Məhkəmə qərarları › İş №1(078)-39/2024

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Hökm — İş №1(078)-39/2024

09.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Naxçıvan şəhəri İş № 1(078)-39/2024 09.07.2024 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Əliyeva Gülsüm Kamal qızının sədrliyi, X3 məhkəmə iclas katibliyi, Naxçıvan Muxtar Respublikası Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1990-ci il tarixdə Naxçıvan şəhərində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmaqla məhkumluğu ödənilmiş, ünvan 1 ünvanda yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə, m ü ə y y ə n e t d i: Naxçıvan Şəhər Məhkəməsinin icraatına “17” may 2024-cü ildə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi daxil olmuşdur. Cinayət işinin məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda Bakı şəhərində istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq 7,622 qram xeyli miqdarda narkotik vasitə olan qurudulmuş marixuananı əldə edib, üzərində saxlamaqla daşımış və narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı daxil olmuş əməliyyat məlumatı əsasında Naxçıvan Hava X5 və Naxçıvan Muxtar Respublikası DİN-in Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində 17 fevral 2024-cü il tarixdə saat 08:10 radələrində X20 Limanında saxlanılıb X21 Polis Şöbəsinin inzibati binasına gətirilərək, video çəkilişdən istifadə olunmaqla üzərində şəxsi axtarış aparılan zaman əynindəki kurtkanın sol yan cibindən 1 ədəd təmiz çəkisi 4,563 qram, geyindiyi sol ayaqqabının içərisindən isə 1 ədəd təmiz çəkisi 3,059 qramdan ibarət bükümlərdə olmaqla ümumilikdə təmiz çəkisi 7,622 qram tünd yaşıl rəngli, kəskin iyli, xırdalanmış bitki mənşəli kütlə, narkotik təbiətli çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar olunaraq götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ifadəsində 10 ildən artıq olar ki, Bakı şəhərində kirayə yaşadığını, orada taksi fəaliyyəti ilə məşğul olub maddi ehtiyaclarını qarşıladığını, narkotik vasitələrdən isə 1 ildən artıq olar ki, istifadə etməyə başladığını, hər zaman da marixuana narkotik vasitəsi əldə edib istifadə etdiyini, son zamanlarda Bakı şəhərində taksi fəaliyyəti ilə məşğul olub kirayədə yaşamaqla maddi ehtiyaclarını qarşılaya bilmədiyindən Naxçıvan Muxtar Respublikasına atasının evinə gəlib bir işlə məşğul olmaq qərarına gəldiyini, narkotik vasitələrdən də mütəmadi olaraq istifadə edən biri olmadığını, Naxçıvan Muxtar Respublikasına gəlmək üçün 17 fevral 2023cü il tarixinə 1-ci reysə bilet aldığını, bilet almamışdan təxminən bir neçə gün əvvəl isə Naxçıvan Muxtar Respublikasında narkotik vasitələri tapmağın çətin olduğunu bildiyindən Bakı şəhərində Zabrat qəsəbəsindən tanımadığı bir şəxsdən Naxçıvan Muxtar Respublikasına gətirmək üçün marixuana narkotik vasitəsi aldığını, həmin narkotik vasitəsini iki büküm halında əldə etdiyini, aldığı şəkildə də üzərindən götürüb istifadə etmədən bir bükümünü geyindiyi kurtkanın sol yan cibinə, digər bükümü isə geyindiyi sol ayaqqabının içərisinə qoyaraq Bakı Beynəlxalq Hava Limanından keçdiyini, 17 fevral 2024-cü il tarixdə saat 08 radələrində təyyarənin X20 Limanına eniş etdiyini, baqaj yükü olmadığından üzərində götürdüyü çanta ilə təyyarədən düşüb çıxışa tərəf gəlməyə başladığını, X20 Limanının daxilində 3 nəfər, ikisi polis formasında, biri mülki geyimli şəxsin ona yaxınlaşıb özlərini təqdim edib narkotik vasitələri daşımağına dair şübhəli olduğunu bildirib onu Naxçıvan Hava X5 inzibati binasına dəvət etdiklərini, orada hüquq və vəzifələri izah olunmaqla onu öz istəyi ilə dövlət hesabına müdafiəçi ilə təmin edərək şübhəli şəxs qismində tutduqdan sonra üzərinə videoçəkilişdən istifadə olunmaqla şəxsi axtarış aparıldığını, həmin vaxt ondan üzərində qanunla qadağan olunmuş hər hansı əşya və predmet olub-olmamasını soruşduqlarını, üzərində olan əşyalarla birlikdə Bakı şəhərindən əldə edərək Naxçıvan Muxtar Respublikasına gətirdiyi 2 ədəd bükümü əynində olan kurtkanın sol cibindən və sol ayaqqabının içərisindən çıxarıb təqdim etdiyini, polis əməkdaşlarına da həmin maddənin marixuana olduğunu, şəxsi istifadəsi üçün gətirdiyini bildirdiyini, sonra müvafiq sənədlər tərtib olunduğunu, həmin sənədləri imzaladığını, üzərindən aşkar olunan marixuana narkotik vasitəsini Bakı şəhərində tanımadığı şəxsdən aldığını, özü marixuana narkotik vasitəsi istifadə etdiyindən və taksi fəaliyyəti ilə məşğul olduğundan Bakı şəhərində Zabrat qəsəbəsində olarkən orada olan bir şəxsin hərəkətlərindən narkotik vasitə istifadəçisi olduğunu gördüyünü, ona yaxınlaşıb söhbət etdiyini, söhbət zamanı narkotik vasitə istifadə etdiyini bildiyini, ona marixuana narkotik vasitəsi verməsini istədiyini, həmin şəxs də ona üzərindən aşkar olunan marixuana narkotik vasitəsini verdiyini, sonradan həmin bükümləri üzərindən götürüb istifadə etmədən üzərində Naxçıvan Muxtar Respublikasına gətirdiyini, marixuana narkotik vasitəsini öz istifadəsi üçün gətirdiyini, ona qarşı polis orqanlarında hər hansı zor, fiziki güc tətbiq olunmadığını, lakin üzərində axtarış aparılarkə üzərindən götürüən marixuananı həmin vaxt tərəziyə qoyaraq çəkmədiklərini, ona görə də hazırda ittihamda göstərilən çəkinin ona görə artıq olduğunu, ancaq istintaq zamanı bununla bağlı heç bir etiraz və ya vəsatət vermədiyini, qeyd olunan sənədləri onun üçün oxuduqlarını, özünün də həmin sənədləri imzaladığını, Bakıdan aldığı marixuananın dəqiq çəkisinin nə qədər olduğunu bilmədiyini, həmin vaxt aldığı şəxsin ona neçə qram olduğunu demədiyini, özünün də bu barədə nə isə soruşmadığını, sadəcə olaraq zənnincə onun üzərində olan miqdarın ittiham aktında göstərilən qədər ola bilməyəcəyini düşündüyünü, törətdiyi əmələ görə peşman olduğunu bildirərək göstərdiklərini nəzərə alaraq onun barəsində qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 ifadəsində 17 fevral 2024-cü il tarixdə etimad doğuran, qərəzsiz mənbədən 1990-cı il təvəllüdlü, Naxçıvan şəhər sakini Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz istifadəsi ilə məşğul olması barədə məlumat daxil olduğunu, daxil olmuş məlumat əsasında Naxçıvan Hava X5 rəisinə raportla məruzə etdikdən sonra Naxçıvan Muxtar Respublikası DİN-in Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları ilə birlikdə əməliyyat qrupunun yaradılması barədə qərar qəbul edildiyini və əməliyyat qrupu yaradıldığını, Əməliyyat qrupunun üzvü olan Naxçıvan Muxtar Respublikası DİN-in Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları X25, X13 və Naxçıvan Hava X5 İTB-in polis nəfəri X14 ilə birlikdə Təqsirləndirilən şəxs 17 fevral 2024-cü il tarixdə saat 08:10 radələrində X20 Limanının daxilində saxlanıldığını, Təqsirləndirilən şəxs saxlanıldıqdan X36 X5 inzibati binasına gətirildiyini, şübhəli şəxs qismində tutulduqdan sonra müdafiəçisinin iştirakı ilə onun üzərində video çəkilişdən istifadə olunmaqla şəxsi axtarış aparılan zaman əynindəki kurtkanın sol yan cibindən 1 ədəd və geyindiyi sol ayaqqabının içərisindən isə 1 ədəd büküm olmaqla ümumilikdə 2 ədəd bükümdə tünd yaşıl rəngli, kəskin iyli, narkotik vasitəyə bənzər maddənin aşkar olunaraq götürüldüyünü, sonra müvafiq sənədlər tərtib olunduğunu və orada iştirak edən şəxslər tərəfindən imzalandığını, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş maddələrin marixuana narkotik vasitəsi olduğunu, özünə məxsus olduğunu, Bakı şəhərindən alaraq şəxsi istifadəsi üçün Naxçıvana gətirdiyini dediyini, həmin vaxt onun üzərindən çıxan narkotik vasitəyə bənzər maddənin heç bir müdaxilə olmadan zərfə qoyularaq möhürlənib bağlanaraq ekspertizaya göndərildiyini bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X13 ifadəsində Təqsirləndirilən şəxs 17 fevral 2024-cü il tarixdə saat 08:10 radələrində X20 Limanının daxilində saxlanıldığını, Təqsirləndirilən şəxs saxlanıldıqdan X36 X5 inzibati binasına gətirildiyini, şübhəli şəxs qismində tutulduqdan sonra müdafiəçisinin iştirakı ilə onun üzərində video çəkilişdən istifadə olunmaqla şəxsi axtarış aparılan zaman əynindəki kurtkanın sol yan cibindən 1 ədəd və geyindiyi sol ayaqqabının içərisindən isə 1 ədəd büküm olmaqla ümumilikdə 2 ədəd bükümdə tünd yaşıl rəngli, kəskin iyli, narkotik vasitə olan narkotik vasitəyə bənzər maddənin aşkar olunaraq götürüldüyünü,sonra müvafiq sənədlər tərtib olunduğunu və orada iştirak edən şəxslər tərəfindən imzalandığını, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş maddələrin marixuana narkotik vasitəsi olduğunu, özünə məxsus olduğunu, Bakı şəhərindən alaraq şəxsi istifadəsi üçün Naxçıvana gətirdiyini dediyini, həmin vaxt onun üzərindən çıxan narkotik vasitəyə bənzər maddə heç bir müdaxilə olmadan zərfə qoyularaq möhürlənib bağlanaraq ekspertizaya göndərildiyini bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X14 ifadəsində Təqsirləndirilən şəxs 17 fevral 2024-cü il tarixdə saat 08:10 radələrində X20 Limanının daxilində saxlanıldığını, Təqsirləndirilən şəxs saxlanıldıqdan X36 X5 inzibati binasına gətirildiyini, şübhəli şəxs qismində tutulduqdan sonra müdafiəçisinin iştirakı ilə onun üzərində video çəkilişdən istifadə olunmaqla şəxsi axtarış aparılan zaman əynindəki kurtkanın sol yan cibindən 1 ədəd və geyindiyi sol ayaqqabının içərisindən isə 1 ədəd büküm olmaqla ümumilikdə 2 ədəd bükümdə tünd yaşıl rəngli, kəskin iyli, narkotik vasitə olan narkotik vasitəyə bənzər maddənin aşkar olunaraq götürüldüyünü,sonra müvafiq sənədlər tərtib olunduğunu və orada iştirak edən şəxslər tərəfindən imzalandığını, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş maddələrin marixuana narkotik vasitəsi olduğunu, özünə məxsus olduğunu, Bakı şəhərindən alaraq şəxsi istifadəsi üçün Naxçıvana gətirdiyini dediyini, həmin vaxt onun üzərindən çıxan narkotik vasitəyə bənzər maddə heç bir müdaxilə olmadan zərfə qoyularaq möhürlənib bağlanaraq ekspertizaya göndərildiyini bildirdi. X8 xx.xx.2024-cü il tarixdə məhkəməyə teleqram göndərərək məhkəmə prosesində xidməti işi ilə əlaqədar olaraq iştirak edə bilməyəcəyini, verdiyi ifadəsini təsdiq etdiyini, məhkəmə iclasının iştirakı olmadan keçirilməsinə heç bir etirazı olmadığını bildirmişdir. İbtidai istintaq zamanı dindirilmiş və məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş X8 ifadəsində 17 fevral 2024-cü il tarixdə etimad doğuran, qərəzsiz mənbədən 1990-cı il təvəllüdlü, Naxçıvan şəhər sakini Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz istifadəsi ilə məşğul olması barədə məlumat daxil olduğunu, daxil olmuş məlumat əsasında Təqsirləndirilən şəxs 17 fevral 2024-cü il tarixdə saat 08:10 radələrində X20 Limanının daxilində saxlanıldığını, Təqsirləndirilən şəxs saxlanıldıqdan X36 X5 inzibati binasına gətirildiyini, şübhəli şəxs qismində tutulduqdan sonra müdafiəçisinin iştirakı ilə onun üzərində video çəkilişdən istifadə olunmaqla şəxsi axtarış aparılan zaman əynindəki kurtkanın sol yan cibindən 1 ədəd və geyindiyi sol ayaqqabının içərisindən isə 1 ədəd büküm olmaqla ümumilikdə 2 ədəd bükümdə tünd yaşıl rəngli, kəskin iyli, narkotik vasitə olan narkotik vasitəyə bənzər maddənin aşkar olunaraq götürüldüyünü,sonra müvafiq sənədlər tərtib olunduğunu və orada iştirak edən şəxslər tərəfindən imzalandığını, Təqsirləndirilən şəxs əvvəlcədən tanımadığını, aralarında hər hansı bir qohumluq münasibəti və yaxud ədavət olmadığını, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş maddələrin marixuana narkotik vasitəsi olduğunu, özünə məxsus olduğunu, Bakı şəhərindən alaraq şəxsi istifadəsi üçün Naxçıvana gətirdiyini dediyini bildirdi. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, istintaq hərəkətlərinin protokollarını da sübut növləri kimi qəbul edir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 18 fevral 2024-cü il tarixli cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ********* saylı cinayət işi başlanılaraq icraata qəbul edilmişdir. (cild İ, iş vərəq 1) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Naxçıvan HNPŞ-nin CAQnun əməliyyat müvəkkili polis mayoru X6 tərəfindən tərtib edilmiş 17 fevral 2024-cü il tarixli raportda qeyd olunmuşdur ki, etimad doğuran, qərəzsiz mənbədən xx.xx.1990-cı il tarixdə ünvan 2 ünvanında qeydiyyatda olan və Bakı şəhəri Sabunçu rayonunda müvəqqəti yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz istifadəsi ilə məşğul olması və Bakı- Naxçıvan reysi ilə gələn zaman ayaqqabısının içində və üzərində selofana bükülmüş halda narkotik vasitəni gətirməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. (cild İ, iş vərəq 2) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Naxçıvan HNPŞ-nin CAQnun əməliyyat müvəkkili polis mayoru X6 tərəfindən tərtib edilmiş 17 fevral 2024-cü il tarixli raportda qeyd olunmuşdur ki, 17 fevral 2024-cü ildə saat 08:10 radələrində X2 polis nəfəri, polis baş serjantı X14, Naxçıvan MR DİN-nin Narkotiklərlə Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili, polis mayoru X26 və Naxçıvan MR DİN-nin Narkotiklərlə Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili, polis mayoru X13 ilə birlikdə X20 Limanında tərəflərindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində xx.xx.1990-cı ildə Naxçıvan şəhər 36-cı məhəllə ev 196 da qeydiyyatda olan və Bakı şəhəri Sabunçu rayonunda yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin əldə edilməsində, saxlanılmasında və daşınmasında özünü şübhəli apardığı üçün X1rşısında saxlanılmış və X11 Polis Şöbəsinə gətirilmişdir. (cild İ, iş vərəq 7) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 17 fevral 2024-cü il tarixli müdafiəçinin dəvət edilməsi haqqında qərardan görünür ki, Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli bilinən Təqsirləndirilən şəxs keyfiyyətli hüquqi yardım almaq hüququnu təmin etmək məqsədi ilə Naxçıvan Muxtar Respublikası Vəkillər Kollegiyasının Vəkil Bürosundan pulsuz olaraq dövlət hesabına vəkil dəvət edilmişdir. (cild İ, iş vərəq 13-14) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 17 fevral 2024-cü il tarixli şübhəli şəxsin tutulması haqqında qərardan görünür ki, material üzrə xx.xx.1990-cı ildə Naxçıvan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta-təhsilli, deməsinə görə əvvəllər məhkum olunmamış, Naxçıvan şəhəri, 36-cı məhəllə ev 196 ünvanında qeydiyyatda olmaqla Bakı şəhəri, Sabunçu qəsəbəsində kirayə yaşayan Təqsirləndirilən şəxs 17 fevral 2024-cü il tarixdə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuş və azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, yəni 17 fevral 2024-cü il tarixdə saat 08:10-dan tutulmuş hesab edilmişdir. (cild İ, iş vərəq 19-20) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 17 fevral 2024-cü il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında qərardan görünür ki, Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində saxlanılmaqla polis orqanına gətirilmiş Təqsirləndirilən şəxs barəsində şəxsi axtarış və götürmə aparılması qərara alınmışdır. (cild İ, iş vərəq 29-30) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 17 fevral 2024-cü il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs əynində olan qara rəngli əl çantasından 1 ədəd Samsung markalı mobil telefon, 1 ədəd eynək, 1 ədəd adapter, 2 ədəd flaşkart, 1 ədəd içində sənədlər və bank kartı olan portmane, 1 ədəd pasport, hərbi bilet, əynindəki kurtkanın sol yan cibindən 1 (bir) ədəd şəffaf selofan bükülmüş içərisində yaşıl rəngli ot halında olan narkotik vasitəyə bənzər və sol ayaqqabısının içində 1 (bir) ədəd şəffaf selofan bükülmüş içərisində yaşıl rəngli ot halında olan narkotik vasitəyə bənzər maddələr aşkar edilərək götürülmüşdür. (cild İ, iş vərəq 31-32) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 17 fevral 2024-cü il tarixli məhkəmə-bioloji ekspertizasının təyin edilməsi haqqında qərardan görünür ki, material üzrə məhkəmə-bioloji ekspertizası təyin edilmiş və ekspertizanın keçirilməsi Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinə tapşırılmışdır. (cild İ, iş vərəq 33) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 18 fevral 2024-cü il tarixli 203 nömrəli rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilən üzərində “Təqsirləndirilən şəxs üzərində aşkar edilmiş 2 (iki) büküm narkotik vasitə...” yazıları, ad, soyad və imzalar (6 imza) olan və üzərində “Azərbaycan Respubukası DİN Naxçıvan MR DİN X11 X32 üçün” mətni olan dairəvi ştamp əksi ilə 4 yerdən nişanlanmış 01 ədəd kağız zərfin içərisindəki 02 ədəd şəffaf sellofan kəsiyi bükümündə ayrı-ayrılıqda təmiz çəkiləri - 4,563 qram və - 3,059 qram, ümumi təmiz çəkisi - 7,622 qram olan tünd-yaşıl rəngli, kəskin iyli, xırdalanmış bitki mənşəli kütlə, narkotik təbiətli çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. (cild İ, iş vərəq 43-45) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 18 fevral 2024-cü il tarixli cinayət işinin istintaq aidiyyatı üzrə göndərilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə başlanmış ********* saylı cinayət işi üzrə istintaqı aparılması üçün aidiyyəti üzrə Naxçıvan MR DİN-nin İstintaq və Təhqiqat İdarəsinə göndərilmişdir. (cild İ, iş vərəq 47) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 18 fevral 2024-cü il tarixli cinayət işini icraata götürmə haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi icraata qəbul edilmiş və ibtidai istintaqı aparılması qərara alınmışdır. (cild İ, iş vərəq 51) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 18 fevral 2024-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nın 234.1 -ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ona həmin maddodə nəzərdə tutulan ittiham elan edilmişdir. (cild İ, iş vərəq 52-53) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 18 fevral 2024-cü il tarixli polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsinə dair qərardan görünür ki, ********* nömrəli cinayət ışı üzrə Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. (cild İ, iş vərəq 64-66) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 21 fevral 2024-cü il tarixli məhkəmə narkoloji ekspertizasının təyin edilməsi haqqında qərardan görünür ki, ********* saylı cinayət işi üzrə məhkəmə-narkoloji ekspertizası təyin edilmiş və ekspertizanın aparılması Naxçıvan Muxtar Respublikası Psixi-Xəstəliklər Dispanserinin ekspert-həkimlərinə həvalə edilmişdir. (cild İ, iş vərəq 71-72) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Y.Budaqov adına Naxçıvan MR X9 tərəfindən verilmiş 23 fevral 2024-cü il tarixli, 65 saylı ambulator məcburi narkoloji ekspertizasının rəyində qeyd olunmuşdur ki, Təqsirləndirilən şəxs narkotik maddə istifadəçisidir. Təqsirləndirilən şəxs kannabinoid narkomaniyasından əziyyət çəkir və məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə sidikdə narkotest vasitəsilə yoxlanılmış və MOP müsbət olmuşdur. (cild İ, iş vərəq 93-95) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 21 fevral 2024-cü il tarixli məhkəmə psixiatrik ekspertizasının təyin edilməsi haqqında qərardan görünür ki, cinayət işi üzrə məhkəmə psixiatrik ekspertizası təyin edilmiş və ekspertizanın aparılması Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi X9nin həkim ekspertlərinə tapşırılmışdır. (cild İ, iş vərəq 74-75) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Y.Budaqov adına Naxçıvan MR X9 tərəfindən verilmiş 23 fevral 2024-cü il tarixli, 66 saylı ambulator məcburi psixiatrik ekspertizasının rəyində qeyd olunmuşdur ki, Təqsirləndirilən şəxs hər hansı psixi xəstəlik yoxdur, o anlaqlıdır, onun anlaqlılığı istisna etməyən psixi pozuntusu yoxdur. Təqsirləndirilən şəxs cinayət əməlini törədən zaman öz əməlinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və idarə etmək qabiliyyətində olmuşdur. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. (cild İ, iş vərəq 90-92) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 04 mart 2024-cü il tarixli maddi sübutun tanınması və saxlanca qəbul edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs şəxsi axtarış və götürmə zamanı üzərindən aşkar olunaraq götürülmüş kağız zərfin içərisindəki 02 ədəd şəffaf sellofan kəsiyi bükümündə ayrı-ayrılıqda təmiz çəkiləri 4,563 qram və 3,059 qram, ümumi təmiz çəkisi 7,622 qram olan qurudulmuş marixuana narkotik vasitəsi cinayətin predmeti olduğundan maddi sübut kimi tanınmış, ekspertiza tədqiqatına sərf olunan hissə çıxılmaqla qalmış müvafiq olaraq 7,582 qram marixuana narkotik vasitəsi məhkəmənin yekun qərarına və ya hökmünə kimi Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin maddi sübutların saxlanc otağında saxlanca verilmişdir. (cild İ, iş vərəq 101-102) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 04 mart 2024-cü il tarixli qəbzdən görünür ki, Təqsirləndirilən şəxs 17 fevral 2024-cü il tarixdə şübhəli şəxs qismində X11 Polis Şöbəsində tutulduqdan sonra üzərinə aparılmış şəxsi yoxlama zamanı üzərindən aşkar olunaraq götürülmüş əşyalardan 1 ədəd eynək, 1 ədəd şarj cihazı, 2 ədəd flaşkart, 1 ədəd içərisində bank kartımın olduğu portmane, 1 ədəd xarici pasport 1 ədəd hərbi bilet və 1 ədəd Galaxy A70" markalı mobil telefon ona təhvil verilmişdir. (cild İ, iş vərəq 103) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Naxçıvan Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 5(078)-63/2024 nömrəli qərarından görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs istifadəsində olmuş +**********50 mobil nömrəsi ilə 01 yanvar 2024-cü il tarixdən 17 fevral 2024-cü il tarixədək olan müddət ərzində aparılan telefon danışıqlarının, sms yazışmalarının və anten əhatə dairəsi məlumatlarının "xxxx" MMCdən götürülməsi üçün məcburi istintaq hərəkətlərinin həyata keçirilməsi və qərarın icrasının "xxxx" MMC mobil rabitə operatoruna həvalə edilməsi qərara alınmışdır. (cild İ, iş vərəq 122- 123) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Naxçıvan Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 5(078)-62/2024 nömrəli qərarından qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs istifadəsində olmuş +**********85 mobil nömrəsinə 01 yanvar 2024-cü il tarixdən 17 fevral 2024-cü il tarixədək olan müddət ərzində daxil olan və çıxan zənglərin, smslərin (mətnləri göstərilməklə) siyahıları və göstərilən tarixlər üçün həmin nömrənin anten məlumatlarının “Bakcell MMC” mobil rabitə operatorundan götürülməsi və qərarın icrasının “Bakcell MMC” mobil rabitə operatoruna həvalə edilməsi qərara alınmışdır. (cild İ, iş vərəq 125-127) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 04 may 2024-cü il tarixli telefon danışıqlarına baxış keçirilməsi haqqında protokoldan görünür ki, "xxxx" MMC-dən 03 may 2024-cü il tarixdə daxil olmuş Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil nömrəsinə aid telefon danışıqlarına dair məlumatların əlavə edildiyi bir ədəd CD-yə baxış keçirilmiş və qeyd olunan CD-yə baxış zamanı ***-***-**-** mobil nömrəsinin sahibi Təqsirləndirilən şəxs əlaqə saxladığı şəxslərlə arasında olan telefon danışıqlarında cinayət işi üzrə istintaq əhəmiyyəti kəsb edən hər hansı məlumat əldə olunmamışdır. (cild İ, iş vərəq 139) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 08 may 2024-cü il tarixli telefon danışıqlarına baxış keçirilməsi haqqında protokoldan görünür ki, "xxxx" MMC-dən 08 may 2024-cü il tarixdə daxil olmuş Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil nömrəsinə aid telefon danışıqlarına dair məlumatların əlavə edildiyi bir ədəd CD-yə baxış keçirilmiş və qeyd olunan CD-yə baxış zamanı ***-***-**-** mobil nömrəsinin sahibi Təqsirləndirilən şəxs əlaqə saxladığı şəxslərlə arasında olan telefon danışıqlarında cinayət işi üzrə istintaq əhəmiyyəti kəsb edən hər hansı məlumat əldə olunmamışdır. (cild İ, iş vərəq 141) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 08 may 2024-cü il tarixli cinayət işinin materiallarından ayrıca icraata material ayrılması haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işindən material ayrılaraq araşdırılıb hüquqi qiymət verilməsi üçün aidiyyəti üzrə X11 Polis Şöbəsinə göndərilməsi qərara alınmışdır. (cild İ, iş vərəq 151-152) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin 26 fevral 2024-cü il tarixli 3-13-43/2-2880/2024 nömrəli məktubu ilə göndərilmiş tələbnamədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətdiyinə görə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə barəsində 01 il müddətində islah işləri növündə cəza təyin edildiyi, AR Milli Məclisinin xx.xx.2016-cı il tarixli amnistiya qərarının 1.5-ci bəndinə əsasən cəzanın qalan hissəsindən azas edildiyi qeyd olunmuşdur. (cild İ, iş vərəq 83- 84) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilən Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısının 3 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəlik tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 805 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Naxçıvan şəhəri, 36-cı məhəllə, ev 196 ünvanında qeydiyyatdadır. (cild İ, iş vərəq 114) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilən Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısının 3 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəlik tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 804 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs atası X17, anası X4, qardaşı X18, qardaşı X15, qardaşı X19 və bacısı X7 adlı ailə üzvləri var. (cild İ, iş vərəq 115) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilən Naxçıvan Şəhər İcra Hakimiyyəti 3 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəlik tərəfindən xx.xx.2024cü il tarixdə verilmiş xasiyyətnamədə Təqsirləndirilən şəxs ünvan 5 ünvanda yaşadığı müddətdə özünü məhəllədə yaxşı apardığı, məhəllənin ictimai işlərində yaxından iştirak etdiyi, həmin ünvanda yaşadığı dövr ərzində onun barəsində Naxçıvan şəhər İcra Hakimiyyəti başçısının 3 № li sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə heç bir şikayət daxil olmadığı qeyd edilmişdir. (cild İ, iş vərəq 116) İş üçün əhəmiyyətli olduğundan 04 mart 2024-cü il tarixli video-görüntülərin köçürüldüyü DVD-yə Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə məhkəmə istintaqı zamanı baxış keçirilmiş və baxış zamanı DVD-də qeydə alınmış videogörüntünün 9 dəqiqə 8 saniyə olduğu müəyyən edildi və məlum oldu ki, şəxsi axtarış video çəkilişlə iştirak edən şəxslər barəsində məlumat verildikdən sonra Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunmaqla başlayır. X36 X5 Təhqiqat qrupunun təhqiqatçısı Vətən Qələndərəv tərəfindən Təqsirləndirilən şəxs üzərində olan əşyaları təqdim etməsi xahiş olunur. Təqsirləndirilən şəxs üzərində olan çantasını verərək içərisində olan əşyaları təqdim edir. X30 Təqsirləndirilən şəxs üzərində qanunla dövriyyəsi qadağan olunmuş əşya və ya predmet varsa təqdim etməsini bildirir. Təqsirləndirilən şəxs çəkilişin 3-cü dəqiqə 5-ci saniyyəsində əynindəki kurtkanın sol yan cibindən 1 ədəd bükümü və çəkilişin 3-cü dəqiqə 14-cü saniyyəsində geyindiyi sol ayaqqabının içərisindən isə 1 ədəd bükümü çıxarıb təqdim edir. Sonra Təqsirləndirilən şəxs üzəri yoxlanılır. Üzərində başqa qanunla dövriyyəsi qadağan olunmuş əşya və predmet aşkar olunmur. X30 Təqsirləndirilən şəxs təqdim etdiyi 2 ədəd bükümün nə olduğunu soruşur. Təqsirləndirilən şəxs bükümlərin marixuna narkotik vasitəsi olduğunu, Bakı şəhərində tanımadığı bir şəxsdən əldə etdiyini, şəxsi istifadəsi üçün aldığını bildirir. Təqsirləndirilən şəxs təqdim etdiyi 2 ədəd bükümdə narkotik vasitəyə bənzər maddələr qablaşdırılaraq, möhürlənməklə və imzalanmaqla götürülür. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən- hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən- hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “X12 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmək, həmin sübutları mübahisələndirmək imkanına malik olmuşdur. Təqsirləndirilən şəxsin əleyhinə olan sübutlara etiraz etmək və onları mübahisələndirmək üçün məhkəmə prosesində ona imkan yaradılmışdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olubolmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikası cinayət-prosessual qanunvericiliyi müəyyən edir (Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 1.1-ci maddəsi). Hər hansı məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız Cinayət-Prosessual Məcəlləsində (bundan sonra - CPM) göstərilən məsələlər hakim tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin həmin məsələlərin dairəsini müəyyənləşdirən 346.1-ci maddəsinə görə müzakirə edilməsi mütləq olan məsələlərdən biri də təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittiham elan edildiyi cinayətin əlamətlərinə uyğun olub-olmamasıdır. Məhkəmə hökmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmin şəxsin gələcək taleyini həll etdiyi üçün prosessual qanunvericilik onunla bağlı konkret tələblər irəli sürür. Cinayət-prosessual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 349.3., 349.4., 349.5-ci maddələri). Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Cinayət işinin materiallarına əlavə edilmiş 17 fevral 2024-cü il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 17 fevral 2024-cü il tarixdə X20 Limanında saxlanılaraq X20 Limanına gətirilmişdir. Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində narkotik vasitələrin qanunla dövriyyəsi qadağan edilmiş yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və ya sənədlərin olmasını ehtimal etməyə kifayət qədər əsaslar olduğundan şəxsi axtarış və götürmə aparılması haqqında qərara əsasən Naxçıvan MR DİN-in inzibati binasında video çəkilişdən istifadə edilməklə şəxsi axtarış və götürmə aparılmışdır. Şəxsi axtarış aparılan zaman onun əynində olan qara rəngli əl çantasından 1 ədəd Samsung markalı mobil telefon, 1 ədəd eynək, 1 ədəd adapter, 2 ədəd flaşkart, 1 ədəd içində sənədlər və bank kartı olan portmane, 1 ədəd pasport, hərbi bilet, əynindəki kurtkanın sol yan cibindən 1 (bir) ədəd şəffaf selofan bükülmüş içərisində yaşıl rəngli ot halında olan narkotik vasitəyə bənzər və sol ayaqqabısının içində 1 (bir) ədəd şəffaf selofan bükülmüş içərisində yaşıl rəngli ot halında olan narkotik vasitəyə bənzər maddələr aşkar edilərək götürülmüşdür. Şəxsi axtarış və götürmə prosesinin əks olunduğu videoçəkiliş protokola əlavə olunmuşdur. CPM-nin 246.2.1-ci maddəsinə əsasən məhkəmənin qərarı olmadan şəxsi axtarış şübhəli şəxs tutulduqda və polis və ya digər hüquq-mühafizə orqanına gətirildikdə aparıla bilər. Məhkəmə CPM-nin 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinə uyğun olaraq şəxsi axtarışın nəticəsinin sübut kimi qəbul ediləbilənliyi məzələsini müzakirə edərək belə nəticəyə gəlir ki, cinayət işinin materiallarına əlavə edilmiş şübhəli şəxsin tutulması haqqında protokoldan şəxsin azadlığının şübhəli şəxsin tutulması haqqında qərara əsasən faktiki olaraq xx.xx.2024-cü il tarixdə saat 08:10-da məhdudaşdırıldığı, şəxsi axtarış və götürmənin isə həmin tarixdə saat 09:35-də həyata keçirildiyi müəyyən olunur. Belə olan halda şəxsi axtarış və götürmə haqqında protokol mümkün və mötəbər sübut hesab edilə və ittihamın həllində nəzərə alına bilər. Təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq məhkəmə hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Beləliklə məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs ittihamda qeyd olunan əməli törətməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 28 iyun 2005-ci il tarixli, 960-İİQ saylı Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya tələb olunan prekursorların İ siyahısının 146-cı bəndinə görə marixuana Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitədir. 28 iyun 2005-ci il tarixli, 961-İİQ saylı Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahıları”nın narkotik vasitələr üzrə İ siyahısının 109.1-ci bəndinə görə qurudulmuş marixuana xeyli miqdar (təmiz halda qramlarla) daxil olmaqla, aşağı həddi 5 qram təşkil edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 nömrəli qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Göstərilən maddənin məzmunundan göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. Sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş olsun, bununla sosial balans pozulmuş olsun və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə təqsirləndirilən şəxsin əməlindən peşman olmasını cəzanı yüngülləşdirici hal kimi nəzərə alır. Məhkəmə, qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilən zaman CM-in 58 və 59cu maddələrinin tələbləri nəzərə alınmalıdır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində qeyd edilən cəzanı ağırlaşdıran halların olmaması müəyyən edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 234.1-ci maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Məhkəmə törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini, təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzası təyin olunduğu təqdirdə təmin edilə bilər və ona bu cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Məhkəmə yuxarıda qeyd olunan halları nəzərə alaraq hesab edir ki, azadlığın məhdudlaşdırılması cəzasının müddəti 2 (iki) il müəyyən edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Qeyd olunan qanunvericilik normalarına əsasən məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyini zamanı Təqsirləndirilən şəxs 17 fevral 2024-cü il saat 08:10-dan, 18 fevral 2024-cü il saat 16:00-dək şübhəli şəxs qismində saxlanıldığı müddət yəni 2 (iki) gün müddətin (24 saatdan artıq saxlanılması nəzərə alınaraq 2 gün hesablanmaqla) 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər hesablanmaqla, cəmi 04 (dörd) gün müddət ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq, onun üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsində azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxsin yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməli olması müəyyən edilmişdir. Məhkəmə, CM-in 52-1-ci maddəsinin tələblərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə daimi yaşayış yeri olan Naxçıvan şəhəri, 36-cı məhəllə, ev 196 ünvanında yerləşən fərdi yaşayış evini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Naxçıvan Muxtar Respublikası ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin: -15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir; 15-1.1-ci maddəsinin tələbinə görə probasiya nəzarəti – azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzalara məhkum edilmiş, şərti məhkum edilmiş, cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş və ya cəza çəkməsi təxirə salınmış məhkumların, habelə bu Məcəllənin 15-1.2.3-cü maddəsində nəzərdə tutulmuş digər şəxslərin üzərinə qanunla və məhkəmə qərarı ilə qoyulmuş vəzifələrin yerinə yetirilməsinə nəzarət edilməsinə, məhkumların islah edilməsi, sosial adaptasiya və reabilitasiyasına yönəlmiş kompleks sosialhüquqi xarakterli tədbirlər sistemindən ibarətdir; -15-1.2 və 15-1.2.1-ci maddələrinin mahiyyətinə görə cərimə, nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə, müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə, ictimai işlər, islah işləri, azadlığın məhdudlaşdırılması növündə cəzalara məhkum edilmiş şəxslər barəsində probasiya nəzarəti tətbiq edilir; -15-2.3-cü maddəsi ilə müəyyən edilir ki, elektron nəzarət vasitələri tətbiq edilmiş məhkumun müəyyən edilmiş vəzifələri yerinə yetirməsinə nəzarət icra məmurları tərəfindən həyata keçirilir; -51-2.1-ci maddəsinin tələbinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Yuxarıda qeyd edilənlərə əsaslanmaqla məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlığın məhdudlaşdırılması növündə cəzanı yaşayış yeri üzrə çəkməli, cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, onun üzərində qoyulmuş vəzifələrin həyata keçirilməsinə nəzarət Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Naxçıvan şəhər İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 353.4.12-ci maddəsinə görə, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində hökm qanuni qüvvəyə minənədək məhkumun barəsində seçilmiş qətimkan tədbirinin həlli göstərilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 175.5-ci maddəsinə əsasən müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. Qeyd edilən prosessual hüquq normalarının tələbləri baxımından məhkəmə bildirir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri onun barəsində hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1 və 132.1.4-cü maddələrinin tələbinə görə mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Məhkəmə belə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınan və Naxçıvan MR Daxili İşlər Nazirliyinin maddi sübutların saxlanc otağında saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış 7,582 qram olan marixuana narkotik vasitəsi məhv edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1 və 197.1.4-cü maddələrinə əsasən 197.1.4. mütəxəssisə, ekspertə ödənilməli haqlar və tərcüməçiyə ödəniş haqqı kimi verilməli olan məbləğ məhkəmə məsrəflərinə aiddir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən Bu Məcəllənin 197.1.1, 197.1.2, 197.1.4, 197.1.5-1, 197.1.5-2, 197.1.6—197.1.9cu maddələrində sadalanan məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. Məhkəmə belə nəticəyə gəlir ki, iş üzrə məhkəmə məsrəfləri olan ekspertiza tədqiqatının dəyəri olan 90.40 (doxsan manat qırx qəpik) manat pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001ci il tarixli, 31 nömrəli qərarına əsasən göstərilmiş hüquqi xidmətlərə görə müdafiəçiyə hər iş saatı üçün 6 (altı) manat miqdarında haqq ödənilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.5-ci maddəsinin tələbinə görə həmin Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Qeyd olunanlara əsasən məhkəmə müdafiəçi tərəfindən məhkəməyə təqdim edilmiş hesabatı nəzərdən keçirərək belə əticəyə gəlir ki, təqsirləndirilən şəxsə göstərilmiş hüquqi xidmətə görə Naxçıvan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 50 (əlli) iş saatına görə 300 (üç yüz) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsindən müdafiəçiyə ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli olan əmlakı məhkəmə tərəfindən müəyyən edilməmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 17 fevral 2024-cü il saat 08:10-dan 18 fevral 2024-cü il saat 16:00-dək şübhəli şəxs qismində saxlanıldığı müddət yəni 2 (iki) gün müddətin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər hesablanmaqla, cəmi 04 (dörd) gün müddət ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq, onun üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə daimi yaşayış yeri olan Naxçıvan şəhəri, 36-cı məhəllə, ev 196 ünvanında yerləşən fərdi yaşayış evini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Naxçıvan Muxtar Respublikası ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzanın icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Naxçıvan şəhər İcra və Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs çəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Cinayət işi üzrə maddi sübut olan Naxçıvan MR Daxili İşlər Nazirliyinin maddi sübutların saxlanc otağında saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış 7,582 qram olan marixuana narkotik vasitəsi məhv edilsin. Ekspertiza tədqiqatının dəyəri olan 90.40 (doxsan manat qırx qəpik) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN 020003621, Hesab: AZ21NABZ********************, Müxbir hesab: AZ88NABZ**********00********) köçürülsün. Naxçıvan Şəhər Vəkil Bürosunun müdiri Müdafiəçi Təqsirləndirilən şəxs dövlət hesabına göstərdiyi pulsuz hüquqi yardıma görə 300 (üç yüz) manat məbləğində haqq Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Müdafiəçi ödənilsin. İş üzrə mülki iddianın olmadığı nəzərə alınsın. Hökmdən elan olunduğu gündən 20 (iyirmi) gün müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Gülsüm Əliyeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar