Azərbaycan Respublikası adından HÖKM Naxçıvan şəhəri İş № 1(078)-48/2023 08.12.2023 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Məmmədov Qabil Neymət oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi, dövlət ittihamçısı Naxçıvan Мuxtar Respublikası Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin rəisi əvəzi, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi iştirakı ilə, xx.xx.1967-ci ildə Şərur rayonu, Zeyvə kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, 3 uşaq atası, orta təhsilli, işsiz, əvvəllər Azərbaycan Respublikası (xx.xx.2000-ci ilədək qüvvədə olan) CM-in 226-cı maddəsinin 2-ci hissəsində nəzərdə tutulmuş cinayət əməlini törətdiyinə görə xx.xx.1995-ci il tarixdə Bakı Şəhər Məhkəməsinin hökmü ilə 9 il müddətinə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətdiyinə görə xx.xx.2015-ci il tarixdə Bakı şəhəri, Sabunçu Rayon Məhkəməsinin hökmü ilə 2 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Şərur rayonu, Zeyvə kəndində yaşamış, Naxçıvan Şəhər Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilərək, hazırda Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 315-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə baxışı iclasında baxaraq müəyyən etdi: Məhkəmə İstintaqı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs 17 iyun 2023cü il tarixdə saat 22:35-da Naxçıvan şəhəri, Babək məhəlləsində yerləşən Billur şadlıq sarayında keçirilən qardaşı oğlunun toy şənliyində iştirak etmiş, toyda qohumları arasında başlayan mübahisə restoranın həyətində də davam etdiyindən Naxçıvan Şəhər Polis İdarəsinin 1 saylı polis bölməsinin cinayət axtarış üzrə əməliyyat müvəkkili Zərərçəkmiş şəxs digər polis əməkdaşları Şahid2 və Şahid1la birlikdə Billur şadlıq sarayına gəlmiş, sonradan post patrul xidmətinin əməkdaşları da xidməti avtomobillə gəlmiş, polis əməkdaşları mübahisəni sonlandırmaq və tədbir görmək məqsədilə mübahisə edən şəxsləri polis bölməsinə aparmaq istəyərkən həmin vaxt Təqsirləndirilən şəxs sərxoş vəziyyətdə Zərərçəkmiş şəxs polis əməkdaşı olduğunu bildiyi halda qəsdən onun sifət nahiyəsinə bir yumruq zərbəsi vuraraq sonuncuya sağlamlığa dərəcəsi təyin edilməyən “üst dodağın selikli qişasında qançırı” xəsarəti yetirməklə xidməti vəzifələrini yerinə yetirən hakimiyyət nümayəndəsi olan polis əməkdaşı Zərərçəkmiş şəxs xidməti vəzifələrini yerinə yetirərkən qəsdən zor tətbiq etməklə qəsdən müqavimət göstərmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 315-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 315-ci maddəsi ilə elan edilmiş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə Naxçıvan şəhərində Billur şadlıq sarayında qardaşı oğlunun toyunda spirtli içki qəbul etmiş, qardaşı oğlu Kamran ilə bacısı oğlu Arazın mahnı dəyişmək üstündə mübahisələri yaranmış, həmin vaxt Arazla Kamran çölə çıxaraq restoranın həyətində yenə də mübahisə etmişlər. Qısa müddət sonra polis əməkdaşları gəlmiş, hadisə yerinə gələnlərin polis əməkdaşı olduqlarını bilmiş, polis əməkdaşları mübahisənin qarşısını almaq istəmişlər. Toyda dava düşməsini istəməmiş, Kamranla Araz mübahisə edən zaman sadəcə aralamaq üçün qarşılarına keçmiş, özü mübahisə etməmiş, polis əməkdaşlarına özü və kimsə tərəfindən xəsarət yetirilməmiş, polis əməkdaşı Zərərçəkmiş şəxs və başqa şəxsə yumruq atmamış, Zərərçəkmiş şəxs kiminsə vurduğunu görməmiş və eşitməmişdir. Sərxoş olduğundan tam olaraq hadisəni xatırlamadığını. Orada olan hadisənin cinayət hesab edildiyi halda üzr istədiyini. Bu halın olmasına görə peşman olduğunu. Ona yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 17 iyun 2023-cü il tarixdə xidmətdə olarkən iş yoldaşları Şahid1 və Şahid2la birlikdə Naxçıvan şəhəri Billur şadlıq sarayına gəlmiş, toyda mahnı sifarişi üstündə mübahisə yarandığı müəyyən edilmiş, özünü təqdim edərək Naxçıvan Şəhər Polis İdarəsinin 1-ci polis bölməsinin əməkdaşı olduğunu bildirmişdir. Həmçinin Şahid1 özünü eyni qaydada təqdim etmiş, Şahid2 isə xidməti geyim formasında olmuş, baş verəcək hər hansı mübahisənin qarşısını almaq üçün restoranı nəzarətə götürmüşlər. Həmin vaxt post patrul xidmətinin əməkdaşları da xidməti avtomobillə hadisə yerinə gəlmişlər. Bundan sonra restoranda olan şəxslər həyətə çıxaraq səs-küy salmağa başlamış, buna görə “xahiş edirəm asayişi pozub səs-küy salmayın, mübahisəyə son qoymaq üçün bu qədər polis əməkdaşı gəlib. Sakit olun və hörmətsizlik etməyin” dedikdən sonra əvvəldən tanımadığı, sonradan Təqsirləndirilən şəxs olduğunu bildiyi şəxs sakitləşməmiş və daha da aqressiv şəkildə reaksiya vermişdir. Bunu görüb özünü polis əməkdaşı kimi bir daha təqdim etmiş, lakin Təqsirləndirilən şəxs “ne edim polissən” deyərək üzərinə gəlib sifət nahiyəsindən bir yumruq zərbəsi vurmuş, aldığı yumruq zərbəsindən üst dodağında qançır əmələ gəlmişdir. Təkrar Təqsirləndirilən şəxs “mən polis əməkdaşıyam və sizi tanımıram, mən asayişi qorumaq və mübahisəyə son qoymaq üçün hadisə yerinə gəlmişəm” deyəndən sonra Təqsirləndirilən şəxs yenə əsəbi halda üzərinə gələrək ona zor tətbiq etməklə müqavimət göstərmək istəsə də, digər şəxslər araya girmişdir. Təqsirləndirilən şəxs izahatının alınması ilə əlaqədar post patrul xidməti əməkdaşları avtomobilə mindirmək istəyəndə qolunu onların əlindən çıxaranda ayağı büdrəyərək yerə yıxılmış, onda xəsarətlər əmələ gəlmişdir. Hazırda Təqsirləndirilən şəxs bağışladığını, onun sərxoş olduğundan bu əməli törətdiyini, ondan şikayət və tələbinin olmadığını bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 Müzəffər oğlu ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə Naxçıvan şəhərində Billur şadlıq sarayında mahnı sifarişi üstündə bibisioğlu Şahid4lə aralarında mübahisə yaranmış, onları restorandan çölə çıxarmışlar. Restoranın həyətində xidməti geyim formasında və mülki geyimdə polis əməkdaşları, həmçinin post patrul ximəti əməkdaşları da gəlmişlər. Əmisi Təqsirləndirilən şəxs həyətin digər başında olmuş, orada polis əməkdaşı ilə mübahisə yaranmış, özü və Təqsirləndirilən şəxs polis bölməsinə aparılmış, sonradan bölmədə Təqsirləndirilən şəxs hadisə yerinə gələn sonradan adını öyrəndiyi polis əməkdaşı Məhəmmədə zor tətbiq edərək vurduğunu öyrənmişdir. Təqsirləndirilən şəxs polis əməkdaşı ilə mübahisə edən zaman çox uzaqda olduğu üçün heç nə görməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Naxçıvan Şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsinin cinayət axtarış üzrə əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə axşam saatlarında daxil olmuş məlumat əsasında iş yoldaşı Zərərçəkmiş şəxsla birlikdə Billur şadlıq sarayına hadisənin baş verdiyi yerə getmişlər. Həmçinin iş yoldaşları Şahid2 və post patrul xidməti əməkdaşları da orada olmuşlar. Zərərçəkmiş şəxs restoranın yol tərəfdən məhəccərin yanında olan və ucadan danışaraq səs-küy salan şəxslərin yanına getmiş, Zərərçəkmiş şəxs onları ictimai asayişi pozmamağa dəvət etdikdən sonra onların yanından uzaqlaşan vaxtı toyda iştirak edən, sonradan adını öyrəndiyi Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs üzərinə qaçaraq onun sifət nahiyyəsindən yumruqla vurmuş, Zərərçəkmiş şəxs zor tətbiq etməklə müqavimət göstərmiş, xidməti vəzifələrini yerinə yetirməyə mane olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Naxçıvan Şəhər Polis İdarəsinin polis sahə inspektoru vəzifəsində işləyən Şahid2 ifadəsində bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə 1 saylı polis bölməsində əməliyyat istintaq qrupunda olmuş, daxil olmuş məlumat əsasında Şahid1 və Zərərçəkmiş şəxsla birlikdə Billur şadlıq sarayına getmişlər. Toyda mübahisə edən Kamran adlı şəxslə söhbət edən zaman Zərərçəkmiş şəxs ucadan danışaraq səs-küy salan digər iki nəfər şəxsə yaxınlaşmış, daha sonra oradan uzaqlaşmışdır. Həmin vaxt sonradan adını öyrəndiyi Təqsirləndirilən şəxs restoranın həyətindən qaçaraq Zərərçəkmiş şəxs üzərinə hücum çəkib onun sifət nahiyəsindən yumruqla vurduğunu görmüş, Təqsirləndirilən şəxs açıq-aşkar polis əməkdaşı olan Zərərçəkmiş şəxs zor tətbiq etməklə müqavimət göstərmiş, Zərərçəkmiş şəxs xidməti vəzifələrini yerinə yetirməsinə mane olmuşdur. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs vurandan sonra da onun üzərinə hücum çəkmiş, Təqsirləndirilən şəxs zərərsizləşdirmək üçün post patrul xidməti əməkdaşları onun hər iki qolundan tutub avtomobilə mindirmək istəyərkən Təqsirləndirilən şəxs qolunu onların əllərindən çıxaranda ayağı büdrədiyi üçün yerə yıxılmış, xəsarətlər almışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Naxçıvan Şəhər Polis İdarəsində post patrul bölüyündə manqa komandiri vəzifəsində işləyən Şahid3 ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə axşam saatlarında xidmətdə olan zaman daxil olmuş məlumat əsasında iş yoldaşı X3 ilə birlikdə Billur şadlıq sarayına getmişlər. Həmin vaxtı Zərərçəkmiş şəxs restoranın həyətində yerdə oturaraq görmüş, ondan niyə bu vəziyyətdə olduğunu soruşduqda toyda iştirak edən, səs-küy salan vətəndaşlardan birini asayişi pozmamağa dəvət edəndə özünü polis əməkdaşı kimi təqdim etdiyi halda qəflətən onu yumruqla vurduğunu və müqavimət göstərdiyini demişdir. Zərərçəkmiş şəxs göstərdiyi, sonradan Təqsirləndirilən şəxs olduğunu öyrəndiyi vətəndaşa yaxınlaşıb ondan polis əməkdaşına hansı səbəbə müqavimət göstərdiyini soruşanda Təqsirləndirilən şəxs daha da əsəbləşmiş, kənarda duran Zərərçəkmiş şəxs hücum çəkib onu vurmaq istəmiş, lakin onun qarşısını almışlar. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilərək tədqiq edilmiş Şahid4 ifadəsindən müəyyən edilir ki, Təqsirləndirilən şəxs mənim dayımdır. Zərərçəkmiş şəxs əvvəlcədən tanımırdım, onunla mənim aramda ədavət, düşmənçilik və qohumçuluq münasibəti yoxdur. Baş vermiş hadisəilə bağlı bildirirəm ki, dayı oğlum X2 Billur şadlıq sarayında toy şənliyi idi. Toya mənidə çağırmışdılar, mən hərbi qulluqçu olduğumdan işdən gec çıxdım, saat 20 radələrində toya çatdım, həmin vaxt hamı yeyib-içmişdir, yemək məclisi bitmək üzərə idi, hər kəs oynayırdı. Mən də oturub bir tikə yemək yedim. Sonra məni oynamağa dəvət etdilər. Dayılarım Maxsud, Damət, Qənimət və Kamranın atası Mənsim (el arasında Vaqif adı ilə tanınır) oynayırdılar. Bir-iki mahnı oynayandan sonra Kamran toyda mahnını kəsdi, məndə dönüb dedim ki, mahnını niyə kəsdin. Kamran da dedi bəsdir, bu qədər oynadın. Məndə dedim ki, atan, əmilərin oynayır, mahnını gərək kəsməyərdin. Kamran da qayıdıb mənə dedi ki, yaxşı eləmişəm. Ondan sonra Kamran başladı orada səs-küy salmağa, mən də kənara çəkildim. Həmin vaxt Kamran məni vurmadı, sadəcə səs küy oldu. Məndə çölə çıxdım. Mən takisyə mindim və şəhərdə kirayə yaşadığım evə getdim. Evə çatmamış, xalaoğlum Mahir mənə zəng vurub dedi ki, qayıtgəl, qonaqlardan apar. Məndə yoldan qayıtdım. Həmin vaxt Billur şadlıq sarayının qarşısında Damət və Məmməd durub söhbət edirdilər. Onlar sərxoşidilər. Həmin vaxt məndə Damətlə Məmmədə yaxınlaşdım və Damət dayıma dedim ki, gəl səni aparım. Damət dayıma nə qədər desəmdə, o gəlmədi. Məndə sonra taksiyə oturub getdim. Başqa olan hadisələrdən xəbərim yoxdur. Sonra eşitdim ki, Damət dayım, Məmməd və Kamran polis əməkdaşları ilə savaşıb və polislər tərəfindən tutulub. Mən toyda az iştirak etdim, sadəcə mübahisə düşdüyündən və hərbiçi olduğumdan hadisə yerində qalmadım və getdim. Mübahisənin səbəbini bilmirəm. Sadəcə geri qayıdıb dayım Daməti aparmaq istəyəndə Damət dayım Məmmədlə ucadan söhbət edirdilər. Damət dayım kefli idi, nəqədər desəmdə, Damət dayım gəlmədi, dedi ki, gəlmirik buradayıq. Sonra da takisyə oturub getdim. Başqa da heçnə bilmirəm. İş materiallarında olan: Məhkəmə-tibb ekspertinin xx.xx.2023-cü il tarixli, 703 nömrəli rəyinə əsasən, Zərərçəkmiş şəxs bədən səthində aşkar edilmiş “üst dodağın selikli qişasında qançır” xəsarəti küt əşyanın təsirindən yaranmışdır, bilavasitə sillə və yumruq zərbəsi ilə yetirilməyə xarakterikdir, xəsarətin yetirilmə müddəti xx.xx.2023-cü il tarixə uyğun gəlir, sağlamlığa zərər vurmadığı üçün dərəcəsi təyin edilmir. Məhkəmə-tibb ekspertinin xx.xx.2023-cü il tarixli, 695 nömrəli rəyində, Təqsirləndirilən şəxs bədənində sağ dirsəyin arxa bayır səthində, sağ saidin içəri səthinin orta 1/3 hissəsində, sağ içəri topuq nahiyyəsində olmaqla 3 ədəd üzəri qəhvəyi sıyrıqlar olduğu, sıyrıqların küt əşyanın təsirindən törəndiyi, xəsarətin müddətinin qərarda göstərilən tarixə uyğun gəldiyi, sağlamlığa zərərvurmayan xəsarətlər olduğu üçün dərəcəsinin təyin edilmədiyi göstərilmişdir. Əlavə məhkəmə-tibbi ekspertinin xx.xx.2023-cü il tarixli, 06 nömrəli rəyində, Təqsirləndirilən şəxs bədənində sağ tərəfli qasıq-xaya yırtığı olduğu, qasıq-xaya yırtığının yerə yıxılma nəticəsində törənmədiyi, travma nəticəsində olmadığına görə ağırlıq dərəcəsinin müəyyən edilmədiyi, qasıq-xaya yırtığının xx.xx.2023-cü il tarixdə yaranmağa xarakterik olmadığı, həmin vaxt yırtığın partlamadığı, Təqsirləndirilən şəxs adına verilmiş xx.xx.2023- cü il tarixli 695 saylı rəydə qeyd olunan sağ dirsəyin arxa bayır səthində, sağ saidin orta 1/3- nin içəri səthində, sağ içəri topuq nahiyyəsində olan 3 ədəd üzəri qəhvəyi rəngli qərtməklə örtülü sıyrıqların onun xx.xx.2023-cü il tarixdə yerə yıxılması nəticəsində yarana biləcəyi göstərilmişdir. Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyi ƏSİŞ-dən alınmış tələbnamədən müəyyən olunur ki, Təqsirləndirilən şəxs Azərbaycan SSR CM-nin 226-cı maddəsinin 2-ci hissəsinə (indiki Azərbaycan Respublikası CM-nin 234.4-cü) əsasən xx.xx.1995-ci il tarixdə Bakı şəhər Məhkəməsinin hökmü ilə 9 il müddətinə azadlıqdan məhrum etmə cəzasına, Sabunçu Rayon Polis İdarəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə istintaq olunan cinayət işi üzrə xx.xx.2015-ci il tarixdə Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin hökmü ilə 02 il müddətinə azadlıqdan məhrum etmə cəzası ilə əvvəllər məhkum edilmiş, Xəzər Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qərarı ilə 04 ay 07 gün vaxtından əvvəl cəzadan şərti azad olunmuşdur. Bakı şəhəri Sabunçu rayon məhkəməsindən elektron poçt vasitəsilə göndərilmiş məhkəmənin xx.xx.2015-ci il tarixli, 1(008)-375/2015 nömrəli hökmün surəti cinayət işinə əlavə edilmişdir. 17 iyun 2023-cü il tarixli 1199 nömrəli «Sərxoşluq vəziyyətinin tibbi müayinəsi" aktından görünür ki, Təqsirləndirilən şəxs 0.97 promil sərxoş olmuşdur. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspert rəylərini, digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs 17 iyun 2023-cü il tarixdə Naxçıvan şəhəri, Babək məhəlləsində yerləşən Billur şadlıq sarayında keçirilən qardaşı oğlunun toy şənliyində iştirak etmiş, toyda qohumları arasında başlayan mübahisə restoranın həyətində də davam etdiyindən Naxçıvan Şəhər Polis İdarəsinin 1 saylı polis bölməsinin cinayət axtarış üzrə əməliyyat müvəkkili Zərərçəkmiş şəxs digər polis əməkdaşları Şahid2 və Şahid1la birlikdə Billur şadlıq sarayına gəlmiş, sonradan post patrul xidmətinin əməkdaşları da xidməti avtomobillə gəlmiş, polis əməkdaşları mübahisəni sonlandırmaq və tədbir görmək məqsədilə mübahisə edən şəxsləri polis bölməsinə aparmaq istəyərkən həmin vaxt Təqsirləndirilən şəxs sərxoş vəziyyətdə Zərərçəkmiş şəxs polis əməkdaşı olduğunu bildiyi halda qəsdən onun sifət nahiyəsinə bir yumruq zərbəsi vuraraq sonuncuya sağlamlığa dərəcəsi təyin edilməyən “üst dodağın selikli qişasında qançırı” xəsarəti yetirməklə xidməti vəzifələrini yerinə yetirən hakimiyyət nümayəndəsi olan polis əməkdaşı Zərərçəkmiş şəxs xidməti vəzifələrini yerinə yetirərkən qəsdən zor tətbiq etməklə qəsdən müqavimət göstərmişdir. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 315-ci maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri tam sübuta yetirilir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin ikinci bəndində, Azərbaycan Respublikası CPM-in 21-ci maddəsində nəzərdə tutulan təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq belə hesab edir ki, Təqsirləndirilən şəxsnın əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 315-ci maddəsi ilə düzgün tövsif olunmuşdur və o, qeyd edilən maddə ilə təqsirli bilinərək cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxsnın cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs müsbət xarakterizə olunmasını, 3 uşağının olmasını, peşman olmasını, zərərçəkmiş şəxsin şikayət və tələbinin olmamasını məsuliyyətini yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən olunmadı. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmədə Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 4 №-li Qərarının 3-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 nömrəli qərarının, 13-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir. Məhkəmə onu da qeyd edir ki, təqsirləndirilən şəxsin əməlində cəzanı ağırlaşdıran hallar yoxdur və cəzanı yüngülləşdirən hal Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58 və 59-cu maddələrinin tələblərinə uyğun olaraq cəza təyin edilən zaman nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 315-ci maddəsinə əsasən, hakimiyyət nümayəndəsinə xidməti vəzifələrini yerinə yetirərkən zor tətbiq etməklə müqavimət göstərmə və ya xidməti vəzifələrini yerinə yetirməsi ilə əlaqədar ona və ya onun yaxın qohumlarına qarşı zor tətbiq etmə iki ildən beş ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikası CPM-in 346.1 və 346.1.20-ci maddələrinə əsasən, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında digər məsələlərlə yanaşı, həmçinin qətimkan tədbirinin ləğv edilməsi, dəyişdirilməsi və seçilməsi olub-olmadığı məhkəmə tərəfindən müzakirə edilməlidir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 315-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və 2 (iki) il 3 (üç) ay azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmalıdır. Təqsirləndirilən şəxs hökm qanuni qüvvəyə minənədək həbsdə olduğu 173 (yüz yetmiş üç) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesabı ilə hesablanmaqla, ona hazırki hökmlə təyin olunmuş cəzadan çıxılmalı və onun üzərində qəti olaraq 1 (bir) il 3 (üç) ay 14 (on dörd) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilməli və məhkəmə iclas zalında dərhal həbsdən azad edilməlidir. Təqsirləndirilən şəxs barəsində hökm qanuni qüvvəsini alanadək başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməlidir. Təqsirləndirilən şəxs yaşadığı Şərur rayonu, Zeyvə kəndində hər gün saat 23:00dan növbəti gün saat 07:00-dək, habelə gün ərzində Naxçıvan Muxtar Respublikasının ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirmək, həmçinin onun üzərinə kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulmalıdır. Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəkməli, bu cəzanın icrası müddəti onun cəzasını icra edən - probasiya nəzarətini həyata keçirən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Cəzanın icrası Şərur Rayon İcra və Probasiya Şöbəsinə tapşırılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Cinayət işi üzrə maddi sübut və xüsusi müsadirə tətbiq olunmalı əmlak yoxdur. İş üzrə mülki iddia yoxdur. İş üzrə ekspertiza xərci yoxdur. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxsə məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş vəkilə dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Naxçıvan Şəhər Vəkillər Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 45 (qırx beş) saata görə 270 (iki yüz yetmiş) manat Azərbaycan Respublikasının dövlət büdcəsi hesabından Naxçıvan Şəhər Vəkillər Bürosunun hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 44.1, 197-198, 344- 347, 349, 351-353, 356, 358, 381, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 315-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və 02 (iki) il 3 (üç) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs hökm qanuni qüvvəyə minənədək həbsdə olduğu 173 (yüz yetmiş üç) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesabı ilə hesablanmaqla, ona hazırki hökmlə təyin olunmuş cəzadan çıxılsın və onun üzərində qəti olaraq 1 (bir) il 3 (üç) ay 14 (on dörd) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin və məhkəmə iclas zalında dərhal həbsdən azad edilsin. Təqsirləndirilən şəxs barəsində hökm qanuni qüvvəsini alanadək başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilsin. Təqsirləndirilən şəxs yaşadığı Şərur rayonu, Zeyvə kəndində hər gün saat 23:00dan növbəti gün saat 07:00-dək, habelə gün ərzində Naxçıvan Muxtar Respublikasının ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirmək, həmçinin onun üzərinə kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəksin, bu cəzanın icrası müddəti onun cəzasını icra edən - probasiya nəzarətini həyata keçirən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəzanın icrası Şərur Rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Naxçıvan Şəhər Vəkillər Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 45 (qırx beş) saata görə 270 (iki yüz yetmiş) manat Azərbaycan Respublikasının dövlət büdcəsi hesabından Naxçıvan Şəhər Vəkillər Bürosunun hesabına köçürülsün. İş üzrə mülki iddianın olmaması və xüsusi müsadirə tətbiq olunmalı əmlakın müəyyən olunmaması nəzərə alınsın. Hökmdən elan olunduğu vaxtdan, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətinə Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim Qabil Məmmədov.
Məhkəmə qərarları › İş №1(078)-48/2023
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Hökm — İş №1(078)-48/2023
08.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver