə saxlamış, İnstagram sosial şəbəkəsində naxcivan_ev_elanları adlı səhifədə ev elan paylaşmış, Şahid2 da digər qızlarla birlikdə özünə 75 manat göndərmiş, özü də onların verdiyi ümumilikdə 300 manatı çəkib öz şəxsi istifadəsinə xərcləmişdir. Şahid1 tanımır, onunla hər hansı bir ədavət və düşmənçiliyi olmamış, İnstagram sosial şəbəkəsində naxcivan_ev_elanları adlı səhifəsində kirayə ev şəkilləri paylaşmış, Zeynəb Bağırovda da öz rəfiqələri ilə birgə tutmaq istədiyi kirayə ev üçün 75 manat göndərmiş, lakin onun nömrəsini bloka atmış, özü də onların verdiyi ümumilikdə 300 manatı çəkib öz şəxsi istifadəsi üçün xərcləmişdir. Şahid14 əvvəlcədən tanımır, onunla hər hansı bir ədavət və düşmənçiliyi olmamış, İnstagram sosial şəbəkəsində kredit_telefonlar_asya adlı səhifəsində “İphone” markalı mobil telefonlar paylaşmış, Şahid14 da özünə İphone markalı mobil telefon üçün 420 manatı kart vasitəsilə onlayn qaydada verdiyi karta köçürmüş, lakin ona söz verdiyi mobil telefonu göndərməmiş, kartdan çəkdiyi pulu da öz şəxsi istifadəsi üçün xərcləmişdir. Şahid3 əvvəlcədən tanımır, onunla hər hansı bir ədavət və düşmənçiliyi olmamış, İnstagram sosial şəbəkəsində naxcivan_ev_elanları adlı səhifədə ev elanı paylaşmış, Şahid3 da həmin evin kirayə tutulması üçün 300 manat pulu kart vasitəsilə göndərmiş, lakin ona verdiyi sözü tutmamış, pulu çəkib öz şəxsi istifadəsi üçün xərcləmişdir. Şahid17 əvvəlcədən tanımır, İnstagram sosial şəbəkəsində kredit_telefonlar_asya adlı səhifəsində”Samsung A51” markalı mobil telefonlar paylaşmış, Şahid17 də Samsung markalı mobil telefon üçün 150 manat pulu kart vasitəsilə göndərmiş, lakin ona söz verdiyi mobil telefonu göndərməmiş, pulunu da öz şəxsi istifadəsi üçün xərcləmişdir. Şahid15 əvvəlcədən tanımır, İnstagram sosial şəbəkəsində kredit_telefonlar_asya adlı səhifəsində “İphone” markalı mobil telefonlar paylaşmış, Şahid15 da özünə İphone markalı mobil telefon üçün 400 manat pulu kart vasitəsilə göndərmiş, pulu çəkmiş, lakin ona söz verdiyi mobil telefonu göndərməmiş, həmin pulu da öz şəxsi istifadəsi üçün xərcləmişdir. X3 əvvəlcədən tanımır, İnstagram sosial şəbəkəsində kredit_telefonlar_asya adlı səhifəsində “İphone” markalı mobil telefonlar paylaşmış, Kamilə Kərimova da özünə İphone 12 pro markalı mobil telefon üçün 300 manat pulu kart vasitəsilə göndərmiş, pulu çəksə də, söz verdiyi mobil telefonu göndərməmiş, pulunu da öz şəxsi istifadəsi üçün xərcləmişdir. Şahid16 əvvəlcədən tanımır, onunla hər hansı bir ədavət və düşmənçiliyi olmamış, İnstagram sosial şəbəkəsində naxcivan_ev_elanları adlı səhifəsində kirayə ev şəkilləri paylaşmış, Şahid16 da tutmaq istədiyi kirayə ev üçün 300 manat pulu kart vasitəsilə göndərmiş, pulu çəkib öz şəxsi istifadəsi üçün xərcləmişdir. Şahid21 əvvəlcədən tanımır, İnstagram sosial şəbəkəsində kredit_telefonlar_asya adlı səhifəsində “İphone” markalı mobil telefonlar paylaşmış, Şahid21 da özünə İphone XS markalı mobil telefon üçün 500 manat pulu kart vasitəsilə göndərmiş, pulu çəkib öz şəxsi istifadəsi üçün xərcləmiş, X6 tanımır, İnstagram sosial şəbəkəsində kredit_telefonlar_asya adlı səhifəsində “İphone” markalı mobil telefonlar paylaşmış, Bahar Orucova da İphone 13 pro markalı mobil telefon üçün 300 manat pulu kart vasitəsilə göndərmiş, pulu çəkib öz şəxsi istifadəsi üçün xərcləmişdir. X11 tanımır, İnstagram sosial şəbəkəsində naxcivan_ev_elanları adlı səhifəsində kirayə ev şəkilləri paylaşmış, özün istifadəsində olan ***-***-**-** mobil nömrəsinə zəng vurmuş, Nərmin Əliyeva da tutmaq istədiyi kirayə ev üçün 350 manat pulu kart vasitəsilə göndərmiş, pulu çəkib öz şəxsi istifadəsi üçün xərcləmişdir. X5 tanımır, İnstagram sosial şəbəkəsində naxcivan_ev_elanları adlı səhifəsində kirayə ev şəkilləri paylaşmış, ***-***-**-** mobil nömrəsinə zəng vurmuş, X7 da tutmaq istədiyi kirayə ev üçün 350 manat pulu kart vasitəsilə göndərmiş, özü də pulu çəkib öz şəxsi istifadəsi üçün xərcləmişdir. Şahid5 tanımır, onunla əlbirliyi olmamış, onun kim olması barədə məlumatı olmamışdır. Dələduzluq etməkdə özünə heç kim köməklik etməmiş, özü həmin şəxslərlə əlaqə saxlamış, özü danışmış, özü də pulları alıb xərcləmişdir. Zərərçəkmişlərə onlayn qaydada internet üzərindən bu hərəkətləri etmiş, təkcə telefon vasitəsilə bu hərəkətləri rahat və sərbəst edə bilmiş, köməyə ehtiyacı olmamışdır. 4169 7388 7713 9497 kart hesabının sahibi Şahid24 ilə, 4169 7388 2756 2897 kart hesabının sahibi Şahid8 ilə, 5213 6751 3922 5875 kart hesabının sahibi Şahid6 ilə, 4169 7388 9405 9223 kart hesabının sahibi X14 ilə əlbir olmamış, sadəcə onlara da yalan deyib, alacağının olduğunu və kartının olmadığını, müvəqqəti istifadə üçün kartlarının 16 rəqəmini götürüb istifadə etmiş, beləcə vətəndaşların yüklədiyi pullar özünə dolayı yollarla gəlib çatmış, həmin şəxslərin öz etdiyi hərəkətlərindən xəbərləri olmamışdır. Zenfira Allahverdiyevanı Sumqayıt şəhərində tanımış, X9 onun nəvəsi olduğunu, onun da Rusiyada olduğunu, heç nədən xəbərinin olmadığını bildirmişdir. Ruqayə Hacıyevaya, Surə və Qumruya pul göndərsə də, onların heç birinin öz etdiyi hərəkətlərindən xəbərləri olmamış, Ruqayə ilə sevgili olmuş, Surə ilə Qumrunu da tanısa da, konkret kim olduqlarını bilməmiş, onların öz işinə aidiyyətləri olmamışdır. Zərərçəkmiş şəxslərə dəymiş ziyanı tam şəkildə qaytarmışdır. Törətdiyi əmələ görə peşmandır. Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs6 ifadəsində göstərmişdir ki, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayır. 15 iyul 2023-cü il tarixdə İnstagram sosial şəbəkəsinin “kəşf et” bölməsində gəzərkən önünə kredit_telefonlar_asya səhifəsi çıxmış, həmin səhifədə “İPHONE” markalı telefonları sərfəli kredit qiymətləri ilə verildiyini görmüş, özünə “İPHONE” markalı mobil telefon almaq istəmiş, buna görə də, həmin səhifədə olan ***-***-**-** mobil nömrəni əlaqə yaratmaq üçün götürüb, “Whatsapp” sosial şəbəkəsi vasitəsilə həmin nömrə ilə əlaqə saxlamışdır. Həmin vaxt Whatsappla əlaqə quran şəxsin adının Toğrul olduğunu bilmirdi. Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyindən bu barədə məlumat alanda həmin şəxsin Təqsirləndirilən şəxs olduğunu bilib. Həmin vaxt səhifənin istifadəçisi Toğrul əlaqə saxlayaraq sərfəli qiymətlərlə “İphone” telefonlarını kreditə verilməsi barədə məlumat vermiş, həmin qiymətlər büdcəsinə uyğun gəlmiş, səhifənin istifadəçisindən “İphone 13 Pro Max” mobil telefonlarının kredit qiymətlərini soruşmuş, həmin şəxs də “İphone 13 Pro Max” markalı mobil telefon üçün ümumilikdə 1120 manat istəmiş, həmin ödəniş özünə uyğun olduğundan onunla razılaşmış, səhifənin istifadəçisi özündən şəxsiyyət vəsiqəsinin arxa və ön tərəflərinin surətini istəmiş, özü də şəxsiyyət vəsiqəsinin ön və arxa hissələrinin şəklini çəkib “Whatsapp” sosial şəbəkəsi vasitəsilə ona atmış, ödənişi etmək üçün Toğrul 4169 7388 **** 1401 nömrəli kart hesabının şəklini çəkib atmış, özü də 1120 manat pulu onun özünə atdığı kart hesabına göndərmiş, 15 iyul 2023-cü il tarixdə pulu göndərdikdən sonra Toğrul “mobil telefonun 23 iyul 2023-cü il tarixdə günorta saat 12-də Naxçıvan şəhərinə təyyarə vasitəsilə göndəriləcək” demişdir. O da sifariş verdiyi mobil telefonun gəlməyini gözləmiş, lakin, bir həftədən də çox vaxt keçmiş, nə telefon gəlmiş, nə də ki, Toğrulla əlaqə saxlaya bilmişdir. Təkrar-təkrar onunla əlaqə saxlamış, Toğrul da telefonun tezliklə gələcəyini demiş, lakin Toğrul telefonları ona çatdırmamışdır. Onu polisə şikayət edəcəyini demiş, Toğrul da bunu etməməyini deyib onun kartına iki dəfə ayrı-ayrılıqda 200 manat pul göndərmiş, qalan pulu da beş gündən bir 200 manat olaraq göndərəcəyini və tez bir zamanda özü ilə olan haqq-hesabını bitirəcəyini demişdir. İki dəfə ödəniş etdikdən sonra artıq onunla əlaqə saxlaya bilməmişdir, çünki Toğrul onu bütün nömrələrdən bloka atmışdır. Artıq Toğrulun fırıldaq gəldiyini anlamışdır. Toğrulun ələ keçirdiyi 1120 manat puldan iki dəfə 200 manat olmaqla 400 manat qaytarmış, qalan 720 manatı isə qaytarmamışdır. O Təqsirləndirilən şəxs qalan zərəri tələb etmir. Heç bir tələbi və şikayəti yoxdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs7 ifadəsində göstərmişdir ki, İnstagram sosial şəbəkəsində madinaa_.__777 səhifəsi var, şəxsi səhifəsidir. Həmin səhifəni uzun müddətdir istifadə edir. 03 noyabr 2023-cü il tarixdə kredit_telefonlar_asya adlı səhifədən ona mesaj gəlmişdir. Mesajda “salam” yaşılmış, o da cavabında “salam, nə lazımdır?” yazmışdır. Toğrul da “kredit_telefonlar_asya mənimdir, müdiriyəm” yazmış, o da səhifə ilə bağlı maraqlanmış və səhifənin profilində yazılan ***-***- **-** mobil nömrəsinin Whatsappını qeyd etmişdir. Yazaraq iphone 14 pro max mobil telefonla maraqlanmış, Toğrul “iphone 14 pro max markalı mobil telefonu almaq üçün ilkin ödəniş kimi 499 manat ödənilməlidir” yazmış, o da cavabında “almaq istəyirəm, pulum azdır” demiş, Toğrul “ilkin olaraq 200 manat ödə, aylığa böləndə sizin krediti ödəmək asan olar” yazmışdır. Onunla razılaşmış, Toğruldan “necə yükləyim, kartınızı deyin, onun hesabına ödəyim” soruşmuş, Toğrul da “bizim mağaza kartdan karta ödənişi qəbul eləmir, özümüz onlayn yolla çəkməliyik, keçmişdə qalmamışıq ki, kartdan karta pul vuraq” deyərək smaylik atıb gülümsəmişdir. Özünün istifadəsində olan 6768 6771 7026 3291 kart hesabını telefonda danışa-danışa Toğrula demiş, o da son istifadə tarixini və kartın arxasındakı CVV kodunu istəmiş, özü də deyə-deyə o da kartın məlumatlarını qeyd eləmiş, kartından 17 noyabr 2023-cü il tarixdə 200 manat çəkmiş, təkrar zəng vurub “şirkət 200 manat ilkin ödənişi qəbul etmir, gərək 490 manat ödəyəsiniz” demiş, o da razı olub “kartımı bilirsən çək” demiş, Toğrul da “təzədən təkrarlayın, mən yükləyim” demiş, həmin gün təkrar 295 manatı onlayn yolla kartından çəkmiş, kartında 141 manat pul qalmışdır. Həmin gecə Toğrul təkrar zəng vurub “əlavə olaraq 150 manat pul ödənilməlidir” demiş, özü də “kartımda 141 manat var, 150 manatım yoxdur” demiş, Toğrul da kartın məlumatlarını təkrar istəmiş və kartında təkrar 130 manatını çəkmişdir. Nəticədə pulu çəkib onu blok etmiş, onunla təkrar əlaqə saxlaya bilməmişdir. Səhərisi asya telekoma getmiş, oranın müdiri “mağazanın adından istifadə edirlər, bizim xəbərimiz yoxdur” demişdir. Mağazanın müdiri ilə DİN-ə gedib ərizə yazmış, həmin vaxt dələduzluq edən şəxsin Təqsirləndirilən şəxs olduğunu öyrənmişdir. Həmin şəxs kirayə ev vermək adı ilə də ona yazmış, ilkin ödəniş 100 manat istəmiş, ancaq atmamış, Toğrula “evi görməmiş atmayacam” demişdir. Təqsirləndirilən şəxs telefon satmaq adı ilə aldadıb 625 manat pulunu ələ keçirmiş, Toğrul asya telekom mağazasının müdiri kimi özünü tanıtsa da, halbuki yalan danışmışdır. Nəticədə Təqsirləndirilən şəxs hər kəsi aldatdığını öyrənmişdir. Zərərçəkmiş şəxs7 Təqsirləndirilən şəxs ona vurduğu ziyanı ödədiyini, buna görə də Toğruldan hər hansı tələb və şikayətinin olmadığını bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs8 ifadəsində göstərmişdir ki, 18 noyabr 2023-cü il tarixdə Naxçıvan şəhərində A/H gözəllik salonunda işləmiş, həmin salonda işləyən Aynurla söhbət edən zaman Aynur “iphone 14 pro max markalı mobil telefon satırlar, ilkin ödəniş ödəyirsən, çatdırırlar” demiş, Aynurdan “neçədir ilkin ödənişi haradan və necə almaq olar?” soruşmuş, Aynur da “İnstagram sosial şəbəkəsində paylaşılıbdır, orada nömrəsi var, ***-***-**-**-dir” demişdir. Həmin nömrəni qeyd edib, həmin nömrə ilə əlaqə saxlamış, həmin telefonu sonradan adını bildiyi və özünü aldadan Təqsirləndirilən şəxs açmışdır. Toğruldan “telefon almaq istəyirəm, qiyməti neçədir” soruşmuş, Toğrul da “ilkin ödənişlə almaq olur, sizə çatırırlır, ilkin ödənişi 1000 manatdır” demişdir. Toğruldan “bəs nə üçün Aynura ilkin ödənişi az demisiniz” demiş, Toğrul “1000 manat pulun yarısını ilkin ödəniş kimi verin, mən sizə köməklik edərəm, halbuki Aynurə ilkin ödənişi 800 manat demişdim” bildirmişdir. Toğrulla 500 manata razılaşmış, Toğrulla danışanda axşam olduğundan ona “səhər ödəyərəm” demiş, Toğrul da “sistem bağlansa, ala bilməyəcəksiniz, ona görə indi pulu ödəməlisiniz” demiş, o da “axşamdır, heç yerə çıxa bilmirəm, kartdan pul vurmağı bacarmıram” demişdir. Toğrul da “yaxşı səhərə gözləyərəm, 500 manatı göndərin ki, sabah hava limanında birinci relslə telefon göndəriləcək” demişdir. O da səhər tezdən terminala getmiş, oradan Toğrulun Whatsappa göndərdiyi 4169 7388 7713 9497 kart hesabına 500 manat pulu yükləmişddir. Birinci relslə təyyarə gəlməmiş, təkrar ikinci relsi gözləmiş, təkrar telefon gəlməmiş, Toğrulun istifadəsində olan ***-***-**-** mobil nömrəsinə zəng vurub “niyə mənim telefonum gəlmədi, məni aldadırsınız?” demiş, Toğrul da müxtəlif bəhanələr gətirərək telefonu söndürmüşdür. Olanları Aynura demiş, Aynur da Toğrulla danışmış, Toğrul da “telefon gəlmişdi, lakin Zülfiyyə elə etdiyi üçün telefonu ona verməyəcəm” demiş, Aynur Toğrulla olan söhbəti danışmışdır. O da Aynura “Toğrulla danış, mən telefonu istəmirəm” demiş, Aynur da Toğrula zəng vurub danışmış, Toğrulun da “kart atsın, 500 manat pulu qaytarıram” demişdir. Kart hesabının qabaq və arxa şəkillərini çəkib Toğrula atmış, Toğrul da 500 manatı qaytramaq əvəzinə onun xəbəri olmadan kart hesabından 220 manat pulu çəkmiş, kartın axra şəkilində olan CVV kodunu Toğrul bildiyi üçün pulu özündən xəbərsiz çəkmişdir. Bu məsələdən sonra Toğrulla əlaqə saxlaya bilməmişdir. Toğrulun Aynuru da aldadıb onu pulunu dələduzluq yolu ilə ələ keçirdiyini öyrənmişdir. Zərərçəkmiş şəxs8 Təqsirləndirilən şəxs ona vurduğu ziyanı ödədiyini, buna görə də Toğruldan hər hansı tələb və şikayətinin olmadığını bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs5 ifadəsində göstərmişdir ki, Babək rayon Şəkərabad kəndində qeydiyyatda olmaqla Naxçıvan şəhəri H.Əliyev prospektində yaşayır. 18 noyabr 2023-cü il tarixdə “İnstagram” sosial şəbəkəsinin kəşf et bölməsində gəzərkən önünə kredit_telefonlar_asya səhifəsi çıxmış, həmin səhifədə “İPHONE” markalı mobil telefonların sərfəli kredit qiymətləri ilə verildiyini görmüş, özünə “İPHONE” markalı mobil telefon almaq üçün həmin səhifədə olan ***-***-**-** mobil əlaqə nömrəsini götürmüş, ***-***-**-** mobil nömrənin Whatsappı vasitəsilə həmin nömrə ilə əlaqə saxlamışdır. Həmin vaxt onunla əlaqə quran şəxsin adının Toğrul olduğunu bilməmiş, səhifənin istifadəçisi ilə əlaqə saxlayaraq sərfəli qiymətlərlə “İphone” telefonlarını kreditə verilməsi barədə məlumat almış, admindən “İPHONE 15” telefonunun kredit qiymətlərini soruşmuş, Toğrul “İPHONE 15” markalı mobil telefon almaq üçün ilkin ödəniş olaraq 850 manat pul istəmiş, Toğrulla razılaşandan sonra əlavə olaraq şəxsiyyət vəsiqəsinin arxa və ön tərəflərinin surətini istəmiş, o da şəxsiyyət vəsiqəsinin ön və arxa hissələrinin şəklini çəkib “Whatsapp” sosial şəbəkəsi vasitəsilə ona atmışdır. Dediklərini tamamladıqdan sonra adminin dediyi +**********95 mobil nömrəsinin M10 hesabına 850 manat pulu göndərmiş, pulu atdıqdan sonra istifadəçi ona mobil telefonların 24 saat ərzində çatacağını bildirmiş, lakin sabahısı gün telefondan xəbər çıxmamış, istifadəçi ilə əlaqə saxlayanda göndərdiyi pulun sistemə oturmadığını və əməliyyatın başa çatmadığını bildirmiş, bir gündə gözləmiş, lakin hələ də Toğruldan cavab çıxmamış, təkrar əlaqə saxlasa da, istifadəçi yasda olduğunu deyərək bəhanə gətirmişdir. Artıq onun fırıldaq gəldiyini anlamış, onunla əlaqə saxladığı nömrələrini bloka atdığını görmüşdür. 850 manat pulu onunla əlaqə saxladığı mobil nömrənin “M10” hesabına göndərmişdir. Zərərçəkmiş şəxs5 Təqsirləndirilən şəxs ona vurduğu ziyanı ödədiyini, buna görə də Toğruldan hər hansı tələb və şikayətinin olmadığını bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, Naxçıvan şəhər Tumbul kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayır. Hal-hazırda Cahan holdinqdə reklam işi üzrə mütəxəssis kimi işləyir. xx.xx.2023-cü il tarixdə İnstagram sosial şəbəkəsində kredit_telefonlar_asya səhifəsində paylaşılan iphone markalı mobil telefonları görmüş, həmin mobil telefonları qiymətlərinə baxanda sərfəli olduğu üçün həmin səhifənin admini ilə əlaqə saxlamış və direktdə yazmışdır. Həmin səhifənin istifadəçisi də ***-***-**-** mobil nömrəni vermiş, onunla Whatsapp sosial şəbəkəsi vasitəsilə əlaqə saxlamağını istəmiş, Whatsapp sosial şəbəkəsi vasitəsilə ***-***-**-** mobil nömrəyə yazmış, öz şəxsi məlumatlarını, iş yerini, şəxsiyyət vəsiqəsinin üzünü və aldığı maaşı demiş, istədiyi mobil telefonu istifadəçidən maraqlanmış, Whatsapp sosial şəbəkəsi vasitəsilə zəng vuranda həmin şəxsin səsinin oğlan səsi olduğunu eşitmişdir. Həmin vaxt onunla danışan şəxsin Təqsirləndirilən şəxs olduğunu bilməmiş, sonradan Toğrulun onu telefon satmaq adı ilə aldatdığını öyrənmişdir. Belə ki, kredit şərtlərini zəng vasitəsilə bildirərək “İphone 13 Pro” markalı mobil telefon üçün ilkin ödəniş 600 manat olmaqla qalan ayları 116 manat ödəniş edəcəyini demiş, zəng zamanı özündən maaş kartının 16 rəqəmini, bitmə tarixini və arxasındakı üç rəqəmli kodunu istəmiş, o da ilkin ödənişi etmək üçün istədiyi bütün məlumatları vermişdir. Toğrul özünə kod gələcəyini və gələn kodu ona deməyini istəmiş, Toğrula “axşam gəlib nağd ödəniş edəcəm” demiş, Toğrul “siz ödəniş edin, Naxçıvan şəhərindəki dükanımızı saat 6-da bağlıyırıq, lakin sizin işdən çıxmağınızı gözləyərik” demişdir. Toğrulla razılaşıb telefona gələn dörd rəqəmli kodu Toğrul demiş, kodu dedikdən sonra kartından 600 manat pul çıxmış, 600 manat pul kartından çıxdıqdan sonra Toğrul zəng vuraraq Naxçıvan şəhərinə çatdığı zaman mobil telefonun ona təhvil veriləcəyini demişdir. Şərurda işlədiyi yerdən saat 17 radələrində çıxmış, Naxçıvan şəhərinə gəlib ***-***-**-** mobil nömrəni ilə əlaqə saxlayaraq Naxçıvan şəhərinə çatdığını demiş, Toğrul təkrar “sizin kartınızla sistemə giriş etməliyəm, buna görə sizin kartınızdan bir dollar çıxılacaq, telefonu götürməyə gələndə həmin pulu qaytar” demiş, təkrar kartına dörd rəqəmli kod gəlmiş, 4 rəqəmli kodu ona demiş, kartından 277 manat pul çıxmış, Toğrula təkrar zəng vuranda bloka atıldığını görmüşdür. Naxçıvan şəhərində yerləşən Asya telekom mağazasına getmiş, sifariş verdiyi mobil telefonu götürməyi ilə bağlı satıcıya yaxınlaşmış, satıcı da həmin səhifənin onlara aid olmadığını və onun adına telefon satışın sistemdə görünmədiyini bildirmişdir. Hadisə nəticəsində özünə ümumilikdə 877 manat pul maddi ziyan dəymişdir. Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs ona vurduğu ziyanı ödədiyini, buna görə də Toğruldan hər hansı tələb və şikayətinin olmadığını bildirmişdir. İbtidai istintaq zamanı dindirilmiş, ifadəsi məhkəmə istintaqında elan edilmiş Zərərçəkmiş şəxs4 ifadəsində göstərmişdir ki, ünvan 3 ünvanda yaşayır. Hal-hazırda Naxçıvan şəhər N nömrəli hərbi hissədə kəşfiyyat bölüyündə komandir işləyir. 19 noyabr 2023-cü il tarixdə “İnstagram” sosial şəbəkəsinin kəşf et bölməsində səhifələrə baxarkən qarşısına “Asya Telekom” səhifəsi çıxmış, həmin səhifədə “İphone” markalı telefonlar baxmış və sərfəli qiymətə satıldığını görmüş, özünə “İphone” markalı mobil telefon almaq istədiyindən həmin səhifədə paylaşılan ***-***-**-** mobil nömrəsi ilə əlaqə yaratmış, “Whatsapp” sosial şəbəkəsi vasitəsilə həmin nömrəyə zəng vurmuş, həmin vaxt özü ilə əlaqə quran şəxsin adının Toğrul olduğunu bilməmişdir. Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyindən Toğrul barədə ona məlumat verilmiş, səhifənin istifadəçisindən “İphone 13 Pro” telefonunun kredit qiymətini soruşmuş, Toğrul “İphone 13 Pro” markalı mobil telefon üçün ilkin ödəniş 399 manat pul istəmiş, həmin ödənişi göndərəcəyi 4169 7388 7713 9497 nömrəli kart hesabına köçürməyi istəmiş, o da 399 manat pul göndərmişdir. Toğrul “mobil telefonun axşam reysi ilə gələrək ona çatacağını demiş, o da axşamı gözləmiş, lakin Toğruldan heç bir səs-soraq çıxmamış, onunla təkrar əlaqə saxlamış, Toğrul “müdirriyyət Naxçıvana telefon göndərməklə bağlı problem yaradır” demiş, belə olan halda pulunu qaytarmasını və telefonu istəmədiyini demişdir. Toğrul “artıq nə qədər pul göndərə bilirsən, göndər, müdiriyyətlə danışacam və deyəcəm mənim tanışımdır, kömək eliyək” demiş, Toğrula öz kart hesabından əlavə 110 manat pul göndərmiş, yenidən onunla əlaqə saxlamağa və ondan mobil telefonun harada olduğunu və nə üçün gecikdiyini soruşmuş, Toğrul da bu gün, sabah deyə-deyə fırlatmağa başlamışdır. Bir müddət sonra onunla heç əlaqə də saxlaya bilməmiş, Toğrul da nömrəsini bloka atmışdır. Nəticədə telefon almaq qarşılığından ümumilikdə 509 manat pulu Toğrulun göndərdiyi 4169 7388 7713 9497 nömrəli kart hesabına göndərmişdir. Zərərçəkmiş şəxs4 məhkəməyə xx.xx.2024-cü il tarixli teleqram göndərərək Təqsirləndirilən şəxs ona vurduğu ziyanı ödədiyini, buna görə də Toğruldan hər hansı tələb və şikayətinin olmadığını bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, ünvan 5 ünvanında qeydiyyatda olmaqla yaşayır. Hal-hazırda “X19 operator kimi işləyir. 21 dekabr 2023-cü il tarixdə “İnstagram” sosial şəbəkəsində “Asya Telekom” səhifəsinə daxil olub mobil telefonlara baxmış, özünə “İphone 14 Pro” markalı mobil telefon almaq istədiyindən, həmin səhifədə olan ***-***-**-** əlaqə nömrəsinə “Whatsapp” sosial şəbəkəsi vasitəsilə zəng vurub əlaqə saxlamışdır. İstifadəçi Bakı şəhərində olduğunu, mobil telefonları buradan göndərdiyini və hansı telefonla maralandığını soruşmuş, “İphone 14 Pro” markalı mobil telefonla maraqlandığını və iki dəfəyə ödəniş etməklə telefonu almaq istədiyini demişdir. Toğrul “iki-üç dəfəyə ödəniş etməklə maraqlandığı mobil telefonu ümumilikdə 1460 manat olmaqla aylıq 580 manat ödəmək şərti ilə verəcəyini demiş, istfadəçi ilə razılaşıb, ondan ödəmənin necə olacağını soruşmuş, istifadəçi ***-***-**-** mobil nömrəsinin “M10” hesabına 580 manat pulu göndərməyi tələb etmişdir. İstifadəçi ondan şəxsiyyət vəsiqəsinin ön və arxa hissəsinin şəklini istəmiş, o da şəxsiyyət vəsiqəsinin şəklini çəkərək Whatsappla göndərmiş, istifadəçi mobil telefonun Bakıdan Naxçıvana üçüncü reyslə təyyarə vasitəsilə sabah göndəriləcəyini demiş, lakin Toğrulun dediyi vaxtda telefon gəlməmiş, təkrar onunla əlaqə yaradaraq nə üçün mobil telefonun gəlmədiyini soruşmuş, Toğrulun göndərdiyi məbləğin sistemə oturmadığını və sistemə otumağı üçün 150 manat da ödəniş etməyin lazım olduğunu, “M10” hesabına təkrar 150 manat pulu göndərməyini istəmiş, istifadəçi Toğrulun dediyi miqdarı mobil nömrənin “M10” hesabına göndərmiş, təkrar nömrə ilə əlaqə saxlayarkən nömrəsinin qarşı tərəfdən bloklandığını görmüşdür. Cəld “İnstagram” sosial şəbəkəsinə daxil olaraq oradan yazmağa başlamış, Toğrul biraz keçdikdən sonra İnstagram sosial şəbəkəsindən bloka atılmış, bu barədə Naxçıvan Şəhər Polis İdarəsinə müraciət etmiş, nəticədən həmin səhifənin istifadəçisi Təqsirləndirilən şəxs tərəfindən aldadıldığını öyrənmişdir. Zərərçəkmiş şəxs3 məhkəməyə xx.xx.2024-cü il tarixdə teleqram göndərərək Təqsirləndirilən şəxs ona vurduğu ziyanı ödədiyini, buna görə də Toğruldan hər hansı tələb və şikayətinin olmadığını bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, Salyan rayonu Babazanlı qəsəbəsində qeydiyyatda olmaqla Naxçıvan şəhərində yaşayır. Hal-hazırda Naxçıvan şəhər Əyləncə adasında yerləşən Bolmart mağazasının müdiri vəzifəsində işləyir. 27 dekabr 2023-cü il tarixdə “İnstagram” sosial şəbəkəsində “Asya Telekom” mobil telefonlar səhifəsinə daxil olub, orada paylaşılan telefonlara baxmış, həmin səhifədə “İphone” markalı telefonların sərfəli kredit qiymətləri ilə paylaşıldığını görmüş, özünə “İphone” markalı mobil telefon almaq istədiyindən həmin səhifədə paylaşılan ***-***-**-** mobil nömrəsi ilə əlaqə saxlayaraq “Whatsapp” sosial şəbəkəsində yazmış, Təqsirləndirilən şəxs həmin səhifə barədə məlumat verərək hansı telefonu istədiyini soruşmuş, səhifənin istifadəçisi Toğruldan “İphone 14 Pro Max” və “İphone 15” telefonlarının kredit qiymətlərini soruşmuş, Toğrul ona “İphone 15” markalı mobil telefon üçün ilkin ödəniş 700 manat, digər telefon “İphone 14 Pro Max” markalı telefon üçün isə 650 manat pul istəmiş və pulları onunla əlaqə saxladığı mobil nömrənin M10 hesabına köçürülməsini tələb etmişdir. Nəticədə səhifənin istifadəçisi Toğrulla razılaşmış, şəxsiyyət vəsiqəsinin ön və arxa hissələrinin şəklini çəkərək “Whatsapp” sosial şəbəkəsi vasitəsilə Toğrula qeydiyyat üçün atmış, həmçinin, ödəniş etdiyi 4169 7388 9933 4274 nömrəli kart hesabının şəklini də göndərmiş, dediklərini tamamladıqdan sonra o, ilkin olaraq səhifənin istifadəçisi ilə əlaqə saxladığı +994 51 *** ** ** mobil nömrəsinin M10 hesabına 700 manat, təxminən yarım saat sonra isə 650 manat olmaqla ümumilikdə 1350 manat pul göndərmişdir. Pulu köçürdükdən sonra istifadəçi Toğrul mobil telefonların 24 saat ərzində ona çatacağını bildirmiş, lakin bir gün keçmiş, telefonlardan xəbər çıxmamış, istifadəçi Toğrulla təkrar əlaqə saxlayaraq mobil telefonların nə üçün gəlmədiyini soruşmuş, Toğrul isə cavab olaraq göndərdiyi pulların sistemə oturmadığı və əməliyyatın başa çatmadığını demişdir. Bir gün də gözləmiş, lakin Toğruldan cavab çıxmamış, təkrar əlaqə saxladıqda istifadəçi ona yasda olduğunu bildirmiş, bir müddət sonra onunla əlaqə saxladığı nömrələrin bloka atıldığını görmüşdür. Artıq istifadəçi tərəfindən aldadıldığını anlamış və onun barəsində Naxçıvan MR DİN-ə şikayət etmişdir. Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs ona vurduğu ziyanı ödədiyini, buna görə də Toğruldan hər hansı tələb və şikayətinin olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs əvvəlcədən tanımır, onunla heç bir münasibəti olmamışdır. İnstagram sosial şəbəkəsində naxcivan__elanlari.75 səhifəsinin admini olmuş, həmin səhifəni 3 ildir işlədir. Səhifə özünə məxsus olmuş, səhifədə əsasən ev və məişət əşyaları, maşın və kirayə ev elanları paylaşmışdır. xx.xx.2023-cü il tarixdə İnstagram sosial şəbəkəsində işlətdiyi səhifəyə “mobitel_kredit” adlı səhifədən mesaj gəlmiş, mesaj göndərən şəxs ona ev elanı göndərib, paylaşmağını xahiş etmiş, elanda olan evin Diaqnostika müalicə mərkəzi ilə üzbəüz məhəllədə bağçanın yanında yerləşdiyi bildirilmiş, evi 350 manata kirayə verildiyi bildirmiş, həmçinin elanı göndərən səhifə ilə əlaqə nömrəsi kimi ***-***-**-** mobil nömrəsini paylaşmağını istəmiş, o da elanı paylaşmış, bir neçə saat sonra İnstagram sosial şəbəkəsində “nerm.in4025” adlı səhifədən ona mesaj gəlmiş, xanım “səhifədə gördüyü ev elanı ilə bağlı ***-***-**-** mobil nömrəsi ilə əlaqə saxladığını və həmin şəxsə 350 manat pul göndərdiyini, lakin qarşı tərəfin onun telefonlarını açmadığını” bildirmiş, artıq elanı ona göndərən “mobitel_kredit” səhifəsinin bu üsulla insanları aldadaraq pullarını ələ keçirdiyini bilmişdir. “mobitel_kredit” səhifəsi ilə əlaqə saxlayıb “nə üçün insanları aldadırsan” soruşmuş, Bakıda olduğunu və sentyabr ayın 27-si gələcəyini bildirmişdir. Özü üçün araşdırma aparanda “mobitel_kredit” səhifəsini Culfa rayonu, Qızılca kənd sakini Təqsirləndirilən şəxs məxsus olduğu müəyyən etmiş, həmçinin dost-tanışın dediyinə görə onun əvvəllərdə bu üsulla dələduzluq yolu bir çox şəxsi aldadıb, pulunu ələ keçirdiyini öyrənmişdir. İnstagram sosial şəbəkəsində həmin hesabı 3 ildir işlədir, qazanc əldə etmə üçün yox, səhifənin izləyici kütləsinin çox olması üçün bunu edir, arada reklam adı ilə müraicət olanda paylaşmaq üçün pul alır. naxcivan__elanlari.75 səhifənin 22100 izləyici sayı var. “mobitel_kredit” adlı səhifənin adminini tanımır, gün ərzində elanla bağlı 30 müraciət olur, özü də elanları qarşılıqsız paylaşır, həmin şəxsi tanımır, sadəcə ev elanı vermiş və o da paylaşmışdır. Bu məsələdən sonra vətəndaşlara qarşı dələduzluq edən şəxsin Təqsirləndirilən şəxs olduğunu öyrənmişdir. “mobitel_kredit” adlı səhifəsi Culfa rayonu, Qızılca kənd sakini Təqsirləndirilən şəxs məxsusdur, çünki Təqsirləndirilən şəxs həmin səhifədə əlaqə vasitəsi kimi əvvəllər özü istifadə etdiyi ***-***-**-** mobil nömrəsini yerləşdirmişdir. Özünə heç bir maddi ziyan dəyməmişdir. Təqsirləndirilən şəxs “nerm.in4025” adlı səhifənin admini X15 aldatmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs tanımır, onunla heç bir münasibəti olmamış, lakin Toğrulun qardaşı Yaşar Ağazadəni tanıyır, onunla Naxçıvan şəhərində tanış olmuşdur. Təxminən xx.xx.2023cü il tarixdə whatsapp sosial şəbəkəsində Təqsirləndirilən şəxs Yaşarın istifadə etdiyi ***- ***-**-** mobil nömrəsi ilə ona “uşaqlarda borcum var, mənə pul göndərməlidirlər, mənim kartım bloka düşüb, müvəqqəti olaraq sən kartını mənə de, mən pulu sənin kart vasitəsi ilə götürə bilim” mesajını yazmış, o da Yaşarı tanıdığı üçün onun yalan deyəcəyinə inanmamış, özünün adına olan 5213 6751 3922 5875 Azər-Türk Bank kart hesab nömrəsini Yaşarın whatsappına göndərmiş, həmin gün axşam saat 19:26 dəqiqədə Toğrul Yaşarın adından ona mesaj yazıb kart hesabına 200 manat pulunun yüklənib-yüklənmədiyini soruşmuş, o da “atb” proqramına daxil olanda hesabına 200 manat pul yükləndiyini görmüşdür. Lakin hansı vasitə ilə pulun kartına yüklədiyinə diqqət etməmiş, Toğrul Yaşarın adından təkrar “200 manatdan əlavə pul da gəlsə, xəbər elə, mən sənə deyəndə həmin pulu dediyim yerə yükləyərsən” demişdir. xx.xx.2023-cü il tarixdə Toğrul Yaşarın adında təkrar yazıb “kartına 60 manat pul yüklənib” demiş, o da təkrar kartına baxanda kartına 60 manat pul yükləndiyini görmüş, ona “260 manat sənə verim” demiş, Toğrul Yaşarın adından “hələ gözlə əlavə də pul gələcək, mən sənə xəbər edəcəm” yazmışdır. Aralarında olan münasibətə görə ona yox deyə bilməmiş, o nə demişsə etmişdir. Həmin gün saat 12:29-da Yaşarın adından Toğrul təkrar “200 manat da əlavə olaraq yüklənib” demiş, o da təkrar kartına baxanda 200 manat da yükləndiyini görmüşdür. Həmin gün saat 14:27 dəqiqədə Toğrul ona mesaj yazaraq kartında olan 260 manat pulu 5103 0714 2943 1295 nömrəli kart hesabına yükləməyini istəmiş, həmin gün saat 18:00 radələrində 260 manat pulu Yaşar Ağazadənin adından Toğrulun göndərdiyi 5103 0714 2943 1295 nömrəli kart hesabına yükləmiş, xx.xx.2023-cü il tarixdə təkrar Toğrul onunla təkrar əlaqə saxlayıb karta ümumilikdə 1300 manata yaxın pul gəldiyini bildirmiş, o da ona 969 manat pul gəldiyini bildirmişdir. Həmin gün ümumilikdə onun kartına 969 manat pul göndərmişdir. Həmin vaxt qədər Yaşarın özü ilə danışıdığını düşünmüş, Yaşarın həmin vaxt dağda olduğundan ancaq yazışdıqlarını, set tutmadığı üçün səsli olaraq danışmadıqlarını, ona görə Yaşarın adından Toğrulun danışdığını bilməmişdir. Ona görə də Yaşar kartı istəyib, problem olmaz deyə düşünmüş, lakin Naxçıvan MR DİN-də araşdırma aparılan zaman ona Torğulun qardaşı Yaşarın adından istifadə etdiyini öyrənmiş, Toğrulun dələduzluqla məşğul olduğunu öyrənmiş, öz kartından istifadə edərək aldatdığı vətəndaşlardan aldığı pulları onun kartına yüklətdirmişdir. O da həmin pulları almış, Yaşara zəng vuranda Yaşar da and aman edib xəbərinin olmadığını və dağda olduğunu demişdir. Toğrulun onu aldatdığını, biyabır elədiyini demiş, beləcə, Təqsirləndirilən şəxs onun kart hesabından istifadə edərək vətəndaşların pullarını ələ keçirmiş, onun da bundan xəbəri olmamışdır. 5213 6751 3922 5875 nömrəli kart hesabı özünə məxsusdur. Halbuki Toğrul qardaşı Yaşarın adı ilə danışmış, kart hesabına 969 manat pul yüklənmiş, o da həmin pulu Toğrulun Yaşarın adından göndərdiyi kart hesabına göndərmişdir. X5 və Şahid3 tanımır. ***- ***-**-** nömrənin istifadəçisini və özünü Fuad adı ilə Şahid3 təqdim edən şəxsin Toğrul olduğunu bilməyib. Təqsirləndirilən şəxs onu aldadıb həm kartından, həm də adından istifadə edib. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid8 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs uşaqlıqdan tanıyır, qonşusu İsanın nəvəsidir, ora-gəlib gedən zaman onu “Totu” deyə tanımış, nənəsi Nəcibə və babası İsanın da ona “totu” dediyini bilirdi. 2023ci ilin sentyabr ayında Toğrul öz işlədiyi Banu şadlıq sarayının aşağısına gəlib yanında saçını düzəltdirmiş, saçını düzətdirmək haqqı 7 manat eləmiş, Toğrul da “ödənişi kart vasitəsilə etmək istəyirəm, bir nəfər şəxs mən pul göndərməlidir, sən kart hesabını mənə de, mən də həmin pulu sənin kartına yüklətdirim, sən də borcunu çıxıb qalan pulumu qaytararsan” demiş, o da razılaşıb istifadə etdiyi 4169 7388 2756 2897 Kapital Bank kartını ona vermiş, Toğrul kartın şəkilini çəkib götürüb getmiş, lakin axşama qədər kartına pul yüklənməmiş, Toğrul “gün ərzində göndəriləcəkdir” demiş, həmin gün axşam saat 11 radələrində kart hesabına 100 manat pul yükləmiş, Toğrul ona zəng vurub “kart hesabına pul yükləndi” demiş, o da yükləndiyini demiş, Toğrul “nə qədər pul yüklənib” deyə soruşmuş, Toğrula “100 manat yüklənib” demiş, Toğrul təkrar “kart hesabına dəqiq bax, çox pul yüklənib” demiş, kart hesabına birbank vasitəsilə ilə baxmış və hesabına əlavə 560 manata yaxın pul yükləndiyini görmüş və Toğrula “yüklənibdir” demiş, Toğrul da “bu gün həmin pulu çəkə bilərik” demiş, o da olar demiş, Toğrul ona “gəlim səni götürüm birlikdə gedək pulu çəkək” demiş, o da Toğrulu gözləməmiş, evdən çıxıb birbaşa Cahan TM-nin qarşısına gedib kassadan 3160 manat pul çəkmiş, ətir işi ilə məşğul olduğundan, mal sifariş verəndə üstündə o qədər pul olduğunu demiş, özü də ətir satdığından ətirin pulunun ödənişinin hesabına köçmüş, pulu çəkəndən sonra Toğrul gəlmiş, Toğrul da “560 manat mənimdir” demiş, o da 560 manatı Toğrula vermiş, lakin Toğrul “7 manatı sonra verərəm” deyib 560 manatı tam alıb çıxıb getmişdir. Toğruldan “sən deyirdin alacağım var, onu sənə yükləyəcəklər, lakin mənə 3 müxtəlif hesabdan 560 manat pul gəldi, bu necə oldu?” soruşmuş, Toğrul da “narahat olma, problemi yoxdur” demiş, Toğrulla sağollaşmış və getmişdir. Ondan sonra Toğrulu görməmiş, telefonun nömrəsini də bilməmiş, Toğrulla heç görüşməmişdir. Ona Naxçıvan MR DİN-nin əməkdaşlarından zəng gəlmiş, ora gedib izahat verəndə “Təqsirləndirilən şəxs mənim kart hesabımı İnstagram sosial şəbəkəsində ev kirayəsi ilə bağlı paylaşıb və 3 nəfər vətəndaşdan o adla pul alıb, həmin pul da kart hesabıma yüklənib” deyə bilmiş, özü də bunu əvvəlcədən bilməmiş, Toğrulun da onu aldadıb kartından istifadə etdiyini nəticədə bilmişdir. Kart hesabı vasitəsilə Toğrul 3 nəfər şəxsdən 560 manat pul ələ keçirmişdir. Təqsirləndirilən şəxs dayısı Zauru aldadıtdığını bilmiş, Zaurun da adına kart götürüb, içindəki pulu çəkmiş, Zaura da qaytarmamışdır. Zaurun kartından da istifadə etmişdir. Toğrulla whatsapp və sosial şəbəkə vasitəsilə əlaqə saxlamış, Təqsirləndirilən şəxs vətəndaşlardan başqa kimlərə dələduzluq etdiyini əvvəlləcədən bilməmişdir. Məhkəmə iclasında Şahid14 ifadəsində bildirmişdir ki, Babək rayon Şıxmahmud kəndində qeydiyyatda olmaqla ünvan 6 ünvanında yaşayır. Ailəli olub boşanıb və bir övladı var. Hal-hazırda işsizdir. 2023-cü ilin oktyabr ayının axırlarında İnstagram sosial şəbəkəsində kredit_telefonlar_asya adlı səhifədə yarış keçirilməsi barədə elan gördü. Maraqlanmaq üçün həmin səhifənin directinə yazdı. Cavab yazıldı ki, rəqabət var, ən çox kim yarışda pul versə ona telefonu qazandıracaq. Həmin mobil telefon İphone 13 markalı mobil telefon idi. Nə qədər pul lazım olduğunu soruşdu. Ona cavab yazıldı ki, 300 manat olsa telefonu o qazanacaq. O da həmin səhifədə İphone 14 markalı mobil telefonun da kreditə verildiyini görüb mesaj yazdı. Cavab yazıldı ki, ilkin ödəniş kimi 120 manat ödənilsin, telefonu sabaha 3-cü reyslə göndərəcək. Razılaşıb birinci yarışın pulu olan 300 manatı M10 proqramı vasitəsi ilə ona göndərilən 055 *** ** ** mobil nömrəsinə yüklədi. Sonra da kreditlə İphone 14 markalı mobil telefonun ilkin ödənişi olan 120 manatı həmin mobil nömrəyə yüklədi. Ümumilikdə 420 manatı həmin mobil nömrəyə yüklədikdən sonra həmin şəxs onu Vatçap və İnstagram sosial şəbəkələrində bloka atdı. Bundan sonra o rəfiqələrim ilə söhbət zamanı öyrəndi ki, rəfiqələri də İnstagramda olan kredit_telefonlar_asya səhifəsi ilə aldadılıb pulları ələ keçirilibdir və həmin şəxsin adı Təqsirləndirilən şəxsdur. Sonradan öyrəndi ki, Toğrul Naxçıvan polisi tərəfindən tutulubdu. Bu xəbəri eşitdikdən sonra dəymiş ziyanın ödənilməsi bağlı polisə müraciət etmişdir. Məhkəmə iclasında Şahid3 ifadəsində bildirmişdir ki, Naxçıvan şəhər Xətai məhəlləsi, dön-8, ev 2-də qeydiyyatda olmaqla yaşayır. Ailəlidir, iki övladı var. Hal-hazırda taksi sürücüsü işləyir. 2023-cü ilin sentyabr ayında “İnstagram” sosial şəbəkəsində Naxçıvan şəhərində ailəsi ilə qalmaq üçün kirayə ev elanlarına baxırdı. Qarşısına “naxcivan_ ev_ elanları__75 adlı kirayə evlərin nümayiş olunduğu səhifə çıxdı. Həmin elan da Naxçıvan şəhərində Elit-57 ünvanında kirayə ev elanı gördü. Evin görünüşü xoşuna gəldiyi üçün səhifədə olan ***-***-**-** mobil nömrəsi ilə əlaqə saxladı. Nömrəsində kontur olmadığı üçün mobil nömrəni “Whatsapp” sosial şəbəkəsinə qeyd etdi və oradan zəng etdi. Zəngi oğlan açdı və ondan evlə bağlı məlumat aldı. Həmin oğlan özünü Fuad adı ilə ona tanıtdı. Evin kirayəsi 400 manat idi. Onunla evi 300 manata danışdıqdan sonra dedi ki, sabah görüşsün və 300 manat pulu verib evin açarını götürsün. O, dedi ki, indi pul ödəməlidir, evin ipotekasının vaxtına az qalıb ona görə də pulu indi ödəməlidir. O, Bakı şəhərində olduğunu, üzbəüz görüşə bilməyəcəyini bildirirərək dostuna aid ***-***-**-** mobil nömrəsini verib kirayənin pulunu ona ödəməsini dedi. O da həmin mobil nömrə ilə əlaqə saxlayıb, dostu Fuadın bu nömrəni verdiyini və kirayə pulunu o, burda olmadığı üçün ona verməli olduğunu dedi. O, da ona Hacıvarda olduğunu yük boşaltdığını və vaxtının olmadığını bildirirək sonra görüəşəcəyini dedi. Sonra yenidən özünü Fuad kimi tanıdan şəxslə əlaqə saxladı. Ona problemin olmadığını kart atacağını dedi. Həmin günü yəni, xx.xx.2023-cü il tarixdə “Milliön” ödəmə terminalı vasitəsilə onun verdiyi kart hesabına 300 manat pulu göndərdi. O şəxs xx.xx.2023-cü il tarixdə Naxçıvana qayıdacağını və onunla kirayə müqaviləsi bağlayacağını dedi. Bir neçə saat sonra onun dostuna aid olan ***-***-**-** mobil nömrəsindən zəng gəldi. Telefonu götürdü. Zəng edən şəxs adının Kamran olduğunu dedi və onunla əlaqə saxlayan şəxsin polis tərəfindən axtarışda olduğunu bildirdi. O da niyə ilk əlaqə saxladığı zaman deməməsinin səbəbini soruşdu. O, isə əsaslı cavab vermədi. Bununla bağlı NMR DİN-ə müraciət etdi və oradan mənə həmin şəxsin Təqsirləndirilən şəxs olduğunu öyrəndi. Məhkəmə iclasında şahid X12 ifadəsində bildirmişdir ki, X2 ibtidai sinif müəllimiyi üzrə İİİ kurs tələbəsidir. Tələbə olduğu üçün kirayə ev axtarırıdı. İnstagram sosail şəbəkəsində ndu_nu_nmi_ tələbələri_085 adlı profildə olan kirayə evlərə baxırdı. Həmin səhifədə paylaşına şəkilin altına asya_telecom səhifəsi mesaj yazmışdı ki, ev kirayə verir, qoyməti 300 manat idi. Uşaq şəhərciyi ilə üzbəüz binadır, əlaqə nömrəsi verdi, sonra evin şəkillərini atdı. Sonra ona kart hesabını atdı. O da tələblə yoldaşları ilə olan qrupa Toğrulu ad əlavə etdi. Toğrul ev şəkilləri atıb onları aldatdı. Həmin vatçap qrupundan Ayşən, Emilya, Zeynəb və özü vardı. Toğrul da razılaşdı ki, 300 manat atsınlar, həmin evi onlara verir. Evin açarı Bakı şəhərindədir. Pulu qızlardan alıb kart vasitəsilə Toğrula göndərdi. Toğrul bir iki gün danışıb onları bloka atdı. Ondan sonra onunla əlaqə saxlaya bilmədi. Zeynəb, Emilya və özü adam başı 75 manat olmaqla 225 manat pul verdilər. Ayşən isə 75 manat pulu öz kart hesabından birbaşa olaraq göndərdi. Ondan sonra Toğrul yoxa çıxdı. Onunla əlaqə saxlaya bilmədilər. Bundan sonra polisə müraciət etmişdir.. İşə məhkəmədə baxılan zaman Şahid19 teleqram göndərərək səhhəti ilə əlaqədar iştirak edə bilməyəcəyini verdiyi ifadəni təsdiq etdiyini qeyd etmişdir. Şahid19 ibtidai istintaq zamanı verdiyi ifadəsində aşağıdakıları bildirmişdir: “Mənə verilən suallara cavab olaraq bildirirəm ki, Şahid19 yuxarıda qeyd edilən anket məlumatlarının düzgünlüyünü təsdiq edirəm və bildirmək istəyirəm ki, X2 texnologiya müəllimliyi üzrə 4-cü kurs tələbəsiyəm. Bildirirəm ki, tələbə olduğumuz üçün kirayə ev axtarırıq. X17 sosial şəbəkəsində ndu_nu_nmi_ tələbələri_085 adlı profildə olan kirayə evlərə baxan zaman həmin səhifədə paylaşılan şəkilin altına asya_telekom səhifəsi ev kirayə verirəm, qiyməti 300 manat olan mesaj görmüş və bizə məlumat vermişdir. Sevinc bizə həmin evin şəkillərin göstərmiş və biz həmin evi kirayə tutmaqla bağlı razılaşmışdıq. Evin şərtləri ilə maraqlanmaq üçün tələblə yoldaşlarımla olan qrupa ev yiyəsi kimi özünü təqdim edən Toğrulu əlavə etdik. Toğrul ev şəkilləri atıb bizi aldatdı. Həmin vatçap qrupundan Emilla, Sevinc, Zeynəb və mən vardıq. Toğrul da razlaşdı ki, 300 manat atın, həmin evi sizə verərəm. Evin açarı Bakı şəhərindədir. Pulu qızlardan alıb kart vasitəsilə Toğrula göndərdim. Toğrul bir-iki gün danışıb bizi bloka atdı. Ondan sonra onunla əlaqə saxlaya bilmədim. Zeynəb və Sevinc pulu bir kart hesabından, mən və Emilla isə ayrılıqda olmaqla adam başı 75 manat olmaqla 300 manat pul verdik. Ondan sonra Toğrul yoxa çıxdı. Onunla əlaqə saxlaya bilmədik. Bundan sonra da mən polisə müraciət etdim”. Məhkəmə Təqsirləndirilən şəxs, zərərçəkmiş şəxslərin, eyni zamanda şahidləri dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətməkdə təqsirli olması özünün etirafı ilə yanaşı şahidlərin, zərərçəkmiş şəxslərin ifadələri, məhkəmə və istintaq hərəkətlərinin protokolları və aşağıda göstərilən digər sübutlarla tam sübuta yetirilmişdir. İş materiallarından aydın olur ki, həmin cinayət işi zərərçəkmiş şəxs tərəfindən daxil olan məlumat əsasında Azərbaycan Respublikası CM-in 178.2.2-ci maddəsi ilə başlanılmışdır. İstintaq zamanı Təqsirləndirilən şəxs Y.Budaqov adına X4 qeydiyyatda olub-olmaması barədə sorğu verilmiş və alınmış cavabda Təqsirləndirilən şəxs narkoloji və psixi xəstə kimi qeydiyyatda olmadığı göstərilmişdir. İstintaq zamanı Naxçıvan ŞPİ-nin CAŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində axtarış olan Təqsirləndirilən şəxs saxlanılarkən onun istifadə etdiyi bir ədəd Redmi 8, bir ədəd iphone 7 plus və bir ədəd iphone 11 pro max markalı mobil telefonlar iş üçün əhəmiyyətli olduğundan qəbul edilmiş və aidiyyəti üzrə raportla istintaqa təhvil verilmişdir. İş üçün əhəmiyyətli olduğundan Təqsirləndirilən şəxs istifadə etdiyi bir ədəd Redmi 8, bir ədəd iphone 7 plus və bir ədəd iphone 11 pro max markalı mobil telefonlara ayrıayrılıqda baxış keçirilmiş və baxış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs həmin telefonlarla İnstagram, tiktok və digər sosial şəbəkələrdə yaratdığı asya telekom səhifələri vasitəsilə vətəndaşların inamını qazanıb onlara telefonu çatdıracağı ilə bağlı yalan vədlər verib pullarını onlayn yolla ələ keçirmişdir. Həmin telefonda vətəndaşların yüklədiyi pulların qəbzləri, telefonda olan yazışmaların ekran fotoşəkilləri, vətəndaşlara aid şəxsiyyət vəsiqələrinin ön və arxa fotoşəkilləri prossessual qaydada kompyuterə yüklənərə, rəngli çap qurğusunda çıxarılıb protokola əlavə edilmişdir. İstintaqla əlaqədar cinayətin törədilməsində istifadə olunan bir ədəd Redmi 8, bir ədəd iphone 7 plus və bir ədəd iphone 11 pro max markalı mobil telefonlar cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən olunmasına köməklik etdiyindən cinayət işi üzrə maddi sübut hesab edilmiş və cinayət işinin materiallarına əlavə edilmişdir. Cinayət işinin materialların nəzərdən keçirdikdə məlum olmuşdur ki, Təqsirləndirilən şəxs istifadəsində olan və İnstagram və digər sosial şəbəkələrdə paylaşdığı ***-***-**-** mobil nömrəsi Şərur rayon Düdəngə kənd sakini Şahid12 məxsusdur. Həmin ***-***-**-** mobil nömrə Şahid12 adına olsa da, alındığı gündən Təqsirləndirilən şəxs istifadəsində olmuş, həmin nömrə ilə Təqsirləndirilən şəxs vətəndaşları aldadıb pullarını həmin nömrənin M10 hesabı və digər kart hesabları vasitəsilə ələ keçirmişdir. Həmçinin aydın olmuşdur ki, ***-***-**-** mobil nömrə xx.xx.2023-cü il tarixdə saat 19:23 dəqiqədə aktivləşdirilmiş, xx.xx.2023-cü il tarixdə nömrədən imtina edilmişdir. Cinayət işinin materialların nəzərdən keçirdikdə məlum olmuşdur ki, Təqsirləndirilən şəxs istifadəsində olan və İnstagram və digər sosial şəbəkələrdə paylaşdığı ***-***-**-** mobil nömrəsi ünvan 8 ünvanında qeydiyyatda olan Allahverdiyeva Zenfira Buludxan qızına məxsusdur. Həmin ***-***-**-** mobil nömrə Allahverdiyeva Zenfira Buludxan qızının adına olsa da, alındığı gündən Təqsirləndirilən şəxs istifadəsində olmuş, həmin nömrə ilə Təqsirləndirilən şəxs vətəndaşları aldadıb pullarını həmin nömrənin M10 hesabı və digər kart hesabları vasitəsilə ələ keçirmişdir. Cinayət işinin materiallarından aydın olmuşdur ki, əsl həqiqətdə Asya Telekom adlı telefon mağazası ünvan 9 ünvanında yerləşir, sahibi Şahid22dur və həmin telefon mağazasının rəsmi olan İnstagram və digər sosial şəbəkələrdə səhifəsi yoxdur. Təqsirləndirilən şəxs həmin telefon mağazasının yerləşdiyi yerindən və adından istifadə edərək saxta kredit_telefonlar_asya səhifəsi yaradıb, özünün istifadəsində olan ***-***-**-** və ***-***-**-** mobil nömrələri paylaşaraq vətəndaşlara qarşı dələduzluq etmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən- hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən- Hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “X10 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmək, həmin sübutları mübahisələndirmək imkanına malik olmuşdur. Təqsirləndirilən şəxsin əleyhinə olan sübutlara etiraz etmək və onları mübahisələndirmək üçün məhkəmə prosesində ona imkan yaradılmışdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Məhkəmənin qarşısında duran başlıca vəzifə - təqsirləndirilən şəxs tərəfindən törədilmiş əməlin düzgün tövsif edilməsindən ibarətdir. Bu səbəbdən də məhkəmə ittihama daxil olan cinayət əməlinin təhlil edilməsini zəruri hesab edir. Məhkəmə istintaqında obyektiv araşdırılmış mötəbər sübutlar əsasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərə məxsus pul vəsaitini ələ keçirərərk zərərçəkmiş şəxslərə ziyan vurmaqla dələduzluq cinayətini törətmişdir. İstintaq zamanı Təqsirləndirilən şəxs məhkumluğunun olub-olmamasını müəyyən etmək məqsədilə Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin ƏSİŞ-nə müvafiq tələbnamə göndərilmiş və alınmış xx.xx.2023-cü il tarixli 3-13-43/2-5505/2023 nömrəli cavabda Təqsirləndirilən şəxs barəsində Bakı Şəhər Xətai RPİ-də ********* nömrəli cinayət işi başlanıldığı, 19 dekabr 2022-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə Xətai Rayon Məhkəməsinin qərarı ilə həbs edildiyi, 19 yanvar 2023-cü il tarixdə barəsində 01 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzası verildiyi, xx.xx.2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə cəzasının 01 il 20 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz edildiyi göstərilmişdir. Culfa Rayon İcra və Probasiya Bölməsinin 24 aprel 2024-cü il tarixli məktubundan aydın olur ki, məhkum Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə bölmədə qeydiyyata alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasının 1(103)-758/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı xx.xx.2023-cü il tarixdə ərazi aidiyyəti üzrə icra olunması üçün Sumqayıt Şəhər Probasiya Şöbəsinə göndərilmişdir. Sumqayıt Şəhər Probasiya Şöbəsinin 29 aprel 2024-cü il tarixli məktubundan aydın olur ki, məhkum Təqsirləndirilən şəxs qanunamüvafiq qaydada şöbədə qeydiyyata alınmamış və bu səbəbdən də ona təyin olunmuş cəzanı çəkməmişdir. Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsinin sanksiyasında iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulduğundan həmin cinayət təsnifatına görə az ağır cinayət sayılır. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsində göstərilir ki, az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində, onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Lakin Azərbaycan Respublikası CM-nin 178.2.2ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının qərarı azadlığın məhdudlaşdırılması cəzasını tam çəkib qutarmadığından ona hökmlərin məcmusu qaydasında cəza təyin edilməlidir. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək, həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsində nəzərdə tutulan cinayətin bütün əlamətləri var. Həmin cinayət hadisəsi həqiqətən baş vermiş, ona ibtidai istintaq orqanı tərəfindən düzgün hüquqi qiymət verilmiş və cinayət hadisəsi məhz Təqsirləndirilən şəxs tərəfindən törədilmişdir. Həmçinin bu cinayətin törədilməsində o, təqsirlidir. Təqsirləndirilən şəxs cinayət əməlini qəsdən törətmişdir. Onun əməli başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına aiddir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayəthüquqi nəticəsidir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 17 mart 2011-ci il tarixli Qərarı). “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. Sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş olsun, bununla sosial balans pozulmuş olsun və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. Azərbaycan Respublikasının CM-nin 178.1-ci maddəsinə əsasən Dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə-min manatdan iki min manatadək miqdarda cərimə və ya üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır 178.2. Eyni əməllər: 178.2.1. qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə; 178.2.2. təkrar törədildikdə; 178.2.3. şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə; 178.2.4. xeyli miqdarda ziyan vurmaqla törədildikdə— dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə Təqsirləndirilən şəxs dəymiş ziyanın tamamilə ödəməsi məsuliyyəti yüngülləşdirən hal kimi müəyyən edilmişdir. Təqsirləndirilən şəxs əməlində məsuliyyəti ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə görə hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Həmin Məcəllənin 67.2-ci maddəsinə görə hökmlərin məcmusu üzrə təyin edilmiş və azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan qəti cəzanın müddəti və ya həcmi, bu Məcəllənin Ümumi hissəsində həmin cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Həmin Məcəllənin 67.4-cü maddəsinə görə hökmlərin məcmusu üzrə qəti cəza həm yeni törədilmiş cinayətə görə təyin edilmiş cəzadan, həm də məhkəmənin əvvəlki hökmü ilə təyin edilmiş cəzanın çəkilməmiş hissəsindən çox olmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla, daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi qanuni, əsaslı və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərinə uyğundur. Yuxarıda qeyd edilən icra və probasiya bölmələrinin məktublarından aydın olur ki, Təqsirləndirilən şəxs ona təyin edilən 01 (bir) il 20 (iyirmi) gün müddətində azadlığın məhdudlaşdırılması cəzasının 2 (iki) ay 3 (üç) gününü çəkmiş, 10 (on) ay 17 (on yeddi) gün müddətində azadlığın məhdudlaşdırılması növündə çəkilməmiş cəzası qalmaqdadır. Belə olan halda təqsirləndirilən şəxsə təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzası əvvəlki hökmlə (qərarla) təyin edilən çəkilməmiş cəzası ilə qismən birləşdirilməklə qəti cəza təyin edilməlidir. Məhkəmə təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasının müddətinə gəldikdə Təqsirləndirilən şəxs 2 (iki) il 3 (üç) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini cəzanın məqsədinə uyğun hesab edir. Eyni zamanda məhkəmə Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının əvvəlki hökmlə (qərarla) təyin edilən çəkilməmiş 10 (on) ay 17 (on yeddi) gün cəzası ilə qismən birləşdirilməklə qəti olaraq 2 (iki) il 7 (yeddi) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Naxçıvan Şəhər Məhkəməsinin 01 may 2024-cü il tarixli 1(078)-32/2024 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs barəsində məhkəmə istintaqının sonunadək ev dustaqlığı qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Cinayət Məcəlləsinin 69.4-cü maddəsinin əsasən Təqsirləndirilən şəxs ev dustaqlığında olan müddət 162 gün ona təyin edilmiş azadlığın məhdudlaşdırılması müddətindən bir gün iki gün hesabı ilə çıxılmaqla qəti olaraq 1 (bir) il 8 (səkkiz) ay 6 (altı) gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsini qanuni və əsaslı hesab edir. Eyni zamanda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsində nəzərdə tutulmuş vəzifələrin yerinə yetirilməsi Təqsirləndirilən şəxs üzərinə qoyulmalı, bu cəzanın icrası onun faktiki yaşadığı yer üzrə Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinə həvalə edilməli və cəzaçəkmə müddətinin əvvəli həmin orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri ləğv edilməli, hökm qanuni qüvvəsini alanadək barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməlidir. Hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs məxsus bir ədəd Redmi 8, bir ədəd iPhone 7 plus və bir ədəd iPhone 11 pro max markalı mobil telefonlar Təqsirləndirilən şəxs qaytarılmalıdır. «Azərbaycan Respublikasının CM-nin dəyişikliklər edilməsi haqqında» 07 mart 2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə görə məhkəmə, hər bir cinayət işi üzrə CM-nin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli olan əmlakın olub-olmaması məsələsini həll etməlidir. Azərbaycan Respublikası CM-nin 99-1.1 və 99-1.1.1-ci maddələrinə əsasən məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunan əmlak hesab olunur. Məhkəmə xüsusi müsadirə ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, iş üzrə belə bir əmlak olmadığından təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə ilə bağlı müddəa tətbiq edilməməlidir. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Naxçıvan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmədə iştirak etdiyi 40 (qırx) iş saatına görə 240 (iki yüz qırx) manat Azərbaycan Respublikasının dövlət büdcəsi hesabından Naxçıvan şəhər Vəkil Bürosunun hesabına köçürülməlidir. Şərh olunanlara və Azərbaycan Respublikası CPM-nin 44.1, 197-198, 341-349, 351- 353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 2 (iki) il 3 (üç) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzası Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(103)-758/2023 nömrəli qərarı ilə təyin edilən azadlığın məhudlaşdırılması cəzasının çəkilməmiş 10 (on) ay 17 (on yeddi) gün hissəsi ilə qismən birləşdirilməklə qəti olaraq 2 (iki) il 7 (yeddi) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Cinayət Məcəlləsinin 69.4-cü maddəsinin əsasən Təqsirləndirilən şəxs ev dustaqlığında olan müddət 162 gün ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından bir gün iki gün hesabı ilə çıxılmaqla qəti olaraq 1 (bir) il 8 (səkkiz) ay 6 (altı) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri ləğv edilsin, hökm qanuni qüvvəsini alandək barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilsin. Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Naxçıvan Muxtar Respublikasının ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzasının icrası faktiki yaşadığı yer üzrə Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinə həvalə edilsin və cəzaçəkmə müddətinin əvvəli həmin orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs məxsus bir ədəd Redmi 8, bir ədəd iPhone 7 plus və bir ədəd iPhone 11 pro max markalı mobil telefonlar Təqsirləndirilən şəxs qaytarılsın. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Naxçıvan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmədə iştirak etdiyi 40 (qırx) iş saatına görə 240 (iki yüz qırx) manat Azərbaycan Respublikasının dövlət büdcəsi hesabından Naxçıvan şəhər Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Hökmdən elan olunduğu andan 20 gün müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Gülnar Səfərəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar