Məhkəmə qərarları › İş №1(078)-43/2023

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Hökm — İş №1(078)-43/2023

14.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Naxçıvan şəhəri İş № 1(078)-43/2023 14.11.2023 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Əliyeva Gülsüm Kamal qızının sədrliyi, X3 məhkəmə iclas katibliyi, Naxçıvan Muxtar Respublikası Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 2002-ci ildə Astara rayonunda anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, subay, ali təhsilli əvvəllər məhkum olunmamış, barəsində başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri seçilmiş, Astara rayonu, Şahağac kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə, m ü ə y y ə n e t d i: Naxçıvan Şəhər Məhkəməsinin icraatına “13” oktyabr 2023-cü ildə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi daxil olmuşdur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cinayət işinin başlanmasına əsas və səbəb 29 iyul 2023-cü il tarixdə saat 17:00 radələrində X14 Limanı vasitəsi ilə Naxçıvan Muxtar Respublikasından Bakı şəhərinə getmək istəyən Təqsirləndirilən şəxs baqaj çantasında istifadəyə yararlı soyuq silah olan bir ədəd dəyənək və qaz silahı olan bir ədəd aerozol qurğu aşkar edilərək götürülməsi faktı və əsas isə həmin fakt üzrə toplanmış materiallar olmuşdur. Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, qanunsuz olaraq soyuq silahı və qaz silahını əldə edərək gəzdirmişdir. Belə ki, o, Türkiyə Respublikasından istintaqa məlum olmayan vaxtda qanunsuz olaraq kustar üsulla hazırlanmış vurucu-əzici xassəyə malik soyuq silah olan 1 ədəd dəyənək və zavod üsulu ilə istehsal edilmiş “..Bodyguard..40 ml..” göstəriciləri olan zavod üsulu ilə istehsal edilmiş gözyaşardıcı, bihuşedici və özünümüdafiə təyinatlı istifadəyə yararlı qaz silahı olan 1 ədəd aerozol qurğu əldə edərək baqaj yüklərinin içərisinə qoyub gəzdirməklə Naxçıvan Muxtar Respublikasına gətirmiş, 29 iyul 2023-cü il tarixdə saat 16:09-da X14 Limanı vasitəsi ilə Naxçıvan Muxtar Respublikasından Bakı şəhərinə getmək istəyən zaman hava limanında onun baqaj yükləri rentgen qurğusundan keçərkən şübhəli təsvirlər olduğu üçün Aviasiya Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən baqaj yüklərinə ümumi yoxlanış keçirilmiş və baqaj yüklərinə baxış həyata keçirərkən onun çantasının içərisindən 1 ədəd soyuq silah dəyənək və 1 ədəd qaz silahı aerozol qurğu aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 228.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ifadəsində ona elan edilmiş ittihamın mahiyyəti və mənasının özünə aydın olduğunu, ona Azərbaycan Respublikasının CM-in 228.4-cü maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bildiyini, Ukrayna Respublikasında Dənizçilik Akademiyasının 3-cü kurs tələbəsi olduğunu, həmin Akademiyaya 2020-ci ildə daxil olduğunu, daxil olduğu gündən Azərbaycana çox az gəldiyini, baqaj çantasında aşkar olunan gözyaşardıcı qaz və dəyənəyi Türkiyə Respublikasından özünün də yadına düşmədiyi bir vaxtda aldığını, Türkiyə Respublikasından Ukraynaya gedib-gələrkən həmişə çantasında olduğunu, 29 iyul 2023-cü il tarixdə yaşadığı Bakı şəhərinə getmək üçün Türkiyə Respublikasının İstanbul şəhərindən avtobus vasitəsilə İğdıra gəldiyini, gömrük postunda yoxlandıqdan sonra Naxçıvana daxil olduğunu, təxminən saat 17:00 radələrinə X14 Limanına daxil olduğunu, əl və baqaj yüklərini hava limanın girişində olan rentgen qurğusuna daxil etdiyini, sonra üzərindəki metal əşyaları çıxardaraq təhlükəsizlik xidməti əməkdaşına yaxınlaşdığını, təhlükəsizlik xidməti əməkdaşının onu yoxladığını, rentgen qurğusundan keçərək əl və baqaj çantalarını götürməyə hazırlaşan zaman nəzarətçinin ona baqaj çantasında qadağan olunmuş hər hansı bir əşyanın olub-olmadığını soruşduğunu, onun da ona “Xeyr” cavabını verdiyini, nəzarətçinin isə ona baqaj çantasını boşaltmağını bildirdiyini, o da çantanın içərisində olan əşya və paltarlarını bir-bir çıxartmaqla çantanı yenidən rentgen qurğusuna daxil etdiyini, lakin, ilkin olaraq çantanın ən alt hissəsini açmadığını, yenidən nəzarətçiyə “baqaj çantanın ən alt hissəsində dəyənək vardır” dediyini, alt hissəni açaraq dəyənəyi oradan götürərək nəzarətçiyə təhvil verdiyini, nəzarətçinin bu barədə ilkin olaraq növbə rəisinə məlumat verən zaman bu dəyənəklə 1-2 ölkənin Hava Limanlarından rahat və problemsiz keçdiyini, dəyənəyin burada qadağan olunduğunu bilmədiyini söylədiyini, ona görə də çantasında olan gözyaşardıcı qazı çıxartdığını, bunun da qadağan olunduğu soruşduğunu, nəzarətçinin ondan gözyaşardıcı qazı təhvil alaraq bunun da qadağan olunduğunu bildirdiyini, sonra növbə rəisinin gəldiyini, dəyənək və gözyaşardıcı qaza baxaraq polisə məlumat verdiyini, polis əməkdaşlarının onu sorgu-sual edərkən Ukraynada oxuduğunu, tez-tez hava nəqliyyatından istifadə etdiyini, dəyənəyin və gözyaşardıcı qazın başqa hava limanlarında həmişə çantasında olduğunu və suvener kimi aldığını, daha sonra isə Aviasiya Təhlükəsizliyi əməkdaşları tərəfindən orada müvafiq sənədlər tərtib edildiyini, müvafiq akt imzalandıqdan sonra polis əməkdaşlarına təhvil verildiyini, polis əməkdaşlarının ona Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən dəyənək və gözyaşardıcı qaz kimi xüsusi vasitələrin əldə edilməsinin, gəzdirilməsinin qadağan olunduğunu, həmçinin cinayət məsuliyyəti yaratdığını ona bildirdiklərini, törətdiyi əməldən peşman olduğunu bildirərək göstərdiklərini nəzərə alaraq onun barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadəsində təxminən 2012-ci ildən bu günə qədər X14 Limanında ATX-nin mütəxəssisi vəzifəsində çalışdığını, hava limanında növbəli şəkildə işlədiyini, 29 iyul 2023-cü il tarixdə saat təxminən 17:00 radələrində X14 Limanında növbədə olan zaman hava limanının giriş hissəsində rentgen qurğusuna qoyulan yüklərin içərisinə nəzarət etdiyini, rentgen qurğusuna baxan zaman yüklərin içərisində 1 ədəd dəyənəyə bənzər küt alət təsviri gördüyünü, həmin yükün (çantanın) sahibinə yaxınlaşaraq, çantasında hər hansı bir qadağan olunmuş əşyanın olub-olmadığını soruşduğunu, ondan baqaj yükünə baxış keçirtməyi üçün çantasını açmasını istədiyini, sərnişinin ona çantada qadağan olunmuş hər hansı bir əşyanın olmadığını bildirdiyini, çantasından 1 ədəd dəyənək çıxaradaraq ona təqdim etdiyini, bundan başqa çantaya vizual baxış keçirən zaman qara rəngli balon formasında əşyanın olduğunu gördüyünü, sərnişindən bunun nə olduğunu soruşduğunu, sərnişinin həmin əşyanı da ona təqdim edərək gözyaşardıcı qaz olduğunu bildirdiyini, bunun da qadağan olduğunu soruşduğunu, gözyaşardıcı qazı da təhvil aldığını, növbə rəisinə məlumat verdiyini, növbə rəisi Həsən Mustafayevin gələrək sərnişinin baqaj yükündən çıxan dəyənək və gözyaşardıcı qazı təhvil aldığını, özlərində saxladıqlarını, növbə rəisinin bu barədə polis əməkdaşlarına məlumat verdiyini, polis əməkdaşlarının gəldiyini və həmin şəxslə söhbət edərkən ad, soyadının Təqsirləndirilən şəxs olduğunu müəyyən etdiyini, Təqsirləndirilən şəxs Türkiyə Respublikasından gəldiyini, dəyənək və gözyaşardıcı qazı oradan əldə etdiyini, Bakı şəhərinə apardığını bildirdiyini, dəyənək və gözyaşardıcı qazı nə üçün apardığını soruşduqda Təqsirləndirilən şəxs suvener olaraq saxladığını bildirdiyini, müvafiq akt tərtib edildiyini, növbə rəisi və sərnişin Astara rayon sakini Təqsirləndirilən şəxs müvafiq sənədləri imzaladıqdan sonra aşkar etdikləri dəyənək və gözyaşardıcı qazı polis əməkdaşlarına təhvil verdiklərini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 ifadəsində təxminən 2017-cı ildə X14 Limanında ATX-nin agenti vəzifəsinə təyin edildiyini, 29 iyul 2023-cü il tarixdə növbə rəisi Şəmsəddin Məmmədov məzuniyyətdə olduğu üçün onu əvəz etdiyini, hava limanında növbəli şəkildə işlədiyini, 29 iyul 2023-cü il tarixdə saat təxminən 17:00 radələrində X14 Limanında növbədə olan zaman hava limanının giriş hissəsində rentgen qurğusuna nəzarət edən əməkdaş Mehriban Məmmədovanın ona xidməti rabitə qurğusu ilə məlumat verərək yüklərin içində 01 ədəd dəyənəyə bənzər küt alət və 01 ədəd gözyaşardıcı qaz müəyyən etdiyini bildirdiyini, bundan sonra onun hava limanının giriş hissəsinə yaxınlaşdığını, nəzarətçi Mehriban Məmmədovanın ona sərnişinin yükündən bir ədəd dəyənəyə bənzər küt alət və bir ədəd gözyaşardıcı qaz müəyyən etdiyini bildirdiyini, həmin sərnişini ona göstərdiyini, o da polis əməkdaşlarını Hava Limanının giriş hissəsinə dəvət etdiyini, polis əməkdaşlarının gəldiyini və həmin sərnişinlə söhbət etdikləri zaman sərnişinin adının Təqsirləndirilən şəxs olduğunu öyrəndiyini, Təqsirləndirilən şəxs polislərə dəyənək və gözyaşardıcı qazı Türkiyə Respublikasından suvener kimi aldığını və Azərbaycan Respublikasında bu kimi alətlərin gəzdirilməsinin qadağan olduğunu bilmədiyini dediyini, onun, nəzarətçinin və Təqsirləndirilən şəxs iştirakı ilə akt tərtib etdikdən sonra, sərnişin Təqsirləndirilən şəxs və aşkar olunmuş dəyənək və gözyaşardıcı qazı qablaşdırılmış şəkildə hava limanı polislərinə təhvil verdiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X16 ifadəsində 2012-ci ilin iyul ayından X11 xidmətə başladığını, həmin tarixdən bu günədək X5 Polis Şöbəsinin X1 polis nəfəri vəzifəsində xidmət etdiyini, 29 iyul 2023-cü il tarixdə saat təxminən 17:00 radələrində X14 Limanında xidmətdə olan zaman hava limanının təhlükəsizlik xidmətinin növbə rəisi Həsən Mustafayevin zəng edərək sərnişinlərin birindən bir ədəd dəyənək və bir ədəd gözyaşardıcı qaz aşkarlandığını bildirdiyini və təhvil götürmələrini istədiyini, sərnişinlə söhbət zamanı ad, soyadının Təqsirləndirilən şəxs olduğunu və hardan gəlib, hara getdiyini soruşduğunu, sərnişinin çantasından aşkar edilən bir ədəd dəyənək və bir ədəd gözyaşardıcı qazın müvafiq qaydada Hava limanının təhlükəsizlik xidməti işçiləri tərəfindən qablaşdırıldığını və müvafiq qaydada akt tərtib olunduqdan sonra üzərinə imzalar çəkildiyini, daha sonra Təqsirləndirilən şəxs təhvil götürüb X5 Polis Şöbəsinə gətirdiklərini bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X19 ifadəsində həmin vaxt X5 Polis Şöbəsində X1 rəisi olaraq xidmətdə olduğunu, 29 iyul 2023-cü il tarixdə saat təxminən 17:00 radələrində X14 Limanında xidmətdə olan zaman hava limanının təhlükəsizlik xidmətinin növbə rəisi Həsən Mustafayevin zəng edərək sərnişinlərdən birindən bir ədəd dəyənək və bir ədəd gözyaşardıcı qaz aşkarlandığını bildirdiyini, təhvil götürmələrini istədiyini, özünün də həmin gün Hava Limanında postda olan polis nəfəri İlkin İbrahimovla birlikdə növbə rəisi Həsən Mustafayevin yanına gəldiklərini, onlar təhlükəsizlik xidmətinə yaxınlaşıb dəyənək və gözyaşardıcı qazı təhvil götürən zaman əl çantasından dəyənək və gözyaşadrdıcı qaz aşkar edilən şəxsin Astara rayon sakini Təqsirləndirilən şəxs olduğunu bildiyini, həmin şəxsin çantasından aşkar edilən göz yaşardıcı qazın və dəyənəyin müvafiq qaydada qablaşdırıldığını və müvafiq qaydada akt tərtib olunaraq üzərinə imzalar çəkildiyini, özünün də Təqsirləndirilən şəxs təhvil götürüb X5 Polis Şöbəsinə gətirdiyini bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X13 ifadəsində 29 iyul 2023-cü il tarixdə özünün Mehriban Məmmədova ilə hava limanının giriş hissəsində yerləşən rentgen qurğusuna 30 dəqiqə aralıqlarla növbəli şəkildə nəzarət etdiklərini, özünün növbə rəisinin yanında olduğunu, saat təxminən 17:00 radələrində Mehriban Məmmədovanın növbə rəisi Həsən Mustafayevə xidməti rabitə qurğusu ilə məlumat verərək yüklərin içində 01 ədəd dəyənəyə bənzər küt alət və 01 ədəd gözyaşardıcı qaz müəyyən etdiyini bildirdiyini, bundan sonra özünün və Həsən müəllimin hava limanının giriş hissəsinə yaxınlaşdığını, nəzarətçi Mehriban Məmmədovanın onlara sərnişinin yükündən bir ədəd dəyənəyə bənzər küt alət və bir ədəd gözyaşardıcı qaz müəyyən etdiyini bildirdiyini, həmin sərnişini ona göstərdiyini, Həsən müəllimin həmin vaxt bu barədə polisə məlumat verdiyini, onları hava limanının giriş hissəsinə dəvət etdiyini, polis əməkdaşlarının gələrək həmin şəxslə söhbət etməyə başladıqlarını, söhbət zamanı həmin şəxsin adının Təqsirləndirilən şəxs olduğunu öyrəndiyini, Təqsirləndirilən şəxs polislərə dəyənək və gözyaşardıcı qazı Türkiyə Respublikasından suvener kimi aldığını və Azərbaycan Respublikasında bu kimi alətlərin gəzdirilməsinin qadağan olduğunu bilmədiyini dediyini, həmin əşyaların götürülməsi ilə bağlı akt tətrtib edildiyini, sonra Təqsirləndirilən şəxs polis əməkdaşlarına təhvil verildiyini bildirdi. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, istintaq hərəkətlərinin protokollarını da sübut növləri kimi qəbul edir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 17 avqust 2023-cü il tarixli cinayət işinin başlanması haqqında qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Rsepublikası Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə cinayət işi başlanmışdır. (cild İ, iş vərəq 1) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş X5 Polis Şöbəsinin X1 rəisi vəzifəsini müvəqqəti icra edən polis mayoru Ümid Yaqubov və X5 Polis Şöbəsinin X1 polis nəfəri polis baş serjantı İlkin İbrahimov tərəfindən tərtib edilmiş 29 iyul 2023-cü il tarixli raportda qeyd olunmuşdur ki, 29 iyul 2023-cü ildə saat 17:00 da X1 polis nəfəri, polis baş serjantı X16 ilə birlikdə X12 xidmətdə olduqları zaman X14 Limanının Təhlükəsizlik Xidməti tərəfindən monitor yoxlaması zamanı 1 ədəd dəyənək və 1 ədəd göz yaşardıcı qaz aşkarlanaraq onlara təhvil verildikdən sonra həmin şəxs polis şöbəsinə dəvət edilmişdir. Polis Şöbəsində həmin şəxsin xx xxxx 2002-ci ildə Astara rayonu, Şahağac kəndində anadan olmuş, Astara rayonu, Şahağac kəndində qeydiyyatda olan və ünvan 2 ünvanında yaşayan Təqsirləndirilən şəxs olduğu müəyyən olunmuşdur. (cild İ, iş vərəq 3) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 29 sentyabr 2023-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. (cild İ, iş vərəq 62) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 29 sentyabr 2023-cü il tarixli başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. (cild İ, iş vərəq 77) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 29 sentyabr 2023-cü il tarixli müdafiəçi təyin edilməsi haqqında qərardan görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs Naxçıvan Muxtar Respublikası Vəkillər Kollegiyasına üzv olan vəkillərdən biri müdafiəçi təyin edilmişdir (cild İ, iş vərəq 57) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyinin X2 Şöbəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (cild İ, iş vərəq 22-23) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 29 iyul 2023-cü il tarixli, 003 nömrəli aktdan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs baqaj çantasına rentgen müayinəsi zamanı baxış keçirilmiş və çantada kustar üsulla hazırlanmış vurucuəzici xassəyə malik soyuq silah olan 1 ədəd dəyənək və zavod üsulu ilə istehsal edilmiş üzərində “..Bodyguard..40 ml..” göstəriciləri olan zavod üsulu ilə istehsal edilmiş gözyaşardıcı, bihuşedici və özünümüdafiə təyinatlı istifadəyə yararlı qaz silahı olan 1 ədəd aerozol qurğu aşkar edilərək götürülmüşdür. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbyacan Respublikası Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 04 avqust 2023-cü il tarixli 664 saylı ekspert rəyində göstərilir ki, tədqiqata təqdim edilmiş predmet dəyənək tipində kustar üsulla hazırlanmış vurucuəzici xassəyə malik soyuq silahdır, təyinatı üzrə istifadəyə yararlıdır, üzərində sonradan hər hansı əlavə və dəyişikliklər edilməmişdir. (cild İ, iş vərəq 11-12) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbyacan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 15 sentyabr 2023-cü il tarixli 3-16-16/2-6/4764-3/1419 saylı ekspert rəyində göstərilir ki, tədqiqata təqdim edilmiş üzərində “.. Bodyguard.. 40 ml..” göstəriciləri olan zavod üsulu ilə istehsal edilmiş sprey balonun içərisində qaz halında olan maddənin tərkibi oleoresin capsicum- təbii bibər ekstraktlı tünd sarı rəngli, kristalik, zəhərli yanar maddədən və digər qaz qarışıqlarından ibarətdir. Tədqiqata təqdim olunmuş 1 ədəd “.. Bodyguard.. 40 ml..” göstəriciləri olan zavod üsulu ilə istehsal edilmiş, göz yaşardıcı, bihuşedici, özünümüdaidə təyinatlı aerozol qurğudur, qaz silahıdır-təyinatı üzrə istifadəyə yararlıdır. (cild İ, iş vərəq 50-51) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Astara Rayon İcra Hakimiyyəti Başçısının X26 Ərazi Dairəsi üzrə nümayəndəliyindən alınmış xx.xx.2023-cü il tarixli 727 nömrəli arayışda Təqsirləndirilən şəxs Astara rayonu Şahağac kəndində daimi qeydiyyatda olduğu və Şahağac kəndində yaşadığı və xx.xx.2023-cü il tarixli 728 nömrəli arayışda isə ailə üzvlərinin atası X8, anası X9, qardaşı X20 və qardaşı X21 olduğu göstərilmişdir. (cild İ, iş vərəq 19-20) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Astara Rayon İcra Hakimiyyəti Başçısının X26 Ərazi Dairəsi üzrə nümayəndəliyindən alınmış xx.xx.2023-cü il tarixli xasiyyətnamədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası vətəndaşı, tam orta təhsilli olduğu, valideynlərinin dediyinə görə Ukrayna Respublikasında oxuduğu, 2-ci kurs tələbəsi olduğu, X26 Ərazi Dairəsi üzrə nümayəndəlikdə daimi qeydiyyatda olduğu, Astara Rayon İcra Hakimiyyəti Başçısının X26 Ərazi Dairəsi üzrə nümayəndəliyinə onun yaşadığı son ay ərzində şifahi və yazılı şikayət daxil olmadığı qeyd olunmuşdur. (cild İ, iş vərəq 21) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Lənkəran Şəhər Narkoloji Xəstəxanasından alınmış xx.xx.2023-cü il tarixli, 1014 nömrəli arayışda Təqsirləndirilən şəxs Lənkəran Rayonlararası Narkoloji Xəstəxanada narkoloji qeydiyyatında olmadığı qeyd olunmuşdur. (cild İ, iş vərəq 53) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi Astara Rayon X10 Hüquqi Şəxsindən alınmış xx.xx.2023-cü il tarixli, 7159 nömrəli arayışda Təqsirləndirilən şəxs Astara Rayon Mərkəzi Xəstəxanası Poliklinika şöbəsinin ruhi-əsəb kabinetində dispanser qeydiyyatında durmadığı qeyd olunmuşdur. (cild İ, iş vərəq 82) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Naxçıvan MR Naxçıvan Şəhər İcra Hakimiyyəti 4 nömrəli İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyindən alınmış xx.xx.2023-cü il tarixli 2849 nömrəli arayışda Təqsirləndirilən şəxs ünvan 3 ünvanında yaşadığı qeyd olunmuşdur. (cild İ, iş vərəq 80) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş video-görüntülərin köçürüldüyü DVD-yə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs və müdafiəçisinin iştirakları ilə birlikdə X14 Limanının inzibati binasında qeydiyyata alınmış video-görüntülərə baxış keçirilmiş baxış zamanı Təqsirləndirilən şəxs videogörüntüləri izlədikdən sonra görüntüdə əks olunan şəxsin özü olduğunu, həmin rentgen qurğusundan aşkar edilən əşyanın dəyənək və gözyaşaradıcı qaz olduğunu və özünə aid olduğunu, sonra təhlükəsizlik xidməti əməkdaşları onu çağırdıqda onların yanına getdiyini, çantasına hava limanı əməkdaşı tərəfindən baxış keçirildiyi, baxış zamanı çantasından dəyənək və gözyaşardıcı qazın aşkar olunduğunu, dəyənək və gözyaşardıcı qazı Türkiyə Respublikasında olarkən tarixini bilmədiyi müddətdə suvener məqsədilə aldığını, dəyənək və gözyaşardıcı qazın başqa ölkələrə səfər zamanı həmişə çantasında olmağını və uzun müddətdir ki, Azərbaycan Respublikasına gəlmədiyindən bu kimi vasitələrin əldə edilməsinin və gəzdirilməsinin qadağan olduğunu bilmədiyini bildirmişdir. İş üçün əhəmiyyətli olduğundan həmin video-görüntülərin olduğu bir ədəd CD ptorokola əlavə edilmişdir. (cild İ, iş vərəq 83-84) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş maddi sübutun tanınması və saxlanca qəbul edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs yükündən götürülmüş təyinatları üzrə istifadəyə yararlı bir ədəd dəyənək və bir ədəd gözyaşardıcı qaz cinayətin predmeti olduğundan ********* nömrəli cinayət işi üzrə maddi sübut kimi tanınması və bir ədəd dəyənək və bir ədəd aerozol qurğunun məhkəmənin yekun qərarına və ya hökmünə kimi Naxçıvan Muxtar Respublikası DİN-nin saxlanc otağına təhvil verilməsi qərara alınmışdır. (cild İ, iş vərəq 85- 86) İş üçün əhəmiyyətli olduğundan X14 Limanının inzibati binasında yerləşən minik zalının müşahidə kamerası vasitəsilə qeydə alınmış videogörüntülərin köçürüldüyü DVD-yə Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə məhkəmə istintaqı zamanı baxış keçirilmiş və baxış zamanı kameranın video-görüntüdə 29 iyul 2023-cü il tarix saat 16:04:51 saniyəni göstərdiyi və video-kameranın hava limanının giriş zalını çəkdiyi müşahidə edilir. Kameranın müşahidəsinə giriş hissədə yerləşən rentgen qurğusu və yoxlama aparatları düşür. Həmin vaxt hava limanının girişində yerləşən rentgen qurğusunda bir neçə şəxsin hərəkət etdiyi, 16.05.50 saniyədə Təqsirləndirilən şəxs həmin vaxt rentgen qurğusunun yanında göründüyü, onun əl və baqaj çantalarını rentgen qurğusuna yerləşdirdiyi, üzərində olan əşyaları isə masaya qoyub hava limanı təhlükəsizlik qurğusundan keçməsi və hava limanı əməkdaşı tərəfindən önun üzərinin yoxlanılması müşahidə olunur. 16.06.42 saniyədə nəzarətçi Təqsirləndirilən şəxs baqaj yükündə nəysə qadağan olunmuş vasitənini olmağı ilə bağlı sual verir. 16:07:33 saniyədə Təqsirləndirilən şəxs baqaj yükünü açaraq içərisindəki əşyaları boşaltmağa başlayır. 16.08.20 saniyədə Təqsirləndirilən şəxs yenidən baqaj yükünü rentgen qurğusuna daxil edir. 16.08.48 saniyədə baqaj yükünü rentgen qurğusundan çıxardır və yenidən baxış üçün nəzarətçiyə təqdim edir. 16.09.07 saniyədə Təqsirləndirilən şəxs çantanın içərisində əşyaların qoyulduğu hissədən aşağı tərəfi açaraq dəyənəyə bənzər aləti çıxardır və nəzarətçiyə təqdim edir. 16.12.26 saniyədə Təqsirləndirilən şəxs əşyalarını baqaj çantasına yığmağa başlayır və 16.12.42 saniyədə gözyaşardıcı qazı çıxararaq nəzarətçiyə təhvil verir. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən- hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən- hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “X6 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmək, həmin sübutları mübahisələndirmək imkanına malik olmuşdur. Təqsirləndirilən şəxsin əleyhinə olan sübutlara etiraz etmək və onları mübahisələndirmək üçün məhkəmə prosesində ona imkan yaradılmışdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikası cinayət-prosessual qanunvericiliyi müəyyən edir (Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 1.1-ci maddəsi). Hər hansı məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız Cinayət-Prosessual Məcəlləsində (bundan sonra - CPM) göstərilən məsələlər hakim tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin həmin məsələlərin dairəsini müəyyənləşdirən 346.1-ci maddəsinə görə müzakirə edilməsi mütləq olan məsələlərdən biri də təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittiham elan edildiyi cinayətin əlamətlərinə uyğun olubolmamasıdır. Məhkəmə hökmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmin şəxsin gələcək taleyini həll etdiyi üçün prosessual qanunvericilik onunla bağlı konkret tələblər irəli sürür. Cinayət-prosessual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 349.3., 349.4., 349.5-ci maddələri). Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq məhkəmə hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Beləliklə məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs ittihamda qeyd olunan əməli törətməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4-cü maddəsinə əsasən qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə, milli geyim ləvazimatı hesab olunan ərazilərdə və ya ovçuluq peşəsi ilə bağlı olaraq soyuq silahı gəzdirmə halları istisna olmaqla, üç yüz iyirmi saatdan dörd yüz saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Silahın, onun komplekt hissələrinin, döyüş sursatının, partlayıcı maddələrin və qurğuların qanunsuz hazırlanmasına, dövriyyəsinə və talanmasına dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 27 may 2005-ci il tarixli Qərarının 13-cü bəndində qeyd edilir ki, CM-nin 228.4-cü maddəsində geyim ləvazimatları hesab olunan ərazilərdə və ya ovçuluq peşəsi ilə bağlı olaraq soyuq silahı gəzdirmə halları istisna olmaqla, qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən tullayıcı silahı əldə etmə, satma və ya gəzdirməyə görə cinayət məsuliyyəti nəzərdə tutulur. «Xidməti və mülki silah haqqında» Qanunun 2-ci maddəsinin 6-cı bəndinə əsasən soyuq silah dedikdə, konstruksiyasına, ölçülərinə və materiallarına görə birbaşa istehsalat və ya təsərrüfat-məişət məqsədləri üçün nəzərdə tutulmayan xüsusi olaraq insanın əzələ qüvvəsindən istifadə etməklə zərərvurma obyekti ilə bilavasitə təmas zamanı xəsarət yetirmək təyinatına malik olan (milli geyim ləvazimatı hesab olunan hallar istina edilməklə xəncər, beybut, ov bıçağı, qılınc,süngü bıçaqları və s.) sair kəsici- deşici və qarışıq təyinatlı silahlar, habelə insan əzələsinin və ya mexaniki qurğunun enercisi hesabına istiqamətlənmiş hərəkət edərək müəyyən məsafədən hədəfi zədələmək təyintına malik olan nizə, döyüş baltası, və s. eləcə də zərbə-dağıdıcı təsirli əşyalar-beşbarmaqlar, nunsakalar, gürzlər, toppuz və s. aid edilir. Göstərilən Qanunun 2-ci maddəsinin 10-cu bəndinə əsasən qaz silahı- gözyaşardıcı, qıcıqlandırıcı, zəhərləyici , sinir-iflic və başqa güclü təsir göstərən digər maddələrin tətbiqi ilə canlı hədəfin müvəqqəti sıradan çıxarılması üçün nəzərdə tutulmuş silahdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 228.4-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs cəza təyin etmənin ümumi əsasları nəzərə alınmaqla ədalətli cəza təyin edilməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 nömrəli qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Göstərilən maddənin məzmunundan göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. Sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş olsun, bununla sosial balans pozulmuş olsun və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə təqsirləndirilən şəxsin yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını, əməlini etiraf etməsini, əməlindən peşman olmasını, əvvəllər məhkum olunmamasını, cəzanı yüngülləşdirici hallar kimi nəzərə alır. Məhkəmə, qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilən zaman CM-in 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində qeyd edilən cəzanı ağırlaşdıran halların olmaması müəyyən edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz Qərarlarında dəfələrlə göstərmiş və milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər Təqsirləndirilən şəxsin təqsirini etiraf etməsi onun ədalət mühakiməsinə hörmət hissinə dəlalət edir, səmimi peşmançılığını bildirməsi isə onun cinayət törətdikdən sonrakı müsbət davranışı olmaqla, onun artıq cəzanın əsas məqsədi sayılan islah olunma yolu ilə getməsindən xəbər verir. Qeyd etmək lazımdır ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Lakin, məhkəmə təqsirləndirilən şəxsin hərəkətlərində mövcud olan cəzanı yüngülləşdirən halların ümumi məcmusunu və onların mahiyyəti, həmçinin onun şəxsiyyəti ilə bağlı hallara qiymət verərək bu nəticəyə gəlir ki, cəzanın məqsədlərinə qismən nail olunduğunu nəzərə alaraq, onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilməklə təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmayan yüngül cəza növü, yəni cərimə cəzası təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62.1-ci maddəsinə görə cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. Həmin Məcəllənin 62.2-ci maddəsinə görə cəzanı yüngülləşdirən həm ayrı-ayrı hallar, həm də bu cür halların məcmusu müstəsna hal hesab edilə bilər. Həmçinin məhkəmə qeyd edir ki, məhkəmədə cinayət işinə baxılarkən təqsirləndirilən şəxsin ifadəsindən məlum olmuşdur ki, o tələbədir və Ukrayna Respublikasında təhsil alır. Məhkəmə törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini, təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilməklə təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmayan yüngül cəza növü, yəni cərimə cəzası təyin olunduğu təqdirdə təmin edilə bilər və ona bu cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Məhkəmə yuxarıda qeyd olunan halları nəzərə alaraq hesab edir ki, cərimənin məbləği 1300 (min üç yüz) manat müəyyən edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 353.4.12-ci maddəsinə görə, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində hökm qanuni qüvvəyə minənədək məhkumun barəsində seçilmiş qətimkan tədbirinin həlli göstərilməlidir. Qeyd edilən prosessual hüquq normasının tələbləri baxımından məhkəmə bildirir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1 və 132.1.4-cü maddələrinin tələbinə görə mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Məhkəmə belə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınan və Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin saxlanc yerində saxlanılan kustar üsulla hazırlanmış vurucu-əzici xassəyə malik soyuq silah olan 1 ədəd dəyənək və zavod üsulu ilə istehsal edilmiş üzərində “..Bodyguard..40 ml..” göstəriciləri olan zavod üsulu ilə istehsal edilmiş gözyaşardıcı, bihuşedici və özünümüdafiə təyinatlı istifadəyə yararlı qaz silahı olan 1 ədəd aerozol qurğu hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1 və 197.1.4-cü maddələrinə əsasən 197.1.4. mütəxəssisə, ekspertə ödənilməli haqlar və tərcüməçiyə ödəniş haqqı kimi verilməli olan məbləğ məhkəmə məsrəflərinə aiddir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən Bu Məcəllənin 197.1.1, 197.1.2, 197.1.4, 197.1.5-1, 197.1.5-2, 197.1.6— 197.1.9-cu maddələrində sadalanan məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. Məhkəmə belə nəticəyə gəlir ki, iş üzrə məhkəmə məsrəfləri olan ekspertiza tədqiqatının dəyəri olan 144 (yüz qırx dörd) manat pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli, 31 nömrəli qərarına əsasən göstərilmiş hüquqi xidmətlərə görə müdafiəçiyə hər iş saatı üçün 6 (altı) manat miqdarında haqq ödənilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.5-ci maddəsinin tələbinə görə həmin Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Qeyd olunanlara əsasən məhkəmə müdafiəçi tərəfindən məhkəməyə təqdim edilmiş hesabatı nəzərdən keçirərək belə əticəyə gəlir ki, təqsirləndirilən şəxsə göstərilmiş hüquqi xidmətə görə Naxçıvan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 40 (qırx) iş saatına görə 240 (iki yüz qırx) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsindən müdafiəçiyə ödənilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, iş üzrə sübut kimi tanınmış Təqsirləndirilən şəxs çantasından kustar üsulla hazırlanmış vurucu-əzici xassəyə malik soyuq silah olan 1 ədəd dəyənək və zavod üsulu ilə istehsal edilmiş üzərində “..Bodyguard..40 ml..” göstəriciləri olan zavod üsulu ilə istehsal edilmiş gözyaşardıcı, bihuşedici və özünümüdafiə təyinatlı istifadəyə yararlı qaz silahı olan 1 ədəd aerozol qurğu aşkar edilən zaman X14 Limanının video müşahidə kamerasının çəkdiyi video görübtüləri özündə əks etdirən 1 ədəd DVD sübut əhəmiyyəti daşıdığından cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli olan əmlakı məhkəmə tərəfindən müəyyən edilməmişdir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 228.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilməklə 1300 (bir min üç yüz) manat məbləğində cərimə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqqında iltizam" qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan və Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin saxlanc yerində saxlanılan kustar üsulla hazırlanmış vurucu-əzici xassəyə malik soyuq silah olan 1 ədəd dəyənək və zavod üsulu ilə istehsal edilmiş üzərində “..Bodyguard..40 ml..” göstəriciləri olan zavod üsulu ilə istehsal edilmiş gözyaşardıcı, bihuşedici və özünümüdafiə təyinatlı istifadəyə yararlı qaz silahı olan 1 ədəd aerozol qurğu hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Ekspertiza tədqiqatının dəyəri olan 144 (yüz qırx dörd) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********1, Hesab: AZ34CTRE********************,Müxbir hesab: AZ41NABZ013601**********3944) köçürülsün. Naxçıvan Şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs dövlət hesabına göstərdiyi pulsuz hüquqi yardıma görə 240 (iki yüz qırx) manat məbləğində haqq Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Müdafiəçi ödənilsin. İş üzrə sübut kimi tanınmış Təqsirləndirilən şəxs çantasından kustar üsulla hazırlanmış vurucu-əzici xassəyə malik soyuq silah olan 1 ədəd dəyənək və zavod üsulu ilə istehsal edilmiş üzərində “..Bodyguard..40 ml..” göstəriciləri olan zavod üsulu ilə istehsal edilmiş gözyaşardıcı, bihuşedici və özünümüdafiə təyinatlı istifadəyə yararlı qaz silahı olan 1 ədəd aerozol qurğu aşkar edilən zaman X14 Limanının video müşahidə kamerasının çəkdiyi video görübtüləri özündə əks etdirən 1 ədəd DVD cinayət işinin materiallarında saxlanılsın. İş üzrə mülki iddianın olmadığı nəzərə alınsın. Hökmdən elan olunduğu andan 20 gün müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Gülsüm Əliyeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar