Məhkəmə qərarları › İş №1(078)-32/2025

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Hökm — İş №1(078)-32/2025

30.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Naxçıvan şəhəri İş № 1(078)-32/2025 30.07.2025 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Əliyeva Gülsüm Kamal qızının sədrliyi, X5 məhkəmə iclas katibliyi, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx.xx.2002-ci il tarixdə Şərur rayon, İbadulla kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, Şərur rayon İbadulla kəndində qeydiyyatda olan və yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə, m ü ə y y ə n e t d i: Naxçıvan Şəhər Məhkəməsinin icraatına 01 aprel 2025-ci ildə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi daxil olmuşdur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cinayət işinin başlanmasına səbəb xx.xx.2024-cü il tarixdə saat 21 radələrində Zərərçəkmiş şəxs1 və Təqsirləndirilən şəxs Naxçıvan şəhərində yerləşən X19 qohumlar arasında baş vermiş dava zamanı yüngül xəsarət almaları barədə daxil olmuş məlumat, əsas isə həmin məlumat əsasında toplanmış materiallar olmuşdur. Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 21 radələrində Naxçıvan şəhərində Ə.Qəmküsar küçəsində yerləşən X19 baş tutan ad günü yığıncağında oynamaq üstündə əmisi oğlu Zərərçəkmiş şəxs1 ilə mübahisə edərək, ad günü tədbirində iştirak edənlərin və həmin restoranda olan digər şəxslərin istirahətini pozmada və onlara qarşı hörmətsizlik etməkdə ifadə olunan, ictimai qaydanı kobud surətdə pozan və cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər edərək Zərərçəkmiş şəxs1 qarşı zor tətbiq edərək onun sağlamlığına “Yüngül” xəsarət yetirmiş, həmçinin Qızıl Ay restoranın 2640 manat məbləğində əmlakının məhv edilməsi və zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlərxuliqanlıq etmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirləndirilir ondan ötrü ki, o, xx.xx.2024-cü il tarixdə saat 21 radələrində Naxçıvan şəhərində Ə.Qəmküsar küçəsində yerləşən X19 baş tutan ad günü yığıncağında oynamaq üstündə əmisi oğlu Zərərçəkmiş şəxs1 ilə mübahisə edərək, ad günü tədbirində iştirak edənlərin və həmin restoranda olan digər şəxslərin istirahətini pozmada və onlara qarşı hörmətsizlik etməkdə ifadə olunan, ictimai qaydanı kobud surətdə pozan və cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər edərək Zərərçəkmiş şəxs1 qarşı zor tətbiq edərək onun sağlamlığına “Yüngül” xəsarət yetirmiş, həmçinin Qızıl Ay restoranın 2640 manat məbləğində əmlakının məhv edilməsi və zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlərxuliqanlıq etmişdir. Bununla da, Təqsirləndirilən şəxs Аzərbaycan Respublikası CМ-nin 221.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ifadəsində 28 noyabr 2024-cü il tarixdə əmisioğlu Şamil Əliyevin oğlunun ad günü yığıncağı olduğunu, həmin yığıncağın Naxçıvan şəhərində X19 olduğunu, öz ailə üzvləri və bacısının sözlüsü Şahid5 ilə birlikdə həmin yığıncağa getdiyini, onlar restoranda rəqs edən zaman bacısının sözlüsü Şahid5 da rəqsə dəvət etdiyini, həmin vaxt ailə üzvlərinin də onlarla birgə rəqs etdiklərini, onlar rəqs edən zaman əmisioğlu Zərərçəkmiş şəxs1 onun qolundan tutaraq kənara çəkdiyini, Pərvizin ona Oktayı kənara çıxarmasını dediyini, Pərvizin nalayiq formada həmin sözü ona dediyini, Pərvizə “sən nə üçün belə edirsən?” dediyini, Pərvizin isə ona “mənim ailəm də rəqs edir dediyini, Oktayın ortalıqda rəqs etməyini istəmirəm” dediyini, Pərvizin həmin vaxt onun boğaz nahiyəsindən tutub sıxdığını və onu restoranda olan kalona vurduğunu, özünün isə qarşılığında onun sifət nahiyəsindən yumruq zərbəsi vurduğunu, sonra təkrar Pərvizin onun burun nahiyəsindən yumruq zərbəsi ilə vurduğunu, onun burun nahiyəsindən qan gəlməyə başladığını, onları qohumlarının aralaşdırdıqlarını, onun həmin vaxt özünü itirdiyini və yerdə əyləşdiyini, həmin vaxt restoranda ara qarışdığını, bir qədər sonra özünə gəldikdən sonra restoranda süfrənin üzərində olan qab-qacadan götürüb Pərvizə tərəf atdığını, lakin onların yerə düşüb qırıldığını, onu çətinliklə sakitləşdirdiklərini, bir qədər keçdikdən sonra polis əməkdaşlarının gəldiyini, polis əməkdaşlarının onları Polis İdarəsinə gətirdiklərini, Zərərçəkmiş şəxs1 vuran zaman onun əlində hər hansı bir kəsicideşici alət olmadığını, onu yumruqla vuraraq xəsarət yetirdiyini, zərərçəkmiş şəxslərlə barışdığını, zərərçəkmiş şəxslərin ona qarşı heç bir şikayət və tələbinin olmadığını, Zərərçəkmiş şəxs2 vurulmuş ziyanı tam olaraq ödədiyini, istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini, əməlindən peşman olduğunu bildirərək göstərdiklərini nəzərə alaraq onun barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Zərərçəkmiş şəxs1 26 may 2025-ci il tarixdə məhkəməyə ərizə göndərərək, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirləndirildiyi cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanındığını, gələcəkə məhkəmə prosesində iştirak edə bilməyəcəyini, Təqsirləndirilən şəxs şikayət və tələbi olmadığını, istintaq zamanı verdiyi ifadəni tam təsdiq etdiyini bildirmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 ifadəsində Təqsirləndirilən şəxs onun doğma əmisioğlu olduğunu, xx.xx.2024-cü il tarixdə əmisioğlu Şamil Əliyevin oğlunun ad günü yığıncağı olduğunu, həmin yığıncağın Naxçıvan şəhərində X19 olduğunu, özünün də öz ailə üzvləri ilə birlikdə həmin yığıncağa getdiyini, stolda əyləşdiyini, həmin vaxt ailə üzvlərinin isə rəqs etdiyini, restoranda əmisioğlu Ceyhun ilə Oktayın da kənarda rəqs edtdiklərini, bir qədər sonra onların da onun ailə üzvlərinin rəqs etdikləri hissəyə gəldiklərini, özünün həmin vaxt stoldan qalxıb Ceyhuna yaxınlaşdığını, Ceyhuna Oktayı kənara aparıb rəqs etməsini dediyini, ona ailə üzvlərinin olduğu yerdə rəqs etməsini istəmədiyini Ceyhuna dediyini, Ceyhunun isə ona “burda nə var, oynayır” dediyini, Ceyhunun ona qarşı nalayiq ifadələr işlətdiyini, Ceyhunun yaxasından tutub çəkdiyini və ona “sən kimsən belə danışırsan” dediyini, həmin vaxt Ceyhunun isə onun burun nahiyəsindən yumuruq zərbəsi ilə vurduğunu, onun burun nahiyəsindən qan gəlməyə başladığını, Ceyhunun boğazından sıxdığını, onu buraxmaq istəyən zaman Ceyhunun təkrar ona qarşı nalayiq ifadələr işlətdiyini, özünün də həmin vaxt onun burun nahiyəsindən yumruq zərbəsi ilə vurduğunu, onların qohumlarının həmin vaxt onları aralaşdırdıqlarını, atasının onu restorandan çölə çıxardığını, həmin vaxt atasının ona “gözlə ailəni gətirirəm çıx get” dediyini, atasının onun ailə üzvlərini gətirməyə getdiyini, restoranın çölündə Ceyhun və onun ailə üzvlərinin atasının üstünə gəlməyə başladığını, Ceyhun və əmisi Yusifin nalayiq ifadələr işlətdiklərini, özünün avtomobilinin yanında dayandığını, anasının onu onlara tərəf getməyə qoymadığını, Ceyhunun atasına yumruq atmaq istədiyini, lakin onun yumruq zərbəsinin atasına dəymədiyini, özünün təkrar onların yanına getdiyini, Ceyhungilin yanına çatan zaman Ceyhunun nalayiq ifadələr işlətdiyini, onların Ceyhun ilə tutaqlaşdıqlarını, əmisi Yusifin onun boyun nahiyəsindən tutub arxaya çəkdiyini, onu yerə yıxdığını, Oktayın isə həmin vaxt onun qarın nahiyəsindən təpik zərbəsi ilə vurduğunu, o, yerdə olan zaman polis əməkdaşlarının gəldiyini, polis əməkdaşları gəldikdən sonra onları polis idarəsinə apardıqlarını, istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. Zərərçəkmiş şəxs2 30 iyul 2025-ci il tarixdə məhkəməyə ərizə göndərərək, Təqsirləndirilən şəxs tərəfindən Qızıl ay restoranına dəymiş ziyanın tam ödənildiyini, Təqsirləndirilən şəxs qarşı heç bir iddia və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs2 ifadəsində xx.xx.2024-cü il tarixdə X19 ad günü şənliyi olduğunu, həmin şənliyin sifarişçisinin X15 olduğunu, Şəmil Əliyevin oğlunun yaş günü ilə əlaqədar yığıncaq təşkil etdiyini, onların səksən nəfərlik qonağı olduğunu, xx.xx.2024-cü il tarixdə saat 18 radələrində ad günü şənliyi başladığını, hər şeyin qaydasında getdiyini, bir neçə saat keçdikdən sonra ona restoranda dava-dalaş olduğunu dediklərini, özünün şənliyin keçirildiyi banket zalına gəldiyini və həmin vaxt stolun üzərində olan qabqacağın dağıdıldığını, restoranın zalının pərdəsinin bir hissəsinin cırıldığını, zalda quraşdırılmış dekorun dağıdıldığını gördüyünü, banket zalına daxil olan zaman səs-küy qalxdığını, həmin vaxt iki nəfər cavan oğlanın mübahisə etdiklərini, digər şəxslərin isə onları aralaşdırmağa çalışdıqlarını, özünün mübahisə olduğunu və restoranın dağıdıldığını gördükdən sonra polisə zəng etdiyini, polis əməkdaşları gələnə kimi həmin şəxsləri qohumlarının çətinliklə restorandan çölə çıxardıqlarını, lakin onlar restoranın həyətinə çıxdıqdan sonra mübahisənin davam etdiyini, sonra isə polis əməkdaşlarının gəlib həmin şəxsləri Polis İdarəsinə apardıqlarını, şənlik dağılışdıqdan sonra banket zalında qırılmış qabqacağa və digər əşyalara baxdığını, həmin vaxt restoranda olan 35 ədəd paşa bağça firmasına məxsus olan naborun, 30 ədəd paşa bağça firmasına məxsus olan salat qabının, 25 ədəd paşa bağça firmasına məxsus olan xalodnu qabının, 50 ədəd paşa bağça firmasına məxsus olan stəkanın, 20 ədəd paşa bağça firmasına məxsus olan duz qabının, 20 ədəd paşa bağça firmasına məxsus olan istiot qabı, səkkiz metr enində 5 metr uzunluğunda pərdə, 7 ədəd paşa bağça firmasına məxsus olan meyvə qabı, bir ədəd dekorun qırılıb dağıdıldığını müəyyən etdiyini, istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində xx.xx.2024-cü il tarixdə qardaşı oğlu Şamil Əliyevin oğlunun ad günü yığıncağı olduğunu, həmin yığıncağın Naxçıvan şəhərində X19 olduğunu, özünün də öz ailə üzvləri və qızının sözlüsü Şahid5 ilə birlikdə həmin yığıncağa getdiyini, onların restoranda ailə üzvləri və qızının sözlüsü Şahid5 ilə rəqs etdiklərini, həmin vaxt qardaşı oğlu Pərvizin oğlu Ceyhunu rəqs edən zaman kənara çəkdiyini gördüyünü, bir neçə dəqiqə sonra isə səs-küy başladığını, özünün Ceyhun ilə Pərvizin yanına getdiyini, həmin vaxt Ceyhunun burnunun qanadığını gördüyünü, Pərvizə “sən nə edirsən utanmırsan” dediyini, onları kənara çəkdiyini, bir anda yenidən səs-küy başladığını, toyda olan şəxslərin mübahisə etməyə başladıqlarını, onu həmin vaxt tanımadığı iki nəfər şəxsin vurmağa başladığını, həmin şəxslərin kim olduğunu bilmədiyini, bir qədər keçdikdən sonra onların restoranın həyətinə çıxdıqlarını, restoranın həyətində həmin şəxslərin yenidən ona yaxınlaşdıqlarını, onlarla yenidən mübahisə etməyə başladığını, həmin vaxt polis əməkdaşlarının gəldiyini, polis əməkdaşları gəldikdən sonra isə onları Polis İdarəsinə apardıqlarını, istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Cavanşir qızı ifadəsində xx.xx.2024-cü il tarixdə oğlu X11 Naxçıvan şəhərində yerləşən X19 bir yaşının tamam olması ilə bağlı ad günü şənliyi təşkil etdiklərini, həmin şənliyə onun və həyat yoldaşının ailə üzvləri və yaxın qohumlarının dəvətli olduğunu, həmin vaxt restoranda qonaqlarla rəqs edən zaman bir anda həyat yoldaşının əmisi oğlu Zərərçəkmiş şəxs1 ilə bibisi oğlu Şahid7 toyda mübahisə yaratdıqlarını, həmin vaxt Zərərçəkmiş şəxs1 heç bir əsas olmadan əmisi oğlu Təqsirləndirilən şəxs qolundan tutaraq rəqs edən şəxslərin arasından kənara apardığını, bir anda onların mübahisə etməyə başladığını, onların bir-birlərini vuraraq xəsarət yetirdiklərini, həmin vaxt restoranda səs-küy başladığını, həmin vaxt qohumlar arasında mübahisə yarandığını, qohum əqrəbalar arasında səs-küy yarandıqdan sonra narahatlıq keçirdiyini, Pərvizgili aralaşdırmaq üçün araya keçdikdən sonra özünü itirdiyini, özünə gəldikdən sonra polis əməkdaşlarının gəldiyini gördüyünü, polis əməkdaşları gəldikdən sonra Pərviz və Ceyhunu polis əməkdaşlarının götürüb apardıqlarını, istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid7 ifadəsində Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs1 onun dayısı oğlanları olduğunu, xx.xx.2024-cü il tarixdə dayısıoğlu Şəmil Əliyevin oğlunun ad günü yığıncağı olduğunu, həmin yığıncağın Naxçıvan şəhərində X19 olduğunu, özünün öz ailə üzvləri ilə birlikdə həmin yığıncağa getdiyini, ailə üzvləri ilə birlikdə toyda rəqs etdiklərini, həmin vaxt Ceyhunun içkili vəziyyətdə qonaqları Oktayın qolundan tutub rəqs edən şəxslərin içərisində o tərəfə bu tərəfə çəkdiyini, bir qədər keçdikdən sonra Pərviz ilə Ceyhun arasında Oktaya görə mübahisə baş verdiyini gördüyünü, onların yanına getdiyini, Pərvizin qolundan tutub onu kənara çəkdiyini, həmin vaxt Ceyhunun burnundan qan gəldiyini, Pərvizin isə üz-gözünün göyərdiyini, onları aralaşdırdıqdan sonra Pərvizi restorandan çölə çıxardığını, həmin vaxt anasıgilində onun yanına gəldiyini, onun uşaqları səs-küydən narahat olduqları üçün anasının evə getmək istədiyini dediyini, öz ailəsini də götürüb toydan çıxıb getdiyini, istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirdi. Şahid8 13 may 2025-ci il tarixdə məhkəməyə ərizə göndərərək, Naxçıvan Şəhər Məhkəməsində baxılan 1(078)-32/2025 saylı cinayət işi ilə bağlı şahid qismində məhkəmə iclaslarında iştirak edə bilmədiyini, istintaq dövründə verdiyi ifadəni təsdiq etdiyini, məhkəmə iclaslarının iştirakı olmadan keçirilməsini məhkəmədən xahiş etmişdir. İbtidai istintaq zamanı dindirilmiş və məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş Şahid8 ifadəsində xx.xx.2025-ci il tarixdə xidmətdə olan zaman növbətçi hissədən daxil olmuş məlumat əsasında Naxçıvan şəhər Ə.Qəmküsar küçəsində yerləşən Qızıl Ay restoranına getdiklərini, Restoranda ad günü tədbiri olduğunu və həmin tədbirdə dava-dalaş olduğunu, onlar X19 dava-dalaş edən şəxsləri müəyyən etdikdən sonra həmin şəxsləri avtopatrula mindirərək izahatlarının alınması üçün Naxçıvan Şəhər Polis İdarəsinə gətirmək istədiklərini, həmin restoranda mübahisə edən şəxslərin Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs1 olduğunu, Təqsirləndirilən şəxs avtopatrula mindirmək istəyən zaman gözləmədiyi anda Təqsirləndirilən şəxs ona yumruq atdığını, həmin vaxt onun içkili olduğunu, özünü idarə edə bilmədiyini, Təqsirləndirilən şəxs avtopatrula mindirdiyini, sonra isə onları Naxçıvan Şəhər Polis İdarəsinə gətirdiklərini, Təqsirləndirilən şəxs ona yumruq atsa da yumruğun onun üz nahiyəsinə tam tutmadığı üçün xəsarət almadığını bildirmişdir. Şahid4 26 may 2025-ci il tarixdə məhkəməyə ərizə göndərərək, istintaq zamanı verdiyi ifadəni təsdiq etdiyini, məhkəmə iclaslarında iştirak edə bilməyəcəyinin nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. İbtidai istintaq zamanı dindirilmiş və məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş Şahid4 ifadəsində xx.xx.2024-cü il tarixdə əmisi oğlu Şamil Əliyevin oğlunun ad günü yığıncağı olduğunu, həmin yığıncağın Naxçıvan şəhərində X19 olduğunu, öz ailə üzvləri və sözlüsü Şahid5 ilə birlikdə həmin yığıncağa getdiyini, restoranda onun ailə üzvləri və sözlüsünün rəqs etdiklərini, özünün isə həmin vaxt kənarda ayaqüstə dayandığını və Oktay ilə qardaşı Ceyhunun rəqs etməsini videoya çəkdiyini, həmin vaxt əmisi oğlu Zərərçəkmiş şəxs1 qardaşı Ceyhuna yaxınlaşdığını, Pərvizin Ceyhunun qolundan tutaraq kənara apardığını, həmin vaxt Pərvizin Ceyhuna “sən nə üçün Oktayı gətirmisən, o rəqs edir” dediyini, Ceyhunun isə həmin vaxt Pərvizə “səni maraqlandırmır, yaxşı edirəm” dediyini, bir anda Zərərçəkmiş şəxs1 Ceyhunun burun nahiyəsindən yumruqla vurduğunu, Ceyhunun burun nahiyəsindən qan gəlməyə başladığını, Ceyhunun burun nahiyəsini əli ilə tutaraq yerdə oturduğunu, bir qədər sonra Ceyhunun ayağa qalxdığını, həmin vaxt Pərvizin təkrar Ceyhunu vurmaq istədiyini, həmin vaxt onları aralaşdırmaq üçün araya keçdiklərini, həmin vaxt atasıgilin də araya keçdiklərini, özü Ceyhun ilə Pərvizi aralşdırmaq istəyən zaman Pərvizin onun əlindən tutaraq bükdüyü üçün onun dırnağının qırıldığını, Pərvizin onları aralaşdırmaqlarına icazə vermədiyini, lakin Pərviz ilə bibisi oğlu Şahid7 saxlamaq olmadığını, Sərxanın onları aralaşırmaq üçün araya girsə də onun da aralıqda Ceyhunu vurduğunu, onları çətinliklə aralaşdırdıqlarını, Pərviz ilə Sərxanı restoranın həyətinə çıxardıqlarını, lakin Pərvizin təkrar geri qayıtdığını, Pərvizin yenidən Ceyhunun üstünə tərəf yeridiyini, həmin vaxt anası Şahid3 araya keçdiyini, Pərvizin anası Şahid3 boğaz nahiyəsindən tutaraq itələdiyini, anasının saçından tutub dartdığını, sonradan onların restorandan çölə çıxmaq istədiklərini, həmin vaxt foyedə isə Şahid6 qardaşı Ceyhunun üstünə yeridiyini, həmin vaxt Ceyhunun əmisi ilə danışan zaman Kamalın Ceyhuna yumruq atdığını, onları təkrar aralaşdırdıqlarını, həmin vaxt polis əməkdaşlarının gəldiyini, polis əməkdaşlarının qardaşını və Zərərçəkmiş şəxs1 avtomobilə əyləşdirib Naxçıvan Şəhər Polis İdarəsinə apardıqlarını bildirmişdir. Şahid3 27 may 2025-ci il tarixdə məhkəməyə ərizə göndərərək, istintaq zamanı verdiyi ifadəni təsdiq etdiyini, məhkəmə iclaslarında iştirak edə bilməyəcəyinin nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. İbtidai istintaq zamanı dindirilmiş və məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş Şahid3 ifadəsində xx.xx.2024-cü il tarixdə həyat yoldaşı Şahid1 qardaşı oğlu Şamil Əliyevin oğlunun ad günü yığıncağı olduğunu, həmin yığıncağın Naxçıvan şəhərində X19 olduğunu, onun öz ailə üzvləri və qızının sözlüsü Şahid5 ilə birlikdə həmin yığıncağa getdiyini, onlar restoranda rəqs edən zaman oğlu Təqsirləndirilən şəxs qızının sözlüsü Şahid5 da rəqsə dəvət etdiyini, həmin vaxt ailə üzvlərinin də onlarla birgə rəqs etdiklərini, onlar rəqs edən zaman bir anda səs-küy olduğunu eşitdiyini, hadisə olan yerə gedən zaman oğlu Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs1 mübahisə etdiklərini, həmin vaxt Pərvizin oğlunu vurduğunu və oğlunun da Pərvizi vurduğunu öyrəndiyini, həmin vaxt oğlu Ceyhunun yerdə oturduğunu, oğlunun burnundan qan gəldiyini, Pərvizin oğlu Ceyhun yerdə əyləşən zaman da onu yumruqla vurduğunu, onları aralaşdırmaq üçün araya keçdiyini, lakin həmin vaxt Şahid6 və Şahid7 də onu vurmağa başladıqlarını, Kamalın onun saçından tutaraq yerə vuruğunu, həmin vaxt Şahid7 ilə Zərərçəkmiş şəxs1 isə onu yerdə olan zaman baş nahiyəsindən yumruqla vurmağa başladıqlarını, bir qədər keçdikdən sonra polis əməkdaşlarının gəldiyini, polis əməkdaşları gəldikdən sonra onları Naxçıvan Şəhər Polis İdarəsinə dəvət etdiklərini, mübahisə zamanı Şahid6 onun saçından tutaraq yerə vurduğunu və Pərviz ilə Sərxanın isə onun baş nahiyəsindən vurmağı nəticəsində xəsarət aldığını bildirmişdir. Şahid5 Efendi oğlu 29 iyul 2025-ci il tarixdə məhkəməyə ərizə göndərərək, istintaq zamanı verdiyi ifadəni təsdiq etdiyini, məhkəmə iclaslarında iştirak edə bilməyəcəyinin nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. İbtidai istintaq zamanı dindirilmiş və məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş Şahid5 Efendi oğlu ifadəsində xx.xx.2024-cü il tarixdə Leylanın əmisi oğlu Şamil Əliyevin oğlunun ad günü yığıncağı olduğunu, həmin yığıncağın Naxçıvan şəhərində X19 keçirildiyini, Şamil Əliyevin onu da həmin yığıncağa dəvət etdiyini, onun sözlüsü Şahid4 və onun ailə üzvləri ilə birlikdə həmin yığıncağa getdiyini, onun Təqsirləndirilən şəxs ilə restoranda rəqs etdiyini, həmin vaxt bir anda Zərərçəkmiş şəxs1 Ceyhunun qolundan tutaraq kənara çəkdiyini, bir anda onların mübahisə etməyə başladıqlarını, Zərərçəkmiş şəxs1 Ceyhunun burun nahiyəsindən yumruqla vurduğunu, Ceyhunun üz nahiyəsini əli ilə tutaraq yerdə oturduğunu, onun burun nahiyəsindən qan gəldiyini, onları aralaşdırmaq üçün aralığa keçdiyini, onun Ceyhunu tutub kənara apardığını, Ceyhunun təkrar Pərvizə tərəf getmək istədiyini, onu tutub kənara çəkdiyini, həmin vaxt Pərviz ilə Şahid7 onun üstünə gəldiklərini, Pərvizin onun baş nahiyəsindən yumruqla vurduğunu, Ceyhunun isə həmin vaxt yerdə oturduğunu, onu vurduqları üçün geri çəkildiyini, həmin vaxt baş nahiyəsindən xəsarət aldığını, onun baş nahiyəsinin ağrıdığını, bir qədər keçdikdən sonra restorandan çölə çıxdığını, həmin vaxt foyedə Kamalın Leylanın anası Pərvanə ilə mübahisə etdiyini, Pərvizin Leylanın anasının üstünə yeridiyini, həmin vaxt Pərvizin Şahid3 yumruqla vurduğunu, Pərvizi çətinliklə aralaşdırıb restorandan çölə çıxardıqlarını, bir qədər keçdikdən sonra restoranın həyətində Sərxan və Pərvizin yenidən onun üstünə hücum çəkdiklərini, həmin vaxt Şamilin atasının araya keçdiyini, onu vurmalarının qarşısını aldığını, bir qədər keçdikdən sonra polis əməkdaşlarının gəldiyini, onları Polis İdarəsinə apardıqlarını bildirmişdir. İbtidai istintaq zamanı dindirilmiş və məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş Şahid6 ifadəsində Təqsirləndirilən şəxs onun doğma əmisi oğlu, Zərərçəkmiş şəxs1 isə qardaşı olduğunu, xx.xx.2024-cü il tarixdə əmisi oğlu Şəmil Əliyevin oğlunun ad günü yığıncağı olduğunu, həmin yığıncağın Naxçıvan şəhərində X19 olduğunu, onun öz ailə üzvləri ilə birlikdə həmin yığıncağa getdiyini, stolda əyləşdiyini, həmin vaxt ailə üzvləri isə rəqs etdiklərini, həmin vaxt Şahid5 isə stolda əyləşdiyini, Şahid5 əvvəlcədən tanımadığını, onu Ceyhunun bacısı Leylanın ad günü yığıncağına gətirdiyini, Ceyhunun Şahid5 da rəqsə dəvət etdiyini, Ceyhun və Oktayın da rəqs etməyə başladıqlarını, həmin vaxt qardaşı Pərvizin ailəsi ilə birlikdə rəqs etdiyini, qardaşı Pərvizin Ceyhunu qolundan tutub kənara çəkdiyini, onların sözlü mübahisə etməyə başladıqlarını, həmin vaxt Pərvizin Ceyhunun boğazından tutub itələdiyini, “Oktayı ortalıqdan çıxar” dediyini, həmin vaxt isə Ceyhunun Pərvizə qarşı nalayiq ifadələr işlətdiyini, Pərvizə yumruq atdığını, onun yumuruq zərbəsinin Pərvizin burun nahiyəsindən tutduğunu, sonra Pərvizin Ceyhunun burun nahiyəsindən yumuruq zərbəsi ilə vurduğunu, özünün isə onları aralaşdırmağa çalışdığını, onları çətinliklə aralaşdırdıqlarını, həmin vaxt Yusif ilə onun həyat yoldaşı Pərvanənin isə stolun üzərində olan qab-qacağı sındırmağa başladıqlarını, onları aralaşdırıb Pərvizi restorandan çölə çıxardığını, bir qədər sonra restorana polis əməkdaşlarının gəldiyini, polis əməkdaşları gəldikdən sonra Ceyhunun polis əməkdaşlarına tabesizlik göstərərək avtomobilə minməkdən imtina etdiyini, həmin vaxt Ceyhunun polis əməkdaşının burun nahiyəsindən yumruq zərbəsi ilə vurduğunu bildirmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, istintaq hərəkətlərinin protokollarını da sübut növləri kimi qəbul edir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 28 dekabr 2024-cü il tarixli cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında qərardan görünür ki, həmin tarixdə toplanmış HKpb-424/24 nömrəli material üzrə fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmışdır. (cild İ, iş vərəq 1) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Naxçıvan Şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsinin məsul növbətçisi, polis mayoru Orxan Rzayev tərəfindən tərtib edilmiş 28 noyabr 2024-cü il tarixli raportda qeyd olunmuşdur ki, xx.xx.2024-cü il tarixdə saat 21:00 radələrində Naxçıvan şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsinə daxil olmuş məlumata əsasən Naxçıvan şəhər Ə.Qəmküsar küçəsində yerləşən X19 Şərur rayon İbadulla kənd sakini 1995-ci il təvəllüdlü X16, 2023-cü il təvəllüdlü oğlu X12 ad günü keçirdən zaman musiqi üstündə əmisi oğlanları İbadulla kənd sakini 1993-cü il Zərərçəkmiş şəxs1 ilə bibisioğiu 1990cı il təvəllüdlü Şahid7 əmisi oğlu Təqsirləndirilən şəxs ilə mübahisə etmişdirlər. Mübahisə zamanı Pərviz ilə Sərxan əmisi Yusifin sol alın nahiyyəsinə vuraraq, oğlu Ceyhunu döyərək burnuna xəsarət yetirmiş, bacısı 1998-ci il təvəllüdlü Şahid4 isə hər iki əllərinin dırnaqları sınmışdır və nişanlısı 1998-ci il təvəllüdlü Türkiyənin İğdır şəhərində yaşayan Şahid5 döyərək xəsarət yetirmişlər. (cild İ, iş vərəq 3) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Naxçıvan Şəhər Polis idarəsinin post-patrul xidməti bölüyünün polis baş serjantı Şahid8 tərəfindən tərtib edilmiş 28 noyabr 2024-cü il tarixli raportda qeyd olunmuşdur ki, Növbətçi Hissədən daxil olmuş məlumat əsasında Qızıl Ay restoranına getmiş, X19 baş vermiş hadisə zamanı ictimai asayişi pozan Təqsirləndirilən şəxs avtopatrula mindirərkən yüksək səslə danışaraq onun qanuni tələbinə tabe olmayaraq avtopatrula minməkdən imtina etmiş təkrar onu avtopatrula mindirərkən onun üzündən vurmuşdur. (cild İ, iş vərəq 4) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Naxçıvan Şəhər Polis idarəsinin post-patrul xidməti bölüyünün taqım komandiri, polis kiçik leytenantı Hüseyn Cəfərov tərəfindən tərtib edilmiş 28 noyabr 2024-cü il tarixli raportda qeyd olunmuşdur ki, xx.xx.2024-cü il tarixdə saat 20:00 radələrində 1-ci PB-nin ərazisində xidmətdə olduqları vaxt Növbətçi Hissədən radiostansia vasitəsi ilə X19 dava olduğunu bildirmiş, onlar da **-AP-***, **-AP-***, **-AP-*** dövlət qeydiyyat nişanlı avtopatrulda xidmət aparan polis baş serjantı Məmmədov Arzu, Rəşidov Rəşid, Şahid8, Qənbərov Zahir polis serjantı Allahverdiyev Sənan və Məmmədov Firudin ilə hadisə yerinə gedib dava edən 4-nəfər şəxsi avtopatrula mindirib Naxçıvan Şəhər Polis idarəsinə gətirən zaman vətəndaşlardan biri polisə qarşı müqavimət göstərmiş, həmin şəxsləri gətirib Naxçıvan Şəhər Polis idarəsinin Növbətçi Hissəsinə təhvil vermişlər. Növbətçi Hissədə məlum olmuşdur ki Şərur rayon İbadullah kəndində yaşıyan 1975-ci il təvəllüdlü Şahid1, 1993-cü il təvəllüdlü Zərərçəkmiş şəxs1, 2002-ci il təvəllüdlü Təqsirləndirilən şəxs və X10 şəhərində yaşayan 1998-cı il təvəllüdlü Şahid5 Əfəndi oğludur. (cild İ, iş vərəq 5) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 28 noyabr 2024-cü il tarixli çıxarışdan görünür ki, sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün xüsusi texniki vasitədən istifadə edilməsi nəticəsində Təqsirləndirilən şəxs həqiqətən də alkoqol şərxoşluğu vəziyyəti müəyyən edilmiş və müayinənin nəticəsi 1.227 promildir. (cild İ, iş vərəq 16) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 29 noyabr 2024-cü il tarixli ərizədən görünür ki, Orucov X13 şəhər Polis idarəsinə ərizə ilə müraciət edərək xx.xx.2024cü il tarixdə icarədə olduğu Qızıl Ay X1 sifarişi ilə övladı X9 ad günü tədbirində qohumlarının şəxsi münasibətlər zəminində yaranan davada restoranın banket zalında olan ad günü üçün quraşdırılmış dekor və qonaqlar üçün masaların üzərində təqdim olunan qab-qacağı sındıraraq ona maddi ziyan vurduqlarını, ona dəymiş maddi ziyanın ödənilməsində köməklik göstərilməsini xahiş etmişdir. (cild İ, iş vərəq 48) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 29 noyabr 2024-cü il tarixli məhkəmə-tibbi ekspertizası təyin edilməsi haqqında qərardan görünür ki, Zərərçəkmiş şəxs1 barəsində məhkəmə tibbi ekspertizası təyin edilmiş və ekspertizanın aparılması Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibb Ekspertizası və Pataloji Anatomiya Birliyinə tapşırılmışdır. (cild İ, iş vərəq 54) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 29 noyabr 2024-cü il tarixli məhkəmə-tibbi ekspertizası təyin edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində məhkəmə tibbi ekspertizası təyin edilmiş və ekspertizanın aparılması Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibb Ekspertizası və Pataloji Anatomiya Birliyinə tapşırılmışdır. (cild İ, iş vərəq 56) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibb Ekspertizası və Pataloji Anatomiya Birliyi tərəfindən verilmiş 09 dekabr 2024-cü il tarixli, 389 nömrəli canlı şəxsin ekspertizası ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədənində müəyyən edilmiş xəsarətlər: burnun yumşaq toxumalarının şişkinliyi və qançırı, alt dodağında yara, hər iki gözətrafı sahədə və göz qapaqlarında qançır, alnında, sol dirsək oynağı nahiyyəsində, sağ əlin İİİ barmağmda sıyrıqlar, burun sümüyünün sınığı, bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir. Qərarın təsvir hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2024-cü il tarixdə burun nahiyyəsinə və sifətinə yumruqla vurma və boğma nəticəsində əmələ gələ bilərdi. Qeyd olunan xəsarətlər sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddirlər. (cild İ, iş vərəq 76) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibb Ekspertizası və Pataloji Anatomiya Birliyi tərəfindən verilmiş 27 dekabr 2024-cü il tarixli, 384 nömrəli canlı şəxsin ekspertizası ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 bədənində müəyyən edilmiş xəsarətlər: burnun sağ və sol tərəfində sıyrıqlar, burnun yumşaq toxumaların əzilməsi və şişkinliyi, alt dodağında yara, döş qəfəsinin ön səthində sıyrıq, sol burun sümüyündə yerini dəyişən sınıq, bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, eləcə də qərarın təsvir hissəsində göstərilən müddətdə və şəraitdə yumruq zərbəsi təsirindən əmələ gələ bilərdi. Qeyd edilən xəsarətlər sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərərvurmaya aiddirlər. (cild İ, iş vərəq 81) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Naxçıvan Şəhər Məhkəməsinin 3(078)-453/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı ilə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə məsuliyyətə cəlb olunmasına dair Azərbaycan Respublikası DİN Naxçıvan MR DİN Naxçıvan Şəhər Polis idarəsindən daxil olmuş inzibati xəta haqqında protokola əməldə cinayət tərkibinin əlamətləri olduğundan xitam verilməsi və Təqsirləndirilən şəxs tərəfindən törədilmiş əməldə cinayət əlamətləri aşkar edildiyindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221-ci maddəsi ilə araşdırılma aparılması üçün materialların Naxçıvan Şəhər Prokurorluğuna və Naxçıvan Şəhər Polis İdarəsinin İstintaq və Təhqiqat Şöbəsinə göndərilməsi qərara alınmışdır. (cild İ, iş vərəq 66- 69) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 23 yanvar 2025-ci il tarixli zərərçəkmiş şəxs qismində tanınma haqqında qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Zərərçəkmiş şəxs1 zərərçəkmiş şəxs qismində tanınmış və ona bu barədə məlumat verilərək, qərar ona elan edilmişdir. (cild İ, iş vərəq 122-124) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 09 mart 2025-ci il tarixli zərərçəkmiş şəxs qismində tanınma haqqında qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Zərərçəkmiş şəxs2 zərərçəkmiş şəxs qismində tanınmış və ona bu barədə məlumat verilərək, qərar ona elan edilmişdir. (cild İ, iş vərəq 157-159) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi Y.Budaqov adına Naxçıvan MR X6 tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, Şərur rayon, İbadulla kəndində qeydiyyatda olan və yaşayan xx.xx.2002-ci il təvəllüdlü Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdən “Nevrotik reaksiya.” diaqnozu ilə dispanserdə dispanser qeydiyyatda olmuş, Təqsirləndirilən şəxs 2021-ci ilin yanvar ayı dispanser qeydiyyatdan çıxarılmışdır. (cild İ, iş vərəq 140) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 10 mart 2025-ci il tarixli əlavə məhkəmə-tibb ekspertizası təyin edilməsi haqqında qərardan görünür ki, material üzrə əlavə məhkəmə-tibbi ekspertizası təyin edilmiş və ekspertizanın aparılması Naxçıvan MR Səhiyyə Nazirliyi Məhkəmə Tibb Ekspertizası və Pataloji Anatomiya Birliyinin həkim ekspertinə həvalə edilmişdir. (cild İ, iş vərəq 168) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibb Ekspertizası və Pataloji Anatomiya Birliyi tərəfindən verilmiş 15 mart 2025-ci il tarixli, 180 nömrəli canlı şəxsin ekspertizası ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədənində müəyyən edilmiş xəsarətlər: burnun yumşaq toxumalarının şişkinliyi və qançırı, alt dodağında yara, hər iki gözətrafı sahədə və göz qapaqlarında qançır, alnında, sol dirsək oynağı nahiyyəsində, sağ əlin İİİ barmağında sıyrıqlar, buran sümüyünün sınığı, bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir. Qərarın təsvir hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2024-cü il tarixdə burun nahiyyəsinə və sifətinə yumruqla vurma və boğma nəticəsində əmələ gələ bilərdi. Qeyd olunan xəsarətlərdən burun sümüyünün sınığı və alt dodağındakı yara həm ümumilikdə və həm də ayrı-ayrılıqda sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aid edilir. Digər xəsarətlər isə ayrı-ayrılıqda və ümumilikdə sağlamlığa zərər vurmayan xəsarətlər olduğu üçün dərəcələri təyin edilmir. (cild İ, iş vərəq 177) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 05 mart 2025-ci il tarixli məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin etmək haqqında qərardan görünür ki, material üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş və ekspertizanın aparılması Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası mərkəzinə həvalə edilmişdir. (cild İ, iş vərəq 170-171) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası tərəfindən verilmiş 19 mart 2025-ci il tarixli, 329 nömrəli ekspert rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilməyən tədqiqat obyektlərinin (istifadədə olması nəzərə alınmaqla) ümumilikdə orta bazar qiyməti nəzəri hesablama yolu ilə təxminən 1405,00 (bir min dörd yüz beş) manat müəyyən edilir. (cild İ, iş vərəq 217-218) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 06 mart 2025-ci il tarixli ambulator məhkəmə psixiatrik ekspertiza təyin etmək haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə ambulator məhkəmə psixiatrik ekspertizası təyin edilmiş və ekspertizanın aparılması Y.Budaqov adına Naxçıvan MR X4 ekspertlərinə həvalə olunmuşdur. (cild İ, iş vərəq 173-174) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Y.Budaqov adına Naxçıvan MR X3 alınmış 17 mart 2025-ci il tarixli 134 saylı ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs hadisədən əvvəl, hadisə vaxtı və hadisəndən sonra psixi vəziyyətində patologiya olmamışdır. Təqsirləndirilən şəxs hal-hazırda öz hərəkətlərini ölçüb-biçmək və qiymət vermək iqtidarına malikdir və məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs hərəkətləri hadisəni törədən anda və hal-hazırda Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. (cild İ, iş vərəq 213-215) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 06 mart 2025-ci il tarixli məhkəmə narkoloji ekspertiza təyin etmək haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə məhkəmə narkoloji ekspertizası təyin edilmiş və ekspertizanın aparılması Y.Budaqov adına Naxçıvan MR X4 ekspertlərinə həvalə olunmuşdur. (cild İ, iş vərəq 175) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Y.Budaqov adına Naxçıvan MR X3 alınmış 17 mart 2025-ci il tarixli 135 saylı ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir və məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs fiziki və psixi asılılıq olmadan narkotik vasitə və psixotrop maddə istifadəsi inkar edilmir. (cild İ, iş vərəq 210-212) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 16 mart 2025-ci il tarixli cinayət əməlinin tövsif edilməsi haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsinə tövsif edilmişdir. (cild İ, iş vərəq 178) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 17 mart 2025-ci il tarixli müdafiəçinin təyin edilməsi haqqında qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etmək üçün Naxçıvan Şəhər Vəkil Bürosunda fəaliyyət göstərən vəkil Müdafiəçi qismində təyin edilmişdir. (cild İ, iş vərəq 188) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 17 mart 2025-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ona həmin maddə ilə ittiham elan edilmişdir. (cild İ, iş vərəq 189-190) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 17 mart 2025-ci il tarixli polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə təqsirləndirilən şəxs xx.xx.2002-ci ildə Şərur rayon İbadulla kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, Şərur rayon İbadulla kəndində qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. (cild İ, iş vərəq 201-202) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Naxçıvan şəhər Polis İdarəsinin 24 yanvar 2025-ci il tarixli məktubu ilə göndərilmiş tələbnamədə Təqsirləndirilən şəxs barəsində əməliyyat sorğu kartotekasında heç bir məlumatın olmadığı göstərilmişdir. (cild İ, iş vərəq 134-135) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Naxçıvan Şəhər İcra Hakimiyyəti Şərur Rayon İcra Hakimiyyəti İbadulla kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyindən alınmış xx.xx.2025-ci il tarixli, 77 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Şərur rayonu, İbadulla kəndində yaşayır və qeydiyyatdadır. (cild İ, iş vərəq 223) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Naxçıvan Şəhər İcra Hakimiyyəti Şərur Rayon İcra Hakimiyyəti İbadulla kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyindən alınmış xx.xx.2025-ci il tarixli, 76 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs arvadı X17 adlı ailə üzvü var. (cild İ, iş vərəq 224) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Naxçıvan Şəhər İcra Hakimiyyəti Şərur Rayon İcra Hakimiyyəti İbadulla kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs kiçik yaşlarından Türkiyə Respublikasında yaşamışdır. Bu dövrlər ərzində ara-sıra İbadulla kəndinə gəlib bir neçə ay qaldıqdan sonra yenidən Türkiyə Respublikasına qayıtmışdır. 21 sentyabr 2024-cü il tarixdən İbadulla kəndinə gəlmiş və haliyədə ərazidə yaşayır. Türkiyə Respublikasında yaşadığı dövrlərdə özünü yaxşı aparmış, münaqişəli və qanunsuz fəaliyyətlərdən uzaq olmuşdur. Haliyədə ərazidə yaşadığı müddətdə yalnız bir dəfə 28-29 noyabr 2024-cü il tarixdə Naxçıvan şəhərində “Qızıl Ay” restoranında toy mərasimi zamanı yaxın qohumu ilə kiçik münaqişəsi olmuşdur. Ərazidə olduğu müddətdə insanlara qarşı pis rəftarı olmamış və ictimai asayişi pozmamışdır. Bu günə qədər İbadulla kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyə onunla bağlı heç bir ərizə və şikayət daxil olmamışdır. (cild İ, iş vərəq 225) Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən- hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “X7 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmək, həmin sübutları mübahisələndirmək imkanına malik olmuşdur. Təqsirləndirilən şəxsin əleyhinə olan sübutlara etiraz etmək və onları mübahisələndirmək üçün məhkəmə prosesində ona imkan yaradılmışdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olubolmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikası cinayət-prosessual qanunvericiliyi müəyyən edir (Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 1.1-ci maddəsi). Hər hansı məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız Cinayət-Prosessual Məcəlləsində (bundan sonra - CPM) göstərilən məsələlər hakim tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin həmin məsələlərin dairəsini müəyyənləşdirən 346.1-ci maddəsinə görə müzakirə edilməsi mütləq olan məsələlərdən biri də təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittiham elan edildiyi cinayətin əlamətlərinə uyğun olub-olmamasıdır. Məhkəmə hökmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmin şəxsin gələcək taleyini həll etdiyi üçün prosessual qanunvericilik onunla bağlı konkret tələblər irəli sürür. Cinayət-prosessual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 349.3., 349.4., 349.5-ci maddələri). Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq məhkəmə hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Beləliklə məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs ittihamda qeyd olunan əməli törətməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsinə əsasən Xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər min manatdan üç min manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2004-cü il 23 mart tarixli, 1 nömrəli Qərarının: 2-ci bəndində məhkəmələrə izah olunmuşdur ki, ictimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafeylərinə toxunan hərəkətlər etməsi başa düşülür; 3-cü bəndinə əsasən məhkəmələrin diqqəti xuliqanlıq cinayətinin digər oxşar cinayətlərdən fərqləndirilməsi zəruriyyətinə cəlb edilsin. İzah edilsin ki, ictimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə qarşı açıqcasına hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında, şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisə və ya dalaşma gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda CM-in şəxsiyyət əleyhinə olan yaxud başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunur. Şəxsi münasibətlər zəminində başlanılmış belə hərəkətlər sonradan ictimai qaydanı kobud pozmağa və cəmiyyətə qarşı açıq aşkar hörmətsizlik ifadə edən hərəkətlərə çevrilərsə onda şəxsin əməli xuliqanlıq kimi qiymətləndirilə bilər. Nəzərə alınmalıdır ki, cəmiyyətə açıqca hörmətsizlik ifadə edilməsi xuliqanlığın sosial mahiyyətini əks etdirir. “Açıqca hörmətsizlik ifadə etmə” anlayışı xuliqanlığın ictimai yerlərdə, yəni küçədə, ictimai müəssisə və idarələrdə, kafedə, restoranda, ictimai nəqliyyatda və s. törədilməsini nəzərdə tutur. Məhkəmə qeyd edir ki, tərəflər arasında şəxsi münasibətlər zəminində mübahisə yaransa da, sonradan belə hərəkətlər ictimai qaydanı pozmuş, cəmiyyətə qarşı açıq hörmətsizlik olunmuşdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 nömrəli qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Göstərilən maddənin məzmunundan göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. Sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş olsun, bununla sosial balans pozulmuş olsun və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə təqsirləndirilən şəxsin əvvəllər məhkumluğunun olmamasını, ilk dəfə olaraq böyük ictimai təhlükə törətməyən cinayət törətməsini, əməlindən peşman olmasını, zərərçəkmiş şəxslərin ona qarşı şikayət və tələblərinin olmamasını, Zərərçəkmiş şəxs2 vurulmuş ziyanı tam ödəməsini cəzanı yüngülləşdirici hallar kimi nəzərə alır. Məhkəmə, qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilən zaman CM-in 58 və 59cu maddələrinin tələbləri nəzərə alınmalıdır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində qeyd edilən cəzanı ağırlaşdıran hallar olmaması müəyyən edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin sanksiyası həddində ona cərimə cəzası təyin edilməlidir. Məhkəmə törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini, təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.1-ci maddəsində nəzərdə tutulmuş cərimə cəzası təyin olunduğu təqdirdə təmin edilə bilər və ona bu cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Məhkəmə yuxarıda qeyd olunan halları nəzərə alaraq hesab edir ki, cərimənin məbləği 1500 (bir min beş yüz) manat məbləğində müəyyən edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 353.4.12-ci maddəsinə görə, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində hökm qanuni qüvvəyə minənədək məhkumun barəsində seçilmiş qətimkan tədbirinin həlli göstərilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 175.5-ci maddəsinə əsasən müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. Qeyd edilən prosessual hüquq normalarının tələbləri baxımından məhkəmə bildirir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri onun barəsində hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1 və 197.1.4-cü maddələrinə əsasən 197.1.4. mütəxəssisə, ekspertə ödənilməli haqlar və tərcüməçiyə ödəniş haqqı kimi verilməli olan məbləğ məhkəmə məsrəflərinə aiddir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən Bu Məcəllənin 197.1.1, 197.1.2, 197.1.4, 197.1.5-1, 197.1.5-2, 197.1.6—197.1.9cu maddələrində sadalanan məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. Məhkəmə belə nəticəyə gəlir ki, iş üzrə məhkəmə məsrəfləri olan ekspertiza tədqiqatının dəyəri olan 40 (qırx) manat pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli olan əmlakı məhkəmə tərəfindən müəyyən edilməmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və 1500 (bir min beş yüz) manat miqdarında cərimə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri olan 40 (qırx) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, Hesab: AZ21NABZ********************, Müxbir hesab: AZ88NABZ********************) köçürülsün. İş üzrə mülki iddianın olmadığı nəzərə alınsın. Hökmdən elan olunduğu gündən 20 (iyirmi) gün müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Gülsüm Əliyeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar