Məhkəmə qərarları › İş №1(078)-40/2023

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Hökm — İş №1(078)-40/2023

30.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Naxçıvan şəhəri İş № 1(078)-40/2023 30.10.2023 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Məmmədov Qabil Neymət oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi, dövlət ittihamçısı Naxçıvan Мuxtar Respublikası Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin rəis əvəzi, kiçik ədliyyə müşaviri X2, Təqsirləndirilən şəxs, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi iştirakı ilə, xx xxxxx 1980-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, evli, 3 uşaq atası, ali təhsilli, müvəqqəti işsiz, əvvəllər Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə məhkum olunmaqla məhkumluğu ödənilmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Şərur rayonu, Çəmənli kəndində yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə baxışı iclasında baxaraq müəyyənetdi: Məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs şəxsi istifadəsi üçün əldə etdiyi metadon narkotik vasitəsini Sürət karqo vasitəsilə əl yükündə divar saatının içərisində Bakıdan Naxçıvana gətizdirtmiş, əl yükü karqo vasitəsilə Naxçıvana gəldikdən sonra onu götürmək üçün ünvan 5 nömrəli binada yerləşən Sürət karqoya gedərək əl yükünü götürüb binanın qarşısına çıxmış və 06 iyul 2023-cü il tarixdə saat 17:45 radələrində Naxçıvan Şəhər Polis İdarəsinin Cinayət Axtarış Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs narkotik vasitə saxlamaqda və daşımaqda şübhəli bilindiyinə görə saxlanılmış və polis əməkdaşları tərəfindən onun əl yükünə baxış keçirilən zaman qəsdən, qanunsuz olaraq şəxsi istifadəsi üçün əldə etdiyi bir ədəd konvalyut kəsiyində şəxsi istehlak miqdarından artıq miqdar təmiz çəkisi 0,04 qram olan metadon narkotik vasitə həbi aşkar olunaraq prosessual qaydada götürülmüşdür. Məhkəmə baxışı iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ifadəsində, 25 il bundan öncə Azərbaycan Dövlət İqtisad Universitetində tələbə olarkən narkotik vasitələrdən istifadə etməyə başladığını, həmin vaxt marixuana narkotik tərkibli bitkilərindən istifadə etdiyini, marixunadan başqa, müxtəlif təsiredici həblərdən istifadə etdiyini, 2006-cı ildə marixuanadan istifadə edərkən Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılaraq Binəqədi Rayon Məhkəməsi tərəfindən 9 ay müddətinə azadlıqdan məhrum olunduğunu, 2023-cü il ərzində 5 dəfə Bakı şəhərindən həm özünün gətirdiyini, həm də sifariş verərərk müxtəlif Kargo vasitəsilə həblər, marixuana və patı narkotik vasitələri gətirildiyini, gətirdiyi narkotik vasitələri ancaq Bakı şəhərindən gətirdiyini, ilk dəfə 2023-cü ilin yanvar ayında Bakı şəhər sakini olan, məhəlləmizdə əvvəllər yaşayıb tanımadığım başqa ünvana köçən Orxan adlı şəxsin kart hesabına 120 manat pul yükləməklə 3 ədəd marixuana, 2 ədəd metadon həbi və patı narkotik vasitələrini Nurlu kargo vasitəsilə gətizdirdiyini, mart ayında ailə üzvləri ilə birgə Bakı şəhərində yaşayan anasını görmək üçün oraya getdiyini, orada dostlarının onun üçün müxtəlif narkotik tərkibli maddələrdən istifadə etməyini təşkil etdilərini,15 gün Bakı şəhərində qaldıqdan sonra Naxçıvana qayıdarkən 2 ədəd metadon həbi, yarım qram patı, 2 büküm marixuana gətirdiyini, aprel ayında Orxan adlı dostunun kart hesabına 100 manat pul yükləməklə Nurlu karqo vasitəsilə marixuana və həblər gətizdirdiyini, iyun ayında isə 2 dəfə Sürət kargo vasitəsilə marixuana, həblər gətizdiriyini, sonuncu dəfə isə Bakı şəhərində yaşayan Elçin adlı taksi sürücüsünə Whatsapp sosial şəbəkəsi vasitəsilə görüntülü zəng vurmaqla, ona metadon həbini evi üçün aldığı divar saatının içərisinə yerləşdirməklə göndərməsini məsləhət verdiyini, Elçinin isə saatı ona Sədərək ticarət mərkəzində satan Fuad adlı şəxsin vasitəsilə onun göstərdiyi yerə yerləşdirməklə iyul ayının 5-də Bakı şəhərindən yola salındığını,1 ədəd metadon adlı narkotik vasitə olan həb üçün 15 manat, 2 manat isə taksi pulu verməklə ümumilikdə 17 manata Sürət kargo vasitəsilə Naxçıvana gətizdirdiyini, sürət kargoya isə 6 manat pul ödədiyini, xx.xx.2023-cü il tarixdə saat 11:00 radələrində yaşadığı Şərur rayonu Çəmənli kəndindən çıxmaqla 12:00 radələrində Naxçıvan şəhərində yerləşən Sürət kargoya gəldiyini, 6 manat pul ödədiyini və sifariş verdiyi saat və içərisində metadon həbi olan torbanı götürdüyünü və bayıra çıxarkən Sürət kargonun qarşısında polis əməkdaşlarının onu saxladığını və avtomobilə dəvət etdiklərini, onlarla bərabər avtomobilə mindiyini və onların narkotik vasitə gətizdirməyi barədə məlumat verdiklərini, onların məlumatını təsdqi etdiyini və avtomobilə əyləşərək onlarla bərabər Naxçıvan Şəhər Polis İdarəsinə gəldiyini, Bir neçə dəfə sürət və nurlu karqo vasitəsilə narkotik vasitə gətirdiyini, Gətirditdiyi narkotik vasitələrin marixuana və metadon həbi olduğunu, Karqoda işləyən kimlərləsə əlaqəsinin olmadığını, Bakıdan əvvəlcədən tanıdığı taksi şoferi işləyən Elçin adlı şəxslə əlaqə saxladığını və ona metadon həbini göndərdiyini, bir neçə dəfə isə tanışı Orxan adlı şəxsin karqo vasitəsilə ona narkotik vasitə göndərdiyini, Orxanla əlaqəsinin kəsildiyini, Elçindən xahiş etdiyini ona narkotik vasitə alıb göndərdiyini, kimdən aldığını, necə əldə etdiyini bilmədiyini, Orxan adlı şəxsi dörd-beş il olar ki tanıdığını, Orxanın Suraxanı rayon Yeni Günəşli qəsəbəsində yaşadığını, X6 atası Əli ilə birlikdə ərzaq mağazası işlətdiklərini, həmin mağazaya alverə getdiyi üçün Orxanla arasında münasibət yarandığını, Orxanın ona narkotik çəkməyi təklif etdiyini, həmin vaxtdan onların münasibətlərinin daha da sıxlaşdığını, sonradan Naxçıvana gəldiyini, axrıncı dəfə 2023-cü ilin mart ayında anasını görmək üçün Bakı şəhərinə getdiyini, həmin vaxt yenidən Orxanla qarşılaşdığını, Orxandan narkotik olub-olmamasını soruşduğunu, təşkil edə biləcəyini dediyini, bir neçə gün sonra Orxanla ona məxsus olan ***-***-**-** mobil nömrə ilə əlaqə saxladığını, Orxanın onu evlərinin qarşısına çağırdığını, Orxangilin qaldığı binanın qarşısına getdiyini, Orxanın ona 1 ədəd metadon həbi verdiyini, qarşılığında ona 15 manat məbləğində pul verdiyini, sonra bir dəfə də yenə əlaqə saxladığını, Orxanın 4098 5844 6772 5626 nömrəli Leo bank kartına 15 manat yüklədiyini və onun dərmanı Yeni Günəşlidə olan ərzaq mağazalarına göndərdiyini, həmin mağazadan götürdüyünü, mart ayının axrında Naxçıvana qayıtdığını, Naxçıvana gələn zaman Orxandan aldığı 1 ədəd metadon həbini də özü ilə birlikdə Naxçıvana gətirdiyini, Naxçıvana gələndən sonra da üç dəfə Orxanla əlaqə saxladığını, həmin kartına ayrıayrılıqda hər dəfə 80 manat olmaqla pul göndərdiyini, X10 vasitəsilə ona metadon və metanfetamin narkotik vasitəsi göndərdiyini, Orxanın ona narkotik vasitələri saatın içərisinə qoyaraq X7 filialından göndərirdiyini, həmin bağlamaları Naxçıvan şəhərində yerləşən Sürət karqonun filialından götürüdüyünü, tutulmamışdan iki həftə qabaq Orxanın nömrəsinə zəng etdiyini, telefonu bir nəfər qadın açdığını və Orxanı soruşan zaman Orxanın xəstəxanada olduğunu bildirdiyini, telefonu söndürdükdən sonra vatshapda Orxana yazdığını, ona Orxanın xəstəxanada olması barədə mesj gəldiyini, Orxanla əlqəsinin kəsildiyi üçün ona narkotik vasitə lazım olduğu üçün əvvəlcədən tanıdığı Suraxanı rayon X9 massivi AB ev 16, mənzil 23 ünvanında yaşayan məhllə uşağı olan X3 ***-***-**-** mobil nömrəsinə zəng etdiyini, Elçinə ona metadon narkotik vasitəsi lazım olduğunu dediyini, Elçinin ona metadon tapa biləcəyini dediyini, Elçinə məxsus olan **********421280 nömrəli karta 17 manat yüklədiyini, Elçinin Sədərəkdən dediyi saat mağazasından bir ədəd divar saatı götürdüyünü, ona göndərəcəyi metadon narkotik vasitəsini saatın içərisinə yerləşdirərək Sədərk ticarət mərkəzində yerləşən Sürət karqonun filialına təhvil verdiyini, Elçinin göndərdiyi metadon narkotik vasitəsini Naxçıvan şəhərində yerləşən Sürət Karqonun filialından götürən zaman tutulduğunu, peşman olduğunu, yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində, Naxçıvan Şəhər Polis İdarəsinin Cinayət Axtarış Şöbəsinin əməliyyat müvəkkili vəzifəsində işlədiyini, Təqsirləndirilən şəxs əvvəlcədən tanımadığını, onunla arasında ədavət, düşmənçilik və qohumçuluq münasibətinin olmadığını, 06 iyul 2023-cü il tarixdə daxil olmuş əməliyyat məlumatı nəticəsində Cinayət Axtarış Şöbəsinin rəisinə məruzə elədiyini, iş yoldaşları Şahid3 və Şahid2 ilə əməliyyat tədbiri qurduqlarını, həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrdən və psixotrop maddələridən istifadə etməkdə və saxlamaqda şübhəli bilinən Təqsirləndirilən şəxs ünvan 5 ünvanında yerləşən Sürət Kargodan çıxan zaman saxlanılaraq Polis İdarəsinə dəvət edildiyini, Təqsirləndirilən şəxs İdarəyə gətirildikdən sonra İdarənin istintaq və təhqiqat şöbəsinə təhvil verildiyi, təhqiqatçı tərəfindən dövlət hesabına dəvət edilmiş müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs Sürət Kargodan götürdüyü əl yükünə video-görüntülü baxış keçirildiyini, baxış zamanı Təqsirləndirilən şəxs əl yükünün içərində bir ədəd divar saatının olduğunu və saatın içərisində bir ədəd metadon narkotik vasitəsinin olduğunu dediyini, bundan sonra müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs əl yükünü açdığını və yükün içərisində saatın 12 rəqəminə tərəf yapışdırılmış bir ədəd konvalyutun içərində olan həbi təqdim edərək metadon narkotik vasitə olduğunu bildirdiyini, həmin bir ədəd metadon narkotik vasitəsinə bənzər həb prosessual qaydada götürülərək kağız zərfə qablaşdırıldığını, kağız zərfin möhürləndiyini, iştirakçılar tərəfindən imzalandığını bildirmişdir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid2 Şahid1 ilə eyni məzmunda ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində, Təqsirləndirilən şəxs ilə 14 ildir ki ailəli olduğunu, üç övladlarının olduğunu, həyat yoldaşı Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Naxçıvan şəhərində üzərində narkotik vasitə olduğu üçün saxlanıldığını, həyat yoldaşı Telmanın narkotik vasitə istifadə etməsi barədə onun məlumatının olmadığını, evli olduqları 14 il ərzində ilk dəfə idi ki belə hal baş verdiyini, həyat yoldaşının ona və övladlarına qarşı çox ailəcanlı bir həyat yoldaşı və ata olduğunu, evli olduqları müddətdə onun hal və hərəkətlərində heç bir neqativ halla qarşılaşmadığını, həyat yoldaşının cəmiyyətdə və ailədə həmişə özünü normal şəkildə apardığını, həyat yoldaşının əvvəllər narkotik vasitə istifadə etməsi barədə məlumatının olmadığını bildirmişdir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində, Təqsirləndirilən şəxs onun doğma övladı olduğunu, Telmanın 2000-ci illərdə Bakı şəhərində universitetdə oxuyan zaman narkotik vasitələrdən istifadə etdiyini, Telmanı müalicə etdirdiklərini, Telmanı narkotikadan uzaqlaşdırmaq üçün Naxçıvan şəhərinə göndərdiklərini, 2009-cu il tarixdə Telmanın Şərur rayon çəmənli kəndində hal-hazır ki həyat yoldaşı Şahid4 ilə ailə qurduğunu, hal-hazırda onların üç övladının olduğunu, Telmanın Naxçıvanda olduğu müddət ərzində narkotik vasitələrdən uzaq durduğunu, Bakı şəhərində yaşadığından oğlunun yenidən narkotik vasitələrdən istifadə etməyə başlamasından xəbərsiz olduğunu, Telmanın ətrafında olan şəxslərdən Orxanı tanıdığını, Orxanın atası Əli kişinin oların yaşadığı binanın yaxınlığında mağazasının olduğunu, Orxanın son vaxtlar narkotik vasitələrdən istifadə etdiyi üçün müalicə aldığını eşitdiyini, Elşən adlı şəxsin onların binasında yaşadığını və Elşənin də narkotik vasitələrdən istifadə etdiyini, onun son vaxtlar Bakı şəhərində narkotikə görə həbs edildiyini, Elçin adlı şəxslə bir binada qaldıqlarını, Elçinin anasının jekin müdiri işlədiyini, Elçinin də narkotik vasitələrdən istifadə etdiyini, hal-hazırda yaşadıqları binada qaldıqlarını bildirmişdir. İş materiallarında olan: Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyi ƏSİŞ-dən alınmış cavabda, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə xx.xx.2006-ci il tarixdə Binəqədi rayon məhkəməsinin qərarı ilə 02 il azadlığın məhdudlaşdırılması cəzası aldığı, xx.xx.2006-cı il tarixdə Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə aldığı azadlığın məhdudlaşdırılması cəzasının bir ilə endirildiyini, 27 fevral 2007-ci il tarixdə Əzizbəyov Rayon Məhkəməsinin qərarı ilə vaxtından əvvəl cəzadan azad edildiyi göstərilmişdir. Naxçıvan Мuxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzindən alınmış 07 iyul 2023-cü il tarixli 666 nömrəli ekspert arayışında üzərində Şərur rayonu Çəmənli kəndində yaşayan Təqsirləndirilən şəxs Sürət karqo vasitəsilə sifariş verdiyi əlyazmalar və imzalar olan bir ədəd kağız zərfin içərisindəki üzərində “Methadone” sözləri yazılmış 01 ədəd konvalyut kəsiyində 01 ədəd həb, narkotik vasitə metadon dərman preparatıdır. 01 ədəd həbdə metadonun təsiredici maddəsinin təmiz çəkisi-0,04 qram təşkil edir. Naxçıvan Мuxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzindən alınmış 18 avqust 2023-cü il tarixli 798 nömrəli ekspert rəyində üzərində Şərur rayonu Çəmənli kəndində yaşayan Təqsirləndirilən şəxs Sürət karqo vasitəsilə əl yazıları, ad, soyad və imzalar olan və Azərbaycan Respublikası DİN Naxçıvan MR DİN Naxçıvan Şəhər Polis İdarəsinin 1-ci X8 üçün dairəvi möhür əksi ilə möhürlənmiş 01 ədəd kağız zərfin içərisindəki konvalyut kəsiyində boz rəngli yarım həb parçası (təsiredici maddəsinin miqdarı-0,02 qram) narkotik vasitə olan metadon dərman preparatlarıdır. İş materialında olan 15 sentyabr 2023-cü il tarixli 267 saylı ekspert rəyindən məlum olur ki, təqsirləndirilən şəxs hadisədən əvvəl, hadisə vaxtı və hadisədən sonra psixi xəstəlikdən əziyyət çəkməmişdir. Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxsin məcburi müalicəyə ehtiyacı yoxdur. İş materialında olan 15 sentyabr 2023-cü il tarixli 266 saylı ekspert rəyindən məlum olur ki, təqsirləndirilən şəxs spirtli içki və narkotik maddələrin istifadəçisidir.Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əziyyət çəkir və xroniki alkoqolizmdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı vardır. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamla özünü tam təqsirli bilərək cinayəti törətməsi barədə verdiyi etiraf ifadəsini, şahidlərin ifadələrini, iş üzrə olan digər sübutlarla əlaqəli şəkildə qiymətləndirərək belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmiş, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, təqsirləndirilən şəxsin törətmiş olduğu cinayət əməli işin digər halları ilə tam sübuta yetir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsində qeyd olunur ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Göstərilənlərə əsasən məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan əməli törətməsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayətin törədilməsi ilə nəticələnmişdir. Buna görə də, Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif olunmuşdur. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar və ya onun cinayət məsuliyyətindən azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Мəhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin “Ümumi hissə”sinin müddəaları nəzərə alınmaqla, ədalətli cəza təyin olunmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən, məhkəmə tərəfindən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs müsbət xarakterizə edilməsini, törətdiyi əməldən səmimi peşman olmasını, himayəsində üç uşağının olmasını Azərbaycan Respublikası CMin 59-cu maddəsinə əsasən yüngülləşdirici hal kimi müəyyən edir. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən ağırlaşdırıcı hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 15.3-cü maddəsinə əsasən,Təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayət əməlləri təsnifatına görə az ağır cinayətdir. 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından təqsirləndirilən şəxsi xarakterizə edən halların nəzərə alınaraq hüquqi qiymət verilməsini zəruri hesab edir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “hər kəs mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəssiz məhkəmə vasitəsi ilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir”. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarının 1-ci bəndində göstərilmişdir ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2-ci və 41ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Həmçinin Qərarın 3-cü bəndində qeyd edilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Həmin Qərarın 8-ci bəndində CM-in 62-ci maddəsinin tətbiqi məsəlləri barədə qeyd edilmişdir ki, cinayətin ictimai təhlükəlilik dərəcəsini əhəmiyyətli dərəcədə azaldan bütün müstəsna hallar qanunda birbaşa nəzərdə tutulmadığından məhkəmə müstəsna hal kimi həm ayrı-ayrı yüngülləşdirici halları həm də onların məcmusunu tanımağa haqlıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli 4 saylı qərarına əsasəncəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması kimi hallara da diqqət yetirilməlidir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, “Narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları, güclü təsir edən və zəhərli maddələr üzrə cinayət işlərində maddi sübutların məsələsi həll edilərkən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 06 oktyabr 2005-ci il tarixli 181 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq müsadirə edilmiş narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının məhv edilməsi Qaydası” və “Qanunsuz dövriyyədən Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq müsadirə edilmiş, lakin dərman preparatları şəklində olduğuna və tibbi məqsədlərlə istifadə oluna biləcəyinə görə məhv edilməsi mədsədə uyğun olmayan narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi üçün təhvil verilməsi Qaydası”na uyğun olaraq məhkəmələr onların məhv edilməsini və ya tibb məqsədləri üçün istifadəyə yararlı olan narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə verilməsini hökmdə mütləq göstərməli və bu işlər üzrə hökmlərin icrası haqqında sənədlərin işə əlavə olunması təmin edilməlidir.” Məhkəmə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan Qərarı, eyni zamanda Azərbaycan Respublikası CPM-in 346.1 və 346.1.19-cu maddələrinin tələbləri baxımından maddi sübutlar məsələsinin necə həll edilməli olduğunu müzakirə edərək belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut kimi tanınmış, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş bir ədəd konvalyut kəsiyində şəxsi istehlak miqdarından artıq miqdar təmiz çəkisi 0,04 qram olan metadon narkotik vasitə həbi müsadirə edilməklə məhv edilməlidir. Məhv etmə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 32-ci maddəsinə əsasən yaradılmış komissiya tərəfindən həyata keçirilməlidir. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmədən islah etmək mümkündür və ona görə də onun təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə Təqsirləndirilən şəxs hökm qanuni qüvvəyə minənədək həbsdə olduğu 117 (yüz on yeddi) gün müddətin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesabı ilə hesablanmaqla, ona hazırki hökmlə təyin olunmuş cəzadan çıxılmaqla qəti cəza müəyyən edilməsini əsaslı hesab edir. İş materiallarında olan Naxçıvan Şəhər Məhkəməsinin 08 iyul 2023-cü il tarixli qərarından müəyyən edilir ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsdə saxlama müddətinin əvvəli 06 iyul 2023-cü il tarixdən hesablanmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə vir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilməli və məhkəmə iclas zalında dərhal həbsdən azad edilməli, barəsində hökm qanuni qüvvəsini alanadək başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməlidir. Azadlığın məhdudlaşdırılması növündə cəzanın əvvəli Təqsirləndirilən şəxs cəzasının icrası faktiki yaşadığı yer Şərur rayonu, Çəmənli kəndi üzrə Şərur rayonu İcra və Probasiya Şöbəsinə həvalə edilməli və cəzaçəkmə müddətinin əvvəli həmin orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs üzərinə gün ərzində saat 23:00-dan 07:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitəni işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Naxçıvan Muxtar Respublikasının ərazisini tərk eməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxs barəsində tibbi xarakterli tədbirlərin tədbiq olunması ilə bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi müalicə tətbiq edilməlidir. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş Naxçıvan Şəhər Polis İdarəsinin maddi sübutların saxlanc otağında saxlanılan kağız zərfin içərisində olan bir ədəd konvalyut kəsiyində boz rəngli ¼ həb olan metadon narkotik vasitə hökm qanuni qüvvəsini aldıqdan sonra müsadirə edilməklə məhv edilməlidir. Məhv etmə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 32-ci maddəsinə əsasən yaradılmış komissiya tərəfindən həyata keçirilməlidir. İş üzrə maddi sübut olan Naxçıvan Şəhər Məhkəməsində saxlanılan “Redmi Note 11” markalı mobil telefon və “QUARTZ” markalı divar saatı hökm qanuni qüvvəsini aldıqdan sonra Təqsirləndirilən şəxs qaytarılmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş əmlak müəyyən edilmədiyindən xüsusi müsadirə tətbiq olunmamalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Naxçıvan Şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Naxçıvan Şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 50 saata görə 300 manat Azərbaycan Respublikasının dövlət büdcəsi hesabından Naxçıvan Şəhər Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə ekspertiza xərci və mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 44.1, 197-198, 344-347, 349, 351-353, 356, 358, 381, 384-385-cimaddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs hökm qanuni qüvvəyə minənədək həbsdə olduğu 117 (yüz on yeddi) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesabı ilə hesablanmaqla, ona hazırki hökmlə təyin olunmuş cəzadan çıxılsın və onun üzərində qəti olaraq 1 (bir) il 4 (dörd)ay 6 (altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin və məhkəmə iclas zalında dərhal həbsdən azad edilsin. Təqsirləndirilən şəxs barəsində hökm qanuni qüvvəsini alanadək başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilsin. Təqsirləndirilən şəxs yaşadığı Şərur rayonu, Çəmənli kəndində hər gün saat 23:00dan növbəti gün saat 07:00-dək, habelə gün ərzində Naxçıvan Muxtar Respublikasının ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirmək, həmçinin onun üzərinə kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəksin, bu cəzanın icrası müddəti onun cəzasını icra edən - probasiya nəzarətini həyata keçirən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəzanın icrası Şərur Rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi müalicə tətbiq edilsin. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş Naxçıvan Şəhər Polis İdarəsinin maddi sübutların saxlanc otağında saxlanılan kağız zərfin içərisində olan bir ədəd konvalyut kəsiyində boz rəngli ¼ həb olan metadon narkotik vasitə hökm qanuni qüvvəsini aldıqdan sonra müsadirə edilməklə məhv edilsin. Məhv etmə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 32-ci maddəsinə əsasən yaradılmış komissiya tərəfindən həyata keçirilsin. İş üzrə maddi sübut olan Naxçıvan Şəhər Məhkəməsində saxlanılan “RedmiNote 11” markalı mobil telefon və “QUARTZ” markalı divar saatı hökm qanuni qüvvəsini aldıqdan sonra Təqsirləndirilən şəxs qaytarılsın. İş üzrə mülki iddianın olmaması və xüsusi müsadirə tətbiq olunmalı əmlakın müəyyən olunmaması nəzərə alınsın. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Naxçıvan Şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 50 saata görə 300 manat Azərbaycan Respublikasının dövlət büdcəsi hesabından Naxçıvan Şəhər Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu vaxtdan, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətinə Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim Qabil Məmmədov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar