Məhkəmə qərarları › İş №1(078)-41/2024

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərar — İş №1(078)-41/2024

27.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 1(078)-41/2024 27.05.2024 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyeva Gülsüm Kamal qızının sədrliyi, X6 məhkəmə iclas katibliyi ilə, X7 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair X5 tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayətə açıq məhkəmə hazırlıq iclasında baxaraq, müəyyənetdi: X1 Cəlil Məhərrəm oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair xüsusi ittiham qaydasında şikayətlə Naxçıvan Şəhər Məhkəməsinə müraciət etmişdir. X5 şikayətini əsaslandıraraq qeyd etmişdir ki, X13 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi barəsində etmiş olduğu aşağıdakı faktlarla təsdiq olunur. Belə ki, X20 Muxtar Respublikası Perinatal Mərkəzdə müalicə alan anası X9 ölümündə haqsız yerə olaraq onu təqsirli bilməsi və barəsində onun şəxsiyyətinə, ləyaqətinə və işgüzar nüfuzuna xələl gətirən böhtan dolu fəaliyyət göstərməsidir. Belə ki, anasının ölümündə onu günahlandıran C.Xudiyev barəsində olan böhtan xarakterli məlumatlarla Naxçıvan Şəhər Prokurorluğuna şikayət etmiş və Naxçıvan Şəhər Prokurorluğunda həmin şikayət əsasında araşdırmalar aparılmışdır. C. Xudiyev şikayətində bildirmişdir ki, guya anası müalicə aldığı müddətdə həkimlər ondan qeyri-qanuni pul istəmiş və onun müalicə vaxtı səhlənkarlıq və məsuliyyətsizlik etməyi ilə əlaqədar olaraq anası vəfat etmişdir. Həmçinin şikayətində bildirib ki, guya onun anası ailəsinin razılığı olmadan əməliyyat edilmiş, əməliyyat zamanı ondan 260 manat alınmış, həmçinin anasının tibbi sığortasının olmasına baxmayaraq ondan 700 manat rüşvət alınmışdır. C.Xudiyevin onun barəsində etmiş olduğu böhtan əməli aşağıdakı faktlarla tam sübut edilmişdir. S.Xudiyevin Naxçıvan şəhər prokurorluğuna etmiş olduğu tamamilə böhtandan ibarət olan şikayəti prokurorluq tərəfindən araşdırılmışdır. Aparılmış araşdırılmanın nəticəsində C.Xudiyevin barəsində etdiyi şikayətin əsassız, yalan və böhtan olduğu üzə çıxmışdır. Prokurorluq tərəfindən əməlində hər hansı bir cinayətin tərkib əlamətləri olmadığı əsas gətirilərək cinayət işinin başlanılması rədd edilmişdir. Anasının ölümündə guya onun müalicə vaxtı səhlənkarlıq və məsuliyyətsizlik etməyinə gəldikdə isə onu bildirmək istəyir ki, S.Xudiyevaya göstərilmiş müayinə və müalicə tədbirlərinin düzgün seçilib-seçilməməsi, tibb işçilərinin hərəkət və ya hərəkətsizliyi ilə mərhumənin ölümündə səbəbli əlaqənin olub-olmamasını müəyyən etmək məqsədi ilə prokurorluq tərəfindən “Komission məhkəmə-tibb ekspertizası təyin edilmiş və ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibb Ekspertiza və X8 ekspertlərinə həvalə edilmişdir. xx.xx.2024-cü il tarixli ekspert rəyində göstərilmişdir ki, “Naxçıvan MR X17 Xudiyevanın adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən o, 06.10.23-cü il tarixində saat 23:30-da xəstəxanaya daxil olmuş və üzərində müvafiq müayinələr aparılmışdır. 11.10.23-cü il tarixində xəstənin vəziyyəti qəflətən pisləşmiş, dərhal reanimasion tibbi tədbirlər görülməsinə baxmayaraq xəstədə bioloji ölüm baş vermişdir. S. Xudiyevanın üzərində icra edilmiş cərrahiyə əməliyyatı texniki cəhətdən düzgün yerinə yetirilmiş və əməliyyat gedişində hər hansı bir fəsad baş verməmişdir. Xəstə üzərində müalicələr diaqnoza uyğun olaraq düzgün aparılmışdır. Əməliyyatdan sonra ağciyər emboliyasının yaranması ehtimalının yüksək olduğunu nəzərə alaraq müəyyən olunmuş profilaktik tədbirlər düzgün qaydada tətbiq olunmuşdur. S. Xudiyevaya göstərilmiş tibbi yardımlar onun vəziyyətinə uyğun olmuşdur. S.Xudiyevanın meyiti müayinə olunmadığı üçün onun ölümünün səbəbləri aparılmış müalicələrlə baş vermiş ölüm arasında səbəbli əlaqənin olub-olmaması haqqında fikir söyləmək mümkün olmadı. S. Xudiyevaya müalicə müəssisəsi şəraitində göstərilmiş tibbi xidmət səhiyyə sistemində qüvvədə olan təlimat qaydalarına uyğun olmuşdur”. Bütün bunlar onu göstərir ki, Cəlil Xudiyev anasının ölümünü bəhanə edərək qərəzli olaraq onun şərəf və ləyaqətini alçaltmaq, işgüzar nüfüzüna xələl gətirmək məqsədini güdmüşdür. Təəssüf ki, buna nail olmuşdur. Əldə etdiyi uğurlara, əhali arasında qazanmış olduğu hörmətə kölgə salmağı bacarmışdır. Bütün bunlar onun işgüzar nüfuzunu sarsıtmaqla yanaşı ona mənəvi iztirablar verməkdədir. S. Xudiyevanın Naxçıvan MR Perinatal Mərkəzdə üzərində aparılmış müayinə və müalicə tədbirləri haqqında bildirir ki, 6 oktyabr 2023-cü il tarixdə 23:30-da mərkəzin ginekologiya şöbəsində X16 ağır vəziyyətdə, qanaxma ilə Novruzova Bəhriyyə tərəfindən qəbul edilib. Xəstənin 30% qanı var idi. Xəstə haqqında dərhal ona məlumat verilib, ilkin qankəsici müalicə işləri aparılıb. xx.xx.2023-cü il saat 10:00-da xəstəyə konsilium təyin etmişdir. Xəstənin vəziyyəti hələ əməliyyata imkan vermirdi. Odur ki, xəstə reanimasiya şöbəsinə qaldırılıb, ayın 9-dək xəstəyə qan və qanəvəzedicilər köçürülüb. xx.xx.2023-cü il tarixdə xəstənin qan göstəriciləri yaxşılaşdığı üçün reanimatoloqun baxışı və razılığı ilə əməliyyata götürülüb və bütün müayinələr təlimata uyğun olaraq aparılıb. Əməliyyat olunması haqqında xəstənin qohumlarına məlumat verilib, baş həkim əməliyyat sənədlərinə imza atdıqdan sonra əməliyyat olunub və əməliyyat uğurla sonlanıb, əməliyyatdan sonra xəstənin qohumlarına xaric edilmiş preparat təqdim olunub və məlumat verilib. xx.xx.2023-cü ildə xəstənin vəziyyəti xeyli yaxşılaşıb, qan göstəriciləri yüksəlib. xx.xx.2023-cü il tarixdə səhər müayinəsindən sonra saat 09:30-da xəstə tualetə gedərkən halı pisləşib, xəstə ani olaraq qəfil ölüb. Təxmini olaraq onlar xəstənin qəfil ölümünə səbəb olaraq iki xəstəlik - trombemboliya və ürəyin ağır infaktından şübhələnərək ona uyğun müayinə tədbirləri aparmışlar. Lakin aparılan bütün tədbirlərə baxmayaraq xəstədə təxminən saat 10:00-da bioloji ölüm yaranmışdır. Xəstənin ölümü haqqında dərhal qohumlarına və həmçinin prokurorluğa məlumat verilmişdir. Mərhumun qohumları autopsiyalardan imtina edərək, tibbi personalının nə qədər əziyyət çəkdiyini və şikayətçi olmadıqlarını bildirərək ölünü dəfn üçün evlərinə aparmışdırlar. Lakin təxminən bir ay sonra mərhumənin oğlu X22 Nazirliyinə şikayət edərək, ondan 10000 manat pul tələb etmişdir. Ona “ölünü hərraca qoymaq istəyirsən?” deyərək, ona veriləsi pulunun olmadığını bildirmişdir. Ondan sonra Cəlil Xudiyev onun haqqında sosial şəbəkələrdə nalayiq təhqirlər, şantaj xarakterli məlumatlar yaymağa başlamışdır. C.Xudiyev yalan olduğunu bilə-bilə onun şərəf və ləyaqətini ləkələyən, nüfuzdan salan məlumatlarla 2023cü ildə müxtəlif vaxtlarda internet saytlarında böhtan xarakterli yazılar yazaraq paylaşımlar etmişdir. Paylaşmalarında, müxtəlif internet informasiya şəbəkələrinə verdiyi iftira dolu məlumatlarla ona böhtanlar atmış, hətta onu “qatil” deyə adlandırmaqdan belə çəkinməmişdir. O uzun illərdir X12 həkim işləyir və hazırda mərkəzin müalicə işləri üzrə müavin vəzifəsini icra edir. İşlədiyi bu müddət ərzində həm rəhbərlik səviyyəsində, həm də ictimaiyyət arasında böyük nüfuz qazanmışdır. Uzun illərin peşəkar həkimidir. Göstərdiyi xidmətlərə görə Naxçıvan MR əhalisi arasında böyük rəğbət qazanmışdır, işgüzar nüfuzu xeyli yüksəkdir. Xidməti Naxçıvan MR rəhbərliyi tərəfindən yüksək qiymətləndirilib. Naxçıvan MR X23 2015-ci il 16 yanvar tarixli 270-04/S nömrəli Sərəncamı ilə Naxçıvan MR-nin “Əməkdar həkimi” adına layiq görülmüşdür. 2023-cü ildə “OMPA” tərəfindən aparılan ictimai sorğulara əsasən, il ərzində göstərdiyi əvəzsiz tibb xidmətin yüksək keyfiyyətinə görə fəxrlə “X24” ilə təltif olunmuşdur. Hər zaman bilik və bacarığının artırılmasına diqqət göstərmişdir. Bununla əlaqədar bir sıra beynəlxalq tədbirlərdə və seminarlarda iştirak etmişdir. X7 təhqir və böhtanla dolu yaydığı yalan dolu bu məlumatlar onun işgüzar nüfuzuna xeyli dərəcədə mənfi təsir göstərmişdir. Onun bu hərəkəti əhali və kollektiv arasında nüfuzunu sarsıtmışdır. Muxtar Respublika rəhbərliyinin və əhalisinin ona göstərmiş olduğu etimada böyük zərbə vurmuşdur. Onun əsassız təhqirlərini heç cürə qəbul edə bilmir, şərəf və ləyaqətinin alçaldılması ona çox pis təsir göstərir. Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X4, xüsusi ittiham qaydasında şikayət vermiş şəxsin nümayəndəsi Nümayəndə və barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X10 27 may 2024-cü il tarixə, saat 09:00-a təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq onlar məhkəmə hazırlıq iclasına gəlməmiş, gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə hər hansı məlumat verməmişlər. Məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 299.3.1-ci maddəsinə əsasən məhkəmə hazırlıq iclasında məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədilə məhkəməyə daxil olmuş cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarının və ya xüsusi ittiham qaydasında şikayətin ona aid olub-olmaması barədə məsələyə baxır. Belə ki, “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014cü il tarixli, 3 nömrəli Qərarının 12-ci bəndində göstərilmişdir ki, “Məhkəmələrin diqqətinə çatdırılsın ki, xüsusi ittiham qaydasında şikayətlərə məhkəmələrdə baxılması aidiyyəti CPM-nin 74.1-74.4 və 74.8-ci maddələrinə əsasən müəyyən edilir. Kütləvi informasiya vasitələrində dərc edilməklə və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatlarında yerləşdirilməklə böhtan və ya təhqir xarakterli məlumatların yayılması ilə əlaqədar verilmiş şikayətlərə kütləvi informasiya vasitələrinin (internet informasiya ehtiyatlarının) hüquqi ünvanı üzrə birinci instansiya məhkəmələri tərəfindən baxılır. Hüquqi ünvan dedikdə kütləvi informasiya vasitələrinin (internet informasiya ehtiyatlarının) müvafiq icra hakimiyyəti orqanı tərəfindən qeydiyyata alınarkən müəyyən edilmiş ünvanı başa düşülür. Kütləvi informasiya vasitəsinin (internet informasiya ehtiyatının) hüquqi ünvanı məlum olmadıqda, yaxud da onlar xaricdə qeydiyyata alındıqda xüsusi ittiham qaydasında şikayətə təhqir və ya böhtan xarakterli məlumatları belə kütləvi informasiya vasitələrində (internet informasiya ehtiyatlarında) yaymış şəxsin Azərbaycan Respublikasında axırıncı yaşayış yeri üzrə fəaliyyət göstərən məhkəmə tərəfindən baxılır. İş materiallarından göründüyü kimi, xüsusi ittiham qaydasında şikayət ərizəsində Cinayət-Prosessual Məcəlləsinin 293.3.3-cü maddəsinin tələblərinə uyğun olaraq barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X7 yaşayış yeri Babək rayonu, Qoşadizə kəndi göstərilmişdir. Həmçinin elektron məhkəmə informasiya sistemindən çıxarılmış X7 şəxsiyyət vəsiqəsi məlumatlarından aydın olur ki, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X2 Muxtar Respublikası, Babək rayonu, Qoşadizə Ə/D, Qoşadizə kəndində qeydiyyatdadır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin 1-ci bəndinə əsasən Azərbaycan Respublikası vətəndaşının yaşayış yeri yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə müəyyən edilir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, X7 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair X3 xüsusi ittiham qaydasında verdiyi şikayətə baxılması Naxçıvan Şəhər Məhkəməsinin səlahiyyətlərinə aid deyil. Məhkəmənin hazırlıq iclasının keçirilməsi nəticəsində qəbul edilən qərarlardan biri də Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 300.1.3-cü maddəsinə əsasən xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina olunmasıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 302.1 və 302.1.1-ci maddələrinə əsasən şikayət həmin məhkəməyə aid olmadıqda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. Beləliklə də, X7 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair X3 xüsusi ittiham qaydasında şikayəti Naxçıvan Şəhər Məhkəməsinə aid olmadığından xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul edilməsindən imtina edilməlidir. Göstərilənləri və və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 299.3.3, 300.1.3, 300.5, 302.1.3, 302.2.3-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: X7 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair X3 xüsusi ittiham qaydasında şikayəti üzrə məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul edilməsindən imtina edilsin. Qərardan elan olunduğu andan 20 gün müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Gülsüm Əliyeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar