Azərbaycan Respublikası adından HÖKM Naxçıvan şəhəri İş № 1(078)-38/2024 09.09.2024 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, X6 məhkəmə iclas katibliyi, Dövlət ittihamçısı Naxçıvan Мuxtar Respublikası Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs1, onun müdafiəçisi Müdafiəçi1, Təqsirləndirilən şəxs2, onun müdafiəçisi Müdafiəçi2, zərərçəkmiş hüquqi şəxs “X21” MMC-nin direktoru X7 iştirakları ilə, xx xxxxxxxx 1989-cu il tarixdə Naxçıvan şəhərində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işsiz, əvvəllər məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 xx xxxxxxx 1991-ci il tarixdə Naxçıvan şəhərində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işsiz, əvvəllər məhkumluğu olmayan, ünvan 2 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə baxışı iclasında baxaraq m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs1 2023-cü ilin iyun ayında qabaqcadan əlbir olan bir qrup şəxs halında tanışı Təqsirləndirilən şəxs2 ilə birlikdə özgə əmlakını gizli talama məqsədilə qanunsuz daxil olaraq “X21” MMC-yə məxsus olan "xxxx" mebel evinin Naxçıvan şəhəri, Qaraxanbəyli kəndində yerləşən anbarından bir bağlamda 24 ədəd olmaqla, 30 bağlam “Redbul” enerji içəcəyi oğurlamaqla “X21” MMC-yə məxsus olan ümumilikdə 76 (iki min üç yüz yetmiş altı) manat dəyərində olan qeyd olunan “Redbul” enerji içəcəklərini gizli yolla talayaraq oğurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs1 təkrar 2023-cü ilin iyun ayında qabaqcadan əlbir olan bir qrup şəxs halında tanışı Təqsirləndirilən şəxs2 ilə birlikdə özgə əmlakını gizli talama məqsədilə qanunsuz daxil olaraq “X21” MMC-yə məxsus olan "xxxx" mebel evinin Naxçıvan şəhəri, Qaraxanbəyli kəndində yerləşən anbarından bir bağlamda 24 ədəd olmaqla, 3 bağlam “Redbul” enerji içəcəyi oğurlamaqla “X21” MMC-yə məxsus olan ümumilikdə 2692,8 (iki min altı yüz doxsan iki manat səksən qəpik) manat dəyərində olan qeyd olunan “Redbul” enerji içəcəklərini gizli yolla talayaraq təkrar oğurluq etmişdirlər. Təqsirləndirilən şəxs2 2023-cü ilin iyun ayında qabaqcadan əlbir olan bir qrup şəxs halında tanışı Təqsirləndirilən şəxs1 ilə birlikdə özgə əmlakını gizli talama məqsədilə qanunsuz daxil olaraq “X21” MMC-yə məxsus olan "xxxx" mebel evinin Naxçıvan şəhəri, Qaraxanbəyli kəndində yerləşən anbarından bir bağlamda 24 ədəd olmaqla, 30 bağlam “Redbul” enerji içəcəyi oğurlamaqla “X21” MMC-yə məxsus olan ümumilikdə 76 (iki min üç yüz yetmiş altı) manat dəyərində olan qeyd olunan “Redbul” enerji içəcəklərini gizli yolla talayaraq oğurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs2 təkrar 2023-cü ilin iyun ayında qabaqcadan əlbir olan bir qrup şəxs halında tanışı Təqsirləndirilən şəxs1 ilə birlikdə özgə əmlakını gizli talama məqsədilə qanunsuz daxil olaraq “X21” MMC-yə məxsus olan "xxxx" mebel evinin Naxçıvan şəhəri, Qaraxanbəyli kəndində yerləşən anbarından bir bağlamda 24 ədəd olmaqla, 3 bağlam “Redbul” enerji içəcəyi oğurlamaqla “X21” MMC-yə məxsus olan ümumilikdə 2692,8 (iki min altı yüz doxsan iki manat səksən qəpik) manat dəyərində olan qeyd olunan “Redbul” enerji içəcəklərini gizli yolla talayaraq təkrar oğurluq etmişdir. Bununla da Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qeyd olunan cinayət əməlini törətmələri ilk olaraq öz ifadələri, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin, şahidlərin ifadələri, ekspert rəyləri və istintaq hərəkətlərinin aparılmasına dair protokollarla sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs1 özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, X9, X11 və X1 əvvəlcədən tanıyır. Orxanla bir məhlədə yaşayır. Rəşid və Zauru isə mebel ustası kimi tanıyır. Uzun müddət “Vətən Mebel” salonunda usta işləyib və hazırda da orada usta işləyir. Tam vaxtın xatırlamır, Rəşid ona zəng edib, mebel aparacaqlarını və kömək lazım olduğunu dedi. Məhərrəmin avtomobili ilə onu yaşadığı evin qapısından götürüb, birlikdə “Xalçaçılığ”ın arxasında yerləşən anbara gediblər. Rəşidin açarı ilə anbarın qapısını açıblar, həmin vaxt orada Rəşid, Orxan, Məhərəm və özü olubdur. Qapını açdıqdan sonra Rəşidin atalığı, Hüseyn Talıbov qazel ilə anbarın qarşısına gəldi. Anbardan Rəşidin seçdiyi yataq dəsti, bir ədəd uşaq maşın yatağı, bir ədəd paltaryuyan və bir ədəd soyuducunu Rəşidin atalığı Hüseyn Talıbovun qazelinə yüklədilər. Anbardan çıxdıqdan sonra Rəşidgilin evinə gediblər, Rəşidgilin babasının həyətinə yataq dəstini endiriblər, qalan mebelləri isə Rəşid atalığı Hüseyn Talıbov ilə birlikdə Şərura aparıbdır. Şərura yola düşməmişdən əvvəl Rəşid Qaraxanbəyli kəndində məhlələrində yerləşən marketdən onlara pivə alıb verdi, Şərura gedib qayıdacağını dedi. Bir qədər sonra Məhərrəm onu gətirib evinə qoydu. Anbardan mebel götürən zaman bir nəfər tanımadığı şəxs var idi, həmin adamın adına Frek deyirdilər. Rəşid hər dəfə anbara mal gətirəndə Frek gəlib ona kömək edirdi. Həmin vaxtdan bir müddət sonra Orxan ona Frekin anbardan mebelləri qazelə yığmalarını videoya çəkdiyini dedi. Ona nə üçün videoya çəkməyinin səbəbini demədi. Bir nüddət sonra Rəşidə telefonda mebel lazım olduğunu dedi. Onun işlədiyi mağazada mebel baha idi, ona ucuz qiymətə mebel tapmasını bildirdi. Rəşid ona tanışı olduğunu maraqlanıb deyəcəyini bildirmişdi. Həmin söhbətdən bir gün sonra Rəşid ona zəng etdi, ona nağd beş yüz manat verə bilsə yataq dəsti sata biləcəyini dedi, həmçinin paltaryuyan maşını isə 350 manata nağd pula sata biləcəyini dedi. Evdən pul alıb paltayuyanın pulunu verdi, yataq dəstinin beş yüz manatını isə öz maaşı ilə verdi. Rəşid yataq dəstini bir nəfər tanımadığı şəxslə gətirdi. Tanışları Süleyman və Orxanın qardaşı Dərya ilə birlikdə Əyləncə mərkəzində pivə içib, Dərya və Süleyma çıxıb getdilər, həmin vaxt Məhərrəm gəldi. Hesabı verib, Məhərrəmlə birlikdə Əyləncə Mərkəzindən çıxdılar. Məhərrəm avtomobildə ona Qaraxanbəyli kəndində Rəşidin müdürinin anbarında “Redbul” enerji içkiləri olduğunu dedi, ona həmin redbulları götürüb satmağı təklif etdi. Məhərrəmlə birlikdə Qaraxanbəyli kəndində Məhərrəmin dediyi anbara gəldilər, Məhərrəm qabaqda getdi. Həmin vaxt anbarın yanında yerləşən Abbas adlı mebel satışı ilə məşğul olan şəxsin anbarının girişində kamera olduğunu bildiyi üçün, qabaqda gəlib həmin kameranı çevirmək istədi. Abbasın anbarının qarşısına gədi, anbarın kamerasını çevirmək istəyən zaman ayağı sürüşdü kamera qırıldı. Özü anbarın çölündə dayandı, Məhərrəm anbarın yanında yerləşən it damının üstündən anbara daxil oldu, “Redbul” enerji içəcəyini götürdü. Həmin “Redbul” lari Məhərrəmin avtomobilinə yığıb, onun yaşadığı evə gətirdilər. Həyətdə yerləşən hinə həmin “Redbul”ları yığdıqlar. Səhərisi gün kameraya düşdüyü üçün qorxub, onu tutacaqlarını düşünmüşdür. Türkiyə Respublikasına getmək qərarına gəlmişdir. Saat təxminən 15 radələrində Sədərək buraxılış məntəqəsindən Türkiyə Respublikasına keçmiş, Məhərrəmə zəng edərək “Redbul”ları satıb pulunu bölməsini demişdir. Məhərrəm “Redbul”ları onun yaşadığı evdən götürüb aparmışdı. Sonradan Məhərrəm ona zəng edib polislərin onu çağırdığını bildirmiş, bir qədər sonra isə ona polisdən zəng gəlmişdir. “Redbul”ların harada olduğunu soruşublar, Məhərrəmdə olduğunu demişdir. İğdır şəhərində olan zaman Məhərrəmi polislər çağırmamışdan qabaq ona zəng edib, ona 350 manat pul göndərməsini demişdir. Bilet almaları üçün danışdılar, Məhərrəmə kart hesabı ataraq pulu yükləməsini demişdir. Məhərəm həmin karta 350 manat pul yükləmişdir. Məhərrəmə “Redbul”ları satmasını demişdir. Daha sonra təqsirləndirilən şəxs Quliyev X10 həmin “Redbul”ları oğurlamamışdan bir neçə gün əvvəl həmin anbardan 30 bağlam “Redbul” enerji içəcəyi oğurladıqlarını, həmin vaxt Məhərrəmlə birlikdə anbara gəldiklərini, anbarın qarşısında kamera olmadığını, anbarın kənarında gözlədiklərini, Məhərrəmin anbara daxil olduğunu, Redbulları götürüb ona verdiyini, redbulları götürüb yerə yığdığını, sonra isə ikisi birlikdə Məhərrəmin avtomobilinə yüklədiklərini, Məhərrəmlə birlikdə şəhərdə gəzişdiklərini, Sonra Məhərrəmin “Redbul”ları satması üçün Hüseynə zəng etdiyini, birlikdə Xətai məhəlləsinə getdiklərini, Hüseynin də avtomobilə mindiyini, həmin vaxt Hüseynin ondan “Redbul”ların oğurluq olub-olmamasını soruşduğunu, onun Hüseyinə “Redbul”ların onun olduğunu, oğurluq olmadığını dediyini, Hüseynin Məhərrəmin avtomobili ilə şəhərdə mağazalara həmin “Redbul”ları payladığını, pulların yığıb onlara verdiyini, həmin vaxt Məhərrəmlə onun pulları böldüklərini, sonra isə pivə içmək üçün “SV” kafesinə getdiklərini, bir qədər orada pivə içdikdən sonra evə getdiklərini, mebelləri Rəşidgilin oğurladığını bilmədiyini, Rəşidgilin bir ədəd yataq dəsti, bir ədəd uşaq üçün maşın yatağı, bir ədəd soyuducu, bir ədəd paltaryuyan maşınını onun yanında götürdüklərini, həmin mebel əşyalarından bir ədəd yataq dəstini Rəşidin babasıgilin həyətində endirdiklərini, qalan mebelləri isə Rəşidin Şərur rayonuna apardığını, Səhərisi gün Rəşidin ona zəng etdiyini, bir ədəd mebel olduğunu onu qurmaq üçün kömək istədiyini, marşurutla Qaraxanbəyə Rəşidgilin evinə getdiklərini, Məhərrəmin gəlib onları götürdüyünü, Qaraçuqda bir evə getdiklərini, axşam anbardan götürdükləri yataq dəstinin orada olduğunu, Rəşidlə həmin mebeli qurduqlarını, Rəşidi Məhərrəmlə birlikdə evlərinə gətirdiklərini, Məhərrəmlə birlikdə 30 bağlam birinci dəfə “Redbul” enerji içkilərini oğurladıqlarını, həmin vaxt Məhərrəmin ona 400 manat pul verdiyini, ikinci dəfə isə 34 bağlam “Redbul” oğurladıqlarını, Məhərrəmin ona 350 manat pul verdiyini, Rəşiddə anbarların açarı olduğunu, istədiyi vaxt qapını açar ilə açaraq anbara girdiyini, Məhərrəmin ona zəng edib yataq istədiyini, onun işlədiyi yerdə baha olduğunu, ucuz qiymətə satan olsa ikinci əlini ona tapa biləcəyini dediyini, sonradan Rəşidə zəng etdiyini, Məhərrəmin bir ədəd uşaq yatağı istədiyini, ucuz qiymətə təxminən 230 manata kimi olsa ala biləcəyini dediyini, bir qədər sonra Rəşidə zəng etdiyini, yataq olduğunu nağd ya kreditlə istədiyini soruşduğunu, ona Məhərrəmlə danışmasını dediyini, həmin vaxt işdə olduğunu, Məhərrəmə zəng etdiyini, harada olduğunu soruşduğunu, həmin vaxt Aytəngilin onun işlədiyi mebel salonunun arxasında yaşadıqlarını, Məhərrəmin ona Aytəngilin binasının qarşısında olduğunu, Rəşidgilin mebel gətirəcəklərini və onları gözlədiyini dediyini, Məhərrəmin yanma getdiyini, Rəşidlə Orxan yatağı gətirdiklərini, Orxanla birlikdə yatağı qurduqlarını, sonradan onun çıxıb evinə getmişdir. Rəşidin Nehrəm qəsəbəsinə stol-stul dəsti aparmasından xəbəri olduğunu, onları Rəşid ona Türkiyə Respublikasında olan zaman dediyini, Nehrəmə satılan mebel əşyalarına alıcını əvvəllər "xxxx" də işləyən Aygün adlı xanım tapdığını, Rəşidində mebelləri aparıb satdığını, pulları isə Aygünlə Rəşid ikisi arasında böldüklərini, Rəşidin ona Türkiyə Respublikasında olan zaman Zaurun, Şirinin və Orucun da anbardan oğurluq etdiklərini, hətta anbarın açarlarını Zaurla birlikdə çıxardıqlarını, Qaraxanbəyli kəndində Zaurun evinin yanında satdığı evdə Zaurun anbardan oğurladığı mebellərin olduğunu, Şirinin evində isə 50000 (əlli min) dəyərində oğurluq mebel olduğunu bildirmişdir. Həmçinin Hüseynin atdığı redbulların oğurluq olduğunu bilmədiyini, Hüseynə “Redbul”ların onun olduğunu dediyini bildirmişdir. Törətdiyi əməldən peşmandır. Zərərçəkmiş şəxslə razılaşmışdır. Vurulmuş ziyanın xeyli hissəsini ödəmişdir. Ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs2 cinayətdə özünü təqsirli bilərək ifadəsində Təqsirləndirilən şəxs1 və X11 əvvəlcədən tanıdığını, X9 isə Tural və Orxana görə tanıdığını, Turalın “Vətən Mebel”-də usta işlədiyini, Orxan və Rəşidin isə həmin vaxt "xxxx" MMC-də işlədiklərini, sevgilisi Aytənin uşağına yataq almaq istədiyini, onun da həmin məsələni Turala dediyini, Tural isə ona işlədiyi yerdə baha olduğunu dediyini, başqa yerdən ikinci əlini tapaq, al dediyini, onun isə Turala Aytənin təzəsini almaq istədiyini dediyini, o Turala zəng edən zaman Rəşid və Orxanın da onun yanında olduqlarını, sonradan Orxanın onu yığdığını, ona 230 (iki yüz otuz) manata uşaq yatağı olduğunu və satdığını dediyini, onunla razılaşdığını, Orxangil işlədikləri "xxxx" MMC-in avtomobili ilə həmin yatağı Aytəngilin Naxçıvan Şəhər İcra Hakimiyyətinin yanında yerləşən evinə gətirdiklərini, Tural və Orxanın birlikdə həmin yatağı qurduqlarını, həmin vaxt Aytənin evdə olmadığını, onlara 190 manat pul verdiyini, sonra birlikdə Orxangilin məhləsinə getdiklərini, Orxanın avtomobili məhlələrinə qoyduğunu, onun avtomobili ilə Aytənin işlədiyi “Həyat kulub”a getdiklərini, orada 40 manatı Aytəndən alıb Orxana verdiyini, həmin vaxt Orxan ilə Turalən yatağı onların satdığını Aytənə deməməyini ona tənbeh etdiklərini, həmin vaxtdan üç gün sonra “Əyləncə Mərkəzi”nin qarşısında Rəşid və Orxanın onun avtomobilinə mindiklərini, onlarla birlikdə Babək rayonu, Kültəpə kəndinə getdiklərini, avtomobilini Kültəpə kəndinə qoyduğunu, Orxanın sürdüyü "xxxx" MMC-nin yük maşınını sürdüyünü, birlikdə şəhərə qayıtdıqlarını, Xalçaçılığın yanında yerləşən "xxxx" MMC-yə məxsus olan anbara gəldiklərini, anbardan iki ədəd yataq, iki ədəd döşək və üç ədəd tumbuçqa götürdüklərini, həmin əşyaları yük maşınına yükləyib Rəşidin Qaraxanbəyli kəndində yerləşən babasıgilin evinə apardıqlarını, sonra isə təkrar Kültəpə kəndinə qayıtdıqlarını, yük maşının oraya qoyub onun avtomobili ilə şəhərə qayıtdıqlarını, Orxanla Rəşidi “Qədim Dünya” restoranına gətirdiyini, Orxanın avtomobildən düşən zaman avtomobilə 100 manat məbləğində pul atdığını, onlardan ayrıldığını, “Həyat kulub”dan Aytəni götürüb evə getdiyini, həmin gündən üç-dörd gün sonra gecə saat 11 radələrində Orxanla Rəşidin ona etdiklərini, “Xalçaçılıq” adlanan ərazinin yanında yerləşən anbara çağırdıqlarını, anbara getdiyini, həmin vaxt orada Rəşid, Orxan, Tural və tanımadığı adına Frek deyilən bir nəfər şəxs olduğunu, Rəşidin ögey atası Hüseynin həmin vaxt qazellə anbara gəldiyini, həmin vaxt anbardan qonaq yataq dəsti, bir ədəd uşaq üçün maşın yatağı, onun döşəyi, bir ədəd soyuducu, bir ədəd paltaryuyan maşınını qazelə yüklədiklərini, həmin əşyaları Qaraxanbəyli kəndində yerləşən Rəşidin babasıgilin evinə gətirdiklərini, uşaq üçün maşın yatağını orada endirdiklərini, Rəşidgilin evində olan bir ədəd uşaq üçün maşın yatağını qazelə yüklədiklərini, Rəşid və ögey atası Hüseynin yüklü qazellə birlikdə Şərur rayonuna getdiklərini, Rəşidin Şərura getməmişdən əvvəl onlara Qaraxanbəydə mağazadan pivə və siqaret alıb verdiyini, Orxan, Tural və Abbasla birlikdə sahil parka gəldiklərini, pivələri içdikdən sonra evlərinə getdiklərini, həmin vaxtdan bir neçə gün sonra Rəşidin ona mebelləri qazelə yükləyən zaman Frekin videomuzu çəkdiyini və ondan üç min manat pul istədiyini ki, pulu verməyəcəyi təqdirdə videonu Rəşidgilin müdüirinə göstərəcəyini dediyini, Rəşidlə birlikdə Kəngərli rayonu, Qıvraq qəsəbəsinə gedən yolda yerləşən yanacaq doldurma məntəqəsinə getdiyini, Rəşidin oradan pul götürdüyünü, Rəşidlə birlikdə anbarın qarşısına gəldiklərini, Rəşidin Freki çağırdığını, Frekin gəlib onun avtomobilinə əyləşdiyini, onun yanında Rəşidin Frekə 300 manat pul verdiyini və ona söhbəti həll etdiyini dediyini, Rəşidi evlərinə apardığını, səhəri gün Rəşidin İstanbula getdiyini və iki həftə orada qaldıqdan sonra geri qayıtdığını, Rəşid gələndən sonra ona avtomobilinin dağıldığını, ona verməli olacağı pulu verməyini dediyini, Rəşidin isə ona pulunun olmadığını, verə bilməyəcəyini dediyini, sonra Rəşidin telefonda onun nömrəsini blok etdiyini, zənglərinə cavab vermədiyini bildirmişdir. Turalla demək olar ki, hər gün birlikdə gecələr onun avtomobilində gəzdiklərini, Turalın ona Qaraxanbəydə Rəşidgilin müdürünün anbarında “Redbul” enerji içkisinin olduğunu, həmin içkiləri oğurlayıb satıb pulunu bölüşməyi təklif etdiyini, Turalla birlikdə anbara getdiklərini, anbarın pəncərəsi tərəfdə taxta parçası olduğunu, Turalın həmin taxtanı kənara çəkdiyini, pəncərəin altında “Redbul” içkiləri olduğunu, Turalla birlikdə həmin vaxt tam təxminən 34 bağlam “Redbul” enerji içkilərini götürdüklərini, “Redbul” içkilərini onun avtomobilinin arxasına yığıb şəhərdə bir qədər fırlandıqlarını, sonra onun əvvəlcədən tanıdığı Hüseynə zəng etdiyini, Hüseyinə “Redbul” enerji içkisi olduğunu və onu satmaq istədiyini dediyini, Hüseyinin qaldığı Xətai məhəlləsinə getdiklərini, Hüseynin onun avtomobilinə mindiyini, Hüseyin onlardan “Redbul”un oğurluq olub-olmamasını soruşduğunu, Turalın isə həmin “Redbul”ların onun olduğunu, oğurluq olmadığını dediyini, onun avtomobili ilə şəhərdə Hüseyinin tanıdığı mağazalara həmin redbulun 25 bağlamını satdıqlarını, “Redbul”ları satdıqdan sonra 1400 manat pul əldə etdiklərini, birlikdə dörd yol tərəfdə yerləşən kafeyə getdiklərini, orada yeyib-içdiklərini, Turalın həmin 1400 manat pulu onunla yarı böldüyünü, Turalla hər birinə 700 manat pul çatdığını, yeyib-içdikdən sonra hər kəsin öz evinə getdiyini, həmin vaxtdan bir ay sonra Turalın ona zəng etdiyini, “Əyləncə mərkəzi”də olduğunu və onu oraya dəvət etdiyini, Turalın ora getdiyini, həmin vaxt Turalın yanında Orxanın qardaşı Dərya və tanımadığı bir nəfər tanışı olduğunu, stolda əyləşib bir “Hell” içdiyini, sonra isə çıxıb Aytəni evlərinə apardığını, Turala saat 01 radələrindən sonra zəng etdiyini, Turalın ona “Əyləncə mərkəzi”nin qarşısında olduğunu dediyini, Turalı oradan götürdüyünü, birlikdə Qaraxanbəyli kəndinə anbara getdiklərini, Turalın avtomobildən enib anbara tərəf getdiyini, avtomobilini binanın qarşısında saxladığını, Turalın arxasınca anbara tərəf getdiyini, Turalın yanına çatan zaman onun anbarın yanında yerləşən “Abbas” adlı şəxsə məxsus olan anbarın kamerasını qırdığını və kameranın onun əlində olduğunu gördüyünü, anbarın yan tərəfinə keçdiklərini, anbardan “Redbul” götürdüklərini, həmin “Redbul”ları onun avtomobilinə yükləyib Turalgilin evinə getdiklərini, “Redbul”ları Turalgilin həyətində yerləşən quş damına yığdıqlarını, sabahısı gün Turalın ona zəng etdiyini və Türkiyə Respublikasının İğdır şəhərində olduğunu dediyini, həmçinin Turalın pulunun olmadığını, onun üçün bilet alıb Bakı şəhərinə getmək məqsədilə ondan 350 manat pul istədiyini, Naxçıvan şəhərində telesutidiyanın yanında yerləşən turizm yerinə getdiyini, orada Turalın dediyi, adını bilmədiyi bilet satan şəxsin kartına 350 manat pul göndərdiyini, Turalın həmin şəxslə danışdığını və ona İğdır şəhərindən Bakı şəhərinə getməsi üçün bilet aldığını, Turalın ona “Redbul”ları götürüb satmağını dediyini, həmin “Redbul”ları aparıb satmaq üçün Hüseyinə verdiyini, həmin gün saat 17 radələrində polis əməkdaşlarının onu Polis Bölməsinə dəvət etdiklərini, Hüseynlə danışıb, gətirib “Redbul”ları da polisə təhvil verdiklərini bildirmişdir. Rəşidgilin “Xalçaçılıq” adlanan ərazinin arxa tərəfində yerləşən anbardan götürdükləri mebel əşyalarının oğurluq olduğunu bilmədiyini, Rəşidgil iki ədəd uşaq yatağı, üç ədəd tumba, bir ədəd yataq-qonaq dəsti, bir ədəd uşaq üçün maşın yatağı, bir ədəd soyuducu, bir ədəd paltaryuyan maşınını onun yanında götürdüklərini, həmin əşyalardan bir ədəd uşaq maşın yatağını Rəşidin babasıgilin həyətində endirdiklərini, qalan mebelləri isə Rəşid Şərur rayonuna apardığını, lakin həmin vaxtdan iki gün sonra Rəşidin onu Turalla birlikdə Qaraxanbəyə aparmağını dediyini, həmin vaxt onların anbardan gecə çıxardıqları mebelin həmin evdə olduğunu, Turalla birlikdə 34 bağlam birinci dəfə “Redbul” enerji içkilərini oğurladıqlarını, həmin vaxt 1400 manat pul əldə itdiklərini, həmin puldan adama 700 manat pul düşdüyünü, ikinci dəfə isə 30 bağlam “Redbul” oğurladıqlarını, lakin həmin “Redbul”ları sata bilmədiklərini bildirmişdir. Rəşiddə anbarların açarları olduğunu istədiyi vaxt qapını açar ilə açaraq anbara girdiyini bildirmişdir. Törətdiyi əməldən peşmandır. Vurulmuş ziyanın bir qismini ödəmişdir, qalan hissəsinin isə ödənilməsi barədə zərəçəkmiş şəxslər razılığa gəlmişdir. Ona yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxs “X21” MMC-nin direktoru X12 ifadəsində göstərmişdir ki, uzun müddətdir X21 MMC-nin direktorudur və Evim AVM müdiridir. Həmin mebel yerində işləyən şəxslər X5, X16, X13 mebel anbarlarından mebel oğurlamışdılar və barələrində hökm çıxmışdır. X17 isə Orxanın tanışı olduğu üçün bir neçə dəfə onun yanında görmüşdür. 2023-cü ilin iyun ayında Naxçıvan şəhər Qaraxanbəyli kəndində yerləşən anbardan Redbul enerji içkilərinin oğurlandığını bilmişlər. Həmin vaxt redbulları oğurlayan şəxs Təqsirləndirilən şəxs1 olub, sonra Türkiyə Respublikasına qaçıb. Anbarlara baxan zaman oradan redbullarla yanaşı mebel əşyalarının da oğurlandığını bilmişdir. Siyahıya almadan sonra müəyyən olunmuşdur ki, Evim avm mebel evinə məxsus olan Naxçıvan şəhər Qaraxanbəyli kəndində və Xalçaçılığın arxasında yerləşən anbarlarından çox sayda mebel əşyası oğurlanmışdır. Anbarlardan mebel əşyalarını X5, X8, X19, X13, X16 oğurlamışdır. Redbulları isə Təqsirləndirilən şəxs1 ilə Təqsirləndirilən şəxs2 tərəfindən oğurlanmışdır. Evim avm mebel evinə məxsus olan Qaraxanbəyli kəndində yerləşən anbardan isə 64 bağlam redbul enerji içkisinin oğurlandığını bildirmişdir. Vurulan ziyanın xeyli hissəsi ödənilmişdir, qalan hissəsinin isə hissə-hissə ödənilməsi barədə razılığa gəlinmişdir. Şikayəti yoxdur. Cinayət işi üzrə şahid qismində dindirilmiş Şahid1 ifadəsində fərdi qaydada ticarətlə məşğul olduğunu, mağazalara mal verdiyini, yay aylarında isə daha çox dondurma satışı ilə məşğul olduğunu, Təqsirləndirilən şəxs2 əvvəlcədən tanıdığını, Məhərrəmin avtomobil təmiri ilə məşğul olduğunu, avtoqəza keçirən vaxtı avtomobilini təmir etdiyi üçün həmin vaxtdan Məhərrəmi tanıdığını, Məhərrəmlə həmin vaxtdan salam-sağolum yarandığını, Məhərrəmin 2023-cü ilin iyun ayında ona zəng etdiyini, işi olduğunu, harada olduğunu soruşduğunu, Məhərrəmin onun yaşadığım məhəlləyə tanımadığı bir şəxslə gəldiyini, Vləhərrəmin avtomobilinə mindiyini, Məhərrəmin avtomobildə olan şəxslə onu tanış elədiyini, həmin şəxsin onun dostu Tural olduğunu dediyini, X15 Respublikasından gələn dostu olduğunu, həmin şəxsin tır sürücüsü olduğunu, Naxçıvana gələn vaxtı Turala satmaq üçün “Redbul” enerji içəcəyi gətirdiyini, hər dəfə gələndə beş-altı bağlam Redbul gətirdiyini, həmin Redbul enerji içkilərini satmaq istədiklərini və redbulları satmaq üçün onlara köməklik etməyini dediyini, həmin vaxt Turaldan enerji içkilərinin oğurluq olub-olmadığını soruşduğunu, Tural həmin vaxt ona həmin redbulların özünün oduğunu dediyini, Məhərrəmin avtomobili ilə şəhərdə fırlandıqlarını, həmin vaxt Məhərrəmin avtomobilində olan iyirmi beş bağlam Redbul enerji içkisini mağazalara payladığını, həmin Redbullardan əldə etdiyi 1700 manata yaxın pulu Məhərrəmə verdiyini, Redbulları satıb qurtardıqdan sonra Məhərrəmin ona beş manat pul verdiyini, siqaret alarsan dediyini, birlikdə Naxçıvan şəhərində yerləşən Peqas kafesinə getdiklərini, orada yeyib-içdiklərini, sonra isə kafedən çıxdıqlarını, onu evlərinin qarşısına gətirib qoyduqlarını, Məhərrəmlə Turalın çıxıb getdiyini, həmin vaxtdan təxminən on gün sonra Məhərrəmin yenidən ona zəng etdiyini, həmin vaxt şəhərdə olduğunu, Məhərrəmlə Turalın onu götürdüklərini, avtomobildə on iki bağlam Redbul olduğunu, həmin redbulları mağazalara verdiyini, həmin vaxtda Redbullara görə yeddi yüz altmış manata pul aldığını, pulları Məhərrəmə verdiyini, təxminən iki həftə sonra Məhərrəmin ona zəng etdiyini, on beş bağlam redbul olduğunu, onları satmaq istədiyini, Məhərrəmin onu yaşadığı ünvana Yeni Naxçıvana dəvət etdiyini, özümə məxsus olan mersedes 320 minik markalı **-HV-*** dövlət nömrə nişanlı avtomobillə Məhərrəmin yaşadığı ünvana getdiyini, evlərinin qarşısında avtomobilində olan on beş bağalam Redbul enerji içkisini onun avtomobilinə yığdığını, redbulları da götürüb evə gəldiyini, səhəri günü redbulları satmaq istədiyini, təxminən saat 16 radələrində ona zəng gəldiyini, polis əməkdaşları onu Polis Bölməsinə dəvət etdiklərini, avtomobilində olan redbullarla birlikdə Polis Bölməsinə getdiyini, Polis Bölməsində həmin redbullarm oğurluq olduğunu bildiyini, Məhərrəmlə Turalı ona satmaq üçün 52 bağlam redbul enerji içəcəyi verdiklərini, qalan redbulları isə özlərinin içdiklərini bildirmişdir. Cinayət işi üzrə şahid qismində dindirilmiş Şahid2 Halfə oğlu ifadəsində göstərmişdir ki, “X21” MMC-yə məxsus olan Evim Avm-də satış işlərinə baxır. 2021-ci ildən EVİM AVM-də işləyir. Təqsirləndirilən şəxs1, X5, X13 və X11 əvvəlcədən tanıyır, onlarla arasında düşmənçilik və ədavət yoxdur. Zaur, Rəşid və Orxanın onlara məxsus olan EVİM AVM-də fəhlə kimi işlədiklərini, Tural adlı şəxsin də onların dostu olduğunu, Turalı da Orxangilə görə tanıdığını, həmin şəxslərin EVİM AVM-ə məxsus olan xalçaçılığın arxasında və Qaraxanbəyli kəndində yerləşən anbarlardan mebel əşyalarını və 64( altmış dörd ) bağlama redbul enerji içkisini oğurladıqlarını, onların oğurluq etdiklərini iyul ayında bildiklərini, Qaraxanbəyli kəndində yerləşən anbardan redbul enerji içkiləri oğurlandıqdan sonra, həmin şəxslərin digər oğurluq əməllərinin də ortaya çıxdığını, hal-hazırda həmin şəxslərin Türkiyə Respublikasında olduqlarını, redbul enerji içkilərinin oğurlanması bilindikdən sonra, Turalın Rəşidə vatsapda səsə ataraq ona atamla danışmasını dediyini, Rəşidin də həmin * səs yazısını atama atdığını, həmin səs yazısında Tural anbarların açarlarını Orxanın avtomobilindən götürərək surətini çıxardığını, Qaraxanbəyli kəndində yerləşən anbarın açarının surətini çıxara bilmədiyini, ona görə də Qaraxanbəyli kəndində yerləşən anbara isə yan tərəfində olan açıq yerdən içəri daxil olaraq enerji içkisi və mebel əşyalarını götürdüyünü, xalçaçılığın arxasında yerləşən anbara isə açarlar olduğu üçün istədikləri vaxt girib-çıxdıqlarını, həmin şəxslər tərəfindən onlara məxsus olan anbarlardan xeyli sayda mebel əşyaları oğurlandığını və həmin şəxslərdən heç biridə ucuz qiymətə mebel satmadığını bildirmişdir. İş materiallarına əlavə edilmiş: xx.xx.2024-cü il tarixli, 11 nömrəli ekspert rəyində 2022-ci ilin iyun ayından "xxxx" MMCyə məxsus olan EVİM AVM mebel evinin anbarlarından oğurlanmış 64 (altmış dörd) bağlam, bir bağlamında 24 ədəd olmaqla, 1536 (min beş yüz otuz altı) ədəd redbul enerji içkilərinin bir ədədinin qiyməti 3.30 (üç manat otuz qəpik) manat olmaqla, ümumi dəyərinin 5068.88 manat olduğu qeyd olunmuşdur. 334 ədəd redbul enerji içəcəyi cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən olunmasına köməklik etdiyindən cinayət işi üzrə maddi sübut hesab edilmiş, saxlanılması üçün zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinə təhvil verilmiş və maddi sübut kimi tanınmışdır. Naxçıvan MR X2 ünvanlanmış məktuba cavab olaraq Təqsirləndirilən şəxs1 dispanser qeydiyyatında olmadığı, Təqsirləndirilən şəxs2 isə “Yüngül debillik səviyəsində” diaqnozu ilə dispanser qeydiyyatında dayandığı qeyd olunmuşdur. Təqsirləndirilən şəxs2 barəsində xx.xx.2024-cü il tarixdə məhkəmə psixiatrik ekspertiza təyin edilmiş və Y.Budaqov adına Naxçıvan MR X3 alınmış xx.xx.2024-cü il tarixli, 37 saylı məhkəmə psixiatrik ekspertizanın rəyində Təqsirləndirilən şəxs2 hadisədən əvvəl, hadisə vaxtı və hadisədən sonra anadangəlmə əqli zəiflik, yüngül debillik səviyyəsində qıcolma tutmaları ilə psixi xəstəlik müşahidə olunduğu, stasionar məhkəmə psixatriya ekspertizası məsləhət olunduğu qeyd olunmuşdur. xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs2 barəsində stasionar məhkəmə psixatrik ekspertizası təyin edilmiş və satsionar məhkəmə psixatrik ekspertizasının xx.xx.2024-cü il tarixli, 62 saylı rəyində Təqsirləndirilən şəxs2 hal-hazırda yüngül dərəcəli əqli gerilik (debillik dərəcəsində oliqofreniya) olduğu, hazırki psixatrik müayinənin nəticələrinə əsasən yoxlanılan şəxs Təqsirləndirilən şəxs2 cinayət qanunu ilə nəzərdə tutulan ictimai əhlükəli əməli törədən zaman və sonra öz hərəkətlərinin (hərəkətsizliyinin) faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olduğu, hal-hazırda yüngül dərəcəli əqli gerilik (debillik dərəcəsində diqofreniya) müəyyən edildiyi, psixi patologiya xarakterinə görə uşaqlıq lövründə yarandığı və bütün ömür boyu davam etdiyi, Təqsirləndirilən şəxs2 hərəkətlərinin hadisəni edən anda və hal-hazırda Azərbaycan tespublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmədiyi qeyd edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 63.1-ci maddəsinə əsasən, hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən, Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur. İnsan Hüquqlarının və X4 haqqında Avropa Konvensiyasının 5.1-ci maddəsinə əsasən, hər kəsin azadlıq və şəxsi toxunulmazlıq hüququ vardır. İnsan Hüquqlarının və X4 haqqında Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 2.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir. 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 264-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 66-cı maddəsinə uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2004-cü il tarixli qərarında göstərilmişdir ki, cəmiyyət üçün ağır nəticələrə səbəb olan və qarşısı digər hüquq normaları ilə alınması mümkün olmayan ictimai təhlükəli əməl üçün cinayət məsuliyyəti müəyyənləşdirməkdə dövlət haqlıdır. Bu, insan hüquqlarının, xüsusilə də zərərçəkmiş şəxsin hüquq və qanuni mənafelərinin müdafiəsi baxımından mühüm əhəmiyyət kəsb edir. Cinayət məsuliyyətinin müəyyən edilməsi və cinayət törətmiş şəxsin cəzalandırılması hər bir hüquqi dövlətdə insan hüquqlarının müdafiə edilməsinin üsullarından biridir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 48-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2004-cü il tarixli qərarında göstərilmişdir ki, cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır. Cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 138.1-ci maddəsinə əsasən, sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. 143.1-ci maddəsinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. 144-cü maddəsinə görə, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olmaları məhkəmə istintaqı zamanı tam sübuta yetirilmiş və təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə tövsif olunmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsinin “Qeyd” hissəsinin:
1. Bu Məcəllənin 177.1, 178.1 və 179.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı, lakin beş min manatdan artıq olmayan məbləğdə ziyan vurulduğu hallarda yaranır. Bu Məcəllənin 177.2.1-177.2.3-2, 177.2.5 və 177.3.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə yüz manatdan yuxarı məbləğdə ziyan vurulduğu hallarda yaranır.
2. Bu Məcəllənin 177-182-ci, 185-187-ci və 189-1-ci maddələrində “xeyli miqdar” dedikdə, beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğ, “külli miqdar” dedikdə əlli min manatdan yuxarı, lakin beş yüz min manatdan artıq olmayan məbləğ, “xüsusilə külli miqdar” dedikdə beş yüz min manatdan yuxarı olan məbləğ başa düşülür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” xx.xx.2015ci il tarixli qərarında göstərilmişdir ki, cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmış əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. İşin məhkəmə tərəfindən müəyyən olunmuş hallarından göründüyü kimi, aparılmış istintaq zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 2023-cü ilin iyun ayında qabaqcadan əlbir olan bir qrup şəxs halında tanışı Təqsirləndirilən şəxs2 ilə birlikdə özgə əmlakını gizli talama məqsədilə qanunsuz daxil olaraq “X21” MMC-yə məxsus olan "xxxx" mebel evinin Naxçıvan şəhəri, Qaraxanbəyli kəndində yerləşən anbarından bir bağlamda 24 ədəd olmaqla, 30 bağlam “Redbul” enerji içəcəyi oğurlamaqla “X21” MMC-yə məxsus olan ümumilikdə 76 (iki min üç yüz yetmiş altı) manat dəyərində olan qeyd olunan “Redbul” enerji içəcəklərini gizli yolla talayaraq oğurluq etmişdirlər. Bundan başqa onlar təkrar 2023-cü ilin iyun ayında qabaqcadan əlbir olan bir qrup şəxs halında tanışı Təqsirləndirilən şəxs2 ilə birlikdə özgə əmlakını gizli talama məqsədilə qanunsuz daxil olaraq “X21” MMC-yə məxsus olan "xxxx" mebel evinin Naxçıvan şəhəri, Qaraxanbəyli kəndində yerləşən anbarından bir bağlamda 24 ədəd olmaqla, 3 bağlam “Redbul” enerji içəcəyi oğurlamaqla “X21” MMC-yə məxsus olan ümumilikdə 2692,8 (iki min altı yüz doxsan iki manat səksən qəpik) manat dəyərində olan qeyd olunan “Redbul” enerji içəcəklərini gizli yolla talayaraq təkrar oğurluq etmişdirlər. Odur ki, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar olmadığından, onlar Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək, barələrində qanuni və ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2012-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Qanunverici CM-in 59.1.1- 59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Başqa sözlə, cəza “talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli qərarında göstərilmişdir ki, “Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Bununla yanaşı məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. CM-nin 59-cu maddəsi ilə cəzanı yüngülləşdirən halların sayı məhdudlaşdırılmadığından cəza təyini zamanı həmin maddədə nəzərdə tutulmamış hallar da cəzanı yüngülləşdirici hallar qismində nəzərə alına bilər.” Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 səmimi etirafları, əməllərindən peşman olmaları, vurulmuş ziyanın əksər hissəsini ödəmələri cəzalarını yüngülləşdirən hal kimi müəyyən edilmişdir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Cinayət törətmiş şəxslərə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 15.3-cü maddəsinə əsasən, bu Məcəllə ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrinin sanksiyalarında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Məhkəmə belə hesab edir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxslərə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə qeyd olunanları nəzərə almaqla, təqsirləndirilən şəxslərə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarların şəxsiyyətini, təqsirləndirilən şəxslərin barəsində cəzanı yüngülləşdirən halları, həmçinin cinayət əməlinin törədilməsi hallarını və zərərçəkmiş şəxsin onlar barəsində şikayətçi olmamasını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsləri azadlıqdan məhrum etmədən islah etmək mümkündür və ona görədə onların təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrinin sanksiyalarında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Мəcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 2 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs1 üzərinə gün ərzində saat 23:00-dan 07:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitəni işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Naxçıvan Muxtar Respublikasının ərazisini tərk eməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirmək, həmçinin onun üzərinə kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulmalıdır. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası Təqsirləndirilən şəxs1 cəzasının icrası faktiki yaşadığı yer ünvan 1 ünvanı üzrə Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinə həvalə edilməli və cəzaçəkmə müddətinin əvvəli həmin orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Мəcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 2 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs2 üzərinə gün ərzində saat 23:00-dan 07:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitəni işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Naxçıvan Muxtar Respublikasının ərazisini tərk eməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirmək, həmçinin onun üzərinə kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulmalıdır. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası Təqsirləndirilən şəxs2 cəzasının icrası faktiki yaşadığı yer ünvan 2 ünvanı üzrə Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinə həvalə edilməli və cəzaçəkmə müddətinin əvvəli həmin orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. İş üzrə maddi sübut kimi tanınmış 334 ədəd redbul enerji içəcəyinin zərərçəkmiş hüquqi şəxsə təhvil verilməsi nəzərə alınmalıdır. İş üzrə mülki iddianın olmaması və xüsusi müsadirə tətbiq olunmalı əmlakın müəyyən olunmaması nəzərə alınmalıdır. İş üzrə ekspertiza xərci yoxdur. Təqsirləndirilən şəxs1 göstərilmiş hüquqi xidmətə görə Naxçıvan Şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi1 məhkəmədə iştirak etdiyi 40 (qırx) saata görə 240 (iki yüz qırx) manat Azərbaycan Respublikasının dövlət büdcəsi hesabından Naxçıvan Şəhər Vəkil Bürosunun hesabına köçürülməlidir. Təqsirləndirilən şəxs2 göstərilmiş hüquqi xidmətə görə Naxçıvan Şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmədə iştirak etdiyi 40 (qırx) saata görə 240 (iki yüz qırx) manat Azərbaycan Respublikasının dövlət büdcəsi hesabından Naxçıvan Şəhər Vəkil Bürosunun hesabına köçürülməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 44.1, 197-198, 344- 347, 349, 351-353, 356, 358, 381, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə
hö k m e t d i:
Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Мəcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 2 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs1 üzərinə gün ərzində saat 23:00-dan 07:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitəni işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Naxçıvan Muxtar Respublikasının ərazisini tərk eməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirmək, həmçinin onun üzərinə kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası Təqsirləndirilən şəxs1 cəzasının icrası faktiki yaşadığı yer ünvan 1 ünvanı üzrə Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinə həvalə edilsin və cəzaçəkmə müddətinin əvvəli həmin orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs1 göstərilmiş hüquqi xidmətə görə Naxçıvan Şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi1 məhkəmədə iştirak etdiyi 40 (qırx) saata görə 240 (iki yüz qırx) manat Azərbaycan Respublikasının dövlət büdcəsi hesabından Naxçıvan Şəhər Vəkil Bürosunun hesabına köçürülsün. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Мəcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 2 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs2 üzərinə gün ərzində saat 23:00-dan 07:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitəni işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Naxçıvan Muxtar Respublikasının ərazisini tərk eməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirmək, həmçinin onun üzərinə kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası Təqsirləndirilən şəxs2 cəzasının icrası faktiki yaşadığı yer ünvan 2 ünvanı üzrə Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinə həvalə edilsin və cəzaçəkmə müddətinin əvvəli həmin orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 göstərilmiş hüquqi xidmətə görə Naxçıvan Şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmədə iştirak etdiyi 40 (qırx) saata görə 240 (iki yüz qırx) manat Azərbaycan Respublikasının dövlət büdcəsi hesabından Naxçıvan Şəhər Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə maddi sübut kimi tanınmış 334 ədəd redbul enerji içəcəyinin zərərçəkmiş hüquqi şəxsə təhvil verilməsi nəzərə alınsın. İş üzrə mülki iddianın olmaması və xüsusi müsadirə tətbiq olunmalı əmlakın müəyyən olunmaması nəzərə alınsın. Hökmdən elan olunduğu vaxtdan 20 (iyirmi) gün müddətinə Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Sədrlik edən: Gülnar Səfərəliyeva.