Məhkəmə qərarları › İş №1(078)-42/2023

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Hökm — İş №1(078)-42/2023

21.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Naxçıvan şəhəri İş № 1(078)-42/2023 21.11.2023 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Saat 12:40 Naxçıvan Şəhər Məhkəməsinin hakimi Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi, Dövlət ittihamçısı Naxçıvan Muxtar Respublikası Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin rəisi vəzifəsini icra edən kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Naxçıvan Şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1984-cü ildə Naxçıvan şəhərində anadan olmuş, evli, orta təhsilli, Azərbaycan Respublikası vətəndaşı, Ləzzət MMC-də ekspeditor köməkçisi işləyən, əvvəllər məhkum olunmamış, Naxçıvan şəhər Vaqif küçəsi döngə 4, ev 19 ünvanında qeydiyyatda olmaqla, yaşayan, 10 iyul 2023-cü il tarixdə barəsində Naxçıvan Şəhər Məhkəməsinin 4(078)-62/2023-cü il tarixli qərarı ilə həbs qətimkan tədbiri seçilərək Naxçıvan MR Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 07 iyul 2023-cü il tarixdə saat 21:46 radələrində 102 zəng xidmətinə zəng vuraraq yaşadığı ünvan 2 ünvanında yerləşən evinə polis əməkdaşı çağırmış, Naxçıvan ŞPİ-nin 1-ci Polis Bölməsinin əməkdaşları Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 birlikdə çağrılan ünvana getdikdən sonra Təqsirləndirilən şəxs heç bir səbəb olmadan ictimai qaydanı kobud surətdə pozub cəmiyyətə açıqca hörmətsizlik ifadə etməklə qəsdən nümayişkarcasına əlindəki bıçaqla polis formasında olan polis sahə rəisi, polis kapitanı Zərərçəkmiş şəxs1 fiziki zor tətbiq etməklə hədələyib vurmaq istəmiş, polis sahə rəisi Zərərçəkmiş şəxs1 özünü müdafiə etmək üçün kənara çəkildikdə Təqsirləndirilən şəxs qərəzli hərəkətlərini davam etdirərək polis sahə rəisi, Zərərçəkmiş şəxs1 məxsus KİA RİO markalı **-BD-*** dövlət nömrə nişanlı avtomobilin içərisində olan Naxçıvan ŞPİ-nin 1-ci Polis Bölməsinin cinayət axtarış üzrə əməliyyat müvəkkili Zərərçəkmiş şəxs2 fiziki zor tətbiq etməklə hədələyib KİA RİO markalı **-BD-*** dövlət nömrə nişanlı avtomobilin şüşələrini vurub sındıraraq xuliqanlıq etmiş və nəticədə zərərçəkmiş Zərərçəkmiş şəxs2 sol əlin V barmağının distal falanqasında yara izi olan dərəcəsi təyin edilməyən xəsarət yetirmiş, eyni zamanda Zərərçəkmiş şəxs1 600 manat dəyərində maddi ziyan vurmuşdur. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxsin sözügedən cinayət əməlini törətməsi ilk olaraq öz ifadəsi ilə etiraf edilmişdir. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ifadəsində ona Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, ünvan 4 ünvanda yaşayır. 18 il bundan əvvəl baş nahiyəsindən aldığı xəsarətlə bağlı travma alıb, bu səbəbdən əsəb xəstəsidir. Təyin olunmuş dərmanı vaxtında atmayanda əsəbləri korlanır, nə etdiyini bilmir. Zapifar və ketab adlı dərmanları reseptlə alır. Çinnarizin adlı dərmanı isə baş nahiyəsində sıxılma olanda atır, həmin dərman gərginliyini aparır. 07 iyul 2023-cü il tarixdə saat 21 radələrində evdə olduğu zaman həyat yoldaşına çay gətirməsini tapşırmış, həyat yoldaşı ona çay gətirmiş, çayın soyuduğu üçün çayını təzələməsini tapşırmış, həyat yoldaşı həmin vaxt telefonla xalası ilə danışdığı üçün həyat yoldaşı ilə mübahisə etmişdir. Xalası ilə danışmağın vacib olmadığını, çayı niyə dəyişmədiyini dediyində həyat yoldaşı ilə sözləri düz gəlməmiş və özü qaynanasına zəng edib onları çağırmışdır. Onlar gələndən sonra evdən bir bıçaq götürmüş, sonra polisə zəng edərək Vaqif küçəsində yaşadığı evə polis göndərmələrini xahiş etmişdir. Bir az keçəndən sonra küçəyə polis əməkdaşları gəlmişdir. Həmin vaxt bıçaq əlində olmuşdur. Polis əməkdaşına tərəf getdiyində polis əməkdaşı ona silah tutmuşdur. Bıçağı polisə tərəf çəkib “yaxına gəlməyin sizi vuracam” demiş və polis əməkdaşı da arxaya çəkilmişlər. Əlindəki bıçaqla polis əməkdaşının idarə etdiyi Kia Rio markalı avtomobilin şüşələrini sındırmışdır. Həyat yoldaşının anası ona sakitləşdirici dərman verdikdən sonra sakitləşib, bıçağı təhvil vermişdir. X8 maşını gələrək ona ilkin yardım göstərilmiş, sonra isə dörd ədəd sakitləşdirici dərman qəbul etdiyi üçün məndəsini yudurtmaq üçün onu xəstəxanaya aparmışlar. Polis əməkdaşlarını tanımır, onlarla arasında ədavət, düşmənçilik münasibətləri yoxdur. Dərman atmadığı vaxtlarda, özünü narahat hiss edir və mübahisə yaradır. Hirsini polisin avtomobilindən çıxardığı vaxt dərman atmadığı üçün özünü bilməyib, əsəbi travmalı vəziyyətdə olub. Mətbəxdən bıçağı götürməkdə məqsədi polislərin əlində bıçağı görüb onu dəlixanaya ya da polis idarəsinə aparmaları olub. Polis əməkdaşına tərəf gedən zaman əlindəki bıçağı gördüyü üçün polis onun üzərinə silah tutub. Acığını polisin avtomobilindən çıxarıb, avtomobilin arxa və qabaq sağ qapısının şüşələrini sındırıb. Törətdiyi əməlinə görə peşmandır. Üç övladı vardır, ikisi azyaşlıdır. Düzgün hərəkət etməyibdir, lakin özündə olmayıbdır. Təqsirləndirilən şəxsin sözügedən cinayət əməlini törətməsi həmçinin zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri, istintaq hərəkətlərinin protokolları ilə tam sübuta yetirilmişdir. Məhkəmə istintaqı zamanı ifadə verən Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, Naxçıvan Şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsində polis sahə rəisi işləyir. xx.xx.2023-cü il tarixdə əməliyyat-istintaq qrupunda növbədə olduğu zaman növbətçinin 21:46-da ona Təqsirləndirilən şəxs adlı şəxsin növbətçi hissəyə zəng edərək nalayiq sözlər işlətdiyini, onu söydüyünü və Naxçıvan şəhər Vaqif küçəsinə polis əməkdaşı göndərilməsini tələb etdiyini bildirmişdir. Məlumat daxil olduqdan sonra 1-ci Polis Bölməsinin cinayət axtarışı üzrə əməliyyat müvəkkili Zərərçəkmiş şəxs2, Post Patrul Xidməti Bölüyünün əməkdaşı ilə birlikdə Vaqif küçəsinə getmişlər. Vaqif küçəsinə çatdıqdan sonra avtomobildən düşüb orada səkinin üzərində oturan şəxslərdən Təqsirləndirilən şəxs ünvanını soruşmuşlar. Həmin vaxt uzaqdan bir nəfərin onlara tərəf gəldiyini görmüşlər. Yaxınlaşan kimi həmin şəxs onun üzərinə gələrək əlindəki bıçaqla onu vurmaq istəmiş, o da özünü müdafiə etmək üçün kənara çəkilmişdir. İyirmi metr ondan aralanıb arxaya getmiş, həmin şəxsə əlindəki bıçağı yerə atmasını bildirmiş, lakin onun sözlərinə məhəl qoymamışdır. Yenidən üzərinə doğru gələrək, onu vurmaqla hədələmiş, silah çıxarıb bıçağı yerə atmasını desə də atmamışdır. Tural onlardan uzaqlaşaraq ona məxsus olan **-BD-*** dövlət nömrə nişanlı Kia Rio markalı avtomobilə tərəf getmiş, əlindəki bıçaqla avtomobilin arxa və sağ ön şüşüəsini vuraraq sındırmışdır. Həmin vaxt Bölmə rəisi Şəmsi müəllimə hadisə yerində olanlar barəsində məlumat vermişdir. Əlavə əməkdaşlar gələnə kimi səs-küyə gəlmiş Turalın anası, qaynatası, həyat yoldaşı və tanımadığı şəxslər Turalı sakitləşdirməyə çalışmışlar. Bölmə rəisi və əməkdaşları hadisə yerinə gəlmiş, Təqsirləndirilən şəxs sakitləşdirərək avtomobilə mindirmək istədiklərində, Tural Bölmə rəisi Şəmsi müəllimə, Post Patrul Xidməti Bölüyünün komandiri Ramil Zeynalova və digər əməkdaşlara yaxınlaşacaqları təqdirdə onları öldürməklə hədə-qorxu gəlmişdir. Həmin vaxt Turala bir nəfər qadın iki ədəd dərman gətirmiş, Turalın həmin dərmanları qəbul etdikdən sonra sakitləşəcəyini demişdir. Turalın dərmanları qəbul etdikdən bir müddət sonra sakitləşmişdir. Sonra tanımadığı bir şəxs onun əlindən bıçağı almışdır. X8 maşını çağırmışlar. Turala və hadisə baş verən zaman şüşə qırıntıları əlini kəsən polis əməkdaşı Zərərçəkmiş şəxs2 ilkin tibbi yardım göstərilmişdir. Təqsirləndirilən şəxs mədəsini yudurtmaq üçün xəstəxanaya aparmışlar. Onun avtomobilən dəyən ziyan ödənilib. Heç bir şikayət və tələbi yoxdur. Məhkəmə istintaqı zamanı ifadə verən Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, Naxçıvan Şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsində cinayət axtarışı üzrə əməliyyat müvəkkili işləyir. xx.xx.2023-cü il tarixdə əməliyyat-istintaq qrupunda növbədə olduğu zaman növbətçi onunla birlikdə əməliyyat istintaq qrupunda olan Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs adlı şəxsin növbətçi hissəyə zəng edərək nalayiq sözlər işlədərək onu söydüyünü və Naxçıvan şəhər Vaqif küçəsinə polis əməkdaşı göndərilməsini tələb etdiyini dediyində 1-ci Polis Bölməsinin rəisi Şahid6 məruzə edərək birlikdə Vaqif küçəsinə getmişər. Vaqif küçəsinə çatdıqda avtomobildən enmişlər. Zərərçəkmiş şəxs1 səkinin üzərində oturan şəxslərdən Təqsirləndirilən şəxs ünvanını soruşmuş, həmin vaxt uzaqdan bir nəfərin onlara tərəf gəldiyini görmüşlər. Həmin şəxsin əlində bıçaq var idi. Şəxsin Təqsirləndirilən şəxs olduğunu bilmişlər. Onunla birlikdə hadisə yerinə gedən polis sahə rəisi Zərərçəkmiş şəxs1 Turala əlindəki bıçağı yerə atmasını desə də, Tural bıçağı əlindən yerə atmamışdır. Həmin vaxt bu barədə 1-ci Polis Bölməsinin rəisi Şahid6 məlumat vermək qərarına gəlmişdir. Rəşadın avtomobilinə əyləşib Şəmsi müəllimə zəng etmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs əlində bıçaqla Zərərçəkmiş şəxs1 üzərinə getdiyini görmüşdür. Rəşad Turalın onun üzərinə gedən zaman xidməti silahını çıxararaq ona tərəf tutmuş və yaxınlaşmaması barədə xəbərdarlıq etmişdir. Təqsirləndirilən şəxs xəbərdarlıqlara məhəl qoymayaraq Rəşadın üzərinə getmiş, Rəşad da kənara çəkilmişdir. Təqsirləndirilən şəxs geri qayıdaraq Rəşadın maşınına tərəf gəlmişdir. Həmin vaxt o, qabaq tərəfdən sərnişin oturacağında əyləşmiş vəziyyətdə olmuşdur. Təqsirləndirilən şəxs avtomobilin arxa şüşəsini və onun əyləşdiyi sağ tərəfdən sərnişin tərəfdəki şüşəni sındırmış, şüşə parçaları avtomobildə onun barmağını kəsmişdir. Təqsirləndirilən şəxs avtomobilin şüşələrini qırdıqdan sonra geri qayıtmışdır. Həmin vaxtı səs-küyə gəlmiş Turalın qaynansı, qaynatası, həyat yoldaşı və tanımadığı şəxslər Turalı sakitləşdirməyə çalışmışdır. Bir qədər keçdikdən sonra hadisə baş verən yerə 1-ci polis Bölməsinin rəisi Şahid6 və əlavə polis əməkdaşları gəlmişlər. Təqsirləndirilən şəxs sakitləşdirərək avtomobilə mindirmək istədiklərində Tural Bölmə rəisi Şəmsi müəllimə, Post Patrul Xidməti Bölüyünün komandiri Ramil Zeynalova və digər əməkdaşlara ona yaxınlaşacaqları təqdirdə onları öldürməklə hədə-qorxu gəlmişdir. Həmin vaxt Turalın qayınansı Turala iki ədəd dərman gətirmiş, həmin dərmanları qəbul etdikdən sonra sakitləşəcəyini demişdir. Tural dərmanları qəbul etdikdən bir müddət sonra sakitləşmişdir. Polis əməkdaşları onun əlindən bıçağı alıb, X8 maşını çağırmışlar. Turala və hadisə baş verən zaman şüşə qırıntıları əlini kəsdiyi üçün ona ilkin tibbi yardım göstərilmişdir. Təqsirləndirilən şəxs iki ədəd dərman qəbul etdiyindən dərmanın dozası artıq olduğu üçün onu mədəsini yumaq üçün xəstəxanaya aparmışlar. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş şəxs Şahid4 ifadəsində zərəçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və X2 göstrədikləri xüsusatları təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, ünvan 5 ünvanında yaşayır. Hal-hazırda "xxxx" MMC-də mühafizəçi işləyir. xx.xx.2023-cü il tarixdə "xxxx" MMC-də növbədə olduğu zaman təxminən saat 21:35 radələrində əvvəlcədən tanıdığı Tural adlı şəxs ona yaxınlaşaraq ondan polis sahə rəisinin nömrəsini istəmiş, o da polis sahə rəisi Nihatın nömrəsini Turala vermişdir. Tural həmin nömrəyə zəng etsə də, cavab verən olmamışdır. Turalın evində nəsə hadisə olmasından şübhələndiyi üçün Turala 102-yə zəng etməsini demiş, Tural da onların yanında 102 xidmətinə zəng edərək, nalayiq ifadələr işlətmiş, polis əməkdaşlarının Vaqif küçəsinə gəlməsini demişdir. Səkinin üzərində əyləşmişdir. Həmin vaxt Turalın yanında bir nəfər qadın var idi. Həmin qadın ona Turalın üzərində bıçaq olduğunu dediyi üçün Turalla söhbət edərək bıçağı ondan almaq istəmişdir. Zəng etdikdən 10 dəqiqə sonra polis əməkdaşları onların olduğu ünvana gəlmişlər. Həmin vaxt Turalın yaxın qohumları da ətrafda idi. Polis əməkdaşları avtomobildən endikdən sonra Tural formada olan polis əməkdaşlarının üzərinə yerimiş, üzərində gizlətdiyi bıçaqla polis əməkdaşını vurmaq istəmişdir. Polis əməkdaşı yana çəkilərək bıçaq zərbəsindən özünü müdafiə etmiş, sonra geri çəkilmiş və üzərində olan xidməti silahını çıxararaq Turala əlindəki bıçağı yerə atması barədə xəbərdarlıq etmişdir. Tural polis əməkdaşlarının tələbinə məhəl qoymayaraq, polis əməkdaşlarının gəldiyi avtomobilə tərəf getmiş, əlindəki bıçaqla avtomobilin arxa və ön sağ pəncərəsini sındırmışdır. Tural avtomobilin şüşələrini sındıran zaman avtomobildəki şüşə qırıntıları polis əməkdaşının əlini kəsmişdi. Bir müddət sonra həmin yerə əlavə polis əməkdaşları gələrək Turalı sakitləşdirmək və əlindəki bıçağı almağa çalışmış, lakin Tural bıçağı verməkdən imtina edərək, uca səslə polis əməkdaşlarına qarşı nalayiq ifadələr işlətməyə davam etmişdir. X7 əməkdaşları hadisə yerinə gələrək barmağındakı yaraya ilkin yardım göstərmişlər. Polis əməkdaşları Turalı çətinliklə də olsa sakitləşdirərək əlindəki bıçağı isə o almışdır. Polis əməkdaşları Turalı avtomobilə mindirərək xəstəxanaya aparmışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, ünvan 6 ünvanda yaşayır. Təqsirləndirilən şəxs onun həyat yoldaşıdır. Turalla 10 ildir ki, ailəlidir. İki övladı var. xx.xx.2023-cü il tarixdə həyat yoldaşı ilə birlikdə yaşadığı Zərifə Əliyeva küçəsi döngə 4 ev 19 ünvanında Tural otağı təmir etdiyi zaman, Turala çay süzmüş, ona çayını içməsini demiş, lakin Tural balta ilə divarı çapdığı üçün səsdən onun dediyini eşitməmişdir. Sonra ona çayının soyuduğunu nə üçün ona demədiyini soruşduğunda Turala “təzəsini süzərəm” demiş, Tural da “Xalanla danışan zaman süzərdin” deyərək əsəbləşmiş, stəkanı yerə vuraraq sındırmışdır. Tural bıçaq götürərək içəri otağa daxil olmuş, əlindəki bıçaqla evin tok sisteminin kabellərini kəsməyə başlamışdır. Həmin vaxt ona bu dəfə onu döysə atası evinə çıxıb gedəcəyini demişdir. Tural həyətə çıxaraq darvazanın açarını çıxarmışdır. Bir az keçdikdən sonra qapı döyülmüş, Turalın bibisi qızı sistem qoşdurması üçün gəlmiş, lakin Tural qapını açmağa qoymamışdır. Həmin vaxt atasına zəng edib çağıracağını demişdir. Tural atasına zəng edib qızını gəlib aparmamasını dediyində, atası Turala telefonda özünün gələcəyini demişdir. Tural telefonla danışdıqdan sonra keçən dəfə onu döydüyü üçün bölməyə qol kağızı verdiyini, əgər bir də onu döyərsə özünə problem olacağını demiş və əlində bıçaqla darvazanın qarşısına çıxmışdır. Bir müddət orada gözləmiş, həmin vaxt atası ilə anası gəlib çatmışlar. Anası Turala yaxınlaşıb əlindəki bıçağı almaq istəmiş, ancaq Tural bıçağı verməmişdir. Tural aralanaraq "xxxx" MMC-nə tərəf getmiş, orada mühafizəçidən polisin nömrəsini öyrənərək onlara zəng edib yaşadığı küçəyə polisin gəlməsini demişdir. Polis əməkdaşları gələnə kimi gözləmişdir. Polis əməkdaşları gəldiklərində Turaldan qorxduğu üçün həyətə keçmişdir. Turalın əsəb dərmanlarını anası Turala vermişdir. Ara sakitləşdikdən sonra Turalı avtomobilə mindirib aparan zaman həyətdən çıxmışdır. Həmin vaxt bir ağ rəngli avtomobilin şüşələrinin qırıldığını görmüşdür. Atasından soruşan zaman atasının ona Turalın əlindəki bıçaqla avtomobilin şüşələrini sındırdığını demişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, Culfa rayon Yaycı kəndində qeydiyyatda olmaqla orada yaşayır. Təqsirləndirilən şəxs qızı Mətanətin həyat yoldaşıdır. 11 ildir ailəlidirlər. xx.xx.2023-cü il tarixdə Tural onun həyat yoldaşı Akifə zəng edərək Məlahətin onu əsəbləşdirdiyini, onu aparmağa gəlməməsini demişdir. Akif isə ona telefonda özünün gələcəyini demişdir. Həyat yoldaşı ilə birlikdə Turalgilə getmişlər. Avtomobildən düşüb Turalgilin evinə daxil olmuşlar. Həmin vaxt Turalın əlindəki bıçaqla evdəki kabelləri kəsdiyini görmüşlər. Turala “Bir çaya görə evdə problem yaratmazlar” demiş, Tural ona “Polisi çağıracam gəlsin bıçağı onlara verəcəm” demiş və əlində bıçaq evdən çıxmışdır. Tural ondan polisin nömrəsini istəmiş, sonra onlardan uzaqlaşaraq "xxxx" MMC-nin mühafizəçilərinin yanına getmişdir. Tural onlardan polisin nömrəsini alıb polisə zəng edərək yaşadıqları məhəlləyə polis əməkdaşlarının gəlməsini demişdir. Bir müddət keçdikdən sonra polis əməkdaşları gəlmişdir. O, polis əməkdaşlarının gəlməsini görüb həyat yoldaşı Akifi onların yanına göndərmişdir. Turalın əlində bıçaq olduğunu, ona görə də ehtiyatlı olmalarını demişdir. Həmin vaxt Tural həyətə girib çıxmış, polis əməkdaşlarının gəldiyini görmüş və həyətdən küçəyə çıxmışdır. Polis əməkdaşları Turala əlindəki bıçağı təhvil verməsini tələb etsələr də, Tural bıçağı boğazına dayayaraq özünü öldürəcəyini və heç kimin ona yaxınlaşmamasını demişdir. Həmin vaxt avtomobilin sürücüsü olan polis əməkdaşı silahını çıxarıb Turala doğru tutmuş əlindəki bıçağı yerə atmasını demişdir. Tural əlindəki bıçaqla polislərin üzərinə doğru qaçmış, sonra geriyə qayıdıb avtomobilə yaxınlaşmış və avtomobilin şüşələrini əlindəki bıçaqla vuraraq sındırmışdır. Bir müddət sonra hadisə olan yerə əlavə polis əməkdaşları gələrək çətinliklə Turalı razı salmışlar. Dərmanlarını gətirib Turala verdikdən sonra sakitləşmiş, əlindəki bıçağı yerə salmışdır. X8 maşını gələrək Turalı xəstəxanaya aparmışdır. Cinayət işi üzrə şahid qismində dindirilmiş Şahid3 ifadəsində şahid qismində dindirilmiş Şahid5 ilə eyni məzmunda ifadə verərək onun ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, hal-hazırda Naxçıvan MR Daxili İşlər Nazirliyində işləyir. xx.xx.2023-cü il tarixdə işdə olan zaman növbətçi hissədən məlumat daxil olmuş, bölmənin növbətçi hissəsinə Təqsirləndirilən şəxs adlı şəxsin zəng edərək növbətçi hissənin məsul növbətçisini söyərək Naxçıvan şəhər Vaqif küçəsinə polis əməkdaşlarının göndərilməsini tələb etmişdir. Növbətçiyə aidiyyəti üzrə növbədə olan şəxsləri şəxsin dediyi ünvana göndərilməsi barədə tapşırıq vermişdir. Bir müddət keçdikdən sonra hadisə yerinə gedən əməkdaş Zərərçəkmiş şəxs1 ona zəng edərək hadisə yerinə getdiklərini, həmin şəxsin onların üzərinə bıçaq çəkdiyini, tabesizlik göstərdiyini demiş və o, həmin vaxt birlikdə xidmətdə olduğu Naxçıvan Şəhər Polis İdarəsinin PPXB-nin komandiri Ramil Zeynalovla birlikdə hadisə yerinə getmişdir. Hadisə yerinə çatan zaman polis əməkdaşı Zərərçəkmiş şəxs1 məxsus olan avtomobilin şüşələrinin qırıldığını, həmin vaxt Təqsirləndirilən şəxs isə əlində bir ədəd bıçaqla nalayiq ifadələr işlədərək yaxınına heç kimin gəlməməsini deyərək qışqırdığını görmüşdür. Təqsirləndirilən şəxs əlindəki bıçağı yerə qoyması barədə dəfələrlə çağırış etsə də, Tural onun sözlərinə məhəl qoymayaraq onun barəsində nalayiq ifadələr işlətmişdir. Sonradan Turala bir nəfər xanım yaxınlaşaraq iki ədəd dərman vermiş, Tural həmin dərmanları qəbul etdikdən sonra bir qədər sakitləşmiş və əlindəki bıçağı təhvil vermişdir. Hadisə yerinə getdikdən qısa müddət sonra X8 Mərkəzinin işçilərinin gələrək Turala sakitləşdirici iynə vurmuş və hadisə zamanı barmağı kəsilmiş polis əməkdaşı Zərərçəkmiş şəxs2 barmağına ilkin tibbi yardım göstərmişlər. Tural həyat yoldaşı ilə aralarında mübahisə olduğunu, yoldaşının onu polisə şikayət edəcəyini dediyində Tural da ona özünün zəng edərək polis çağıracağını demiş və o səbəblə növbətçi hissəyə zəng edərək polis çağırmışdır. Tural hadisə yerinə ilkin olaraq gedən polis əməkdaşlarına və sonradan hadisə olan yerə gedənlər polis əməkdaşları barəsində nalayiq ifadələr işlətmiş, hadisə zamanı bölmənin əməkdaşlarından Zərərçəkmiş şəxs2 əli Tural şüşələri qıran zaman kəsilmişdir. Zərərçəkmiş şəxs1 isə avtomobilinin şüşələrini bıçaqla vuraraq qırmış və ona maddi ziyan vurmuşdur. Təqsirləndirilən şəxs 08 iyul 2023-cü il tarixdə saat 1929-da şübhəli şəxs qismində tutulub hüquq və vəzifələri izah edilərək dindirilmiş və saxlanılması üçün Naxçıvan MR DİN-in bilavasitə tabeliyində olan MSY-nə göndərilmiş, 10 iyul 2023-cü il tarixdə müvəqqəti saxlama yerindən gətirilərək dövlət hesabına müdafiəçi ilə təmin edilərək Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilib həmin maddədə nəzərdə tutulan ittiham ona elan olunmuş, hüquq və vəzifələri ona izah edilərək dindirilmiş və barəsində Naxçıvan Şəhər Məhkəməsinin 4(078)-62/2023-cü il tarixli qərarı ilə şəxs barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Hadisə nəticəsində əmlakı zədələnmiş Zərərçəkmiş şəxs1 08 iyul 2023-cü il tarixdə cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınaraq, ona hüquq və vəzifələri izah edilmiş və istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmişdir. Hadisə nəticəsində fiziki zor tətbiq edilən və dərəcəsi təyin edilməyən xəsarət alan Zərərçəkmiş şəxs2 20 iyul 2023-cü il tarixdə cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınaraq, ona hüquq və vəzifələri izah edilmiş və istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmişdir. Həmçinin istintaq zamanı Təqsirləndirilən şəxs 18 sentyabr 2023-cü il taruxdə Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə yeni məzmunda yenidən müdafiəçisinin iştirakı ilə ittham elan edilmiş, hüquq və vəzifələri izah edilərək dindirilmiş və barəsində seçilmiş həbs qətimkan tədbiri nəzərə alınmışdır. Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs1 məxsus olan KİA RİO markalı **-BD-*** dövlət nömrə nişanlı avtomobilin şüşələri bıçaqla vurularaq sındırılması ilə bağlı hadisə yerinə baxış keçirilmiş, baxış zamanı hadisə yerinin fotoşəkilləri çəkilərək protokola əlavə edilmiş və hadisənin götürülməsində istifadə edilən bıçaq götürülmüşdür. Təqsirləndirilən şəxs məhkumluğunun olub-olmamasını müəyyən etmək məqsədilə 13 iyul 2023-cü il tarixdə Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyi ƏSİŞ-ə müvafiq tələbnamə göndərilmiş və alınmış 24 iyul 2023-cü il tarixli cavabda Təqsirləndirilən şəxs barəsində məhkumluğu ilə bağlı heç bir məlumatın olmadığı göstərilmişdir. Y.Budaqov adına Naxçıvan MR X3 Təqsirləndirilən şəxs qeydiyyatda olub-olmaları barədə sorğu verilmiş və alınmış cavabda Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən “ Konversion reaksiya” diaqnozu ilə Y.Budaqov adına Naxçıvan MR X1 qeydiyyatda olduğu göstərilmişdir. Təqsirləndirilən şəxs psixi xəstəliyinin olub-olmaması, psixi xəstədirsə, cinayət hadisəsini törədərkən öz əməlinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və idarə etmək qabliyyətində olub-olması, həmçinin anlaqlılığı istisna etməyən psixi pozuntularının olub-olması və məcburi müalicəyə ehtiyacının olub-olmamasını müəyyən etmək məqsədilə 25 iyul 2023-cü il tarixdə k məhkəmə psixiatrik ekspertiza təyin edilmiş və Y.Budaqov adına Naxçıvan MR X4 alınmış 10 avqust 2023-cü il tarixli 218 saylı məhkəmə psixiatrik ekspertizanın rəyində Təqsirləndirilən şəxs hadisədən əvvəl, hadisə vaxtı və hadisədən sonra Konversion reaksiya psixi xəstəliyinin müşahidə edildiyi, Təqsirləndirilən şəxs hal-hazırda öz hərəkətlərini ölçüb-biçmək və qiymət vermək iqtidarına malik olduğu, yəni anlaqlı olduğu, məcburi müalicəyə ehtiyacının olmadığı, Təqsirləndirilən şəxs hərəkətlərinin hadisəni törədən anda və hal-hazırda Azəbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmədiyi göstərilmişdir. İstintaq zamanı həqiqətin müəyyən edilməsi məqsədilə hadisə vaxtı Təqsirləndirilən şəxs əlində olan bıçağın soyuq silah olub-olmaması barədə 14 avqust 2023-cü il tarixdə məhkəmə soyuq silahın tədqiqi ekspertizası təyin edilmiş və 18 avqust 2023-cü il tarixdə 796 nömrəli ekspert rəyində təqdim edilmiş bıçağın zavod üsulu ilə hazırlandığı, bir tərəfinin kəsici, ucunun deşici xassəyə malik olan və soyuq silah hesab edilməyən, təsərrüfüt-məişət təyinatlı mətbəx bıçaqlarına uyğun gəldiyi göstərilmişdir. Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs1 məxsus olan avtomobilə dəymiş zərərin müəyyən edilməsi məqsədilə 12 sentyabr 2023-cü il tarixdə məhkəmə əmtəəşünaslıq ekspertizası təyin edilmiş və 13 sentyabr 2023-cü il tarixli 917 nömrəli rəydə 01 ədəd 2011-ci il buraxılışlı Kia Rio markalı avtomobilin arxa şüşəsinin orta bazar qiymətinin 420 manat, ön sağ qapı şüşəsinin isə orta bazar qiymətinin 180 manat olduğu, ümumilikdə 600 manat məbləğində ziyan vurulduğu göstərilmişdir. Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və PAB-dən alınmış 16 iyun 2023-cü il tarixli 655 saylı ekspert rəyində Zərərçəkmiş şəxs1 bədən səthində heç bir xəsarət və xəsarət izlərinin olmadığı göstərilmişdir. Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və PAB-dən alınmış 16 iyun 2023-cü il tarixli 656 saylı ekspert rəyində Zərərçəkmiş şəxs2 bədən səthi üzərində sol əlin V- barmağının distal falanqasında yara müəyyən edildiyi, yaranın iti kənarlı hər hansı əşyanın təsirindən törəndiyi, həmçinin bilavasitə şüşə qırıqlarının təsirindən yarana bildiyi, sağlamlığa zərər vurmayan xəsarət olduğu göstərilmişdir. Zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs1 məxsus olan ağ rəngli KİA RİO markalı **-BD- *** dövlət nömrə nişanlı avtomobil və cinayətin törədilməsindən istifadə edilən bir ədəd bıçaq cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən olunmasına köməklik etdiyindən cinayət işi üzrə maddi sübut hesab edilmiş, maddi sübut kimi tanınmış KİA RİO markalı **-BD-*** dövlət nömrə nişanlı avtomobilin sahibi Zərərçəkmiş şəxs1 qaytarılmışdır. Naxçıvan Şəhər İcra Hakimiyyətinin 4 saylı İƏDÜ nümayəndəliyindən alınmış xasiyyətnamədə Təqsirləndirilən şəxs ünvan 7 ünvanında qeydiyyat olmaqla yaşadığı müddətdə onun barəsində heç bir şikayətin daxil olmadığını, özünü nizam intizamlı apardığı, normal xarakterizə olunduğu qeyd olunmuşdur. Həmçinin Təqsirləndirilən şəxs işlədiyi Bərəkət Bazarlama MMC-dən alınmış xasiyyətnamədə Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən etibarən Bərəkət Bazarlama MMC-də fəhlə işlədiyi, onun müəssisədə işlədiyi müddətdə barəsində hər hansı bir intizam tənbeh tədbirinin tətbiq edilmədiyi, əmək funksiyasını düzgün yerinə yetirdiyi və müəssisədaxili intizam qaydalarına riayət etdiyi göstərilmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən- hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən- Hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “X5 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmək, həmin sübutları mübahisələndirmək imkanına malik olmuşdur. Təqsirləndirilən şəxsin əleyhinə olan sübutlara etiraz etmək və onları mübahisələndirmək üçün məhkəmə prosesində ona imkan yaradılmışdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Məhkəmənin qarşısında duran başlıca vəzifə - təqsirləndirilən şəxs tərəfindən törədilmiş əməlin düzgün tövsif edilməsindən ibarətdir. Bu səbəbdən də məhkəmə ittihama daxil olan cinayət əməlinin təhlil edilməsini zəruri hesab edir. Cinayət işinin materialları və məhkəmə istintaqında araşdırılmış mötəbər sübutlar əsasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs 07 iyul 2023-cü il tarixdə saat 21:46 radələrində 102 zəng xidmətinə zəng vuraraq yaşadığı ünvan 2 ünvanında yerləşən evinə polis əməkdaşı çağırmış, Naxçıvan ŞPİ-nin 1-ci Polis Bölməsinin əməkdaşları Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 birlikdə çağrılan ünvana getdikdən sonra Təqsirləndirilən şəxs heç bir səbəb olmadan ictimai qaydanı kobud surətdə pozub cəmiyyətə açıqca hörmətsizlik ifadə etməklə qəsdən nümayişkarcasına əlindəki bıçaqla polis formasında olan polis sahə rəisi, polis kapitanı Zərərçəkmiş şəxs1 fiziki zor tətbiq etməklə hədələyib vurmaq istəmiş, polis sahə rəisi Zərərçəkmiş şəxs1 özünü müdafiə etmək üçün kənara çəkildikdə Təqsirləndirilən şəxs qərəzli hərəkətlərini davam etdirərək polis sahə rəisi, Zərərçəkmiş şəxs1 məxsus KİA RİO markalı **-BD-*** dövlət nömrə nişanlı avtomobilin içərisində olan Naxçıvan ŞPİ-nin 1-ci Polis Bölməsinin cinayət axtarış üzrə əməliyyat müvəkkili Zərərçəkmiş şəxs2 fiziki zor tətbiq etməklə hədələyib KİA RİO markalı **-BD-*** dövlət nömrə nişanlı avtomobilin şüşələrini vurub sındıraraq xuliqanlıq etmiş və nəticədə zərərçəkmiş Zərərçəkmiş şəxs2 sol əlin V barmağının distal falanqasında yara izi olan dərəcəsi təyin edilməyən xəsarət yetirmiş, eyni zamanda Zərərçəkmiş şəxs1 600 manat dəyərində maddi ziyan vurmuşdur. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək, həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsində nəzərdə tutulan cinayətin bütün əlamətləri var. Həmin cinayət hadisəsi həqiqətən baş vermiş, ona ibtidai istintaq orqanı tərəfindən düzgün hüquqi qiymət verilmiş və cinayət hadisəsi məhz Təqsirləndirilən şəxs tərəfindən törədilmişdir. Həmçinin bu cinayətin törədilməsində o, təqsirlidir. Təqsirləndirilən şəxs cinayət əməlini qəsdən törətmişdir. Onun əməli başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə az ağır cinayət kateqoriyasına aiddir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir . “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. Sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş olsun, bununla sosial balans pozulmuş olsun və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. Azərbaycan Respublikasının CM-nin 221.1-ci maddəsinə əsasən xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər-min manatdan üç min manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin Məcəllənin 221.3-cü maddəsinə əsasən bu Məcəllənin 221.1-ci və ya 221.2-ci maddələrində nəzərdə tutulmuş əməllərin silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunması, əvvəllər məhkumluğunun olmaması, himayəsində azyaşlı övladlarının olması, əməlini etiraf etməsi, səmimi peşmançılığı məsuliyyəti yüngülləşdirən hal kimi müəyyən edilmişdir. Təqsirləndirilən şəxs əməlində Cinayət Məcəlləsinin 61.1-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hal (hallar) məhkəmə tərəfindən müəyyən edilmədi. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla, daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. “Məhkəmə tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi” haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardı. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. İnsan hüquqları üzrə Avropa Məhkəməsi “Qutsardi İtaliyaya” qarşı işində göstərmişdir ki, Avropa Konvensiyasının 5-ci maddəsinin 1-ci bəndində “azadlıq hüququ” bəyan edilərkən şəxsin fiziki azadlığı nəzərdə tutulur. Məhkəmələrin qarşısında duran məqsəd heç kəsin qanunsuz olaraq “azadlıqdan məhrum” edilməməsini təmin etməkdir. 5ci maddənin mənası baxımından hər hansı şəxsin “azadlıqdan məhrum” edilib-edilmədiyini müəyyənləşdirərkən çıxış nöqtəsi kimi onun konkret vəziyyəti götürülməli və bütün meyarlara, məsələn, sözügedən tədbirin növünə, bu növ tədbirlərin məhkuma təsiri, tədbir növlərinin müddətinə, nəticələrinə və həyata keçirilmə üsuluna diqqət yetirilməlidir. Təqsirləndirilən şəxsin məhkumluğunun olmaması onun bir vətəndaş kimi ictimai dəyərlərə hörmət hissindən, normativ və əxlaqi xarakterli ümumi davranış qaydalarına vicdanlı münasibət göstərdiyindən, mütəmadi kriminal davranışa meyilli olmadığından xəbər verir. Təqsirini etiraf etməsi onun ədalət mühakiməsinə hörmət hissinə dəlalət edir, səmimi peşmançılığını bildirməsi isə onun cinayət törətdikdən sonrakı müsbət davranışı olmaqla, onun artıq cəzanın əsas məqsədi sayılan islah olunma yolu ilə getməsindən xəbər verir. Məhkəmə onu da qeyd edir ki, təqsirləndirilən şəxsin əməlində cəzanı ağırlaşdıran hallar yoxdur və cəzanı yüngülləşdirən hallar Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58 və 59-cu maddələrinin tələblərinə uyğun olaraq cəza təyin edilən zaman nəzərə alınmalıdır. Qeyd etmək lazımdır ki, Təqsirləndirilən şəxs törətdiyi cinayətin nəzərdə tutulduğu maddənin sanksiyasında azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Lakin, məhkəmə təqsirləndirilən şəxsin hərəkətlərində mövcud olan cəzanı yüngülləşdirən halların ümumi məcmusunu və onların mahiyyəti, həmçinin onun şəxsiyyəti ilə bağlı hallara qiymət verərək bu nəticəyə gəlir ki, cəzanın məqsədlərinə qismən nail olunduğunu nəzərə alaraq, onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilməklə təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmayan yüngül cəza növünü, yəni azadlığın məhdudlaşdırılması cəzasını təyin etsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62.1-ci maddəsinə görə cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. Həmin Məcəllənin 62.2-ci maddəsinə görə cəzanı yüngülləşdirən həm ayrı-ayrı hallar, həm də bu cür halların məcmusu müstəsna hal hesab edilə bilər. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini, onun baş vermə şəraitini, Təqsirləndirilən şəxs hadisəni onda mövcud olan psixi xəstəliyinin təsiri nəticəsində törədilməsini, himayəsində iki azyaşlı övladının olmasını, zərərçəkmiş şəxsə vurulmuş maddi ziyanı ödəməsini, zərərçəkmiş şəxslərin şikayət və tələbinin olmamasını, əməlini etiraf etməsini, səmimi peşmançılığını, əvvəllər məhkum olunmamasını, pxisi xəstəliklər dispanserində qeydiyyatda olmasını, müsbət xarakterizə olunmasını, o cümlədən Azərbaycan Respublikasında həyata keçirilən cəza siyasətini, eləcə də cəza siyasətinin humanistləşdirilməsinə dair prinsip və tələbləri nəzərə alaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsini tətbiq etməklə təqsirli bilindiyi maddənin sanksiyasında nəzərə tutulmayan azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi qanuni, əsaslı və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərinə uyğun hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. 52-1.3-cü maddəsinə əsasən məhkəmə məhkum üçün aşağıdakı əlavə vəzifələr müəyyən edə bilər: 52-1.3.1. kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək; 52-1.3.2. məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək; 52-1.3.3. alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək; 52-1.3.4. məhkumun islah olunmasına kömək edən digər vəzifələr. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşadığı yer üzrə ünvan 8 ünvanı üzrə çəkməsi müəyyən edilməli, təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, Təqsirləndirilən şəxs üzərinə axşam saat 22:00-dan səhər saat 07:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Naxçıvan Muxtar Respublikası ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifələri qoyulmalı, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə Naxçıvan Şəhər İcra və Probasiya idarəsinə həvalə edilməlidir Azərbaycan Respublikası CPM-in 346.1- və 346.1.20-ci maddələrinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında digər məsələlərlə yanaşı həmçinin qətimkan tədbirinin ləğv edilməsi, dəyişdirilməsi və seçilməsi olub-olmadığı məhkəmə tərəfindən müzakirə edilməlidir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilərək dərhal məhkəmə iclas zalında həbsdən azad edilməli, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməli və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilməklə 2 (iki) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, hesabı ilə hesablanır. Təqsirləndirilən şəxs həbsdə olduğu 136 (bir yüz otuz altı) gün müddət, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər hesablanmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq, üzərində qəti olaraq 1 (bir) il 8 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalıdır. Məhkəmə iş üzrə maddi sübutların taleyini həll edərkən qeyd edir ki, maddi sübut kimi tanınaraq bir ədəd avtomobilin sahibinə-zərəçəkmiş şəxsə qaytarılması nəzərə alınmalı, bir ədəd soyuq silah hesab edilməyən məişət təyinatlı bıçaq hökm qanuni qüvvəsini aldıqdan sonra təqsirləndirilən şəxsə qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə, vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Naxçıvan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 30 (otuz) iş saatına görə 180 (bir yüz səksən) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsindən Naxçıvan Şəhər Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli olan əmlakı məhkəmə tərəfindən müəyyən edilməmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilməklə 2 (iki) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs həbsdə və ev dustaqlığında olduğu 136 (bir yüz otuz altı) gün müddət, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər hesablanmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq, üzərində qəti olaraq 1 (bir) il 8 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin, dərhal məhkəmə iclas zalında həbsdən azad edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə axşam saat 22:00-dan səhər saat 07:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Naxçıvan Muxtar Respublikası ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzasının icrası yaşadığı yer üzrə Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində hökm qanuni qüvvəsini alanadək barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilsin. İş üzrə maddi sübut olan bir ədəd cinayətin törədilməsində istifadə olunan bıçaq hökm qanuni qüvvəsini alandan sonra təqsirləndirilən şəxsə qaytarılsın, maddi sübut qismində tanınmış bir ədəd KİA RİO markalı **-BD-*** dövlət nömrə nişanlı avtomobilin zərəçəkmiş şəxsə qaytarılması nəzərə alınsın. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Naxçıvan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 30 saata görə 180 manat Azərbaycan Respublikasının dövlət büdcəsi hesabından Naxçıvan Şəhər Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə xüsusi müsadirə və mülki iddia yoxdur. Hökmdən elan olunduğu andan 20 gün müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Gülnar Səfərəliyeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar