Azərbaycan Respublikası adından HÖKM Naxçıvan şəhəri İş № 1(078)-44/2024 21.11.2024 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Əliyeva Gülsüm Kamal qızının sədrliyi, X7 məhkəmə iclas katibliyi, Dövlət ittihamçısı, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi və təqsirləndirilən şəxs və həmçinin cinayət işi üzrə mülki cavabdeh Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1988-ci tarixdə Naxçıvan şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işsiz, subay, 3 uşaq anası, əvvəllər məhkum olunmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 barəsində həbs qətimkan tədbiri seçilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə, m ü ə y y ə n e t d i: Azərbaycan Respublikasının Prokurorluğu Naxçıvan Muxtar Respublikası Naxçıvan Şəhər Prokurorluğu tərəfindən göndərilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi 25 iyun 2024-cü ildə Naxçıvan Şəhər Məhkəməsinin icraatına daxil olmuşdur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cinayət işinin başlanmasına səbəb 2024-cü ilin fevral-mart aylarında İmanova X6 şəhəri, 49-cu məhəllə, ev 1A ünvanında yaşayan X1 ilə bağlı qulluq etdiyi müddətdə həmin evdə Məhluqənin yatdığı yataq otağındakı dəmir seyfin açarını gizlincə götürüb qanunsuz olaraq dəmir seyfin qapısını açaraq seyfin içərisindəki 63 qram bir cüt qızıl sırğa, 17,3 qram qızıl boyunbağı, 38,67 qram sırğa, klon, qolbaq, tək sırğa, 7,95 qram iki brilliant üzük, 15,2 qram hind saatı, 26 qram qızıl qolbaq, 10 qram qızıl klon, 12 qram qızıl üzük, 6 qram brilliant, iki ədəd 16 qram qızıl boyunbağı, 8 qram doqquz qaşlı brilliant komplekt, 6 qram brilliant paxlava üzük, 4 qram qırmızı qaşlı üzük, iki ədəd uzun mirvari boyunbağı, 40 qram tros boyunbağı olmaqla təxminən 30 000 manat dəyərində olan qızıl-ziynət əşyalarını gizli olaraq talamaqla xeyli miqdarda oğurluq etməsi faktları, əsas isə X2 ərizəsi əsasında toplanmış materiallar olmuşdur. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilir ondan ötrü ki, o, qəsdən özgə əmlakını gizli olaraq talamaq məqsədilə ona göstərilən etimaddan istifadə etməklə saxlanc yerinə qanunsuz daxil olub xeyli miqdarda ziyan vurmaqla təkrar oğurluq etmişdir. Belə ki, o, özgə əmlakını gizli olaraq talamaq məqsədilə 2024-cü il yanvar ayının sonlarında ünvan 4 ünvanında yaşayan X1 ilə bağlı qulluq etdiyi müddətdə həmin evdə Məhluqə Quliyevanın yatdığı yataq otağına keçib dəmir seyfin açarını gizlincə götürüb qanunsuz olaraq dəmir seyfin qapısını açaraq seyfin içərisindəki ümumi dəyəri 3300 manat olan Rusiya istehsalı 585 əyarlı təmiz çəkisi 33 qram olan iki ədəd qızıl üzük, üç ədəd qızıl klon, bir ədəd qızıl saat başlığı və bir ədəd qızıl sırğa tayını gizli yolla talayaraq oğurluq etmişdir. Bundan başqa o, təkrar özgə əmlakını gizli olaraq talamaq məqsədilə 05 fevral 2024-cü il tarixdə saat 14 radələrində ünvan 3 ünvanında yaşayan X1 ilə bağlı qulluq etdiyi müddətdə həmin evdə Məhluqə Quliyevanın yatdığı yataq otağına keçib dəmir seyfin açarını gizlincə götürüb qanunsuz olaraq dəmir seyfin qapısını açaraq seyfin içərisindəki ümumi dəyəri 4084 manat olan Rusiya istehsalı 750 əyarlı, təmiz çəkisi 21,62 qram olan bir ədəd qızıl medalyon və qızıl boyunbağını, Rusiya istehsalı təmiz çəkisi 19,22 qram olan bir ədəd 750 əyarlı qızıl bilərzik və boyunbağını gizli yolla talayaraq oğurluq etmişdir. Bundan başqa o, təkrar özgə əmlakını gizli olaraq talamaq məqsədilə 11 fevral 2024-cü il tarixdə saat 14 radələrində ünvan 4 ünvanında yaşayan X1 ilə bağlı qulluq etdiyi müddətdə həmin evdə Məhluqə Quliyevanın yatdığı yataq otağına keçib dəmir seyfin açarını gizlincə götürüb qanunsuz olaraq dəmir seyfin qapısını açaraq seyfin içərisindəki dəyəri 3200 manat olan Rusiya istehsalı ümumi çəkisi 32 qram olan bir ədəd 585 əyarlı qızıl medalyonlu hel (noxudvari) və 583 əyarlı bir ədəd sərnəçəçiyi, dəyəri 718 manat olan Rusiya istehsalı 750 əyarlı 5,32 qram çəkisi olan qaşı 0,25 sot brilyant olmaqla qızıl üzüyü, dəyəri 172 manat olan Rusiya istehsalı 585 əyarlı 2,30 qram çəkisi olan, qırmızı qaşlı qızıl sırğa tayını (qırıntı kimi) və istintaqa təqdim edilməyən dəyəri 630 manat olan 585 əyarlı çəkisi 6,3 qram bir cüt qızıl sırğanı, dəyəri 1730 manat olan 585 əyarlı çəkisi 17,30 qram bir ədəd qızıl boyunbağı, dəyəri 3867 manat olan 585 əyarlı çəkisi 38,67 qram bir ədəd qızıl sırğa, bir ədəd qızıl klon, bir ədəd qızıl qolbaq və tək sırğa, dəyəri 795 manat olan 585 əyarlı çəkisi 7,95 qram iki ədəd qızıl brilyant üzük, dəyəri 1520 manat olan 585 əyarlı çəkisi 15,20 qram bir ədəd qızıl hind saatı, dəyəri 2600 manat olan 585 əyarlı çəkisi 26 qram bir ədəd qızıl qolbaq, dəyəri 1000 manat olan 585 əyarlı çəkisi 10 qram bir ədəd qızıl klon, dəyəri 1200 manat olan 585 əyarlı çəkisi 12 qram iki ədəd qızıl üzük, dəyəri 600 manat olan 585 əyarlı çəkisi 6 qram bir ədəd brilyant, dəyəri 1600 manat olan 585 əyarlı çəkisi 16 qram iki ədəd qızıl boyunbağı, dəyəri 800 manat olan 585 əyarlı çəkisi 8 qram bir ədəd doqquz qaşlı brilyant komplekt, dəyəri 600 manat olan 585 əyarlı çəkisi 6 qram bir ədəd brilyant paxlava üzük, dəyəri 400 manat olan 585 əyarlı çəkisi 4 qram bir ədəd qırmızı qaşlı üzük, dəyəri 4000 manat olan 585 əyarlı çəkisi 40 qram iki ədəd uzun mirvari boyunbağı və bir ədəd tros boyunbağını gizli yolla talayaraq oğurluq etmişdir. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törədərək zərərçəkmiş şəxs X10 32816 manat maddi ziyan vurmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs və həmçinin cinayət işi üzrə mülki cavabdeh qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamın mahiyyəti və mənasının özünə aydın olduğunu, həmin ittihamda göstərilən cinayət əməlini törətməkdə özünü təqsirli bildiyini, istintaq zamanı verdiyi ifadəni təsdiq etdiyini və həmin ifadənin nəzərə alınmasını istədiyini, X11 2024-cü ilin yanvar ayından tanıdığını, 2024-cü ilin yanvar ayının əvvəllərində xalaqızısı X18 özlərinə qonaq gəldiyini, X34 sarayında xadimə işlədiyini, söhbət zamanı Arzunun “mənim müdirim Mustafa Fətullayevin anası insult keçirib, sağ tərəfi işləmir, ona baxmaq üçün adam axtarırlar” dediyini, özü də işi olmadığı üçün və uşaqlarına baxmaq məqsədilə Arzuya “Mustafa ilə danış, mən gedim işləyim” dediyini, bir gün sonra Arzunun zəng vurub “Mustafaya demişəm, bizi gözləyirlər” dediyini, özünün də Arzu ilə birlikdə onların yaşadığı ünvan 5 ünvanında yerləşən evlərinə getdiklərini, evə daxil olanda evdə Mustafa, onun həyat yoldaşı Pəri, iki uşağı və xəstə anası Məhluqənin evdə olduqlarını, onlarla tanış olduqlarını, şərtlərinin “səhər saat 9-da gəlib axşam saat 18-ə kimi Məhluqə xalaya baxıb, ona qulluq edib, iynəsini, dərmanı vaxtına verib getmək, aylıq da 300 manat maaş verəcəklər” olduğunu dediklərini, özünün də razılaşıb, səhərisi gün işə başladığını, 10 gün işləyəndən sonra Mustafanın “uşağı Türkiyəyə həkimə aparacam, sən Məhluqənin yanında evdə qal, o tək qalmasın” dediyini, özünün də razılaşdığını, Mustafagilin səfərə çıxdıqlarını, özünün də Məhluqənin yanında qaldığını, 2024-cü ilin yanvar ayının sonlarında Məhluqəyə baxdığı üçün onunla arasında münasibətin istiləşdiyini, oturub dərdləşdiklərini, söhbət zamanı Məhluqəyə “mənim 5000 manat borcum var, ödəyə bilmirəm” dediyini, Məhluqənin də “Mustafanın da borcu var, qaldığımız ev ipotekalı evdir, onun borcu olmasa idi, deyərdim, köməklik edərdi” dediyini, Məhluqənin həmişə söhbət edəndə “nə qədər qızılım var, hamısını qızıma verəcəm” dediyini, evdə olanda söhbət zamanı eşitdiyini, lakin Məhluqənin qızılların yerini özünə demədiyini, Aynur adlı xanımın evə masaja gəldiyini, Məhluqəni masaj etdiyini, özünün də həmin vaxt fikirli olduğunu, borclarını “necə ödəyim” düşündüyünü, Aynurun da “niyə belə fikirə getmisən” deyə soruşduğunu, həmin vaxt evdə Aynur, Məhluqə və özü olduğunu, özünün də “borclarım çoxdur, pul verən olsa, de yerini götürüm” dediyini, Aynurun da “qızıl var, qızıl olsa, qızılı qoyub götürmək olar” dediyini, Aynurun masaj edib getdiyini, Aynur gedəndən sonra Məhluqənin “qızılları sənə verə bilərəm, aparıb lombarda qoyarsan, sonra 3 aya qaytararsan” dediyini, özünün də razı olmadığını, “götürə bilmərəm” dediyini, sonra borcları özünü sıxdığı üçün Məhluqə ilə razı olduğunu, Məhluqə xalanın yaşadığı evin bir salon, iki yataq otağından ibarət olduğunu, həmin evin giriş qapısının dəhlizə açıldığını, Məhluqə xalanın otağının dəhlizə sola tərəf yerləşdiyini, Məhluqə xala ilə öz otağına keçdiyini, Məhluqə xalanın kresloda oturub “siryirməli şkafın alt gözünü aç, orada əl çantası var, onu mənə ver” dediyini, özünün də əl çantasını götürüb, Məhluqəyə verdiyini, şkafla üzbəüz digər tərəfdə dəmir seyf olduğunu, Məhluqə xalanın çantasının içərisindən kom vəziyyətdə açarları verib “seyfdə sarafanın içərisində qızıllar var” dediyini, özünün də açarı götürüb, həmin seyfi açdığını, seyfin içərisində qızıllar, sənədlər, çantalar olduğunu, özünün də sarafanın içərisində ayrı-ayrı qablarda olan qızılları götürdüyünü, Məhluqənin həmin qızılların içərisindən iki ədəd qızıl saat, bir ədəd qızıl çəçik, bir dəst qolbaq-boyunbağı, 2 ədəd böyük üzük və bir ədəd kolunu özünə verdiyini, özünün də həmin qızılları yerinə, seyfin içərisinə qoyub qapısını bağladığını, açarı çantaya qoyub şkafa yerləşdirdiyini, özünün də həmin qızılları götürüb, səhərisi gün Park AVM-ə gedib, binanın altında dərzinin yanında olan Tufanın işlətdiyi lombarda getdiyini, Mahirə iki ədəd qızıl saat, bir ədəd qızıl çəçik, bir dəst qolbaq-boyunbağı, 2 ədəd böyük üzük və bir ədəd kolunu verdiyini, lombardı işlədən Mahirin qızılları aldığını, bununla qarşılığında 5400 manat pulu verdiyini, həmin qızıllara görə hər ay 200 manatdan çox pul ödəməli olduğunu, özünün də 5400 manat pulu götürüb birbaşa Məhluqə xalanın yanına getdiyini, nahar fasiləsində həmin pulları borclarına ödədiyini, 5400 manat pulu borclarına ödəsə də, borclarını tam ödəyib qurtara bilmədiyini, əlavə 4000 manata yaxın borcu olduğunu, özünün də həmin borclarını vaxtında ödəyə bilmədiyini, borcunu ödəmək üçün dəfələrlə zəng gəldiyini, Məhluqə xalanın da “sənin telefonu heç susmur” dediyini, özünün də telefonu səssizə aldığını, qızılların yerini və seyfin açarının Məhluqənın otağında olduğunu bildiyi üçün “Məhluqədən xəbərsiz həmin açarı götürüb, seyfi açıb, sonra qızılları götürüm, lombarda qoyum, sonra borcumu ödəyəndən sonra bankdan kredit götürüb, qızılları təkrar yerinə qaytarım qoyum” deyə düşündüyünü, 2024-cü ilin fevral ayının 5-də nahar fasiləsindən sonra, saat 14 radələrində Məhluqə xala salonda divanda yatan zaman evdə ikisindən başqa heç kəs olmadığını, özünün də açarın yerini bildiyi üçün Məhluqənin yataq otağına keçib, şkafdakı əl çantasının içərisində açarları götürdüyünü, açarların içərisində olan böyük açarla qara rəngli seyfin qapısına açarı saldığını, iki dəfə fırlayıb seyfin qapısını açdığını, həmin vaxt seyfin içərisində olan qalın boyunbağını, bir ədəd kişi üzüyünü, 2-3 ədəd klonu, balaca bir cüt sırğanı götürdüyünü, digər qızılları isə götürmədiyini, özünün də “qızılları qaytarıb, yerinə qoyaram” deyə düşündüyünü, ona görə digər qızılları götürmədiyini, seyfin qapısını bağladığını, açarını yerinə qoyduğunu, seyfdən götürdüyü qızılları da əl çantasının içərisinə qoyduğunu, axşam saat 6-da işdən çıxdığını, həmin vaxt gizlincə götürdüyü qızılların çantasının içərisində olduğunu, Məhluqənin də heç nədən xəbəri olmadığını, 2024-cü ilin fevral ayının 06-da 4 yoldakı qızıl alış-veriş yerinə getdiyini, həmin yerdə tam dəqiq sadalaya bilmədiyi və götürdüyü qızılların bir hissəsini 600 manata satdığını, qızılların bir qismini də özündə saxladığını, ikinci dəfə təkrar 2024-cü ilin fevral ayının 11-də Məhluqə xalanın yanında olanda Məhluqənin qızıları oğurlamağından xəbəri olmadığını hiss etdiyini, özü də “yaşlı qadındır, həm də Məhluqə mənə demişdi, məndən başqa heç kəs mənim qızıllarıma baxa bilməz” deyə düşündüyünü, özünün də bu cəhətdən rahat olduğunu, “qızılları götürüb Məhluqə bilmədən yerinə qoyaram, heç kəs də bu söhbətləri bilməz” deyə fikirləşdiyini, ona görə seyfdə qalan qızılları da götürmək istədiyini, nahar fasiləsindən sonra, saat 14 radələrində Məhluqə xalanın salonda divanda oturduğunu, özünün də evi yığışdırmaq üçün Məhluqə xalanın otağına keçdiyini, həmin vaxt evdə ikisinin olduqlarını, Mustafa ilə Pərinin günorta gəlib yemək yeyib çıxıb getdiklərini, özünün otağa keçib, otaqda təkrar eyni qayda ilə açarı şkafdan götürüb, sonra seyfin qapısına açarı salıb, 2 dəfə fırladığını, seyfin qapısını açıb içərisində olan bütün qalan qızılları, boyunbağı, bantik dəsti, qırmızı qaşlı sırğa, qırmızı qaşlı üzüyü, nazik sepləri, üzüyü, sərmə boyunbağıları götürdüyünü, əl çantasına qoyub gizlətdiyini, seyfin qapısını bağlayıb, şkafa yerinə qoymadan açarı da götürdüyünü, açarı da çantasının içərisinə qoyduğunu, bu barədə də heç kəsə heç nə demədiyini, axşam işdən çıxdığını, səhərsi gün, yəni 12 fevral 2024-cü il tarixdə əvvəl satdığı yerə getdiyini, Tufana qızılların bir hissəsini lombarda qoyduğunu, qalan qızılları da özündə saxladığını, özündə saxladığı qızılları hissə hissə iki dəfə köhnə Sizin marketlə üzbəüz Mükayıl lombardına gedib lombarda qoyduğunu, oradan da bir dəfə 1700 manat, bir dəfə də 1300 manat pul aldığını, bunları etdikdən sonra, əlində qalan son qızılları da 9 mərtəbəli binanın altında tanımadığı şəxsə satdığını, qızılların qarşılığında aldığı pulların hamısını borclarına ödədiyini, lakin borclarını ödəsə də, qızılları qarşılığını yerinə qoya bilmədiyini, qara-qara “necə edim, qızılları yerinə qoyum və Məhluqə heç nə bilməsin” deyə düşündüyünü, lakin vaxt keçsə də, özünün heç nə edə bilmədiyini, Məhluqə xalanın xasiyyətinin çətin olduğunu, bir dəfə evdə olanda gəlini Pərinin uşaqlarının paltarlarını ütülədiyini, Məhluqənin də bunu görüb “sən mənə baxmağa gəlmisən, gedib başqa iş görürsən” deyib deyindiyini, özünün də “insanıq, körpə uşaqlıdır, kömək edirəm” dediyini, Məhluqənin də özünü danışdırmadığını, nahar fasiləsində Mustafanın evə gəldiyini, özündən “niyə Məhluqə anamın kefi yoxdur” deyə soruşduğunu, özünün də olanları danışdığını, Mustafa gedəndən sonra Məhluqənin öskürdüyünü, özünün də ona su gətirdiyini, Məhluqənin də suyu üstünə atdığını, özünün də ona heç nə demədiyini, Pəriyə zəng vurduğunu, işdən çıxmaq istədiyini, lakin qızılları götürdüyünə görə işi buraxmaq istəmədiyini, çünki qızılları gizlin götürməyini heç kəsin bilmədiyini, bundan sonra evdən çıxdığını, lakin 2-3 gün keçdiyini, Məhluqəgildən səs-soraq gəlmədiyini, özünün də evdə heç kəsə demədiyini, 2024-cü ilin mart ayının 13-də Pərinin zəng vurub “açarı tapa bilmirəm, açarın yerini bilirsənmi” deyə soruşduğunu, açar özündə ola-ola Pəriyə “açarın yerini bilmirəm” dediyini, 17 mart 2024-cü il tarixdə saat 18 radələrində Mustafanın özünə zəng vurub “gəl bizə” dediyini, nə olduğunu soruşduqda Mustafanın da heç nə demədiyini, seyfdən götürdüyü qızılların bir hissəsini lombarda qoyduğunu, ümumilikdə lombardan 7400 manat pul aldığını, satdığı qızılların qiymətinin də 2000 manat elədiyini, ümumilikdə həmin qızıllardan özünə 9400 manat pul aldığını, satdığı və lombarda qoyduğu qızılların qiymətinin ümumilikdə 9400 manat pul etdiyini, lom qiymətinə görə dediyini, əlinə gələn pula görə qiymətini elə dediyini, Məhluqənin isə satış qiymətinə görə 30000 manat dediyini, qızılları konkret sadalaya bilmədiyini, borclarının çox olduğunu, hər işin bir-birinə qarışdığını, qızılları satıb borclarını ödəməyi düşündüyünü, buna görə gərgin olduğunu, evdən də “lombarda nə qədər qızıl qoymusan” deyə soruşanda konkret cavab verə bilmədiyini, vurduğu ziyanın 3500 manatını ödəmək istədiyini, törətdiyi əmələ görə peşman olduğunu bildirərək göstərdiklərini nəzərə alaraq onun barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Zərərçəkmiş şəxs və həmçinin cinayət işi üzrə mülki iddiaçı X19 əvvəlki məhkəmə iclasında verdiyi ifadəsində istintaq zamanı verdiyi ifadəni təsdiq etdiyini, Təqsirləndirilən şəxs təxminən üç ay bundan qabaq özünə xidmət etmək üçün aylıq 300 manat maaş qarşılığında işə düzəldiyini, yeni işlədiyi müddətdə Təqsirləndirilən şəxs qulluğunda durduğunu, özü ilə xoş münasibət saxladığını, işlədiyi vaxtlarda otağına tez-tez girib çıxdığını, otağında özünə aid içərisində qızıllarının olduğu qara seyf olduğunu, lakin heç vaxt onun yanında seyfin içərisində olan qızıllardan söhbət açmadığını, bir müddət işlədikdən və münasibət saxladıqdan sonra Nərminin evdə özünü daha da sərbəst aparmağa başladığını, bütün açarlarının pul kisəsində olduğunu, Nərminin vəziyyətinin yaxşı olmadığını bildiyini, lakin ona seyfdən qızıl-ziynət əşyası vermədiyini, Nərminin qızıl seyfinin açarını necə götürməyi ilə bağlı heç bir fikri olmadığını, bir aya yaxın müddətdə seyfin açarını tapa bilmədiyini, 17 mart 2024-cü il tarixdə oğlu Musatafaya “seyfi aparıb aç” dediyini, oğlu Musatafanın da seyfi aparıb açdıqda içərisində qızıl-ziynət əşyalarının olmadığını dediyini, özünün də dərhal Nərmindən şübhələndiyini, çünki, bir aya yaxın olar, seyfin açarını tapa bilmədiyini, ona nə qızıl əşyası, nə də ki, seyfin açarını vermədiyini, Nərminin özünün icazəsiz olaraq seyfin açarını götürüb açdığını, içərisindəki qızıl-ziynət əşyalarını götürdüyünü, Təqsirləndirilən şəxs həmin seyfdə qızıl-ziynət əşyalarının olması barədə ümumiyyətlə heç söz demədiyini, anası Simuzərdən özünə qızıllar qaldığını, özünün də qız vaxtı işləyən zaman özünə qızıl aldığını, həmçinin ailə quranda da özünə nişanda və toyda qızıllar taxıldığını, otağında olan seyfin içərisində iki ədəd qızıl üzük, üç ədəd qızıl klon, bir ədəd qızıl saat başlığı və bir cüt qızıl sırğa, bir ədəd qızıl medalyon və qızıl boyunbağı, bir ədəd qızıl bilərzik və boyunbağı, bir ədəd qızıl medalyonlu hel (noxudvari) bir ədəd sərnəçəçiyi, bir ədəd brilyant qaşlı qızıl üzük, bir cüt qırmızı qaşlı qızıl sırğa, bir cüt fantaziya qızıl sırğa, bir ədəd qızıl boyunbağı, bir cüt qızıl sırğa, bir ədəd qızıl klon, bir ədəd qızıl qolbaq, iki ədəd qızıl brilyant üzük, bir ədəd qızıl hind saatı, bir ədəd qızıl qolbaq, bir ədəd qızıl klon, iki ədəd qızıl üzük, bir ədəd brilyant, iki ədəd qızıl boyunbağı, bir ədəd doqquz qaşlı brilyant komplekt, bir ədəd brilyant paxlava üzük, bir ədəd qırmızı qaşlı üzük, iki ədəd uzun mirvari boyunbağı və bir ədəd tros boyunbağısının oğurlandığını, özünə ümumilikdə 30000 manata yaxın maddi ziyan dəydiyini, bir ədəd sərmə adlanan üzərində 6 ədəd böyük fiqurları olan və 20 ədəd balaca fiqurları olan qızıl boyunbağını 30 il bundan qabaq işləyib Moskva şəhərinə gedəndə oradan qızıl mağazasından aldığını, bir ədəd qalın və üzərində naxışları olan bağlama yeri sepli olan qızıl bilərziyi tələbə yoldaşı olmuş mərhum Yusif Mollayevdən aldığını, bir ədəd nazik və uzun qızıl boyunbağını özünün aldığını, üzərində kəhraba klonu olduğunu, hal-hazırda olmadığını, oğurluq olandan sonra ortalıqda olmadığını, bir ədəd qadın üçün qızıl qol saatını nənəsi Surənin 8-ci sinifi bitirəndə hədiyyə aldığını, bir ədəd üzərində Tovuz quşu təsviri olan klonla birlikdə 44 hissədən ibarət hel adlanan qızıl boyunbağının anası Simuzərdən hədiyyə qaldığını, bir ədəd sərmə adlanan üzərində 14 ədəd hissəsi olan qızıl boyunbağını tələbə yoldaşı olmuş mərhum Yusif Mollayevdən aldığını, bir ədəd üzərində yaqut (su rəngi) qaşı olan qara-sarı naxışlı qızıl klonun boyunbağısı olmadığını, üzərində olan böyük halqasının olmadığını, özünə məxsus olduğunu, 30 il bundan qabaq qızıl Hüseyndən aldığını, bir cüt üzərində yaşıl rəngli zümrüd qaşı, brilyant olan fantaziya adlanan qızıl sırğanın nişan vaxtı özünə hədiyyə olunduğunu, özünə məxsus olduğunu, bir ədəd üzərində oval şəkilli fiqur olan qızıl klonun üzərində tros boyunbağısı olduğunu, özünə məxsus olduğunu, həmin qızılların içərisində əlavə boyunbağıları da olduğunu, hal-hazırda heç birinin olmadığını, bir ədəd 9-a 15 qalmış müşahidə olunan qızıl qol saatının nişan vaxtı özünə hədiyyə olunduğunu, özünə məxsus olduğunu, qızıldan kəməri olduğunu, bir ədəd üzərində qırmızı rəngli yaqut daşı olan qızıl sırğanı tələbə olan zaman özünə verilən tələbə haqqı ilə pulunu yığıb bir cüt sırğa aldığını, həmin sırğanın tayı olduğunu, bir tayının hal-hazırda olmadığını, bir ədəd üzərində qaşları olan fantaziya adlanan qızıl üzüyün bir cüt sırğası və üzük tayı olduğunu, təxminən 10 il bundan qabaq qızılsatandan aldığını, bir ədəd halqa formalı qaşsız qızıl üzük oğlu anadan olanda anası Simuzərin özünə hədiyyə etdiyini, bir ədəd üzərində Rusiyanın gerbi təsvir edilmiş qaşsız qızıl kişi üzüyünün Mustafanın atası Şəmsəddinin ona hədiyyə etdiyini, Şəmsəddinin öz üzüyü olduğunu, bir ədəd üzərində sarı rəngli kəhraba daşı olan qızıl klonun bir cüt sırğası olduğunu, hal-hazırda olmadığını, nişanda hədiyyə olunduğunu, boyunbağısının üzərində olduğunu, oğruluq hadisəsindən sonra təkcə klonunun qaldığını, bir ədəd üzərində yarpaq formalı klonu olan enli qızıl boyunbağını özünün 15 il bundan qabaq aldığını, bir ədəd qolbağı olduğunu, hal-hazırda olmadığını, bir ədəd üzərində Hz.Əlinin təsviri olan qızıl klonun boyunbağısı olmadığını, həmin boyunbağını klonu ilə birlikdə nəvəsi Zülfüqara aldığını, bir ədəd dördkünc qara rəngli brilyant daşı 30 il bundan qabaq daş kimi aldığını, əlavə 7-8 brliyant qaşları olduğunu, daşlardan qalanlarının ortada olmadığını ona vurulmuş 3500 manat maddi ziyanın təqsirləndirilən şəxs tərəfindən ödənilmədiyini, ödənilməsini istədiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadəsində X8 özünün anası olduğunu, 17 mart 2024-cü il tarixdə saat 18 radələrində yaşadığı evə gəldiyini, evə daxil olan zaman anası Məhluqənin və arvadı Pərinin anasının otağında olan qızıl-ziynət əşyaları olan seyfin açarını axtardıqlarını gördüyünü, anasının ona seyfin açarının uzun müddətdir itdiyini və seyfi aça bilmədiyini dediyini, özünün də “açarı sonuncu dəfə hara qoymusan?” deyə soruşduğunu, onun da “yerini xatırlamıram” dediyini, anası Məhluqənin ondan seyfi açmağını istədiyini, onun da seyfi götürüb yaxınlıqlarında həyət evində yaşayan qayınatası X9 evinə apardığını, seyfi arxası üstə uzadıb qapısının cəftələrini laqonda vasitəsilə kəsməyə başladığını, cəftələri kəsib seyfin qapısını açdığını, ilkin olaraq qızılları həmişə qoyduqları çantaların yerində olduğunu gördüyünü, ürəyinin rahatlandığını, çantalardan birini götürüb içinə baxdığını, qızılların olmadığını gördüyünü, sonra digər çantaların içərisinə baxdığını, çantaların heç birinin içərisində qızıl olmadığını gördüyünü, bacısına və yoldaşına zəng edib seyfin içərisindəki çantaların boş olduğunu bildirdiyini, seyfin içərisində olan qızılların oğurlandığından şübhələndiyini, ardınca baxıcıları Nərminə zəng etdiyini, Nərmindən seyfin açarını harada olduğunu soruşduğunu, Nərminin də “bundan xəbərim yoxdur” dediyini, özünün də onu evə çağırdığını, onunla danışdıqdan sonra bu barədə polis əməkdaşlarına məlumat verdiyini, qızıllaeın Nərmin tərəfindən oğurlandığını bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X15 ifadəsində 17 mart 2024-cü il tarixdə saat 18 radələrində Mustafanın yaşadığı ünvan 6 ünvanında gəldiyini, “seyfin açarını itirmişik, seyfi aça bilmirik, bizim ev bina evdir, seyfi burada açmaq istəyirəm” dediyini, özünün də “problem yoxdur” dediyini, həmin seyfi Mustafanın həyətə gətirdiyini, seyfi Mustafanın özünün götürdüyünü, orta ölçülü dəmirdən hazırlanmış qara rəngli seyf olduğunu, Mustafaya loqandanı verdiyini, loqandanı cərəyana taxıb işə saldığını, sonra seyfin petləsini kəsdiyini, qapını yerindən çıxartdığını, seyfin içərisində kloklara baxdığını, lakin klokların hamısının boş olduğunu, orada başqa heç nə olmadığını, Mustafanın da “bu seyf boşdur, burada olan qızılların hamısı oğurlanıbdır” dediyini, Mustafanın polis əməkdaşlarına zəng vurduğunu, polis əməkdaşlarının gəlib həyətə baxış keçirdiklərini, seyfin şəkilini çəkib sonra da seyfi götürdüklərini, seyfin içərisində nə qədər qızıl zinyət əşyası olması ilə bağlı heç bir məlumatı olmadığını, sadəcə Mustafanın seyfi öz həyətində açdığını, seyfin də içərisinin boş olduğunu bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X20 ifadəsində təxminən bir ildir Naxçıvan şəhəri, H.Əliyev prospekti 40 ünvanında yerləşən yaşayış binasının birinci mərtəbəsində Alo Center telefon mağazasının içərisində lombardı işlətdiyini, gündəlik olaraq gələn müştəriləri qəbul edib, qızılları lombarda götürüb və qarşılığında pul verdiyini, 2024-cü ilin fevral ayında Təqsirləndirilən şəxs mağazaya gəldiyini, özünə yaxınlaşıb, əlində qızılı olduğunu deyib, lombarda qoymaq istədiyini bildirdiyini, həmin vaxt Nərmin əl çantasından bir ədəd qızıl boyunbağını çıxarıb göstərdiyini, lombarda qoyub əvəzində pul götürmək istədiyini dediyini, özünün də qızılı qəbul edib baxdıqdan sonra Nərminə “qiyməti 1700 manat edər” dediyini, Nərminin də razılaşıb 1700 manata qızıl boyunbağını lombarda qoyduğunu, özünün də ödəniş qrafikini tərtib etdiyini, Nərminə “hər ay 85 manat lombarda pulu ödəməlisən” dediyini, Nərminin də razılaşdığını, həmin vaxt Nərminin şəxsiyyət vəsiqəsinin üzünü verdiyini, orada qeydiyyat aparıldığını, Nərminə 1700 manat pulu verdiyini, Nərminin pulu alıb getdiyini, təxminən iki gün sonra Nərminin təkrar lombarda gəldiyini, əlavə qızıllarının olduğunu deyib şəxsiyyət vəsiqəsinin surətini təqdim etdiyini, Nərminin həmin vaxt iki ədəd qızıl boyunbağı, bir ədəd qızıl üzük, bir ədəd qızıl sırğa tayı və digər qızıları göstərdiyini, özünün də qızılları nəzərdən keçirib, qızılların dəyərini hesabladığını, 1300 manat pul elədiyini, Nərminə “hər ay 65 manat pul ödəməlisən” dediyini, Nərminin də razılaşdığını, qızılların qarşılığında verdiyi 1300 manat pulu alıb getdiyini, Nərminin qızılları iki dəfə lombarda qoyduğunu, ondan sonra mağazaya gəlmədiyini, ödəniş də etmədiyini, birinci dəfə bir ədəd qızıl boyunbağı, ikinci dəfə isə iki ədəd qızıl boyunbağı, bir ədəd qızıl üzük, bir ədəd qızıl sırğa tayı və digər qızıları lombarda qoyub, ümumilikdə 3000 manat pul aldığını, qızılların oğurluq olduğunu bilmədiyini, məlumatı olmadığını bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində X11 tanımadığını, onunla arasında ədavət, düşmənçilik və qohumçuluq münasibəti olmadığını, Təqsirləndirilən şəxs əvvəlcədən tanımadığını, Nərmin İmanov gətirib lombarda qızıl qoyduğunu, Naxçıvan şəhəri, Ş.İ.Xətai küçəsində yerləşən binanın birinci mərtəbəsində lombard mağazası olduğunu, gündəlik olaraq gələn müştəriləri qəbul etdiyini, qızılları lombarda götürdüyünü və qarşılığında pul verdiyini, 2024-cü ilin fevral ayında Təqsirləndirilən şəxs mağazaya gəldiyini, əlində qızılı olduğunu dediyini, lombarda qoymaq istədiyini bildirdiyini, Nərmin bir ədəd qızıl saat, bir ədəd qızıl boyunbağı verdiyini, özünün də qızıllara baxdığını, qızılların ümumi dəyərinin 2000 manat pul etdiyini, Nərminə “qızılları lombarda qəbul edirəm, lakin hər ay 100 manat ödəniş etməlisən” dediyini, Nərminin də özü ilə razılaşdığını, lombarda qoyduğu qızıllar qarşılığında ona 2000 manat pulu verdiyini, Nərminin pulu alıb getdiyini, təkrar Nərminin 12 fevral 2024-cü il tarixdə mağazaya gəldiyini, əlavə qızıl gətirdiyini dediyini, bu dəfə Nərminin özünə bir ədəd qızıl klon və bir ədəd qızıl boyunbağı verdiyini, özünün də qızıllara baxdığını, dəyərinin 1900 manat olaraq qiymətləndirdiyini, Nərminin də razılaşdığını, 1900 manata həmin qızılları lombarda qəbul etdiyini, Nərminə “aylıq ödənişi 95 manat olacaq” dediyini, Nərminin də 1900 manat pulu alıb getdiyini, bundan başqa, Nərminin 16 fevral 2024-cü il tarixdə təkrar mağazaya gəldiyini, Nərminin təkrar qızıl gətirdiyini, Nərmindən “nə qızıl gətirmisən” deyə soruşduğunu, Nərminin də çantasından qızılları çıxardıb təqdim etdiyini, orada iki ədəd qızıl üzük, bir cüt qızıl sırğa, bir ədəd qızıl saat və iki ədəd qızıl klon olduğunu, qızıllara baxıb dəyərini 1500 manat olaraq qiymətləndirdiyini, Nərminin də qızılları lombarda qoyub 1500 manat pulu aldığını, Nərminə “aylıq 75 manat pul ödəməlisən” dediyini, Nərminində pulu alıb getdiyini, lakin Nərminin qızılların qarşılığında lombarda heç bir pul ödəmədiyini, Nərmindən nə üçün ödəmədiyini zəng vurub soruşduğunu, Nərminin də əlində pulunun olmadığını, iki ayın pulunu birlikdə ödəyəcəyini dediyini, Nərminə lombarda qoyduğu qızılların qarşılığında 5400 manat pul verdiyini, Nərminin lombarda qoyduğu bütün qızıllar qarşılığında 545 manat aylıq ödənişi etmədiyini, birinci dəfə bir ədəd qızıl saat, bir ədəd qızıl boyunbağı, ikinci dəfə bir ədəd qızıl klon və bir ədəd qızıl boyunbağı, üçüncü dəfə iki ədəd qızıl üzük, bir cüt qızıl sırğa, bir ədəd qızıl saat və iki ədəd qızıl klonu lombarda qoyduğunu, ümumilikdə 5400 manat pul aldığını bildirdi. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, istintaq hərəkətlərinin protokollarını da sübut növləri kimi qəbul edir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 24 mart 2024-cü il tarixli cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə ********* nömrəli cinayət işi başlanılmış və hadisə nəticəsində maddi ziyan dəymiş X19 cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. (cild İ, iş vərəq 1) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 15 fevral 2024-cü il tarixli, 001965 nömrəli X20 tərəfindən verilmiş girov biletindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən 2 ədəd sep, 1 ədəd sırqa, 1 ədəd üzük 15 mart 2024-cü il tarixədək girova verilmiş qarşılığında 1300 manat alınmışdır. (cild İ, iş vərəq 35) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 13 fevral 2024-cü il tarixli, 001953 nömrəli X20 tərəfindən verilmiş girov biletindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən 1 ədəd sep, 1 ədəd qolbaq 13 mart 2024-cü il tarixədək girova verilmiş qarşılığında 1700 manat alınmışdır. (cild İ, iş vərəq 36) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş X19 tərəfindən Naxçıvan şəhər Polis İdarəsinə verilmiş 24 mart 2024-cü il tarixli ərizədən görünür ki, yaşadığı evdə qulluq edən Təqsirləndirilən şəxs ona məxsus dəmir seyfin içərisindən saxladığı və açarı yalnız özündə olan seyfin içərisindən 30000 manata yaxın dəyəri olan qızıl-zinət əşyalarını oğurladığını, ondan şikayətçi olduğunu, onun cəzalandırılmasını istədiyini, onun barəsində qanuni tədbir görülməsini xahiş etmişdir. (cild İ, iş vərəq 69) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 24 mart 2024-cü il tarixli müdafiəçi təyin edilməsi haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etmək üçün Naxçıvan Muxtar Respublikası Vəkillər Kollegiyasına üzv olan Müdafiəçi təyin edilmişdir. (cild İ, iş vərəq 82) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 24 mart 2024-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələrdə nəzərdə tutulan ittiham elan olunmuşdur. (cild İ, iş vərəq 87-88) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 24 mart 2024-cü il tarixli polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. (cild İ, iş vərəq 99-100) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli tələbnamədə Təqsirləndirilən şəxs barəsində məhkumluğu ilə bağlı heç bir məlumatın olmadığı göstərilmişdir. (cild İ, iş vərəq 110) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi Y.Budaqov adına Naxçıvan MR X14 tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 647 nömrəli məktubdan görünür ki, ünvan 8 ünvanda qeydiyyatda olan xx.xx.1988-ci il təvəllüdlü Təqsirləndirilən şəxs dispanserdə psixi və narkoloji xəstə kimi dispanser qeydiyyatda dayanmır. (cild İ, iş vərəq 115) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 20 aprel 2024-cü il tarixli məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin etmək haqqında qərardan görünür ki, iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş və ekspertizanın aparılması Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə tapşırılmışdır. (cild İ, iş vərəq 125-127) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 06 may 2024-cü il tarixli pulun təhvil verilməsi haqqında aktdan görünür ki, 1700 manatlıq bir ədəd qızıl boyunbağı və 1300 manatlıq iki ədəd qızıl boyunbağı, bir ədəd qızıl sırğanın bir tayı olmaqla ümumilikdə 3000 manat pul Təqsirləndirilən şəxs tərəfindən nağd şəkildə lombard icarədarı X12 verilmişdir. (cild İ, iş vərəq 140) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 06 may 2024-cü il tarixli qəbzdən görünür ki, X3 Nərmin Allahverdi qızı tərəfindən oğurlanaraq lombardına qoyulan qızılların dəyəri olan 3000 manat pulu təhvil almışdır. (cild İ, iş vərəq 141) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 07 may 2024-cü il tarixli pulun təhvil verilməsi haqqında aktdan görünür ki, 2000 manatlıq bir ədəd qızıl boyunbağı, qol saatı, 1500 manatlıq iki ədəd qızıl boyunbağı və 1900 manatlıq qızıl klon və boyunbağı olmaqla ümumilikdə 5400 manat pul Təqsirləndirilən şəxs tərəfindən nağd şəkildə lombard icarədarı X12 təhvil verilmişdir. (cild İ, iş vərəq 142) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 07 may 2024-cü il tarixli qəbzdən görünür ki, Nəsirov X16 Nərmin Allah verdi qızı tərəfindən oğurlanaraq lombardına qoyulan qızılların dəyəri olan 5400 manat pulu təhvil almışdır. (cild İ, iş vərəq 143) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 15 may 2024-cü il tarixli, 412 nömrəli ekspert rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilən və təqdim edilməyən qızıl-zinət əşyalarının orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 29374,00 (iyirmi doqquz min üç yüz yetmiş dörd) manat müəyyən edilir. (cild İ, iş vərəq 154-156) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 01 iyun 2024-cü il tarixli cinayət əməlinin tövsif edilməsi haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 177.2.3 və 177.2.4-cü maddələrindən, həmin məcəllənin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrinə tövsif edilmişdir. (cild İ, iş vərəq 184-185) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 01 iyun 2024-cü il tarixli təqsirləndirilən şəxsə yenidən ittiham elan etmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə yeni məzmunda ittiham elan olunmuşdur. (cild İ, iş vərəq 187-189) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 05 iyun 2024-cü il tarixli qızıl zinyət əşyalarının və pulun təhvil verilməsi haqqında aktdan görünür ki, ********* nömrəli cinayət işi üzrə təqsirləndirilən şəxs X5 oğurladığı və istintaq zamanı aşkar olunan ********* nömrəli cinayət işi üzrə təqsirləndirilən şəxs X5 oğurladığı və istintaq zamanı aşkar olunan 18 ədəd qızıl zinət əşyalarını, yəni bir ədəd sərmə adlanan üzərində 6 ədəd böyük fiqurları olan və 20 ədəd balaca fiqurları olan qızıl boyunbağı, bir ədəd qalın və üzərində naxışları olan bağlama yeri sepli olan qızıl bilərzik (qolbaq), bir ədəd nazik və uzun qızıl boyunbağı, bir ədəd qadın üçün qızıl qol saatı, bir ədəd üzərində Tovuz quşu təsviri olan klonla birlikdə 44 hissədən ibarət hel adlanan qızıl boyunbağı, bir ədəd sərmə adlanan üzərində 14 ədəd hissəsi olan qızıl boyunbağı, bir ədəd üzərində yaqut (su rəngi) qaşı olan qara-sarı naxışlı qızıl klon, bir cüt üzərində yaşıl rəngli zümrüd qaşı, brilyant olan fantaziya adlanan qızıl sırğa, bir ədəd üzərində oval şəkilli fiqur olan qızıl klon, bir ədəd 9-a 15 qalmış müşahidə olunan qızıl qol saatının əsas hissəsi, bir ədəd üzərində qırmızı rəngli yaqut daşı olan qızıl sırğa tayı, bir ədəd üzərində qaşları olan fantaziya adlanan qızıl üzük, bir ədəd halqa formalı qaşsız qızıl üzük, bir ədəd üzərində Rusiyanın gerbi təsvir edilmiş qaşsız qızıl kişi üzüyü, bir ədəd üzərində sarı rəngli kəhraba daşı olan qızıl klon, bir ədəd üzərində yarpaq formalı klonu olan enli qızıl boyunbağı, bir ədəd üzərində Hz.Əlinin təsviri olan qızıl klon, bir ədəd dördkünc qara rəngli brilyant daş və oğurlayıb satdığı qızılların qarşılığında qaytardığı 19822 (on doqquz min səkkiz yüz iyirmi iki manat) manat nağd pul 05 iyun 2024-cü il tarixdə Təqsirləndirilən şəxs Allah verdi qızı tərəfindən X10 təhvil verildi. (cild İ, iş vərəq 204-205) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 05 iyun 2024-cü il tarixli əşyanın maddi sübut hesab edilməsi haqqında qərardan görünür ki, istintaqla əlaqədar prosessual qaydada götürülmüş bir ədəd dəmir seyf, bir bir ədəd dəmir seyfə məxsus açarlar, 18 ədəd qızıl zinət əşyalarını, yəni bir ədəd sərmə adlanan üzərində 6 ədəd böyük fiqurları olan və 20 ədəd balaca fiqurları olan qızıl boyunbağı, bir ədəd qalın və üzərində naxışları olan bağlama yeri sepli olan qızıl bilərzik (qolbaq), bir ədəd nazik və uzun qızıl boyunbağı, bir ədəd qadın üçün qızıl qol saatı, bir ədəd üzərində Tovuz quşu təsviri olan klonla birlikdə 44 hissədən ibarət hel adlanan qızıl boyunbağı, bir ədəd sərmə adlanan üzərində 14 ədəd hissəsi olan qızıl boyunbağı, bir ədəd üzərində yaqut (su rəngi) qaşı olan qara-sarı naxışlı qızıl klon, bir cüt üzərində yaşıl rəngli zümrüd qaşı, brilyant olan fantaziya adlanan qızıl sırğa, bir ədəd üzərində oval şəkilli fiqur olan qızıl klon, bir ədəd 9-a 15 qalmış müşahidə olunan qızıl qol saatının əsas hissəsi, bir ədəd üzərində qırmızı rəngli yaqut daşı olan qızıl sırğa tayı, bir ədəd üzərində qaşları olan fantaziya adlanan qızıl üzük, bir ədəd halqa formalı qaşsız qızıl üzük, bir ədəd üzərində Rusiyanın gerbi təsvir edilmiş qaşsız qızıl kişi üzüyü, bir ədəd üzərində sarı rəngli kəhraba daşı olan qızıl klon, bir ədəd üzərində yarpaq formalı klonu olan enli qızıl boyunbağı, bir ədəd üzərində Hz.Əlinin təsviri olan qızıl klon, bir ədəd dördkünc qara rəngli brilyant daş cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən olunmasına köməklik etdiyindən cinayət işi üzrə maddi sübut hesab edilmiş, maddi sübut hesab edilmiş, bir ədəd dəmir seyf, bir bir ədəd dəmir seyfə məxsus açarlar saxlanılması üçün Naxçıvan Şəhər Polis İdarəsinin maddi sübutların saxlanc otağına saxlanılmaya verilmiş və X8 ərizəsi nəzərə alınaraq qızılların ona qaytarılması nəzərə alınmışdır. (cild İ, iş vərəq 206-208) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Naxçıvan şəhər Qeydiyyat şöbəsi tərəfindən verilmiş 13 yanvar 2021-ci il tarixli, AZ-İV seriyalı, 626415 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs ilə X23 08 avqust 2006-cı il təvəllüdlü X26 adlı övladları doğulmuşdur. (cild İ, iş vərəq 216) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Naxçıvan şəhər Qeydiyyat şöbəsi tərəfindən verilmiş 01 aprel 2009-cu il tarixli, AZ-İİ seriyalı, 332224 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs ilə X23 17 fevral 2009cu il təvəllüdlü X27 adlı övladları doğulmuşdur. (cild İ, iş vərəq 216) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Naxçıvan şəhər Nikah evi tərəfindən verilmiş 12 sentyabr 2011-ci il tarixli, AZ-İİ seriyalı, 662449 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs ilə X23 01 sentyabr 2011-ci il təvəllüdlü X24 adlı övladları doğulmuşdur. (cild İ, iş vərəq 215) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Naxçıvan “ASAN xidmət” mərkəzində Ədliyyə Nazirliyinin Qeydiyyat şöbəsi tərəfindən verilmiş 21 iyun 2024-cü il tarixli arayışdan görünür ki, “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində Təqsirləndirilən şəxs Allah verdi qızına aid xx.xx.2024-cü ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və ailə tərkibinin 08 avqust 2006-cı il təvəllüdlü X26, 17 fevral 2009-cu il təvəllüdlü X27 və 01 sentyabr 2011-ci il təvəllüdlü X24 olduğuna dair məlumatlar aşkar edilmişdir. (cild İ, iş vərəq 218) İş materiallarına əlavə edilmiş Naxçıvan MR Naxçıvan Şəhər İcra Hakimiyyəti 5 saylı mənzil-istismar idarəsi tərəfindən verilmiş 21 noyabr 2024-cü il tarixli, 829 nömrəli arayışdan görünür ki, İmanova X6 şəhəri, Təbriz küçəsi, bina 11, ev 37 ünvanında yaşayır. 25 sentyabr 2024-cü il tarixdə keçirilən məhkəmə iclasında zərərçəkmiş şəxs X19 məhkəməyə mülki iddia ərizəsi təqdim edərək ərizədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məni mülki iddiaçı qismində tanınmasını və Təqsirləndirilən şəxs ona vurduğu maddi ziyan olan 3500 (üç min beş yüz) manat pulun və iddia qaldırmaq üçün ödənilmiş 55 (əlli beş) manat dövlət rüsumunun alınaraq ona qaytarılması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Naxçıvan Şəhər Məhkəməsinin 24 oktyabr 2024-cü il tarixli, 1(078)-44/2024 nömrəli qərarı ilə xx.xx.1988-ci ildə Naxçıvan şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işsiz, subay, 3 uşaq anası, əvvəllər məhkum olunmamış, ünvan 8 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin “həbs” qətimkan tədbiri ilə əvəz edilməsi qərara alınmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin İstintaq Təcridxanasının 29 oktyabr 2024-cü il tarixli, 3/1552 nömrəli məktubundan görünür ki, İmanova X6 şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən tutularaq 29 oktyabr 2024-cü il tarixdə istintaq təcridxanasına təhvil verilmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən-hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən- hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “X17 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmək, həmin sübutları mübahisələndirmək imkanına malik olmuşdur. Təqsirləndirilən şəxsin əleyhinə olan sübutlara etiraz etmək və onları mübahisələndirmək üçün məhkəmə prosesində ona imkan yaradılmışdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olubolmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikası cinayət-prosessual qanunvericiliyi müəyyən edir (Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 1.1-ci maddəsi). Hər hansı məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız Cinayət-Prosessual Məcəlləsində (bundan sonra - CPM) göstərilən məsələlər hakim tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin həmin məsələlərin dairəsini müəyyənləşdirən 346.1-ci maddəsinə görə müzakirə edilməsi mütləq olan məsələlərdən biri də təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittiham elan edildiyi cinayətin əlamətlərinə uyğun olub-olmamasıdır. Məhkəmə hökmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmin şəxsin gələcək taleyini həll etdiyi üçün prosessual qanunvericilik onunla bağlı konkret tələblər irəli sürür. Cinayət-prosessual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 349.3., 349.4., 349.5-ci maddələri). Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq məhkəmə hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Beləliklə məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs ittihamda qeyd olunan əməlləri törətməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar, video-görüntü və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama təkrar törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama xeyli miqdarda ziyan vurmaqla törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsinin Qeyd hissəsinin 1-ci bəndində qeyd olunmuşdur ki, Bu Məcəllənin 177.1, 178.1 və 179.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı, lakin beş min manatdan artıq olmayan məbləğdə ziyan vurulduğu hallarda yaranır. Bu Məcəllənin 177.2.1-177.2.3-2, 177.2.5 və 177.3.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə yüz manatdan yuxarı məbləğdə ziyan vurulduğu hallarda yaranır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsinin Qeyd hissəsinin 2ci bəndində qeyd olunmuşdur ki, Bu Məcəllənin 177-182-ci, 185-187-ci və 189-1-ci maddələrində “xeyli miqdar” dedikdə, beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğ, “külli miqdar” dedikdə əlli min manatdan yuxarı, lakin beş yüz min manatdan artıq olmayan məbləğ, “xüsusilə külli miqdar” dedikdə beş yüz min manatdan yuxarı olan məbləğ başa düşülür. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 nömrəli qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə təqsirləndirilən şəxsin himayəsində azyaşlı uşağının olmasını, əməlindən peşman olmasını, cinayət nəticəsində vurduğu zərərin xeyli hissəsini zərərçəkmiş şəxsə ödəməsini cəzanı yüngülləşdirici hallar kimi nəzərə alır. Məhkəmə, qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilən zaman CM-in 58 və 59cu maddələrinin tələbləri nəzərə alınmalıdır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində qeyd edilən cəzanı ağırlaşdıran halların olmaması müəyyən edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Məhkəmə törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini, təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzası təyin olunduğu təqdirdə təmin edilə bilər və ona bu cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Məhkəmə yuxarıda qeyd olunan halları nəzərə alaraq hesab edir ki, azadlığın məhdudlaşdırılması cəzasının müddəti 02 (iki) il müəyyən edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.6-cı maddəsində cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməsi müəyyən edildiyindən, məhkəmə bildirir ki, iş materiallarında olan Naxçıvan Şəhər Məhkəməsinin 24 oktyabr 2024-cü il tarixli qərarından Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi, Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin İstintaq Təcridxanasının 29 oktyabr 2024-cü il tarixli, 3/1552 nömrəli məktubundan isə Təqsirləndirilən şəxs Naxçıvan şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən tutularaq 29 oktyabr 2024-cü il tarixdə istintaq təcridxanasına təhvil verilməsi görünür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Qeyd olunan qanunvericilik normalarına əsasən məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyini zamanı Təqsirləndirilən şəxs 29 oktyabr 2024-cü il tarixdən 21 noyabr 2024cü il tarixədək həbsdə saxlanıldığı müddət yəni 24 gün müddətin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər hesablanmaqla, cəmi 48 (qırx səkkiz) gün müddət ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq, onun üzərində qəti olaraq 01 (bir) il 10 (on) ay 12 (on iki) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsində azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxsin yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməli olması müəyyən edilmişdir. Məhkəmə, CM-in 52-1-ci maddəsinin tələblərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə daimi yaşayış yeri olan Naxçıvan şəhəri, Təbriz küçəsi, bina 11, ev 37 ünvanında yerləşən mənzili axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Naxçıvan Muxtar Respublikası ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin: -15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir; 15-1.1-ci maddəsinin tələbinə görə probasiya nəzarəti – azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzalara məhkum edilmiş, şərti məhkum edilmiş, cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş və ya cəza çəkməsi təxirə salınmış məhkumların, habelə bu Məcəllənin 15-1.2.3-cü maddəsində nəzərdə tutulmuş digər şəxslərin üzərinə qanunla və məhkəmə qərarı ilə qoyulmuş vəzifələrin yerinə yetirilməsinə nəzarət edilməsinə, məhkumların islah edilməsi, sosial adaptasiya və reabilitasiyasına yönəlmiş kompleks sosialhüquqi xarakterli tədbirlər sistemindən ibarətdir; -15-1.2 və 15-1.2.1-ci maddələrinin mahiyyətinə görə cərimə, nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə, müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə, ictimai işlər, islah işləri, azadlığın məhdudlaşdırılması növündə cəzalara məhkum edilmiş şəxslər barəsində probasiya nəzarəti tətbiq edilir; -15-2.3-cü maddəsi ilə müəyyən edilir ki, elektron nəzarət vasitələri tətbiq edilmiş məhkumun müəyyən edilmiş vəzifələri yerinə yetirməsinə nəzarət icra məmurları tərəfindən həyata keçirilir; -51-2.1-ci maddəsinin tələbinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Yuxarıda qeyd edilənlərə əsaslanmaqla məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlığın məhdudlaşdırılması növündə cəzanı yaşayış yeri üzrə çəkməli, cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, onun üzərində qoyulmuş vəzifələrin həyata keçirilməsinə nəzarət Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 353.4.12-ci maddəsinə görə, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində hökm qanuni qüvvəyə minənədək məhkumun barəsində seçilmiş qətimkan tədbirinin həlli göstərilməlidir. Həmin Məcəllənin 507.3 və 507.3.3-cü maddələrinin mahiyyətindən görünür ki, şəxs azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzaya məhkum edildikdə hökm elan edildikdən sonra təqsirləndirilən şəxs dərhal həbsdən azad edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 175.5-ci maddəsinə əsasən müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. Qeyd edilən prosessual hüquq normalarının tələbləri baxımından məhkəmə bildirir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilməli və o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilməli, barəsində hökm qanuni qüvvəyə minənədək başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1.5-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan Naxçıvan şəhər Polis İdarəsinin maddi sübutların saxlanc otağında saxlanılan X10 aid bir ədəd dəmir seyf və həmin dəmir seyfə məxsus açarlar hökm qanuni qüvvəsini aldıqdan sonra X10 qaytarılmalıdır. Həmçinin məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan bir ədəd sərmə adlanan üzərində 6 ədəd böyük fiqurları olan və 20 ədəd balaca fiqurları olan qızıl boyunbağı, bir ədəd qalın və üzərində naxışları olan bağlama yeri sepli olan qızıl bilərzik (qolbaq), bir ədəd nazik və uzun qızıl boyunbağı, bir ədəd qadın üçün qızıl qol saatı, bir ədəd üzərində Tovuz quşu təsviri olan klonla birlikdə 44 hissədən ibarət hel adlanan qızıl boyunbağı, bir ədəd sərmə adlanan üzərində 14 ədəd hissəsi olan qızıl boyunbağı, bir ədəd üzərində yaqut (su rəngi) qaşı olan qara-sarı naxışlı qızıl klon, bir cüt üzərində yaşıl rəngli zümrüd qaşı, brilyant olan fantaziya adlanan qızıl sırğa, bir ədəd üzərində oval şəkilli fiqur olan qızıl klon, bir ədəd 9-a 15 qalmış müşahidə olunan qızıl qol saatının əsas hissəsi, bir ədəd üzərində qırmızı rəngli yaqut daşı olan qızıl sırğa tayı, bir ədəd üzərində qaşları olan fantaziya adlanan qızıl üzük, bir ədəd halqa formalı qaşsız qızıl üzük, bir ədəd üzərində Rusiyanın gerbi təsvir edilmiş qaşsız qızıl kişi üzüyü, bir ədəd üzərində sarı rəngli kəhraba daşı olan qızıl klon, bir ədəd üzərində yarpaq formalı klonu olan enli qızıl boyunbağı, bir ədəd üzərində Hz.Əlinin təsviri olan qızıl klon və bir ədəd dördkünc qara rəngli brilyant daşın zərərçəkmiş şəxs X10 qaytarılması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 353.4.10-cu maddəsinə görə, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində mülki iddianın həlli və məhkəmə xərclərinin ödənilməsi (kimin və hansı məbləğdə ödəməsi) göstərilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 354.1 və 354.1.1-ci maddələrinə əsasən məhkəmənin hökmündə mülki iddianın əsaslarının və məbləğinin sübuta yetirilməsindən asılı olaraq iddianın tam və ya qismən təmin edilməsi haqqında qərar əks etdirilir. Azərbaycan Respublikası CPM-in 181.1-ci maddəsinə görə əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı aşağıdakı hallarda mülki iddia verməyə haqlıdır: 181.1.1. ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda; Həmin Məcəllənin 183.1-ci maddəsinə görə cinayət mühakimə icraatı zamanı mülki iddia cinayət təqibi başlanandan məhkəmə baxışında cinayət prosesi tərəflərinin çıxışı başlananadək istənilən an verilə bilər. Həmin Məcəllənin 183.3-cü maddəsinə görə Cinayət mühakimə icraatı zamanı mülki iddia yalnız yazılı formada verilə bilər. İddia ərizəsində hansı cinayət təqibi üzrə kimin kimə qarşı, hansı əsasla və hansı məbləğdə mülki iddia verməsi göstərilməli, həmçinin zərərin ödənilməsi üçün konkret məbləğin və ya əmlakın tutulması barədə xahiş öz əksini tapmalıdır. Həmin Məcəllənin 179.2-ci maddəsinə görə mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarında qeyd edilir ki, məhkəmə hökm çıxararkən verilmiş hər bir mülki iddia üzrə onun təmin edilib-edilməməsi, kimin xeyrinə və hansı hissədə təmin edilməsi məsələlərini həll etməlidir. Həmin qərarın 68-ci maddəsinə əsasən cinayət-prosessual qanuna əsasən məhkəmə hökmün təsviri-əsaslandırıcı hissəsində mülki iddianın tam və ya qismən təmin edilməsi və yaxud rədd edilməsi üzrə motivlərini, müvafiq maddi və prosessual hüquqi normaları və zəruri hallarda təmin edilmiş tələblərə aid olan hesablamaları göstərməklə gəldiyi nəticəni əsaslandırır. Belə əsaslandırma aparılarkən cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə və yaxud əməlin törədilməsi ilə əlaqədar vurulmuş ziyanın xarakteri və təmin edilməli olan tələblər üzrə ödənişlərin məbləği (o cümlədən, mülki cavabdeh mülki iddianı qəbul etdiyi hallarda) məhkəmə baxışında tədqiq edilmiş sübutlar göstərilməklə onların məcmusu ilə əsaslandırılmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsində göstərilmişdir ki, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə görə, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Qeyd edilən qanunvericilik normalarının tələbləri baxımından məhkəmə bildirir ki, cinayət işi üzrə mülki iddia təmin edilməli, təqsirləndirilən şəxs və həmçinin cinayət işi üzrə mülki cavabdeh Təqsirləndirilən şəxs 3500 (üç min beş yüz) manat məbləğində pul alınaraq zərərçəkmiş şəxs və həmçinin cinayət işi üzrə mülki iddiaçı X10 ödənilməli və mülki iddia təmin edilməli olduğundan zərərçəkmiş şəxs və həmçinin cinayət işi üzrə mülki iddiaçı X19 tərəfindən mülki iddia qaldırılan zaman ödənilmiş 55 (əlli beş) manat dövlət rüsumu Təqsirləndirilən şəxs tutularaq X10 ödənilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1 və 197.1.4-cü maddələrinə əsasən mütəxəssisə, ekspertə ödənilməli haqlar və tərcüməçiyə ödəniş haqqı kimi verilməli olan məbləğ məhkəmə məsrəflərinə aiddir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən Bu Məcəllənin 197.1.1, 197.1.2, 197.1.4, 197.1.5-1, 197.1.5-2, 197.1.6—197.1.9cu maddələrində sadalanan məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. Məhkəmə belə nəticəyə gəlir ki, iş üzrə məhkəmə məsrəfləri olan ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001ci il tarixli, 31 nömrəli qərarına əsasən göstərilmiş hüquqi xidmətlərə görə müdafiəçiyə hər iş saatı üçün 6 (altı) manat miqdarında haqq ödənilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.5-ci maddəsinin tələbinə görə həmin Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Qeyd olunanlara əsasən məhkəmə müdafiəçi tərəfindən məhkəməyə təqdim edilmiş hesabatı nəzərdən keçirərək belə əticəyə gəlir ki, təqsirləndirilən şəxsə göstərilmiş hüquqi xidmətə görə Naxçıvan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 30 (otuz) iş saatına görə 180 (bir yüz səksən) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsindən müdafiəçiyə ödənilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli olan əmlakı məhkəmə tərəfindən müəyyən edilməmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 29 oktyabr 2024-cü il tarixdən 21 noyabr 2024-cü il tarixədək həbsdə saxlanıldığı müddət yəni 24 gün müddətin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər hesablanmaqla, cəmi 48 (qırx səkkiz) gün müddət ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq, onun üzərində qəti olaraq 01 (bir) il 10 (on) ay 12 (on iki) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə daimi yaşayış yeri olan Naxçıvan şəhəri, Təbriz küçəsi, bina 11, ev 37 ünvanında yerləşən mənzili axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Naxçıvan Muxtar Respublikası ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzanın icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Naxçıvan şəhər İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs çəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin və o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilsin. Təqsirləndirilən şəxs barəsində hökm qanuni qüvvəyə minənədək başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilsin. İş üzrə maddi sübut olan bir ədəd sərmə adlanan üzərində 6 ədəd böyük fiqurları olan və 20 ədəd balaca fiqurları olan qızıl boyunbağı, bir ədəd qalın və üzərində naxışları olan bağlama yeri sepli olan qızıl bilərzik (qolbaq), bir ədəd nazik və uzun qızıl boyunbağı, bir ədəd qadın üçün qızıl qol saatı, bir ədəd üzərində Tovuz quşu təsviri olan klonla birlikdə 44 hissədən ibarət hel adlanan qızıl boyunbağı, bir ədəd sərmə adlanan üzərində 14 ədəd hissəsi olan qızıl boyunbağı, bir ədəd üzərində yaqut (su rəngi) qaşı olan qara-sarı naxışlı qızıl klon, bir cüt üzərində yaşıl rəngli zümrüd qaşı, brilyant olan fantaziya adlanan qızıl sırğa, bir ədəd üzərində oval şəkilli fiqur olan qızıl klon, bir ədəd 9-a 15 qalmış müşahidə olunan qızıl qol saatının əsas hissəsi, bir ədəd üzərində qırmızı rəngli yaqut daşı olan qızıl sırğa tayı, bir ədəd üzərində qaşları olan fantaziya adlanan qızıl üzük, bir ədəd halqa formalı qaşsız qızıl üzük, bir ədəd üzərində Rusiyanın gerbi təsvir edilmiş qaşsız qızıl kişi üzüyü, bir ədəd üzərində sarı rəngli kəhraba daşı olan qızıl klon, bir ədəd üzərində yarpaq formalı klonu olan enli qızıl boyunbağı, bir ədəd üzərində Hz.Əlinin təsviri olan qızıl klon və bir ədəd dördkünc qara rəngli brilyant daşın zərərçəkmiş şəxs X10 qaytarılması nəzərə alınsın. İş üzrə maddi sübut olan və Naxçıvan şəhər Polis İdarəsinin maddi sübutların saxlanc otağında saxlanılan X10 məxsus bir ədəd dəmir seyf və həmin dəmir seyfə məxsus açarlar hökm qanuni qüvvəsini aldıqdan sonra X10 qaytarılsın. İş üzrə mülki iddia təmin edilsin. Təqsirləndirilən şəxs və həmçinin cinayət işi üzrə mülki cavabdeh Təqsirləndirilən şəxs 3500 (üç min beş yüz) manat məbləğində pul alınaraq zərərçəkmiş şəxs və həmçinin cinayət işi üzrə mülki iddiaçı X10 ödənilsin. Mülki iddia təmin edilməli olduğundan zərərçəkmiş şəxs və həmçinin cinayət işi üzrə mülki iddiaçı X19 tərəfindən mülki iddia qaldırılan zaman ödənilmiş 55 (əlli beş) manat dövlət rüsumunun əvəzi Təqsirləndirilən şəxs tutularaq X10 ödənilsin. Ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN 020003621, Hesab: AZ21NABZ********************, Müxbir hesab: AZ88NABZ********************) köçürülsün. Naxçıvan Şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs dövlət hesabına göstərdiyi pulsuz hüquqi yardıma görə 180 (bir yüz səksən) manat məbləğində haqq Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Müdafiəçi ödənilsin. Hökmdən elan olunduğu gündən 20 (iyirmi) gün müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Gülsüm Əliyeva.
Məhkəmə qərarları › İş №1(078)-44/2024
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Hökm — İş №1(078)-44/2024
21.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver