Azərbaycan Respublikası adından HÖKM Naxçıvan şəhəri İş № 1(078)-41/2023 30.10.2023 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Məmmədov Qabil Neymət oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi, dövlət ittihamçısı Naxçıvan Мuxtar Respublikası Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin rəis əvəzi, kiçik ədliyyə müşaviri X2, Zərərçəkmiş şəxs2, zərərçəkmiş şəxsin qanuni nümayəndəsi Zərərçəkmiş şəxs1, Təqsirləndirilən şəxs, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi iştirakı ilə, xx xxxx 2001-ci il tarixdə Naxçıvan şəhərində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, avtobus təmir ustası işləyən, əvvəllər məhkum olunmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında, qapalı məhkəmə baxışı iclasında baxaraq müəyyən etdi: Məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, yetkinlik yaşına çatmış xx.xx.2001ci il təvəllüdlü Təqsirləndirilən şəxs 06 aprel 2023-cü il tarixdən başlayaraq Naxçıvan şəhərində müxtəlif vaxtlarda və yerlərdə 16 yaşına çatmayan, xx.xx.2008-ci il təvəllüdlü Zərərçəkmiş şəxs2 ilə bir neçə dəfə, təkrar qeyri-təbii yolla cinsi əlaqədə olaraq ona qarşı sexsual xarakterli digər hərəkətlər etmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 152.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs cinayət işi üzrə 09 iyul 2023-cü il tarixdə Azərbaycan Respublikası CM-in 152.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək həmin tarixdə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ifadəsində, hal-hazırda avtobus parkında usta köməkçisi işlədiyini, atası Elmarın avtobus parkında çilingər işlədiyini, özünün də ona köməklik etdiyini, yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs2 2023-cü ilin aprel ayının 5-dən tanıdığını, Zərərçəkmiş şəxs2 Naxçıvan şəhəri Əliabad qəsəbəsində 16 nömrəli tam orta məktəbdə 9-cu sinif şagirdi olduğunu, Nurcanı ilk dəfə 16 nömrəli məktəbin qabağında gördüyünü, özünün Nurcandan xoşunun gəldiyini, görən kimi ona yaxınlaşdığını, Nurcana “səndən xoşum gəlir, səninlə tanış olaq, bir-birimizi tanıyaq” dediyini, Nurcanın da tanışçılıqlarına razılıq verdiyini, onunla söhbət edə-edə Naxçıvan Dövlət Universitetinin yanında dikə qalxıb oradan aşağı endiklərini, Nurcanın hə cavabını verəndən sonra onunla əl-ələ tutub gəzməyə başladıqlarını, söhbət edəndə bir-biriləri ilə əlaqə saxlamaq üçün İnstagram hesablarını aldıqlarını, özünün askeroff_o27 İnstagram hesabını Nurcana verdiyini, Nurcanın da öz istifadəsində olan mrs.nur_o8 İnstagram hesabını ona verdiyini, Nurcanın öz telefonunun olmadığını, onun nənəsinin telefonunu işlətdiyini, məktəbin yanına çatanda Nurcanın nənəsinin onları gördüyünü, Nurcana hirslənib gəzdiyin oğlan kimdir dediyini, özünün də qızın nənəsinə “qızı ciddi istəyirəm” dediyini, nənəsinin Nurcanı evinə apardığını, Nurcanla görüşəndən sonra babasının vəziyyəti pis olduğundan xəstəxanaya getdiyini, ona ***-***-**-** mobil nömrəsindən zəng gəldiyini, telefonu açanda danışanın Şahin olduğunu bildiyini, Şahinin ondan “haradasan” soruşduğunu, “xəstəxanadayam” dediyini, Nurcanın atası Şahinin idarə etdiyi avtomobillə onu götürüb Əliabada apardığını, binaların arxasına keçdiklərini, Şahin həyat yoldaşına zəng vuranda, yoldaşının gəlib maşına oturduğunu, Şahinin anasına zəng vurub “Nurcana de baxsın, həmin oğlandır” dediyini, Şahinə “həmin oğlanam, Nurcanla mən gəzirəm” dediyini, Şahinin də əlinin dalı ilə sifətindən vurduğunu, Şahinin yoldaşına “sən düş gəlirəm” dediyini, həmin vaxt atasının zəng vurub harada olduğunu soruşduğunu, “xəstəxananın qabağına gəlirəm” dediyini, Şahinin olanları atasına dediyini, atasının da “üzrlü say, oğlumu tənbeh edəcəm” dediyini, Şahinin də “ikinci belə hərəkəti olsa, nəticəsi pis olacaq” dediyini, buna baxmayaraq İnstagram sosial şəbəkəsində Nurcanla yazışdıqlarını, bir-birilərini tanıdıqlarını, münasibətlərinin istiləşdiyini, şəxsi istifadəsində olan ***-***-**-** mobil nömrəsini Nurcana verdiyini, Nurcanın da telefonu olmadığı üçün ***-**-** ev telefon nömrəsi ilə zəng vurub danışdığını, ev telefonu ilə danışanda kontur çox yazdığından Nurcana “sənə sadə telefon və nömrə alacam” dediyini, Nurcanın da al deyib razılaşdığını, 50 manat verib Nokia markalı telefon aldığını, ***-***-**-** mobil nömrəsini alıb mobil telefona taxıb birlikdə Nurcana verdiyini, Nurcanla məktəbin qabağında dərsdən çıxanda görüşdüyünü, evdə ailəsi olmayanda Nurcanla binanın qarşısında görüşdüyünü, görüşəndə onun əlindən tutub yanağından və alnından öpdüyünü, Nurcanla telefonda danışanda anası Samirənin Nurcanı tutub telefonu əlindən aldığını, Nurcanın ev telefonu ilə zəng vurub olanları dediyini, sonra Nurcanın telefonu götürdüyünü, bir dəfə Nurcanın özünə zəng vurduğunu, özünün də uşaqlarla birlikdə yeyib-içdiyini, Nurcanın ona “atam gecə iş növbəsində olacaq, mən də darıxmışam” dediyini, özünün də Nurcana “mən də darıxmışam, ürəyim səni istəyir, gəlirəm səni görəm” dediyini, Nurcangilin məhləsinə getdiyini, gecə saat 01 radələri olanda binanın həyətində siqnal verib gözlədiyini, Nurcanın da gəldiyini, onunla görüşdüyünü, Nurcanın əlindən tutub yanağından öpərək qucaqladığını, qucaqlayanda Nurcanın qulağına “səni sevirəm” dediyini, Nurcanın da “mən də səni sevirəm” dediyini, Nurcana “get problem olar, atan gələr görər” dediyini, Nurcanın da “getmək istəmirəm” dediyini, Nurcanın da onu öpdüyünü, həmin vaxt aralarında intim münasibətin olmadığını, səhərisi gün yenə gecə saat 01 radələrində Nurcangilin məhləsinə gəldiyini, avtomobillə siqnal verdiyini, Nurcanın zəng vurub “gəlim görüşək” dediyini, özünün də “qorxuram, atan görər, problem olar, evdən bilərlər” dediyini, Nurcanın da “problem olmaz” dediyini, özünün də dayana bilməyib gəl görüşək dediyini, Nurcanla həmişə danışanda ona “sənə elə bir şey edəcəm, sən mənə bağlı olacaqsan, mən də sənə, heç kəs bizim aramıza girə bilməyəcək” dediyini, bunu deyəndə Nurcanla arxadan qeyri-təbii yolla cinsi əlaqədə olmağı nəzərdə tutduğunu, özünün də avtomobili onların binasının kənarına verərək keçib avtomobilin arxa salonunda oturduğunu, Nurcanın da gəlib avtomobildə arxada oturduğunu, özünün də Nurcanı qucaqlayıb, dodağından və boynundan öpməyə başladığını, Nurcanla sevişdiklərini, həmin vaxt Nurcana “sənin ailən səni mənə verməyəcək, mən elə edəcəm, sən mənə bağlan, mən də sənə bağlanım” dediyini, Nurcanın da heç nə soruşmadığını, durub özünə baxdığını, Nurcanın arxasını çevirdiyini, lasinini endirdiyini, Nurcana “arxadan səninlə qeyri-təbii yolla cinsi əlaqədə olaq” dediyini, Nurcanın da razı olub əyildiyini, özünün də şalvarını endirib cinsiyyət orqanını çıxardığını, Nurcanla qeyri-təbii yolla cinsi əlaqədə olduğunu, intim münasibətlərinin 2 dəqiqə çəkmədiyini, çünki öz cinsiyyət orqanını tam içəri salmadığını, intim münasibət zamanı Nurcanın alt paltarının üstünə boşaldığını, Nurcanın da paltarını geyindiyini, onu yenə qucaqlayıb, get görərlər dediyini, Nurcanı qucaqlayıb sağollaşdıqlarını, Nurcanın da getdiyini, Nurcanın atası Şahinin daş məhsulları kompleksində bir həftə gündüz, bir həftə gecə növbəsində işlədiyini, ona görə Nurcanla bir həftə görüşə bilmədiklərini, Şahin gecə növbəsinə keçəndə Nurcanın “atam evdə olmayacaq” dediyini, özünün də Nurcangilin məhləsinə gəldiyini, dükandan bir ədəd araq, bir lirtlik fanta, siqaret və cipso aldığını, Nurcana isə bir ədəd çöplü meyvə şirəsi, alpen gold şaqaladı və cipso aldığını, dostu Elçinlə birlikdə məhlədə oturub 750 ml arağı içdiklərini, dostu Elçinin 21 yaşının olduğunu, onun da Əliabad qəsəbəsində yaşadığını, Nurcanla onun heç bir münasibətinin olmadığını, Nurcanla danışdığını bildiyini, ancaq Nurcanla intim münasibətdə olduqlarını bilmədiyini, Əliabad da besetkada oturduqlarını, Nurcana orada olduqlarını dediyini, biraz keçəndən sonra Nurcanın gəlib yanlarında oturduğunu, özünün də aldıqlarını Nurcana verib “evə gedəndə apararsan” dediyini, Nurcanın da “evə getmək istəmirəm” dediyini, özünün də Nurcanın əlindən tutub birlikdə ikisinin binanın böyrünə keçdiklərini, orada Nurcanı qucaqlayıb öpdüyünü, onun lasinini endirib əli ilə sarğı nahiyyəsindən tutduğunu, Nurcanın əyildiyini, özünün də cinsiyyət orqanını çıxarıb Nurcanla qeyri-təbii yolla cinsi əlaqədə olduğunu, cinsi əlaqələrinin 2-3 dəqiqə çəkdiyini, özünün tez boşaldığını, özünün də Nurcana get evə dediyini, Nurcanın da getmək istəmirəm dediyini, Nurcanı evə yola saldığını, özünün də getdiyini, sonra Nurcanı istəmək üçün anasını yollasa da, qızın ailəsinin yaşı balacadır, olmaz dediklərini, beləcə Nurcanla əlaqəsinin kəsildiyini, Nurcanın ailəsinin onu polisə verdiyini, Zərərçəkmiş şəxs2 14 yaşında olduğunu əvvəlcədən bildiyini, Nurcanın məktəbli olduğunu, Nurcanın ona “15 yaşım var” dediyini, ailəsi ilə problem olanda qızın yaşı azdı deyə ona qızı vermədiklərini, Nurcan ilə iki dəfə intim münasibətdə, yəni qeyri-təbii yolla cinsi əlaqədə olduqlarını, ayrı vaxtlarda görüşsə də, onunla arasında heç bir cinsi əlaqə olmadığını, onu öpüb qucaqladığını, Nurcan ilə təbii yolla cinsi əlaqədə olmadığını, onunla görüşədən iki dəfə arxadan, qeyri-təbii yolla cinsi əlaqədə olduğunu, Zərərçəkmiş şəxs2 ilə intim münasibətdə olduqlarını heç kəsin bilmədiyini, heç kimə heç nə demədiyini, Nurcan ilə qeyri-təbii yolla cinsi əlaqədə olanda yanlarında kimsənin olmadığını, ikisinin olduğunu, onları heç kəsin görmədiyini, Nurcanla həm İnstagram sosial şəbəkəsində yazışdıqlarını, həm də ona verdiyi telefonla danışaraq əlaqə saxladıqlarını, əməlindən peşman olduğunu, sevgi və gənclik əlaməti olaraq bu işi etdiklərini, Nurcanı sevdiyini onunla ailə quracağını göstərərək, ona yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində tanınmış yetkinik yaşına çatmayan Zərərçəkmiş şəxs2 qanuni nümayəndəsi Zərərçəkmiş şəxs1 iştirakı ilə ifadəsində, halhazırda 15 yaşı olduğunu, ailədə evin ən böyük qızı olduğunu, özündən balaca evdə əkiz bacılarının olduğunu, X3 doğma atası olduğunu, atasının Arkoz daş məhsulları kompleksində fəhlə işlədiyini, Zərərçəkmiş şəxs1 isə öz anası olduğunu, onun işləmədiyini, evdar qadın olduğunu, Naxçıvan şəhəri Əliabad qəsəbəsində 16 nömrəli tam orta məktəbdə oxuduğunu, Təqsirləndirilən şəxs 2023-cü ilin aprel ayının 6-dan tanıdığını, Təqsirləndirilən şəxs ailəsi ilə öz ailəsi arasında heç bir ədavət, düşmənçilik və qohumçuluq münasibətinin olmadığını, Elçinin də Naxçıvan şəhəri Əliabad qəsəbəsində yaşadığını, onun 22 yaşının olduğunu, atasının yanında avtobus təmir etdiyini, Elçin ilə İnstagram sosial şəbəkəsində tanış olduqlarını, Elçinin İnstagram sosial şəbəkəsində istifadə etdiyi askeroff_o27 adlı profili ilə onun istifadə etdiyi mrs.nur_o8 adlı profilini tapıb özünə yazdığını, onun profil şəklinə baxanda görüb tanıdığını, özünün telefonunun olmadığını, nənəsi Rahilənin mobil telefonundan istifadə edərək Elçinlə yazışdığını, Elçinin “gəl görüşək” dediyini, özünün də Elçinə “məktəbə getməyəcəm, evdən çıxıb gəlib səninlə görüşəcəm” dediyini, beləcə, məktəb adı ilə evdən çıxıb aprel ayının 6-sı saat 09 radələrində X6 Universiteti yolunda bayraq meydanı tərəfdə görüşdüklərini, Elçinin özü haqqında danışdığını, özünün də ona qulaq asdığını, Elçinin də “səndən xoşum gəlir, səni sevirəm” dediyini, onunla əl-ələ gəzdiyini, Elçinin onu qucaqlayıb yanağından dodağından öpdüyünü, həmin vaxt Elçinlə arasında intim münasibətin olmadığını, sonra aşağı yolla məhləyə tərəf gələndə nənəsinin onları gördüyünü, sonra onu evə apardığını, Elçin ilə İnstagram sosial şəbəkəsində danışanda Elçinin istifadəsində olan ***-***-**-** mobil nömrəsini ona verdiyini, İnstagram sosial şəbəkəsində yazışsalar da ona ara-bir ***-**-** ev telefon nömrəsi ilə zəng vurub danışdıqlarını, belə danışandan sonra Elçinin “sənə telefon və nömrə alıb verəcəm” dediyini, sonra Elçinin ona Nokia markalı balaca telefon və bir də istifadə etmək üçün ***-***-**-** mobil nömrəsini alıb məktəbə gedəndə ona verdiyini, ailəsindən gizlin telefonda Elçinlə danışmağa başladığını, Elçinlə hər gün danışdığını, hər dəfə Elçinlə danışanda Elçinin “sənə elə bir şey edəcəm, sən mənə bağlanacaqsan, mən də sənə bağlanacam” dediyini, bir dəfə otaqda Elçinlə danışanda anasının tutduğunu, Elçinlə danışdığını anasının bildiyini, ona görə telefonu əlindən aldığını, Elçinin anasına zəng vurub telefonu Elçinin anasına apardığını, özünün də ev telefonu ilə Elçinə zəng vurub danışdığını, Elçinin bir də telefonu gətirib ona verdiyini, özünün də həmin telefonla onunla danışmağa başladığını, Elçinlə birinci dəfə avtomobildə qeyri-təbii yolla cinsi əlaqədə olduğunu, atasının bir həftə gecə növbəsində bir həftə gündüz növbəsində işlədiyini, atasının gecə növbəsinə düşəndə anasının qapını “atam birdən gələr” deyə açıq qoyduğunu, həmin günü Elçinlə danışdığını, gecə saat 01 radələrində Elçinin idarə etdiyi Vaz 2106 markalı avtomobil ilə məhləyə gəlib siqnal verdiyini, özünün də siqnal səsini eşidib aşağı düşdüyünü, Elçinin avtomobilin içərisində olduğunu, Elçinin onu görüb avtomobildən düşüb avtomobildə arxa tərəfdə onunla birlikdə oturduğunu, Elçinin onu qucaqlayıb öpməyə başladığını, Elçinin ona “sənə bağlanmaq istəyirəm” dediyini, sonra Elçinin onu soyundurduğunu, əyinindəki lasini çıxardığını, Elçin əli ilə sarğı nahiyəsini əllədiyini, sonra Elçinin öz şalvarını açıb cinsiyyət orqanını çıxardıb onun sarğı nahiyyəsinə toxundurduğunu, sonra Elçinin onunla qeyri-təbii yolla cinsi əlaqədə olduğunu, intim münasibətlərinin 3 dəqiqə çəkdiyini, sonra Elçinin cinsiyyət orqanını çıxarıb onun alt paltarına boşaldığını, sonra onu öpüb, qucaqlayıb “tez evə get, atan gəlib görər” dediyini, özünün də evə getdiyini, ondan sonra Elçinlə yenə telefonda danışdıqlarını, Elçinin “bir-birimizə bağlandıq, artıq heç kəs aramıza girə bilməz” dediyini, təxminən 2-3 gün keçəndən sonra gecə saat 01 radələrində Elçinin idarə etdiyi avtomobillə məhləyə gəlib siqnal verdiyini, məhləyə düşüb onunla avtomobildə yenə görüşdüklərini, yenə eyni qayda ilə Elçinlə avtomobildə arxa salonunda görüşdüklərini, Elçinin onu öpüb qucaqlayıb, lasinini endirdiyini, Elçinin cinsiyyət orqanını çıxararaq qeyritəbii yolla cinsi əlaqədə olduğunu, üçüncü dəfə isə Elçinlə binanın böyründə qeyri-təbbi yolla cinsi əlaqədə olduğunu, yenə gecə vaxtı saat 01 radələrində Elçinin məhləyə gələndə ya siqnal səsindən ya da Elçinin telefonun işıq salmağından Elçinin məhləyə gəldiyini bildiyini, həmin gün Elçinin telefondan işıq saldığını, buna görə Elçinin gəldiyini bildiyini, özünün də evdən xəbərsiz çıxıb binanın həyətinə düşdüyünü, Elçinin də dostu adaşı Elçinlə birlikdə besetkada oturduqlarını, Elçinin dostu ilə araq içdiyini, Elçinin həmin vaxt ona alpen gold şaqalad, cipso, çöplü meyvə şirəsi aldığını, Elçinin aldıqlarını ona verib, söhbət elədiklərini, Elçinlə birlikdə tək qalmaq üçün besetkadan çıxıb binanın böyrünə getdiklərini, binanın böyrü qaranlıq olduğundan heç nəyin görsənmədiyini, Elçinin də “darıxmışam” dediyini, özünün də Elçinə “mən də darıxmışam” dediyini, sonra Elçinin dodaqlarından və boyundan öpdüyünü, onunla sevişdiklərini, Elçinin onu çevirib başını əydiyini, Elçinin onun şalvarını çıxarıb əli ilə sarğı nahiyyəsini əllədiyini, özünün də başını əydiyini, həmin vaxt Elçinin öz şalvarını açıb cinsiyyət orqanını çıxardığını, cinsiyyət orqanını sarğı nahiyyəsinə toxundurduğunu, sonra cinsiyyət orqanını itələyib qeyri-təbii yolla cinsi əlaqədə olduqlarını, intim münasibətlərinin 2-3 dəqiqə çəkdiyini, Elçinin boşaldığını, sonra onunla qucaqlaşdıqlarını, öpüşüb sağollaşdıqlarını, Elçinin getdiyini, bir neçə gün keçəndən sonra Elçinin ona ətir, qolbaq, saat və bujiteriya üzük aldığını, özünün də bunu anasına yox, nənəsi Rahiləyə dediyini, nənəsi Rahilənin də gəlib anası Samirəyə dediyini, axşamüstü ailəsinin Elçingilin ailəsinin üstünə getdiyini, əşyaları qaytardıqlarını, orada onlar arasında mübahisə olduğunu, Elçinin anası Məstanın hədiyyələri götürmədiyini, ailəsinin də hədiyyələri çırpıb qırdıqlarını, beləcə ailələr arasında münasibətin gərginləşdiyini, ailəsinin onu məktəbdən çıxardıqlarını, Elçinlə görüşə bilmədiyini, sonra Elçinin anasının gəlib “səni oğluma almayacam” deyib çıxıb getdiyini, ondan sonra Elçinə bu barədə xəbər verdiyini, Elçinə “artıq məni yığma, anan nə gəldi dedi və getdi” dediyini, axşamı Elçinin anasının səs atdığını, səsdə “sənin yaşın balacadır, sən oğlumla danışma, vaxtı gələndə mən gələrəm” dediyini, ailəsinin də yaşı balaca olduğundan buna qarşı çıxdığını, Təqsirləndirilən şəxs onun məktəbli və 14 yaşında olduğunu bildiyini, Elçinin “elə edəcəm, səni özümə, özümü də sənə bağlayacam heç kəs aramıza girə bilməyəcək” dediyini, onunla özünün azyaşlı olduğunu bilə-bilə bir neçə dəfə qeyri-təbii yolla cinsi əlaqədə olduqlarını, Təqsirləndirilən şəxs ilə 3 dəfə qeyri-təbii yolla cinsi əlaqədə olduqlarını, iki dəfə avtomobilin içərisində və bir dəfə də binanın böyründə qaranlıq yerdə Elçinlə intim münasibətdə olduqlarını, Təqsirləndirilən şəxs ilə təbii yolla cinsi əlaqədə olmadığını, bakirə olduğunu, özünün bakirəliyinin tam olduğunu, pozulmadığını, Elçinin arxadan qeyri-təbbi yolla özü ilə cinsi əlaqədə olduğunu, Təqsirləndirilən şəxs başqa əlavə heç kimlə intim münasibətinin olmadığını, yalnız Təqsirləndirilən şəxsla qeyri-təbii yolla cinsi əlaqədə olduğunu, başqa kimsənin əlinin dəymədiyini, Təqsirləndirilən şəxs onu heç bir yolla hədələmədiyini, onunla intim münasibətdə olması barədə kiminsə əvvəlcədən məlumatının olmadığını, polisdə araşdırma olandan sonra ailələrinin bu barədə məlumatlarının olduğunu, Təqsirləndirilən şəxs ilə qeyri-təbii yolla cinsi əlaqədə olanda yanlarında heç kəsin olmadığını, yalnız ikisinin olduğunu, Elçinlə gecə saat 01 radələrində görüşdüyünü, ailəsinin Elçini ondan uzaqlaşdırmaq üçün polis tanışlarına bu barədə dediklərini, bu səbəbdən polisin gəlib onu dindirdiyini, Elçini sevdiyini, Elçinin təqsirinin olmadığını, biri-birlərini istədiklərindən baş verdiyini, Elçini bağışladığını, şikayət və tələbinin olmadığını, onunla ailə quracaqlarını, ona yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında qanuni nümayəndə Zərərçəkmiş şəxs1 Zərərçəkmiş şəxs2 onun qızı olduğunu, Elçinin onun qızını istədiyini, lakin qızının yaşının az olduğundan bu işə razı olmadıqlarını, bu səbəbdən Elçinin uzaq dursun deyə polisə müraciət etdiklərini, lakin işin bu yerə gələcəyini bilmədiklərini, Elçinin təqsirinin olmadığını, biri-birlərini istədiklərindən baş verdiyini, Elçini bağışladıqlarını, şikayət və tələbinin olmadığını, onların ailə quracaqlarını, ona yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində, cinayət işi üzrə Zərərçəkmiş şəxs2 əvvəlcədən tanımadığını, Elçinə görə onu tanıdığını, Elçinin Nurcanla sevgili olduğunu Elçindən öyrəndiyini, Zərərçəkmiş şəxs2 ilə arasında heç bir ədavət, düşmənçilik və qohumçuluq münasibətinin olmadığını, Təqsirləndirilən şəxs 3 ildir tanıdığını, onunla eyni məhlədə yaşadığını məhlə uşağı kimi münasibətlərinin olduğunu, 2023-cü ilin aprel-may ayları olanda Naxçıvan şəhəri Əliabad qəsəbəsində yerləşən Ayaz marketin qabağında Elçinlə görüşdüyünü, Elçinin də “gedək oturaq içək” dediyini, Təqsirləndirilən şəxsla birlikdə Ayaz marketə girdiklərini, ilk əvvəl piyvə almaq istədiklərini, sonra Elçinin “araq alaq” dediyini, razılaşıb onunla birlikdə araq aldıqlarını, kolbasa-çörək, 2 hell aldıqlarını, Elçinin də əlavə olaraq alpen gold, çöplü meyvə suyu və şirniyyat aldığını, özünün də Elçinin Nurcanla sevgili olduğunu bildiyindən şirniyyatı şaqaladı və çöplü meyvə suyunu ona aldığını bildiyini, Ayaz marketin qabağındakı besetkada oturub Təqsirləndirilən şəxsla birlikdə 500 ml arağı içdiklərini, həmin vaxt saat təxminən 21 radələri olduğunu, yeyib-içən zaman Elçinin sevgilisi Nurcanın zəng vurduğunu, Elçin onunla telefonda danışdığını, ondan sonra Nurcanın aşağı endiyini, Nurcanın oturduqları besetkaya gəldiyini, Təqsirləndirilən şəxs ayağa durduğunu, sonra Nurcanla Elçinin kənarda oturduqlarını, Elçinin aldığı şirniyyatları Nurcana verdiyini, Nurcanın da oturub yeyib-içdiyini, həmin vaxt Təqsirləndirilən şəxs telefonda interneti açdığını, sonra Nurcanla aralarında nəsə danışdıqlarını, gedib-gəldiklərini, həmin günü Nurcanla Təqsirləndirilən şəxs arasında münasibətin olduğunu bildiyini, o vaxta qədər bilmədiyini, bir qədər keçəndən sonra Nurcanın Elçinlə sağollaşıb getdiyini, sonra özünün də evinə getdiyini, bu məsələdən sonra Elçin və Nurcanı görmədiyini, Zərərçəkmiş şəxs2 məktəbli kimi tanıdığını, onunla arasında heç bir dialoq olmadığını, Zərərçəkmiş şəxs2 neçə yaşı olduğunu bilmədiyini, onun azyaşlı olduğunu bildiyini, Elçinin ona “Nurcan orta məktəbdə oxuyur, məktəbi bitirəndən sonra evlənəcəyik” dediyini, sonradan Elçin ilə Nurcanın nişanlanığını eşitdiyini, Təqsirləndirilən şəxsla Zərərçəkmiş şəxs2 sevgili olduğunu bildiyini, Elçinlə besetkada olanda Nurcanın da gəldiyini, onların orada görüşüb söhbətləşdiklərini, onlar arasında intim münasibət olduğunu bilmədiyini, Elçinin də bu barədə ona heç nə demədiyini bildirmişdir. Məhkəmə iş üzrə ifadələr ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, digər sənədləri də sübut növləri kimi qəbul edir. İş materialında olan 25 may 2023-cü il tarixli 523 saylı ekspert rəyindən məlum olur ki, 2008-ci il təvəllüdlü Zərərçəkmiş şəxs2 qızlıq pərdəsinin anatomik tamlığı pozulmamışdır. Zərərçəkmiş şəxs2 qızlıq pərdəsinin anatomik quruluşu, tamlığı pozulmadan onunla cinsi əlaqədə olmağa imkan vermir. Zərərçəkmiş şəxs2 qeyri-təbii yolla cinsi əlaqədə olmuşdur, müddəti köhnədir. İş materialında olan 22 avqust 2023-cü il tarixli 228 saylı ekspert rəyindən məlum olur ki, təqsirləndirilən şəxs hadisədən əvvəl, hadisə vaxtı və sonra psixi sağlam olmuş, Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs alkoholizm və narkomaniya xəstəliyindən əziyyət çəkmir. İş materialında olan 22 avqust 2023-cü il tarixli 227 saylı ekspert rəyindən məlum olur ki, Zərərçəkmiş şəxs2 hadisədən əvvəl, hadisə vaxtı və sonra psixi sağlam olmuş, Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. İş materialında olan 14 sentyabr 2023-cü il tarixli 888 saylı ekspert rəyindən məlum olur ki, Zərərçəkmiş şəxs2 əqli inkişafında psixi xəstəliklə əlaqədar olmayan gerilik əlamətləri müəyyən olunmur. Zərərçəkmiş şəxs2 hal-hazırda əqli və psixi inkişafına, fərdipsixoloji xüsusiyyətlərinə görə ona qarşı edilən seksual hərəkətlərin xarakterini və mahiyyətini dərk etmək və həmin hərəkətlərə qarşı müqavimət göstərmək qabliyyətinə malikdir. Zərərçəkmiş şəxs2 fərdi-psixi xüsusiyyətlərində təlqinə qapılmağa, başqalarının təsiri altında hərəkət etməyə meyillilik əlamətləri müşahidə olunmur. İş materialında olan şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, iş üzrə Zərərçəkmiş şəxs2 xx xxxxxxx 2008-ci ildə anadan olmuşdur. İş materialında olan tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin istintaqı zamanı müəyyən edilmişdir ki, yetkinlik yaşına çatmış xx.xx.2001-ci il təvəllüdlü Təqsirləndirilən şəxs 06 aprel 2023-cü il tarixdən başlayaraq Naxçıvan şəhərində müxtəlif vaxtlarda və yerlərdə 16 yaşına çatmayan, xx.xx.2008-ci il təvəllüdlü Zərərçəkmiş şəxs2 ilə bir neçə dəfə, təkrar qeyri-təbii yolla cinsi əlaqədə olaraq ona qarşı sexsual xarakterli digər hərəkətlər etmişdir. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 152.1-ci maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri tam sübuta yetirilir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin ikinci bəndində, Azərbaycan Respublikası CPM-in 21-ci maddəsində nəzərdə tutulan təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq belə hesab edir ki, Təqsirləndirilən şəxsnın əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur və o, qeyd edilən maddə ilə təqsirli bilinərək cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxsnın cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Təqsirləndirilən şəxs tərəfindən ibtidai araşdırmanın gedişində müsbət xarakterizə olunması, əməlindən peşman olması, zərərçəkmiş şəxsin qanuni nümayəndəsi və zərərçəkmiş şəxs ilə barışması, Təqsirləndirilən şəxs məsuliyyətini yüngülləşdirən hal kimi qiymətləndirilməlidir. Təqsirləndirilən şəxs məsuliyyətini ağırlaşdıran hallar yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmədə Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 4 №-li Qərarının 3-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 №-li qərarının, 13-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir. Qeyd edilənləri nəzərə alaraq məhkəmə Təqsirləndirilən şəxs cəmiyyət üçün təhlükəli olmadığı qənaətinə gəlir, cəmiyyətdən təcrid edilmədən və cəza çəkmədən islah olunmasını mümkün hesab edir, təqsirləndirildiyi maddənin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin etməyi və barəsində Azərbaycan Respublikası CMnin 70-ci maddəsini tətbiq edərək təyin edilmiş cəzanı sınaq müddəti müəyyən edilməklə şərti hesab etməyi məqsədə müvafiq bilir və hesab edir ki, onun barəsində təyin edilmiş cəzanın şərti hesab edilərək azadlıqda saxlanılması Azərbaycan Respublikası CM-nin və cinayət məsuliyyətinin qanunçuluq, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinə tam uyğundur. Məhkəmə Təqsirləndirilən şəxs cəmiyyət üçün təhlükəli olmadığı qənaətinə gələrkən, cəmiyyətdən təcrid edilmədən və cəza çəkmədən islah olunmasını mümkün hesab edərkən gənc ailənin dağılmasının qarşısının alınmasını və qorunub saxlanılmasını əsas götürür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, on dörd yaşına çatmış, lakin on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə bir ildən üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə haqqında qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılmalıdır. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs hökmün icrasına nəzarət edən orqanda qeydiyyatdan keçmək, həmin orqanın razılığı olmadan daimi yaşayış yerini dəyişməmək vəzifə olaraq tapşırılmalıdır. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi tarixdən hesablanmalıdır. Hökmün icrası Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinə tapşırılmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. İş üzrə ekspertiza xərci və mülki iddia yoxdur. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxsə məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş vəkilə dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Naxçıvan Şəhər Vəkillər Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 40 saat görə 240 manat Azərbaycan Respublikasının dövlət büdcəsi hesabından Naxçıvan Şəhər Vəkillər Bürosunun hesabına köçürülməlidir. İş üzrə maddi sübut olan Naxçıvan Şəhər Məhkəməsində saxlanılan 1 ədəd “Nokia 1202” markalı mobil telofon hökm qanuni qüvvəsini aldıqdan sonra Təqsirləndirilən şəxs qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 44.1, 197-198, 344- 347, 349, 351-353, 356, 358, 381, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1-ci maddəsi ilə təqsirli bilinib müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməməklə 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq edilərək təyin edilmiş cəza 2 (iki) il sınaq müddəti müəyyən edilməklə şərti hesab edilsin. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs hökmün icrasına nəzarət edən orqanda qeydiyyatdan keçmək, həmin orqanın razılığı olmadan daimi yaşayış yerini dəyişməmək vəzifə olaraq tapşırılsın. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə haqqında qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılsın. Hökmün icrası Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinə tapşırılsın. İş üzrə maddi sübut olan Naxçıvan Şəhər Məhkəməsində saxlanılan 1 ədəd “Nokia 1202” markalı mobil telofon hökm qanuni qüvvəsini aldıqdan sonra Təqsirləndirilən şəxs qaytarılsın. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Naxçıvan Şəhər Vəkillər Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 40 (qırx) saata görə 240 (iki yüz qırx) manat Azərbaycan Respublikasının dövlət büdcəsi hesabından Naxçıvan Şəhər Vəkillər Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu vaxtdan, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətinə Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim Qabil Məmmədov.
Məhkəmə qərarları › İş №1(078)-41/2023
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Hökm — İş №1(078)-41/2023
30.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver