Məhkəmə qərarları › İş №1(078)-44/2023

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Hökm — İş №1(078)-44/2023

22.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Naxçıvan şəhəri İş № 1(078)-44/2023 22.12.2023 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Saat 15:30 Naxçıvan Şəhər Məhkəməsinin hakimi Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, X2 məhkəmə iclas katibliyi, Dövlət ittihamçısı Naxçıvan Muxtar Respublikası Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş hüquqi şəxs Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin nümayəndəsi Zərərçəkmiş şəxs3, zərərçəkmiş hüquqi şəxs Naxçıvan MR Mədəniyyət Nazirliyinin nümayəndəsi Zərərçəkmiş şəxs2, mütəxəssis X1, Təqsirləndirilən şəxs1, onun müdafiəçisi Naxçıvan Şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs2, onun müdafiəçisi Naxçıvan Şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs3, onun müdafiəçisi Naxçıvan Şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi3, Təqsirləndirilən şəxs4, onun müdafiəçisi Şərur Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi4 iştirakı ilə, xx.xx.1987-ci ildə Naxçıvan şəhərində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, evli, 2 uşaq atası, orta təhsilli, müvəqqəti işsiz, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, 08 may 2023-cü il tarixdə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilən Təqsirləndirilən şəxs1 xx.xx.1986-cı ildə Rusiya, İrkusikayada anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, evli, 2 uşaq atası, orta təhsilli, ünvan 6ləyən, əvvəllər məhkum olunmamış, ünvan 2 ünvanında qeydiyyatda olmaqla yaşayan, 29 aprel 2023-cü il tarixdə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilən Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə, xx.xx.1970-ci ildə Naxçıvan şəhərində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, evli, 2 uşaq atası, orta təhsilli, Naxçıvan Şəhər İcra Hakimiyyətinin 6 saylı Mənzil İstismar İdarəsində çilingər işləyən, əvvəllər məhkum olunmamış, ünvan 3 ünvanında qeydiyyatda olmaqla yaşayan, 08 may 2023-cü il tarixdə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilən Təqsirləndirilən şəxs3 xx.xx.1974-cü ildə Şərur rayon Qarabağlar kəndində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, subay, 2 uşaq atası, natamam orta təhsilli, Naxçıvan Şəhər İcra Hakimiyyətinin 6 saylı Mənzil İstismar İdarəsində süpürgəçi işləyən, əvvəllər məhkum olunmamış, ünvan 4 ünvanında yaşayan, 29 aprel 2023-cü il tarixdə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilən Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1, qabaqcandan əlbir olan bir qrup şəxs halında qanunsuz olaraq binaya daxil olub təkrar oğurluq etmişdir. Belə ki, o, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 ilə qabaqcadan cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında 2023-ci ilin mart ayının 4-də Naxçıvan şəhəri Babək məhəlləsində yerləşən, lakin hazırda istifadə olunmayan Naxçıvan MR Mədəniyyət Nazirliyinin balansında olan köhnə Estetik Mərkəzinin yerləşdiyi binaya qanunsuz olaraq daxil olub oradan dəyəri 360 manat olan 9 ədəd 8 gözlü istifadə olunmuş çuğun materiallı istilik radiatorlarını və dəyəri 360 manat olan 6 ədəd Naxçıvan MR istehsalı olan 1,5 metrlik istifadə olunmuş istilik radiatorlarını və borularını gizli yolla talayaraq zərərçəkmiş şəxsə 720,90 manat dəyərində maddi ziyan vurmuşdur. Bundan başqa o, təkrar Təqsirləndirilən şəxs2 ilə qabaqcadan cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında 2023-ci ilin mart ayının 11-də Naxçıvan şəhəri Babək məhəlləsində yerləşən, Naxçıvan MR Mədəniyyət Nazirliyinin balansında olan, lakin hazırda istifadə olunmayan A.Babayev adına Uşaq Kitabxanasının köhnə binasına qanunsuz olaraq daxil olub oradan dəyəri 1100 manat olan 20 ədəd 8 gözlü istifadə olunmuş çuğun materiallı istilik radiatorlarını, dəyəri 30 manat olan bir ədəd 4 gözlü istifadə olunmuş çuğun materiallı istilik radiatorunu və borularını gizli yolla talayaraq zərərçəkmiş hüquqi şəxs Naxçıvan MR Mədəniyyət Nazirliyinə 1132 manat dəyərində maddi ziyan vurmuşdur. Bundan başqa o, təkrar Təqsirləndirilən şəxs2 ilə qabaqcadan cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında 2023-ci ilin mart ayının 18-də Naxçıvan şəhəri Babək məhəlləsində yerləşən, lakin hazırda istifadə olunmayan, balansaxlayıcısı olmayan Naxçıvan MR İqtisadiyyat Nazirliyinin nəzarətində olan köhnə Notariat və Qeydiyyat Şöbəsinin yerləşdiyi binaya qanunsuz olaraq daxil olub oradan dəyəri 170 manat olan 2 ədəd Naxçıvan MR istehsalı olan 1,2 metrlik istifadə olunmuş istilik radiatorlarını və dəyəri 225 manat olan 3 ədəd Naxçıvan MR istehsalı olan bir metrlik istifadə olunmuş istilik radiatorlarını gizli yolla talayaraq zərərçəkmiş şəxsə 395 manat dəyərində maddi ziyan vurmuşdurlar. Bununla da, Təqsirləndirilən şəxs1 Аzərbaycan Respublikası CM-in 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs2 qabaqcandan əlbir olan bir qrup şəxs halında qanunsuz olaraq binaya daxil olub təkrar oğurluq etmişdir. Belə ki, o, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 ilə qabaqcadan cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında 2023-ci ilin mart ayının 4-də Naxçıvan şəhəri Babək məhəlləsində yerləşən, lakin hazırda istifadə olunmayan Naxçıvan MR Mədəniyyət Nazirliyinin balansında olan köhnə Estetik Mərkəzinin yerləşdiyi binaya qanunsuz olaraq daxil olub oradan dəyəri 360 manat olan 9 ədəd 8 gözlü istifadə olunmuş çuğun materiallı istilik radiatorlarını və dəyəri 360 manat olan 6 ədəd Naxçıvan MR istehsalı olan 1,5 metrlik istifadə olunmuş istilik radiatorlarını və borularını gizli yolla talayaraq zərərçəkmiş şəxsə 720,90 manat dəyərində maddi ziyan vurmuşdur. Bundan başqa o, təkrar Təqsirləndirilən şəxs1 ilə qabaqcadan cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında 2023-ci ilin mart ayının 11-də Naxçıvan şəhəri Babək məhəlləsində yerləşən, Naxçıvan MR Mədəniyyət Nazirliyinin balansında olan, lakin hazırda istifadə olunmayan A.Babayev adına Uşaq Kitabxanasının köhnə binasına qanunsuz olaraq daxil olub oradan dəyəri 1100 manat olan 20 ədəd 8 gözlü istifadə olunmuş çuğun materiallı istilik radiatorlarını, dəyəri 30 manat olan bir ədəd 4 gözlü istifadə olunmuş çuğun materiallı istilik radiatorunu və borularını gizli yolla talayaraq zərərçəkmiş hüquqi şəxs Naxçıvan MR Mədəniyyət Nazirliyinə 1132 manat dəyərində maddi ziyan vurmuşdurlar. Bundan başqa o, təkrar Təqsirləndirilən şəxs1 ilə qabaqcadan cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında 2023-ci ilin mart ayının 18-də Naxçıvan şəhəri Babək məhəlləsində yerləşən, lakin hazırda istifadə olunmayan balans saxlayıcısı olmayan Naxçıvan MR İqtisadiyyat Nazirliyinin nəzarətində olan köhnə Notariat və Qeydiyyat Şöbəsinin yerləşdiyi binaya qanunsuz olaraq daxil olub oradan dəyəri 170 manat olan 2 ədəd Naxçıvan MR istehsalı olan 1,2 metrlik istifadə olunmuş istilik radiatorlarını və dəyəri 225 manat olan 3 ədəd Naxçıvan MR istehsalı olan bir metrlik istifadə olunmuş istilik radiatorlarını gizli yolla talayaraq zərərçəkmiş hüquqi şəxs 395 manat dəyərində maddi ziyan vurmuşdurlar. Bununla da, Təqsirləndirilən şəxs2 Аzərbaycan Respublikası CM-in 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs3 qabaqcandan əlbir olan bir qrup şəxs halında qanunsuz olaraq binaya daxil olub oğurluq etmişdir. Belə ki, o, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs2 ilə qabaqcadan cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında 2023-ci ilin mart ayının 4-də Naxçıvan şəhəri Babək məhəlləsində yerləşən, lakin hazırda istifadə olunmayan Naxçıvan MR Mədəniyyət Nazirliyinin balansında olan köhnə Estetik Mərkəzinin yerləşdiyi binaya qanunsuz olaraq daxil olub oradan dəyəri 360 manat olan 9 ədəd 8 gözlü istifadə olunmuş çuğun materiallı istilik radiatorlarını və dəyəri 360 manat olan 6 ədəd Naxçıvan MR istehsalı olan 1,5 metrlik istifadə olunmuş istilik radiatorlarını və borularını gizli yolla talayaraq zərərçəkmiş hüquqi şəxsə 720,90 manat dəyərində maddi ziyan vurmuşdurlar. Bununla da, Təqsirləndirilən şəxs3 Аzərbaycan Respublikası CM-in 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs4 təqsirləndirilir ondan ötəri ki, qabaqcandan əlbir olan bir qrup şəxs halında qanunsuz olaraq binaya daxil olub oğurluq etmişdir. Belə ki, o, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 ilə qabaqcadan cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında 2023-ci ilin mart ayının 4-də Naxçıvan şəhəri Babək məhəlləsində yerləşən, lakin hazırda istifadə olunmayan Naxçıvan MR Mədəniyyət Nazirliyinin balansında olan köhnə Estetik Mərkəzinin yerləşdiyi binaya qanunsuz olaraq daxil olub oradan dəyəri 360 manat olan 9 ədəd 8 gözlü istifadə olunmuş çuğun materiallı istilik radiatorlarını və dəyəri 360 manat olan 6 ədəd Naxçıvan MR istehsalı olan 1,5 metrlik istifadə olunmuş istilik radiatorlarını və borularını gizli yolla talayaraq zərərçəkmiş hüquqi şəxsə 720,90 manat dəyərində maddi ziyan vurmuşdurlar. Bununla da, Təqsirləndirilən şəxs4 Аzərbaycan Respublikası CM-in 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişdir. İbtidai istintaq zamanı cinayət işi üzrə Naxçıvan Şəhər İcra Hakmiyyəti və Naxçıvan MR Mədəniyyət Nazirliyi zərərçəkmiş hüquqi şəxs qismində tanınmışdır. Cinayət işi ilə əlaqədar zərurət yarandığından 27 noyabr 2023-cü il tarixdə Naxçıvan şəhəri Babək məhəlləsində yerləşən, hazırda istifadə olunmayan köhnə Estetik Mərkəzinin, Naxçıvan şəhəri Babək məhəlləsində yerləşən, hazırda istifadə olunmayan A.Babayev adına Uşaq Kitabxanasının köhnə binasının və Naxçıvan şəhəri Babək məhəlləsində yerləşən, hazırda istifadə olunmayan köhnə Notariat və Qeydiyyat Şöbəsinin yerləşdiyi binanın hansı orqanların balansında olub-olmaması, balansda olmadığı təqdirdə hansı İdarənin balansında hesab edilməli olması barədə Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinə sorğu verilmişdir. Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi tərfindən verilmiş sorğuya cavab məktubunda qeyd olunmuşdur ki, Naxçıvan şəhəri Babək məhəlləsində yerləşən, hazırda istifadə olunmayan köhnə Estetik Mərkəzi və Naxçıvan şəhəri Babək məhəlləsində yerləşən, hazırda istifadə olunmayan A.Babayev adına X5 MR Mədəniyyət Nazirliyinin balansındadır, Naxçıvan şəhəri Babək məhəlləsində yerləşən, hazırda istifadə olunmayan köhnə Notariat və Qeydiyyat Şöbəsinin yerləşdiyi bina isə balansdan kənarda olmaqla balansa alınmamışdır. Naxçıvan Şəhər Məhkəməsinin 01 dekabr 2023-cü il tarixli qərarı ilə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Naxçıvan Şəhər İcra Hakimiyyətinin zərərçəkmiş hüquqi şəxs kimi prosessua statusuna xitam verilməsi, Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin Naxçıvan şəhəri, Babək məhəlləsində yerləşən və hazırda istifadə olunmayan köhnə Notariat və Qeydiyyat Şöbəsinin yerləşdiyi binasına münasibətdə binanın balans saxlayıcısı olmadığından dövlət əmlakına nəzarət edən orqan olaraq zərərçəkmiş hüquqi şəxs qismində tanınmaqla prosesə cəlb olunmasına, Naxçıvan şəhəri Babək məhəlləsində yerləşən, hazırda istifadə olunmayan köhnə Estetik Mərkəzinin yerləşdiyi binaya münasibətdə isə Naxçıvan Şəhər İcra Hakimiyyətinin prosessual statusuna xitam verilməklə Naxçıvan MR Mədəniyyət Nazirliyinin zərərçəkmiş hüquqi şəxs qismində tanınmaqla prosesə cəlb olunmasına qərar verilmişdir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM) 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə protokollarını və digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslərin əməlində cinayət tərkibi vardır, törədilmiş cinayət əməli düzgün olaraq Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə tövsif olunmuşdur. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ifadəsində qeyd edilən cinayət əməlini törətməkdə özünü təqsirli bilərək göstərmişdir ki, ünvan 5 ünvanda yaşayır. ünvan 6ləyir. Təqsirləndirilən şəxs2 ilə köhnə iş yoldaşı olub. Xətai məhəlləsində pirket sexində birlikdə işləyiblər. Hazırda da Təqsirləndirilən şəxs2 ilə birlikdə Mənzil İstismar İdarəsində fəhlə işləyir. Təqsirləndirilən şəxs4 da Mənzil İstismar İdarəsində işləyən zaman tanıyıb, onunla elə bir münasibəti yoxdur. Təqsirləndirilən şəxs3 da Mənzil İstismar İdarəsində tanıyıb. İş yoldaşı kimi münasibəti var. 2023-cü ilin mart ayının 1-2-si tarixlərində işdə olanda iş yoldaşı Ata gəlib “dəmir var, aparaq sataq” demiş, Atadan “nə dəmir, dəmir haradadır?” soruşmuş, Ata da “istilik radiatorlarıdır, gəl göstərim” demişdir. Nahar fasiləsi olduğu üçün Ata ilə birlikdə getmiş və Ata Babək məhəlləsində yerləşən köhnə kitabxananın binasını göstərib “istilik radiatorları var, həmin istilik radiatorlarını götürək” demişdir. Ataya “başımız ağrıyır, dövlət obyektidir, eləməyək, problem olacaq” dediyində Ata “köhnə binadır, söküləcək, o-bu götürüb aparacağına biz sökək aparaq, sonra sataq. Binalar söküləcək, sənin də pula ehtiyacın var, mənim də, sökək aparaq sataq, sən kömək etməsən də özüm aparacam, belə də pula ehtiyacın var, gəl birlikdə götürək və sataq, pulumuz olsun” demişdir. Ata ilə razılaşıb. Ata söhbət elədikləri gün binaya daxil olub istilik radiatorları çıxarmaq istəmiş o da Ataya “başın çatmır, sən küçədən dəmir yığmırsan, bura fərqlidir, elə etməliyik ki, heç kəs bilməsin və görməsin” demiş və planı da özü qurmuşdur. Ataya “binaya girək baxaq, sonra elə vaxt gələrik, heç kim olmayanda istilik radiatorlarını oğurlayarıq” demişdir. Ata ilə Mənzil İstismar İdarəsində işlədikləri üçün iş vaxtlarını bilirdilər. Ata ilə “istilik radiatorlarını götürəndə orada heç kim olmasın və rahatca istilik radiatorlarını binadan çıxaraq” deyə planlaşdırmışlar. Ata ilə birlikdə ilk əvvəl köhnə kitabxananın binasının yanındakı köhnə estetik mərkəzinin binasına arxadan şüşəsi qırılmış pəncərədən daxil olmuş, həmin binadakı istilik radiatorlarının yerini öyrənmişlər. Estetik mərkəzinin köhnə binasında 15 ədəd istilik radiatoru var idi. İstilik radiatorlarının yerini işarələmişlər. 15 ədəd istilik radiatorunun 9 ədədi çuğun materiallı, 8 gözlü, qalan 6 ədədinin isə metrlik Naxçıvan istehsalı radiatorları idi. İşarələdikdən sonra Ata ilə “istilik radiatorlarını götürməyi həftə sonuna saxlayaq” deyə planlaşdırmışlar. Oradan çıxıb həmin bina ilə yan-yana olan, A.Babayev adına kitabxananın köhnə binasının arxasına keçib ora baxanda arxa pəncərələrdən birinin tağının tam örtülmədiyini görmüşdür. Əli ilə həmin pəncərənin tağını itələyib açmışdır. Ata ilə birlikdə pəncərədən içəri daxil olub kitabxananın içərisini gəzmişlər. Kitabxana böyük olduğundan içəridə çoxlu çuğun materiallı istilik radiatorları var idi. İkinci mərtəbəyə qalxıb istilik radiatorlarını saymışlar. 21 ədəd çuğun materiallı istilik radiatorları var idi. Həmin yerləri də Ata ilə birlikdə işarələmişlər. Ataya “istilik radiatorları çoxdur, hamısını eyni andan apara bilmərik, həm də sayı çoxdur, yükləmək də çətindir” demiş, Ata “bəs necə edək” dediyində ona “bütün istilik radiatorlarını söküb aşağı yığarıq, sonra sakitçilik olanda gəlib apararıq” cavabını vermişdir. taya “istilik radiatorlarını aşağı yığandan sonra daşımaq üçün kömək çağırmalıyıq, ağırdır, ikimiz daşıya bilmərik” demiş, Ata da “kimi köməyə çağıraq, bəlkə bazardan fəhlə çağıraq” dediyində ona “ağlın qaçıb, elə etmək olmaz, o dəqiqə bilinər ki, biz oğurluq edirik. tələsmə, istilik radiatorlarını yığanda ona qərar verərik, kənardan çağırsaq bir yük avtomobili çağırmalıyıq” demişdir. Ata “onda tanışlardan kimə deyək” dediyində Ataya “təzə işləyirəm, idarədən elə münasibətim olan şəxs yoxdur” demiş, Ata da “mən iş yoldaşım İsaya və Möhsünə deyərəm kömək edərlər” demişdir. Ataya “sən özün danışıb mənə deyərsən” tapşırığını vermiş, Ata ilə planlaşdırandan sonra oradan çıxmışlar. Atepleniyaların borusunu kəsmək üçün qayçı və açmaq üçün qaz açarı lazım olduğundan, Naxçıvan şəhərində uşaq şəhərciyi tərəfdən boru kəsmək üçün qayçı və qaz açarı tapıb, özündə saxlamışdır. 2023cü ilin mart ayının 4-ü, şənbə günü Ata ilə razılaşdığı kimi işdən çıxanda köhnə kitabxananın arxasına gəlmişlər. Plastik boru qayçısı və qaz açarını da özü ilə gətirmişdir. Planlaşdırdıqları kimi ilk əvvəl estetik mərkəzinin köhnə binasına Ata ilə girmiş, işarələdikləri yerdən 15 ədəd olmaqla, 9 ədəd çuğun və 6 ədəd metrlik Naxçıvan istehsalı istilik radiatorlarının borularını kəsib içəri daxil olduqları pəncərinin yanına yığmışlar. Ataya “uşaq kitabxanasına da daxil olaq” demiş, Ata da “işarələmişik, yerini bilirik, rahat olacaq” demişdir. Plana uyğun olaraq oradan çıxıb köhnə kitabxana binasına daxil olmuşlar. İşarələdikləri yerlərdən 21 ədəd çuğun materiallı istilik radiatorlarının borusunu kəsib pəncərədən daxil olduqları otağa yığmışlar. Ata ilə birlikdə istilik radiatorlarını saymışlar. 21 ədəd istilik radiatoru idi. Radiatorlardan biri 4 gözlü, qalanı isə 8 gözlü idi. Yorulduqları üçün Ata “gedirəm kömək gətirəm” demiş, Ataya “kim gələcəksə, Uşaq kitabxanasını bilməsin, sadəcə estetik mərkəzin istilik radiatorlarını aparaq, hamısını aparsaq şübhə çəkəcək” demiş, Ata da “düz deyirsən, həm də yorulmuşuq, hamısını apara bilməyəcəyik” cavabını vermişdir. Ata “yük avtomobili tapmalıyıq” dediyində ona “onu mən həll edəcəm” demiş və Ata ilə birlikdə binadan çıxmışlar. Yola çıxmış, ətrafa baxmış, avtomobil tapa bilmədiyi üçün bir qədər gedib baş yola çıxmışdır. Yük avtomobili keçdiyini görüb əl edərək həmin avtomobili saxlamış, Qazel markalı yük avtomobilinin sürücüsünə “yük var onu daşımalıyıq” demiş, qazel sürücüsü də razılaşmışdır. Tanımadığı yük maşını sürücüsü ilə birlikdə köhnə estetik mərkəzinin binasının yanına gəlmişlər. Həmin vaxt Ata və iş yoldaşları İsa və Möhsün də orada idi. Qazel markalı avtomobilin arxasını köhnə estetik mərkəzinə daxil olduqları arxa pəncərəsinə tərəf vermişlər. O, İsa, Möhsün və Ata 15 ədəd istilik radiatorunu Qazel markalı yük avtomobilinə yükləmişlər. İstilik radiatorlarını daşıyanda Ata “İsa və Möhsünə 20 manat pul verəcəyik, onlar da razılaşıblar” demişdir. İstilik radiatorlarını yükləyəndən sonra o və Ata yük avtomobilinə minmişlər. İstilik radiatorlarını Atanın göstərdiyi yerə, Naxçıvan şəhərində Tapdığını çörək sexinin arxasına dönüb Xətai məhəlləsinə aparmışlar. Orada Ata istilik radiatorlarını tanımadığı bir oğlana vermişdir. Yük avtomobili tərəziyə çıxmış və çəkisinə görə ümumilikdə ona və Ataya 280 manat pul verilmişdir. Həmin puldan 25 manatını Qazel sürücüsünə, 20 manatını İsaya, 20 manatını da Möhsünə ayırmışlar. Sabahısı gün aldıqları puldan 20 manatı İsaya vermişlər. Möhsünün isə qızının xeyir işi olduğundan Ata ilə razılaşıb, əlavə olaraq 80 manatı da üstünə qoyub, 100 manat pul vermişlər. Möhsün də əlavə olaraq 50 manat borc istədiyi üçün Ata ilə razılaşıb, həmin puldan 50 manatını Möhsünə borc vermişlər. Qalan pulu da xərcləmişlər. Birinci gün işə gələndə Ata ilə görüşmüş, Ataya “İsa və Möhsün gəlib kömək eləsə də, pulu bölürük. oradan bizə az pul çatır, əziyyətinə dəymir” dediyində, Ata “onları çağırmayaq, özümüz aparaq sataq” demişdir. Ataya “sən darıxma, 6-cı gün, yenə eyni qayda ilə istilik radiatorlarını oradan götürüb aparıb satarıq” demişdir. Şənbə günü gəldi çatanda 2023-cü ilin mart ayının 11-də A.Babayev adına Uşaq Kitabxanasının köhnə binasına daxil olmuşlar. Ata “keçən dəfəki yük avtomobilini çağıraq” demiş, Ataya “ehtiyac yoxdur, yoldan bir avtomobil çağıracağıq gəlib aparacaq” demişdir. Yük avtomobilini yoldan çağırmışlar. Keçən dəfəki kimi yenə də yük avtomobilinin sürücüsünü tanımır. Ata ilə birlikdə yük avtomobilinə Uşaq kitabxanasındakı çuğun istilik radiatorlarını yükləmişlər. Eyni qayda ilə aparıb Xətai məhəlləsindəki Atanın tanışı Elməddinə satmışlar. Aldıqları pulu da yarı-yarıya bölüb xərcləmişlər. Köhnə Notariat və Qeydiyyat Şöbəsinin yerləşdiyi binadan Təqsirləndirilən şəxs2lə birlikdə 5 ədəd Naxçıvan istehsalı istilik radiatorları oğurlamışlar. Həmin binaya isə 2023-cü ilin mart ayının İİİ həftəsinin şənbə günü, yəni 18 mart 2023-cü il tarixdə Ata ilə daxil olmuşdur. Həmin köhnə binadan 5 ədəd Naxçıvan istehsalı istilik radiatoru oğurlamışlar. Radiatorların 2-si 1,20 metrlik Naxçıvan istehsalı istilik radiatoru, 3-ü isə bir metrlik Naxçıvan istehsalı istilik radiatoru idi. Köhnə Notariat və Qeydiyyat Şöbəsinin yerləşdiyi binanın qabaq qapısının bağlı olduğundan Ata ilə binaya daxil olmaq üçün binanın başına fırlanmışlar. Arxa tərəfədə binanın bir pəncərəsinin şüşəsinin sınıq olduğunu, həmin pəncərənin çox hündür olduğunu görmüşlər. Pəncərəyə qalxmaq istəsə də bacarmamışdır. Ata “ikimiz də bu binaya girə bilmərik, mən səni qaldırım, sən içəri keç, mən də çöldə gözləyib, sən radiatorları açıb aşağı atarsan, mən də götürürəm” demiş, o da razılaşmışdır. Ata onu qaldırmış və o pəncərədən içəri daxil olmuşdur. İkinci mərtəbəyə qalxıb oradan 5 ədəd istilik radiatorunu açıb pəncərədən yerə tullamışdır. Ata da həmin istilik radiatorlarını aşağıda bir yerə yığmışdır. İşi qutarıb çölə çıxdığında, Ata ona “sən dincəl mən avtomobil tapacam” demiş və bir qədər keçdikdən sonra Qazel markalı yük avtomobili ilə gəlmişdir. İstilik radiatorlarını yük avtomobilinə yükləyib, aparıb Elməddinə satmışlar. Aldıqları pulu aralarında bölüb xərcləmişlər. Təqsirləndirilən şəxs2lə köhnə Notariat və Qeydiyyat Şöbəsindən oğurluq etməmişdən qabaq həm köhnə estetik mərkəzinin binasından, həm də A.Babayev adına köhnə Uşaq Kitabxanasının binasından istilik radiatorlarının oğurlamışlar. İlk əvvəl, yəni 2023-cü ilin mart ayının ilk şənbə günü köhnə estetik mərkəzinin binasından 15 ədəd istilik radiatorunu Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 ilə birlikdə oğurlayıb. İkinci dəfə isə mart ayının 11-də ikinci həftənin şənbə günü A.Babayev adına köhnə Uşaq Kitabxanasının binasına Təqsirləndirilən şəxs2lə daxil olub 21 ədəd çuğun materiallı istilik radiatoru oğurlayıblar. 2023-cü ilin mart ayının İİİ həftəsinin şənbə günü, yəni 18 mart 2023-cü il tarixdə Təqsirləndirilən şəxs2lə birlikdə köhnə Notariat və Qeydiyyat Şöbəsinin yerləşdiyi binaya daxil olub. A.Babayev adına Uşaq kitabxanasının köhnə binasından 21 ədəd istilik radiatorları oğurlamaqlarından İsa və Möhsünün xəbəri olmayıb. Oğurluğu Ata ilə planlaşdırıb. Radiatorları satıb pulunu da borclarına xərcləyiblər. Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs3 əvvəlcədən oğurluq edəcəklərini deyib. İstilik radiatorlarını avtomobilə yükləyəndə onlara “heç kəs bilməsin, gizli qalsın” deyib, İsa da, Möhsün də “ayıb olar, narahat olma” cavabını verib. 2013-cü ildə Bakı şəhərində olanda oğurluq etdiyinə görə Bakı Şəhər Nizami Rayon Polis İdarəsində barəsində Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsi ilə cinayət işi başlanıb Nizami Rayon Məhkəməsi tərəfindən 03 il 06 ay azadlıqdan məhrum etmə cəzası verilib, cəzasını tam çəkdiyi üçün azad olunub. Türkiyə Respublikasının İstanbul şəhərində Aksaray səmtində dostları ilə yeyib-içən zaman tanımadığı bir neçə şəxs söyüş söydüyü və o da sərxoş vəziyyətdə olduğu üçün onlarla mübahisə etmiş, dostu Elik ilə birlikdə tanımadıqları iki nəfər şəxsi, bıçaqlamışlar. Elik qaçmış, o isə qaça bilməmişdir. X3 tərəfindən tutulmuş, 9 ay istintaq getmişdir. İstintaq müddətində həbsdə qalmışdır. Təqsirli olması sübuta yetmiş və məhkəmə ona 11 il 8 ay azadlıqdan məhrum etmə cəzası vermişdir. Cəza alandan sonra Maltepe cəza evində 8-9 il cəza çəkmiş, ondan sonra Giresun Espiye L tipi qapalı cəza infaz qurumuna yerləşdirilmiş, 2020-ci ildə koronovirus dünyada yayıldığından, cəza çəkən hər kəsi açıq cəza evinə göndərmək üçün sərbəst buraxılmışdır. 1 il İstanbulda qalmış, İİ Qarabağ müharibəsi zamanı Türkiyədən Azərbaycan göndərdilmişdir. Türkiyə Respublikasında olan cinayətinə görə hələ də cəzasını bitirməmişdir. Törətdiyi oğurluq əməlinə görə peşmandır. Borclarını ödəmək üçün oğurluq etmişdir. Maddi imkanı olmadığından vurulmuş ziyanı ödəyə bilməmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ifadəsində qeyd edilən cinayət əməlini törətməkdə özünü təqsirli bilərək göstərmişdir ki, ünvan 7 ünvanda yaşayır. ünvan 6ləyir. Təqsirləndirilən şəxs1 ilə həm köhnə, həm də təzə iş yoldaşıdır. Arzu ilə əvvəllər Xətai məhəlləsində yerləşən pirket sexində, Elsever çörək sexində birlikdə işləyib, hal-hazırda da Təqsirləndirilən şəxs1 ilə birlikdə 6 saylı Mənzil İstismar İdarəsində fəhlə işləyirlər. Təqsirləndirilən şəxs4 əvvəlcədən tanıyır. Onunla fəhlə bazarında tanış olub. Təqsirləndirilən şəxs3 da 6 saylı Mİİ-dən 6-7 aydır tanıyır, iş yoldaşı kimi münasibəti var. 2023-cü ilin mart ayının 1-2-si tarixlərində iş yoldaşları ilə birlikdə İdarədə oturub çay içdikdən sonra hər kəs öz işinin dalıcısa getmiş və o Arzu ilə tək qalmışdır. Arzu ona “A.Babayev adın Uşaq kitabxanasında istilik radiatorları var, onları satıb pul əldə edə bilərik” demiş, Arzuya “tanış var, istəsən, istilik raditorlarını sata bilərik” demişdir. Arzuya “həmin binaya girib baxmısan?” soruşduğunda Arzu da “yox, girməmişəm, ancaq həm uşaq kitabxanası, həm də onun yanındakı bina köhnədir, orada isitilik radiatorları var, götürmək olar” cavabını vermişdir. Arzuya “həll etmək olar, satsaq, xeyli pul edir” demiş və Arzu ilə razılaşıb işdən çıxıb binaya baxmağa getmişlər. Günortadan sonra Arzu ilə birlikdə Uşaq kitabxanasının köhnə binasının arxasına getmişlər. Kitabxananın yanndakı estetik binasının arxa pəncərəsinin şüşələrinin sınıq olduğunu görmüşlər. Arzu ilə birlikdə ilk əvvəl köhnə estetik mərkəzinin binasına arxadan şüşəsi qırılmış pəncərədən daxil olmuşlar. həmin binadakı istilik radiatorlarının yerini öyrənmişlər. Estetik mərkəzinin köhnə binasında 15 ədəd istilik radiatorları var idi, onların yerini işarələmişlər. 15 ədəd istilik radiatorundan 9 ədədi çuğun materiallı 8 gözlü, ancaq qalanın isə 6 ədəd metrlik Naxçıvan istehsalı radiatorlar idi. İşarələdikdən sonra Arzu ilə istilik radiatorlarını götürməyi həftə sonuna saxlayaq deyə razılaşmışlar. Oradan çıxıb həmin bina ilə yan-yana olan A.Babayev adına kitabxananın köhnə binasının arxasına keçmişlər. Ora baxanda arxa pəncərələrdən birinin tağının tam örtülmədiyini görmüşlər. Arzu əli ilə həmin pəncərənin tağını itələyib açmışdır. Arzu ilə birlikdə pəncərədən içəri daxil olub, kitabxananın içərisini gəzmişlər. Kitabxana böyük olduğundan içəridə çoxlu çuğun materiallı istilik radiatorları var idi. İkinci mərtəbəyə qalxıb istilik radiatorlarını saymışlar. 21 ədəd çuğun materiallı istilik radiatorları var idi. Həmin yerləri də Arzu ilə birlikdə işarələmişlər. Arzu “istilik radiatorları çoxdur, hamısını eyni anda apara bilmərik, həm də sayı çoxdur, yükləmək də çətindir” dediyində Arzuya “bəs necə edək?” soruşmuş, o da cavabında “bütün istilik radiatorlarını söküb aşağı yığarıq, sonra sakitçilik olanda gəlib apararıq, istilik radiatorlarını aşağı yığandan sonra daşımaq üçün kömək çağırmalıyıq, ağırdır, ikimiz daşıya bilmərik” demişdir. Arzuya “kimi köməyə çağıraq, bəlkə bazardan fəhlə çağıraq” demiş, Arzu da “ağlın qaçıb, elə etmək olmaz, o dəqiqə bilinər ki, biz oğurluq edirik. tələsmə, istilik radiatorlarını yığandan sonra, ona qərar verərik, kənardan çağırsaq bir yük avtomobili çağırmalıyıq” demişdir. Arzuya “onda tanışlardan kimə deyək” soruşduğunda Arzu ona “təzə işləyirəm, idarədən elə münasibətim olan şəxs yoxdur, sən tap” demişdir. Arzuya “mən iş yoldaşım İsaya və Möhsünə deyərəm kömək edərlər, onlar problem yaradan adam deyillər” demiş, Arzu da “sən özün danışıb mənə deyərsən” demişdir. Arzuya “istilik radiatorlarının boruları kəsilməlidir, həm də qaz açarı lazım olacaq” dediyində Arzu “özüm həll edəcəm, sən narahat olma” demişdir. Arzu ilə oğurluğu planlaşdırandan sonra oradan çıxmışlar. 2023cü ilin mart ayının 4-ü şənbə günü Arzu ilə razılaşdığı kimi işdən çıxıb köhnə kitabxananın arxasına gəlmişdir. Arzudan qayçı və qaz açarı götürüb-götürməməsini soruşmuş, Arzu da “üstümdədir, narahat olma” demişdir. Planlaşdırdıqları kimi ilk əvvəl estetik mərkəzinin köhnə binasına Arzu ilə girib işarələdikləri yerdən 15 ədəd olmaqla, 9 ədəd çuğun və 6 ədəd metrlik Naxçıvan istehsalı istilik radiatorların borularını kəsib içəri daxil olduqları pəncərinin yanına yığmışlar. Arzu “uşaq kitabxanasına da daxil olaq” dediyində Arzuya “işarələmişik, yerini bilirik, rahat olacaq, bu gün edək” demiş və plana uyğun olaraq oradan çıxıb köhnə kitabxana binasına daxil olmuşlar. Orada işarələdikləri yerlərdən 21 ədəd çuğun materiallı istilik radiatorlarının borusunu kəsib pəncərədən daxil olduqları otağa yığmışlar. Arzu ilə birlikdə istilik radiatorlarını saymışdır. 21 ədəd istilik radiatoru var idi. Həmin radiatorlardan biri 4 gözlü, qalanı isə 8 gözlü idi. Arzunun radiatorları kəsmiş, o isə daşımışdır. Arzuya “yorulmuşam, gedirəm kömək gətirəm” dediyində Arzu da “mən də yorulmuşam, kömək lazımdır” deyə razılaşmışdır. Arzuya “bu saat gəlirəm, narahat olma” dediyində Arzu ona “kim gələcəksə, Uşaq kitabxanasını bilməsin, sadəcə estetik mərkəzin istilik radiatorlarını aparaq, hamısını aparsaq şübhə çəkəcək” demiş, o da Arzuya “düz deyirsən, həm də yorulmuşuq, hamısını apara bilməyəcəyik” demişdir. Arzudan “hara yığacayıq, kim aparacaq” soruşduğunda Arzu “onu mən həll edəcəm” demişdir. Möhsünə və İsaya “köhnə estetik mərkəzinin binasında istilik radiatorları var, kömək eləyin daşıyaq, hərənizə 20 manat pul verəcəyik” dediyində Möhsün də “qızımın xeyir işi olacaq, pula ehtiyacım var” demiş, İsa da “problem yoxdur, kömək edərəm” deyib razılaşmışdır. Möhsün və İsa ilə birlikdə köhnə estetik mərkəzinin binasının yanına gəldiklərində Arzu orada yox idi. Arzu yük avtomobili gətirməyə getmişdir. Möhsün “burada nə qədər istlik radiatoru var?” deyə soruşmuş Möhsünə “15 ədəddir” dedmişdir. İsa pəncərədən düşüb istilik radiatorlarına baxmışdır. İsaya “orada bir ikisini at, mən də bura yığım avtomobil gələndə yükləyərik” dediyi üçün İsa da istilik radiatorlarından birini pəncərəyə gətirmişdir. Həmin vaxt Arzu Qazel markalı yük avtomobili ilə gəlmiş və Arzu ona göz vurmuşdur. Qazel markalı avtomobilin arxasını köhnə estetik mərkəzinə daxil olduqları arxa pəncərəsinə tərəf verərək İsa, Möhsün və Arzu ilə birlikdə 15 ədəd istilik radiatorunu Qazel markalı yük avtomobilinə yükləmişlər. İstilik radiatorlarını daşıyanda Arzuya “İsa və Möhsünə 20 manat pul verəcəyik, onlar da razılaşıblar” demiş, Arzu da “problem yoxdur, Möhsünün də ehtiyacı var” demişdir. İstilik radiatorlarını yükləyəndən sonra Arzu “istilik radiatorlarını hara aparaq” soruşmuş, Arzuya “Xətai məhəlləsində dəmir alınan yer var, orada tanışım Elməddin işləyir, aparıb ora sataq” demişdir. Qazel markalı yük avtomobilin sürücüsünə “Xətai məhəlləsinə sür” demişdir. Xətai məhəlləsinə Elməddinin işlədiyi yerə gedib, yük avtomobilini tərəziyə çıxarmışlar. İstilik radiatorlarını çəkib çəkisinə görə ümumilikdə 280 manat pul almışlar. Arzu həmin puldan 25 manatı Qazelə vermiş, birlikdə həmin puldan 20 manat İsaya, 20 manat da Möhsünə ayırmışlar. Sabahısı gün aldıqları puldan 20 manatı İsaya vermişlər. Möhsünün isə qızının xeyir işi olduğundan Arzu ilə razılaşıb əlavə olaraq 80 manatı da üstünə qoyub, 100 manat pul vermişlər. Möhsün əlavə olaraq 50 manat borc istəmiş və o, Möhsünə 50 manat borc vermişdir. Oğurluqdan özünə qalan digər pulu isə xərcləmişdir. Birinci gün işə gələndə Arzu ilə görüşdüklərində Arzu ona “İsa və Möhsün gəlib kömək eləsə də, pulu bölürük oradan bizə az pul çatır, əziyyətinə dəymir” dediyində Arzuya “onları çağırmayaq, özümüz aparaq sataq” demiş Arzu da “sən darıxma, 6-cı gün, yenə eyni qayda ilə istilik radiatorlarını oradan götürüb aparıb satarıq” demişdir. Şənbə günü-2023-cü ilin mart ayının 11-də A.Babayev adına Uşaq Kitabxanasının köhnə binasına getmişlər. Arzudan “keçən dəfəki yük avtomobilini çağıraq” soruşmuş, Arzu “ehtiyac yoxdur, yoldan bir avtomobil çağıracağıq gəlib aparacaq” demişdir. Tanımadığı yük avtomobilini yoldan çağırmışlar. Arzu ilə birlikdə yük avtomobilinə Uşaq kitabxanasındakı çuğun istilik radiatorları yükləyib, eyni qayda ilə aparıb Xətai məhəlləsindəki Elməddinə satıb, aldıqları pulu yarı-yarıya bölüb xərcləmişlər. Köhnə Notariat və Qeydiyyat Şöbəsinin yerləşdiyi binaya isə 2023-cü ilin mart ayının İİİ həftəsinin şənbə günü, yəni 18 mart 2023-cü il tarixdə Təqsirləndirilən şəxs1lə daxil olub həmin binadan 5 ədəd Naxçıvan istehsalı istilik radiatoru oğurlamışlar. Həmin radiatorların 2-si 1,20 metrlik Naxçıvan istehsalı istilik radiatoru, 3-ü isə bir metrlik Naxçıvan istehsalı istilik radiatoru idi. Köhnə Notariat və Qeydiyyat Şöbəsinin yerləşdiyi binanın qabaq qapısı bağlı olduğundan Arzu ilə ora girmək üçün binanın başına fırlananda arxa tərəfdə binanın bir pəncərəsinin şüşəsinin sınıq olduğunu, həmin pəncərənin çox hündür olduğunu görmüşlər. Arzu pəncərəyə qalxmaq istəsə də qalxa bilməmişdir. Arzuya “ikimiz də bu binaya girə bilmərik, mən səni qaldırım, sən içəri keç, mən də çöldə gözləyim, sən radiatorları açıb aşağı at, mən də götürüm” demiş, Arzu da razılaşıb binaya daxil olmuşdur. Arzu 5 ədəd istilik radiatorunu açıb pəncərədən yerə tullamış, o da həmin radiatorları aşağıda bir yerə yığmışdır. Arzu çölə çıxdığında ona “sən dincəl mən avtomobil tapacam” demiş və yola çıxaraq yoldan bir təhər yük avtomobili tapıb gətirmişdir. İstilik radiatorlarını yük avtomobilinə yükləyib aparıb Elməddinə satmışlar. Bunun qarşılığında aldıqları pulu aralarında bölüb xərcləmişlər. Möhsün və İsa Estetik mərkəzindən istilik radiatorlarını oğurlayanda yanlarında olub. Təkrar Uşaq kitabxanasından oğurluq edəndə Arzu ilə tək olub. Çünki artıq xərcimiz çıxamasın, istilik radiatorlarının qarşılığında aldıqları pulu iki yerə bölmələri üçün Arzu ilə əvvəlcədən razılaşmışlar. Oğurluq barədə Möhsünə və İsaya “köhnə binadır, orada istilik radiatorları var, Arzu ilə ora yığmışıq, kömək lazımdır” dediyində Möhsün ondan “ora haradan girmisiniz?” soruşmuş və o Möhsünə “köhnə binadır, arxadan girmişik” demişdir. İsa da “problem olmaz, kimsə nəsə söz deməz?” soruşmuş, İsaya “mənlikdir, həm köhnə binadır, nə ola bilər ki” cavabını vermişdir. Onlara “kömək edin hərənizə 20 manat pul verəcəm” dediyində İsa və Möhsün onunla razılaşmışdır. Möhsün “onsuz ehtiyacım var, qızıma cehiz alacam, pulum çatmır” dediyində, Möhsünə “Arzu ilə danışarıq, istəsən əlavə pul verərik” demiş Möhsün də razılaşmışdır. Törətdiyi oğurluq əməlinə görə peşmandır. Borclarını ödəmək üçün oğurluq etmişdir. Vurulmuş ziyanı ödəmiş, 76 manat ziyanı ödəyə bilməmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs3 ifadəsində qeyd edilən cinayət əməlini törətməkdə özünü təqsirli bilərək göstərmişdir ki, ünvan 8 ünvanda yaşayır. Hal-hazırda Naxçıvan Şəhər İcra Hakimiyyətinin 6 saylı Mənzil İstismar İdarəsində çilingər işləyir. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 onun iş yoldaşıdır, onlar İdarədə fəhlə işləyir. Təqsirləndirilən şəxs4 da iş yoldaşıdır. Özü 20 ildən çoxdur ki Naxçıvan Şəhər İcra Hakimiyyətinin 6 saylı Mənzil İstismar İdarəsində çilingər işləyir. 2023-cü ilin mart ayının əvvəllərində İdarədə iş yoldaşı İsa ilə oturub çay içdikləri zaman Atanın onların yanına gəldiyini görmüş, İsaya “Ata nəyə gəlir?” soruşmuş, İsa da çiynini çəkib “bilmirəm” cavabını vermişdir. Ata gəlib stulda oturmuş, Ataya çay iç deyildiyində o da “tələsirəm. Arzu gedib yük avtomobili gətirə, sizin də köməyiniz lazımdır” demiş, İsa da “Ata, sözü fırlama de görək nə olub?” soruşduğunda Ata “köhnə estetik mərkəzinin istilik radiatorlarını sökmüşük, onları aparıb satacağıq, binadan çıxarmaq lazımdır” cavabını vermişdir. Atadan neçə ədəd olduğunu soruşduğunda ona “çoxdur, gücümüz çatmır” demiş və əlavə olaraq qeyd etmişdir ki, “narahat olmayın, adam başı 20 manat pul verəcəyəm, satandan sonra pulunuz çatacaq” demiş, İsa da ona “gedək kömək edək” demişdir. Həmin vaxt qızının xeyir işi qabaqdan gəldiyindən pula ehtiyacı olmuş və buna görə də Ataya “razıyam” demişdir. Şənbə günü olduğundan sakitçilik idi. Ata və İsa ilə birlikdə köhnə estetik mərkəzinin köhnə binasının arxasına getmişlər. Ata “istilik radiatorlarını bura yığmışıq” demiş və Atanın göstərdiyi istiqamətə baxdıqda binanın içərisindən istilik radiatorlarını söküb arxadan girdikləri pəncərənin yanına yığdıqlarını görmüşdür. Ata İsaya “istilik radiatorundan birini ver, qoyum bura” demiş, İsa da əlini atıb birini götürərək Ataya vermiş, Ata da istilik radiatorunu çölə qoyanda əlini atıb Ataya kömək etmişdir. Həmin vaxt Arzu yük avtomobili ilə ora gəlmiş, onlara “tələsin, tez avtomobilə yığaq kimsə görməsin” demişdir. Avtomobilin sürücüsü də orada olsa da kömək etməmiş, kənarda siqaret çəkmişdi. Arzu, İsa və Ata ilə birlikdə estetik mərkəzindən 15 ədəd istilik radiatorları götürüb avtomobilə yükləmişlər. Arzu “satıb pulunu sabah verəcəyik” demişdir. Arzu və Ata yük avtomobilinə minib getmişlər. Səhərisi gün, Ata və Arzu işə gəldiklərində onlardan “sata bildiniz?” deyə soruşmuş, Arzu da “satmışıq” demişdir. Onlara “qızımın xeyir işi olacaq, əlavə olaraq 50 manat borc verin” demiş, Arzu da Ata ilə danışıb istilik radiatorlarının pulundan 100 manat pul vermişlər, əlavə olaraq Ata ona 50 manat borc vermişdir. Arzu “İsaya 20 manat verdik, sənin qabaqda xeyir işin var ona görə sənə artıq pul verdik” demişdir. Həmin pulu aparıb qızının cehizinə vermişdir. Borcu çoxdur. 309 manat maaş alır. Qızına paltaryuyan maşını nisyə aldığından Ata ilə razılaşıb köhnə estetik mərkəzindən istilik radiatorlarını daşımaqda kömək edib. Qarşılığında 100 manat alıb. Həmin pulu paltaryuyanın borcuna verib. Ata deyəndən sonra köhnə estetik mərkəzinin binasına getmişdir. Köhnə estetik mərkəzinin binasından başqa heç bir binaya daxil olmayıb. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 birlikdə oğurluğu necə planlaşdırdıqlarını bilməyib. Sadəcə İsa ilə birlikdə razılaşıb istilik radiatorlarını estetik mərkəzindən yük avtomobilinə yükləyiblər. Pula ehtiyacı olduğundan Arzu və Ata ilə razılaşıb. İstilik radiatorlarının oğurluq olduğunu əvvəlcədən bilib. Pula ehtiyacı olduğundan başqa da heç kimə heç nə deməyib. Törətdiyi oğurluq əməlinə görə peşmandır. Vurulmuş ziyanı tam ödəmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs4 ifadəsində qeyd edilən cinayət əməlini törətməkdə özünü təqsirli bilərək göstərmişdir ki, ünvan 4 ünvanında yaşayır. Hal-hazırda Naxçıvan Şəhər İcra Hakimiyyətinin 6 saylı Mənzil İstismar İdarəsində süpürgəçi işləyir. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ilə eyni İdarədə işləyir. Onlarla arasında ədavət və düşmənçilik münasibəti yoxdur. Təqsirləndirilən şəxs3 2 ildir tanıyır. İş yoldaşıdır. 2023-cü ilin mart ayının əvvəllərində İdarədə iş yoldaşı Möhsün ilə oturub çay içdikləri vaxt Ata onların yanına gəlib “köhnə estetik mərkəzinin binasında istilik radiatorları var, kömək edin, onları maşına yükləyək” demiş, Atadan ora necə girmələrini soruşduqda, Ata “köhnə binadır, sən əsas de görüm, kömək edirsən?” demiş, Atadan “nə qədər verərsən?” soruşduğunda, Ata da “20 manat pul verəcəm” demişdir. Möhsün də “qızımın xeyir işi olacaq, pula ehtiyacım var” deyib razılaşmışdır. Ata “narahat olma, lazım olsa əlavə kömək edərik” demişdir. Möhsün Arzunun harada olduğunu soruşduğunda Ata “Arzu gedib yük avtomobili gətirsin” demişdir. Şənbə günü olduğundan sakitçilik idi. Ata ilə birlikdə köhnə estetik mərkəzinin köhnə binasının arxasına getmişlər. Ata əli ilə göstərərək “istlik radiatorlarını bura yığmışıq” demiş, Atanın göstərdiyi istiqamətə baxdıqda Ata ilə Arzunun binanın içərisindən istilik radiatorlarını söküb arxadan girdikləri pəncərənin yanına yığdıqlarını görmüşdür. O da həmin yerdən içəri düşmüşdür. Ata “istilik radiatorundan birini ver, qoyum bura” demiş, o əlini atıb radiatorlardan birini götürüb Ataya vermiş, Ata da çölə qoymuşdur. Möhsün də Ataya kömək etmişdir. Həmin vaxt Arzu yük avtomobili ilə ora gəlmişdir. Qazel markalı avtomobilin sürücüsünə baxmış lakin onu tanımamışdır. Arzu “tələsin, tez avtomobilə yığaq kimsə görməsin” demişdir. Arzu, Möhsün və Ata ilə birlikdə estetik mərkəzindən 15 ədəd istilik radiatorlarını götürüb avtomobilə yükləmişdir. Pulunu istədikdə Arzu “satıb pulunu verəcəyik” demişdir. Möhsünlə o orada qalmış, Arzu və Ata isə yük avtomobilinə minib getmişdir. Səhərisi gün, Ata və Arzu işə gəlmiş, nə etdiklərini soruşduqda Arzu çıxarıb ona 20 manat pul vermişdir. Təkcə köhnə estetik mərkəzinin binasından istilik radiatorlarını götürməkdə kömək edib. Başqa heç bir binaya daxil olmayıb. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 köhnə estetik mərkəzinin binasından oğurluq etdiklərini əvvəlcədən demişdir. Pula ehtiyacı olduğundan istilik radiatorlarını daşıyıb 20 manat pul alıb. Ancaq sonra bildiyinə görə Möhsün onlardan 50 manat borc istəmiş, Arzu və Ata da Möhsünə əlavə 80 manat vermiş, əlavə olaraq da 50 manat borc vermişdir. Möhsünün ehtiyacı olduğundan buna bir şey deməmişdir. Çünki Möhsünün qızına xeyir iş edəcəyini və pula ehtiyacının olacağını bilirdi. Törətdiyi oğurluq əməlinə görə peşmandır. Vurulmuş ziyanı tam ödəmişdir. Məhkəmə iclasında Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin nümayəndəsi Zərərçəkmiş şəxs3 ifadəsində bildirmişdir ki, Naxçıvan şəhəri, Babək məhəlləsində yerləşən və hazırda istifadə olunmayan köhnə Notariat və Qeydiyyat Şöbəsinin yerləşdiyi binasına münasibətdə binanın balans saxlayıcısı olmadığından zərərçəkmiş hüquqi şəxs qismində tanınmışdır. Çünki binanın balans saxlayıcısı olmadığından Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin nəzdindədir. Təqsirləndirilən şəxslər həmin binaya qanunsuz olaraq daxil olub oradan dəyəri 170 manat olan 2 ədəd Naxçıvan MR istehsalı olan 1,2 metrlik istifadə olunmuş istilik radiatorlarını və dəyəri 225 manat olan 3 ədəd Naxçıvan MR istehsalı olan bir metrlik istifadə olunmuş istilik radiatorlarını gizli yolla talayaraq zərərçəkmiş hüquqi şəxs Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinə 395 manat dəyərində maddi ziyan vurmuşdurlar. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 başqa digərləri vurulmuş ziyanı tam olaraq ödəmişdir. Zərərçəkmiş hüquqi şəxsin təqsirləndirilən şəxslərdən heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında Naxçıvan MR Mədəniyyət Nazirliyinin nümayəndəsi Zərərçəkmiş şəxs2 ifadəsində bildirmişdir ki, Naxçıvan şəhəri Babək məhəlləsində yerləşən, hazırda istifadə olunmayan köhnə Estetik Mərkəzinin, Naxçıvan şəhəri Babək məhəlləsində yerləşən, hazırda istifadə olunmayan A.Babayev adına Uşaq Kitabxanasına münasibətdə zərərçəkmiş hüquqi şəxs qismində idarə tanınmışdır. Təqsirləndirilən şəxslər Naxçıvan MR Mədəniyyət Nazirliyinin balansında olan, lakin hazırda istifadə olunmayan köhnə Estetik Mərkəzinin yerləşdiyi binaya qanunsuz olaraq daxil olub oradan dəyəri 360 manat olan 9 ədəd 8 gözlü istifadə olunmuş çuğun materiallı istilik radiatorlarını və dəyəri 360 manat olan 6 ədəd Naxçıvan MR istehsalı olan 1,5 metrlik istifadə olunmuş istilik radiatorlarını və borularını gizli yolla talayaraq 720,90 manat dəyərində, A.Babayev adına Uşaq Kitabxanasının köhnə binasına qanunsuz olaraq daxil olub oradan dəyəri 1100 manat olan 20 ədəd 8 gözlü istifadə olunmuş çuğun materiallı istilik radiatorlarını, dəyəri 30 manat olan bir ədəd 4 gözlü istifadə olunmuş çuğun materiallı istilik radiatorunu və borularını gizli yolla talayaraq zərərçəkmiş hüquqi şəxs Naxçıvan MR Mədəniyyət Nazirliyinə 1132 manat dəyərində olmaqla ümumilikdə 1852.90 (bir min səkkiz yüz əlli iki manat doxsan qəpik) maddi ziyan vurmuşdurlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, o A.Babayev adına Uşaq Kitabxanasında mühafizəçi işləyir. 2022-ci ilin noyabr ayına qədər həmin kitabxana Babək məhəlləsində yerləşirdi. Həmin vaxtdan sonra isə yeni tikilmiş binaya köçürülmüşdür. Yeni binaya köçsələr də əşyalar köhnə binada qalmışdı. Həmin binada istilik sistemi radiatrolar vasitəsilə təmin edilirdi. Binada fərdi qazanxana olmasa da Babək məhəlləsində yerləşən qazanxana sisteminə qoşulmuşdu. İnzibati binada fəaliyyət göstərməsələr də arada bir lazım olduqca gediş-gəliş olubdur. 2023-cü ilin mart ayında köhnə binaya gedəndə radiatroların yerində olmadığını görmüşdür. Bütün otaqlarda radiatorlar yox idi. Bu barədə direktor Zərərçəkmiş şəxs2 məlumat vermiş, o da Mədəniyyət Nazirliyinə məlumat vermişdir. Bunda sonra polis əməkdaşları binaya baxış keçirmişdilər. Təsərrüfat müdiri Şahid3la söhbət edəndə 20 ədəd 8 gözlü bir ədəd 4 gözlü istilik radiatorları oğurlandığını öyrənibdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində bildirmişdir ki, A.Babayev adına Uşaq Kitabxanasının təsərrüfat müdiri işləyir. Həmin kitabxanda 8 ildir ki, işləyir. 2022-ci ilin noyabr ayına qədər həmin kitabxana Babək məhəlləsində yerləşirdi. Həmin vaxtdan sonra isə yeni tikilmiş binaya köçürülmüşdür. Yeni binaya köçsələr də əşyalar köhnə binada qalmışdı. Həmin binada istilik sistemi radiatrolar vasitəsilə təmin edilirdi. Binada fərdi qazanxana olmasa da Babək məhəlləsində yerləşən qazanxana sisteminə qoşulmuşdu. İnzibati binada fəaliyyət göstərməsələr də arada bir lazım olduqca gediş-gəliş olubdur. 2023-cü ilin mart ayında köhnə binaya gedəndə radiatroların yerində olmadığını görmüşdür. Bütün otaqlarda radiatorlar yox idi. Bu barədə direktor Zərərçəkmiş şəxs2 məlumat vermiş, o da Mədəniyyət Nazirliyinə məlumat vermişdir. Bunda sonra polis əməkdaşları binaya baxış keçirmişdilər. Məlum oldu ki, 20 ədəd 8 gözlü bir ədəd 4 gözlü istilik radiatorları oğurlanıbdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, ünvan 9 ünvanda yaşayır. Yaşadığı evin yanında boş ərazi var. Şahid4 həmin sahəni kirayəyə götürüb həyəti köhnə tikinti materiallarını qəbul yeri kimi istifadə edir. O Etibarın yanında işləyir. Dəmir qəbul edib, çəki ilə alır. 2023-cü ilin mart ayında işdə olanda Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 yanına yük avtomobili ilə gəlmişdir. Onların gəldiyi yük avtomobilinin sürücüsünü tanımır. Təqsirləndirilən şəxs2 armatur düzəldən İslama görə tanıyır, İslamla birlikdə bir-iki dəfə onların yanına gedib. Təqsirləndirilən şəxs1 də Ataya görə tanıyır. Onlarla arasında ədavət və düşmənçilik münasibəti yoxdur. Ata və Arzu onun işlədiyi yerə 3 dəfə gəlib. Hər dəfə gələndə istilik radiatorlarını gətirib çəki ilə satıblar. İşdə olanda Ata “yük avtomobilin arxasında 15 ədəd isitilik radiatorları var” demiş və o radiatorlara baxmışdır. Radiatorların 9 ədədi çuğun, 6-sı isə metrlik Naxçıvan istehsalı istilik radiatoru idi. 10 tonluq avtomobil tərəzisi var. Yük maşınını tərəzinin üstünə çıxarıb çəkmişlər. Yüklə birlikdə avtomobil çəkilmiş, sonra yükü boşaldıb avtomobilin boş halda çəkisini çəkmişdir. Avtomobilin tarasını çıxandan sonra yükün çəkisi ortaya çıxmış və gələn çəkiyə görə onlara pul vermişdir. Ancaq nə qədər pul verdiyini xatırlamır. Radiatorların bir gözünün çəkisi orta hesabla 8 kq edir. Arzu ilə Ata onun işlədiyi yerə 3 dəfə gəlib və hər dəfə gələndə fərqli yük maşını olub. Bundan əlavə onların dəmir, turba sim də gətirib. Say olaraq xatırlamır. Ancaq bir neçə dəfə satmaq üçün istilik radiatorları gətirib. Həmin radiatorların oğurluq olması barədə heç nə bilməyib. İstintaq zamanı istilik radiatorlarını Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 oğurladığı barədə məlumatı olub. Ata və Arzu istilik radiatorlarını birinci gətirəndə şübhlənməyib. İkinci dəfə Ata və Arzu istilik radiatorlarını satmaq üçün gətirəndə şübhələnib onlardan “bu radiatorları haradan almısınız?” deyə soruşmuş, onlar da cavabında “6 saylı Mİİ-də işləyirik, bizim işlədiyimiz ərazidə binalarda təmir gedir, radiatorlar da köhnə olduğundan bizə veriblər, bizdə satmaq istəyirik” cavabını veriblər, o da inanıb. Çünki həmin vaxt gətirilən istilik radiatorlarının hamısı kəsik vəziyyətdə, yarasız vəziyyətdə olub. İstilik radiatorlarının haradan gətirildiyini bilməyib. Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 tanımır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində bildirmişdir ki, ünvan 10 ünvanda yaşayır. Yaşadığı döngədə boş ərazi var, oranı kirayə götürüb köhnə tikinti materiallarını qəbul yeri kimi istifadə edir. Şahid2 da onun yanında işçidir. Halhazırda onların dəmir alan yeri kardon sexi adlanan yerinə yanına köçürülmüşdür. Dəmirləri qəbul edib çəkil ilə alırlar. Hər gün özü işdə olur, ora nə qədər dəmir gətirilir bilir, çox müştər gəlir deyə hər mal gətirən yadında qalmır. Arzu və Ata istilik radiatorlarını gətirib Elməddinə satıblar, o xatırlamır. Oğurluq hadisəsini polis tərəfindən aşkar olunandan sonra bilmişdir. Sonra Elməddindən soruşmuş, o da bir neçə dəfə iki nəfər şəxsin ona istilik radiatorları satdığını deyiblər. Oğurluq edən şəxslərin heç birini tanımır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində bildirmişdir ki, Babək rayon A.Uzunoba kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayır. Hazırda ünvan 12 işləyir. 3 saylı Notariat ofisinin köhnə binası Naxçıvan şəhəri Babək məhəlləsində A.Babayev adına Naxçıvan MR Uşaq kitabxanasının köhnə binasının yanında yerləşir. Notariat ofis Naxçıvan şəhəri H.Əliyeva adına tam orta məktəblə üzbəüz tikilmiş yeni inzibati binada fəaliyyət göstərir. 3 saylı Notariat ofisinin yerləşdiyi köhnə binada qeydiyyat şöbəsi də fəaliyyət göstərirdi. Köhnə Notariat və qeydiyyat şöbəsinin yerləşdiyi köhnə binanın istilik sistemi radiatorlar vasitəsilə təmin edilirdi. Həmin istilik radiatorları Naxçıvan istehsalı idi. Həmin radiatorların 2 ədəd 1,20 metrlik, qalan radiatorlar isə bir metrlik idi. Ümumilikdə həmin köhnə binada 5 ədəd istilik radiatoru olmuşdu. 2023-cü ilin aprel ayının ortalarında köhnə binadakı 5 ədəd Naxçıvan istehsalı istilik radiatorlarının oğurlanması barədə xəbər alıb. Radiatorların kim tərəfindən necə oğurlanması barədə heç nə bilmir. 6 saylı Mİİ-nin işçiləri tərəfindən həmin radiatorların oğurlandığını eşidib. 6 saylı Mİİ-nin işçilərini - Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 tanımır, onlarla arasında ədavət, düşmənçilik və qohumçuluq münasibəti yoxdur. İstintaq zamanı Təqsirləndirilən şəxs2 məhkumluğunun olub-olmamasını müəyyən etmək məqsədilə Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin ƏSİŞ-nə müvafiq tələbnamə göndərilmiş və alınmış cavabda Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmadığı göstərilmişdir. İstintaq zamanı Təqsirləndirilən şəxs3 məhkumluğunun olub-olmamasını müəyyən etmək məqsədilə Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin ƏSİŞ-nə müvafiq tələbnamə göndərilmiş və alınmış cavabda Təqsirləndirilən şəxs3 əvvəllər məhkum olunmadığı göstərilmişdir. İstintaq zamanı Təqsirləndirilən şəxs4 məhkumluğunun olub-olmamasını müəyyən etmək məqsədilə Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin ƏSİŞ-nə müvafiq tələbnamə göndərilmiş və alınmış cavabda Təqsirləndirilən şəxs4 əvvəllər məhkum olunmadığı göstərilmişdir. İstintaq zamanı Təqsirləndirilən şəxs1 məhkumluğunun olub-olmamasını müəyyən etmək məqsədilə Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin ƏSİŞ-nə müvafiq tələbnamə göndərilmiş və alınmış cavabda Təqsirləndirilən şəxs1 Bakı Şəhər Nizami Rayon Polis İdarəsində barəsində Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanıldığını, Nizami Rayon Məhkəməsi tərəfindən xx.xx.2014-cü ildə Azərbaycan Respublikası CM-nin 177.2.2 və 29,177.2.2-ci maddələri ilə 03 il 06 ay azadlıqdan məhrum etmə cəzasının verildiyini, xx.xx.2016-cı ildə Azərbaycan Respublikası CM-nə dəyişiklik edilməsi barədə xx.xx.2016-cı il tarixli Qanununa əsasən CM-nin 29,177.2.2-ci maddəsi xaric olunub, CM-nin 177.2.2-ci maddəsi 177.1-ci maddəsinə tövsif edilərək 02 il azadlıqdan məhrum etmə cəzasına təyin edilib və cəza çəkdiyi üçün də azad olunduğu göstərilmişdir. Həmçinin tələbnamədə xx.xx.2018-ci ildə Türkiyə Respublikası Küçük Çekmece 1 X8 tərəfindən “yağma” TCQ 149/1.d.3 maddəsi ilə həbs edildiyi, Türkiyə Respublikası Bakırköy 10 Ağır Cəza Məhkəməsinin hökmü ilə 11 il 08 ay həbs edildiyi, Maltepe cəza evində və Giresun Espiye L tipi qapalı cəza infaz qurumuna cəza çəkdiyi və cəzasının hələ də üzərində olduğu göstərilmişdir. Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsinin sansiyasında iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulduğundan həmin cinayət təsnifatına görə böyük ictimai təhlükə törətməyən cinayət sayılır. Azərbaycan Respublikası CM-nin 83.3.2-1-ci maddəsində göstərilir ki, böyük ictimai təhlükə törətməyən cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Təqsirləndirilən şəxs1 əvvəllər qəsdən törətdiyi cinayətə görə 02 il müddətinə azadlıqdan məhrum etmə cəzası aldığından, xx.xx.2016-cı il tarixdə cəzasını çəkdiyinə görə azad olunmuşdur. Həmin müddətdən də bir il keçmişdir. Azərbaycan Respublikasının qanunvericiliyinə görə onun məhkumluğu ödənilmiş və götürülmüşdür. Lakin, Təqsirləndirilən şəxs1 Türkiyə Respublikası ərazisində törətdiyi cinayət görə cəzasını çəkməmiş və üzərində məhkumluğunun olduğu müəyyən edilmişdir. Göstərilən halla bağlı hər iki ölkənin qanunvericiliyinin nəzərə alınması ilə bağlı məsələyə hüquqi yanaşma ölkələr arasında olan hüquqi münasibətə əsaslanmalıdır. İstintaq zamanı bəzi məsələlərin əməliyyat yolu ilə aydınlaşdırılması və əməliyyat məlumatın əldə edilməsi məqsədilə 10 may 2023-cü il tarixdə Naxçıvan ŞPİ-nin CAŞ-nə əməliyyat tapşırığı verilmiş və alınmış cavabda keçirilən əməliyyat tədbirləri nəticəsində müsbət nəticənin əldə edilmədiyi göstərilmişdir. İstintaq zamanı A.Babayev adına Uşaq kitabxanasının köhnə binasına hal şahidlərinin və digər iştirakçılarla birlikdə baxış keçirilmiş, baxış zamanı müəyyən edilmişdir ki, A.Babayev adına Uşaq kitabxanasının köhnə binasından 20 ədəd 8 gözlü, bir ədəd 4 gözlü çuğun materialından hazırlanmış, ümumilikdə 21 ədəd istilik radiatorları və 1,5 metrlik 20-lik plastik boruları oğurlanmışdır. İş üçün əhəmiyyətli olduğundan baxış zamanı hadisə yerinin fotoşəkilləri çəkilmiş və protokola əlavə edilmişdir. İstintaq zamanı köhnə notariat və qeydiyyat şöbəsinin binasına hal şahidlərinin və digər iştirakçılarla birlikdə baxış keçirilmiş, baxış zamanı müəyyən edilmişdir ki, həmin köhnə binadan 5 ədəd istilik radiatoru, yəni 2 ədəd 1,20 metrlik uzunluğundan və 3 ədəd bir metrlik uzunluğundan olan Naxçıvan istehsalı radiatorlar oğurlanmışdır. İş üçün əhəmiyyətli olduğundan baxış zamanı hadisə yerinin fotoşəkilləri çəkilmiş və protokola əlavə edilmişdir. İstintaq zamanı köhnə estetik mərkəzinin binasına hal şahidlərinin və digər iştirakçılarla birlikdə baxış keçirilmiş, baxış zamanı müəyyən edilmişdir ki, həmin köhnə binadan 15 ədəd istilik radiatorunun, 9 ədəd 8 gözlü istifadə olunmuş çuğun radiatorun və 6 ədəd 1,5 metrlik uzunluğundan, istifadə olunmuş Naxçıvan istehsalı radiatorlar oğurlanmışdır. İş üçün əhəmiyyətli olduğundan baxış zamanı hadisə yerinin fotoşəkilləri çəkilmiş və protokola əlavə edilmişdir. İstintaq zamanı ********* nömrəli cinayət işi üzrə A.Babayev adına Uşaq kitabxanasının köhnə binasından oğurlanan 20 ədəd 8 gözlü, bir ədəd 4 gözlü çuğun materialından hazırlanmış istilik radiatorlarının və 1,5 metrlik 20-lik plastik borunun orta bazar qiymətinin müəyyən edilməsi məqsədilə 22 may 2023-cü il tarixdə məhkəmə əmtəəşünaslıq ekspertizası təyin edilmiş və Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzdən alınmış 14 iyun 2023-cü il tarixli 509 saylı ekspert rəyində 8 gözlü istifadə olunmuş çuğun radiatorun bir ədədinin orta bazar qiymətinin nəzəri hesablama yolu ilə təxminən 55 manat olmaqla, 20 ədədinin 1100 manat, 4 gözlü istifadə olunmuş çuğun radiatorun bir ədədinin orta bazar qiymətinin nəzəri hesablama yolu ilə təxminən 30 manat və bir metrlik istifadə olunmuş 20-lik plastik borunun orta bazar qiymətinin nəzəri hesablama yolu ilə təxminən 2 manat olduğu göstərilmişdir. İstintaq zamanı ********* nömrəli cinayət işi üzrə köhnə notariat və qeydiyyat şöbəsinin binasından oğurlanan 5 ədəd istilik radiatorunun, yəni 2 ədəd 1,20 metrlik uzunluğundan və 3 ədəd bir metrlik uzunluğundan olan Naxçıvan istehsalı radiatorların orta bazar qiymətinin müəyyən edilməsi məqsədilə 22 may 2023-cü il tarixdə məhkəmə əmtəəşünaslıq ekspertizası təyin edilmiş və Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzdən alınmış 14 iyun 2023-cü il tarixli 510 saylı ekspert rəyində 1,20 metrlik uzunluğundan, istifadə olunmuş Naxçıvan istehsalı radiatorun bir ədədinin orta bazar qiymətinin nəzəri hesablama yolu ilə təxminən 85 manat olmaqla, 2 ədədinin 170 manat, bir metr uzunluğunda istifadə olunmuş Naxçıvan istehsalı radiatorun bir ədədinin orta bazar qiymətinin nəzəri hesablama yolu ilə təxminən 75 manat olmaqla 225 manat müəyyən edildiyi göstərilmişdir. İstintaq zamanı ********* nömrəli cinayət işi üzrə köhnə estetik mərkəzinin binasından oğurlanan 9 ədəd 8 gözlü çuğun materialından hazırlanmış istilik radiatorlarının və 6 ədəd Naxçıvan istehsalı 1,5 metrlik radiatorların orta bazar qiymətinin müəyyən edilməsi məqsədilə 14 avqust 2023-cü il tarixdə məhkəmə əmtəəşünaslıq ekspertizası təyin edilmiş və Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzdən alınmış 13 sentyabr 2023-cü il tarixli 803 saylı ekspert rəyində 8 gözlü istifadə olunmuş çuğun radiatorun bir ədədinin orta bazar qiymətinin nəzəri hesablama yolu ilə təxminən 40 manat olmaqla, 9 ədədinin 360 manat, 1,5 metrlik uzunluğundan, istifadə olunmuş Naxçıvan istehsalı radiatorun bir ədədinin orta bazar qiymətinin nəzəri hesablama yolu ilə təxminən 60 manat olmaqla, 6 ədədinin 360 manat, istifadə olunmuş 1,5 metrlik plastmas materialdan hazırlanmış 20-lik borunun 0,90 manat olduğu, ümumi dəyərin 720, 90 manat olduğu göstərilmişdir. İstintaq zamanı təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 birlikdə müdafiəçilərin iştirakı ilə cinayət hadisəni törədən zaman istifadə etdikləri bir ədəd plastik boru açan qayçını və bir ədəd qaz açarını təqdim etdiyindən, müdafiəçilərin iştirakları ilə bir ədəd plastik boru açan qayçı və bir ədəd qaz açarı prosessual qaydada götürülmüşdür. İş üçün əhəmiyyətli olduğundan cinayət işi üzrə bir ədəd plastik boru açan qayçı və bir ədəd qaz açarı maddi sübut hesab edilmişdir. İstintaq zamanı təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 adına hər hansı bir daşınmaz əmlakın və torpaq sahəsinin olub-olmaması ilə bağlı Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinə sorğu verilmiş və həmin Xidmətdən alınmış 26 sentyabr 2023-cü il tarixli 03/620 nömrəli cavabda Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 adına daşınmaz əmlakın olmadığı, Təqsirləndirilən şəxs4 adına xx.xx.2011-ci il tarixdə Naxçıvan şəhəri 56-cı məhəllə 1/3B ünvanında 200 m2 olan həyatyanı torpaq sahəsinin qeydiyyatda alındığı, Təqsirləndirilən şəxs4 adına Kəngərli rayon Qarabağlar kəndində torpağa mülkiyyət hüququna dair JN-117 nömrəli Dövlət aktı əsasında 1252,22 m2 kənd təsərrüfatı təyinatlı, torpağın mülkiyyətə verilməsinə dair JN- 1557A nömrəli Şəhadətnamə əsasında 1434,15 m2 həyatyanı torpaq sahələri verildiyi, Təqsirləndirilən şəxs3 adına xx.xx.2012-ci il tarixdə ünvan 14 ünvanında 304 m2 torpaq sahəsinin yerləşdiyi, ümumi sahəsi 68,58 m2 olan fərdi yaşayış evinin qeydiyyat alındığı göstərilmişdir. İstintaq zamanı təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 vergi ödəyicisi olub-olmaması ilə bağlı Naxçıvan Muxtar Respublikasının Dövlət Vergi Xidmətinə sorğu verilmiş və həmin Xidmətdən alınmış cavabda Təqsirləndirilən şəxs1 (VÖEN **********) xx.xx.2022-ci il tarixdə vergi ödəyicisi kimi Naxçıvan Şəhər Vergi İdarəsində qeydiyyatdan keçdiyi, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 vergi ödəyicisi kimi qeydiyyatda olmadığı göstərilmişdir. İstintaq zamanı Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 adına hər hansı bir nəqliyyat vasitəsinin olub-olmaması ilə bağlı Naxçıvan Muxtar Respublikası DİN-nin DYPİ-nə sorğu verilmiş və həmin İdarədən alınmış cavabda Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 adına heç bir avtomobilin qeydiyyatda olmadığı, Təqsirləndirilən şəxs3 adında Vaz 21074 markalı **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobilin qeydiyyatda durduğu göstərilmişdir Naxçıvan Şəhər İcra Hakimiyyətinin 1 saylı Mənzil İstismar İdarəsindən alınmış xasiyyətnamədə Təqsirləndirilən şəxs1 ünvan 1 ünvanında qeydiyyatda olduğu göstərilmişdir. Həmin Mİİ-dən verilmiş xasiyyətnamədə Təqsirləndirilən şəxs1 yaşadığı müddətdə özünü nizamlı apardığı, ictimai işlərdə yaxından iştirak etdiyi, onun barəsində heç bir şikayət daxil olmadığı, ərazidə tapşırılan işləri vicdanla yerinə yetirdiyi göstərilmişdir. Naxçıvan Şəhər İcra Hakimiyyətinin 4 saylı Mənzil İstismar İdarəsindən alınmış xasiyyətnamədə Təqsirləndirilən şəxs2 ünvan 2 ünvanında qeydiyyatda olduğu göstərilmişdir. Həmin Mİİ-dən verilmiş xasiyyətnamədə Təqsirləndirilən şəxs2 yaşadığı müddətdə onun barəsində heç bir şikayət daxil olmadığı göstərilmişdir. Naxçıvan Şəhər İcra Hakimiyyətinin 6 saylı Mənzil İstismar İdarəsində alınmış xasiyyətnamədə işlədiyi müddətdə işçilərlə mehriban olduğu, işçilərinin hörmətini qazandığı, görülən işlərdə fəal iştirak etdiyi, verilən tapşırıqları vaxtında yerinə yetirdiyi, ictimai tədbirlərdə iştirak etdiyi göstərilmişdir. ünvan 15nmış xasiyyətnamədə Təqsirləndirilən şəxs3 ünvan 3 ünvanında qeydiyyatda olduğu göstərilmişdir. Həmin nümayəndəlikdən verilmiş xasiyyətnamədə Təqsirləndirilən şəxs3 yaşadığı müddətdə onun barəsində heç bir şikayət daxil olmadığı, özünün nizam intizamına görə qonşular arasında böyük hörmət qazandığı göstərilmişdir. Naxçıvan Şəhər İcra Hakimiyyətinin 6 saylı Mənzil İstismar İdarəsində alınmış xasiyyətnamədə işlədiyi müddətdə işçilərlə mehriban olduğu, işçilərinin hörmətini qazandığı, görülən işlərdə fəal iştirak etdiyi, verilən tapşırıqları vaxtında yerinə yetirdiyi, ictimai tədbirlərdə iştirak etdiyi göstərilmişdir. ünvan 4 ünvanında yaşayan; ünvan 15nmış xasiyyətnamədə Təqsirləndirilən şəxs4 Naxçıvan şəhəri 56-cı məhəllə ev 4 ünvanında qeydiyyatda olduğu göstərilmişdir. Həmin nümayəndəlikdən verilmiş xasiyyətnamədə Təqsirləndirilən şəxs4 yaşadığı müddətdə onun barəsində heç bir şikayət daxil olmadığı, özünün nizam intizamına görə qonşular arasında böyük hörmət qazandığı göstərilmişdir. Naxçıvan Şəhər İcra Hakimiyyətinin 6 saylı Mənzil İstismar İdarəsində alınmış xasiyyətnamədə işlədiyi müddətdə işçilərlə mehriban olduğu, işçilərinin hörmətini qazandığı, görülən işlərdə fəal iştirak etdiyi, verilən tapşırıqları vaxtında yerinə yetirdiyi, ictimai tədbirlərdə iştirak etdiyi göstərilmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən- hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən- Hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “X4 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmək, həmin sübutları mübahisələndirmək imkanına malik olmuşdur. Təqsirləndirilən şəxsin əleyhinə olan sübutlara etiraz etmək və onları mübahisələndirmək üçün məhkəmə prosesində ona imkan yaradılmışdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Məhkəmənin qarşısında duran başlıca vəzifə - təqsirləndirilən şəxs tərəfindən törədilmiş əməlin düzgün tövsif edilməsindən ibarətdir. Bu səbəbdən də məhkəmə ittihama daxil olan cinayət əməlinin təhlil edilməsini zəruri hesab edir. Məhkəmə cinayət təqibi üzrə toplanmış sübutları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara məcmu halda qiymət verərək təqsirləndirilən şəxslər tərəfindən törədilmiş əməlin hüquqi tövsifi məsələsini də həll etmişdir. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli qərarının 1ci bəndində göstərilmişdir ki, qanuna görə talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Sözügedən qərarın 2-ci bəndində göstərilmişdir ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdiyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Həmçinin qərarın 7-ci bəndində göstərilmişdir ki, təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq cinayəti bitmiş hesab edilir. Məhkəmə istintaqında obyektiv araşdırılmış mötəbər sübutlar əsasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 zərərçəkmiş hüquqi şəxsə məxsus əmlakı və pul vəsaitini gizli şəkildə təkrar talayaraq zərərçəkmiş şəxslərə xeyli miqdarda ziyan vurmaqla oğurluq cinayətini törətmişdir. Belə ki, cinayət işinin materialları və məhkəmə istintaqında araşdırılmış mötəbər sübutlar əsasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 qabaqcandan əlbir olan bir qrup şəxs halında qanunsuz olaraq binaya daxil olub təkrar oğurluq etmişdir. Belə ki, o, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 ilə qabaqcadan cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında 2023-ci ilin mart ayının 4-də Naxçıvan şəhəri Babək məhəlləsində yerləşən, Naxçıvan MR Mədəniyyət Nazirliyinin balansında olan, lakin hazırda istifadə olunmayan köhnə Estetik Mərkəzinin yerləşdiyi binaya qanunsuz olaraq daxil olub oradan dəyəri 360 manat olan 9 ədəd 8 gözlü istifadə olunmuş çuğun materiallı istilik radiatorlarını və dəyəri 360 manat olan 6 ədəd Naxçıvan MR istehsalı olan 1,5 metrlik istifadə olunmuş istilik radiatorlarını və borularını gizli yolla talayaraq zərərçəkmiş hüquqi şəxsə 720,90 manat dəyərində maddi ziyan vurmuşdur. Bundan başqa o, təkrar Təqsirləndirilən şəxs2 ilə qabaqcadan cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında 2023-ci ilin mart ayının 11-də Naxçıvan şəhəri Babək məhəlləsində yerləşən, Naxçıvan MR Mədəniyyət Nazirliyinin balansında olan, lakin hazırda istifadə olunmayan A.Babayev adına Uşaq Kitabxanasının köhnə binasına qanunsuz olaraq daxil olub oradan dəyəri 1100 manat olan 20 ədəd 8 gözlü istifadə olunmuş çuğun materiallı istilik radiatorlarını, dəyəri 30 manat olan bir ədəd 4 gözlü istifadə olunmuş çuğun materiallı istilik radiatorunu və borularını gizli yolla talayaraq zərərçəkmiş hüquqi şəxsə 1132 manat dəyərində maddi ziyan vurmuşdurlar. Bundan başqa o, təkrar Təqsirləndirilən şəxs2 ilə qabaqcadan cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında 2023-ci ilin mart ayının 18-də Naxçıvan şəhəri Babək məhəlləsində yerləşən, balansaxlayıcısı olmayan, buna görə də dövlət əmlakına nəzarət edən Naxçıvan MR İqtisadiyyat Nazirliyinin nəzarətində olan, lakin hazırda istifadə olunmayan köhnə Notariat və Qeydiyyat Şöbəsinin yerləşdiyi binaya qanunsuz olaraq daxil olub oradan dəyəri 170 manat olan 2 ədəd Naxçıvan MR istehsalı olan 1,2 metrlik istifadə olunmuş istilik radiatorlarını və dəyəri 225 manat olan 3 ədəd Naxçıvan MR istehsalı olan bir metrlik istifadə olunmuş istilik radiatorlarını gizli yolla talayaraq zərərçəkmiş hüquqi şəxsə 395 manat dəyərində maddi ziyan vurmuşdurlar. Təqsirləndirilən şəxs2 qabaqcandan əlbir olan bir qrup şəxs halında qanunsuz olaraq binaya daxil olub təkrar oğurluq etmişdir. Belə ki, o, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 ilə qabaqcadan cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında 2023-ci ilin mart ayının 4-də Naxçıvan şəhəri Babək məhəlləsində yerləşən, Naxçıvan MR Mədəniyyət Nazirliyinin balansında olan, lakin hazırda istifadə olunmayan köhnə Estetik Mərkəzinin yerləşdiyi binaya qanunsuz olaraq daxil olub oradan dəyəri 360 manat olan 9 ədəd 8 gözlü istifadə olunmuş çuğun materiallı istilik radiatorlarını və dəyəri 360 manat olan 6 ədəd Naxçıvan MR istehsalı olan 1,5 metrlik istifadə olunmuş istilik radiatorlarını və borularını gizli yolla talayaraq zərərçəkmiş hüquqi şəxsə 720,90 manat dəyərində maddi ziyan vurmuşdurlar. Bundan başqa o, təkrar Təqsirləndirilən şəxs1 ilə qabaqcadan cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında 2023-ci ilin mart ayının 11-də Naxçıvan şəhəri Babək məhəlləsində yerləşən, Naxçıvan MR Mədəniyyət Nazirliyinin balansında olan, lakin hazırda istifadə olunmayan A.Babayev adına Uşaq Kitabxanasının köhnə binasına qanunsuz olaraq daxil olub oradan dəyəri 1100 manat olan 20 ədəd 8 gözlü istifadə olunmuş çuğun materiallı istilik radiatorlarını, dəyəri 30 manat olan bir ədəd 4 gözlü istifadə olunmuş çuğun materiallı istilik radiatorunu və borularını gizli yolla talayaraq zərərçəkmiş hüquqi şəxs Naxçıvan MR Mədəniyyət Nazirliyinə 1132 manat dəyərində maddi ziyan vurmuşdurlar. Bundan başqa o, təkrar Təqsirləndirilən şəxs1 ilə qabaqcadan cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında 2023-ci ilin mart ayının 18-də Naxçıvan şəhəri Babək məhəlləsində yerləşən, balans saxlayıcısı olmayan, Naxçıvan MR İqtisadiyyat Nazirliyinin nəzarətində olan, lakin hazırda istifadə olunmayan köhnə Notariat və Qeydiyyat Şöbəsinin yerləşdiyi binaya qanunsuz olaraq daxil olub oradan dəyəri 170 manat olan 2 ədəd Naxçıvan MR istehsalı olan 1,2 metrlik istifadə olunmuş istilik radiatorlarını və dəyəri 225 manat olan 3 ədəd Naxçıvan MR istehsalı olan bir metrlik istifadə olunmuş istilik radiatorlarını gizli yolla talayaraq zərərçəkmiş hüquqi şəxsə 395 manat dəyərində maddi ziyan vurmuşdurlar. Təqsirləndirilən şəxs3 qabaqcandan əlbir olan bir qrup şəxs halında qanunsuz olaraq binaya daxil olub oğurluq etmişdir. Belə ki, o, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs2 ilə qabaqcadan cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında 2023-ci ilin mart ayının 4-də Naxçıvan şəhəri Babək məhəlləsində yerləşən, Naxçıvan MR Mədəniyyət Nazirliyinin balansında olan, lakin hazırda istifadə olunmayan köhnə Estetik Mərkəzinin yerləşdiyi binaya qanunsuz olaraq daxil olub oradan dəyəri 360 manat olan 9 ədəd 8 gözlü istifadə olunmuş çuğun materiallı istilik radiatorlarını və dəyəri 360 manat olan 6 ədəd Naxçıvan MR istehsalı olan 1,5 metrlik istifadə olunmuş istilik radiatorlarını və borularını gizli yolla talayaraq zərərçəkmiş hüquqi şəxsə 720,90 manat dəyərində maddi ziyan vurmuşdurlar. Təqsirləndirilən şəxs4 qabaqcandan əlbir olan bir qrup şəxs halında qanunsuz olaraq binaya daxil olub oğurluq etmişdir. Belə ki, o, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 ilə qabaqcadan cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında 2023-ci ilin mart ayının 4-də Naxçıvan şəhəri Babək məhəlləsində yerləşən, Naxçıvan MR Mədəniyyət Nazirliyinin balansında olan, lakin hazırda istifadə olunmayan köhnə Estetik Mərkəzinin yerləşdiyi binaya qanunsuz olaraq daxil olub oradan dəyəri 360 manat olan 9 ədəd 8 gözlü istifadə olunmuş çuğun materiallı istilik radiatorlarını və dəyəri 360 manat olan 6 ədəd Naxçıvan MR istehsalı olan 1,5 metrlik istifadə olunmuş istilik radiatorlarını və borularını gizli yolla talayaraq zərərçəkmiş hüquqi şəxsə 720,90 manat dəyərində maddi ziyan vurmuşdurlar. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək, həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrində, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayətin bütün əlamətləri var. Həmin cinayət hadisəsi həqiqətən baş vermiş, ona ibtidai istintaq orqanı tərəfindən düzgün hüquqi qiymət verilmiş və cinayət hadisəsi məhz Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 tərəfindən törədilmişdir. Həmçinin bu cinayətin törədilməsində onlar təqsirlidir. Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 cinayət əməlini qəsdən törətmişdir. Onların əməli başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə az ağır cinayət kateqoriyasına aiddir. Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 17 mart 2011-ci il tarixli Qərarı). “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. Sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş olsun, bununla sosial balans pozulmuş olsun və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. Azərbaycan Respublikasının CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddəsinə əsasən oğurluğun qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi, təkrar törədilməsi və yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədilməsi maddələri üzrə sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulur. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla, daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 təqsirli bilindiyi maddənin sanksiyasında nəzərə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi qanuni, əsaslı və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərinə uyğundur. Azərbaycan Respublikası CM-in 59.2-ci maddəsinə görə cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-ci-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını məsuliyyəti yüngülləşdirən hal kimi müəyyən edilmişdir. Təqsirləndirilən şəxs1 əməlində məsuliyyəti ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsində nəzərdə tutulmuş vəzifələrin yerinə yetirilməsi Təqsirləndirilən şəxs1 üzərinə qoyulmalı, bu cəzanın icrası onun faktiki yaşadığı yer- ünvan 1 üzrə Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinə həvalə edilməli və cəzaçəkmə müddətinin əvvəli həmin orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə müsbət xarakterizə olunması, əvvəllər məhkumluğunun olmaması və vurulmuş ziyanın əksər hissəsinin ödənilməsini məsuliyyəti yüngülləşdirən hal kimi müəyyən edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs2 əməlində məsuliyyəti ağırlaşdıran hal müəyyən etməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsində nəzərdə tutulmuş vəzifələrin yerinə yetirilməsi Təqsirləndirilən şəxs2 üzərinə qoyulmalı, bu cəzanın icrası onun faktiki yaşadığı yer- ünvan 2 üzrə Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinə həvalə edilməli və cəzaçəkmə müddətinin əvvəli həmin orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs3 yaşayış yeri üzrə müsbət xarakterizə olunması, əvvəllər məhkumluğunun olmaması və vurulmuş ziyanın ödənilməsini məsuliyyəti yüngülləşdirən hal kimi müəyyən edilmişdir. Təqsirləndirilən şəxs3 əməlində məsuliyyəti ağırlaşdıran hal yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsində nəzərdə tutulmuş vəzifələrin yerinə yetirilməsi Təqsirləndirilən şəxs3 üzərinə qoyulmalı, bu cəzanın icrası onun faktiki yaşadığı yer- ünvan 3 üzrə Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinə həvalə edilməli və cəzaçəkmə müddətinin əvvəli həmin orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs4 yaşayış yeri üzrə müsbət xarakterizə olunması, əvvəllər məhkumluğunun olmaması və vurulmuş ziyanın ödənilməsini məsuliyyəti yüngülləşdirən hal kimi müəyyən edilmişdir. Təqsirləndirilən şəxs4 əməlində məsuliyyəti ağırlaşdıran hal yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsində nəzərdə tutulmuş vəzifələrin yerinə yetirilməsi Təqsirləndirilən şəxs4 üzərinə qoyulmalı, bu cəzanın icrası onun faktiki yaşadığı yer- Naxçıvan şəhəri 56-cı məhəllə ev 4 üzrə Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinə həvalə edilməli və cəzaçəkmə müddətinin əvvəli həmin orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarı, eyni zamanda Azərbaycan Respublikası CPM-in 346.1 və 346.1.19-cu maddələrinin tələbləri baxımından maddi sübutlar məsələsinin necə həll edilməli olduğunu müzakirə edərək belə nəticəyə gəlir ki, maddi sübut kimi tanınan bir ədəd plastik boru açan qayçı və bir ədəd qaz açarı hökm qanuni qüvvəsini aldıqdan sonra müsadirə edilərək məhv edilməlidir. «Azərbaycan Respublikasının CM-nin dəyişikliklər edilməsi haqqında» 07 mart 2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə görə məhkəmə, hər bir cinayət işi üzrə CM-nin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli olan əmlakın olub-olmaması məsələsini həll etməlidir. Azərbaycan Respublikası CM-nin 99-1.1 və 99-1.1.1-ci maddələrinə əsasən məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunan əmlak hesab olunur. Məhkəmə xüsusi müsadirə ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, iş üzrə belə bir əmlak olmadığından təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə ilə bağlı müddəa tətbiq edilməməlidir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə həmçinin məhkəmə məsrəfinə münasibətdə hesab edir ki, Təqsirləndirilən şəxs1 məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Naxçıvan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi1 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Təqsirləndirilən şəxs2 məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Naxçıvan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi2 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Təqsirləndirilən şəxs3 məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Naxçıvan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi3 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Təqsirləndirilən şəxs4 məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Naxçıvan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi4 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Odur ki, Təqsirləndirilən şəxs1 göstərilmiş hüquqi xidmətə görə Naxçıvan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi1 məhkəmədə iştirak etdiyi 40 saata görə 240 manat Azərbaycan Respublikasının dövlət büdcəsi hesabından Naxçıvan şəhər Vəkil Bürosunun hesabına köçürülməlidir. Təqsirləndirilən şəxs2 göstərilmiş hüquqi xidmətə görə Naxçıvan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmədə iştirak etdiyi 40 saata görə 240 manat Azərbaycan Respublikasının dövlət büdcəsi hesabından Naxçıvan şəhər Vəkil Bürosunun hesabına köçürülməlidir. Təqsirləndirilən şəxs3 göstərilmiş hüquqi xidmətə görə Naxçıvan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi3 məhkəmədə iştirak etdiyi 40 saata görə 240 manat Azərbaycan Respublikasının dövlət büdcəsi hesabından Naxçıvan şəhər Vəkil Bürosunun hesabına köçürülməlidir. Təqsirləndirilən şəxs4 göstərilmiş hüquqi xidmətə görə Naxçıvan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi4 məhkəmədə iştirak etdiyi 40 saata görə 240 manat Azərbaycan Respublikasının dövlət büdcəsi hesabından Naxçıvan şəhər Vəkil Bürosunun hesabına köçürülməlidir. Şərh olunanlara və Azərbaycan Respublikası CPM-nin 44.1, 197-198, 341-349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 2 (iki) il 8 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş polisin nəzarət altına vermə qətmkan tədbiri hökm qanuni qüvvəsini aldıqdan sonra ləğv edilsin. Təqsirləndirilən şəxs1 üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-adək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Naxçıvan Muxtar Respublikasının ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs1 cəzasının icrası faktiki yaşadığı yer-ünvan 1 üzrə Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinə həvalə edilsin və cəzaçəkmə müddətinin əvvəli həmin orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cinayət işi üzrə maddi sübut olan bir ədəd plastik boru açan qayçı və bir ədəd qaz açarı hökm qanuni qüvvəsini aldıqdan sonra müsadirə edilərək məhv edilməlidir. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 2 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş polisin nəzarət altına vermə qətmkan tədbiri hökm qanuni qüvvəsini aldıqdan sonra ləğv edilsin. Təqsirləndirilən şəxs2 üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-adək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Naxçıvan Muxtar Respublikasının ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs2 cəzasının icrası faktiki yaşadığı yer- ünvan 2 üzrə Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinə həvalə edilsin və cəzaçəkmə müddətinin əvvəli həmin orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 1 (bir) il 3 (üç) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş polisin nəzarət altına vermə qətmkan tədbiri hökm qanuni qüvvəsini aldıqdan sonra ləğv edilsin. Təqsirləndirilən şəxs3 üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-adək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Naxçıvan Muxtar Respublikasının ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs3 cəzasının icrası faktiki yaşadığı yer- ünvan 3 üzrə Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinə həvalə edilsin və cəzaçəkmə müddətinin əvvəli həmin orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 1 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs4 barəsində seçilmiş polisin nəzarət altına vermə qətmkan tədbiri hökm qanuni qüvvəsini aldıqdan sonra ləğv edilsin. Təqsirləndirilən şəxs4 üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-adək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Naxçıvan Muxtar Respublikasının ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs4 cəzasının icrası faktiki yaşadığı yer- Naxçıvan şəhəri 56-cı məhəllə ev 4 üzrə Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinə həvalə edilsin və cəzaçəkmə müddətinin əvvəli həmin orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 göstərilmiş hüquqi xidmətə görə Naxçıvan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi1 məhkəmədə iştirak etdiyi 40 saata görə 240 manat Azərbaycan Respublikasının dövlət büdcəsi hesabından Naxçıvan şəhər Vəkil Bürosunun hesabına köçürülsün. Təqsirləndirilən şəxs2 göstərilmiş hüquqi xidmətə görə Naxçıvan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmədə iştirak etdiyi 40 saata görə 240 manat Azərbaycan Respublikasının dövlət büdcəsi hesabından Naxçıvan şəhər Vəkil Bürosunun hesabına köçürülsün. Təqsirləndirilən şəxs3 göstərilmiş hüquqi xidmətə görə Naxçıvan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi3 məhkəmədə iştirak etdiyi 40 saata görə 240 manat Azərbaycan Respublikasının dövlət büdcəsi hesabından Naxçıvan şəhər Vəkil Bürosunun hesabına köçürülsün. Təqsirləndirilən şəxs4 göstərilmiş hüquqi xidmətə görə Naxçıvan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi4 məhkəmədə iştirak etdiyi 40 saata görə 240 manat Azərbaycan Respublikasının dövlət büdcəsi hesabından Naxçıvan şəhər Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Hökmdən elan olunduğu andan 20 gün müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Gülnar Səfərəliyeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar