Məhkəmə qərarları › İş №1(078)-36/2024

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Hökm — İş №1(078)-36/2024

13.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Naxçıvan şəhəri İş № 1(078)-36/2024 13.06.2024 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, X2 məhkəmə iclas katibliyi, dövlət ittihamçısı Naxçıvan Muxtar Respublikası Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi iştirakı ilə, xx xxxxxxxx 1997-ci ildə Babək rayonu, Tumbul kəndində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, müvəqqəti işsiz, əvvəllər məhkumluğu olmayan, Naxçıvan şəhəri, Tumbul kəndində qeydiyyatda olmaqla, yaşayan, müstəntiqin 27 mart 2024-cü il tarixli qərarı ilə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə baxışı iclasında baxaraq m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs 05 fevral 2024-cü il tarixdə, saat 02 radələrində Naxçıvan şəhəri, 61-ci məhəllədə yerləşən Faytonçu kafenin İİ mərtəbəsində X15 ilə aralarında yaranmış mübahisə zamanı Asim Qasımova kəllə, yumruq və təpiklə vuraraq alnının sol yarısında sağ almacıq nahiyyəsində burunun arxa səthində boyunun ön səthində sıyrıq və qançırlar, yuxarı dodağın selikli qişasında yara, sol əlin arxa səthinin içəri kənarında şişkinlik xəsarətindən ibarət olan dərəcəsinə görə sağlamlığın qısa müddət pozulmasına səbəb olan yüngül dərəcəli bədən zərəri vurmuşdur. Qeyd edilən cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi onun öz ifadəsi, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri ilə, istintaq hərəkətlərinin protokolları və ekspert rəyləri ilə sübuta yetirilmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs cinayətdə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, X7 2-3 ildir tanıyır, onunla dostdur. X10 tanımır, o da Faytonçu kafedə sintizatorçu işləyir. Faytonçu kafedə 4-5 bakal piyvə içmiş, özü də kafedə yeyib-içən zaman oranı işlədən Həsənağa gəlib “əlinə nə olub, niyə qanayır” demiş, özü də “evdə problem var, şüşəyə vurmuşam” demiş, Həsənağa da “ayaqyolunun şüşəsi qırılıb, sən qırıbsan?” demiş, Həsənağaya “mən qırmışam, pulu nədir verərəm” demiş, Həsənağa da “müdir Cemdir, gedək onun yanına o nə desə, pulunu verərsən” demiş, Həsənağa ilə birgə Cemin yanına getmişlər, Həsənağa Cemə özünü göstərərək “şüşəni bu şəxs sındırıb” demiş, özü də Cemdən “şüşənin qiyməti nə qədərdir” demiş, Cem də “10 manat edir” demiş, özü də kassaya hesabını və şüşənin qarşılığında əlavə 10 manatı ödəmiş, pulu ödəyəndən sonra Yavər gəlib “gəl gedək bax, şüşəni necə sındırmısan” demiş, Yavərlə birlikdə tualetə getmiş, Tualetdə qırılmış şüşəni göstərib Yavər “bunu niyə qırmısan, niyə tərbiyəsizlik edirsən” demiş, özü də “Yavər uşaq kimi danlayır” hiss etmiş, özü də Yavərə “qırmışam, yaxşı eləmişəm, pulunu da vermişəm, niyə söhbəti açırsan” demiş, Yavərin yaxasından tutub “söhbəti uzatma səni vuraram, ayıbdır” demiş, sonra Yavərlə zala çıxmışlar, Yavər hər kəsin içərisində “sən mənə yumruq atdın, sən mənə hörmətsizlik etdin” demiş, özü də “söhbət olub qurtarıb” demiş, həmin vaxt Asim gəlib özünə “niyə belə edirsən, çıx get” demiş, Asimə “sən kimsən, Yavər mənim dostumdur, o bilər, mən bilərəm, sən sintizatorçusan, get işinlə məşğul ol” demiş, Asim də “sən mənə deyirsən” demiş, sözünün və hərəkətlərinin ona acıq gəlmiş, Asim özünü kabinetə aparmış, Asimə “sən söhbətə qarışma, sənin bu söhbətə aidiyyətin yoxdur” demiş, özü də piyvə içmiş, Asim də piyvə içmiş, ikisi də sərxoş olmuşlar, Asim özünü itələmiş, özü də onu itələmiş, sonra yumruqla Asimi vurmuş, Asim də özünü vurmuş, bir-birilə savaşmışlar, yumruqlaşmışlar, orada işləyən şəxslər gəlib onları aralamışlar, xalaoğlusu Səbuhi də orada işləmiş, Səbuhi də özünü aralamış, özü də kabinetdən çıxıb zala keçmiş, Cem də orada imiş, Cemə “şüşənin pulunu verdim, məqsədin nədir, belə edirsiniz, məni göz-çıxdıma salıbsınız” demiş, Cem də “gözlə polisləri arayacam” demiş, özü də əsəbləşib “zəng elə” deyib stolu itləmiş, İİ mərtəbədən aşağı enmiş, özü də avtomobilə minmiş, Səbuhiyə “sənə verdiyim bıçağımı gətir” demiş, Səbuhi də “Yavər tutub əlimdən alıb” demiş, özü də “get al gətir” demiş, Səbuhi də “ala bilməyəcəm, Yavərdədir” demiş, özü də qalsın demiş, polis özünü çağırsa da gecə gəlməmiş, Asim durduq yerə söhbətə qarışmış, mübahisə düşmüş, yumruqla onu vurmuş, əvvəllər Asimlə heç bir münasibəti olmamış, Asim musiqiçidir, onunla heç bir münasibətim yoxdur. Asim Qasımovla mübahisə edəndə əlində heç bir alət olmamış, ona yumruq təpik atmış, yumruq atıb sifətindən vurmuş, təpikdə atmış, qarşılıqlı savaşmış, Cem Kaymakı vurmamış, onunla heç bir mübahisəsi olmamış, Yavərlə sözlü mübahisə eləmiş, Asim Qasımovla mübahisə edəndə yanımda Yavər və Səbuhi olmuş, kabinetin içərisində mübahisə etmiş, Asimlə mübahisə edəndə üzərində bıçaq olmamış, bıçağı işə gələndə Səbuhiyə vermiş, həmin bıçaq özünə məxsusdur, motosikletini idarə edəndə həmin bıçaqla motosikletin mühərrikini işə salırmış, Faytonçu kafedə işləyəndə onunla pendir də doğramışdır. Asimlə mübahisə etmiş, Asimi yumruqla və kəllə ilə vurmuş, başqa kimisə vurmamışdır. Törətdiyi əməldən peşmandır. Ona yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş qismində dindirilmiş X15 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs əvvəlcədən tanımır, Faytonçu kafedə işləyən zaman onu tanımış, əvvəllər də Faytonçu kafedə işləmiş, hadisə olmamışdan 20 gün qabaq işə başlamış, kafedə oturub piyvə içirmiş, kabinetdən səs gəldiyini eşitmiş, özü də kabinetə tərəf gedəndə “Həsənlə Yavərin sözləşdiklərini görmüş, özü də səs-küy olmasın deyə Həsəni qucaqlayıb sakitləşdirmək istəmiş, “ay Həsən belə etmə” demiş, Həsən də “sən kimsən” demiş, özü də “söhbət olub qurtarıb” demiş, Həsən də “sən kimsən, Yavər mənim dostumdur, o bilər, mən bilərəm, sən sintizatorçusan, get işinlə məşğul ol, sən söhbətə qarışma, sənin bu söhbətə aidiyyətin yoxdur” demiş, özü də Həsən də sərxoş imişlər, özü də Həsənə “ayıbdır, səs-küy etmə” demiş, Həsən özünü itələmiş, özü də onu itələyəndə Həsən kəllə ilə sifətindən vurmuş, sonra özünə yumruq atmış, Həsənin kəlləsi özünə dəydiyi üçün şüuru getmiş, bir-iki saniyəlik özünü bilməmiş, özünə gələn kimi Həsənə yumruq atmış, Həsən də kənara çəkilmiş, özünü və Həsəni aralamışlar, həmin vaxt alm və sifəti yaralanmış, özünü pis hiss etmiş, alını yaranlanmış, dodağı yaralanmış, Həsənin xalaoğlusu Səbuhi də orada işləyirmiş, özünü oturttub su verirmiş, özü Naxçıvan Şəhər Polis İdarəsinə gəlib ərizə ilə müraciət edib Həsəni şikayət etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X12 ifadəsində göstərmişdir ki, X10 əvvəlcədən tanıyır, o, Faytonçu kafedə sintizatorçu işləyir, onunla ədavəti və düşmənçiliyi yoxdur. Təqsirləndirilən şəxs Faytonçu kafedən tanıyır, onunla ədavəti və düşmənçiliyi yoxdur. 05 fevral 2024-cü il tarixdə həmişə olduğu kimi Faytonçu kafenin İİİ mərtəbəsində imiş, işçilərdən biri gəlib “İİ mərtəbədə tualetin şüşəsini sındırıblar” demiş, özü də İİİ mərtəbədən aşağı düşəndə “tualetin içəridəki sondakı qapısının şüşəsinin sındırıldığını görmüş, həmin vaxt İİ mərtəbəyə baxan Həsənağanı çağırıb “niyə tualet bu gündədir” soruşmuş, Həsənağa da “Tumbullu Həsən vurub şüşəni sındırıb, pulunu da almışıq” demiş, Həsənağa Həsəni çağırmış, özü tualetin içərisində Həsəndən “niyə şüşəni sındırmısan” soruşmuş, Həsən də “sərxoş olmuşam” demiş, belə ki, Həsən gündəlik orada işləyirmiş, Həsənağa da onu işdən çıxarmış, o da prinsipə düşüb şüşəni sındırmışdır. Zala daxil olanda X22 “sənin tərbiyəsizliyinə görə səni polisə şikayət edəcəm” demiş, Həsən də “sən Türkiyədən gəlib, burada xod gedirsən” demiş, Cem Kaymak da telefonu götürüb zəng vurmaq istəyəndə Həsən də stola təpik atmış, həmin vaxt sintezatorçu Asim də Həsəni arxadan qucaqlayıb “eləmə, sən niyə belə edirsən” demiş, Həsən də Asimə “burax məni sən kimsən” demiş, Asim də “Culfadan gəlib gedirəm, səs-küy salırsan müştərilər gedir, pul qazan bilmirik” demiş, Həsən də “sənə nə var, yeri get işinlə məşğul ol” demiş, həmin vaxt Həsənlə Asim pəncərə tərəfdən birinci kabinetin içərisində imiş, Həsən qəfildən yumruqla Asimin sifətindən “bakavoy” vurmuş, Asimin burunundan qan açılmış, gözləri sulanmış, Həsən təkrar ona bir-iki yumruq atmış, Asim də ona yumruq atıb vurmuş, özləri onları ayırmış, həmin vaxt Həsənin qohumu Səbuhi də orada imiş, Həsən Səbuhiyə “əmanətimi saxla, mən sabah götürəcəm” demiş, özü də Səbuhidən “əmanət deyəndə Həsən nəyi nəzərdə tutur” demiş, Səbuhi də “mənə bıçaq verib” demiş, özü də bıçağı ondan almış, Cem Kaymak polisə zəng vurub məlumat vermiş, hadisə yerinə polis əməkdaşları gəlmiş, hadisə yerinə baxış keçirmişlər, baxış zamanı bıçaq polis əməkdaşlarına təqdim olunmuş, Həsən çıxıb getidyi üçün orada olmamış, polislər onu hadisə yerinə dəvət etsələr də, o gəlməmişdir. Hadisə yerində Həsənağa, Cem Kaymak, Səbuhi, Asim, Həsən olmuş, Həsən kabinetin içərisində Asimi döymüş, birinci mübahisə zalda başlamış, Asim Həsəni tutub kabinetə aparanda Həsən Asimi yumruqla vurmuşdur. Mübahisə zamanı qəfildən Təqsirləndirilən şəxs Asim Qasımovun sifətində yurmuqla vurmuş, lakin Təqsirləndirilən şəxs əlində kəsici-deşici alət olmamışdır. Həsən işə gəlməmişdən qabaq bıçağı Səbuhiyə vermişdir, hadisə zamanı o bıçaqdan istifadə etməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 ifadəsində göstərmişdir ki, X10 əvvəlcədən tanıyıram, o, Faytonçu kafedə sintizatorçu işləyirdi, onunla ədavətim və düşmənçiliyim yoxdur. Təqsirləndirilən şəxs Faytonçu kafedən tanıyıram, kafedə 3-4 barmen işlədi, onunla ədavətim və düşmənçiliyim yoxdur. Bildirirəm ki, 05 fevral 2024cü il tarixdə həmişə olduğu kimi Faytonçu kafenin İİ mərtəbəsində idim. Təqsirləndirilən şəxs ayaqyoluna girdi, sonra oradan çıxdı, barın yanında stolda oturdu. Mən də gördüm ki, Həsənin hərəkətləri şübhəlidir. Mən də Həsənin yanına getdim və gördüm ki, əlinə salfetka sarıyıb. Mən də soruşdum ki, Həsən nə olub. Həsən də dedi ki, evdə olub. Mən də gedib ayaq yoluna baxanda gördüm ki, ayaqyolunun şüşəsi sınıb. Mən də Türkiyə Respublikası vətəndaşı Cem Kaymakı çağırdım və dedim ki, Həsən deyəsən şüşəni sındırıb. Cem də gəlib Həsəndən soruşdu. Həsən də ilk əvvəl yalan danışıb dedi ki, mən eləməmişəm, şüşənin pulunu verərəm. Cem Kaymak dedi ki, 10 manat edir. Həsən də 10 manatı cibindən çıxarıb Cem Kaymaka verdi. Sonra İİİ mərtəbədə işləyən Yavər gəldi. Yavər Həsənə dedi ki, şüşəni niyə sındırmısan. Həsən də Yavərlə mübahisə elədi, lakin onu vurmadı.Həmin vaxt X23 söyürdü, stola təpik atırdı. Cem Kaymak da polisə zəng vurdu. Sintizatorçu Asim də Həsənin yanına gəlib dedi ki, sən niyə belə edirsən, bir-iki manat pul qazanmağa gəlmişik. Həsən də ona dedi ki, sən kimsən. Asim də Həsənə dedi ki, biz burada pul qazanırıq, sən lotusan burada səs-küy salırsan. Həsən də dedi ki, sənə nə var, yeri get işinlə məşğul ol. Həmin vaxt Həsənlə Asim pəncərə tərəfdən birinci kabinetin içərisində idi. Həmin vaxt Həsən qəfildən yumruqla Asimin sifətindən “bakavoy” altdan yuxarı vurdu. Asimin burnundan qan açıldı, gözləri sulandı. Sonra da Həsən ona bir-iki yumruq atdı. Asim də ona yumruq atdı, lakin vurub-vurmadığını görmədim. Sonra biz onları ayırdıq. Həmin vaxt Həsənin qohumu Səbuhi də orada idi. Həsən Səbuhiyə dedi ki, əmanətimi saxla, mən sabah götürəcəm. Yavər də Səbuhidən sorruşdu ki, əmanət deyəndə Həsən nəyi nəzərdə tutur. Səbuhi də dedi ki, mənə bıçaq verib. Yavər də bıçağı ondan aldı. Sonra da Cem Kaymak polisə zəng vurub məlumat verdi. Sonra hadisə yerinə polis əməkdaşları gəldi, hadisə yerinə baxış keçirdilər. Baxış zamanı bıçaq polis əməkdaşlarına təqdim olundu. Həmin vaxt da Həsən də çıxıb getmişdi. Polislər onu hadisə yerinə dəvət etsələr də, o gəlmədi. Mübahisənin səbəbi o idi ki, Həsən tualetin şüşəsini sındırmışdı, sonra X21 mübahisə elədi, Asim söhbətə qarışanda Həsən də onu döydü. Hadisə yerində Yavər, Cem Kaymak, Səbuhi, Asim, Həsən var idi. Həsən kabinetin içərisində Asimi döydü. Birinci mübahisə zalda başladı, Asim Həsəni tutub kabinetə apardı, sonra Həsən Asimi yumruqla sifətindən vurdu, döydü. Hadisə zamanı qəfildən Təqsirləndirilən şəxs Asim Qasımovun sifətindən yurmuqla vurdu. Lakin Təqsirləndirilən şəxs əlində kəsici-deşici alət olmamışdı. Həsən işə gəlməmişdən qabaq bıçağı Səbuhiyə vermişdi, hadisə zamanı o bıçaqdan istifadə etməmişdi. İbtidai istintaq zamanı dindirilmiş, ifadəsi məhkəmə iclasında elan edilmiş şahid X11 ifadəsində göstərmişdir ki, X10 əvvəlcədən tanımıram, mən İİ mərtəbə işləyirdim, Asim də İİİ mərtəbədə sintizatorçu işləyirdi. Onunla heç bir münasibətim yoxdur. Təqsirləndirilən şəxs Faytonçu kafedən tanıyıram, kafedə barmen işləyirdi, onunla ədavətim və düşmənçiliyim yoxdur. 05 fevral 2024-cü il tarixdə həmişə olduğu kimi Faytonçu kafenin İİ mərtəbəsində idim. Hadisənin necə baş verməsini bilmədim. Birdə eşitdim ki, Həsən tualetin şüşəsini sındırıb. Mənə bu məsələni Həsənağa demişdi. Təqsirləndirilən şəxsla Asim Qasımov 1 nömrəli kabinetdə savamışdılar, Həsən Asimin yurmuqla sifətindən vurmuşdu. Asimin burnu qanamışdı, Asimin üzü qan idi. Sonra da Asim çıxıb getdi. Mən onu kabinetdən çıxanda gördüm. Sonra eşitdim ki, Həsən Asimlə savaşıb və Asimi vurubdur. Sonra hadisə yerinə polis əməkdaşları gəldi və hadisə yerinə baxış keçirdilər. Mən mübahisənin səbəbini bilmirdim. Hadisə yerində Yavər, Cem Kaymak, Asim, Həsən var idi. Həsən kabinetin içərisində Asimlə savaşmışdı. Həsənlə Asimin savaşmağını görməmişəm, mübahisədən sonra Asimi gördüm, onun sifəti qan idi. Sonra bildim ki, Həsən Asimi döyüb. İbtidai istintaq zamanı dindirilmiş, ifadəsi məhkəmə iclasında elan edilmiş şahid yetkinlik yaşına çatmayan X5 ifadəsində göstərmişdir ki, Qasımov Asim Qadir oğlunu əvvəlcədən tanıyıram, o, Faytonçu kafedə sintizatorçu işləyirdi, onunla ədavətim və düşmənçiliyim yoxdur. Təqsirləndirilən şəxs mənim xalaoğlumdur. 04 fevral 2024-cü il tarixdə həmişə olduğu kimi Faytonçu kafenin İİİ mərtəbəsində idim, mən qəlyan işinə baxıram, hazırlayıram, gələn müştərilərə verirəm. Mən bara yaxınlaşanda gördüm ki, Həsən sol əlinin barmağını salfetlə bağlayıb, əli qanayır. Həsənağa gəlib Həsəndən soruşdu ki, səninə əlinə nə olub. Həsən də yalandan dedi ki, evdən savaşıb gəlmişəm. Müştərilərdən biri tualetə girəndə dedi ki, tualetin içərisində ki, şüşələr sınıbdır. Həsənağa və mən gedib tualetin içərisinə baxanda gördüm ki, qapıların şüşəsi sınıb. Həsənağa da əli qanadığı üçün Həsəndən soruşdu ki, şüşəni sən sındırmısan. Həsən ilk əvvəl boynuna almadı. Daha sonra etiraf etdi ki şüşəni öz sındırıb. Həsənağa da Həsəndən qırılan şüşənin pulunu tələb etdi, Həsənağa da X18 yanına apardı. X19 10 manat pul istədi. Həsən də pulu verəndən sonra Cem Kaymağı söyməyə başladı. Kaymak da dedi ki, polisə zəng vurub çağıracam. Həsən də stola təpik atdı, Asim də Həsəni tutub dedi ki, burada dava salma, müştərilər var, səni kabinetə aparım, orada oturaq. Asim də Həsəni kabinetə apardı. Həsən də Asimin sifətindən yumruqla vurdu. Orada tutaqlaşdılar. Həsən Asimi vurub döydü. Orada olan şəxslər Həsəni və Asimi aralaşdırdılar. Həsən də aşağı düşəndə mənə dedi ki əmanəti ver. Mən də verdim ki, Həsən hadisə törədər, ona görə bıçağı ona vermədim. Həsən əmanət deyəndə bıçağı nəzərdə tuturdu. 04 fevral 2024-cü il tarixdə günorta Həsənlə birlikdə işə gələndə Həsən bıçağı mənə verib dedi ki, saxla, motosikleti bununla işə salacağıq, motosikletin açarı sınıb. Mən də bıçağı götürüb özümdə saxlamışdım. Yavər də məndən bıçağı istədi, mən də bıçağı Yavərə verdim. Sonra hadisə yerinə polis əməkdaşları gəldilər, hadisə yerinə baxış keçirdilər. Baxış zamanı bıçaq polis əməkdaşlarına təqdim olundu. Həmin vaxt da Həsən də çıxıb getmişdi. Polislər onu hadisə yerinə dəvət etsələr də, o gəlmədi. Mübahisənin səbəbi o idi ki, Həsən tualetin şüşəsini sındırmışdı, sonar X21 mübahisə elədi, Asim söhbətə qarışanda Həsən də onu döydü. Hadisə yerində Həsənağa, Cem Kaymak, Səbuhi, Asim, Həsən var idi. Həsən kabinetin içərisində Asimi döydü. Birinci mübahisə zalda başladı, Asim Həsəni tutub kabinetə apardı, sonra Həsən Asimi yumruqla sifətindən vurdu. Hadisə zamanı Təqsirləndirilən şəxs Asim Qasımovun sifətinə yumruqla vurdu. Lakin Təqsirləndirilən şəxs əlində kəsici-deşici alət olmamışdı. Həsən işə gəlməmişdən qabaq bıçağı mənə vermişdi, hadisə zamanı o bıçaq da mənim üstümdə idi, Həsən həmin bıçaqdan istifadə etməmişdi. İş materiallarına əlavə edilmiş: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Naxçıvan MR DİN-in ƏSİŞ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə Naxçıvan ŞPİ-nin İstintaq və Təhqiqat Şöbəsində ********* nömrəli cinayət işi olmuş və həmin cinayət işinə Azəraycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə (Bu Məcəllənin 127.1, 128, 129, 120, 131.2, 122.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə, cinayət məsuliyyətindən azad edilir.) istinad edilərək Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 40.3-cü maddəsinə əsasən xitam verilmişdir. İstintaq zamanı Təqsirləndirilən şəxs Y.Budaqov adma X3 qeydiyyatda olub-olmaması barədə sorğu verilmiş və alınmış cavabda Təqsirləndirilən şəxs narkoloji və psixi xəstə kimi qeydiyyatda olmadığı göstərilmişdir. İstintaq zamanı məhkəmə tibb-ekspertizası keçirilmiş və Naxçıvan MR Səhiyyə Nazirliyinin MTE və PAB-dən alınmış xx.xx.2024-cü il tarixli, 180 nömrəli ekspert rəyindən görünür ki, X8 bədən səthində aşkar edilmiş xəsarətlər - alnının sol yarısında sağ almacıq nahiyyəsində burunun arxa səthində boyunun ön səthində sıyrıq və qançırlar, yuxarı dodağın selikli qişasında yara, sol əlin arxa səthinin içəri kənarında şişkinlik, qançırlar və yara küt əşyanın təsirindən törənmiş, eləcə də, həmçinin yumruq zərbələrinin müvafiq nahiyyələrə çırpılması nəticəsində, sıyrıqlar isə iti kənarlı əşyanın, eləcə də həmçinin insan dırnağının dərinin müvafiq nahiyyələrini cırması nəticəsində yarana bilər, sol əlin arxa səthindəki şişkinlik əlin küt əşyaya eləcə də, həmçinin insan bədənin çırpılması nəticəsində yaranmışdır. Xəsarətin yetirilmə müddətinin qərarda göstərilən tarixə uyğun gəlir, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Azərbaycan Respublikası Konstitusiyasının 13.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Konstitusiyasının 63.1-ci maddəsinə əsasən, hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli, 15 saylı qərarında göstərilmişdir ki, sübutları hərtərəfli təhlil edib qiymətləndirmək əvəzinə, məhkəmələr bəzən ittihamı təsdiq edən ifadələrin mətnini hökmdə əks etdirməklə kifayətlənirlər. İttihamı şübhə altında qoyan ifadələr isə ya ümumiyyətlə nəzərə alınmır, yaxud da onlar hökmdə təhlil edilib qiymətləndirilmir. Həmçinin, həmin qərarda göstərilmişdir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 323-cü maddəsinə müvafiq olaraq məhkəmənin hökmü yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. “X6 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Göründüyü kimi, hər hansı şəxsin əməlində cinayət tərkibinin olmasının müəyyən edilməsi və ona ittiham və ya bəraət hökmünün çıxarılması yalnız məhkəmə istintaqında tədqiq olunmuş sübutlar əsasında müəyyən edilə bilər. Məhkəmə iclasında tədqiq edilməyən və məhkəmə iclas protokolunda öz əksini tapmayan sübutlara istinad edə bilməz. Məhkəmə qeyd edir ki, ittiham irəli sürülən şəxs barəsində ittiham hökmü o zaman qəbul edilə bilər ki, ittiham üzrə göstərilən sübutlar məhkəmə istintaqı zamanı təkzib edilməməklə təsdiq olunsun, əgər ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməlidir. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması məhkəmə istintaqı zamanı tam sübuta yetirilmiş və Təqsirləndirilən şəxs törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə tövsif olunmuşdur. İşin məhkəmə tərəfindən müəyyən olunmuş hallarından göründüyü kimi, aparılmış istintaq zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs 05 fevral 2024-cü il tarixdə, saat 02 radələrində Naxçıvan şəhəri, 61-ci məhəllədə yerləşən Faytonçu kafenin İİ mərtəbəsində X15 ilə aralarında yaranmış mübahisə zamanı Asim Qasımova kəllə, yumruq və təpiklə vuraraq alnının sol yarısında sağ almacıq nahiyyəsində burunun arxa səthində boyunun ön səthində sıyrıq və qançırlar, yuxarı dodağın selikli qişasında yara, sol əlin arxa səthinin içəri kənarında şişkinlik xəsarətindən ibarət olan dərəcəsinə görə sağlamlığın qısa müddət pozulmasına səbəb olan yüngül dərəcəli bədən zərəri vurmuşdur. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar olmadığından o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinərək, barəsində qanuni və ədalətli cəza təyin edilməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən Cinayət Məcəlləsinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 9.2-ci maddəsinə görə, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayəthüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. 41.2-ci maddəsində cəzanın məqsədi açıqlanaraq göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Göstərilən maddənin məzmunundan göründüyü kimi, cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. Sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş olsun, bununla sosial balans pozulmuş olsun və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. İnsan hüquqları üzrə Avropa Məhkəməsi “Qutsardi İtaliyaya” qarşı işində göstərmişdir ki, Avropa Konvensiyasının 5-ci maddəsinin 1-ci bəndində “azadlıq hüququ” bəyan edilərkən şəxsin fiziki azadlığı nəzərdə tutulur. Məhkəmələrin qarşısında duran məqsəd heç kəsin qanunsuz olaraq “azadlıqdan məhrum” edilməməsini təmin etməkdir. 5- ci maddənin mənası baxımından hər hansı şəxsin “azadlıqdan məhrum” edilib-edilmədiyini müəyyənləşdirərkən çıxış nöqtəsi kimi onun konkret vəziyyəti götürülməli və bütün meyarlara, məsələn, sözügedən tədbirin növünə, bu növ tədbirlərin məhkuma təsiri, tədbir növlərinin müddətinə, nəticələrinə və həyata keçirilmə üsuluna diqqət yetirilməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla, daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2012-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Qanunverici CM-in 59.1.1- 59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli qərarında göstərilmişdir ki, “Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Bununla yanaşı məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. CM-nin 59-cu maddəsi ilə cəzanı yüngülləşdirən halların sayı məhdudlaşdırılmadığından cəza təyini zamanı həmin maddədə nəzərdə tutulmamış hallar da cəzanı yüngülləşdirici hallar qismində nəzərə alına bilər.” Təqsirləndirilən şəxs səmimi etirafı, əməlindən peşman olması, zərərçəkmiş şəxslə barışması cəzasını yüngülləşdirən hal kimi müəyyən edilmişdir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsinə əsasən, sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz altmış saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Məhkəmə qeyd olunanları nəzərə almaqla, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, təqsirləndirilən şəxsin barəsində cəzasını yüngülləşdirən halları, həmçinin cinayət əməlinin törədilməsi hallarını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmədən islah etmək mümkündür və ona görə də, onun təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Cinayət işinin materiallarından görünür ki, 27 mart 2024-cü il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə Təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulan ittiham elan olunmuşdur. 27 mart 2024-cü il tarixdə Təqsirləndirilən şəxs barəsində «polisin nəzarəti altına vermə» növündə qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azadlığın məhdudlaşdırılması növündə cəzanın əvvəli Təqsirləndirilən şəxs cəzasının icrası faktiki yaşadığı Naxçıvan şəhəri, Tumbul kəndi üzrə Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinə həvalə edilməli və cəzaçəkmə müddətinin əvvəli həmin orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs üzərinə gün ərzində saat 22:00-dan 08:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitəni işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Naxçıvan Muxtar Respublikasının ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirmək, həmçinin onun üzərinə kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. İş üzrə mülki iddianın olmaması və xüsusi müsadirə tətbiq olunmalı əmlakın müəyyən olunmaması nəzərə alınsın. İş üzrə ekspertiza tədqiqatının xərci olan 67 (altmış yeddi) manat Təqsirləndirilən şəxs tutularaq büdcə təsnifat kodu 142319 olan, X14 MR İdarəsi kodu 502906, VÖEN **********, müxbir hesab AZ88NABZ******************** olan, Naxçıvan MR Maliyyə Nazirliyi VÖEN **********, hesab AZ21NABZ******************** olan hesaba ödənilməlidir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Naxçıvan Şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Naxçıvan Şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 35 (otuz beş) saata görə 210 (iki yüz on) manat Azərbaycan Respublikasının dövlət büdcəsi hesabından Naxçıvan Şəhər Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 44.1, 197-198, 344- 347, 349, 351-353, 356, 358, 381, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə hö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Мəcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 07 (yeddi) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu 2 gün 1 günə 2 gün hesablanmaqla 4 gün təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla qəti olaraq 06 (altı) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs üzərinə gün ərzində saat 22:00-dan 08:00-dək yaşayış yerini- Naxçıvan şəhəri, Tumbul kəndində yaşadığı ünvanı tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitəni işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Naxçıvan Muxtar Respublikasının ərazisini tərk eməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirmək, həmçinin onun üzərinə kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrasına nəzarət Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinə həvalə edilsin və cəzaçəkmə müddətinin əvvəli həmin orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Azadlığın məhdudlaşdırılması növündə cəzanın əvvəli Təqsirləndirilən şəxs cəzasının icrası nəzarət Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinə həvalə edilməli və cəzaçəkmə müddətinin əvvəli həmin orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Cəzanın icrası Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. İş üzrə mülki iddianın olmaması və xüsusi müsadirə tətbiq olunmalı əmlakın müəyyən olunmaması nəzərə alınsın. İş üzrə ekspertiza tədqiqatının xərci olan 67 (altmış yeddi) manat Təqsirləndirilən şəxs tutularaq büdcə təsnifat kodu 142319 olan, X14 MR İdarəsi kodu 502906, VÖEN **********, müxbir hesab AZ88NABZ******************** olan, Naxçıvan MR Maliyyə Nazirliyi VÖEN **********, hesab AZ21NABZ******************** olan hesaba ödənilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Naxçıvan Şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 35 (otuz beş) saata görə 210 (iki yüz on) manat Azərbaycan Respublikasının dövlət büdcəsi hesabından Naxçıvan Şəhər Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu vaxtdan, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətinə Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Gülnar Səfərəliyeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar