Azərbaycan Respublikası adından HÖKM Naxçıvan şəhəri İş № 1(078)-37/2025 11.07.2025 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, X2 məhkəmə iclas katibliyi, Dövlət ittihamçısı Naxçıvan Muxtar Respublikası Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Naxçıvan Şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi1, Zərərçəkmiş şəxs1 nümayəndəsi və vəkili Naxçıvan Şəhər Asan Vəkil Bürosunun vəkili Nümayəndə, zərərçəkmiş şəxs X4 iştirakı ilə, xx.xx.1988-ci il tarixdə Babək rayon Sirab kəndində anadan olmuş, evli, 2 uşaq atası, Azərbaycan Respublikası vətəndaşı, FİN xxxxxxx, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmayan Babək rayon Sirab kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşayan, Naxçıvan Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 4(078)-03/2025 saylı qərarı ilə barəsində 3 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, 27 yanvar 2025-ci il tarixdə Naxçıvan MR Ali Məhkəməsinin Cinayət kollegiyasının qərarı ilə, barəsində olan həbs qətimkan tədbiri eyni müddətə ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin hazırlıq iclasında baxaraq məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə 2023-cü ilin yanvar ayının 24-də Şahid3 mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən torpaq sahəsini İnstagram sosial şəbəkəsi vasitəsilə ilə tanıdığı X7 göstərib öz torpaq sahəsi kimi təqdim edib yalandan vədlər verərək özünə inandırıb həmin torpaq sahəsində ev tikdirib torpaq sahəsi ilə birlikdə sənədləşdirib adına keçərəcəyi adı ilə aldadıb vahid niyyətlə 27000 manat pulunu dələduzluq yolu ələ keçirmişdir. Bundan başqa o, təkrar tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə 2023-cü ilin son aylarında Şahid3 mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən torpaq sahəsində olan yarımtikili evi öz şəxsi məqsədləri üçün vasitəçilik edib Şahid4 satıb onun adına sənədləşdirəndən sonra dələduzluq niyyəti ilə 2024-cü ilin fevral ayının ortalarında Şahid4 mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən torpaq sahəsində olan yarımtikili evi Zərərçəkmiş şəxs1 göstərib öz torpaq sahəsi kimi təqdim edib yalandan vədlər verərək özünə inandırıb həmin torpaq sahəsində ev tikdirib torpaq sahəsi ilə birlikdə sənədləşdirib adına keçərəcəyi adı ilə aldadıb vahid niyyətlə 40000 manat pulunu dələduzluq yolu ələ keçirmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməsi ilk olaraq öz ifadəsi ilə sübuta yetirilir. Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs törətdiyi əməlini etiraf etmiş, ona qarşı elan olunmuş ittihamla özünü təqsirli bilərək Əmiyev Rəşadın evinin tikintisini etdiyini, lakin onun özünə təcili Bakıya köçürəm evin tikintisini dayandır, evi və həyəti sat mənim pulumu ver dediyini, aldığı 25 min manatın bir hisssinin evin tikintisinə xərclədiyini, qalan pulu da digər işləri üçün xərclədiyini, torpağın sonra Nadirin götürüb bir qadına satdığını, atasının Sirab kəndində 13 sot torpağı Rəşadın adına keçirdiyini, dəyərinin 28-30 min manat olduğunu, atasının o torpağı 25 min manat pulun müqabilində verdiyini, faktiki olaraq o torpağın Rəşadın adına olduğunu, hətta torpağı qəbul etdikdə, razılaşdıqda bu məsələnin bağlandığını dediyini, şahidlərin də olduğunu, torpağı qəbul etdiyini, artıq bununla da sənlə məsələmiz qutardı dediyini, özünün tək sahib olduğunun o torpaq olduğunu, torpağın üstündə yarımtikili olduğunu, oğlu üçün ev tikəcəyini planlaşdırdığını, o torpağı verdikdə 1-2 aya pulu verib geri alaram dediyini, lakin Rəşadın torpaqla razılaşdığını, məsələnin bağlandığını dediyini, Zərqələm xanımın evinin tikintisini yaxın günlərdə yekunlaşdıracağını, artıq dam örtüyünün vurdurduğunu, bir neçə yüngül işlərin qaldığını, onunla da hal-hazırda maraqlandığını, evi tikib hazır verəcəyini, əlavə 15 min manat Zərqələm xanımın ona verəcəyi olduğunu, həmin qalan hissəsini aybaay kreditlə nə qədər olsa ödəyə biləcəkləri barədə razılaşdıqlarını, bu ay içində evi tikib təhvil verəcəyini, torpağı da hal- hazırda onun adına keçirdiyini bildirmişdir. Törətdiyi əməldən peşmandır, bir daha bu cür əmələ yol verməyəcəyini bildirmişdir. Təqsirləndirilən şəxsin qeyd edilən cinayət əməlini törətməsi öz ifadəsindən əlavə zərərçəkmiş şəxslərin, şahid ifadələri və istintaq hərəkətlərinin protokolları ilə sübuta yetirilmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs X9 ifadəsində Şahlara 2023-cü il yanvar ayının 24 də 25000 manat məbləğində evi tikmək üçün verdiyini, hal hazırda ona olan borcunu qaytarması müqabilində Sirab kəndindən 13 sot torpaq verdiyini, torpağı pulu qaytarması şərti ilə götürdüyünü, torpağı adına keçirib sonra Şahların ona olan 25 min manat borcunu ödədikdən sonra torpağı geri verəcəyini, 1 ay sonra pulu qaytaracağını dediyini, iyun ayının 1-də onun pulunu verməli olduğunu, artıq iyul ayı olduğunu, pulunu vermədiyini, Sirab kəndində torpağın ona ehtiyac olmadığını, halhazırda onun torpağında evin olduğunu, bir xanımın orada yaşadığını, torpağı satışa çıxardığını, lakin maklerlərin bugünkü gün qiymətinin 15 min manat olduğunu, hal hazırda pulunu istədiyini, torpağın özünün adında olduğunu, şikayətinin olduğunu, Şahlara verdiyi pulu borc aldığını özünün borclarının olduğunu, pulunu istədiyini, Şahların məhkəmə gedişində də yenə onu aldatdığını, Şahları dediyi vaxta qədər ötüşdürdüyünü, yalandan vəd verdiyini, evi də tikmədiyini, pulunu da vermədiyini, fevral ayında işin başladığını lakin iyul ayında hələ heç bir tikintinin getmədiyini, Şahların bugün sabah deyərək uzatdığını, sonra mənim pulumu qaytar istəmirəm dediyini, torpağı pulun əvəzində razılaşmadığını, özünün o torpağa ehtiyyacı olmadığını, orada əkin etməyəcəyini, orada yaşamadığını, iyunun 1-də onun pulunu qaytarmalı olduğunu, artıq bir ay səkkiz gündür pulu vermədiyini, Şahların tutulmağını istəmədiyini, lakin pulunu tələb etdiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı ifadə verən Zərərçəkmiş şəxs1 ifadəsində Şahların ondan 40 min manat pul aldığını, nə pulunu qaytardığını, nə də evini tikdiyini, buna görə şikayət etdiyini, hazırda Şahlarla razılaşdığını. Belə ki, evin tikintisini yekunlaşdırdığını, iyulun axırına yekunlaşacağını dediyini, danışıqlarında iyulun sonuna qədər söz verib ki, necə danışılıbsa elə də tikib versin dediyini, əgər danışdıqları kimi etməsə şikayətçi olacağını, hazırda torpaq sahəsini onun adına keçirdiyini, evi dam örütüyünü vurduğunu, ayın sonuna qədər işini başa çatdıracağını, şikayətinin olmadığını, özünün də evin qalan işlərinə görə 15000 manat Şahlara pul verəcəyi olduğunu, həmin pulun hissə-hissə ödəyəcəyini bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində ifadə verən Şahid2 ifadəsində 3 il qabaq Şahların onun oğluna ev tikəcəm dediyini, lahiyə tərtib edənə pul veriləcək dediyini, onun pulunu da verdiklərini, 3 ildir bugün sabah deyib evi tikmədiyini, ən son may ayında torpağı verib əvəzində iyun ayının 1-də pulu verəcəklərini dediyini, lakin vermədiyini, Şahların dələduz olduğunu, yalan vədlər verərək günü-günə satdığını, pulunu istədiklərini, dəfələrlə Şəhər Şöbəsində izahat yazdıqlarını, lakin hal-hazırda pulu ala bilmədiklərini, 23 min manat alacağının olduğunu, torpağı pulu qaytarması müqabilində verdiyini, iyun ayının 1-də kişi kimi söz verib pulu qaytaracağını dediyini, pulu qaytardıqdan sonra torpağı qaytarcaqlarını razılaşdıqlarını bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində ifadə verən Şahid1 ifadəsində o evin Vahidin olduğunu, Vahidlə əvvəl birgə makler işlədiyini, evi 50 min manata satdığını, bir neçə il əvvəl Vahidin evi gəcinə qədər təmir etdiyini sonra evi o əziyyətdə özünün satdığını, Şahlar barədə heç bir şey bilmədiyini, Şahları tanımadığını, onun kimlərə nə vədlər verdiyini bilmədiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində ifadə verən Şahid3 ifadəsində 2022-ci ildə Şahların gəlib evin arxasında olan boş torpaqda ev tikmək istədiyini dediyini, onunla razılaşdıqlarını,torpağı 5 nəfərə satacağını, ona isə iki sot torpaqda ev tikib verəcəyi ilə razılaşdığını, 3-4 ay ərində evi tikib verməli olduğunu, 3-4 ay oldu 2 il, 2 ildən sonra yarımçıq tikib verdiyini, Vahidlə razılaşdığını, 12 sot torpağın hamısının ona aid olmadığını, bələdiyyənin də torpağının olduğunu, şahların həmin bələdiyyə torpağını sənədləşdirdiyini, 2 ilə evi tikib bitirmədiyini, torpağı kimlərə satdığını bilmədiyini, özlərinin onun iş yerinə gəldiklərini, Vahidə evinin tikilməsini istədiyini dediyini, Vahidin onunla razılaşdığını bildirmişdir. Məhkəmə istintaqı zamanı ifadə verən şahid qismində ifadə verən Şahid4 ifadəsində Şahlarla danışıb razılaşdıqlarını, pulunu verdiklərini, evi tikib başqa adama satdığını, torpağı 57 tərəfdən, bolmartın yanındakı döngədən aldığını, torpağın hamısı birlikdə qiyməti yadında olmadığını, 86 kvadrat torpaq olduğunu, 5000 manat bir verdiyini, toplam 15 min manat verdiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı ifadə verən şahid qismində ifadə verən Şahid7 ifadəsində qızının 2023-cü ilin kirayədə yaşadığını, instagramda kürəkəninin Şahlar adlı şəxsin ev tikib satdığını gördüyünü, başdan 20-25 min pul verildiyini, gerisini sonra verildiyini, özünün bunun uyğun olduğunu düşündüyünü, kirayədə qalmaqdan yaxşı olacağını, 23 min manat yığıb düzəldib verdiklərini, özünün çox inandığını, Şahların aparıb bir tikili göstərdiyini, ondan sonra tikintinin o vəziyyətdə qaldığını, artıq nəvəsinin 3 yaşı olduğunu, lakin nə evlərinin hazır olduğunu, nə pulunu verdiklərini, Rəşaddan evin tikilisinin niyə dayandığını soruşanda material çatmır dediyini, bugün sabah deyərək günü-günə satdığını, Sirabdakı torpağı verdiyini, lakin o torpağın da satılmadığını, Sirabdakı torpağı şərti olaraq verdiyini, 2 ay qabaq verdiyini, iki aya qədər pulu qaytarıb verəcəyini, lakin pulu vermədiyini, Rəşadın onun kürəkəni olduğunu, ədalətin bərpa olunmasını istədiyini, öz halal pulunun qaytarılmasını istədiyini, məhkəmədən kömək istədiyini bildirmişdir. Məhkəmə Təqsirləndirilən şəxs, zərərçəkmiş şəxsləri, eyni zamanda şahidləri dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2-ci və 178.2.4-cü maddələri ilə müəyyən edilmiş cinayət əməlini törətməkdə təqsirli olması özünün etirafı ilə yanaşı şahidlərin, zərərçəkmiş şəxslərin ifadələri, məhkəmə və istintaq hərəkətlərinin protokolları və aşağıda göstərilən digər sübutlarla tam sübuta yetirilmişdir. İstintaq zamanı Zərərçəkmiş şəxs1 baş vermiş hadisə ilə əlaqədar Zərərçəkmiş şəxs1 və evin sahibi Şahid6 iştirakları ilə ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinin olduğu yerə baxış keçirilmiş, baxış zamanı Zərərçəkmiş şəxs1 həmin evi yarımtikili vəziyyətdə Təqsirləndirilən şəxs özünə göstərdiyini, bunun qarşılığında 40000 manat pul aldığını bildirmişdir. Şahid6 də evin çıxarışını təqdim edib bildirmişdir ki, həmin ev onun mülkiyyətindədir. Baxış zamanı evin fotoşəkilləri çəkilmiş, fotoşəkillər və evin çıxarışını istintaqa təqdim etmiş və həmin fotoşəkillər iş üçün əhəmiyyətli olduğundan tərəfimdən qəbul edilməklə cinayət işinin materiallarına əlavə edilmişdir. İstintaq zamanı zərərçəkmiş şəxs X4 iştirakı ilə ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinin olduğu yerə baxış keçirilmiş, baxış zamanı Rəşad Əmiyev həmin evi torpaq sahəsi olaraq Təqsirləndirilən şəxs özünə göstərdiyini, bunun qarşılığında 2023-cü ilin yanvar ayında ümumilikdə 27000 manat pul aldığını bildirmişdir. Baxış zamanı zərərçəkmiş şəxs X4 iştirakı ilə evin fotoşəkilləri çəkilmiş, həmin fotoşəkillər iş üçün əhəmiyyətli olduğundan cinayət işinin materiallarına əlavə edilmişdir. İstintaq zamanı Naxçıvan MR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətindən daxil olmuş məlumatdan aydın olmuşdur ki, Təqsirləndirilən şəxs adına daşınmaz əmlak və torpaq sahəsi qeydiyyata alınmamışdır. İstintaq zamanı Naxçıvan MR DİN DYPİ-dən daxil olmuş məlumatdan aydın olmuşdur ki, Təqsirləndirilən şəxs adına heç bir avtonəqliyyat vasitəsi qeydiyyatda durmur. İstintaq zamanı Naxçıvan MR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən daxil olmuş məlumatdan aydın olmuşdur ki, Təqsirləndirilən şəxs VÖEN ********** nömrəli şəhadətnamə ilə vergi uçotuna alınmışdır. Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyi Təşkilat-İnspeksiya İdarəsinin Əməliyyat X1 alınmış cavabda Təqsirləndirilən şəxs məhkum edilməsi barədə heç bir məlumatın olmadığı göstərilmişdir. İstintaq zamanı Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-in 59.1.4, 59.1.12, 59.1.13 və 59.1.14-cü maddələrinə əsasən məsuliyyəti yüngülləşdirən hal kimi müəyyən edilmişdir, onun əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən məsuliyyəti ağırlaşdıran halın olmadığı qeyd edilmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən- hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən- Hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Məhkəmə cinayət təqibi üzrə toplanmış sübutları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara məcmu halda qiymət verərək Təqsirləndirilən şəxs tərəfindən törədilmiş əməlin hüquqi tövsifi məsələsini də həll etmişdir. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 7 nömrəli qərarının 1-4-cü bəndlərində məhkəmələrə izah olunmuşdur ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) İX bölməsinin iyirmi üçüncü fəslində nəzərdə tutulmuş başqa talama cinayətlərindən fərqli olaraq dələduzluq cinayəti aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında könüllü surətdə verir. Törədilmiş əməl o halda CM-nin 178-ci maddələrində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Dələduzluq yolu ilə əmlak hüquqları əldə etmə dedikdə, mülkiyyət hüququ, girov hüququ, tələb hüququ və varlanmaya səbəb olan sair hüquqları qanunsuz əldə etmə başa düşülməlidir. Bu hüquqlar müqavilələr və digər öhdəliklərdən əmələ gələn müvafiq sənədlərdə (məsələn, etibarnamədə, vəsiyyətnamədə, qiymətli kağızlarda, hesablaşma və sığorta sənədlərində və s.) əks oluna bilər. Dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Dələduzluğun törədilməsi zamanı həqiqətə uyğun olmayan və ya gizlədilən məlumatlar kimi müxtəlif hallar, məsələn hüquqi faktlar, əmlakın dəyərinə və keyfiyyətinə, təqsirkarın şəxsiyyətinə, onun səlahiyyətlərinə və niyyətinə dair məlumatlar çıxış edə bilər. Dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə, həmçinin, təqsirkar şəxsin qulluq səlahiyyətlərinin həyata keçirilməsi, zərər çəkmiş şəxslə yaxın şəxsi və ya qohumluq münasibətlərinin olması ilə də əlaqədar ola bilər. Etibardan suiistifadə etmə həm də təqsirkarın əvəzsiz olaraq özünün və ya üçüncü şəxslərin xeyrinə əmlakı və ya ona olan hüququ ələ keçirmək məqsədi ilə üzərinə götürdüyü hər hansı öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda, məsələn, kredit müəssisələrindən müəyyən məbləğdə kredit və ya zərər çəkmiş şəxsdən borc alaraq bunları qaytarmaq məqsədi güdmədiyi, hər hansı işin görülməsi, xidmətlərin göstərilməsi öhdəliyini üzərinə götürüb bunun üçün əvvəlcədən avans kimi müəyyən məbləğdə pul alaraq həmin işi görmədiyi (xidməti göstərmədiyi) və görmək (xidmət göstərmək) niyyətində olmadığı hallarda da baş verir. Göründüyü kimi, hər hansı şəxsin əməlində cinayət tərkibinin olmasının müəyyən edilməsi və ona ittiham və ya bəraət hökmünün çıxarılması yalnız məhkəmə istintaqında tədqiq olunmuş sübutlar əsasında müəyyən edilə bilər. Məhkəmə iclasında tədqiq edilməyən və məhkəmə iclas protokolunda öz əksini tapmayan sübutlara istinad edə bilməz. “X3 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmək, həmin sübutları mübahisələndirmək imkanına malik olmuşdur. Təqsirləndirilən şəxsin əleyhinə olan sübutlara etiraz etmək və onları mübahisələndirmək üçün məhkəmə prosesində ona imkan yaradılmışdır. Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilmir, əlehinə olan sübutlar üzrə hər hansı təkzibi olmamış, əvvəl X7 münasibətdə təqsirli olmadığını, öhdəliyin onun tərəfindən pozulmasına görə evi tikib başa çatdıra bilmədiyini bildirmi, daha sonra isə təqsirini etiraf edərək ona münasibətdə də dələduzluq etdiyini, torpaq sahəsinin başqasına verərək evin tikildiyini bilsə də aldığı pul məbləğini qaytarmadığını, digər işlərini həyata keçirdiyini bildirmişdir. Məhkəmə qeyd edir ki, hər iki zərərçəkmiş şəxsə münasibətdə Təqsirləndirilən şəxs əməli təsdiqini tapır. Belə ki, təqsirləndirilən şəxsin fəaliyyəti ev tikib satmaq olsa da ümumiyyətlə ona məxsus olmayan torpaq sahələrini zərərçəkmiş şəxslərə satmaq adı ilə aldadıb onların pulunu ələ keçirməklə, daha sonra isə həmin pul vəsaiti müqabilində işlərin yerinə yetirmək öhdəliyini icra etməməklə təqsirləndirilən şəxs bu əməllərə yol vermişdir. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək, həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci və 178.2.4-cü maddələrində nəzərdə tutulan cinayətin bütün əlamətləri var. Həmin cinayət hadisəsi həqiqətən baş vermiş, ona ibtidai istintaq orqanı tərəfindən düzgün hüquqi qiymət verilmiş və cinayət hadisəsi məhz Təqsirləndirilən şəxs tərəfindən törədilmişdir. Həmçinin bu cinayətin törədilməsində o, təqsirlidir. Təqsirləndirilən şəxs cinayət əməlini qəsdən törətmişdir. Onun əməli başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə az ağır cinayət kateqoriyasına aiddir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə 2023-cü ilin yanvar ayının 24-də Şahid3 mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən torpaq sahəsini İnstagram sosial şəbəkəsi vasitəsilə ilə tanıdığı X7 göstərib öz torpaq sahəsi kimi təqdim edib yalandan vədlər verərək özünə inandırıb həmin torpaq sahəsində ev tikdirib torpaq sahəsi ilə birlikdə sənədləşdirib adına keçərəcəyi adı ilə aldadıb vahid niyyətlə 27000 manat pulunu dələduzluq yolu ələ keçirmişdir. Bundan başqa o, təkrar tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə 2023-cü ilin son aylarında Şahid3 mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən torpaq sahəsində olan yarımtikili evi öz şəxsi məqsədləri üçün vasitəçilik edib Şahid4 satıb onun adına sənədləşdirəndən sonra dələduzluq niyyəti ilə 2024-cü ilin fevral ayının ortalarında Şahid4 mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən torpaq sahəsində olan yarımtikili evi Zərərçəkmiş şəxs1 göstərib öz torpaq sahəsi kimi təqdim edib yalandan vədlər verərək özünə inandırıb həmin torpaq sahəsində ev tikdirib torpaq sahəsi ilə birlikdə sənədləşdirib adına keçərəcəyi adı ilə aldadıb vahid niyyətlə 40000 manat pulunu dələduzluq yolu ələ keçirmişdir. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 17 mart 2011-ci il tarixli Qərarı). Azərbaycan Respublikasının CM-nin 178.2.2-ci və 178.2.4-cü maddəsinə əsasən dələduzluğun təkrar törədilməsi və xeyli miqdarda ziyan vurulmaq törədilməsi maddələri üzrə sanksiyasında dörd min manatdan yeddi min manatadək cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulur. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən Cinayət Məcəlləsinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Cinayət Məcəlləsinin 41.2-ci maddəsində cəzanın məqsədi açıqlanaraq göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Göstərilən maddənin məzmunundan göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. Sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş olsun, bununla sosial balans pozulmuş olsun və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cinayət əməli az ağır cinayət kimi təsnif edilir. “Məhkəmə tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi” haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardı. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. İnsan hüquqları üzrə Avropa Məhkəməsi “Qutsardi İtaliyaya” qarşı işində göstərmişdir ki, Avropa Konvensiyasının 5-ci maddəsinin 1-ci bəndində “azadlıq hüququ” bəyan edilərkən şəxsin fiziki azadlığı nəzərdə tutulur. Məhkəmələrin qarşısında duran məqsəd heç kəsin qanunsuz olaraq “azadlıqdan məhrum” edilməməsini təmin etməkdir. 5ci maddənin mənası baxımından hər hansı şəxsin “azadlıqdan məhrum” edilib-edilmədiyini müəyyənləşdirərkən çıxış nöqtəsi kimi onun konkret vəziyyəti götürülməli və bütün meyarlara, məsələn, sözügedən tədbirin növünə, bu növ tədbirlərin məhkuma təsiri, tədbir növlərinin müddətinə, nəticələrinə və həyata keçirilmə üsuluna diqqət yetirilməlidir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərə vurduğu ziyanı ödəmək üçün real hərəkətlər etməsini nəzərə alır. Belə ki, Zərərçəkmiş şəxs1 yaşayış evinin tikib başa çatdırmaq üçün razılığa gəldiyini, X7 torpaq sahəsi verdiyini nəzərə alır, eləcə də hazırda məhkəmə isintaqı zamanı mülki iddia verilmədiyini qeyd edir və gələcəkdə vurulan ziyana münasibətdə qarşılıqlı razılaşma zamanı tərəflərin bir-birinin üzərinə götürdükləri öhdəliklər yerinə yetirilmədiyi halda mülki mühakimə icraatı qaydasında iddia qaldırmaq hüquqlarını zərərçəkmiş şəxslərə izah edir. Bununla yanaşı məhkəmə təqsirləndirilən şəxsin əməlini etiraf etməsini, səmimi peşmançılığını, əvvəllər məhkum olunmamasını, o cümlədən Azərbaycan Respublikasında həyata keçirilən cəza siyasətini, eləcə də cəza siyasətinin humanistləşdirilməsinə dair prinsip və tələbləri nəzərə alaraq, təqsirli bilindiyi maddənin sanksiyasında nəzərə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi qanuni, əsaslı və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərinə uyğun hesab edir. Məhkəmə zərərçəkmiş şəxs X4 ona vurulmuş ziyanın qarşılığında Babək rayonu Sirab kəndi ərazisində torpaq sahəsi adına sənədləşdirildiyindən onu ziyanı tələb etməsinin bu halda mülki mühakimə icraatı qaydasında mülki iddia qaldırması hüququnu izah edir. Belə ki, bu halda əvəz edilən əmlak üzrə qiymətləndirilmə aparılmaqla qalan ziyan məbləği olduğu halda onun tələb edilməsinə münasibətdə hüquqi dəyərləndirmə aparılması düzgün və əsaslı ola bilər. İstintaq zamanı təqsirləndirilən şəxsin əməlində məsuliyyəti yüngülləşdirən hal kimi CM-in 59.1.4, 59.1.12, 59.1.13 və 59.1.14-cü maddələri nəzərə alınmışdır. CMin 59.1.4-cü maddəsi cinayət törətmiş şəxsin himayəsində azyaşlı uşağın olması; 9.1.12-ci maddəsi zərərçəkmiş şəxslə və ya onun yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsi; 59.1.13-cü maddəsi cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi və ya aradan qaldırılması; 59.1.14-cü maddəsi cinayət nəticəsində dəymiş ziyanın qismən ödənilməsi və ya ziyanın azaldılması ilə nəticələnmiş digər hərəkətlərin edilməsi nəzərdə tutulmuşdur. İşə məhkəmə istintaqı zamanı baxılarkən cinayət işinin materialları ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs xx.xx.2010-cu il təvəllüdlü X5 və xx.xx.2013-cü il təvəllüdlü X6 adlı iki övladı var. Mülki qanunvericilikdə azyaşlı dedikdə 7 yaşına qədər olan uşaqlar nəzərdə tutulur. Hazırki işdə isə təqsirləndirilən şəxsin övladları 7 yaşından yuxarıdır, ona görə də ona CM-in 59.1.4-cü maddəsində nəzərdə tutulan himayəsində azyaşlı uşaqlarının olması müəyyən edilmədiyindən həmin maddədə nəzərdə tutulan yüngülləşdirici hal onun barəsində tətbiq edilə bilməz. İşə məhkəmə istintaqında baxılan zaman təqsirləndirilən şəxsin zərərçəkmiş şəxslərlə barışıq əldə etməsi Zərərçəkmiş şəxs1 ilə müəyyən edilmiş, lakin digər zərərçəkmiş şəxs X9 şikayətçi olduğunu bildirmişdir. Bununla yanaşı 59.1.13-cü maddəsi cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi və ya aradan qaldırılması və 59.1.14-cü maddəsi cinayət nəticəsində dəymiş ziyanın qismən ödənilməsi və ya ziyanın azaldılması ilə nəticələnmiş digər hərəkətlərin edilməsini nəzərdə tutan maddələr üzrə də müvafiq hərəkətlər etməsi işə baxılan zaman müəyyən edilmişdir. Bu halda həmin bəndlərdə nəzərdə tutulan yüngülləşdirici halları da ona şamil etmək əsaslıdır. Həmçinin işə baxılan zaman təqsirləndirilən şəxsin təqsirini etiraf etməsi, əməlindən səmimi peşmançılığı da yüngülləşdirən hal kimi nəzərə alınmış cəzasını ağılaşdıran hal müəyyən edilməmişdir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla, daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, X8 təqsirli bilindiyi maddənin sanksiyasında nəzərə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi qanuni, əsaslı və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərinə uyğundur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. 52-1.3-cü maddəsinə əsasən məhkəmə məhkum üçün aşağıdakı əlavə vəzifələr müəyyən edə bilər: 52-1.3.1. kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək; 52-1.3.2. məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək; 52-1.3.3. alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək; 52-1.3.4. məhkumun islah olunmasına kömək edən digər vəzifələr. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasının icrası yaşadığı yer üzrə ünvan 5 ünvanı üzrə Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinə həvalə edilməli, təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, Təqsirləndirilən şəxs üzərinə axşam saat 23:00-dan səhər saat 07:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Naxçıvan Muxtar Respublikası ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifələri qoyulmalı, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə Babək rayon İcra və Probasiya idarəsinə həvalə edilməlidir İş üzrə maddi sübut yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 1 (bir) il 7 (yeddi) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Təqsirləndirilən şəxs 15 yanvar 2025-ci il tarixdə şübhəli şəxs qismində tutulması, 17 yanvar 2025-ci il tarixdə barəsində həbs qətimkan tədbiri seçilməsi və 27 yanvar 2025ci il tarixdə ev dustaqlığı ilə əvəz edilməsi nəzərə alınaraq ümumilikdə həbsdə və ev dustaqlığında olduğu 5 ay 26 gün müddət ona təyin edilən azadlığın məhdudlaşdırılması cəzasının müddətindən bir günə iki gün hesabı ilə çıxılmaqla qəti olaraq üzərində 7 (yeddi) ay 8 (səkkiz) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “ev dustağı” qətimkan tədbiri ləğv edilərək başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməli və hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin 24 dekabr 2021-ci il tarixli Plenum Qərarında qeyd edilir ki, hökmdə mülki iddianın təmin edilməsinə təqsirləndirilən şəxs barəsində xüsusi müsadirənin tətbiq edilməsinin əsası kimi istinad edilməməli, xüsusi müsadirə mülki iddianın verilib-verilməməsindən asılı olmayaraq cinayət prosesində CM-in 99-1.1.1 - 99-1.1.4-cü maddələrində nəzərdə tutulmuş əmlak müəyyən edildiyi hər bir halda tətbiq edilməlidir. Məhkəmə xüsusi müsadirə ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, iş üzrə belə bir əmlak olmadığından təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə ilə bağlı müddəa tətbiq edilməməlidir. Şərh olunanlara və Azərbaycan Respublikası CPM-nin 44.1, 197-198, 341-349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 1 (bir) il 7 (yeddi) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Cinayət Məcəlləsinin 69.4-cü maddəsinin əsasən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu, həbs qətimkan tədbiri seçidiyi və ev dustaqlığı qətimkan tədbirində olduğu 5 ay 26 gün müddət ona təyin edilən azadlığın məhdudlaşdırılması müddətindən bir günə iki gün hesabı ilə çıxılmaqla qəti olaraq 7 (yeddi) ay 8 (səkkiz) gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri ləğv edilsin, barəsində başqa yerə getməmək haqqında qətimkan tədbiri seçilsin və hökm qanuni qüvvəsini aldıqdan sonra ləğv edilsin. Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Naxçıvan Muxtar Respublikasının ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzasının icrası faktiki yaşadığı yer- ünvan 5 ünvanı üzrə Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinə həvalə edilsin və cəzaçəkmə müddətinin əvvəli həmin orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Zərərçəkmiş şəxs X7 mülki mühakimə icraatı qaydasında iddia qaldırmaq hüququ izah edilsin. İş üzrə maddi sübut, mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Hökmdən elan olunduğu andan 20 gün müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Gülnar Səfərəliyeva
Məhkəmə qərarları › İş №1(078)-37/2025
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Hökm — İş №1(078)-37/2025
11.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver