Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 1(078)-46/2024 14.08.2024 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyeva Gülsüm Kamal qızının sədrliyi, X7 məhkəmə iclas katibliyi, Naxçıvan Muxtar Respublikası Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, təqsirləndirilən şəxsin müdafiəçisi X11 və Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1988-ci ildə Şərur rayonu, Aralıq kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, əvvəllər məhkumluğu olmayan, ali təhsilli, Şərur rayon Aralıq kənd tam orta məktəbində tarix müəllimi işləyən, evli, 2 uşaq anası, Şərur rayon Y.Aralıq kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Мəcəlləsinin 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə hazırlıq iclasında baxaraq məhkəmə, m ü ə y y ə n e t d i: Azərbaycan Respublikasının Prokurorluğu Naxçıvan Muxtar Respublikası Naxçıvan Şəhər Prokurorluğu tərəfindən göndərilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi 01 iyul 2024-cü ildə Naxçıvan Şəhər Məhkəməsinin icraatına daxil olmuşdur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirləndirilir ondan ötrü ki, o, qəsdən zərərçəkmiş şəxsə sağlamlığın uzun müddətə pozulmasına səbəb olmuş az ağır zərər vurmuşdur. Belə ki, o, 07 aprel 2024-cü il tarixdə, saat 12 radələrində qardaşı X9 yaşadığı Naxçıvan şəhəri, Hacniyyət kəndində yerləşən evdə olarkən qardaşının X18 ilə boşanması ilə əlaqədar cehiz əşyalarını götürmək üçün həmin evə gələn X12 ilə mübahisə etmiş, mübahisə zamanı Zərniyar Bağırovanı itələyib yerə yıxmış və nəticədə X24-12 (12-ci döş) fəqərəsinin ön alt-limbus (aşağı kənarının) sınığından ibarət olan dərəcəsinə görə sağlamlığın uzun müddət pozulmasına səbəb olan az ağır dərəcəli bədən zərəri vurmuşdur. Bununla da, Təqsirləndirilən şəxs Аzərbaycan Respublikası CМ-nin 127.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs X13 qardaşı Röyalın həyat yoldaşı olduğunu, X4 Ceyranın nənəsi olduğunu, onunla elə bir münasibəti olmadığını, X16 ilə Ceyranın 30 iyun 2023-cü il tarixdə ailə həyat qurduqlarını, həmin evlilikdən övladları olmadığını, həmişə həftə sonu uşaqlarını Naxçıvan şəhərinə anasıgilə gətirdiyini, həftəsonu şəhərdə qaldıqlarını, sonra təkrar kəndə qayıtdıqlarını, Ramazan ayı ilə əlaqədar 6-cı gün iş günü olduğunu, o da uşaqları ilə birlikdə 7 aprel 2024-cü il tarixdə Naxçıvan şəhərinə anasıgilə getdiyini, onların yaşadığı bina evinə getdiyini, evdə heç kəs olmadığını, anası Solmaza zəng vurduğunu, anası Solmazın “Naxçıvan şəhəri Hacıniyyət kəndinə həyət evindəyik” dediyini, özü də anasıgilin yanına getdiyini, evə gedəndə Ceyranın yüklərini 1-ci mərtəbəyə yığdıqlarını gördüyünü, anası Solmazın da “gəlib yükü aparacaq” dediyini, təxminən saat 11 radələrində qapı döyüldüyünü, qapını anasının açdığını, həmin vaxt Nərminənin “mebel ustaları gələcək” dediyini, təxminən 13-14 nəfər şəxs gəldiklərini, anasının da Nərminəyə “razılaşmadıq, sizdən bir-iki nəfər gələcək, münaqişəsiz evdən əşyaları götürüb gedəcəksiniz” dediyini, özünün də 2-ci mərtəbəyə qalxdığını, həmin vaxt bir nəfər şəxsin yuxarıda 2-ci mərtəbədə çıl-çırağı sökdüyünü, özünün də nərdivanı tutduğunu, həmin vaxt 1-ci mərtəbədən səs-küy gəldiyini, özünün narahat olduğunu, qaça-qaça 1-ci mərtəbəyə endiyini, qardaşı Röyalin əyilib kürəyini tutduğunu, anasının da əlini qarnına tutub durduğunu gördüyünü, özünün də anasıgildən nə olduğunu soruşduğunu, onların da ilk öncə heç nə demədiyini, özünün də israrla “deyin görüm nə olub” dediyini, anası Solmazın da qayıdıb “Ceyran qazanla Röyalın kürəyindən vurub, məni də təpiklə vurdu” dediyini, özünün də Ceyrana “ayıb olsun, 3 ay gəlinimiz olmusan” dediyini, Ceyranın da “Röyal petuxdur, sən də cırıqsan” dediyini, onun da cavabında “dediyin sözlərin hamısına layiqsən” dediyini, dönüb anası Solmaza söz demək istəyəndə həmin vaxt qəfildən Ceyranın saçından tutub, başını aşağı əydiyini, özünün də başını qaldıra bilmədiyini, Ceyranın saçının dibindən tutub dartdığını, onun da tərpənə bilmədiyini, saçının dibindən qopmasından qorxduğunu, həmin vaxt orada olanların Ceyranın əllərini saçından çəkməyə çalışdıqlarını, onları araladıqlarını, bir nəfərin də başından bir-iki dəfə vurduğunu, ancaq kimin vurduğunu görmədiyini, anasına “başımı onun əlindən alın, saçım yolunur” dediyini, ortalıqda da qablar olduğundan tərpənmək olmadığını, Ceyranın onları dartdığını, Solmaz və Röyalın da onu çəkdiyini, bir anlıq Ceyranın əlini buraxdığını, özünün də başını tutub “öldüm, ay ana, öldüm” dediyini, saçı yolunduğu üçün başını tutduğunu, başını qaldıranda Türkanın acıq vermək adı ilə gülə-gülə əl işarəsi etdiyini gördüyünü, özü də “polis çağırın, evimizə gəliblər bizi öldürsünlər” dediyini, özünün də Nərminəyə “polis gəlsin, 2 nəfər sakit olan qalsın” dediyini, Zərniyarın qayıdıb “polis gəlsə, siz ikinizi tutduracam, məni itələyib yıxdınızı söyləyəcəm” dediyini, polis gələndən sonra hər kəsin çölə çıxması üçün göstəriş verdiyini, evdə bir Rəmilənin qaldığını, hər kəsin çölə çıxdığını, Ceyranın polis yanında onu təhqir etdiyini, ailəsini təhqir etdiyini, özünün də polislərə “gördünüz mənə nə dedi” dediyini, polisin də “yükü götürüb gedəcəklər, dili acıdır” dediyini, özünün də 2-ci mərtəbəyə qalxdığını, İlham əmiyə “gördün qızın mənə neylədi” dediyini, İlham əmi də “mən ona hirsləndim” dediyini, yuxarıda qardaşı, atası, iki nəfər usta olduğunu, özünün də qorxub aşağı enmədiyini, mübahisə zamanı Zərniyarı kimin vurduğunu görmədiyini, öz saçının Ceyranın əlində olduğunu, onun əlindən almaq istədiyini, qarışıqlıq olduğunu, Rəmilənin də əlində siyahı ilə gəldiyini, hər şeyi dəqiq yazdığını, qablarda əşyalardan say problemi olmasın deyə ehtiyat etdiyini, Zərniyarın necə xəsarət almasını bilmədiyini, Zərniyarı özünün vurmadığını, Zərniyara əlini vurmadığını, öz saçını Ceyranın yolduğunu, onun əlindən özünü alsınlar deyə dartdıqlarını, əməlindən peşman olduğunu, iş üzrə zərərçəkmiş şəxs X12 ilə barışdığını, ona dəymiş ziyanı tam şəkildə ödədiyini, zərər çəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirərək qanuni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs X2 Ceyran İlham qızının nəvəsi olduğunu, X5 doğma qızı olduğunu, nəvəsi X3 ilə 2023-cü ildə ailə həyat qurduğunu, həmin evlilikdən övladları olmadığını, 2023-cü ilin oktyabr ayının 10-da evdə olan mübahisə ilə bağlı Ceyranın evdən çıxdığını, onların boşanmaları ilə bağlı Naxçıvan şəhər məhkəməsində proses olduğunu, Ceyranın Naxçıvan şəhəri Hacıniyyət kəndində həyat yoldaşı Röyal ilə yaşadığını, 07 aprel 2024-cü il tarixdə nəvəsi Ceyran, qızı Rəmilə ilə birlikdə onların yaşadığı Naxçıvan şəhəri Hacıniyyət kəndində yerləşən evlərinə getdiklərini, cehizləri götürmək üçün gedəndə qızının baldızı Nərminənin, kürəkəni İlhamın, qızı Rəmilənin, nəvələri Məhərrəm və Hüseyn Bağırov, Ramiz ilə getdiklərini, cehiz əşyaları götürməyə gedəndə Röyal, Solmaz və Ləmanın evdə olduğunu, evə girəndə Ceyranın bütün cehiz əşyalarını, şəxsi əşyalarını salonun ortasına yerə tökdüklərini gördüklərini, Ceyrana məxsus şəxsi paltarlarının yerlərdə olduğunu, qızı və nəvələrinin paltarları yerdən yığanda evin içərisində mətbəxə tərəf dəhlizdə stulda oturduğunu, yanında da Solmazın oturduğunu, Röyal gəlib çiynindən vurub “sən ağbirçək olsa idin, nəvən Ceyranı götürüb gətirərdin bu evə, bu söz söhbət qurtarardı” dediyini, özünün də “Solmaz, sən gəldin, bizə, kömək istədin, mən də dedim ki, gəl barışdıraq” dediyini, Solmaz da “sənin yanına barışığa yox, nəvəndən gileyə gəlmişəm” dediyini, həmin vaxt Solmazın Ceyrana “fahişə, barışığa gəlmişdik, siz yox demisiniz” dediyini, həmin vaxt Ləmanın ikinci mərtəbədə gəlib “nə ev söhbəti salmısınız, ev mənimdir” dediyini, belə deyəndə narahat olub ayağa qalxdığını, Ləmanın da iki çiynindən tutub, divara çırpdığını, Röyal da böyründə olduğunu, həmin vaxt istəsə, Röyalın onu tuta biləcəyini, lakin tutmadığını, özünün də divara çırpılıb yerə düşdüyünü, özünü yerdən bir nəfər qız qaldıranda nəvəsi Nuray olduğunu gördüyünü, Nuraya “mənim qızım, ay Nuray məni yıxdılar” dediyini, həmin vaxt bir də qızı Rəmiləyə “Ləman məni vurdu” dediyini, qızı Rəmilə də “buradan çıxıb polisə gedəcəyik, mama narahat olma” dediyini, Nurayın da onu qaldırıb stulda oturtduğunu, özünün də Solmaza “gördün Ləman mənə nə etdi, amma sən bizə gələndə mən sizin qabağınıza çay qoydum” dediyini, Solmazın qayıdıb nişanlı olan nəvəsi Türkana “arxasının suyu tökülüb bir də bu qapıya gəlibdir” dediyini, özünün də “ay Solmaz, birinci nəvəmi bu günə qoydunuz, indi də Türkanın haqqında danışırsan” dediyini, onların nəvələrini təhqir etdiklərini, onların dava düşsün, qab-qacaq qırılsın deyə qəsdən belə hərəkətlər etdiklərini, həmin vaxt Röyalın polis çağırdığını, evdən yükləri çıxartmaq istədiklərini, ona görə ağrısı olsa da, “yüklərin evdən çıxarsınlar, çıxarmasalar, sonra gəlib götürə bilməyəcəklər” deyə yerindən tərpənmədiyini, Nuraya “məni çölə çıxar” dediyini, özünün də bir təhər çıxıb həyətdə qapının ağzında oturduğunu, su içmək istədiyini, çox narahat olduğunu, stəkan tapıb suyu içə bilmədiyini, nəfəs ala bilmədiyini, ondan sonra özünü bilmədiyini, bir də ayılanda təcili tibbi yardım avtomobili ilə xəstəxanaya apardığını gördüyünü, həkimlərin onu müayinə etdiyini, belində sınıq olduğunu bildiyini, Ləmanın ona xəsarət yetirdiyini, mübahisə düşdüyünü, Solmazın nəvəsinə söyüş söydüyünü, onun da “bu nə söz deyirsiniz” deyib ayağa durduğunu, Ləmanın ikinci mərtəbədən gəldiyini, mübahisə zamanı onu itələdiyini, onu yerə yıxdığını, xəsarət aldığını, yıxılanda Solmazla Röyalın da orada olduğunu, Hüseyn ilə Məhərrəm gələndə yerə yıxıldığını, yerə yıxılanda Röyalın onu tutmadığını, Nurayın mübahisə zamanı orada olduğunu, Ləmanın onu itələdiyini, yerə yıxıldığını, həmin vaxt Nurayın yanında olduğunu, ona kömək edib yerdən qaldırdığını, Röyalın da “Nuray nənəni yerdən qaldır” dediyini, Röyalın heç bir köməklik etmədiyini, Ləmanın hər kəsə müdaxilə etdiyini, Röyalın da Ləmanla birlikdə cehizləri apardıqları üçün acıqlandıqlarını, cehizlərı tezlikdə aparacaqlarına inanmadığını, orada bütün qab-qacaqların ortada olduğunu, “dava düşsün və qab-qacaqlar sınsın” deyə söz söhbət yaratdıqlarını, cehizləri evdən çıxarmaq üçün reaksiya vermədiklərini, Solmazın nəvəsi Ceyrana “ağ üzünü görməmişəm” deyib təhqir etdiyini, buna görə mübahisə başladığını, Solmaza “sən duvağ eləyərdin, görərdin” dediyini, bu səbəblərdən mübahisə baş verdiyini bildirmişdir. Cinayət işi üzrə zərərçəkmiş şəxs X12 14 avqust 2024-cü il tarixdə məhkəməyə ərizə göndərərək ərizədə Naxçıvan Şəhər Məhkəməsinin icraatında Təqsirləndirilən şəxs barəsində olan cinayət işi üzrə Təqsirləndirilən şəxs ilə barışıq əldə etdiyini, ondan heç bir şikayət və tələbi olmadığını, gələcəkdə bununla bağlı iddia və tələbinin olmayacağını qeyd etmişdir. Cinayət işi üzrə zərərçəkmiş şəxs X12 14 avqust 2024-cü il tarixdə məhkəməyə ərizə göndərərək ərizədə səhhəti ilə əlaqədar olaraq məhkəmə iclaslarında iştirak edə bilmədiyini, təqsirləndirilən şəxslə barışdığını, məhkəmə iclaslarının onun iştirakı olmadan keçirib qanuni qərar qəbul edilməsini xahiş etdiyini qeyd etmişdir. İş materiallarında olan 29 aprel 2024-cü il tarixli cinayət işinin başlaması və icraata qəbul olunması haqqında qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və icraata qəbul edilmiş və cinayət işi üzrə X15 zərərçəkmiş şəxs qismində tanınmış, hüquq və vəzifələri izah edilmişdir. (cild İ, iş vərəq 1) İş materiallarında olan 07 aprel 2024-cü il tarixli ərizədən görünür ki, X1 Şəhər Polis İdarəsinə müraciət edərək 07 aprel 2024-cü il tarixdə Naxçıvan şəhəri Hacıniyyət kəndində Röyalgilin evində olarkən mübahisə zamanı Ləman Məhərrəmlinin onu var gücü ilə divara çırparaq xəsarət yetirdiyini qeyd edərək qanuni tədbir görülməsini xahiş etmişdir. (cild İ, iş vərəq 8) İş materiallarında olan 08 aprel 2024-cü il tarixli məhkəmə-tibbi ekspertizası təyin edilməsi haqqında qərardan görünür ki, X8 yetirilmiş xəsarətin xarakterinin, yetirilmə müddətinin və xəsarətin ağırlıq dərəcəsinin müəyyən edilməsi üçün material üzrə məhkəmə tibbi ekspertizası təyin edilmiş və ekspertizanın aparılması Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibb Ekspertizası və Pataloji Anatomiya Birliyinə tapşırılmışdır. (cild İ, iş vərəq 11) İş materiallarında olan Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertizası və Pataloji Anatomiya Birliyinin 09 aprel 2024-cü il tarixli, 701 saylı ekspert rəyində qeyd olunmuşdur ki, X4 bədən səthi üzərindəki xəsarətlər: Th-12 (12-ci döş) fəqərəsinin ön alt-limbus (aşağı kənarının) sınığı küt.sınıq küt əşyanın təsirindən törənmişdir. Xəsarətin törənmə müddəti qərarda göstərilən tarixə uyğun gəlir və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan “Az ağır”dərəcəli bədən xəsarətlərinə aiddir. (cild İ, iş vərəq 44-46) İş materiallarında olan Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin 27 may 2024-cü il tarixli 3-13-43/2-7626/2024 nömrəli məktubu ilə göndərilmiş tələbnamədə Təqsirləndirilən şəxs barəsində məhkumluğu ilə bağlı heç bir məlumatın olmadığı göstərilmişdir. (cild İ, iş vərəq 127-128) İş materiallarında olan Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-479/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsindən görünür ki, X16 ilə cavabdeh Əsədova (Teymurova) Ceyran İlham qız arasında 23 iyul 2023-cü il tarixdə Naxçıvan “Asan Xidmət” mərkəzi Qeydiyyat şöbəsində bağlanmış və nikahın bağlanılması haqqında akt qeydləri kitabında 59 nömrə ilə qeydə alınmış nikahın pozulması qət edilmişdir. İş materiallarında olan 18 iyun 2024-cü il tarixli müdafiəçinin təyin edilməsi haqqında qərardan görünür ki, ********* saylı cinayət işi üzrə X6 hüquqlarını müdafiə etmək üçün Naxçıvan Şəhər Vəkil Bürosunda fəaliyyət göstərən vəkil Müdafiəçi qismində dəvət edilmişdir. (cild İ, iş vərəq 155) İş materiallarında olan 18 iyun 2024-cü il tarixli təqsirləndirilən şəxsə qismində cəlb etmək haqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. (cild İ, iş vərəq 160-161) İş materiallarında olan 18 iyun 2024-cü il tarixli başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. (cild İ, iş vərəq 177-178) Məhkəmə cinayət işinin materiallarını tədqiq edərək, zərərçəkmiş şəxsin ərizəsini nəzərə alaraq, proses iştirakçılarını dinləyərək hesab edir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığından və ona dəymiş ziyanı ödədiyindən və sonuncunun ona qarşı şikayət və tələbi olmadığından o, cinayət məsuliyyətindən azad olunmalı və barəsində olan cinayət işi üzrə icraata aşağıdakı əsaslara görə xitam verilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsinə əsasən Zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu Məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş və ya ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsi ilə nəticələnən qəsdən sağlamlığa az ağır zərər vurma iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 127.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40.1-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən və cəzadan azad etmə hallarının mövcudluğu cinayət təqibinin həyata keçirilməməsinə imkan verir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40.3-cü maddəsində göstərilmişdir ki, şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.1 və 43.1.2-ci maddələrinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxs X12 ilə barışdığına dair məhkəməyə təqdim edilmiş ərizəni, təqsirləndirilən şəxsin zərərçəkmiş şəxslə barışmasını və ona dəymiş ziyanı tamamilə ödəməsini, prosessual qanununvericiliyin yuxarıda sadalanan müddəalarını nəzərə alıb hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və onun Azərbaycan Respublikası Cinayət Мəcəlləsinin 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 175.5-ci maddəsinə əsasən müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. Qeyd edilən prosessual hüquq normasının tələbləri baxımından məhkəmə bildirir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 40.3, 305.1 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Təqsirləndirilən şəxs zərərçəkmiş şəxs ilə barışdığına və ona dəymiş ziyanı tamamilə ödədiyinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsi tətbiq edilməklə cinayət məsuliyyətindən azad edilsin və onun Azərbaycan Respublikası Cinayət Мəcəlləsinin 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilsin. İş üzrə mülki iddianın olmadığı nəzərə alınsın. Qərardan elan olunduğu andan 20 gün müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Gülsüm Əliyeva.
Məhkəmə qərarları › İş №1(078)-46/2024
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərar — İş №1(078)-46/2024
14.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver