Azərbaycan Respublikası adından HÖKM Naxçıvan şəhəri İş № 1(078)-42/2024 02.09.2024 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyeva Gülsüm Kamal qızının sədrliyi, X3 məhkəmə iclas katibliyi, Dövlət ittiahamçısı Dövlət ittihamçısı, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1963-cü il tarixdə Naxçıvan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, İİ dərəcə əlilliyi olan, işsiz, məhkumluğu ödənilmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Naxçıvan Şəhər Məhkəməsinin 03 aprel 2024-cü il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Naxçıvan MR Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə, m ü ə y y ə n e t d i: Azərbaycan Respublikasının Prokurorluğu Naxçıvan Muxtar Respublikası Prokurorluğu tərəfindən göndərilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi 13 iyun 2024-cü ildə Naxçıvan Şəhər Məhkəməsinin icraatına daxil olmuşdur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cinayət işinin başlanmasına səbəb 02 aprel 2024-cü il tarixdə Naxçıvan MR Daxili İşlər Nazirliyinin Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində şübhəli şəxs qismində saxlanılaraq Naxçıvan MR Daxili İşlər Nazirliyinə gətirilmiş Təqsirləndirilən şəxs ünvan 3 ünvanında yerləşən evinə və həyətyanı sahəyə baxış keçirilən zaman həyətdə torpağa əkilmiş 7 ədəd, evin mətbəxinin pəncərə altlığına qoyulmuş dibçəklərə əkilmiş 4 ədəd olmaqla ümumilikdə 11 ədəd çətənə bitkisi kolu aşkar edilərək götürülməsi faktı, əsas isə həmin fakt əsasında toplanmış materiallar olmuşdur. Təqsirləndirilən şəxs qanunsuz olaraq tərkibində narkotik maddə olan çətənə bitkisini xeyli miqdarda kultivasiya etmişdir. Belə ki, o, istintaqa məlum olmayan vaxtda yaşadığı ünvan 1 ünvanında qanunsuz olaraq xeyli miqdarda tərkibində narkotik maddələr olan çətənə bitkisini həyətyanı sahəsindəki torpağa və dibçəklərə əkərək kultivasiya etmiş, 02 aprel 2024cü il tarixdə saat 10 radələrində Naxçıvan MR Daxili İşlər Nazirliyinin Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində şübhəli şəxs qismində saxlanılaraq Naxçıvan MR Daxili İşlər Nazirliyinə gətirilmiş Təqsirləndirilən şəxs ünvan 3 ünvanında yerləşən evinə və həyətyanı sahəyə baxış keçirilən zaman həyətyanı sahədə 1 ədədi plastik vedrəyə, 6 ədədi torpağa əkilmiş olan 7 ədəd və evin mətbəxinin pəncərə altlığına qoyulmuş dibçəklərə əkilmiş 4 ədəd olmaqla, ümumilikdə 11 ədəd yaş vəziyyətdə aqrotexniki qaydada qulluq göstərilmiş, 2,783 qram, xeyli miqdarda narkotik tərkibli çətənə bitkiləri aşkar edilərək götürülmüşdür. Bu hərəkətlər ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ifadəsində ona elan edilmiş ittihamın mahiyyəti və mənasının özünə aydın olduğunu, həmin ittihamda göstərilən cinayət əməlini törətməkdə özünü təqsirli bildiyini, təxminən 20 il olar ki, narkotik vasitələrdən və psixotrop maddələrdən istifadə etdiyini, həmçinin əvvəllər 3 dəfə narkotik vasitələrin istifadəsinə, satışına və qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikası ərazisinə gətirdiyinə görə azadlıqdan məhrum edildiyini, 2021-ci ilin may ayında azadlığa buraxıldığını, bir müddət əvvəl yetişib əmələ gəldikdən sonra özünün istifadə etməyi üçün yaşadığı evdə həyətyanı sahəyə və dibçəklərə əvvəlcədən özündə olan çətənə toxumlarını əkdiyini, 02 aprel 2024-cü il tarixdə təxminən saat 10 radələrində Naxçıvan şəhəri, Xətai məhəlləsində olan zaman mülki geyimdə olan 2 nəfər şəxsin ona yaxınlaşaraq özlərini təqdim edərək polis əməkdaşı olduqlarını bildirdiklərini, ona narkotik vasitə saxlamaqda, istifadə etməkdə və narkotik tərkibli bitkiləri əkib becərməkdə şübhəli olduğunu bildirdiklərini, onu Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin inzibati binasına gətirdiklərini, şəxsi axtarışa başlamazdan əvvəl ona üzərində narkotik vasitə və ya qanunla qadağan olunan əşya varsa könüllü şəkildə təqdim etməsinin təklif edildiyini, üzərində qanunla qadağan olunmuş hər hansısa bir əşya olmadığını, lakin yaşadığı evdə çətənə bitkisi əkdiyini bildirdiyini, üzərində şəxsi axtarış aparılsa da heç bir əşya aşkar olunmadığını, izahatı alındıqdan sonra özünün razılıq ərizəsinə əsasən polis əməkdaşlarının mütəxəsis dəvət edərək müdafiəçisi ilə birlikdə yaşadığı ünvan 4 ünvanına getdiklərini, orada polis əməkdaşları, mütəxəssis, müdafiəçisi və öz iştirakı ilə həyətə daxil olduqlarını, video çəkilişlə baxış keçirilən zaman ilk öncə həyətdə torpağa əkdiyi çətənə kollarını polis əməkdaşlarına göstərdiyini, orada 7 ədəd çətənə kolu aşkar edildiyini, mütəxəssis kimi dəvət olunmuş şəxsin həmin bitki kollarına baxıb çətənə bitkisi kolları olduğunu və həmin bitkilərə qulluq göstərildiyini bildirdiyini, həmin kolların çıxarılaraq götürüldüyünü, sonra birlikdə evə daxil olduqlarını, mətbəx kimi istifadə etdiyi təmirsiz otağın pəncərə altlığına qoyulmuş dibçəkləri göstərərək həmin dibçəklərə də çətənə bitkisi əkdiyini bildirdiyini, baxıldıqda ümumilikdə 3 ədəd dibçəkdə 4 ədəd çətənə bitkisi kolu olduğunun müəyən edildiyini, mütəxəssis kimi dəvət olunmuş şəxsin həmin bitki kollarına baxıb həmin kolların da çətənə bitkisi kolları olduğunu və onlarada qulluq göstərildiyini bildirdiyini, sonra həmin kolların da çıxarılaraq, həyətdən çıxarılmış kollarla birlikdə kağız zərfə qablaşdırılıb möhürlənərək götürüldüyünü, həmin çətənə bitkilərini yetişdirib istifadə etmək məqsədi ilə əkib qulluq etdiyini, törətdiyi əmələ görə peşman olduğunu bildirərək göstərdiklərini nəzərə alaraq onun barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X11 ifadəsində daxil olmuş əməliyyat məlumatına əsasən həmkarı Əli Bayramovla birlikdə narkotik vasitə istifadə etməkdə saxlamaqda və əkib becərməkdə şübhəli bilinən Naxçıvan şəhər sakini Təqsirləndirilən şəxs saxlanılması ilə əlaqədar tərəflərindən keçirilən əməliyyat axtarış tədbirləri nəticəsində, Təqsirləndirilən şəxs 02 aprel 2024-cü il tarixdə saat 10 radələrində Naxçıvan şəhəri Xətai məhəlləsində yaşadığı evin qarşısında saxlanıldığını, Təqsirləndirilən şəxs narkotik vasitə istifadə etməkdə saxlamaqda və əkib becərməkdə şübhəli olduğu bildirib Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyinə dəvət etdiyini, Daxili İşlər Nazirliyində təhqiqatçı Sərxan Qarayev tərəfindən Təqsirləndirilən şəxs dövlət hesabına müdafiəçi ilə təmin edilərək, hüquq və vəzifələri ona izah edildikdən sonra onun və həmkarı Əli Bayramovun iştirakı ilə video-çəkiliş aparmaqla Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmasına başlanıldığını, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində narkotik vasitə, psixotrop maddə və ya qanunla dövriyyəsi qadağan olunmuş hər hansı bir əşya varsa, könüllü təqdim etməsinin təklif edildiyini, həmin təklifdən sonra Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş heçbir əşya olmadığını, lakin yaşadığı evin həyətində torpağa və evdə dibçəyə çətənə bitkisi əkərək yetişdirdiyini bildirdiyini, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən heçbir əşya aşkar olunmadığını, Təqsirləndirilən şəxs əkib becərdiyi çətənə bitkisi kollarının götürülməsi üçün yaşadığı evə baxış keçirilməsinə razılıq ərizəsi verdiyini, sonra isə təhqiqatçı Sərxan Qarayev tərəfindən Naxçıvan Muxtar Respublikasının Kənd Təsərrüfatı Nazirliyindən aqronom mütəxəssis dəvət edilərək birlikdə Təqsirləndirilən şəxs yaşadığı ünvan 4 ünvanına getdiklərini, orada video çəkilişlə baxış keçirilməsinə başlanıldığını, baxış zamanı Təqsirləndirilən şəxs müdafiəçisinin, mütəxəssis və onların iştirakları ilə həyətə daxil olduqlarını, Təqsirləndirilən şəxs ilk öncə həyətdə plastik vedrəyə və torpağa əkdiyi çətənə kollarını göstərdiyini, orada 7 ədəd çətənə kolu olduğunun müəyyən edildiyini, çətənə kollarının mütəxəssis kimi dəvət olunmuş Yaşar müəllim tərəfindən çıxarılıb, təhqiqatçı Sərxan Qarayevə təqdim edilməklə kağız zərfə qoyulduğunu, sonra Sərxan Qarayev tərəfindən Təqsirləndirilən şəxs başqa harada çətənə kolu olduğu soruşduğunu, Təqsirləndirilən şəxs yaşadığı evdə otaqda pəncərə altlığına qoyulmuş dibçəklərə də çətənə bitkisi əkdiyini bildirdiyindən birlikdə evə daxil olduqlarını, Təqsirləndirilən şəxs mətbəx kimi istifadə etdiyi təmirsiz otağın pəncərə altlığına qoyulmuş dibçəkləri göstərərək həmin dibçəklərə də çətənə bitkisi əkdiyini bildirdiyini, baxıldıqda ümumilikdə 3 ədəd dibçəkdə 4 ədəd çətənə bitkisi kolu olduğunun müəyən edildiyini, həmin kolların da Yaşar müəllim tərəfindən çıxarılaraq Sərxan Qarayevə təqdim olunaraq kağız zərfə qablaşdırılıb möhürləndiyini və zərfin üzərinin iştirakçılar tərəfindən imzalandığını bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X12 ifadəsində 35 ildir aqronom işlədiyini, 18 ildir Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyində müxtəlif vəzifələrdə işlədiyini, hazırda, baş məsləhətçi vəzifəsində işlədiyini, bundan əlavə 02 aprel 2024-cü il tarixdə səhər saatlarında rəhbərlikdən ona, Daxili İşlər Nazirliyindən müraciət olunaraq, bir nəfər aqronom olan şəxsin narkotik tərkibli olduğundan şübhə edilən bitkilərin baxış keçirilərək götürülməsində mütəxəssis kimi iştirak etməsini istədiklərini və həmin tədbirdə onun iştirak edəcəyinin bildirildiyini, Naxçıvan MR Daxili İşlər Nazirliyinin əməkdaşları ilə əlaqə saxlayıb onlarla görüşərək baxışın keçiriləcəyi ünvana getdiklərini, orada video çəkilişlə baxış keçirilməsinə başlanıldığını, Təqsirləndirilən şəxs müdafiəçisinin, polis əməkdaşlarının və onun iştirakı ilə həyətə daxil olduğunu, Təqsirləndirilən şəxs ilk öncə həyətdə hasar divarının yanında plastik vedrəyə və torpağa əkdiyi çətənə kollarını təqdim etdiyini, orada 1 ədəd çətənə bitkisi kolunun plastik vedrədə, 6 ədəd kolun da torpağa əkilməklə 7 ədəd çətənə kolu olduğunu, polis əməkdaşlarının ondan həmin kolların nə olduğunu və həmin kollara qulluq göstərib göstərilmədiyini soruşduqda, kollara baxıb, həmin bitki kollarının çətənə bitkisi kolları olduğunu və həmin bitkilərə qulluq göstərildiyini bildirdiyini, Təqsirləndirilən şəxs özünün də çətənə bitkisi kollarına qulluq etdiyini etiraf etdiyini, sonra həmin kolları torpaqdan çıxararaq zərfə qablaşdırması üçün polis əməkdaşına təqdim etdiyini, polis əməkdaşlarının Təqsirləndirilən şəxs başqa harada çətənə kolu olduğunu soruşduqda onun yaşadığı evdə otaqda pəncərə altlığına qoyulmuş dibçəklərə də çətənə bitkisi əkdiyini bildirdiyini, birlikdə evə daxil olduqlarını, Təqsirləndirilən şəxs mətbəx kimi istifadə etdiyi təmirsiz otağın pəncərə altlığına qoyulmuş dibçəkləri göstərərək həmin dibçəklərə də çətənə bitkisi əkdiyini dediyini, baxıldıqda ümumilikdə 3 ədəd dibçəkdə 4 ədəd çətənə bitkisi kolu olduğunun müəyən edildiyini, həmin bitki kollarına da baxıb, onlarında çətənə bitkisi kolları olduğunu və həmin kollara qulluq göstərildiyini bildirdiyini, həmin kolları da torpaqdan çıxararaq zərfə qablaşdırması üçün polis əməkdaşına təqdim etdiyini, çətənə bitkisi kollarının qablaşdırıldığı kağız zərfin möhürlənərək, zərfin üzərinin iştirakçılar tərəfindən imzalandığını bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 ifadəsində daxil olmuş əməliyyat məlumatına əsasən Zaur Talıbovla birlikdə narkotik vasitə istifadə etməkdə saxlamaqda və əkib becərməkdə şübhəli bilinən Naxçıvan şəhər sakini Təqsirləndirilən şəxs saxlanılması ilə əlaqədar tərəflərindən keçirilən əməliyyat axtarış tədbirləri nəticəsində, Təqsirləndirilən şəxs 02 aprel 2024-cü il tarixdə saat 10 radələrində Naxçıvan şəhəri Xətai məhəlləsində yaşadığı evin qarşısında saxlanıldığını, Təqsirləndirilən şəxs narkotik vasitə istifadə etməkdə saxlamaqda və əkib becərməkdə şübhəli olduğu bildirib Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyinə dəvət etdiyini, Daxili İşlər Nazirliyində təhqiqatçı Sərxan Qarayev tərəfindən Təqsirləndirilən şəxs dövlət hesabına müdafiəçi ilə təmin edilərək, hüquq və vəzifələri ona izah edildikdən sonra onun və Zaur Talıbovun iştirakı ilə video-çəkiliş aparmaqla Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmasına başlanıldığını, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində narkotik vasitə, psixotrop maddə və ya qanunla dövriyyəsi qadağan olunmuş hər hansı bir əşya varsa, könüllü təqdim etməsinin təklif edildiyini, həmin təklifdən sonra Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş heç bir əşya olmadığını, lakin yaşadığı evin həyətində torpağa və evdə dibçəyə çətənə bitkisi əkərək yetişdirdiyini bildirdiyini, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən heçbir əşya aşkar olunmadığını, Təqsirləndirilən şəxs əkib becərdiyi çətənə bitkisi kollarının götürülməsi üçün yaşadığı evə baxış keçirilməsinə razılıq ərizəsi verdiyini, sonra isə təhqiqatçı Sərxan Qarayev tərəfindən Naxçıvan Muxtar Respublikasının Kənd Təsərrüfatı Nazirliyindən aqronom mütəxəssis dəvət edilərək birlikdə Təqsirləndirilən şəxs yaşadığı ünvan 4 ünvanına getdiklərini, orada video çəkilişlə baxış keçirilməsinə başlanıldığını, baxış zamanı Təqsirləndirilən şəxs müdafiəçisinin, mütəxəssis və onların iştirakları ilə həyətə daxil olduqlarını, Təqsirləndirilən şəxs ilk öncə həyətdə plastik vedrəyə və torpağa əkdiyi çətənə kollarını göstərdiyini, orada 7 ədəd çətənə kolu olduğunun müəyyən edildiyini, çətənə kollarının mütəxəssis kimi dəvət olunmuş Yaşar müəllim tərəfindən çıxarılıb, təhqiqatçı Sərxan Qarayevə təqdim edilməklə kağız zərfə qoyulduğunu, sonra Sərxan Qarayev tərəfindən Təqsirləndirilən şəxs başqa harada çətənə kolu olduğu soruşduğunu, Təqsirləndirilən şəxs yaşadığı evdə otaqda pəncərə altlığına qoyulmuş dibçəklərə də çətənə bitkisi əkdiyini bildirdiyindən birlikdə evə daxil olduqlarını, Təqsirləndirilən şəxs mətbəx kimi istifadə etdiyi təmirsiz otağın pəncərə altlığına qoyulmuş dibçəkləri göstərərək həmin dibçəklərə də çətənə bitkisi əkdiyini bildirdiyini, baxıldıqda ümumilikdə 3 ədəd dibçəkdə 4 ədəd çətənə bitkisi kolu olduğunun müəyən edildiyini, mütəxəssis kimi dəvət olunmuş Yaşar müəllimin həmin bitki kollarına da baxıb çətənə bitkisi kolları olduğunu və həmin kollara da qulluq göstərildiyini bildirdiyini, sonra həmin kolların da Yaşar müəllim tərəfindən çıxarılaraq Sərxan Qarayevə təqdim olunaraq kağız zərfə qablaşdırılıb möhürləndiyini və zərfin üzərinin iştirakçılar tərəfindən imzalandığını bildirdi. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, istintaq hərəkətlərinin protokollarını da sübut növləri kimi qəbul edir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 03 aprel 2024-cü il tarixli cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsi ilə ********* saylı cinayət işi başlanaraq, icraata qəbul ediilmişdir. (cild İ, iş vərəq 1) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Narkotiklərlə Mübarizə idarəsinin kiber məkanda narkotiklərlə mübarizə qrupunun bas əməliyyat müvəkkili polis mayoru X6 tərəfindən tərtib edilmiş 02 aprel 2024-cü il tarixli raportda qeyd olunmuşdur ki, Narkotiklərlə Mübarizə idarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkilərin kultivasiya edilməsində, narkotik vasitələrin saxlanmasında, istifadəsində və qanunsuz dövriyyəsində şübhəli bilinən 1963-cü il təvəllüdlü, Naxçıvan şəhəri, Xətai məhəlləsi, döngə 14, ev 15A ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs 02 aprel 2024-cü il tarixdə, saat 10:00-da Naxçıvan şəhərində saxlanılmışdır. O, saat 10:15 radələrində Naxçıvan MR Daxili İşlər Nazirliyinin inzibati binasına gətirilmişdir. (cild İ, iş vərəq 3) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 02 aprel 2024-cü il tarixli vəkil dəvət edilməsi haqqında qərardan görünür ki, Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli bilinən Təqsirləndirilən şəxs keyfiyyətli hüquqi yardım almaq hüququnu təmin etmək məqsədi Naxçıvan Muxtar Respublikası Vəkillər Kollegiyasının Vəkil Bürosundan pulsuz olaraq dövlət hesabına vəkil dəvət edilmişdir. (cild İ, iş vərəq 11) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 02 aprel 2024-cü il tarixli şübhəli şəxsin tutulması haqqında qərardan görünür ki, material üzrə xx.xx.1963-cü il təvəllüdlü, Naxçıvan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunuş, ikinci qrup əlil, müvəqqəti işsiz, ünvan 3 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, yəni 02 aprel 2024-cü il tarixdə saat 10:00 dəqiqədən tutulmuş hesab edilmişdir. (cild İ, iş vərəq 17) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 02 aprel 2024-cü il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında qərardan görünür ki, Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində saxlanılmaqla polis orqanına gətirilmiş Təqsirləndirilən şəxs barəsində şəxsi axtarış və götürmə aparılması qərara alınmışdır. (cild İ, iş vərəq 26) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 02 aprel 2024-cü il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılan zaman üzərindən cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək qanunla qadağan edilmiş hər hansı əşya və ya sənədlər aşkar edilməmişdir. (cild İ, iş vərəq 27-28) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 02 aprel 2024-cü il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı ünvan 5 ünvanında yerləşən evində və həyətyanı sahəsinə baxış keçirilmişdir. Nəticədə həyətə daxil olan zaman əks tərəfdə yerləşən əkin sahəsinə baxış keçirilmiş və yeddi ədəd çətənə bitgisinə bənzər kol aşkar olunmuş, həmin kollardan bir ədədi dibçəkdə əkilmiş, qalan altı ədədi isə torpaq ərazidə əkilmişdir. Aşkar olunmuş yeddi ədəd kol iştirkaçıların yanında zərfə qoyularaq götürülmüş və daha sonra evə daxil olunmuş, mətbəxə baxış keçirən zaman isə mətbəxin pəncərəsinin önündə yerləşən stol üzərindəki dibçəklərdə dörd ədəd qulluq edilmiş çətənə bitkisinə bənzər bitki aşkar olunmuş və ümumilikdə 11 ədəd çətənə koluna bənzər kol prosessual qaydada sənədləşdirlib götürülmüşdür. Aşkar olunmuş maddi sübutlar cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan zərfə qoyularaq qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin «Zərflər üçün» 195 saylı möhürü ilə möhürlənərək götürülmüşdür. Baxış zamanı cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək başqa heçnə aşkar olunmamışdır. (cild İ, iş vərəq 31-32) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 02 aprel 2024-cü il tarixli məhkəmə-bioloji ekspertizasının təyin edilməsi haqqında qərardan görünür ki, material üzrə məhkəmə-kimyəvi ekspertizası təyin edilmiş və ekspertizanın keçirilməsi Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinə tapşırılmışdır. (cild İ, iş vərəq 35) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 03 aprel 2024-cü il tarixli 348 nömrəli rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilən üzərində “Şübhəli şəxs imza Təqsirləndirilən şəxs; Müdafiəçi imza Müdafiəçi; Aqronom imza Yaşar Quliyev; imza Zaur Talıbov; imza Əli Bayramov; Tərtib etdi:imza S.Qarayev” yazıları olan və üzərində “AZƏRBAYCAN RESPUBLİKASİ DİN NAXÇİVAN MR DİN ZƏRFLƏR ÜÇÜN” mətni olan dairəvi ştamp əksi ilə 02 yerdən nişanlanmış 01 ədəd kağız zərfin içərisindəki, Təqsirləndirilən şəxs evindən və həyətyanı sahəsindən götürülmüş, 11 ədəd yaş vəziyyətdə, ümumi təmiz çəkisi 2,783 qram olan bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləridir. Aqronomun rəyinə əsasən təqdim olunmuş bitkilərə aqrotexniki qaydada qulluq göstərilmişdir. (cild İ, iş vərəq 40-41) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 03 aprel 2024-cü il tarixli cinayət işinin istintaq aidiyyatı üzrə göndərilməsi barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başlanılmış ********* nömrəli cinayət işi Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin İstintaq və Təhqiqat idarəsinin istintaq xidmətinə göndərilmişdir. (cild İ, iş vərəq 46) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 03 aprel 2024-cü il tarixli cinayətişini icraata götürmə haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işinin Naxçıvan Muxtar Respublikası DİN-in İstintaq və Təhqiqat İdarəsinin XMİÜ baş müstəntiqi polis polkovnik-leytenantı X2 icraatına qəbul edilməsi və ibtidai istintaqın aparılması qərara alınmışdır. (cild İ, iş vərəq 48) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 03 aprel 2024-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. (cild İ, iş vərəq 50-51) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 03 aprel 2024-cü il tarixli məhkəmə-ambulator narkoloji ekspertizasının təyin edilməsi haqqında qərardan görünür ki, cinayət işi üzrə məhkəmə-narkoloji ekspertizası təyin edilmiş və ekspertizanın aparılması Naxçıvan Muxtar Respublikası Y.Budaqov adına Narkoloji Dispanserinə tapşırılmışdır. (cild İ, iş vərəq 71-72) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 03 aprel 2024-cü il tarixli məhkəmə psixiatrik ekspertizasının təyin edilməsi haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə məhkəmə ambulator-psixiatrik ekspertizası təyin edilmiş və ekspertizanın aparılması Y.Budaqov adına Naxçıvan MR X1 ekspertlərinə həvalə olunmuşdur. (cild İ, iş vərəq 74-75) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Naxçıvan Şəhər Məhkəməsinin 4(078)-26/2024 nömrəli, 03 aprel 2024-cü il tarixli qərarından görünür ki, təqsirləndirilən şəxs xx.xx.1963-cü il tarixdə Naxçıvan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, məhkumluğu olmayan, işsiz, İİ qrup əlil, ünvan 3 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsdə saxlama müddəti 3 (üç) ay müəyyən edilmiş və həbsdə saxlama müddətinin əvvəlinin 02 aprel 2024-cü il tarixdən hesablanması qərara alınmışdır. (cild İ, iş vərəq 78-83) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Y.Budaqov adına Naxçıvan MR X4 tərəfindən verilmiş 18 aprel 2024-cü il tarixli 142 saylı rəydə qeyd olunmuşdur ki, Təqsirləndirilən şəxs narkotik və psixotrop maddə istifadəçisidir. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə sidikdə narkotest vasitəsilə yoxlanılmış və MET (metamfetamin) və AMP (amfetamin) müsbət olmuşdur. (cild İ, iş vərəq 91-93) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Y.Budaqov adına Naxçıvan MR X4 tərəfindən verilmiş 18 aprel 2024-cü il tarixli 143 saylı rəydə qeyd olunmuşdur ki, Təqsirləndirilən şəxs hadisədən əvvəl, hadisə vaxtı və hadisədən sonra psixi xəstəlikdən əziyyət çəkməmişdir. Təqsirləndirilən şəxs hazırda öz hərəkətlərini ölçüb biçmək və qiymət vermək iqtidarındadır və məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs hərəkətləri hadisəni törədən anda və hal-hazırda Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. (cild İ, iş vərəq 95-97) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 07 may 2024-cü il tarixli əşyanın maddi sübut hesab edilməsi haqqında qərardan görünür ki, aşkar olunaraq götürülmüş 11 ədəd yaş vəziyyətdə aqrotexniki qaydada qulluq göstərilmiş, 2,783 qram, xeyli miqdarda narkotik tərkibli çətənə bitkiləri cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən olunmasına köməklik etdiyindən cinayət işi üzrə maddi sübut hesab edilməsi və ekspertiza zamanı 0.07 qramı tədqiqata sərf edildikdən sonra 1 ədəd möhürlənmiş kağız zərfdə olan 11 ədəd yaş vəziyyətdə aqrotexniki qaydada qulluq göstərilmiş 2.713 qram əkib becərilməsi qadağan edilmiş narkotik tərkibli çətənə bitkiləri Naxçıvan Muxtar Respublikası DİN-in maddi sübutların saxlanc otağına saxlanca verilməsi qərara alınmışdır. (cild İ, iş vərəq 109-110) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 17 may 2024-cü il tarixli aktdan görünür ki, ********* nömrəli cinayət işi üzrə maddi sübut olan Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş 1 ədəd möhürlənmiş kağız zərfdə olan 2.713 qram, 11 ədəd yaş vəziyyətdə aqrotexniki qaydada qulluq göstərilmiş əkib becərilməsi qadağan edilmiş narkotik tərkibli çətənə bitkilərinin Naxçıvan Muxtar Respublikası DİN-in maddi sübutların saxlanc otağında saxlanılması üçün təhvil verən Samir Qənbərov tərəfindən, təhvil alan Asiman Məsumluya təhvil verilmişdir (cild İ, iş vərəq 114) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Culfa Rayon Məhkəməsinin 1(089)-03/2016 nömrəli, 24 fevral 2016-cı il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 206.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmiş, ona 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmiş, ona 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs 5 (beş) il 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası qəti cəza təyin edilmiş, cəzaçəkmə müddətinin başlanğıcının 07 noyabr 2015-ci il tarixdən hesablanması hökm edilmişdir. (cild İ, iş vərəq 115-121) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin 03 aprel 2024-cü il tarixli 3-13-43/2-4892/2024 nömrəli məktubu ilə göndərilmiş tələbnamədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətdiyinə görə Naxçıvan Şəhər Məhkəməsinin xx.xx.2002-ci il tarixli hökmü ilə barəsində 3 il müddətində azadlıqdan məhrumetmə növündə cəza təyin edildiyi, Azərbaycan Respublikası CM-nin 206.2 və 234.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətdiyinə görə Culfa Rayon Məhkəməsinin 24 fevral 2016-cı il tarixli hökmü ilə barəsində 5 (beş) il 6 (altı) ay müddətində azadlıqdan məhrumetmə növündə cəza təyin edildiyi göstərilmişdir. (cild İ, iş vərəq 44-45) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Naxçıvan Şəhər İcra Hakimiyyəti 3 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəlik tərəfindən verilmiş 02 may 2024-cü il tarixli, 1002 saylı arayışdan görünür ki, Quliyev X8 şəhəri, Xətai məhəlləsi, döngə 14, ev 15A ünvanında qeydiyyatdadır. (cild İ, iş vərəq 107) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Naxçıvan Şəhər İcra Hakimiyyəti 3 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəlik tərəfindən verilmiş 02 may 2024-cü il tarixli, 1003 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs ailə üzvləri oğlu X9 və qızı X7r. (cild İ, iş vərəq 106) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısının 3 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş 02 may 2024-cü il tarixli xasiyyətnamədən görünür ki, Quliyev X8 şəhəri, Xətai məhəlləsi, döngə 14, ev 15A ünvanında qeydiyyatdadır. Həmin ünvanda yaşadığı dövr ərzində onun barəsində Naxçıvan şəhər İcra Hakimiyyəti başçısının 3 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə heç bir şikayət daxil olmamışdır. (cild İ, iş vərəq 108) İş üçün əhəmiyyətli olduğundan təqsirləndirilən şəxsin evinə baxış keçirilməsinə dair video-görüntülərin köçürüldüyü DVD-yə Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə məhkəmə istintaqı zamanı baxış keçirilmiş və baxış zamanı DVD-də qeydə alınmış video-görüntüdən məlum oldu ki, Təqsirləndirilən şəxs yaşadığı ünvan 5 ünvanında yerləşən evində və həyətyanı sahəsinə baxış keçirilmişdir. Nəticədə həyətə daxil olan zaman əks tərəfdə yerləşən əkin sahəsinə baxış keçirilmiş və yeddi ədəd çətənə bitkisinə bənzər kol aşkar olunmuş, həmin kollardan bir ədədi dibçəkdə əkilmiş, qalan altı ədədi isə torpaq ərazidə əkilmişdir. Aşkar olunmuş yeddi ədəd kol iştirkaçıların yanında zərfə qoyularaq götürülmüş və daha sonra evə daxil olunmuş, mətbəxə baxış keçirən zaman isə mətbəxin pəncərəsinin önündə yerləşən stol üzərindəki dibçəklərdə dörd ədəd qulluq edilmiş çətənə bitkisinə bənzər bitki aşkar olunmuş və ümumilikdə 11 ədəd çətənə koluna bənzər kol prosessual qaydada sənədləşdirlib götürülmüşdür. Aşkar olunmuş maddi sübutlar zərfə qoyularaq qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin möhürü ilə möhürlənərək götürülmüşdür. Baxış zamanı cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək başqa heçnə aşkar olunmamışdır. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən- hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən-hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “X5 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmək, həmin sübutları mübahisələndirmək imkanına malik olmuşdur. Təqsirləndirilən şəxsin əleyhinə olan sübutlara etiraz etmək və onları mübahisələndirmək üçün məhkəmə prosesində ona imkan yaradılmışdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olubolmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikası cinayət-prosessual qanunvericiliyi müəyyən edir (Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 1.1-ci maddəsi). Hər hansı məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız Cinayət-Prosessual Məcəlləsində (bundan sonra - CPM) göstərilən məsələlər hakim tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin həmin məsələlərin dairəsini müəyyənləşdirən 346.1-ci maddəsinə görə müzakirə edilməsi mütləq olan məsələlərdən biri də təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittiham elan edildiyi cinayətin əlamətlərinə uyğun olub-olmamasıdır. Məhkəmə hökmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmin şəxsin gələcək taleyini həll etdiyi üçün prosessual qanunvericilik onunla bağlı konkret tələblər irəli sürür. Cinayət-prosessual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 349.3., 349.4., 349.5-ci maddələri). Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq məhkəmə hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Beləliklə məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs ittihamda qeyd olunan əməli törətməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxsin, şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsinə əsasən qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri xeyli miqdarda kultivasiya etmə (əkmə və ya yetişdirmə) üç min manatdan altı min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 237.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 nömrəli qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Göstərilən maddənin məzmunundan göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. Sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş olsun, bununla sosial balans pozulmuş olsun və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə təqsirləndirilən şəxsin əməlindən peşman olmasını və əlilliyinin olmasını cəzanı yüngülləşdirici hal kimi nəzərə alır. Məhkəmə, qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilən zaman CM-in 58 və 59cu maddələrinin tələbləri nəzərə alınmalıdır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində qeyd edilən cəzanı ağırlaşdıran halların olmaması müəyyən edilmişdir. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 237.1-ci maddəsinin sanksiyası həddində müəyyən müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilməlidir. Məhkəmə törədilən cinayətin xarakterini, törədilmə halları və şəraiti, təqsirləndirilən şəxsin şəxsiyyətini xarakterizə edən halları nəzərə alaraq Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 237.1-ci maddəsində nəzərdə tutulan daha yüngül cəzanın təyin edilməsini cəzanın məqsədi baxımından ədalətli hesab etmir. Ona görə də məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası CM-in 237.1-ci maddəsi üzrə təqsirləndirilən şəxsin cəmiyyətdən təcrid edilmədən islah edilməsi mümkün deyil və ona azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir və ona bu cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Məhkəmə yuxarıda qeyd olunan halları nəzərə alaraq hesab edir ki, azadlıqdan məhrumetmə cəzasının müddəti 01 (bir) il müddətinə müəyyən edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. İş materiallarında olan Naxçıvan Şəhər Məhkəməsinin 03 aprel 2024-cü il tarixli qərarından Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi, həbsdə saxlama müddətinin əvvəlinin isə onun tutulduğu vaxtdan - 02 aprel 2024-cü il tarixdən hesablanması görünür. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməsinin əvvəli onun faktiki azadlığının məhdudlaşdırıldığı vaxtdan yəni şübhəli şəxs qismində tutulduğu 02 aprel 2024-cü il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Ona görə də Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən olunmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 353.4.12-ci maddəsinə görə, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində hökm qanuni qüvvəyə minənədək məhkumun barəsində seçilmiş qətimkan tədbirinin həlli göstərilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 175.5-ci maddəsinə əsasən müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. Qeyd edilən prosessual hüquq normalarının tələbləri baxımından məhkəmə bildirir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri onun barəsində hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1 və 132.1.4-cü maddələrinin tələbinə görə mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Məhkəmə belə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınan və Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyinin saxlanc otağında saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış 11 ədəd yaş vəziyyətdə, aqrotexniki qaydada qulluq göstərilmiş, 2.713 qram əkib becərilməsi qadağan edilmiş narkotik tərkibli çətənə bitkiləri hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001ci il tarixli, 31 nömrəli qərarına əsasən göstərilmiş hüquqi xidmətlərə görə müdafiəçiyə hər iş saatı üçün 6 (altı) manat miqdarında haqq ödənilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.5-ci maddəsinin tələbinə görə həmin Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Qeyd olunanlara əsasən məhkəmə müdafiəçi tərəfindən məhkəməyə təqdim edilmiş hesabatı nəzərdən keçirərək belə əticəyə gəlir ki, təqsirləndirilən şəxsə göstərilmiş hüquqi xidmətə görə Naxçıvan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 40 (qırx) iş saatına görə 240 (iki yüz qırx) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsindən müdafiəçiyə ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli olan əmlakı məhkəmə tərəfindən müəyyən edilməmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə təqsirli bilinsin və 1 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 02 aprel 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Cinayət işi üzrə maddi sübut olan Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyinin saxlanc otağında saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış 11 ədəd yaş vəziyyətdə, aqrotexniki qaydada qulluq göstərilmiş, 2.713 qram narkotik tərkibli çətənə bitkiləri məhv edilsin. Naxçıvan Şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs dövlət hesabına göstərdiyi pulsuz hüquqi yardıma görə 240 (iki yüz qırx) manat məbləğində haqq Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Müdafiəçi ödənilsin. İş üzrə mülki iddianın olmadığı nəzərə alınsın. Hökmdən elan olunduğu, həbsdə saxlanılan təqsirləndirilən şəxsə isə təqdim edildiyi andan 20 gün müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Gülsüm Əliyeva.
Məhkəmə qərarları › İş №1(078)-42/2024
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Hökm — İş №1(078)-42/2024
02.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver