Azərbaycan Respublikası adından HÖKM Naxçıvan şəhəri İş № 1(078)-47/2023 12.12.2023 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Saat 17:30 Naxçıvan Şəhər Məhkəməsinin hakimi Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi, Dövlət ittihamçısı Naxçıvan Muxtar Respublikası Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin rəisi vəzifəsini icra edən kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs1, onun müdafiəçisi Naxçıvan Şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs2, onun müdafiəçisi Naxçıvan Şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakı ilə, xx.xx.1982-ci ildə Babək rayon Cəhri kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, 3 uşaq atası, orta təhsilli, ev təmir ustası, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2arəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi, xx.xx.1990-cı ildə Naxçıvan şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, 3 uşaq atası, orta təhsilli, taksi sürücüsü işləyən, əvvəllər məhkum olunmamış, ünvan 3 ünvanda yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 19 iyul 2023-cü il tarixdə saat 00:10 dəqiqədə Təqsirləndirilən şəxs2 ilə bir qrup şəxs halında Naxçıvan şəhəri 61-ci məhəllədə yerləşən Faytonçu kafedə əylənən zaman heç bir səbəb olmadan ictimai qaydanı kobud surətdə pozub cəmiyyətə açıqca hörmətsizlik ifadə etməklə qəsdən nümayişkarcasına kafedə sintezatorçu işləyən Zərərçəkmiş şəxs2 istifadəsində olan Korg Pa 800 markalı sintezatoru qıraraq ona 1450 manat dəyərində maddi ziyan vurmuş, mübahisə zamanı kafeyə müştəri kimi gələn Zərərçəkmiş şəxs3 və kafenin icarədarı Zərərçəkmiş şəxs1 fiziki zor tətbiq edəcəyi ilə hədələmiş, Təqsirləndirilən şəxs2la birlikdə Zərərçəkmiş şəxs3 yumruq ataraq onu döymüş, həmçinin silah qismində istifadə olunan dəhrəni əlinə götürərək kafenin içərisində olan şəxslər üçün real təhlükə yaradaraq kafedəki əmlaklara ziyan vurmaqla nəticədə zərərçəkmiş şəxsə 73 manat dəyərində maddi ziyan vurmuşdur. Bununla da, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsində nəzərdə tutulan cinayəti törətmişdir. Təqsirləndirilən şəxs2 19 iyul 2023-cü il tarixdə saat 00:10 dəqiqədə Təqsirləndirilən şəxs1 ilə bir qrup şəxs halında Naxçıvan şəhəri 61-ci məhəllədə yerləşən Faytonçu kafedə əylənən zaman heç bir səbəb olmadan ictimai qaydanı kobud surətdə pozub cəmiyyətə açıqca hörmətsizlik ifadə etməklə qəsdən nümayişkarcasına kafeyə müştəri kimi gələn Zərərçəkmiş şəxs3 və kafenin icarədarı Zərərçəkmiş şəxs1 fiziki zor tətbiq edəcəyi ilə hədələmiş, Təqsirləndirilən şəxs1la birlikdə Zərərçəkmiş şəxs3 yumruq ataraq onu döymüş, həmçinin kafedəki əmlaklara ziyan vurmaqla nəticədə zərərçəkmiş şəxsə 20 manat dəyərində maddi ziyan vurmuşdur. Bununla da, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 221.2.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətmişdir. Təqsirləndirilən şəxslər tərəfindən sözügedən cinayət əməlinin törədilməsi ilk olaraq öz ifadələri ilə etiraf edilmişdir. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ifadəsində ona Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, ünvan 4 ünvanında qeydiyyatda olmaqla ünvan 5vlidir 3 övladı var. Fərdi şəkildə usta işləyir. 18 iyul 2023-cü il tarixdə saat 18 radələrində məhlədən tanışı X4 ilə birlikdə Naxçıvan şəhərində yerləşən Faytonçu kafesinə getmiş, kafedə ikinci mərtəbəyə qalxıb orada kabinetdə əyləşmişlər. Kafedə olan zaman məhlədən tanışı Kamran və Sərxanı yanlarına çağırmışlar. Onlar da gələndən sonra ikinci mərtəbədə restoranda masada əyləşmişlər. Həmin axşam saat təxminən 23 radələrində musiqi sifariş vermiş, musiqiyə qulaq asan zaman yarıda kəsilmişdir. Masadan durub sintizator ifa edənin yanına gedib musiqinin niyə kəsildiyini soruşmuşdur. Həmin şəxs də məhlədən tanıdığı Nicat idi. Nicat musiqini telefonla qoyduğunu və zəng gəldiyinə görə musiqinin dayandığını demişdir. Spirtli içkili qəbul etdiyindən sintizatoru əli ilə vurmuş və sintizator yerə düşmüşdür. Oradan əyləşdiyi masaya qayıdıb masada olan pivə bakallarını və kül qabını yerə çırpıb sındırmış, sonra barın yanından kafenin mətbəxinə daxil olub oradan dəhrə götürüb restorana qayıtmışdır. Restoranda dəhrəni orada ofsiant işləyən qadın əlindən alıb. Sonra məhlə uşaqları ilə birlikdə kafedən çıxanda kafenin giriş qapısının şüşəsini sağ qolu ilə vurub sındırmış, sonra da yaşadığı evə getmişdir. Hadisə zamanı sərxoş olub. İçkili olduğundan pivə bakallarını və sintizatoru sındırmışdır. Dəhrəni götürüb restoranda stolun üstünə çırpmışdır. Dəhrə ilə heç kimə xəsarət yetirməmişdir. Sərxoş olduğundan nə etdiyini bilməmişdir. Hadisə zamanı orada məhlədən tanıdığı Samuray, Sərxan və Kamran da olmuşdur. Orada olan digər müştəriləri və işçiləri tanımır. Heç kimlə mübahisə etməmişdir. Dostlarının mübahisə edibetməməyini dəqiq bilmir. Kafedə çox spirtli içki qəbul etdiyi üçün özündə olmamışdır. Törətdiyi əməlinə görə peşmandır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ifadəsində ona Azərbaycan Respublikası CM-in 221.2.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, ünvan 6 ünvanda yaşayır. Evlidir, 3 övladı var. Hal-hazırda taksi fəaliyyəti ilə məşğuldur. 18 iyul 2023-cü il tarixdə saat 23 radələrində övladı olduğu üçün dostu Farizin həyətində təşkil etdiyi qonaqlıqda olmuş, dostu Şahid zəng edərək “gedək pivə içək” demiş, Sərxanla Qaraxanbəyli kəndində görüşərək Faytonçu kafeyə getmişlər. Kafenin ikinci mərtəbəsində Rəmziylə Samurayın oturduğunu görmüşdür. Sərxanla birlikdə üçüncü mərtəbəyə qalxıb, bir qədər pivə içdikdən sonra Ruzi və Samuray onları yanına çağırmış, buna görə də oturduqları stolun hesabını bağlayaraq ikinci mərtəbəyə enərək dörd nəfər birlikdə oturmuşlar. 5-10 dəqiqə keçdikdən sonra Rəmzi oynamaq üçün mahnı sifariş etmişdir. Bir az keçdikdən sonra musiqi dayanmış, bu zaman Təqsirləndirilən şəxs1 əyləşdiyi stolun üzərində olan pivə bakalını yerə çırparaq səs-küy salmışdır. Təkrar Rəmzi pivə bakalını yerə çırparaq sındırmışdır. Bu zaman müdir Zərərçəkmiş şəxs1 Rəmziyə tərəf gələrək “nədir problemin?” soruşmuş, Rəmzi də Hüseynə “sifariş verdiyim mahnını saxlayıblar ona görə belə edirəm” demişdir. Hüseyn ona “problemi həll edirəm” deyən zaman Rəmzi ayağa qalxaraq Hüseynlə mübahisə etmiş, sonra sintizatora tərəfə getmişdir. Rəmzi sintizator ifa eləyənlə Zərərçəkmiş şəxs2 ilə əl-qolla danışmış, bu zaman birdən Rəmzi əli ilə sintizatora zərbə vurmuşdur. Sintizatoru qaldırıb yerə çırpmışdır. Yanında olan şəxslər Rəmzini sakitləşdirməyə çalışmış, lakin Rəmzi Zərərçəkmiş şəxs2 arxasınca düşmüşdür. Bu zaman ətrafda olan şəxslər Hüseyn, Samuray, Sərxan, bundan əlavə kafenin 3-cü mərtəbəsini işlədən Tural adlı şəxs, ofisiant xanım Leyli, Aytac, müştəri qismində olan tanımadığı şəxslər orada olmuşdur. Hər kəs aranı sakitləşdirməyə çalışmış, bu zaman müştəri qismində olan şəxs aranı sakitləşdirməyə gəlmişdir. Həmin an o və Rəmzi həmin müştərini yumruqla vurmuşlar. Hüseyn bu zaman nəsə demiş, lakin o bunu dəqiq xatırlamır. Həmin vaxt Hüseynə yumruq atmış, lakin atdığı yumruq Hüseynə dəyməmişdir. Bu zaman Rəmzinin əlində orta boy əl dəhrəsi ilə salona girdiyini görmüşdür. Rəmzi əlindəki dəhrə ilə stollara vura-vura gəlirdi. Ofisiantlardan Leyli və məhlədən tanışı olan Samuray ilə birlikdə Rəmzinin əlindən dəhrəni almağa çalışmışlar. Leyli dəhrəni Rəmzinin əlindən alaraq çıxış qapısı istiqamətində getmişdir. Mübahisə zamanı Rəmzinin vurduğu müştəri kabinetdən çıxaraq əlinə stul alıb özlərinə tərəfə gəlmək istədiyində Hüseyn həmin şəxsin əlindən stulu alaraq onu uzaqlaşdırmış, sonra mübahisəni dayandırmışdır. Rəmzinin tanımadığı bir müştərini vurduğunu görmüşdür. Təqsirləndirilən şəxs1 orada olan şəxslərlə heç bir ədavəti olmayıb. Rəmzinin pivə bakalını, sindizatoru qırdığını və əlindəki dəhrə ilə stola vurduğunu görüb. 2-ci mərtəbədə olan divar işığına əli dəyərək qırılmışdır. Törətdiyi əməlinə görə peşmandır. Təqsirləndirilən şəxslərin sözügedən cinayət əməlini törətməsi həmçinin zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri, istintaq hərəkətlərinin protokolları ilə tam sübuta yetirilmişdir. Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, ünvan 7 ünvanında yaşayır, evlidir, bir övladı var. Bir ilə yaxındır Naxçıvan şəhərində yerləşən Faytonçu kafedə musiqiçi işləyir. 19 iyul 2023-cü il tarixdə saat 01 radələrində işlədiyi Faytonçu kafedə işdə olduğu zaman tanıdığı Təqsirləndirilən şəxs1, Samuray Həsənovun, Təqsirləndirilən şəxs2 və Şahid işlədiyi Faytonçu kafedə əyləşib pivə içdiklərini görüb. Təqsirləndirilən şəxs1 və yanındakı şəxslər mahnı sifariş edib oynamış, Rəmzinin sifariş etdiyi mahnı bitdiyində Rəmzi yenidən “həmin mahnını qoş” demiş və o da Rəmzinin sifariş etdiyi mahnını yenidən qoşmuşdur. Rəmzi əyləşdiyi stolun üzərindəki pivə bakalını, təkrar külqabı və araq rumkasını yerə çırparaq sındırmışdır. Oturduqları tərəfdən stolun üstündə olan külqabını götürüb ona tərəf atdığını xatırlayır. Əyildiyi üçün külqabı ona dəyməmiş yerə düşərək qırılmışdır. Müdir Zərərçəkmiş şəxs1 Rəmziyə yaxınlaşaraq “niyə hörmətsizlik edirsən, nədir problem?” deyə soruşmuş, Rəmzi ayağa qalxaraq Hüseynlə mübahisə edərək əl-qol atmışdır. Rəmzi ona tərəfə gələrək dediyi mahnını oxutduğu halda “mən dediyim mahnını qoş” demiş o da cavabında Rəmziyə həmin mahnının oxuduğunu bildirmişdir. Rəmzi onun nə dediyinə məhəl qoymayaraq əli ilə sintizatora bir yumruq zərbəsi vurmuş, sintizatoru qaldıraraq yerə çırpmışdır. Rəmzinin qardaşı Azad Talıbovla yaxın münasibəti olduğu üçün heç nə demədən kafenin 3-cü mərtəbəsinə getmişdir. Yenidən 2-ci mərtəbəyə qayıdan zaman Rəmzinin və yanında olan dostlarının kafedən getdiyini, 2-ci mərtəbəyə endikdən sonra orada olan işçilərdən birinin Rəmzinin əlində mətbəxdən əl dəhrəsi götürərək salona gəldiyini, lakin işçilər və yanındakı şəxslərin əlindən dəhrəni aldığını öyrənmişdir. Təqsirləndirilən şəxs1la heç bir ədavəti və düşmənçiliyi yoxdur. Hadisə zamanı Rəmzi ona məxsus olan sintizatoru yerə çırparaq qırdığından 450 manat maddi ziyan vurmuşdur. Hadisə zamanı heç bir xəsarət almayıb. Bu günə qədər ziyan ödənilməmişdir. Özü sintizatoru 200 manat borc tapıb bir hissəsini düzəltmişdir. Qalan hissəsini pulu olmadığından düzətməmişdir. Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, Şərur rayon Mahmud kəndində qeydiyyatda olmaqla, ünvan 9 ünvanında kirayə yaşayır. Naxçıvan şəhərində Faytonçu kafeni icarə işlədir. Təqsirləndirilən şəxs1 ilə heç bir ədavəti və düşmənçiliyi yoxdur. xx.xx.2023-cü il tarixdə saat 01 radələrində işlətdiyi Naxçıvan şəhərində yerləşən Faytonçu kafedə işdə olan zaman həmin kafenin 2-ci mərtəbəsində barın yanında durarkən Təqsirləndirilən şəxs1 əyləşdiyi stolun üzərində olan pivə bakalını yerə çırparaq qırdığını görmüş, Rəmziyə tərəf gedən zaman onun təkrar daha bir bakalı yerə çırparaq qırdığını görmüşdür. Rəmziyə yaxınlaşaraq “ayıbdı niyə belə edirsən? Nədir problemin?” deyə soruşmuş, Rəmzi də “sifariş elədiyim mahnını saxlayıblar ona görə belə edirəm” demişdir. Rəmziyə “problemi həll edirəm” deyən zaman Rəmzi “sən kimsən ki problem həll edirsən” demiş və onun üzərinə gələrək itələmişdir. Rəmzi “özüm gedirəm mahnını dəyişəm” demiş və sindizatora tərəfə gedərək sindizator ifa edən Zərərçəkmiş şəxs2 ilə əl-qolla danışmış və birdən Rəmzi əli ilə sindizatora zərbə vurmuş, sindizatoru qaldırıb yerə çırpmışdır. Rəmzini sakitləşdirməyə çalışsa da, Rəmzi Zərərçəkmiş şəxs2 arxasınca düşmüşdür. Bu zaman Rəmzinin yanında olan Kamran, Samuray və 2 nəfər tanımadığı şəxsin, ofisiant xanım Leyli, Aytac və müştəri qismində olan tanımadığı şəxslərin orada olduğunu görmüşdür. Hər kəs aranı sakitləşdirməyə çalışırdı. Həmin vaxt kafenin 3cü mərtəbəsini işlədən Tural 2-ci mərtəbəyə gəlmiş və həmin şəxslərlə münasibəti olduğundan “ayıbdı nə edirsiniz?” dediyi üçün Kamran mübahisəyə daxil olaraq Turala hücum çəkmiş, onları aralamaq istəyən zaman Kamran onun üstünə gələrək əl-qol atmış, yumruq vurmuş, lakin çəkildiyi üçün yumruq ona dəyməmişdir. Müştəri qismində olan Adil aranı sakitləşdirməyə gələn zaman Kamran və Rəmzi həmin müştərini yumruqla vurmuşlar. Kamrana “niyə müştərini vurursan?” demiş, onu ofisiant Leyli aralayan zaman o fiziki güc tətbiq edərək onunla tutaqlaşmışdır. Bu vaxt Rəmzinin əlində orta boy əl dəhrəsi ilə salona girdiyini görmüşdür. Rəmzi əlindəki dəhrə ilə stollara vura-vura gəlirdi. Ofisiantlardan Leyli, habelə Rəmziylə eyni stolda əyləşən Kamran və Samuray onun əlindən dəhrəni almağa çalışmışlar. Leyli dəhrəni Rəmzinin əlindən alaraq çıxış qapısı istiqamətində getmişdir. Rəmzi və Kamran mübahisə zamanı onu itələmişdir. Onların Adil adlı müştərini vurduqlarını görmüşdür. Rəmzi 6 ədəd pivə bakalı, 3 ədəd külqabı sındırıb, stolu qıraraq ona maddi ziyan vurub. Bu günə qədər maddi ziyan ödənilməyib, yeyib-içdiklərinin pulunu belə ödəməyiblər. İbtidai istintaq zamanı ifadə verən, məhkəmə istintaqı zamanı ifadəsi elan edilən Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, Kəngərli rayon Qıvraq qəsəbəsində yaşayır. N nömrəli hərbi hissədə gizir, anbar rəisi vəzifəsində işləyir. xx.xx.2023-cü il tarixdə saat 01 radələrində Faytonçu kafedə oturub yemək yediyi zaman səs-küy eşitmiş və kafenin salonuna getmiş, kafedə dava olduğunu görmüşdür. Kafeni işlədən Hüseyn də orada idi. Hüseynə kömək etmək və aranı sakitləşdirmək üçün mübahisə edən şəxslərə yaxınlaşmış və həmin vaxt Kamran yumruqla onu vurmuşdur. Həmin vaxt Rəmzi də yumruqla onu vurmuşdur. Orada olan şəxslər onu aralayaraq kabinetə aparmışlar. Sonra kabinetdən çıxıb Hüseynə kömək üçün stulu əlnə götürmüş lakin Hüseyn onun əlindən stolu alıb onu oradan uzaqlaşdırmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, Naxçıvan şəhəri Qaraxanbəyli kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayır. Naxçıvan Prestij MMC-də fəhlə işləyir. 18 iyul 2023-cü il tarixdə saat 21 radələrində məhlədən tanıdığı Təqsirləndirilən şəxs2 ilə birlikdə Naxçıvan şəhərində yerləşən Faytonçu kafesinə getmiş, kafedə üçüncü mərtəbəyə qalxıb orada restoranda əyləşmişlər. Pivə sifariş verib içmişlər. Bir neçə dəqiqədən sonra yanlarına məhlədən tanıdığı Rəmzi və Samuray gəlmiş onlarla bir stolda əyləşərək birlikdə pivə içmişlər. Bir qədər söhbət etdikdən sonra kafenin ikinci mərtəbəsindəki restorana düşüb orada masaların birində əyləşmiş, orada da pivə sifariş verib içmişlər. Rəmzi həmin vaxtı sintizatorla musiqi ifa edən Nicata musiqi sifariş vermişdir. Bu zaman ona evdən zəng gəlmiş və o telefonla danışmaq üçün kafedən çölə çıxmışdır. Təxminən 5 dəqiqə mobil telefonla evdəkilərlə danışmış, sonra kafeyə daxil olub ikinci mərtəbəyə qalxıb restorana girəndə sintizatorun yerdə olduğunu, stolların sındığını və Rəmzi ilə tanımadığı bir nəfərin tutaqlaşdığını görmüşdür. Həmin vaxt onları aralaşdırmaq üçün Rəmzini tutub kənara çəkəndə Rəmzi onu itələmişdir. Yenidən onu tutub restorandan çölə çıxaranda Rəmzi kafenin giriş qapısının şüşəsini əli ilə vuraraq sındırmışdır. Kamranı çölə çıxartmaq üçün yenidən kafeyə daxil olmuş və Kamranın tanımadığı bir nəfərlə tutaqlaşdığını görmüşdür. Müdaxilə edib onları aralaşdırmış və Kamranı oradan çölə çıxartmışdır. Çöldə taksi çağırıb Kamranla Rəmzini evinə göndərmişdir. Hadisə vaxtı çöldə telefonla danışdığı üçün hadisəni görməyib. Özü heç kimlə mübahisə etməyib, heç kimə xəsarət yetirməyib. Sadəcə Kamran və Rəmzinin mübahisə etdiklərini görüb onları aralamaq üçün məsələyə müdaxilə edib. Hadisə zamanı sərxoş olsa da, hər şeyi xatırlayır. Məhkəmə iclasında şahid qismində dindirilmiş şəxs X4 ifadəsində Şahid ilə eyni məzmunda ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı ibtidai istintaqda verdiyi ifadəsi elan edilən şahid qismində dindirilmiş X7 ifadəsində göstərmişdir ki, ünvan 13 ünvanında qeydiyyatda olmaqla, ünvan
14. Təqsirləndirilən şəxs1 müştəri kimi tanıyır. Onunla heç bir ədavəti və düşmənçiliyi yoxdur. Naxçıvan şəhərində yerləşən Faytonçu kafedə ofisiant işləyir. xx.xx.2023-cü il tarixdə saat 01 radələrində işlədiyi Naxçıvan şəhərində yerləşən Faytonçu kafedə işdə olan zaman həmin kafenin 2-ci mərtəbəsinin kabinetində müştəriyə qulluq etdiyi zaman salondan səs-küy eşitmiş, salona keçən zaman Təqsirləndirilən şəxs1 pivə bakallarını yerə çırparaq qırdığını görmüşdür. Kafenin müdiri Zərərçəkmiş şəxs1 Rəmziyə yaxınlaşaraq nə problem olduğunu soruşan zaman Rəmzi müdirlə mübahisə etməyə başlamış, sonra mahnının niyə kəsildiyini deyərək musiqiçi olan Zərərçəkmiş şəxs2 üzərinə getmişdir. Nicatla sözlü mübahisə edərək əl-qolla danışmış, həmin vaxt əli ilə sintizatora bir yumruq zərbəsi endirmiş, sonra arxasınca sindizatoru qaldıraraq yerə çırpmışdı. Kafenin 3-cü mərtəbəsini işlədən Tural oraya gələrək mübahisə edənləri ayırmağa çalışmış, lakin Rəmzi və Kamran Turalın üstünə hücum çəkmişlər. Onları ayıran zaman Kamran müdir Hüseynlə mübahisə edərək onu itələmişdir. Müştərilərdən olan Adil oraya gələrək aranı sakitləşdirmək istəyən zaman Kamran və Rəmzi Adili yumruqla vurmuşlar. Müdir Hüseyn onları aralayan zaman Kamran Hüseynə və ona zor tətbiq edərək itələmişdir. Rəmzinin əlində orta boy əl dəhrəsi ilə mətbəxdən salona gəldiyini görmüşdür. Rəmzi əlindəki dəhrəni stollara çırpa-çırpa, nalayiq ifadələr işlədərək, müdir Hüseynin üzərinə hərəkət edirdi. Rəmzi ilə birlikdə stolda əyləşən tanımadığı şəxslər həmin dəhrəni Rəmzinin əlindən almağa çalışırdılar. O, araya girərək dəhrəni Rəmzinin əlindən alaraq çıxış qapısına tərəf getmişdir. Kafenin ofisiantı olan Aytac qapının çıxış tərəfində dayanmışdı. Dəhrəni Aytaca və yanında olan Həsənə verib oradan uzaqlaşdırmasını tapşırmışdır. Təqsirləndirilən şəxs1 mübahisə zamanı müdir Hüseyni və Adili vurduğunu görmüşdür. Rəmzi ilə Kamran mübahisə zamanı pivə bakalı, külqabı sındırmış, əl dəhrəsi ilə stolların üstünə vurmuş, oturacaq stullarını ayağı ilə vurub atmışdır. Divarda olan işığı Kamran əliylə qırmışdır. Rəmzinin Zərərçəkmiş şəxs2 məxsusu sintizatoru ilk olaraq vurub, sonra qaldırıb yerə çırpdığını görüb. Məhkəmə istintaqı zamanı ibtidai istintaqda verdiyi ifadəsi elan edilən şahid X6 ifadəsində X7 göstərdiyi xüsusatları təsdiq etmişdir. İlkin təhqiqat zamanı hadisə yerinə baxış keçirilmiş, baxış zamanı hadisə yerinin fotoşəkilləri çəkilərəj protokola əlavə edilmiş, həmçinin baxış zamanı müşahidə kameraları vasitəsilə qeydə alınmış video-görüntülər bir ədəd DVD-yə yüklənərək götürülmüş, hadisənin törədilməsində istifadə olunan dəhrə isə prosessual qaydada götürülmüşdür. Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyi Təşkilat-İnspeksiya İdarəsinin tələbnaməsində Təqsirləndirilən şəxs1 barəsində məhkumluğu ilə bağlı heç bir məlumatın olmadığı göstərilmişdir. Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyi Təşkilat-İnspeksiya İdarəsinin müvafiq tələbnaməsində Təqsirləndirilən şəxs2 barəsində məhkumluğu ilə bağlı heç bir məlumatın olmadığı göstərilmişdir. Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və PAB-dən alınmış 20 iyul 2023-cü il tarixli 910 saylı canlı şəxsin müayinə aktında Zərərçəkmiş şəxs2 bədən səthi üzərində heç bir xəsarət və xəsarət izlərinin olmadığı göstərilmişdir. Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və PAB-dən alınmış 20 iyul 2023-cü il tarixli 911 saylı canlı şəxsin müayinə aktında Zərərçəkmiş şəxs1 bədən səthi üzərində heç bir xəsarət və xəsarət izlərinin olmadığı göstərilmişdir. Naxçıvan MR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzindən alınmış 18 avqust 2023-cü il tarixli 797 nömrəli ekspert rəyində təqdim edilmiş predmetin formasına, quruluşuna, qabarit ölçülərinə və s. xüsusiyyətlərinə görə zavod üslulu ilə hazırlanmış, təsərrüfat məişət təyinatlı çapacaqlara (dəhrəyə) uyğun gəldiyi, soyuq silah hesab edilmədiyi göstərilmişdir. Naxçıvan MR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzindən alınmış 13 sentyabr 2023-cü il tarixli 801 nömrəli ekspert rəyində istifadə olunmuş Korg Pa 800 markalı sintezatorun qiymətinin 1450 manat, istifadə olunmuş piyvə bakalının 06 ədədinin 9 manat, istifadə olunmuş kül qabının 03 ədədinin 3 manat, istifadə olunmuş stulun 02 ədədinin 20 manat, ümumilikdə dəyərin nəzəri hesablama yolu ilə təxminən 1482 manat olduğu müəyyən edilmişdir. Y.Budaqov adına Naxçıvan MR X1 məktubundan aydın olur ki, Təqsirləndirilən şəxs2 18 aprel 2021-ci ildən “Alkoqol qəbulu nəticəsində psixi və davranış pozuntusu” diaqnozu ilə qeydiyyatdadır, Təqsirləndirilən şəxs1 qeydiyyatda deyil. Y.Budaqov adına Naxçıvan MR X2 alınmış 29 sentyabr 2023-cü il tarixli 295 saylı məhkəmə narkoloji ekspertizanın rəyində Təqsirləndirilən şəxs2 spirtli içki istifadəçisi olduğu, narkotik vasitə və psixotrop maddələrin istifadəçisi olmadığı, Təqsirləndirilən şəxs2 xroniki alkoqolizmdən əziyyət çəkdiyi, onun məcburi müalicəyə ehtiyacının olmadığı göstərilmişdir. Y.Budaqov adına Naxçıvan MR X2 alınmış 29 sentyabr 2023-cü il tarixli 296 saylı məhkəmə psixiatrik ekspertizanın rəyində Təqsirləndirilən şəxs2 hadisədən əvvəl, hadisə vaxtı və hadisədən sonra heç bir psixi xəstəlikdən əziyyət çəkmədiyi, hal-hazırda öz hərəkətlərini ölçüb-biçmək və qiymət vermək iqtidarında olduğu, məcburi müalicəyə ehtiyacının olmadığı, Təqsirləndirilən şəxs2 hərəkətlərinin hadisəni törədən anda və halhazırda Azəbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmədiyi göstərilmişdir. Y.Budaqov adına Naxçıvan MR X2 alınmış 29 sentyabr 2023-cü il tarixli 260 saylı məhkəmə narkoloji ekspertizanın rəyində Təqsirləndirilən şəxs1 spirtli içki istifadəçisi olduğu, narkotik vasitə və psixotrop maddələrin istifadəçisi olmadığı, alkoqolizm və narkomaniya xəstəliyindən əzab çəkmədiyi, hal hazırda məcburi müalicəyə ehtiyacının olmadığı göstərilmişdir. Y.Budaqov adına Naxçıvan MR X2 alınmış 29 sentyabr 2023-cü il tarixli 261 saylı məhkəmə psixiatrik ekspertizanın rəyində Təqsirləndirilən şəxs1 hadisədən əvvəl, hadisə vaxtı və hadisədən sonra heç bir psixi xəstəlikdən əziyyət çəkmədiyi, hal-hazırda öz hərəkətlərini ölçüb-biçmək və qiymət vermək iqtidarında olduğu, məcburi müalicəyə ehtiyacının olmadığı, Təqsirləndirilən şəxs1 hərəkətlərinin hadisəni törədən anda və halhazırda Azəbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmədiyi göstərilmişdir. Məhkəmə istintaqı zamanı Naxçıvan şəhər ərazisində yerləşən Faytonçu kafenin video-müşahisə kameraları vasitəsilə qeydə alınmış video-görüntülərin köçürüldüyü bir ədəd DVD-yə baxış keçirilmiş və baxış zamanı müşahidə kamerasının faytonçu kafenin içərisini çəkdiyi müşahidə edilir. İştirakçılarla birlikdə video-görüntülərə baxan zaman kafenin içərisində bir nəfərin ayağa qalxın sintezatoru istifadə edən şəxsə yaxınlaşdığı, həmin şəxslə mübahisə elədiyi, sintezatora yumruqla vurub əlinə alaraq sintezatoru yerə çırpdı, ondan sonra ətrafda olan şəxslərində ora yığışdığı, mübahəsinin qızışdığı, iki nəfər şəxsin orada bir neçə şəxsi itələdikləri, bir nəfəri vurduqları, ondan sonra bir nəfər şəxsin əlinə dəhrə alaraq kafenin ortasında şəxslərin üzərinə gəlib real hədə yaratması, sonra bir nəfər qadının və digər şəxslərin onu tutub saxladığı müşahidə olunur. Nəticədə, təqsirləndirilən şəxs oğlu Təqsirləndirilən şəxs2 müdafiəçisi Müdafiəçi1 iştirakı ilə videogörüntüləri izlədikdən sonra özü ilə birlikdə Təqsirləndirilən şəxs1 mübahisə zamanı orada olduqlarını, mübahisə zamanı sərxoş olduqlarını, birlikdə mübahisə elədiklərini, mübahisə zamanı Təqsirləndirilən şəxs1 sintezatoru mahnı sifarişinə görə yumrula vurub götürüb yerə ataraq sındırdığını, mübahisə zamanı bir neçə tanımadığı şəxslərə mübahisə elədiyini, sonra Təqsirləndirilən şəxs1 əlinə dəhrə götürdüyünü, sərxoş vəziyyətdə nə etdiyini bilmədiyini, dəhrə ilə kimisə vurmaq istədiyini, ancaq nə etmək istədiyini anlamadığını bildirmişdir. Həmçinin, Təqsirləndirilən şəxs1 müdafiəçisi Müdafiəçi2 iştirakı ilə videogörüntüləri izlədikdən sonra görüntüdə əks olunan və mübahisəni yaradan şəxsin özü olduğu, özü ilə birlikdə Təqsirləndirilən şəxs2 olduğunu, mübahisə zamanı sərxoş olduqlarını, birlikdə mübahisə elədiklərini, mübahisə zamanı sintezatoru mahnı sifarişinə görə yumrula vurub götürüb yerə ataraq sındırdığını, mübahisə zamanı bir neçə tanımadığı şəxslərə yumruq atdığı, sonra əlinə dəhrə götürdüyünü, sərxoş vəziyyətdə nə etdiyini bilmədiyini, dəhrə ilə kimisə vurmaq istədiyini, ancaq nə etmək istədiyini anlamadığını bildirmişdir. İş üçün əhəmiyyətli olduğundan video-görüntülərin əks olunduğu bir ədəd DVD protokola əlavə edilmişdir. Naxçıvan Şəhər İcra Hakimiyyətinin 4 saylı Sahə İƏD üzrə nümayəndəlikdən alınmış xasiyyətnamədə Təqsirləndirilən şəxs1 ünvan 15 ünvanında qeydiyyat olmaqla yaşadığı müddətdə özünü nizam intizamlı, apardığına görə qonşuların hörmətini qazandığı, onun barəsində nümayəndəliyə heç bir şikayətin daxil olmadığı göstərilmişdir. Naxçıvan Şəhər İcra Hakimiyyətinin 4 saylı Sahə İƏD üzrə nümayəndəlikdən alınmış xasiyyətnamədə Təqsirləndirilən şəxs2 ünvan 16 ünvanında qeydiyyat olmaqla yaşadığı müddətdə özünü nizam intizamlı, apardığına görə qonşuların hörmətini qazandığı, onun barəsində nümayəndəliyə heç bir şikayətin daxil olmadığı göstərilmişdir. Təqsirləndirilən şəxs1 əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs1 himayəsində azyaşlı uşağının olması, yaşayış yeri üzrə müsbət xarakterizə olunması, səmimi peşmançılığı və təqsirini etiraf etməsi cəzasını yüngülləşdirən hal kimi müəyyən edilmişdir. Təqsirləndirilən şəxs2 əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs2 oğlunun əməlində Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən cəzasını yüngülləşdirən hal müəyyən edilmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən- hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən- Hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “X3 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmək, həmin sübutları mübahisələndirmək imkanına malik olmuşdur. Təqsirləndirilən şəxsin əleyhinə olan sübutlara etiraz etmək və onları mübahisələndirmək üçün məhkəmə prosesində ona imkan yaradılmışdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Məhkəmənin qarşısında duran başlıca vəzifə - təqsirləndirilən şəxslər tərəfindən törədilmiş əməlin düzgün tövsif edilməsindən ibarətdir. Bu səbəbdən də məhkəmə ittihama daxil olan cinayət əməlinin təhlil edilməsini zəruri hesab edir. Məhkəmə istintaqında obyektiv araşdırılmış mötəbər sübutlar əsasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 heç bir səbəb olmadan ictimai qaydanı kobud surətdə pozub cəmiyyətə açıqca hörmətsizlik ifadə etməklə qəsdən nümayişkarcasına kafedə sintezatorçu işləyən Zərərçəkmiş şəxs2 istifadəsində olan Korg Pa 800 markalı sintezatoru qıraraq ona 1450 manat dəyərində maddi ziyan vurmuş, mübahisə zamanı kafeyə müştəri kimi gələn Zərərçəkmiş şəxs3 və kafenin icarədarı Zərərçəkmiş şəxs1 fiziki zor tətbiq edəcəyi ilə hədələmiş, Təqsirləndirilən şəxs2la birlikdə Zərərçəkmiş şəxs3 yumruq ataraq onu döymüş, həmçinin silah qismində istifadə olunan dəhrəni əlinə götürərək kafenin içərisində olan şəxslər üçün real təhlükə yaradaraq kafedəki əmlaklara 73 manat dəyərində maddi ziyan vurmuşdur. Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 ilə bir qrup şəxs halında heç bir səbəb olmadan ictimai qaydanı kobud surətdə pozub cəmiyyətə açıqca hörmətsizlik ifadə etməklə qəsdən nümayişkarcasına kafeyə müştəri kimi gələn Zərərçəkmiş şəxs3 və kafenin icarədarı Zərərçəkmiş şəxs1 fiziki zor tətbiq edəcəyi ilə hədələmiş, Təqsirləndirilən şəxs1la birlikdə Zərərçəkmiş şəxs3 yumruq ataraq onu döymüş, həmçinin kafedəki əmlaklara 20 manat dəyərində maddi ziyan vurmuşdur. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək, həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsində, Təqsirləndirilən şəxs2 əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsində nəzərdə tutulan cinayətin bütün əlamətləri var. Həmin cinayət hadisəsi həqiqətən baş vermiş, ona ibtidai istintaq orqanı tərəfindən düzgün hüquqi qiymət verilmiş və cinayət hadisəsi məhz Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən törədilmişdir. Həmçinin bu cinayətin törədilməsində onlar təqsirlidir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cinayət əməlini qəsdən törətmişdir. Onların əməli başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə böyük ictimai təhlükə törətməyən cinayət kateqoriyasına aiddir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayəthüquqi nəticəsidir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 17 mart 2011-ci il tarixli Qərarı). “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. Sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş olsun, bununla sosial balans pozulmuş olsun və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. Azərbaycan Respublikasının CM-nin: 221.1. Xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər min manatdan üç min manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 221.2. Eyni əməllər: 221.2.1. bir qrup şəxs tərəfindən və ya təkrar törədildikdə iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ildən üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 221.3. Bu Məcəllənin 221.1-ci və ya 221.2-ci maddələrində nəzərdə tutulmuş əməllərin silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə müsbət xarakterizə olunması, himayəsində azyaşlı övladlarının olması, əməlini etiraf etməsi, səmimi peşmançılığı məsuliyyəti yüngülləşdirən hal kimi müəyyən edilmişdir. Təqsirləndirilən şəxs1 əməlində məsuliyyəti ağırlaşdıran hal yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə müsbət xarakterizə olunması, himayəsində azyaşlı övladlarının olması, əməlini etiraf etməsi, səmimi peşmançılığı məsuliyyəti yüngülləşdirən hal kimi müəyyən edilmişdir. Təqsirləndirilən şəxs2 əməlində məsuliyyəti ağırlaşdıran hal yoxdur. Təqsirləndirilən şəxslər məhkəmə istintaqı zamanı vurulmuş ziyanı ödədiklərini və zərərçəkmiş şəxslərlə barışdıqlarını bildirsələr də bununla bağlı zərərçəkmiş şəxslərdən hər hansı məlumat daxil olmamışdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla, daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 təqsirli bilindiyi maddənin sanskiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə cəzasının və Təqsirləndirilən şəxs2 təqsirli bilindiyi maddənin sanksiyasında nəzərə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi qanuni, əsaslı və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərinə uyğundur. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilməli və barəsində həbs qətimkan tədbiri seçilməli, məhkəmə zalında dərhal həbsə alınmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Həmin Məcəllənin 56.1.2-ci maddəsinə görə qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrumetməyə məhkum olunmuş şəxslər üçün-ümumi rejimli cəzacəkmə müəssisələrində cəzanın çəkilməsi müəyyən edilir. Azərbaycan Respublikasının CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Odur ki, Təqsirləndirilən şəxs1 ona hazırkı hökmlə təyin ediləcək cəzasını Azərbaycan Respublikası CM-nın 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cəzaçəkmə müddətinin əvvəli 12 dekabr 2023-cü il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə görə hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Odur ki, Təqsirləndirilən şəxs1 şübhəli şəxs qismində tutulduğu 2 (iki) gün müddət ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 cəzasının icrası faktiki yaşadığı yer- Naxçıvan şəhəri 54-cü məhəllə, ev 16 ünvanı üzrə Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinə həvalə edilməli və cəzaçəkmə müddətinin əvvəli həmin orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Həmçinin Təqsirləndirilən şəxs2 təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzası hesablanarkən onun şübhli şəxs qismində tutuduğu iki gün müddət 1 gün 2 gün azadlığın məhdudlaşdırılması hesabı ilə hesablanmaqla 4 gün azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. «Azərbaycan Respublikasının CM-nin dəyişikliklər edilməsi haqqında» 07 mart 2012ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə görə məhkəmə, hər bir cinayət işi üzrə CM-nin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli olan əmlakın olub-olmaması məsələsini həll etməlidir. Azərbaycan Respublikası CM-nin 99-1.1 və 99-1.1.1-ci maddələrinə əsasən məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunan əmlak hesab olunur. Məhkəmə xüsusi müsadirə ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, iş üzrə belə bir əmlak olmadığından təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə ilə bağlı müddəa tətbiq edilməməlidir. İş üzrə maddi sübut olaraq qiymət verilmiş 1 ədəd dəhrə hökm qanuni qüvvəsini aldıqdan sonra Zərərçəkmiş şəxs1 qaytarılmalıdır. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Odur ki, Təqsirləndirilən şəxs1 göstərilmiş hüquqi xidmətə görə Naxçıvan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmədə iştirak etdiyi 30 saata görə 180 manat Azərbaycan Respublikasının dövlət büdcəsi hesabından Naxçıvan şəhər Vəkil Bürosunun hesabına köçürülməlidir. Eyni zamanda Təqsirləndirilən şəxs2 göstərilmiş hüquqi xidmətə görə Naxçıvan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi1 məhkəmədə iştirak etdiyi 30 saata görə 180 manat Azərbaycan Respublikasının dövlət büdcəsi hesabından Naxçıvan şəhər Vəkil Bürosunun hesabına köçürülməlidir. Şərh olunanlara və Azərbaycan Respublikası CPM-nin 44.1, 197-198, 341-349, 351- 353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə
H Ö K M E T D İ:
Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 2 (iki) il 2 (iki) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 şübhəli şəxs qismində tutulduğu 2 (iki) gün müddət ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmaqla üzərində qəti olaraq 2 (iki) il 1 (bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 12 dekabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilərək həbs qətimkan tədbiri seçilsin və məhkəmə iclas zalında dərhal həbsə alınsın. Təqsirləndirilən şəxs1 barəsində seçilən həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 2 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 şübhəli şəxs qismində tutulduğu 2 (iki) gün müddət ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla üzərində qəti olaraq 1 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini aldıqdan sonra ləğv edilsin. Təqsirləndirilən şəxs2 cəzasının icrası faktiki yaşadığı yer- Naxçıvan şəhəri 54-cü məhəllə, ev 16 ünvanı üzrə Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinə həvalə edilsin və cəzaçəkmə müddətinin əvvəli həmin orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Naxçıvan Muxtar Respublikasının ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. İş üzrə maddi sübut olaraq qiymət verilmiş 1 ədəd dəhrə hökm qanuni qüvvəsini aldıqdan sonra Zərərçəkmiş şəxs1 qaytarılsın. Təqsirləndirilən şəxs1 göstərilmiş hüquqi xidmətə görə Naxçıvan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmədə iştirak etdiyi 30 saata görə 180 manat Azərbaycan Respublikasının dövlət büdcəsi hesabından Naxçıvan şəhər Vəkil Bürosunun hesabına köçürülsün. Təqsirləndirilən şəxs2 göstərilmiş hüquqi xidmətə görə Naxçıvan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi1 məhkəmədə iştirak etdiyi 30 saata görə 180 manat Azərbaycan Respublikasının dövlət büdcəsi hesabından Naxçıvan şəhər Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə mülki iddia və xüsusi müsadirə olunması təklif edilən əmlak yoxdur. Hökmdən elan olunduğu andan 20 gün müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Sədrlik edən: Gülnar Səfərəliyeva.