Məhkəmə qərarları › İş №1(078)-46/2025

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Hökm — İş №1(078)-46/2025

31.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Naxçıvan şəhəri İş № 1(078)-46/2025 31.07.2025 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Saat 12:00 Naxçıvan Şəhər Məhkəməsinin hakimi Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, X4 məhkəmə iclas katibliyi, Dövlət ittihamçısı Naxçıvan MR Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun qanuni nümayəndəsi Qanuni nümayəndə və müdafiəçisi Naxçıvan Şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi, mütəxəssis X3 iştirakı ilə, xx xxxx 2008-ci il tarixdə Şərur rayonu Ələkli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, natamam orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, Şərur rayonu Ələkli kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində yetkinlik yaşına çatmayanı nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 07 yanvar 2025-ci il tarixdə saat 20 radələrində Naxçıvan şəhəri Təbriz küçəsində yerləşən kirayə yaşadığı evdə aşkar surətdə yetkinlik yaşına çatmamış, yəni on dörd yaşına çatmış, lakin on altı yaşına çatmayan xx.xx.2010-cu il təvəllüdlü Zərərçəkmiş şəxs ilə qeyri-təbii yolla cinsi əlaqədə olmuşdur. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 152.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs qeyd edilən cinayət əməlini törətməsi öz ifadəsi, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, istintaq hərəkətlərinin protokolları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında qanuni nümayəndəsinin və pedaqoq-mütəxəssisin iştirakı ilə dindirilən təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs sərbəst ifadə verməkdən imtina etmiş, elan edilən ittihamla özünü təqsirli bilmiş, ona verilən suallara cavab olaraq bildirmişdir ki, Gülşənlə tiktok sosial şəbəkəsində tanış olmuşdur, 1-2 ay telefonla danışmışdılar, 3 dəfə görüşmüşdülər. Gülşən 2 nömrəli məktəbdə təhsil alır, 10-cu sinifdə oxuyur, 15 yaşı var. Gülşənlə sevgili olmağı o təklif etmişdir. O özü peşə məktəbində 1-ci kursda təhsil alır. Melissa kafesinin yanında bina evində kirayə yaşayır. Sinan, Əli, o və hərbçi birlikdə yaşayıblar. Gülşənlə Daxili qoşunların yanında görüşdülər. Gülşən əsəbi idi, evdə sözü olmuşdu. Ona demişdir ki, gecdir, o evinə getsin, özü də evinə. Gülşən evinə getmək istəmədi. Çöldə qalmamaq üçün onu evə təklif etmişdir. Öz evinə getmədi. Evdə heç kim yox idi, evdə ikisi olmuşdular. Yaxın münasibətdə oldular. Gülşən istədi onla yaxın münasibətdə olsun. Qeyri-təbii yolla birlikdə oldular. Səhəri məktəbə getdilər, polislər gəldi. Görüşəndə Gülşən ailədaxili söhbətlər də edirdi. Evdən narazı idi. Savaşmışdı. Atalığı onu çox sıxırdı. Evə aparmaqda məqsədi çöldə qalmaması idi. Məhkəmə iclasında qanuni nümayəndəsinin və pedaqoq-mütəxəssisin iştirakı ilə dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, xx xxxxxxxx 2010-cu ildə doğulmuşdur, 10-cu sinifə keçir. Atasının doğum günü olduğundan onunla danışa bilmirdi və buna görə evdən küsüb çıxmışdı. Əsəbi idi ki, onu təbrik edə bilməyəcək. Atasının nömrəsini bilmir, atası ona zəng vurmur. Atası ilə anası ayrılıblar. Zaur ona mesaj yazdı ki, gəl görüşək. Görüşdülər. Zaur onun əsəbi olduğunu gördü, evdə problem olduğunu Zaura deyib. Zaur dedi, burda görən olar, Qala tərəfə keçək. Keçdilər, sonra o dedi ki, evə getmək istəmir. Zaur dedi bizə gedək. Ancaq o dedi ki, sizə də getmək istəmirəm. Zaur dedi evdə heç kim yoxdur. Evə getdilər. Yaxınlıq olmasını Zaur təklif etdi. Zaur ona deyirdi ki, səni alacam, səni çox istəyirəm. O da Zaura güvənib yaxınlıq edib. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində bildirmişdir ki, qızının Zaurla danışdığını bilib və onun telefonunu qırıb. Dedi ki, oğlan uşağıdır, uzaq dur. Atasıgildə bir müddət qaldı. Onlar alıb vermişdilər. Atası onlarla maraqlanmır, onları istəmir, Rusiyada qalır. Gülşən getdi bir müddət atasının yanına, sonra qayıdıb gəldi. Atası ilə heç bir əlaqə yoxdur, telefonunu da bilmir. Gələndən sonra bildi ki, sosial şəbəkə açıb səhifələri var, telefonu qırdı. Gedib qonşunun oğlunun telefonunu götürüb yazıb. O, uşaqlarını sıxır, qoymurdu oğlanlarla oturub dursun. Evlilik yaşı deyil. Gecə idi namaz qılırdı, çıxdı ki, Gülşən yoxdu. Yoldaşı da evə gəldi, gecə yarısına qədər gözlədilər, gəlmədi. Gedib polisə müraciət etdilər. Bildi ki, o oğlana qoşulub gedib. 9-cu sinifdə oxuyurdu, oğlana qoşuldu, oxumadı. Bir valideyni yaxına gəlmədi. Qızı deyir ki, onu sevdiyini deyib, ona inanıb bu hərəkətə razı olub. Zaur qızının sonuna qədər arxasında dursun. Şikayətçidir. Qızı evə getmirdi, zorla gətirərdi. Aparmazdı evinə, bu hərəkətləri etməzdi. O halda barışıq olar ki, səhvini başa düşsün, gələcəkdə arxasında dursun. Gülşən öz atasını tanıyır, onlar ayrılanda məktəbə gedirdi. Whatsappı da ondan xəbərsiz işlədib. 4 övladı var. Hansı birinə nəzarət etsin. Nənə-baba polis əli ilə gəlib uşağı apardılar. Uşaq da atası ilə yaşamaq istədi. O da etiraz etmədi. Özü ikinci dəfə ailə qurub, 4 ildir, ikinci evlilikdən bir övladı var. İkinci ailəsi birinci evlilikdən olan övladlarına öz övladı kimi baxır. Onlarla maraqlanır. Uşaqları indi ata görür, ata qayğısı bilir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, Gülşən onun ögey qızıdır. Hadisə belə olub ki, o işdə olanda yoldaşı zəng vurdu ki, uşaq yoxdur. İşdən gəlib gecəyə qədər axtardı, tapa bilmədi, polisə müraciət etdi. Ondan 1-2 ay əvvəl də uşağın hazırlıqlarına gedirdi. Maraqlanırdı ki, həmin oğlanla görüşməsin. Münasibətini qabaqcadan anası deyib ona. Anası demişdi, belə bir məsələ var. Deyib ki, oğlan onun arxasınca gəzir, onu istəyir. O da qıza demişdi ki, yığışdır bu məsələni, o uşaqdır. Axtarırdı uşağı ki, onunla danışsın. Qızı ona heç nə demədi, “yaxşı” dedi. Özü hazırlıqlarla maraqlanırdı. Aldadıb evdən çıxarıb, qaçırdıb. Gecə evə gəlməyib. Sonra da bu hadisə olub. Özünün birinci evliliyidir, uşaqlarla münasibəti yaxşıdır, öz övladı kimidirlər. Uşaqlara qarşı heç bir şiddət, təsir-təzyiq yoxdur, olmayıb. Gülşən evdən bir dəfə gedib, atasına gedib. Zaurun şəklini Gülşən telefonundan atıb yoldaşına, o da yoldaşından götürüb. Uşağı tapmaq istədi. Ay yarım idi ki, uşağı axtarırdı, valideyni tanımır. Uşaqların atası dörd ildir ki, yoxdur, ana əziyyət çəkir, o əziyyət çəkir. Uşağın anası vardır, o bilər ki, bağışlasın ya yox. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, o işləyir, işdən saat 1-də çıxıb, gedib dostugildə qalıb. Onların evi yaxındır, çox vaxt orada qalır. Naxçıvan şəhərində Melissa kafenin yanında yaşayır. Evdə o, Zaur, Bilal, Sinan və hərbçi yaşayıb. Gülşəni şöbədə görüb, məsələni də şöbədə bilib. Zaur qızı evə gətirəndə o evdə olmayıb, işdə olub. Zaur gecə ona mesaj yazdı ki, evə gələndə ehtiyatlı ol, evdə adam var. Başqa heç nə yazmamışdır. O bilmədi kimdi, evə gəlmədi çünki. Polisdə bildi bu məsələni. Zaur qonşu kəndçidir. Məhkəmə iclasında şahid qismində ifadə verən Şahid5 ifadəsində bildirmişdir ki, o Təqsirləndirilən şəxs tanımır. Evi Bilala kirayə verib. O qalır, yanında kimləri götürüb bilmir. O, qohumunun evini kirayə verən şəxsdir. Qonşulardan şikayət olmamışdır. Bu hadisəni şöbədə eşitmişdir. Naxçıvan ŞPİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İstintaq zamanı Naxçıvan MR X1 alınmış cavabdan aydın olmuşdur ki, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs psixi və narkoloji xəstə kimi qeydiyyatda dayanmırlar. İstintaq zamanı Naxçıvan MR Səhiyyə Nazirliyinin MTE və PAB-dən alınmış xx.xx.2025-ci il tarixli 29 saylı ekspertiza rəyindən aydın olmuşdur ki, Zərərçəkmiş şəxs qızlıq pərdəsinin anatomik tamlığı pozulmamışdır, qeyri-təbii yolla cinsi əlaqədə olmuşdur, müddəti müayinədən 2-3 həftə əvvələ uyğun gəlir, köhnədir. Bədənində heç bir xəsarət və xəsarət izləri aşkar edilməmişdir. İstintaq zamanı Y.Budaqov adına Naxçıvan MR X1 alınmış xx.xx.2025-ci il tarixli 100 saylı məhkəmə psixiatrik ekspertizanın rəyindən aydın olmuşdur ki, Zərərçəkmiş şəxs hadisədən əvvəl, hadisə vaxtı və hadisədən sonra psixi vəziyyətində patologiya olmamışdır. Hal-hazırda öz hərəkətlərini ölçüb-biçmək və qiymət vermək iqtidarında malikdir, Zərərçəkmiş şəxs özünə qarşı edilən cinayət hadisəsi zamanı və hal-hazırda Azəbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşməmişdir. İstintaq zamanı Naxçıvan MR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzindən alınmış xx.xx.2025-ci il tarixli 206 saylı məhkəmə-psixoloji ekspertizanın rəyindən aydın olmuşdur ki, Zərərçəkmiş şəxs fərdi psixi xüsusiyyətlərinə görə ekstravertə (insanın psixi fəaliyyətinin xarici aləmə yönəlməsi) daha yaxındır, fərdi-psixi xüsusiyyətlərində ünsiyyətçilik, ərköyünlük, laqeydlik, biganəlik və s. kimi əlamətlər müşahidə olunur, psixi cəhətdən normal inkişaf etmişdir, əqli (intellektual) inkişafında psixi xəstəliklə əlaqədar olmayan gerilik əlamətləri müəyyən olunmamışdır. Hal-hazırda əqli və psixi inkişafına, yaş və fərdi-psixi xüsusiyyətlərinə, emosional halına görə ona qarşı edilən seksual hərəkətlərin xarakterini və mahiyyətini dərk etmək və həmin hərəkətlərə qarşı müqavimət göstərmək qabiliyyətinə malikdir. Fərdi-psixi xüsusiyyətlərində özündən uydurmağa meyillilik əlamətləri müşahidə edilmir. Lakin Zərərçəkmiş şəxs hadisə barədə bəzi məlumatları təhrif etməsi müəyyən olunur, həmçinin təlqinə qapılmağa, başqalarının təsiri altında hərəkət etməyə meyillilik əlamətləri müşahidə edilmişdir İstintaq zamanı Naxçıvan MR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzindən alınmış xx.xx.2025-ci il tarixli 205 saylı məhkəmə-kompüter-texniki ekspertizanın rəyindən aydın olmuşdur ki, Samsung Galaxy A15 markalı SM-A155F/DSNmodelli mobil smartfonun yaddaşında (kontaktlar, zəng tarixçəsi, SMS mesajları, internet tarixçəsi, İnstagram, Teleqram, tiktok, Vatçap proqram təminatları vasitəsilə aparılmış məlumat mübadilələri, multimedia fayllar və.s) mövcud olan və əldə edilməsi mümkün olan silinmiş məlumatlar müəyyən edilmiş və xarici yaddaş qurğusuna əlavə edilmişdir. İstintaq zamanı iş üçün əhəmiyyətli olduğundan Təqsirləndirilən şəxs istifadəsində olan Samsung Galaxy A15 markalı mobil telefon maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir. İstintaq zamanı Təqsirləndirilən şəxs cinsi aktivliyinin və cinsi qabiliyyətinin olubolmamasını müəyyən etmək məqsədilə tibbi yoxlamadan keçirilməsi üçün Naxçıvan MR xəstəxanasına sorğu verilmiş və alınmış xx.xx.2025-ci il tarixli cavabdan aydın olmuşdur ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə Xəstəxananın Urologiya şöbəsində ambulator müayinədən keçmişdir. Laborator, tam abdomen USM, skrotal USM müayinənin nəticələrinə əsasən xx.xx.2025-ci il tarixdə “uro-androloji sağlam” diaqnozu qoyulmuşdur. İstintaq zamanı Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CМ-nin 59.1.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hal müəyyən edilmişdir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CМ-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən- hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən- Hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “X5 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmək, həmin sübutları mübahisələndirmək imkanına malik olmuşdur. Təqsirləndirilən şəxsin əleyhinə olan sübutlara etiraz etmək və onları mübahisələndirmək üçün məhkəmə prosesində ona imkan yaradılmışdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Məhkəmənin qarşısında duran başlıca vəzifə - təqsirləndirilən şəxs tərəfindən törədilmiş əməlin düzgün tövsif edilməsindən ibarətdir. Bu səbəbdən də məhkəmə ittihama daxil olan cinayət əməlinin təhlil edilməsini zəruri hesab edir. Beləliklə məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs ittihamda qeyd olunan əməli törətməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1-ci maddəsinə əsasən on dörd yaşına çatmış, lakin on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə bir ildən üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 152.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, X2 CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 nömrəli qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Göstərilən maddənin məzmunundan göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. Sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş olsun, bununla sosial balans pozulmuş olsun və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə təqsirləndirilən şəxsin cinayət əməlini törədərkən yetkinlik yaşına çatmamasını, yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını, əməlindən peşman olmasını, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını cəzanı yüngülləşdirici hallar kimi nəzərə alır. Məhkəmə, qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilən zaman CM-in 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. Məhkəmə təqsirlənsirilən şəxsin qeyd olunan əməli üzrə məsuliyyəti ağırlaşdıran halın olmamasını nəzərə alır. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi 152.1-ci maddəsinin sanksiyası həddində müəyyən müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilməlidir. Məhkəmə yuxarıda qeyd olunan halları nəzərə alaraq hesab edir ki, azadlıqdan məhrumetmə cəzasının müddəti 01 (bir) il müəyyən edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri ləğv edilməli və barəsində həbs qətimkan tədbiri seçilməli, məhkəmə zalında dərhal həbsə alınmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəllənin 55.1-ci maddəsinə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, lakin hökm çıxarılanadək on səkkiz yaşı tamam olmamış şəxslər ümumi və ya möhkəm rejimli tərbiyə müəssisələrində yerləşdirilirlər. Azərbaycan Respublikasının CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Odur ki, Təqsirləndirilən şəxs ona hazırkı hökmlə təyin ediləcək cəzasını Azərbaycan Respublikası CM-nın 55.1-ci maddəsinə əsasən ümumi rejimli tərbiyə müəssisəsində çəkməlidir. Cəzaçəkmə müddətinin əvvəli 31 iyul 2025-ci il tarixdən hesablanmalıdır. Məhkəmə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarı, eyni zamanda Azərbaycan Respublikası CPM-in 346.1 və 346.1.19-cu maddələrinin tələbləri baxımından maddi sübutlar məsələsinin necə həll edilməli olduğunu müzakirə edərək belə nəticəyə gəlir ki, maddi sübut kimi tanınan 1 ədəd Samsung Galaxy A15 markalı mobil telefon hökm qanuni qüvvəsini aldıqdan sonra Təqsirləndirilən şəxs qaytarılmalıdır. Həmçinin məhkəmə məsrəflərinə münasibətdə iş üzrə ekspertiza xərci olan 160 (bir yüz altmış) manat pul Təqsirləndirilən şəxs tutulub Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülsün. «Azərbaycan Respublikasının CM-nin dəyişikliklər edilməsi haqqında» 07 mart 2012ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə görə məhkəmə, hər bir cinayət işi üzrə CM-nin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli olan əmlakın olub-olmaması məsələsini həll etməlidir. Azərbaycan Respublikası CM-nin 99-1.1 və 99-1.1.1-ci maddələrinə əsasən məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunan əmlak hesab olunur. Məhkəmə xüsusi müsadirə ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, iş üzrə belə bir əmlak olmadığından təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə ilə bağlı müddəa tətbiq edilməməlidir. Şərh olunanlara və Azərbaycan Respublikası CPM-nin 44.1, 197-198, 341-349, 351- 353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 1 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli tərbiyə müəssisəsində çəksin. Cəzasının əvvəli 31 iyul 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş yetkinlik yaşına çatmayanı nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilsin, barəsində həbs qətimkan tədbiri seçilsin və məhkəmə zalında dərhal həbsə alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə ekspertiza xərci olan 160 (bir yüz altmış) manat pul Təqsirləndirilən şəxs tutulub Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülsün. İş üzrə maddi sübut qismində tanınmış 1 ədəd Samsung Galaxy A15 markalı mobil telefon hökm qanuni qüvvəsini aldıqdan sonra Təqsirləndirilən şəxs qaytarılsın. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Hökmdən elan olunduğu gündən (Təqsirləndirilən şəxs təqdim edildiyi vaxtdan) 20 (iyirmi) gün müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Gülnar Səfərəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar