Məhkəmə qərarları › İş №1(078)-48/2024

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərar — İş №1(078)-48/2024

05.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 1(078)-48/2024 05.08.2024 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Məmmədova Billurə Ayaz qızının katibliyi, Xüsusi ittihamçı X2 nümayəndəsi X4, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X7, onun müdafiəçisi Müdafiəçi2, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X5, onun müdafiəçisi Müdafiəçi1 iştirakı ilə, xx.xx.1981-ci ildə Babək rayonu Nehrəm kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, evli, orta təhsilli, əvvəllər məhkum olunmayan, Babək rayon Nehrəm qəsəbəsində qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan X7 xx.xx.1971-ci ildə ünvan 2ində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, evli, orta təhsilli, əvvəllər məhkum olunmayan, Babək rayon Nehrəm qəsəbəsində qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan X5 Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs Naxçıvan Muxtar Respublikası X1 sədri X6 tərəfindən X7 və X5 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə xüsusi ittiham qaydasında işə açıq məhkəmə iclasında baxaraq məhkəmə m ü ə y y ə n e t d i: Naxçıvan Muxtar Respublikası X1 sədri X6 xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət edərək X7 və X5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir. X7 və X5 Azərbaycan Respublikası Cinayət Мəcəlləsinin 147.1-ci maddəsi ilə təqsirləndirilməsinə səbəb onların 02 iyun 2024-cü il tarixdə “İnstagram” sosial şəbəkəsində və 03 iyun 2024-cü il tarixdə “Facebook” sosial şəbəkəsində “Gündəlik Naxçıvan” kanalında yayımlanan “Naxçıvan fermerlərindən Prezidentə müraciət” adlı video paylaşımında X2 rəhbəri olduğu Naxçıvan Muxtar Respublikası X3 haqqında əsassız və böhtan xarakterli məlumatlar səsləndirilərək, Agentliyin işgüzar nüfuzunu ləkələmək və onu nüfuzdan salmaq məqsədi ilə, onlardan rüşvət tələb edilməsində ittiham edərək Agentliyə böhtan atmışlar. Məhkəmə baxış iclasında xüsusi ittihamçı X2 nümayəndəsi X10 bildirmişdir ki, tərəflər arasında barışıq əldə olunmuşdur. Belə ki, A.Bağırov və V.Eyvazovun xx.xx.2024-cü il tarixdə “Facebook” və “İnstaqram” sosial şəbəkələrində yayımlanan “Gündəlik Naxçıvan” xəbər kanalına ünvanladıqları təkzib və xx.xx.2024-cü il tarixdə V.Eyvazovun şəxsi “Facebook” hesabında paylaşdığı video ilə Naxçıvan Muxtar Respublikası X3 haqqında iddialarının əsassız olması və qanunvericiliyi yanlış anladıqlarını etiraf etmələrini nəzərə alınaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 87.6.15-ci maddəsinə əsasən xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X7 və X5 barəsində xüsusi ittihamdan imtina etdiklərini bildirmiş və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə baxış iclasında barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxslər X12 və X11 xüsusi ittiham qaydasında şikayət vermiş şəxs Naxçıvan Muxtar Respublikası X1 sədri X6 ilə barışdıqlarını, xx.xx.2024-cü il tarixdə “Facebook” və “İnstaqram” sosial şəbəkələrində yayımlanan videoda qeyd olunan iddialarla bağlı məhkəmə prosesində mövcud sahəni nizamlayan qanunvericilinin tələbləri izah olunduğundan yanlış anladıqlarını etiraf etdiklərini, bu barədə təkzib videosu yayımladıqlarını bildirmişlər. Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxslər X12 və X11 tərəfindən məhkəməyə təqdim edilmiş və iş materiallarına əlavə olunmuş xx.xx.2024-cü il tarixli təkzib məktubundan məlum olur ki, həmin tarixdə X12 və X11 “Gündəlik Naxçıvan” xəbər kanalına müraciət edərək xx.xx.2024-cü il tarixdə “Facebook” və “İnstaqram” sosial şəbəkələrində yayımlanan videoda qeyd olunan iddialarla bağlı məhkəmə prosesində mövcud sahəni nizamlayan qanunvericilinin tələbləri izah olunduğundan yanlış anladıqlarını etiraf etdiklərindən iddialarla bağlı paylaşılan bütün videoların “Gündəlik Naxçıvan” xəbər kanalının səhifəsindən silinməsini xahiş etmişlər. Məhkəmə iclasında barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxslərin müdafiəçiləri Müdafiəçi2 və Müdafiəçi1 çıxış edərək bildirmişlər ki, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxslərlə xüsusi ittihamçı arasında barışıq əldə olunub. Odur ki, cinayət təqibinə xitam verilməsinə etiraz etmirlər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin: 37.2. Xüsusi ittiham qaydasında cinayət təqibi yalnız zərər çəkmiş şəxsin şikayəti əsasında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147, 148, 165.1 və 166.1-ci maddələrində göstərilən cinayətlər üzrə həyata keçirilir və məhkəmə müşavirə otağına gedənədək zərər çəkmiş şəxs təqsirləndirilən şəxslə barışdıqda ona xitam verilir. 39.1.8. zərər çəkmiş şəxsin şikayəti olmadıqda (cinayət təqibi xüsusi ittiham qaydasında həyata keçirildikdə, habelə cinayət təqibinin başlanmasına prokurorun təşəbbüsü olmadığı halda cinayət təqibi ictimai-xüsusi ittiham qaydasında həyata keçirildikdə) cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). 41.7. Xüsusi ittiham qaydasında cinayət təqibindən imtina edilməsi yalnız zərər çəkmiş şəxsin iradəsindən asılıdır. Bu halda xüsusi ittiham qaydasında şikayət üzrə icraata məhkəmə tərəfindən xitam verilməlidir. 43.1.1. Məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı dövlət ittihamçısı və xüsusi ittihamçı cinayət təqibindən imtina etdikdə çıxarılır. Qeyd olunan cinayət prosessual hüquq normalarına əsaslanaraq məhkəmə hesab edir ki, txüsusi ittiham qaydasında başlanmış cinayət təqibindən xüsusi ittihamçı imtina etdiyindən, X7 və X5 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə başlanmış cinayət təqibinə xitam verilməlidir. «Azərbaycan Respublikasının CM-nin dəyişikliklər edilməsi haqqında» 07 mart 2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə görə məhkəmə, hər bir cinayət işi üzrə CM-nin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli olan əmlakın olub-olmaması məsələsini həll etməlidir. Azərbaycan Respublikası CM-nin 99-1.1 və 99-1.1.1-ci maddələrinə əsasən məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunan əmlak hesab olunur. Məhkəmə xüsusi müsadirə ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, iş üzrə belə bir əmlak olmadığından barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxslər barəsində xüsusi müsadirə ilə bağlı müddəa tətbiq edilməməlidir. İş üzrə maddi sübut olan 3 ədəd falsh disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001- ci il tarixli, 31 nömrəli qərarına əsasən göstərilmiş hüquqi xidmətlərə görə müdafiəçiyə hər iş saatı üçün 6 (altı) manat miqdarında haqq ödənilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.5-ci maddəsinin tələbinə görə həmin Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Qeyd olunanlara əsasən məhkəmə müdafiəçi tərəfindən məhkəməyə təqdim edilmiş hesabatı nəzərdən keçirərək belə əticəyə gəlir ki, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X9 göstərilmiş hüquqi xidmətə görə Naxçıvan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmədə iştirak etdiyi 20 (iyirmi) iş saatına görə 120 (bir yüz iyirmi) manat məbləğində vəsait Azərbaycan Respublikasının dövlət büdcəsi hesabından Naxçıvan MR Vəkillər Kollegiyasının hesabına ödənilməlidir. Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X8 göstərilmiş hüquqi xidmətə görə Naxçıvan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi1 məhkəmədə iştirak etdiyi 20 (iyirmi) iş saatına görə 120 (bir yüz iyirmi) manat məbləğində vəsait Azərbaycan Respublikasının dövlət büdcəsi hesabından Naxçıvan MR Vəkillər Kollegiyasının hesabına ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 43.1, 321, 346, 347 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərar verdi: X7 və X5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair xüsusi ittiham qaydasında şikayət üzrə cinayət təqibinə xitam verilsin. İş üzrə maddi sübut olan 1 ədəd falsh disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X9 göstərilmiş hüquqi xidmətə görə Naxçıvan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmədə iştirak etdiyi 20 (iyirmi) iş saatına görə 120 (bir yüz iyirmi) manat məbləğində vəsait Azərbaycan Respublikasının dövlət büdcəsi hesabından Naxçıvan MR Vəkillər Kollegiyasının hesabına ödənilsin. Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X8 göstərilmiş hüquqi xidmətə görə Naxçıvan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi1 məhkəmədə iştirak etdiyi 20 (iyirmi) iş saatına görə 120 (bir yüz iyirmi) manat məbləğində vəsait Azərbaycan Respublikasının dövlət büdcəsi hesabından Naxçıvan MR Vəkillər Kollegiyasının hesabına ödənilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan apelyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qərar qanuni qüvvəyə minir. Sədrlik edən: Gülnar Səfərəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar