Məhkəmə qərarları › İş №1(078)-4/2025

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Hökm — İş №1(078)-4/2025

11.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Naxçıvan şəhəri İş № 1(078)-4/2025 11.02.2025 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi, Xüsusi ittihamçının nümayəndəsi Nümayəndə, təqsirləndirilən şəxs oğlunun, müdafiəçisi Müdafiəçi iştirakı ilə, xx.xx.1957-ci ildə Babək rayon, Qahab kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, evli, iki uşaq atası, işsiz, əvvəllər məhkum olunmayan, Babək rayon, Qahab kəndində qeydiyyatda olmaqla həmin ünvanında yaşayan X6 Azərbaycan Respublikası CM-nin 147.1 və 148-ci maddəsi ilə təqsirləndirilməsinə dair xüsusi ittiham qaydasında şikayətə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyənetdi: X10 11 oktyabr 2024-cü il tarixdə Naxçıvan şəhəri, Vəkillər Kollegiyasının qarşısında, Nümayəndə haqqında həqiqətə uyğun olmayan ifadələr işlədərək bildirmişdir ki, Zərərçəkmiş şəxs müharibə əliliyinin saxta olması və Zərərçəkmiş şəxs qanunsuz olaraq əlillik təyin olunması barədə ona böhtan atmışdır. Beləliklə, X10 Azərbaycan Respublikası CM-nin 147.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. X6 Azərbaycan Respublikası CM-in 148-ci maddəsi ilə təqsiri sübuta yetirilməmişdir. Məhkəmədə xüsusi ittihamçı Zərərçəkmiş şəxs nümayəndəsi qismində ifadə verən Nümayəndə bildirmişdir ki, X10 dəfələrlə qardaşı barəsində saxta əlil demişdir, o vaxt Zamanov Əlinin qardaşı Almirzə Zamanov da Babək Rayon Məhkəməsinə iltizam vermişdir. Bu gün Əli Zamanov dövlətə, prezidentə, vətəndaşa şər atır. Babək məhkəmənin sədrinə böhtan atır. Halbuki həmin iltizamda onun qardaşı “mən onun əlilliyini mübahisələndirməyəcəm” yazıbdır. Həmçinin qarşı tərəfin ictimai təhlükəli şəxsdir, bir dəfə narkotik maddələrin alqı-satqısı ilə həbs olunubdur. Bu gün bütün dövlət orqanlarının fəaliyyətini şübhə altına alır, belə ki, qardaşına verilən sənədlərin saxta olduğunu deyir. Qardaşına prezident tərəfindən medal verilib. Qardaşı xidmət edib, qazi olub, bu gün Əli Zamanov deyir ki, onun əlilliyi saxtadır. Onun vəkili kimi Müdafiəçi başqa şəxsin adına order olan sənədi qoşmaqla bir neçə dövlət orqanına müraciət edib sənədlər tələb edibdir. Qardaşı Zərərçəkmiş şəxs bu barədə ona məlumat verdikdən sonra o maraqlanmış və müəyyən etmişdir ki, bir neçə orqana müraciət ünvanlanıb, qardaşına məxsus hərbi sənədlərin əldə edilməsinə çalışıblar. Bununla bağlı Azərbaycan Vəkillər Kollegiyasına müraciət edib, vəkilin intizam məsələsi həll olunur. Vəkil Müdafiəçi onu Əli Zamanovla barışdırmaq üçün Kollegiyaya çağırdı. O da öz həmkəndliləri ilə məsələni həll etmək üçün Vəkillər Kollegiyasına getdi. X11rın yanında onun qardaşına saxta əlil dedi, dövlər orqanlarının verdiyi sənədin sakta olduğunu bildirdi, dövlət orqanlarına nalayiq ifadələr işlətdi. Əli Zamanov dəfələrlə qardaşına şər-böhtan atır. Ona görə ona ən ağır cəzanın verilməsini xahiş edir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş X10 elan olunmuş ittihamla özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o düzgün olanı demişdir. Bununla bağlı əlində sənədlər vardır. Zərərçəkmiş şəxs heç bir müharibədə olmayıb ki, ona müharibə əlili verilsin. Atəşkəs olan zaman heç bir insident olmayıb. Onun əlilliyi saxtadır və Müdafiə Nazirliyinə verdiyi sorğunun cavabı da bunu təsdiq edir. O barışmaq üçün heç bir hərəkət etməmişdir, onun barışıq əldə etmək fikri yoxdur, qarşı tərəf onu bezdiribdir. Xəstəxanada olarkən onun həyat yoldaşını ağladıblar. Dəfələrlə onların evinə polis, icra nümayəndəliyi gətiriblər, hamısı torpaq üstündə olub. Qardaşı da o vaxt Babək məhkəməsində olan zaman iltizamı oxumadan imza edibdir. Deyilənlərin hər birinə etiraz edir. Bəli prezidentin qarşı tərəfə verdiyi medal saxtadır. 25 ildir ki, partiya üzvüdür. Bu mübahisələr su ilə əlaqəli yaranıb, onun babası müharibə vetenatı olub, qəlpə yarası alıb, lakin bu şəxsin saxta əlilliyini əlində əsas gətirib hr cür imtiyaz alıbıdr. O dedikləri üçün peşman deyil, düzgün danışıb və sübutu vardır. Hələ o vaxt Zərərçəkmiş şəxsin atası onlara bildirmişdir ki, uşaq əsgərlikdən gəlib, dabanına tikan batıb. Onlar da demişdilər ki, uşağı qaytar, fərari deyərlər. O heç bir döyüşdə olmayıb, vuruşmayıb. Heç kimə də böhtan atmayıbdır. 2022-ci ildə də bu məsələ oldu, onda Babək Rayon Məhkəməsində iltizam verdi ki, bir daha bu cür ifadələr işlətməyəcək. Ancaq yenə Zərərçəkmiş şəxs öz imtiyazlarından istifadə edərək onun suyunu kəsdi. O da Zərərçəkmiş şəxs əlilliyinin saxta olması barədə bir neçə orqana müraciət edib, çünki istəyirdi ki, məsələ bilinsin ki, bu şəxsin əliliyi həqiqi deyil. 68 yaşı var, ikinci qrup əlildir, pensiya alır. Məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında ifadə vermiş şahid X3 ifadəsində qardaşının əlində sənədlər olduğunu, onu məhkəməyə verdiyini, 2017-ci ildə Azərbaycan Respublikasının Hərbi Prokurorluğuna ərizə göndərdiyini, qarşı tərəfin ərizəni geri götürməyi xahiş etdiyini, o, ərizəsini geri götürən kimi qarşı tərəfin onu məhkəməyə verdiyini, guya o Hüseynin atasına deyib ki, sənin oğlun güllə yarası dəyməyib, Hüseynin atası ona oğlunun dabanına yara çıxdığını və çala batdığını dediyini qeyd etmişdir. Məhkəmə iclasında ifadə vermiş şahid X4 1966-cı ildə Babək rayon, Qahab kəndində anadan olduğunu, sürücü işlədiyini, qohumluq əlaqəsi olmadığını, bu hadisə olan gün səhər 57 bazara gəldiyini, toxumluq buğda alacağını, Bədəlin buğda satdığını, ona zəng vurduğunu, Bədəlin Vəkillər Kollegiyasında olduğunu dediyini, onun yanına getdiyini. orada mübahisə olduğunu, X14 “sənin qardaşın saxta əlildir. Dövlət ona saxla əlillik verib” dediyini, orada X6 “dövlət qələt edir” dediyini eşitmişdir. Bildikləri bu qədərdir. Məhkəmə iclasında ifadə vermiş şahid X8 1975-ci ildə Babək rayon, Qahab kəndində anadan olduğunu, 1-ci qrup əlil olduğunu, işləmədiyini, qohumluğunun olmadığını, Cahan ticarət mərkəzinin qabağında Hafizin buğda alacağını, onunla birlikdə Bədəllə görüşmək üçün Vəkillər Kollegiyasının qarşısına getdiyini, mübahisə olduğunu, X14 “sənin qardaşın saxta əlildir” dediyini, Dövlətə qarşı nalayiq ifadələr işlətdiyini bildirmişdir. İş materiallarına əlavə edilmiş sənədlərdən aydın olur ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfində verilmiş xx.xx.2017-ci il tarixli, 050549 nömrəli vəsiqəyə, əsasən, Zərərçəkmiş şəxs müharibə zamanı 1-ci qrup əlildir. İş materiallarına əlavə edilmiş sənədlərdə qeyd edilmişdir ki, Naxçıvan MR Hərbi Komissarlığı tərəfində verilmiş 018700 nömrəli vəsiqəyə, əsasən, Zərərçəkmiş şəxs müharibə veteranları üçün müəyyən edilmiş güzəşt və imtiyazlardan istifadə etmək hüququna malikdir. İş materiallarına əlavə edilmiş sənədlərdə qeyd edilmişdir ki, Azərbaycan Respublikasının Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının tərəfində verilmiş xx.xx.2001-ci il tarixli, 379 nömrəli qərarına, əsasən, Zərərçəkmiş şəxs aldığı yara hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır. İş materiallarına əlavə edilmiş sənədlərdə qeyd edilmişdir ki, xx.xx.2022-ci il tarixdə X10 tərəfindən imza ilə Zərərçəkmiş şəxs şər və böhtan atmamaqla əlaqəli təsdiq edilmiş iltizam verilmişdir. İş materiallarına əlavə edilmiş sənədlərdə qeyd edilmişdir ki, xx.xx.2017-ci il tarixli X3 tərəfindən Babək Rayon Məhkəməsinə verilmiş iltizamda Zərərçəkmiş şəxs üzr istəmişdir. İş materiallarına əlavə edilmiş sənədlərdə qeyd edilmişdir ki, xx.xx.2024-cü il tarixli akta, əsasən, Nümayəndə, X5, X1 imzalamışlar, aktda “X6 Vəkillər Kollegiyasının qarşısına Zərərçəkmiş şəxs həqiqətə uyğun olmayan ifadələr işlədərək bildirmişdir ki, güya onun müharibə əlilliyi saxtadır və qanunsuz əlillik təyin olunub”qeyd olunmuşdur. İş materiallarına əlavə edilmiş sənədlərdə qeyd edilmişdir ki, 161 saylı Hərbi Hissənin tibb xidməti rəisi, E.Hacıyev tərəfindən xx.xx.2001-ci il, 186 nömrəli tarixli arayışda Zərərçəkmiş şəxs xx.xx.1997-ci il tarixdə sağ baldırın aşağı 1/3-nin dəlib keçən güllə yaralanması diaqnozu ilə tibb məntəqəsinə gətirilmiş və təxliyyə olunmuşdur. İş materiallarına əlavə edilmiş sənədlərdə qeyd edilmişdir ki, Azərbaycan Respublikasının Naxçıvan MR Babək Rayon İcra Hakimiyyəti Qahab Kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayındəliyin verdiyi xx.xx.2024-cü il tarixli, 567 nömrəli arayışa, əsasən, Zərərçəkmiş şəxs Babək rayon, Qahab kəndində qeydiyyatdadır. xx.xx.2024-cü il tarixdə Naxçıvan Şəhər Məhkəməsinə X10 tərəfindən etiraz ərizəsi və ona əlavə edilmiş sənədlər daxil olmuşdur. xx.xx.2024-cü il tarixli, 234 nömrəli X2 Hərbi Həkim Komissiyasının rəisi Tarqulu Tarquliyev tərəfindən verilən məktuba qeyd edilmişdir ki, Müdafiəçi xx.xx.2024-cü il tarixli 2/84 nömrəli məktubunda Zərərçəkmiş şəxs həqiqətən vəkili olmağı barədə vəkil orderini və etibarnaməsi olmadığına görə məktub icra edilməmişdir. xx.xx.2019-cu il tarixli, 1902 və 2113 nömrəli vəsiqələr ilə Zərərçəkmiş şəxs “Müharibə veteranı” və “Milli Ordu-100” medalları ilə təltif edilmişdir. Yeni Azərbaycan Partiyası Babək Rayon Təşkilatının xx.xx.2025-ci il tarixli arayışına, əsasən, X10 xx.xx.2001-ci ildən Yeni Azərbaycan Partiyasının üzvüdür. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Məhkəmə xüsusi ittihamda Zərərçəkmiş şəxs təqsirləndirilən şəxs X10 tərəfindən şərəf və ləyaqətinin, işgüzar nüfuzunu ləkələyən böhtan iafdələrinin ictimai yerdə bildirdiyinə görə onun təhqir edilməsi əməlinə hüquqi qiymət verərək həmin maddə üzrə təqsirləndirilən şəxsin təqsirinin sübuta yetirilməməsi nəticəsinə gəlir və bu nəticəni aşağıdakı hallarla əsaslandırır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 148-ci maddəsində nəzərdə tutulmuş təhqir dedikdə, kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltma başa düşülür. Azərbaycan Respublikasının CPM-in 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Həmin Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayətprosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. X7 Konvensiyasının 6-cı maddəsini 2-ci bəndində göstərilmişdir ki, cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. Avropa İnsan Hüquqları Məhkəməsi Telfner Avstriyaya qarşı( 2001) işində qeyd etmişdir ki, məhkəmə araşdırması gedişində təqsirsizlik prezumpsiyası prinsipinin əhəmiyyəti sübutetmə yükünün ittiham tərəfinin üzərinə düşməsi, irəli sürülən ittihamın əsaslılığına dair şübhələrin isə təqsirləndirilən şəxsin xeyrinə şərh olunmasıdır. “Berbera, Messege və Habordo İspaniyaya qarşı” işində Avropa məhkəməsi qeyd etmişdir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, hansı ki, qanuna müvafiq yəni, qanuni yolla əldə olunmuşdur. Həmçinin vurğulanmışdır ki, məhkəmə üzvləri öz vəzifələrini həyata keçirərkən prosesə əvvəlcədən təqsirləndirilən şəxsin onun təqsirləndirildiyi əməli törətməsi fikri ilə başlamamalıdır və hər hansı şübhə onun xeyrinə həll olunmalıdır. Bundan əlavə “Hoanq Fransaya qarşı” işində Avropa məhkəməsinin mövqeyinə əsasən bütün sübutlar diqqətlə qiymətləndirilmədən hüquq fərziyyəsinin tətbiq edilməsi təqsirsizlik prezumpsiyasını böyük ehtimalla pozmuş olur. Ehtimal və fərziyyə ilə ittiham irəli sürülə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin məhkəmələrin yekun qərarlarının hüquqiliyi ilə bağlı “Bratyakin Rusiyaya qarşı” iş üzrə xx.xx.2006, “Fadin Rusiyaya qarşı” iş üzrə xx.xx.2006, “Lenskaya Rusiyaya qarşı” iş üzrə xx.xx.2009, “Radçikov Rusiyaya qarşı” iş üzrə xx.xx.2007-ci il tarixli qərarlarına əsasən hüquqi dövlətin ən mühüm prinsiplərindən biri digər hallarla yanaşı məhkəmənin yekun qərarlarının sual doğurmamalı olmasını nəzərdə tutan hüquqi müəyyənlikdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 21.3-cü maddəsinə əsasən cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Hazırki xüsusi ittiham qaydasında verilmiş şikayət üzrə təqsirləndirilən şəxsin xüsusi ittihamçının şərəf və ləyaqətinin nalayiq formada qəsdən alçatması-təhqir etməsinə dair hər hansı ifadənin işlədilməməsi onların öz ifadələri və şahid ifadələri ilə müəyyən edilmişdir. Buna görə də həmin maddə üzrə X6 təqsirliliyi sübuta yetirilmədiyindən bəraət verilməlidir. Azərbaycan Respublikası CM-in 147.1-ci maddəsinə görə böhtan, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, mediada və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayma-min manatdan min beş yüz manatadək miqdarda cərimə ilə və ya iki yüz qırx saatdan dörd yüz səksən saatadək müddətə ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olubolmaması, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikası cinayət-prosessual qanunvericiliyi müəyyən edir (Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 1.1-ci maddəsi). Hər hansı məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız Cinayət-Prosessual Məcəlləsində (bundan sonra - CPM) göstərilən məsələlər hakim tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin həmin məsələlərin dairəsini müəyyənləşdirən 346.1-ci maddəsinə görə müzakirə edilməsi mütləq olan məsələlərdən biri də təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittiham elan edildiyi cinayətin əlamətlərinə uyğun olub- olmamasıdır. Məhkəmə hökmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmin şəxsin gələcək taleyini həll etdiyi üçün prosessual qanunvericirik onunla bağlı konkret tələblər irəli sürür. Cinayətprosessual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 349.3., 349.4., 349.5-ci maddələri). Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanılmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanılır, əldə olunmuş sübutların mənbəyinin mötəbirliyi müəyyənləşdirilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Xüsusi ittiham qaydasında şikayətlər dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında» 21 fevral 2014-cü il tarixli 3 nömrəli qərarının 8-ci bəndində göstərilir ki, xüsusi ittiham qaydasında verilmiş şikayətdə zərərçəkmiş şəxsin təhqir olunması iddiası irəli sürüldükdə yayılmış məlumatların təhqir xarakterli məlumatlar olmasını yoxlayarkən məhkəmələrə müvafiq lüğətlərdən, linqvistika sahəsində mütəxəssislərin fikirlərindən istifadə etmələri, zərurət yarandıqda məhkəmə-linqvistik ekspertizası keçirmələri tövsiyə edilir. 1948-ci il Ümumdünya insan hüquqları Bəyannaməsində, 1966-cı il mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktda və Azərbaycan Respublikası Konstitusiyasının 46- cı maddəsində deyilir ki, hər kəsin şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır, heç bir hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz. Azərbaycan Respublikasının Konstitusiyasının 46-cı maddəsində hər kəsin öz şərəf və ləyaqətini müdafiə etmək hüququ təsbit edilmişdir. Avropa İnsan Hüquqları Konvensiyasının 10-cu maddəsinin 2-ci bəndində nəzərdə tutulur ki, «…mənəviyyatın qorunması üçün, digər şəxslərin nüfuzu və hüquqlarının müdafiəsi üçün, …qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olan müəyyən rəsmiyyətə, şərtlərə, məhdudiyyətlərə və ya sanksiyalara məruz qala bilər» İnsan Hüquqları üzrə Avropa Məhkəməsi tərəfindən müəyyən olunmuş presedent hüququna görə faktlar və qiymətləndirici mülahizələrin diqqətlə fərqləndirilməsinə ehtiyac var. Faktların mövcudluğu nümayiş etdirilə bildiyi halda qiymətləndirici mülahizənin həqiqiliyi sübut oluna bilən deyil (bax, Lingens v. Austria, judgment of 8 July 1986, Series A no. 103, p. 28/46). Şərəf - cəmiyyətin üzvü kimi insanın əxlaqi, mənəvi, mədəni keyfiyyətlərinə, başqa şəxslərə, dövlətə, cəmiyyətə münasibətinə görə ona verilən ictimai qiymətdir. Ləyaqət – şəxsin özünə, özünün davranışına, mənəvi və əxlaqi dünyagörüşünə, cəmiyyətdə tutduğu mövqeyinə özünün verdiyi qiymətdir. Nüfuz-şəxsin cəmiyyətdə, kollektivdə, dostlarının əhatəsində, təşkilatda öz qabiliyyətinə, mövqeyinə, ictimai əhəmiyyət kəsb etməsinə görə başqa şəxslər tərəfindən ona verilən qiymətdir. Beləliklə məhkəmə işdə toplanmış sənədləri araşdırıb məhkəmə istintaqı zamanı əldə edilmiş sübutları, verilmiş ifadələrlə əlaqəli şəkildə tədqiq edib onlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, X6 əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsində nəzərdə tutulmuş böhtan atma cinayətinin tərkibi vardır və bu əməli törətməkdə təqsirli olması kifayət qədər sübuta yetirilmişdir. X10 cinayət əməlini qəsdən törətmişdir. Onun əməli başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə böyük ictimai təhlükə törətməyən cinayət kateqoriyasına aiddir. X6 əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Belə ki, məhkəmə iclası zamanı X10 məhkəmə iclasında da qeyd etmişdir ki, Zərərçəkmiş şəxs verilən medallar saxtadır. Lakin onun bildiridiyi bu ifadənin həqiqi olmasına dair iş materiallarında hər hansı sübut yoxdur. Onun “saxta əlil” ifadəsi işdə olan sənədlərlə təkzib edilir. Qeyd olunanlar onu göstərir ki, X10 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə təqsirli bilinərək cəzalandırılmalıdır. Beləliklə təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, CM-nin 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə cəzasının təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 44-cü maddəsinə, əsasən, cərimə bu Məcəllə ilə müəyyən edilmiş hallarda və məbləğdə məhkəmə tərəfindən təyin edilən pul tənbehidir. 44.2. Cərimə törədilmiş cinayətin ağırlığı və məhkumun əmlak vəziyyəti nəzərə alınmaqla iyirmi min manatadək miqdarda və ya cinayət nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) bir mislindən on mislinədək miqdarda, habelə cinayətin predmetinin dəyərinin yüz faizinədək miqdarda müəyyən olunur. CM-nin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. CM-nin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, CM-nin 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. CM-nin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə cəzanın növünü və həddini təyin edərkən CM-nin yuxarıdakı tələblərinə əməl edərək cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini nəzərə alır. Sadalananlara əsasən məhkəmə qeyd edir ki, X6 barəsində Azərbaycan Respublikası CM-in 147.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan daha ciddi cəzanın təyin edilməsinin üçün əsaslar yoxdur. Çünki “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrubəsi haqqında” Ali Məhkəmənin Plenumunun xx.xx.2003-cü il tarixli qərarının 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. Beləliklə hazırkı cinayət işi üzrə məhkəmə Cinayət Məcəlləsinin vəzifələrini təmin etmək üçün, ədalətlilik və qanunçuluq prinsipinə əməl etmək üçün, CM-nin Ümumi hissəsinin müddəalarını nəzərə alaraq hesab edir ki, CM-nin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş cəzanı tətbiq etməklə cəzanın məqsədlərinə çatmaq olar və hazırkı iş üzrə şəxsə cərimə növündə cəza təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsinin sanksiyasında cərimə cəzası 1000 manatdan 1500 manatadək müəyyən olunması göstərilmişdir. CM cəzanın müəyyən həddə təyin edilməli olmasını müəyyən etmişdir. Həddin isə aşağı və yuxarı sərhədləri vardır. Məhkəmə bu həddi müəyyən etmək üçün CM-nin Ümumi hissəsində bunun üçün müəyyən edilmiş parametrləri də nəzərə almışdır. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 02 aprel 2012-ci il tarixlə Qərarında müəyyən edilmişdir ki, Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir. Beləliklə, CM-in 59-cu maddəsinin məzmunundan görünür ki, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan və cinayət tərkibindən kənarda qalan müxtəlif hallardır. Təqsirləndirilən şəxsin əlil olmasını, yaşını məhkəmə cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. İş üzrə maddi sübut və mülki iddia yoxdur. «Azərbaycan Respublikasının CM-nin dəyişikliklər edilməsi haqqında» 07 mart 2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə görə məhkəmə, hər bir cinayət işi üzrə CM-nin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli olan əmlakın olub-olmaması məsələsini həll etməlidir. Azərbaycan Respublikası CM-nin 99-1.1 və 99-1.1.1-ci maddələrinə əsasən məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunan əmlak hesab olunur. Məhkəmə xüsusi müsadirə ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, iş üzrə belə bir əmlak olmadığından təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə ilə bağlı müddəa tətbiq edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344- 347, 349, 351-353, 356, 358, 381,384-385-cimaddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: X6 əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsində nəzərdə tutulmuş cinayətin tərkibi olmadığından, ona həmin maddə ilə verilmiş xüsusi ittiham üzrə bəraət verilsin. Təqsirləndirilən şəxs X10 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə təqsirli bilinərək 1000 (bir min manat) cərimə cəzasına məhkum edilsin. İş üzrə maddi sübut, mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Hökmdən elan olunduğu andan 20 gün müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Gülnar Səfərəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar