Məhkəmə qərarları › İş №1(078)-40/2024

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Hökm — İş №1(078)-40/2024

08.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Naxçıvan şəhəri İş № 1(078)-40/2024 08.10.2024 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Əliyeva Gülsüm Kamal qızının sədrliyi, X6 məhkəmə iclas katibliyi, Dövlət ittihamçısı, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi və təqsirləndirilən şəxs və həmçinin cinayət işi üzrə mülki cavabdeh Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1987-ci il tarixdə Ağdaş rayonu, Abad kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işsiz, subay, 1 uşaq anası, əvvəllər məhkum olunmamış, Ağdam rayon, Məlikli kəndində qeydiyyatda olmaqla Naxçıvan şəhəri, Tumbul kəndində yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə, m ü ə y y ə n e t d i: Azərbaycan Respublikasının Prokurorluğu Naxçıvan Muxtar Respublikası Naxçıvan Şəhər Prokurorluğu tərəfindən göndərilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi 21 may 2024-cü ildə Naxçıvan Şəhər Məhkəməsinin icraatına daxil olmuşdur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cinayət işinin başlanmasına səbəb 15 fevral 2024-cü il tarixdə saat 19 radələrində Təqsirləndirilən şəxs qonşuluqda Naxçıvan şəhəri ünvan 1 ünvanında yaşayan X7 evinə geib, qonşular evdə olan zaman yataq otağına keçib həmin otaqda yatan azyaşlı qızı X3 oyadan zaman yastığın altında olan pul qabından tamah məqsədilə 3100 ABŞ dolları, yəni azərbaycan valyutası ilə 5270 manat pulu oğurlaması faktı, əsas isə X7 ərizəsi əsasında toplanmış təhqiqat materialı olmuşdur. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.4-cü maddələri ilə təqsirləndirilir ondan ötrü ki, o, təkrar tamah məqsədilə xeyli miqdarda özgə əmlakını talamaqla oğurluq etmişdir. Belə ki, o, 15 fevral 2024-cü il tarixdə saat 19 radələrində kirayə yaşadığı evin qonşuluğunda yerləşən Naxçıvan şəhəri, ünvan 2 ünvanında yaşayan X7 evinə qonaq gedərək qonşularla evin salonunda olan zaman stulda əyləşib söhbət edərkən stolun üstündəki örtüyün altında olan 100 ABŞ dollarını, yəni Azərbaycan valyutası ilə 170 manat pulu gizli yolla talayaraq oğurluq etmişdir. Bundan başqa o, təkrar 15 fevral 2024-cü il tarixdə saat 20 radələrində qonaq getdiyi Naxçıvan şəhəri ünvan 3 ünvanında yerləşən X11 məxsus evdə olan zaman yataq otağına keçib həmin otaqda yatan azyaşlı qızı X3 oyadarkən yastığın altında olan pul qabından tamah məqsədilə 3000 ABŞ dollarını, yəni azərbaycan valyutası ilə 5100 manat pulu gizli yolla talayaraq oğurluq etmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs və həmçinin cinayət işi üzrə mülki cavabdeh qismində dindirilmiş Təqsirləndirilən şəxs ifadəsində ona elan edilmiş ittihamın mahiyyəti və mənasının özünə aydın olduğunu, həmin ittihamda göstərilən cinayət əməlini törətməkdə özünü təqsirli bildiyini, 15 fevral 2024-cü il tarixdə saat 19 radələrində qızı ilə birlikdə qonşuluqda yaşayan Natiqəgilə getdiyini, qapını döydüyünü, Natiqə xala və uşaqları Qismət və Sunayın evdə olduğunu, qapıdan sol tərəfdə İ qapının salona açıldığını, içəridə salonda oturduğunu, salonda sol tərəfdə stol və stul, sağ tərəfdə isə divan olduğunu, özünün də keçib stulda əyləşdiyini, Mələyin də divanda Natiqə xalanın yanında əyləşdiyini, Natiqə xala yaşlı olduğu üçün durub mətbəxdə çay hazırladığını, çayı gətirib stola qoyduğunu, Natiqə xala da telefonda həyat yoldaşı İntiqam əmi ilə danışdığını, İntiqam əminin xəstəliyi ilə əlaqədar Türkiyədə, Ərzurumda olduğunu, Natiqə xala ilə Mələyin başının telefona qarışdığını, stolun üstündəki örtüyün qısa olduğunu və orada bir ədəd ABŞ dollarının olduğunu gördüyünü, əlini atıb dolları çəkdiyini, bir ədəd 100 ABŞ dolları olduğunu gördüyünü, həmin dolları heç kəs görmədən əlinin içərisində saxladığını, Mələyin də telefonla danışandan sonra əsnədiyini, Natiqə xalanın da “qızım yuxun gəlir, get yat” dediyini, Mələyin də Sunayın otağına keçib yatdığını, yarım saat söhbət edəndən sonra Natiqə xalaya “durmaq istəyirəm, Mələyi oyadım” dediyini, Natiqə xala da “Mələyi oyat, dərman əlimdədir, sonra gözümə dərmanı sal get” dediyini, özünün də durub yan otağa Sunayın yataq otağına keçdiyini, həmin vaxt Mələyin uzandığını, Mələyi oyadanda balıncın altında bir ədəd qəhvəyi rəngli pul qabının olduğunu gördüyünü, pul qabını açıb baxdığını, içərisində ABŞ dollarları olduğunu görüb pulu saymadan tələsik gizlincə götürdüyünü, Mələyin yarı yuxulu olduğunu, Mələyin pulu götürdüyünü bilmədiyini, özünün də pulu götürüb Mələklə birlikdə salona keçdiyini, Natiqə xalanın gözünə damcı salıb evdən çıxdığını, öz yaşadığı evə keçdiyini, Mələyi otağında yatırdığını, həmin vaxt pulu saymadığını, çünki peşman olduğunu, pulu qaytarıb yerinə qoymaq istədiyini, “nə edim” deyə düşündüyünü, Natiqə xalanın meyvə doğrayanının özündə olduğunu, meyvə doğrayanı qaytarmaq adı ilə onlara getdiyini, lakin Sunay, Qismət və Natiqə xalanın evdə olduğunu, meyvə doğrayanı qaytarandan sonra ürək edib pulu qaytara bilmədiyini, şəxslər evdə olan zaman bunu edə bilməyəcəyini düşündüyünü, evdən çıxanda açarın telefon stolunun üstündə olduğunu gördüyünü, özünün “açarı götürüm, onlar evdə olmayan zaman keçib pulu qoyaram” deyə düşündüyünü, açarı götürüb çıxdığını, gecə yatıb səhər oyandığını, lakin Natiqəgildə adam olduğunu, özünün də evə təklikdə girə bilmədiyini, belə olduğu üçün fikrini dəyişdiyini, pulu dəyişmək istədiyini, Mələyin məktəbdə olduğunu, özünün təkcə birbaşa Kapital bankın Naxçıvan filialına getdiyini, orada pulu sayanda 3000 ABŞ dollarını pul qabından götürdüyünü, əlavə olaraq stol örtüyünün altında da 100 ABŞ dolları götürdüyünü bildiyini, 3000 ABŞ dollarını 5091 manata dəyişdiyini, digər 100 ABŞ dollarını isə Mega storenin yanındakı aptekə verib üstündə də 15 manat əlavə eləyib, 185 manata Mələyə dərman aldığını, aldığı 5091 manat puldan 4300 manat pulu ayırıb Bakı şəhərindən tanıdığı Vüqarın +99455 *** ** ** mobil nömrəsinin M10 hesabına göndərdiyini, Vüqara pulu o saxlaması üçün həmin pulu göndərdiyini, Vüqarı Bakı şəhərindən taksi sürücüsü olaraq tanıdığını, onun taksisi ilə neçə dəfə bir çox yerlərə yol getdiyini, yaxşı biri olduğu üçün qızını məktəbə aparıb gətirdiyini, bu şəkildə aralarında mehriban münasibət olduğunu, özünün Zabrat ərazisində sənədi olmayan torpağı olduğunu, həmin torpağı almaq üçün gələn müştəri ilə görüşmək üçün Vüqarın taksisi ilə gedib-gəldiyini, Vüqarla söhbət zamanı torpaq satdığını dediyini, Vüqarın torpağı alacağını bildirdiyini, buna görə onunla 19 sot olan torpağı 45000 manata dəyərində razılaşdıqlarını, Vüqar özünə dostunun evi olduğunu həmin evin girovda olduğunu, evi girovdan çıxarıb satdıqdan sonra torpağı ala biləcəyini, evi girovdan çıxarmaq üçün 4000 manat pul lazım olduğunu bildirdiyini, özünün 4000 manat pul tapıb torpağını alsın deyə Vüqara verdiyini, lakin Vüqar sonradan əlaqə saxlayaraq işinin alınmadığını və 12700 manat da evə görə ödəniş lazım olduğunu dediyini, 12700 manat pul tapıb yenə Vüqara verdiyini, həmin pulu verdikdən sonra Vüqar ev məsələsinin həll olunduğunu və evi girovdan çıxardıqlarını bildirdiyini, sonra evi satmaq fikirlərinin olmadığını, evi banka qoyub kredit əldə edəcəklərini bildirdiyini, Vüqarın dostunun adının Səbuhi olduğunu, 2024-cü ilin yanvar ayının 20-si Vüqarın “evin sənədinin düzəlməsi üçün 10000 manat pul lazımdır” dediyini, evdən oğurladığı 3000 ABŞ dollarının 4300 manatını bu səbəblə Vüqara göndərdiyini, qalan 791 manat pulu Qafqaz MMC bank olmayan kredit təşkilatına olan 1220 manat olan borcuna ödədiyini, sonra oradan evinə qayıtdığını, Sunay Əlibəylinin özü ilə qonşuluqda yaşadığını, onun yaşlı anası və atası olduğunu, özünün də onların evinə rahat gedib-gəldiyini, həyat yoldaşını itirdiyini, həyat yoldaşının sağlığında Vüqar taksi işlədiyi üçün köməlik etdiyini, lazım olan yerə aparıb gətirdiyini, pulu saxlasın deyə ona göndərdiyini, hal-hazırda Naxçıvan şəhərində tək yaşadığını, yoldaşı öldüyü üçün onun maaşını aldığını, vurduğu 5270 manat ziyanın 4000 manatını ödədiyini, törətdiyi əmələ görə peşman olduğunu bildirərək göstərdiklərini nəzərə alaraq onun barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Zərərçəkmiş şəxs X15 xx.xx.2024-cü il tarixdə məhkəməyə teleqram göndərərək məhkəmə iclaslarında işi ilə əlaqədar iştirak edə bilməyəcəyini, mülki iddianı müdafiə etdiyini, məhkəmə iclaslarını onun iştirakı olmadan keçirilməsini və qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Zərərçəkmiş şəxs X15 əvvəlki məhkəmə iclasında ifadəsində təxminən 1 ay bundan əvvəl atası X17 xəstəliyi ilə əlaqədar olaraq Türkiyə Respublikasının Ərzurum şəhərinə getdiyini, hər həftə atasının yanına Ərzurum şəhərinə getdiyini, ona lazım olan maddi vəsaiti aparıb ziyarət etdiyini, atasının yanına gedəcəyi üçün xx.xx.2024-cü il tarixdə saat 19 radələrində yığdığı 3000 ABŞ dollarını evdə pul qabına içərisində yataq otağında çarpayısında olan balıncın altına qoyduğunu, əlavə olaraq komunal xərcləri ödəməsi üçün 100 ABŞ dollarını anası Natiqənin yanında stol örtüyünün altına qəbzlərin yanına qoyduğunu, sonra şəhərə çıxıb gəzdikdən sonra gecə saat 00 radələrində evə gəlib yatdığını, xx.xx.2024cü il tarixdə saat 18 radələrində işdən çıxıb yaşadığı evə gələn zaman anası Natiqə “oğul, salonda stolun örtüyünün altında olan 100 ABŞ dolları yerində deyil, tapa bilmədim” dediyini, dərhal yataq otağına gedərək pulu qoyduğu yerə baxan zaman 3000 ABŞ dolları nağd pulun pul qabının içərisində olmadığını gördüyünü, bununla bağlı dərhal polisə məlumat verdiyini, çarpayısında yastığın altında olan pul qabında 3000 ABŞ dolları pulunun və evin salonundakı stolun salafan örtüyünün altında ödəmə qəbzlərinin yanında olan 100 ABŞ dolları nağd pulunun oğurlandığını bildirdiyini, 3100 ABŞ dolları ilə bağlı X1, qardaşı X5 və özünün məlumatının olduğunu, ümumilikdə 3100 ABŞ dolları məbləğində yəni, 5270 manat dəyərində maddi ziyan dəydiyini, həmin pulun 4000 manatının təqsirləndirilən şəxs tərəfindən ödənildiyini, 1270 manatını ödəmədiyini, ödəməsini istədiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X13 ifadəsində X7 doğma qardaşı və X1 doğma anası olduğunu, atası İntiqamın xəstə olduğunu, onun düz bağırsağında xərçəng olduğunu, buna görə onun müalicəsi üçün pul yığdıqlarını, atası İntiqamın xəstəliyi ilə əlaqədar Türkiyənin Ərzurum şəhərində müalicə aldığını, xəstəliyinin qarşısının alınması ilə bağlı şüa aldığını, xalaoğlusu Rəşid Kərimovun atası İntiqamla birlikdə Türkiyədə olduğunu, müalicəsinin son günləri olduğu üçün, qardaşı Sunayın gedib onları gətirsin deyə hazırlaşdığını, ona görə də, qardaşı atasının müalicəsi üçün yığıdığı pulları manatdan ABŞ dollarına çevirdiyini, 3000 ABŞ dollarının qardaşı Sunayın pul qabında olduğunu, 100 ABŞ dollarının da salonda stolun üst örtüyünün altında olduğunu, 16 fevral 2024-cü il tarixdə, həftənin beşinci günü işdən sonra evə gələndə anası Natiqənin evdə stolun altına baxanda 100 ABŞ dollarının yerində olmadığını gördüyünü, narahat olub anası Natiqənin “uşaqlar evdə 100 ABŞ dolları yoxdur” dediyini, Sunayın da əvvəlcədən 3000 ABŞ dollar pulu pul qabının içərisində yataq otağında çarpayısındakı balıncın altına qoyduğunu, Sunayın da ora baxanda pul qabının olmadığını gördüyünü, Sunay da çarpayını axtaranda pul qabını tapdığını, pul qabının içərisində olan 3000 ABŞ dolları yerində olmadığını gördüyünü, bu məsələnin onları narahat etdiyini, atasının müalicə pulu olduğunu, evlərinin qonşuluğunda kirayə yaşayan Təqsirləndirilən şəxs azyaşlı qızı Mələk Balakişiyeva ilə onlara gəlib getdiyini, onların özləri ilə eyni blokda yaşadıqlarını, Gülnarın Bakı şəhərindən Naxçıvana gəldiyini, qızı ilə birlikdə həmin evdə kirayə yaşadıqlarını, heç kimləri olmadığını, Gülnarın söhbət zamanı anası Natiqəyə “Bakı şəhərində hansısa xəstəxanada həkim işləyirəm, Naxçıvan şəhərinə də gəlmişəm ki, polikilinika açım və işləyim” dediyini, ona görə də Naxçıvanda həmin evdə kirayə yaşadıqlarını, Mələyin də hər gün öz evlərində olduğunu, anasıgilin ondan xoşu gəldiyini, evə gəlib getməyinə heç nə demədiklərini, pulun yerində olmadığını görüb şübhələndiklərini, Gülnarı çağırıb “Mələk dünən burada oynayırdı, bəlkə pulu o götürüb” dediklərini, Gülnarın da qızını çağırdığını, onunla söhbət elədiklərini, lakin, Mələyin inkar etdiyini, sonra da qardaşı Sunayın polis bölməsinə müraciət etdiyini, polis əməkdaşlarının evə gəlib baxış keçirdiklərini, araşdırma zamanı Gülnarın evdən 3100 ABŞ dollarını götürüb və Bakı şəhərindəki tanışına pul göndərdiyinin məlum olduğunu, öz evlərində stol örtüyünün altından 100 ABŞ dolları və Sunayın pul qabının içərisindən 3000 ABŞ dolları oğurlandığını, nəticədə, 5270 manat maddi ziyan dəydiyini, Gülnarın anası Natiqəyə zəng vurub “gələcəksiniz, evə kimsə gəlib qapını döyür” dediklərini, sonradan Gülnar onları yoxladığını düşündüyünü, halbuki həmin evdə 8-10 ildir yaşadıqlarını, hər kəsin onları tanıdığını, gündüz iş vaxtı evdə olmadıqlarını hər kəs bildiyini, evin 4 ədəd açarı olduğunu, hər birisində bir ədəd açar olduğunu, 16 fevral 2024-cü il tarixdə evdən çıxan zaman anası Natiqənin açarını tapa bilmədiyini, qardaşı Sunay da istifadəsində olan açarı anasına verdiyini, həmin gün anasının açarını tapa bilmədiyini, sonra da evə gələndə pulun oğurlandığını bildiklərini, anası Natiqə də “birdən olar uşaq açarı götürər” dediyini, sonra açarın Gülnargilin evindən aşkar olunduğunu bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ifadəsində zərərçəkmiş şəxs X7 onun doğma oğlu olduğunu, həyat yoldaşı İntiqamın xəstə olduğunu, onun düz bağırsaq xərçəngi olduğunu, buna görə onun müalicəsi üçün pul yığdıqlarını, həyat yoldaşı İntiqamın xəstəliyi ilə əlaqədar Türkiyənin Ərzurum şəhərində müalicə aldığını, xəstəliyinin qarşısının alınması üçün şüa qəbul etdiyini, oğlu Sunayın da hazırlaşdığını, Türkiyəyə gedib İntiqamı gətirəcəyini, ona görə də Sunayın müalicə üçün yığdığı pulları manatdan ABŞ dollarına çevirdiyini, 3000 ABŞ dollarının Sunayın pul qabında olduğunu, 100 ABŞ dollarının da komunal xərclərini ödəmək üçün salonda stolun üst örtüyünün altında olduğunu, 16 fevral 2024-cü il tarixdə, həftənin beşinci günü səhər- səhər işə gedəndə evin giriş qapısının açarını tapa bilmədiyini, Sunay və Qismətə dediyini, onların da tapa bilmədiyini, evin giriş qapısının dörd açarı olduğunu, ikisinin oğlanlarında, birinin özündə, birinin də həyat yoldaşında olduğunu, oğlu Sunayın da öz açarını ona verdiyini, qapını bağlayıb getdiklərini, həmin günü işdən çıxıb evə gəldiyini, evdə olanda stolun altına baxıb 100 ABŞ dolları məbləğində pulun olmadığını gördüyünü, Sunay və Qismətin evə gəldiklərini, onun da narahat olduğunu və uşaqlara evdə 100 ABŞ dolları olmadığını dediyini, Sunayın da həmin vaxt 3000 ABŞ dollarını pul qabının içərisində yataq otağında çarpayısındakı balıncın altına qoyduğunu, Sunayın da ora baxdığını, pul qabı olmadığını gördüyünü, Sunayın da çarpayını axtaranda pul qabını tapdığını, pul qabının içərisində olan 3000 ABŞ dollarının yerində olmadığını gördüyünü, bu məsələnin onları narahat etdiyini, həyat yoldaşının müalicə pulu olduğunu, onların evinə qonşuluqda yaşayan Təqsirləndirilən şəxs 13 yaşlı qızı Mələk Balakişiyeva ilə gəlib-getdiyini, onlarla eyni blokda yaşadıqlarını, pulun olmadığını görüb şübhələndiklərini, sonra Gülnarı çağırdıqlarını, ona Mələyin dünən burada oynadığını, pulu onun götürə biləcəyini dediklərini, Gülnarın da qızını çağırdığını, onunla söhbət etdiklərini, lakin, Mələyin inkar etdiyini, sonra da oğlu Sunayın polis bölməsinə müraciət etdiyini, polis əməkdaşlarının evə gəldiyini, evə baxış keçirdiklərini, araşdırma zamanı Gülnarın evdən 3100 ABŞ dollarını götürüb və Bakı şəhərindəki tanışına pulu göndərdiyinin məlum olduğunu, ondan sonra məsələnin üstünün açıldığını və 3100 ABŞ dollarını Gülnarın götürdüyünü bildiklərini bildirdi. Məhkəmə iclasında təhsil aldığı 15 nömrəli tam orta məktəbin nümayəndəsi X8 iştirakı ilə şahid qismində dindirilmiş X9 ifadəsində Təqsirləndirilən şəxs anası olduğunu, X4 atası olduğunu, lakin doğulan zaman atasının öldüyünü, anası Gülnarın onu tək böyütdüyünü, halhazırda Naxçıvan şəhərində kirayə yaşadıqlarını, təxminən 1 ildir, Naxçıvan şəhərinə gəldiklərini, özünün səhhətində də problem olduğunu, özü Duzdağ fizioterapiya mərkəzində müalicə aldığını, kirayə yaşadığı evin qonşuluğunda Natiqə nənə, İntiqam baba və onların uşaqları Qismət və Sunayın yaşadıqlarını, arada bir onlara gündüzləri tək getdiyini, gecələri də anası Gülnar ilə getdiyini, Natiqə nənə ilə birlikdə kitab oxuduğunu, bəzən televizora baxdığını, bəzən oyuncaqla oynadığını, Natiqə nənə ilə yaxşı yola getdiyini, hadisə olan zaman istilədiyi üçün yataq otağına keçdiyini, həmin vaxt anası Gülnarın da gəldiyini, anasının özünü evdən götürüb getdiyini, 16 fevral 2024-cü il tarixdə Sunay əminin anasına axşam üstü zəng vurub “oğurluq olub, gəlin evə” dediyini, Sunayın “dollarımız itib” dediyini, Sunay əminin polisə zəng vurub çağırdığını, anası Gülnarın da pulu götürdüyünü etiraf elədiyini, torpağı satmağa gedəndə taksi sürücüsü Vüqarla tanış olduqlarını, Vüqarın da anası Gülnara “torpağı mən almaq istəyirəm” dediyini, Vüqarın almadığını, Vüqarın Bakı şəhərindən olduğunu bildirdi. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidin) ifadələri ilə yanaşı, istintaq hərəkətlərinin protokollarını da sübut növləri kimi qəbul edir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 21 fevral 2024-cü il tarixli cinayət işinin başlanması haqqında qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanılması və vətəndaş X15 cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınaraq hüquq və vəzifələri ona izah edilmişdir. (cild İ, iş vərəq 1) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Naxçıvan Şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsinin məsul növbətçisi, polis baş leytenantı Məhəmməd Qənbərov tərəfindən tərtib edilmiş 16 fevral 2024-cü il tarixli raportda qeyd olunmuşdur ki, xx.xx.2024-cü il tarixdə saat 18:56 radələrində Naxçıvan şəhər ünvan 4 ünvanında qeydiyyatda olan və yaşayan, 1993-cü il təvəllüdlü, subay, Naxçıvan Şəhər Baş Gömrük idarəsində Xidmətin Təşkili Şöbəsinin inspektoru vəzifəsində işləyən, X15 1-ci Polis Bölməsinə zəng edərək yaşadığı evindən ona məxsus olan 3100 (üç min yüz) ABŞ dollarının oğurlandığını bildirmişdir. (cild İ, iş vərəq 5) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 16 fevral 2024-cü il tarixli ərizədə X15 16 fevral 2024-cü il tarixdə saat 18 radələrində evə gələndə atasının müalicəsi üçün yığdığı ümumilikdə 3100 ABŞ dollarının naməlum şəraitdə oğurlandığını müəyyən etdiklərini, bununla bağlı qanunamüvafiq tədbir görülməsini xahiş etmişdir. (cild İ, iş vərəq 6) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 16 fevral 2024-cü il tarixli cinayət işinin istintaq aidiyyəti üzrə göndərilməsi barədə qərardan görünür ki, Azərbaycan Respublikası CM-in 177.2.4-cü maddəsi ilə başlanılmış ********* nömrəli cinayət işi üzrə vətəndaş Təqsirləndirilən şəxs qismində cəlb edilməsi və həmin maddədə göstərilən ittihamın onlara elan edilməsi üçün icraatda olan ********* nömrəli cinayət işinin istintaq aidiyyəti üzrə göndərilməsi qərara alınmışdır. (cild İ, iş vərəq 35) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 21 fevral 2024-cü il tarixli cinayət işini icraata qəbul etmək haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi ibtidai istintaq davam etdirilməsi üçün icraata götürülməsi qərara alınmışdır. (cild İ, iş vərəq 40) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli tələbnamədə Təqsirləndirilən şəxs barəsində məhkumluğu ilə bağlı heç bir məlumatın olmadığı göstərilmişdir. (cild İ, iş vərəq 64) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 20 mart 2024-cü il tarixli şəxsin şübhəli şəxs qismində tanıması, barəsində axtarış elan edilməsi və ittiham elan etmək üçün şəxsin tutulması haqqında qərardan görünür ki, xx.xx.1987-ci ildə Ağdaş rayon Abad kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işsiz, subay, deməsinə görə əvvəllər məhkum olunmamış, Ağdam rayon Məlikli kənd qeydiyyatında olmaqla Naxçıvan şəhəri ünvan 6 ünvanında kirayə yaşayan Təqsirləndirilən şəxs ********* nömrəli cinayət işi üzrə şübhəli şəxs qismində tanınmış, olduğu yer müəyyən olunmadığından barəsində axtarış elan edilmiş və onun tutularaq Naxçıvan ŞPİ-nin İstintaq və təhqiqat şöbəsinə təhvil verilməsi qərara alınmışdır. (cild İ, iş vərəq 86-87) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 27 mart 2024-cü il tarixli axtarışda olan şəxsin tutulması barədə aktdan görünür ki, Naxçıvan Şəhər Polis İdarəsinin Cinayət Axtarışı Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 12:00 radələrində Naxçıvan şəhəri, Babək məhəlləsində saxlanılaraq, Naxçıvan Şəhər Polis İdarəsinin Növbətçi Hissəsinə təhvil verilmişdir. (cild İ, iş vərəq 90) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 27 mart 2024-cü il tarixli müdafiəçinin təyin edilməsi haqqında qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etmək üçün Naxçıvan Şəhər Vəkil Bürosunda fəaliyyət göstərən vəkil Müdafiəçi qismində təyin edilmişdir. (cild İ, iş vərəq 95) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 27 mart 2024-cü il tarixli şübhəli şəxsin statusunun saxlanılması və barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsinə dair qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə şübhəli şəxs Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməsi və şübhəli şəxs Təqsirləndirilən şəxs qanunla nəzərdə tutulmuş öhdəliklərə dair başqa yerə getməmək haqqında iltizam alınması qərara alınmışdır. (cild İ, iş vərəq 112-113) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 29 mart 2024-cü il tarixli məktubdan görünür ki, Azərbaycan Respublikası Mərkəzi Bankının məzənnələr barədə rəsmi məlumatlarına əsasən 2024-cü ilin fevral ayının İİ on günlüyündə ABŞ dollarının məzənnəsi dəyişməz qalaraq 1 ABŞ dolları 1.7000 Azərbaycan manatı nisbətinə bərabər olmuşdur. (cild İ, iş vərəq 122) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 01 aprel 2024-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmişdir. (cild İ, iş vərəq 123-124) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 01 aprel 2024-cü il tarixli başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin dəyişdirilmədən qüvvədə saxlanılması haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin dəyişdirilmədən qüvvədə saxlanılması qərara alınmışdır. (cild İ, iş vərəq 136-137) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 09 aprel 2024-cü il tarixli pulun təhvil verilməsi haqqında aktdan görünür ki, həmin tarixdə ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs oğurladığı və istintaq zamanı Təqsirləndirilən şəxs ödədiyi 3600 (üç min altı yüz) manat nağd pul, (40 ədəd 50-lik, 16 ədəd 100-lük əskinazdan ibarət olan) 09 aprel 2024-cü il tarixdə X11 verilmişdir. (cild İ, iş vərəq 140) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 16 fevral 2024-cü il tarixli Kapital bankdan valyuta alınması ilə bağlı bank çıxarışından görünür ki, 3000 ABŞ dollarının AZN ekvivalenti olan 5091 manat məbləğində pul müştəriyə ödənilmişdir. (cild İ, iş vərəq 150) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 20 aprel 2024-cü il tarixli əşyanın maddi sübut hesab edilməsi haqqında qərardan görünür ki, bir ədəd açar və bir ədəd Kapital bankdan valyuta alınması ilə bağlı bank çıxarışı cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən olunmasına köməklik etdiyindən cinayət işi üzrə maddi sübut hesab edilmiş və cinayət işinə əlavə edilməsi qərara alınmışdır. (cild İ, iş vərəq 157-158) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 26 aprel 2024-cü il tarixli pulun təhvil verilməsi haqqında aktdan görünür ki, həmin tarixdə ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs oğurladığı və istintaq zamanı Təqsirləndirilən şəxs əlavə ödədiyi 400 (dörd yüz) manat nağd pul, (8 ədəd 50-lik) 26 aprel 2024-cü il tarixdə X11 verilmişdir. Ümumi oğurlanan 5270 manatdan 1270 manat pul ödənilməmiş qalmışdır. (cild İ, iş vərəq 160) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 10 may 2024-cü il tarixli cinayət əməlinin tövsif edilməsi haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 177.2.4-cü maddəsindən, həmin məcəllənin 177.2.2 və 177.2.4-cü maddələrinə tövsif edilmişdir. (cild İ, iş vərəq 183- 184) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 10 may 2024-cü il tarixli təqsirləndirilən şəxsə yenidən ittiham elan etmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs yeni məzmunda Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.4-cü maddələri nəzərdə tutulmuş ittiham elan edilmişdir. (cild İ, iş vərəq 186-187) İş materiallarına əlavə edilmiş Naxçıvan MR Naxçıvan Şəhər İcra Hakimiyyəti Tumbul kənd inzibati ərazi dairəsi üzrə nümayəndəlik tərəfindən verilmiş 08 oktyabr 2024-cü il tarixli, 696 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Naxçıvan şəhər Tumbul kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyin ərazisində yaşayır. 13 sentyabr 2024-cü il tarixdə keçirilən məhkəmə iclasında zərərçəkmiş şəxs X15 məhkəməyə mülki iddia ərizəsi təqdim edərək ərizədə Təqsirləndirilən şəxs 1270 (bir min iki yüz yetmiş) manat pulun alınıb ona ödənilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən- hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən- hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “X14 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmək, həmin sübutları mübahisələndirmək imkanına malik olmuşdur. Təqsirləndirilən şəxsin əleyhinə olan sübutlara etiraz etmək və onları mübahisələndirmək üçün məhkəmə prosesində ona imkan yaradılmışdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olubolmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikası cinayət-prosessual qanunvericiliyi müəyyən edir (Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 1.1-ci maddəsi). Hər hansı məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız Cinayət-Prosessual Məcəlləsində (bundan sonra - CPM) göstərilən məsələlər hakim tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin həmin məsələlərin dairəsini müəyyənləşdirən 346.1-ci maddəsinə görə müzakirə edilməsi mütləq olan məsələlərdən biri də təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittiham elan edildiyi cinayətin əlamətlərinə uyğun olub-olmamasıdır. Məhkəmə hökmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmin şəxsin gələcək taleyini həll etdiyi üçün prosessual qanunvericilik onunla bağlı konkret tələblər irəli sürür. Cinayət-prosessual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 349.3., 349.4., 349.5-ci maddələri). Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq məhkəmə hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Beləliklə məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs ittihamda qeyd olunan əməlləri törətməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar, video-görüntü və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama təkrar törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama xeyli miqdarda ziyan vurmaqla törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsinin Qeyd hissəsinin 1-ci bəndində qeyd olunmuşdur ki, Bu Məcəllənin 177.1, 178.1 və 179.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı, lakin beş min manatdan artıq olmayan məbləğdə ziyan vurulduğu hallarda yaranır. Bu Məcəllənin 177.2.1-177.2.3-2, 177.2.5 və 177.3.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə yüz manatdan yuxarı məbləğdə ziyan vurulduğu hallarda yaranır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsinin Qeyd hissəsinin 2ci bəndində qeyd olunmuşdur ki, Bu Məcəllənin 177-182-ci, 185-187-ci və 189-1-ci maddələrində “xeyli miqdar” dedikdə, beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğ, “külli miqdar” dedikdə əlli min manatdan yuxarı, lakin beş yüz min manatdan artıq olmayan məbləğ, “xüsusilə külli miqdar” dedikdə beş yüz min manatdan yuxarı olan məbləğ başa düşülür. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 177.2.2 və 177.2.4-cü maddələri ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 nömrəli qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə təqsirləndirilən şəxsin himayəsində azyaşlı uşağının olmasını, əməlindən peşman olmasını, cinayət nəticəsində vurduğu 5270 manat zərərin 4000 manatını zərərçəkmiş şəxsə ödəməsini cəzanı yüngülləşdirici hallar kimi nəzərə alır. Məhkəmə, qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilən zaman CM-in 58 və 59cu maddələrinin tələbləri nəzərə alınmalıdır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində qeyd edilən cəzanı ağırlaşdıran halların olmaması müəyyən edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 177.2.2 və 177.2.4-cü maddələrinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Məhkəmə törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini, təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzası təyin olunduğu təqdirdə təmin edilə bilər və ona bu cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Məhkəmə yuxarıda qeyd olunan halları nəzərə alaraq hesab edir ki, azadlığın məhdudlaşdırılması cəzasının müddəti 01 (bir) il 06 (altı) ay müəyyən edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsində azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxsin yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməli olması müəyyən edilmişdir. Məhkəmə, CM-in 52-1-ci maddəsinin tələblərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə daimi yaşayış yeri olan Naxçıvan şəhəri, Tumbul kəndində yerləşən fərdi yaşayış evini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Naxçıvan Muxtar Respublikası ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin: -15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir; 15-1.1-ci maddəsinin tələbinə görə probasiya nəzarəti – azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzalara məhkum edilmiş, şərti məhkum edilmiş, cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş və ya cəza çəkməsi təxirə salınmış məhkumların, habelə bu Məcəllənin 15-1.2.3-cü maddəsində nəzərdə tutulmuş digər şəxslərin üzərinə qanunla və məhkəmə qərarı ilə qoyulmuş vəzifələrin yerinə yetirilməsinə nəzarət edilməsinə, məhkumların islah edilməsi, sosial adaptasiya və reabilitasiyasına yönəlmiş kompleks sosialhüquqi xarakterli tədbirlər sistemindən ibarətdir; -15-1.2 və 15-1.2.1-ci maddələrinin mahiyyətinə görə cərimə, nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə, müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə, ictimai işlər, islah işləri, azadlığın məhdudlaşdırılması növündə cəzalara məhkum edilmiş şəxslər barəsində probasiya nəzarəti tətbiq edilir; -15-2.3-cü maddəsi ilə müəyyən edilir ki, elektron nəzarət vasitələri tətbiq edilmiş məhkumun müəyyən edilmiş vəzifələri yerinə yetirməsinə nəzarət icra məmurları tərəfindən həyata keçirilir; -51-2.1-ci maddəsinin tələbinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Yuxarıda qeyd edilənlərə əsaslanmaqla məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlığın məhdudlaşdırılması növündə cəzanı yaşayış yeri üzrə çəkməli, cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, onun üzərində qoyulmuş vəzifələrin həyata keçirilməsinə nəzarət Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 353.4.12-ci maddəsinə görə, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində hökm qanuni qüvvəyə minənədək məhkumun barəsində seçilmiş qətimkan tədbirinin həlli göstərilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 353.4.12-ci maddəsinə görə, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində hökm qanuni qüvvəyə minənədək məhkumun barəsində seçilmiş qətimkan tədbirinin həlli göstərilməlidir. Qeyd edilən prosessual hüquq normasının tələbləri baxımından məhkəmə bildirir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1.5-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan bir ədəd açar hökm qanuni qüvvəsini aldıqdan sonra zərərçəkmiş şəxs X11 qaytarılmalıdır. Həmçinin iş üzrə maddi sübut olan Kapital bankdan valyuta alınması ilə bağlı bank çıxarışı cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 353.4.10-cu maddəsinə görə, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində mülki iddianın həlli və məhkəmə xərclərinin ödənilməsi (kimin və hansı məbləğdə ödəməsi) göstərilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 354.1 və 354.1.1-ci maddələrinə əsasən məhkəmənin hökmündə mülki iddianın əsaslarının və məbləğinin sübuta yetirilməsindən asılı olaraq iddianın tam və ya qismən təmin edilməsi haqqında qərar əks etdirilir. Azərbaycan Respublikası CPM-in 181.1-ci maddəsinə görə əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı aşağıdakı hallarda mülki iddia verməyə haqlıdır: 181.1.1. ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda; Həmin Məcəllənin 183.1-ci maddəsinə görə cinayət mühakimə icraatı zamanı mülki iddia cinayət təqibi başlanandan məhkəmə baxışında cinayət prosesi tərəflərinin çıxışı başlananadək istənilən an verilə bilər. Həmin Məcəllənin 183.3-cü maddəsinə görə Cinayət mühakimə icraatı zamanı mülki iddia yalnız yazılı formada verilə bilər. İddia ərizəsində hansı cinayət təqibi üzrə kimin kimə qarşı, hansı əsasla və hansı məbləğdə mülki iddia verməsi göstərilməli, həmçinin zərərin ödənilməsi üçün konkret məbləğin və ya əmlakın tutulması barədə xahiş öz əksini tapmalıdır. Həmin Məcəllənin 179.2-ci maddəsinə görə mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarında qeyd edilir ki, məhkəmə hökm çıxararkən verilmiş hər bir mülki iddia üzrə onun təmin edilib-edilməməsi, kimin xeyrinə və hansı hissədə təmin edilməsi məsələlərini həll etməlidir. Həmin qərarın 68-ci maddəsinə əsasən cinayət-prosessual qanuna əsasən məhkəmə hökmün təsviri-əsaslandırıcı hissəsində mülki iddianın tam və ya qismən təmin edilməsi və yaxud rədd edilməsi üzrə motivlərini, müvafiq maddi və prosessual hüquqi normaları və zəruri hallarda təmin edilmiş tələblərə aid olan hesablamaları göstərməklə gəldiyi nəticəni əsaslandırır. Belə əsaslandırma aparılarkən cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə və yaxud əməlin törədilməsi ilə əlaqədar vurulmuş ziyanın xarakteri və təmin edilməli olan tələblər üzrə ödənişlərin məbləği (o cümlədən, mülki cavabdeh mülki iddianı qəbul etdiyi hallarda) məhkəmə baxışında tədqiq edilmiş sübutlar göstərilməklə onların məcmusu ilə əsaslandırılmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsində göstərilmişdir ki, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə görə, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Qeyd edilən qanunvericilik normalarının tələbləri baxımından məhkəmə bildirir ki, cinayət işi üzrə mülki iddia təmin edilməli, təqsirləndirilən şəxs və həmçinin cinayət işi üzrə mülki cavabdeh Təqsirləndirilən şəxs 1270 (bir min iki yüz yetmiş) manat məbləğində pul alınaraq zərərçəkmiş şəxs və həmçinin cinayət işi üzrə mülki iddiaçı X11 ödənilməli və mülki iddia təmin edilməli olduğundan zərərçəkmiş şəxs və həmçinin cinayət işi üzrə mülki iddiaçı X15 tərəfindən mülki iddia qaldırılan zaman ödənilmiş 33 (otuz üç) manat dövlət rüsumu Təqsirləndirilən şəxs tutularaq X11 ödənilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001ci il tarixli, 31 nömrəli qərarına əsasən göstərilmiş hüquqi xidmətlərə görə müdafiəçiyə hər iş saatı üçün 6 (altı) manat miqdarında haqq ödənilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.5-ci maddəsinin tələbinə görə həmin Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Qeyd olunanlara əsasən məhkəmə müdafiəçi tərəfindən məhkəməyə təqdim edilmiş hesabatı nəzərdən keçirərək belə əticəyə gəlir ki, təqsirləndirilən şəxsə göstərilmiş hüquqi xidmətə görə Naxçıvan şəhər Vəkil Bürosunun müdiri Müdafiəçi məhkəmədə iştirak etdiyi 40 (qırx) iş saatına görə 240 (iki yüz qırx) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsindən müdafiəçiyə ödənilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli olan əmlakı məhkəmə tərəfindən müəyyən edilməmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs üzərinə daimi yaşayış yeri olan Naxçıvan şəhəri, Tumbul kəndində yerləşən fərdi yaşayış evini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Naxçıvan Muxtar Respublikası ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzanın icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Naxçıvan şəhər İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs çəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan bir ədəd açar hökm qanuni qüvvəsini aldıqdan sonra zərərçəkmiş şəxs X11 qaytarılsın. İş üzrə maddi sübut olan Kapital bankdan valyuta alınması ilə bağlı bank çıxarışı cinayət işinin materiallarında saxlanılsın. Naxçıvan Şəhər Vəkil Bürosunun müdiri Müdafiəçi Təqsirləndirilən şəxs dövlət hesabına göstərdiyi pulsuz hüquqi yardıma görə 240 (iki yüz qırx) manat məbləğində haqq Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Müdafiəçi ödənilsin. İş üzrə mülki iddia təmin edilsin. Təqsirləndirilən şəxs və həmçinin cinayət işi üzrə mülki cavabdeh Təqsirləndirilən şəxs 1270 (bir min iki yüz yetmiş) manat məbləğində pul alınaraq zərərçəkmiş şəxs və həmçinin cinayət işi üzrə mülki iddiaçı X11 ödənilsin. Mülki iddia təmin edilməli olduğundan zərərçəkmiş şəxs və həmçinin cinayət işi üzrə mülki iddiaçı X15 tərəfindən mülki iddia qaldırılan zaman ödənilmiş 33 (otuz üç) manat dövlət rüsumu Təqsirləndirilən şəxs tutularaq X11 ödənilsin. Hökmdən elan olunduğu gündən 20 (iyirmi) gün müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Gülsüm Əliyeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar