Məhkəmə qərarları › İş №1(078)-34/2024

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Hökm — İş №1(078)-34/2024

27.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Naxçıvan şəhəri İş № 1(078)-34/2024 27.06.2024 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyeva Gülsüm Kamal qızının sədrliyi, X7 məhkəmə iclas katibliyi, Naxçıvan Muxtar Respublikası Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi, Təqsirləndirilən şəxs və zərərçəkmiş şəxs X2 iştirakları ilə, xx.xx.1993-cü ildə tarixdə Naxçıvan şəhərində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, işsiz, əvvəllər məhkum оlunmaqla məhkumluğu ödənilməmiş, Naxçıvan şəhəri, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində olan azadlıqdan məhrum etmə cəzasını Naxçıvan MR Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Qarışıq Rejimli Cəzaçəkmə Müəssisəsində çəkən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə, m ü ə y y ə n e t d i: Naxçıvan Şəhər Məhkəməsinin icraatına “23” aprel 2024-cü ildə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi daxil olmuşdur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cinayət işinin başlanmasına səbəb Təqsirləndirilən şəxs 12 yanvar 2024-cü il tarixdə saat 14 radələrində Naxçıvan şəhəri İ.Məmmədov küçəsində yerləşən Pirqəmiş adlanan məsciddə olarkən qəsdən tamah məqsədilə X11 məscidin girişində asılqana asdığı paltosunun cibindən bir ədəd 300 manat dəyərində qiymətləndirdiyi Redmi Note 10S markalı telefonu, həmçinin, təkrar 21 yanvar 2023-cü il tarixdə saat 18 radələrində Naxçıvan şəhəri Nizami küçəsində yerləşən Cümə məscidində olarkən qəsdən tamah məqsədilə X2 məscidin girişində asılqana asdığı isti gödəkçəsinin cibindən bir ədəd 300 manat dəyərində qiymətləndirdiyi Redmi Note 10 markalı telefonu gizli yolla talayaraq oğurlaması faktları, əsas isə həmin faktlar əsasında toplanmış materiallar olmuşdur. Cinayət işinin məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs 12 yanvar 2024-cü il tarixdə saat 13 radələrində Naxçıvan şəhəri İ.Məmmədov küçəsində yerləşən “Pirqəmiş” adlanan məsciddə olarkən qəsdən tamah məqsədilə X11 məscidin girişində asılqana asdığı paltosunun cibindən 160 manat dəyərində bir ədəd Çin istehsalı olan, Xiaomi Redmi markalı “M2101K7BNY” Note 10S model, 3571xx/xx/014539/3 İMEİ kodlu, 6,0+2,0 GB RAM, 128 GB yaddaş tutumlu, ağ rəngli, sensor dizaynlı, daxili antenalı, daxili yaddaşlı, arxa kamerasında çat və arxa gövdəsində cızıqlar olan mobil telefonu gizli olaraq talayıb oğurluq etmişdir. Bundan başqa o, təkrar 21 yanvar 2024-cü il tarixdə saat 17 radələrində Naxçıvan şəhəri Nizami küçəsində yerləşən “Cümə məscidi”ndə olarkən qəsdən tamah məqsədilə X2 məscidin girişində asılqana asdığı isti gödəkçəsinin cibindən 190 manat dəyərində bir ədəd Çin istehsalı olan, Xiaomi Redmi markalı “M2101K7AG” Note 10 model, 3563xx/xx/907164/9 və 3563xx/xx/907164/7 İMEİ kodlu, 4,0+2,0 GB RAM, 128 GB yaddaş tutumlu, yaşıl rəngli, sensor dizaynlı, daxili antenalı, daxili yaddaşlı mobil telefonu gizli olaraq talayıb oğurluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ifadəsində istintaq zamanı verdiyi ifadəni təsdiq etdiyini, həmin ifadəsinin nəzərə alınmasını istədiyini, əvvəllər Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə məhkum olunduğunu, üzərində elektron nəzarət sistemi olduğunu, törətdiyi cinayət əməlinə görə Səbail rayon məhkəməsi tərəfindən azadlığın məhdudlaşdırılması cəzası verildiyini, 2021-ci ilin payız aylarında Bakı şəhərinə getdiyini, Bakı şəhərində Nəsimi rayonun C.Məmmədquluzadə küçəsində yaşadığını, “By fateh” restoranında administrator işlədiyini, dostu Rəşidli Rəşadla birlikdə son model fotoaparat aldığını, həmin aparat özündə olan vaxtı Rəşada demədən satdığını, onun da Səbail RPİ-nin 6-cı polis bölməsinə şikayət etdiyini, bu işlə bağlı onu məhkəməyə çıxardıqlarını, məhkəmədən yayındığı üçün barəsində axtarış verildiyini, o səbəbdən tutulduğunu, 42 gün həbsdə qaldığını, həmin fotoaparatın pulunu ödədiyini, lakin cinayət məsuliyyətindən azad olunmaq üçün dövlət büdcəsinə ödənilməli olan 550 manata yaxın pulu ödəyə bilmədiyi üçün ona 2 il on bir ay 29 gün azadlığın məhdudlaşdırılması cəzası verildiyini, 2024-cü ilin yanvar ayının 5-nə kimi elektron nəzarət vasitəsinə xidmət etdiyini, üzərinə qoyulan vəzifəni icra etdiyini, lakin şəriyi Şəfəq Ağayeva ilə arasında olan pul haqq hesabına görə evinə getmədiyini, X8 Naxçıvan şəhəri Panda adlı məktəbdə rus dili fənnindən hazırlıq keçdiyini, özünün də 2 aya yaxın onun yanına rus dilini öyrənmək üçün hazırlığa getdiyini, hazırlıq keçərkən Şəfəq Ağayeva ilə arasında işgüzar münasibət yarandığını, Bakı şəhərində yerləşən “Firyus” mağazasının bölgələrdə filialları olduğundan həmin şəbəkə ilə əlaqə yaratdığını, Şəfəq xanıma “Firyus” mağazasını açmaq istədiyini dediyini, Şəfəq xanımın da onunla razılaşıb şərik olduğunu, Şəfəqin yanına hazırlığa gedəndə ona “telefon var, pulunu nağd verib alsaq, sonra da baha qiymətə sata bilərik” dediyini, Şəfəqin də nə telefonu olduğunu soruşduğunu, Şəfəqə “iphone 14 pro markalı telefon olduğunu, qiymətinin 1900 manat olduğunu, “2-sini ala bilsən, 3800 manat pul edəcək” dediyini, Şəfəqin də 3800 manat pul verdiyini, telefonları aldığını, İnstagram sosial şəbəkəsində saxta profili olduğunu, həmin profilin adını tam xatırlamadığını, həmin profillə telefonları Naxçıvan elanları səhifəsində paylaşdığını, paylaşdığı iphone 14 pro markalı telefonlardan birini 2150 manata, digər telefonu isə bir neçə gün sonra 2300 manata satdığını, birinci satdığı telefonun pulunu, yəni 2150 manat pulu Şəfəq xanıma tam ödədiyini, lakin ikinci satdığı telefondan qalan 2300 manatdan 600 manatı Şəfəqə verdiyini, qalan 1700 manatı özünə götürdüyünü, 1700 manatı isə öz xərclərinə ödədiyini, Şəfəqə də heç nə demədiyini, ondan sonra Şəfəqlə “Firyus” mağazasını açdığını, Şəfəqin həmin mağazanı açmaq üçün 2950 manat pul göndərib mal aldığını, təkrar 2000 manata yaxın əlavə mal vurduğunu, üçüncü dəfə özü Bakıda olanda mal vursa da, xəbəri olmadığını, mağazanın satcısının Aygün olduğunu, karqodan malı özünün götürdüyünü, alıcılarla özü danışdığını, “Firyus” mağazası ilə bağlı İnstagram, tiktok sosial şəbəkələrində səhifələr açdığını, həm Aygünün, həm də özünün həmin səhifələri işlətdiyini, “Firyus” mağazasının ***-***-**-** mobil nömrəsinin whatsappını özünün işlətdiyini, nömrəni isə satıcı Aygünün işlətdiyini, müştərilərlə whatsappda özünün yazışdığını, danışdığını, 2023-cü ilin dekabr ayının 28-dən sonra Şəfəqin Bakı şəhərindən Naxçıvana qayıtdığını və ona “səninlə ayrılmaq istəyirəm, ortaya pul qoymursan, güc mənə düşür, sən də heç nə etmirsən” dediyini, onun da dükanı sayıb malı təhvil verdiyini, həmin gündən sonra dükandan ayrıldığını, dükanda işləyən zaman bir neçə müştəriyə Bakıdan mal sifariş etdiyini, həmin malların da əvvəlcədən pullarını aldığını, həmin pulları bir-bir qaytardığını, öz hesabına görə, Şəfəqə 1500 ABŞ dolları və əlavə 100 manat pul verməli olduğunu, ancaq indiyədək verə bilmədiyini, Şəfəqə “1500 ABŞ dollarını 2024-cü ilin yanvar ayının 5-də qaytaracam” dediyini, borclarını ödəyə bilmədiyi üçün öz evinə getmədiyini, evə getməməyi barədə Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinə məlumat vermədiyini, üzərində olan elektron nəzarət vasitəsinin adapteri evdə qaldığından elektron nəzarət vasitəsinin söndüyünü, evə getmədiyi üçün Naxçıvan şəhərində əlavə qalmağa yeri olmadığını, özünün də Avtovağzal oteldə qalmaq üçün öz şəxsi istifadəsində olan Redmi Note 12 markalı mobil telefonu 160 manata satdığını, əlavə olaraq qol saatını satdığını, Avtovağzal oteldə 2 gün qaldığını, Naxçıvan şəhəri Tumbul kəndində yerləşən Atlas oteldə 3 gün qaldığını, pulu qurtardığı üçün Naxçıvan şəhərində gəzib vaxtını keçirdiyini, hava soyuq olduğu üçün çöldə qala bilmədiyini, 12 yanvar 2024-cü il tarixdə cümə günü Naxçıvan şəhəri Pirqəmiş məscidin getdiyini, məsciddə namaz qıldığını, məsciddən çıxanda asılqanda olan paltolarının birindən telefon səsi gəldiyini, asılqana yaxınlaşıb, səs gələn paltonun cibindən telefonu gizli olaraq götürüb cibinə qoyub məsciddən çıxdığını, yolda gedərkən götürdüyü telefona baxdığını, telefonun markasının Redmi Note 10S markalı telefon olduğunu, onun üstündə naxtel sim kartı olduğunu, kabrosunun arxasında bir ədəd rus sim kartı olduğunu, kabro ilə sim kartları yerə atdığını, Naxçıvan şəhərində telefon dükanlarının birinə getdiyini, Orxan ilə danışıb “telefon özümündür, satıram” dediyini, Orxanın ondan şəxsiyyət vəsiqəsinin surətini istədiyini, şəxsiyyət vəsiqəsinin surətini verib telefonu 100 manata satdığını, Atlas otelə gedib, günü 30 manata orada qaldığını, pulu qurtardığı üçün 21 yanvar 2024-cü il tarixdə saat 17 radələrində təkrar məscidə getmək qərarına gəldiyini, bu dəfə Naxçıvan şəhər məscidinə, cümə məscidinə getdiyini, girib məsciddə namaz qıldığını, əvvəl etdiyi kimi, təkrar Naxçıvan şəhər məscidindən çıxanda qış geyimlərinin asıldığı asılqana yaxınlaşaraq asılqandan öz isti gödəkçəsini götürəndə, orada olan qara rəngli isti gödəkçənin içərisindən bir ədəd Redmi Note 10 markalı mobil telefonu gizli olaraq götürüb getdiyini, təkrar yolda gedə-gedə telefonun üstündəki iki sim kartını çıxarıb atdığını, təkrar Orxanın yanına getdiyini, Orxanı 2016-cı ildən tanıdığını, Nəqşicahan restoranında işləyən dostları vasitəsilə tanış olduğunu, o vaxtdan onu tanıdığını, Orxana təkrar 100 manata telefonu satdığını, təkrar Atlas otelə qayıtdığını, oteldə otağa keçəndə polis əməkdaşlarının gəlib onu saxlayıb Naxçıvan ŞPİ-nə apardıqlarını, qalmağa yeri olmadığı üçün oteldə pulu verib qalmaq məqsədilə telefonları satıb otelin pulunu verdiyini, elektron nəzarət vasitəsinin nəzarətindən kənar qaldığını müddətdə iki ədəd telefon oğurladığını, başqa da heç bir cinayət etmədiyini, telefonun sahibləri tanımadığını, törətdiyi əmələ görə peşman olduğunu bildirərək göstərdiklərini nəzərə alaraq onun barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş X4 ifadəsində Zümrüd kafedə ofisant işlədiyini, 21 yanvar 2024-cü il tarixdə saat 17:00-da Zümrüd kafedən çıxıb Naxçıvan şəhəri Nizami küçəsində yerləşən Cümə məscidinə getdiyini, namaz qılmaq üçün içəri daxil olduğunu, içəri daxil olanda üzərində olan isti gödəkçəsini çıxarıb girişdəki asılqana asdığını, həmin vaxt özünün istifadəsində olan Redmi Note 10 markalı mobil telefonun isti gödəkçəsinin sol yan cibində olduğunu, özünün də keçib içəridə namaz qıldığını, namazı bitirib, dua etdiyini, namazı bitirəndə 6-nın yarısı olduğunu, qapıya tərəf getdiyini, əlini atıb qara rəngli isti gödəkçəsini götürüb geyindiyini, əlini yan cibinə atıb telefonu götürmək istəyəndə telefonunun cibində olmadığını gördüyünü, Cümə məscidinin mühafizəçisinə yaxınlaşdığını, ona telefonunun cibindən götürüldüyünü dediyini, mühafizəçinin telefonu ilə 102-yə zəng vurub məlumat verdiyini, idarəyə gedib ərizə yazdığını, Redmi Note 10 markalı mobil telefonunu 2 il bundan qabaq 700 manat aldığını, təzə telefon olduğunu, o vaxtdan istifadə etdiyini, telefonun arxasının yaşıl rəngli olduğunu, həmin telefonun üstündə istifadə etdiyi ***-***-**-** mobil nömrəsi olduğunu, telefonu oğurlanandan sonra ***-***-**-** mobil nömrənin dublikartını çıxartdığını, Təqsirləndirilən şəxs qarşı şikayət və tələbi olmadığını, onu bağışladığını, ona vurulmuş zərərin ödənildiyini, hər insanın səhv edə biləcəyini, onun həbs olunmasının istəmədiyini bildirərək qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Zərərçəkmiş şəxs X19 xx.xx.2024-cü il tarixdə məhkəməyə teleqram göndərərək Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş zərərin ödənildiyini, ona qarşı şikayət və tələbi olmadığını, gələcəkdə də olmayacağını, maddi imkanı ilə əlaqədər məhkəmə iclasında iştirak edə bilməyəcəyini, istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bütün məhkəmə iclaslarının onun iştirakı olmadan keçrilməsini və qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İbtidai istintaq zamanı dindirilmiş və məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş zərərçəkmiş şəxs X19 ifadəsində Təqsirləndirilən şəxs tanımadığını, onunla arasında ədavət, düşmənçilik və qohumçuluq münasibəti olmadığını, 12 yanvar 2024-cü il tarixdə saat 13 radələrində Naxçıvan şəhəri Pirqəmiş məscidinə namaz qılmaq üçün getdiyini, namaz qılmaq üçün içəri daxil olduğunu, içəri daxil olanda üzərində olan paltonu çıxarıb girişdəki asılqana asdığını, həmin vaxt özünün istifadəsində olan Redmi Note 10S markalı mobil telefonun paltonun cibində olduğunu, keçib içəridə namaz qıldığını, namazı bitirib, dua etdiyini, orada olan axundla söhbət etdiyini, sağollaşıb qapıya tərəf gəldiyini, əlini atıb paltonu götürüb geyindiyini, əli ilə telefonunu götürmək istəyəndə telefonunun cibində olmadığını gördüyünü, özünün də narahat olub Naxçıvan ŞPİ-nə gəlib telefonunun oğurlanması ilə bağlı müraciət etdiyini, Redmi Note 10S markalı mobil telefonunu 600 manata aldığını, özünün istifadə etdiyini, telefonunun hal-hazırda qiymətinin 300 manat olduğunu, özünə 300 manat maddi ziyan dəydiyini, telefonunun arxasının ağ rəngli olduğunu, həmin telefonun üstündə istifadə etdiyi rus mobil nömrə olduğunu, bir sim kartı olduğunu, rus sim kartını çıxarıb kabronun altına qoyduğunu, telefonun üstündə ***-***-**-** mobil nömrəsi olduğunu bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X20 ifadəsində Təqsirləndirilən şəxs mağazadan tanıdığını, gəlib-gedən müştəri kimi tanıdığını, 12 yanvar 2024-cü il tarixdə həmişə olduğu kimi mağazada olarkən Təqsirləndirilən şəxs mağazaya gəlib salamlaşdığını, Elvinin də “mən burada deyildim, Moskovadan təzə gəlmişəm” dediyini, oturub söhbət etdiyini, həmin vaxt Elvinin bir ədəd çanta asdığını, Elvinin “telefonumu satmaq istəyirəm” dediyini, Elvindən “telefonun markası nədir” deyə soruşduğunu, telefonu göstərib “Note 10S markalı mobil telefondur” dediyini, Elvindən “neçəyə satırsan, həmin telefon qeydiyyatlıdır, ya yox” deyə soruşduğunu, Elvinin də “telefon qeydiyyatsızdır, Rusyadan gəldiyi üçün qeydiyyat elətdirməmişəm” dediyini, özünün də telefonu alıb baxdığını, həmin telefonun arxa kamerasında və arxa hissəsində çatı olduğunu, ağ rəngli olduğunu, həmin telefonu 100 manat qiymətləndirdiyini, Elvinin də “130 manata satıram” dediyini, onun da “qeydiyyatsızdır, ona görə həmin telefonu 100 manata ala bilərəm” dediyini, Elvinə “sənəd ver” dediyini, Elvinin də “telefonumda şəxsiyyət vəsiqəmin şəkli var” dediyini, onun da “göndər mənə” dediyini, onun da şəxsiyyət vəsiqəsinin şəklini bluetooth ilə öz istifadəsində olan telefona göndərdiyini, Təqsirləndirilən şəxs şəxsiyyət vəsiqəsinin surətini printerdə çıxardığını, həmin kağıza telefonun İMEİ kodunu yazdığını, Elvinin telefonu 100 manata satdığını, özünün ona 100 manat verdiyini, Elvinin çıxıb getdiyini, 21 yanvar 2024-cü il tarixdə Elvinin təkrar telefon mağazasına gəldiyini, özünün də onunla salamlaşdığını, nə yaxşı gəldiyini soruşduğunu, Elvinin də “aldığım telefon youtube proqramına girmir, istifadə etməkdə çətinlik çəkirəm” dediyini, özü də “youtube proqramından başım çıxmır” dediyini, Elvin də “gedib görüm, proqramist olsa, köməklik etsinlər” deyib getdiyini, yarımsaat sonra Elvinin təkrar mağazaya qayıdaraq “youtube proqramını düzəltdirdim, bu telefonu da satıram, iş yerinindir, satıb başqa telefon alacam” dediyini, Elvindən telefonun qeydiyyatlı olduğunu soruşduğunu, Elvinin də “telefon qeydiyyatsızdır, A telekomdan alınıb, o vaxtdan Naxtel nömrə ilə işləyir” dediyini, telefona baxdığını, həmin telefonun Note 10 markalı yaşıl rəngli olduğunu, Elvinə “100 manata alacam” dediyini, Elvinin də “birinci satdığım telefonu da 100 manata almısınız” dediyini, Elvin telefonu satıb özündən 100 manat aldığını, Elvinin şəxsiyyət vəsiqəsinin surətini təkrar kompüterdə çıxardığını, həmin surətə telefonun markasını və imei kodunu yazdığını, Elvinin də 100 manatı alıb getdiyini, özünün də mağazadan çıxıb evə gedəndə whatsappa baxanda Təqsirləndirilən şəxs şəkilini paylaşdığını gördüyünü, bununla bağlı polisə məlumat verdiyini, Təqsirləndirilən şəxs telefon satmaq üçün yanına iki dəfə gəldiyini, iki telefon satdığını, telefonun birini 100 manatdan satdığını, telefonların oğurluq olduğunu bilmədiyini, Elvinin də ona bu barədə heç nə demədiyini bildirmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, istintaq hərəkətlərinin protokollarını da sübut növləri kimi qəbul edir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 23 yanvar 2024-cü il tarixli cinayət işinin başlaması və icraata qəbul edilməsi haqqında qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM- nin 177.2.2-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmış və icraata qəbul edilmişdir. (cild İ, iş vərəq 1) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 12 yanvar 2024-cü il tarixli ərizədən görünür ki, X19 ərizə ilə Naxçıvan Şəhər Polis İdarəsinə müraciət edərək bu gün, xx.xx.2024-cü il tarixdə Naxçıvan şəhərində yerləşən Pirqəmiş məscidinə getdiyini, üzərində isti olduğu üçün paltosunu asılqana asdığını, paltosunun cibindəki Redmii markalı ağ rəngli mobil telefonun oğurlandığını, hadisənin 13:00-14:30 aralığında baş verdiyini, telefonun qiymətinin 300 manat dəyərində olduğunu, oğurluq nəticəsində ona 300 manat ziyan dəydiyini bildirərək qanuni tədbir görülməsini xahiş etmişdir. (cild İ, iş vərəq 6) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 21 yanvar 2024-cü il tarixli ərizədən görünür ki, X4 ərizə ilə Naxçıvan Şəhər Polis İdarəsinə müraciət edərək xx.xx.2024cü il tarixdə 17:00 radələrində Cümə məscidinə namaz qılmağa getdiyini, məscidə girərkən təqribən dəyəri 300 mnat olan Redmi not 10 markalı telefonun kurtkasının cibinə qoyaraq məscidin girişindəki veşilkaya asdığını, saat təqribən 17:45-də məsciddən çıxarkən telefonunun kurtkasının cibində olmadığını ancaq kurtkasının yerində olduğunu gördüyünü bununla bağlı tədbir görülməsini xahiş etmişdir. (cild İ, iş vərəq 14) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 22 yanvar 2024-cü il tarixli təqdim edilmiş telefonların qəbul edilməsi və həmin telefonlara baxış keçirilməsi haqqında protokoldan görünür ki, baxış zamanı Təqsirləndirilən şəxs 12 yanvar 2024-cü il tarixdə satdığı telefonun Xiaomi Redmi markalı M2101K7BNY Note 10S model olduğu, arxasının ağ rəngli olduğu, sensor dizaynlı, daxili antenalı və 128 GB yaddaşlı olduğu, həmin telefonun arxa kamerasında çat olduğu, həmçinin arxasında cızıqlar olduğunun müşahidə edilmiş, həmin telefonun satışı ilə bağlı şəxsiyyət vəsiqəsinin surətinin olduğu kağıza baxış keçirilmiş və həmin şəxsiyyət vəsiqəsinin surətinin Təqsirləndirilən şəxs məxsus olduğu, həmin sənəddə xx.xx.2024-cü il tarix yazıldığı, imei kod qeyd edildiyi, telefonun markasının yazıldığı, X12 həmin qeydiyyatı özünun apardığını və Təqsirləndirilən şəxs həmin telefonu özünə 100 manata satdığını bildirmiş, digər telefona baxış zamanı Təqsirləndirilən şəxs 21 yanvar 2024cü il tarixdə satdığı telefon Xiaomi Redmi markalı M2101K7AG Note 10 model olduğu, arxasının yaşıl rəngli olduğu, sensor dizaynlı, daxili antenalı və 128 GB yaddaşlı olduğu, həmin telefonun üzərində hər hansı zədə aşkar olunmadığı müəyyən edilmiş, həmin telefonun satışı ilə bağlı şəxsiyyət vəsiqəsinin surətinin olduğu kağıza baxış keçirilmiş və həmin şəxsiyyət vəsiqəsinin surətinin Təqsirləndirilən şəxs məxsus olduğu, həmin sənəddə xx.xx.2024-cü il tarix yazıldığı, imei kod qeyd edildiyi, telefonun markası və yaddaşının yazıldığı, X12 həmin qeydiyyatı özünun apardığını və Təqsirləndirilən şəxs həmin telefonu özünə 100 manata satdığını bildirmişdir. (cild İ, iş vərəq 23-24) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 23 yanvar 2024-cü il tarixli şübhəli şəxs qismində tutma haqqında qərardan görünür ki, həmin tarixdə vətəndaş Təqsirləndirilən şəxs, Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli bilindiyi üçün, o, şübhəli şəxs qismində tutulmuşdur. (cild İ, iş vərəq 30-31) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 23 yanvar 2024-cü il tarixli müdafiəçi dəvət edilməsi haqqında qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etmək üçün Naxçıvan Şəhər Vəkil Bürosunda fəaliyyət göstərən vəkil Müdafiəçi qismində dəvət edilmişdir. (cild İ, iş vərəq 37) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 23 yanvar 2024-cü il tarixli məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin etmək haqqında qərardan görünür ki, material üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş və ekspertizanın aparılması Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə tapşırılmışdır. (cild İ, iş vərəq 55-56) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 24 yanvar 2024-cü il tarixli zərər çəkmiş şəxs qismində tanınma haqqında qərardan görünür ki, həmin tarixdə ********* cinayət işi üzrə Rusiya Federasiya Respublikasının vətəndaşı X19 zərər çəkmiş şəxs qismində tanınmışdır. (cild İ, iş vərəq 57) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 24 yanvar 2024-cü il tarixli əşyanın tanınmasının aparılması haqqında protokoldan görünür ki, X16 məxsus, Təqsirləndirilən şəxs tərəfindən oğurlanmış və istintaq zamanı aşkar olunmuş bir ədəd Redmi Note 10S markalı mobil telefonun tanınması aparılmış, tanınmalı olan mobil telefon digər ona oxşar mobil telefonlarla birlikdə nömrələnərək ardıcıl sıra ilə zərərçəkmiş şəxs X16 təqdim edilmiş, istintaq hərəkəti keçirilərkən X19 ona təqdim edilən 3 ədəd ardıcıl olaraq sıralanmış mobil telefonlardan 2-cini göstərib, həmin göstərdiyi mobil telefon özünə məxsus olduğunu, oğurlanan telefonunun ağ rəngli olduğunu, arxa kamerasında çatı olduğunu, həmin mobil telefonun bir sim kart yeri olduğunu, qeydiyyatsız telefon olduğunu bildirmiş, istintaq zamanı X19 bir ədəd Çin istehsalı olan, Xiaomi Redmi markalı “M2101K7BNY” Note 10S model, 3571xx/xx/014539/3 İMEİ kodlu, 6,0+2,0 GB RAM, 128 GB yaddaş tutumlu, ağ rəngli, sensor dizaynlı, daxili antenalı, daxili yaddaşlı, arxa kamerasmda çat və arxa gövdəsində cızıqlar olan mobil telefonu seçmiş, həmin telefon həqiqətən də Təqsirləndirilən şəxs tərəfindən oğurlanmış və 100 manata X1. (cild İ, iş vərəq 68-69) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 24 yanvar 2024-cü il tarixli zərər çəkmiş şəxs qismində tanınma haqqında qərardan görünür ki, həmin tarixdə ********* cinayət işi üzrə X4 zərər çəkmiş şəxs qismində tanınmışdır. (cild İ, iş vərəq 72) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 24 yanvar 2024-cü il tarixli əşyanın tanınmasının aparılması haqqında protokoldan görünür ki, X3 məxsus, Təqsirləndirilən şəxs tərəfindən oğurlanmış və istintaq zamanı aşkar olunmuş bir ədəd Redmi Note 10 markalı mobil telefonun tanınması aparılmış, tanınmalı olan mobil telefon digər ona oxşar mobil telefonlarla birlikdə nömrələnərək ardıcıl sıra ilə zərərçəkmiş şəxs X3 təqdim edilmiş, istintaq hərəkəti keçirilərkən X4 ona təqdim edilən 3 ədəd ardıcıl olaraq sıralanmış mobil telefonlardan 3-cünü göstərib, həmin göstərdiyi mobil telefon özünə məxsus olduğunu, oğurlanan telefonunun yaşıl rəngli olduğunu, həmin mobil telefonun iki sim kart yeri olduğunu bildirmiş, istintaq zamanı X4 bir ədəd Çin istehsalı olan, Xiaomi Redmi markalı “M2101K7AG” Note 10 model, 3563xx/xx/907164/9 İMEİ kodlu, 4,0+2,0 GB RAM, 128 GB yaddaş tutumlu, yaşıl rəngli, sensor dizaynlı, daxili antenalı, daxili yaddaşlı mobil telefonu seçmiş, həmin telefon həqiqətən də Təqsirləndirilən şəxs tərəfindən oğurlanmış və 100 manata X1. (cild İ, iş vərəq 80-81) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 25 yanvar 2024-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ittiham elan edilmişdir. (cild İ, iş vərəq 84-85) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Bakı şəhəri Səbail rayon Məhkəməsinin 06 mart 2023-cü il tarixli, 1(009)-67/2023 nömrəli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinmiş və o 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Bakı şəhər Nərimanov Rayon Məhkəməsinin 1(005)-119/2022 saylı, 05 dekabr 2022-ci il tarixli hökmü ilə təyin edilmiş 02 (iki) il 03 (üç) ay 10 (on) gün azadlığın məhdudlaşdırılması cəzasının hazırki hökmlə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzası ilə qismən toplamaqla ona 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs 25 mart 2022-ci il tarixdən 26 mart 2022-ci il tarixədək həbsdə saxlanıldığı 01 (bir) gün müddət azadlığın məhdudlaşdırılması cəzasının 02 (iki) gününə bərabər hesablanmaqla ona təyin edilmiş cəzadan çıxılmış və üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılmış, Təqsirləndirilən şəxs üzərinə Naxçıvan Muxtar Respublikasının Naxçıvan şəhərinin ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək və elektron nəzarət vasitəsini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulmuşdur. (cild İ, iş vərəq 100-102) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 05 dekabr 2022-ci il tarixli, 1(005)-119/2022 nömrəli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinmiş və ona 2 (iki) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş, Təqsirləndirilən şəxs məhkəməyədək icraat və məhkəmə baxışı zamanı həbsdə saxlanıldığı 1 (bir) ay 10 (on) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından bir gün azadlıqdan məhrumetmənin iki gün azadlığın məhdudlaşdırılmasına bərabər olmaq hesabı ilə (02 ay 20 gün) çıxılmış və üzərində qəti olaraq 2 (iki) il 3 (üç) ay 10 (on) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmış, azadlığın məhdudlaşdırılması növündə cəzanın icrasının müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanması və Təqsirləndirilən şəxs üzərinə Naxçıvan şəhərinin hüdudlarını tərk etməmək, axşam saat 23:00-dan səhər saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərar, olmadan yaşayış yerini dəyişdirməmək vəzifəsi qoyulmuşdur. (cild İ, iş vərəq 103-106) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Naxçıvan Şəhər Məhkəməsinin 25 yanvar 2024-cü il tarixli, 4(078)-5/2024 nömrəli qərarından görünür ki, Naxçıvan Şəhər Polis İdarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə istintaq olunan ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə Naxçıvan Şəhər Polis İdarəsinin İstintaq və Təhqiqat Şöbəsinin müstəntiqi, polis kapitanı X18 vəsatəti rədd edilmişdir. (cild İ, iş vərəq 120-127) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 25 yanvar 2024-cü il tarixli polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, həmin tarixdə ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altma vermə qətimkan tədbiri seçilmişdir. (cild İ, iş vərəq 128-130) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Y.Budaqov adına Naxçıvan MR X10 tərəfindən verilmiş 26 yanvar 2024-cü il tarixli, 126 saylı məktubdan görünür ki, Naxçıvan şəhəri, ünvan 3 ünvanda qeydiyyatda olan xx.xx.1993-cü il təvəllüdlü Təqsirləndirilən şəxs dispanserdə psixi və narkoloji xəstə kimi dispanser qeydiyyatda dayanmır. (cild İ, iş vərəq 134) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin 30 yanvar 2024-cü il tarixli 3-13-43/2-1320/2024 nömrəli məktubu ilə göndərilmiş tələbnamədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətdiyinə görə Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 05 dekabr 2022-ci il tarixli, 1(005)-119/2022 nömrəli hökmü ilə barəsində 2 (iki) il 6 (altı) ay müddətində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edildiyi, Təqsirləndirilən şəxs 1 (bir) ay 10 (on) gün müddətinə həbsdə saxlanıldığı nəzərə alınıb 1 gün 2 gün hesablanıb çıxılmaqla qəti olaraq 2 (iki) il 3 (üç) ay 10 (on) gün müddətində azadlığın məhdudlaşdırılması cəzası saxlanılması, Bakı şəhəri Səbail rayon Məhkəməsinin 06 mart 2023-cü il tarixli, 1(009)-67/2023 nömrəli Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətdiyinə görə qəti olaraq 02 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətində azadlığın məhdudlaşdırılması cəzasının təyin edildiyi göstərilmişdir. (cild İ, iş vərəq 142-143) İş üçün əhəmiyyətli olduğundan məscidin müşahidə kamerası vasitəsilə qeydə alınmış videogörüntülərin köçürüldüyü DVD-yə Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə məhkəmə istintaqı zamanı baxış keçirilmiş və baxış zamanı müəyyən edilmişdir ki, xx.xx.2024-cü il tarixdə saat 17:15:09 saniyədən başlayaraq saat 17:27:16 saniyədək video-görüntü var. Görüntülərə baxış zamanı bir neçə şəxs ibadət edib namaz qılarkən bir nəfərin kənardan hərəkət edib paltar asılan yerə yaxınlaşdığı və bir əşya götürüb çıxdığı müşahidə edilir. Təqsirləndirilən şəxs müdafiəçinin iştirakı ilə video-görüntüləri izlədikdən sonra görüntülərdə əks olunan şəxsin özü olduğunu, oteldə qalmaq üçün pulu olmadığından telefonu oğurlayıb satmaq istədiyini, o səbəbdən telefonu gizlincə götürüb apardığını bildirmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilən Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 09 fevral 2024-cü il tarixli 102 saylı ekspert rəyində ekspertiza tədqiqatına təqdim edilmiş mobil telefonların satış üçün komplektləşdirilməsinə daxil edilən aksesuarların olmamasını və istifadədə olmasını nəzərə alaraq 2024-cü ilin yanvar ayına olan orta bazar qiymətinin təxminən 350,00 manat müəyyən edildiyi, o cümlədən: 01 ədəd Çin istehsalı olan, “Xiaomi Redmi” markalı, “M2101K7BNY” (Note 10S) model, 3571xx/xx/014539/3 İMEİ kodlu, 6,0+2.0 GB Ram, 128 GB yaddaş tutumlu, ağ rəngli, sensor dizaynlı, daxili antenalı, daxili yaddaşlı, arxa kamerasında çat və arxa gövdəsində cızıqlar olan mobil telefon - 160,0 manat və 01 ədəd Çin istehsalı olan, “Xiaomi Redmi” markalı, “M2101K7AG” (Note 10), 3563xx/xx/907164/9 və 3563xx/xx/907164/7 İMEİ kodlu, 4,0+2,0 GB Ram,128 GB yaddaş tutumlu, yaşıl rəngli, sensor dizaynlı, daxili antenalı, daxili yaddaşlı mobil telefon - 190,0 manat olduğu göstərilmişdir. (cild İ, iş vərəq 174-175) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 15 fevral 2024-cü il tarixli təqsirləndirilən şəxsə yenidən ittiham elan etmək haqqında qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsi ilə yeni məzmunda ittiham elan edilmişdir. (cild İ, iş vərəq 179-180) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Naxçıvan Şəhər Məhkəməsinin 16 fevral 2024-cü il tarixli, 7(078)-3/2024 nömrəli qərarından görünür ki, Naxçıvan Şəhər icra və Probasiya şöbəsinin icra məmuru X25 tərəfindən verilmiş təqdimatın təmin edilməsi, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 1 (009)-67/2023 nömrəli, 06 mart 2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 2 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs cəzasının çəkilməmiş qalan hissəsi azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilməsi, Təqsirləndirilən şəxs 1 (bir) il 24 (iyirmi dörd) gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsi, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəlinin 16 fevral 2024-cü il tarixdən hesablanması qərara alınmışdır. (cild İ, iş vərəq 194-198) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 27 fevral 2024-cü il tarixli ərizədən görünür ki, X4 ərizə ilə Naxçıvan Şəhər Polis İdarəsinə müraciət edərək cinayət işi üzrə maddi sübut kimi tanınmış və Təqsirləndirilən şəxs tərəfindən oğurlanmış Redmi note 10 markalı, 128 gb yaddaş tutumlu telefonun ona qaytarılmasına köməklik göstərilməsini xahiş etmişdir. (cild İ, iş vərəq 192) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 09 mart 2024-cü il tarixli telefonun təhvil verilməsi haqqında aktdan görünür ki, Naxçıvan Şəhər Polis İdarəsinin İstintaq və təhqiqat şöbəsinin müstəntiqi polis kapitanı X23 tərəfindən 1 ədəd, işlək, X33 10 markalı, yaşıl rəngli telefon X3 təhvil verilmişdir. (cild İ, iş vərəq 209) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 11 mart 2024-cü il tarixli ərizədən görünür ki, X19 ərizə ilə Naxçıvan Şəhər Polis İdarəsinə müraciət edərək ona məxsus Redmi Note 10S markalı mobil telefon Təqsirləndirilən şəxs tərəfindən oğurlandıqdan sonra telefonsuz qaldığını, buna görə gündəlik olaraq telefondan istifadə etməli olduğunu, telefonun ona qaytarılmasına köməklik göstərilməsini xahiş etmişdir. (cild İ, iş vərəq 211) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 11 mart 2024-cü il tarixli telefonun təhvil verilməsi haqqında aktdan görünür ki, Naxçıvan Şəhər Polis İdarəsinin İstintaq və təhqiqat şöbəsinin müstəntiqi polis kapitanı X23 tərəfindən 1 ədəd, işlək, X33 10S markalı, ağ rəngli telefon X16 təhvil verilmişdir. (cild İ, iş vərəq 212) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 10 aprel 2024-cü il tarixli əşyanın maddi sübut hesab edilməsi haqqında qərardan görünür ki, bir ədəd Çin istehsalı olan, Xiaomi Redmi markalı “M2101K7BNY” Note 10S model, 3571xx/xx/014539/3 İMEİ kodlu, 6,0+2,0 GB RAM, 128 GB yaddaş tutumlu, ağ rəngli, sensor dizaynlı, daxili antenalı, daxili yaddaşlı, arxa kamerasında çat və arxa gövdəsində cızıqlar olan mobil telefon, bir ədəd Çin istehsalı olan, Xiaomi Redmi markalı “M2101K7AG” Note 10 model, 3563xx/xx/907164/9 və 3563xx/xx/907164/7 İMEİ kodlu, 4,0+2,0 GB RAM, 128 GB yaddaş tutumlu, yaşıl rəngli, sensor dizaynlı, daxili antenalı, daxili yaddaşlı mobil telefon və telefonları satışı zamanı X20 tərəfindən üzərində qeydiyyat aparılan iki ədəd Təqsirləndirilən şəxs məxsus şəxsiyyət vəsiqələrinin surəti cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən olunmasına köməklik etdiyindən cinayət işi üzrə maddi sübut hesab edilmişdir. (cild İ, iş vərəq 223-224) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilən Naxçıvan Şəhər İcra Hakimiyyəti 6 saylı Mənzil-İstismar İdarəsi tərəfindən verilmiş 22 aprel 2024-cü il tarixli, 01/0414 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Naxçıvan şəhəri, ünvan 1 ünvanında qeydiyyatdadır. (cild İ, iş vərəq 226) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilən Naxçıvan Şəhər İcra Hakimiyyəti 6 saylı Mənzil-İstismar İdarəsi tərəfindən verilmiş 22 aprel 2024-cü il tarixli, 01/0413 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs ailə üzvləri atası X13, anası X9 və qardaşı X14r. (cild İ, iş vərəq 227) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilən Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısının 4 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədə Təqsirləndirilən şəxs ünvan 5 ünvanında yaşadığı müddətdə özünün nizam intizamına görə məhəllə sakinləri və qonşular arasında hörmət qazandığı, icra nümayəndəliyi tərəfindən müsbət xarakterizə olunduğu qeyd olunmuşdur. (cild İ, iş vərəq 228) Cinayət işinin materiallarının araşdırılması zamanı müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Qarışıq rejimli Cəzaçəkmə Müəssisəsində cəza çəkir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə Təqsirləndirilən şəxs məhkəmə iclasında iştirakının təmin edilməsi zəruri olduğundan Naxçıvan Şəhər Məhkəməsinin 1(078)-34/2024 nömrəli, 25 aprel 2024-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə təqsirləndirilən şəxs Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Qarışıq rejimli X5 Muxtar Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin İstintaq Təcridxanasına keçirilməsi qərara alınmışdır. 27 iyun 2024-cü il tarixdə keçirilən məhkəmə iclasında X4 məhkəməyə ərizə təqdim edərək Təqsirləndirilən şəxs tərəfindən ona dəyən ziyanın aradan qaldırıldığını, telefonun ona geri qaytarıldığını, ona qarşı heç bir şikayət və tələbinin olmadığını, gələcəkdə də olmayacağının nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən- hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən- hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “X15 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmək, həmin sübutları mübahisələndirmək imkanına malik olmuşdur. Təqsirləndirilən şəxsin əleyhinə olan sübutlara etiraz etmək və onları mübahisələndirmək üçün məhkəmə prosesində ona imkan yaradılmışdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olubolmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikası cinayət-prosessual qanunvericiliyi müəyyən edir (Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 1.1-ci maddəsi). Hər hansı məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız Cinayət-Prosessual Məcəlləsində (bundan sonra - CPM) göstərilən məsələlər hakim tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin həmin məsələlərin dairəsini müəyyənləşdirən 346.1-ci maddəsinə görə müzakirə edilməsi mütləq olan məsələlərdən biri də təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittiham elan edildiyi cinayətin əlamətlərinə uyğun olub-olmamasıdır. Məhkəmə hökmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmin şəxsin gələcək taleyini həll etdiyi üçün prosessual qanunvericilik onunla bağlı konkret tələblər irəli sürür. Cinayət-prosessual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 349.3., 349.4., 349.5-ci maddələri). Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq məhkəmə hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Beləliklə məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs ittihamda qeyd olunan əməli törətməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin və şahidin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama təkrar törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsinin Qeyd hissəsinin 1-ci bəndində qeyd olunmuşdur ki, Bu Məcəllənin 177.1, 178.1 və 179.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı, lakin beş min manatdan artıq olmayan məbləğdə ziyan vurulduğu hallarda yaranır. Bu Məcəllənin 177.2.1-177.2.3-2, 177.2.5 və 177.3.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə yüz manatdan yuxarı məbləğdə ziyan vurulduğu hallarda yaranır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 177.2.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 nömrəli qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Göstərilən maddənin məzmunundan göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. Sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş olsun, bununla sosial balans pozulmuş olsun və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə təqsirləndirilən şəxsin əməlindən peşman olmasını, yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını, zərərçəkmiş şəxslərin ona qarşı heç bir şikayət və tələbi olmamasını və cinayət nəticəsində dəymiş zərəri tamamilə ödəməsini cəzanı yüngülləşdirici hallar kimi nəzərə alır. Məhkəmə, qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilən zaman CM-in 58 və 59cu maddələrinin tələbləri nəzərə alınmalıdır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində qeyd edilən cəzanı ağırlaşdıran halların olmaması müəyyən edilmişdir. İbtidai istintaq orqanın Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsində qeyd edilən cəzanı ağırlaşdıran halın, yəni cinayətlərin residivinin olmasına hüquqi aydınlıq gətirən məhkəmə bildirir ki, iş materiallarına əlavə edilmiş Bakı şəhəri Səbail rayon Məhkəməsinin 06 mart 2023-cü il tarixli, 1(009)- 67/2023 nömrəli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinmiş və o 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Bakı şəhər Nərimanov Rayon Məhkəməsinin 1(005)-119/2022 saylı, 05 dekabr 2022-ci il tarixli hökmü ilə təyin edilmiş 02 (iki) il 03 (üç) ay 10 (on) gün azadlığın məhdudlaşdırılması cəzasının hazırki hökmlə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzası ilə qismən toplamaqla ona 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs 25 mart 2022-ci il tarixdən 26 mart 2022-ci il tarixədək həbsdə saxlanıldığı 01 (bir) gün müddət azadlığın məhdudlaşdırılması cəzasının 02 (iki) gününə bərabər hesablanmaqla ona təyin edilmiş cəzadan çıxılmış və üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. (cild İ, iş vərəq 100-102) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.1-ci maddəsinin tələbindən aydın olur ki, cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Ancaq məhkəmə qeyd edir ki, şəxsin üzərindən məhkumluğunun götürülməməsi onun residiv sayılması üçün əsas ola bilməz. Çünki, Cinayət Məcəlləsinin 18.4 və 18.4.4-cü maddələrinin mahiyyətindən aydın olur ki, residivin müəyyən edilməsi zamanı azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar nəzərə alınmır. Bakı şəhəri Səbail rayon Məhkəməsinin 06 mart 2023-cü il tarixli, 1(009)-67/2023 nömrəli hökmündən görünür ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilib. Bu qeyd edilənlərdən isə aydın olur ki, Təqsirləndirilən şəxs əvvəlki məhkumluğu hazırki cinayət əməlinə baxılması zamanı residiv kimi qəbul edilə bilməz. Lakin məhkəmə qeyd edir ki, hazırda onun məhkumluğu ödənilməyib. Bu isə cəzanı ağırlaşdıran hal kimi deyil, onun şəxsiyyətini xarakterizə edən hal kimi nəzərə alınmalıdır. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 177.2.2-ci maddəsinin sanksiyası həddində müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Məhkəmə törədilən cinayətin xarakterini, törədilmə halları və şəraiti, təqsirləndirilən şəxsin şəxsiyyətini xarakterizə edən halları nəzərə alaraq Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.2-ci maddəsində nəzərdə tutulan daha yüngül cəzanın təyin edilməsini cəzanın məqsədi baxımından ədalətli hesab etmir. Ona görə də məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası CM-in 177.2.2-ci maddəsi üzrə təqsirləndirilən şəxsin cəmiyyətdən təcrid edilmədən islah edilməsi mümkün deyil və ona azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir və ona bu cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Məhkəmə yuxarıda qeyd olunan halları nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində azadlıqdan məhrumetmə cəzasının müddəti 2 (iki) il 2 (iki) ay müddətinə müəyyən edilməlidir. Naxçıvan Şəhər Məhkəməsinin 16 fevral 2024-cü il tarixli, 7(078)-3/2024 nömrəli qərarı ilə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 1(009)-67/2023 nömrəli, 06 mart 2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 2 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs cəzasının çəkilməmiş qalan hissəsi azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilməsi, Təqsirləndirilən şəxs 1 (bir) il 24 (iyirmi dörd) gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsi, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəlinin 16 fevral 2024-cü il tarixdən hesablanması qərara alınmışdır. (cild İ, iş vərəq 194-198) Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs onun barəsində çıxarılmış hökm qanuni qüvvəsini aldıqdan sonra cəza çəkdiyi dövrdə yenidən cinayət törətdiyindən ona hökmlərin məcmusu üzrə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-in 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Həmin Məcəllənin 67.3-cü maddəsinə əsasən hökmlərin məcmusu üzrə təyin edilmiş azadlıqdan məhrum etmə növündə qəti cəzanın müddəti iyirmi beş ildən çox ola bilməz. Həmin Məcəllənin 67.4-cü maddəsinə əsasən hökmlərin məcmusu üzrə qəti cəza həm yeni törədilmiş cinayətə görə təyin edilmiş cəzadan, həm də məhkəmənin əvvəlki hökmü ilə təyin edilmiş cəzanın çəkilməmiş hissəsindən çox olmalıdır. Qanunvericiliyin qeyd olunan normalarını nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Naxçıvan Şəhər Məhkəməsinin 16 fevral 2024-cü il tarixli, 7(078)-3/2024 nömrəli qərarı ilə təyin edilmiş 1 (bir) il 24 (iyirmi dörd) gün müddətinə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsi yəni 08 (səkkiz) ay 13 (on üç) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hazırki hökmlə ona təyin edilmiş 2 (iki) il 2 (iki) ay müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilməklə onun üzərində 2 (iki) il 6 (altı) ay 2 (iki) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.6-cı maddəsində cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməsi müəyyən edildiyindən, məhkəmə bildirir ki, iş materiallarından Təqsirləndirilən şəxs 23 yanvar 2024-cü il tarixdən 25 yanvar 2024-cü il tarixədək şübhəli şəxs qismində saxlanıldığı görünür. Qeyd olunanlara əsasən məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyini zamanı Təqsirləndirilən şəxs 23 yanvar 2024-cü il tarixdən 25 yanvar 2024-cü il tarixədək şübhəli şəxs qismində saxlanıldığı müddət yəni 2 (iki) gün müddət ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasından çıxılaraq, onun üzərində qəti olaraq 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. İş materiallarında olan Naxçıvan Şəhər Məhkəməsinin 16 fevral 2024-cü il tarixli, 7(078)-3/2024 nömrəli qərarından Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəlinin 16 fevral 2024-cü il tarixdən hesablanması görünür. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməsinin əvvəli 16 fevral 2024-cü il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Ona görə də Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən olunmalıdır. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan bir ədəd Çin istehsalı olan, Xiaomi Redmi markalı “M2101K7BNY” Note 10S model, 3571xx/xx/014539/3 İMEİ kodlu, 6,0+2,0 GB RAM, 128 GB yaddaş tutumlu, ağ rəngli, sensor dizaynlı, daxili antenalı, daxili yaddaşlı, arxa kamerasında çat və arxa gövdəsində cızıqlar olan mobil telefonun zərərçəkmiş şəxs X16 və bir ədəd Çin istehsalı olan, Xiaomi Redmi markalı “M2101K7AG” Note 10 model, 3563xx/xx/907164/9 və 3563xx/xx/907164/7 İMEİ kodlu, 4,0+2,0 GB RAM, 128 GB yaddaş tutumlu, yaşıl rəngli, sensor dizaynlı, daxili antenalı, daxili yaddaşlı mobil telefonun zərərçəkmiş şəxs X3 qaytarılması nəzərə alınmalıdır. Həmçinin iş üzrə maddi sübut olan telefonları satışı zamanı X20 tərəfindən üzərində qeydiyyat aparılan iki ədəd Təqsirləndirilən şəxs məxsus şəxsiyyət vəsiqələrinin surəti cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1 və 197.1.4-cü maddələrinə əsasən 197.1.4. mütəxəssisə, ekspertə ödənilməli haqlar və tərcüməçiyə ödəniş haqqı kimi verilməli olan məbləğ məhkəmə məsrəflərinə aiddir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən Bu Məcəllənin 197.1.1, 197.1.2, 197.1.4, 197.1.5-1, 197.1.5-2, 197.1.6—197.1.9cu maddələrində sadalanan məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. Məhkəmə belə nəticəyə gəlir ki, iş üzrə məhkəmə məsrəfləri olan ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001ci il tarixli, 31 nömrəli qərarına əsasən göstərilmiş hüquqi xidmətlərə görə müdafiəçiyə hər iş saatı üçün 6 (altı) manat miqdarında haqq ödənilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.5-ci maddəsinin tələbinə görə həmin Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Qeyd olunanlara əsasən məhkəmə müdafiəçi tərəfindən məhkəməyə təqdim edilmiş hesabatı nəzərdən keçirərək belə əticəyə gəlir ki, təqsirləndirilən şəxsə göstərilmiş hüquqi xidmətə görə Naxçıvan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 50 (əlli) iş saatına görə 300 (üç yüz) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsindən müdafiəçiyə ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli olan əmlakı məhkəmə tərəfindən müəyyən edilməmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə təqsirli bilinsin və 2 (iki) il 2 (iki) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Naxçıvan Şəhər Məhkəməsinin 16 fevral 2024-cü il tarixli, 7(078)-3/2024 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs təyin edilmiş 1 (bir) il 24 (iyirmi dörd) gün müddətinə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsi yəni 08 (səkkiz) ay 13 (on üç) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən ona təyin edilmiş 2 (iki) il 2 (iki) ay müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilməklə ona 2 (iki) il 6 (altı) ay 2 (iki) gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs 23 yanvar 2024-cü il tarixdən 25 yanvar 2024-cü il tarixədək şübhəli şəxs qismində saxlanıldığı müddət yəni 2 (iki) gün müddət ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasından çıxılaraq, onun üzərində qəti olaraq 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 16 fevral 2024-cü il tarixdən hesablansın. İş üzrə maddi sübut olan bir ədəd Çin istehsalı olan, Xiaomi Redmi markalı “M2101K7BNY” Note 10S model, 3571xx/xx/014539/3 İMEİ kodlu, 6,0+2,0 GB RAM, 128 GB yaddaş tutumlu, ağ rəngli, sensor dizaynlı, daxili antenalı, daxili yaddaşlı, arxa kamerasında çat və arxa gövdəsində cızıqlar olan mobil telefonun zərərçəkmiş şəxs X16 və bir ədəd Çin istehsalı olan, Xiaomi Redmi markalı “M2101K7AG” Note 10 model, 3563xx/xx/907164/9 və 3563xx/xx/907164/7 İMEİ kodlu, 4,0+2,0 GB RAM, 128 GB yaddaş tutumlu, yaşıl rəngli, sensor dizaynlı, daxili antenalı, daxili yaddaşlı mobil telefonun zərərçəkmiş şəxs X3 qaytarılması nəzərə alınsın. İş üzrə maddi sübut olan telefonları satışı zamanı X20 tərəfindən üzərində qeydiyyat aparılan iki ədəd Təqsirləndirilən şəxs məxsus şəxsiyyət vəsiqəsinin surəti cinayət işinin materiallarında saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN 020003621, Hesab: AZ21NABZ**********0000005944, Müxbir hesab: AZ88NABZ******************** ) köçürülsün. Naxçıvan Şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs dövlət hesabına göstərdiyi pulsuz hüquqi yardıma görə 300 (üç yüz) manat məbləğində haqq Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Müdafiəçi ödənilsin. İş üzrə mülki iddianın olmadığı nəzərə alınsın. Hökmdən elan olunduğu, həbsdə saxlanılan təqsirləndirilən şəxsə isə təqdim edildiyi andan 20 gün müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Gülsüm Əliyeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar