Azərbaycan Respublikası adından HÖKM Naxçıvan şəhəri İş № 1(078)-47/2025 24.12.2025 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Əliyeva Gülsüm Kamal qızının sədrliyi, X1 məhkəmə iclas katibliyi, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi1 iştirakları ilə, xx.xx.1996-cı il tarixdə Naxçıvan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, sürücü, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Naxçıvan Şəhər Məhkəməsinin 28 fevral 2025-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilərək hazırda Naxçıvan MR Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə, m ü ə y y ə n e t d i: Naxçıvan Şəhər Məhkəməsinin icraatına 08 may 2025-ci il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi daxil olmuşdur. Cinayət işinin məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, xx.xx.2025-ci il tarixdə Təqsirləndirilən şəxs İran İslam Respublikasının ərazisində olan zaman istintaqa məlum olmayan mənbədən ağ rəngli salfetqaya bükülmüş qurudulmuş marixuana narkotik vasitəsini və şəffaf rəngli sellofana bükülmüş metamfetamin psixotrop maddəsini 15 manata əldə edib idarə etdiyi X22 1844LS yük markalı **-BX-*** dövlət qeydiyyat nişanlı yük avtomobilinin kabinəsinin bardaçokunda gizlədib 26 fevral 2025-ci il tarixdə Azərbaycan Respublikasının gömrük sərhədindən X15 gizli şəkildə keçirərək Naxçıvan Muxtar Respublikasına daxil olmuş və həmin tarixdə saat 13:55 dəqiqədə Naxçıvan MR DİN-in NMİ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbiri nəticəsində Təqsirləndirilən şəxs Naxçıvan şəhəri dairəvi yolda Tumbul kəndinin yaxınlığında idarə etdiyi yük avtomobili ilə hərəkətdə olarkən saxlanılaraq avtomobilə baxış keçirilən zaman kabinənin sağ tərəfindəki üst bardaçokdan təmiz çəkisi 2.140 qram olan marixuana narkotik vasitəsi və həmin yerdə aşağı bardaçokda olan pul qabının içərisindən təmiz çəkisi 0.490 qram olan metamfetamin psixotrop maddəsi aşkar edilərək götürülməsi faktı olmuşdur. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci və 234.1ci maddələri ilə təqsirləndirilir ondan ötrü ki, o, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitə marixuana və xeyli miqdarda psixotrop maddə metamfetamin əldə edib saxlamış və daşıyaraq Azərbaycan Respublikası gömrük sərhədindən gömrük nəzarətindən gizli keçirməklə qaçaqmalçılıq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs İran İslam Respublikasında istintaqa məlum olmayan mənbədən xx.xx.2025-ci il tarixdə qanunsuz olaraq, satış məqsədi olmadan 0.490 qram olan xeyli miqdarda psixotrop maddə metamfetamin və təmiz çəkisi 2.140 qram olan marixuana narkotik vasitəsini əldə edib idarə etdiyi "Mersedes-Benz Actros 1844LS" markalı, **-BX-*** dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsinin kabinəsinin bardoçokunda gizlədərək saxlamaqla daşımış, 26 fevral 2025-ci il tarixdə saat 13 radələrində X24 vasitəsilə İran İslam Respublikasından gələrkən Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli keçirməklə qaçaqmalçılıq etmiş, xx.xx.2025-ci il tarixdə saat 13:55-də idarə etdiyi "Mersedes-Benz Actros 1844LS" markalı, **-BX-*** dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsi ilə Naxçıvan şəhərində Tumbul kəndinin yaxınlığındakı dairəvi yolda hərəkətdə olan zaman Naxçıvan Muxtar Respublikası DİN-nin NMİ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbiri nəticəsində saxlanılaraq yoxlama aparılarkən onun idarə etdiyi "Mersedes-Benz Actros 1844LS" markalı, **-BX-*** dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsinin sağ tərəfində yerləşən üst bardoçokundan təmiz çəkisi 2.140 qram olan tünd-yaşıl rəngli, spesifik iyli, bitki mənşəli kütlə narkotik tərkibli çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana və sağ tərəfdə yerləşən aşağı bardoçokda olan pul qabının içərisindən təmiz çəkisi 0.490 qram olan ağ rəngli, kristal və toz şəkilli hissəciklərdən ibarət olan xeyli miqdarda psixotrop maddə metamfetamin aşkar olunaraq götürülmüşdür. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2 və 234.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ifadəsində dəfələrlə həbs ediləndən sonra ifadəsini dəyişmək istədiyini dediyini, 3 ay ərzində müdafiəçisinin ona yaxınlaşmadığını, hüquqlarının ona izah edilmədiyini, tutulanda qorxduğunu, polis əməkdaşları ona yaxınlaşanda qorxduğunu, özünün narkotik vasitəni sərhəddən keçirtmədiyini, İranda danışdığını, “sənə yaxınlaşıb narkotik vasitəni verəcəklər” dediklərini, X-raydan keçdiyini, gömrük əməkdaşlarının müəyyənləşdirə biləcəyini, tanımadığı bir şəxs olduğunu, 300-400 m məsafədə gözləyəcəyini dediyini, gömrükdən keçənə yaxın da zəng etdiyini, şəxsi tanımadığını, adını da bilmədiyini, salfetkaya bükülü şəkildə olduğunu, birinin də pul qabının cibində olduğunu, istintaqda bunları bildirmək istədiyini, ona hakimə deməyini dediklərini, ona “narahat olma yaxşı olacaq” dediklərini, imza çəkdiyi vaxtlar müdafiəçisinin yanında olmadığını, istintaq zamanı bir dəfə ifadə verdiyini, onda da qorxduğunu, polis əməkdaşlarının yolun ortasında üzərinə gəldiyini, “daşıyıcısan” dediklərini, izahatlara imza çəkdiyini, nəyisə dəyişə bilməyəcəklərini dedikləri üçün imza çəkdiyini, imza çəkərkən izahatını oxumadığını, müdafiəçisinin yanında olmadığını, hüquqlarını bilmədiyini, ona izahata imza çəkməyinin heç bir əhəmiyyəti olmadığını dediklərini, özünün şəhər şöbəsinə də getmədiyini, telefonunun ekspertizaya da getməyini bilmədiyini, şəhər şöbəsində izahatının alındığını, özünün orada qorxduğunu, psixoloji və ya fiziki zorakılıq görmədiyini, ona narahat olmamağını, videogörüntüdə necə olubsa elə deməyini dediklərini, videogörüntüdə İrandan aldığını dediyini, tanımadığı şəxsdən aldığını bildirsə təzyiqlər görəcəyini, tanımadığı şəxsi necə izah edəcəyini bilmədiyi üçün heç nə bildirmədiyini, 3 ay idi narkotik vasitə istifadə etdiyini, istintaq dövrü ifadəsinin alınmadığını, saxlanılan zaman ifadəsinin alındığını, şəhər şöbəsində olduğunu, “imza çək” dediklərini, izahatını dəyişmək istədiyini, müdafiəçisinin də yanında olmadığını, yazmağı bacardığını, deyiləni başa düşdüyünü, ona Qasım müəllimin “hakimin qarşısında olanları deyərsən” dediyini, qardaşına “müdafiəçim gəlsin” dediyini, ancaq gəlmədiyini, narkotik istifadə etməyin cəzası olduğunu bildiyini, ancaq qorxduğunu, Culfadan əldə etdiyini, mağazasından daimi olaraq alver etdiyi şəxs olan Tofiqlə telefonla danışdığını, ilk dəfə idi belə bir şey olduğunu, İran İslam Respublikasında istifadə etdiyini, istintaq zamanı verdiyi ifadəni təsdiq etmədiyini, körpünün üzərində olduğunu bildirdiyini, metamfetamin və marixuana olduğunu, 15 manat pul verdiyini, gömrükdən narkotik keçirməyin cəzası olduğunu bildiyini, 24 fevralda pul verdiyini, Culfada qaldığını, Parsabatda olduğunu, fevral ayının 26-ı Azərbaycana keçdiyini, ona narkotik vasitə verəcək şəxsin nömrəsini istədiyini, Tofiqin ehtiyac olmadığını, avtomobilin nömrəsindən bilib yaxınlaşacağını bildirdiyini, Tofiqin özünün yaxınlaşmağı təklif etdiyini, Culfa gömrüyünü keçməmişdən qabaq, körpünün üzərində 40 dəqiqə sonra zəng edib 300-400 metr qabaqda gəlib gözlədiyini, avtomobildə gözlədiyini, ətrafda ağaclıqlar, yolun qırağında döngələr olduğunu, zəng edib “normal bir yerdə saxlayarsan” dediyini, zəng edib gözlədiyini dediyini, kurtka geyindiyini, papağı olduğunu, yaxınlaşıb “Nurəddin sənsən?” dediyini, özünün də “bəli” dediyini, narkotiki verib getdiyini, təzyiq göstəriləcəyini düşündüyü üçün heç nə demədiyini, polis əməkdaşlarının saxlayan kimi qolundan yapışıb “daşıyıcısan, satıcısan” dediklərini, pul qabında və bardoçokun içərisində olduqlarını, salfetkanın da ortalıqda olduğunu, “hardan almısan” dediklərini, özünün də “İrandan almışam” dediyini, qorxduğu üçün elə dediyini, çəkilişlə bağlı heç nə demədiklərini, pulu orada ödədiyi üçün İrandan aldığını dediyini, tanımadığı şəxslə bağlı suallar verəcəkləri üçün də qorxduğunu, özü ilk saxlanılan zaman çəkiləndə 0,023 qram metanfetamin, 0,108 qram marixuana olduğunu, ancaq çəkinin o qədər olmayacağını, hər birinin 1 dəfə istifadə üçün olduğunu, alanda 1 dəfəlik istifadə üçün almadığını, ancaq ölçüsünü bildiyini, 1 dəfəlik istifadə üçün olduğunu, 2 ilə yaxındır sürücü işlədiyini, narkotik vasitənin şəhər şöbəsində açıldığını, həmin vaxt müdafiəçinin olubolmamasını xatırlamadığını, orada da hal-hazırda qeyd etdiklərini demədiyini, müdafiəçinin onun hüquqlarını müdafiə etmədiyini, maddi vəziyyətinin yaxşı olmadığını, müdafiəçisini dəyişə bilib-bilməyəcəyini bilmədiyini, istintaq təcridxanasında ifadəsini dəyişə biləcəyini öyrəndiyini, çağırdığını, lakin onun gəlmədiyini, özünü narkotik vasitə istifadəçisi olaraq təqsirli bildiyini, ancaq özünün gömrükdən keçirmədiyini, əməlindən peşman olduğunu, 0,023 qram metamfetamin, 0,108 qram marixuana olduğunu, “salfetka götürüləcək çəkisi az gələcək” dediklərini, sonra soruşanda ekspert rəyinin belə olduğunu dediklərini, İrandan aldığını, İrandan gətirmədiyini bildirdiyini, daşımaqla bağlı heç nə soruşmadıqlarını, həmin vaxt aldığından istifadə etmədiyini, bildirişlə tanış olmadığını, “maşını yoxlamalıyıq” dediklərini, özünün də “yoxlayın” dediyini, gömrükdən keçəndə gömrük işçilərinin gizli yerləri də bildiklərini, hər yerə baxdıqlarını, X-raydan da keçdiyini, şəxsi istifadəsi üçün aldığını, gözünün qabağında çəkildiyini, ondan izahat alınmadığını, törətdiyi əmələ görə peşman olduğunu bildirərək göstərdiklərini nəzərə alaraq onun barəsində qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi1 çıxışında qeyd etmişdir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 206.2 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə istintaqı tamamlandı. Məhkəmə istintaqı zamanı hüquqlarını müdafiə etdiyi Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin nə 206.2, nə də 234.1-ci maddədə nəzərdə tutulan cinayət əməllərini törətməsi sübuta yetirildi. Belə ki, əvvəlki məhkəmə baxışı iclasında verdiyi vəsatətdə də geniş şəkildə qeyd etdiyi kimi ibtidai istintaq orqanı tərəfindən tərtib edilmiş “Əməliyyat axtarış tədbirinin keçirilməsinə, şübhəli şəxsin üstünün yoxlanılmasına və avtomobilə baxış keçirilməsinə dair” protokolda qeyd edilən marixuana və metametaminin miqdarlarının ekspertiza rəylərində qeyd edilən miqdarlarla ziddiyət təşkil etməsinin səbəbinin guya elektron tərəzinin unsiya ölçü vahidində olması cinayət prosessual qanunvericiliyin müddəalarına zidd şəkildə tərtib edilən, təqsirləndirilən şəxsin tərtibindən bixəbər olduğu “Narkotik vasitə və psixotrop maddənin çəkisinin müəyyən edilməsi haqqında” aktda öz əksini tapmışdır. Üstəlik aktda zərgər İlqar Əliyevin bir unsiyanın 31.1 qrama bərabər olduğunu və maddələrin miqdarının həmin nisbətdə hesablanmalı olduğunu bildirməsi qeyd olunmuşdur. Maraqlıdır ki, X11 unsiyanın 31.1 qrama bərabər olması iddiasını ilkin aşkar olunan rəqəmləri 31.1.-ə vurduqda yenə də ekspertiza rəyindəki miqdarlar alınmadığı halda (0,023x31.1=0,7153 q metamfetamin; 0,108x31.1=3,3588 marixuana) düzgün qəbul etmiş, aktı cinayət işinin materiallarına əlavə etmişdir. Məhkəmə istintaqı zamanı ifadə verən əməliyyatçılar tərəzini unsiya rejiminə keçirmədiklərini, zərgərdən aldıqları zaman onun həmin rejimdə olmasını bildirsələr də, vəsatəti ilə əlavə şahid qismində dindirilən zərgər İlqar Əliyev tərəzinin unsiya ölçü vahidində olmadığını, ekranda nə rəqəm yazılıbsa bunun unsiya yox, qrama bərabər olması faktını bildirmişdir. Üstəlik şahid qismində dindirilən Rafiq Abbaszadə tərəfindən verilmiş “Narkotik vasitə çəkilərkən tərəzinin unsiya ölçü vahidində olmasını bilirdiniz mi?” sualına “Hə” cavabı vermiş, ondan nəyə görə bildiyi təqdirdə maddələrin miqdarının qram olaraq qeyd edildiyi “Əməliyyat axtarış tədbirinin keçirilməsinə, şübhəli şəxsin üstünün yoxlanılmasına və avtomobilə baxış keçirilməsinə dair” protokola imza atdığını soruşduqda bu suala cavab tapa bilməmişdir. Bütün şahidlər, tərəzinin unsiya ölçü vahidində olmasını onlara kimin dediyini, bu halın onlara necə məlum olduğunu soruşduqda yenə də cavab verə bilməmişdirlər. Sadaladığı bu hallar marixuana və metamfetaminin miqdarının sonradan məlum olmayan şəraitdə artırıldığının, ibtidai istintaq orqanının əməkdaşlarının təqsirləndirilən şəxsə qarşı qərəzli, qeyri-obyektiv mövqedə olduqlarının bariz nümunəsidir. Aşkarlanaraq götürülən həmin miqdarlar Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan xeyli miqdardan az olduğundan təqsirləndirilən şəxsin əməlində Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin tərkib əlamətləri yoxdur. Digər tərəfdən ittihamda irəli sürülən 206.2-ci maddədə nəzərdə tutulan cinayət əməlinin törədilməsi də məhkəmə istintaqı zamanı sübuta yetirilmədi. İbtidai istintaq zamanı şəxsin verdiyi ifadələrdə maddələri “İrandan almışam” deməyinin səbəbi razılaşmanın İİR ərazisində olması, pulu orada tanımadığı şəxsə verməsidir. Digər tərəfdən “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli qərarında nəzərdə tutulmuşdur ki, Cinayət işlərinə məhkəmədə baxılarkən o da nəzərdən qaçırılmamalıdır ki, CPM-in 232 və 234-cü maddələri şübhəli şəxsin tutulmasından (şübhəli şəxs qismində tutulma barədə protokolun tərtib edilməsindən) dərhal sonra ondan izahatın alınmasını deyil, həmin normalarda nəzərdə tutulmuş qaydalara uyğun olaraq onun şübhəli şəxs qismində dindirilməsini (ifadənin alınmasını) və bunun şübhəli şəxsin dindirilməsi protokolu ilə rəsmiləşdirilməsini tələb edir. Əməliyyatçı Şahid1 tərəfindən bu müddəaya zidd olaraq təqsirləndirilən şəxsdən izahat alınmış, üstəlik bu izahat nəqliyyat vasitəsinə baxış həyata keçirilərkən videoçəkilişdən yayınmaqla, videoçəkilişin 22:49 dəqiqəsində həyata keçirilmişdir. Bu səbəbdən də izahatın alınma vaxtı, yeri göstərilməmişdir. İrəli sürülən ittihamda 206.2-ci maddənin obyektiv cəhəti belə əks etdirilmişdir: Təqsirləndirilən şəxs marixuana narkotik vasitəsini və metamfetamin psixotrop maddəsini yük avtomobilinin kabinəsinin bardoçokunda gizlədib Azərbaycan Respublikası gömrük sərhədindən X15 gizli şəkildə keçirərək NMR ərazisinə daxil olmuşdur”. Lakin məhkəmə istintaqı zamanı ifadə verən Şahid2 maddələrin bardoçokda gizlədilmədiyini, Şahid1 bununla bağlı məqamı nə hikmətsə xatırlamadığını bildirmişdir. Sözügedən CD-yə də baxdıqda (05:20 dəqiqə) gizlədilmədən söhbət belə gedə bilmədiyi aydın nəzərə çarpır. Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında AR Ali Məhkəmə Plenumunda nəzərdə tutulmuşdur ki, Malların və ya digər əşyaların gömrük sərhədindən gömrük nəzarətindən gizli keçirilməsi dedikdə, həmin malların aşkarlanmasının çətinləşdirilməsi və ya onların həqiqi xassə və ya miqdarının gizlədilməsinə yönəldilmiş istənilən hərəkətlər etməklə (məsələn, bəzi mallara digər mal görüntüsünün verilməsi, həmin malların xüsusi hazırlanmış və ya quraşdırılmış gizli yerlərdə, insan bədəninin boşluqlarında gizlədilməklə keçirilməsi və sair) keçirilməsi başa düşülür. Təqsirləndirilən şəxs gizlədilmə anlayışını ehtiva edən sadalanan hərəkətlərin heç birini etməmiş, bu şahid ifadələri və videoçəkilişlə bir daha təsdiq olunmuşdur. Aşkar olunan maddələrin istər gömrük baxışı, istərsə də X-Ray yoxlaması zamanı nəqliyyat vasitəsində olduğu təqdirdə aşkar edilməməsi məntiqə sığmır. Belə bir hal varsa belə bununla bağlı olaraq sözügedən hərəkətləri icra edən gömrük işçiləri barəsində ibtidai istintaq orqanı tərəfindən hər hansı tədbir görülməməsi, onların əməllərində cinayət tərkiblərinin olubolmamasının araşdırılması üçün hər hansı material ayrılmaması ibtidai istintaq orqanının qərəzsiz, obyektiv fəaliyyətini şübhə altına salır. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli qərarında nəzərdə tutulmuşdur ki, Narkotik vasitələrin və ya psixotrop maddələrin (onların prekursorlarının) qaçaqmalçılığı cinayətini törətməkdə CM-in 206.2, 206.3 və 206.4-cü maddələri ilə təqsirləndirilən şəxslər barədə cinayət işlərinə məhkəmədə baxılarkən nəzərə almaq lazımdır ki, istər irəli sürülmüş ittiham, istərsə də şəxsin həmin ittiham üzrə təqsirli bilinməsinə dair məhkəmə hökmü ehtimallara əsaslana bilməz və CPM-in 7.0.20, 223.3 və 353.2.1-ci maddələri tələb etdiyi kimi şəxsin cinayət qanunu ilə nəzərdə tutulmuş konkret əməli törətməsini, yəni, o cümlədən cinayətin törədildiyi yer, vaxt, törədilmə üsulu, göstərilməklə sübuta yetirilmiş hesab edilən ittihamın mahiyyətini əks etdirməlidir. Burada şəxsin bardoçokda maddələri gizlədib gömrükdən keçirməsi ilə əhatə olunan cinayətin edilmə üsulu sübuta yetirilməmişdir, bu barədə istər ittiham, istərsə də məhkəmə hökmü ehtimallara əsaslana bilməz. Təqsirləndirilən şəxs hüquqları ibtidai istintaq orqanı tərəfindən kobudcasına pozulmuşdur. Həmin pozuntuları məhkəmənin diqqətinə çatdırmaq istəyir: 1.Sözügedən aktın tərtib edilməsindən təqsirləndirilən şəxs bixəbər olmuş, üzərindən çıxan maddələrin miqdarının sonradan niyə, hansı səbəbə artırıldığını bilməmişdir. (Cinayət Prosessual Məcəllənin 91.5.29-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin hüquqlarına və qanuni mənafeyinə toxunan qərarlar haqqında cinayət prosesini həyata keçirən orqan tərəfindən məlumatlanmaq hüququ var) 2.İbtidai istintaq zamanı şəxs dəfələrlə ifadəsini yenidən vermək istəmiş, bununla bağlı vəsatətlər vermiş, istintaq orqanı laqeydlik göstərərək şəxsin şifahi qaydada verdiyi bu vəsatətə münasibət bildirməmişdir. (Cinayət Prosessual Məcəllənin 91.5.9-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin öz vəsatəti əsasında müdafiəçinin iştirakı ilə dindirilmək hüququ vardır. 3.“Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli qərarında nəzərdə tutulmuşdur ki, əməliyyat axtarış fəaliyyəti subyekti tərəfindən tutulmuş şəxsə bütün hüquqları, o cümlədən müdafiəçi ilə təmin olunmaq hüququ izah olunmalı, əməliyyat-axtarış fəaliyyəti subyektinin müvəkkil edilmiş şəxsi tərəfindən tərtib edilən (əməliyyat-axtarış tədbirinin gedişinə və nəticələrinə dair) raportda və ya protokolda tutulub-saxlanılmış şəxsə tutulduğu andan müdafiəçiyə malik olmaq hüququnun izah edilməsinə dair məlumatla yanaşı, həmin şəxsin müdafiəçisinin olubolmaması, müdafiəçi ilə təmin edilməsini tələb edib-etməməsi barədə məlumatlar da əks etdirilməlidir. Sözügedən protokolda şəxsin müdafiəçi tələb edib etməməsinə dair hər hansı qeyd yoxdur, üstəlik videoçəkilişdən də aydındır ki, şəxsə hüquq və vəzifələrinə dair çıxarışla tanış olma imkanı yaradılmamış, çıxarış təqdim edildikdən dərhal sonra üstü yoxlanılmağa başlanılmışdır. 4. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli qərarında nəzərdə tutulmuşdur ki, Cinayət işlərinə məhkəmədə baxılarkən o da nəzərdən qaçırılmamalıdır ki, CPM-in 232 və 234-cü maddələri şübhəli şəxsin tutulmasından (şübhəli şəxs qismində tutulma barədə protokolun tərtib edilməsindən) dərhal sonra ondan izahatın alınmasını deyil, həmin normalarda nəzərdə tutulmuş qaydalara uyğun olaraq onun şübhəli şəxs qismində dindirilməsini tələb edir. 5. Cinayət Prosessual Məcəllənin 233.5-2-ci maddəsinə əsasən müdafiəçidən imtina etməyən tutulmuş və ya həbs edilmiş təqsirləndirilən şəxsin müdafiəçinin iştirakı olmadan verdiyi etirafedici ifadələrə məhkəmə baxışı zamanı sübut kimi istinad edilə bilməz. Həmin ifadələrin bu Məcəllədə nəzərdə tutulmuş qaydada müdafiə tərəfinin vəsatəti əsasında sübut qismində qəbul edilməsinə yol verilir. Bu müddəa eynilə şübhəli şəxsə də aiddir. İbtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxs müdafiəçinin iştirakı olmadan dindirilmişdir. Məlumdur ki, şəxsin əməlində cinayət olmadığını vurğulayırlar, amma bu onun səhv etmədiyi mənasını daşımır. Şəxsi istehlak miqdarında da olsa maddə gəzdirməsi öz özlüyündə yanlışdır. Cəzanın məqsədi sosial ədalətin bərpası, şəxsin islah olunmasıdır. Təqsirləndirilən şəxs 9 aya yaxındır ki, istintaq təcridxanasındadır. Məlumdur ki oradakı şərait cəzaçəkmə müəssisəsinə nisbətən daha sərt və çətin olur (məhdud hərəkət imkanı, açıq havanın,sosial imkanların demək olar ki yoxluğu). Belə şəraitdə 9 ay qalmaq yalnız azadlıqdan məhrum olmaq deyil, həm də fiziki və psixoloji sınanmaq, qeyri-müəyyənlik və gözləmə içində təcrid olunmuş həyat tərzi keçirmək deməkdir. Bu həyat tərzi onun islah olmasına xidmət etmişdir, etdiyi hərəkətlərə olan tənqidi münasibət islah yoluna qədəm qoyduğunu göstərir. Etdiyi səhvə görə o qədər peşmandır ki, ikinci dəfə heç bir motiv onu bu və ya başqa hərəkəti etməyə sövq edə bilməz. Bu halda onun etdiyi səhvə görə cəmiyyətdən təcrid olunması artıq məqsəd deyil, formal cəza olacaq. Bu məqsədə nail olunubsa cəzanın davam etməsi zərurəti itirilir və cəzanın fərdiləşdirilməsi prinsipi baxımından şəxsi cəmiyyətə qazandırmaq lazımdır. Yuxarıda sadalananları nəzərə alaraq məhkəmədən Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 206.2 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Cinayət Prosessual Məcəllənin 42.1.2 və 42.1.4cü maddələrinə əsasən bəraət hökmü çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində Təqsirləndirilən şəxs barəsində narkotik vasitə və psixotrop maddə daşıması ilə bağlı barəsində məlumat daxil olduğunu, əməliyyat axtarış tədbiri ilə bağlı qərar qəbul edildiyini və şəxsin tərəflərindən saxlanıldığını, hüquq və vəzifələri izah edilərək əməliyyatın video çəkilişinin aparıldığını, metamfetamin və marixuana aşkar edildiyini, həmin vaxtı da aşkar edilən maddələrin tərəzidə çəkildiyini, ancaq öz tərəziləri xarab olduğu üçün qızıl mağazasından əməkdaşın qızıl tərəzisi aldığını, Azər adlı əməkdaşın aldığını, hansı mağazadan aldığını bilmədiyini, narkotik vasitə və psixotrop maddənin daşıması və istifadəsi ilə bağlı məlumat olduğunu, Tumbul yolunda olduğunu, özlərini təqdim etdiklərini, nə ilə bağlı saxlanıldığını dediklərini, özünün də iştirakı ilə baxış keçirdiklərini, üzərindən narkotik vasitə və psixotrop maddə aşkar olunmadığını, tırda metamfetaminin pul qabından çıxdığını, marixuananın kloka bükülü vəziyyətdə bardaçokdan çıxdığını, özlərinin aşkar etdiklərini, şəxsin könüllü olaraq təqdim etmədiyini, bardaçokda gözlə baxanda göründüyünü, gizlədilmədiyini, İrandan aldığını dediyini, təzyiq olmadığını, Təqsirləndirilən şəxs ilə aralarında hər hansı düşmənçilik və ya ədavət olmadığını, unsiya ölçü vahidi ilə çəkildiyini, üzərində “unsiya” yazıldığını, öz tərəziləri olmadığı üçün işlətməyi bacarmadıqlarını, çəkəndən sonra qablaşdırdıqlarını, möhürlədiklərini və imzaladıqlarını, orada şərait olmadığı üçün də DİN-in inzibati binasında protokol tərtib etmək üçün getdiklərini, iş yoldaşının tərəzi qırıldığı üçün əməliyyat tədbirindən qabaq gətirdiyini, hardan əldə etdiyini soruşduqlarını, İrandan əldə etdiyini, şəxsi istifadəsi üçün gətirdiyini, 15 manata aldığını bildirdiyini, əvvəllər Nurəddinlə bağlı əməliyyat məlumatları olduğunu, ancaq satışla bağlı dəqiq bilmədiklərini, unsiya ölçü vahidi olduğunu, elə yazıldığını, tərəzidən başlarının çıxdığını, hesablama qaydası olduğunu dediklərini, protokolun şərait uyğun olmadığı üçün sonra tərtib edildiyini, o da hesablama qaydası olduğunu öyrəndikləri üçün qramla yazdıqlarını, protokolu Şahid1 tərtib etdiyini, özlərinin çəkini dəyişmək qaydasını bilmədiklərini, hər hansı bir knopkaya toxunmadıqlarını, necə alınmışdırsa, elə də çəkdiklərini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində şəxsin tərəflərindən 2025-ci ilin fevral ayında saxlanıldığını, əməliyyat-axtarış tədbiri həyata keçirildiyini, şəxsə hüquq və vəzifələri barədə bildiriş təqdim edildiyini, şəxsin narkotik vasitə istifadə edibetməməsini soruşduqlarını, istifadə etmədiyini bildirdiyini, bütün bu hərəkətlərin videogörüntüsü olduğunu, əməliyyat-axtarış tədbirinin həyata keçirilməsi ilə bağlı qərar qəbul edildiyini, nəqliyyat vasitəsinin bardaçokunda qurudulmuş marixuanaya bənzər kütlə aşkar etdiklərini, marixuananın nəyə büküldüyünü dəqiq xatırlamadığını, şəxsin marixuananı İran İslam Respublikasından aldığını bildirdiyini, hansı qiymətə aldığını xatırlamadığını, pul qabından metamfetamin aşkar edildiyini, eyni qaydada onu da İran İslam Respublikasından aldığını bildirdiyini, pul qabından çıxarıb cibinə qoyaraq Gömrükdən keçirdiyini bildirdiyini, axtarışı özünün apardığını, çəkilişi aparan şəxsi xatırlamadığını, şəxsin üzərindən heç nə aşkar edilmədiyini, dəfələrlə haradan alması, necə gətirməsi ilə bağlı sual verdiyini, təqsirləndirilən şəxsi əvvəlcədən tanımadığını, şəxsən “hansı formada Gömrükdən keçirmisən?” deyə sual verdiyini, “pul qabıma qoydum, elə keçirdim” dediyini, hərəkətlərində həyəcan olduğunu, ancaq hər hansı aqresiyası olmadığını, üzərində də heç nə olmadığını, şəxsi istifadəsi üçün gətirdiyini bildirdiyini, şəxsi axtarış, baxış və götürmədə iştirak etdiyini, DİN-ə gətirib təhqiqatçıya təhvil verdiklərini, protokolda olan saat yanlışlıqlarının texniki səhvlik ola biləcəyini, ikinci dəfə də aşkar edilən maddələri çəkdiklərini, ikinci protokolda çəki fərqinin diqqətini çəkmədiyini, heç bir müdaxilə olunmadığını, protokolu oxuduqlarını, fərqli çəki olması nüansın xatırlamadığını, tərəzidən çox başı çıxmadığını, ölçü vahidi düşsün deyə yaxından çəkdiklərini, unsiya ilə çəkildiyinin də göründüyünü, tərəzilərinin işləmədiyini, əməkdaşın başqa yerdən aldığını, getməmişdən qabaq yoxladıqlarını, tərəzinin işləmədiyini gördüklərini, haradan alındığını bilmədiyini, alan əməkdaşı da xatırlamadığını, özləri avtomobilə minəndə tərəzinin orada olduğunu, sonra qızıl satandan alındığını müəyyənləşdirdiklərini, bardaçokdan aşkar edildiyini, hansı formada olduğunu tam xatırlamadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində X2 barəsində narkotik vasitə və psixotrop maddənin daşıması ilə bağlı məlumat daxil olduğunu, onun tır sürücüsü olduğunu, Naxçıvan ərazisində tərəflərindən saxlanıldığını, metamfetamin və marixuana aşkar edildiyini, haradan aldığını soruşduqlarını, İrandan aldığını bildirdiyini, Tumbulda, tır parkının yanında saxlanıldığını, tək olduğunu, öz tərəzilərinin xarab olduğunu, işləmədiyini, əməkdaşlarının başqa tərəzi aldığını, çəkilərin yadında qalmadığını, çəkiliş olduğunu, qablaşdırıldığını, pul qabısından götürdükləri maddənin necə vəziyyətdə olduğunu xatırlamadığını, marixuananın ortada, açıqlıqda olduğunu, İrandan aldığını dediyini, şəxsi istifadəsi üçün gətirdiyini bildirdiyini, istifadəsi ilə bağlı məlumatları olduğunu, həmin vaxt istifadə etdiyini bildirdiyini, özünün istifadə etdiyini bildirdiyini, narkotestə aparıbaparmadıqlarını bilmədiyini, hüquq və vəzifələrini dair bildiriş təqdim etdiklərini, özünün avtomobilə baxış keçirməyə razılıq verdiyini, müdafiəçi istəmədiyini, tərəzinin unsiya ölçü vahidi məsələsini sonradan bildiklərini, çəkəndə unsiya olduğunu bilmədiklərini, İrandan aldığını bildirdiyini, gömrükdən necə keçirdiyini soruşduqlarını, “elə də baxmadılar” dediyini, Şahid1 çəkiliş vaxtı izahat almadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X19 ifadəsində təqsirləndirilən şəxsi ilk dəfədir gördüyünü, polis əməkdaşlarının yaxınlaşıb tərəzi istədiklərini, polis əməkdaşlarına köməklik etdiyi üçün özünün də tərəzini verdiyini, əməkdaşların qızılla bağlı suallar vediklərini, özünün də cavablayaraq onlara köməklik etdiyini, unsiya ölçü vahidi ilə bağlı soruşduqlarını, özünün də cavab verdiyini, tərəzini nəyə görə istədiklərini də bilmədiyini, akta imza çəkmədiyini, sadəcə tərəzi verdiyini, apardıqlarını, əslində dəqiq olaraq xatırlamadığını, bəlkə də imza çəkdiyini, unsiyanın nə qədər olduğunu böyük ehtimalla təsdiq etdiyini, göstərilən aktda olan imzanın özünün imzası olduğunu, özünün çəkdiyini, ancaq yanında çəkiliş etmədiklərini, özünün qızıl satdığını, zərgər olmadığını, qızılın unsiyasının 31.1 olduğunu, polislərin onlara lazım olduğunu deyib tərəzini apardıqlarını, əməkdaşların adlarını bilmədiyini, hansı ölçü vahidində olsa çəkəcəyini, əməkdaşların özlərinin ölçünü bildiklərini, tərəzinin qramı göstərdiyini, özlərində qızıl çəkilişi üçün olanda olduğunu, bəlkə onların dəyişdiklərini, onu bilmədiklərini, rejimi dəyişmədiyini bildirmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, istintaq hərəkətlərinin protokollarını da sübut növləri kimi qəbul edir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 27 fevral 2025-ci il tarixli cinayət işinin başlanması haqqında qərardan görünür ki, həmin tarixdə HKpi-295/25 nömrəli material üzrə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2 və 234.1-ci maddələri ilə ********* nömrəli cinayət işi başlanmışdır. (cild İ, iş vərəq 1) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Narkotiklərlə Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili polis mayoru Şahid1 tərəfindən tərtib edilmiş 26 fevral 2025-ci il tarixli raportda qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Naxçıvan MR DİN-in NMİ-nin əməkdaşlarının, Naxçıvan MR DYP-nin əməkdaşları ilə birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində xx.xx.1996-cı ildə Naxçıvan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ünvan 3 ünvanında qeydiyyatda olmaqla yaşayan X4 qanunsuz olaraq narkotik vasitələri və psixotrop maddələri İran İslam Respublikasından əldə etməsi, idarə etdiyi ** BX *** dövlət qeydiyyat nişanlı avtomobilində gizlədərək qaçaqmalçılıq yolu ilə Naxçıvan Muxtar Respublikasına gətirməsi, istifadə etməsi, saxlaması, satmasında şübhəli bilindiyi üçün 26 fevral 2025-ci il tarixdə Naxçıvan şəhər ərazisində Tumbul kəndinin üst hissəsində, İpək Yolunda saxlanılaraq üzərinə və idarə etdiyi yük avtomobilinə baxış keçirilmiş, Təqsirləndirilən şəxs idarə etdiyi “Mersedes benz actros 1844LS” markalı ** BX *** nömrəli yük nəqliyyat vasitəsinin kəllə hissəsindən sürücü tərəfdən sağ istiqamətdə üst cibdən ağ salfetkaya bükülmüş, içərisində qurudulmuş marixuanaya bənzər ümumi çəkisi 0. 108 qram olan büküm, sürücü tərəfdən sağ istiqamətdə aşağı cibdə olan pulqabmm içərisində, içərisində metamfetamin psixotrop maddəsinə bənzər şəffaf rəngli, kristal formalı, ümumi çəkisi 0.023 qram olan büküm aşkar edilib qablaşdırılaraq götürülmüşdür. Əməliyyat-axtarış tədbirlərinin gedişatına dair qanunvericiliyin tələblərinə uyğun olaraq protokollar tərtib olunmuş və videoçəkilişlər DVD-yə qeyd olunmuşdur. (cild İ, iş vərəq 4-5) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 26 fevral 2025-ci il tarixli əməliyyat-axtarış tədbirinin keçirilməsinə, şübhəli şəxsin üstünün yoxlanılmasına və avtomobilə baxış keçirilməsinə dair protokoldan görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Naxçıvan MR DİN-in Narkotiklərlə Mübarizə İdarəsinə Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri və psixotrop maddələri İran İslam Respublikasından əldə etməsi, idarə etdiyi ** BX *** dövlət qeydiyyat nişanlı avtomobilində gizlədərək qaçaqmalçılıq yolu ilə Naxçıvan Muxtar Respublikasına gətirməsi, istifadə etməsi, saxlaması, satması barədə daxil olmuş məlumat əsasında həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı sonuncu 26 fevral 2025-ci ildə, saat 13:55 dəqiqədə Naxçıvan şəhəri, Tumbul kəndinin yuxarı hissəsində, İpək Yolunda ** BX *** dövlət qeydiyyat nömrəli yük avtomobilini idarə edərkən saxlanılmış, Təqsirləndirilən şəxs əməliyyat tədbirinin keçirilməsinə dair qərar və hüquq və vəzifələrinə dair bildiriş təqdim edilmiş, o cümlədən tutulan andan müdafiəçiyə malik olmaq hüququ izah olunmuşdur. Həmin şəxsin paltarında, əşyalarında və ya bədənində narkotik vasitənin, psixotrop maddələrin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və ya sənədlərin olmasını ehtimal etməyə kifayət qədər əsaslar olduğundan saxlanılan zaman Təqsirləndirilən şəxs üstünü həmin yerdə yoxlamağa başlamışlar. Təqsirləndirilən şəxs üstündən hər hansı narkotik maddə və ya qanunsuz predmet aşkar olunmamışdır. Sonra əməliyyat axtarış tədbirinin davamı olaraq həmin vaxt Təqsirləndirilən şəxs idarə etdiyi “Mersedes benz actros 1844LS” markalı ** BX *** nömrəli yük nəqliyyat vasitəsində narkotik vasitə və ya psixotrop maddəni gizlətməsi ehtimal edildiyi üçün həmin avtomobilin kəllə hissəsinə tərəflərindən baxış keçirilmişdir. Baxış zamanı avtomobilin kəllə hissəsindən sürücü tərəfdən sağ istiqamətdə üst cibdən ağ salfetkaya bükülmüş, içərisində qurudulmuş marixuanaya bənzər ümumi çəkisi 0.108 qram olan büküm, sürücü tərəfdən sağ istiqamətdə aşağı cibdə pulqabının içərisində, içərisində metamfetamin psixotrop maddəsinə bənzər şəffaf rəngli, kristal formalı, ümumi çəkisi 0.023 qram büküm tərəflərindən aşkar olunmuş, sonra həmin aşkar olunmuş bir ədəd qurudulmuş marixuanaya bənzər kütlə və bir ədəd metamfetamin psixotrop maddəsinə bənzər kütlə bir ədəd ağ rəngli zərfin içərisinə qoyulub qablaşdırılmış, qablaşdırmanın üzərində qeydlər aparıldıqdan sonra möhürlənərək götürülmüşdür. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq, idarə etdiyi ** BX *** dövlət qeydiyyat nömrəli yük avtomobilinin Tahir adlı şəxsə məxsus olduğunu, etibarnamə əsasında idarə etdiyini, həmin yük avtomobilinin kəllə hissəsində aşkar edilmiş, bir ədəd qurudulmuş marixuanaya bənzər və bir ədəd metamfetamin psixotrop maddəsinə bənzər kütlənin İran İslam Respublikasında tanımadığı şəxsdən 15 manata şəxsi istifadəsi üçün aldığını, Culfa gömrüyündən qaçaq yolla keçirərək Muxtar Respublikaya gətirdiyini bildirmişdir. Baxış və götürmə açıq havada, şəraitində keçirilmişdir. Baxış və götürmə zamanı «İPHONE» markalı mobil telefon vasitəsi ilə NMİ-nin əməliyyat müvəkkili, kapitanı Şahid3 tərəfindən video çəkiliş aparılmışdır. (cild İ, iş vərəq 12- 15) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 26 fevral 2025-ci il tarixli şübhəli şəxsin tutulması haqqında qərardan görünür ki, vətəndaş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli bilindiyi üçün o, şübhəli şəxs qismində tutulmuşdur. (cild İ, iş vərəq 26) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 26 fevral 2025-ci il tarixli təqdim olunan əşyaya baxış keçirilməsi və götürmə haqqında protokoldan görünür ki, Naxçıvan MR DİN-in NMİ-nin əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs narkotik vasitələri və psixotrop maddələri istifadə etmək məqsədi ilə əldə edib istifadəsində şübhəli bilindiyi üçün o, 26 fevral 2025-ci il tarixdə saat 13:55 dəqiqədə Naxçıvan şəhəri dairəvi yolda Tumbul kəndinin yaxınlığında olan zaman X22 1844LS yük markalı **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkət edən zaman saxlanılaraq üstü yoxlanılmış və üzərindən qanunla qadağan edilmiş hər hansı bir predmet aşkar edilməmiş, bundan əlavə Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilə baxış keçirilən zaman kabinənin sağ tərəfindəki üst bardaçokdan ağ rəngli salfetqaya bükülmüş içərisində qurudulmuş marixuanaya bənzər və həmin yerdə aşağı bardaçokda olan pul qabının içərisindən ağ rəngli kristal şəkilli metamfetamin psixotrop maddəsinə bənzər kütlələr aşkar edilərək götürülmüş və 01 ədəd ağ rəngli zərfdə qablaşdırılaraq aidiyyəti üzrə təqdim olunmuşdur. Ardınca təqdim olunan 01 (bir) ədəd ağ rəngli zərfə baxış keçirilmiş və həmin zərfin içərisinə baxıldıqda Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilin üst bardaçokundan götürülmüş ağ rəngli salfetqaya bükülmüş içərisində qurudulmuş marixuanaya bənzər və həmin yerdə aşağı bardaçokda olan pul qabının içərisindən götürülmüş ağ rəngli kristal şəkilli metamfetamin psixotrop maddəsinə bənzər kütlələr aşkar olunmuşdur. Həmin kütlələr elektron tərəzidə çəkilmiş, şəffaf rəngli sellofanın içərisində olan metamfetamin psixotrop maddəsinə bənzər 0.023 qram kütlə və ağ rəngli salfetqaya bükülmüş içərisində qurudulmuş marixuanaya bənzər 0.0108 qram kütlələr yenidən qablaşdırılıb möhürlənmişdir. (cild İ, iş vərəq 28-30) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 27 fevral 2025-ci il tarixli 234 nömrəli rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilən, üzərində “Təqsirləndirilən şəxs yük avtomobilindən götürülmüş metamfetamin psixotrop maddəsinə bənzər kütlə 1. imza Şahid1 2. imza Şahid2 3. imza Təqsirləndirilən şəxs Tərtib etdi: Təhqiqatçı, N.Babayev imza” yazıları olan və 02 yerdən “AZƏRBAYCAN RESPUBLİKASİ DİN NAXÇİVAN MR DİN NAXÇİVAN ŞƏHƏR POLİS İDARƏSİ ZƏRFLƏR ÜÇÜN” möhür əksi ilə nişanlanmış dördkünc kağız parçası yapışdırılmış 01 ədəd kağız zərfin içərisindəki 01 ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi - 0,490 qram olan ağ rəngli, kristal və tozşəkilli hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamindir. Metamfetamin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş, “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin siyahısına daxildir (İ Siyahı,İİ bənd, sıra № 27). (cild İ, iş vərəq 52-53) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 27 fevral 2025-ci il tarixli 235 nömrəli rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilən, üzərində “Təqsirləndirilən şəxs avtomobilindən götürülmüş marixuana narkotik vasitəsinə bənzər kütlə
1. imza Şahid1 2. imza Şahid2 3. imza Təqsirləndirilən şəxs Tərtib etdi: Təhqiqatçı, N.Babayev imza” yazıları olan və 02 yerdən “AZƏRBAYCAN RESPUBLİKASİ DİN NAXÇİVAN MR DİN NAXÇİVAN ŞƏHƏR POLİS İDARƏSİ ZƏRFLƏR ÜÇÜN” möhür əksi ilə nişanlanmış dördkünc kağız parçası yapışdırılmış 01 ədəd kağız zərfin içərisindəki 01 ədəd salfet kağızı bükümündə təmiz çəkisi - 2,140 qram olan tünd-yaşıl rəngli, spesifik iyli, bitki mənşəli kütlə narkotik təbiətli çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Marixuana 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərasizində dövriyyəsi qadağan edilən narkotik vasitələrin siyahısına daxildir (İ siyahı İ bənd sıra №146). (cild İ, iş vərəq 57-58) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 27 fevral 2025-ci il tarixli pasporta baxış keçirilməsi haqqında protokoldan görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs məxsus olan C00016167 nömrəli pasporta baxış keçirilərkən müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə Biləsuvar rayonu ərazisindən X10 daxil olmuşdur. xx.xx.2025-ci il tarixdə isə Culfa rayonu ərazisindən Dövlət Sərhəddini keçərək Naxçıvan Muxtar Respublikasına daxil olmuşdur. (cild İ, iş vərəq 68) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 28 fevral 2025-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 206.2 və 234.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ona həmin maddə ilə ittiham elan edilmişdir. (cild İ, iş vərəq 73-75) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Naxçıvan Şəhər Məhkəməsinin 4(078)-11/2025 nömrəli, 28 fevral 2025-ci il tarixli qərarından görünür ki, Naxçıvan Şəhər Polis İdarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2 və 234.1-ci maddələri ilə istintaq olunan ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə vəsatət verən X3 vəsatəti təmin edilmiş, təqsirləndirilən şəxs xx.xx.1996-cı il tarixdə Naxçıvan şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, yük avtomobili sürücüsü işləyən, deməsinə görə əvvəllər məhkumluğu olmayan, ünvan 4 ünvanında qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsdə saxlama müddəti 3 (üç) ay müəyyən edilmiş, həbsdə saxlama müddətinin əvvəlinin 26 fevral 2025-ci il tarixdən hesablanması qərara alınmışdır. (cild İ, iş vərəq 98-103) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 01 mart 2025-ci il tarixli maddi sübut kimi tanıma haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs avtomobilindən aşkar olunaraq götürülmüş və təmiz çəkisi 0,490 qram olan psixotrop maddə metanfetamin və 2,140 qram olan qurudulmuş marixuana göstərilən cinayət işi üzrə maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,440 qram psixotrop maddə metanfetamin və 2,090 qram qurudulmuş marixuana müvafiq məhkəmənin yekun qərarınadək Naxçıvan Şəhər Polis İdarəsinin məsul maddi sübutların saxlanılması otağına təhvil verilmiş və ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs üzərində və avtomobilində yoxlama aparılan zaman çəkilmiş videogörüntünün köçürüldüyü 1 ədəd DVD-R formatlı disk maddi sübut kimi tanınmış və həmin diskin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınmışdır. (cild İ, iş vərəq 104-105) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi Y.Budaqov adına Naxçıvan MR X5 tərəfindən verilmiş 26 mart 2025-ci il tarixli məktubda qeyd olunmuşdur ki, ünvan 1 ünvanda qeydiyyatda olan və yaşayan xx.xx.1996-cı il təvəllüdlü Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdən narkomaniyaya görə dispanserdə profilaktik qeydiyyatdadır. (cild İ, iş vərəq 121) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Y.Budaqov adına Naxçıvan MR X5 tərəfindən verilmiş 08 aprel 2025-ci il tarixli, 167 saylı rəydə qeyd olunmuşdur ki, Təqsirləndirilən şəxs hadisədən əvvəl, hadisə vaxtı və hadisədən sonra hansı psixi vəziyyətində patologiya olmamışdır. Təqsirləndirilən şəxs hal-hazırda öz hərəkətlərini ölçübbiçmək və qiymət vermək iqtidarına malikdir və məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs hərəkətləri hadisəni törədən anda və hal-hazırda Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. (cild İ, iş vərəq 143-146) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Y.Budaqov adına Naxçıvan MR X5 tərəfindən verilmiş 08 aprel 2025-ci il tarixli, 168 saylı rəydə qeyd olunmuşdur ki, Təqsirləndirilən şəxs narkotik vasitə istifadəçisidir. Təqsirləndirilən şəxs kananabinoid narkomaniyası xəstəliyindən əzab çəkir və məcburi müalicəyə ehtiyacı yoxdur. (cild İ, iş vərəq 147-150) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyinin Naxçıvan şəhər Polis İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (cild İ, iş vərəq 136) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilən Naxçıvan Şəhər İcra Hakimiyyəti 2 nömrəli İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəlik tərəfindən verilmiş 25 aprel 2025-ci il tarixli, 564 nömrəli arayışdan görünür ki, Həsənli X6 şəhəri, M.Mirişli, ev 2 ünvanında qeydiyyatdadır. (cild İ, iş vərəq 160) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilən Naxçıvan Şəhər İcra Hakimiyyəti 2 nömrəli İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəlik tərəfindən verilmiş 25 aprel 2025-ci il tarixli, 565 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs atası X9, anası X8 və qardaşı X13 adlı ailə üzvləri var.(cild İ, iş vərəq 159) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilən Naxçıvan Şəhər İcra Hakimiyyəti 2 nömrəli İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədə Təqsirləndirilən şəxs xx.xx.1996-cı ildə Naxçıvan MR Naxçıvan şəhərində anadan olduğu, Təqsirləndirilən şəxs ərazidə yaşadığı müddətdə qonşularla səmimi olduğu, onların xeyir-şər işlərində daim yaxından iştirak etdiyi, köməklik göstərdiyi, barəsində qonşular tərəfindən heç bir şikayət olmadığı, özü və ailəsi barəsində nümayəndəlik tərəfindən bir şikayət olmadığı, orta təhsilli və subay olduğu qeyd edilmişdir. (cild İ, iş vərəq 158) İş üçün əhəmiyyətli olduğundan 26 fevral 2025-ci il tarixli video-görüntülərin köçürüldüyü DVD-yə Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi1 iştirakları ilə məhkəmə istintaqı zamanı baxış keçirilmiş və baxış zamanı DVD-də qeydə alınmış videogörüntünün 42 dəqiqə 29 saniyə olduğu müəyyən edildi və məlum oldu ki, video çəkilişlə iştirak edən şəxslər barəsində məlumat verildikdən sonra Təqsirləndirilən şəxs ** BX *** dövlət qeydiyyat nömrəli yük avtomobilini idarə edərkən saxlanılır, Təqsirləndirilən şəxs əməliyyat tədbirinin keçirilməsinə dair qərar və hüquq və vəzifələrinə dair bildiriş təqdim edilir, şəxsin paltarında, əşyalarında və ya bədənində narkotik vasitənin, psixotrop maddələrin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və ya sənədlər varsə təqdim etməsi təklif edilir, bu təklifdən sonra Təqsirləndirilən şəxs üzərində narkotik vasitə və psixotrop maddələrin olmadığını bildirir, polis əməkdaşları tərəfindən üzərinə baxış keçirilir, onun üzərindən hər hansı narkotik maddə və ya qanunsuz predmet aşkar olunmur, daha sonra Təqsirləndirilən şəxs idarə etdiyi “Mercedes benz” markalı, ** BX *** nömrəli yük nəqliyyat vasitəsində narkotik vasitə və ya psixotrop maddəni gizlətməsi ehtimal edildiyi üçün həmin avtomobilin ön hissəsinə polis əməkdaşları tərəfindən baxış keçirilir, baxış zamanı avtomobilin ön hissəsindən sürücü tərəfdən sağ istiqamətdə üst cibdən ağ salfetkaya bükülmüş, içərisində qurudulmuş marixuanaya bənzər büküm aşkar edilir, ondan soruşduqda bunun marixuana olduğunu, istifadə etmədiyini, İrandan aldığını bildirir, daha sonra axtarış davam etdirilir, Təqsirləndirilən şəxs dəfələrlə başqa narkotik vasitə, psixotrop maddə varsa könüllü təqdim etməsi bildirilir, o, başqa heç bir maddə olmadığını bildirir, daha sonra sürücü tərəfdən sağ istiqamətdə aşağı cibdə pulqabının içərisində, içərisində metamfetamin psixotrop maddəsinə bənzər şəffaf rəngli, kristal formalı büküm aşkar olunur, Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq maddələri öz istifadəsi üçün aldığını, İrandan tanımadığı şəxsdən aldığını, özünün satmaq kimi işlərlə məşğul olmadığını, bunun kişiliyinə yaraşmayacağını, ikisinə birlikdə 15 manat pul verdiyini bildirir, daha sonra aşkar edilmiş ağ salfetkaya bükülmüş, içərisində qurudulmuş marixuanaya bənzər bükümün salfetka ilə birlikdə ümumi çəkisi 0.108 qram, salfetkasız isə 0.070 qram gəlir, daha sonra içərisində metamfetamin psixotrop maddəsinə bənzər şəffaf rəngli, kristal formalı bükümün ümumi çəkisi 0.023 qram gəlir, sonra həmin aşkar olunmuş bir ədəd qurudulmuş marixuanaya bənzər kütlə və bir ədəd metamfetamin psixotrop maddəsinə bənzər kütlə bir ədəd ağ rəngli zərfin içərisinə qoyulur, möhürlənir, video-çəkiliş zamanı iştirak edən şəxslərin iştirakı ilə üzəri iştirakçılar tərəfindən imzalanır. İş üçün əhəmiyyətli olduğundan 26 fevral 2025-ci il tarixli video-görüntülərin köçürüldüyü DVD-yə Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi1 iştirakları ilə məhkəmə istintaqı zamanı baxış keçirilmiş və baxış zamanı DVD-də qeydə alınmış videogörüntünün 15 dəqiqə 18 saniyə olduğu müəyyən edildi və məlum oldu ki, video çəkilişlə iştirak edən şəxslər barəsində məlumat verildikdən sonra təqdim olunan 01 (bir) ədəd ağ rəngli zərfə baxış keçirilir, həmin zərfin içərisinə baxıldıqda Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilin üst bardaçokundan götürülmüş ağ rəngli salfetkaya bükülmüş içərisində qurudulmuş marixuanaya bənzər və həmin yerdə aşağı bardaçokda olan pul qabının içərisindən götürülmüş ağ rəngli kristal şəkilli metamfetamin psixotrop maddəsinə bənzər kütlələr olduğu görünür, həmin kütlələr elektron tərəzidə çəkilir, şəffaf rəngli sellofanın içərisində olan metamfetamin psixotrop maddəsinə bənzər kütlə 0.023 qram və ağ rəngli salfetkaya bükülmüş içərisində qurudulmuş marixuanaya bənzər kütlə 0.108 qram gəlir, sonra həmin metamfetamin psixotrop maddəsinə bənzər kütlə və qurudulmuş marixuanaya bənzər kütlə təkrar ayrı-ayrılıqda bir ədəd kağız zərfə qoyulur, möhürlənir, video-çəkiliş zamanı iştirak edən şəxslərin iştirakı ilə üzəri iştirakçılar tərəfindən imzalanır. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən- hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “X7 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmək, həmin sübutları mübahisələndirmək imkanına malik olmuşdur. Təqsirləndirilən şəxsin əleyhinə olan sübutlara etiraz etmək və onları mübahisələndirmək üçün məhkəmə prosesində ona imkan yaradılmışdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə baxış iclasında təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi1 məhkəməyə vəsatət təqdim edərək qeyd etmişdir ki, müdafiəçisi olduğu Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 206.2 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinin ibtidai istintaqı zamanı Naxçıvan Şəhər Polis İdarəsinin İstintaq və Təhqiqat Şöbəsinin müstəntiqi Qasım İsmayıllı bir sıra pozuntulara yol vermişdir. Həmin pozuntuların aşkar edilməsində və bununla da birbaşa olaraq 234.1-ci maddənin tövsifdən xaric edilməsində İlqar Əliyevin əlavə şahid qismində məhkəməyə çağırılmasının əhəmiyyəti böyükdür. İbtidai istintaq zamanı yol verilmiş nöqsanları məhkəmənin diqqətinə çatdırır. Belə ki, 26 fevral 2025-ci il tarixdə tərtib olunmuş “Əməliyyat axtarış tədbirinin keçirilməsinə, şübhəli şəxsin üstünün yoxlanılmasına və avtomobilə baxış keçirilməsinə dair” protokola əsasən Təqsirləndirilən şəxs idarə etdiyi yük avtomobilindən çıxan metamfetaminə bənzər maddənin miqdarı 0,023 q, marixuanaya bənzər maddənin miqdarı isə 0,108 q olmuşdur. Eyni tarixli, Naxçıvan ŞPİ-nin İstintaq və Təhqiqat Şöbəsinin təhqiqatçısı Nicad Babayev tərəfindən tərtib olunmuş “Təqdim olunan əşyaya baxış keçirilməsi və götürmə haqqında” protokola əsasən metamfetamin və marixuanaya bənzər maddələr yenidən elektron tərəzidə çəkilərək təhvil alınmışdır. Bu zaman metamfetaminə bənzər maddənin miqdarının yenə 0,023 q, marixuanaya bənzər maddənin miqdarının isə 0,0108 q olduğu protokolda öz əksini tapmışdır. NMR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 27 fevral 2025-ci il tarixli 234 və 235 nömrəli rəylərində müvafiq olaraq təmiz çəkisi 0,490 q olan ağ rəngli, kristal və tozşəkilli hissəciklərdən ibarət maddənin kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin olduğu, təmiz çəkisi 2,140 q olan tünd yaşıl rəngli, spesifik iyli, bitki mənşəli kütlənin isə marixuana olduğu qeyd olunmuşdur. Maddələrin miqdarında aşkar olunan ziddiyyəti aradan qaldırmaq üçün X11 27 fevral 2025-ci il tarixdə “Narkotik vasitə və psixotrop maddənin çəkisinin müəyyən edilməsi haqqında” akt tərtib edərək iki istintaq hərəkətinin heç birində iştirak etmədiyi halda hər iki istintaq hərəkətinin həyata keçirilməsi zamanı elektron tərəzinin “unsiya” ölçü vahidində olduğunu, Təqsirləndirilən şəxs idarə etdiyi yük avtomobilindən aşkarlanaraq götürülən metamfetamin və marixuananın əsl miqdarının ekspertiza rəyində olduğu kimi 0,490 və 2,140 q olduğunu qeyd etmişdir. Bunlar müstəntiqin daxili təxəyyülününmü məhsuludur?! O bu qənaətə necə gəlmişdir?! Sual yaranır ki, hər iki protokolun önəminin danılmaz olduğu “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair” cinayət işinin ibtidai istintaqı zamanı həmin protokollardakı narkotik vasitə və psixotrop maddələrin miqdarının aktla düzəldilməsi cinayət prosessual qanunvericiliyə nə dərəcədə uyğundur? Belə bir aktı, niyə sözügedən protokolları tərtib edən şəxslər yox, məhz Qasım İsmayıllı tərtib edib? Aktın tərtib olunmasında təqsirləndirilən şəxsin iştirak etməməsi, onun baş verənlərdən bixəbər olması isə bir müdafiəçi olaraq onda sadəcə olaraq təəccüb və məyusluq doğurur. Sözügedən aktın iştirakçılarından biri heç bir prosessual statusu olmayan, şəxsiyyəti müəyyən edilməyən zərgər İlqar Əliyevdir. X27 mütəxəssis kimi dəvət olunmuşdursa, niyə həmin qisimdə tanınmamış, onun bu sahədə biliyini təsdiq edən hər hansı sertifikat, diplom və s. iş materiallarına əlavə edilməmişdir? X23 bir unsiyanın 31.1 qrama bərabər olduğunu və maddələrin miqdarının həmin nisbətdə hesablanmalı olduğunu bildirməsi qeyd olunmuşdur. Maraqlıdır ki, X11 unsiyanın 31.1 qrama bərabər olması iddiasını ilkin aşkar olunan rəqəmləri 31.1-ə vurduqda yenə də ekspertiza rəyindəki miqdarlar alınmadığı halda (0,023x31.1=0,7153 q metamfetamin; 0,108x31.1=3,3588 marixuana) düzgün qəbul etmiş, aktı cinayət işinin materiallarına əlavə etmiş, hətta sübutların qiymətləndirilməsi haqqında qərarda nümayişkaranə şəkildə vurğulamışdır ki, 26 fevral 2025-ci il tarixdə tərtib olunmuş “Əməliyyat axtarış tədbirinin keçirilməsinə, şübhəli şəxsin üstünün yoxlanılmasına və avtomobilə baxış keçirilməsinə dair” protokola əsasən metamfetaminin miqdarı 0,490 q, marixuananın miqdarı isə 2,140 q-dır. Halbuki protokollarda bu rəqəmlər qeyd olunmamışdır. Digər tərəfdən əməliyyat axtarış tədbirinin keçirilməsi, şübhəli şəxsin üstünün yoxlanılması və avtomobilə baxış keçirilməsi istintaq hərəkətinin videosunun köçürüldüyü CD-ə baxış keçirildikə görmək mümkündür ki, (38:53-cü dəqiqə) ekranda 0,023 rəqəmi yazılmış, tərəzinin unsiya ölçü vahidində olduğunu göstərən hər hansı bir göstərici olmamışdır. Bütün bunlar onu deməyə əsas verir ki, Təqsirləndirilən şəxs idarə etdiyi yük avtomobilindən aşkarlanan metamfetamin və marixuananın müvafiq olaraq əsl miqdarı “Əməliyyat axtarış tədbirinin keçirilməsinə, şübhəli şəxsin üstünün yoxlanılmasına və avtomobilə baxış keçirilməsinə dair” və “Təqdim olunan əşyaya baxış keçirilməsi və götürmə haqqında” protokollarında olduğu kimi 0,023 q və 0,108 q-dır. Aşkarlanaraq götürülən həmin miqdarlar Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan xeyli miqdardan az olduğundan təqsirləndirilən şəxsin əməlindən 234.1-ci maddə çıxarılaraq tövsif dəyişdirilməlidir. X11 nə “şübhəli şəxsin üstünün yoxlanılması və avtomobilə baxış keçirilməsi”, nə də “təqdim olunan əşyaya baxış keçirilməsi və götürmə” istintaq hərəkətlərində iştirak etdiyindən elektron tərəzinin unsiya ölçü vahidində olması əsası ilə “Narkotik vasitə və psixotrop maddənin çəkisinin müəyyən edilməsi haqqında” akt tərtib etməsi yuxarıda sadalanan hala aiddir. Bununla da sözügedən aktın və onunla düzgünlüyü təsdiq edilmiş ekspertiza rəylərinin (maddələrin miqdarına münasibətdə) heç bir hüquqi qüvvəsi yoxdur. Yuxarıda sadalananları nəzərə alaraq Cinayət-Prosessual Məcəllənin 318.1 və 323.1.2-ci maddələrini rəhbər tutaraq, məhkəmədən Cinayət Məcəlləsinin 206.2 və 234.1-ci maddələri ilə Təqsirləndirilən şəxs əməlindən 234.1-ci maddənin çıxarılaraq tövsifin dəyişdirilməsini və X11 tərəfindən tərtib olunmuş “Narkotik vasitə və psixotrop maddənin çəkisinin müəyyən edilməsi haqqında” aktın iştirakçılarından biri kimi tanınan İlqar Əliyev məhkəməyə əlavə şahid qismində çağırılmasını xahiş etmişdir. Məhkəmə təqsirləndirilən şəxsin müdafiəçisinin 26 fevral 2025-ci il tarixdə tərtib olunmuş “Əməliyyat axtarış tədbirinin keçirilməsinə, şübhəli şəxsin üstünün yoxlanılmasına və avtomobilə baxış keçirilməsinə dair” protokola əsasən Təqsirləndirilən şəxs idarə etdiyi yük avtomobilindən çıxan metamfetaminə bənzər maddənin miqdarının 0,023 qram və marixuanaya bənzər maddənin miqdarının isə 0,108 qram olduğunu, daha sonra NMR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 27 fevral 2025-ci il tarixli 234 və 235 nömrəli rəylərində müvafiq olaraq ağ rəngli, kristal və tozşəkilli hissəciklərdən ibarət maddənin kustar üsulla hazırlanmış psixotrop maddə metamfetaminin təmiz çəkisi 0,490 qram olduğunun və tünd yaşıl rəngli, spesifik iyli, bitki mənşəli kütlənin isə marixuananın isə təmiz çəkisinin 2,140 qram olduğunun qeyd olunduğunu, narkotik maddənin və psixotrop maddənin çəkisində ziddiyyətli məqamlar olduğunu, bu səbəbdən “Əməliyyat axtarış tədbirinin keçirilməsinə, şübhəli şəxsin üstünün yoxlanılmasına və avtomobilə baxış keçirilməsinə dair” protokolda göstərilən çəkilərin nəzərə alınaraq Təqsirləndirilən şəxs əməlindən 234.1-ci maddənin çıxarılaraq tövsifin dəyişdirilməsini qeyd etməsinə münasibətdə məhkəmə aşağıdakıları qeyd edir. Belə ki, iş materiallarında olan narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının məhkəmə ekspertizasının aparılması zamanı maddi sübutların qəbul edilməsi, tədqiqat üçün nümunələrin götürülməsi və qalan kütlənin geri qaytarılmasına dair 26 fevral 2025-ci il tarixli aktdan görünür ki, 01 ədəd kağız zərfin içərisindəki 01 ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi - 0,490 qram olan ağ rəngli, kristal və tozşəkilli hissəciklərdən ibarət maddə “CAS ME-410” “R-AMİN” markalı elektron tərəzidə çəkilmiş, 0.490 qram maddə xx.xx.0205-ci il tarixdə saat 17:00-da qəbul olunmuş, 0,05 qram nümunə götürülmüş, 0.440 qram maddə xx.xx.2025-ci il tarixdə saat 15:00-da geri qaytarılmışdır. Həmin akt Nicad Babayev, Zəka Qurbanov və Ziyafət Məmmədov tərəfindən təsdiq edilmişdir. Cinayət işinin materiallarından görünür ki, ekspertə bilə-bilə yalan rəy verməyə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 297-ci maddəsində nəzərdə tutulmuş məsuliyyət barədə xəbərdarlıq edilmiş və ondan iltizam alınmışdır. Göstərilənlərə əsasən məhkəmə belə qeyd edir ki, ekspert tərtib etdiyi rəyə münasibətdə birbaşa məsuliyyət daşıdığından və hazırda həmin rəydə qeyd edilənlərin düzgünlüyünü şübhə altına alacaq hər hansı fakt aşkar edilmədiyindən, ekspert rəylərində göstərilən çəkilər əsas götürülərək, məhkəmə tərəfindən əmələ qiymət verilməlidir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə də təqsirli hesab edilməli, onun əməlindən həmin maddə çıxarılmamalıdır. Həmçinin təqsirləndirilən şəxsin müdafiəçisinin marixuana və metamfetaminin miqdarının sonradan məlum olmayan şəraitdə artırıldığını, ibtidai istintaq orqanının əməkdaşlarının təqsirləndirilən şəxsə qarşı qərəzli, qeyri-obyektiv mövqedə olduqlarını bildirməsinə münasibətdə isə məhkəmə belə qeyd edir ki, təqsirləndirilən şəxsin idarə etdiyi nəqliyyat vasitəsinə baxış zamanı götürülmüş marixuana və metamfetaminə bənzər kütlələr içərisi boş olan 01 ədəd ağ kağız zərfdə qablaşdırılmış, üzəri möhürlənmiş və iştirakçılar, həmçinin təqsirləndirilən şəxs tərəfindən imzalanmışdır. Eyni qaydada həmin zərfə baxış keçirildikdən sonra da marixuana və metamfetaminə bənzər kütlələrin hər biri ayrı-ayrılıqda içərisi boş olan ağ kağız zərflərdə qablaşdırılmış, üzərləri möhürlənmiş və iştirakçılar, həmçinin təqsirləndirilən şəxs tərəfindən imzalanmışdır. Həmin marixuana və metamfetaminə bənzər kütlələrin miqdarının sonradan məlum olmayan şəraitdə artırıldığını təsdiq edən heç bir hal aşkarlanmamış, həmçinin məhkəmədə işin araşdırılması zamanı da elə bir fakt aşkar edilməmişdir. 2005-ci il 28 iyun tarixli 960-İİQ saylı Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya (xüsusi razılıq) tələb olunan prekursorların İ siyahısının 146-cı bəndinə görə marixuana (kannabis) Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitədir. 2005-ci il 28 iyun tarixli 960-İİQ saylı Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya (xüsusi razılıq) tələb olunan prekursorların İİ siyahısının 27-ci bəndinə görə metamfetamin Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddədir. 2005-ci il 28 iyun tarixli 961-İİQ saylı Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahıları”nın psixotrop maddələr üzrə İ siyahısının 109-cu bəndinə görə marixuana (kannabis) qurudulmuş xeyli miqdar (təmiz halda qramlarla) daxil olmaqla, aşağı həddi 5 qram təşkil edir. 2005-ci il 28 iyun tarixli 961-İİQ saylı Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahıları”nın psixotrop maddələr üzrə İİ siyahısının 118-ci bəndinə görə metamfetaminin xeyli miqdar (təmiz halda qramlarla) daxil olmaqla, aşağı həddi 0.15 qram təşkil edir. Həmçinin məhkəmə onu da qeyd edir ki, məhkəmə iclasında Təqsirləndirilən şəxs narkotik vasitəni və psixotrop maddəni Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli keçirmədiyini, Azərbaycan Respublikasının ərazisində əldə etdiyini bildirmişdir. Bu səbəbdən də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Təqsirləndirilən şəxs istifadəsində olmuş +**********777 mobil nömrəsinə və +**********16 mobil nömrəsinə 26 fevral 2025-ci il tarixdə daxil olan-çıxan zənglərin, smslərin (mətnləri göstərilməklə) siyahıları və göstərilən tarixlər üçün həmin nömrənin anten məlumatlarının "xxxx" MMC-dən və "xxxx" MMC-dən götürülməsi barədə qərar qəbul edilmiş, daxil olmuş məlumatlara baxış keçirilmiş və Təqsirləndirilən şəxs qeyd etdiyi faktlar öz təsdiqini tapmamışdır. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı özünü təqsirli saymasına baxmayaraq məhkəmə istintaqı zamanı özünü təqsirsiz sayması ilə bağlı verdiyi ifadələri özünü müdafiə xarakterli ifadələr hesab edir. Məhkəmə hökmü haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli Qərarının 25-ci bəndinə əsasən təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki, Azərbaycan Respublikası CPM-in 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4- ci maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Odur ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıbqaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıb-yoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Məhkəmə istintaqı zamanı iş araşıdırlarkən təqsirləndirilən şəxsin və ya onun müdafiəçisinin ibtidai istintaq orqanının qərarından və ya hərəkətindən şikayət verməsi halı aşkar edilməmişdir. Bununla da məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin təqsirsiz sayılması ilə bağlı verdiyi ifadələr özünü müdafiə xarakterlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olubolmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikası cinayət-prosessual qanunvericiliyi müəyyən edir (Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 1.1-ci maddəsi). Hər hansı məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız Cinayət-Prosessual Məcəlləsində (bundan sonra - CPM) göstərilən məsələlər hakim tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin həmin məsələlərin dairəsini müəyyənləşdirən 346.1-ci maddəsinə görə müzakirə edilməsi mütləq olan məsələlərdən biri də təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittiham elan edildiyi cinayətin əlamətlərinə uyğun olub-olmamasıdır. Məhkəmə hökmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmin şəxsin gələcək taleyini həll etdiyi üçün prosessual qanunvericilik onunla bağlı konkret tələblər irəli sürür. Cinayət-prosessual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 349.3., 349.4., 349.5-ci maddələri). Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq məhkəmə hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Beləliklə məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs ittihamda qeyd olunan əməlləri törətməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, güclü təsir edən, zəhərli, zəhərləyici, radioaktiv, partlayıcı maddələrin və qurğuların, hərbi silahın və texnikanın, (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla) odlu silah və yaxud döyüş sursatının, nüvə, kimyəvi, bioloji və digər kütləvi qırğın silahlarının, kütləvi qırğın silahlarının hazırlanmasında istifadə oluna bilən və Azərbaycan Respublikası gömrük sərhədindən keçirilməsinin xüsusi qaydaları müəyyən edilmiş materialların və avadanlıqların, Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilməsi üçün müvafiq qaydalar müəyyən edilmiş strateji əhəmiyyətli xammalın, mədəni, tarixi və ya arxeoloji sərvət olan əşyaların Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli, yaxud sənədlərdən və ya gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə, yaxud bəyan etməməklə və ya düzgün bəyan etməməklə keçirilməsi üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci və 234.1-ci maddələri ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 nömrəli qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Göstərilən maddənin məzmunundan göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. Sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş olsun, bununla sosial balans pozulmuş olsun və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə təqsirləndirilən şəxsin əməlindən peşman olmasını, ilk dəfə cinayət əməli törətməsini cəzanı yüngülləşdirici hal kimi nəzərə alır. Məhkəmə, qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilən zaman CM-in 58 və 59cu maddələrinin tələbləri nəzərə alınmalıdır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində qeyd edilən cəzanı ağırlaşdıran halların olmaması müəyyən edilmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci və 234.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətdiyindən, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə nəzərdə tutulmuş iki cinayəti törətdiyindən və həmin cinayətlərin heç birinə görə məhkum olunmadığından ona cinayətlərin məcmusu üzrə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 17.1-ci maddəsinə əsasən bu Məcəllənin müxtəlif maddələri ilə nəzərdə tutulmuş iki və ya daha çox cinayətin törədilməsi, həmin cinayətləri törətmiş şəxs onlardan heç birinə görə məhkum olunmamışdırsa və ya qanunla müəyyən edilmiş əsaslar üzrə cinayət məsuliyyətindən azad edilməmişdirsə, habelə bu cinayətlərdən heç birinə görə cinayət məsuliyyətinə cəlbetmə müddəti keçməmişdirsə, cinayətlərin məcmusunu yaradır. Həmin Məcəllənin 17.3-cü maddəsinə əsasən şəxs bu Məcəllənin müvafiq maddələrinə uyğun olaraq cinayətlərin məcmusunu yaradan hər cinayətə görə cinayət məsuliyyətinə cəlb edilir. Həmin Məcəllənin 66.1-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. Həmin Məcəllənin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrıayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Qanunvericiliyin qeyd olunan normalarını nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci maddəsi ilə 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, həmçinin Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 07 (yeddi) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilməli və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci maddəsi ilə Təqsirləndirilən şəxs təyin edilmiş 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ona təyin edilmiş 07 (yeddi) ay müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanmaqla ona 03 (üç) il 4 (dörd) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. İş materiallarında olan Naxçıvan Şəhər Məhkəməsinin 4(078)-11/2025 nömrəli, 28 fevral 2025-ci il tarixli qərarından Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi, həbsdə saxlama müddətinin əvvəlinin isə onun tutulduğu vaxtdan - 26 fevral 2025ci il tarixdən hesablanması görünür. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməsinin əvvəli onun faktiki azadlığının məhdudlaşdırıldığı vaxtdan yəni şübhəli şəxs qismində tutulduğu 26 fevral 2025-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Ona görə də Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən olunmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 353.4.12-ci maddəsinə görə, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində hökm qanuni qüvvəyə minənədək məhkumun barəsində seçilmiş qətimkan tədbirinin həlli göstərilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 175.5-ci maddəsinə əsasən müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. Qeyd edilən prosessual hüquq normalarının tələbləri baxımından məhkəmə bildirir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri onun barəsində hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1 və 132.1.4-cü maddələrinin tələbinə görə mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli Qərarında qeyd olunmuşdur ki, “Narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları ilə bağlı, o cümlədən güclü təsir edən və zəhərli maddələr üzrə cinayət işlərində maddi sübutların məsələsi həll edilərkən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 6 oktyabr tarixli 181 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq müsadirə edilmiş narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının məhv edilməsi Qaydası”na və “Qanunsuz dövriyyədən Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq müsadirə edilmiş, lakin dərman preparatları şəklində olduğuna və tibbi məqsədlərlə istifadə oluna biləcəyinə görə məhv edilməsi məqsədəuyğun olmayan narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi üçün təhvil verilməsi Qaydası”na uyğun olaraq məhkəmələr onların məhv edilməsini və ya tibbi məqsədlər üçün istifadəyə yararlı olan narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə verilməsini hökmdə mütləq göstərməlidirlər və bu işlər üzrə hökmlərin icrası haqqında sənədlərin işə əlavə olunması təmin edilməlidir”. Məhkəmə belə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınan və Naxçıvan Şəhər Polis İdarəsinin maddi sübutların saxlanc otağında saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,440 qram psixotrop maddə olan metamfetamin və 2,090 qram narkotik vasitə olan qurudulmuş marixuana müsadirə olunmalı və hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməli, məhv etmə komissiya tərəfindən həyata keçirilməlidir. Cinayət işində olan Təqsirləndirilən şəxs məxsus 01 ədəd C00016167 nömrəli pasport hökm qanuni qüvvəsini aldıqdan sonra Təqsirləndirilən şəxs qaytarılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1 və 197.1.4-cü maddələrinə əsasən 197.1.4. mütəxəssisə, ekspertə ödənilməli haqlar və tərcüməçiyə ödəniş haqqı kimi verilməli olan məbləğ məhkəmə məsrəflərinə aiddir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən Bu Məcəllənin 197.1.1, 197.1.2, 197.1.4, 197.1.5-1, 197.1.5-2, 197.1.6—197.1.9cu maddələrində sadalanan məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. Məhkəmə belə nəticəyə gəlir ki, iş üzrə məhkəmə məsrəfləri olan məhkəmə kimyəvi ekspertizası tədqiqatının dəyəri olan 90.00 (doxsan manat sıfır qəpik) manat və məhkəmə bioloji ekspertizasının dəyəri olan 90.00 (doxsan manat sıfır qəpik) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Cinayət işi üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli olan əmlakı məhkəmə tərəfindən müəyyən edilməmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə
h ö k m e t d i:
Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci maddəsi ilə təqsirli bilinsin və ona 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Həmçinin Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinsin və ona 07 (yeddi) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci maddəsi ilə Təqsirləndirilən şəxs təyin edilmiş 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ona təyin edilmiş 07 (yeddi) ay müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanmaqla ona 03 (üç) il 4 (dörd) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 26 fevral 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Cinayət işi üzrə maddi sübut olan Naxçıvan Şəhər Polis İdarəsinin maddi sübutların saxlanc otağında saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,440 qram psixotrop maddə olan metamfetamin və 2,090 qram narkotik vasitə olan qurudulmuş marixuana müsadirə olunsun və hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Məhv etmə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 32-ci maddəsinə əsasən yaradılmış komissiya tərəfindən həyata keçirilsin. Cinayət işində olan Təqsirləndirilən şəxs məxsus 01 ədəd C00016167 nömrəli pasport hökm qanuni qüvvəsini aldıqdan sonra Təqsirləndirilən şəxs qaytarılsın. Məhkəmə kimyəvi ekspertizası tədqiqatının dəyəri olan 90.00 (doxsan manat sıfır qəpik) manat və məhkəmə bioloji ekspertizasının dəyəri olan 90.00 (doxsan manat sıfır qəpik) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, Hesab: AZ21NABZ********************, Müxbir hesab: AZ88NABZ**********00********) köçürülsün. Hökmdən elan olunduğu, həbsdə saxlanılan təqsirləndirilən şəxsə isə təqdim edildiyi andan 20 gün müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Hakim: Gülsüm Əliyeva.