Məhkəmə qərarları › İş №1(078)-33/2023

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Hökm — İş №1(078)-33/2023

05.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Naxçıvan şəhəri İş № 1(078)-33/2023 05.09.2023 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Məmmədov Qabil Neymət oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi, dövlət ittihamçısı Naxçıvan Мuxtar Рespublikası Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi iştirakı ilə, xx xxxx 1999-cu il təvəllüdlü, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, Goranboy rayonu, Qaramusalı kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşayan və barəsində 17 iyul 2023-cü il tarixdə başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Məhkəmə istintаq zаmаnı müəyyən edilmişdir ki, Kazımov X5 Respublikasında istintaqa məlum olmayan vaxtda qanunsuz olaraq 1 ədəd zavod üsulu ilə istehsal edilmiş, pistonu mərkəzdən alışan, 5.56*45 mm kalibrli olmaqla, həmin kalibrə malik SAR56, MPT55, Steyr AUG F88, QBZ-97, FAMAS, AK-101, AK-108, KBP A-91, Vektor R4, M16, M4A1, M249 markalı avtomatik yivli odlu silahlarda və s. uyğun kalibrli yivli odlu silahlarda istifadə edilmək üçün nəzərdə tutulmuş döyüş sursatı kimi istifadə edilən, istifadəyə yararlı patronu əldə edib saxlamaqla üzərində gəzdirərkən, yəni 19 iyun 2023-cü il tarixdə, saat 15:45 radələrində X8 Limanı vasitəsilə Naxçıvan Muxtar Respublikasından Bakı şəhərinə getmək istəyən zaman hava limanında onun əl yükləri rentgen qurğusundan keçərkən şübhəli təsvirlər olduğu üçün əl yüklərinə ümumi yoxlanış keçirilmiş və əl yüklərinə baxış həyata keçirərkən onun çantasının içərisində yuxarıda qeyd olunan patron aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 228.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Hazırki cinayət işi üzrə məhkəmənin əsaslandığı sübutlar aşağıdakılardır. Belə ki, məhkəmə baxışı iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs cinayət əməlini törətməkdə özünü təqsirli bilərək ifadəsində bildirmişdir ki, 2023-cü ilin iyun ayının əvvəllərində axşam vaxtı dostu Selim Kanıkla bir yerdə Türkiyə Respublikasının Antalya şəhərində yerləşən Məmur evləri küçəsindən keçərkən Selim yerdə 1 ədəd patron görmüş və onu çağıraraq patronu yerdən götürmüşdür. Selimdən patronu ona verməsini istəmiş və patronu Selimdən alıb əl çantasına qoymuşdur. 19 iyun 2023-cü il tarixdə X2 şəhərinə getmək üçün quru yolu ilə Türkiyə Respublikasının İğdır şəhərindən Naxçıvan Muxtar Respublikasının ərazisinə keçmişdir. Sədərək rayonunda yerləşən gömrük postundan taksi ilə X8 limanına gəlmiş, taksiyə ödəniş etməyə üzərində nağd pulu olmadığından yüklərini taksidə qoyaraq əl çantası ilə birlikdə bankomatdan pul çəkmək üçün X8 Limanına girmişdir. Hava Limanının giriş hissəsində əl çantasını rentgen qurğusuna yerləşdirmiş, özü də yoxlanışdan keçərək əl çantasını götürüb bankomatdan pul çəkməyə getmişdir. Sonra tualetə girmiş və tualetdən çıxdıqda rentgen qurğusuna nəzarət edən hava limanı işçisi onu çağırmış, çantasında patrona bənzər nəyinsə olduğunu bildirmiş, əl çantasını təkrar rentgen qurğusuna qoyaraq yoxlamışdır. Yoxlama zaman həmin müəyyən oluna bilməyən yük onun daşıdığı əl çantasının içərisində olmuşdur. Sonra həmin əl çantasına özünün iştirakı ilə baxış keçirilən zaman, çantadan 1 ədəd patron aşkar olunmuşdur. Hava limanın işçiləri ondan patronu haradan əldə etdiyini soruşduqlarında onlara patronu Türkiyə Respublikasında olarkən tapdığını və çantasına qoyduğunu bildirmişdir. Sonra müvafiq sənədlər tərtib edilmiş, sənədləri imzalamış və onu polis əməkdaşlarına təhvil vermişlər. Türkiyə Respublikasına anası və qardaşı ilə birlikdə işləmək üçün gedib gəlmişdir. Patronu Türkiyə Respublikasında çantasına qoysa da, sonradan patronun çantada olduğunu unutmuş və rentgen yoxlaması zamanı patron aşkar olunduğu zaman həmin patronun Türkiyə Respublikasında olarkən çantasına qoymasını xatırlamışdır. Etdiyi əməldən peşmandır. Ona yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, 2012-ci ildən X8 Limanına işə qəbul edilmiş və hal-hazırda mütəxəssis vəzifəsində işləyir. Hava Limanında növbəli şəkildə işləmişdir. 19 iyun 2023-cü il tarixdə, saat təxminən 15:45 radələrində X8 Limanında növbədə olan zaman hava limanının minik zalının giriş hissəsində rentgen qurğusuna qoyulan yüklərin içərisinə nəzarət edərkən yüklərin içərisində patrona oxşar şübhəli təsvir görmüş və həmin çantanın kimə məxsus olduğunu müəyyən etmək istəyən zaman çantanın sahibi çantasını da götürüb hava limanının daxilində olan bankomata tərəf getmiş, bankomatdan sonra isə tualetə girmiş, tualetdən çıxdığı zaman isə onu səsləyib yanına çağırmışdır. Həmin şəxsin Təqsirləndirilən şəxs olduğunu öyrənmiş və ona çantasında patrona bənzər əşya olduğunu deyərək çantasını yenidən rentgen qurğusunda yoxlamış, həmin patrona bənzər əşya təkrar əl çantasında göründüyündən Təqsirləndirilən şəxs çantasını açmasını tələb edib baxdıqda çantanın içərisində patron olduğunu görmüşdür. Sonra bu barədə məlumat vermiş və patron sənədləşdirilərək götürülmüşdür. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, 2016-cı ildə X8 Limanında ATX-nin agenti vəzifəsinə təyin edilmiş, həmin vəzifədə bir müddət işlədikdən sonra 2019-cu ilin may ayında həmin xidmətin növbə rəisi vəzifəsinə təyin edilmiş, hazırda həmin vəzifədə çalışmış, hava limanında növbəli şəkildə işləmişdir. 19 iyun 2023-cü il tarixdə saat təxminən 15:40 radələrində X8 Limanında növbədə olan zaman hava limanının giriş hissəsində rentgen qurğusuna nəzarət edən əməkdaş Şahid1 xidməti rabitə qurğusu ilə məlumat verərək yüklərin içində patron müəyyən etdiyini bildirmişdir. Həmin yerə yaxınlaşıdqda Şahid1 Təqsirləndirilən şəxs göstərərək əl çantasından patron aşkar etdiyini bildirmişdir. Sonra həmin patron müvafiq qaydada qablaşdırılmış, bundan sonra hava limanının polisləri hava limanına dəvət edilmiş, patron və Təqsirləndirilən şəxs hava limanının polislərinə təhvil verilmişdir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində bildirmişdir ki, 19 iyun 2023-cü il tarixdə saat təxminən 15:40 radələrində X8 Limanında xidmətdə olan zaman hava limanının təhlükəsizlik xidmətinin növbə rəisi Şahid2 ona məlumat verərək sərnişinlərdən birindən patron aşkarlandığından təhvil götürməyini istəmişdir. X10 X3 növbətçi hissəsindən zəng edərək hava limanında sərnişinlərdən birindən patron tutulduğunu və təhvil götürməklərini demişlər. Hava limanında birlikdə xidmət etdiyi post yoldaşı Şahid3la birlikdə təhlükəsizlik xidmətinə yaxınlaşıb patronu təhvil götürən zaman əl çantasından patron aşkar edilən şəxsin Gəncə şəhər sakini Təqsirləndirilən şəxs olduğunu bilmişdir. Həmin şəxsin əl çantasından aşkar edilən patron müvafiq qaydada onların da iştirakı ilə qablaşdırılmış və imzalanmışdır. Təqsirləndirilən şəxs və qablaşdırılımış zərfi təhlükəsizlik xidməti əməkdaşlarından təhvil alandan X10 X3 növbətçi hissəsinə təhvil vermişdir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid3 Şahid4 ilə eyni məzmunda ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etmişdir. İş materiallarında olan: 19 iyun 2023-cü il tarixli aktdan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs əl çantasına rentgen müayinəsi zamanı baxış keçirilmiş və çantada bir ədəd zavod üsulu ilə istehsal edilmiş, pistonu mərkəzdən alışan, 5.56*45 mm kalibrli olmaqla, həmin kalibrə malik SAR56, MPT55, Steyr AUG F88, QBZ-97, FAMAS, AK-101, AK-108, KBP A-91, Vektor R4, M16, M4A1, M249 markalı avtomatik yivli odlu silahlarda və s. uyğun kalibrli yivli odlu silahlarda istifadə edilmək üçün nəzərdə tutulmuş döyüş sursatı kimi istifadə edilən, istifadəyə yararlı patron aşkar edilərək götürülmüşdür. Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 23 iyun 2023-cü il tarixli 621 nömrəli rəyində tədqiqata təqdim olunmuş 1 ədəd zavod üsulu ilə istehsal edilmiş, pistonu mərkəzdən alışan, 5.56*45 mm kalibrli olmaqla, həmin kalibrə malik SAR56, MPT55, Steyr AUG F88, QBZ-97, FAMAS, AK-101, AK-108, KBP A-91, Vektor R4, M16, M4A1, M249 markalı avtomatik yivli odlu silahlarda və s. uyğun kalibrli yivli odlu silahlarda istifadə edilmək üçün nəzərdə tutulmuş patrondur-döyüş sursatı və istifadəyə (atəşə) yararlı olması qeyd edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.” Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən, Konstitusiyanın və qanunların pozulması, o cümlədən, Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur. İnsan Hüquqlarının və X4 haqqında Avropa Konvensiyasının 5.1-ci maddəsinə əsasən, hər kəsin azadlıq və şəxsi toxunulmazlıq hüququ vardır. İnsan Hüquqlarının və X4 haqqında Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 2.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir. 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin: 138.1-ci maddəsinə əsasən, sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. 143.1-ci maddəsinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. 144-cü maddəsinə görə, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün, şahidlərin məhkəmə iclasında verdikləri ifadələri, ekspertiza rəyi və işin digər halları ilə onun cinayət törətməsi tamamilə sübuta yetirilmişdir. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə tövsif edilməli və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsinə şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsinə əsasən, qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının 1-ci bəndində məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CMin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə əsasən, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən, azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, bu qərar hökmdə əsaslandırılmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törədən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. MəhkəməAzərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla, Təqsirləndirilən şəxs cəza təyin edərkən özünü təqsirli bilməsini Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Təqsirləndirilən şəxs törətdiyi cinayətin nəzərdə tutulduğu maddənin sanksiyasında ictimai işlər, islah işləri, azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Lakin, məhkəmə təqsirləndirilən şəxsin hərəkətlərində mövcud olan cəzanı yüngülləşdirən halların ümumi məcmusunu və onların mahiyyəti, həmçinin onun şəxsiyyəti ilə bağlı hallara qiymət verərək bu nəticəyə gəlir ki, cəzanın məqsədlərinə qismən nail olunduğunu nəzərə alaraq, onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilməklə təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmayan yüngül cəza növünü, yəni cərimə cəzasını təyin etsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62.1-ci maddəsinə görə cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. Həmin Məcəllənin 62.2-ci maddəsinə görə cəzanı yüngülləşdirən həm ayrı-ayrı hallar, həm də bu cür halların məcmusu müstəsna hal hesab edilə bilər. Azərbaycan Respublikası CPM-in 346.1- və 346.1.20-ci maddələrinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında digər məsələlərlə yanaşı həmçinin qətimkan tədbirinin ləğv edilməsi, dəyişdirilməsi və seçilməsi olub-olmadığı məhkəmə tərəfindən müzakirə edilməlidir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 17 iyul 2023-cü il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə ittiham elan edilərək təqsirləndirilən şəxs qismində cəlb edilmiş, 17 iyul 2023-cü il tarixdə barəsində “başqa yerə getməmək haqında iltizam” qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə hesab edir ki, iş üzrə istintaq zamanı Təqsirləndirilən şəxs əl çantasına rentgen müayinəsi zamanı baxış keçirilərkən və çantada bir ədəd zavod üsulu ilə istehsal edilmiş, pistonu mərkəzdən alışan, 5.56*45 mm kalibrli olmaqla, həmin kalibrə malik SAR56, MPT55, Steyr AUG F88, QBZ-97, FAMAS, AK-101, AK-108, KBP A-91, Vektor R4, M16, M4A1, M249 markalı avtomatik yivli odlu silahlarda və s. uyğun kalibrli yivli odlu silahlarda istifadə edilmək üçün nəzərdə tutulmuş döyüş sursatı kimi istifadə edilən, istifadəyə yararlı patron aşkar edilən zaman X8 Limanının video müşahidə kamerasının çəkdiyi video görüntüləri özündə əks etdirən bir ədəd DVD disk törədilmiş cinayət üzrə sübut əhəmiyyəti daşıdığından cinayət işinin materiallarında saxlanılmalıdır. Cinayət işi üzrə maddi sübut olan və hazırda məhkəmədə saxlanılan bir ədəd zavod üsulu ilə istehsal edilmiş, pistonu mərkəzdən alışan, 5.56*45 mm kalibrli olmaqla, həmin kalibrə malik SAR56, MPT55, Steyr AUG F88, QBZ-97, FAMAS, AK-101, AK-108, KBP A-91, Vektor R4, M16, M4A1, M249 markalı avtomatik yivli odlu silahlarda və s. uyğun kalibrli yivli odlu silahlarda istifadə edilmək üçün nəzərdə tutulmuş döyüş sursatı kimi istifadə edilən, istifadəyə yararlı patron hökm qanuni qüvvəsini aldıqdan sonra Naxçıvan MR Daxili işlər Nazirliyinə təhvil verilməlidir. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. İş üzrə ekspertiza xərci və mülki iddia yoxdur. Cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli olan əmlakı məhkəmə tərəfindən müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Naxçıvan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi Gəfər oğlunun məhkəmədə iştirak etdiyi 60 (altmış) iş saatına görə 360 (üç yüz altmış) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsindən Müdafiəçi köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1, 197-198, 344-349, 351-353, 358, 384-cü maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 228.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilməklə 1000 (bir min) manat cərimə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cinayət işi üzrə maddi sübut olan və hazırda məhkəmədə saxlanılan bir ədəd zavod üsulu ilə istehsal edilmiş, pistonu mərkəzdən alışan, 5.56*45 mm kalibrli olmaqla, həmin kalibrə malik SAR56, MPT55, Steyr AUG F88, QBZ-97, FAMAS, AK-101, AK-108, KBP A-91, Vektor R4, M16, M4A1, M249 markalı avtomatik yivli odlu silahlarda və s. uyğun kalibrli yivli odlu silahlarda istifadə edilmək üçün nəzərdə tutulmuş döyüş sursatı kimi istifadə edilən, istifadəyə yararlı patron hökm qanuni qüvvəsini aldıqdan sonra Naxçıvan MR Daxili işlər Nazirliyinə təhvil verilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Naxçıvan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi Gəfər oğlunun məhkəmədə iştirak etdiyi 60 (altmış) iş saatına görə 360 (üç yüz altmış) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsindən Müdafiəçi köçürülsün. İş üzrə mülki iddianın olmadığı nəzərə alınsın. Hökmdən elan olunduğu vaxtdan, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətinə Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim Qabil Məmmədov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar