Azərbaycan Respublikası adından HÖKM Naxçıvan şəhəri İş № 1(078)-46/2023 22.12.2023 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Saat 17:30 Naxçıvan Şəhər Məhkəməsinin hakimi Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, X5 məhkəmə iclas katibliyi, Dövlət ittihamçısı Naxçıvan Muxtar Respublikası Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Naxçıvan Şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1975-ci il tarixdə Naxçıvan rayonu Nehrəm kəndində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, evli, 3 uşaq atası, orta təhsilli, müvəqqəti işsiz, əvvəllər məhkum olunmamış, Babək rayonu Nehrəm qəsəbəsində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşayan, 18 may 2023-cü il tarixdə barəsində Naxçıvan Şəhər Məhkəməsinin 4(078)- 49/2023 nömrəli qərarı ilə həbs qətimkan tədbiri seçilərək Naxçıvan MR Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3 və 228.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Təqsirləndirilən şəxs qanunsuz olaraq əvvəlcədən soyuq silahlar əldə edib saxlamış və silah qismində istifadə olunan əşyalardan istifadə etməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən və ictimai borcunu yerinə yetirən şəxslər üzərində zor tətbiq edilməsi ilə müşaiyət edilən qərəzli hərəkətlər - xuliqanlıq etmişdir. Belə ki, o, əvvəlcədən qanunsuz olaraq zavod üsulu ilə istehsal edilmiş, soyuq silah hesab edilən ümumi təyinatlı ov bıçaqlarını, zavod üsulu ilə istehsal edilmiş, ucu batıcı xassəyə malik olan soyuq atıcı silahı, zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici-çapıcı, digər tərəfi əzici xassəyə malik olan döyüş silahları formasında hazırlanmış, soyuq silah hesab edilən döyüş baltası əldə edib saxlamışdır. Bundan başqa o, sərxoş vəziyyətdə 16 may 2023-cü il tarixdə saat 15 radələrində ünvan 1 ünvanında yerləşən özünə məxsus evi qəsdən od vurub yandırdıqdan sonra ictimai qaydanı kobud surətdə pozub cəmiyyətə açıqca hörmətsizlik ifadə etməklə ətrafa toplaşanların gözü qarşısında əlində olan silah qismində istifadə etdiyi iki ədəd iri ölçülü xəncər formalı kəsici alətdən birini yanğının qarşısını almağa gələn qonşulardan Zərərçəkmiş şəxs2 tərəf ataraq ona, digərini isə ictimai qaydanın pozulmasının qarşısını alan digər şəxs-qonşu Zərərçəkmiş şəxs1 tərəf ataraq onlar üzərində zor tətbiq edib qərəzli hərəkətlər-xuliqanlıq etmiş və nəticədə Zərərçəkmiş şəxs2 sol saidin yuxarı 1/3 hissəsinin bayır səthində sıyırılmış yara olan dərəcəsi təyin edilməyən xəsarət yetirmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 221.3 və 228.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətmişdir. Təqsirləndirilən şəxs qeyd olunan cinayət əməlini törətməsi ilk olaraq öz ifadəsi ilə təsdiq olunur. Məhkəmə baxışı iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs törətdiyi əməli səmimi etiraf etmiş, ona qarşı elan olunmuş ittihamla özünü qismən təqsirli bilərək məhkəməyə verdiyi ifadəsində bildirmişdir ki, ünvan 1 ünvanında yaşayır. Tutulduğu vaxtadək Naxçıvan şəhəri Xətai məhəlləsi qəbirstanlığında bağban işləyib. 28 ildir Şahid2 ilə ailə qurub, həmin evlilikdən iki qız, bir oğlan olmaqla 3 övladı var. Övladları Şahid3 26, Şahid4 22, X7 isə 11 yaşındadır. 17 ildir ünvan 1 ünvanında yaşayır. Həmin evin yerləşdiyi torpaq ona hədiyyə edilib. Ailəsi ilə birlikdə həmin evdə yaşayır. Ailəsində problem var və yoldaşını nikahın pozulması barədə iddia qaldırıb. Ailəsi və övladları onu eşitmədiyinə və özbaşına hərəkətlər etdiyinə görə problemləri olmuşdur. Ailəsi başqa evdə kirayə yaşamağa başlamış və həmin vaxtdan sonra ilk dəfə spirtli içki qəbul edib arvadına zəng vurub gəlib əşyalarını götürmələrini demişdir. Arvadı da həmin gün gəlməyəcəyini, sabahı günü gələ biləcəyini demişdir. Arvadına “gəlməsəniz evi yandıracam” demişdir. Dükandan özünə 2 ədəd yarım litrlik araq almış, arağı içib, sərxoş vəziyyətdə taksi çağırıb taksi ilə İpək yolu yanacaq doldurma məntəqəsinə getmiş, oradan 2 ədəd beş litrlik su bidonu almış, suyunu boşaldıb boş bidonlara benzin doldurmuşdur. Evə qayıdıb bidonun birini zirzəmiyə, digərini isə salona boşaltmış, təkrar Mailəyə zəng vursa da Mailə yenə də telefonu açmamış, təkrar Nailəyə zəng vurmuş, Nailə də telefonu açdığında, Nailəyə “evi yandırıram” demiş, Nailə də “ev sənindir, yandır” demişdir. Bundan sonra alışqanla salona od vurmuş, sonra da çölə çıxıb zirzəmiyə enib zirzəmini də yandırmışdır. Ev od tutub yanmağa başlayanda evdə saxladığı tiyəsi uzun bıçaqları əlində tutub həyətdə durmuş, bıçağı əlində tutmaq məqsədinin “həyətə heç kəs gəlməsin, ev təmiz yanıb qurtarsın” olmuşdur. Ev alovlanandan sonra qonşuları və yanğın söndürən fövqəladə hallar nazirliyinin əməkdaşları küçəyə gəlmişlər. “həyətə heç kəs gəlməsin ev təmiz yansın” deyə küçə qapısını bağlamışdır. “həyətə düşən şəxsləri qovalayım, evə yaxın gəlməsinlər” deyə bıçaqları da əlində tutmuşdur. Buna baxmayaraq ev yandığı üçün hasardan -küçə qapısından camaat həyətə gəlməyə başlamış, gələn şəxslərə “mənim həyətimə nəyə gəlirsiniz, gəlməyin, mənim həyətimdən çıxın, mən bilərəm, öz evimdir, yandırıram” demişdir. Həmin vaxt qonşulardan Zərərçəkmiş şəxs2 da həyətə düşüb gəldiyini görmüşdür. Hər kəs həyətə gəldiyindən əlində saxladığı bıçaqları sallayaraq onları yaxına gəlməyə qoymayaraq, bıçaqları sallayaraq “yaxına gəlməyin, heç kim yaxına gəlməsin, kimsə mənim həyətimə gəlsə, həyətimə girsə onu vuraram” deyib qorxutmuşdur. Həyətinə gələn şəxsləri əlindəki bıçaqla vuraram, kəsərəm deyib hədələsə də, həmin şəxslər həyətə daxil olmuşlar. Mürsələ “yaxın gəlmə, gəlsən bıçaqla vuraram, həyətimə girmə” demişdir. Salman da həmin vaxt mülki formada orada olmuşdur. Salman ona yaxın gəlmək istədikdə ona bıçaq sallamış, yaxın gəlməyə qoymamışdır. Tort bişirmək üçün düzəltdiyi otağın qapısını əlindəki bıçaqla parçalamış, bunu etmək də məqsədi “hər kəs görsün, mən ailəm üçün hər şəraiti yaratmışam, ancaq ailəm məni saymır” olmuşdur. Sonra polis əməkdaşları bıçaqları ondan almışlar. Onu sərxoşluq müayinəsindən və narkotestdən keçirmişlər. Əlindəki bıçaqlarla kiməsə xəsarət yetirməmiş, sadəcə olaraq “həyətimə heç kim gəlməsin, mənə yaxın heç kim gəlməsin, heç kim gəlib evi söndürməsin, ev təmiz yansın” deyə bıçaqlarla qorxutmuşdur. Evindən aşkar olunan iri çaplı bıçaqlar, baltalar ona məxsusdur. Özünə bıçaqlardan kolleksiya düzəltmiş, yaşadığı evin zirzəmisində özü üçün ayrıca yer hazırlayaraq bıçaqları, baltaları ora yığıb kolleksiya hazırlamışdır. Siqaret çəkən olsa da, evdə siqaret çəkməmiş, həmişə zirzəmidə siqaret çəkmişdir. Bıçaqlara, baltalara marağı var. Buna görə də əlinə keçən bıçaqları və digər kəsici-deşici alətləri ora yığır. Həmin bıçaqlar 10-15 ildir ondadır. Onların bəzilərini almış, bəziləri isə əldə düzəldib. Lakin soyuq silah hesab edilən iki ədəd bıçaq ona məxsus deyil. Onun kolleksiyasında elə soyuq silah olmayıb. Narkotik vasitələrdən və psixotrop maddələrdən istifadə etməyib. Hadisədən əvvəl spirtli içki olan bir litr araq içib. Şəxsiyyət vəsiqəsini evin salonunda dua kitabının arasında televizorun yanına qoyub və yəqin ki, evi yandıranda şəxsiyyət vəsiqəsi də yanıb. O öz mülkünü yandırıb, heç kimə ziyan verməyib. Onun hətinə icazəsiz daxil olubdlar. Sadəcə Salmana daxil olması üçün icazə verib. O polis rəisinə silahları verəcəyi üçün Salman “çəkil kənara” demək məqsədilə əlindəki bıçağı ona tərəf istiqamətləndirib. Halbuki nə ona hücum edib, nə də qorxudub. Mürsələ isə bıçaq tullamayıb. Mürsəlin orada olmasını da tam xatırlamır. Törətdiyi əməldən peşman olduğunu, bir daha bu cür əmələ yol verməyəcəyini bildirmişdir. Təqsirləndirilən şəxsin sözügedən cinayət əməlini törətməsi həmçinin zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri, istintaq hərəkətlərinin protokolları ilə tam sübuta yetirilmişdir. Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, ünvan 4 ünvanda yaşayır. Hal-hazırda Naxçıvan ŞPİ-nin İTŞ-də polis sahə rəisi işləyir polis kapitanıdır. Təqsirləndirilən şəxs əvvəlcədən tanıyır. Qonşudurlar. Onunla arasında ədavət, düşmənçilik və qohumçuluq münasibəti yoxdur. Anasının yas mərasimi ilə əlaqədar evdə olmuşdur. Həyətdə oturduğu zaman hansısa xüsusi təyinatlı avtomobilin siren səsini eşitmişdir. Küçəyə boylananda “yanğın söndürən avtomobilin gəldiyini görmüş, özü də avtomobilə minib Naxçıvan Şəhər Su İdarəsinə tərəf çıxmışdır. Yanğın söndürən avtomobillərin döngənin başında Qüdrətin evinin yanında dayandığını görmüş və həmin evə tərəf getmişdir. Avtomobildən düşəndə evin pəncərələrinin şüşələrinin partlanmış və parçalanmış vəziyyətdə olduğunu görmüş, Qüdrət qonşusu olduğundan narahat olub öz şəxsi telefonu ilə ona zəng vurmuş, ancaq Qüdrət telefonu açmamışdır. Ona zəng vurmaqda məqsədi “Qüdrətə bildirim ki, evi yanır, xəbəri olsun” olmuşdur. Evin ön tərəfinə keçəndə Qüdrətin öz evinin həyətində hər iki əlində tiyəsi uzun bıçaqlarla durduğunu görmüş və ucadan qışqıraraq “heç kəs yaxına gəlməsin, gələn olsa onu öldürərəm” dediyi eşitmişdir. Həmin vaxt evin darvaza qapısı bağlı olduğundan, həyətə keçmək mümkün olmamışdır. Qüdrətə kənardan “icazə ver, mən gəlim” demiş, Qüdrət də “heç kəs gəlməsin, gələn olsa, onu öldürərəm” demişdir. Həmin vaxt Qüdrət həyətin şiferdən olan hasarına yaxın gəlib şiferə əlindəki bıçaqlarla zərbə vurmuş, ora toplaşan vətəndaşlar da kənara qaçmışlar. Təkrar Qüdrətə “Qüdrət dayan, belə hərəkət eləmə, mənə icazə ver, həyətə keçim” demiş, Qüdrət də “yaxşı, amma sən tək gəl, heç kəs gəlməsin” demişdir. Hasardan keçib həyətə düşmüş, Qüdrəti sakitləşdirmək üçün yanına getmişdir. Həmin vaxt Qüdrət əlində olan bıçaqları tutub saxlamış, Qüdrətə yaxın gedib əlindəki bıçaqları almaq istədikdə, Qüdrət onu yaxına qoymamışdır. Qüdrət “gördün başıma nə oyun gəldi?” demişdir. Qüdrətə “narahat olma, hər şey yaxşı olar. Sən niyə belə edirsən, evini niyə yandırdın” soruşduğunda Qüdrət də “Salman, arvadım Mailə mənə deyir ki, sən qəhbə saxlayırsan, onun üçün də mən evi yandırdım” cavabını vermişdir. Sonra Qüdrət həyətindəki su krantının yanında oturmuşdur. Ona yaxınlaşaraq “icazə ver su içim” dediyində ilk əvvəl qoymayıb “yaxın gəlmə” demiş, Qüdrətin əlində olan bıçaqları almaq üçün ona yalandan “çəkil kənara narahatam su içim” dediyi üçün Qüdrət də hovuzun üstündən keçərək kənarda dayanmışdır. Bu vaxt rəis müavini Elvin Səfərli həyətə gələrək, Qüdrəti sakitləşdirmək istəsə də, Qüdrət yenə bıçaqları vermək istəməmişdir. Qüdrət Elvin müəllimə “gedək həyətə” demişdir. Həmin vaxt evi yanğın söndürənlərin, fövqəladə hallar nazirliyinin əməkdaşları söndürmüşlər. Qüdrət Elvin müəllimlə həyətə sarı gedəndə, Qüdrət sağ əlindəki bıçağı üstünə çəkib sallamış, o həmin vaxt geriyə çəkilmişdir. Əgər geri çəkilməsəydi, Qüdrət əlindəki bıçaqla ona xəsarət yetirə bilərdi. Qüdrət də Elvin müəllimlə həyətə gedib söhbət etmişdir. Elvin müəllim nə qədər Qüdrətə bıçaqları verməyi desə də, o yenə də bıçaqları verməmişdir. Qışqıraraq “arvadım mənə deyir qəhbə saxlayırsan” demişdir. Buna görə evi yandırmışdır. Həmin vaxt Qüdrət bıçağı boğazına tutub “bıçağı verməyəcəm, istəməyin, yoxsa özümü öldürərəm” demişdir. Digər qonşu Eyvaz da həyətə gəlmiş, Qüdrətlə görüşmüşdür. Ondan sonra Qüdrət əlində olan bıçaqları Eyvaza vermişdir. Eyvaza “bıçaqları sonra səndən alacam” demişdir. Polis əməkdaşları Qüdrəti saxlayıb Naxçıvan Şəhər Polis İdarəsinə aparmışlar. İdarədə olanda “Qüdrət ev sata bilmədiyi və ailəsi ona evi satmaq üçün ərizəyə imza atmadığı üçün Qüdrətin evi yandırdığını öyrənmişdir. Təqsirləndirilən şəxs əlində saxladığı bıçaqlarla ona xəsarət yetirməmiş, sadəcə üstünə bıçaq çəkmişdir. Geri çəkilməsə, bıçaq ona dəyə bilərdi. Təqsirləndirilən şəxs evini yandırdığından həmin evə qonşular, ətrafda olan tanıdığı və tanımadığı şəxslər gəlmişdir. Qüdrət hər kəsin içərisində bıçaqları əlində tutmuş, heç kəsi yaxınına qoymamışdır. Kim yaxın gəlsə, “sizi kəsərəm, yaxına gəlməyin” demişdir. Qonşu olduğundan yaxına getmişdir. Qüdrətin başını aldadıb bıçaqları əlindən almaq istəmişdir. Ancaq Qüdrət onu özünü yaxına qoymayıb “yaxın gəlsən səni kəsərəm” demişdir. O hər hansı xəsarət almamışdır. Şikayət və tələbi yoxdur. Qanuni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, ünvan 6 ünvanda yaşayır. Təqsirləndirilən şəxs əvvəlcədən tanıyır, qonşudurlar. Onunla arasında ədavət, düşmənçilik və qohumçuluq münasibəti yoxdur. Məhlədən keçəndə Qüdrətin evinin yanında iki nəfər şəxsin durduğunu görmüşdür. Qüdrətin evini satdığından yaxınlaşıb “nə yaxşı gəlmisiniz?” deyə soruşmuş, onlar da “Qüdrətin evi yanır, gəlmişik” demişlər. 101-ə zəng vurub Xətai məhəlləsində ev yanır, 102-yə zəng vurub məlumat vermişdir. Evin kənarına gedib daşın üstünə çıxmışdır. Oradan Qüdrətgilin həyəti görsəndiyindən baxanda Qüdrətin evin qabağında balkonda durduğunu və hər iki əlində xəncər və belində bıçaq olduğunu görmüşdür. Qüdrətdən “ev niyə yanır?” soruşmuş, Qüdrət də “özüm yandırmışam, qoy ev yansın kül olsun, özümü də öldürəcəm” demişdir. Qüdrətdən “nə olub, problem nədir?” soruşmuş, Qüdrət də “mənim dərdimi sən bilirsən, camaata de eşitsinlər, deməsən kişi deyilsən, mən haradan evə qəhbə gətirmişəm, arvadım deyir evə qəhbə gətirmisən” demişdir. Həmin vaxt ev yandığından ətrafda olan şəxslər ora yığışmışlar. Yanğınsöndürən avtomobillər gəlmiş, lakin Qüdrət küçə qapısını bağladığından həyətə heç kim daxil ola bilməmişdir. Yanğın söndürənlər evdə olan yanğını söndürmək istəyəndə Qüdrət zeştdən olan hasara yaxınlaşaraq yanğın söndürənlərə mane olmaq üçün əlində tutduğu bıçaqla divara bir neçə dəfə vurmuş və yanğın söndürənlər, eləcə də orada olan şəxslər kənara çəkilmişdir. Qüdrət zeştləri bir də vurmaq istəyəndə fövqalədə hallar nazirliyi əməkdaşları suyu Qüdrətin üstünə tutmuşlar. Sonra Qüdrət həyətin qabağına getmiş, həmin vaxt Salman da oraya gəlmişdir. Salmanla hasardan aşaraq həyətə düşmüşlər. Salman Qüdrəti sakitləşdirmək üçün onun yanına getmiş, o da küçə qapısını açmış və yanğın söndürənlər həyətə girmişlər. Sonra polis əməkdaşları da həyətə girmişlər. Elvin müəllim hovuzun başında Qüdrətlə söhbət etmiş, Elvin müəllim Qüdrəti həyətə tərəf aparanda Qüdrət əlindəki bıçaqları Salmana tərəf sallamışdır. Həmin vaxt Qüdrət “heç kim gəlməsin” demiş, Salman da kənara çəkilmişdir. Elvin müəllim Qüdrətlə həyətdə olan sexə tərəf gedib orada söhbət eləmək istəyəndə polislər Qüdrəti tərkisilah etmək istəmişlər. Lakin Qüdrət “heç kəs yaxın gəlməsin” deyib bağırmışdır. Qüdrətə yaxınlaşıb sakitləşdirmək istəyəndə “niyə qapını açdın?” deyərək əlindəki bıçağı ona tərəf atmış, o da qorxub özünü sağa tərəf çəkəndə Qüdrətin atdığı bıçaq sol tərəfindən keçib divara dəymişdir. Yerə yıxılmış, ayağa durandan bıçağın qolunu səthi kəsdiyini görmüşdür. Qüdrət belindəki bıçağı çıxarıb boğazına dayayaraq ətrafdakılara “yaxın gəlməyin özümü öldürəcəm” demiş, o da qorxub kənara çəkilmişdir. Elvin müəllim onun əlindən bıçaqları almış, polis əməkdaşları da Qüdrəti avtomobilə mindirib aparmışlar. Mübahisə zamanı Qüdrətin “mən ölmək istəyirəm, məni bezdiriblər, mən krediti ödəyə bilməyəcəm, dövlət gəlib məni tutacaq” deyirdi. Onun Qüdrətdən heç bir şikayəti və tələbi yoxdur. O ekspertizaya belə getmək istəməmişdir. Müstəntiq onu zərərçəkmiş şəxs kimi qoyub, ancaq o zərər çəkməmişdir. Qüdrətin tutulmasını istəmir. İbtidai istintaq zamanı dindirilən Şahid2 məhkəmə istintaqı zamanı yaxın qohum olaraq könüllü ifadə verilməsi barədə cinayət prosessual qanunvericiliyin normaları izah edildikdən sonra ifadə vermək istəmədiyini bildirmişdir. İbtidai istintaq zamanı dindirilən Şahid4 məhkəmə istintaqı zamanı yaxın qohum olaraq könüllü ifadə verilməsi barədə cinayət prosessual qanunvericiliyin normaları izah edildikdən sonra ifadə vermək istəmədiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid könüllü ifadə verən Şahid3 ifadəsində göstərmişdir ki, ünvan 7 ünvanında qeydiyyatda olmaqla ünvan 8 Hal-hazırda Türkiyə Respublikası Ərzurum Atatürk Dövlət Universitetində dövlət idarəetməsi üzrə İV kurs tələbəsidir. Qiyabi təhsil alır. Təqsirləndirilən şəxs onun atasıdır. Ailəsi ilə birlikdə bacısı Fatimənin işlədiyi “Femina” gözəllik salonunda olduqları vaxt atasına məxsus 060 ***-**-** mobil nömrəsindən bir neçə dəfə zəng gəlmiş, atasının xasiyyətini bildiyindən, onu təhqir edəcəyini düşünüb telefonu açmamış, lakin atası dayanmadan zəng vurduğu üçün telefon zəngini açmış, telefonu açan kimi atası qışqırmağa başlamış və o qorxmuşdur. Atası bağıra-bağıra harada olduqlarını soruşmuş o da şəhərdə olduğunu demişdir. Atası da “10 dəqiqəyə evdə olun” dediyində “salondayam işimiz var” cavabını vermişdir. Atası onu təhqir etmiş, buna görə də həmin vaxt yanında adam olduğundan utanıb “heç kəs atamın söyüşünü eşitməsin” deyə telefonu bağlamışdır. 3 dəqiqə sonra atası təkrar istifadə etdiyi 060 ***-**-** mobil nömrəyə zəng vurmuş, o telefonu açdığında qışqıraraq “haradasınız” soruşaraq təkrar onu söymüşdür. “15 dəqiqəyə evdə olmasasınız, mən evi yandıracam, evə gəlməsiniz evi yandıracam” deyib hədələmiş o da qorxub heç nə deməmişdir. Telefonu söndürüb, bu barədə anası Mailəyə demiş, sonra polisə müraciət etmək üçün bacısı Fatimə ilə Polis İdarəsinə getmişlər. Həmin vaxt Naz lifan markalı **-TA-*** dövlət nömrə nişanlı taksi avtomobilin sürücüsü Rafiq zəng vurub “atan Qüdrət yanacaq doldurma məntəqəsindən 20 litr benzin alıb evi yandırmağa gedir” demişdir. Onlar bu barədə polisə məlumat vermiş və həmin vaxt ünvan 1 ünvanında yerləşən evlərinin yandığını eşitmişdir. Atası acığa evi yandırmışdır. Anası Mailə “boşanacam” dediyindən evi yandırıb. Anası ondan boşanmasın deyə evi yandıracam deyib hədələmişdir. Anası boşanacam dediyi üçün evi yandırmışdır. İki il bundan əvvəl atası ona “səni qızlıqdan silmişəm. Qızlar niyə evə gec gəlirlər?” deyib anasının qanını qaraltmışdır. Avtomobili idarə edəndə “qızım avtomobil sürür” deyə fəxr etmiş, atası da qabaqda oturmuşdur. Evə gec gələndə anasını təhqir etmiş, anası da narahat olmuşdur. Anası narahat olmasın deyə evə saat 18:00-da gəlmişdir. Valideynlərinin hər hansı mübahisəsi olan kimi, üstünə gəlib “sən elədin, mən də Mailə ilə savaşdım, sən qızışdırısan, sən edirsən” demişdir. Halbuki “anam əsəbləşməsin, narahat olmasın” deyə anasına dəstək olmuşdur. Atası ona “sənin başını kəsəcəm” dediyi üçün ondan qorxur. Atasının tutulmasına baxmayaraq yenə də “birdən qapıdan girər, mənə nəsə edər” deyə qorxu keçirir. Evdən aşkar olunan bıçaqlar, baltalar atasına məxsusdur. Atası hara gedirdisə bıçaq alıb gətirib özünə kolleksiya düzəltmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Şahid1 ifadəsində göstərmişdir ki, ünvan 9 ünvanda yaşayır. Taksi fəaliyyəti ilə məşğuldur. Təqsirləndirilən şəxs və onun ailəsini əvvəlcədən tanıyır, onunla arasında ədavət, düşmənçilik və qohumçuluq münasibəti yoxdur. Qüdrəti 10 ildən çoxdur tanıyır. Taksi fəaliyyəti ilə məşğul olduğundan onun müştərisidir. Qüdrət hara gedirsə ona zəng vurur, o da Qüdrəti bazardan və ya başqa yerdən götürür. Qüdrət mollalıq etdiyi üçün yas yerlərinə, mərasim yerlərinə gedəndə aparır. Qüdrət Xətai məhəlləsində yerləşən qəbirstanlığa baxır, oraları təmizləyir. Qüdrətin ailəsini də taksi ilə aparıb-gətirir. 16 may 2023-cü il tarixdə Qüdrət zəng vurub “evə gəl, məni bazara apar” dediyi üçün Qüdrətin yaşadığı evə getmiş, həmin vaxt Qüdrət yola çıxaraq mobil telefonla danışa-danışa ona tərəf gəlmiş, avtomobilə oturanda telefonu söndürmüşdür. Qüdrətin avtomobildə qabaq tərəfdə oturmuş, onunla salamlaşdıqdan sonra hara gedəcəyini soruşduğunda Qüdrət “məni bazara apar” demişdir. Avtomobillə gedən zaman Qüdrət telefonda kiməsə səs atdı və səs atarkən “evi yandıracam, evə gəlin, gəlməsəniz evi yandıracam” dediyini eşitmişdir. Qüdrətin ailəsindən ayrıldığını, ona görə tək yaşadığını, arada bir qardaşı Ədalətin də onlara gəldiyini bilir. Hərdən Qüdrət evdə olanda “kolbasa, çörək al” demiş o da alıb aparmışdır. Qüdrət votçapda səs atmış, bazara çatanda “mən bazara getmirəm, türk məscidindən qabaqda 3-cü döngədə saxla” dediyi üçün taksini onun dediyi yerdə saxlamışdır. Qüdrət maşından düşüb getmiş və ondan sonra Qüdrəti görməmişdir. 16 may 2023-cü il tarixdə saat 16 radələrində Mürsəl zəng vurub “Qüdrət evini yandırıb” demiş, ona “niyə yandırıb, nə olub” soruşduğunda Mürsəl də “bilmirəm, indicə yandırıb” demişdir. Biraz keçəndən sonra Qüdrətin qardaşı Ədalət zəng vurub “gəl Qüdrətgilə gedək” demiş o da Ədaləti bazardan götürüb birlikdə Qüdrətgilə getmişlər. Qüdrətin Xətai məhəlləsində yolun kənarında yerləşən evinə çatdıqda evin yanında polis əməkdaşlarının olduğunu, evdə olan yanğını yanğınsöndürənlərin söndürdüyünü görmüşdür. Ədalət polislərə “qardaşıyam” dedikdən sonra polislər onu həyətə buraxmışlar. Ədalət “Qüdrətin başı xarabdır, adam niyə evini yandırır?” demiş, sonra Ədaləti yenidən aparıb bazara qoymuşdur. Qüdrət evini yandırmaq üçün onun yanında benzin almayıb. Sadəcə səs atıb evi yandıracağını dediyini eşidib. Qüdrətin qızı Nailəyə zəng vurub “atan səs atıb deyir, evi yandıracam xəbəriniz olsun” demiş, Nailə də “ o nə gəldi danışır, həmişə bizi qorxudur ki, evi yandıracam, ancaq bir şey etmir, narahat olma” dediyi üçün “bəlkə də boş şeydir” düşünüb əhəmiyyət verməmişdir. Qüdrəti çoxdan tanıyır. Qüdrətin ailəsində problem olması barədə heç nə bilmir. Sadəcə ailəsinin evdən getdiyini, onların ayrıldıqlarını bilir. İttiham tərəfinin vəsatəti əsasında məhkəmə iclasında şahid qismində ifadə verən müstəntiq X9 ona verilən suallara cavab olaraq bildirmişdir ki, polis idarəsində olarkən növbətçi hissəyə evin yanması ilə bağlı məlumat daxil olduğu üçün hadisə yerinə getmişdir. Hadisədən dərhal sonra hadisə yerində baxış keçirilmiş, şəxs narahat halda idi və həmin vaxt müdafiəçi təqdim edilməmişdir. Mailə xanımdan icazə alıb evə baxış keçirilmişdir. Evin sahibin kim olmasını həmin vaxt bilməmişdir. Şəxsi sonra sərxoşluq müayinəsinə apardılar. Təqsirləndirilən şəxs əşyaların 2 ədədi bunların soyuq silah olmasını təsdiq edir. Ekspertiza 4-5 adda silahlara soyuq silah rəyi verib. Silahları götürən zaman heç bir çəkiliş olmayıb. Evdən götürülən silahların fotoşəkli çəkilibdir. Sonra evə ümumi baxış keçirilibdir. Silah qismində olan bütün əşyalar götürülüb şəkli çəkilib, qablaşdırılıb və protokol tərtib edilib. Narkotik vasitə ilə bağlı təqsirləndirilən şəxsdən ancaq sidik analizi götürülüb, qan analizinə zərurət görməmişdir. Müdafiə tərəfinin vəsatəti əsasında dindirilən ekspert X8 bildirmişdir ki, məişət təyinatlı silahlar konstruksiyasını dəyişəndə soyuq silaha çevrilir. İtilənməyi və formasının sərt olması bunu sübut edir. Ev dəhrəsi əslində döyüş silahıdır. Zavod üsulu ilə hazırlansa da, satışı qadağan edilməsə də hər bir tərəfinin itilənməsi, kəsici hala gətirilməsi, bıçağın qalınlığı və itilənməsi onu soyuq silaha çevirmişdir. Verdiyi rəyə əmindir. İstintaq zamanı Təqsirləndirilən şəxs sərxoşluğunun müəyyən edilməsi məqsədilə 16 may 2023-cü il tarixdə tibbi müayinədən keçirilmiş və alınmış 16 may 2023-cü il tarixli 986 nömrəli sərxoşluq vəziyyətinin tibbi müayinə aktında Təqsirləndirilən şəxs 0,48 promil sərxoş olduğu göstərilmişdir. İstintaq zamanı Təqsirləndirilən şəxs hadisədən sonra narkotestdən keçirilmiş və Y.Budaqov adına X3 alınmış 17 may 2023-cü il tarixli 620 nömrəli cavabda Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 17:00 radələrində Dispanserdə narkotest vasitəsilə müayinə olunduğu və nəticədə Təqsirləndirilən şəxs testindən MDMAmetilendioksimetilamfetamin psixotrop maddə müsbət aşkar olunduğu göstərilmişdir. İstintaq zamanı Təqsirləndirilən şəxs Y.Budaqov adına Naxçıvan MR X1 qeydiyyatda olub-olmaması barədə sorğu verilmiş, alınmış cavabda onun xx.xx.2023-cü il tarixdən narkomaniyaya görə profilaktik dispanser qeydiyyatında olduğu göstərilmişdir. Cinayət işi üzrə Təqsirləndirilən şəxs məhkumluğunun olub-olmamasını müəyyən etmək məqsədilə xx.xx.2023-cü il tarixdə Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin ƏSİŞ-nə müvafiq tələbnamə göndərilmiş və alınmış cavabda Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmadığı göstərilmişdir. İstintaq zamanı Naxçıvan MR Fövqəladə Hallar Nazirliyi X4 İdarəsindən daxil olmuş 17 may 2023-cü il tarixli 27/1-22/0246 nömrəli məktubda 16 may 2023-cü il tarixdə saat 1545 dəqiqədə X4 İdarəsinin 101 rabitə qovşağına ünvan 1 ünvanında yanğın hadisəsinin vaş verməsi ilə bağlı məlumat daxil olduğu, hadisə yerinə 1646 dəqiqədə 3 ədəd yanğın söndürmə avtomobilin çıxarıldığı, hadisə yerinə çatdıqda yanğının kiçik həcmdə olduğunun müşahidə edildiyi, lakin ev sahibi 1975-ci il təvəllüdlü Təqsirləndirilən şəxs evi özünün yandırdığını deyərək əlində kəsici alətlərlə yanğın söndürənlərin yanğının qarşısını almağa imkan vermədiyi, nəticədə yanğının daha geniş ətrafa yayıldığı, polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs tutulduqdan sonra yanğının yanğınsöndürənlər tərəfindən söndürüldüyü, yanğın zamanı Təqsirləndirilən şəxs məxsus ümumi sahəsi 144 m2 eviolan fərdi yaşayış evinin 36 m2 salon hissəsi məişət əşyaları ilə birgə tamamilə yandığı və evin qalan 108 m2 sahəsinin tüstüdən və hisdən zədələndiyi göstərilmişdir. İstintaq zamanı hadisə yerinə baxış keçirilmiş və baxış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs öz evini yandırmış, evi yanandan sonra hadisə yerinə gələn şəxslərin üzərinə bıçaq sallamışdır. İş üçün əhəmiyyətli olduğundan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə baxış keçirilərkən həmin evin zirzəmisində yerləşən, ayrıca girişi olan otaqdan bir ədəd yaşıl rəngə qını və qara rəngli dəstəyi olan xəncər-qılınc, bir ədəd arxa tərəfi itilənmiş vəziyyətdə olan taxta qulplu bıçaq, bir ədəd ümumi uzunluğu 43 sm, tiyəsinin uzunluğu 30 sm, dəstəyi taxtadan hazırlanmış bıçaq, bir ədəd ümumi uzunluğu 43 sm, tiyəsinin uzunluğu 29,5 sm, dəstəyi plasmas qara rəngli materialdan olan çin hərfləri hazırlanmış bıçaq, bir ədəd ümumi uzunluğu 58 sm, tiyəsinin uzunluğu 44 sm, tiyəsi yarımoval formalı dəstəyi taxtadan hazırlanmış bıçaq, bir ədəd ümumi uzunluğu 54,5 sm, dəstəksiz dəmir materialdan hazırlanmış bıçaq, bir ədəd balta, bir ədəd ümumi uzunluğu 59 sm, tiyəsinin uzunluğu 44,5 sm, dəstəyi taxta saplı bıçaq, bir ədəd ümumi uzunluğu 47,15 sm, tiyəsinin uzunluğu 32,5 sm olan bıçaq, bir ədəd ümumi uzunluğu 61 sm, tiyəsinin uzunluğu 47 sm, dəstəksiz bıçaq, bir ədəd qırmızı saplı dəhrə, bir ədəd balta, bir ədəd ümumi uzunluğu 50 sm, tiyəsinin uzunluğu 37 sm, ucu qatlanan dəhrə, bir ədəd dəmir saplı ucu miz, ümumi uzunluğu 1,30 sm, sapının üzərində uzunluğu 13 sm nizəsi olan balta, bir ədəd iki metrlik taxta sapın üzərinə bərkidilmiş 19 sm ölçüdə olan bıçaq, bir ədəd üzərində USA SABER yazısı və kompas olan qara qınlı bıçaq və bir ədəd durbin prosessual qaydada götürülmüşdür. Həmçinin baxış zamanı hadisə yerində hadisə zamanı istifadə olunmuş və həyətdən hovuzun yanında bir ədəd qara rəngli açılıbbağlanan bıçaq, bir ədəd ümumi uzunluğu 80 sm, tiyəsinin uzunluğu 65 sm, dəstəyi taxtadan hazırlanmış bıçaq, bir ədəd ümumi uzunluğu 69 sm, tiyəsinin uzunluğu 54 sm, dəstəyi taxtadan hazırlanmış bıçaq və bir ədəd ümumi uzunluğu 31 sm, tiyəsinin uzunluğu 18 sm, dəstəyi taxtadan hazırlanmış bıçaq prosessual qaydada götürülmüşdür. İstintaq zamanı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə baxış keçirilərkən həmin evin zirzəmisində yerləşən, ayrıca girişi olan otaqda bir ədəd şüşə qabda üzərində “MUSK ASWAD” içərisində spesifik iyə malik qara rəngli kütlə, bir ədəd şəffaf sellofana bükülü tünd qəhvəyi rəngli toz halında olan kütlə, bir ədəd şəffaf sellofan içərində toz halında olan ağ-kremi rəngli olan kütlə, bir ədəd şəffaf balaca qutuda içərisində kristal hissəciklərdən ibarət ağ rəngli kütlə və bir ədəd üzərində “COFFEE” yazılan spesifik iyli kütlə aşkar olunmuşdur. İş üzrə müəyyən halların müəyyən edilməsi üçün həmin kütlələr prosessual qaydada götürülərək bir ədəd kağız zərfdə qablaşdırılmış və möhürlənmişdir. İstintaq zamanı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə baxış keçirilərkən evə quraşdırılmış MultiStar markalı MS-204 model video müşahidə cihazı iş üçün əhəmiyyətli olduğundan prosessual qaydada götürülmüşdür. İş üçün əhəmiyyətli olduğundan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə baxış keçirilərkən həmin evin zirzəmisində yerləşən, ayrıca girişi olan otaqdan götürülmüş müxtəlif ölçülü kəsici-deşici bıçaqların hazırlanma üsulunu, təyinatını və soyuq silah olubolmamasını müəyyən etmək üçün 16 may 2023-cü il tarixdə məhkəmə soyuq silahların tədqiqi ekspertizası təyin edilmiş və Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzindən alınmış 23 iyun 2023-cü il tarixli 531 nömrəli ekspert rəyində tədqiqata təqdim edilmiş 1 nömrəli bıçağın zavod üsulu ilə istehsal edildiyi, ümumi təyinatlı ov bıçağı olduğu, soyuq silah hesab edildiyi, 2 nömrəli bıçağın kustar üsulla hazırlandığı, təsərrüfat-məişət təyinatlı mətbəx bıçaqlarına uyğun gəldiyi, soyuq silah hesab edilmədiyi, 3 nömrəli bıçağın zavod üsulu ilə istehsal edildiyi, bir tərəfi kəsici, ucu batıcı xassəyə malik olan təsərrüfat-məişət təyinatlı cib bıçaqlarına uyğun gəldiyi, soyuq silah hesab edilmədiyi, 4 nömrəli bıçağın kustar üsulla hazırlandığı, bir tərəfi kəsici, ucu batıcı xassəyə malik olan təsərrüfat-məişət təyinatlı cib bıçaqlarına uyğun gəldiyi, soyuq silah hesab edilmədiyi, 5 nömrəli bıçağın zavod üsulu ilə istehsal edildiyi, suvenir tipli bıçaqlara uyğun gəldiyi, soyuq silah hesab edilmədiyi, 6 nömrəli bıçağın zavod üsulu ilə istehsal edildiyi, deşici-kəsici xassəyə malik mətbəx bıçaqlarına uyğun gəldiyi, soyuq silah hesab edilmədiyi, 7 nömrəli bıçağın zavod üsulu ilə istehsal edildiyi, deşici-kəsici xassəyə malik mətbəx bıçaqlarına uyğun gəldiyi, soyuq silah hesab edilmədiyi, 8 nömrəli bıçağın zavod üsulu ilə istehsal edildiyi, deşici-kəsici xassəyə malik mətbəx bıçaqlarına uyğun gəldiyi, soyuq silah hesab edilmədiyi, 9 nömrəli bıçağın zavod üsulu ilə istehsal edildiyi, ucunun batıcı xassəyə malik olan soyuq atıcı bıçaqlara uyğun gəldiyi, 10 nömrəli bıçağın zavod üsulu ilə istehsal edildiyi, təsərrüfat-məişət təyinatlı mətbəx bıçaqlarına uyğun gəldiyi, soyuq silah hesab edilmədiyi, 11 nömrəli bıçağın kustar üsulla hazırlandığı, təsərrüfat-məişət təyinatlı mətbəx bıçaqlarına uyğun gəldiyi, soyuq silah hesab edilmədiyi, 12 nömrəli predmetin zavod üsulu ilə istehsal edildiyi, təsərrüfat-məişət təyinatlı çapacaqlara uyğun gəldiyi, soyuq silah hesab edilmədiyi, 13 nömrəli predmetin kustar üsulla hazırlandığı, saplı nizələrə uyğun gəldiyi, 14 nömrəli bıçağın kustar üsulla hazırlandığı, təsərrüfat-məişət təyinatlı bıçaqlara uyğun gəldiyi, soyuq silah hesab edilmədiyi, 15 nömrəli bıçağın zavod üsulu ilə istehsal edildiyi, təsərrüfat-məişət təyinatlı mətbəx bıçaqlarına uyğun gəldiyi, soyuq silah hesab edilmədiyi, 16 nömrəli bıçağın zavod üsulu ilə istehsal edildiyi, deşici-kəsici xassəyə malik təsərrüfat-məişət təyinatlı mətbəx bıçaqlarına uyğun gəldiyi, soyuq silah hesab edilmədiyi, 17 nömrəli predmetin kustar üsulla hazırlandığı, təsiretmə prinsipinə görə uc (nizə) hissəsinin deşici, tiyə hissəsinin çapıcı-kəsici xassəyə malik saplı tiyəli alebardalara uyğun gəldiyi, 18 nömrəli predmetin zavod üsulu ilə istehsal edildiyi, bir tərəfinin kəsici-çapıcı, digər tərəfinin isə əzici xassəyə malik olan təsərrüfat-məişət təyinatlı balta olduğu, soyuq silah hesab edilmədiyi, 19 nömrəli bıçağın kustar üsulu ilə hazırlandığı, deşici-kəsici xassəyə malik təsərrüfat-məişət təyinatlı mətbəx bıçaqlarına uyğun gəldiyi, soyuq silah hesab edilmədiyi, 20 nömrəli predmetin zavod üsulu ilə istehsal edildiyi, təsərrüfat-məişət təyinatlı alət – mişar olduğu, 21 nömrəli bıçağın zavod üsulu ilə istehsal edildiyi, ümumi təyinatlı ov bıçağı olduğu və soyuq silah hesab edildiyi, 22 nömrəli bıçağın zavod üsulu ilə istehsal edildiyi, deşici-kəsici xassəyə malik mətbəx bıçaqlarına uyğun gəldiyi, soyuq silah hesab edilmədiyi, 23 nömrəli bıçağın kustar üsulu ilə hazırlandığı, deşici-kəsici xassəyə malik təsərrüfat-məişət təyinatlı mətbəx bıçaqlarına uyğun gəldiyi, soyuq silah hesab edilmədiyi, 24 nömrəli predmetin kustar üsulu ilə hazırlandığı, təsərrüfat-məişət təyinatlı çapacaqlara (dəhrəyə) uyğun gəldiyi, soyuq silah hesab edilmədiyi, 25 nömrəli predmetin zavod üsulu ilə istehsal edildiyi, bir tərəfinin kəsici-çapıcı, digər tərəfinin isə əzici xassəyə malik olan təsərrüfatməişət təyinatlı balta olduğu, soyuq silah hesab edilmədiyi, 26 nömrəli predmetin zavod üsulu ilə istehsal edildiyi, bir tərəfinin kəsici-çapıcı, xassəyə malik olan döyüş silahları formasında hazırlanmış döyüş baltası olduğu, soyuq silah hesab edildiyi, 27 nömrəli bıçağın zavod üsulu ilə istehsal edildiyi, deşici-kəsici xassəyə malik təsərrüfat-məişət təyinatlı bıçaqlarına uyğun gəldiyi, soyuq silah hesab edilmədiyi, 28 nömrəli qılıncın kustar üsulu ilə hazırlandığı, suviner tipli qılınclara uyğun gəldiyi, soyuq silah hesab edilmədiyi və 29 nömrəli bıçağın zavod üsulu ilə istehsal edildiyi, deşici-kəsici xassəyə malik təsərrüfatməişət təyinatlı bıçaqlarına uyğun gəldiyi, soyuq silah hesab edilmədiyi göstərilmişdir. İş üçün əhəmiyyətli olduğundan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə baxış keçirilərkən həmin evin zirzəmisində yerləşən, ayrıca girişi olan otaqdan götürülmüş bir ədəd şüşə qabda üzərində “MUSK ASWAD” içərisində spesifik iyə malik qara rəngli kütlənin, bir ədəd şəffaf sellofana bükülü tünd qəhvəyi rəngli toz halında olan kütlənin, bir ədəd şəffaf sellofan içərində toz halında olan ağ-kremi rəngli olan kütlənin, bir ədəd şəffaf balaca qutuda içərisində kristal hissəciklərdən ibarət ağ rəngli kütlənin və bir ədəd üzərində “COFFEE” yazılan spesifik iyli kütlənin həqiqətən də narkotik vasitə, psixotrop maddə, güclü təsir edən maddə və ya zəhərli maddələr olub-olmamasını, narkotik vasitə, psixotrop maddə, güclü təsir edən maddə və ya zəhərli maddədirlərsə, onların növünü, hazırlanma üsullarını və tərkibini, həmin bükümlərdəki maddələrin ayrı-ayrılıqda və birlikdə xalis çəkilərini müəyyən etmək üçün 17 may 2023-cü il tarixdə məhkəmə-kimyəvi ekspertiza təyin edilmiş və Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzindən alınmış 31 may 2023-cü il tarixli 530 nömrəli ekspert rəyində sellofan bükümdə təmiz çəkisi 48,172 qram olan sarımtıl rəngli tozşəkilli maddənin, sellofan bükümdə təmiz çəkisi 20, 350 qram olan açıq qəhvəyi rəngli tozşəkilli maddənin, dördbucaq formasında plasmas qabda təmiz çəkisi 15,960 qram krem rəngli toz və kristal şəkilli maddənin, şüşə qabda təmiz çəkisi 17,553 qram olan tünd qəhvəyi rəngli spesifik iyli tozşəkilli maddənin, üzərində “COFFEE” sözləri yazılmış plasmas qabda təmiz çəkisi 18,723 qram olan dənəvər şəkilli maddələrin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə 18 mart 2016-cı il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş güclü təsir edən maddələrin və onların külli miqdarının siyahısına daxil olmadığı göstərilmişdir. İş üçün əhəmiyyətli olduğundan evə quraşdırılmış MultiStar markalı MS-204 model video müşahidə cihazına baxış keçirilmiş və baxış zamanı orada qeydə alınmış videogörüntülər iş üçün əhəmiyyətli olduğundan bir ədəd DVD-yə köçürülərək protokola əlavə edilmişdir. Cinayət işi üzrə prosessual qaydada götürülmüş 1 nömrəli soyuq silah hesab edilən ümumi təyinatlı ov bıçağı, 2 nömrəli kustar üsulla hazırlanmış, soyuq silah hesab edilməyən və təsərrüfat-məişət təyinatlı mətbəx bıçaqlarına uyğun gələn bıçaq, 3 nömrəli zavod üsulu ilə istehsal edilmiş bir tərəfi kəsici, ucu batıcı xassəyə malik olan təsərrüfatməişət təyinatlı soyuq silah hesab edilməyən cib bıçağı, 4 nömrəli kustar üsulla hazırlanmış bir tərəfi kəsici, ucu batıcı xassəyə malik olan təsərrüfat-məişət təyinatlı soyuq silah hesab edilməyən cib bıçağı, 5 nömrəli zavod üsulu ilə istehsal edilmiş soyuq silah hesab edilməyən suvenir tipli bıçaq, 6 nömrəli zavod üsulu ilə istehsal edilmiş deşici-kəsici xassəyə malik soyuq silah hesab edilməyən mətbəx bıçağı, 7 nömrəli zavod üsulu ilə istehsal edilmiş deşici-kəsici xassəyə malik soyuq silah hesab edilməyən mətbəx bıçağı, 8 nömrəli zavod üsulu ilə istehsal edilmiş, deşici-kəsici xassəyə malik soyuq silah hesab edilməyən mətbəx bıçağı, 9 nömrəli zavod üsulu ilə istehsal edilmiş ucu batıcı xassəyə malik olan soyuq atıcı bıçaq, 10 nömrəli zavod üsulu ilə istehsal edilmiş, soyuq silah hesab edilməyən təsərrüfat-məişət təyinatlı mətbəx bıçağı, 11 nömrəli kustar üsulla hazırlanmış soyuq silah hesab edilməyən təsərrüfat-məişət təyinatlı mətbəx bıçağı, 12 nömrəli zavod üsulu ilə istehsal edilmiş, soyuq silah hesab edilməyən təsərrüfat-məişət təyinatlı çapacaq, 13 nömrəli kustar üsulla hazırlanmış saplı nizə, 14 nömrəli kustar üsulla hazırlanmış, soyuq silah hesab edilməyən təsərrüfat-məişət təyinatlı bıçaq, 15 nömrəli zavod üsulu ilə istehsal edilmiş soyuq silah hesab edilməyən təsərrüfat-məişət təyinatlı mətbəx bıçağı, 16 nömrəli zavod üsulu ilə istehsal edilmiş, deşici-kəsici xassəyə malik soyuq silah hesab edilməyən təsərrüfat-məişət təyinatlı mətbəx bıçağı, 17 nömrəli kustar üsulla hazırlanmış, təsiretmə prinsipinə görə uc (nizə) hissəsinin deşici, tiyə hissəsinin çapıcı-kəsici xassəyə malik saplı tiyəli alebarda, 18 nömrəli zavod üsulu ilə istehsal edilmiş bir tərəfinin kəsici-çapıcı, digər tərəfinin isə əzici xassəyə malik olan təsərrüfat-məişət təyinatlı soyuq silah hesab edilməyən balta, 19 nömrəli kustar üsulu ilə hazırlanmış, deşici-kəsici xassəyə malik təsərrüfat-məişət təyinatlı soyuq silah hesab edilməyən mətbəx bıçaq, 20 nömrəli zavod üsulu ilə istehsal edilmiş, təsərrüfat-məişət təyinatlı mişar, 21 nömrəli zavod üsulu ilə istehsal edilmiş ümumi təyinatlı soyuq silah hesab edilən ov bıçağı, 22 nömrəli zavod üsulu ilə istehsal edilmiş, deşici-kəsici xassəyə malik soyuq silah hesab edilməyən mətbəx bıçağı, 23 nömrəli kustar üsulu ilə hazırlanmış deşici-kəsici xassəyə malik təsərrüfat-məişət təyinatlı soyuq silah hesab edilməyən mətbəx bıçağı, 24 nömrəli kustar üsulu ilə hazırlanmış, təsərrüfat-məişət təyinatlı soyuq silah hesab edilməyən çapacaqlar-dəhrə, 25 nömrəli zavod üsulu ilə istehsal edilmiş, bir tərəfinin kəsici-çapıcı, digər tərəfinin isə əzici xassəyə malik olan təsərrüfat-məişət təyinatlı soyuq silah hesab edilməyən balta, 26 nömrəli zavod üsulu ilə istehsal edilmiş, bir tərəfinin kəsici-çapıcı, xassəyə malik olan döyüş silahları formasında hazırlanmış soyuq silah hesab edilən döyüş baltası, 27 nömrəli zavod üsulu ilə istehsal edilmiş, deşici-kəsici xassəyə malik təsərrüfat-məişət təyinatlı soyuq silah hesab edilməyən bıçaq, 28 nömrəli kustar üsulu ilə hazırlanmış, suviner tipli soyuq silah hesab edilməyən qılınc və 29 nömrəli zavod üsulu ilə istehsal edilmiş, deşici-kəsici xassəyə malik təsərrüfat-məişət təyinatlı soyuq silah hesab edilməyən bıçaq, habelə sellofan bükümdə təmiz çəkisi 48,172 qram olan sarımtıl rəngli tozşəkilli maddə, sellofan bükümdə təmiz çəkisi 20, 350 qram olan açıq qəhvəyi rəngli tozşəkilli maddə, dördbucaq formasında plastmas qabda təmiz çəkisi 15,960 qram krem rəngli toz və kristal şəkilli maddə, şüşə qabda təmiz çəkisi 17,553 qram olan tünd qəhvəyi rəngli spesifik iyli tozşəkilli maddə, üzərində “COFFEE” sözləri yazılmış plastmas qabda təmiz çəkisi 18,723 qram olan dənəvər şəkilli maddə, MultiStar markalı MS-204 model video müşahidə cihazı və bir ədəd SAMSUNG Galaxy A40 markalı mobil telefon maddi sübut hesab edilmiş və saxlanılması üçün Naxçıvan Şəhər Polis İdarəsinin maddi sübutların saxlanc otağına saxlanılmaya verilmiş, soyuq silah hesab edilən əşyalar məhkəmənin müraciəti əsasında məhkəməyə göndərilmişdir. Naxçıvan MR Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertizası və Pataloji Anatomiya Birliyindən alınmış 26 may 2023-cü il tarixli 529 saylı ekspert rəyində Zərərçəkmiş şəxs2 bədənində sol saidin yuxarı 1/3 hissəsinin bayır səthində sıyrılmış yara, sıyrılmış yaranın iti kənarlı hər hansı alətin təsiri nəticəsində yarana biləcəyi, müddətin qərarda göstərilən tarixə uyğun gəldiyini, sağlamlığa zərər vurmayan xəsarətlər olduğu üçün dərəcəsinin təyin edilmədiyi göstərilmişdir. Həmçinin alınmış 26 may 2023-cü il tarixli 530 saylı ekspert rəyində Zərərçəkmiş şəxs1 bədənində heç bir xəsarət və xəsarət izlərinin olmadığı göstərilmişdir. Y.Budaqov adına Naxçıvan MR X2 xx.xx.2023-cü il tarixli 156 saylı ekspert rəyində narkomaniya xəstəliyinin aşkar olunmadığı, lakin fiziki və psixi asılılıq olmadan narkotik maddə qəbulunun inkar olunmadığı göstərilmişdir. Həmçinin xx.xx.2023-cü il tarixli 157 saylı ekspert rəyində ekspertiza qarşısında qoyulmuş suallara ambulator məhkəmə psixiatrik ekspertiza zamanı cavab vermək mümkün olmadığından stasionar məhkəmə psixiatrik ekspertizanın məsləhət olduğunu qeyd olunmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli 130 saylı ekspert rəyində Təqsirləndirilən şəxs HİPOMANİAKAL VƏZİYYƏT müəyyən edildiyini, Təqsirləndirilən şəxs müşahidə olunan hipomaniakal vəziyyətin psixotik simptomlar olmadan getdiyi, buna görə onun barəsində tibbi xarakterli məcburi müalicə tədbirinin tətbiqinə ehtiyac olmadığı göstərilmişdir. Həmçinin rəydə Təqsirləndirilən şəxs cinayət əməlini törədən zaman onda hipomaniakal vəziyyət qeyd olunduğundan öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini tam ölçüdə dərk etmək və onları tam ölçüdə idarə etmək iqtidarından məhrum olunduğu, buna görə Təqsirləndirilən şəxs anlaqlılığını istisna etməyən psixi pozuntulu şəxs kimi Azərbaycan Respublikası CM-nin 22.1-ci maddəsinin təsir altına düşdüyü, onun barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə zərurət olmadığı, Təqsirləndirilən şəxs cinayət əməlini törətdiyi dövrdə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olduğu, ona ittiham olunan əməl barəsində anlaqlı olduğu, onun əməlinin Azərbaycan Respublikası CM-nin 21.1-ci maddəsinin təsiri altına düşmədiyi, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olduğundan Azərbaycan Respublikası CM-nin 21.3-cü maddəsinin təsiri altına düşmədiyi göstərilmişdir. İstintaq zamanı Zərərçəkmiş şəxs1 baş vermiş hadisə ilə bağlı qeydə alınmış videogörünteləri bir ədəd DVD-yə yükləyərək istintaqa təqdim etdiyindən, həmin DVD-yə baxış keçirilmişdir. DVD-yə baxış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs əlində iki ədəd uzun ölçülü xəncərlə hər kəsin içərisində Zərərçəkmiş şəxs1 bıçaq sallayır, Zərərçəkmiş şəxs1 çəkilməsə, bıçağın onu kəsəcəyi müşahidə edilir. Həmin DVD iş üçün əhəmiyyətli olduğundan protokola əlavə edilmişdir. Məhkəmə iş üzrə mühüm əhəmiyyətə malik olan bütün halların araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3 və 228.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Onun əməlində cinayət tərkibi vardır və Təqsirləndirilən şəxs həmin cinayət əməlini töərtməsi məhkəmə istintaqı zamanı özünün qismən də olsa etirafı, cinayət işi üzrə toplanmış materiallar və şahidlərin ifadələri, həmçinin işin digər halları ilə tam sübuta yetmişdir. Məhkəmə istintaqında dindirilən Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamla özünü tam təqsirli bilərək cinayəti törətdiyini qismən etiraf etmiş, məhkəmə onun bu etirafını iş üzrə olan digər sübutlarla əlaqəli şəkildə qiymətləndirərərk inandırıcı qəbul etmişdir. Çünki onun məhkəmə istintaqı zamanı verdiyi ifadəsində cinayət əməlini törətməsinə dair etirafları şahidlərin ifadələri və işin digər halları ilə tam təsdiqini tapmışdır. Göstərilənlərə əsasən məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs əməli düzgün olaraq istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3 və 228.4-cü maddələri ilə tövsif olunmuşdur. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar və ya onun məsuliyyətdən azad olunması üçün əsaslar yoxdur. Мəhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin “Ümumi hissə”sinin müddəaları nəzərə alınmaqla “Xüsusi hissə”sinin müvafiq maddələrinin sanksiyasında nəzərdə tutulmuş hallarıda ədalətli cəza təyin olunmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən məhkəmə tərəfindən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Babək rayon Nehrəm qəsəbəsi İƏD üzrə nümayəndəliyindən alınmış xasiyyətnamədə Təqsirləndirilən şəxs Nehrəm qəsəbəsində qeydiyyatda olduğu göstərilmişdir. Həmin nümayəndəlikdən verilmiş xasiyyətnamədə Təqsirləndirilən şəxs özünü nizam intizamlı bir vətəndaş kimi göstərdiyi, özündən böyüklərə hörmət etdiyi və hörmətini qazandığı, keçirilən tədbirlərdə fəal iştirak etdiyi, onun barəsində nümayəndəliyə heç bir şikayətin daxil olmadığı göstərilmişdir. Naxçıvan Şəhər İcra Hakimiyyətinin 1 №-li Sahə İƏD üzrə nümayəndəlikdən alınmış xasiyyətnamədə onun yaşadığı müddətdə qonşuların rəğbətini qazandığı, tək-tənha şəxslərə kömək göstərdiyi, İslam dininə bağlı bir insan olduğu, dini ziyarətgahlara səfər etdiyi, onun barəsində nümayəndəliyə şikayət daxil olmadığı göstərilmişdir. Naxçıvan Şəhər Bələdiyyəsindən alınmış xasiyyətnamədə Təqsirləndirilən şəxs 01 iyun 2020-ci il tarixdən Naxçıvan Bələdiyyəsi ilə qəbirstanlığa təmizlik işinə qəbul olunduğu, xx.xx.2023-cü il tarixdə əmək müqaviləsinə xitam verildiyi, qəbirstanlıq nəzarətçisi kimi işə qəbul olunduğu, 19 may 2023-cü il tarixdə işdən azad edildiyi göstərilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, əməlindən səmimi peşman olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasы Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən- hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən- Hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Avropa İnsan Hüquqları Məhkəməsi Telfner Avstriyaya qarşı (2001) işində qeyd etmişdir ki, məhkəmə araşdırması gedişində təqsirsizlik prezumpsiyası prinsipinin əhəmiyyəti sübutetmə yükünün ittiham tərəfinin üzərinə düşməsi, irəli sürülən ittihamın əsaslılığına dair şübhələrin isə təqsirləndirilən şəxsin xeyrinə şərh olunmasıdır. “Berbera, Messege və Habordo İspaniyaya qarşı” işində Avropa məhkəməsi qeyd etmişdir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, hansı ki, qanuna müvafiq yəni, qanuni yolla əldə olunmuşdur. Həmçinin vurğulanmışdır ki, məhkəmə üzvləri öz vəzifələrini həyata keçirərkən prosesə əvvəlcədən təqsirləndirilən şəxsin onun təqsirləndirildiyi əməli törətməsi fikri ilə başlamamalıdır və hər hansı şübhə onun xeyrinə həll olunmalıdır. Bundan əlavə “Hoanq Fransaya qarşı” işində Avropa məhkəməsinin mövqeyinə əsasən bütün sübutlar diqqətlə qiymətləndirilmədən hüquq fərziyyəsinin tətbiq edilməsi təqsirsizlik prezumpsiyasını böyük ehtimalla pozmuş olur. Ehtimal və fərziyyə ilə ittiham irəli sürülə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin məhkəmələrin yekun qərarlarının hüquqiliyi ilə bağlı “Bratyakin Rusiyaya qarşı” iş üzrə xx.xx.2006, “Fadin Rusiyaya qarşı” iş üzrə xx.xx.2006, “Lenskaya Rusiyaya qarşı” iş üzrə xx.xx.2009, “Radçikov Rusiyaya qarşı” iş üzrə xx.xx.2007-ci il tarixli qərarlarına əsasən hüquqi dövlətin ən mühüm prinsiplərindən biri digər hallarla yanaşı məhkəmənin yekun qərarlarının sual doğurmamalı olmasını nəzərdə tutan hüquqi müəyyənlikdir. Beləliklə, hadisənin ittiham aktında göstərilən şəraitdə əmələ gələ bilməsini təsdiq edən digər müqayisəli və mötəbər sübut olmadığı üçün, əsaslı və mötəbər sübut olmadan hadisə şəraitinin ittiham aktında göstərilən formada mövcudluğunu qəbul etmək yolverilməzdir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı qərarında göstərilmişdir ki, sübutları hərtərəfli təhlil edib qiymətləndirmək əvəzinə, məhkəmələr bəzən ittihamı təsdiq edən ifadələrin mətnini hökmdə əks etdirməklə kifayətlənirlər. İttihamı şübhə altında qoyan ifadələr isə ya ümumiyyətlə nəzərə alınmır, yaxud da onlar hökmdə təhlil edilib qiymətləndirilmir. Həmçinin, həmin qərarda göstərilmişdir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 323-cü maddəsinə müvafiq olaraq məhkəmənin hökmü yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Göründüyü kimi, hər hansı şəxsin əməlində cinayət tərkibinin olmasının müəyyən edilməsi və ona ittiham və ya bəraət hökmünün çıxarılması yalnız məhkəmə istintaqında tədqiq olunmuş sübutlar əsasında müəyyən edilə bilər. Məhkəmə iclasında tədqiq edilməyən və məhkəmə iclas protokolunda öz əksini tapmayan sübutlara istinad edə bilməz. Məhkəmə qeyd edir ki, ittiham irəli sürülən şəxs barəsində ittiham hökmü o zaman qəbul edilə bilər ki, ittiham üzrə göstərilən sübutlar məhkəmə istintaqı zamanı təkzib edilməməklə təsdiq olunsun, əgər ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməlidir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı qərarında göstərilmişdir ki, ittiham hökmü mülahizələrə əsaslana bilməz. İttiham hökmü iş üzrə baş vermiş bütün rəvayətlər tədqiq edildikdən, bütün mövcud ziddiyyətlər aydınlaşdırılıb qiymətləndirildikdən sonra mötəbər sübutlar əsasında çıxarılmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, təqsirsizlik prezumpsiyası cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirinin cinayət-prosessual qanunun müəyyən etdiyi qaydada sübuta yetirilməsini tələb edir. Cinayət mühakimə icraatının prinsiplərinə dair normalar cinayətdə təqsirləndirilən şəxsin təqsirinin sübuta yetirilməsində fundamental əhəmiyyət daşıyan ümumi qaydaları göstərir ki, onlara riayət edilməməsi bütövlükdə sübut etməni, onun nəticələrini əhəmiyyətsiz etmiş olar. Qiymətləndirmə zamanı hökmdə həm konkret məsələ üzrə gəlinən nəticəni təsdiqləyən, həm də onu təkzib edən sübutlara istinad etməlidir. Beləliklə, məhkəmə bir daha qeyd edir ki, ittiham aktında şəxsə istinad edilən cinayət əməlinin baş vermə şəraitinə dair şübhəli nəticələr və faktlar şəxsin ziyanına, onun vəziyyətinin digər hər hansı formada ağırlaşdıran formada qəbul edilə bilməz. Bütün bunları qeyd etməkdə məqsəd təqsirləndirilən şəxsə ittiham verilən zaman ona narkotik maddənin təsiri altında sözügedən əməli törətməsi barədə gəldiyi nəticənin ittihamdan xaric edilməsindən ibarətdir. Belə ki, təqsirləndirilən şəxs narkotesdən keçirilmiş, nəticə müsbət olsa da daha detallı nəticə alınması üçün qan analizi alınmamış, Y.Budaqov adına Naxçıvan MR X2 xx.xx.2023-cü il tarixli 156 saylı ekspert rəyində narkomaniya xəstəliyinin aşkar olunmadığı, lakin fiziki və psixi asılılıq olmadan narkotik maddə qəbulunun inkar olunmadığı göstərilmişdir. Lakin bununla bağlı ittiham hərtərəfli araşdırmamış, təqsirləndirilən şəxs narkotik maddə qəbul etmədiyini bildirmiş, bu halın tam araşdırılması istintaq zamanı aparılmamışdır. Digər tərəfdən təqsirləndirilən şəxs ona istinad edilən soyuq silahların saxlanılması ilə bağlı əməli qəbul etmədiyini, həmin silahların ikisinin ona məxsus olmadığını, digər silahların isə soyuq silah hesab edilmədiyini qeyd etsə də bununla bağlı istintaq materialları tədqiq edilərək aydın olmuşdur ki, təqsirləndirilən şəxsin arvadının yazılı razılığı ilə evə baxış keçirilmiş, iki hal şahidinin iştirakı ilə hadisə yerinə baxış və götürmə istintaq hərəkətləri həyata keçirilmişdir. Hadisə yerinə baxış bir hissədə videogörüntü vasitəsilə aparılmışdır. Hadisə yerindən götürülən əşyaların fotoşəkli çəkilmiş, təqsirləndirilən şəxs həmin fotoşəkildə olan əşyaların onun kolleksiyasında olmadığını bildirsə də həmin əşyalardan bir ədədinin ümumi əşyaların içərisində olması fotoşəkillə təsdiq edilir. Digər əşyaların isə soyuq silah hesab edilməməsi ilə bağlı ekspert məhkəməyə çağırılıb dindirilmiş, əlavə olaraq müdafiəçi komisyon soyuq silahların tədqiqi ekspertizasının təyin edilməsi barədə vəsatət vermiş, vəsatət müzakirə edilən zaman təqsirləndirilən şəxs vəsatəti geri götürmüşdür. Məhkəmə Azərbaycan Respublikası CM-in 228.4-cü maddəsinə münasibətdə ittihamı qanuni və əsaslı hesab edir və təqsirləndirilən şəxsin həmin əməli törətməsi işə baxılarkən öz təsdiqini tapmışdır. Eyni zamanda işə baxılarkən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs şəxsi yaşayış evini yandırdıqdan sonra həmin yerə gələn qonşuları və polis əməkdaşlarının yanında hər iki əlində olan soyuq silah hesab edilməyən bıçaqlarla qərəzli xuliqanlıq hərəkətləri etmiş, bu hərəkətlər hadisənin videogörüntüsü, zərərçəkmiş şəxslərin və təqsirləndirilən şəxsin ifadəsi, ekspert rəyi ilə təsdiqini tapmışdır. Ona görə də məhkəmə təqsirləndirilən şəxsin əməlinə Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə ittiham verilməsini qanuni və əsaslı hesab edir. CM-in 221.1-ci maddəsinə görə xuliqanlıq ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlərdir. Cinayət qanunvericiliyində xuliqanlıq cinayəti ictimai təhlükəsizlik əleyhinə olan cinayətlər kateqoriyasına aid edilmiş, onun əsas obyekti kimi ictimai qayda, əlavə obyekti qismində isə insanların sağlamlığının, şərəf və ləyaqətinin, habelə mülkiyyətin mühafizəsi ilə bağlı olan ictimai münasibətlər çıxış edir. İctimai təhlükəsizlik əleyhinə olan cinayətlər ictimai qaydanın, şəxsiyyətin təhlükəsizliyinin və sağlamlığının, şərəf və ləyaqətinin, şəxsi və dövlət əmlakının qorunmasını, eləcə də insanların əmək və istirahətini, müəssisə və təşkilatların normal fəaliyyətini təmin etmək üçün qanunvericilikdə müəyyən edilmiş qaydaları pozan ictimai təhlükəli əməllərdir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 20 may 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, xuliqanlıq obyektiv cəhətdən CM-in 221-ci maddəsinin dispozisiyasında sadalanan müxtəlif hərəkətlərdə ifadə olunsa da, onların hamısı üç əsas əlamətə malik olmalıdır. Birincisi, bu hərəkətlər ictimai qaydanı kobud surətdə pozmalıdır; ikincisi, belə pozuntu cəmiyyətə açıqca hörmətsizlik ifadə etməlidir; üçüncüsü isə vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilməlidir. Xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyri-müəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Bu cinayətin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud surətdə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyi və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Xuliqanlığın subyektiv cəhətinin mütləq şərti bu cinayətin motividir. Bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa meyllilik, ədəbsizliyin qarşısını almağa cəhd edən ayrı-ayrı şəxslərdən qisas almaq motivin əsasını təşkil edir. CM-in 221.3-cü maddəsində silah qismində istifadə olunan əşyalara istənilən əşyalar, o cümlədən təsərrüfat-məişət təyinatlı (balta, yaba, mətbəx bıçağı və s.), eləcə də kərpic, daş, dəmir, çubuq, bir sözlə, tətbiqi həyat və ya sağlamlıq üçün təhlükə yaradan bütün əşyalar aid edilir. “Silah qismində istifadə edilən əşyaların” anlayışına Konstitusiya Məhkəməsi Plenumunun B.Yusifovanın şikayəti üzrə 17 fevral 2006-cı il tarixli Qərarında aydınlıq gətirilmişdir. Həmin Qərara əsasən silah qismində istifadə edilən əşyalar konstruksiya cəhətdən digər məqsədlər üçün, o cümlədən istehsalat təsərrufat-məişət məqsədi ilə və yaxud da ümumiyyətlə hər hansı müəyyən məqsədlərə yönəlməyən, istehsal və emal olunmayan, yəni təbiətdə mövcud olan əşyalardır. Bu əşyalar silah deyil, bununla belə hər hansı məhvetmə xüsusiyyətinə, yəni soyuq və ya başqa silah növünə xas olan bəzi xüsusiyyətlərə malikdir və onların siyahısı hədsizdir. Silah qismində istifadə edilən əşyanın məhvetmə xüsusiyyətinə malik olması, onu bu xüsusiyyətə malik olmayan digər əşyalardan fərqləndirən əsas və mütləq şərtdir. “X6 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 17 mart 2011-ci il tarixli Qərarı). Azərbaycan Respublikasının CM-nin 178.2.2-ci və 178.2.4-cü maddəsinə əsasən dələduzluğun təkrar törədilməsi və xeyli miqdarda ziyan vurulmaq törədilməsi maddələri üzrə sanksiyasında dörd min manatdan yeddi min manatadək cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulur. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən Cinayət Məcəlləsinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Cinayət Məcəlləsinin 41.2-ci maddəsində cəzanın məqsədi açıqlanaraq göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Göstərilən maddənin məzmunundan göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. Sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş olsun, bununla sosial balans pozulmuş olsun və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cinayət əməli az ağır cinayət kimi təsnif edilir. “Məhkəmə tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi” haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardı. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. İnsan hüquqları üzrə Avropa Məhkəməsi “Qutsardi İtaliyaya” qarşı işində göstərmişdir ki, Avropa Konvensiyasının 5-ci maddəsinin 1-ci bəndində “azadlıq hüququ” bəyan edilərkən şəxsin fiziki azadlığı nəzərdə tutulur. Məhkəmələrin qarşısında duran məqsəd heç kəsin qanunsuz olaraq “azadlıqdan məhrum” edilməməsini təmin etməkdir. 5ci maddənin mənası baxımından hər hansı şəxsin “azadlıqdan məhrum” edilib-edilmədiyini müəyyənləşdirərkən çıxış nöqtəsi kimi onun konkret vəziyyəti götürülməli və bütün meyarlara, məsələn, sözügedən tədbirin növünə, bu növ tədbirlərin məhkuma təsiri, tədbir növlərinin müddətinə, nəticələrinə və həyata keçirilmə üsuluna diqqət yetirilməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla, daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərə tutulmuş azadlıqdan məhrumetmə növündə cəzanın təyin edilməsi qanuni, əsaslı və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərinə uyğundur. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, əməlindən səmimi peşmançılığını, əvvəllər məhkum olunmamasını, o cümlədən Azərbaycan Respublikasında həyata keçirilən cəza siyasətini, eləcə də cəza siyasətinin humanistləşdirilməsinə dair prinsip və tələbləri nəzərə alaraq, təqsirli bilindiyi maddənin sanksiyasında nəzərə tutulmuş azadlığın məhrumetmə cəzasının təyin edilməsi qanuni, əsaslı və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərinə uyğun hesab edir. Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə görə qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrumetməyə məhkum olunmuş şəxslər üçün-ümumi rejimli cəzacəkmə müəssisələrində cəzanın çəkilməsi müəyyən edilir. Azərbaycan Respublikasının CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxs 18 may 2023-cü il tarixdə Naxçıvan Şəhər Məhkəməsinin 4(078)-49/2023 nömrəli qərarı ilə barəsində 3 (üç) ay müddətində həbs qətimkan tədbiri seçilərək saxlanılması üçün Naxçıvan MR Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin İstintaq Təcridxanasına göndərilmişdir. Həmçinin Təqsirləndirilən şəxs barəsində Naxçıvan Şəhər Məhkəməsi tərəfindən seçilmiş 3 ay müddətində həbs qətimkan tədbirinin müddəti 02 ay, 16 oktyabr 2023-cü il tarixədək uzadılmışdır. Odur ki, Təqsirləndirilən şəxs ona hazırkı hökmlə təyin ediləcək cəzasını Azərbaycan Respublikası CM-nın 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cəzaçəkmə müddətinin əvvəli 16 may 2023-cü il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası CPM-in 346.1 və 346.1.19-cu maddələrinin tələbləri baxımından maddi sübutlar məsələsinin necə həll edilməli olduğunu müzakirə edərək belə nəticəyə gəlir ki, maddi sübut kimi Naxçıvan Şəhər Polis İdarəsinin maddi sübutların saxlanc otağında saxlanılan 2 nömrəli kustar üsulla hazırlanmış, soyuq silah hesab edilməyən və təsərrüfat-məişət təyinatlı mətbəx bıçaqlarına uyğun gələn bıçaq, 3 nömrəli zavod üsulu ilə istehsal edilmiş bir tərəfi kəsici, ucu batıcı xassəyə malik olan təsərrüfatməişət təyinatlı soyuq silah hesab edilməyən cib bıçağı, 4 nömrəli kustar üsulla hazırlanmış bir tərəfi kəsici, ucu batıcı xassəyə malik olan təsərrüfat-məişət təyinatlı soyuq silah hesab edilməyən cib bıçağı, 5 nömrəli zavod üsulu ilə istehsal edilmiş soyuq silah hesab edilməyən suvenir tipli bıçaq, 6 nömrəli zavod üsulu ilə istehsal edilmiş deşici-kəsici xassəyə malik soyuq silah hesab edilməyən mətbəx bıçağı, 7 nömrəli zavod üsulu ilə istehsal edilmiş deşici-kəsici xassəyə malik soyuq silah hesab edilməyən mətbəx bıçağı, 8 nömrəli zavod üsulu ilə istehsal edilmiş, deşici-kəsici xassəyə malik soyuq silah hesab edilməyən mətbəx bıçağı, 10 nömrəli zavod üsulu ilə istehsal edilmiş, soyuq silah hesab edilməyən təsərrüfat-məişət təyinatlı mətbəx bıçağı, 11 nömrəli kustar üsulla hazırlanmış soyuq silah hesab edilməyən təsərrüfat-məişət təyinatlı mətbəx bıçağı, 12 nömrəli zavod üsulu ilə istehsal edilmiş, soyuq silah hesab edilməyən təsərrüfat-məişət təyinatlı çapacaq, 13 nömrəli kustar üsulla hazırlanmış saplı nizə, 14 nömrəli kustar üsulla hazırlanmış, soyuq silah hesab edilməyən təsərrüfat-məişət təyinatlı bıçaq, 15 nömrəli zavod üsulu ilə istehsal edilmiş soyuq silah hesab edilməyən təsərrüfat-məişət təyinatlı mətbəx bıçağı, 16 nömrəli zavod üsulu ilə istehsal edilmiş, deşici-kəsici xassəyə malik soyuq silah hesab edilməyən təsərrüfat-məişət təyinatlı mətbəx bıçağı, 17 nömrəli kustar üsulla hazırlanmış, təsiretmə prinsipinə görə uc (nizə) hissəsinin deşici, tiyə hissəsinin çapıcı-kəsici xassəyə malik saplı tiyəli alebarda, 18 nömrəli zavod üsulu ilə istehsal edilmiş bir tərəfinin kəsiciçapıcı, digər tərəfinin isə əzici xassəyə malik olan təsərrüfat-məişət təyinatlı soyuq silah hesab edilməyən balta, 19 nömrəli kustar üsulu ilə hazırlanmış, deşici-kəsici xassəyə malik təsərrüfat-məişət təyinatlı soyuq silah hesab edilməyən mətbəx bıçaq, 20 nömrəli zavod üsulu ilə istehsal edilmiş, təsərrüfat-məişət təyinatlı mişar, 22 nömrəli zavod üsulu ilə istehsal edilmiş, deşici-kəsici xassəyə malik soyuq silah hesab edilməyən mətbəx bıçağı, 23 nömrəli kustar üsulu ilə hazırlanmış deşici-kəsici xassəyə malik təsərrüfatməişət təyinatlı soyuq silah hesab edilməyən mətbəx bıçağı, 24 nömrəli kustar üsulu ilə hazırlanmış, təsərrüfat-məişət təyinatlı soyuq silah hesab edilməyən çapacaqlar-dəhrə, 25 nömrəli zavod üsulu ilə istehsal edilmiş, bir tərəfinin kəsici-çapıcı, digər tərəfinin isə əzici xassəyə malik olan təsərrüfat-məişət təyinatlı soyuq silah hesab edilməyən balta, 27 nömrəli zavod üsulu ilə istehsal edilmiş, deşici-kəsici xassəyə malik təsərrüfat-məişət təyinatlı soyuq silah hesab edilməyən bıçaq, 28 nömrəli kustar üsulu ilə hazırlanmış, suviner tipli soyuq silah hesab edilməyən qılınc və 29 nömrəli zavod üsulu ilə istehsal edilmiş, deşici-kəsici xassəyə malik təsərrüfat-məişət təyinatlı soyuq silah hesab edilməyən bıçaq, habelə sellofan bükümdə təmiz çəkisi 48,172 qram olan sarımtıl rəngli tozşəkilli maddə, sellofan bükümdə təmiz çəkisi 20, 350 qram olan açıq qəhvəyi rəngli tozşəkilli maddə, dördbucaq formasında plastmas qabda təmiz çəkisi 15,960 qram krem rəngli toz və kristal şəkilli maddə, şüşə qabda təmiz çəkisi 17,553 qram olan tünd qəhvəyi rəngli spesifik iyli tozşəkilli maddə, üzərində “COFFEE” sözləri yazılmış plastmas qabda təmiz çəkisi 18,723 qram olan dənəvər şəkilli maddə, MultiStar markalı MS-204 model video müşahidə cihazı və bir ədəd SAMSUNG Galaxy A40 markalı mobil telefon hökm qanuni qüvvəsini aldıqdan sonra təqsirləndirilə şəxs Təqsirləndirilən şəxs qaytarılmalıdır. Eyni zamanda hadisənin videogörüntülərini əks etdirən bir ədəd DVD əhəmiyyətli olduğundan cinayət işinin materiallarında saxlanılmalıdır. «Azərbaycan Respublikasının CM-nin dəyişikliklər edilməsi haqqında» 07 mart 2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə görə məhkəmə, hər bir cinayət işi üzrə CM-nin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli olan əmlakın olub-olmaması məsələsini həll etməlidir. Azərbaycan Respublikası CM-nin 99-1.1 və 99-1.1.1-ci maddələrinə əsasən məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunan əmlak hesab olunur. Cinayət işi üzrə maddi sübut olan və məhkəməyə təqdim edilmiş 1 nömrəli soyuq silah hesab edilən ümumi təyinatlı ov bıçağı, 9 nömrəli zavod üsulu ilə istehsal edilmiş ucu batıcı xassəyə malik olan soyuq atıcı bıçaq, 21 nömrəli zavod üsulu ilə istehsal edilmiş ümumi təyinatlı soyuq silah hesab edilən ov bıçağı, 26 nömrəli zavod üsulu ilə istehsal edilmiş, bir tərəfinin kəsici-çapıcı, xassəyə malik olan döyüş silahları formasında hazırlanmış soyuq silah hesab edilən döyüş baltası hökm qanuni qüvvəsini aldıqdan sonra müsadirə edilərək məhv edilsin. İş üzrə mülki iddia yoxdur. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Naxçıvan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 35 saata görə 210 (iki yüz on) manat Azərbaycan Respublikasının dövlət büdcəsi hesabından Naxçıvan şəhər Vəkil Bürosunun hesabına köçürülməlidir. Şərh olunanlara və Azərbaycan Respublikası CPM-nin 44.1, 197-198, 341-349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3 və 228.4-cü maddələri ilə təqsirli bilinib Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3cü maddəsi ilə təqsirli bilinib 3 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə təqsirli bilinib 4 (dörd) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə görə təyin olunmuş cəzalar qismən toplamaqla Təqsirləndirilən şəxs qəti olaraq 3 (üç) il 2 (iki) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli barəsində həbs qətimkan tədbiri seçildiyi 16 may 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Naxçıvan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 35 saata görə 210 manat Azərbaycan Respublikasının dövlət büdcəsi hesabından Naxçıvan Şəhər Vəkil Bürosunun hesabına köçürülsün. Cinayət işi üzrə maddi sübut olan və hazırda Naxçıvan Şəhər Polis İdarəsinin maddi sübutların saxlanc otağında saxlanılan cinayət işi üzrə 1 nömrəli soyuq silah hesab edilən ümumi təyinatlı ov bıçağı, 9 nömrəli zavod üsulu ilə istehsal edilmiş ucu batıcı xassəyə malik olan soyuq atıcı bıçaq, 21 nömrəli zavod üsulu ilə istehsal edilmiş ümumi təyinatlı soyuq silah hesab edilən ov bıçağı, 26 nömrəli zavod üsulu ilə istehsal edilmiş, bir tərəfinin kəsici-çapıcı, xassəyə malik olan döyüş silahları formasında hazırlanmış soyuq silah hesab edilən döyüş baltası hökm qanuni qüvvəsini aldıqdan sonra müsadirə edilərək məhv edilsin. Cinayət işi üzrə maddi sübut hesab edilən və hazırda Naxçıvan Şəhər Polis İdarəsinin maddi sübutların saxlanc otağında saxlanılan 2 nömrəli kustar üsulla hazırlanmış, soyuq silah hesab edilməyən və təsərrüfat-məişət təyinatlı mətbəx bıçaqlarına uyğun gələn bıçaq, 3 nömrəli zavod üsulu ilə istehsal edilmiş bir tərəfi kəsici, ucu batıcı xassəyə malik olan təsərrüfat-məişət təyinatlı soyuq silah hesab edilməyən cib bıçağı, 4 nömrəli kustar üsulla hazırlanmış bir tərəfi kəsici, ucu batıcı xassəyə malik olan təsərrüfat-məişət təyinatlı soyuq silah hesab edilməyən cib bıçağı, 5 nömrəli zavod üsulu ilə istehsal edilmiş soyuq silah hesab edilməyən suvenir tipli bıçaq, 6 nömrəli zavod üsulu ilə istehsal edilmiş deşici-kəsici xassəyə malik soyuq silah hesab edilməyən mətbəx bıçağı, 7 nömrəli zavod üsulu ilə istehsal edilmiş deşici-kəsici xassəyə malik soyuq silah hesab edilməyən mətbəx bıçağı, 8 nömrəli zavod üsulu ilə istehsal edilmiş, deşici-kəsici xassəyə malik soyuq silah hesab edilməyən mətbəx bıçağı, 10 nömrəli zavod üsulu ilə istehsal edilmiş, soyuq silah hesab edilməyən təsərrüfat-məişət təyinatlı mətbəx bıçağı, 11 nömrəli kustar üsulla hazırlanmış soyuq silah hesab edilməyən təsərrüfat-məişət təyinatlı mətbəx bıçağı, 12 nömrəli zavod üsulu ilə istehsal edilmiş, soyuq silah hesab edilməyən təsərrüfat-məişət təyinatlı çapacaq, 13 nömrəli kustar üsulla hazırlanmış saplı nizə, 14 nömrəli kustar üsulla hazırlanmış, soyuq silah hesab edilməyən təsərrüfat-məişət təyinatlı bıçaq, 15 nömrəli zavod üsulu ilə istehsal edilmiş soyuq silah hesab edilməyən təsərrüfatməişət təyinatlı mətbəx bıçağı, 16 nömrəli zavod üsulu ilə istehsal edilmiş, deşici-kəsici xassəyə malik soyuq silah hesab edilməyən təsərrüfat-məişət təyinatlı mətbəx bıçağı, 17 nömrəli kustar üsulla hazırlanmış, təsiretmə prinsipinə görə uc (nizə) hissəsinin deşici, tiyə hissəsinin çapıcı-kəsici xassəyə malik saplı tiyəli alebarda, 18 nömrəli zavod üsulu ilə istehsal edilmiş bir tərəfinin kəsici-çapıcı, digər tərəfinin isə əzici xassəyə malik olan təsərrüfat-məişət təyinatlı soyuq silah hesab edilməyən balta, 19 nömrəli kustar üsulu ilə hazırlanmış, deşici-kəsici xassəyə malik təsərrüfat-məişət təyinatlı soyuq silah hesab edilməyən mətbəx bıçaq, 20 nömrəli zavod üsulu ilə istehsal edilmiş, təsərrüfat-məişət təyinatlı mişar, 22 nömrəli zavod üsulu ilə istehsal edilmiş, deşici-kəsici xassəyə malik soyuq silah hesab edilməyən mətbəx bıçağı, 23 nömrəli kustar üsulu ilə hazırlanmış deşici-kəsici xassəyə malik təsərrüfat-məişət təyinatlı soyuq silah hesab edilməyən mətbəx bıçağı, 24 nömrəli kustar üsulu ilə hazırlanmış, təsərrüfat-məişət təyinatlı soyuq silah hesab edilməyən çapacaqlar-dəhrə, 25 nömrəli zavod üsulu ilə istehsal edilmiş, bir tərəfinin kəsici-çapıcı, digər tərəfinin isə əzici xassəyə malik olan təsərrüfat-məişət təyinatlı soyuq silah hesab edilməyən balta, 27 nömrəli zavod üsulu ilə istehsal edilmiş, deşicikəsici xassəyə malik təsərrüfat-məişət təyinatlı soyuq silah hesab edilməyən bıçaq, 28 nömrəli kustar üsulu ilə hazırlanmış, suviner tipli soyuq silah hesab edilməyən qılınc və 29 nömrəli zavod üsulu ilə istehsal edilmiş, deşici-kəsici xassəyə malik təsərrüfat-məişət təyinatlı soyuq silah hesab edilməyən bıçaq, habelə sellofan bükümdə təmiz çəkisi 48,172 qram olan sarımtıl rəngli tozşəkilli maddə, sellofan bükümdə təmiz çəkisi 20, 350 qram olan açıq qəhvəyi rəngli tozşəkilli maddə, dördbucaq formasında plastmas qabda təmiz çəkisi 15,960 qram krem rəngli toz və kristal şəkilli maddə, şüşə qabda təmiz çəkisi 17,553 qram olan tünd qəhvəyi rəngli spesifik iyli tozşəkilli maddə, üzərində “COFFEE” sözləri yazılmış plastmas qabda təmiz çəkisi 18,723 qram olan dənəvər şəkilli maddə, MultiStar markalı MS-204 model video müşahidə cihazı və bir ədəd SAMSUNG Galaxy A40 markalı mobil telefon hökm qanuni qüvvəsini aldıqdan sonra təqsirləndirilən Təqsirləndirilən şəxs qaytarılsın. İş üzrə maddi sübut olan bir ədəd CD cinayət işinin materiallarına əlavə edilsin. İş üzrə mülki iddia yoxdur. Hökmdən elan olunduğu gündən (Təqsirləndirilən şəxs təqdim edildiyi vaxtdan) 20 (iyirmi) gün müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Gülnar Səfərəliyeva
Məhkəmə qərarları › İş №1(078)-46/2023
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Hökm — İş №1(078)-46/2023
22.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver