Məhkəmə qərarları › İş №1(078)-36/2025

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Hökm — İş №1(078)-36/2025

05.08.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Naxçıvan şəhəri İş № 1(078)-36/2025 05.08.2025 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Əliyeva Gülsüm Kamal qızının sədrliyi, X3 məhkəmə iclas katibliyi, Dövlət ittihamçısı, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs və həmçinin mülki cavabdeh Təqsirləndirilən şəxs, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin müdafiəçisi Müdafiəçi, zərərçəkmiş şəxs və həmçinin mülki iddiaçı Zərərçəkmiş şəxs, zərərçəkmiş şəxs və mülki cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, xx.xx.1993-cü il tarixdə Naxçıvan şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, Naxçıvan Şəhər Su kanalizasiya İdarəsində fəhlə işləyən, subay, əvvəllər məhkum olunmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi barədə böyük ictimai təhlükə törətməyən aşkar cinayətlərə dair işlər üzrə məhkəməyədək sadələşmiş icraat materiallarına açıq məhkəmə iclasında baxaraq məhkəmə, m ü ə y y ə n e t d i: Azərbaycan Respublikasının Prokurorluğu Naxçıvan Muxtar Respublikası Naxçıvan Şəhər Prokurorluğu tərəfindən göndərilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı 15 aprel 2025-ci ildə Naxçıvan Şəhər Məhkəməsinin icraatına daxil olmuşdur. Məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, xx.xx.2025-ci il tarixdə saat 19:29 dəqiqədə Təqsirləndirilən şəxs idarə etdiyi özünəməxsus “Vaz 21074” minik markalı **-BM- *** dövlət qeydiyyat nişanlı avtomobillə Naxçıvan şəhəri, Atatürk küçəsi ilə M.Əzizbəyov küçəsinin kəsişməsindəki nizamlanmayan yolayrıcına daxil olub «X16» Azərbaycan Respublikası Qanununun 63-cü maddəsinin 1-ci hissəsinin 2.4 (Yol verin üstünlük) yol nişanının tələblərini pozub sola dönən zaman Atatürk küçəsi ilə Naxçıvan MR X4 istiqamətindən Danyeri market istiqamətində hərəkətdə olan Zərərçəkmiş şəxs idarə etdiyi özünəməxsus Rossirs 50 markalı mopedlə toqquşaraq törətdiyi yol-nəqliyyat hadisəsi nəticəsində mopedin sürücüsü Zərərçəkmiş şəxs sağlamlığına az ağır xəsarət yetirmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 263.1-ci maddəsində nəzərdə tutulan əməli törətmişdir. Məhkəmə iclasında cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs və həmçinin mülki cavabdeh qismində dindirilmiş Təqsirləndirilən şəxs ifadəsində özünü tam təqsirli saymadığını, qismən təqsirli saydığını, xx.xx.2025-ci il tarixdə saat 20 radələrində özünə məxsus olan VAZ 21074 minik markalı **-BM-*** dövlət nömrə nişanlı avtomobillə Naxçıvan şəhərində Həmkarlar İttifaqının sağında yerləşən ikinci dərəcəli yolla hərəkət edib Naxçıvan şəhəri Atatürk küçəsinə çıxmaq istəyən zaman Naxçıvan şəhəri Atatürk küçəsində ikinci hərəkət zolağı ilə əsas yolla düzünə hərəkət edən mopedlə toqquşduğunu, mopedin onun avtomobilinin sol tərəfdən arxa qapısına çırpıldığını və mopedin sürücüsünün yerə yıxıldığını, toqquşmadan sonra avtomobilini saxlayıb yerə düşdüyünü, mopedin sürücüsünün yanına getdiyini, mopedin sürücüsünə köməklik edib yerdən onu qaldırmağa çalışdığını, həmin vaxtı ətrafda olan şəxslərin ona köməklik etdiklərini, hadisə yerində olan şəxslərin X17 zəng etdiklərini, hadisə baş verdikdən sonra qardaşı Elxana zəng etdiyini, bir qədər keçdikdən sonra X18 avtomobilinin hadisə yerinə gəldiyini, həmin vaxtı atası və qardaşının da orada olduğunu, X18 əməkdaşlarının mopedin sürücüsünə ilkin tibbi yardım göstərdikdən sonra xəstəxanaya apardıqlarını, həmin vaxtı atasının da X18 avtomobili ilə xəstəxanaya getdiyini, xəstəxanada Zərərçəkmiş şəxs ayağına mil qoyulmalı olduğunu dediklərini, 2000 manatlıq mil qoyulsa 2 aya yeriyə biləcəyini, ancaq 800 manatlıq mil qoyulsa gec yeriyəcəyini dediklərini, Zərərçəkmiş şəxs 2000 manatlıq mil qoyulmasını istədiyini bildirdiyini, özünün də həmin 2000 manatlıq mili aldığını, Bakı şəhərindən həkimlər gəldiyini, Zərərçəkmiş şəxs ayağına həmin milin qoyulduğunu, bütün xəstəxana xərclərini özünün qarşıladığını, həkimə əlavə 100 manat pul verdiyini, həmçinin Zərərçəkmiş şəxs evinə ərzaq alıb apardığını, əlavə 200 manat da pul verdiyini, 85 manat da karset üçün pul verdiyini, ümumilikdə 2550 manat xərci çıxdığını, özünün Kanalizasiya idarəsində, natəmiz yerdə işlədiyini, 631 manat əmək haqqı aldığını, hər ay 401 manat kredit ödədiyini, 17000 manat kredit borcu olduğunu, Zərərçəkmiş şəxs əmək qabiliyyətini itirmədiyini, həkimin onu xəstəxanada yeritdiyini, yeriyə bildiyini, Zərərçəkmiş şəxs qardaşının Zərərçəkmiş şəxs 2500 manat kredit borcu olduğunu, moped aldığını dediyini, özünün 1000 manat verə biləcəyini, əlavə də hər ay əmək haqqından 100 manat çıxılmasını, ümumilikdə 1500 manat verə biləcəyini dediyini, onların razılaşmadıqlarını, hətta həmin gün qəza olduqdan sonra ambulansda olan həkimin Zərərçəkmiş şəxs “yenə sən?, demədik apar o mopedi qat içəri” dediyini, Zərərçəkmiş şəxs özü ilə qəza törətmədən 3-4 saat əvvəl də qəza törətdiyini, özünün Zərərçəkmiş şəxs 2550 manat xərc çəkdiyini, əlavə olaraq da 2000 manat pul təklif etdiyini, ancaq Zərərçəkmiş şəxs qəbul etmədiyini, 10000 manat istədiyini, özünün də həmin pulu ödəyə bilməyəcəyini, istintaq zamanı verdiyi ifadəni təsdiq etdiyini, törətdiyi əmələ görə peşman olduğunu bildirərək göstərdiklərini nəzərə alaraq onun barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Zərərçəkmiş şəxs və həmçinin mülki iddiaçı Zərərçəkmiş şəxs ifadəsində xx.xx.2025ci il tarixdə saat 19 radələrində işdə olduğunu və həmin vaxtı şəhərdə sifariş arxasınca getdiyini, idarə etdiyi özünə məxsus Rossirs 50 markalı mopedlə Naxçıvan şəhəri Atatürk küçəsində Ali Məhkəmə istiqamətindən 3 nömrəli tam orta məktəb istiqamətində hərəkətdə olduğunu, həmin vaxtı gəlib Naxçıvan MR X2rşısına yaxınlaşanda qarşıda sağ tərəfdə olan ikinci dərəcəli yoldan bir avtomobilin yola çıxdığını görüb idarə etdiyi mopedə tormoz verdiyini, lakin mopedi saxlaya bilməyib gedib həmin avtomobillə toqquşduğunu, toqquşmadan sonra mopeddən yerə yıxıldığını və özündən getdiyini, özünə gələndə Naxçıvan MR Xəstəxanasında olduğunu gördüyünü, xəstəxanada həkimlərin onu müayinə edib sol ayaq və əl sümüklərində sınıq və çat olduğunu bildirdiklərini, toqquşduğu avtomobilin sürücüsünün Vaz 21074 minik markalı **-BM-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən Təqsirləndirilən şəxs olduğunu sonradan öyrəndiyini, hadisədən əvvəl avtomobilin yolayrıcına çıxdığını görmədiyini, yolayrıcına yaxınlaşanda gördüyünü, idarə etdiyi mopedin hərəkət sürətinin təxminən 55 km/saat olduğunu, hadisə zamanı mopeddə başqa heç kimin olmadığını, hadisə nəticəsində sol ayağından və sol əlindən xəsarət aldığını, ekspert rəyinə etiraz etdiyini, polis idarəsində məhkəmədə ekspert rəyinə etiraz edə biləcəyini dediklərini, etiraz etməyinə səbəbin ekspertin onu günahkar göstərməsi olduğunu, özünün sürətinin müəyyən edilmiş sürət həddindən yuxarı olduğunu, ancaq günahın özündə olmadığını, məhkəmədə Təqsirləndirilən şəxs onun xəstəxanadan yeriyərək çıxdığını dediyini, elə çıxmadığını, Təqsirləndirilən şəxs onun ayağına mil qoyulması üçün 2000 manat ödəniş etdiyini, 200 manat da əlavə olaraq evə pul verdiyini, arada gələndə meyvə alıb gətirdiklərini, bir dəfə də heyvan ayağı və s. kimi şeylər alıb gətirdiyini, özünə vurulmuş zərərin ödənilməsini istədiyini bildirərək qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Zərərçəkmiş şəxs və mülki cavabdehin nümayəndəsi Nümayəndə məhkəmə iclasında Təqsirləndirilən şəxs tərəfindən 10000 manat məbləğində pulun Zərərçəkmiş şəxs ödənilməsi ilə bağlı mülki iddia ərizəsi ilə məhkəməyə müraciət etdiklərini, Zərərçəkmiş şəxs sağlamlığına dəymiş ziyanla bağlı işləyə bilmədiyini, həkimin Zərərçəkmiş şəxs 6 ay işləyə bilməyəcəyini bildirdiyini, qəza baş vermədən əvvəl hərəkət üstünlüyünün zərərçəkmiş şəxsdə olduğunu, Təqsirləndirilən şəxs hərəkət üstünlüyü olan şəxsə yol verməli olduğunu, Təqsirləndirilən şəxs ehtiyatsızlığı səbəbindən zərərçəkmiş şəxsin sağlamlığına ziyan vurulduğunu, mopedin təmiri ilə bağlı xərclərin sığorta tərəfindən ödəniləcəyini, Zərərçəkmiş şəxs kuryer kimi gündə 25-30 manat qazanc əldə etdiyini, eyni zamanda mağaza işlətdiyini, aylıq 500-600 manat gəlir əldə etdiyini, Zərərçəkmiş şəxs bir neçə aydır işləmədiyini, vəziyyətinin də yaxşı olmadığını, qarşı tərəfin təklif etdiyi məbləğin az olduğunu, bu vəziyyətə düşmədən əvvəl şəxsin aylıq 1000 manat gəliri olduğunu, heç olmasa 5000 manat ödənilməsini istədiklərini, tərəflər arasında barışıq əldə edilmədiyi, heç bir razılığa da gəlmədiklərini, zərərçəkmiş şəxsin vəziyyətinin göz önündə olduğunu, 6 aylıq əmək qabiliyyətini itirdiyini, zəruri sənədlərin mülki iddia ərizəsinə əlavə edildiyini, mülki iddianın təmin edilməsini istədiklərini bildirərək qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin və zərərçəkmiş şəxsin) ifadələri ilə yanaşı, ekspert rəylərini, istintaq hərəkətlərinin protokollarını da sübut növləri kimi qəbul edir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş 24 mart 2025-ci il tarixli cinayət təqibi üzrə məhkəməyədək sadələşdirilmiş icraatın açılması haqqında qərardan görünür ki, həmin tarixdə vətəndaş Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə məhkəməyədək sadələşdirilmiş icraat açılmış və icraata qəbul edilmişdir. (cild İ, iş vərəq 1) İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Naxçıvan Şəhər Polis İdarəsinin məsul növbətçisi, polis mayoru Rafiz Əliyev tərəfindən verilmiş 23 mart 2025-ci il tarixli raportdan görünür ki, xx.xx.2025-ci il tarixdə saat 20:25-da Naxçıvan Şəhər Mərkəzi Xəstəxanasının Travmatologiya şöbəsinin növbətçi tibb bacısı X7 ***-**-** mobil nömrəsi ilə Naxçıvan ŞPİ-nin ***-**-** əlaqə nömrəsinə zəng edərək bildirmişdir ki, xx.xx.1991 -ci il təvəllüdlü Zərərçəkmiş şəxs sol bud sümüyünün sınığı və burun nahiyyəsinin kəsilmiş yarası ilə xəstəxanaya daxil olmuşdur. Əməliyyat- istintaq qrupu hadisə yerinə göndərilmiş, araşdırma zamanı məlum olmuşdur ki, ünvan 2 ünvanında qeydiyyatda olan və yaşayan, xx.xx.1993-cü il təvəllüdlü Təqsirləndirilən şəxs idarə etdiyi Vaz 2107 markalı, ** BM *** nömrəli avtomobil qarşısına çıxan Zərərçəkmiş şəxs idarə etdiyi Mopedi vuraraq sürücüyə xəsarət yetirmişdir. (cild İ, iş vərəq 5) İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş 23 mart 2025-ci il tarixli ərizədən görünür ki, Zərərçəkmiş şəxs ərizə ilə Naxçıvan Şəhər Polis İdarəsinə müraciət edərək xx.xx.2025-ci il tarixdə saat 19 radələrində Naxçıvan şəhəri Atatürk küçəsi ilə M.Əzizbəyov küçəsinin kəsişməsindəki yolayrıcında idarə etdiyi özünə məxsus Rossirs 50 markalı mopedin, sürücü Təqsirləndirilən şəxs idarə etdiyi Vaz 21074 minik markalı, **-BM- *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşduğunu və hadisə nəticəsində özünün xəsarət aldığını, Təqsirləndirilən şəxs barəsində qanuni tədbir görülməsini xahiş etmişdir. (cild İ, iş vərəq 21) İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş 23 mart 2025-ci il tarixli məhkəmə-tibb ekspertizası təyin edilməsi haqqında qərardan görünür ki, material üzrə məhkəmə-tibbi ekspertizası təyin edilmiş və ekspertizanın aparılması Naxçıvan MR Səhiyyə Nazirliyi Məhkəmə Tibb Ekspertizası və Pataloji Anatomiya Birliyinin həkim ekspertinə həvalə edilmişdir. (cild İ, iş vərəq 24) İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Naxçıvan MR Səhiyyə Nazirliyi Məhkəmə Tibb Ekspertizası və Pataloji Anatomiya Birliyinin 24 mart 2025-ci il tarixli, 192 nömrəli canlı şəxsin ekspertizası ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı bədən səthi üzərində aşkar edilmiş xəsarətlər: Sol bud sümüyünün orta 1/3-nin yerdəyişmə ilə sınığı, burun əsasının, üst göz qapağı nahiyyəsinin, sağ diz oynağı nahiyyəsinin ön səthinin, sağ ayaq pəncə nahiyyəsinin ön səthinin sıyrıqları, sol alt göz qapağı nahiyyəsinin qançırı və sol əlin bayır səthinin qançır-zəif şişkinliyi bərk küt əşya (əşyalar) təsirindən, eləcə də sürücü qismində olarkən baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsinə törənmələri mümkündür, müddəti qərarın təsviri hissəsində göstərilən və onun müayinə məqsədi ilə Naxçıvan MR Xəstəxanasına müraciət etdiyi, yəni xx.xx.2025-ci il tarixdə əmələ gələ bilərdilər və dərəcələrinə görə sağlamlığın uzun müddətli pozulmasına səbəb olan sağlamlığa AZ AĞİR zərərvurmaya aid edilir. (cild İ, iş vərəq 27-28) İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Naxçıvan ŞPİ-nin Növbətçi Hissəsinin məsul növbətçisi, polis mayoru Toğrul Qasımov tərəfindən verilmiş 24 mart 2025-ci il tarixli raportdan görünür ki, xx.xx.2025-ci il tarixdə saat 11:23-də ünvan 3 ünvanında yaşayan, X15 102-xidmətinə zəng edərək, Həmkarlar ittifaqının yaxınlığında xx.xx.2025-ci il tarixdə Vaz 2107 markalı avtomobil ilə qohumu Zərərçəkmiş şəxs idarə etdiyi motosikletin toqquşması nəticəsində qohumunun xəsarət almasını bildirmişdir. (cild İ, iş vərəq 35) İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş 24 mart 2025-ci il tarixli ərizədən görünür ki, Zərərçəkmiş şəxs ərizə ilə Naxçıvan Şəhər Polis İdarəsinə müraciət edərək xx.xx.2025-ci il tarixdə saat 19 radələrində Naxçıvan şəhəri Atatürk küçəsi ilə M.Əzizbəyov küçəsinin kəsişməsindəki yolayrıcında idarə etdiyi özünə məxsus Rossirs 50 markalı moped sürücü Təqsirləndirilən şəxs idarə etdiyi Vaz 21074 minik markalı **-BM-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş və hadisə nəticəsində onun sağlamlığına Az Ağır xəsarət yetirilmişdir. Qeyd edilən hadisə ilə bağlı Naxçıvan Şəhər Polis İdarəsində başlanmış böyük ictimai təhlükə törətməyən aşkar cinayətlərə dair işlər üzrə məhkəməyədək sadələşdirilmiş icraat gedişində zərərçəkmiş şəxs qismində tanınmasını xahiş etmişdir. (cild İ, iş vərəq 36) İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş 24 mart 2025-ci il tarixli zərərçəkmiş şəxs qismində tanımaq haqqında qərardan görünür ki, vətəndaş Zərərçəkmiş şəxs böyük ictimai təhlükə törətməyən aşkar cinayətlərə dair işlər üzrə məhkəməyədək sadələşdirilmiş icraat gedişində zərəçəkmiş şəxs qismində tanınmış və qərar Zərərçəkmiş şəxs elan edilmişdir. (cild İ, iş vərəq 37) İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Naxçıvan şəhər Polis İdarəsinin 28 mart 2025-ci il tarixli 3-13-43-6/2-7956/25 nömrəli məktubu ilə göndərilmiş tələbnamədə Təqsirləndirilən şəxs barəsində məhkumluğu ilə bağlı heç bir məlumatın olmadığı göstərilmişdir. (cild İ, iş vərəq 51-52) İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş 31 mart 2025-ci il tarixli video görüntülərə baxış keçirilməsi haqqında potokoldan görünür ki, 23 mart 2025-ci il tarixdə saat 19:29 dəqiqədə Naxçıvan şəhəri Atatürk küçəsi ilə M.Əzizbəyov küçəsinin kəsişməsindəki yolayrıcında nəqliyyat vasitələrinin toqquşmağı ilə nəticələnən baş vermiş yol-nəqliyyat hadisəsi ilə əlaqədar toplanmış HKpi- 423/25 nömrəli material üzrə Naxçıvan MR Daxili İşlər Nazirliyinin X6 Xidmətinə bilavasitə tabe olan “Təhlükəsiz şəhər" Xidmətinin kamera sistemləri vasitəsilə qeydə alınmış video-görüntülərə baxış keçirilmiş, baxış zamanı 1 nömrəli video-görüntüdə rəngli fonda videoda Naxçıvan şəhəri Atatürk küçəsi ilə M.Əzizbəyov küçəsinin kəsişməsindəki yolayrıcında avtomobillərin hərəkət etdiyi, videogörüntünün 19:29:31 saniyəsində göy rəngli bir avtomobilin M.Əzizbəyov küçəsindən çıxıb sola dönən zaman Atatürk küçəsi ilə Naxçıvan MR X4 istiqamətindən gələn mopedlə toqquşduğu, toqquşmadan sonra həmin avtomobilin M.Əzizbəyov küçəsinə gedib dayandığı və mopedin də toqquşma yerinin yanında dayandığı, mopedin sürücüsünün də mopedin yanına yerə yıxıldığı müşahidə edilmiş, 2 nömrəli video-görüntüyə baxış zamanı rəngli fonda videoda qeyd edilən yolayrıcında avtomobillərin hərəkət etdiyi, videogörüntünün 19:29:29 saniyəsində göy rəngli Vaz 2107 markalı avtomobilin M.Əzizbəyov küçəsindən çıxıb yolayrıcına daxil olduğu və sola dönüb hərəkətə başladığı, həmin vaxtı Atatürk küçəsi ilə Naxçıvan MR X4 istiqamətindən bir mopedin hərəkət edib qeyd edilən yolayrıcına yaxınlaşdığı və videogörüntünün 19:29:31 saniyəsində həmin avtomobillə və mopedin toqquşduğu müşahidə edilmişdir. Nəticədə, sürücü X11 görüntüləri izlədikdən sonra videogörüntülərdə əks olunan göy rəngli Vaz 21074 minik markalı **-BM-*** dövlət qeydiyyat nişanlı avtomobili özünün idarə etdiyini, həmin avtomobillə şəhərdə M.Əzizbəyov küçəsindən çıxıb sola dönən zaman həmin mopedlə toqquşduğunu bildirmişdir. Mopedin sürücüsü Zərərçəkmiş şəxs görüntüləri izlədikdən sonra video-görüntülərdə əks olunan mopedi özünün idarə etdiyini, həmin mopedlə şəhərdə Atatürk küçəsində Naxçıvan MR X4 istiqamətində hərəkətdə olan zaman M.Əzizbəyov küçəsindən çıxan göy rəngli Vaz 21074 minik markalı, **-BM-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşduğunu bildirmişdir. (cild İ, iş vərəq 55- 56) İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş 01 aprel 2025-ci il tarixli məhkəmə-yol nəqliyyat hadisəsi ekspertizası təyin edilməsi haqqında qərardan görünür ki, material üzrə məhkəmə yol-nəqliyyat hadisəsi ekspertizası təyin edilmiş və ekspertizanın aparılması Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə tapşırılmışdır. (cild İ, iş vərəq 58-60) İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 11 aprel 2025-ci il tarixli, 404 nömrəli ekspert rəyində qeyd edilmişdir ki, istintaq tərəfindən göstərilən vəziyyətdə VAZ-21074 markalı ** BM *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «X16» Azərbaycan Respublikası Qanununun 63-cü maddəsinin 1-ci hissəsinin 2.4 (Yol verin üstünlük) yol nişanının tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Həmin maddənin tələblərinə əsasən üstünlük nişanları yolayrıcılarını, yolun hərəkət hissəsinin kəsişmələrini, habelə əks istiqamətlərdə hərəkət edən iki nəqliyyat vasitəsinin eyni zamanda keçməsinə imkan verməyən dar sahələrini keçmək növbəliliyini göstərir. 2.4 «Yol verin" üstünlük nişanının tələblərinə əsasən sürücü kəsişən yolla hərəkət edən nəqliyyat vasitələrinə yol verməlidir. istintaq tərəfindən göstərilən vəziyyətdə Rossirs 50 markalı mopedin sürücüsü Zərərçəkmiş şəxs hərəkətlərində «X16» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hisəsinin və 64-cü maddəsinin 1-ci hissəsinin 3.24 (Maksimum sürətin məhdudlaşdırılması) yol nişanının tələblərinə uyğunsuzluq olmuş və onun həmin Qanununun 50-ci maddəsinin 1-ci hisəsinin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Həmin maddənin tələblərinə əsasən sürücü hərəkəti üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan bütün tədbirləri görməlidir. (cild İ, iş vərəq 65-68) İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş 12 aprel 2025-ci il tarixli dövlət hesabına müdafiəçinin təyin edilməsi haqqında qərardan görünür ki, vətəndaş Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etmək üçün Naxçıvan Şəhəri Vəkil Bürosunda fəaliyyət göstərən vəkil Müdafiəçi qismində təyin edilmişdir. (cild İ, iş vərəq 77) İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş 12 aprel 2025-ci il tarixli əşyanın maddi sübut hesab edilməsi haqqında qərardan görünür ki, məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə “Vaz 21074” minik markalı, **-BM-*** dövlət qeydiyyat nişanlı avtomobil və Rossirs 50 markalı moped maddi sübut hesab edilmiş və maddi sübut hesab edilmiş “Vaz 21074” minik markalı, **-BM-*** dövlət qeydiyyat nişanlı avtomobil və Rossirs 50 markalı moped Naxçıvan MR Daxili İşlər Nazirliyinə bilavasitə tabe olan X22 İdarəsinin duracağında saxlanılması qərara alınmışdır. (cild İ, iş vərəq 94) İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi Naxçıvan MR Xəstəxanası tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, Zərərçəkmiş şəxs xx.xx.2025-ci il tarixdə “Sol bud sümüyünün orta 3.1-nin yerdeyişmə ilə sınığı” diaqnozu ilə Xəstəxananın Travmatologiya şöbəsində stasionar müalicəyə alınmış, ümumi ağrısızlaşdırma altında sol bud sümüyünün qapalı üsulla intramedulyar kilidli osteosintezi cərrahi əməliyyatı icra edilmişdir. Xəstəyə müvafiq təyinat verilmiş, xəstəyə 6 ay müddətində ağır fiziki işlərdən kənar olması məsləhət görülmüşdür. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi Naxçıvan MR Xəstəxanası tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, Zərərçəkmiş şəxs xx.xx.2025-ci il tarixdə “Sol bud sümüyünün orta 3.1-nin yerdeyişmə ilə sınığı” diaqnozu ilə Xəstəxananın Travmatologiya şöbəsində stasionar müalicəyə alınmış, xx.xx.2025-ci il tarixdə Sol bud sümüyünün qapalı üsulla intramedulyar kilidli osteosintezi cərrahi əməliyyatı icra edilmiş, xx.xx.2025-ci il tarixdə müvafiq təyinat verilmiş və evə buraxılmışdır. İş materiallarına əlavə edilmiş Naxçıvan Muxtar Respublika Xəstəxanası publik hüquqi şəxsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli tibbi arayışdan görünür ki, Zərərçəkmiş şəxs xx.xx.2025-ci il tarixdə Naxçıvan MR Xəstəxanası PHŞ-in Travmatologiya şöbəsində “Sol bud sümüyü diafızinin intramedulyarda kilidli ostesintezi cərrahi əməliyatı icra edilişdir. Sınığın bitişməsi və xəstənin reablitasiyası 6 aya qədər çəkə bilər. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli, 14/03/24-5 nömrəli subicarə müqaviləsindən görünür ki, icarəyə verən X1 MR, Naxçıvan şəhəri, Naxçıvan Dövlət Universiteti Sosial Mərkəzinin birinci mərtəbəsində 694 m² qeyri-yaşayış sahəsinin ona verilmiş icarə müqaviləsi üzrə ona məxsus 27 m2 hissəni Zərərçəkmiş şəxs icarəyə vermiş, icarəyə götürən Zərərçəkmiş şəxs icarəyə verən X9 aylıq 200 manat 0 qəpik (iki yüz manat sıfır qəpik) icarə haqqı ödəməyi öhdəsinə götürmüşdür. Zərərçəkmiş şəxs 19 may 2025-ci il tarixdə məhkəməyə mülki iddia ərizəsi göndərərək ərizədə mülki iddianın təmin edilməsi, vurulmuş maddi və mənəvi ziyana görə ümumilikdə 10.000 (on min) manat məbləğində pulun, həmçinin ödənilmiş 120 (bir yüz iyirmi) manat dövlət rüsumunun Təqsirləndirilən şəxs alınaraq Zərərçəkmiş şəxs xeyrinə tutulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən- hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “X8 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmək, həmin sübutları mübahisələndirmək imkanına malik olmuşdur. Təqsirləndirilən şəxsin əleyhinə olan sübutlara etiraz etmək və onları mübahisələndirmək üçün məhkəmə prosesində ona imkan yaradılmışdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olubolmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikası cinayət-prosessual qanunvericiliyi müəyyən edir (Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 1.1-ci maddəsi). Hər hansı məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız Cinayət-Prosessual Məcəlləsində (bundan sonra - CPM) göstərilən məsələlər hakim tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin həmin məsələlərin dairəsini müəyyənləşdirən 346.1-ci maddəsinə görə müzakirə edilməsi mütləq olan məsələlərdən biri də təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittiham elan edildiyi cinayətin əlamətlərinə uyğun olub-olmamasıdır. Məhkəmə hökmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmin şəxsin gələcək taleyini həll etdiyi üçün prosessual qanunvericilik onunla bağlı konkret tələblər irəli sürür. Cinayət-prosessual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 349.3., 349.4., 349.5-ci maddələri). Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq məhkəmə hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Beləliklə məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ittihamda qeyd olunan əməli törətməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin və zərərçəkmiş şəxsin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsinə əsasən avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda iki ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş min manatdan yeddi min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «X16» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinə əsasən yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar. «X16» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinə əsasən sürücü hərəkətin intensivliyini, nəqliyyat vasitəsinin, yükün xüsusiyyətlərini və vəziyyətini, yol və meteoroloji şərati, xüsusən hərəkət istiqamətində görmə şəraitini nəzərə almaqla, nəqliyyat vasitəsini müəyyən olunmuş sürət məhdudiyyətindən çox olmayan sürətlə sürməlidir. Sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməlidir. «X16» Azərbaycan Respublikası Qanununun 63-cü maddəsinin 1-ci hissəsinə əsasən üstünlük nişanları yolayrıclarını, yolun hərəkət hissəsinin kəsişmələrini, habelə əks istiqamətlərdə hərəkət edən iki nəqliyyat vasitəsinin eyni zamanda keçməsinə imkan verməyən dar sahələrini keçmək növbəliliyini göstərir. Məhkəmə hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 nömrəli qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin əvvəllər məhkumluğunun olmamasını, ilk dəfə olaraq böyük ictimai təhlükə törətməyən cinayət törətməsini, əməlindən peşman olmasını cəzanı yüngülləşdirici hallar kimi nəzərə alır. Məhkəmə, qeyd edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs cəza təyin edilən zaman CM-in 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. Məhkəmə istintaqı zamanı cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində qeyd edilən cəzanı ağırlaşdıran halların olmaması müəyyən edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs təqsirli bilindiyi Cinayət Məcəlləsinin 263.1-ci maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Məhkəmə törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini, təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-ci maddəsində nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzası təyin olunduğu təqdirdə təmin edilə bilər və ona bu cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Məhkəmə yuxarıda qeyd olunan halları nəzərə alaraq hesab edir ki, azadlığın məhdudlaşdırılması cəzasının müddəti 01 (bir) il müəyyən edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsində azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxsin yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməli olması müəyyən edilmişdir. Məhkəmə, CM-in 52-1-ci maddəsinin tələblərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə daimi yaşayış yeri olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Naxçıvan Muxtar Respublikası ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin: -15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir; 15-1.1-ci maddəsinin tələbinə görə probasiya nəzarəti – azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzalara məhkum edilmiş, şərti məhkum edilmiş, cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş və ya cəza çəkməsi təxirə salınmış məhkumların, habelə bu Məcəllənin 15-1.2.3-cü maddəsində nəzərdə tutulmuş digər şəxslərin üzərinə qanunla və məhkəmə qərarı ilə qoyulmuş vəzifələrin yerinə yetirilməsinə nəzarət edilməsinə, məhkumların islah edilməsi, sosial adaptasiya və reabilitasiyasına yönəlmiş kompleks sosialhüquqi xarakterli tədbirlər sistemindən ibarətdir; -15-1.2 və 15-1.2.1-ci maddələrinin mahiyyətinə görə cərimə, nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə, müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə, ictimai işlər, islah işləri, azadlığın məhdudlaşdırılması növündə cəzalara məhkum edilmiş şəxslər barəsində probasiya nəzarəti tətbiq edilir; -15-2.3-cü maddəsi ilə müəyyən edilir ki, elektron nəzarət vasitələri tətbiq edilmiş məhkumun müəyyən edilmiş vəzifələri yerinə yetirməsinə nəzarət icra məmurları tərəfindən həyata keçirilir; -51-2.1-ci maddəsinin tələbinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Yuxarıda qeyd edilənlərə əsaslanmaqla məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlığın məhdudlaşdırılması növündə cəzanı yaşayış yeri üzrə çəkməli, cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, onun üzərində qoyulmuş vəzifələrin həyata keçirilməsinə nəzarət Naxçıvan Muxtar Respublikası Ədiyyə Nazirliyi Naxçıvan şəhər İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. Eyni zamanda məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsinin sanksiyasında imperativ olaraq nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrumetmə növündə əlavə cəza da təyin edilməlidir. Məhkəmə yuxarıda qeyd olunanları nəzərə alaraq hesab edir ki, nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrumetmə növündə əlavə cəzanın müddəti 01 (bir) il müəyyən edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 45.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növünün intizam xarakterli hərbi hissədə saxlama və ya azadlıqdan məhrum etmə cəzalarına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. Bu cəza növünün digər əsas cəzalara əlavə olaraq təyin edildiyi hallarda, habelə şərti məhkum etmə zamanı əlavə cəzanın müddəti hökmün qanuni qüvvəyə mindiyi andan hesablanır. Qeyd edilən maddənin tələbini nəzərə alan məhkəmə qeyd edir ki, nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrumetmə növündə əlavə cəzanın müddəti hökm qanuni qüvvəyə mindiyi vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 353.4.12-ci maddəsinə görə, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində hökm qanuni qüvvəyə minənədək məhkumun barəsində seçilmiş qətimkan tədbirinin həlli göstərilməlidir. Həmin Məcəllənin 155.1 və 155.1.5-ci maddələrinin məzmununa əsasən cinayət təqibi üzrə toplanmış materiallar şübhəli və ya təqsirləndirilən şəxs tərəfindən məhkəmə hökmünün icra edilməsinə maneə törədilməsi ehtimalına kifayət qədər əsas verirsə qətimkan tədbirləri müvafiq təhqiqatçı, müstəntiq, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror və ya məhkəmə tərəfindən tətbiq oluna bilər. Qeyd edilən prosessual hüquq normasının tələbi baxımından məhkəmə bildirir ki, Təqsirləndirilən şəxs barəsində hökm qanuni qüvvəsini alanadək başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1.5-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır. Məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut olan və Naxçıvan MR Daxili İşlər Nazirliyinə bilavasitə tabe olan X22 İdarəsinin duracağında saxlanılan Təqsirləndirilən şəxs məxsus “Vaz 21074” minik markalı, **-BM-*** dövlət qeydiyyat nişanlı avtomobil hökm qanuni qüvvəsini aldıqdan sonra Təqsirləndirilən şəxs qaytarılmalıdır. Həmçinin iş üzrə maddi sübut olan və Naxçıvan MR Daxili İşlər Nazirliyinə bilavasitə tabe olan X22 İdarəsinin duracağında saxlanılan Rossirs 50 markalı moped hökm qanuni qüvvəsini aldıqdan sonra Zərərçəkmiş şəxs qaytarılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 353.4.10-cu maddəsinə görə, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində mülki iddianın həlli və məhkəmə xərclərinin ödənilməsi (kimin və hansı məbləğdə ödəməsi) göstərilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 354.1 və 354.1.3-cü maddələrinə əsasən məhkəmənin hökmündə mülki iddianın əsaslarının və məbləğinin sübuta yetirilməsindən asılı olaraq iddianın baxılmamış saxlanması haqqında qərar əks etdirilir. Azərbaycan Respublikası CPM-in 181.1-ci maddəsinə görə əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı aşağıdakı hallarda mülki iddia verməyə haqlıdır: 181.1.1. ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda; Həmin Məcəllənin 183.1-ci maddəsinə görə cinayət mühakimə icraatı zamanı mülki iddia cinayət təqibi başlanandan məhkəmə baxışında cinayət prosesi tərəflərinin çıxışı başlananadək istənilən an verilə bilər. Həmin Məcəllənin 183.3-cü maddəsinə görə cinayət mühakimə icraatı zamanı mülki iddia yalnız yazılı formada verilə bilər. İddia ərizəsində hansı cinayət təqibi üzrə kimin kimə qarşı, hansı əsasla və hansı məbləğdə mülki iddia verməsi göstərilməli, həmçinin zərərin ödənilməsi üçün konkret məbləğin və ya əmlakın tutulması barədə xahiş öz əksini tapmalıdır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarında qeyd edilir ki, məhkəmə hökm çıxararkən verilmiş hər bir mülki iddia üzrə onun təmin edilib-edilməməsi, kimin xeyrinə və hansı hissədə təmin edilməsi məsələlərini həll etməlidir. Həmin qərarın 72-ci bəndinə əsasən məhkəmələr verilmiş mülki iddiaların cinayət prosesi çərçivəsində mahiyyəti üzrə həll edilməsinə səy göstərməli, əsassız olaraq mülki iddiaların baxılmamış saxlanılmasına yol verməməlidir. Əgər verilmiş mülki iddia üzrə tələb olunan məbləğ irəli sürülmüş ittihamda göstərilən cinayət nəticəsində vurulmuş ziyanın miqdarına bağlıdırsa, ziyanın miqdarının dəqiqləşdirilməsi üçün əlavə araşdırmaların aparılmasına zərurətin olması, onun ittihamda göstəriləndən daha az miqdarda müəyyən edilməsi mülki iddianın baxılmamış saxlanılması üçün əsas verən hal kimi qiymətləndirlməməlidir. Yalnız mülki iddianın tələbləri ittihamda göstərilən maddi ziyanla bilavasitə bağlı olmadıqda və yaxud ittihamda göstərilən maddi ziyanın miqdarından artıq olduqda və mülki iddia üzrə ödənilməli olan məbləğlərin dəqiqləşdirilməsi üçün zəruri olan əlavə araşdırmalar məhkəmə baxışının həddindən artıq uzanmasına səbəb ola bildikdə, məhkəmə əsaslandığı motivləri hökmün təsviri-əsaslandırıcı hissəsində göstərməklə mülki iddiaçının həmin iddia ilə mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququnu təmin etmək üçün mülki iddianın baxılmamış saxlanılmasına dair qərar qəbul edə bilər. Qeyd edilən qanunvericilik normalarının tələbləri baxımından məhkəmə bildirir ki, Zərərçəkmiş şəxs tərəfindən verilmiş mülki iddia ərizəsində vurulmuş maddi və mənəvi ziyana görə ümumilikdə 10000 manat ödənilməsini xahiş etsə də, həmin məbləğdə maddi və mənəvi ziyan vurulmasını təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Belə olan halda məhkəmə belə hesab edir ki, mülki iddia üzrə ödənilməli olan məbləğlərin dəqiqləşdirilməsi üçün zəruri olan əlavə araşdırmalar aparılmasına zərurət vardır. Həmin araşdırmalar isə məhkəmə baxışının həddindən artıq uzanmasına səbəb olacaqdır. Bu səbəbdən də zərərçəkmiş şəxs və həmçinin mülki iddiaçı Zərərçəkmiş şəxs həmin iddia ilə mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququnun təmin edilməsi üçün Zərərçəkmiş şəxs tərəfindən verilmiş mülki iddia baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1 və 197.1.4-cü maddələrinə əsasən mütəxəssisə, ekspertə ödənilməli haqlar və tərcüməçiyə ödəniş haqqı kimi verilməli olan məbləğ məhkəmə məsrəflərinə aiddir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən Bu Məcəllənin 197.1.1, 197.1.2, 197.1.4, 197.1.5-1, 197.1.5-2, 197.1.6-197.1.9cu maddələrində sadalanan məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. Məhkəmə belə nəticəyə gəlir ki, iş üzrə məhkəmə məsrəfləri olan ekspertiza tədqiqatının dəyəri olan 120 (bir yüz iyirmi) manat pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə (vəkillərə), tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli, 31 nömrəli qərarının 28 aprel 2025-ci il tarixədək qüvvədə olan 1-ci bəndində əsasən göstərilmiş hüquqi xidmətlərə görə müdafiəçiyə hər iş saatı üçün 6 (altı) manat miqdarında haqq ödənilməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli Qərarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2025-ci il tarixli qərarının 2-ci bəndindən görünür ki, “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli Qərarının 1-ci hissəsində “maddələrində” sözündən sonra “və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67-1.1-ci və 67-1.2-ci maddələrində” sözləri ilə əlavə edilməsi və həmin hissədə “6 manat” sözləri “11 (on bir) manat” sözləri ilə əvəz edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.5-ci maddəsinin tələbinə görə həmin Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Qeyd olunanlara əsasən məhkəmə müdafiəçi tərəfindən məhkəməyə təqdim edilmiş hesabatı nəzərdən keçirərək belə əticəyə gəlir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsə göstərilmiş hüquqi xidmətə görə Naxçıvan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi 28 aprel 2025-ci il tarixədək məhkəmədə iştirak etdiyi 3 (üç) iş saatına görə 18 (on səkkiz) manat və 28 aprel 2025-ci il tarixindən sonra məhkəmədə iştirak etdiyi 32 (otuz iki) iş saatına görə 352 (üç yüz əlli iki) manat olmaqla, ümumilikdə 370 (üç yüz yetmiş) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsindən müdafiəçiyə ödənilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Cinayət işi üzrə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs və həmçinin mülki cavabdeh Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli olan əmlakı məhkəmə tərəfindən müəyyən edilməmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və 01 (bir) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə ona 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs üzərinə daimi yaşayış yeri olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Naxçıvan Muxtar Respublikası ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzanın icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Naxçıvan şəhər İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs çəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrumetmə növündə əlavə cəzanın müddəti hökm qanuni qüvvəyə mindiyi vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində hökm qanuni qüvvəsini alanadək başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilsin. Ekspertiza tədqiqatının dəyəri olan 120 (bir yüz iyirmi) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, Hesab: AZ21NABZ********************, Müxbir hesab: AZ88NABZ********************) köçürülsün. Naxçıvan Şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs dövlət hesabına göstərdiyi pulsuz hüquqi yardıma görə 370 (üç yüz yetmiş) manat məbləğində haqq Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Müdafiəçi ödənilsin. İş üzrə maddi sübut olan və Naxçıvan MR Daxili İşlər Nazirliyinə bilavasitə tabe olan X22 İdarəsinin duracağında saxlanılan Təqsirləndirilən şəxs məxsus “Vaz 21074” minik markalı, **-BM-*** dövlət qeydiyyat nişanlı avtomobil hökm qanuni qüvvəsini aldıqdan sonra Təqsirləndirilən şəxs qaytarılsın. İş üzrə maddi sübut olan və Naxçıvan MR Daxili İşlər Nazirliyinə bilavasitə tabe olan X22 İdarəsinin duracağında saxlanılan Rossirs 50 markalı moped hökm qanuni qüvvəsini aldıqdan sonra Zərərçəkmiş şəxs qaytarılsın. İş üzrə mülki iddia baxılmamış saxlanılsın. Zərərçəkmiş şəxsə mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququ izah edilsin. Hökmdən elan olunduğu gündən 20 (iyirmi) gün müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Gülsüm Əliyeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar