Azərbaycan Respublikası adından HÖKM Naxçıvan şəhəri İş № 1(078)-41/2025 03.06.2025 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Əliyeva Gülsüm Kamal qızının sədrliyi, X2 məhkəmə iclas katibliyi, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx xxx 2005-ci il tarixdə Şərur rayonu, Dəmirçi kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, əvvəllər məhkum olunmamış, orta təhsilli, fəhlə işləyən, subay, Sədərək rayonu, Dəmirçi kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə, m ü ə y y ə n e t d i: Naxçıvan Şəhər Məhkəməsinin icraatına 25 aprel 2025-ci ildə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi daxil olmuşdur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cinayət işinin başlanmasına səbəb 29 yanvar 2025-ci il tarixdə saat 18:27 dəqiqədə Təqsirləndirilən şəxs X14 Limanında yoxlamadan keçərkən onun üzərindən 1 ədəd 7.62XN mm kalibrli patronun aşkar edilərək götürülməsi faktı, əsas isə həmin fakt əsasında toplanmış materiallar olmuşdur. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirləndirilir ondan ötrü ki, o, qanunsuz olaraq döyüş sursatını əldə etmiş və gəzdirmişdir. Belə ki, o, 29 yanvar 2025-ci il tarixədək olan müddətdə istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq 1 ədəd 7,62xN mm kalibrli pulemyot patronunu əldə edib, üzərində saxlayaraq, gəzdirmiş, 29 yanvar 2025-ci il tarixdə saat 18 radələrində Bakı şəhərinə gedən tanımadığı qadının çantalarına kömək edib onu X14 Limanına keçirdiyi zaman, girişdə rentgen qurğusundan keçirilməklə yoxlanılarkən hava limanının əməkdaşları tərəfindən üzərindəki pul qabısından 1 ədəd döyüş sursatı hesab edilən, təyinatı üzrə istifadəyə yararlı 7, 62xN mm kalibrli pulemyot patronunu aşkar edilərək götürülmüşdür. Bu hərəkətlər ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsində nəzərdə tutulan cinayət əməllərini törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ifadəsində 26 yanvar 2025-ci ildə saat təxminən 15:00 radələrində Naxçıvan şəhərində olan zaman Heydər Əliyev müzeyinin yanındakı binaların qarşısından nömrəsini bilmədiyi taksiyə əyləşib Əliabad qəsəbəsi ərazisində yerləşən yanacaq doldurma məntəqəsində taksidən endiyini, yaşadığı Sədərək rayon Dəmirçi kəndinə getmək üçün, yolun qarşı tərəfinə keçib oradan kəndlərinə gedən avtomobillərdən biri ilə evinə getməsi üçün Şərur rayonu istiqamətində yolun sol kənarı ilə piyada hərəkət edərkən, həmin vaxtı Naxçıvan Sədərək avtomobil yolunun sol tərəfində, yolun torpaq hissəsində həmin patronu görüb götürərək əynində olan şalvarının sağ yan cibinə qoyduğunu, həmin gün evə gedib heç kimə bu barədə demədiyini, patronun cibində qaldığını, həmin ərəfədə şəxsiyyət vəsiqəsinin yenilənməsi üçün Sədərək Rayonu Polis Şöbəsinə müraciət etdiyindən, 03 fevral 2025- ci il tarixdə şəxsiyyət vəsiqəsini almaq üçün Sədərək Rayonu Polis Şöbəsinə getdiyi zaman orada patronu təhvil vermək istədiyi üçün həmin günə qədər patronu cibində saxlamaq qərarına gəldiyini, dostu X3 Sədərək Gömrüyündə taksi fəaliyyəti ilə məşğul oluğunu, 29 yanvar 2025-ci il tarixdə axşam çağı, kənddə olarkən, Mərdanın ona zəng vurub, Sədərək Gömrüyündən, X14 Limanına aparmaq üçün 1 nəfər müştəri götürdüyünü, qayıdanda tək qayıtmasın deyə onun da özü ilə getməsini istədiyini, Mərdanın kəndlərinə gələrək onu da götürdüyünü, birlikdə X14 Limanına getdiklərini, Mərdanın avtomobildə olan müştəri yaşlı qadın olduğu üçün onun çantalarına kömək edib onu Hava limanında qeydiyyat zalına apardığını, həmin vaxtı tapdığı patronda cibində olduğundan Hava limanının girişindəki monitor yoxlamasından keçən zaman telefonunu və pul qabını masanın üzərinə qoyub, rentgen aparatından keçərkən aparatın siqnal verdiyini, Hava limanının təhlükəsizlik xidmətinin əməkdaşının ona, geriyə qayıdıb üzərində olan metal əşyaları masanın üzərinə qoyaraq yenidən rentgen aparatından keçməsini bildirdiyini, həmin vaxtı geriyə qayıdıb cibində olan patronu çıxararaq gizlicə pul qabına qoyduğu zaman təhlükəsizlik xidmətinin əməkdaşının ona yaxınlaşıb pul qabına qoyduğu əşyanı ona təqdim etməsini istədiyini, lakin o, etiraz edib getmək istədikdə, təhlükəsizlik xidmətinin əməkdaşının onu buraxmayacağını bildirib, üzərində şübhəli metal əşya olduğu barədə növbə rəisinə məlumat verdiyini, bir qədər sonra növbə rəisinin ona yaxınlaşıb pul qabına qoyduğu əşyanı ona təqdim etməyini istəyərək əgər təqdim etməzsə onu içəri aparıb üzərində yoxlama aparacaqlarını bildirdiyini, başqa çıxış yolu olmadığını görüb cibindən götürərək pul qabına qoyduğu 1 ədəd 7,62 kalibrli pulemyot patronunu çıxarıb Hava Limanının əməkdaşlarına təqdim etdiyini, Hava Limanının əməkdaşlarının akt tərtib edərək həmin patronu ondan götürdükdən sonra X15 Şöbəsinin əməkdaşlarını dəvət edərək, ondan aşkar olunmuş patronla birlikdə onu polis əməkdaşlarına təhvil verdiyini, patronu üzərində saxlayaraq gəzdirməkdə başqa heç bir məqsədi olmadığını, 03 fevral 2025-ci ildə Sədərək rayon Polis Şöbəsindən şəxsiyyət vəsiqəsini götürəcəyi zaman təhvil verməsi üçün üzərində saxladığını, onda patron olması barədə Mərdan Cəfərovun məlumatı olmadığını, Hava Limanında üzərindən patron aşkar olunduqdan sonra Mərdanın onda patron olduğunu bildiyini, istintaq zamanı verdiyi ifadəni təsdiq etdiyini, törətdiyi əmələ görə peşman olduğunu bildirərək göstərdiklərini nəzərə alaraq onun barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində 29 yanvar 2025-cü il tarixdə X14 Limanında xidmətdə olduğunu, həmin tarixdə saat təxminən 20 radələrində şöbənin Növbətçi hissəsindən Hava Limanınında xidmətdə olan polis nəfəri Şahid3 növbətçi hissəyə məlumat verərək Hava Limanına girişdə monitor yoxlaması zamanı təhlükəsizlik xidmətinin əməkdaşları tərəfindən 1 nəfər şəxsin üzərindən 1 ədəd avtomat patronu aşkar olunduğu və həmin patronu və şəxsi təhvil götürülməli olduğunun bildirildiyini, məlumat aldıqdan sonra X14 Limanına getdiyini, birlikdə Hava Limanının təhlükəsizlik xidmətinin əməkdaşlarının tərtib etdiyi akt əsasında həmin patronu və üzərindən patron aşkarlanmış şəxsi təhvil götürən zaman həmin şəxsin Sədərək rayonu Dəmirçi kənd sakini Təqsirləndirilən şəxs olduğunu bildiyini, Təqsirləndirilən şəxs patronun ona məxsus olduğunu etiraf edərək həmin patronu 2-3 gün əvvəl Naxçıvan şəhəri, Əliabad qəsəbəsində, yanacaqdoldurma məntəqəsinin yaxınlığında yolun kənarından tapdığını bildirdiyini, Təqsirləndirilən şəxs və ondan aşkar olunmuş 1 ədəd patronu Hava Limanının təhlükəsizlik xidmətinin əməkdaşlarından təhvil alıb X8 Polis Şöbəsinə apararaq şöbənin növbətçi hissəsinə təhvil verdiklərini, istintaq zamanı verdiyi ifadəni təsdiq etdiyini bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində 29 yanvar 2025-ci il tarixdə xidmətdə olduğunu, həmin gün saat 18 radələrində Hava Limanının girişində növbədə olan Aviyasiya Təhlükəsizliyi Xidmətinin əməkdaşı, agent işləyən Şahid2 onunla əlaqə saxlayıb, yoxlama zamanı Hava Limanına girmək istəyən bir nəfər şəxsin üzərində naməlum metal əşya olduğu müəyyən edilsə də həmin şəxsin üzərində olan həmin metal əşyanı təqdim etməkdən boyun qaçırığını bildirdiyini, Hava Limanının girişinə gedib həmin şəxslə söhbət apardıqdan sonra həmin şəxsin pul qabında olan 1 ədəd avtomat patronunu çıxarıb ona təhvil verdiyini, prosessual qaydalara əsasən akt tərtib edib həmin mərmini götürdüyünü, həmin şəxsin Sədərək rayonu, Dəmirçi kənd sakini Təqsirləndirilən şəxs olduğunun məlum olduğunu, Təqsirləndirilən şəxs patronun ona məxsus olduğunu etiraf edərək, həmin patronu 2-3 gün əvvəl Naxçıvan şəhəri Əliabad qəsəbəsində, yanacaqdoldurma məntəqəsinin yaxınlığında yolun kənarından tapdığını bildirdiyini, Təqsirləndirilən şəxs və ondan aşkar olunmuş 1 ədəd patronun X8 Polis Şöbəsinin əməkdaşlarına təhvil verildiyini, istintaq zamanı verdiyi ifadəni təsdiq etdiyini bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində 29 yanvar 2025-ci ildə gecə növbəsində olduğunu və X14 Limanına girişdə yerləşən yoxlama məntəqəsində xidmət apardığını, həmin gün saat 18 radələrində sonradan adının Təqsirləndirilən şəxs olduğunu bildiyi bir nəfər şəxsin monitor yoxlamasından keçən zaman üzərində olan pul qabı və telefonu yandakı stolun üzərinə qoyaraq keçdiyini, metal əşyaya görə X-ray rentgen aparatının səs çıxardığını, bu zaman həmin şəxsə geri qayıdaraq üzərində olan metal əşyanı stolun üzərinə qoyaraq təkrar keçməsini bildirdiyini, həmin vaxtı Əzəmətin geri qayıdıb stolun üzrəində olan pul qabı və telefonunu götürüb biraz arxa tərəfə çəkilərək şalvarının cibindən nə isə çıxardaraq arxa tərəfinə keçirib pul qabına qoyduğunu gördüyünü, həmin şəxsin davranışlarından şübhə etdiyinə görə ona yaxınlaşıb, pul qabına qoyduğu əşyanı təqdim etməsini istədiyini, Əzəmət həmin əşyanı təqdim etmək istəmədiyini bildirib geri qayıdaraq getmək istədikdə, onun üzərindəki həmin əşyanın qadağan edilmiş hər hansı bir əşya olduğundan şübhə etdiyinə görə onun getməsinə imkan verməyib bu barədə növbə rəisi Şahid1 məlumat verdiyini, Şahid1 gəldikdən sonra da Əzəmət üzərindəki əşyanı təqdim etməməkdə israr etsə də Şahid1 onu yoxlama otağına apararaq üzərini yoxlayacağını bildirdikdən sonra Əzəmətin pul qabındakı 1 ədəd patronu təqdim etdiyini, növbə rəisi Şahid1 onun və digər əməkdaşı Şahid5 iştirakı ilə akt tərtib edərək həmin 1 ədəd patronu götürdüyünü, sonra aşkar olunmuş patron və Təqsirləndirilən şəxs X8 Polis Şöbəsinin əməkdaşlarına təhvil verildiyini, istintaq zamanı verdiyi ifadəni təsdiq etdiyini bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində 29 yanvar 2025-ci ildə gecə növbəsində olduğunu və X14 Limanına girişdə yerləşən yoxlama məntəqəsində xidmət apardığını, həmin gün saat 18 radələrində sonradan adının Təqsirləndirilən şəxs olduğunu bildiyi bir nəfər şəxsin monitor yoxlamasından keçən zaman üzərində olan pul qabı və telefonu yandakı stolun üzərinə qoyaraq keçdiyini, metal əşyaya görə X-ray rentgen aparatının səs çıxardığını, buna görə, Şahid2 onu geri qaytararaq üzərində olan metal əşyanı stolun üzərinə qoyaraq təkrar keçməsini bildirdiyini, həmin şəxsin geri qayıdıb stolun üzrəində olan pul qabı və telefonunu götürüb biraz arxa tərəfə çəkilərək şalvarının cibindən nə isə çıxardaraq arxa tərəfinə keçirib pul qabına qoyduğunu gördüklərini, Şahid2 həmin şəxsin davranışlarından şübhə etdiyinə görə ona yaxınlaşıb, pul qabına qoyduğu əşyanı təqdim etməsini tələb etsədə, həmin şəxsin pul qabına qoyduğu əşyanı təqdim etmək istəmədiyini bildirib geri qayıdaraq getmək istədiyini, Şahid2 onun qarşısına keçərək getməsinə imkan verməyib bu barədə növbə rəisi Şahid1 məlumat verdiyini, Şahid1 gəldikdən sonra da həmin şəxsin üzərindəki əşyanı təqdim etməməkdə israr etdiyini, Şahid1 onu yoxlama otağına apararaq üzərini yoxlayacağını bildirdikdən sonra, həmin şəxsin pul qabındakı 1 ədəd pulemyot patronunu təqdim etdiyini, növbə rəisi Şahid1 onun və Şahid2 iştirakı ilə akt tərtib edərək həmin 1 ədəd patronu götürdüyünü, sonra ona həmin şəxsin Sədərək rayonu Dəmirçi kənd sakini Təqsirləndirilən şəxs olduğunun məlum olduğunu, Təqsirləndirilən şəxs və ondan aşkar olunmuş patronun X8 Polis Şöbəsinin əməkdaşlarına təhvil verildiyini bildirdi. Şahid3 21 may 2025-ci il tarixdə məhkəməyə teleqram göndərərək istintaq zamanı verdiyi ifadəni eynilə təsdiq etdiyini, üzrlü səbəbdən məhkəmə iclasında iştirak edə bilmədiyinin nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. İbtidai istintaq zamanı dindirilmiş və məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş Şahid3 ifadəsində 29 yanvar 2025-ci il tarixdə X14 Limanında xidmətdə olduğunu, həmin gün saat təxminən 19 radələrində Hava Limanının təhlükəsizlik xidmətinin növbə rəisi Şahid1 ona məlumat verərək Hava Limanının giriş zalına keçən 1 nəfər şəxsin üzərindən yoxlama zamanı 1 ədəd avtomat patronu aşkar olunduğunu bildirib həmin patronu təhvil götürmələrini istədiyini, özünün də bu barədə X8 X16 Hisəsinə məlumat verdikdən sonra X1 inspektoru Şahid4 Hava limanına gəldiyini, birlikdə Hava Limanının təhlükəsizlik xidmətinin əməkdaşlarının tərtib etdiyi akt əsasında həmin patronu və üzərindən patron aşkarlanmış şəxsi təhvil götürən zaman həmin şəxsin Sədərək rayonu Dəmirçi kənd sakini Təqsirləndirilən şəxs olduğunun məlum olduğunu, həmin vaxtı Təqsirləndirilən şəxs patronun ona məxsus olduğunu etiraf edərək, həmin patronu 2-3 gün əvvəl Naxçıvan şəhəri Əliabad qəsəbəsində, yanacaqdoldurma məntəqəsinin yaxınlığında yolun kənarından tapdığını bildirdiyini, Təqsirləndirilən şəxs və ondan aşkar olunmuş 1 ədəd patronu Hava Limanının təhlükəsizlik xidmətindən təhvil alıb X8 Polis Şöbəsinə apararaq şöbənin növbətçi hissəsinə təhvil verdiklərini bildirmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, istintaq hərəkətlərinin protokollarını da sübut növləri kimi qəbul edir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 28 fevral 2025-ci il tarixli cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. (cild İ, iş vərəq 1) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş X8 Polis Şöbəsinin X1 inspektoru polis leytenantı Şahid4 tərəfindən tərtib olunmuş 29 yanvar 2025-ci il tarixli raportdan görünür ki, 29 yanvar 2025-ci ildə X1 polis nəfəri, polis kiçik serjantı Şahid3 ilə birlikdə X14 Limanında xidmətdə olduqları zaman X14 Limanının Təhlükəsizlik Xidməti tərəfindən monitor yoxlaması zamanı bir nəfər şəxsin üzərindən 1 (bir) ədəd patron aşkarlanaraq aktla təhvil verildikdən sonra həmin şəxs polis şöbəsinə dəvət edilmişdir. Polis Şöbəsində həmin şəxsin xx xxx 2005-ci il təvəllüdlü Sədərək rayonu, Dəmirçi kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs olduğu müəyyən olunmuşdur. (cild İ, iş vərəq 2) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 29 yanvar 2025-ci il tarixli, 015 nömrəli aktdan görünür ki, həmin tarixdə giriş postunda Təqsirləndirilən şəxs üzərindən 1 ədəd mərmi aşkar edilərək götürülmüşdür. (cild İ, iş vərəq 3) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 31 yanvar 2025-ci il tarixli məhkəmə-ballistik ekspertizanın təyin edilməsi haqqında qərardan görünür ki, məhkəməballistik ekspertizası təyin edilməsi və ekspertizanın aparılmasının Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinə həvalə edilməsi qərara alınmışdır. (cild İ, iş vərəq 12) Cinayət işində olan və məhkəmə istintaqında Təqsirləndirilən şəxs və təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi iştirakları ilə X14 Limanının inzibati binasında qeydiyyata alınmış video-görüntülərinin köçürüldüyü DVD-yə iştirakçılarla birlikdə baxış keçirilmiş, X8 X17 Qrupunun təhqiqatçısı polis baş leytenantı X10 tərəfindən Hava limanının müşahidə kameralarından çıxarılmış monitor görüntülərinə baxış keçirilmiş, birinci videonun 7 dəqiqə, ikinci videonun 4 dəqiqə olması, video-kameranın hava limanının inzibati binasında, giriş hissəsindəki rentgen qurğusunun yerləşdiyi ərazini və hava limanının giriş hissəsindəki qapını çəkməsi müşahidə edilmiş, kameranın müşahidəsinə rentgen qurğusu və yoxlama aparatlarının düşdüyü, həmin vaxt rentgen qurğusunda vətəndaşlardan biri keçərkən hava limanı əməkdaşının onun üzərində nə isə olduğu üçün geri qaytarması və vətəndaşın geri qayıtdıqdan sonra hava limanı əməkdaşı ilə söhbət etdiyi, daha sonra təkrar rentgen qurğusundan keçməkdən imtina etdiyinin göründüyü, bu zaman hava limanı əməkdaşının vətəndaşın qarşısını kəsərək nə isə danışdığı və digər hava limanı əməkdaşlarının oraya yaxınlaşdığı, digər videoda isə hava limanının giriş qapısında hava limanı əməkdaşı ilə vətəndaş arasında söhbət edildiyinin göründüyü, daha sonra vətəndaşın pul qabından bir ədəd patron çıxararaq hava limanı əməkdaşına təqdim etdiyi müəyyən olunmuşdur. (cild İ, iş vərəq 21) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyinin X8 Polis şöbəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (cild İ, iş vərəq 23) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 27 fevral 2025-ci il tarixli, 139 nömrəli ekspert rəyində qeyd olunmuşdur ki, tədqiqata təqdim edimiş 01 (bir) ədəd patron zavod üsulu ilə istehsal edilmiş, 7.62xN mm kalibrli olmaqla, həmin kalibrə malik “SVD”, “Mosin” karabinlərində, “PK”, “PKM” pulemyotlarında və s. uyğun kalibrli yivli odlu döyüş silahlarında döyüş sursatı kimi istifadə edilmək üçün nəzərdə tutulmuş patrondur, təyinatı üzrə istifadəyə (atəşə) yararlıdır. (cild İ, iş vərəq 26-27) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş N nömrəli hərbi hissə komandirinin birinci müavini - qərargah rəisi vəzifəsini müvəqqəti icra edən polkovnik Telman Hüseynov tərəfindən verilmiş 15 mart 2025-ci il tarixli məktubdan görünür ki, 188-70 partiya nömrəli 7,62xN mm patron N nömrəli hərbi hissənin qeydiyyatında yoxdur. (cild İ, iş vərəq 42) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 10 aprel 2025-ci il tarixli əşyanın maddi sübut hesab edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş 1 ədəd döyüş sursatı hesab edilən, təyinatı üzrə istifadəyə yararlı 7,62xN mm kalibrli pulemyot patronu cinayət işi üzrə maddi sübut hesab edilmiş və 1 ədəd kağız zərfdə olan 1 ədəd döyüş sursatı hesab edilən, təyinatı üzrə istifadəyə yararlı 7,62xN mm kalibrli pulemyot patronu Naxçıvan Muxtar Respublikası DİN-in maddi sübutların saxlanc otağına saxlanca verilmişdir. (cild İ, iş vərəq 52) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 11 aprel 2025-ci il tarixli müdafiəçinin dəvət edilməsi haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etmək üçün Naxçıvan Muxtar Respublikası Vəkillər Kollegiyasından dövlət hesabına müdafiəçi dəvət edilməsi qərara alınmışdır. (cild İ, iş vərəq 56) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 11 aprel 2025-ci il tarixli müdafiəçinin təyin edilməsi haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etmək üçün Naxçıvan Şəhər Vəkil Bürosunda fəaliyyət göstərən vəkil Müdafiəçi dövlət hesabına müdafiəçi təyin edilmişdir. (cild İ, iş vərəq 60) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 11 aprel 2025-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan olunmuşdur. (cild İ, iş vərəq 62-63) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 11 aprel 2025-ci il tarixli polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş və qərarın surəti icra edilməsi üçün Sədərək rayon Polis şöbəsinə göndərilmişdir. (cild İ, iş vərəq 74-75) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi Y.Budaqov adına Naxçıvan MR X5 tərəfindən verilmiş 14 aprel 2025-ci il tarixli məktubdan görünür ki, Sədərək rayon Dəmirçi kəndində qeydiyyatda olan xx.xx.2005-ci il təvəllüdlü Təqsirləndirilən şəxs dispanserdə psixi və narkoloji xəstə kimi dispanser qeydiyyatda dayanmır. (cild İ, iş vərəq 79) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Naxçıvan Muxtar Respublikası Sədərək Rayon İcra Hakimiyyəti Dəmirçi kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 10 aprel 2025-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Sədərək rayonu, Dəmirçi kəndində qeydiyyatda olmaqla yaşayır. (cild İ, iş vərəq 50) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Naxçıvan Muxtar Respublikası Sədərək Rayon İcra Hakimiyyəti Dəmirçi kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 10 aprel 2025-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs atası X12, anası X6, qardaşı X4, qardaşı X13 və X7 (digər) adlı ailə üzvləri var. (cild İ, iş vərəq 49) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Naxçıvan Muxtar Respublikası Sədərək Rayon İcra Hakimiyyəti Dəmirçi kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, xx xxx 2005-ci il təvəllüdlü, Azərbaycanlı, Sədərək rayon Dəmirçi kənd qeydiyyatında duran Təqsirləndirilən şəxs həqiqətəndə Sədərək rayon Dəmirçi kəndində yaşadığı müddət ərzində sakit həyat tərzi keçirən biri kimi tanınmışdır. Çalışqan, vətənini, millətini sevən yüksək əmək qabiliyyətinə malik şəxsdir. Kənd camaatına qarşı həmişə mehribançılığı, ünsiyyətcilliyi və etik davranış normalarına əməl etməsilə tanınmışdır. (cild İ, iş vərəq 51) İş materiallarına əlavə edilmiş işəgötürən Seyidov Təbriz M.Musa oğlu ilə işçi Təqsirləndirilən şəxs arasında 16 may 2025-ci tarixdə bağlanmış əmək müqaviləsindən görünür ki, Təqsirləndirilən şəxs Şərur rayonu, Yengicə kəndində mağazada fəhlə vəzifəsinə işə qəbul edilmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən-hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən- hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “X9 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmək, həmin sübutları mübahisələndirmək imkanına malik olmuşdur. Təqsirləndirilən şəxsin əleyhinə olan sübutlara etiraz etmək və onları mübahisələndirmək üçün məhkəmə prosesində ona imkan yaradılmışdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olubolmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikası cinayət-prosessual qanunvericiliyi müəyyən edir (Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 1.1-ci maddəsi). Hər hansı məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız Cinayət-Prosessual Məcəlləsində (bundan sonra - CPM) göstərilən məsələlər hakim tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin həmin məsələlərin dairəsini müəyyənləşdirən 346.1-ci maddəsinə görə müzakirə edilməsi mütləq olan məsələlərdən biri də təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittiham elan edildiyi cinayətin əlamətlərinə uyğun olub-olmamasıdır. Məhkəmə hökmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmin şəxsin gələcək taleyini həll etdiyi üçün prosessual qanunvericilik onunla bağlı konkret tələblər irəli sürür. Cinayət-prosessual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 349.3, 349.4, 349.5-ci maddələri). Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq məhkəmə hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Beləliklə məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs ittihamda qeyd olunan əməli törətməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxsin, şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar, ekspert rəyi və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsinə əsasən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə iki ilədək müddətə islah işləri və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Silahın, onun komplekt hissələrinin, döyüş sursatının, partlayıcı maddələrin və qurğuların qanunsuz hazırlanmasına, dövriyyəsinə və talanmasına dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 27 may 2005-ci il tarixli, 2 nömrəli Qərarının 1-ci bəndində qeyd edilir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228, 229 və 232-ci maddələrində nəzərdə tutulan cinayətlərin predmetini silah, onun komplekt hissələri, döyüş sursatı (yivsiz silah və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular təşkil edir. Təqsirləndirilən şəxsdən götürülən predmetin qeyd edilən maddələrin dispozisiyalarında nəzərdə tutulan predmetə aid olubolmaması məsələsi «Xidməti və mülki silah haqqında» Azərbaycan Respublikasının Qanununun və «Fərdi şəxslərin odlu silah əldə etməsi və saxlaması üzərində nəzarət haqqında Avropa Konvensiyasının müddəaları əsasında müəyyənləşdirilməlidir. Təqsirləndirilən şəxsin qanunsuz əldə etdiyi, başqasına verdiyi, saxladığı, daşıdığı, gəzdirdiyi, hazırladığı, təmir etdiyi, taladığı və ya hədə-qorxu ilə tələb etdiyi silahın (yivsiz odlu silah və həmin silah üçün döyüş sursatı istisna olmaqla) odlu silaha, onun komplekt hissələrinə, döyüş sursatına, partlayıcı maddələrə və ya qurğulara aid olub-olmamasını müəyyən etmək üçün xüsusi biliyə ehtiyac olduqda iş üzrə ekspertizanın keçirilməsi zəruridir. Həmin Qərarın 3-cü bəndində qeyd edilir ki, Döyüş sursatı dedikdə, hədəfi məhv etmək üçün müəyyən olunmuş və tərkibində dağıdıcı, tullayıcı və vurub çıxardığı atımın, yaxud onların məcmusu olan silahlanma predmetləri və tullayıcı sursatlar başa düşülür. Döyüş sursatına hədəfi məhv etmək üçün nəzərdə tutulan artilleriya mərmi və minaları, hərbi mühəndis atımları (partlayış törədici qanadlı ballistik raket və qurğular), minalar, tank əleyhinə olan qumbaralar, əl qumbaraları, piyada əleyhinə olan və reaktiv qumbaralar, kalibirindən asılı olmayaraq hədəfi məhv etmək elementi (karteç, qırma, mərmi-güllə və s.) ilə yanaşı digər bütün elementləri olan müxtəlif odlu silah patronlarına aid edilir. Odlu silah, döyüş sursatı, xüsusi təyinatlı döyüş sursatı, partlayıcı maddə, partlayıcı qurğular həm sənaye, həm də kustar üsulla istehsal edilə və ya hazırlana bilər. Həmin Qərarın 5-ci bəndində qeyd edilir ki, qanunvericilik Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsinin dispozisiyasında sadalanan hərəkətlərin qanunsuz olaraq edilməsini nəzərdə tutur. Qanunsuzluq həmin hərəkətlərin «Xidməti və mülki silah haqqında» Qanunun və «Fərdi şəxslərin odlu silah əldə etməsi və saxlaması üzərində nəzarət haqqında» Avropa Konvensiyasının tələblərinin pozulması ilə yanaşı, «Xidməti və mülki silahın dövlət kadastrının aparılması Qaydası»nın,«Xarici dövlətlərin hüquqi şəxslərinin, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasının ərazisində müvafiq olaraq xidməti və mülki silah əldə etməsi, saxlanılması və təyinatı üzrə istifadə etmə Qaydaları»nın, «Xidməti və mülki silahın Azərbaycan Respublikasına gətirilməsi və Azərbaycan Respublikasından aparılması Qaydaları»nın, «Azərbaycan Respublikasının ərazisində xidməti və mülki silahın satış Qaydaları»nın, «Xidməti və mülki silahın uçotu, saxlanılması, gəzdirilməsi, daşınması, göndərilməsi və təyinatı üzrə istifadə olunması Qaydaları»nın, «Silahın mühafizəsi ilə bağlı tələbləri»nin, «Mülki silahın kolleksiya edilməsi və ya onun sərgisinin keçirilməsi Qaydaları»nın, «Silahın geri alınması Qaydaları»nın və digər normativ aktların tələblərini pozmaqla törədilməsində ifadə olunur. Həmin Qanunun 5-ci maddəsinin 4-cü bəndinə görə Azərbaycan Respublikası ərazisində xidməti və mülki sidahın dövriyyəsinin əsası onlara verilən uyğunluq sertifikatıdır. Həmin Qərarın 9-cu bəndinə əsasən CM-nin 228.1-ci maddəsində silahın, onun komplekt hissələrinin, döyüş sursatının, partlayıcı maddələrin və qurğuların qanunsuz əldə edilməsi dedikdə, onların satın alınması, başqa əmlakla və ya əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə ödənilməsi, habelə, tapılmış qeyd olunan predmetlərin mənimsənilməsi və s. hərəkətlər başa düşülür....Bu cinayətin predmetlərinin qanunsuz saxlanılması dedikdə, onların binalarda, gizli saxlanc yerlərində, habelə mühafizəsi təmin edilən və üzərində zəruri nəzarət həyata keçirilən digər yerlərdə saxlanılması başa düşünülməlidir...Həmin predmetlərin qanunsuz daşınması dedikdə, onların yerinin dəyişdirilməsi ilə istənilən üsulla qəsdən edilən hər hansı bir hərəkət başa düşülməlidir. “Xidməti və mülki silah haqqında” Azərbaycan Respublikasının Qanununun 2-ci maddəsinin 5-ci bəndində qeyd edilir ki, Döyüş sursatı müvafiq silah növündən atəş açmaq üçün nəzərdə tutulmuş konstruktiv qurğu və ya əşyalardır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 228.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 nömrəli qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə təqsirləndirilən şəxsin əməlindən peşman olmasını cəzanı yüngülləşdirici hal kimi nəzərə alır. Məhkəmə, qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilən zaman CM-in 58 və 59cu maddələrinin tələbləri nəzərə alınmalıdır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində qeyd edilən cəzanı ağırlaşdıran halların olmaması müəyyən edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Cinayət Məcəlləsinin 228.1-ci maddəsinin sanksiyası həddində islah işləri cəzası təyin edilməlidir. Məhkəmə törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini, təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.1-ci maddəsində nəzərdə tutulmuş islah işləri cəzası təyin olunduğu təqdirdə təmin edilə bilər və ona bu cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Məhkəmə yuxarıda qeyd olunan halları nəzərə alaraq hesab edir ki, islah işləri cəzasının müddəti 1 (bir) il müəyyən edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 49.1-ci maddəsinə əsasən islah işləri iki aydan iki ilədək müddətə təyin edilir və həmin cəza məhkumun iş yeri üzrə çəkilir. Həmin Məcəllənin 49.2-ci maddəsinə əsasən islah işlərinə məhkum olmuş şəxsin qazancından dövlət nəfinə beş faizdən iyirmi faizədək məbləğdə pul tutulur. Qeyd edilən maddənin tələbini nəzərə alan məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs aylıq qazancından 15% dövlət nəfinə pul tutulmaqla 01 (bir) il müddətinə islah işi cəzası təyin edilməlidir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15-1.1-ci maddəsinin tələbinə görə probasiya nəzarəti – azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzalara məhkum edilmiş, şərti məhkum edilmiş, cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş və ya cəza çəkməsi təxirə salınmış məhkumların, habelə bu Məcəllənin 15-1.2.3-cü maddəsində nəzərdə tutulmuş digər şəxslərin üzərinə qanunla və məhkəmə qərarı ilə qoyulmuş vəzifələrin yerinə yetirilməsinə nəzarət edilməsinə, məhkumların islah edilməsi, sosial adaptasiya və reabilitasiyasına yönəlmiş kompleks sosialhüquqi xarakterli tədbirlər sistemindən ibarətdir. Həmin Məcəllənin 15-1.2 və 15-1.2.1-ci maddələrinin mahiyyətinə görə cərimə, nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə, müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə, ictimai işlər, islah işləri, azadlığın məhdudlaşdırılması növündə cəzalara məhkum edilmiş şəxslər barəsində probasiya nəzarəti tətbiq edilir. Həmin Məcəllənin 40-cı maddəsinə əsasən islah işləri növündə cəza məhkumun əsas iş yeri üzrə çəkilir. Həmin Məcəllənin 41.1-ci maddəsinə əsasən islah işləri növündə cəzaya məhkum olunmuş şəxslər məhkum edilməzdən əvvəl işlədikləri vəzifədə və ya işdə qalırlar. Bu şəxslər başqa vəzifəyə və ya işə yalnız əmək qanunvericiliyi ilə müəyyən olunmuş qaydada və ümumi əsaslarla keçirilə bilərlər. Həmin Məcəllənin 43.1-ci maddəsinə əsasən islah işləri növündə cəzanın çəkilməsi hökm qanuni qüvvəyə mindiyi gündən icraya yönəldilir. Həmin Məcəllənin 45.1-ci maddəsinə əsasən islah işləri növündə cəzanın icrası müddəti məhkumun işlədiyi və onun qazancından tutulmalar aparıldığı aylar və günlərlə hesablanır. Yuxarıda qeyd edilənlərə əsaslanmaqla məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq islah işləri növündə cəzanı əsas iş yeri üzrə çəkməli, cəzaçəkmə müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi vaxtdan hesablanmalı, cəzanın icrasına nəzarət Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Şərur Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 353.4.12-ci maddəsinə görə, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində hökm qanuni qüvvəyə minənədək məhkumun barəsində seçilmiş qətimkan tədbirinin həlli göstərilməlidir. Qeyd edilən prosessual hüquq normasının tələbləri baxımından məhkəmə bildirir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1 və 132.1.4-cü maddələrinin tələbinə görə mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Məhkəmə belə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınan və Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin maddi sübutların saxlanc otağında saxlanılan 1 (bir) ədəd döyüş sursatı hesab edilən, təyinatı üzrə istifadəyə yararlı 7,62xN mm kalibrli pulemyot patronu hökm qanuni qüvvəsini aldıqdan sonra Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinə təhvil verilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1 və 197.1.4-cü maddələrinə əsasən 197.1.4. mütəxəssisə, ekspertə ödənilməli haqlar və tərcüməçiyə ödəniş haqqı kimi verilməli olan məbləğ məhkəmə məsrəflərinə aiddir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən Bu Məcəllənin 197.1.1, 197.1.2, 197.1.4, 197.1.5-1, 197.1.5-2, 197.1.6—197.1.9cu maddələrində sadalanan məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. Məhkəmə belə nəticəyə gəlir ki, iş üzrə məhkəmə məsrəfləri olan ekspertiza tədqiqatının dəyəri olan 67 (altmış yeddi) manat pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001ci il tarixli, 31 nömrəli qərarına əsasən hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 11 (on bir) manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.5-ci maddəsinin tələbinə görə həmin Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Qeyd olunanlara əsasən məhkəmə müdafiəçi tərəfindən məhkəməyə təqdim edilmiş hesabatı nəzərdən keçirərək belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsə göstərilmiş hüquqi xidmətə görə Naxçıvan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 25 (iyirmi beş) iş saatına görə 275 (iki yüz yetmiş beş) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsindən müdafiəçiyə ödənilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, iş üzrə sübut kimi tanınmış Təqsirləndirilən şəxs 1 (bir) ədəd döyüş sursatı hesab edilən, təyinatı üzrə istifadəyə yararlı 7,62xN mm kalibrli pulemyot patronu aşkar edilən zaman X14 Limanının video müşahidə kamerasının çəkdiyi video görüntüləri özündə əks etdirən 1 (bir) ədəd DVD sübut əhəmiyyəti daşıdığından cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli olan əmlakı məhkəmə tərəfindən müəyyən edilməmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona aylıq qazancından 15% dövlət nəfinə pul tutulmaqla 01 (bir) il müddətinə islah işləri cəzası təyin edilsin. Cəzanın icrasına nəzarət Təqsirləndirilən şəxs əsas iş yeri üzrə Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Şərur Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs çəzaçəkmə müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Cinayət işi üzrə maddi sübut olan və Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin maddi sübutların saxlanc otağında saxlanılan 1 (bir) ədəd döyüş sursatı hesab edilən, təyinatı üzrə istifadəyə yararlı 7,62xN mm kalibrli pulemyot patronu hökm qanuni qüvvəsini aldıqdan sonra Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinə təhvil verilsin. Ekspertiza tədqiqatının dəyəri olan 67 (altmış yeddi) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN 020003621, Hesab: AZ21NABZ********************, Müxbir hesab: AZ88NABZ********************) köçürülsün. Naxçıvan Şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs dövlət hesabına göstərdiyi pulsuz hüquqi yardıma görə 275 (iki yüz yetmiş beş) manat məbləğində haqq Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Müdafiəçi ödənilsin. İş üzrə sübut kimi tanınmış Təqsirləndirilən şəxs 1 (bir) ədəd döyüş sursatı hesab edilən, təyinatı üzrə istifadəyə yararlı 7,62xN mm kalibrli pulemyot patronu aşkar edilən zaman X14 Limanının video müşahidə kamerasının çəkdiyi video görüntüləri özündə əks etdirən 1 (bir) ədəd DVD sübut əhəmiyyəti daşıdığından cinayət işinin materiallarında saxlanılsın. İş üzrə mülki iddianın olmadığı nəzərə alınsın. Hökmdən elan olunduğu gündən 20 (iyirmi) gün müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Gülsüm Əliyeva.
Məhkəmə qərarları › İş №1(078)-41/2025
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Hökm — İş №1(078)-41/2025
03.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver