Azərbaycan Respublikası adından HÖKM Naxçıvan şəhəri İş № 1(078)-44/2025 26.08.2025 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Əliyeva Gülsüm Kamal qızının sədrliyi, X3 məhkəmə iclas katibliyi, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx.xx.1973-cü ildə Naxçıvan şəhər, Qaraxanbəyli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, natamam orta təhsilli, işsiz, subay, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş, Naxçıvan şəhər, Qaraxanbəyli kəndində qeydiyyatda olmaqla yaşayan, Naxçıvan Şəhər Məhkəməsinin 19 fevral 2025-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Naxçıvan MR Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə, m ü ə y y ə n e t d i: Azərbaycan Respublikasının Prokurorluğu Naxçıvan Muxtar Respublikası Naxçıvan şəhər Prokurorluğu tərəfindən göndərilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi 02 may 2025-ci ildə Naxçıvan Şəhər Məhkəməsinin icraatına daxil olmuşdur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cinayət işinin başlanmasına səbəb Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə saat 19 radələrində Zərərçəkmiş şəxs2 məxsus Naxçıvan şəhəri Qaraxanbəyli kəndində yerləşən evinə qanunsuz olaraq daxil olub həmin evdən Zərərçəkmiş şəxs2 məxsus 1500 manat dəyərində tikinti materiallarını tamah məqsədi ilə gizli yolla talayaraq Zərərçəkmiş şəxs2 maddi ziyan vurması barəsində daxil olmuş müraciət və həmin müraciət əsasında toplanmış materiallar olmuşdur. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci və 177.2.3-cü maddələri ilə təqsirləndirilir ondan ötrü ki, o, yaşayış sahəsinə və tövləyə qanunsuz daxil olaraq özgə əmlakını gizli yolla talamaqla təkrar oğurluq etmişdir. Belə ki, o, tamah niyyəti ilə özgə əmlakını gizli talama məqsədi ilə xx.xx.2025-ci il tarixdə saat təxminən 04 radələrində ünvan 1 ünvanında yerləşən Zərərçəkmiş şəxs1 məxsus olan tövlənin qapısını açmış və tövlənin içərisinə qanunsuz daxil olub oradan, Zərərçəkmiş şəxs1 məxsus olan 4 baş yerli sort dişi qoyun, bir baş yerli sort erkək quzu və 11 baş yerli sort dişi keçi, bir baş yerli sort erkək keçi, bir baş hələb sortu erkək keçini oğurlamaqla ümumilikdə 3600 (üç min altı yüz) manat dəyərində qeyd olunan xırdabuynuzlu heyvanları gizli yolla talayaraq oğurluq etmişdir. Bundan başqa o, tamah niyyəti ilə özgə əmlakını gizli talama məqsədi ilə xx.xx.2025-ci il tarixdə saat təxminən 19 radələrində Naxçıvan şəhər, Qaraxanbəyli kəndində yerləşən Zərərçəkmiş şəxs2 məxsus olan fərdi yaşayış evinə vintaçanla evin plastik pəncərəsini açaraq evin içərisinə qanunsuz daxil olub oradan, Zərərçəkmiş şəxs2 məxsus olan 5x10 ölçüdə olan 1 m³ taxta və 6 metr uzunluğunda olan dəmirdən hazırlanmış 1 ədəd dəmir pilləkən, üzərində su kranı olan gümüşü rəngli qab yumaq üçün istifadə edilən 1 ədəd unvalnik, 24 litrlik 1 ədəd su qızdırıcı, 5 ədəd silikon, tünd-göy rəngli Aqidel markalı 1 ədəd su nasosu, diametri 5 sm və uzunluğu 5 metr olan 3 ədəd plastik boru, diametri 10 sm və uzunluğu 3 metr olan 2 ədəd plastik boru, diametri 2 sm və uzunluğu 10 metr olan dəmir boru, 2 sm qalınlığında və 8 metr uzunluğunda olan armatur, diametri 2 sm və uzunluğu 20 metr olan ağ rəngli rezin su borusu, 70x195 sm ölçüdə olan plastikdən hazırlanmış olan ağ rəngli 1 ədəd qapını çərçivəsi ilə birlikdə oğurlamaqla ümumilikdə 1503 (min beş yüz üç) manat dəyərində qeyd olunan əşyaları gizli yolla talayaraq təkrar oğurluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ifadəsində ona elan olunmuş ittihamda özünü təqsirli bildiyini, Zərərçəkmiş şəxs1 baytar olduğuna görə tanıdığını, cəzaçəkmə müəssisəsindən çıxdıqdan sonra Məşğulluqdan ona iyirmi bir ədəd xırdabuynuzlu heyvan verildiyini, həmin heyvanlara baytar kimi Səfərin baxdığını, lakin sonradan heyvanlarının bir hissəsin öldüyünü, bir hissəsini isə Məşdi adlı çobanın vasitəçiliyi ilə Naxçıvan şəhər Qaraçuq kəndində yaşayan Malik adlı mal-qara alveri ilə məşğul olan şəxsə satdığını, X5 şəhər Azərbaycan məhəlləsi döngə 6 ev 24 ünvanında yerləşən fərdi yaşayış evinin həyətində yerləşən tövlədə heyvan saxladığını bildiyini, xx.xx.2025-ci il tarixdə saat 04 radələrində ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin həyətində Səfərin heyvanlarını saxladığı tövlənin olduğu yerə gəldiyini, evin darvazasına yaxınlaşdığını, lakin darvazanın bağlı olduğunu, darvazanın yanında olan hasara qalxdığını, həyətə düşdüyünü, sonra isə oradan tövlənin olduğu yerə gəldiyini, tövlənin qapısının qıfıllı olmadığını, qapını çəkib açdığını və tövlənin içərisinə girdiyini, həmin vaxt orada olan xırdabuynuzlu heyvanlardan on səkkizini sayıb tövlədən həyətə çıxartdığını, sonra isə həmin heyvanları darvazanın qarşısına gətirdiyini, darvazanı açıb həmin heyvanları həyətdən çölə çıxardığını, heyvanları götürüb bir gün əvvəlcədən satmaq üçün danışdığı Qaraçuq kəndindən olan Şahid1 evinin qarşısına gətirdiyini, həmin vaxt saat səkkiz radələri olduğunu, Maliki evlərindən çağırdığını, Malikin gəlib on səkkiz baş xırdabuynuzlu heyvanlara baxdığını və həmin heyvanlara görə ona 1720 manat pul verdiyini, Malikə həmin heyvanları gözünü əməliyyat etdirmək üçün satdığını dediyini, heyvanları satıb pulunu aldıqdan sonra, oradan çıxıb gözünü əməliyyat etdirmək üçün Türkiyə Respubilkasına getmək üçün Naxçıvan Şəhər avtovağzalına getdiyini, Avtovağzaldan isə taksi ilə Sədərək Gömrüyü istiqamətində hərəkət etdiyini, Sədərək Gömrüyündə olan zaman polis əməkdaşlarının onu saxladıqlarını, xx.xx.2025-ci il tarixdə isə Naxçıvan şəhər, Qaraxanbəyli kəndində yerləşən fərdi yaşayış evindən oğurluq etdiyini, Naxçıvan şəhər, Qaraxanbəyli kəndində yaşadığı evdən çıxıb məhəllədə gəzdiyini, həmin vaxtı hərbi hissənin yanında yerləşən tikinti gedən evin qarşısında taxta olduğunu gördüyünü və həmin vaxtı taxtaları oğurlayıb aparıb satmaq qərarına gəldiyini, gedib taxtalara baxdığını, 2-3 metr uzunluğunda olan təxminən 10 ədəd taxta olduğunu gördüyünü, sonra evə tərəf getdiyini, qapı və pəncərənin bağlı olduğunu gördüyünü, pəncərənin qarşısında 1 ədəd vint açanın olduğunu gördüyünü, həmin vint açanla pəncərəni aça biləcəyini fikirləşdiyini, vint açanı götürüb plastik pəncərənin orta hissəsindən kilid yerinə saldığını, pəncərəni açaraq pəncərədən evə daxil olduğunu, salondan 5x10 ölçüdə olan təxminən 15 ədəd taxtanı, dəmirdən hazırlanmış 1 ədəd pilləkəni, taxtadan hazırlanmış 1 ədəd 2 metr uzunluğunda olan pilləkəni, diametri 1.2 sm və uzunluğu 2.5 metr olan 1 ədəd armaturu, qara rəngli salafan torbanın içərisində olan plastik kanalizasiya borularına aid dirsəkləri, mətbəxdən üzərində su kranı olan gümüşü rəngli unvalniki, 1 ədəd kəsəri, markasını bilmədiyi 1 ədəd su qızdırıcını, göy rəngli Aqidel markalı 1 ədəd su nasosunu, mətbəxin yanında olan digər otaqdan diametri 5 sm və uzunluğu 2 metr olan 3 ədəd plastik kanalizasiya borusunu, diametri 10 sm və uzunluğu 2 metr olan 2 ədəd plastik kanalizasiya borusunu, çöldən isə hamamın yerinə taxılmış ağ rəngli plastik qapısını çərçivəsi ilə birlikdə yerindən söküb oğurlayıb evdən çıxarıb evin sol tərəfinə həyətə yığdığını, həmin vaxt ətrafa baxdığını və heç kimin olmadığını gördüyünü, səhər açılmamış həmin materialları qazelə yükləyib aparıb satmağı fikirləşdiyini, gedib pəncərəni çöldən çəkib örtdüyünü, oradan çıxıb yaşadığı evə gəldiyini, səhəri günü, yəni xx.xx.2025-ci il tarixdə saat 07 radələrində evdən çıxıb qazel tapmaq məqsədi ilə Dəmiryolu Vağzalına getdiyini və oradan tanımadığı bir sürücüdən həyətdə taxta olduğunu gedib onu götürməsini dediyini, sürücünün ona “20 manat pul verərsən” dediyini, özünün də həmin sürücü ilə razılaşdığını, oradan çıxıb oğurluq elədiyi evə getdiyini və orada evin içərisindən oğurlayıb həyətə yığdığı tikinti materiallarını qazelə yüklədiyini, taxta pilləkən ağır olduğundan onu qazelə qoya bilmədiyini və orada saxladığını, qara rəngli salafan torbanın içərisində olan plastik kanalizasiya borularına aid dirsəkləri götürmədiyini, onların da həyətdə qaldığını, oradan qazellə çıxıb Əliabad qəsəbəsinin yaxınlığında olan 59-cu məhəllədə yerləşən ikinci əl tikinti materialları alınıb-satılan mağazaya getdiyini, orada tanımadığı satıcıya onun özünün tikinti materialları olduğunu və onları satmaq istədiyini, həmin satıcının da alacağını bildirdiyini, özünün oğurladığı materialları qazeldən yerə boşaltdığını, qazelin sürücüsünə 20 manat pul ödədiyini, oğurladığı materiallardan su nasosu və su qızdırıcı istisna olmaqla qalan materialları 111 manata həmin mağazaya satdığını və pulu alıb şəhərə getdiyini, həmin pulu da şəxsi ehtiyacları olduğu üçün xərclədiyini, həmin gün saat 11 radələrində o, su nasosunu və su qızdırıcını götürüb Qaraçuq kəndində yerləşən dəmir alınıb-satılan yerə satmaq məqsədi ilə apardıqlarını, orada tanımadığı satıcıya “özünə məxsus 1 ədəd su nasosu və 1 ədəd su qızdırıcı var, onları neçəyə alarsınız?” dediyini, həmin satıcı da ümumilikdə 30 manat verəcəyini bildirdiyini, onunla razılaşıb həmin əşyaları ona satdığını, həmin pulu da şəhərdə şəxsi ehtiyaclarına xərclədiyini, istintaq zamanı verdiyi ifadəni təsdiq etdiyini, əməlindən peşman olduğunu bildirərək qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 ifadəsində Naxçıvan Şəhər Aqro Xidmət mərkəzində fərdi baytar həkimi kimi işlədiyini, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin həyətində yerləşən tövlədə heyvan saxladığını, onun təxminən 52 baş xırdabuynuzlu heyvanı olduğunu, yaşayış yeri həmin ev olmasa da, hərdən həmin evdə qaldığını, xx.xx.2025-ci il tarixdə də həmin evdə qaldığını, xx.xx.2025-ci il tarixdə saat 04 radələrində həyətdə saxladığı itin hürmə səsini eşitdiyini, lakin onun səsinə məhəl qoymadığını, saat 07 radələrində tövləyə baxmağa getdiyini, həmin vaxt tövlənin qapısının açıq olduğunu gördüyünü, tövləyə daxil olduğunu, həmin vaxt tövlənin giriş hissəsində saxladığı heyvanlarının orada olmadığını gördüyünü, həmin xırdabuynuzlu heyvanlarının beş başının qoyun, 13-nün isə keçi olduğunu, ilk olaraq qapının açıq qalıb heyvanların çıxdığını fikirləşdiyini, sonra heyvanların izi ilə getdiyini, onların izlərinin avtomobil bazarı tərəfinə getdiyi gördüyünü, avtomobil bazarı tərəfdən geri qayıtdığını, onların qonşuluğunda olan evin kamera görüntülərinə baxdığını, həmin görüntülərə baxan zaman Səbuhi adlı şəxsin tövlənin qapısını açdığını və heyvanları çölə çıxardığını və onları apardığını gördüyünü, videogörüntülərə baxdıqdan sonra Polis Bölməsinə zəng etdiyini, Səbuhi adlı şəxsin onun tövləsindən 18 baş xırdabuynuzlu heyvanını oğurladığını bildirdiyini, heyvanlarının özünə qaytarıldığını, istintaq zamanı verdiyi ifadəni təsdiq etdiyini, təqsirləndirilən şəxsə qarşı şikayət və tələbi olmadığını bildirmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs2 ifadəsində təxminən 5 ildir Naxçıvan şəhəri Qaraxanbəyli kəndində yerləşən anası X1 məxsus torpaq sahəsində evin tikintisinin getdiyini, 7-8 ay olar ki, anası Tovuzun həmin evi onun mülkiyyətinə keçirdiyini və o, evi tikməyə davam etdiyini, hal-hazırda həmin evin tikildiyini və içərisinin təmir işləri qaldığı üçün orada yaşayış olmadığını, hava soyuq olduğundan tikinti işlərini dayandırdıqlarını və evdə işləyən Ələkbər və onun yanında olan adını bilmədiyi ustanın evin qapısını və pəncərələrini bağlayıb açarları gətirib ona verdiklərini, həmin gündən təxminən bir həftə sonra evə baxmaq istəyən müştəri çıxdığını, onların gedib müştəri ilə birlikdə həmin evə baxdıqlarını, sonra oradan çıxanda özünün qapını kilidlədiyini və pəncərəni bağladığını, həmin evə təxminən 1 ay olardı ki, getmədiyini, xx.xx.2025-ci il tarixdə saat 14 radələrində başqa müştərinin həmin evə baxmaq istədiyini və həmin evə getdiklərini, evə gedəndə evin qapısı və qabaq sağ pəncərəsinin birinin açıq vəziyyətdə olduğunu və hamamın qapısının yerində olmadığını gördüyünü, tez evin içərisinə girib salondan 5x10 ölçüdə olan 400 manat dəyərində olan istifadə edilməmiş 1 m3 taxta və 6 metr uzunluğunda olan dəmirdən hazırlanmış 30 manat dəyərində olan istifadə edilmiş 1 ədəd dəmir pilləkən, mətbəxdən üzərində su kranı olan gümüşü rəngli qab yumaq üçün istifadə edilən 40 manat dəyərində olan istifadə edilməmiş 1 ədəd unvalnik, markasını bilmədiyi 24 litrlik 150 manat dəyərində olan təxminən 3 ay istifadə edilmiş 1 ədəd su qızdırıcı, ağ rəngli ümumilikdə 20 manat dəyərində olan istifadə edilməmiş 5 ədəd silikon, mətbəxin yanında olan otaqdan 5x10 ölçüdə olan 400 manat dəyərində istifadə edilməmiş 1 m³ taxta, sağ tərəfdə olan digər otaqdan isə təxminən 4 aydır istifadə edilən tünd-göy rəngli Aqidel markalı 150 manat dəyərində 1 ədəd su nasosu, diametri 5 sm və uzunluğu 5 metr olan 40 manat dəyərində istifadə edilməmiş 3 ədəd plastik boru, diametri 10 sm və uzunluğu 3 metr olan 30 manat dəyərində istifadə edilməmiş 2 ədəd plastik boru, diametri 2 sm və uzunluğu 10 metr olan 20 manat dəyərində istifadə edilməmiş dəmir turba, 2 sm qalınlığında və 8 metr uzunluğunda olan 13 manat dəyərində istifadə edilməmiş armatur, diametri 2 sm və uzunluğu 20 metr olan 40 manat dəyərində istifadə edilməmiş ağ rəngli rezin su şlanqının naməlum şəkildə oğurlandığını, 1 ədəd ağ rəngli əl-üz yumaq üçün istifadə edilən 120 manat dəyərində olan istifadə edilməmiş şüşə unvalnikin isə sındığını, evdən çıxıb hamama baxanda hamamın 70x195 sm ölçüdə olan plastikdən hazırlanmış 170 manat dəyərində olan ağ rəngli 1 ədəd qapısının çərçivəsi ilə birlikdə yerindən çıxarılaraq oğurlandığını gördüyünü, sonra o, evin sağ tərəfinə keçib evin divarının yanında taxta pilləkən, karkas toxunmuş armaturlar, padaqolnik və salafan torbanın içərisində olan plastik boruları birləşdirən dirsəklərin evin içərisindən çıxarılıb çölə atıldığını, lakin oğurlanmadığını gördüyünü, özünün də oğurluq edilməsi barədə polisə məlumat verdiyini və polislərin gəlib hadisə yerinə baxış keçirdiklərini, istintaq zamanı verdiyi ifadəni təsdiq etdiyini, əşyalarının hamısının ona qaytarılmadığını, təqsirləndirilən şəxs qarşı şikayət və tələbi olduğunu bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində Təqsirləndirilən şəxs əvvəlcədən tanıdığını, Səbuhinin Naxçıvan şəhər Qaraxanbəyli kəndində yaşadığını, özünün Naxçıvan şəhər, Qaraçuq kəndində yerləşən dəmir-alqı satqı yerində bacısı oğlu İlkin ilə birlikdə işlədiyini, xx.xx.2025-ci il tarixdə özünün iş yerində olmadığını, həmin vaxt İlkinin ona Qaraxanbəyli kəndində Səbuhi adlı şəxsdən bir ədəd motor və bir ədəd su qızdırıcısı aldığını dediyini, xx.xx.2025-ci il tarixdə polis sahə rəisinin ona zəng etdiyini, onun yerinə kiminsə gətirib su qızdırıcı ilə motor verib-vermədiyini soruşduğunu, həmin vaxt xx.xx.2025-ci il tarixdə İlkinin bir ədəd su motoru ilə bir ədəd su qızdırıcı aldığını dediyini, bir qədər sonra polis əməkdaşları ilə Səbuhinin onun yerinə gəldiklərini, polis əməkdaşlarına hər iki əşyanı təqdim etdiyini, polis əməkdaşlarına həmin su nasosunu və su qızdırıcını təhvil verdiyini, istintaq zamanı verdiyi ifadəni təsdiq etdiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində Təqsirləndirilən şəxs əvvəlcədən tanımadığını, Naxçıvan şəhər, Qaraçuq kəndində yerləşən dəmir-alqı satqı yerində dayısı Samirlə birlikdə işlədiyini, xx.xx.2025-ci il tarixdə saat 11 radələrində onun işlədiyi yerə Səbuhi adlı şəxsin gəldiyini, həmin şəxsin ona dəmir olduğunu və onu satmaq istədiyini bildirdiyini, özünün isə həmin dəmirlərin nə olduğunu soruşduğunu, Səbuhinin isə ona bir ədəd su nasosu və bir ədəd su qızdırcısı olduğunu dediyini, onların işləyibişləmədiyini soruşduğunu, Səbuhinin onların işləmədiyini bildirdiyini, Səbuhinin ona müalicə üçün Türkiyə Respublikasına getməli olduğunu və ona görə də hər ikisini satdığını bildirdiyini, ona hər ikisinə görə 30 manat pul verə biləcəyini bildirdiyini, Səbuhi ilə birlikdə onun dediyi evə getdiklərini, həmin evin Qaraxanbəyli kəndində olduğunu, onların Səbuhi ilə birlikdə Qaraxanbəyli kəndində yerləşən evə getdiklərini, özünün qapıda gözlədiyini, Səbuhinin evə gedib su qızdırıcını və motoru gətirib onun avtomobilinə qoyduğunu, özünün isə həmin vaxt 30 manat pul çıxarıb Səbuhiyə verdiyini, özünün dəmirləri də götürüb Naxçıvan şəhərində, Qaraçuq kəndində yerləşən dəmir qəbulu yerinə gəldiyini, həmin dəmirləri Qaraxanbəyli kənd sakini Səbuhi adlı şəxsdən aldığını dayısı Samirə dediyini, həmin vaxtdan təxminən iki gün sonra onların yerinə polis əməkdaşlarının gəldiyini, onların da həmin vaxt həmin əşyaların oğurlandığını bildiklərini, istintaq zamanı verdiyi ifadəni təsdiq etdiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində Naxçıvan şəhər Qaraçuq kəndində fərdi təsərrüfatla məşğul olduğunu, Təqsirləndirilən şəxs əvvəlcədən tanımadığını, mal-heyvan alanda Məşdinin yanında Səbuhini gördüyünü, həmin vaxtdan Səbuhinin onu tanıdığını, onun mal-heyvan aldığını bildiyini, xx.xx.2025-ci il tarixdə Səbuhinin onların Qaraçuq kəndində məhəllələrində yerləşən mağazaya gəldiyini və onunla danışmaq istədiyini dediyini, həmin vaxt mağazada olan şəxslərdən birinin ona zəng etdiyini, telefonda danışan şəxsin Səbuhi olduğunu, Səbuhinin ona heyvanının olduğunu və gözünü əməliyyat etdirmək üçün həmin heyvanları satmaq istədiyini dediyini, ona yasa gedəcəyini və pul lazım olduğunu dediyini, mağazada Rasimə ona iyirmi manat pul verməsini dediyini, Rasimin ona iyirmi manat pul verdiyini, Səbuhini ona səhər tezdən heyvanları gətirəcəyini dediyini, xx.xx.2025-ci il tarixdə saat 8 radələrində Səbuhinin 18 baş xırdabuynuzlu heyvanı onun evinin qapısına gətirdiyini, həmin xırdabuynuzlu heyvanlardan beş başının qoyun, on üç başının isə keçi olduğunu, həmin heyvanlara görə Səbuhiyə 1720 manat pul verdiyini, Səbuhinin heyvanlarının ona verdiyini, pulunu alıb getdiyini, Səbuhi ona gözünü əməliyyat etdirmək üçün həmin heyvanları satdığını dediyini, Səbuhinin çıxıb getdikdən sonra Zərərçəkmiş şəxs1 ona zəng etdiyini, Səfərin onların kəndinin baytarı olduğunu, Səfərin ondan səhər tezdən heyvan alıb-almadığını soruşduğunu, Səfərə on səkkiz baş heyvan aldığını dediyini, Səfərin ona həmin xırdabuynuz heyvanların ona məxsus olduğunu, oğurlandığını dediyini, özünün isə ona polisə zəng edib məlumat verməsini dediyini, heyvanları Səbuhinin gətirib ona verdiyini dediyini, istintaq zamanı verdiyi ifadəni təsdiq etdiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində xx.xx.2025-ci il tarixdə saat 08 radələrində Naxçıvan şəhəri, Əliabad qəsəbəsinin yaxınlığında yeni tikilmiş dəyirmanın yanında yerləşən iş yerində tikinti materialları mağazasında olduğunu və həmin vaxtı Səbuhi adlı bir müştərinin qazellə mağazaya gəlib ona qazeldə olan taxtaları, turbaları, qapını və üzərində kranı olan unvalniki satmaq istədiyini, bunları almaq istəyib-istəmədiyini soruşduğunu, özünün də həmin tikinti materiallarına baxdığını və almaq istədiyini dediyini, həmin materialları saydığını və hamısına ümumilikdə 111 manat Səbuhiyə pul ödəyib aldığını, materialların Səbuhidən satın aldığına dair faktura yazdığını və hər ikisinin fakturanı imzaladığını, həmin materialları qazeldən boşaldıb mağazaya yığdığını və xx.xx.2025-ci il tarixdə Səbuhinin ona satdığı plastik qapını 80 manata tanımadığı müştəriyə satdığını, xx.xx.2025-ci il tarixdə polis əməkdaşlarının mağazaya gəlib yaxın vaxtlarda taxta, unvalnik və qapı satılıb-satılmadığını ondan soruşduqlarını, özünün də təxminən 2 gün bundan əvvəl Səbuhidən aldığı materialları polislərə göstərdiyini və polislərin həmin materialların oğurluq əmlak olduğunu ona bildirdiklərini, Səbuhidən alan zaman həmin tikinti materiallarının oğurluq olduğunu bilmədiyini, istintaq zamanı verdiyi ifadəni təsdiq etdiyini bildirmişdir. Zərərçəkmiş şəxs1 25 avqust 2025-ci il tarixdə məhkəməyə ərizə göndərərək Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbinin olmadığını, məhkəmə iclaslarında iştirak edə bilməyəcəyini, nəzərə alaraq qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, istintaq hərəkətlərinin protokollarını da sübut növləri kimi qəbul edir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 17 fevral 2025-ci il tarixli cinayət işinin başlanması haqqında qərardan görünür ki, həmin tarixdə HKpb-80/25 nömrəli material üzrə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmış və hadisə nəticəsində maddi ziyan dəymiş Zərərçəkmiş şəxs2 iş üzrə zərər çəkmiş şəxs qismində tanınaraq hüquq və vəzifələri ona izah izah edilmişdir. (cild İ, iş vərəq 1) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 31 yanvar 2025-ci il tarixli ərizədən görünür ki, həmin tarixdə Zərərçəkmiş şəxs1 ərizə ilə Naxçıvan şəhər Polis İdarəsinə müraciət edərək xx.xx.2025-ci il tarixdə saat 04 radələrində ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin həyətində yerləşən tövlədən ona məxsus olan on səkkiz baş xırdabuynuzlu heyvanlarının oğurlandığını bildirərək ona köməklik edilməsini xahiş etmişdir. (cild İ, iş vərəq 4) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 31 yanvar 2025-ci il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, həmin tarixdə ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsində yerləşən tövləyə baxış keçirilmiş, baxış keçirilən zaman vətəndaş Zərərçəkmiş şəxs1 ona məxsus olan on səkkiz baş xırdabuynuzlu heyvanlarının oğurlandığını bildirmiş, tövləyə baxış keçirilən zaman tövlənin qapısının dəmirdən olduğunu və üzərinin taxta ilə örtüldüyünü, qapı açıldıqdan sonra isə heyvanların saxlanıldığı hissənin olduğu, həmin yerdə heyvanların saxlanıldığı, lakin həmin hissənin boş olduğunun müəyyən olunmuşdur. (cild İ, iş vərəq 6-8) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 31 yanvar 2025-ci il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, həmin tarixdə Şahid1 məxsus olan Naxçıvan şəhər, Qaraçuq kəndində yerləşən tövləyə baxış keçirilmiş, baxış zamanı Şahid1 Təqsirləndirilən şəxs ona on səkkiz baş xırdabuynuzlu heyvan satdığını bildirmiş, tövləyə baxış keçirilən zaman 4 baş dişi, 1 baş erkək qoyun, iki baş erkək, 11 baş isə dişi keçinin tövlədə olduğu aşkar olunmuş, Malik İbrahimov həmin heyvanlara görə Təqsirləndirilən şəxs 1720 manat məbləğində pul verdiyini bildirmişdir. (cild İ, iş vərəq 16-18) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 31 yanvar 2025-ci il tarixli ərizədən görünür ki, həmin tarixdə Zərərçəkmiş şəxs1 ərizə ilə Naxçıvan şəhər Polis İdarəsinə müraciət edərək xx.xx.2025-ci il tarixdə saat 04 radələrində Təqsirləndirilən şəxs ünvan 1 ünvanının həyətində yerləşən tövlədən ona məxsus olan 18 baş xırdabuynuzlu heyvanları oğurladığını, həmin heyvaların ehtiyacı olduğu üçün ona geri qaytarılmasına köməklik göstərilməsini xahiş etmişdir. (cild İ, iş vərəq 25) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 31 yanvar 2025-ci il tarixli maddi sübutun təhvil verilməsi haqqında aktdan görünür ki, xx.xx.2025-ci il tarixdə Təqsirləndirilən şəxs tərəfindən oğurlanmış Zərərçəkmiş şəxs1 məxsus olan 18 baş xırdabuynuzlu heyvanlar Zərərçəkmiş şəxs1 təhvil verilmişdir. (cild İ, iş vərəq 26) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 07 fevral 2025-ci il tarixli arayışdan görünür ki, Zərərçəkmiş şəxs1 məxsus beş baş qoyun və on üç baş keçini nəzərdən keçirilmiş və 1 baş qoyun (dişi) yerli sort, 30 kiloqram çəkidə; 1 baş qoyun (dişi) yerli sort, 30 kiloqram çəkidə; 1 baş qoyun (dişi) yerli sort, 36 kiloqram çəkidə; 1 baş qoyun (dişi) yerli sort, 30 kiloqram çəkidə; 1 baş erkək quzu, yerli sort, 34 kiloqram çəkidə; 1 baş keçi (erkək) hələb sortu, 70 kiloqram çəkidə; 1 baş keçi (erkək) yerli sort, 20 kiloqram çəkidə; 1 baş keçi (dişi) yerli sort, 26 kiloqram çəkidə; 1 baş keçi (dişi) yerli sort, 28 kiloqram çəkidə; 1 baş keçi (dişi) yerli sort, 26 kiloqram çəkidə; 1 baş keçi (dişi) yerli sort, 24 kiloqram çəkidə; 1 baş keçi (dişi) yerli sort, 22 kiloqram çəkidə; 1 baş keçi (dişi) yerli sort, 24 kiloqram çəkidə; 1 baş keçi (dişi) yerli sort, 26 kiloqram çəkidə; 1 baş keçi (dişi) yerli sort, 24 kiloqram çəkidə; 1 baş keçi (dişi) yerli sort, 26 kiloqram çəkidə; 1 baş keçi (dişi) yerli sort, 22 kiloqram çəkidə və 1 baş keçi (dişi) yerli sort, 24 kiloqram çəkidə olduğu müəyyən edilmişdir. (cild İ, iş vərəq 27) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 11 fevral 2025-ci il tarixli məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilməsi haqqında qərardan görünür ki, material üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş və ekspertizanın aparılması Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinə həvalə edilmişdir. (cild İ, iş vərəq 29) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 17 mart 2025-ci il tarixli, 196 nömrəli ekspert rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda göstərilən xırdabuynuzlu heyvanların hadisə baş verən tarixə yəni, 2025-ci ilin yanvar ayına orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri hesablama yolu ilə təxminən 2910,00 (iki min doqquz yüz on) manat müəyyən edilmişdir. (cild İ, iş vərəq 181-182) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 16 fevral 2025-ci il tarixli ərizədən görünür ki, həmin tarixdə Zərərçəkmiş şəxs2 ərizə ilə Naxçıvan şəhər Polis İdarəsinə müraciət edərək ona məxsus olan Naxçıvan şəhər, Qaraxanbəyli kəndində yerləşən tikinti gedən evdən təxminən 1500 manat dəyərində tikinti materialları naməlum şəkildə oğurlandığını, bu barədə ona köməklik edilməsini xahiş etmişdir. (cild İ, iş vərəq 30) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 16 fevral 2025-ci il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, Naxçıvan şəhəri, Qaraxanbəyli kənd sakini Zərərçəkmiş şəxs2 xx.xx.2025-ci il tarixdə Naxçıvan Şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsinə ərizə ilə müraciət edərək, özünə məxsus Naxçıvan şəhəri Qaraxanbəyli kəndində yerləşən evdən 1500 manat dəyərində tikinti materiallarının oğurlandığını bildirdiyindən qeyd edilən hadisə ilə bağlı həmin hadisənin baş verdiyi Naxçıvan şəhəri Qaraxanbəyli kəndində yerləşən 1 mərtəbəli həyət evinə baxış keçirilmiş, baxış keçirilən ev açıq ərazidə yerləşmiş və həmin evin həyətinin hasarı olmamış, ev yeni tikilmişdir və evin içərisinin təmir işləri yekunlaşmadığı üçün hal-hazırda həmin evdə yaşayış yoxdur. Evin giriş qapısı 1 tağlı olmaqla dəmirdən hazırlanmışdır və tünd-qəhvəyi rəngdədir, pəncərələr isə plastik hazırlanmışdır və ağ rəngdədir. Qapı və pəncərələrdə hər hansı bir zorlama və ya sındırılma izləri aşkar edilməmişdir. Baxış zamanı ev sahibi Dövlət ittihamçısı salondan 5x10 ölçüdə olan 1 m taxta və 6 metr uzunluğunda olan dəmirdən hazırlanmış 1 ədəd pilləkənin, mətbəxdən üzərində su kranı olan gümüşü rəngli qab yumaq üçün istifadə edilən unvalnikin, markasını bilmədiyi 24 litrlik 1 ədəd su qızdırıcının, ağ rəngli olan 5 ədəd silikonun, mətbəxin yanında olan otaqdan 5x10 ölçüdə olan 1 m3 taxtanın, sağ tərəfdə olan digər otaqdan isə Aqidel markalı tünd-göy rəngli 1 ədəd su nasosunun, diametri 5 sm və uzunluğu 5 metr olan 3 ədəd plastik borunun, diametri 10 sm və uzunluğu 3 metr olan 2 ədəd plastik borunun, diametri 2 sm və uzunluğu 10 metr olan dəmir turbanın, 2 sm qalınlığında və 8 metr uzunluğunda olan armaturun, diametri 2 sm və uzunluğu 20 metr olan ağ rəngli rezin su şılanqının naməlum şəkildə oğurlandığını, 1 ədəd ağ rəngli əl-üz yumaq üçün istifadə edilən şüşə unvalnikin isə sındığını bildirmiş, evə baxıldıqda digər əşyaların yerində olduğu müşahidə edilmiş, çölə çıxdıqda evin sol tərəfində hamamın yerləşdiyi və qapısının olmadığı müşahidə edilmiş, baxış zamanı Dövlət ittihamçısı hamamın 70x195 sm ölçüdə olan plastikdən hazırlanmış ağ rəngli 1 ədəd qapısının çərçivəsi ilə birlikdə yerindən çıxarılaraq oğurlandığını bildirmişdir. (cild İ, iş vərəq 34-36) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 16 fevral 2025-ci il tarixli baxış keçirilməsi və tikinti materiallarının götürülməsi haqqında protokoldan görünür ki, Naxçıvan şəhəri, Qaraxanbəyli kənd sakini Zərərçəkmiş şəxs2 xx.xx.2025-ci il tarixdə Naxçıvan Şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsinə ərizə ilə müraciət edərək, özünə məxsus Naxçıvan şəhəri, Qaraxanbəyli kəndində yerləşən evdən 1500 manat dəyərində tikinti materiallarının oğurlandığını bildirmişdir. Araşdırma zamanı oğurluq hadisəsini törədən şəxsin Təqsirləndirilən şəxs olduğu müəyyən edilmiş və Təqsirləndirilən şəxs həmin evdən oğurladığı tikinti materiallarının bir hissəsini Naxçıvan şəhəri 59-cu məhəllədə yerləşən ikinci əl tikinti materiallarının alış-verişini edən mağazaya satdığını bildirdiyindən həmin yerə baxış keçirilməsinə başlanmış, baxış keçirilən yer asfalt yolun sol kənarında yerləşir və yolun digər tərəfində həyət evləri vardır. Həmin yerin giriş qapısı iki tağlıdır və oradan içəriyə daxil olduqda orada hər tərəfdə ikinci əl tikinti materiallarının olduğu müşahidə edilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs evdən oğurladığı üzərində su kranı olan gümüşü rəngli 1 ədəd unvalniki, diametri 10 sm və uzunluğu 3 metr olan 2 ədəd plastik borunu, diametri 5 sm və uzunluğu 2 metr olan 2 ədəd və uzunluğu 3 metr olan 1 ədəd plastik borunu, diametri 5 sm və uzunluğu 2 metr olan 1 ədəd dəmir turbanı, ümumi uzunluğu 60 metr olan taxtaları və plastikdən hazırlanmış ağ rəngli 1 ədəd qapını ümumilikdə 111 manata həmin yerə satdığını bildirmiş, qeyd edilən əşyalardan plastik qapı istisna olmaqla qalan bütün əşyalar götürülmüş, plastik qapı həmin yerdə başqa müştəriyə satıldığından baxış zamanı onu götürmək mümkün olmamışdır. (cild İ, iş vərəq 54-56) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 17 fevral 2025-ci il tarixli baxış keçirilməsi və tikinti materiallarının götürülməsi haqqında protokoldan görünür ki, Naxçıvan şəhəri Qaraxanbəyli kənd sakini Zərərçəkmiş şəxs2 xx.xx.2025-ci il tarixdə Naxçıvan Şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsinə ərizə ilə müraciət edərək, özünə məxsus Naxçıvan şəhəri Qaraxanbəyli kəndində yerləşən evdən 1500 manat dəyərində tikinti materiallarının oğurlandığını bildirmişdir. Araşdırma zamanı oğurluq hadisəsini törədən şəxsin Təqsirləndirilən şəxs olduğu müəyyən edilmiş və Təqsirləndirilən şəxs həmin evdən oğurladığı su nasosunu və su qızdırıcını Naxçıvan şəhəri Qaraçuq kəndində yerləşən dəmir alınıb-satılan yerə satdığını bildirdiyindən tərəfimdən həmin yerə baxış keçirilməsinə başlanmışdır. Baxış keçirilən Qaraçuq kəndində asfalt yolun sol kənarında yerləşən ikinci əl dəmir alınıb-satılan yerdir. Həmin yerin giriş qapısından içəriyə daxil olduqda orada hər tərəfdə ikinci əl dəmir və dəmirdən hazırlanmış materialların olduğu müşahidə edilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs evdən oğurladığı su nasosunu və su qızdırıcını ümumilikdə 30 manata həmin yerə satdığını bildirmişdir. Girişdən sağ tərəfə dəmirlərin yanına yerə baxıldıqda orada qara rəngli üzərində 24 L yazılan su nasosunun və mavi rəngli su nasosunun olduğu müşahidə edilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs həmin su nasosunu və su qızdırıcını göstərib həmin əşyaları Zərərçəkmiş şəxs2 evindən oğurladığını bildirmişdir. Qeyd edilən əşyalar iş üçün əhəmiyyətli olduğundan götürülmüşdür. (cild İ, iş vərəq 60-62) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 17 fevral 2025-ci il tarixli müdafiəçinin dəvət edilməsi haqqında qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etmək üçün Naxçıvan Şəhər Vəkil Bürosunda fəaliyyət göstərən vəkil Müdafiəçi qismində dəvət edilmişdir. (cild İ, iş vərəq 73) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 17 fevral 2025-ci il tarixli şübhəli şəxsin tutulması haqqında qərardan görünür ki, vətəndaş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli bilindiyi üçün o, şübhəli şəxs qismində tutulmuşdur. (cild İ, iş vərəq 77) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 18 fevral 2025-ci il tarixli zərərçəkmiş şəxs qismində tanımaq haqqında qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Zərərçəkmiş şəxs1 zərərçəkmiş şəxs qismində tanınmış və ona bu barədə məlumat verilərək, qərar ona elan edilmişdir. (cild İ, iş vərəq 110-112) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 19 fevral 2025-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona həmin maddələr üzrə ittiham elan edilmişdir. (cild İ, iş vərəq 124-126) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Naxçıvan Şəhər Məhkəməsinin 19 fevral 2025-ci il tarixli, 4(078)-9/2025 nömrəli qərarından görünür ki, təqsirləndirilən şəxs xx.xx.1973-ci ildə Naxçıvan şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, natamam orta təhsilli, subay, 2 uşaq atası, işsiz, məhkumluğu olmayan, Naxçıvan şəhər, Qaraxanbəyli kəndində qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsdə saxlama müddəti 3 (üç) ay müəyyən edilmiş və həbsdə saxlama müddətinin əvvəlinin 17 fevral 2025-ci il tarixdən hesablanması qərara alınmışdır. (cild İ, iş vərəq 148-153) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi Y.Budaqov adına Naxçıvan MR X4 tərəfindən verilmiş 21 fevral 2025-ci il tarixli məktubdan görünür ki, Naxçıvan şəhər Qaraxanbəyli kəndində qeydiyyatda olan və yaşayan 1973-cü il təvəllüdlü Təqsirləndirilən şəxs 2022-ci ilin fevral ayından narkomaniyaya görə dispanserdə dispanser qeydiyyatda dayanır. (cild İ, iş vərəq 157) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 17 mart 2025-ci il tarixli ambulator məhkəmə psixiatrik ekspertizası təyin edilməsi haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə ambulator məhkəmə psixiatrik ekspertizası təyin edilmiş və ekspertizanın aparılması Y.Budaqov adına Naxçıvan MR X2 ekspertlərinə həvalə olunmuşdur. (cild İ, iş vərəq 167-168) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi Y.Budaqov adına Naxçıvan MR X4 tərəfindən verilmiş 08 aprel 2025-ci il tarixli, 165 nömrəli ambulator məhkəmə psixiatrik ekspertizası rəyindən görünür ki, Təqsirləndirilən şəxs hadisədən əvvəl, hadisə vaxtı və hadisədən sonra hansı psixi vəziyyətində patologiya olmamışdır. Təqsirləndirilən şəxs halhazırda öz hərəkətlərini ölçüb-biçmək və qiymət vermək iqtidarına malikdir və məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs hərəkətləri hadisəni törədən anda və halhazırda Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. (cild İ, iş vərəq 228-231) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 17 mart 2025-ci il tarixli məhkəmə narkoloji ekspertiza təyin edilməsi haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə məhkəmə narkoloji ekspertizası təyin edilmiş və ekspertizanın aparılması Y.Budaqov adına Naxçıvan MR X2 ekspertlərinə həvalə olunmuşdur. (cild İ, iş vərəq 169- 170) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi Y.Budaqov adına Naxçıvan MR X4 tərəfindən verilmiş 08 aprel 2025-ci il tarixli, 166 nömrəli ambulator məcburi narkoloji tibbi ekspertizası rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir və məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs fiziki və psixi asılılıq olmadan narkotik vasitə və psixotrop maddə istifadəsi inkar edilmir. (cild İ, iş vərəq 232-235) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 17 mart 2025-ci il tarixli məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin etmək haqqında qərardan görünür ki,cinayət işi üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş və ekspertizanın aparılması Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə tapşırılmışdır. (cild İ, iş vərəq 172-173) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 15 aprel 2025-ci il tarixli, 351 nömrəli ekspert rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilməyən tədqiqat obyektlərinin (istifadədə olması nəzərə alınmaqla) ümumilikdə orta bazar qiyməti nəzəri hesablama yolu ilə təxminən 656.00 (altı yüz əlli altı) manat müəyyən edilmişdir. (cild İ, iş vərəq 238-239) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 16 aprel 2025-ci il tarixli ərizədən görünür ki, həmin tarixdə Zərərçəkmiş şəxs2 ərizə ilə Naxçıvan şəhər Polis İdarəsinə müraciət edərək Təqsirləndirilən şəxs ona məxsus olan Naxçıvan şəhər Qaraxanbəyli kəndində təmir-tikinti işləri aparılan fərdi yaşayış evindən tikinti materiallarını oğurladığını, həmin tikinti materiallarına ehtiyacı olduğu üçün onların geri qaytarılmasına köməklik göstərilməsini xahiş etmişdir. (cild İ, iş vərəq 226) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 17 aprel 2025-ci il tarixli maddi sübutun təhvil verilməsi haqqında aktdan görünür ki, Təqsirləndirilən şəxs tərəfindən oğurlanmış Zərərçəkmiş şəxs2 məxsus olan 5x10 ölçüdə olan 1 m3 taxta və 6 metr uzunluğunda olar dəmirdən hazırlanmış 1 ədəd dəmir pilləkən, üzərində su kranı olan gümüşü rəngli qab yumac üçün istifadə edilən 1 ədəd unvalnik, 24 litrlik 1 ədəd su qızdırıcı, 5 ədəd silikon, tünd-göy rəngli Aqidel markalı 1 ədəd su nasosu, diametri 5 sm və uzunluğu 5 metr olan 3 ədəd plastik boru, diametri 10 sm və uzunluğu 3 metr olan 2 ədəd plastik boru, diametri 2 sm və uzunluğu 10 metr olan dəmir boru, 2 sm qalınlığında və 8 metr uzunluğunda olan armatur, diametri 2 sm və uzunluğu 20 metr olan ağ rəngli rezin su borusu Zərərçəkmiş şəxs2m təhvil verilmişdir. (cild İ, iş vərəq 240) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 17 aprel 2025-ci il tarixli əşyanın maddi sübut hesab edilməsi haqqında qərardan görünür ki, cinayət işi üzrə 18 baş xırdabuynuzlu heyvan və 5x10 ölçüdə olan 1 m3 taxta və 6 metr uzunluğunda olan dəmirdən hazırlanmış 1 ədəd dəmir pilləkən, üzərində su kranı olan gümüşü rəngli qab yumaq üçün istifadə edilən 1 ədəd unvalnik, 24 litrlik 1 ədəd su qızdırıcı, 5 ədəd silikon, tünd-göy rəngli Aqidel markalı 1 ədəd su nasosu, diametri 5 sm və uzunluğu 5 metr olan 3 ədəd plastik boru, diametri 10 sm və uzunluğu 3 metr olan 2 ədəd plastik boru, diametri 2 sm və uzunluğu 10 metr olan dəmir boru, 2 sm qalınlığında və 8 metr uzunluğunda olan armatur, diametri 2 sm və uzunluğu 20 metr olan ağ rəngli rezin su borusu cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən olunmasına köməklik etdiyindən cinayət işi üzrə maddi sübut hesab edilmiş və 18 baş xırdabuynuzlu heyvanın saxlanılması üçün sahibi Zərərçəkmiş şəxs1 və 5x10 ölçüdə olan 1 m3 taxta və 6 metr uzunluğunda olan dəmirdən hazırlanmış 1 ədəd dəmir pilləkən, üzərində su kranı olan gümüşü rəngli qab yumaq üçün istifadə edilən 1 ədəd unvalnik, 24 litrlik 1 ədəd su qızdırıcı, 5 ədəd silikon, tünd-göy rəngli Aqidel markalı 1 ədəd su nasosu, diametri 5 sm və uzunluğu 5 metr olan 3 ədəd plastik boru, diametri 10 sm və uzunluğu 3 metr olan 2 ədəd plastik boru, diametri 2 sm və uzunluğu 10 metr olan dəmir boru, 2 sm qalınlığında və 8 metr uzunluğunda olan armatur, diametri 2 sm və uzunluğu 20 metr olan ağ rəngli rezin su borusunun isə Zərərçəkmiş şəxs2 qaytarılmasının nəzərə alınması qərara alınmışdır. (cild İ, iş vərəq 241-242) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 7(002)-1485/2022 nömrəli qərarından görünür ki, Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 12 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən məhkum Təqsirləndirilən şəxs cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsinə dair ərizəsi təmin edilərək azadlıqdan məhrumetmə cəzasından 01 (bir) ay 17 (on yeddi) gün şərti olaraq vaxtından əvvəl azad edilməsi qərara alınmışdır. (cild İ, iş vərəq 244-248) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Naxçıvan şəhər Polis İdarəsinin 17 mart 2025-ci il tarixli, 3-16-33-13/2-196/2025 nömrəli məktubu ilə göndərilmiş tələbnamədə Təqsirləndirilən şəxs xx.xx.2014-cü il tarixdə Sabunçu Rayon Məhkəməsinin qərarı ilə Azərbaycan Respubilkası CM-nin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə 04 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edildiyi, lakin Salyan Rayon Məhkəməsi tərəfindən xx.xx.2016-cı il tarixli qərarı ilə təqsirli bilindiyi əməl CM-nin 177.2.2 və 177.2.3-cü maddələrinə tövsif edilib və xx.xx.2018-ci il tarixdə cəza müddətinin başa çatması ilə əlaqədar olaraq azad edilmiş, həmçinin xx.xx.2020-ci il tarixdə Nəsimi Rayon Məhkəməsinin hökmü ilə Azərbaycan Respubilkası CM-nin 177.2.2-ci maddəsi ilə 03 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2022-ci il tarixdə isə Qaradağ Rayon Məhkəməsinin qərarı ilə 01 ay 17 gün müddətinə vaxtından əvvəl şərti azad edilmişdir. (cild İ, iş vərəq 154-155) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Naxçıvan Muxtar Respublikası Naxçıvan Şəhər İcra Hakimiyyəti Qaraxanbəyli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəlik tərəfindən verilmiş 18 aprel 2025-ci il tarixli, 285 nömrəli arayışdan görünür ki, Qasımov X9 şəhər, Qaraxanbəyli kəndində qeydiyyatdadır. (cild İ, iş vərəq 253) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Naxçıvan Muxtar Respublikası Naxçıvan Şəhər İcra Hakimiyyəti Qaraxanbəyli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəlik tərəfindən verilmiş 18 aprel 2025-ci il tarixli, 286 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs ailə üzvü anası X7r. (cild İ, iş vərəq 254) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Naxçıvan Muxtar Respublikası Naxçıvan Şəhər İcra Hakimiyyəti Qaraxanbəyli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Naxçıvan Muxtar Respublikası Babək rayonu, Qaraxanbəyli kəndində xx.xx.1974-cü ildə anadan olmuş, Azərbaycanlı, subay , bitərəf, orta təhsilli, haliyədə Naxçıvan şəhər Qaraxanbəyli kəndində qediyyatda olan Təqsirləndirilən şəxs kənddə yaşadığı müddətdə sakit təbiyyətli olsa belə, özünü bacarıqlı, işgüzar bir vətəndaş kimi aparmamışdır. (cild İ, iş vərəq 255) İş materiallarına əlavə edilmiş Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsi tərəfindən verilmiş 26 avqust 2025-ci il tarixli, 116/2025 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsinə dair Bakı şəhər Qaradağ rayon Məhkəməsinin 7(002)-1485/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı xx.xx.2023-cü il tarixdə Naxçıvan şəhər icra və probasiya şöbəsinin icraatına daxil olmuş və məhkumun cəza müddəti bitdiyindən xx.xx.2023-cü il tarixdə qeydiyyatdan çıxarılmışdır. İş üçün əhəmiyyətli olduğundan 31 yanvar 2025-ci il tarixli video-görüntülərin köçürüldüyü DVD-yə Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə məhkəmə istintaqı zamanı baxış keçirilmiş və baxış zamanı DVD-də qeydə alınmış videogörüntünün 31 saniyə olduğu müəyyən edildi və məlum oldu ki, qaranlıq fonda videoda Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə saat 04:02:14 radələrində ünvan 1 ünvanında, fərdi yaşayış evinin həyətində yerləşən tövlədən heyvanları qapıdan çıxarması və aparması müşahidə edilir. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən-hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən-hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “X6 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmək, həmin sübutları mübahisələndirmək imkanına malik olmuşdur. Təqsirləndirilən şəxsin əleyhinə olan sübutlara etiraz etmək və onları mübahisələndirmək üçün məhkəmə prosesində ona imkan yaradılmışdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olubolmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikası cinayət-prosessual qanunvericiliyi müəyyən edir (Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 1.1-ci maddəsi). Hər hansı məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız Cinayət-Prosessual Məcəlləsində (bundan sonra - CPM) göstərilən məsələlər hakim tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin həmin məsələlərin dairəsini müəyyənləşdirən 346.1-ci maddəsinə görə müzakirə edilməsi mütləq olan məsələlərdən biri də təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittiham elan edildiyi cinayətin əlamətlərinə uyğun olub-olmamasıdır. Məhkəmə hökmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmin şəxsin gələcək taleyini həll etdiyi üçün prosessual qanunvericilik onunla bağlı konkret tələblər irəli sürür. Cinayət-prosessual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 349.3., 349.4., 349.5-ci maddələri). Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq məhkəmə hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Beləliklə məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs ittihamda qeyd olunan əməli törətməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama təkrar törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən Cinayət Məcəlləsinin 177.2.2-ci və 177.2.3-cü maddələri ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsinin Qeyd hissəsinin 1-ci bəndində qeyd olunmuşdur ki, Bu Məcəllənin 177.1, 178.1 və 179.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı, lakin beş min manatdan artıq olmayan məbləğdə ziyan vurulduğu hallarda yaranır. Bu Məcəllənin 177.2.1-177.2.3-2, 177.2.5 və 177.3.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə yüz manatdan yuxarı məbləğdə ziyan vurulduğu hallarda yaranır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsinin Qeyd hissəsinin 2ci bəndində qeyd olunmuşdur ki, Bu Məcəllənin 177-182-ci, 185-187-ci və 189-1-ci maddələrində “xeyli miqdar” dedikdə, beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğ, “külli miqdar” dedikdə əlli min manatdan yuxarı, lakin beş yüz min manatdan artıq olmayan məbləğ, “xüsusilə külli miqdar” dedikdə beş yüz min manatdan yuxarı olan məbləğ başa düşülür. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 nömrəli qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Göstərilən maddənin məzmunundan göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. Sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş olsun, bununla sosial balans pozulmuş olsun və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə təqsirləndirilən şəxsin əməlindən peşman olmasını, zərərçəkmiş şəxslərə əşyaların qaytarılmasını, Zərərçəkmiş şəxs1 ona qarşı şikayət və tələbinin olmamasını cəzanı yüngülləşdirici hallar kimi nəzərə alır. Məhkəmə, qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilən zaman CM-in 58 və 59cu maddələrinin tələbləri nəzərə alınmalıdır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində qeyd edilən cəzanı ağırlaşdıran halların olmaması müəyyən edilmişdir. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci və 177.2.3-cü maddələrinin sanksiyası həddində müəyyən müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilməlidir. Məhkəmə törədilən cinayətin xarakterini, törədilmə halları və şəraiti, təqsirləndirilən şəxsin şəxsiyyətini xarakterizə edən halları nəzərə alaraq qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci və 177.2.3-cü maddələri üzrə təqsirləndirilən şəxsin cəmiyyətdən təcrid edilmədən islah edilməsi mümkün deyil və ona azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir və ona bu cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Məhkəmə yuxarıda qeyd olunan halları nəzərə alaraq hesab edir ki, azadlıqdan məhrumetmə cəzasının müddəti 03 (üç) il müddətinə müəyyən edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. İş materiallarında olan Naxçıvan Şəhər Məhkəməsinin 19 fevral 2025-ci il tarixli qərarından Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi, həbsdə saxlama müddətinin əvvəlinin isə onun tutulduğu vaxtdan - 17 fevral 2025-ci il tarixdən hesablanması görünür. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməsinin əvvəli onun faktiki azadlığının məhdudlaşdırıldığı vaxtdan yəni şübhəli şəxs qismində tutulduğu 17 fevral 2025-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Ona görə də Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən olunmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 353.4.12-ci maddəsinə görə, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində hökm qanuni qüvvəyə minənədək məhkumun barəsində seçilmiş qətimkan tədbirinin həlli göstərilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 175.5-ci maddəsinə əsasən müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. Qeyd edilən prosessual hüquq normalarının tələbləri baxımından məhkəmə bildirir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri onun barəsində hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə hesab edir ki, cinayət işi üzrə maddi sübut olan 18 baş xırdabuynuzlu heyvanın sahibi Zərərçəkmiş şəxs1 və 5x10 ölçüdə olan 1 m³ taxta və 6 metr uzunluğunda olan dəmirdən hazırlanmış 1 ədəd dəmir pilləkən, üzərində su kranı olan gümüşü rəngli qab yumaq üçün istifadə edilən ədəd unvalnik, 24 litrlik 1 ədəd su qızdırıcı, 5 ədəd silikon, tündgöy rəngli Aqidel markalı 1 ədəd su nasosu, diametri 5 sm və uzunluğu 5 metr olan 3 ədəd plastik boru, diametri 10 sm və uzunluğu 3 metr olan 2 ədəd plastik boru, diametri 2 sm və uzunluğu 10 metr olan dəmir boru, 2 sm qalınlığında və 8 metr uzunluğunda olan armatur, diametri 2 sm və uzunluğu 20 metr olan ağ rəngli rezin su borusunun isə Zərərçəkmiş şəxs2 qaytarılması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1 və 197.1.4-cü maddələrinə əsasən 197.1.4. mütəxəssisə, ekspertə ödənilməli haqlar və tərcüməçiyə ödəniş haqqı kimi verilməli olan məbləğ məhkəmə məsrəflərinə aiddir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən Bu Məcəllənin 197.1.1, 197.1.2, 197.1.4, 197.1.5-1, 197.1.5-2, 197.1.6-197.1.9cu maddələrində sadalanan məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. Məhkəmə belə nəticəyə gəlir ki, iş üzrə məhkəmə məsrəfləri olan məhkəməəmtəəşünaslıq ekspertizalarının dəyəri olan 80 (səksən) manat pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə (vəkillərə), tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli, 31 nömrəli qərarına əsasən hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 11 (on bir) manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.5-ci maddəsinin tələbinə görə həmin Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Qeyd olunanlara əsasən məhkəmə müdafiəçi tərəfindən məhkəməyə təqdim edilmiş hesabatı nəzərdən keçirərək belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsə göstərilmiş hüquqi xidmətə görə Naxçıvan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 30 (otuz) iş saatına görə 330 (üç yüz otuz) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsindən müdafiəçiyə ödənilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, cinayət işində 18 baş xırdabuynuzlu heyvanın Təqsirləndirilən şəxs tərəfindən oğurlanmasının qeyd alındığı video-görüntülərin köçürüldüyü bir ədəd DVD sübut əhəmiyyəti daşıdığından cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli olan əmlakı məhkəmə tərəfindən müəyyən edilməmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci və 177.2.3-cü maddələri ilə təqsirli bilinsin və 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 17 fevral 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Cinayət işi üzrə maddi sübut olan 18 baş xırdabuynuzlu heyvanın sahibi Zərərçəkmiş şəxs1 və 5x10 ölçüdə olan 1 m³ taxta və 6 metr uzunluğunda olan dəmirdən hazırlanmış 1 ədəd dəmir pilləkən, üzərində su kranı olan gümüşü rəngli qab yumaq üçün istifadə edilən ədəd unvalnik, 24 litrlik 1 ədəd su qızdırıcı, 5 ədəd silikon, tünd-göy rəngli Aqidel markalı 1 ədəd su nasosu, diametri 5 sm və uzunluğu 5 metr olan 3 ədəd plastik boru, diametri 10 sm və uzunluğu 3 metr olan 2 ədəd plastik boru, diametri 2 sm və uzunluğu 10 metr olan dəmir boru, 2 sm qalınlığında və 8 metr uzunluğunda olan armatur, diametri 2 sm və uzunluğu 20 metr olan ağ rəngli rezin su borusunun isə Zərərçəkmiş şəxs2 qaytarılması nəzərə alınsın. Məhkəmə-əmtəəşünaslıq ekspertizalarının dəyəri olan 80 (səksən) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, Hesab: AZ21NABZ********************, Müxbir hesab: AZ88NABZ********************) köçürülsün. Naxçıvan Şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs dövlət hesabına göstərdiyi pulsuz hüquqi yardıma görə 330 (üç yüz otuz) manat məbləğində haqq Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Müdafiəçi ödənilsin. Cinayət işində olan 18 baş xırdabuynuzlu heyvanın Təqsirləndirilən şəxs tərəfindən oğurlanmasının qeyd alındığı video-görüntülərin köçürüldüyü bir ədəd DVD sübut əhəmiyyəti daşıdığından cinayət işinin materiallarında saxlanılsın. İş üzrə mülki iddianın olmadığı nəzərə alınsın. Hökmdən elan olunduğu, həbsdə saxlanılan təqsirləndirilən şəxsə isə təqdim edildiyi andan 20 gün müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Gülsüm Əliyeva.
Məhkəmə qərarları › İş №1(078)-44/2025
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Hökm — İş №1(078)-44/2025
26.08.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver