Məhkəmə qərarları › İş №1(078)-33/2024

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Hökm — İş №1(078)-33/2024

17.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Naxçıvan şəhəri İş № 1(078)-33/2024 17.07.2024 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Saat 16:35 Naxçıvan Şəhər Məhkəməsinin hakimi Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Məmmədov Şahmar Fəxrəddin oğlunun katibliyi, Dövlət ittihamçısı Naxçıvan Muxtar Respublikası Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuroru kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Naxçıvan Şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1990-cı il tarixdə Culfa şəhərində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, evli, bir uşaq atası, işsiz, əvvəllər məhkum olunmayan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində xx.xx.2024-cü il tarixdə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qəsdən özgə əmlakını gizli olaraq təkrar talamaqla oğurluq etmişdir. Belə ki, o, 15 yanvar 2024-cü il tarixdə saat 00:23 radələrində baş ofisiant kimi işlədiyi "xxxx" MMC-yə məxsus ünvan 2 ünvanında yerləşən "xxxx" adlı restoranda işləyən digər işçilərin restorandan çıxdıqlarına və restoranda heç kimin olmadığına əmin olub restoranın bütün işıqlarını söndürdükdən sonra gizli olaraq restoranın içərisində kassasının yanında olan tibb qutusuna yaxınlaşaraq özündə olan açarla açıb qutunun içərisində olan 350 manat nağd pulu gizli yolla talamış və nəticədə "xxxx" MMC-yə 350 manat maddi ziyan vurmuşdur. Bundan başqa o, təkrar 16 yanvar 2024-cü il tarixdə saat 00:01 radələrində baş ofisiant kimi işlədiyi "xxxx" MMC-yə məxsus ünvan 2 ünvanında yerləşən "xxxx" adlı restoranda işləyən digər işçilərin restorandan çıxdıqlarına və restoranda heç kimin olmadığına əmin olub restoranın bütün işıqlarını söndürdükdən sonra gizli olaraq restoranın içərisindəki kassaya yaxınlaşaraq özündə olan açarla açıb kassanın içərisində olan 1112 manat nağd pulu gizli yolla talamış və "xxxx" MMC-yə 1112 manat maddi ziyan vurmuşdur. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM) 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə protokollarını və digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ifadəsində ona Azərbaycan Respublikası CM-in 177.2.2-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, Culfa rayonu, M,Əsgərov küçəsi, bina 16, mənzil 32-də qeydiyyatda olmaqla yaşayır. Ailəlidir, bir övladı var. "xxxx" restoranında baş ofisiant kimi işləmişdir. 2023-cü ilin dekabr ayının 6-sı "xxxx" restoranına ofisiant kimi işə düzəlmişdir. Onu həmin restorana ofisiant kimi bacısının əri Şahid1 düzəltmişdir. İşə düzəldikdən təxminən üç gün sonra isə onu həmin restorana ofisiantlara nəzarət edən baş ofisiant vəzifəsinə təyin etmişlər. Bacısının əri Şahid1 ilə münasibəti sıx olmamışdır. Bir-birilərini görən zaman salam-sağol eləmişlər. O, "xxxx" restoranında rəsmi şəkildə müqaviləli formada olmaqla aylıq 500 manat maaşla işləməyə başlamışdır. Onun ümumilikdə 1400 manat borcu vardı. O, baş ofisiant olduğu üçün restorandan ən son çıxmışdır. 16 yanvar 2024-cü il tarixdə yenə həmişəki qaydada bütün işçilər çıxmasını gözləmiş, bütün işçıləri yola saldıqdan sonra işıqları söndürüb kassaya yaxınlaşmış, restoranda olan kassanın və digər lazım olan yerlərin açarı onda olduğu üçün kassanı açmış və içərisindəki 891 manat pulu götürmüşdür. Bütün ofisiantlar üçün yığılan pulların olduğu Tibb qutusunu bu hadisədən bir gün öncə, yəni 15 yanvar 2024-cü il tarixdə açmış və içərisində olan 135 manat pulu da götürmüşdür. Həmçinin, kassanın içərisində depozit pulu olan 80 manatı da götürmüşdür. Bunlardan başqa heç nə götürməmiş, ümumilikdə götürdüyü 1106 manat pulu “1 xbet” tətbiqinə vuraraq mərc oyunu oynamış və pulun hamısını elə oyundaca uduzmuşdur. O, səhəri gün işə gəlməmiş və telefonu söndürmüşdür. Həmin gecəni o, köhnə ofisiant olan Nadirin evində qalmış və dostu Vadimlə söhbət edərkən polisə verildiyini öyrənmişdir. O, 17 yanvar 2024-cü il tarixdə Culfa Rayon Polis Şöbəsinin rəisi Namiq məllimə zəng vurmuş, etdiyi əməli etiraf etmiş və taksiyə oturaraq Culfa Rayon Polis Şöbəsinə getmişdir. O, şöbədə olarkən Naxçıvan Şəhər Polis İdarəsinin əməkdaşları gəlmiş və onu götürərək Naxçıvan Şəhər Polis İdarəsinə gətirmişlər. O, Naxçıvan Şəhər Polis İdarəsində olarkən onlara etdiyi əməli etiraf etmişdir. Zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi X3 qeyd etdiyi 1462 manat məbləğə yaxın pul götürüb. Həmin məbləği tam şəkildə qaytarmışdır. Törətdiyi oğurluq əməlinə görə peşmandır. Məhkəmə iclasında tərcüməçinin iştirakı ilə dindirilmiş zərərçəkmiş hüquqi şəxs "xxxx" MMC-nin nümayəndəsi Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, ünvan 3 ünvanında yaşayır. Ailəlidir, bir övladı var. Hal-hazırda "xxxx" MMC-də direktor kimi işləyir. "xxxx" MMC-yə məxsus kafe və restoranlara nəzarəti həyata keçirir. ünvan 4 ünvanında yerləşən "xxxx" restoranını o, işlədir. "xxxx" restoranı altı aydır ki, fəaliyyət göstərir. Restoranın on bir işçisi var və Şahid1 "xxxx" restoranının baş meneceri kimi işləyir. "xxxx" MMC "xxxx" MMC-yə bağlıdır, lakin ayrı-ayrılıqda fəaliyyət göstərirlər. O, Şahid1 baş menecer kimi işlədiyini deyərək hər iki MMC-də işləyə bildiyini demişdir. Təqsirləndirilən şəxs 2023-cü ilin dekabr ayından "xxxx" restoranında işə başlamış, Şahid1 Təqsirləndirilən şəxs bacısının yoldaşıdır. Samiri Rafiq işə götürmüşdür. Təqsirləndirilən şəxs bir müddət işlədikdən sonra həmin restorana baş ofisant kimi təyin edilmişdir. Təqsirləndirilən şəxs baş ofisiant kimi işlədiyindən restoranın səhər açılması və axşam bağlamasını ona həvalə edilmişdir. Restoran səhər saat 09:00-da açılıb axşam 00:00-da bağlanır. 16 yanvar 2024cü il tarixdə restoranda kassir işləyən Şahid2 baş menecer Şahid1 zəng vuraraq kassada pulun olmadığını demişdir, halbuki kassada həmin gün satışdan əldə edilən 965 manat, xırdalar üçün depozit qoyulan 80 manat və gün sonu satışı 47 manat olmaqla ümumilikdə 1112 manat pul olmalıymış. Onlar bu hadisənin oğurluq olmasından şübhələnmiş, kassanın önündə olan tibb qutusuna baxmış və tibb qutusunda olan təxminən 350 manat yaxın pulun olmadığını görmüşlər. Həmin qutu restoranda işləyən ofisiantlara aysonu bəxşiş qismində yığılaraq verilir. Onlar kassadan və tibb qutusundan oğurlanan pulları hesablamış və "xxxx" MMC-yə ümumilikdə 1462 manat maddi ziyan dəydiyini görmüşlər. Həmin vaxt Şahid1 baş ofisianta tez-tez zəng vururdu, lakin Təqsirləndirilən şəxslə əlaqə saxlamaq mümkün olmamışdı. Onlar restoranda yerləşdirilən video-müşahidə görüntülərinə baxmış və Təqsirləndirilən şəxs restoran bağlandıqdan sonra kassaya yaxınlaşaraq içərisində olan pulları götürüb restoranı tərk etdiyini müşahidə etmişlər. Həmçinin, Təqsirləndirilən şəxs bir gün əvvəl də həmin qaydada tibb qutusunu açaraq içərisindəki pulları götürüb restoranı tərk etdiyini görmüş və bu barədə Naxçıvan Şəhər Polis İdarəsinə yaxınlaşaraq ərizə ilə müraciət etmişlər. Zərərçəkmiş hüquqi şəxs "xxxx" MMC-nin direktoru Zərərçəkmiş şəxs məhkəməyə xx.xx.2024-cü il tarixli ərizə göndərərək Təqsirləndirilən şəxs "xxxx" MMC-yə vurduğu ziyanı ödədiyini və şikayət ərizəsini geri çəkdiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Culfa rayonu, M.Hüseynzadə 32/27-də qeydiyyatda olmaqla Naxçıvan Şəhər Əziz Əliyev küçəsi, D-bloku, 11-ci mərtəbədə yaşayır. Ailəlidir, iki övladı var. Hal-hazırda "xxxx" restoranında baş menecer kimi fəaliyyət göstərir. 2023-cü ilin iyun ayının 16-sı "xxxx" restoranına baş menecer kimi təyin edilib. Qaynı Təqsirləndirilən şəxs ilə münasibəti sıx olmayıb. Bir-birilərini görən zaman salam-sağol eləmişlər. Təqsirləndirilən şəxs bir uşağı var və ailəsi ilə birlikdə kirayə yaşayır. Vəziyyəti çox pis olduğu üçün ona köməklik etmək məqsədilə yanında Kucha kafe-restoranında ofisiant kimi işə götürmüş və 2023-cü ilin dekabr ayının 11-i o, işə başlamışdır. O, Təqsirləndirilən şəxs rəsmi şəkildə müqaviləli formada "xxxx" restoranının işçisi olmuşdur. İşə düzəldikdən üç gün sonra onu ofisiantlara nəzarətçi kimi xidmət göstərməsi üçün şef qarson təyin etmişdir. O, Təqsirləndirilən şəxs işində gücündə adam olduğunu və indiyə qədər hər hansı bir səhv hərəkət etdiyini görməmişdir. 16 yanvar 2024-cü il tarixdə saat 09 radələrində kassaya baxan Nuray xanım ona kassanın boş olduğunu bildirmiş, o, həmin vaxt H.Əliyev prospektində yerləşən "xxxx" Mərkəzdə olduğunu deyərək məlumat barədə müdir Zərərçəkmiş şəxs məlumat vermişdir. İdris məllimlə birgə saat təxminən 12-yə qalmış restorana gedərək kassaya baxmış və kassir Nuray xanımın dediyi kimi kassa boş olduğunu görmüşlər. O, restorandan ən son həyat yoldaşının qardaşı Samirin çıxdığına görə ilk olaraq ona zəng etmiş, lakin Samirə dəfələrlə zəng etməsinə baxmayaraq düşə bilməmişdir. O, İdris məllimlə birgə kameralara baxmış və kameralardan Təqsirləndirilən şəxs işıqları söndürüb kassaya yaxınlaşdığını və oradan olan pulları götürüb restoranı tərk etdiyini görmüşdür. Həmin günün hesabını çıxartdıqdan sonra restoranın kassasından 1400 manat pul götürüldüyün dəqiqləşdirmişlər. O, yenə tez-tez Təqsirləndirilən şəxs zəng etmiş, lakin onun nömrəsinə zəng çatmamışdır. Bir az keçdikdən sonra Təqsirləndirilən şəxs təkcə kassadakı pulları yox, işçilər üçün yığılan tibb qutusunun içində olan pulları da götürdüyü müəyyən olunmuşdur. Bu kamerada da görsənmişdir. Həm kassanın, həm də həmin tibb qutusunun açarı onda olmuşdur. Təqsirləndirilən şəxs məlumat ala bilmədikləri üçün bu barədə saat 16 radələrində polisə məlumat vermişdirlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Kəngərli rayonu Xok kəndində qeydiyyatda olmaqla yaşayır. Naxçıvan Universitetində Sosial iş fakültəsi üzrə 3-cü kursdadır. Həmçinin, ünvan 5 ünvanında yerləşən ”Kucha” restoranında 9 aya yaxındır ki, kassir kimi işləyir. 16 fevral 2024-cü il tarixdə səhər saatlarında kassir kimi o, növbədə idi. Ondan əlavə kassir olaraq Aytac xanım işləyir. Onlar növbəli şəkildə kassanı səhər açır, axşam isə bağlayırlar. Səhər kassada olan pulları götürmək üçün direktor Zərərçəkmiş şəxs gəlirdi. Təqsirləndirilən şəxs kassayla heç bir işi olmamışdır. Təqsirləndirilən şəxs işi səhər kafeni açmaq və axşam isə kafeni bağlamaqdır. 16 yanvar 2024-cü il tarixdə o, kassanı açmış və içərisinin boşolduğunu görmüş və bu barədə cəld menecer Şahid1 zəng vurub məlumat vermişdir. Təxminən bir-iki saat sonra Rafiq bəylə İdris bəy gəlib kassaya baxmış və kassanın boş olduğunu görmüşlər. O, həmin gün baş ofisiant Təqsirləndirilən şəxsda işə gəlməmiş, bu hərkəti onları şübhələndirmişdir. Rafiq bəyin tez-tez Samirə zəng vurmuş, lakin ona zəng çatmamışdır. Sonra onlar videomüşahidə kameralarına baxdıqdan sonra Təqsirləndirilən şəxs ayrı-ayrı vaxtlarda tibb qutusundan və kassadan ümumilikdə 1462 manat pul götürdüyü görmüşlər və bu barədə polisə məlumat vermişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində bildirmişdir ki, Naxçıvan Universitetində kitabxanaçılıq və informasiya fəaliyyəti fakültəsinin birinci kurs tələbəsidir. Kucha kafesinə 2023-cü ilin noyabr ayında kassir kimi işə düzəlmişdir. 16 fevral 2024-cü il tarixdə səhər saatlarında təhsili ilə əlaqədar dərsdə olanda Nuray zəng vurub kassadan oğurluq olduğunu bildirmişdi. Nuray ona Samirin tibb qutusundan və kassadan pul götürdüyünü bildirdi. Birinci Nuraya inanmamışdır. Lakin sonra gələndə polislərin orada olduğunu görmüşdür. Məhkəmə Təqsirləndirilən şəxs, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin, eyni zamanda şahidləri dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətməkdə təqsirli olması özünün etirafı ilə yanaşı şahidlərin, zərərçəkmiş şəxsin ifadələri, məhkəmə və istintaq hərəkətlərinin protokolları və aşağıda göstərilən digər sübutlarla tam sübuta yetirilmişdir. İş materiallarından aydın olur ki, həmin cinayət işi zərərçəkmiş şəxs tərəfindən daxil olan məlumat əsasında Azərbaycan Respublikası CM-in 177.2.2-ci maddəsi ilə başlanılmışdır. İstintaq zamanı iş üçün əhəmiyyətli olduğundan restoranda yerləşən kamera görüntüllərinə baxış zamanı ağ-qara fonda videoda xx.xx.2024-cü il tarixdə gecə saat 00:23:30 saniyədə Təqsirləndirilən şəxs tək olduğu, işıqları söndürdükdən sonra giriş hissəsində yerləşən kassanın önünə gəldiyi, bu zaman müşahidə kamerasının işıqlarının yandığını, orada 00:23:56 saniyəyə qədər dayanaraq tibb qutusunun içərisində olan təxminən 350 manata yaxın pulu götürdüyü və 00:23:57 saniyədə oranı tərk etdiyi və xx.xx.2024-cü il tarixdə gecə saat 00:00:40 saniyədə Təqsirləndirilən şəxs tək olduğu, işıqları söndürdükdən sonra giriş hissəsində yerləşən kassanın arxasına gəldiyi, bu zaman müşahidə kamerasının işıqlarının yandığını, orada 00:01:04-ə qədər dayanaraq özündə olan açarla kassanı açdığı və içərisində olan pulları götürdükdən sonra oranı tərk etdiyi görsənir. İstintaq zamanı iş üçün əhəmiyyətli olduğundan Təqsirləndirilən şəxs "xxxx" MMC-yə məxsus olan etimaddan istifadə etməklə gizli yolla taladığı 1462 manat pulu “1 xbet” mərc saytına yükləmək üçün istifadə etdiyi adına olan 4169 7388 2686 8626 nömrəli kapital bank kartı maddi sübut kimi tanınmış, hesabına mədaxil edilmiş məbləğlərin çıxarışı və həmin günlərə aid birbank tətbiqində olan ödənişlərin fotoşəkilləri cinayət işi materiallarına əlavə edilmişdir. İstintaq zamanı Təqsirləndirilən şəxs məhkumluğunun olub-olmamasını müəyyən etmək məqsədilə xx.xx.2024-cü il tarixdə Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyi ƏSİŞə müvafiq tələbnamə göndərilmiş və alınmış cavabda Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmadığı göstərilmişdir. İstintaq zamanı Təqsirləndirilən şəxs Y.Budaqov adına Naxçıvan MR X1 psixi və narkoloji xəstə kimi qeydiyyatda olub-olmaması ilə bağlı xx.xx.2024-cü il tarixdə sorğu verilmiş, alınmış cavab məktubunda Təqsirləndirilən şəxs psixi və narkoloji xəstə kimi dispanser qeydiyyatında olmadığı qeyd olunmuşdur. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən- hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “X2 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmək, həmin sübutları mübahisələndirmək imkanına malik olmuşdur. Təqsirləndirilən şəxsin əleyhinə olan sübutlara etiraz etmək və onları mübahisələndirmək üçün məhkəmə prosesində ona imkan yaradılmışdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Məhkəmənin qarşısında duran başlıca vəzifə - təqsirləndirilən şəxs tərəfindən törədilmiş əməlin düzgün tövsif edilməsindən ibarətdir. Bu səbəbdən də məhkəmə ittihama daxil olan cinayət əməlinin təhlil edilməsini zəruri hesab edir. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli qərarının 1ci bəndində göstərilmişdir ki, qanuna görə talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Sözügedən qərarın 2-ci bəndində göstərilmişdir ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdiyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Həmçinin qərarın 7-ci bəndində göstərilmişdir ki, təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq cinayəti bitmiş hesab edilir. Məhkəmə istintaqında obyektiv araşdırılmış mötəbər sübutlar əsasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə məxsus pul vəsaitini təkrargizli şəkildə talayaraq zərərçəkmiş şəxsə ziyan vurmaqla oğurluq cinayətini törətmişdir. Belə ki, cinayət işinin materialları və məhkəmə istintaqında araşdırılmış mötəbər sübutlar əsasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgə əmlakını gizli talama məqsədi ilə təkrar oğurluq etmişdir. Belə ki, o, 15 yanvar 2024-cü il tarixdə saat 00:23 radələrində baş ofisiant kimi işlədiyi "xxxx" MMC-yə məxsus ünvan 2 ünvanında yerləşən "xxxx" adlı restoranda işləyən digər işçilərin restorandan çıxdıqlarına və restoranda heç kimin olmadığına əmin olub restoranın bütün işıqlarını söndürdükdən sonra gizli olaraq restoranın içərisində kassasının yanında olan tibb qutusuna yaxınlaşaraq özündə olan açarla açıb qutunun içərisində olan 350 manat nağd pulu gizli yolla talamış və nəticədə "xxxx" MMC-yə 350 manat maddi ziyan vurmuşdur. Bundan başqa o, təkrar 16 yanvar 2024-cü il tarixdə saat 00:01 radələrində baş ofisiant kimi işlədiyi "xxxx" MMC-yə məxsus ünvan 2 ünvanında yerləşən "xxxx" adlı restoranda işləyən digər işçilərin restorandan çıxdıqlarına və restoranda heç kimin olmadığına əmin olub restoranın bütün işıqlarını söndürdükdən sonra gizli olaraq restoranın içərisindəki kassaya yaxınlaşaraq özündə olan açarla açıb kassanın içərisində olan 1112 manat nağd pulu gizli yolla talamış və "xxxx" MMC-yə 1112 manat maddi ziyan vurmuşdur. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək, həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsində nəzərdə tutulan cinayətin bütün əlamətləri var. Həmin cinayət hadisəsi həqiqətən baş vermiş, ona ibtidai istintaq orqanı tərəfindən düzgün hüquqi qiymət verilmiş və cinayət hadisəsi məhz Təqsirləndirilən şəxs tərəfindən törədilmişdir. Həmçinin bu cinayətin törədilməsində o, təqsirlidir. Təqsirləndirilən şəxs cinayət əməlini qəsdən törətmişdir. Onun əməli başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə az ağır cinayətlər kateqoriyasına aiddir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayəthüquqi nəticəsidir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 17 mart 2011-ci il tarixli Qərarı). “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. Sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş olsun, bununla sosial balans pozulmuş olsun və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. Azərbaycan Respublikasının CM-nin 177.1-ci maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulur. 177.2. Eyni əməllər: 177.2.1. qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə; 177.2.2. təkrar törədildikdə; 177.2.3. yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə; 177.2.3-1. elektron məlumat daşıyıcılarından, yaxud informasiya texnologiyalarından istifadə edilməklə törədildikdə; 177.2.3-2. neft kəmərlərinə, dövlət və ya ictimai əhəmiyyətli təbii qaz, rabitə, elektrik, istilik enerjisi, su, kanalizasiya, dəmir yolu xətlərinə münasibətdə törədildikdə; 177.2.4. xeyli miqdarda ziyan vurmaqla törədildikdə— 177.2.5. zərərçəkmiş şəxsin üzərindən, cibindən, çantasından və ya digər əl yükündən çıxarılmaqla törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində azyaşlı övladının olması və dəymiş ziyanın tamamilə ödəməsi məsuliyyəti yüngülləşdirən hal kimi müəyyən edilmişdir. Təqsirləndirilən şəxs əməlində məsuliyyəti ağırlaşdıran hal yoxdur. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla, daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi qanuni, əsaslı və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərinə uyğundur. Məhkəmə təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasının müddətinə gəldikdə Təqsirləndirilən şəxs 2 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini cəzanın məqsədinə uyğun hesab edir. Cinayət işinin materiallarında olan şübhəli şəxsin tutulması barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, xx.xx.2024-cü il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu iki gün müddət ona təyin edilmiş azadlığın məhdudlaşdırılması müddətindən bir gün iki gün hesabı ilə çıxılmaqla qəti olaraq 1 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsini qanuni və əsaslı hesab edir. Eyni zamanda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsində nəzərdə tutulmuş vəzifələrin yerinə yetirilməsi Təqsirləndirilən şəxs üzərinə qoyulmalı, bu cəzanın icrası onun faktiki yaşadığı yer- H.Əliyev prospekti bina 34, ev 5 ünvanı üzrə Culfa Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməli və cəzaçəkmə müddətinin əvvəli həmin orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarət altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs məxsus 4169 7388 2686 8626 nömrəli “Kapital Bank” kartı Təqsirləndirilən şəxs qaytarılmalıdır. «Azərbaycan Respublikasının CM-nin dəyişikliklər edilməsi haqqında» 07 mart 2012ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə görə məhkəmə, hər bir cinayət işi üzrə CM-nin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli olan əmlakın olub-olmaması məsələsini həll etməlidir. Azərbaycan Respublikası CM-nin 99-1.1 və 99-1.1.1-ci maddələrinə əsasən məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunan əmlak hesab olunur. Məhkəmə xüsusi müsadirə ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, iş üzrə belə bir əmlak olmadığından təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə ilə bağlı müddəa tətbiq edilməməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Naxçıvan şəhər Hüquq Məsləhətxanasının vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 50 (əlli) iş saatına görə 300 (üç yüz) manat Azərbaycan Respublikasının dövlət büdcəsi hesabından Naxçıvan şəhər Vəkil Bürosunun hesabına köçürülməlidir. Şərh olunanlara və Azərbaycan Respublikası CPM-nin 44.1, 197-198, 341-349, 351- 353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 2 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin əsasən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu iki gün müddət ona təyin edilmiş azadlığın məhdudlaşdırılması müddətindən bir gün iki gün hesabı ilə çıxılmaqla qəti olaraq 1 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarət altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini aldıqdan sonra ləğv edilsin. Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Naxçıvan Muxtar Respublikasının ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzasının icrası faktiki yaşadığı yer- ünvan 7 ünvanı üzrə Culfa Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin və cəzaçəkmə müddətinin əvvəli həmin orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs məxsus 4169 7388 2686 8626 nömrəli “Kapital Bank” kartı Təqsirləndirilən şəxs qaytarılsın. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Naxçıvan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 50 (əlli) iş saatına görə 300 (üç yüz) manat Azərbaycan Respublikasının dövlət büdcəsi hesabından Naxçıvan şəhər Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Hökmdən elan olunduğu andan 20 gün müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Gülnar Səfərəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar