Məhkəmə qərarları › İş №1(078)-4/2022

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Hökm — İş №1(078)-4/2022

05.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Naxçıvan şəhəri İş № 1(078)-4/2022 05.11.2022 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Saat 15:00 Dövlət ittihamçısı Naxçıvan Muxtar Respublikası Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş hüquqi şəxs"Cahan Holdinq" Kommersiya İttifaqı "Alış-Veriş Mərkəzi” MMC-nin nümayəndəsi X1, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Naxçıvan Şəhər Hüquq Məsləhətxanasının vəkili X2 iştirakları ilə, xx.xx.1994-cü ildə Babək rayonu Çalxanqala kəndində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, evli, 2 uşaq atası, orta ixtisas təhsilli, müvəqqəti işsiz, əvvəllər məhkum olunmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2an, barəsində 19 iyul 2022-ci il tarixdə polisin nəzarət altına vermə qətimkan tədbiri seçilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 03 avqust 2020-ci il tarixdən "Cahan Holdinq" Kommersiya İttifaqı "xxxx" MMC-nin elektronika mağazasında satıcı kimi işə düzəldikdən sonra 2021-ci ilin iyun ayından başlayaraq 2022-ci ilin aprel ayına qədər olan müddətlərdə, "xxxx" MMC-də iş yoldaşı X8 cavabdehliyində olan mobil telefonların satış bölməsindəki dolabdan qəsdən tamah məqsədi ilə qeyd edilən müddətdə orta bazar pərakəndə satış qiymətləri bir ədəd 2650 manat dəyərində olan İphone 12 Pro 128 GB Black/A2408 markalı mobil telefonu, bundan başqa təkrarən ayrı-ayrı günlərdə bir ədəd 1750 manat dəyərində İphone 12 mini 06.08.C.000065/ELK-21.00020 markalı mobil telefonu, bir ədəd 1960 manat dəyərində Samsung S21 Ultra 06.08.C.000056 markalı mobil telefonu, bir ədəd 2240 manat dəyərində İphone 12 Pro 128 GB markalı mobil telefonu, bir ədəd 1640 manat dəyərində Samsung S21 8/256 GB markalı mobil telefonu, bir ədəd 1460 manat dəyərində Samsung S21 8/128 GB markalı mobil telefonu, bir ədəd 1870 manat dəyərində İphone 12 128 GB markalı mobil telefonu və bir ədəd 1450 manat dəyərində Samsung Tab S7 06.08.C.000051 markalı planşet olmaqla ümumilikdə 7 (yeddi) ədəd mobil telefon və 1 (bir) ədəd planşeti gizli yolla talayaraq ümumilikdə "Cahan Holdinq" Kommersiya İttifaqı "xxxx" MMC-yə 15020 (on beş min iyirmi) manat məbləğində maddi ziyan vurmuşdur. Təqsirləndirilən şəxs istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci və 177.2.4-cü maddələri ilə ittiham elan edilmişdir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM) 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə protokollarını və digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci və 177.2.4-cü maddələri ilə tövsif olunmuşdur. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ifadəsində qeyd edilən cinayət əməlini törətməkdə özünü təqsirli bilərək göstərmişdir ki, ünvan 3 ünvanında qeydiyyatda olmaqla ünvan 4 məxsus evdə anası, qardaşı və bacısı ilə birlikdə yaşayır. 2016-cı ildə X4 ilə ailə həyatı qurmuş və həmin nikahdan bir qız, bir oğlan övladı var. 2014-2020-ci illər arasında X6 Ordusunda gizir rütbəsində, aylıq əmək haqqı ümumilikdə 700 manat olmaqla işləmişdir. 2020-ci ilin iyul ayında hərbidə nizamnamə qaydalarını pozduğuna görə ordu sıralarından azad olunmuşdur. Hərbidə işlədiyi dövrdə "xxxx" ASC və "xxxx" ASC-dən adına 15000 manat məbləğində kredit götürmüşdür. 2020-ci ilin avqust ayından "xxxx" MMC elektronika mağazasında satıcı kimi işə başlamış və həmin mağazada mobil telefon, televizor, kompyuter, fotoaparat, idman malları, soyuducu, soba və digər məişət avadanlıqlarının satışı vardır. Mağazada səs sistemləri, kompyuter və kompyuter aksesuarlarının satışı bölməsində satıcı kimi işləyirdi. İşə başlayanda 250 manat kart vasitəsilə, 50 manat əlavə ödəniş, satışdan asılı olaraq isə ayda 180-200 manat miqdarında faiz alırdı, ümumilikdə aylıq maaşı 480-500 manat məbləğində olurdu. 2021-ci ilin mart ayında işlədiyi mağazada müdiriyyət dəyişildikdən sonra maaşı azaldı, həmin vaxtdan 300 manat əmək haqqı almağa başladı. Bu məbləğ kreditini ödəməyə kifayət etmədi və məhkəmə tərəfindən banklara borclu olduğu pulu ödəməyi üçün yaşadığı ünvana bildirişlər göndərildiyindən işlədiyi mağazadan oğurluq etmək qərarına gəlmişdir. Pulu ödəyə bilmədiyi üçün təxminən 2021-ci ilin iyun ayından işlədiyi mağazadan iş yoldaşı Həsənov İlhamın cavabdehliyində olan mobil telefonların satış bölməsində olan dolabın içərisindən müxtəlif vaxtlarda, müxtəlif markalı mobil telefonlar oğurlayaraq ilk dəfə götürüdüyü telefonu İnstagram sosial şəbəkəsində Naxçıvan elanları səhifəsində satışa qoymuşdur. Həmin vaxt mağazadan “İphone 12” markalı mobil telefonu oğurlamışdır. Nahid adlı şəxs ona zəng vurmuş və görüşüb telefonu ona satmışdır. Sonradan oğurladığı telefonları artıq elanlar səhifəsinə qoymamış və ayrı-ayrı vaxtlarda və ünvanlarda Nahidə satmışdır. “İphone 12” markalı bir ədəd mobil telefonu Nahidə 1200 manata satmışdır. Bundan sonra mağazadan götürdüyü daha 5 ədəd “İphone 12” markalı telefonları ümumilikdə 6 ədəd telefonu təxminən iyunavqust ayından başlayaraq Nahidə telefon mağazasında sataraq pulunu almışdır. Telefonların hər birini təxminən 1000-1200 manat aralığındakı qiymətə satmış, həmin telefonların satış qiyməti mağazada 2100 manatdan çox olmuşdur. Bankdan dayanmadan mesajlar gəldiyinə görə təcili pul lazım olduğundan həmin telefonları dəyərindən aşağıucuz qiymətə satmışdır. 2022-ci ilin yanvar ayında bir ədəd “Samsung S21” markalı telefonu şəhərdə “Sev-al” ətriyyat mağazası ilə üzbəüz telefon satış mağazasına 1100 manata satmışdır. Aprel ayında bir ədəd “Samsung Tab S7” markalı planşeti 800 manata Bakı şəhərində internet vasitəsi ilə tanımadığı şəxsə satmışdır. Həmin malların satış qiyməti isə ümumilikdə təxminən 14000 manat dəyərində olmuşdur. Əldə etdiyi pulların əsas hissəsini banklara ödəmiş, qalan hissəsini isə şəxsi təlabatı üçün xərcləmişdir. Hazırda "xxxx" ASC-nə 7941 manat və "xxxx" ASC-nə 2300 manat borcu vardır. Təxminən bu ilin may ayının əvəllərində onlara satışda olan telefonların sayılması tapşırılmış, sayımdan sonra mağazada olan mobil telefonların sayında kəsir olması aşkar olunmuşdur. Bununla bağlı mağaza müdiri Hüseyn İbrahimlinin işçilərin iştirakı ilə iclas keçirmiş və oğurluğun kim tərəfindən edildiyi onlardan soruşmuş, iclasdan sonra müdirə yaxınlaşaraq oğurluğu özünün etdiyini könüllü olaraq etiraf etmişdir. “AVM“ MMC elektronika mağazasında satıcı olaraq vəzifəsi malları müştəriyə təqdim etmək, mal haqqında məlumat vermək və mağaza müdiriyyətinin digər tapşırıq və göstərişlərini icra etməkdən ibarət olmuşdur. Mağazada satıcı olmağına baxmayaraq həm də mağaza tərəfindən satılmış kompyuterlərin çatdırılmasına, quraşdırılmasına və alıcı tərəfindən qaytarılmış nasaz avadanlıqların təmiri də ona tapşırılmışdır. Mağazaya işçilərin girişinin üz və barmaq izi aparatlarına tanıtmaqla, çıxışının isə təhlükəsizlik işçiləri tərəfindən yoxlanılmaqla aparılır. İşə saat 09:00-da girib saat 18:00-da çıxırdılar. İşlədiyi mağazada müdiriyyət dəyişildikdən, əmək haqqı 300 manat olduqdan sonra və "xxxx" ASC və "xxxx" ASC-dən götürdüyü kreditləri ödəyə bilmədiyi üçün 2021-ci ilin iyun ayından işlədiyi mağazadan oğurluq etmək qərarına gəlmiş, oğurladığı telefonlar və planşet iş yoldaşı İlham Həsənovun cavabdehliyində olmuş, oğurladığı telefonları və planşeti üzərinə paltar və kağız qoyub gizlədərək heç kimin görmədiyi şəraitdə götürmüş, işçilərdən birinin onun mağazadan nəsə götürdüyünü gördükdə belə oğurluq etməsini düşünməyəcəklərini yəqin etmişdir. Heç vaxt nümayiş edilən vitrindən oğurluq etməmiş, çünki vitrindən oğurluq etsə, tez gözə çarpacağı və oğurluq etdiyinin bilinəcəyini düşünmüş, bunun üçün də oğurladığı malları oğurluq etdiyinin bilinməməsi üçün qapalı yer olan dolabdan götürmüşdür. Mağazadan satılan hər bir mal kassaya vurulduqdan sonra qəbz verilidi ki, 14 gün müddətində hər hansı problem olarsa geri qaytarıla bilsin. Hər bir satıcı mağazada olan bütün malların satışını həyata keçirə bilirdi. Mağazadan oğurladığı malları satmaq üçün əvvəlcədən heç kimlə razılaşmamış, oğurladıqdan sonra internetdən müştəri taparaq satmış, Nahidə, həm də Özbək kimi tanınan Samir adlı şəxsə həmin telefonları satarkən, onlar telefonları haradan əldə etməyini soruşduqlarında həmin mobil telefonları Bakı şəhərindən və Türkiyə Respublikasından göndərdiklərini demişdir. Telefonların satışını həyata keçirən zaman şəxsiyyət vəsiqəsi tələb edildiyini, vəsiqənin surətinə telefonun satıldığı tarix və İMEİ kodu yazılmaqla imza etmiş, bundan sonra telefonu verərək pulu nağd şəkildə almışdır. Oğurluğu tək etmiş, bundan kimsənin xəbəri olmamışdır. Oğurluq əməlini törədərkən kimsə ona kömək etməmiş, bu barədə heç kimin xəbəri olmamışdır. Bu əməli törətməklə oğurluq etməsini dərk etmişdir. Mağazada satışda olan malları mağazadan çıxarmaq, satmaq və şəxsi maraqları üçün istifadə etmək səlahiyyəti olmamış, yalnızca quraşdırma və təmir işi üçün mağazadan çıxan zaman satışda olan mallardan, iş üçün lazım olan kabel, bolt və.s kimi şeyləri götürə bilərdi. Quraşdırma və təmir işlərinə yalnızca özü baxmış, taladığı mallar barəsində heç bir mülkiyyət hüququ olmamışdır. Mağazadakı mallara maddi-məsul şəxs mağazanın müdiri olmuş, mağazadakı həmin əşyalar onlara hər hansı aktla və ya rəsmi sənədlə təhvil verilməmiş, yalnız müdiriyyət tərəfindən həmin malları şifahi şəkildə müştərilərə satmaq üçün verilmişdir. "xxxx" MMC elektronika mağazasındakı səs sistemləri, kompyuter və kompyuter aksesuarları bölməsindəki malları anbardar olmadığı vaxtlarda yarısı anbara verilmiş, malların yarısı isə mağazaya aparılmışdır. Anbardar təyin ediləndən sonra mallar anbardan çıxarıldıqda anbardarın öz dəftərində qeydiyyat aparılmış, imza edərək malları anbardardan təhvil almışlar. Ehtiyacı olmadığından əvvəllər heç bir yerdən oğurluq etməmişdir. Xatırlamadığı üçün telefonların markasında yanlışlıq ola bilər. Nahidə satdığı 6 ədəd mobil telefonlardan ikisi Samsung S21 markalı, dördü isə İphone 12 markalı mobil telefonlar olmuşdur. Ona görə də "xxxx" MMC-dən verilmiş telefon siyahısı düzgün olmuşdur. Nahid Qurbanov onu əvvəllər tanımağı ilə bağlı yalan danışır. Nahid Qurbanovu əvvəlcədən tanımır. Özü əvvəllər "xxxx" MMC-də işləməmişdir, ilk dəfə 2021-ci ildə mobil telefonları satan zaman Nahid Qurbanovla tanış olmuşdur. Nahid Qurbanov yalan deyir, çünki ona 3 ədəd deyil, müxtəlif vaxtlarda 6 ədəd mobil telefon satmışdır. həmin mobil telefonların altısını ona satarkən şəxsiyyət vəsiqəsini və sürücülük vəsiqəsinin surətini ona vermiş, Nahid telefonları ondan aldığına dair sənədin arxasında müvafiq qeydlər aparmış, mobil telefonları köhnə “Gənclik kafe” ilə üzbəüz yaşayış binasının altında yerləşən telefon mağazasında Nahidə satmışdır, lakin həmin telefon mağazasının dəqiq ünvanını bilmir. Nahid Qurbanovla şəhərdə bir dəfə Simit Sarayında görüşmüş, Nahid həmin vaxtı onu oraya çağırmış, bundan sonra mobil telefonların alqı-satqısı qeyd etdiyi telefon mağazasında olmuş, həmin telefon mağazasına da onu Nahid aparmışdır. Mobil telefonları Nahidə həmin mağazada satmışdır. 2022-ci ilin aprel ayında Bakı şəhərinə getmiş, Bakıda olan zaman oğurladığı planşeti satmaq üçün İnstagram sosial şəbəkəsində elan səhifələrindən birinə yazaraq Samsung Tab S7 markalı planşet olduğu və onu satmaq istədiyini bildirmiş, həmin səhifədən ona “Neftçilər metro stansiyasının yanına gəl” cavab mesajı gəldiyi üçün deyilən ünvana getmiş, tanımadığı bir nəfər şəxs gəlib planşetə baxmış “bu planşetə 800 manat pul verərəm” dediyi üçün həmin şəxslə razılaşıb "xxxx" MMC-dən oğurladığı planşeti 800 manata satıb pulunu almışdır. Nahid Qurbanova telefonları satdığı müddətdə Türkiyə Respublikasına gediş-gəliş olmamış, telefonları Nahidə satanda telefonların Türkiyə Respublikasından gəldiyini demişdir. Nahidə satdığı iPhone 12 və iPhone 12 mini markalı telefonlar sellofana bükülü və qutudan heç çıxarılmamış vəziyyətdə olmuş, həmin telefonların İMEİ kodunun qeydiyyatsız olmuşdur. Nahidə 6 ədəd telefon satmış, həmin telefonların bir neçəsinin qutusu açıq olmuşdur, ancaq iPhone 12 və iPhone 12 mini markalı telefonların qutusu açılmamış vəziyyətdə, sellofanın içərisində olduğunu dəqiq xatırlayır. Törətdiyi oğurluq əməlinə görə peşmandır. Banklara olan borclarını ödəmək üçün həmin malları oğurlamışdır. Məhkəmə iclasında dindirilmiş zərərçəkmiş hüquqi şəxs "xxxx" MMC-nin nümayəndəsi X9 ifadəsində ünvan 5 ünvanda yaşayır. 4 ildir Elektronika mağazasında müdir işləyir. Təqsirləndirilən şəxs 2020-ci ildən tanıyır, o, "xxxx" MMC-nin Elektronika mağazasında satıcı işləyir. "xxxx" MMC-nin Elektronika mağazasında iş rejmi 2 növbəlidir, belə ki, birinci növbənin satıcıları səhər saat 09:00-dan axşam saat 18:00-dək, ikinci növbənin satıcıları isə saat 17:00-dan gecə saat 01:00-dək işləyirlər. Elektronika mağazasında iş bölgüsü satıcıların şəxsi keyfiyyətləri nəzərə alınmaqla bölünüb. Mağazada 6 nəfər işçi var, işçilərdən 4 nəfəri satıcı kimi, 2 nəfəri isə satıcı-kassir kimi fəaliyyət göstərir. Səhər növbəsində 3 nəfər satıcı və 1 nəfər satıcı-kassir, axşam növbəsində isə 1 nəfər satıcı və 1 nəfər satıcı-kassir var. Mağazada işləyən işçilərin vaxtaşırı olaraq növbələrinin dəyişdirilir, işçilərə həftədə bir dəfə həftə içi istirahət verilir. Təqsirləndirilən şəxs təxminən 2020-ci ilin sonlarından işləməyə başlamışdır. Təqsirləndirilən şəxs mağazada satıcı kimi işləmiş, iş rejiminə uyğun olaraq da gah səhər növbəsində, gah da gecə növbəsində işləmişdir. Mağazada satıcı və satıcı-kassirlər arasında iş bölgüsünü özü aparmışdır. Elektronika mağazasında 7 bölmə var ki, həmin bölmələr- böyük məişət texnikası, iqlim texnikası, televizor və televizor səs sistemləri, kompyuter və kompyuter aksesuarları, telefon və telefon aksesuarları, kiçik elektirkli ev alətləri və idman malları bölmələridir. Bölmələri satıcılar və satıcı-kassirlər arasında bölmüş, Təqsirləndirilən şəxs elektronika mağazasında kompyuter və kompyuter aksesuarları bölməsinə satıcı olaraq təyin etmişdir. Mağazada satıcıların işləri bölünsə də, onlara biri olmayanda digəri əvəz etsin səlahiyyəti vermiş, işçilər nahar fasiləsinə çıxanda və istirahət edəndə satıcını digər satıcı əvəz etmişdir. Gecə növbəsində bir satıcı və bir satıcı-kassir qalanda mağazadakı bütün bölmələrdə satış edə bilirlər. Təqsirləndirilən şəxs kompyuter və kompyuter aksesuarları bölməsinə təyin edilsə də, digər işçilər istirahətdə olanda və ya axşam növbəsində olanda Təqsirləndirilən şəxs onları əvəz edib mağazadakı bütün bölmələrə baxır, sərbəst satış edir, mağazadan dövlət əhəmiyyətli obyektlərə satılan bütün məhsulların quraşdırılmasında Təqsirləndirilən şəxs iştirak edib quraşdırma etmişdir. Təqsirləndirilən şəxs satıcı kimi mağazada olmadıqda da digər işçilər onu əvəz etmiş, telefonlar və telefon aksesuarları bölməsində satıcı işləyən X10 bölmədəki bütün mobil telefonlar təhvil verilmiş, mağazadakı telefonlar İlhama təhkim olunsa da, digər satıcılar o, olmadıqda onu əvəz edib satış etmişlər. 2022-ci ilin may ayının 5-də telefon bölməsində olan telefonları işçilərlə birlikdə siyahı üzrə yoxladığı zaman telefonlardan bir neçəsinin yerində olmadığı aşkar edilmiş, bu barədə "xxxx" MMC-nin rəhbərliyinə məlumat verilmişdir. Səhərisi gün, yəni may ayının 6-da mağazada işləyən işçiləri iclas zalına toplamış, onlara mağazadan 7 ədəd telefon və 1 ədəd planşetin götürüldüyünü bildirmiş, işçilərə “kim mağazadan telefon və planşet götürübsə gəlib könüllü mənə desin” demişdir. İclas dağılandan sonra Təqsirləndirilən şəxs gəlib ona “sizinlə təklikdə söhbət etmək istəyirəm” demiş, ondan sonra Təqsirləndirilən şəxs ona “telefonları və planşeti mən götürmüşəm, köməklik edin, yavaş-yavaş ödəyim” demiş, sonra bu barədə rəhbərliyə məlumat verilmişdir. Təqsirləndirilən şəxs "xxxx" MMC-nin Elektronika mağazasından 1 ədəd iPhone 12 pro, 1 ədəd Samsung S21 Ultra, 1 ədəd iPhone 12 mini, 1 ədəd iPhone 12 pro qara rəng, 1 ədəd Samsung tab S7, 1 ədəd Samsung S21, 1 ədəd iPhone 12 və 1 ədəd Samsung S21 256 mb telefon və planşeti ələ keçirmiş, bunun nəticəsində mağazaya 15195.26 manat maddi ziyan vurmuşdur. Mağazanın video müşahidə kameralarına baxandan sonra Təqsirləndirilən şəxs gecə növbəsinə qaldıqda bütün bölmələrə nəzarət etdiyindən həmin vaxtda orada olan telefonları ələ keçirib mağazadan çıxardığı məlum olmuşdur. İşçilər arasında bölgü apardığını, müəyyən vaxtlarda işçilərin bir-birilərini əvəz edə bildiyini, İlham Həsənov istirahətdə olanda digər satıcıların və Təqsirləndirilən şəxs onu əvəz etdiyini, mağazada işləyən bütün işçilərin digər bölmələrdəki məhsulları sata bildiyini, buna müdiriyyət tərəfindən heç bir məhdudiyyət qoyulmadığını, ona görə də, Təqsirləndirilən şəxs axşam növbəsinə qalan vaxtlarda həmin bölmələrdən satış etdiyini, satış edən zaman orada olan telefonları gizli yolla ələ keçirdiyini, mobil telefonlar qablaşdırmalarından açılıb üzərlərinə nömrə kartı əlavə edildikdə qiymətlərinin aşağı düşdüyünü, həmin telefonların da mağazadan təxminən 5-12 ay bundan əvvəl oğurlandıqlarını, həmin müddətdə telefonlar işlədildiklərinə görə mobil telefonların dəyəri həmin dövrdə olan qiymətlərindən təxminən 60-70 faiz aşağı düşdüyü, bu səbəbdən də həmin telefonları qəbul etməyin onlara dəymiş ziyanı qarşılamadığını, mağazada ikinci əl mobil telefonların qəbul edilmədiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X11 ifadəsində bildirmişdir ki, Babək rayon Sirab kəndində qeydiyyatda olmaqla yaşayır və hal-hazırda işsizdir. H.Əliyev adına Ali Hərbi Məktəbdə təhsil aldığı zaman kursant yoldaşları ilə Naxçıvan-Bakı söhbətinə görə aralarında mübahisə düşmüş, mübahisə zamanı orada olan şəxslərdən birinin onun başına dəmirlə vurub ağır xəsarət yetirmiş, 60 gün ərzində Müdafiə Nazirliyinin Mərkəzi Baş Klinikasının Reanimasiya Şöbəsində müalicə almış, ağır dərəcəli travma aldığına görə ona İİİ qrup əlil statusu verilmiş, İİİ qrup əlil olduğuna görə 2008-ci ildən 2021-ci ilədək 285 manat sosial təqaüd almış, 2021-ci ilin iyul ayında əlilliyə görə aldığı təqaüd təminatı dayandırılmışdır. Bir ildir ki, heç yerdə işləmir. Ailəsini dolandırmaq üçün də sosial şəbəkələrdə reklam işi görür, yəni, İnstagram sosial şəbəkəsində istənilən əşyanı satmaq üçün həmin əşyanı paylaşaraq reklam edir, bunun da müqabilində qazanc əldə edir. Təqsirləndirilən şəxs 2010-cu ildən tanıyır. Ali hərbi məktəbdən təxris olandan sonra Naxçıvan Dövlət Universitetində mühasibat uçotun və audit işin təşkili fakültəsinə bərpa olunaraq qiyabi təhsil almış, həmin vaxt paralel olaraq Gəmiqaya Nəqliyyat MMC-də ATS proqramçısı işləmiş, Gəmiqayada işlədiyi müddətdə də Təqsirləndirilən şəxs tanımış, əvvəlcədən bir-birilərini tanısalar da aralarında elə bir yaxın münasibəti olmamışdır. Reklam işi ilə məşğul olduğu üçün İnstagram sosial şəbəkəsində naxçıvan_telefon_elanları səhifələrinə baxdığı zaman səhifələrin birində iPhone 12 markalı telefonun paylaşıldığını görmüş, elandakı ***-***-**-** mobil nömrəyə zəng vurub telefonu neçəyə satdığını soruşmuş, həmin şəxsin də ona “Cahan TM-nin qabağına gəl, görüşək, telefonu göstərim, qiymətini razılaşarıq” demiş, 2021-ci il iyun ayın 9-da, Cahan TM-nin qarşısına gedib həmin nömrəyə zəng vurmuş, zəng vurduğu şəxs gələndə onu tanımış, belə ki, Gəmiqayada işləyən vaxt həmin şəxs də orada işləmiş, lakin adını unutmuşdur. Onunla görüşəndə həmin şəxs də onu tanımış, sonra adını soruşduqda adının Hüseyn olduğunu bilmişdir. Həmin vaxt Hüseyn ona iki telefon göstərmiş, həmin telefonlara baxanda telefonların birinin markası iPhone 12, digərinin isə markasının iPhone 12 mini olduğunu görmüş, hər iki telefonu nəzərdən keçirəndə telefonların qutudan çıxarılmış və işlək vəziyyətdə olduğunu görmüş, Hüseynə “sən İnstagram sosial şəbəkəsində iphone 12 markalı telefon paylaşmışdın, indi isə iki telefon gətirmisən, iki telefonu da satırsan” sualını verdikdə, Hüseyn də ona “Türkiyə Respublikasından təzə gəlmişəm, həmin iki telefonu da oradan almışam, indi satıram” cavabını vermişdir. Hüseyndən telefonları neçəyə satdığını soruşduğunda Hüseyn ilk əvvəl telefonları baha qiymətə demiş, sonradan iPhone 12 markalı telefonu 1250 manata, iPhone 12 mini markalı telefonu isə 1200 manata razılaşmışlar. Hüseynə “üstündə sənədin var? ver surətini çıxardaq, telefonun İMEİ kodlarını yazaq və sən imzala ki, telefonlar həqiqətən də sənindir” dediyində Hüseyn də etiraz etmədən ona “şəxsiyyət vəsiqəm üstümdədir, problem yoxdur, gedək, sənədin surətini çıxardaq” cavabını vermiş, Hüseynlə birlikdə Naxçıvan şəhərində köhnə gənclik deyilən yerdə tanışı Anarın telefon mağazasına gedərək Hüseynin şəxsiyyət vəsiqəsinin surətini həmin mağazada çıxartdırmışlar. Həmin şəxsiyyət vəsiqəsi çıxarılan kağızın üzərinə orada olan Hüseyn Eyvazovun telefonun markasını, İMEİ kodunu, Təqsirləndirilən şəxs telefon nömrəsini və satış tarixini yazmış, Təqsirləndirilən şəxs də həmin kağızı imzalamışdır. Həmin vaxt öz şəxsi telefonunda www.imei.az saytına girib iPhone 12 və iPhone 12 mini markalı telefonların İMEİ kodlarını yoxlayaraq, telefonların hər ikisinin İMEİ kodlarının qeydiyyatsız olduğunu öyrənmişdir. Həmin vaxt Hüseyn kağızı imzaladığından və İMEİ kodları qeydiyyatsız olduğundan Hüseynin həqiqətən də telefonları Türkiyə Respublikasından gətirdiyinə əmin olmuşdur. Üstündə o qədər pul olmadığı üçün Bakı şəhərindən tanıdığı Oktaya zəng vurub “iki telefon var, pulu göndər, alım” demiş, Oktay da həmin vaxt 2450 manat pulu onun sosial təqaüd kartına yükləmiş, pulu çəkib nağd şəkildə Hüseynə verib telefonları almışdır. Bu hadisədən sonra Hüseynlə danışmamış, təxminən 2 ay keçəndən sonra mobil telefonuna zəng gəlmiş, zəngi açdıqda telefonda olan şəxsin ona “mənəm Hüseyn, Türkiyədə idim, gəlmişəm, telefon var, istəsən sənə satım” demiş, Hüseynə “keçən dəfə görüşdüyümüz yerə gəl, telefona baxım, razılaşsaq alaram” demişdir. 2021-ci ilin avqust ayının 4-də Anarın telefon mağazasında Hüseynlə görüşmüş, Hüseyn telefonu ona göstərmış, telefonun markasının iPhone 12 olduğunu, həmin telefonun qutudan çıxarılmış və işlək vəziyyətdə olduğunu, telefonun üstündə sim kartın da olduğunu görmüş, Hüseyndən telefonu neçəyə satmağını soruşduğunda Təqsirləndirilən şəxs də ona “keçən dəfə aldığın qiymətə satıram, pulu ver götür” demişdir. Hüseynlə razılaşaraq ona “şəxsiyyət vəsiqənin üzünü ver, keçən dəfəki kimi çıxardaq, sən imzala” demiş, Hüseyn də “şəxsiyyət vəsiqəm üstümdə deyil, təkcə sürücülük vəsiqəm üstümdədir” demiş və sürücülük vəsiqəsini vermişdir. Hüseyn Eyvazov keçən dəfəki kağıza sürücülük vəsiqəsinin surətini çıxartmış tarixi, Təqsirləndirilən şəxs adını, telefonun İMEİ kodlarını və satış qiymətini yazmış, sonra Təqsirləndirilən şəxs həmin kağızı imzalamış, həmin vaxt iPhone 12 markalı telefonu yoxlamış və həmin telefonun İMEİ kodunun qeydiyyatsız olduğunu görmüşdür. Cibində 1200 manat pul olduğu üçün Hüseynə “50 manat çatmır” demiş, Hüseynin də ona problem yoxdur deyərək iPhone 12 markalı telefonu ona 1200 manata satmışdır. Bir müddət sonra Hüseyn ona zəng vurub “dostum Türkiyədən Samsung S21 markalı telefon gətirib, istəyirsənsə, görüşək sənə satım” dediyində Hüseynə “hal-hazırda üstümdə pulum yoxdur, ala bilməyəcəm” demişdir. Xeyli müddət keçəndən sonra 2022-ci ilin may ayında Hüseyn zəng vurub “mən Bakı şəhərinə köçmüşəm, burada şirkətdə işləyirəm, mənə 3-4 ədəd İNOİ markalı telefon lazımdır, Bakı şəhərində kimlə danışa bilərsən, gedib götürüm” demiş, Hüseynə “danışıb, sənə xəbər edəcəm” cavabını vermişdir. Sonra İnstagram sosial şəbəkəsində İNOİ markalı telefon axtarmış, bir səhifədəki nömrəyə zəng vurub həmin şəxsdən telefonun qiymətini soruşmüş, sonra Təqsirləndirilən şəxs zəng vurub “telefon var, qiyməti bu qədərdir” demiş, Hüseyn də ondan kreditə həmin telefonu götürə biləcəyini soruşduğunda, Hüseynə “tanış deyil, kreditə götürə bilmərik” demişdir. Bu məsələdən sonra da Hüseynlə əlaqə saxlamamışdır. Bir qədər keçəndən sonra telefonuna tanımadığı nömrədən zəng gəlmiş, telefonu açanda telefonda danışan şəxsin ona “AVM MMC-dən təhlükəsizliyin rəisiyəm, siz Hüseyni tanıyırsınız” dediyində, ondan hansı Hüseyn olmağını soruşmuş, həmin şəxs ona “balaca boy Hüseyni” demiş, həmin şəxsə “bəli, onu tanıyıram” demiş, həmin şəxs ona “Hüseyndən telefon almısınız” dediyində, həmin şəxsə “Hüseyndən 3 ədəd telefon almışam” cavabını vermişdir. Sonradan Hüseynin "xxxx" MMCdə satıcı işləyən zaman oradan oğurladığı telefonlardan 3-nü ona satdığını öyrənmişdir. Hüseyndən aldığı telefonların oğurluq olduğunu əvvəlcədən bilməmiş, hər dəfə telefonu alanda Hüseyndən telefonları haradan aldığını soruşmuş, Təqsirləndirilən şəxs də ona “Türkiyə Respublikasından almışam, mənim telefonumdu, indi satıram” demiş, telefonlar qeydiyyatsız olduğundan Hüseynin həqiqətən də telefonları Türkiyə Respublikasından gətirdiyinə inanmışdır. Telefonları alan zaman Hüseynin "xxxx" MMC-də satıcı işlədiyini bilməmiş, Hüseyndən harada işləməsi ilə bağlı soruşanda şəxsi işlə məşğul olduğunu və elektrik, kamera işinə baxdığını demişdir. Təqsirləndirilən şəxs təkcə 3 ədəd mobil telefon almış və həmin telefonların qarşılığında 3650 manat pul vermişdir. Hüseyndən hər dəfə telefon alanda Hüseyn kağıza qol çəkmiş, bundan başqa heç bir telefon, planşet və ya elektirik əşya almamış, sonuncu dəfə Samsung S21 markalı telefonu təklif etsə də, pulu olmadığı üçün almamışdır. Təqsirləndirilən şəxs əvvəl aldığı iki ədəd iPhone markalı telefonu Oktaya satmış, digər aldığı iPhone markalı telefonu da Bakı şəhərinə satmışdır. Oktayı da sosial şəbəkədən tanıyır, onunla elə münasibəti yoxdur. Təqsirləndirilən şəxs telefonları bazar qiymətindən 50 manat aşağı satdığını, elə çox qiymət fərqinin olmadığını, həm də telefonların açıq vəziyyətdə olduğunu, ona görə də, şübhələnmədiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X17 eyni məzmunda ifadə verərək Nahid Qurbanovun ifadəsində göstərdiyi xüsusatların bir qismini təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X14 ifadəsində ünvan 6 ünvanında qeydiyyatda olmaqla yaşadığını, hal-hazırda işləmədiyini bildirmişdir. 2021-ci ilin yanvar ayının 20-dən "xxxx" MMC-də elektronika mağazasında satıcı kimi işə başlayaraq mağazada olan malların satışı, anbardara kömək, tırla mağazaya gələn malları anbara boşaltmaq, müştərilərlə maraqlanmaq kimi işləri görmüşdür. Həmin mağazada televizor, kompyuter, fotoaparat, idman malları, soyuducu, soba və digər məişət avadanlıqlarının satışı həyata keçirilir. İlk əvvəllər 300 manat əmək haqqı almış, müdir dəyişdikdən sonra isə satışdan asılı olaraq 100 manat miqdarında faiz olaraq ödəmə edilmiş, ümumilikdə aylıq maaşı 400 manat məbləğində olmuşdur. İşə düzələn vaxtı həmin mağazada telefon satışının olmamış, lakin 2 ay keçdikdən sonra mağazada mobil telefonların satışı üçün ayrıca bölmə yaradılmış və ora satıcı təyin olunmuşdur. Mağazada iş qrafiki 2 növbəlidir və o, gündüz növbəsində olur, bəzən gecə növbəsində, bəzən isə sutkalıq işə çıxır. İlk əvvəllər 2 ay müddətində iş saatı bitəndə vitrində və dolabda olan telefonların kilidini bağlamış, sonradan işçilər etiraz edərək “sən burda olmadığın müddətdə biz müştərilərə telefon sata bilmirik” dedikləri üçün iş vaxtı bitəndən sonra həmin telefonlar olan dolab və vitirinlərin kilidlərini açıq qoyaraq evə getmişdir. Mağazaya ayda bir dəfə mobil telefonlar gətirilir və telefonlar qiymətləndirildikdən sonra təhvil veriləndə həmin telefonları vitirində olan boş yerlərə vurub, qalanını isə telefonların saxlanıldığı dolaba qoyur. 2022-ci ilin əvvəlindən mağaza TEXNOLUX adlandırılmış, həmin TEXNOLUX mağazasında telefonlar bölməsinə baxaraq, telefonların satışı zamanı müştəri telefonu bəyəndikdə, telefonu yoxlamış, müştəri kassada telefonun pulunu ödədikdə telefonu müştəriyə təhvil vermişdir. TEXNOLUX mağazasında 6 bölmə - böyük məişət, kiçik məişət əşyaları, kompyuter aksesuarları, televizor, telefon və idman malları bölmələri olduğunu, TEXNOLUX mağazası müdirinin Hüseyn İbrahimli olduğunu, Təqsirləndirilən şəxs da mağazada kompyuter aksesuarları bölməsinə baxdığını, orada satıcı işlədiyini, bundan əlavə də satılan malların çatdırılmasına və servisinə baxdığını, telefon bölməsinə satışdan asılı olaraq ayda bir dəfə, ya da iki dəfə telefonların gətirildiyini, müdir Hüseyn İbrahimlinin faktura ilə telefonları alıb, qiymətləndirməsini aparandan sonra sayıb ona təhvil verdiyini, həmin telefon bölməsində iPhone, Samsung, Xiaomi, Oneplus və s. markalı telefonların olduğunu bildirmiş və qeyd etmişdir ki, mağazada iş rejimi iki növbəlidir, birinci növbə səhər saat 09:00-dan saat 18:00-dək, ikinci növbə isə 16:00-dan gecə saat 00:00-dəkdir. Səhər növbəsində 3-4 nəfər satıcı, axşam növbəsində isə iki nəfər satıcı olduğunu, mağazada iki satıcı kassirin olduğunu, satıcı-kassirlərdən birinin də özü olduğunu, iş rejminə uyğun olaraq 3-4 nəfər satıcı olduğunu, ikinci növbədə də bir satıcı-kasir və satıcı qaldığını, Təqsirləndirilən şəxs mağazada satıcı işlədiyi üçün gecə növbəsi olanda onunla da növbəyə düşdüyünü, Təqsirləndirilən şəxs ilə elə də münasibətinin olmadığını, digər işçilərlə münasibətdə onunla demək olar yola getmədiyini, iş zamanı onunla ancaq işlə bağlı ünsiyyətdə olduğunu, bir dəfə Təqsirləndirilən şəxs bütün işçilərin yanında ona “İlham telefonların sayını bilmir” dediyini, bunu eşidəndə daxilən Hüseyndən şübhələndiyini, bir tərəfdən də iş yoldaşı olduğunu və zarafat etdiyini düşündüyünü, ona görə də Hüseynin sözünə o qədər əhəmiyyət vermədiyini, orada işlədiyi müddətdə oranın köhnə işçisi-marketing Zülal Qasımovla telefon bölməsində sayım etdiklərini, iPhone 12 Pro max markalı telefonun olmadığını aşkar etdiklərini, bu barədə müdriyyətə xəbər verdiklərini, bir telefon olduğundan sistemdə çıxmadığını, ya da hansısa dolabda qaldığını düşündüklərini, ona görə də, bu məsələyə o qədər də əhəmiyyət verilmədiyini, təxminən 2022-ci ilin may ayının əvvəllərində icraçı-direktor Celalettin Balın ona telefon bölməsində olan telefonların sayımını etməyi tapşırıq verdiyini, telefon bölməsində olan bütün telefonları sayıb yazılı olaraq hazırlayaraq müdir Hüseyn İbrahimliyə təhvil verdiyini, sonra təkrar telefonların sayımının olduğunu, nəticədə telefon bölməsindən kəsir çıxdığını, müdir Hüseyn İbrahimlinin ondan bunun səbəbini soruşduğunu, müdirə “Təqsirləndirilən şəxs vaxtında mənə sənin telefonların sayından xəbərin yoxdur demişdi” sözünü dediyini, sonra müdir Hüseyn İbrahimlinin iclas elədiyini, telefonların kəsir gəlməsinin iclasda müzakirə olunduğunu, sonra iclasın bitdiyini, iclas bitəndən sonra Təqsirləndirilən şəxs müdirlə kənarda danışdığını gördüyünü, sonradan Təqsirləndirilən şəxs telefonları oğurladığını mağaza müdiri Hüseyn İbrahimliyə etiraf etdiyinin məlum olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs "xxxx" MMC-nin Texnolux elektronika mağazasında satıcı kimi işə düzələndən sonra tanımış, onunla heç bir düşmənçiliyi və ədavəti olmamış, iş yoldaşı kimi münasibətləri olmuş, Təqsirləndirilən şəxs AVM” MMC-nin Texnolux elektronika mağazasının kompyuter və kompyuter aksesuarlarının satışı bölməsində satıcı işləmiş, mağazada telefon bölməsində satış edən vaxtlarda Təqsirləndirilən şəxs ondan hər hansı telefon istəməmiş, qarşılıqsız almamış, Təqsirləndirilən şəxs elədiyi oğurluğu müdirə etiraf edəndən sonra mağazanın video-kamerasına baxılmış, Təqsirləndirilən şəxs əsasən gecə vaxtları telefon dolabına kurtkasını qoyub bir müddət sonra kurtkasını götürmək bəhanəsi ilə kurtka ilə birlikdə telefonları götürdüyünü eşitmiş, Təqsirləndirilən şəxs telefon bölməsindən 7 ədəd iPhone və Samsung markalı telefonları, bir ədəd Samsung Tab S7 markalı planşeti oğurlayaraq ələ keçirdiyini bilmiş, mobil telefonların satışı bölməsində olan malların üzərində heç bir hüququ olmamış, satışda olan malları müştəriyə təqdim etmə, mağaza rəhbərliyinin göstəriş və tapışırıqlarının yerinə yetirilməsindən başqa səlahiyyəti olmamış, mağazadan hər hansı malı sərbəst şəkildə çıxarmaq, satmaq, şəxsi maraqları üçün istifadə etmək səlahiyyəti olmamışdır. "xxxx" MMC-nin Texnolux elektronika mağazasında maddi məsul şəxsin mağaza müdiri Hüseyn İbrahimlinin olduğunu, satıcı bilərəkdən hər hansı malı zədələdikdə və sındırdıqda məsuliyyət daşıdığını, ehtiyatsızlıqdan bu hal baş verdikdə heç bir məsuliyyət daşımadığını, ümumiyyətlə hər satıcının öz bölməsində olan malların itməsinə və oğurlanmasına cavabdehlik daşıdığını, telefon bölməsinə baxdığı üçün orada olan bütün telefonları imza atıb təhvil aldığını, ancaq ondan başqa digər satıcı və satıcı-kassirlərin də həmin telefon mağazasından satış edə bildiklərini, buna görə də, digər işçilərin telefonlardan rahat istifadə edə bildiklərini, "xxxx" MMC-nin Texnolux elektronika mağazasında telefonların kağız üzərində sayı və modeli göstərilməklə siyahı formasında təqdim edildiyini, özünün kağızı imzalayıb təhvil götürdüyünü, həmin siyahının mağaza rəhbərliyi tərəfindən təsdiq edildiyini, mağazaya gətirilən mobil telefonların və planşetlərin sistem üzərindən sayım vərəqəsi çıxarılaraq sayıldığını, sayımın kim tərəfindən aparılmalı olduğunu bilmədiyini, lakin özünün də sayım etdiyini, ilk əvvəllər iki həftədən bir telefonların və planşetlərin sayımını apararaq qəbzlərini toplayıb dolaba qoyduğunu, təxminən üç ay əvvəl müdirin göstərişinə əsasən kredit mütəxəssisi ilə sayım etdikdə çoxlu sayda kəsirlərin aşkar olunduğunu, bu barədə müdiriyyətə bildirilsə də, proqram üzərindən yanlışlıq olduğu nəticəsinə gəlindiyini, müdir Hüseyn İbrahimlinin kəsr telefonlarla bağlı ona “dolablara diqqətlə təkrar bax, olsun ki, başqa dolablara qoymusan” dediyini, müdirə proqram sisteminin səhvliyi ola biləcəyini dedikdə, müdirin ona “sən birdə bax, bizdə sistem üzərindən baxarıq” dediyini, təkrar telefonları saydıqda yenə telefonların kəsr olduğunu aşkar etdiyini, bununla bağlı müdriyyət tərəfindən isə heç bir tədbirin görülmədiyini, satıcı Təqsirləndirilən şəxs dediyi sözdən sonra mağazada sayım aparmadığını, Hüseyn Hüsynzadənin sözlərini zarafat olaraq qəbul etdiyini və iş yoldaşı olduğu üçün ciddiyə almadığını, Təqsirləndirilən şəxs mağazadan nə üçün oğurluq etməsi, kimlərlə əlbir olması və oğurladığı malları kimlərə satması barədə heç bir məlumatının olmadığını, telefon bölməsinə məsul olduğu vaxtdan özü üçün telefonların tez-tez sayımını etdiyini, kassirdən satış qəbzlərini alıb yoxlama apardığını, sonra növbəli işlədikləri üçün orada olmayanda telefon satışını digər satıcılar etdiyindən dolabları bağlamadığını, buna görə də, digər satıcılar tərəfindən satılan telefonlara özü üçün nəzarət etməyin çətinləşdiyini, satıcı yoldaşları telefon dolabının açarını istədikdə bu barədə müdriyyətə heç bir məlumat vermədiyini, mağazada 24 saat kamera müşahidəsi olduğuna görə oğurluq ola biləcəyini düşünmədiyini, dolabları bağlamağı ilə əlaqədar ona göstəriş verilmədiyini, işçilər işə girəndə və çıxanda aparata barmaq basdıqlarını, oğurluq hadisəsindən sonra işdən çıxanda qapıda duran mühafizəçilər tərəfindən əl çantalarının yoxlanıldığını, işlədiyi müddət ərzində digər işçilər tərəfindən heç bir oğurluq hadisəsinin şahidi olmadığını, sadəcə müştərilər tərəfindən bu cür hərəkətlərə cəhd olunduğunu bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X18 şahid İlham Həsənovla eyni məzmunda ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 ifadəsində ünvan 7 ünvanında qeydiyyatda olmaqla yaşadığını, 2012-ci ildən Naxçıvan şəhəri H.Əliyev prospekti 32 ünvanında yerləşən “LALƏLİ” telefon satışı mağazasında satıcı işlədiyini, Təqsirləndirilən şəxs əvvəlcədən tanımadığını, onunla arasında qohumçuluq, ədavət və düşmənçilik münasibətinin olmadığını, işlədiyi mağazada müxtəlif markalı telefonların və telefon aksesuarlarının satışını həyata keçirdiyini, səhər saat 09:00-da işə başladığını, axşam saat 08:00-da iş vaxtının bitdiyini, 2022-ci ilin yanvar ayının 18-də təxminən saat 11:00 radələrində mağazaya əvvəlcədən tanımadığı bir nəfər şəxsin daxil olaraq özündə Samsung S21/256 GB markalı telefonun olduğunu bildirərək satmaq istədiyini dediyini, ondan adını soruşduqda Hüseyn olduğunu bildirdiyini, həmin vaxt mağazada usta işləyən Röyalla birlikdə telefona baxıb qeydiyyatlı olub-olmamasını, İMEİ kodunu və yaddaşını yoxlayan zaman telefonun qeydiyyatsız olduğunu öyrəndiklərini, Hüseyndən telefonun kimə məxsus olduğunu soruşduqda Hüseynin ona “öz telefonumdu ehtiyacım olduğundan satıram” dediyini, telefonu neçəyə satdığını Hüseyndən soruşduğunu, Hüseynin ona telefonu 1200 manata satdığını dediyini, 1100 manat pul verə biləcəyini Hüseynə dediyini, sonda 1100 manata razılaşdıqlarını, Hüseyndən şəxsiyyət vəsiqəsini götürüb surətini çıxararaq üzərinə telefonun markasını və İMEİ kodlarını, Hüseynin əlaqə nömrəsini yazıb, tarixi qoymaqla imza etdirərək 1100 AZN manatı ödəyib telefonu ondan götürdüyünü, həmin sənədin hal-hazırda özündə olduğunu və təqdim edə bildiyini, Hüseynin pulu nağd şəkildə alıb mağazadan çıxdığını, həmin telefonu satmaq üçün mağazadakı vitrinə qoyduğunu, təxminən 1 ay sonra həmin telefonu 1400 manata tanımadığı müştəriyə satdığını, “Sev-al” ətriyyat mağazası ilə üzbəüz yerləşən telefon mağazasının işlədiyi “LALƏLİ” telefon mağazası olduğunu, üzdən özbəklərə oxşadığı üçün bir çox tanıdığı şəxsin ona özbək dediyini, müştəri mobil telefon satmaq istədiyini bildirərkən onun şəxsiyyət vəsiqəsini alıb, surətini çıxararaq, telefonun markasını, İMEİ kodunu, əlaqə nömrəsini və imza etdirməklə telefonu aldıqlarını ildirmiş və qeyd etmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamış və harada işləməsini bilməmiş, onunla heç bir ədavət və düşmənçiliyi olmamış, ilk dəfə Hüseyni xx.xx.2022-ci il tarixdə qeyd edilən mobil telefonu satan zaman tanımış, mobil telefonu satdıqdan sonra Hüseynlə heç bir əlaqəsi olmamış, Hüseynin ona satdığı Samsung S21/256 GB markalı telefonu işlədiyi “AVM“ MMC-dən oğurladığını bilməmiş, tanımadığına görə həmin vaxt Hüseynin harada işləməsini bilməmiş, bu barədə heç bir məlumatı olmamış, Hüseyndən bir ədəd Samsung S21/256 GB markalı mobil telefon almış, bundan başqa Hüseyn ona mobil telefon satmamış, Hüseynin özündən başqa kimlərə oğurluq telefonlar satması barədə heç bir məlumatı olmamış, həmin mobil telefonu alan zaman Samsung S21/256 GB markalı telefonun oğurluq telefon olmağından şübhələnməmiş, heç oğurluq telefon olduğunu bilməmiş, Hüseyn telefonu satan zaman həmin telefonun öz telefonu olduğunu və satmaq istədiyini demişdir. Samsung S21/256 GB markalı telefon təzə, işlənməmiş və öz qabında qablaşdırılmış formada olmuş, telefonu satmaq istəyən şəxsin şəxsiyyət vəsiqəsi olmadıqda həmin telefonu almaqdan imtina etmiş, Hüseynin satdığı telefonun oğurluq yolu ilə əldə olunduğunu bilməmiş, əgər bilsəydi onu almaqdan imtina edib dərhal aidiyyatı qurumlara məlumat verəcəyini bildirmişdir. Məhkəmə Təqsirləndirilən şəxs, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsini, eyni zamanda şahidləri dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2-ci və 177.2.4-cü maddələri ilə müəyyən edilmiş cinayət əməlini törətməkdə təqsirli olması özünün etirafı ilə yanaşı şahidlərin, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin ifadələri, məhkəmə və istintaq hərəkətlərinin protokolları və aşağıda göstərilən digər sübutlarla tam sübuta yetirilmişdir. İş materiallarından aydın olur ki, həmin cinayət işi zərərçəkmiş hüquqi şəxs tərəfindən daxil olan məlumat əsasında Azərbaycan Respublikası CM-in 177.2.2-ci və 177.2.4-cü maddələri ilə başlanılmışdır. İş materiallarında olan "Cahan Holdinq" Kommersiya İttifaqı "xxxx" MMC-dən alınmış arayışda, "xxxx" MMC-nin 17 yanvar 2019-cu il tarixdə yarandığı, topdan və pərakəndə satış müəssisəsi olaraq fəaliyyət göstərdiyi qeyd edilmişdir. İş materiallarında olan ibtidai istintaq zamanı "xxxx" MMC tərəfindən məktuba əlavə edilərək göndərilmiş “Texnolux elektronika” mağazasının daxilində quraşdırılmış təhlükəsizlik kamerası tərəfindən qeydə alınmış video-görüntülərin yükləndiyi 1 (bir) ədəd diskə baxış keçirilmiş və baxış zamanı diskdə 3 (üç) ədəd video-görüntünün olduğu müəyyən edilmişdir. xx.xx.2022 tarixli video-görüntünü açdıqda həmin video-görüntünün xx.xx.2022-ci il saat 20:20:16-dən xx.xx.2022-ci il saat 01:02:45-a qədər olan müddətdə qeydə alınmış video-görüntü olduğu, video-görüntünü qeydə aldığı 01 nömrəli təhlükəsizlik kamerasının texnolux elektronika mağazasının girişindən sağ tərəfdə yerləşdiyi, telefon və telefon aksesuarların satış bölməsi olan hissəni qeydə aldığı, saat 22:14:22-də bir nəfər şəxsin əynində olan göy rəngli qolsuz gödəkcəni çıxardıb mağazanın girişi ilə üzbəüz olan telefon satılan vitrinin dolabına qoyduğu, saat 22:28:10-da həmin şəxsin qoyduğu gödəkcəni dolabdan götürüb soyunub-geyinmə otağına daxil olduğu müşahidə edilir. xx.xx.2022 tarixli video-görüntünü açdıqda xx.xx.2022-ci il saat 21:51:21-dən xx.xx.2022-ci il saat 02:33:49-a qədər olan müddətdə qeydə alınmış görüntülərin olduğu, saat 22:14:50dən saat 22:15:30-a qədər olan müddətdə əynində qırmızı rəngli gödəkcə olan bir nəfər şəxsin girişdən ön sağ tərəfdən birinci mobil telefonların nümayiş olunduğu vitrindən telefon götürərək sağ tərəfdən ikinci vitrinin dolabını açaraq həmin hissəyə qoyduğu, saat 22:54:00-dan saat 22:54:50-ə qədər olan müddətdə həmin şəxsin mağazanın sol tərəfində yerləşən lift boşluğu olan hissədən gələrək əynindəki qırmızı rəngli gödəkcəni çıxarıb az əvvəl telefonu qoyduğu dolabı açıb gödəkcəni oraya qoyduğu, saat 23:16:40-da mağazanın sol tərəfindən kassa yerləşən hissədən belində çanta olan həmin şəxsin dolaba qoyduğu qırmızı rəngli gödəkcəni çıxararaq təkrar kassaya gedib oradan poşet götürüb həmin gödəkcəni poşetin içinə qoyub eskalatora minərək saat 23:17:45-də kameradan itdiyi müşahidə edilir. xx.xx.2022 tarixli video-görüntünü açdıqda həmin videogörüntünün xx.xx.2022-ci il tarixdə saat 19:48:09-dən xx.xx.2022-ci il saat 00:30:37-a qədər olan müddətdə qeydə alınmış video-görüntülərin olduğu, video-görüntüdə saat 20:15:50-də əynində qolsuz, arxasında yazısı olan göy rəngli gödəkcə geyinmiş bir nəfər şəxsin mağazanın girişindən, sağ tərəfindən gələrək ətrafa nəzarət etdikdən sonra əynindəki gödəkcəni çıxarıb sol tərəfdən birinci dolabı açaraq içinə qoyduğu, 1 (bir) dəqiqə ekskalotorun başında dayanıb ətrafa nəzarət etdikdən sonra hərəkət edərək aşağı düşüb saat 20:17:00-da kameradan itdiyi, həmin şəxsin saat 21:24:50-də dolabın içinə qoyduğu gödəkcəni götürüb saat 21:25:20-də mağazanın sol tərəfində yerləşən soyunub-geyinmə otağına daxil olduğu müşahidə edilir. Baxış zamanı Təqsirləndirilən şəxs 2021-ci ilin iyun ayından başlayaraq işlədiyi mağazadan iş yoldaşı X8 cavabdehliyində olan mobil telefonların satış bölməsində olan dolabın içərisindən müxtəlif vaxtlarda, müxtəlif markalı mobil telefonlar oğurlayaraq “İnstagram” sosial şəbəkəsində “Naxçıvan elanları” səhifəsində satdığını, oğurladığı malların üzərinə paltar və ya kağız qoyub gizlədərək götürdüyünü, ona görə də, təhlükəsizlik kamerasından baxılanda hər hansı malın götürüldüyünün müəyyən edilməsinin çətin olduğunu, malları oğurluq etdiyi bilinməsin deyə qapalı yer olan dolabdan götürdüyünü, video-görüntülərdə görünən şəxsin özü olduğunu, qeyd olunan video-görüntülərdə mobil telefonlar və planşet götürdüyünü, həmin malları gödəkcənin içində gizlədərək soyunub-geyinmə otağında olan bel çantasının içinə qoyub apardığını bildirmişdir. İş materiallarında olan Təqsirləndirilən şəxs "xxxx" MMC-də nə vaxtdan və hansı vəzifədə işləməsi, əmək müqaviləsinin bağlanılıb-bağlanılmaması, müsbət halda bağlanmış əmək müqaviləsinin və işə qəbul olunması ilə bağlı digər zəruri sənədlərin alınması, tərtib olunmuş yoxlama aktının və qeydə alınmış video-görüntülərin əldə olunması ilə əlaqədar istintaq orqanı tərəfindən "xxxx" MMC-yə sorğu verilmiş və "xxxx" MMC tərəfindən sənədlərin və video-görüntülərin göndərilməsi təmin edilmişdir. Baxış zamanı həmin sənədlərin Təqsirləndirilən şəxs ərizəsindən, onun xx.xx.2020-ci il tarixli, K/82 nömrəli satıcı vəzifəsinə təyin edilməsi haqqında əmrindən, Təqsirləndirilən şəxs ilə "xxxx" MMC-nin icraçı direktoru X12 arasında bağlanmış əmək müqaviləsindən (kontraktı), xx.xx.2022-ci il tarixli xxxxxxx000104 nömrəli əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişindən, Təqsirləndirilən şəxs ******* nömrəli əmək kitabçasının surətlərindən, yoxlama aktından ibarət olduğu müəyyən edilmişdir. İş materiallarında olan Naxçıvan MR Məhkəmə Ekspertiza Mərkəzindən alınmış 29 iyul 2022-ci il tarixli 190 saylı ekspert rəyindən aydın olur ki, tədqiqata təqdim edilməyən bir ədəd İphone12 Pro 128 GB Black/A2408 markalı mobil telefonun 2021-ci ilin iyun ayından 2022-ci ilin aprel ayına qədər olan müddətdə satış üçün orta bazar pərakəndə satış qiyməti nəzəri hesablama yolu ilə təxminən 2650,00 manat, bir ədəd İphone 12 mini 06.08.C.000065/ELK-21.00020 markalı mobil telefonun 1750,00 manat, bir ədəd Samsung S21 Ultra 06.08.C.000056 markalı mobil telefonun 1960,00 manat, bir ədəd İphone 12 Pro 128 GB markalı mobil telefonun 2240,00 manat, bir ədəd Samsung S21 8/256 GB markalı mobil telefonun 1640,00 manat, bir ədəd İphone 12 128 GB markalı mobil telefonun 1870,00 manat, bir ədəd Samsung S21 8/128 GB markalı mobil telefonun 1460,00 manat və bir ədəd Samsung Tab S7 06.08.C.000051 markalı planşetin 1450,00 manat olduğu, ümumilikdə 07 ədəd mobil telefonların və 01 ədəd planşetin satış qiymətlərinin 15020,00 (on beş min iyirmi) manat təşkil etdiyi göstərilmişdir. İş materiallarında olan Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyi Təşkilat- İnspeksiya İdarəsindən verilmiş 2/2603 saylı 30 iyul 2022-ci il tarixli məlumatda Təqsirləndirilən şəxs barəsində əməliyyat sorğu kartotekasında heç bir əməliyyat məlumatının olmadığı göstərilmişdir. Təqsirləndirilən şəxs törətdiyi əmələ görə 19 iyul 2022-ci il tarixdə dövlət hesabına müdafiəçi ilə təmin olunub, cinayət işi üzrə Azərbaycan Respublikası CM-nın 177.2.2-ci və 177.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək həmin maddələrdə nəzərdə tutulan ittiham ona elan edilməklə dindirilmiş və həmin tarixdə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Naxçıvan Şəhər İcra Hakimiyyətinin 1 №-li və 4 №-li İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyindən alınmış arayışlardan aydın olur ki, xx.xx.1994-cü il təvəllüdlü X3 həqiqətən də ünvan 9 ünvanında qeydiyyatda olmaqla, ünvan 2ır, himayəsində yetkinlik yaşına çatmayan iki övladı var. Həmin nümayəndəliklərdən alınmış xasiyyətnamələrdə o, müsbət xarakterizə edilir. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən- hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən- Hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “X7 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmək, həmin sübutları mübahisələndirmək imkanına malik olmuşdur. Təqsirləndirilən şəxsin əleyhinə olan sübutlara etiraz etmək və onları mübahisələndirmək üçün məhkəmə prosesində ona imkan yaradılmışdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Məhkəmənin qarşısında duran başlıca vəzifə - təqsirləndirilən şəxs tərəfindən törədilmiş əməlin düzgün tövsif edilməsindən ibarətdir. Bu səbəbdən də məhkəmə ittihama daxil olan cinayət əməlinin təhlil edilməsini zəruri hesab edir. Məhkəmə cinayət təqibi üzrə toplanmış sübutları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara məcmu halda qiymət verərək Təqsirləndirilən şəxs tərəfindən törədilmiş əməlin hüquqi tövsifi məsələsini də həll etmişdir. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli qərarının 1ci bəndində göstərilmişdir ki, qanuna görə talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Sözügedən qərarın 2-ci bəndində göstərilmişdir ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdiyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Həmçinin qərarın 7-ci bəndində göstərilmişdir ki, təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq cinayəti bitmiş hesab edilir. Məhkəmə istintaqında obyektiv araşdırılmış mötəbər sübutlar əsasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş hüquqi şəxsə məxsus əmlakı və pul vəsaitini gizli şəkildə təkrar talayaraq zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla oğurluq cinayətini törətmişdir. Belə ki, cinayət işinin materialları və məhkəmə istintaqında araşdırılmış mötəbər sübutlar əsasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs özgənin əmlakını gizli şəkildə talama məqsədi ilə 03 avqust 2020-ci il tarixdən satıcı kimi işlədiyi "Cahan Holdinq" Kommersiya İttifaqı "xxxx" MMC-nin elektronika mağazasından 2021-ci ilin iyun ayından başlayaraq 2022-ci ilin aprel ayına qədər olan müddətlərdə, "xxxx" MMC-də iş yoldaşı X8 cavabdehliyində olan mobil telefonların satış bölməsindəki dolabdan qəsdən qeyd edilən müddətdə orta bazar pərakəndə satış qiymətləri bir ədəd 2650 manat dəyərində olan İphone 12 Pro 128 GB Black/A2408 markalı mobil telefonu, bundan başqa təkrarən ayrı-ayrı günlərdə bir ədəd 1750 manat dəyərində İphone 12 mini 06.08.C.000065/ELK-21.00020 markalı mobil telefonu, bir ədəd 1960 manat dəyərində Samsung S21 Ultra 06.08.C.000056 markalı mobil telefonu, bir ədəd 2240 manat dəyərində İphone 12 Pro 128 GB markalı mobil telefonu, bir ədəd 1640 manat dəyərində Samsung S21 8/256 GB markalı mobil telefonu, bir ədəd 1460 manat dəyərində Samsung S21 8/128 GB markalı mobil telefonu, bir ədəd 1870 manat dəyərində İphone 12 128 GB markalı mobil telefonu və bir ədəd 1450 manat dəyərində Samsung Tab S7 06.08.C.000051 markalı planşet olmaqla ümumilikdə 7 (yeddi) ədəd mobil telefon və 1 (bir) ədəd planşeti gizli yolla talayaraq ümumilikdə "Cahan Holdinq" Kommersiya İttifaqı "xxxx" MMC-yə 15020 (on beş min iyirmi) manat məbləğində maddi ziyan vurmuşdur. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək, həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci və 177.2.4-cü maddələrində nəzərdə tutulan cinayətin bütün əlamətləri var. Həmin cinayət hadisəsi həqiqətən baş vermiş, ona ibtidai istintaq orqanı tərəfindən düzgün hüquqi qiymət verilmiş və cinayət hadisəsi məhz Təqsirləndirilən şəxs tərəfindən törədilmişdir. Həmçinin bu cinayətin törədilməsində o, təqsirlidir. Təqsirləndirilən şəxs cinayət əməlini qəsdən törətmişdir. Onun əməli başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə az ağır cinayət kateqoriyasına aiddir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 17 mart 2011-ci il tarixli Qərarı). “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. Sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş olsun, bununla sosial balans pozulmuş olsun və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. Azərbaycan Respublikasının CM-nin 177.2.2-ci və 177.2.4-cü maddəsinə əsasən oğurluğun təkrar törədilməsi və xeyli miqdarda ziyan vurulmaq törədilməsi maddələri üzrə sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulur. Məhkəmə Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunması, əvvəllər məhkumluğunun olmaması və himayəsində iki az yaşlı uşağının olması, vurulmuş ziyanın qismən ödənilməsini məsuliyyəti yüngülləşdirən hal kimi müəyyən edilmişdir. Təqsirləndirilən şəxs əməlində məsuliyyəti ağırlaşdıran hal yoxdur. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla, daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi qanuni, əsaslı və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərinə uyğundur. Eyni zamanda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsində nəzərdə tutulmuş vəzifələrin yerinə yetirilməsi Təqsirləndirilən şəxs üzərinə qoyulmalı, bu cəzanın icrası onun faktiki yaşadığı yer-Naxçıvan şəhəri Azərbaycan küçəsi döngə 4, ev 25 üzrə Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinə həvalə edilməli və cəzaçəkmə müddətinin əvvəli həmin orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. «Azərbaycan Respublikasının CM-nin dəyişikliklər edilməsi haqqında» 07 mart 2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə görə məhkəmə, hər bir cinayət işi üzrə CM-nin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli olan əmlakın olub-olmaması məsələsini həll etməlidir. Azərbaycan Respublikası CM-nin 99-1.1 və 99-1.1.1-ci maddələrinə əsasən məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunan əmlak hesab olunur. Məhkəmə xüsusi müsadirə ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, iş üzrə belə bir əmlak olmadığından təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə ilə bağlı müddəa tətbiq edilməməlidir. Şərh olunanlara və Azərbaycan Respublikası CPM-nin 44.1, 197-198, 341-349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 1 (bir) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarət altına vermə qətmkan tədbiri hökm qanuni qüvvəsini aldıqdan sonra ləğv edilsin. Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 24:00-dan növbəti gün saat 07:00-adək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Naxçıvan Muxtar Respublikasının ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzasının icrası faktiki yaşadığı yer-Naxçıvan şəhəri Azərbaycan küçəsi döngə 4, ev 25 üzrə Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinə həvalə edilsin və cəzaçəkmə müddətinin əvvəli həmin orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Hökmdən elan olunduğu andan 20 gün müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən:Gülnar Səfərəliyeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar