Məhkəmə qərarları › İş №1(078)-34/2025

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Hökm — İş №1(078)-34/2025

31.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Naxçıvan şəhəri İş № 1(078)-34/2025 31.07.2025 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi, Dövlət ittihamçısı Naxçıvan Muxtar Respublikası Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi Naxçıvan Şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, 9 fevral 2002-ci il tarixində Culfa rayonu Qızılca kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, işsiz, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, Culfa rayonu Qızılca kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində Naxçıvan Şəhər Məhkəməsinin 20 yanvar 2025-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Naxçıvan MR Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək xeyli miqdarda təkrar dələduzluq etmişdir. Belə ki, o, Türkiyə Respublikasının vətəndaşı Zərərçəkmiş şəxs3 etibarından sui-istifadə edib ona “Ford Fusion” markalı **-MB-*** qeydiyyat nişanlı avtomobili 9000 manata satacağına dair yalan vəd verib aldadaraq 16 noyabr 2024-cü il tarixdə ilkin ödəniş olaraq 1000 manat pulunu istifadəsində olan 5239 1517 8465 3605 nömrəli plastik bank kartına köçürtdürməklə və həmin tarixdə avtomobilə etibarnamə vermək adı ilə 40 manat olmaqla vahid niyyətlə əhatə olunan qəsdlə Zərərçəkmiş şəxs3 ümumilikdə 1040 manat məbləğində pulunu ələ keçirməklə dələduzluq etmişdir. Bundan başqa, o, İran İslam Respublikasının vətəndaşı X7 etibarından sui-istifadə edib onun Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin cəzaçəkmə müəssisəsində azadlıqdan məhrum etmə növündə cəza çəkən əri Saeid Shiridoxtun azadlığa buraxılmasına köməklik edəcəyinə dair yalan vəd verib aldadaraq 28 may 2024-cü ildə 5100 manat ekvivalentində 3000 ABŞ dolları pulunu Babək rayonu ərazisində yerləşən “Uzunoba restoranında” nağd şəkildə, 10 iyun 2024-cü ildə 1192 manat ekvivalentində 298 milyon iran riyalı, 22 iyun 2024-cü ildə 80 manat ekvivalentində 20 milyon iran riyalı, 22 iyun 2024-cü ildə 400 manat ekvivalentində 100 milyon iran riyalı, 23 iyun 2024-cü ildə 312 manat ekvivalentində 78 milyon iran riyalı, 24 iyun 2024-cü ildə 80 manat ekvivalentində 20 milyon iran riyalı, 24 iyun 2024-cü ildə 400 manat ekvivalentində 100 milyon iran riyalı, 25 iyun 2024cü ildə 400 manat ekvivalentində 100 milyon iran riyalı, 25 iyun 2024-cü ildə 400 manat ekvivalentində 100 milyon iran riyalı, 28 iyun 2024-cü ildə 320 manat ekvivalentində 80 milyon iran riyalı, 28 iyun 2024-cü ildə 80 manat ekvivalentində 20 milyon iran riyalı, 2 iyul 2024-cü ildə 400 manat ekvivalentində 100 milyon iran riyalı, 9 iyul 2024-cü ildə 320 manat ekvivalentində 80 milyon iran riyalı, 27 iyul 2024-cü ildə 600 manat ekvivalentində 150 milyon iran riyalı, 27 iyul 2024-cü ildə 400 manat ekvivalentində 100 milyon iran riyalı, 27 iyul 2024cü ildə 400 manat ekvivalentində 100 milyon iran riyalı, 18 avqust 2024-cü ildə 1760 manat ekvivalentində 440 milyon iran riyalı, 18 avqust 2024-cü ildə 4000 manat ekvivalentində 1 milyard iran riyalı olmaqla ümumilikdə 11544 manat ekvivalentində 2 milyard 886 milyon iran riyalı pulu X10 İran İslam Respublikasında valyuta dəyişmə işi ilə məşğul olan şəxslərə göndərtdirərək sonradan həmin şəxslər vasitəsilə özünə göndərtdirməklə, əlavə olaraq 27 noyabr 2024-cü il tarixədək olan müddət ərzində 300 manat pulu X7 özünün hazırda xatırlamadığı plastik bank kartı vasitəsilə Təqsirləndirilən şəxs tərəfindən ona göndərilmiş hazırda xatırlamadığı plastik bank kartına, 27 noyabr 2024-cü il tarixdə 20 manat və 60 manat olmaqla ümumilikdə 80 manat pulu isə Şərur rayonu, Mahmudkənd kəndindən istifadəsində olan 5239 1517 8465 3605 nömrəli plastik bank kartına köçürtdürməklə vahid niyyətlə əhatə olunan qəsdlə X7 ümumilikdə 17024 manat məbləğində xeyli miqdarda pulunu ələ keçirməklə təkrar dələduzluq etmişdir. Bundan başqa, o, Zərərçəkmiş şəxs6 etibarından sui-istifadə edib ona kirayə ev verəcəyinə dair yalan vəd verib aldadaraq 5 dekabr 2024-cü il tarixdə evin aylıq kirayə pulu adı ilə 500 manat və 6 dekabr 2024-cü il tarixdə kirayə müqaviləsi bağlanması adı ilə 35 manat pulunu ünvan 1 ünvanında yerləşən Zərərçəkmiş şəxs6 yaşadığı evdən istifadəsində olan 5239 1517 5431 7496 nömrəli plastik bank kartına köçürtdürməklə vahid niyyətlə əhatə olunan qəsdlə Zərərçəkmiş şəxs6 ümumilikdə 535 manat məbləğdə pulunu ələ keçirməklə təkrar dələduzluq etmişdir. Bundan başqa, o, Zərərçəkmiş şəxs4 etibarından sui-istifadə edib ona soyuducu və kamera satacağına dair yalan vəd verib aldadaraq 20 dekabr 2024-cü il tarixdə 320 manat, 300 manat və 150 manat məbləğlərində pulunu Ordubad rayonu, Xanağa kəndindən istifadəsində olan 5239 1517 5431 7496 nömrəli plastik bank kartına köçürtdürməklə vahid niyyətlə əhatə olunan qəsdlə Zərərçəkmiş şəxs4 ümumilikdə 770 manat məbləğində pulunu ələ keçirməklə təkrar dələduzluq etmişdir. Bundan başqa, o, Zərərçəkmiş şəxs5 etibarından sui-istifadə edib ona kirayə ev verəcəyinə dair yalan vəd verib aldadaraq evin kirayə pulu adı ilə 27 dekabr 2024-cü il tarixdə 350 manat və 28 dekabr 2024-cü il tarixdə 250 manat pulunu Naxçıvan şəhəri 1 nömrəli hərbi şəhərcikdə yerləşən Zərərçəkmiş şəxs5 yaşadığı evdən istifadəsində olan 5239 1517 5431 7496 nömrəli plastik bank kartına köçürtdürməklə vahid niyyətlə əhatə olunan qəsdlə Zərərçəkmiş şəxs5 ümumilikdə 600 manat məbləğində pulunu ələ keçirməklə təkrar dələduzluq etmişdir. Bundan başqa, o, Zərərçəkmiş şəxs2 etibarından sui-istifadə edib ona kirayə ev verəcəyinə dair yalan vəd verib aldadaraq evin kirayə pulu adı ilə 2 yanvar 2025-ci il tarixdə 100 manat və 500 manat pulunu ünvan 2 ünvanında yerləşən Zərərçəkmiş şəxs2 yaşadığı evdən istifadəsində olan 5239 1517 8465 3605 nömrəli plastik bank kartına köçürtdürməklə vahid niyyətlə əhatə olunan qəsdlə Zərərçəkmiş şəxs2 ümumilikdə 600 manat məbləğində pulunu ələ keçirməklə təkrar dələduzluq etmişdir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM) 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə protokollarını və digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə tövsif olunmuşdur. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ifadəsində ona Azərbaycan Respublikası CM-in 178.2.2 və 178.2.4cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək göstərmişdir ki, keçən il taksi işi ilə məşğul olarkən Zərərçəkmiş şəxs3lə tanış olduğunu, sonra arendaya sürdüyü maşının sahibinin Nicat olduğunu, maşını satacağını, maşının dəyərinin dediyi qiymətdən az olduğunu, Bakıya getdiyini, maşını aeroportda saxladığını, Bakıdan bir günə qayıdacağını, bu səbəbdən maşını orada saxladığını, həmin gündən sonra Zərərçəkmiş şəxs3 zəng etdiyini, satılıq maşın olduğunu, istəyib-istəmədiyini, soruşduğunu, maşını aeroporta qoyduğunu, maşını oradan götürüb ustaya da aparıb yoxlatdıra biləcəyini dediyini, maşını aparıb yoxlatdığını, 9 min manata razılaşdıqlarını, sonra vəkalət istədiyini, 5000 manat qarşılığında vəkalət verəcəyini, sonra 1000 manat verdiyini davamını göndərmədiyini, ilkin ödənişi vermədiyinə görə vəkalət vermədiyini, maşının Nicatın olduğunu, taksi kimi icarəyə götürdüyünü, satma hüququ olmadığını, 1000 manatın özündə olduğunu, pulun Nicatda yox özündə olma səbəbinin vəkalət verilmədiyini, 5000 manat ödəniş etmədiyi üçün vəkalət vermədiyini, sonra maşını qaytar dedikdə maşını qaytarmadığını, 40 manat da generalni davelnus üçün göndərdiyini, maşının sahibi Nicatın maşını satacağını bildiyini, özünün razı olduğunu, Zərərçəkmiş şəxs3 yalan dediyini, maşını özü vasitəçi olub satacağını, maşın sahibi ilə maşının satılması barədə danışıq və razılığın olduğunu, əməli törətdiyi üçün peşman olduğunu, peşman olma səbəbinin dostluq münasibətlərinin pozulması olduğunu, Zərərçəkmiş şəxs4 qarşı əməlində özünü təqsirli bildiyini, 700-800 manat məbləğ pul olduğunu, pulu ödəmədiyini, əməlinə görə özündən üzr istədiyini, peşman olduğunu, Zərərçəkmiş şəxs5 qarşı təqsirli olduğunu, Sərvərin izahatında bildirdiklərində haqlı olduğunu, digər zərərçəkən Mahnaz xanımın mülki iddiaya qarşı 17000 manat əsas məbləğlə razılaşdığını lakin yol xərci və bura gəlmə xərcləri olan əlavə 5000 manatla razı olmadığını, etiraz etiyini, Mahnaz xanımın öz ərini görmək üçün Naxçıvana gəldiyini məhkəmənin qərarının nə olmasından asılı olmayaraq hər bir zərərçəkmişin pulunu ödəyəcəyini, hər birindən üzr istədiyini göstərmişdir. Məhkəmə iclasında dindirilmiş zərərçəkmiş şəxs X7 vəkili və nümayəndəsi Emin Aslanov ifadəsində zərərçəkmiş şəxsin 22080 manat mülki iddia tələb etdiyini, 5000 manat gediş gəliş xərci qoyduğunu, mülki iddiaçının dəfələrlə hava yolu ilə Bakıya gedib gəldiyini, xərclər çəkdiyni, lakin yol xərcinə münasibətdə sübutu olmadığını göstərmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində boltdan taksi sifariş etdiyini, taksidə Toğrulu tanıdığını, sonra səmimiyyət qurduğunu, taksi üçün daima onu zəng edib çağırdıqlarını, 1040 manatı göndərdikdən sonra polisdən soruşduqlarını, polisin ona pul verməyin dediyini, 2 ildir onu axtardiqlarını söylədiyini, sonra Toğrula zəng edib pulunu geri istədiyini, sonra maşını geri qaytaracağını, onun isə pulu xərclədiyini, 5000 manatı verdikdən sonra vəkaləti verəcəyini söylədiyini, yoldaşı xəstəxanada olduğu üçün pulu verə bilməyəcəyini dediyini, sonra maşını götürməyə gələnlərin olduğunu, maşını Toğruldan 14 min manata alacaqlarını dediklərini, onlara məsələni izah etdiyini, onların getdiyini, sonra polisin maşını götürdüyünü, Toğrulun pulu sənə verməyəcəm dediyini, polisə maşını təslim etdikdən sonra maşının sahibinin onu tapdığını, maşını Toğrula kirayə verdiyini, maşını sat demədiyini, Toğrulla münasibətlərinin olduğunu o zaman danışdıqlarını maşın almaq istədiyini dediyini, ona satmaq istədiyi maşının əsl sahibini bilmədiyini, 1000 manatı göndərən zaman bunu bilmədiyini, maşının onda 3-4 saat qaldığını, maşını ustaya aparib yoxlatdıqdan sonra 1000 manat göndərdiyini, maşını ilk olaraq 17 min dediyini, ustada 5500 manat xərci olduğunu sonra 12000 dediyini, nəticədə 9000 manatla razılaşdıqlarını, vəkalət üçün 5000 manat istədiyini, eyni gündə başqa-başqa adamların gəlib özlərini maşının sahibi kimi Toğruldan maşını alacaqlarını dediklərini, sonra onlara izah etdiyini onları göndərdiyini, maşını ustadan sonra özündə saxladığını, maşını axşam polislərin apardığını, səbəbi polisin maşının yiyəsini və Toğrulu tapmaq olduğunu, Toğruldan şikayətinin olduğunu, pulunu geri istədiyini göstərmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində “naxcıvan elanları” instagram səhifəsindən soyuducu ilə bağlı elan paylaşdığını, bir neçə gün sonra zəng gəldiyini, telefonda soyuducu ilə bağlı razılaşdıqlarını, ondan istədiyi məbləği göndərdiyini, sonra bir ədəd də soyuducusunun olduğunu dediyini, özünün də ərzaq mağazası olduğu üçün lazım olacağını düşündüyünü və razılaşdığını sonra yenidən pul göndərdiyini, əlavədən kameralarının da olduğunu dediyini, mağaza üçün kamera vasitələrinin ehtiyac olacağını düşündüyünü və razılaşdığını, bütün pulu göndərdiyini, 150 manat, 300 və 300 olmaqla 3 dəfə pul göndərdiyini, 5-ci gün göndərəcəyini dediyini, lakin heç bir şey göndərmədiyini, zəng etdiyni, zənglərinə cavab vermədiyini, özünün də polisə müraciət etdiyini göstərmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs5 ifadəsində tiktokdan ev elanlarına baxıb əlaqə saxladığını, ev barədə məlumat verdiyini, Culfalı olduğunu, ad soyadını demədiyini, evin videolarını gördüyünü, uzaqda olduğu üçün evi gəlib göstərəcəm dediyini, evin sahibinin Türkiyəyə getdiyini dediyini, mümkünsə 2 aylıq pulunu istədiyini, pulu göndərdikdən sonra nahar vaxtı əlaqə saxlayıb evə baxmağa getdiyini, sonra binanın yanına gəlib yenidən zəng etdiyini pulu göndərdikdən sonra ona zəng etdiyini, onun nömrəsini bloka atdığını, digər nömrəsi ilə əlaqə saxladığını, onu da bloka atdığını, sonradan onun dələduz olduğunu anladığını və şikayət etdiyini göstərmişdir. Zərərçəkmiş şəxs2 məhkəməyə xx.xx.2025-ci il tarixdə teleqram göndərərək Təqsirləndirilən şəxs məhkəmə prosesində iştirak edə bilməyəcəyini, ona vurduğu ziyanı ödəmədiyi müddətdə ondan şikayətçi olmasının nəzərə alınmasını xahiş etmişdir. İbtidai istintaq zamanı dindirilən məhkəmə istintaqı zamanı ifadəsi elan edilən iş üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş X16 ifadəsində göstərmişdir ki, əri X2 Muxtar Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətində həbs olmuş, o narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı 2024-cü ilin yanvar ayından tutulmuş, 4 il 6 ay azadlıqdan məhrum etmə cəzası verilmişdir. Təqsirləndirilən şəxs əvvəlcədən tanımamış, 2024-cü ilin may ayında Təqsirləndirilən şəxs onunla əlaqə saxlamış, həmin vaxt İran İslam Respublikasında olmuş, kimin zəng etdiyini bilməmişdir. Kim olduğunu soruşduqda Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası, Ədliyyə Nazirliyində işlədiyini, adının Vüqar Ağazadə olduğunu, əri Saeid Shiridoxtu tanıdığını və bu kimi bir neçə məlumat demişdir. Ondan nömrəsini haradan tapdığını soruşduqda ərinin olduğu cəzaçəkmə müəssisəsindən edilən zənglər barədə məlumatı olduğunu, əri onunla danışan zaman nömrəni sistemdən götürdüyünü, ərini tanıdığını, ona köməklik edə biləcəyini, həbsdən çıxaracağını, vəkillərin, məhkəmələrin onun sözünü eşitdiyini demişdir. Həmin şəxsdən ərini necə qurtaracağını soruşduqda o 4 ay gözləməli olduqlarını, həmin müddətdən sonra ərinə Azərbaycan Respublikası vətəndaşlığı alacağını, sonra ona torpaq alacağını, daha sonra isə məhkəməyə gedərək onun cəzasını yüngülləşdirib onu həbsdən çıxaracağını demişdir. X29 Respublikasında olduğu müddətdə bir neçə vəkillə də danışıb məsləhət etmiş, həmin vəkillər Təqsirləndirilən şəxs dediyinə oxşar fikirlər dediklərindən ona inanmış, Toğruldan bu köməkliyi üçün nə istəyəcəyini soruşduqda hələ dəqiq bir söz deyə bilmədiyini, təxminən 15000 manat pul tutacağını demişdir. Toğrula köməklik edə biləcəksə həmin pulu verə biləcəyini demiş, Toğrul ondan ilk olaraq 5000 manat pul istəmiş, onunla razılaşmış, Toğrul ona Naxçıvan Muxtar Respublikasına gəlməyini, üzbə-üz danışmağı demişdir. Ərinə görə ona inanıb İran İslam Respublikasından Türkiyə Respublikasına gedib oradan 19 may 2024-cü ildə təyyarə ilə Naxçıvan Muxtar Respublikasına gəlmiş, Naxçıvan Muxtar Respublikasına bacısının əri Rustəm Təqipur ilə gəlmiş, Təqsirləndirilən şəxs onları hava limanında qarşılamış, sonra bacısının əri həmin vaxt Naxçıvan Muxtar Respublikasında olan tanışı Miysəm Sabri ilə əlaqə saxlayıb onu da söhbətə şərik olması üçün dəvət etmiş, Miysəm Sabrini də elə yol üstü götürüb birlikdə taksi ilə Naxçıvan Muxtar Respublikasında bir çayxanaya getmiş, çayxanada dördü birlikdə söhbət etmişlər. Toğrul yenə ərini azadlığa necə çıxaracağından danışmış, ərinin işi üçün 15000-17000 manat pul vermələri qarşılığında köməklik edəcəyini demiş, orada üzərində gətirdiyi 3000 ABŞ dolları pulu nağd formada Toğrula vermiş, əvvəlcədən Toğrula ona verəcəkləri pul qarşılığında sənəd verməsini dediklərindən həmin vaxt üzərində gətirdiyi kağızı göstərib orada ona verdikləri pulun miqdarını və adları qeyd etmişdir. Həmin kağızda Vüqar Ağazadəyə 3000 ABŞ dolları pul verdikləri yazılmışdır. Həmin kağızı özü, Miysəm Sabri və Toğrul imzalamış, kağızdan Toğrul 2 ədəd gətirmiş və həmin kağızların biri Toğrulda biri isə özlərində qalmışdır. Toğrul ona hər dəfə təyyarə ilə gedib-gəlməməyi üçün Naxçıvan Muxtar Respublikasında olan xəstəxanaların birindən kağız alacağını, həmin kağızla quru yolu ilə gedib-gələcəyini də demişdir. Naxçıvan Muxtar Respublikasında əvvəlcədən tanıdığı Şərur rayonu, Mahmudkəndində yaşayan Nazilə adlı qadının evində qaldığından həmin evə getmiş, həmin günün səhəri Toğrul taksi göndərib onu taksi ilə Şərur rayon Xəstəxanasına aparmış, Toğrul özü ona orada qolunun ağrıdığını deməyini, xəstəxanada qeydiyyata alacaqlarını, həmin sənədlə Naxçıvan Muxtar Respublikasına istədiyi zaman quru yolu ilə gedib gələcəyini demişdir. Xəstəxanada qeydiyyata düşdükdən sonra isə taksi sürücüsü ona mobil nömrə verərək bunu Toğrulun göndərdiyini demiş, taksi sürücüsünü əvvəlcədən tanımamış, Toğrul yerinə isə Vüqar deyirdi. Nömrəni telefonuna daxil etmiş, sonra təkrar Mahmudkəndə gəlmiş, həmin günün səhəri əri Saeid Shiridoxtun olduğu həbsxanaya onu görməyə getmişdir. Toğrul orada onlara qulaq asdıqlarını, ərinə heçnə deməməyini dediyi üçün heçnə deməmiş, əri X20 Ağazadə ilə aralarında olan söhbətlərdən məlumatı olmamış, ərini görüb oradan birbaşa Culfa gömrük postu vasitəsilə İran İslam Respublikasına getmişdir. İrana getdikdən sonra bir neçə gündən bir Toğrul onunla əlaqə saxlamış, hər dəfəsində ona ərinin işləri üçün pul göndərməyini demiş, pulu necə göndərəcəyini dedikdə isə ona İran İslam Respublikasının Culfa şəhərində fəaliyyət göstərən valyuta dəyişmə məntəqəsinin adını deyib pulu həmin şəxsə atmağını, özünün həmin şəxsdən pulu götürəcəyini demiş, Toğrulun dediyi kimi etmiş, hər dəfə müəyyən miqdarlarda pulu onun dediyi valyuta dəyişən şəxslərə göndərmiş, bundan başqa isə Toğrul bir dəfəsində təcili pul lazım olduğunu, 300 manat göndərməyini demişdir. Həmin vaxt onun dediyi pulun çatması üçün Nazilə ilə danışıb ondan xahiş etmiş və o 300 manat pulu özü Toğrulun kart hesabına göndərmiş, bundan başqa bir dəfə də noyabr ayının 27-də Naxçıvanda olduğu zaman Toğrul ondan 80 manat bilet pulu istəmiş, yenə Nazilədən xahiş edərək həmin pulu ona 60 manat və 20 manat olmaqla göndərmiş, Nazilənin göndərdiyi 380 manat pulu isə ona sonradan özü qaytarmışadır. Təqsirləndirilən şəxs ümumilikdə 17000 manata yaxın pul ödəmiş, həmin pulların ödənilməsinə dair bütün sənədlər mövcud olub həmin sənədləri təqdim etmişdir. Təqsirləndirilən şəxs İran İslam Respublikasında olarkən şəxsiyyət vəsiqəsinin surətini atmağını istəmiş, bir neçə dəfə müxtəlif bəhanələr gətirərək göndərmək istəməmiş, təkrar-təkrar istəməyini gördükdən sonra Toğrul vatsap vasitəsilə şəxsiyyət vəsiqəsi surəti göndərmiş, həmin şəkildə adı X13 olaraq qeyd olunmuşdur. Toğrulun dediyi müddət başa çatdıqda ona ərini nə vaxt qurtaracağını demiş, Toğrul həmin vaxtdan başlayaraq ona müxtəlif bəhanələr, sənədlərlə bağlı problemlər olduğunu, səhvlik olduğunu, həmçinin ərinin işinə məhkəmələrdə baxıldığını, müddət lazım olduğunu demişdir. 27 noyabr 2024-cü ildə ərini görməyə getdikdə ondan yanında Azərbaycanlı olub-olmamasını soruşduqda əvvəllər bir nəfər Təqsirləndirilən şəxs adında biri olduğunu demiş, həmin vaxt Toğrulun ona göndərdiyi hazırda tam xatırlamadığı gmail adresində Toğrul adının qeyd olunduğunu, həmçinin onun göndərdiyi bankomat kartında da Toğrul adının qeyd olunduğunu xatırlayıb həmin şəxsin adının Vüqar yox elə Toğrul olduğunu və onun onu aldatdığını bilmişdir. Təqsirləndirilən şəxs 3000 ABŞ dolları pulu 28 may 2024-cü ildə Naxçıvan Muxtar Respublikasında nağd şəkildə vermiş, qalan pulları isə hissə-hissə ayrı-ayrı vaxtlarda Təqsirləndirilən şəxs dediyi İran İslam Respublikasının Culfa şəhərində yerləşən valyuta dəyişmə məntəqələrinə göndərmiş, həmçinin 380 manat pulu da 300, 60 və 20 manat olmaqla Nazilədən Toğrula göndərməsini xahiş etmiş, həmin pulları göndərmişdir. Toğrulun dediyi İran İslam Respublikasının Culfa şəhərində yerləşən valyuta dəyişmə məntəqələrinə 10 iyun 2024-cü il tarixdə 29 milyon 800 min tümən, 23 iyun 2024-cü ildə 7 milyon 800 min tümən, 25 iyun 2024-cü ildə 10 milyon tümən, 25 iyun 2024-cü ildə təkrar 10 milyon tümən, 28 iyun 2024-cü ildə 8 milyon tümən, 29 iyun 2024-cü ildə 2 milyon tümən, 09 iyul 2024-cü ildə 8 milyon tümən, 27 iyul 2024-cü ildə 15 milyon tümən, 27 iyul 2024-cü ildə təkrar 10 milyon tümən, 27 iyul 2024-cü ildə təkrar 10 milyon tümən, 18 avqust 2024-cü ildə 100 milyon tümən, 18 avqust 2024-cü ildə təkrar 44 milyon tümən pulu Təqsirləndirilən şəxs götürməsi üçün göndərmiş, bundan başqa 380 manat pulu Nazilə xanım özünə məxsus kart hesabından Təqsirləndirilən şəxs göndərmişdir. 28 iyul 2024-cü ildə Təqsirləndirilən şəxs ərinin azadlığa buraxılması ilə bağlı ondan istədiyi 400 ABŞ dolları pulu İran İslam Respublikası vətəndaşı Səccad Hacihosseinlunun kart hesabına 10 milyon tümən, 10 milyon tümən və 2 milyon 480 min tümən olmaqla ümumilikdə 22 milyon 480 min tümən pul göndərmişdir. Təqsirləndirilən şəxs üçün göndərdiyi pullara dair qəbzləri onun özünə göndərmiş, sonradan Toğrul ilə aralarında olan həmin yazışmalar silinmiş, sonradan onunla yazışmaları zamanı ondan aldığı pullara dair mesajlar və səs yazıları atmışdır, həmin mesaj və səs yazıları mobil telefonunda olmuş və təqdim etmişdir. Təqsirləndirilən şəxs ondan pul istəyən zaman həmin pulları hakimlərə və ya başqa şəxslərə verməsi barədə demiş, lakin heç kimin adını çəkməmiş, bir dəfə bacısının əri Rustəm Təqipura zəng gəlmiş, zəng edən şəxs Toğrul və ya Vüqar deyil adının Bağır olduğunu demiş, Bağırı tanımamış, Toğruldan da bu barədə soruşanda o Bağırın onun köməkçisi olduğunu demiş, Bağır özü onlara Toğrulun mobil nömrəsi ilə zəng etmişdir. Təqsirləndirilən şəxs onu aldatmaq üçün dəfələrlə ərinin azadlığa buraxılması üçün işlər gördüyünü desə də əsl həqiqətdə heç bir iş görməmişdir. İbtidai istintaq zamanı dindirilən məhkəmə istintaqı zamanı ifadəsi elan edilən iş üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, 2 yanvar 2025-ci il tarixdə Tik-tok sosial şəbəkəsində “naxcivan_kiraye.evler” adlı səhifədə Naxçıvan şəhəri, Cahan Gənclər Şəhərciyində yerləşən evin kirayə elanını görüb kiralamaq üçün səhifədə qeyd olunan +**********56 mobil nömrəsinə zəng etmiş, həmin şəxs ona evin kirayə qiymətinin aylıq 550 manat olduğunu, əlavə olaraq da 50 manat makler pulu ödəməli olduğunu bildirmişdir. Həmin şəxslə razılaşdıqdan sonra o 5239 1517 8465 3605 nömrəli kart hesabını göndərib pulu karta göndərməyini istəmiş, öz kart hesabı olmadığı üçün Naxçıvan Muxtar Respublikasında tanıdığı Türkiyə Respublikası vətəndaşı Şahid1 100 manat pulu həmin karta göndərməsini xahiş etmiş, özü Nokaya bunun üçün 100 manat vermiş, Nokay da özündə olan 416973******8517 nömrəli kart hesabından 2 yanvar 2025-ci il tarixdə 100 manat pulu həmin karta göndərmiş, sonra danışdığı şəxs ona +**********26 mobil nömrəsini verərək evin sahibi olduğunu, həmin nömrə ilə danışmasını istəmiş, göndərdiyi nömrədə isə ad olaraq “Tofiq Mellim” qeyd olunmuşdur. Toğrulun göndərdiyi nömrəyə vatsap vasitəsilə zəng etmiş, həmin şəxs ona evi başqasına vermək istədiyini, evi istəyirsə 600 manat pulu tam şəkildə səhifədə əvvəlcədən danışdığı şəxsə göndərməyi demiş, o hazırda üzərində manat pul olmadığını, qısa bir zamanda həll edəcəyini demiş, Türkiyə Respublikasında olan Sedat Kürekçi ilə danışaraq onun kart hesabına 500 manat dəyərində türk lirəsi göndərib həmin pulu 5239 1517 8465 3605 nömrəli kart hesabına göndərməsini istəmiş, Sedat Kürekçi pulu göndərib qəbzini ona atdıqdan sonra həmin şəxslərlə danışmaq istəsə də telefonuna cavab verməmişlər. Aldadıldığını bilib polisə müraciət etmişdir. +**********56 mobil nömrəsinin sahibini tanımamış, 100 manat pulu Şahid1 oğluna verən zaman və 500 manat pulu Sedat Kürekçiyə göndərdiyi zaman ünvan 2 ünvanında kirayə yaşadığı evdə olmuşdur. Həmçinin +**********26 mobil nömrəsinin sahibini də tanımamış, aldadıldığını bilmədiyi üçün hər iki nömrənin ayrı-ayrı şəxslər olduğunu düşünmüş, sonrasında isə hər iki nömrənin də bir şəxs olması ehtimalını fikirləşmişdir. İbtidai istintaq zamanı dindirilən məhkəmə istintaqı zamanı ifadəsi elan edilən iş üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs6 ifadəsində göstərmişdir ki, 5 dekabr 2024-cü il tarixdə özümə məxsus “nuraytabriz” adlı instagram hesabında olarkən “naxcivan_elanlari_085” adlı hesabda ev elanı paylaşıldığını, elanda əlaqə saxlamaq istəyən şəxslərin +**********61 mobil nömrəsi ilə əlaqə saxlaması qeyd olunmuşdur. Həmin gün qeyd olunan nömrə ilə əlaqə saxlamış, həmin şəxsdən ev barəsində soruşmuş, aylıq kirayə haqqının 500 manat olduğunu, evi çox şəxsin istədiyini, tutmaq istəyirsə 500 manat pulu onun kart hesabına köçürməyini istəmişdir. Özünə məxsus 5522 0993 4522 4240 nömrəli bank kartından 500 manat pulu 5 dekabr 2024-cü il tarixdə saat 22:29-da həmin şəxsin göndərdiyi "xxxx" ASC-yə məxsus 5239 1517 5431 7496 nömrəli bank kartına göndərmişdir. Həmin şəxs isə səhər evə baxacaqlarını demiş, 6 dekabr 2024-cü ildə təkrar onunla əlaqə saxlayıb müqavilə üçün 35 manat da əlavə ödəniş etməli olduğunu dediyi üçün 35 manat pulu özünə məxsus 5522 0993 4522 4240 nömrəli bank kartından 6 dekabr 2024-cü il tarixdə saat 12:15dəqiqədə həmin şəxsin göndərdiyi 5239 1517 5431 7496 nömrəli bank kartına göndərmişdr. Ümumilikdə 535 manat pul göndərmişdir. Sonra həmin şəxslə əlaqə saxlamağa çalışsa da danışa bilməmiş, həmin şəxs onun nömrələrini bloka atmış, aldadıldığını başa düşərək Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinə ərizə ilə müraciət etmiş, müraciəti üzrə araşdırma aparılaraq ona 535 manat pulunu ələ keçirən şəxsin Təqsirləndirilən şəxs olduğunu demişlər. Təqsirləndirilən şəxs tanımamış, aralarında heç bir əlaqə olmamışdır. Təqsirləndirilən şəxs göndərdiyi 500 manat və 35 manata dair pulların qəbzləri və Təqsirləndirilən şəxs ilə vatsap vasitəsilə aralarında olan danışıqları təqdim etmişdir. Təqsirləndirilən şəxs 500 manat və 35 manat pulları göndərdiyi zaman mən ünvan 1 ünvanında yerləşən evində olmuşdur. İbtidai istintaq zamanı dindirilən məhkəmə istintaqı zamanı ifadəsi elan edilən iş üzrə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs2 Müslüm oğlunu Naxçıvan Muxtar Respublikasında tanımış, aralarında dostluq münasibəti olmuş, Təqsirləndirilən şəxs tanımamış, onunla hər hansı əlaqəsi olmamışdır. Zərərçəkmiş şəxs2 2 yanvar 2025-ci ildə onun yanında olarkən ona yeni ev kiralamaq istədiyini deyib bir ev tapdığını, ev sahibinin pulu başdan verməyini isədiyini deyib 100 manat pul göndərməli olduğunu, özünün kart hesablarının işləmədiyini, ona 100 manat verib həmin pulu onun dediyi bank kartına göndərməsini istəmişdir. 100 manat pulu alaraq özünə məxsus 4169 7388 2290 8517 nömrəli kart hesabından Zərərçəkmiş şəxs2 dediyi 523915******3605 nömrəli kart hesabına 100 manat pulu göndərmiş, yarımsaat sonra Doğan həmin şəxsin evin qalan 500 manat pulunu da göndərməsini istədiyini demiş, Doğana hazırda o qədər pulu olmadığını demişdir. Doğan kimləsə danışaraq həmin şəxsə istədiyi 500 manat pulu da göndərmiş, sonrasında isə evin sahibi olduğunu dediyi şəxs onun telefonlarına cavab verməmiş və o aldadıldığını bilmişdir. Zərərçəkmiş şəxs2 ona 100 manat verərək həmin pulu 523915******3605 nömrəli kart hesabına göndərməyini demiş, 100 manat pul Doğanın öz pulu olmuşdur. İbtidai istintaq zamanı dindirilən məhkəmə istintaqı zamanı ifadəsi elan edilən iş üzrə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs 2024-cü ilin sentyabr ayından tanımış, dostlarından biri Toğrul adlı taksi sürücüsü olmasını, yaxşı insan olmasını demiş, sonralar taksi lazım olduqca Toğrulu çağırmışlar. 16 noyabr 2024-cü il tarixdə dostu Zərərçəkmiş şəxs3 onun danışmış, ona Toğrulun avtomobil satdığını, almaq istədiyini demişdir. Toğrul avtomobilin X1, açarının üzərində olduğunu, oradan götürüb ustaya apara biləcəklərini demiş, onlar avtomobili götürüb ustaya aparmışlar. Usta avtomobilin 4000- 5000 manat xərci olduğunu demiş, onlar da bu barədə Toğrula dedikdə o həmin xərcləri özünün bildiyini, həmin səbəbdən 9000 manat dediyini demişdir. Zərərçəkmiş şəxs3 razılaşaraq avtomobili almaq istədiyini demiş, Toğrul avtomobili alacaqlarsa ilk olaraq 40 manat etibarnamə üçün pul göndərmələrini demişdir. Zərərçəkmiş şəxs3 kart hesabı olmadığından dostu İbrahim Dincidən 40 manat pulu Təqsirləndirilən şəxs göndərdiyi 523915******3605 nömrəli kart hesabına göndərməsini istəmiş, İbrahim Dinci isə həmin pulu 16 noyabr 2024-cü ildə Təqsirləndirilən şəxs kart hesabına göndərmişdir. 40 manatı göndərdikdən sonra isə Toğrul 5000 manatı indi göndərmələrini demiş, Zərərçəkmiş şəxs3 həmin vaxt üzərində olan 1000 manat nağd pulu dostu X23 kart hesabına yükləyib oradan Təqsirləndirilən şəxs göndərdiyi 523915******3605 nömrəli kart hesabına köçürmüşdür. Sonra bu barədə Zərərçəkmiş şəxs3 yaşadığı evin sahibinə dedkdə o Təqsirləndirilən şəxs kim olduğunu maraqlanıb həmin şəxsin onları aldada biləcəyini demiş, onlar isə dərhal bu barədə Naxçıvan şəhər Polis İdarəsinə müraciət etmişlər. Təqsirləndirilən şəxs göndərilən 1040 manat pul Zərərçəkmiş şəxs3 pulu olmuş, birlikdə şikayət etdikləri zaman ərizəni özü yazmış, ama Toğrul Zərərçəkmiş şəxs3 ilə danışmış və Zərərçəkmiş şəxs3 1040 manat pulu ona göndərmişdir. Şahid3 tanımamış, avtomobilin ona məxsus olduğunu bilməmiş, Toğrul avtomobili özünün aldığını, lakin etibarnamə əsasında idarə etdiyini, avtomobilin özünün olduğunu demişdir. İbtidai istintaq zamanı dindirilən məhkəmə istintaqı zamanı ifadəsi elan edilən iş üzrə şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, X11 bir müddətdir tanımış, İmani Mahnaz bir neçə dəfə onun evində qalmış, ondan bir neçə dəfə xahiş edərək dediyi kart nömrələrinə pul atmağını istəmişdir. O da bir neçə dəfə İmani Mahnazın dediyi kart nömrələrinə pul atmış, Mahnaz isə həmin pulların hamısını ona geri qaytarmışdır. İmani Mahnazın aldadılaraq pulunun ələ keçirildiyini sonradan öyrənmiş, özü Təqsirləndirilən şəxs tanımamış, İmani Mahnaz sonradan ona əvvəlki tarixlərdə xahiş edərək kartına pul köçürtdüyü şəxsin Təqsirləndirilən şəxs olduğunu və onu aldatdığını demişdir. Təqsirləndirilən şəxs İmani Mahnazı aldadaraq onun həbsdə olan ərini azadlığa çıxaracağını demiş, İmaninin xahişi ilə 523915******3605 nömrəli kart hesabına özünə məxsus 4169 7388 5211 9035 nömrəli kartından 27 noyabr 2024-cü il tarixdə iki dəfə 20 manat və 60 manat olmaqla pul köçürmüş, bundan başqa isə həmin pulları köçürməmişdən bir müddət əvvəl də İmani ondan 300 manat pul köçürməyini istəmiş, hazırda həmin pulu hansı kart hesabından hansı kart hesabına köçürdüyünü unutmuş, İmani həmin pulu da Təqsirləndirilən şəxs üçün göndərdiyini demişdir. İmani Mahnazın xahişi ilə sonradan adının Təqsirləndirilən şəxs olduğunu bildiyi şəxsə 3 dəfə 300, 20 və 60 manat olmaqla ümumilikdə 380 manat pul göndərmiş, özü Təqsirləndirilən şəxs şəxsən tanımamışdır. 523915******3605 nömrəli kart hesabına 27 noyabr 2024-cü il tarixdə iki dəfə 20 manat və 60 manat olmaqla pul köçürən zaman Şərur rayonu, Mahmudkənd kəndində yerləşən evində olmuşdur. İbtidai istintaq zamanı dindirilən məhkəmə istintaqı zamanı ifadəsi elan edilən iş üzrə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, 2024-cü il tarixdə **-BL-*** qeydiyyat nişanlı “Prius” markalı avtomobil almış, 2024-cü ilin oktyabr ayında instagram sosial şəbəkəsində elan səhifələrinin birində kirayə avtomobil axtarılması barədə elan görüb öz ***- ***-**-** mobil nömrəsini səhifəyə yerləşdirmiş, özünü Yaşar olaraq təqdim edən şəxs onunla əlaqə saxlayaraq avtomobilini kirayə götürmək istədiyini demiş, görüşmək istədiyini bildirmişdir. Yaşar adlı şəxslə 15 oktyabr 2024-cü il tarixdə Naxçıvan şəhərində yerləşən Maşın Bazarının yaxınlığında görüşüb onunla avtomobili aylıq 800 manata kirayə verməyə razılaşmışdır. Həmin şəxs özünün qazi olduğunu, bu səbəbdən avtomobili etibarnaməsiz idarə edə biləcəyini dediyindən ondan etibarnamə istəməmişdir. Onunla razılaşaraq avtomobili ona verib getmiş, Yaşar avtomobili təxminən 1 aya yaxın idarə etmiş, razılaşmalarına əsasən Yaşar 15 gün sonra ona 400 manat avtomobilin kirayəsi üçün ödəniş etməli olsa da həmin ərəfədə Yaşarın toyu olduğundan həmin pulu ayın sonunda birlikdə verəcəyini demiş, həmçinin həmin ərəfə ondan 200 manat pul istəmiş, ona 200 manat pulu vermişdir. Avtomobili kirayə verməyinin 1 ay müddəti tamam olmasına 1-2 gün qalmış onunla əlaqə saxlamağa çalışmış, Yaşarın sərxoş halda avtomobil idarə etdiyi üçün polis əməkdaşları tərəfindən saxlanıldığını bilmişdir. Yaşarla əlaqə saxladığı zaman isə hazırda cəriməni ödəmək üçün 300 manat pulunun olmadığını demiş, avtomobili polis şöbəsindən çıxarmaq üçün 300 manat pulu ona vermiş, sonradan Yaşarın onu aldatdığını düşünərək pulunu istəmiş, Yaşar pulu vermədikdə isə polisə müraciət etmiş, polis əməkdaşları araşdırma zamanı özünü Yaşar olaraq mənə təqdim edən şəxsin əsl adının Təqsirləndirilən şəxs olduğunu bildirmişlər. Təqsirləndirilən şəxs bir ay avtomobilini idarə etmiş, ona bunun üçün ödəməli olduğu 800 manat pulu ödəməmiş, bir dəfə 200, bir dəfə isə 300 manat olmaqla ümumilikdə 500 manat pulu ona verdikdən sonra geri qaytarmamış və ümumilikdə ona 1300 manat maddi ziyan vurmuşdur. Avtomobilinə Təqsirləndirilən şəxs tərəfindən idarə edilən dövrdə maddi ziyan dəyməmişdir. İbtidai istintaq zamanı dindirilən məhkəmə istintaqı zamanı ifadəsi elan edilən iş üzrə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, özünə məxsus "Ford Fusion" markalı 2014 model, **-BM-*** qeydiyyat nişanlı ağ rəngli avtomobili 27 oktyabr 2024-cü il tarixdə "İnstagram" sosial şəbəkəsində elanlar səhifəsində avtomobil icarəsi ilə bağlı elanın rəylər bölməsində “günlük icarəyə verirəm” yazaraq paylaşmış, həmin gün paylaşdığı yazı ilə bağlı instagram sosial şəbəkəsində mesaj bölməsində ona mesaj yazılmışdır. Həmin şəxslə danışıb razılaşmış, razılaşmaya əsasən həmin şəxs avtomobili icarəyə götürərək günlük icarə haqqı olaraq 25 manat ödəyəciyini demişdir. 29 oktyabr 2024-cü ildə razılaşdıqdan sonra onlayn notariat programı vasitəsi ilə ona avtomobili idarə etməsi üçün bir illik etibarnamə vermiş, həmin şəxs özünü Yaşar olaraq təqdim etmişdir. 29 oktyabr 2024-cü il tarixdə avtomobili ona təhvil vermiş, Yaşar isə gündəlik 25 manat pulu ona məxsus olan "M10" hesabıma göndərmişdir. Təxminən Yaşar kimi tanıdığı şəxs bir neçə gün günlük ödənişləri ödəsə də 15,16 və 17 noyabr tarixlərində 3 gün ona gündəlik icarə olaraq verdiyi 25 manat pulu ödəməmiş, Yaşarın mobil nömrəsinə zəng vursa da o zənglərə cavab verməmiş, vatsap mobil şəbəkəsində mesaj yazsa da mesajlara da cavab verməmişdir. Bununla bağlı polisə müraciət edən zaman həmin şəxsin adının Yaşar yox Təqsirləndirilən şəxs olduğunu öyrənmişdir. Sonradan isə Təqsirləndirilən şəxs ona məxsus olan "Ford Fusion" markalı **- BM-*** qeydiyyat nişanlı avtomobilini Türkiyə Respublikası vətəndaşı Zərərçəkmiş şəxs3 satdığını öyrənmiş, Zərərçəkmiş şəxs3 də aldadıldığını bilib polisə müraciət etmişdir. Təqsirləndirilən şəxs ona özünü nə üçün Yaşar adı ilə tanıtması barədə məlumatı olmamış, ona etibarnamə verən zaman Toğrul özü Yaşar Ağazadə adına sürücülük vəsiqəsini verdiyi üçün onun Yaşar Ağazadə olduğunu düşünmüş etibarnaməni vermiş, onun Təqsirləndirilən şəxs olduğunu sonradan polisə müraciət etdikdən sonra öyrənmişdir. Təqsirləndirilən şəxs ara bir onunla söhbət zamanı avtomobili satmaq barəsində bir neçə dəfə demiş, o Toğrula adam tapdığı zaman bu barədə danışa biləcəyini, razılaşarsa sata biləcəyini demişdir. Toğrul avtomobili türk tələbələrinə də satmaq barədə demiş, ona avtomobil üçün qiymət deməmiş, demiş olsa idi ən az 17000 manat deyəcəyini bildirmişdir. Toğrulun avtomobili türk tələbələrinə verməsi barədə məlumatı olmamış, elə bir hal olduğu halda ondan ilk ona vurduğu ziyanları ödəməsini istəyəcəkmiş. Həmçinin, Toğrul türk tələbələrindən pul aldığını da ona deməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs, zərərçəkmiş şəxslərin, eyni zamanda şahidləri dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə müəyyən edilmiş cinayət əməlini törətməkdə təqsirli olması özünün etirafı ilə yanaşı şahidlərin, zərərçəkmiş şəxslərin ifadələri, məhkəmə və istintaq hərəkətlərinin protokolları və aşağıda göstərilən digər sübutlarla tam sübuta yetirilmişdir. İş materiallarından aydın olur ki, həmin cinayət işi zərərçəkmiş şəxslər tərəfindən daxil olan məlumat əsasında Azərbaycan Respublikası CM-in 178.2.2 və 178.2.4-cü maddələri ilə başlanılmışdır. İstintaq zamanı Təqsirləndirilən şəxs Y.Budaqov adına X4 qeydiyyatda olub-olmaması barədə sorğu verilmiş və alınmış cavabda Təqsirləndirilən şəxs narkoloji və psixi xəstə kimi qeydiyyatda olmadığı göstərilmişdir. Cinayət işi üzrə istintaq zamanı Azərbaycan Respublikası Naxçıvan MR DİN-in ƏSİŞdən təqdim olunmuş tələbnamə ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmuş və məhlumluğu ödənilməmişdir. İstintaq zamanı 04 dekabr 2024-cü il tarixli mobil telefona baxış keçirilməsi haqqında protokoldan görünür ki, X8 təqdim etdiyi, istifadəsində olan “Redmi Note 11” markalı mobil telefona baxış keçirilən zaman Təqsirləndirilən şəxs onu aldadaraq pulunu ələ keçirməsinə dair aralarında vatsap vasitəsilə olan iş üçün əhəmiyyətli yazışmalar, fotoşəkillər və səs yazıları aşkar olunaraq götürülməklə cinayət işinin materiallarına əlavə edilmişdir. İstintaq zamanı 06 yanvar 2025-ci il tarixli mobil telefona baxış keçirilməsi haqqında protokoldan görünür ki, Zərərçəkmiş şəxs6 təqdim etdiyi, istifadəsində olan “İphone 14 pro max” markalı mobil telefona baxış keçirilən zaman Təqsirləndirilən şəxs onu aldadaraq pulunu ələ keçirməsinə dair aralarında vatsap vasitəsilə olan iş üçün əhəmiyyətli yazışmalar və fotoşəkillər aşkar olunaraq götürülməklə cinayət işinin materiallarına əlavə edilmişdir. İstintaq zamanı 08 yanvar 2025-ci il tarixli mobil telefona baxış keçirilməsi haqqında protokoldan görünür ki, Zərərçəkmiş şəxs3 təqdim etdiyi, istifadəsində olan “İphone XS max” markalı mobil telefona baxış keçirilən zaman Təqsirləndirilən şəxs onu aldadaraq pulunu ələ keçirməsinə dair aralarında vatsap vasitəsilə olan iş üçün əhəmiyyətli yazışmalar və fotoşəkillər aşkar olunaraq götürülməklə cinayət işinin materiallarına əlavə edilmişdir. İstintaq zamanı 23 dekabr 2024-cü il tarixli mobil telefona baxış keçirilməsi haqqında protokoldan görünür ki, Zərərçəkmiş şəxs4 təqdim etdiyi, istifadəsində olan “Redmi Note 12 pro” markalı mobil telefona baxış keçirilən zaman Təqsirləndirilən şəxs onu aldadaraq pulunu ələ keçirməsinə dair aralarında vatsap vasitəsilə olan iş üçün əhəmiyyətli yazışmalar və fotoşəkillər aşkar olunaraq götürülməklə cinayət işinin materiallarına əlavə edilmişdir. İstintaq zamanı 23 yanvar 2025-ci il tarixli mobil telefona baxış keçirilməsi haqqında protokoldan görünür ki, Zərərçəkmiş şəxs2 təqdim etdiyi, istifadəsində olan “İphone 15 Pro” markalı mobil telefona baxış keçirilən zaman Təqsirləndirilən şəxs onu aldadaraq pulunu ələ keçirməsinə dair aralarında vatsap vasitəsilə olan iş üçün əhəmiyyətli yazışmalar və fotoşəkillər aşkar olunaraq götürülməklə cinayət işinin materiallarına əlavə edilmişdir. İstintaq zamanı 27 yanvar 2025-ci il tarixli təqdim edilən əşyanın qəbul edilməsi haqqında protokoldan görünür ki, Zərərçəkmiş şəxs5 Təqsirləndirilən şəxs onu aldadaraq pulunu ələ keçirməsinə dair aralarında vatsap vasitəsilə olan iş üçün əhəmiyyətli yazışmalar və fotoşəkilləri təqdim etmiş, iş üçün əhəmiyyətli olduğundan fotoşəkillər götürülməklə cinayət işinin materiallarına əlavə edilmişdir. İş üçün əhəmiyyətli olduğundan istintaq zamanı "xxxx" MMC-dən əldə edilmiş Təqsirləndirilən şəxs istifadəsində olan +**********60 mobil nömrəsinə aid telefon danışıqlarına dair məlumatların köçürüldüyü CD-yə baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs ilə +**********71 mobil nömrəsinin sahibi Zərərçəkmiş şəxs3 arasında 7 oktyabr 2024-cü il və 8 oktyabr 2024-cü il tarixlərdə danışıqların olduğu müəyyən edilmişdir. İstintaqla əlaqədar "xxxx" MMC-dən əldə edilmiş Təqsirləndirilən şəxs istifadəsində olan +**********56 və +**********61 mobil nömrələrinə aid telefon danışıqlarına dair məlumatların köçürüldüyü CD-yə xidməti otağımda baxış keçirilmiş, baxış zamanı +**********56 mobil nömrəsinin sahibi Təqsirləndirilən şəxs ilə +**********22 mobil nömrəsinin sahibi Zərərçəkmiş şəxs5 arasında 27 dekabr 2024-cü il və 28 dekabr 2024-cü il tarixdə danışıqların olduğu müəyyən edilmişdir. Bundan başqa, +**********61 mobil nömrəsinin sahibi Təqsirləndirilən şəxs ilə +**********03 mobil nömrəsinin sahibi Zərərçəkmiş şəxs6 arasında 8 dekabr 2024-cü il tarixdə danışıq olduğu müəyyən edilmişdir. Cinayət işinin materialların nəzərdən keçirdikdə məlum olmuşdur ki, istintaq zamanı "xxxx" MMC-dən əldə edilmiş Təqsirləndirilən şəxs istifadəsində olan +**********26 mobil nömrəsinə aid telefon danışıqlarına dair məlumatların köçürüldüyü CD-yə xidməti otağımda baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs ilə +**********62 mobil nömrəsinin sahibi Zərərçəkmiş şəxs4 arasında 20 dekabr 2024-cü il tarixdə danışıqların olduğu müəyyən edilmişdir. Cinayət işinin materialların nəzərdən keçirdikdə məlum olmuşdur ki, istintaq zamanı "xxxx" ASC-dən 14 mart 2025-ci il tarixdə daxil olmuş Təqsirləndirilən şəxs məxsus 5239 1517 8465 3605 və 5239 1517 5431 7496 hesab nömrəli bank kartlarına mədaxil olunan məbləğlərin siyahısına baxış keçirilmiş və baxış zamanı Təqsirləndirilən şəxs 5239 1517 8465 3605 hesab nömrəli bank kartına X27 tərəfindən 416973******9209 nömrəli kart hesabından 16 noyabr 2024-cü il tarixdə 1000 manat, Şahid5 tərəfindən 416974******1589 nömrəli kart hesabından 27 noyabr 2025-ci il tarixdə 60 manat və 20 manat, 2 yanvar 2025-ci il tarixdə Şahid1 tərəfindən 416973******8517 nömrəli kart hesabından 100 maant, 2 yanvar 2025-ci il tarixdə Kurekci Sedat tərəfindən 416973******1207 nömrəli kart hesabından 500 manat pul köçürülməsi, həmçinin, 5239 1517 5431 7496 hesab nömrəli bank kartına 5 dekabr 2024-cü il tarixdə saat 22:29:47 saniyədə 500 manat və 6 dekabr 2024-cü il tarixdə saat 12:15:31 saniyədə 35 manat, 20 dekabr 2024-cü il tarixdə Zərərçəkmiş şəxs4 tərəfindən 416973******0634 nömrəli kart hesabından 320 manat, 300 manat, 150 manat, 27 dekabr 2024-cü il tarixdə Zərərçəkmiş şəxs5 tərəfindən 523915******5103 nömrəli kart hesabından 350 manat, 28 dekabr 2024-cü il tarixdə Zərərçəkmiş şəxs5 tərəfindən 523915******5103 nömrəli kart hesabından 250 manat pulun köçürülməsi müəyyən olunmuşdur. Həmçinin, cinayət işinin materialların nəzərdən keçirdikdə məlum olmuşdur ki,, Təqsirləndirilən şəxs məxsus 5239 1517 5431 7496 hesab nömrəli bank kartına 5 dekabr 2024-cü il tarixdə saat 22:29:47 saniyədə köçürülmüş 500 manat və 6 dekabr 2024-cü il tarixdə saat 12:15:31 saniyədə köçürülmüş 35 manat pul ilə Zərərçəkmiş şəxs6 təqdim etdiyi qəbzlərdə göstərilən məlumatlar eynilik təşkil etmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən- hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən- Hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “X9 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmək, həmin sübutları mübahisələndirmək imkanına malik olmuşdur. Təqsirləndirilən şəxsin əleyhinə olan sübutlara etiraz etmək və onları mübahisələndirmək üçün məhkəmə prosesində ona imkan yaradılmışdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Məhkəmənin qarşısında duran başlıca vəzifə - təqsirləndirilən şəxs tərəfindən törədilmiş əməlin düzgün tövsif edilməsindən ibarətdir. Bu səbəbdən də məhkəmə ittihama daxil olan cinayət əməlinin təhlil edilməsini zəruri hesab edir. Məhkəmə istintaqında obyektiv araşdırılmış mötəbər sübutlar əsasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərə məxsus pul vəsaitini ələ keçirərərk zərərçəkmiş şəxslərə ziyan vurmaqla dələduzluq cinayətini törətmişdir. İstintaq zamanı Təqsirləndirilən şəxs məhkumluğunun olub-olmamasını müəyyən etmək məqsədilə Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin ƏSİŞ-nə müvafiq tələbnamə göndərilmiş və alınmış xx.xx.2023-cü il tarixli 3-13-43/2-5505/2023 nömrəli cavabda Təqsirləndirilən şəxs barəsində Bakı Şəhər Xətai RPİ-də ********* nömrəli cinayət işi başlanıldığı, 19 dekabr 2022-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə Xətai Rayon Məhkəməsinin qərarı ilə həbs edildiyi, 19 yanvar 2023-cü il tarixdə barəsində 01 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzası verildiyi, xx.xx.2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə cəzasının 01 il 20 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz edildiyi göstərilmişdir. Naxçıvan Şəhər Məhkəməsinin 09 oktyabr 2024-cü il tarixli 1(07xx-xx/2024 nömrəli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 2 (iki) il 3 (üç) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzası Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(103)-758/2023 nömrəli qərarı ilə təyin edilən azadlığın məhudlaşdırılması cəzasının çəkilməmiş 10 (on) ay 17 (on yeddi) gün hissəsi ilə qismən birləşdirilməklə qəti olaraq 2 (iki) il 7 (yeddi) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Cinayət Məcəlləsinin 69.4-cü maddəsinin əsasən Təqsirləndirilən şəxs ev dustaqlığında olan müddət 162 gün ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından bir gün iki gün hesabı ilə çıxılmaqla qəti olaraq 1 (bir) il 8 (səkkiz) ay 6 (altı) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin 25 iyul 2025-ci il tarixli məktubundan aydın olur ki, Naxçıvan Şəhər Məhkəməsinin 09 oktyabr 2024-cü il tarixli 1(07xx-xx/2024 nömrəli hökmü ilə 1 (bir) il 8 (səkkiz) ay 6 (altı) gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs barəsində olan hökm xx.xx.2024-cü il tarixdə Naxçıvan şəhər icra və probasiya şöbəsinin icraatına daxil olmuşdur. Hökm daxil olduqdan sonra məhkumun olduğu yer müəyyən olunmadığından məhkum qeydiyyata götürülməmiş, məhkumun barəsində xx.xx.2024-cü il tarixdə axtarış haqqında qərar qəbul olunaraq Naxçıvan Şəhər Polis İdarəsinə göndərilmiş, həmçinin Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin vəsatəti və Naxçıvan Şəhər Prokurorluğunun təqdimatı əsasında Naxçıvan Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə məhkumun tutulması barədə qərar qəbul edilmişdir. Yuxarıda qeyd olunanlara əsaslanaraq məhkum Təqsirləndirilən şəxs cəzasının çəkilməmiş hissəsi xx.xx.2025-ci il tarixə 1 (bir) il 8 (səkkiz) ay 6 (altı) gün təşkil edir. Azərbaycan Respublikası CM-nin 178.2.2-ci və 178.2.4-cü maddəsinin sanksiyasında iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulduğundan həmin cinayət təsnifatına görə az ağır cinayət sayılır. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsində göstərilir ki, az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində, onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Lakin Azərbaycan Respublikası CM-nin 178.2.2ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində Naxçıvan Şəhər Məhkəməsinin hökmü ilə azadlığın məhdudlaşdırılması cəzasını çəkmədiyindən ona hökmlərin məcmusu qaydasında cəza təyin edilməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5 və 67-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 14 iyul 2022-ci il tarixli Qərarında fromalaşmış hüquqi mövqeyə görə qanuni qüvvəyə minmiş hökmlə məhkum edilmiş şəxs tərəfindən yeni cinayət törədildiyi hallarda hökmlərin məcmusu üzrə cəza təyin edilir. Davam edən cinayətin qanunla nəzərdə tutulmuş birinci əməli birinci hökmdən əvvəl törədildiyi və həmin hökm qanuni qüvvəyə mindikdən sonra davam edərək başa çatdığı halda davam edən cinayət tam olaraq hökm qanuni qüvvəyə mindikdən sonra törədilmiş hesab edilməli və müvafiq əsaslar olduqda şəxsə cəza Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən cinayətlərin məcmusu qaydasında deyil, həmin Məcəllənin 67-ci maddəsinə uyğun olaraq hökmlərin məcmusu qaydasında təyin olunmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qeyd edilən həmin Plenum Qərarının qeyd edilməsində məqsəd bundan ibarətdir ki, hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs əməlində zərərçəkmiş şəxslərə (Zərərçəkmiş şəxs6 5 dekabr 2024-cü il tarixdə, Zərərçəkmiş şəxs4 20 dekabr 2024-cü il tarixdə, Zərərçəkmiş şəxs5 27 dekabr 2024-cü il tarixdə, Zərərçəkmiş şəxs2 2 yanvar 2025-ci il tarixdə, X14 16 noyabr 2024-cü il tarixdə) münasibətdə əməlin törədilməsi vaxtı məhkəmənin qanuni qüvvəyə mindiyi vaxtdan sonrakı dövrdə yəni 2024-cü ilin 15 noyabr tarixindən sonrakı vaxtda törədilmişdir. Həmçinin digər zərərçəkmiş şəxs X12 münasibətdə əməl davam edən cinayət kimi qiymətləndirilməli 2024-cü ilin may ayından başlayaraq vahid niyyətlə pulun ələ keçirilməsi 27 noyabr 2024-cü il tarixdə sonuncu dəfə pulu köçürülməsi ilə ilə başa çatması nəzərə alınaraq cinayətin törədilmə vaxt davam edən cinayətlərdən son əməlin törədilməsi vaxtını cinayət prosessual qanunvericilik nəzərdə tutduğundan həmin əməlin törədilməsi də hökm qanuni qüvvəsini aldıqdan sonraya təsadüf etdiyindən hökmlərin məcmusu qaydasında cəza təyin edilməlidir. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək, həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci və 178.2.4-cü maddəsində nəzərdə tutulan cinayətin bütün əlamətləri var. Həmin cinayət hadisəsi həqiqətən baş vermiş, ona ibtidai istintaq orqanı tərəfindən düzgün hüquqi qiymət verilmiş və cinayət hadisəsi məhz Təqsirləndirilən şəxs tərəfindən törədilmişdir. Həmçinin bu cinayətin törədilməsində o, təqsirlidir. Təqsirləndirilən şəxs cinayət əməlini qəsdən törətmişdir. Onun əməli başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə az ağır cinayətlər kateqoriyasına aiddir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayəthüquqi nəticəsidir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 17 mart 2011-ci il tarixli Qərarı). “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. Sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş olsun, bununla sosial balans pozulmuş olsun və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. Azərbaycan Respublikasının CM-nin 178.1-ci maddəsinə əsasən Dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə-min manatdan iki min manatadək miqdarda cərimə və ya üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır 178.2. Eyni əməllər: 178.2.1. qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə; 178.2.2. təkrar törədildikdə; 178.2.3. şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə; 178.2.4. xeyli miqdarda ziyan vurmaqla törədildikdə— dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs əməlində məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. İşə məhkəmə istintaqı zamanı baxılarkən də Təqsirləndirilən şəxs əməlində məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə görə hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Həmin Məcəllənin 67.2-ci maddəsinə görə hökmlərin məcmusu üzrə təyin edilmiş və azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan qəti cəzanın müddəti və ya həcmi, bu Məcəllənin Ümumi hissəsində həmin cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Həmin Məcəllənin 67.4-cü maddəsinə görə hökmlərin məcmusu üzrə qəti cəza həm yeni törədilmiş cinayətə görə təyin edilmiş cəzadan, həm də məhkəmənin əvvəlki hökmü ilə təyin edilmiş cəzanın çəkilməmiş hissəsindən çox olmalıdır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərə tutulmuş azadlıqdan məhrumetmə növündə cəzanın təyin edilməsi qanuni, əsaslı və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərinə uyğundur. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının 4 (dörd) il müddətinə təyin edilməsini cəzanın məqsədilən uyğun hesab edir. Belə ki, təqsirləndirilən şəxsin şəxsiyyəti nəzərə alındıqda, onun həmin əmələ görə dəfələrlə cinayət işlərinin mövcudluğu, hazırki iş üzrə zərərçəkmiş şəxslərə ümumiyyətlə ziyan ödəməməsi, şəxsiyyətini xarakterizə edən cinayət işi materiallarında olan bütün hallar nəzərə alınaraq qeyd edilən müddətin təqsirləndirilən şəxsə təyin edilməsini cəzanın məqsədinə uyğun hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1-ci maddəsinə görə cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə: 68.1.1-1. azadlığın məhdudlaşdırılmasının iki günü nəzərə alınır. Yuxarıda qeyd edilən icra və probasiya bölmələrinin məktubundan aydın olur ki, Təqsirləndirilən şəxs ona təyin edilən azadlığın məhdudlaşdırılması cəzasını ümumiyyətlə çəkməmişdir. Belə olan halda təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrumetmə cəzası əvvəlki hökmlə (qərarla) təyin edilən azadlığın məhdudlaşırılması cəzası cinayət qanunvericiliyinə əsasən iki gün azadlığın məhdudlaşdırılması bir gün azadlıqdan məhrumetməyə bərabər hesablanmaqla və qismən birləşdirilməklə qəti cəza təyin edilməlidir. Naxçıvan Şəhər Məhkəməsinin 09 oktyabr 2024-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 1 il 8 ay 6 gün hissəsi CM-in 68.1.1-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılmasının iki günü azadlıqdan məhrumetmə cəzasının bir gününə bərabər tutulub hesablanmaqla 10 ay 3 gün müddətinə azadlıqdan məhrumetmə cəzası hesablanır ki, həmin cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən ona təyin edilmiş 4 (dörd) il müddətində azadlıqdan məhrumetmə cəzası ilə qismən birləşdirilməklə Təqsirləndirilən şəxs qəti olaraq 4 (dörd) il 6 (altı) ay azadlıqdan məhrumetmə cəzası təyin edilməsini məhkəmə qanuni və əsaslı hesab edir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il Qərarında qeyd edilir ki, CM-nin 66.5 və 67-ci maddələrinə əsasən təyin olunmuş qəti cəzanın çəkilmə müddəti sonuncu iş üzrə məhkəməyə qədər qətimkan tədbiri və ya tutma qaydasında həbsdə olma müddəti də nəzərə alınmaqla axırıncı hökmün çıxarıldığı gündən hesablanır. Odur ki, Təqsirləndirilən şəxs barəsində şübhəli şəxs qismində tutulduğu iki gün müddət (18 yanvar-20 yanvar 2025-ci il taixləri) həbs qətimkan tədbiri seçildiyi müddət (20 yanvar 2025-ci il tarixdən 30 iyul 2025-ci il tarix daxil olmaqla olan müddət) nəzərə alınaraq 6 ay 12 gün müddət təyin edilmiş 4 (dörd) il 6 (altı) ay azadlıqdan məhrumetmə cəzasından çıxılmaqla üzərində qəti olaraq 3 (üç) il 11 (on bir) ay 18 (on səkkiz) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılmalı və cəzaçəkmə müddətinin başlanğıcı hökmün çıxarıldığı 31 iyul 2025-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə görə qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində cəza çəkir. Odur ki, Təqsirləndirilən şəxs ona təyin edilən azadlıqdan məhrumetmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini aldıqdan sonra ləğv edilməlidir. «Azərbaycan Respublikasının CM-nin dəyişikliklər edilməsi haqqında» 07 mart 2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə görə məhkəmə, hər bir cinayət işi üzrə CM-nin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli olan əmlakın olub-olmaması məsələsini həll etməlidir. Azərbaycan Respublikası CM-nin 99-1.1 və 99-1.1.1-ci maddələrinə əsasən məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunan əmlak hesab olunur. Məhkəmə xüsusi müsadirə ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, iş üzrə belə bir əmlak olmadığından təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə ilə bağlı müddəa tətbiq edilməməlidir. Eyni zamanda məhkəmə mülki iddia vermiş zərərçəkmiş şəxsə münasibətdə mülki iddianın qismən təmin edilməsi nəticəsinə gəlir və gəldiyi nəticəni aşağıdakılarla əsaslandırır. Azərbaycan Respublikası CPM-in 181.1-ci maddəsinə görə əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı aşağıdakı hallarda mülki iddia verməyə haqlıdır: 181.1.1. ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda; Həmin Məcəllənin 183.1-ci maddəsinə görə cinayət mühakimə icraatı zamanı mülki iddia cinayət təqibi başlanandan məhkəmə baxışında cinayət prosesi tərəflərinin çıxışı başlananadək istənilən an verilə bilər. Həmin Məcəllənin 183.3-cü maddəsinə görə cinayət mühakimə icraatı zamanı mülki iddia yalnız yazılı formada verilə bilər. İddia ərizəsində hansı cinayət təqibi üzrə kimin kimə qarşı, hansı əsasla və hansı məbləğdə mülki iddia verməsi göstərilməli, həmçinin zərərin ödənilməsi üçün konkret məbləğin və ya əmlakın tutulması barədə xahiş öz əksini tapmalıdır. Həmin Məcəllənin 179.2-ci maddəsinə görə mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. Azərbaycan Respublikası MPM-in 106.3-cü maddəsinə görə tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarında qeyd edilir ki, məhkəmə hökm çıxararkən verilmiş hər bir mülki iddia üzrə onun təmin edilib-edilməməsi, kimin xeyrinə və hansı hissədə təmin edilməsi məsələlərini həll etməlidir. Həmin qərarın 68-ci maddəsinə əsasən cinayət-prosessual qanuna əsasən məhkəmə hökmün təsviri-əsaslandırıcı hissəsində mülki iddianın tam və ya qismən təmin edilməsi və yaxud rədd edilməsi üzrə motivlərini, müvafiq maddi və prosessual hüquqi normaları və zəruri hallarda təmin edilmiş tələblərə aid olan hesablamaları göstərməklə gəldiyi nəticəni əsaslandırır. Belə əsaslandırma aparılarkən cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə və yaxud əməlin törədilməsi ilə əlaqədar vurulmuş ziyanın xarakteri və təmin edilməli olan tələblər üzrə ödənişlərin məbləği (o cümlədən, mülki cavabdeh mülki iddianı qəbul etdiyi hallarda) məhkəmə baxışında tədqiq edilmiş sübutlar göstərilməklə onların məcmusu ilə əsaslandırılmalıdır. Belə ki, məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs X8 vəkili və nümayəndəsi X17 mülki iddia ərizəsi ilə müraciət edərək Təqsirləndirilən şəxs mülki cavabdeh olaraq ziyanın ödənilməsi ilə bağlı müraciət etmişlər. Məhkəmə sözügedən iddia ərizələsini məhkəmə istintaqı zamanı verilən təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin ibtidai istintaq zamanı verdiyi və məhkəmə istintaqında tədqiq edilmiş ifadəsi eləcə də cinayət işinin materiallarında olan sənədlərlə əlaqəli şəkildə tədqiq edərək aşağıdakıları qeyd edir. İlk olaraq məhkəmə qeyd edir ki, mülki cavabdeh-Təqsirləndirilən şəxs mülki iddiaçızərərçəkmiş X10 iddia tələbində qeyd edilən məbləğdə deyil, ittiham aktında müəyyən edilən məbləğdə ziyan vurulduğunu qəbul edir və etiraf edir. Qalan hissədə isə iddia tələbini qəbul etmir. Məhkəmə hesab edir ki, mülki cavabdeh Təqsirləndirilən şəxs 17024 (on yeddi min iyirmi dörd) manat pul alınıb X10 verilməlidir. Mülki iddia qalan hissədə rədd edilməlidir. Belə ki, mülki iddiaçı X18 qalan hissədə öz tələbinin əsasını təşkil edən halların təsdiqi üçün məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Eyni zamanda məhkəmə qeyd edir ki, iş üzrə ziyanı ödənilməyən, lakin mülki iddia verməyən digər zərərçəkmiş şəxslərə mülki mühakimə icraatı qaydasında mülki iddia qaldırmaq hüququ izah edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Naxçıvan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 30 saata görə 330 manat Azərbaycan Respublikasının dövlət büdcəsi hesabından Naxçıvan şəhər Vəkil Bürosunun hesabına köçürülməlidir. Şərh olunanlara və Azərbaycan Respublikası CPM-nin 44.1, 197-198, 341-349, 351- 353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əmələrini törətməkdə təqsirli bilinib 4 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Naxçıvan Şəhər Məhkəməsinin 09 oktyabr 2024-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 1 il 8 ay 6 gün hissəsi CM-in 68.1.1-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılmasının iki günü azadlıqdan məhrumetmə cəzasının bir gününə bərabər tutulub hesablanmaqla 10 ay 3 gün azadlıqdan məhrumetmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən ona təyin edilmiş 4 (dörd) il müddətində azadlıqdan məhrumetmə cəzası ilə qismən birləşdirilməklə ona qəti olaraq 4 (dörd) il 6 (altı) ay azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində şübhəli şəxs qismində tutulduğu, həbs qətimkan tədbiri seçildiyi müddət nəzərə alınaraq 6 ay 12 gün müddət təyin edilmiş 4 (dörd) il 6 (altı) ay azadlıqdan məhrumetmə cəzasından çıxılmaqla üzərində qəti olaraq 3 (üç) il 11 (on bir) ay 18 (on səkkiz) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Cəzasını ümumirejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 31 iyul 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini aldıqdan sonra ləğv edilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Naxçıvan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 30 saata görə 330 manat Azərbaycan Respublikasının dövlət büdcəsi hesabından Naxçıvan şəhər Vəkil Bürosunun hesabına köçürülsün. Mülki iddia qismən təmin edilsin. Təqsirləndirilən şəxs 17024 (on yeddi min iyirmi dörd) manat pul alınıb X10 ödənilsin. Mülki iddia qalan hissədə rədd edilsin. Zərərçəkmiş şəxslərə mülki iddia qaldırmaq hüququ izah edilsin. İş üzrə xüsusi müsadirə olunması əmlak, məhkəmə məsrəfi yoxdur. Hökmdən elan olunduğu (təqsirləndirilən şəxsə verildiyi) andan 20 gün müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Gülnar Səfərəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar