Məhkəmə qərarları › İş №1(078)-40/2025

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərar — İş №1(078)-40/2025

02.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 1(078)-40/2025 02.05.2025 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Mən, Naxçıvan Şəhər Məhkəməsinin sədri Səfərəliyeva Gülnar Xanlar qızı, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair xüsusi ittiham qaydasında şikayət vermiş şikayət üzrə işə sədrlik edən hakim Əliyeva Gülsüm Kamal qızının özü özünə etdiyi etiraz ərizəsinə açıq məhkəmə iclasında baxaraq müəyyənetdim: Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs mən Səfərəliyeva Gülnar Xanlar qızı barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət edərək, məni xüsusi ittihamçı qismində tanımaqla, şərəfimi, ləyaqətimi və işgüzar nüfuzumu ləkələyən, şəxsiyyətimi alçaldaraq böhtan atan X1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi və həmin maddənin sanksiyasında nəzərdə tutulmuş daha ciddi cəzanın-azadlıqdan məhrumetmə cəzasının yuxarı həddində cəzalandırılması barədə ittiham hökmünün çıxarılmasını məhkəmədən хаhiş etmişəm. İşə sədrlik edən hakim Əliyeva Gülsüm Kamal qızı özü-özünə etdiyi ərizəsində bildirmişdir ki, Səfərəliyeva Gülnar Xanlar qızı X1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair xüsusi ittiham qaydasında şikayətlə Naxçıvan Şəhər Məhkəməsinə müraciət etmişdir. X1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair Səfərəliyeva Gülnar Xanlar qızı tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayət 24 aprel 2025-ci il tarixdə Naxçıvan Şəhər Məhkəməsinin icraatına daxil olmuşdur. Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs Səfərəliyeva X3 Şəhər Məhkəməsinin sədridir. Qeyd olunanlara əsasən hesab edir ki, hazırki cinayət işinə onun tərəfindən baxılması obyektivliyin təmin olunması baxımından məqsədəmüvafiq deyildir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 107.2-ci maddəsinə əsasən hakimin, prokurorun, müstəntiqin, təhqiqatçının, müdafiəçinin, zərər çəkmiş şəxsin, (xüsusi ittihamçının), mülki iddiaçının, mülki cavabdehin, yaxud şahidin nümayəndəsinin, eləcə də hal şahidinin, məhkəmə iclası katibinin, tərcüməçinin, mütəxəssisin və ya ekspertin cinayət prosesində iştirakını istisna edən, bu Məcəllənin 109, 112-118-ci maddələri ilə nəzərdə tutulmuş hallar mövcud olduqda, onlar özü-özünə etiraz etməlidirlər. Qeyd olunanlara əsasən hesab edir ki, iş üzrə xüsusi ittiham qaydasında şikayət vermiş şəxs Səfərəliyeva X3 Şəhər Məhkəməsinin sədri olduğundan hazırki işə onun tərəfindən baxıla bilməz. Buna görə də, işə onun sədrliyi ilə baxılmasına özü-özünə etiraz edir. Etirazın dəlillərinə iş materialları ilə əlaqəli şəkildə hüquqi qiymət verərək belə nəticəyə gəlirəm ki, işə sədrlik edən hakim Əliyeva Gülsüm Kamal qızının özü-özünə etdiyi etiraz mənim tərəfimdən də baxıla bilməz. Belə ki, xüsusi ittiham qaydasında şikayət vermiş şəxs mənəm. İşə sədrlik edən hakim Əliyeva Gülsüm Kamal qızı özü- özünə etdiyi etiraz məsələsi mənim sədrliyimlə baxılması cinayət prosessual qanunvericiliyin tələblərinə ziddir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəllənin: 107.1-ci maddəsinə əsasən, cinayət prosesində müvafiq şəxslərin iştirakına etirazlar və özü-özünə etirazlar əsaslandırılmaqla yazılı formada edilir. 107.2-ci maddəsinə əsasən, hakimin, prokurorun, müstəntiqin, təhqiqatçının, müdafiəçinin, zərər çəkmiş şəxsin, (xüsusi ittihamçının), mülki iddiaçının, mülki cavabdehin, yaxud şahidin nümayəndəsinin, eləcə də hal şahidinin, məhkəmə iclası katibinin, tərcüməçinin, mütəxəssisin və ya ekspertin cinayət prosesində iştirakını istisna edən, bu Məcəllənin 109, 112—118-ci maddələri ilə nəzərdə tutulmuş hallar mövcud olduqda, onlar özü-özünə etiraz etməlidirlər. Yuxarıda göstərilənlər nəzərə alınmaqla, hesab edirəm ki, işə sədrlik edən hakim Əliyeva Gülsüm Kamal qızının özü özünə etdiyi etiraz işlə birlikdə baxılmaq üçün Naxçıvan MR Ali Məhkəməsinin cinayət kollegiyasına göndərilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 109.3.1-ci maddəsinə görə birinci instansiya məhkəməsində cinayət işinə, yaxud cinayət təqibi ilə bağlı digər materiala hakim tərəfindən təkbaşına baxıldıqda, hakimin özü-özünə və ya ona edilmiş etirazı - həmin məhkəmənin sədri həll edir. Həmin Məcəllənin 109.1-ci maddəsinə görə hakimə (məhkəmə tərkibinə) edilən etiraz əsaslandırılmalıdır. Hakimə etiraz o halda əsaslı sayıla və şərtsiz təmin edilə bilər ki, hər hansı şəxsin cinayət prosesində hakim qismində iştirakını istisna edən aşağıdakı hallardan heç olmasa biri olsun 109.1.3. hakim həmin cinayət işi və ya cinayət təqibi ilə bağlı digər material üzrə zərər çəkmiş şəxs, mülki iddiaçı, mülki cavabdeh və ya onların qanuni nümayəndəsi, yaxud nümayəndəsi olduqda; 109.3.3. birinci instansiya məhkəməsində iki hakimin və ya bütün məhkəmə tərkibinin özü özünə, yaxud onlara edilmiş etirazı, habelə cinayət işinə, yaxud cinayət təqibi ilə bağlı digər materiala təkbaşına baxan məhkəmə sədrinə, özü-özünə və ya ona edilmiş etirazı — apellyasiya instansiyası məhkəməsinin hakimi tərəfindən həll edilir. Göstərilən xüsusatları və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 107, 109-cu maddələrini rəhbər tutaraq q ə r a r v e r d i m: Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair xüsusi ittiham qaydasında şikayət üzrə işə sədrlik edən hakim Əliyeva Gülsüm Kamal qızının özü özünə etdiyi etiraz işlə birlikdə baxılmaq üçün Naxçıvan MR Ali Məhkəməsinin cinayət kollegiyasına göndərilsin. Bu qərardan şikayət verilə bilməz. Naxçıvan Şəhər Məhkəməsinin sədri: Gülnar Səfərəliyeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar