Azərbaycan Respublikası adından HÖKM Naxçıvan şəhəri İş № 1(078)-36/2023 16.11.2023 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Əliyeva Gülsüm Kamal qızının sədrliyi, X6 məhkəmə iclas katibliyi, Naxçıvan Muxtar Respublikası Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxx 1992-ci il tarixdə Şərur rayonu, Kərimbəyli kəndində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmayan, Şərur rayonu, Kərimbəyli kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində Naxçıvan Şəhər Məhkəməsinin 12 iyun 2023-cü il tarixli, 4(078)-51/2023 nömrəli qərarı ilə 3 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilərək Naxçıvan MR Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə, m ü ə y y ə n e t d i: Naxçıvan Şəhər Məhkəməsinin icraatına “28” avqust 2023-cü ildə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi daxil olmuşdur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cinayət işinin başlanmasına səbəb Bakı şəhər sakini Zərərçəkmiş şəxs 10 iyun 2023-cü il tarixdə X18 Polis Şöbəsinə ərizə ilə müraciət edərək, 06 iyun 2023-cü il tarixdə saat 08:00 radələrində İstanbul- Naxçıvan-Gəncə təyyarə reysi ilə uçuş edən zaman təyyarənin kabinində qara rəngli içərisində 2600 ABŞ dollar pul, “İphone 13 Pro max” mobil telefon, 3 ədəd qızıl qolbaq, 4 ədəd bank kartı, şəxsiyyət vəsiqəsi və sürücülük vəsiqəsinin olduğu əl çantasının naməlum şəxs və ya şəxslər tərəfindən gizli yolla talanaraq ona ümumilikdə 13.000 manat maddi ziyan vurulduğunu bildirməsi faktı, əsas isə həmin fakt əsasında toplanmış materiallar olmuşdur. Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 06 iyun 2023cü il tarixdə İstanbul-Naxçıvan təyyarə reysi ilə uçuş edən zaman təyyarə X29 Limanına eniş etdikdən sonra saat 08 radələrində təyyarənin kabinində Bakı şəhər sakini Zərərçəkmiş şəxs məxsus içərisində 4420 manat ekvivalentində 2600 ABŞ dolları, 1500 manat dəyərində “Apple İ-phone 13 Pro max” markalı 256GB yaddaş tutumlu mobil telefon, 01 ədəd 992,20 manat dəyərində üzərində qaşları olan 750 əyarlı, 9,02 qram çəkidə qızıldan hazırlanmış halqa formasında qolbaq, 01 ədəd 1008,70 manat dəyərində 750 əyarlı, 9,17 qram çəkidə qızıldan hazırlanmış “Cartier” markalı halqa formasında qolbaq, 01 ədəd 870,10 manat dəyərində 750 əyarlı, 7,91 qram çəkidə qızıldan hazırlanmış “Cartier” markalı halqa formasında qolbaq, 01 ədəd 100 manat dəyərində “Polo” firmasına məxsus eynək, 1 ədəd bağlı olduğu hesabda pul omayan 10 manat dəyərində “СБЕРБАНК” tərəfindən verilmiş **********223337 nömrəli plastik bank kartı, 1 ədəd bağlı olduğu hesabda 800 manat olan 10 manat dəyərində “alınma bank” tərəfindən verilmiş **********464995 nömrəli plastik bank kartı, 1 ədəd bağlı olduğu hesabda pul omayan 10 manat dəyərində “Emirates NBD” tərəfindən verilmiş üzərində nömrə olmayan plastik bank kartı, 1 ədəd bağlı olduğu hesabda 1000 manat olan 10 manat dəyərində “Umico” kobrendli **********0 nömrəli plastik kart olan 500 manat dəyərində “X49 1913” markalı qadın əl çantasını gizli olaraq talamaqla zərərçəkmiş şəxsə ümumilikdə 11231 manat məbləğində xeyli miqdarda ziyan vuraraq oğurluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ifadəsində ona elan edilmiş ittihamın mahiyyəti və mənasının özünə aydın olduğunu, həmin ittihamda göstərilən cinayət əməlini törətməkdə özünü təqsirli bildiyini, 2003-cü ildən Türkiyə Respublikasının İstanbul şəhərində müvəqqəti yaşamaq hüququ alaraq yaşadığını, Türkiyə Respublikasında müddətdən artıq qaldığı üçün vizasının vaxtının keçdiyini, başqa bir ölkəyə giriş çıxış etməli olduğunu, o Azərbaycan Respublikasına, yaşadığı Naxçıvan Muxtar Respublikası Şərur rayonuna gəlməyi qərarlaşdıraraq 06 iyun 2023-cü il tarixində İstanbul şəhərindən Naxçıvan Muxtar Respublikasına hava nəqliyyatı ilə gəlmək üçün bilet aldığını, 06 iyun 2023-cü il tarixində İstanbul şəhərindən təyyarəyə mindiyini, 8 nömrəli sırada oturduğunu, onunla eyni sırada təyyarənin şüşəsinə tərəf bir nəfər tanımadığı xanımın oturduğunu, onların arasında olan oturacağın isə boş olduğunu, təyyarə qalxana yaxın təyyarənin sərnişin zalına nəzarət edən nəzarətçinin yanında oturan xanıma əl çantasını sərnişin üçün nəzərdə tutulan yük yerinə qoymağını dediyini, qadının da əl çantasını nəzarətçiyə verdiyini, nəzarətçinin həmin çantanı sərnişinlər üçün nəzərdə tutulan yük yerinə yerləşdirdiyini, həmin yerdə özünün kurtkası və yük çantasının olduğunu, həmin qadınla yol boyu danışmadığını, bir dəfə yemək verilərkən ona yeməyini götürməsində köməklik etdiyi zaman qadın ona ingilis dilində cavab verdiyindən onun azərbaycanlı yox xarici vətəndaş olduğunu düşündüyünü, qadının danışıqlarından Naxçıvan Muxtar Respublikasına yox Bakı şəhərinə gedəcəyini düşündüyünü, təyyarə Naxçıvan Muxtar Respublikasına çatdıqda kurtkasını və yük çantasını götürmək üçün baqaj yerini açdığını, həmin qadının çantasının kurtkasının üstündə olduğunu gördüyünü, qadının xarici vətəndaş olduğunu, çantanın içərisində pul və qiymətli şeylərin olacağını və öz üzərində çox az cəmi 100 türk lirəsi pulu olduğundan qadına məxsus çantanı kurtkasının arasında gizlədərək təyyarədən çıxdığını, qadının çantanı götürməyindən xəbəri olmadığını, hava limanından çıxarkən də qadının çantasını kurtkasının arasında çıxardığını, hava limanında xidmət edən nəzarətçilərə heç nə bildirmədiyini, hava limanından çıxdıqdan sonra hava limanının xidməti taksilərindən birinə oturaraq sürücüyə onu Naxçıvan şəhərində yerləşən Avtovağzal kompleksinə aparmasını dediyini, taksiyə mindikdən sonra götürdüyü çantanı açdığını, çantanın içərisində pul, telefon, qızıl, eynək və bankomat kartlarını gördüyünü, çantada olan pulları saydıqda pullar 100-lük, 50-lik əskinazlarda olmaqla ümumi pulun 2600 ABŞ dolları olduğunu, çantadakı telefona baxdıqda markasının “İphone” olduğunu gördüyünü, çantada 3 ədəd qızıl qolbaq, bir ədəd eynək, 4 ədəd bankomat kartına oxşar kart, sürücülük vəsiqəsi və şəxsiyyət vəsiqəsi olduğunu, çantada olan əşyaları təkrar çantaya qoyduğunu, avtovağzala çatdıqdan sonra avtomobildən düşdüyünü, üzərində pul olmadığı üçün oğurladığı 2600 ABŞ dollar pulun 100 dollarını götürərək avtovağzalın içərisində valyuta dəyişmə ilə məşğul olan şəxsə verərək əvəzində 169 manat pul aldığını, sonra bacısının əri Tahir Abdullayevə zəng edərək Naxçıvana gəldiyini, görüşmək istədiyini dediyini, X19 şəhərində Böyük bağ adlanan yerdə görüşüb kef-hal etdikdən sonra Tahirə yemək yemək istədiyini dediyini, birlikdə Naxçıvan şəhərində yerləşən Milli Yeməklər kafesinə getdiklərini, yemək yedikdən sonra kafenin hesabını ödədiyini, Tahirə xalasıoğlu Kamal Məmmədovun yaşadığı evə getmək istədiyini deyib taksi çağırmaq istədikdə Tahirin ona taksi çağırmamasını, dostu Səbuhi Heydərovun taksi işlədiyini, onu çağıracağını dediyini, bir neçə dəqiqə sonra Səbuhinin gələrək onları Böyük bağın yanından götürdüyünü, Səbuhiyə Şərur rayonuna getmək qarşılığında 20 manat verəcəyini dediyini, Şərur rayonuna çatdıqda Səbuhiyə 20 manat pulu verərək getməsini dediyini, sonra Tahir ilə birlikdə Kamal Məmmədovun yaşadığı evə getdiyini, Kamal Məmmədov evdə olmadığından ona zəng edib evə çağırdıqlarını, Kamal Məmmədovun evə gəldiyini, birlikdə biraz söhbət etdiklərini, orada olarkən Kamalın qızına 80 manat pul verdiyini, sonra Kamal Məmmədova yeni dünyaya gəlmiş nəvəsini və anasını görmək istədiyini dediyini, onları həmin yerlərə aparmasını istədiyini, Kamal Məmmədovun avtomobili üçün də 50 manatlıq yanacaq aldığını, Tahirlə birlikdə Kamal Məmmədovun qızının yaşadığı Şərur şəhərinə getdiyini, orada Kamal Məmmədovun nəvəsini görüb ona 100 manat pul verdiyini, oradan isə yoldan şirniyyat alaraq Kamal Məmmədovun anasını görməyə getdiyini, daha sonra Kamal Məmmədovun evinə getdiyini, orada yemək yediyini və Tahir Abdullayevlə birlikdə yenidən taksi ilə Naxçıvan şəhərinə gəldiklərini, Tahir Abdullayevlə yemək yeyib spirtli içki qəbul etmək üçün Naxçıvan şəhərində Söyüdlük adlanan kafeye getdiyini, orada yemək sifariş verib pivə və araq içməyə başladığını, bir neçə saat orada oturduqdan sonra taksi ilə Tahir Abdullayevin yaşadığı evə getdiyini, Tahirgilin evində ailəvi problem olduğundan evə girməyərək oradan taksi ilə Şərur rayonu Kərimbəyli kəndində yerləşən evlərinə getdiyini, evə çatdıqda qapının bağlı olduğunu, açarının isə Naxçıvan şəhərində yaşayan bacısı Zəhrada olduğunu xatırladığını, evə girə bilməyib oradan Kamal Məmmədovun yaşadığı Şərur rayonu Cəlilkənd kəndinə getdiyini, Kamal Məmmədova vəziyyəti dediyini, onun da onlarda qala biləcəyini dediyini, yatmağı üçün yaşadıqları evin balkonunda yataq düzəltdiklərini, həmin gecəni orada yatdığını, oğurladığı çantanı yanında saxladığını, səhəri günü yuxudan oyanıb taksi ilə Naxçıvan şəhərinə gəldiyini, oğurladığı pulların üzərində olduğunu, Naxçıvan şəhərində olarkən Tahir Abdullayevə zəng etdiyini, Tahirin işdə olduğunu, birazdan gələcəyini dediyini, günorta saatlarında Tahir Abdullayevlə görüşdüyünü, biraz söhbət etdikdən sonra ona dostu Rəfail Fərzəliyevi görmək istədiyini dediyini, mağazaların birindən bir neçə ədəd pivə və bəzi çərəzlər alıb Rəfailə zəng edib Tahirlə birlikdə onun yaşadığı evə getdiyini, Rəfail ilə görüşüb aldığı pivələri orada içməyə başladıqlarını, Pivələri içib qurtardıqdan sonra gəzmək üçün Rəfail və Tahirlə birlikdə evdən çıxdığını, Naxçıvan şəhərində yerləşən Araz Restoranına getdiyini, Araz restoranında pivə sifariş verərək içsələr də, orada çox oturmayaraq 50 manata yaxın hesabı ödəyib durduğunu, Araz restoranından çıxıb birlikdə Naxçıvan şəhərində yerləşən Əyəncə mərkəzinə gəldiyini, orada da pivə sifariş verərək içdiklərini, Tahir Abdullayevin evə getməli olduğunu deyib masadan durduğunu, özü Rəfaillə biraz oturduqdan sonra hesabı ödədiyini, Rəfaillə birlikdə kafedən çıxdığını, Rəfailin oradan öz evlərinə getdiyini, özü isə taksi ilə Kamal Məmmədovun evinə getdiyini, gecəni orada qaldığını, səhəri günü taksi ilə Naxçıvan şəhərinə gəldiyini, Tahir Abdullayevlə əlaqə saxlayıb onunla görüşdüyünü, Tahirə avtomobil kirayə götürmək istədiyini dediyini, Tahirlə birlikdə Naxçıvan şəhərində olan “Rent A Car”-lardan birinə gedərək günü 90 manat olmaqla təmizləmə xərci ilə birlikdə 190 manat ödəməklə 2 günlük avtomobil kirayə götürdüyünü, Avtomobili götürdükdən sonra yanacaq doldurub Tahirlə birlikdə gəzməyə başladığını, gəzərkən əvvəlcədən tanıdığı Ayxan Salmanovu gördüyünü, Ayxanı yanlarına dəvət edib onunla gəzməyə davam etdiyini, sonra birlikdə yemək yemək üçün Şərur rayonuna getdiklərini, orada adını xatırlamadığı restoranların birində yemək yediyini, oradakı hesabı da oğurladığı puldan ödəyərək, birlikdə Naxçıvan şəhərinə gəldiklərini, Ayxan və Tahirlə birgə Naxçıvan şəhərində yerləşən Əyləncə Mərkəzinə getdiklərini, orada özlərinə pivə sifariş verdiyini, Tahir Abdullayevin evə getməli olduğunu deyib durduğunu, özü isə Ayxanla oturmağa davam etdiyini, biraz yeyib içdikdən sonra orada əvvəlcədən tanış olduğu Urfan adlı şəxsi gördüyünü, onuda masaya dəvət etdiyini, Urfanın da onlarla oturub pivə içdiyini, özünün oradan tez ayrılıb Şərur rayonuna getdiyini, Əyləncə Mərkəzindən ayrılarkən kafenin hesabını ödəyib ayrıldığını, orada 65 manat hesab verdiyini, Şərur rayonunda yenə Kamal Məmmədovun evinə gedib gecəni orada qaldığı, 09 iyun 2023-cü il tarixdə oğruladığı çantanı içərisində olan eynək və plastik kartlarla birlikdə Kamal Məmmədovun evində yatdığı yerin yanına qoyub pulları, qızılları və telefonu üzərində götürüb kiraladığı avtomobillə oradan ayrıldığı, Naxçıvan şəhərinə gəldikdə Tahirlə görüşdüyünü, biraz gəzdikdən sonra avtomobili aparıb kirayə götürdüyü ünvana təhvil verdiyini, Tahirin Türkiyədən qohumlarının gəldiyini, onları qarşılayacağını deyib getdiyini, özü taksi ilə Şərur rayonuna getdiyini, Şərur rayonuna gedərkən əvvəlcədən tanıdığı Şərur rayonu Düdəngə kəndində yaşayan Adil adlı şəxsi gördüyünü, sürücüdən avtomobili saxlamasını istədiyini, avtomobildən düşərək Adil ilə görüşdüyünü, Adil ilə biraz kef hal etdikdən sonra piyada yoluna davam etdiyini, Üst yol deyilən yerə çatdıqda orada tərəvəz satan şəxsin yanında ağacın altında dayandığını, həmin vaxt oraya motosikletdə tanımadığı bir şəxs gəldiyini, o həmin şəxsi ilk dəfə gördüyünü, həmin şəxsin onunla görüşdüyünü, adının Ruslan olduğunu dediyini, Ruslanla tanış olduğunu söhbət zamanı Ruslanın balığa Araz çayına getdiyini dediyini, yoldan yemək içmək üçün araq, pivə, kolbasa, çörək və pendir alaraq Ruslanın motorsikleti ilə həmin yerə getdiklərini, oradan qayıtdıqdan sonra Şərur rayonunda Daşarx kəndinin üzərində olan yanacaq doldurma məntəqəsindən 8 ədəd Naxçıvan pivəsi, pendir və boğaz, enerji içkiləri alaraq Adilin evinə getdiklərini, aldıqları içkiləri orada içib gecəni Adilgildə qaldığını, səhəri günü 10 iyun 2023-cü il tarixdə Ruslana Naxçıvan şəhərinə gedəcəyini dedikdə Ruslanın da gəlmək istədiyini dediyini, Ruslanla taksiyə oturub Naxçıvan şəhərinə gəldiyini, birlikdə Naxçıvan şəhərində gəzib 57 bazarına paltar almağa getdiyini, bazarda olarkən oğurladığı puldan 100 dollar Azərbaycan manatına, üzərində olan 67 manatı isə Türkiyə Respublikasına getdikdə lazım olar deyə türk lirəsinə çevirdiyini, bazardan paltar və yük çantası aldığını, öz yük çantasını isə Ruslana verdiyini, Ruslanla birlikdə 57 bazarın arxasında yerləşən kafeyə getdiyini, kafedə yemək yeyib adama iki bakal da pivə içib oradan ayrıldığını, Şərur rayonuna getmək üçün Naxçıvan şəhərində yerləşən avtovağzala gəldiyini, Avtovağzala çatdıqda mağazaya getmək üçün oğurladığı və üstündə gəzdirdiyi, içərisində oğurladığı 3 ədəd qızıl qolbaq və İphone 13 pro max markalı telefon olan sumkanı Ruslana verib saxlamasını istədiyini, oğurladığı puldan qalan pulların isə üzərində olduğunu, mağazaya gedərkən 2 nəfər şəxsin ona baxdığını gördüyünü, onların polis olmasından şübhələndiyini, həmin şəxslər onları səsləyib yanlarına çağırdıqda onlara mağazaya girib gələcəyini dedikdə onların arxasınca qaçdıqlarını görüb polis olduqlarını bilib tutulmamaq üçün özünün də qaçdığını, polislərin onu saxlayıb Polis Şöbəsinə gətirdiklərini, Ruslanın isə həmin vaxt hara getdiyini bilmədiyini, daha sonra Ruslanı da çantaları ilə birlikdə saxlayıb polis şöbəsinə gətirdiklərini, Ruslana və digər şəxslərə üzərində olan pulların və digər əşyaların oğurluq olduğunu demədiyini, polis əməkdaşlarının onu saxlamamışdan əvvəl sumkaları Ruslana verən zaman sumkanın içində olan əşyalar barəsində ona heçnə demədiyini, özünə sumka alıb öz sumkasını Ruslana verdiyi zaman sumkada olan şeyləri təzə aldığı sumkaya qoyarkən Ruslanın oğurladığı telefon və qolbaqları görüb-görmədiyini bilmədiyini, içərisində 2600 ABŞ dolları pul, qızıl, telefon və kart olan çantanı içərisindən pulları, 3 ədəd qızıl qolbaq və telefonu götürüb xalasıoğlu Kamalın evində yatdığı yerin yanına qoyduğunu, əvvəlki ifadəsində polis əməkdaşları tərəfindən saxlanılan zaman çox həyəcanlı olduğundan oğurladığı çantanın xalasıoğlu Kamal Məmmədovun evində olmasına deyərsə Kamalın da problem yaşayacağını düşünüb çantanı zibil qabına atdığını dediyini, Kamal Məmmədova çanta və oğurluq etməyi ilə bağlı heç nə demədiyini, oğurladığı pulları ara-ara Azərbaycan manatına çevirib Tahir, Rəfail, Ayxan, Ruslan və Urfanla kafelərdə yeyib-içməyə, 190 manatını rent a cardan avtomobil götürməyə, kirayə götürdüyü avtomobildə gəzərkən ona yanacaq doldurmağa, bir yerə gedib gələrkən taksilərə, Şərur rayonuna Kamal Məmmədovu görməyə getdiyində Kamal Məmmədovun qızına 80 manat, Kamalın yeni doğulan nəvəsinə 100 manat, Kamalın öz avtomobilinə isə 50 manatlıq benzin vurmağa, bazardan paltar almağa və xatırlamadığı yerlərə, yeyib içməyə xərclədiyini, polis əməkdaşları saxladıqdan sonra üzərinə şəxsi axtarış aparan zaman üzərindən 400 dollar, 900 türk lirəsi və bir neçə manat aşkarlandığını, həmin pulların oğurluq yolu ilə əldə etdiyi pullar olduğunu, üzərinə şəxsi axtarış keçirilən zaman aşkar olunmuş 400 ABŞ dolları, 900 türk lirəsi və 21 manat pul, 1 ədəd üzərində “СБЕРБАНК” yazısı və **********223337 nömrələri olan bank kartı, 1 ədəd üzərində “alınma bank” yazısı və **********464995 nömrələri olan bank kartı, 1 ədəd “Emirates NBD”-yə məxsus bank kartı və 1 ədəd üzərində “Umico” və **********0 nömrələri olan bank kartı, 1 ədəd üzərində “en card” və **********337804 nömrələri yazılmış bank kartı, 1 ədəd üzərində İstanbul yazısı olan metro kartından İstanbul yazısı olan kart və 1 ədəd üzərində “en card” və **********337804 nömrələri yazılmış bank kartı ona məxsus olmaqla qalan digər əşya və pullar Zərərçəkmiş şəxs əşyaları olduğunu, Ruslan Abdullayev şübhəli şəxs qismində tutularkən onun əlində olan çantalara baxış zamanı çantasının içərisindən aşkar olunmuş əşyalardan 1 ədəd İphone 13 pro max markalı mobil telefon, 3 ədəd qızıl qolbağın Zərərçəkmiş şəxs məxsus olduğunu, əvvəllər oğurluq etmədiyini, birlikdə yeyib-içdiyi Tahir, Rəfail, Ayxan, Ruslan və Urfana onlarla birlikdə gəzərkən xərclədiyi pulların oğurluq olmasını demədiyini, törətdiyi əmələ görə peşman olduğunu bildirərək göstərdiklərini nəzərə alaraq onun barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Zərərçəkmiş şəxs xx.xx.2023-cü il tarixdə məhkəməyə teleqram göndərərək ona vurulmuş zərərin ödənildiyini, bu səbəbdən Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbinin olmadığını, işləri ilə əlaqədar hazırda Naxçıvan şəhərində olmadığından məhkəmə iclaslarında iştirak edə bilmədiyini, məhkəmə iclasının iştirakı olmadan keçirilməsini və qanuni qərar qəbul edilməsini xahiş etmişdir. İbtidai istintaq zamanı dindirilmiş və məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş Zərərçəkmiş şəxs ifadəsində 2017-ci ildən Dubay şəhərində yerləşən “Emirates NBD”-də bankda mühasib işlədiyini, işi ilə əlaqədar ilin çox vaxtı Dubay şəhərində olduğunu, ara-sıra Azərbaycan Respublikasına gəldiyini, 06 iyun 2023-cü ildə Türkiyə Respublikasından Azərbaycan Respublikasına gəlmək üçün İstanbul-Naxçıvan-Gəncə aviareysinə bilet aldığını, təyyarənin uçuş cədvəlinə görə təyyarənin 06 iyun tarixdə saat 05:30-da çıxmalı, Naxçıvan şəhərinə gəlməli, oradan isə Gəncə şəhərinə getməli olduğunu, göstərilən tarixdə təyyarəyə mindiyini, onun üçün təyyarədə sağ tərəfdə pəncərənin yanında ayrılan oturacaqda oturduğunu, yan oturacağın boş olduğunu, digər oturacaqda isə saqqallı bir şəxsin oturduğunu, təyyarə havaya qalxdıqdan sonra həmin şəxs bir neçə dəfə onunla danışmaq istəsə də, ona Azərbaycan dilini bilmədiyini düşünməsi və onunla danışmaması üçün ingilis dilində cavab verdiyini, bir müddətdən sonra təyyarənin X29 limanına eniş etdiyini, İstanbul şəhərindən təyyarəyə mindiyi vaxt sərnişin zalında xidmət edən nəzarətçinin ona əl çantasını üstündə saxlamamağını dediyindən, əl çantasını nəzarətçiyə verdiyini, nəzarətçinin də əl çantasını sərnişinlər üçün nəzərdə tutulan baqaj hissəyə yerləşdirdiyini, təyyarə X29 Limanında eniş etdikdən sonra yanında oturan saqqallı şəxsin qalxaraq təyyarənin sərnişin zalını tərk etdiyini, bir neçə dəqiqə təyyarə X29 Limanında gözlədikdən sonra Gəncə şəhərinə uçmaq üçün yola düşməyə başladıqda, yerindən qalxıb qulaqcığını götürmək üçün çantasına baxmaq istədiyini, lakin çantasının orada olmadığını gördüyünü, təyyarədə xidmət edən nəzarətçiləri çağırdığını, onlara əl çantasının qoyulan yerdə olmadığını bildirdiyini, nəzarətçilərin hazırda təyyarənin hərəkətə başladığını, hərəkətdə olan zaman təyyarəni saxlaya bilmədiklərini, çantasının itməsi barədə təyyarənin pilotuna məlumat verildiyini, pilotun X29 Limanında xidmət edən əməkdaşlara məlumat verəcəyini dediklərini, təyyarəni dayandırmadıqları üçün Gəncə şəhərinə getdiyini, oradan isə həmin günü Naxçıvana geri gəlmək üçün bilet tapa bilmədiyindən, 09 iyun 2023-cü il tarixdə Naxçıvana gəldiyini, 10 iyun 2023-cü il tarixdə baş verən hadisə ilə bağlı X29 Limanında yerləşən Polis Şöbəsinə müraciət etdiyini, polis Şöbəsində ona həmin şəxsi tapacaqlarını bildirdiklərini, çantasını oğurlayan şəxsi əvvəlcədən tanımadığını, həmin şəxslə İstanbuldan Gəncə şəhərinə getdiyi vaxt eyni təyyarədə gəldiyini, həmin şəxsin təyyarə X29 Limanında endikdən sonra təyyarədən düşərək getdiyini, sonradan həmin şəxsin Təqsirləndirilən şəxs olduğunu öyrəndiyini, həmin şəxslə aralarında heç bir ədavət, qohumçuluq və düşmənçilik münasibəti olmadığını, oğurlanmış çantasının içərisində 2600 ABŞ dolları pul, 3 ədəd qızıl qolbaq, İphone 13 pro max markalı mavi rəngli mobil telefon, 4 ədəd bankomat kartı, şəxsiyyət vəsiqəsi, sürücülük vəsiqəsi və eynəyi olduğunu, çantası oğurlanan zaman çantasında olan bankomat kartlarından “umico banka” məxsus kartında 1000 manat və “alınma bank” adlı kartında isə 800 manat pul olduğunu, çantasının oğurlandığını bildikdən sonra bütün bank kartlarını blokladığını, bu səbəbdən də həmin kartlardan çantasını oğurlayan şəxsin pul götürə bilmədiyini, oğurlanan kartlarını yenidən almaq üçün hər bir karta görə 10 manat, ümumilikdə 4 kart üçün 40 manat pul ödəməli olduğunu, oğurlanmış çantasının qara rəngli “Prada” firmasına məxsus çanta olduğunu, çantanı Türkiyə Respublikasından Azərbaycan manatı ilə 2000 manata aldığını, çantanın içərisində 2600 ABŞ dolları pul, həmçinin çantada olan “Polo” firmasına məxsus eynəyi 280 manata Bakı şəhərindən aldığını, İphone 13 pro max markalı mavi rəngli mobil telefonu isə 2300 manata aldığını, 3 ədəd qızıl qolbağın dəyərinin isə ümumilikdə 4000 manat olduğunu, ona çantasının oğurlanması nəticəsində ümumilikdə 13.000 manat maddi ziyan dəydiyini, Təqsirləndirilən şəxs tərəfindən oğurlanmış İphone 13 pro max markalı mobil telefonunun üzərində olan nömrənin X12 məxsus nömrə olduğunu, həmin nömrənin satışı almış olduğu ölkədə pulsuz olmaqla heç bir ödəniş etmədən əldə etdiyini, mobil nömrəyə lazım olduqca pul yükləyib istifadə etdiyini, Türkiyə Respublikasına getməmişdən əvvəl isə nömrənin üzərində olan danışıq və internet balansının hamısını istifadə edərək bitirdiyini, Təqsirləndirilən şəxs oğurlamış olduğu əl çantası və çantanın içərisində olan 3 ədəd qızıl qolbaq, İphone 13 pro max markalı mavi rəngli mobil telefon və eynəyinin dəyəri ilə bağlı təyin olunmuş məhkəmə-əmtəəşünaslıq ekspertizasının vermiş olduğu rəyin ona aydın olmaqla rəy ilə razı olduğunu, oğurlanmış əşyaları tapıldığından, ona dəymiş ziyan ödənildiyindən dəymiş ziyanın müəyyən edilməsi ilə bağlı hər hansı bir etirazı olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X22 ifadəsində Təqsirləndirilən şəxs əvvəlcədən tanımadığını, aralarında heç bir ədavət, düşmənçilik və qohumluq münasibətinin olmadığını, 09 iyun 2023-cü il tarixdə saat 17:00 radələrində Şərur rayonu, Mahmudkənd kəndinin yanında yolun kənarında muroveyi ilə gedərkən yolda səyyar alver edən həmkəndlisi “Bozu” ləqəbli şəxsi gördüyünü, evə pomidor və xiyar almaq üçün həmin şəxsin yanında dayandıqda Təqsirləndirilən şəxs gördüyünü, orada Təqsirləndirilən şəxsla söhbət etməyə başladığını, söhbət zamanı balıq tutmaq üçün Araz çayına sərhəddə getdiyini dediyini, Sülhəddinin də bu zaman Türkiyəyə getməli olduğunu deyərək ondan Araz çayının dayaz yerini bilib-bilmədiyini soruşduğunu, Sülhəddinə bu günədək bu barədə maraqlanmadığını, istəyirsə onunla balıq tutduğu yerə gələ biləcəyini, həmin yerdə Araz çayına baxıb bacararsa həmin yerdən keçə biləcəyini dediyini, Sülhəddinin mağazadan yeyib içmək üçün pivə, kolbasa və çörək alaraq onunla Araz çayına getdiyini, Sülhəddinə Arazın axdığı yerləri göstərib keçə biləcəyini soruşduğunu, Sülhəddinin də onun göstərdiyi yerə baxıb həmin yerdən keçə bilməyəcəyini dediyini və sonra orada biraz balıq tutmağa çalışdıqlarını, balıq tuta bilmədikdə isə oradan çıxaraq dayısı Adilin evində gecəni qalmağa getdiklərini, gecə orada qaldıqdan sonra səhəri günü Sülhəddinin Naxçıvan şəhərinə bazara gedib özünə paltar alacağını dediyini, Sülhəddindən onu da aparmasını istədiyini, eləcə taksi ilə birlikdə Naxçıvan şəhərinə, sonra oradan isə 57 bazarına getdiklərini, Sülhəddinin cibindən 100 dollar çıxararaq bazarda Azərbaycan manatına, bir qədər pulu isə türk lirəsinə çevirdiyini, sonra həmin pullarla özünə paltar və çanta aldığını, Sülhəddinin öz sumkasını isə ona hədiyyə etdiyini, sonra birlikdə yemək üçün bazarın arxasında olan kafeyə getdiklərini, yemək yeyib iki bakal pivə içdikdən sonra Şərur rayonuna getmək üçün Naxçıvan şəhərində yerləşən Avtovağzala gəldiklərini, Avtovağzala çatdıqda Sülhəddin tualetə gedəcəyini deyib əlindəki sumkaları ona verərək saxlamağını istədiyini, Sülhəddin sumkaları verdikdən sonra tualetə gedərkən bir anda qaçmağa başladığını, arxasınca da iki nəfər şəxsin mülki geyimdə qaçdığını gördüyünü, özünün isə qorxaraq nə baş verdiyini bilmədən taksiyə minib yaşadığı Şərur rayonu, Düdəngə kəndinə getdiyini, Taksi ilə yolda gedərkən telefonuna zəng gəldiyini, zəng edən şəxsin polis əməkdaşı olduğunu deyib ondan harada olduğunu soruşduğunu, həmin şəxsə taksidə olduğunu, Düdəngə kəndinə getdiyini dediyini, Polis əməkdaşının geri qayıtmağını dediyini, onun isə taksidə olduğundan geri gələ bilmədiyindən həmin şəxsə Şərura getdiyini deyərək telefonu söndürdüyünü, Şərura getdikdən sonra dayısı Adilin evinin yanında polis əməkdaşlarının onu saxlayaraq polis şöbəsinə dəvət etdiklərini, Polis şöbəsində olarkən Təqsirləndirilən şəxs oğurluq etdiyi üçün saxlandığını öyrəndiyini, polis şöbəsində ona Sülhəddinin oğurluq etməsindən özünün də məlumatının olduğunu, oğurluq yolu ilə əldə edilən pulları Sülhəddinin onunla xərclədiyini və bu barədə məlumatının olduğunu bildirib onu müdafiəçi ilə təmin edərək şübhəli şəxs kimi tutduqlarını, ifadəsi alındıqdan sonra isə Sülhəddinin ona verdiyi çantalara baxış və onun üzərinə şəxsi axtarış keçirdiklərini, şəxsi axtarış zamanı üzərindən qadağan olunmuş heçnə aşkar olunmadığını, Sülhəddinin ona saxlamaq üçün verdiyi çantalara baxış zamanı isə çantaların içərisindən 1 ədəd qara rəngli qolsuz gödəkcə, bir ədəd qara rəngli papaq, iki ədəd əl çantası, həmin əl çantalarının içərisindən isə bir ədəd samsung markalı mobil telefon, 1 ədəd “İphone 13 Pro Max” markalı mobil telefon, bir ədəd Sülhəddinə məxsus pasport, iki ədəd metro kartı, bir ədəd şüşə qabda parfüm, 3 ədəd qapı kilidi açarı, bir ədəd USB kabel, 3 ədəd qızıla bənzər qolbaq, bir ədəd Huavei markalı telefon, bir ədəd isə təsbeh aşkarlandığını, sonra protokol tərtib olunduğunu, həmin protokolları imzaladıqlarını, Təqsirləndirilən şəxs xərcədiyi pulları haradan alması və pulların oğurluq olması barədə məlumatı olmadığını, onunla birlikdə olarkən Sülhəddinin bir dəfə 100 dollar pulu Azərbaycan manatına dəyişdiyini, həmçinin kafedə olarkən 25 manat xərclədiyini, əlavə olaraq araq, kolbasa, enerji içkiləri aldığını, Təqsirləndirilən şəxs polis əməkdaşları saxlamağa çalışan vaxt onun arxasınca düşən şəxsləri tanımadığını, həmin vaxt onun nəsə səhv bir iş gördüyünü düşündüyünü, özünə də problem olmaması üçün Sülhəddini gözləməyərək oradan uzaqlaşıb taksiyə minib Şərur rayonuna getdiyini, Təqsirləndirilən şəxs bazarda olarkən özünə yeni çanta alıb öz çantasını ona verdiyi zaman çantasında olan əşyaları götürərkən orada bir telefon gördüyünü, lakin, Sülhəddini yeni tanıdığından həmin telefonun özünün olduğunu düşündüyünü, Şərur rayonuna gedərkən Sülhəddinin ona verdiyi sumkalara baxmadığını, polis əməkdaşları onu saxladıqdan sonra isə sumkaları da götürüb polis şöbəsinə gəldiyini bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X23 ifadəsində Təqsirləndirilən şəxs bibisi nəvəsi olduğunu, həmçinin Sülhəddinin bacısı ilə ailə qurduğunu, Təqsirləndirilən şəxs bir neçə ildir ailəsi ilə birlikdə Türkiyə Respublikasında yaşadığını, Təqsirləndirilən şəxs Türkiyə Respublikasından Naxçıvan Muxtar Respublikasına gəldiyini, onun Naxçıvan Muxtar Respublikasına gələcəyini əvvəlcədən bilmədiyini, 06 iyun 2023-cü il tarixdə səhər vaxtları Təqsirləndirilən şəxs ona zəng edərək gəldiyini, görüşmək istədiyini dediyini, Sülhəddinə işə getdiyini desə də sonradan işə getməyib Sülhəddinlə görüşməyə getdiyini, Sülhəddinlə Naxçıvan şəhərində “böyük bağ” adlanan yerdə görüşdüyünü, biraz söhbət etdiyini, birlikdə Naxçıvan şəhərində Milli Yeməklər kafesində yemək yediyini, Sülhəddinin yeməyin pulunu verib xalasıoğlu Kamal Məmmədovgilə getmək istədiyini dediyini, X40 rayonunda yaşadığını, ora getmək üçün öz şəxsi avtomobili ilə taksi işləyən Səbuhi adlı tanışını çağırdığını, Səbuhi ilə Şərur rayonu, Cəlilkənd kəndinə getdiyini, Kamal Məmmədovun evinə çatdığını, Səbuhinin Sülhəddindən 20 manat pul alaraq Naxçıvan şəhərinə getdiyini, Kamal Məmmədovun özü evdə olmadığından ona zəng edib evə çağırdıqlarını, bir müddət sonra Kamal Məmmədovun evə gəldiyini, birlikdə biraz söhbət etdikdən sonra Kamal Məmmədovun yeni nəvəsi olduğundan onu görməyə qızının yaşadığı Şərur şəhərinə getdiyini, Kamal Məmmədovun yeni nəvəsini gördüyünü, X13 nəvəsinə 100 manat pul verdiyini, oradan çıxıb Kamal Məmmədovun anasının evinə getdiklərini, Kamal Məmmədovun anasını gördükdən sonra yenidən Kamal Məmmədovun evinə getdiklərini, orada yemək yeyib yol avtomobillərindən birinə minərək Sülhəddinlə birgə Naxçıvan şəhərinə gəldiklərini, Sülhəddinlə birlikdə Naxçıvan şəhərində Söyüdlük adlı kafeyə gedərək orada yemək yeyib, araq içdiklərini, yemək yedikdən sonra isə Sülhəddinlə birgə yaşadığı evə getdiyini, Sülhəddinin onların evinə girmədən taksi ilə Şərur rayonuna, Kamal Məmmədovun yaşadığı evə getdiyini, səhəri günü işə getdiyini, günortadan sonra evə gəldiyini, Sülhəddinin ona zəng etdiyini, Naxçıvan şəhərində görüşüb çay içdiklərini, Təqsirləndirilən şəxs mağazaların birindən 3-4 butulka pivə alaraq onunla birgə dostu X14 şəhəri Xıncov məhəlləsində olan evinə getdiyini, həmin pivələri Rəfail Fərzəliyevin evində birlikdə içdiklərini, sonra Rəfail Fərzəliyevlə birgə oradan çıxıb Naxçıvan şəhərində yerləşən Araz restoranına yeyib içmək üçün getdiklərini, Araz restoranında biraz oturub durduqlarını, restorandan durarkən Sülhəddinin 40 manat hesab ödədiyini, sonra birlikdə Əyləncə Mərkəzinə getdiklərini, əyləncə mərkəzində biraz oturduqdan sonra masadan qalxaraq evə getdiyini, Sülhəddin və Rəfailin isə orada qaldığını, X3 şəhərində görüşdüyünü, Sülhəddinin kirayə avtomobil götürmək istədiyini dediyini, Sülhəddinlə birlikdə Naxçıvan şəhərində Nizami küçəsində yerləşən Rent A Cara getdiyini, Sülhəddin oradan günü 90 manat olmaqla bir günlük avtomobil götürdüyünü, həmin avtomobillə Naxçıvan şəhərində biraz gəzdiklərini, gəzərkən bir məhlədə yaşayan və Sülhəddinlə dost olan Ayxanla rastlaşdıqlarını, Sülhəddin Ayxanı da birlikdə gəzməyə və yeyib içməyə çağırdığını, birlikdə Şərur rayonuna getdiklərini, Şərur rayonunda olarkən restoranların birində yeyib-içdiklərini, oradakı hesabı da Sülhəddinin ödədiyini, yenidən Naxçıvan şəhərinə gəldikdə saat gec olduğundan yaşadığı evə getdiyini, Sülhəddinin isə Ayxan ilə birlikdə Əyləncə Mərkəzinə getdiyini, həmin günün səhəri yenə Sülhəddinlə danışaraq Naxçıvan şəhərində görüşdüyünü, Sülhəddinin avtomobili kirayə götürdüyü yerə gedib 1 günlük yenə pul ödəyib avtomobili götürdüyünü, həmin gün ailəsi Türkiyə Respublikasından gəldiyi üçün və onları qarşılamalı olduğundan Sülhəddinlə yeyib-içməyə və gəzməyə getmədiyini, Sülhəddini daha sonra görmədiyini, 10 iyun 2023-cü il tarixdə Sülhəddinin tutulduğunu eşitdiyini, nə üçün tutulduğunu öyrəndikdə isə onun oğurluq etdiyini bildirdiklərini, Təqsirləndirilən şəxs 06 iyun 2023-cü il tarixdə Zərərçəkmiş şəxs məxsus dəyəri 2000 manat olan qara rəngli əl çantasını, həmin çantanın içərisində 2600 ABŞ dollar pul, dəyəri 2300 manat olan İphone 13 Pro max markalı mobil telefon, ümumi dəyəri 4000 manat olan 3 ədəd qızıl qolbaq, dəyəri 280 manat olan “Polo” firmasına məxsus eynək, 4 ədəd bank kartı, şəxsiyyət vəsiqəsi və sürücülük vəsiqəsi ilə birlikdə gizli olaraq talaması barədə məlumatının olmadığını, Təqsirləndirilən şəxs ona oğurluq etməsi ilə bağlı heç bir məlumat vermədiyini, Təqsirləndirilən şəxs onlarla birlikdə xərclədiyi pulların onun uzun illərdir Türkiyə Respublikasında yaşadığından, özünə görə imkanının olduğunu düşünərək oğurluq ola biləcəyini düşünmədiyini, Təqsirləndirilən şəxs onun yanında iki dəfə hər dəfəsində 100 ABŞ dollarını Azərbaycan manatına çevirdiyini bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X27 ifadəsində Təqsirləndirilən şəxs əvvəlcədən tanımadığını, aralarında heç bir ədavət və düşmənçilik münasibəti olmadığını, təxminən 2023-cü ilin iyun ayının əvvəllərində Tahir Abdullayevin ona zəng edib Naxçıvan şəhərində yerləşən böyük bağ adlanan yerə çağırdığını, taksi kimi fəaliyyət göstərdiyi avtomobillə bağın yanına getdiyini, Tahir Abdullayevin bağın kənarında Sülhəddin adlı şəxslə birlikdə dayandığını gördüyünü, ora çatdıqda onların onun avtomobilinə minərək Şərur rayonuna getdiklərini dediklərini, yolda olarkən Sülhəddinin yemək yemək istədiyini dediyini, onlara Şərur rayonu Yaycı kəndində yaxşı balıq restoranı olduğunu bildirdiyini, həmin restorana gedib orada yemək yediklərini, Sülhəddinin orada 50 manata yaxın hesab verdiyini, sonra restorandan çıxıb Şərur şəhərinə getdiklərini, X25 şəhərində düşdüyünü, Sülhəddinin onları Şərur rayonuna gətirdiyi üçün 20 manat pul verdiyini, sonra Naxçıvan şəhərinə geri gəldiyini, Tahir ilə Sülhəddinin hara getdiklərini bilmədiyini, sonra isə Sülhəddinin polis əməkdaşları tərəfindən saxlanıldığını eşitdiyini, Təqsirləndirilən şəxs 06 iyun 2023-cü il tarixdə Zərərçəkmiş şəxs məxsus dəyəri 2000 manat olan qara rəngli əl çantasını, həmin çantanın içərisində 2600 ABŞ dollar pul, dəyəri 2300 manat olan İphone 13 Pro max markalı mobil telefon, ümumi dəyəri 4000 manat olan 3 ədəd qızıl qolbaq, dəyəri 280 manat olan “Polo” firmasına məxsus eynək, 4 ədəd bank kartı, şəxsiyyət vəsiqəsi və sürücülük vəsiqəsi ilə birlikdə gizli olaraq talaması barədə məlumatının olmadığını, Təqsirləndirilən şəxs ona oğurluq etməsi ilə bağlı heç bir məlumat vermədiyini, Təqsirləndirilən şəxs onlarla birlikdə xərclədiyi pulların oğurluq ola biləcəyini düşünmədiyini bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 ifadəsində Təqsirləndirilən şəxs xalası oğlu olduğunu, Təqsirləndirilən şəxs Türkiyə Respublikasından Naxçıvan Muxtar Respublikasına gəldiyini, onun Naxçıvan Muxtar Respublikasına gələcəyini əvvəlcədən bilmədiyini, 06 iyun 2023-cü il tarixdə işdən səhər saatlarında yaşadığı evə gəldiyi zaman Təqsirləndirilən şəxs dayısı oğlu Tahir Abdullayevlə birlikdə yaşadığı evdə gördüyünü, onlarla salamlaşdığını, görüşdüyünü, biraz kef hal etdiyini, Təqsirləndirilən şəxs Naxçıvan Muxtar Respublikasına nə üçün gəldiyini soruşduğunu, Sülhəddinin ona Türkiyə Respublikasında artıq qaldığı üçün vizasının müddətinin keçdiyini, başqa bir ölkəyə də giriş çıxış etməli olduğundan eləcə Naxçıvan Muxtar Respublikasına gəldiyini, Naxçıvan şəhərində Tahir Abdullayevlə görüşdüyünü, onu görmək üçün gəldiyini bildirdiyini, biraz söhbət etdikdən sonra Təqsirləndirilən şəxs və Tahir Abdullayevlə birlikdə yeni doğulan nəvəsini görmək üçün qızının yaşadığı Şərur şəhərinə getdiklərini, orada Sülhəddinin nəvəsinə 100 manat pul verdiyini, daha sonra oradan çıxıb anası İradə Məmmədovanı görmək üçün Şərur rayonu, Qaraburc kəndinə getdiklərini, getdikləri yerlərə özünün avtomobili ilə getdiklərini, Sülhəddinin yoldan avtomobilinə 50 manatlıq yanacaq aldığını, anasıgilə gedən zaman isə Təqsirləndirilən şəxs mağazalardan birindən 17 manatlıq şirniyyat aldığını, anasıgildə biraz oturduqdan sonra duraraq evlərinə getdiklərini, yemək yediklərini, evdə olarkən Sülhəddinin onun qızına 80 manat pul verdiyini, biraz da oturub söhbət etdikdən sonra isə onları Şərur rayonu, Cəlilkənd kəndindən Naxçıvan şəhərinə taksi ilə yola saldığını, həmin gün gecə gec saatlarda Təqsirləndirilən şəxs yenə onlara gəldiyini, Təqsirləndirilən şəxsla biraz söhbət etdiyini, onun işi olduğu üçün gecikdiyini bildirdiyini, sonra isə Sülhəddinin onun üçün balkonda düzəltdikləri yerə gedərək yatdığını, səhəri günü yenə işə getdiyini, Təqsirləndirilən şəxs isə hara getdiyini bilmədiyini, işdən həmin gün evə gəldiyini, Təqsirləndirilən şəxsda bir müddət sonra onlara gəldiyini, ona yenə balkonda yer düzəltdiyini, onun da yatdığını, səhəri gün yenə işə getdiyini, Təqsirləndirilən şəxs isə hara getdiyini bilmədiyini, həmin gündən sonra Sülhəddinin onlara gəlmədiyini, onun harada olduğundan da xəbəri olmadığını, təxminən 10 iyun 2023-cü il tarixdə Təqsirləndirilən şəxs oğurluq etdiyi üçün polis əməkdaşları tərəfindən tutulduğunu eşitdiyini, həmin günlərdə evdə olarkən bir ədəd qara rəngli əl çantasını Sülhəddinin yatması üçün düzəltmiş olduqları yerin yanında gördüyünü, çantaya baxdıqda içərisində bir ədəd eynək və Zərərçəkmiş şəxs məxsus şəxsiyyət vəsiqəsi və sürücülük vəsiqəsini gördüyünü, sonra Təqsirləndirilən şəxs yatdığı yerin yanından tapdığı qara rəngli əl çantası və içərisində olan əşyaların oğurluqla əlaqəsinin olmasını düşündüyü üçün onları götürüb Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyinə gedib olanlar barəsində məlumat verdiyini və qara rəngli əl çantası, sürücülük vəsiqəsi, şəxsiyyət vəsiqəsi və eynəyi polis əməkdaşlarına təqdim etdiyini, Təqsirləndirilən şəxs oğurluq etməsi barədə məlumatının olmadığını, evdən tapdığı qara rəngli əl çantasının içərisində sadəcə sürücülük vəsiqəsi, şəxsiyyət vəsiqəsi və eynək olduğunu, çantanın içərisində heç bir pul və ya dəyərli qızıl zinət əşyasının olmadığını, Təqsirləndirilən şəxs ona oğurluq etməsi ilə bağlı heç bir məlumat vermədiyini bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X17 ifadəsində Təqsirləndirilən şəxs 4 il əvvəldən Türkiyə Respublikasına işləmək üçün getdiyi dövrdə tanıdığını, Naxçıvan Muxtar Respublikasına gəldiyi üçün Sülhəddini çoxdandır ki, görmədiyini, 2023-cü ilin iyun ayının 7də dostu və Sülhəddinin də bacısının əri olan Tahirin ona zəng edərək harada olduğunu soruşduqda ona evdə olduğunu dediyini, Tahirin ona evdə olmağını və gələcəyini dediyini, bir neçə dəqiqə sonra Tahirin Sülhəddin ilə əllərində də bir neçə pivə və pivə içmək üçün müəyyən çərəzlərlə onlara gəldiyini, Sülhəddinlə görüşüb aldıqları pivələri evdə içdiyini, sonra gəzmək üçün evdən çıxdığını, Tahir və Sülhəddinlə birgə Naxçıvan şəhərində yerləşən Araz Restoranına gedərək orada biraz pivə içdikdən sonra restoran yaxşı olmadığından oradan durduqlarını, durarkən Sülhəddinin 48 manat hesab ödədiyini, sonra Naxçıvan şəhərində yerləşən Əyləncə Mərkəzinə gedərək orada pivə içdiyini, Tahirin həmin vaxt evə getməli olduğunu deyib masadan duraraq getdiyini, özünün Sülhəddinlə pivə içməyə davam etdiyini, biraz sonra isə restorandan çıxdığını, əyləncə Mərkəzində olan hesabı da Sülhəddinin verdiyini, oradan özü yaşadığı evə getdiyini, sonrakı günlərdə isə Sülhəddini görmədiyini, bir neçə gün sonra onun polis əməkdaşları tərəfindən saxlanıldığını eşitdiyini, Təqsirləndirilən şəxs 06 iyun 2023-cü il tarixdə Zərərçəkmiş şəxs məxsus dəyəri 2000 manat olan qara rəngli əl çantasını, həmin çantanın içərisində 2600 ABŞ dollar pul, dəyəri 2300 manat olan İphone 13 Pro max markalı mobil telefon, ümumi dəyəri 4000 manat olan 3 ədəd qızıl qolbaq, dəyəri 280 manat olan “Polo” firmasına məxsus eynək, 4 ədəd bank kartı, şəxsiyyət vəsiqəsi və sürücülük vəsiqəsi ilə birlikdə gizli olaraq talaması barədə məlumatının olmadığını, Təqsirləndirilən şəxs ona oğurluq etməsi ilə bağlı heç bir məlumat vermədiyini, onun onlarla birlikdə xərclədiyi pulların oğurluq ola biləcəyini düşünmədiyini, Sülhəddinin Türkiyədən gəlməsindən belə xəbəri olmadığını, onu qonaq olaraq dəvət etdiyi üçün onlarla birgə yeyibiçməyə getdiyini bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X24 ifadəsində Təqsirləndirilən şəxs dostu Tahirin qaynı olduğundan tanıdığını, 2023-cü ilin iyun ayının 9-da Naxçıvan şəhərində Əyləncə Mərkəzi adlı kafeyə getdiyini, Təqsirləndirilən şəxs məhlə uşağı Ayxan Salmanov ilə kafedə görüşdüyünü, onlar da onu görüb yanlarına çağırdıqlarını, onlarla salamlaşdığını, Sülhəddinin ondan onlarla oturmağını istədiyini, Sülhəddinin masasında oturduğunu, Sülhəddinin ona da pivə sifariş verdiyini, biraz oturduqdan sonra Sülhəddinin getməli olduğunu, birazdan gələcəyini deyib masadan ayrıldığını, gedərkən də kafenin hesabını ödədiyini, Ayxanla biraz oturduqdan sonra Sülhəddinin gəlmədiyini görüb öz evlərinə getdiklərini, Təqsirləndirilən şəxs oğurluq etməsi barədə məlumatı olmadığını, Təqsirləndirilən şəxs ona oğurluq etməsi ilə bağlı heç bir məlumat vermədiyini bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X10 ifadəsində 06 iyun 2023-cü il tarixdə Şöbəyə daxil olmuş məlumatda həmin gün X20 Respublikasına oradan da Gəncə şəhərinə hava nəqliyyatı ilə gedən Bakı şəhər sakini Zərərçəkmiş şəxs çantasının və içərisində olan pul və zinət əşyalarının təyyarə X29 Limanına eniş etdikdən sonra oğurlandığının bildirildiyini, dərhal məlumat üzrə müvafiq əməliyyat axtarış tədbirlərinin həyata keçirildiyini, 10 iyun 2023-cü il tarixdə Zərərçəkmiş şəxs çantasını oğurlayan şəxsin Şərur rayonu, Düdəngə kənd sakini Təqsirləndirilən şəxs olmasının müəyyən edildiyi, həmin şəxsin olduğu yer müəyyən edilərək onun Naxçıvan Muxtar Respublikasında olmasının məlum olduğunu, keçirilən əməliyyat tədbiri nəticəsində Təqsirləndirilən şəxs Naxçıvan şəhərində yerləşən Avtovağzal kompleksində saxlanıldığını, o saxlanılarkən polis əməkdaşlarını görüb qaçmağa cəhd etsə də müvəffəqiyyətlə saxlanıldığını, Təqsirləndirilən şəxs saxlanılan zaman onunla birlikdə olan Şərur rayon sakini X22 isə oturduğu bir taksi ilə Şərur rayonu istiqamətinə getdiyini, onunla birlikdə tədbirdə iştirak edən X18 X36 Təhlükəsizlik Bölməsinin rəisi vəzifəsini müvəqqəti icra edən Ümid Yaqubovun həmin şəxsin mobil nömrəsinə zəng vurub onu geri çağırsa da Ruslan Abdullayevin gələ bilməyəcəyini deyərək telefonu söndürdüyünü, sonra isə Ruslan Abdullayevin yaşadığı Şərur rayonunda saxlanılaraq X18 Polis Şöbəsinə gətirildiyini, polis şöbəsində həmin şəxslərin şöbənin istintaq qrupuna təhvil verildiyini bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X37 ifadəsində 06 iyun 2023-cü il tarixdə Şöbəyə daxil olmuş məlumatda həmin gün X20 Respublikasına oradan da Gəncə şəhərinə hava nəqliyyatı ilə gedən Bakı şəhər sakini Zərərçəkmiş şəxs çantasının və içərisində olan pul və zinət əşyalarının təyyarə X29 Limanına eniş etdikdən sonra oğurlandığının bildirildiyini, dərhal məlumat üzrə müvafiq əməliyyat axtarış tədbirlərinin həyata keçirildiyini, 10 iyun 2023-cü il tarixdə Zərərçəkmiş şəxs çantasını oğurlayan şəxsin Şərur rayonu, Düdəngə kənd sakini Təqsirləndirilən şəxs olmasının müəyyən edildiyini, həmin şəxsin olduğu yer müəyyən edilərək onun Naxçıvan Muxtar Respublikasında olmasının məlum olduğunu, keçirilən əməliyyat tədbiri nəticəsində Təqsirləndirilən şəxs Naxçıvan şəhərində yerləşən Avtovağzal kompleksində saxlanıldığını, onun saxlanılarkən polis əməkdaşlarını görüb qaçmağa cəhd etsə müvəffəqiyyətlə saxlanıldığını, Təqsirləndirilən şəxs saxlanılan zaman onunla birlikdə olan Şərur rayon sakini X22 isə oturduğu bir taksi ilə Şərur rayonu istiqamətinə getdiyini, həmin şəxsin mobil nömrəsinə zəng vurub onu geri çağırsa da Ruslan Abdullayevin gələ bilməyəcəyini deyib telefonu söndürdüyünü, sonra isə onu yaşadığı Şərur rayonunda saxlayaraq X18 Polis Şöbəsinə gətirdiklərini, həmin şəxslərin şöbənin istintaq qrupuna təhvil verildiyini bildirdi. X9 xx.xx.2023-cü il tarixdə məhkəmənin elektron poçt ünavnına ərizə göndərərək istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini, Naxçıvan şəhəri ərazisində olmadığından məhkəmə iclasında iştirak edə bilməyəcəyinin nəzərə alınmasını xahiş etmişdir. İbtidai istintaq zamanı dindirilmiş və məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş X33 ifadəsində Təqsirləndirilən şəxs dostu Tahirin qaynı olduğundan tanıdığını, 2023-cü ilin iyun əvvəllərində Naxçıvan şəhərində yerləşən Böyük bağ adlanan ərazidə Sülhəddin və Tahirlə rastlaşdığını, onlarla salamlaşıb kef hal etdiyini, Sülhəddinin ona bir yerdə oturub yemək yeməyi təklif etdiyini, Sülhəddini çoxdandır görmədiyi üçün razılaşdığını, birlikdə Sülhəddinin idarə etdiyi avtomobillə Şərur rayonuna getdiyini, Sülhəddindən idarə etdiyi avtomobili hardan aldığını soruşduqda o avtomobili Rent a Cardan götürdüyünü dediyini, Şərur rayonunda yerləşən adını xatırlamadığı bir kafedə oturub yemək yediyini, biraz da pivə içdiklərini, restorandakı hesabı Sülhəddinin ödədiyini, oradan çıxıb Naxçıvan şəhərinə gəldiklərini, Naxçıvan şəhərində Əyləncə Mərkəzi adlanan kafedə oturduğunu, pivə sifariş verib içdiklərini, Tahirin masadan tez duraraq evlərinə getdiyini, Tahir getdikdən sonra onların təxminən yarım saat da oturduğunu, həmin vaxt Urfan adlı məhlə uşaqlarının da oraya gəldiyini, Sülhəddinin özü Urfanı əvvəlcədən tanıdığından onu da masaya dəvət etdiyini, sonra Sülhəddinin özü kafenin hesabını ödəyərək gələcəyini deyib getdiyini, lakin gəlmədiyini, onlar da kafedən çıxıb öz evlərinə getdiklərini, daha sonra isə Sülhəddini görmədiyini, bir neçə gün sonra isə onun polis əməkdaşları tərəfindən saxlanıldığını eşitdiyini, Təqsirləndirilən şəxs 06 iyun 2023-cü il tarixdə Zərərçəkmiş şəxs məxsus dəyəri 2000 manat olan qara rəngli əl çantasını, həmin çantanın içərisində 2600 ABŞ dollar pul, dəyəri 2300 manat olan İphone 13 Pro max markalı mobil telefon, ümumi dəyəri 4000 manat olan 3 ədəd qızıl qolbaq, dəyəri 280 manat olan “Polo” firmasına məxsus eynək, 4 ədəd bank kartı, şəxsiyyət vəsiqəsi və sürücülük vəsiqəsi ilə birlikdə gizli olaraq talaması barədə məlumatı olmadığını, Təqsirləndirilən şəxs ona oğurluq etməsi ilə bağlı heç bir məlumat vermədiyini, onun onlarla birlikdə xərclədiyi pulların oğurluq ola biləcəyini düşünmədiyini, Sülhəddinin Türkiyədən gəlməsindən belə xəbərinin olmadığını, onu qonaq olaraq dəvət etdiyi üçün onlarla birgə yeyib-içməyə getdiyini bildirmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, istintaq hərəkətlərinin protokollarını da sübut növləri kimi qəbul edir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 10 iyun 2023-cü il tarixli cinayət işinin başlanması haqqında qərardan görünür ki, həmin tarixdə Azərbaycan Rsepublikası Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə cinayət işi başlanmışdır. (cild İ, iş vərəq 1) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş X18 Polis Şöbəsinin məsul növbətçisi Nail Məmmədov tərəfindən tərtib edilmiş 06 iyun 2023-cü il tarixli, 4 nömrəli raportda qeyd olunmuşdur ki, 6 iyun 2023-cü ildə saat 17:05-də X18 X31 Hissəsinə xx xxxxxx 1995-ci il təvəllüdlü, Bakı şəhər, X45 küçəsi, ünvan 1 ünvanda yaşayan Zərərçəkmiş şəxs (055) ***-**-** telefon nömrəsi ilə zəng edərək 06 iyun 2023-cü ildə 271 saylı Naxçıvan-Gəncə reysi ilə gedən zaman dəyəri iki min manat olan əl çantası və həmin çantanın içərisində olan 3000 ABŞ dollarına yaxın 3 ədəd qızıl qolbağın, 4 ədəd kartın (2 ədədi dubai kart, 1 ədəd unibank kart, 1 ədəd səudi kart), 1 ədəd iphone 13 pro max markalı telefonun, 1 ədəd şəxsiyyət vəsiqəsinin və 1 ədəd sürücülük vəsiqəsinin təyyarədə olarkən oğurlandığından şübhələndiyini bildirmiş və bununla bağlı olaraq ona köməklik edilməsini xahiş etmişdir. (cild İ, iş vərəq 2) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 12 iyun 2023-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. (cild İ, iş vərəq 97-98) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 12 iyun 2023-cü il tarixli Naxçıvan Şəhər Məhkəməsinin qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. (cild İ, iş vərəq 119-123) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 10 iyun 2023-cü il tarixli cinayət işi üzrə əməlin tövsif edilməsi barədə qərardan görünür ki, həmin tarixdə cinayət işi üzrə əməl Azərbaycan Respublikası CM-in 177.2.4-cü maddəsindən həmin Məcəllənin 177.2.4 və 194.1-ci maddələrinə tövsif edilmişdir. (cild İ, iş vərəq 47) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 10 iyun 2023-cü il tarixli şübhəli şəxs qismində tutma haqqında qərardan görünür ki, həmin tarixdə X22 cinayət işi üzrə Azərbaycan Respublikası CM-in 194.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. (cild İ, iş vərəq 58-59) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 12 iyun 2023-cü il tarixli şəxsin şübhəli şəxs statusuna xitam verilməsi və müvəqqəti saxlama yerindən dərhal azad edilməsi barədə qərardan görünür ki, həmin tarixdə X8 əməlində cinayət tərkibi olmadığıdan onun şübhəli şəxs qismində olan statusuna xitam verilmiş və saxlanıldığı Naxçıvan MR Daxili İşlər Nazirliyinə bilavasitə tabe olan müvəqqəti saxlama yerindən dərhal azad edilmişdir. (cild İ, iş vərəq 124-125) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 03 avqust 2023-cü il tarixli cinayət işindən materialın ayrılması haqqında qərardan görünür ki, həmin tarixdə ********* nömrəli cinayət işinin materiallarından Azərbaycan Respublikası İXM-in 430.1-ci maddəsi ilə inzibati inzibati material ayrıca icraata ayrılmışdır. (cild İ, iş vərəq 196-197) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 04 avqust 2023-cü il tarixli təqsirləndirilən şəxsə yenidən ittiham elan etmək haqqında qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.4-cü maddəsi ilə yenidən təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. (cild İ, iş vərəq 201-202) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 29 iyul 2023-cü il tarixli əməliyyat tapşırığından görünür ki, həmin tarixdə İstintaq zamanı əhəmiyyət kəsb edən halların əməliyyat yolu ilə müəyyənləşdirilməsi məqsədilə Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Cinayət Axtarışı İdarəsinə əməliyyat tapşırığı verilmiş, alınmış cavabda müvafiq əməliyyat-axtarış tədbirləri həyata keçirilsə də, prosessual əhəmiyyət kəsb edən məlumatın əldə edilməməsi göstərilmişdir. (cild İ, iş vərəq 173-175; 178) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 07 avqust 2023-cü il tarixli ərizədən görünür ki, istintaq zamanı Zərərçəkmiş şəxs istintaqa ərizə ilə müraciət edərək 06 iyun 2023-cü il tarixdə Təqsirləndirilən şəxs oğurlayaraq ələ keçirdiyi üzərində X49 1913 yazıları olan qara rəngli əl çantası, həmin çantanın içərisində olan 2600 ABŞ dollar pul, İphone 13 Pro max markalı mobil telefon, 3 ədəd qızıl qolbaq, “Polo” firmasına məxsus eynək, 1 ədəd üzərində “СБЕРБАНК” yazısı və **********223337 nömrələri olan bank kartı, 1 ədəd üzərində “alınma bank” yazısı və **********464995 nömrələri olan bank kartı, 1 ədəd “Emirates NBD”-yə məxsus bank kartı və 1 ədəd üzərində “Umico” və **********0 nömrələri olan bank kartı, özünə məxsus şəxsiyyət vəsiqəsi və sürücülük vəsiqəsinin ona qaytarılmasını xahiş etmişdir. (cild İ, iş vərəq 226) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 07 avqust 2023-cü il tarixli maadi sübutun təhvil verilməsi haqqında aktdan görünür ki, istintaq zamanı Təqsirləndirilən şəxs oğurlayaraq ələ keçirdiyi üzərində X49 1913 yazıları olan qara rəngli əl çantası, həmin çantanın içərisində olan 2600 ABŞ dollar pul, İphone 13 Pro max markalı mobil telefon, 3 ədəd qızıl qolbaq, “Polo” firmasına məxsus eynək, 1 ədəd üzərində “СБЕРБАНК” yazısı və **********223337 nömrələri olan bank kartı, 1 ədəd üzərində “alınma bank” yazısı və **********464995 nömrələri olan bank kartı, 1 ədəd “Emirates NBD”-yə məxsus bank kartı və 1 ədəd üzərində “Umico” və **********0 nömrələri olan bank kartı, şəxsiyyət vəsiqəsi və sürücülük vəsiqəsi cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən olunmasına köməklik etdiyindən cinayət işi üzrə maddi sübut kimi tanınmış, Zərərçəkmiş şəxs ərizəsi nəzərə alınmaqla, Azərbaycan Respublikası CPM-nin 131.1.2-ci maddəsinə əsasən məişətdə gündəlik istifadə olunan həmin əşyalar ona qaytarılmışdır. (cild İ, iş vərəq 227) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 07 avqust 2023-cü il tarixli ərizədən görünür ki, istintaq zamanı Zərərçəkmiş şəxs 07 avqust 2023-cü il tarixdə ərizə ilə müraciət edərək 06 iyun 2023-cü il tarixdə Təqsirləndirilən şəxs tərəfindən oğurlanmış üzərində X49 1913 yazıları olan qara rəngli əl çantası, həmin çantanın içərisində olan 2600 ABŞ dollar pul, İphone 13 Pro max markalı mobil telefon, 3 ədəd qızıl qolbaq, “Polo” firmasına məxsus eynək, 1 ədəd üzərində “СБЕРБАНК” yazısı və **********223337 nömrələri olan bank kartı, 1 ədəd üzərində “alınma bank” yazısı və **********464995 nömrələri olan bank kartı, 1 ədəd “Emirates NBD”-yə məxsus bank kartı və 1 ədəd üzərində “Umico” və **********0 nömrələri olan bank kartı, özünə məxsus şəxsiyyət vəsiqəsi və sürücülük vəsiqəsinin 2600 ABŞ dolları pul ilə birlikdə tam şəkildə özünə geri qaytarıldığından Təqsirləndirilən şəxs ilə barışdığını və onun barəsində heç bir şikayətinin və tələbinin olmadığını bildirmişdir. (cild İ, iş vərəq 228) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 10 iyun 2023-cü il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, Şərur rayon Düdəngə kənd sakini 25 avqust 1980-ci il təvəllüdlü X8 əlindəki üzərində qəhvəyi naxışları olan sellafon torbalara baxış keçirilmişdir. Baxış zamanı sellafon torbanın içərisində bir ədəd qara rəngli qolsuz gödəkcə, bir ədəd rəngli papaq, iki ədəd qara rəngli üzərində “Giorgoi Armani” yazıları olan və “Caterpillar” yazıları olan əl çantaları görünmüşdür. “Giorgoi Armani” yazıları olan qara rəngli çantanın içərisində bir ədəd “Samsung” markalı mobil telefon, bir ədəd “iphone 13 Pro Max” markalı mobil telefon, bir ədəd Təqsirləndirilən şəxs məxsus passport, iki ədəd plastik metro kartı, bir ədəd üzərində “Oliqarx” sözləri yazılı, şüşə qabda parfüm, 3 ədəd qapı açarı, bir ədəd USB kabel, 3 ədəd qızıl zinət əşyasına bənzər qolbaq, qara rəngli üzərində “Caterpillar” yazıları olan əl çantasının içərisində bir ədəd “Huavei” markalı mobil telefon, bir ədəd qəhvəyi rəngli təsbeh aşkar edilərək müvafiq qaydada götürülmüşdür. (cild İ, iş vərəq 72-73) Cinayət işində olan və məhkəmə istintaqında təqdim edilmiş əşyanın qəbul edilməsi haqqında 14 iyun 2023-cü il tarixli protokollardan görünür ki, X1 Muxtar Respublikası Daxili İşlər Nazirliyinə müraciət etmiş və Naxçıvan Respublikası Daxili İşlər Nazirliyinin inzibati binasında qara rəngli əl çantasının içərisində olan Polo firmasına məxsus eynəyi, sürücülük vəsiqəsi və şəxsiyyət vəsiqəsini təqdim edərək xalası oğlu Təqsirləndirilən şəxs ailəsi ilə birlikdə uzun müddətdir ki Türliyə Respublikasında yaşadığını, onun bir neçə gün əvvəl Naxçıvan Muxtar Respublikasına gəldiyini Naxçıvan Muxtar Respublikasına gəldikdən onlara gedib yaşadıqları evdə iki gün qaldığını, təqdim etdiyi qara rəngli əl çantası və içərisində olan polo firmasına məxsus eynəyi, sürücülük vəsiqəsi və şəxsiyyət vəsiqəsini onun oğurluq etdiyini eşitdikdən bir neçə gün sonra ona yatması üçün düzəltmiş olduqları yerdən tapdığını, həmin əşyaların da baş vermiş oğurluqla əlaqəsinin olma ehtimalını düşündüyünü bildirmişdir. İş üçün əhəmiyyətli olduğunundan həmin qara rəngli əl çantası, içərisində Zərərçəkmiş şəxs məxsus olan sürücülük vəsiqəsi, şəxsiyyət vəsiqəsi və Polo firmasına məxsus eynək prosessual qaydada götürülmüşdür. (cild İ, iş vərəq 129) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 10 iyun 2023-cü il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan görünür ki, Vətəndaş Təqsirləndirilən şəxs Əl oğluna üzərində qanunla qadağan edilmiş cinayət yolu ilə əldə edilmiş pul və ya hər hansı bir əşya vardırsa, könüllü olaraq təqdim etməsi təklif edilmiş, Təqsirləndirilən şəxs 06 iyun 2023-cü il tarixdə İstanbul-Naxçıvan-Gəncə erə reysi ilə uçuş edən zaman təyyarənin kəbinində qara rəngli içərisində 2600 ABŞ dollar ohone 13 Pro max mobil telefon, 3 ədəd qızıl qolbaq, 4 ədəd bank kartı, şəxsiyyət vəsiqəsi və sücülük vəsiqəsinin olduğu əl çantasını oğurlayaraq götürmüş, hal hazırda oğurluq yolu ilə əldə etdiyi pulun bir hissəsinin onun üzərində olan port manatda olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs geyinmiş olduğu göy rəngli cins şalvarının arxa sağ cibindən qara rəngli portmanatı çıxararaq təqdim etmişdir. Baxış zamanı port manatın içərisində olan 4 ədəd 100-lük ABŞ dolları, 9 ədəd 100-lük türk lirəsi, 1 ədəd 20-lik və 1 ədəd 1-lik Azərbaycan manatı pul əskinasları, 1 ədəd üzərində “СБЕРБАНК” ı sı və **********223337 nömrələri olan bank kartı, 1 ədəd üzərində “alınma bank” yazısı və **********464995 nömrələri olan bank kartı, 1 ədəd “Emirates NBD”-yə məxsus bank kartı və 1 fd üzərində “Umico” və **********0 nömrələri olan bank kartı, 1 ədəd üzərində “en card” və **********337804 nömrələri yazılmış bank kartı, 1 ədəd üzərində İstanbul yazısı olan metro Təqsirləndirilən şəxs məxsus 1 ədəd AE869129 nömrəli sürücülük vəsiqəsi və 1 ədəd AA******* nömrəli şəxsiyyət vəsiqəsi aşkar olunaraq götürülmüşdür. Sonra hal şahidlərinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, üzərindən qeyd olunanlardan əlavə qanunla qadağan edilmiş əşya aşkar edilməmişdir. (cild İ, iş vərəq 42-43) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Y.Budaqov adına Naxçıvan MR X15 tərəfindən verilmiş 25 iyul 2023-cü il tarixli 1018 saylı məktubdan görünür ki, Şərur rayonu, Kərimbəyli kənd sakini xx xxx 1992-ci il təvəllüdlü Təqsirləndirilən şəxs Y.Budaqov adına Naxçıvan MR X4 psixi və narkoloji xəstə kimi dispanser qeydiyyatda dayanmır. (cild İ, iş vərəq 166) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin 13 iyun 2023-cü il tarixli 3-13-43/2-4878/2023 nömrəli məktubu ilə göndərilmiş tələbnamədə Təqsirləndirilən şəxs barəsində məhkumluğu ilə bağlı heç bir məlumatın olmadığı göstərilmişdir. (cild İ, iş vərəq 127-128) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilən Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 21 iyul 2023-cü il tarixli 678 saylı ekspert rəyində ekspertiza tədqiqatına təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus 3 adda tədqiqat obyektlərinin istifadədə olması nəzərə alınmaqla orta bazar qiyməti ilə ümumi dəyəri 2100,00 (iki min yüz) manat, 03 adda qızıl-zinət əşyalarının orta bazar qiyməti ilə ümumi dəyəri 2871,00 (iki min səkkiz yüz yetmiş bir) manat, ümumilikdə dəyərinin isə 4971 manat olduğu göstərilmişdir. (cild İ, iş vərəq 167-169) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilən 02 avqust 2023-cü il tarixli əşyaların maddi sübut hesab edilməsi haqqında qərardan görünür ki, təqsirləndirilən şəxs qismində cəlb olunmuş Təqsirləndirilən şəxs oğurladığı şübhəli şəxs qismində tutularkən onun üzərinə şəxsi axtarış aparılan zaman aşkar olunmuş Zərərçəkmiş şəxs məxsus 1 ədəd üzərində “СБЕРБАНК” yazısı və **********223337 nömrələri olan bank kartı, 1 ədəd üzərində “alınma bank” yazısı və **********464995 nömrələri olan bank kartı, 1 ədəd “Emirates NBD”-yə məxsus bank kartı və 1 ədəd üzərində “Umico” və **********0 nömrələri olan bank kartı, 4 ədəd 100-lük ABŞ dolları, X8 əlində olan çantalara baxış zamanı aşkar olunmuş Təqsirləndirilən şəxs oğurladığı Zərərçəkmiş şəxs məxsus bir ədəd “iphone 13 pro max” markalı mobil telefon, 3 ədəd qızıl qolbaq və istintaq zamanı Naxçıvan Muxtar Respublikası Daxili işlər Nazirliyinə təqdim edilən Zərərçəkmiş şəxs məxsus X49 1913 yazıları olan əl çantası, “Polo” firmasına məxsus eynək, şəxsiyyət vəsiqəsi və sürücülük vəsiqəsi cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən olunmasına köməklik etdiyindən cinayət işi üzrə maddi sübut hesab edilmiş və saxlanılması üçün Naxçıvan MR DİN-in maddi sübutların saxlanc otağına saxlanca verilmişdir. (cild İ, iş vərəq 176-177) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilən 04 avqust 2023-cü il tarixli qəbzdən görünür ki, X34 qardaşı Təqsirləndirilən şəxs 10 iyun 2023-cü il tarixdə oğurluq etdiyi üçün saxlanılan zaman onun və X8 üzərində aparılan şəxsi axtarış və Ruslan Abdullayevin əlində olan çantalara baxış zamanı aşkar olunmuş Təqsirləndirilən şəxs məxsus əşyaları-1 ədəd üzərində “en card” və **********337804 nömrələri yazılmış bank kartı, 1 ədəd üzərində İstanbul yazısı olan metro kartı, bir ədəd qara rəngli qolsuz gödəkcə, bir ədəd qara rəngli papaq, iki ədəd qara rəngli üzərində “Giorgoi Armani” yazıları olan və “Caterpillar” yazıları olan əl çantaları, iki ədəd plastik metro kartı, bir ədəd üzərində “Oliqarx” sözləri yazılı, şüşə qabda parfüm, 3 ədəd qapı açarı, bir ədəd USB kabel, 900 türk lirəsini və 21 manat pulu qəbul etmişdir. (cild İ, iş vərəq 218) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilən Şərur rayon Kərimbəyli kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 07 avqust 2023-cü il tarixli, 156 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Şərur rayon Kərimbəyli kəndində qeydiyyatdadır. (cild İ, iş vərəq 219) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilən Şərur rayon Kərimbəyli kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 07 avqust 2023-cü il tarixli, 157 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs ailə üzvləri həyat yoldaşı X11 və qızı X2r. (cild İ, iş vərəq 220) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilən Şərur rayon Kərimbəyli kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədə Təqsirləndirilən şəxs kənddə yaşadığı müddətdə özünü nümunəvi apardığı, Kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi və kənd bələdiyyəsinin kənddə keçirdiyi bütün tədbirlərində özünün nümunəvi davranışının kənd əhalisi arasında həm hörmət qazandığı, tərbiyəli davranışı ilə fərqləndiyi, Təqsirləndirilən şəxs nümunəvi bir valideyn kimi kənd əhalisi arasında xüsusi hörmət qazandığı qeyd olunmuşdur. (cild İ, iş vərəq 221) Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən- hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən- hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “X21 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmək, həmin sübutları mübahisələndirmək imkanına malik olmuşdur. Təqsirləndirilən şəxsin əleyhinə olan sübutlara etiraz etmək və onları mübahisələndirmək üçün məhkəmə prosesində ona imkan yaradılmışdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olubolmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikası cinayət-prosessual qanunvericiliyi müəyyən edir (Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 1.1-ci maddəsi). Hər hansı məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız Cinayət-Prosessual Məcəlləsində (bundan sonra - CPM) göstərilən məsələlər hakim tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin həmin məsələlərin dairəsini müəyyənləşdirən 346.1-ci maddəsinə görə müzakirə edilməsi mütləq olan məsələlərdən biri də təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittiham elan edildiyi cinayətin əlamətlərinə uyğun olub-olmamasıdır. Məhkəmə hökmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmin şəxsin gələcək taleyini həll etdiyi üçün prosessual qanunvericilik onunla bağlı konkret tələblər irəli sürür. Cinayət-prosessual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 349.3., 349.4., 349.5-ci maddələri). Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq məhkəmə hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Beləliklə məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs ittihamda qeyd olunan əməli törətməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama xeyli miqdarda ziyan vurmaqla törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsinin Qeyd hissəsinin 2-ci bəndində qeyd olunmuşdur ki, Bu Məcəllənin 177-182-ci, 185-187-ci və 189-1-ci maddələrində “xeyli miqdar” dedikdə, beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğ, “külli miqdar” dedikdə əlli min manatdan yuxarı, lakin beş yüz min manatdan artıq olmayan məbləğ, “xüsusilə külli miqdar” dedikdə beş yüz min manatdan yuxarı olan məbləğ başa düşülür. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 177.2.4-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 nömrəli qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə təqsirləndirilən şəxsin himayəsində azyaşlı uşağının olmasını, əməlindən peşman olmasını, yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını, zərərçəkmiş şəxslə barışmasını və cinayət nəticəsində dəymiş zərəri tamamilə ödəməsini cəzanı yüngülləşdirici hallar kimi nəzərə alır. Məhkəmə, qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilən zaman CM-in 58 və 59cu maddələrinin tələbləri nəzərə alınmalıdır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində qeyd edilən cəzanı ağırlaşdıran halların olmaması müəyyən edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 177.2.4-cü maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Məhkəmə törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini, təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsində nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzası təyin olunduğu təqdirdə təmin edilə bilər və ona bu cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Məhkəmə yuxarıda qeyd olunan halları nəzərə alaraq hesab edir ki, azadlığın məhdudlaşdırılması cəzasının müddəti 2 il müəyyən edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.6-cı maddəsində cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməsi müəyyən edildiyindən, məhkəmə bildirir ki, iş materiallarında olan Naxçıvan Şəhər Məhkəməsinin 12 iyun 2023-cü il tarixli qərarından Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi, həbsdə saxlama müddətinin əvvəlinin isə onun tutulduğu vaxtdan - 10 iyun 2023-cü il tarixdən hesablanması görünür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Qeyd olunan qanunvericilik normalarına əsasən məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyini zamanı Təqsirləndirilən şəxs 10 iyun 2023-cü il tarixdən 12 iyun 2023-cü il tarixədək şübhəli şəxs qismində saxlanıldığı müddət yəni 2 gün, 12 iyun 2023-cü il tarixdən 16 noyabr 2023-cü il tarixədək həbsdə qaldığı 157 (yüz əlli yeddi) gün, cəmi 159 (yüz əlli doqquz) gün müddətin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər hesablanmaqla, cəmi 10 (on) ay 18 (on səkkiz) gün müddət ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq, onun üzərində qəti olaraq 01 (bir) il 01 (bir) ay 12 (on iki) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsində azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxsin yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməli olması müəyyən edilmişdir. Cinayət Məcəlləsinin 52-1.3.1-ci maddəsinə əsasən məhkəmə məhkum üçün kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək əlavə vəzifə də müəyyən edə bilər. Məhkəmə, CM-in 52-1-ci maddəsinin tələblərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə daimi yaşayış yeri olan Şərur rayonu, Kərimbəyli kəndində yerləşən fərdi yaşayış evini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Naxçıvan Muxtar Respublikası ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmalıdır. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin: -15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir; 15-1.1-ci maddəsinin tələbinə görə probasiya nəzarəti – azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzalara məhkum edilmiş, şərti məhkum edilmiş, cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş və ya cəza çəkməsi təxirə salınmış məhkumların, habelə bu Məcəllənin 15-1.2.3-cü maddəsində nəzərdə tutulmuş digər şəxslərin üzərinə qanunla və məhkəmə qərarı ilə qoyulmuş vəzifələrin yerinə yetirilməsinə nəzarət edilməsinə, məhkumların islah edilməsi, sosial adaptasiya və reabilitasiyasına yönəlmiş kompleks sosialhüquqi xarakterli tədbirlər sistemindən ibarətdir; -15-1.2 və 15-1.2.1-ci maddələrinin mahiyyətinə görə cərimə, nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə, müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə, ictimai işlər, islah işləri, azadlığın məhdudlaşdırılması növündə cəzalara məhkum edilmiş şəxslər barəsində probasiya nəzarəti tətbiq edilir; -15-2.3-cü maddəsi ilə müəyyən edilir ki, elektron nəzarət vasitələri tətbiq edilmiş məhkumun müəyyən edilmiş vəzifələri yerinə yetirməsinə nəzarət icra məmurları tərəfindən həyata keçirilir; -51-2.1-ci maddəsinin tələbinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Yuxarıda qeyd edilənlərə əsaslanmaqla məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlığın məhdudlaşdırılması növündə cəzanı yaşayış yeri üzrə çəkməli, cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, onun üzərində qoyulmuş vəzifələrin həyata keçirilməsinə nəzarət Naxçıvan Muxtar Respublikası Şərur Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 353.4.12-ci maddəsinə görə, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində hökm qanuni qüvvəyə minənədək məhkumun barəsində seçilmiş qətimkan tədbirinin həlli göstərilməlidir. Həmin Məcəllənin 507.3 və 507.3.3-cü maddələrinin mahiyyətindən görünür ki, şəxs azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzaya məhkum edildikdə hökm elan edildikdən sonra təqsirləndirilən şəxs dərhal həbsdən azad edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 175.5-ci maddəsinə əsasən müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. Qeyd edilən prosessual hüquq normalarının tələbləri baxımından məhkəmə bildirir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilməli və o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilməli, barəsində hökm qanuni qüvvəyə minənədək başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilməlidir. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan bir ədəd üzərində X49 1913 yazıları olan qara rəngli əl çantası, həmin çantanın içərisində olan 2600 ABŞ dollar pul, İphone 13 Pro max markalı mobil telefon, 3 ədəd qızıl qolbaq, “Polo” firmasına məxsus eynək, 1 ədəd üzərində “СБЕРБАНК” yazısı və **********223337 nömrələri olan bank kartı, 1 ədəd üzərində “alınma bank” yazısı və **********464995 nömrələri olan bank kartı, 1 ədəd “Emirates NBD”yə məxsus bank kartı və 1 ədəd üzərində “Umico” və **********0 nömrələri olan bank kartı, şəxsiyyət vəsiqəsi və sürücülük vəsiqəsinin Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001ci il tarixli, 31 nömrəli qərarına əsasən göstərilmiş hüquqi xidmətlərə görə müdafiəçiyə hər iş saatı üçün 6 (altı) manat miqdarında haqq ödənilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.5-ci maddəsinin tələbinə görə həmin Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Qeyd olunanlara əsasən məhkəmə müdafiəçi tərəfindən məhkəməyə təqdim edilmiş hesabatı nəzərdən keçirərək belə əticəyə gəlir ki, təqsirləndirilən şəxsə göstərilmiş hüquqi xidmətə görə Naxçıvan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 35 (otuz beş) iş saatına görə 210 (iki yüz on) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsindən müdafiəçiyə ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli olan əmlakı məhkəmə tərəfindən müəyyən edilməmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 10 iyun 2023-cü il tarixdən 12 iyun 2023-cü il tarixədək şübhəli şəxs qismində saxlanıldığı müddət yəni 2 gün, 12 iyun 2023-cü il tarixdən 16 noyabr 2023-cü il tarixədək həbsdə qaldığı 157 (yüz əlli yeddi) gün, cəmi 159 (yüz əlli doqquz) gün müddətin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər hesablanmaqla, cəmi 10 (on) ay 18 (on səkkiz) gün müddət ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq, onun üzərində qəti olaraq 01 (bir) il 01 (bir) ay 12 (on iki) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə daimi yaşayış yeri olan Şərur rayonu, Kərimbəyli kəndində yerləşən fərdi yaşayış evini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Naxçıvan Muxtar Respublikası ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Cəzanın icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Naxçıvan Muxtar Respublikası Şərur Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs çəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin və o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilsin. Təqsirləndirilən şəxs barəsində hökm qanuni qüvvəyə minənədək başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilsin. İş üzrə maddi sübut olan bir ədəd üzərində X49 1913 yazıları olan qara rəngli əl çantası, həmin çantanın içərisində olan 2600 ABŞ dollar pul, İphone 13 Pro max markalı mobil telefon, 3 ədəd qızıl qolbaq, “Polo” firmasına məxsus eynək, 1 ədəd üzərində “СБЕРБАНК” yazısı və **********223337 nömrələri olan bank kartı, 1 ədəd üzərində “alınma bank” yazısı və **********464995 nömrələri olan bank kartı, 1 ədəd “Emirates NBD”-yə məxsus bank kartı və 1 ədəd üzərində “Umico” və **********0 nömrələri olan bank kartı, şəxsiyyət vəsiqəsi və sürücülük vəsiqəsinin Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. Naxçıvan Şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs dövlət hesabına göstərdiyi pulsuz hüquqi yardıma görə 210 (iki yüz on) manat məbləğində haqq Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Müdafiəçi ödənilsin. İş üzrə mülki iddianın olmadığı nəzərə alınsın. Hökmdən elan olunduğu gündən 20 (iyirmi) gün müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Gülsüm Əliyeva.
Məhkəmə qərarları › İş №1(078)-36/2023
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Hökm — İş №1(078)-36/2023
16.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver