Azərbaycan Respublikası adından HÖKM Naxçıvan şəhəri İş № 1(078)-48/2025 22.07.2025 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi, Dövlət ittihamçısı Naxçıvan Muxtar Respublikası Prokurorluğu dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakı ilə, 14 avqust 1967-ci il tarixdə Naxçıvan şəhərində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, işsiz, əvvəllər məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.1-ci və 237.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq yaşadığı evin zirzəmisində xeyli miqdarda-7 ədəd çətənə( kannabis) bitkilərini kultivasiya etmiş, həmçinin həmin evin zirzəmisində bir ədəd zavod üsulu ilə istehsal olunmuş, 45 ədəd 5,45 mm kalibrli patron tutumuna malik olan " Kalaşnikov konstruksiyalı", " RPK-74", “ RPKS74", markalı əl pulemyotunun sandıqçasını, 38 ədəd zavod üsulu ilə istehsal edilmiş 5,45x39 kalibrli və bir ədəd zavod üsulu ilə istehsal edilmiş 7,62x54 mm kalibrli yivli odlu döyüş silahlarında, döyüş sursatı kimi istifadə etmək üçün nəzərdə tutulmuş istifadəyə( atəşə) yaralı patronları əldə edib saxlamış, 11 fevral 2025-ci il tarixdə saat 18:00-da Naxçıvan MR DİN-nin NMİ-nin və Babək RPİ-nin CAŞ-nin əməkdaşları ilə birgə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində ümumi təmiz çəkisi 0,158 qram olan-7 ədəd çətənə (kannabis) bitkisi və qeyd olunan odlu silahın komplekt hissəsi və döyüş sursatları Təqsirləndirilən şəxs məxsus olan ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin zirzəmisindən aşkar edilərək götürülmüşdür. Bununla da o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci və 237.1-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, ibtidai istintaq zamanı cinayət işinin materiallarına əlavə edilən protokollarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.1-ci və 237.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməsi sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 228.1-ci və 237.1-ci maddələri ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, patronların hərəsinin bir döyüş qardaşlarının yadigarı olduğunu, 21 il işlədiyi dövrdə Babək rayon polis şöbəsində işləmiş, Culfada işləmiş, Yol polisində də işləmiş, sursatların olduğu sandığı tamamilə unutduğunu, evdə olduğunu xatirindən çıxardığını, bitkilərə gələndə isə, ekspertizanın onlara çətənə bitkisi deməsini hələ də anlamadığını, polislərin evə baxış keçirərkən evə hal şahidi olmadan gəldiklərini, oğlunun və yoldaşının telefonlarını aldıqlarını, özlərini də küçəyə çıxardıqlarını, kimsənin evdə baxış zamanı olmadığını, video çəkdiklərini lakin videoların ortada olmadığını, təqsirkar olduğunu, səbəbin isə başqasının maşınını sürməsi olmasını, başqa bir adamın nəqliyyat vasitəsini idarə etdiyini, o səbəbdən başına bu hadisələrin gəldiyini, istintaq bitməmiş hətta hadisə zamanından biraz sonra həmin adamın nəqliyyat vasitəsini qaytarıb özünə verdiklərini, hər şeyi yaxşı anladığını, bu səbəbdən bu hadisələrin yaşanmasına yol verdiyi üçün özünü təqsirli bildiyini, narkotik istifadə etmədiyini, rəyin yanlış olduğunu, polislərin zirzəmidən patron və güllərin çıxdığını, özünün türk məzarı daşı sifariş etdiyini, uzun qabın içərisinə toxumlar əkdiyini, çətənəyə oxşasa da onların gül olduğunu, çətənə toxumlarını bilmədiyini, sursatların isə 90-cı illərdən yoldaşlarından xatirə qaldığını, maqazinin müharibə dövründən qaldığını, 1988-ci ildən 1994-cü illərə qədər döyüşlərdə olduğunu, 4 ədəd erməni tutduğunu, o maqazinin də o zamandan qaldığını, 1 ədəd maqazin olduğunu, maqazinin 45 tutumluq olduğunu, 17 ədəd patron olduğunu, çətənələrin orada olduğunu bilmədiyini, toxumların padvalda uzun illərdir orada olduğunu, özünün və atasının əvvəllər gül işinə baxdığını, 2002-ci ilə qədər gül parniklərinin olduğunu, həyətdə əkilmədiyini, hava soyuq olduğu üçün padvalda saxladığını, məzar daşı üçün gül toxumları saxladığını, dibçəyin içinə səpdiyini, hadisə olmazdan 10 gün qabaq səpdiyini, 10 gün müddətində 1 dəfə su verdiyini, 3 dənəsinin cücərdiyini, gerisinin ot olduğunu, əməkdaşlardan Əli və Zaurun onu təhqir etdiyini, vəkili Allahverdinin də bunu görməzdən gəldiyini, padvalda əkilən bitkilərdən kimsənin xəbərinin olmadığını, başına gələnlərin hər birinin maşını ona verən adamın səbəb olduğunu, təkcə o adamın padvaldakı əkilən bitkiləri gördüyünü, o adamın hər şeyə səbəb olduğunu, 26 ədəd çətənə toxumundan ümumiyyətlə xəbərinin olmadığını, video çəkilişdə hər şeyin orada göründüyünü, 2 dəfə video çəkilişin aparıldığını, 1-ci ifadələrdə yanlış izahatların yazıldığını, Qasım müəllimin sonradan izahatları oxuyanda izahatları dəyişdiyini gördüyünü, Qasım müəllim olmasaydı izahatlarını yanlış yazıb onu narkotik istifadəsi üçün əkildiyini yazdıqlarını, sonradan ifadəsinin düzgün qeyd edildiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı Şahid4 ifadəsində fevral ayında axşamçağı əməliyyat keçiriləcəyi barədə məlumat verildiyini, əməkdaşlarla birgə əməliyyata getdiklərini əməliyyat müvəkkilinin şəxsə tabe olmasını söylədiyini, Kəmaləddinin əməkdaşı itələdiyini, sonra qolunu qandalladıqlarını, evə baxış zamanı zirzəmidə girişdə sol tərəfdə əkilən bitkilərin olduğunu, bitkiləri şəxsin məhv etməyə, əzməyə çalışdığını, zirzəminin sağ tərəfindən sursatlarının tapıldığını, 1 ədəd kalaşnikov silahı və mərmiləri tapıldığını, və əkilən çətənə kollarının çəkilişlə aşkar olunduğunu göstərmişdir Məhkəmə istintaqı zamanı şahid X6 ifadəsində göstərmişdir ki, əməliyyat qrupunun iştirakçısı olduğunu, məlumatın daxil olduğunu, evinə baxış keçirildiyini zirzəmisindən bitkilərin aşkarlandığını, sonra götürülüb ekspertizaya təqdim edildiyini, sonra rəy də narkotik vasitə olduğu təsdiq edildiyini, baxışın fevral ayında olduğunu, ünvanın həyət evi olduğunu, Xətai məhəlləsində olduğunu, evin zirzəmisindən 7 ədəd çətənə ştili olduğunu, toxumların yadına gəlmədiyini, sürsatların olduğunu, özünün də müharibədən gələrkən gətirdiyini dediyini, baxış zamanı Şahid1 və Şahid3 olduğunu, hal şahidinin olmadığını, şəxsin sursatlar barədə müharibədən 92 də qayıdarkən gətirdiyini, kolları əkdiyini etiraf etdiyini, video görüntüləri Qasımov Zaurun çəkdiyini, zirzəminin iki yerə bölündüyünü, çətənə kollarının ikinci zirzəmidə olduğunu, şəxsin bir problem yaratmadığını baxış keçirilə biləcəyini, səmimi qəbul etdiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı Şahid1 ifadəsində şəxsin evinin padvalında çətənəyə bənzər kolların olduğunu gördüyünü, evin içərisindən heç nəyin aşkar olunmadığını, padvala girərəkən padvalın iki hissəli olduğunu, sol tərəfdə bitkilərin olduğunu, neçə ədəd olduğunu bilmədiyini, polisdəki ifadələri təsdiqlədiyini, padvalın birinci hissəsindən sürsatların aşkar olduğunu, neçə ədəd olduğunu xatırlamadığını, şəxsin özünün də müharibədən gətirdiyini söylədiyini, video çəkilişin olduğunu, şəxsin bitkiləri görəndə məhv etməyə çalışdığını, sonradan özlərinin imkan vermədiyini, sonra etiraf etdiyini, çəkilişin olduğunu lakin çəkilişlərə özünün baxmadığını, əməliyyat tədbiri olduğunu, Babək rayon cinayət axtarış şöbəsinin əməkdaşları ilə birgə əməliyyat keçirdiklərini, əməliyyat zamanı şəxsin qolundan tutduqlarını, sonra çəkiliş başladıqda artıq buraxdıqlarını bildirmişdir. İbtidai istintaq zamanı dindirilmiş, ifadəsi məhkəmə istintaqı zamanı elan edilmiş Şahid3 ifadəsində şəxsin həyətində narkotik vasitələrin becərilməsi barədə məlumat daxil olduğunu, sonradan həyətə baxış keçirildiyini, sonra zirzəmidən dipçəkdə bitkilərin olduğunu, təqribən sayının xatırlamadığını, bir ədəd dolu maqazinin aşkar olunduğunu, video çəkilişlə aşkar olunduğunu, sürsatlar aşkar olunan zaman müharibə iştirakçısı olduğunu 90-cı illərdə müharibədən gətirdiyini, bitkiləri əkib becərdiyini etiraf etdiyini, əməliyyat zaman əllərini qandalladıqlarını, əllərinin qabaqdan qandalladıqlarını, qolunan tutduğunu, hal şahidləri dəvət olunduğunu lakin kimlər olduğunu xatırlamadığını, aqranomun bitkilərin çətənə olduğunu yerində təsdiqlədiyini göstərmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, istintaq hərəkətlərinin protokollarını da sübut növləri kimi qəbul edir. Məhkəmə istintaqı zamanı təqsirləndirilə şəxsin və şahidlərin ifadələri ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs оğlu qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri xeyli miqdarda kultivasiya etmişdir, eləcə də qanunsuz odlu silah saxlamışdır. Təqsirləndirilən şəxs yaşadığı evin zirzəmisindən dibçəkdə olan 07 ədəd yaşıl rəngli çətənə bitkisinin şitilləri və 26 ədəd çətənə toxumu həmçinin həmin evin zirzəmisində bir ədəd zavod üsulu ilə istehsal olunmuş, 45 ədəd 5,45 mm kalibrli patron tutumuna malik olan " Kalaşnikov konstruksiyalı", " RPK-74", “ RPKS74", markalı əl pulemyotunun sandıqçasını, 38 ədəd zavod üsulu ilə istehsal edilmiş 5,45x39 kalibrli və bir ədəd zavod üsulu ilə istehsal edilmiş 7,62x54 mm kalibrli yivli odlu döyüş silahlarında, döyüş sursatı kimi istifadə etmək üçün nəzərdə tutulmuş istifadəyə( atəşə) yaralı patronları əldə edib saxlamış, 11 fevral 2025-ci il tarixdə saat 18:00-da Naxçıvan MR DİN-nin NMİ-nin və Babək RPİ-nin CAŞ-nin əməkdaşları ilə birgə keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində ümumi təmiz çəkisi 0,158 qram olan-7 ədəd çətənə (kannabis) bitkisi və qeyd olunan odlu silahın komplekt hissəsi və döyüş sursatları Təqsirləndirilən şəxs məxsus olan ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin zirzəmisindən aşkar edilərək götürülmüşdür. Obyektiv həqiqətin müəyyən edilməsi məqsədilə Təqsirləndirilən şəxs yaşadığı ünvan 2 ünvanının yanında yerləşən Təqsirləndirilən şəxs mənzilində yoxlama aparılması barədə video çəkiliş görüntüləri olan DVD formatlı disklər iş üzrə sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir. Araşdırma zamanı Təqsirləndirilən şəxs evinə baxış zamanı aşkar olunaraq götürülmüş 0,158 qram olan 07 ədəd bitki nümunələrinin əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə( kannabis) bitkiləri, çətənə toxumları və bir ədəp avtomat koloşnikov sandığı və 39 ədəd atəşə yararlı patronlar maddi sübut kimi tanınmış və ekspertizadan sonra qalan 0 0,088 qram narkotik tərkibli çətənə( kannabis) bitkiləri, çətənə toxumları və bir ədəd avtomat sandığı, 39 ədəd patron saxlanılması üçün Naxçıvan Şəhər Polis İdarəsinin «maddi sübutların saxlanılması otağına» təhvil verilmişdir. Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 12 fevral 2025-ci il tarixli 178 nömrəli məhkəmə bioloji ekspertizası rəyindən görünür ki, üzərində 26 ədəd çətənə toxumu 13 ədəd çətənə kolu iştirak etdilər 1.imza Həsən Xəlilov 2 imza Allahverdi bağırov 3 imza Şahid1 4 imza Yaşar Quliyev 5 imza Mirəhməd Seyidov 6. İmza Təqsirləndirilən şəxs yazıları olan və 04 yerdən Azərbaycan Respublikası DİN Naxçıvan MR DİN Naxçıvan Şəhər Polis İdarəsi Zərflər üçün" möhür əksi ilə nişanlanmış dördkünc kağız parçası yapışdırılmış 01 ədəd kağız zərfin içərisindəki ümumilikdə təmiz çəkisi-0,158 qram olan 07 ədəd bitki nümunələrinin əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə( kannabis) bitkisinin şitilləridir. 01 ədəd gümüş rəngli siqaret kağızı bükümündə təmiz çəkisi-) 0,329 qram olan 26 ədəd bitki toxumları narkotik tərkibli çətənə( kannabis) bitkisinin toxumlarıdır, onlar narkotik vasitələrə aid deyildir. Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 06 mart 2025-ci il tarixli 184 nömrəli məhkəmə ballistik ekspertizası rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 01 ədəd sandıqça zavod üsulu ilə hazırlanmış, 45 ədəd 5,45 mm kalibrli patron tutumuna malik olan Koloşnikov konstruksiyalı RPK-74, RPKS-74 markalı əl pulemyotlarının funksional əhəmiyyət daşımayan komplekt hissəsidir-sandıqçasıdır, saz vəziyyətdədir, təyinatı üzrə istifadəyə yararlıdır. Tədqiqata təqdim edilmiş 39 ədəd patrondan, 38 ədəd patron zavod üsulu ilə istehsal edilmiş 5.45x39 mm kalibrli olmaqla, həmin kalibrə malik AK-74, AKS-74, AKS-74U konstruksiyalı avtomatlarda, RPK-74, RPKS-74, RPK74M əl pulemyotlarında və s uyğun kalibrli yivli odlu döyüş silahlarında döyüş sursatı kimi istifadə etmək üçün nəzərdə tutulmuş patronlardır. 01 ədəd patron zavod üsulu ilə istehsal edilmiş 7.62x54 mm kalibrli olmaqla, həmin kalibrə malik SVD, Mosin kalibrlərində, PK, PKM pulemyotlarında və s.uyğun kalbirli yivli döyüş silahlarında döyüş sursatı kimi istifadə etmək üçün nəzərdə tutulmuş patrondur. Tədqiqata təqdim edilmiş 39 ədəd patron təyinatı üzrə istifadəyə( atəşə) yararlıdırlar. Ambulator məhkəmə-psixatrik ekspertizasının xx.xx.2025-cü il tarixli 95 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs hadisəsən əvvəl, hadisə vaxtı və hadisədən sonra psixi vəziyyətində patologiya olmamışdır. Təqsirləndirilən şəxs hal-hazırda öz hərəkətlərini ölçüb-biçmək və qiymət vermək iqtidarına malikdir. Təqsirləndirilən şəxs hərəkətləri hadisə törədən anda və hal-hazırda Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. “Məhkəmə-narkoloji” ekspertizasının tibbi yoxlamasının xx.xx.2025-ci il tarixli 96 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs narkotik maddə istifadəçisidir. Təqsirləndirilən şəxs həşiş narkomaniyasından əzab çəkir və məcburi müalicəyə ehtiyacı yoxdur. Cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən Təqsirləndirilən şəxs evinə baxış zamanı aşkar olunaraq götürülmüş 0,158 qram olan 07 ədəd bitki nümunələrinin əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə( kannabis) bitkiləri, çətənə toxumları və bir ədəp avtomat koloşnikov sandığı və 39 ədəd atəşə yararlı patronlar maddi sübut kimi tanınmış və ekspertizadan sonra qalan 0 0,088 qram narkotik tərkibli çətənə( kannabis) bitkiləri, çətənə toxumları və bir ədəd avtomat sandığı, 39 ədəd patron saxlanılması üçün Naxçıvan Şəhər Polis İdarəsinin «maddi sübutların saxlanılması otağına» təhvil verilmişdir. Naxçıvan Muxtar Respublikası X1 verilmiş sorğuya alınmış cavabdan ünvan 2 ünvanında qeydiyyada olan və yaşayan Təqsirləndirilən şəxs xx.xx.2025ci il tarixdən narkomaniyaya görə dispanserdə profilaktiki qeydiyyatda olduğu qeyd olunmuşdur. Azərbaycan Respublikası Naxçıvan MR DİN-in ƏSİŞ-dən alınmış tələbnamədən müəyyən olmuşdur ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasənhər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “X2 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olubolmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmək, həmin sübutları mübahisələndirmək imkanına malik olmuşdur. Təqsirləndirilən şəxsin əleyhinə olan sübutlara etiraz etmək və onları mübahisələndirmək üçün məhkəmə prosesində ona imkan yaradılmışdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olubolmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Məhkəmənin qarşısında duran başlıca vəzifə - təqsirləndirilən şəxs tərəfindən törədilmiş əməlin düzgün tövsif edilməsindən ibarətdir. Bu səbəbdən də məhkəmə ittihama daxil olan cinayət əməlinin təhlil edilməsini zəruri hesab edir. Cinayət Məcəlləsinin 237.1-ci maddəsinə görə qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri xeyli miqdarda kultivasiya etmə (əkmə və ya yetişdirmə)- üç min manatdan altı min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Qeyd olunmalıdır ki, narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı beynəlxalq mübarizə istiqamətində Azərbaycan Respublikası Birləşmiş Millətlər Təşkilatının 1972-ci il tarixli protokolu ilə edilmiş düzəlişlərlə “Narkotik vasitələr haqqında” 1961-ci il tarixli Vahid Konvensiyasına (bundan sonra – “Narkotik vasitələr haqqında” Vahid Konvensiya) və “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” 1988-ci il tarixli Konvensiyasına qoşulmuş, müvafiq sahədə ictimai münasibətləri tənzimləyən, dövlət orqanları, fiziki və hüquqi şəxslərin hüquq və vəzifələrini müəyyən edən və qanunvericilikdə istifadə edilən anlayışları açıqlayan “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Qanunu qəbul etmişdir. Azərbaycan Respublikası qeyd olunan beynəlxalq aktları ratifikasiya etməklə üzərinə öz ərazisi hüdudlarında mülahizəsinə uyğun olaraq “Narkotik vasitələr haqqında” Vahid Konvensiyanın narkotik vasitələrə dair İ Siyahısında göstərilən istənilən narkotik vasitəyə münasibətdə vacib hesab etdiyi xüsusi nəzarət tədbirini görmək öhdəliyini götürmüşdür (“Narkotik vasitələr haqqında” Vahid Konvensiyanın 2-ci maddəsinin 5-ci bəndinin “a”, “b” yarımbəndləri, 4-cü maddəsinin “a” bəndi ). Bu, həmçinin Azərbaycan Respublikasında insan sağlamlığı və rifahı üçün daha böyük təhlükə kəsb edən belə vasitələrin və maddələrin dövriyyəsinin tamamilə qadağan edilməsinə əsaslanmış və digər şəxslərin hüquq və qanuni mənafelərinin müdafiəsinə, ictimai təhlükəsizliyin və əhalinin sağlamlığının təmin olunmasına yönəlmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Qanunun 1.0.6-cı maddəsində tərkibində narkotik maddələr olan bitkilərin qanunsuz kultivasiyasının anlayışı Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla tərkibində narkotik maddələr olan bitkilərin əkilməsi, yetişdirilməsi kimi verilmişdir. CM-in 237.1-ci maddəsində qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkilərin əkilməsinə, yetişdirilməsinə görə cinayət məsuliyyəti müəyyən edilmişdir. Göründüyü kimi, qeyd olunan maddədə müstəqil formada cinayət məsuliyyəti yaradan aşağıdakı əməllər nəzərdə tutulmuşdur:
1. qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri əkmə;
2. qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri yetişdirmə; Qeyd edilən maddədə göstərilən cinayət əməlləri alternativ tərkiblidir. Alternativ əlamətli cinayət tərkibini o cinayət əməlləri yaradır ki, orada başa çatmış cinayət tərkibinin olması üçün Cinayət Məcəlləsinin müvafiq maddəsinin dispozisiyasında alternativ olaraq nəzərdə tutulmuş hərəkət və ya hərəkətsizlikdən birinin törədilməsi kifayət etsin. Başqa sözlə, alternativ əlamətli cinayət tərkibinin xüsusiyyəti ondan ibarətdir ki, belə cinayətin başa çatmış hesab edilməsi üçün müvafiq maddədə nəzərdə tutulmuş alternativ hərəkətlərdən birinin və ya bir neçəsinin törədilməsi kifayətdir. Bu hərəkətlərdən hətta birinin başa çatması artıq cinayətin törədilməsi kimi qiymətləndirilir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 25 fevral 2013-cü il tarixli Qərarı). Bu səbəbdən, Cinayət Məcəlləsinin yuxarıda göstərilən maddələrinin obyektiv cəhətini təşkil edən hərəkətlərdən hər hansı birinin başa çatması anında bu maddədə nəzərdə tutulan cinayət başa çatmış hesab olunur. Azərbaycan Respublikası CM-in 228.1-ci maddəsinə görə qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, saxlama, daşıma və ya gəzdirmə –iki ilədək müddətə islah işləri və ya iki ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Silahın, onun komplekt hissələrinin, döyüş sursatının, partlayıcı maddələrin və qurğuların qanunsuz hazırlanmasına, dövriyyəsinə və talanmasına dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 27 may 2005-ci il tarixli Qərarında qeyd edilir ki, qanunvericilik Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsinin dispozisiyasında sadalanan hərəkətlərin qanunsuz olaraq edilməsini nəzərdə tutur. Qanunsuzluq həmin hərəkətlərin “Xidməti və mülki silah haqqında” Qanunun və “Fərdi şəxslərin odlu silah əldə etməsi və saxlaması üzərində nəzarət haqqında” Avropa Konvensiyasının tələblərinin pozulması ilə yanaşı, “Xidməti və mülki silahın dövlət kadastrının aparılması Qaydası”nın, “Xidməti və mülki silahın Azərbaycan Respublikasına gətirilməsi və Azərbaycan Respublikasından aparılması Qaydaları”nın, “Xidməti və mülki silahın uçotu, saxlanılması, gəzdirilməsi, daşınması, göndərilməsi və təyinatı üzrə istifadə olunması Qaydaları”nın, “Silahın mühafizəsi ilə bağlı tələbləri”nin, “Mülki silahın kolleksiya edilməsi və ya onun sərgisinin keçirilməsi Qaydaları”nın, “Silahın geri alınması Qaydaları”nın və digər normativ aktların tələblərini pozmaqla törədilməsində ifadə olunur. Həmin Qanunun 5-ci maddəsinin 4-cü bəndinə görə Azərbaycan Respublikası ərazisində xidməti və mülki silahın dövriyyəsinin əsası onlara verilən uyğunluq sertifikatıdır (5-ci bənd); Cinayət Məcəlləsinin 228.1-ci maddəsində silahın, onun komplekt hissələrinin, döyüş sursatının, partlayıcı maddələrin və qurğuların qanunsuz əldə edilməsi dedikdə, onların satın alınması, başqa əmlakla və ya əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə ödənilməsi, habelə, tapılmış qeyd olunan predmetlərin mənimsənilməsi və s. hərəkətlər başa düşülür. Bu cinayətin predmetlərinin qanunsuz saxlanılması dedikdə, onların binalarda, gizli saxlanc yerlərində, habelə mühafizəsi təmin edilən və üzərində zəruri nəzarət həyata keçirilən digər yerlərdə saxlanılması başa düşünülməlidir. Həmin predmetlərin qanunsuz daşınması dedikdə, onların yerinin dəyişdirilməsi ilə istənilən üsulla qəsdən edilən hər hansı bir hərəkət başa düşülməlidir. Odlu silahın və bu cinayətin digər predmetlərinin qanunsuz gəzdirilməsi dedikdə, onların təqsirli şəxsin bilavasitə paltarlarında, bədənin üstündə olması, eyni zamanda çantada, portfeldə və s. predmetlərdə gəzdirilməsi başa düşülməlidir (9-cu bənd); Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228-ci və 232-ci maddələri ilə cinayət məsuliyyəti nəinki funksional istifadə üçün yararlı olan silahların qanunsuz dövriyyəsi və yaxud talanması zamanı, həmçinin təqsirli şəxsin məqsədi yararlı olmayan, o cümlədən təlim üçün nəzərdə tutulmuş silahların yenidən yararlı hala salınması və bunun üçün real imkanı olması zamanı da yaranır (11-ci bənd); təqsirkar şəxs qanunsuz olaraq odlu silahı və ya Cinayət Məcəlləsinin 228.1-ci maddəsində sadalanan digər predmetləri əldə edir, saxlayır və özündə gəzdirirsə, onun əməli vahid cinayət kimi Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə tövsif edilməlidir (12-ci bənd). Məhkəmə cinayət təqibi üzrə toplanmış sübutları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara məcmu halda qiymət verərək Təqsirləndirilən şəxs tərəfindən törədilmiş əməlin hüquqi tövsifi məsələsini də həll etmişdir. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək, həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci və 228.1-ci maddələrində nəzərdə tutulan cinayətin bütün əlamətləri var. Həmin cinayət hadisəsi həqiqətən baş vermiş, ona ibtidai istintaq orqanı tərəfindən düzgün hüquqi qiymət verilmiş və cinayət hadisəsi məhz Təqsirləndirilən şəxs tərəfindən törədilmişdir. Həmçinin bu cinayətlərin törədilməsində o, təqsirlidir. Təqsirləndirilən şəxs cinayət əməllərini qəsdən törətmişdir. Onun əməli başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə az ağır cinayət kateqoriyasına aiddir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Ona görə də məhkəmə hesab edir ki, o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci və 228.1-ci maddələrində nəzərdə tutulan cinayətlərin törədilməsində təqsirli bilinməli və həmin maddələrin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 17 mart 2011-ci il tarixli Qərarı). “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən Cinayət Məcəlləsinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Cinayət Məcəlləsinin 237.1-ci maddəsinin sanksiyasında üç min manatdan altı min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Cinayət Məcəlləsinin 228.1-ci maddəsinin sanksiyasında iki ilədək müddətə islah işləri və ya iki ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddələriin sanksiyasında nəzərə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi qanuni, əsaslı və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərinə uyğundur. “Məhkəmə tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi” haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardı. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. İnsan hüquqları üzrə Avropa Məhkəməsi “Qutsardi İtaliyaya” qarşı işində göstərmişdir ki, Avropa Konvensiyasının 5-ci maddəsinin 1-ci bəndində “azadlıq hüququ” bəyan edilərkən şəxsin fiziki azadlığı nəzərdə tutulur. Məhkəmələrin qarşısında duran məqsəd heç kəsin qanunsuz olaraq “azadlıqdan məhrum” edilməməsini təmin etməkdir. 5- ci maddənin mənası baxımından hər hansı şəxsin “azadlıqdan məhrum” edilib-edilmədiyini müəyyənləşdirərkən çıxış nöqtəsi kimi onun konkret vəziyyəti götürülməli və bütün meyarlara, məsələn, sözügedən tədbirin növünə, bu növ tədbirlərin məhkuma təsiri, tədbir növlərinin müddətinə, nəticələrinə və həyata keçirilmə üsuluna diqqət yetirilməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla, daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, işin digər xüsusatları cəzanın müəyyən edilməsi aspektindən qiymətləndirilərkən cinayətin törədilmə şəraiti və halları, o cümlədən narkotik vasitənin (psixotrop maddənin) növü, miqdarı, cinayətin törədildiyi yerin hərbi hissə, iş yeri, tədris, mədəniyyət müəssisəsi və ya digər ictimai əhəmiyyətli obyekt, yüksək təhlükə mənbəyi olan qurğuların, nəqliyyat vasitələrinin idarə edilməsi ilə bağlı olub-olmaması, cinayətin törədilməsinə digər, xüsusilə də yetkinlik yaşına çatmayanların, psixi, fiziki qüsurları olan şəxslərin cəlb edilibedilməməsi və ya belə şəxslərə qarşı yönəlib-yönəlməməsi, əməllərin nə kimi zərərli nəticələrə səbəb olması, cinayətin onun açılmasını çətinləşdirən mürəkkəb üsullardan və vasitələrdən istifadə etməklə və ya mütəşəkkil dəstələrin tərkibində törədilibtörədilməməsi və yaxud transmilli xarakterə malik olub-olmaması, bu cinayətlərin törədilməsini asanlaşdırmaq üçün və yaxud qanunsuz olaraq əldə edilmiş narkotik vasitələrdən, psixotrop maddələrdən, onlara aid olmayan güclü təsir edən və ya zəhərli maddələrdən istifadə etməklə CM-in Xüsusi hissəsinin digər fəsillərində nəzərdə tutulmuş başqa cinayətlərin də törədilib-törədilməməsi nəzərə alınmalıdır. Təqsirkarın şəxsiyyəti, onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri baxımından cəzanın qanuniliyini və əsaslılığını təmin etmək üçün isə tələb olunur ki, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar düzgün müəyyən edilsin, təqsirləndiriləni səciyyələndirən və ailəsinin həyat şəraitini aşkarlayan məlumatlar, o cümlədən onun iş, təhsil, yaşayış yerində nə cür xarakterizə olunması, əvvəllər məhkum olunub-olunmaması (məhkumluq ödənilmədiyi və ya götürülmədiyi halda), əvvəlki məhkumluğun narkotik vasitələrin (psixotrop maddələrin, prekursorların, güclü təsir edən və ya zəhərli maddələrin) qanunsuz dövriyyəsi ilə bağlı olub-olmaması, təqsirkarın maddi rifahının təmin edilməsində cinayətkar fəaliyyətin rolu, onun əmək fəaliyyəti, hərbi xidmət, təhsil almaq və s. bu kimi ictimai-faydalı fəaliyyətlə məşğul olub-olmaması, cinayətin törədilməsindən sonrakı dövrdə əməlinə tənqidi münasibətin formalaşıbformalaşmaması, CM-in müvafiq maddələrinin dispozisiyalarında nəzərdə tutulmuş ictimai təhlükəli nəticələrə və yaxud hər hansı bir digər zərərli nəticəyə səbəb olmuş cinayətlər üzrə ziyanın ödənilməsi, aradan qaldırılması, azaldılması üçün hərəkət edibetməməsi, yaşı, sağlamlıq vəziyyəti, evli, himayəsində uşaqlarının olubolmaması və s. bu kimi, o cümlədən Azərbaycan Respublikasının qoşulduğu “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” 1988-ci il 20 dekabr tarixdə Vyana şəhərində imzalanmış beynəlxalq konvensiyanın müddəalarından irəli gələn hallar nəzərə alınsın. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi qanuni, əsaslı və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərinə uyğundur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə görə azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Məhkəmə Təqsirləndirilən şəxs əməlini etiraf etməsi, səmimi peşmançılığı, yaşadığı yer üzrə müsbət xarakterizə olunması, İİ qrup əlil, müharibə veteranı olmasını məsuliyyəti yüngülləşdirən hal kimi müəyyən etmişdir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CМ-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə qeyd edilənləri nəzərə alaraq belə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi hər bi maddə üzrə ayrılıqda cəza təyin edilməli, daha sonra təyin edilmiş cəzalar Cinayə Məcəlləsinin 66.2-ci maddəsinə əsasən qismən toplanmaqla ona qəti cəza təyin eidlməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə görə cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrıayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə təqsili bilinərək 1 (bir) il 2 (iki) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası və Azərbaycan Respublikasının Cinayət Мəcəlləsinin 228.1-ci maddəsi ilə təqsirli bilinib 2 (iki) il 1 (bir) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilməsini cəzasının məqsədinə uyğun hesab edir. Təqsirləndirilən şəxs təyin edilən cəzalar qismən toplanmaqla ümumilikdə ona 2 (iki) il 2 (iki) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi cəzanın məqsədinə uyğundur. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə görə hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu 2 (iki) gün müddət (11 fevral-13 fevral 2025-ci il tarix) ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından 1 günə 2 gün olmaqla 4 (dörd) gün çıxılmaqla üzərində qəti olaraq 2 (iki) il 1 (bir) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalıdır. Həmçinin məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini aldıqdan sonra ləğv edilməli, Təqsirləndirilən şəxs cəzasının icrası faktiki yaşadığı yer ünvan 4 ünvanı üzrə Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinə həvalə edilməli və cəzaçəkmə müddətinin əvvəli həmin orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Naxçıvan Muxtar Respublikasının ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmalıdır. Azərbaycan Respublikası CPM-in 346.1 və 346.1.19-cu maddələrinin tələbləri baxımından maddi sübutlar məsələsinin necə həll edilməli olduğunu müzakirə edərək belə nəticəyə gəlir ki, maddi sübut kimi Naxçıvan MR Daxili İşlər Nazirliyinin maddi sübutların saxlanc otağında saxlanılan iş üzrə maddi sübut olan bir ədəd “TECNO SPARK 10C” markalı mobil telefon hökm qanuni qüvvəsini aldıqdan sonra təqsirləndirilən şəxs X4 qaytarılmalıdır. «Azərbaycan Respublikasının CM-nin dəyişikliklər edilməsi haqqında» 07 mart 2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə görə məhkəmə, hər bir cinayət işi üzrə CM-nin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli olan əmlakın olub-olmaması məsələsini həll etməlidir. Azərbaycan Respublikası CM-nin 99-1.1 və 99-1.1.1-ci maddələrinə əsasən məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunan əmlak hesab olunur. Cinayət işi üzrə maddi sübut qismində tanınmış şəxsin mənzilində yoxlama aparılarkən qeydə alınan video görüntülərin əks olunduğu DVD disklər cinayət işinin materiallarında saxlanılmalı, evə baxış zamanı aşkar olunaraq götürülmüş 0.158 qram olan 07 ədəd əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləri ekspertizadan sonra qalan 07 ədəd olmaqla qalıq çəkisi 0.088 qram narkotik tərkibli çətənə (kannabis) bitkiləri, 26 ədəd çətənə toxumları hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməli, maddi sübut qismində tanınmış bir ədəd avtomat koloşnikov sandığı və 39 ədəd atəşə yararlı patronlar xüsusi müsadirə olunmalı və hökm qanuni qüvvəsini aldıqdan sonra Naxçıvan MR Daxili İşlər Nazirliyinə təhvil verilməlidir. İş üzrə mülki iddia yoxdur. İş üzrə ekspertiza tədqiqatının xərci olan ümumilikdə 260 (iki yüz altmış) manat-90 manat məhkəmə kimyəvi ekspertizasının, 90 manat məhkəmə biloji ekspertizasının və 80 manat məhkəmə ballistik ekspertizasının aparılması üçün olmaqla Təqsirləndirilən şəxs tutularaq büdcə təsnifat kodu 142330, X5 MR İdarəsi kodu 502906, VÖEN **********, müxbir hesab AZ88NABZ******************** olan, Naxçıvan MR Maliyyə Nazirliyi VÖEN **********, hesab AZ21NABZ******************** olan hesaba ödənilməlidir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli Qərarında qeyd olunmuşdur ki, “Narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları, güclü təsir edən və zəhərli maddələr üzrə cinayət işlərində maddi sübutların məsələsi həll edilərkən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 06 oktyabr 2005-ci il tarixli 181 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq müsadirə edilmiş narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının məhv edilməsi Qaydası” və “Qanunsuz dövriyyədən Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq müsadirə edilmiş, lakin dərman preparatları şəklində olduğuna və tibbi məqsədlərlə istifadə oluna biləcəyinə görə məhv edilməsi mədsədə uyğun olmayan narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi üçün təhvil verilməsi Qaydası”na uyğun olaraq məhkəmələr onların məhv edilməsini və ya tibb məqsədləri üçün istifadəyə yararlı olan narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə verilməsini hökmdə mütləq göstərməli və bu işlər üzrə hökmlərin icrası haqqında sənədlərin işə əlavə olunması təmin edilməlidir.” Məhkəmə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarı, eyni zamanda Azərbaycan Respublikası CPM-in 346.1 və 346.1.19-cu maddələrinin tələbləri baxımından maddi sübutlar məsələsinin necə həll edilməli olduğunu müzakirə edərək belə nəticəyə gəlir ki, maddi sübut kimi saxlanılan 0.088 qram çəkidə olan narkotik tərkibli çətənə (kannabis) bitkisi, 26 ədəd çətənə toxumları hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməli, məhv etmə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 32-ci maddəsinə əsasən yaradılmış komissiya tərəfindən həyata keçirilməlidir. İş üzrə maddi sübut kimi tanınmış bir ədəd avtomat sandığı və 39 ədəd patron isə xüsusi müsadirə edilərək Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinə təhvil verilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1 və 91.1.2-ci maddələrinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “24” iyun 2024-cü il tarixli Qərarında qeyd olunmuşdur ki, məhkəmələr narkomaniya xəstəliyinə düçar olmuş təqsirli şəxslər barəsində cəza təyin edərkən onların cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi qaydada müalicə olunması məsələsini həll etməlidirlər (belə müalicənin tətbiq edilməli olub-olmaması barədə müvafiq ekspertiza rəyi alınmalıdır). Bu halda məcburi müalicənin müddəti məhkəmələr tərəfindən hökmdə göstərilməməlidir. “Məhkəmə-narkoloji” ekspertizasından təqdim edilmiş xx.xx.2025-ci il tarixli 96 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs narkotik maddə istifadəçisidir. Təqsirləndirilən şəxs həşiş narkomaniyasından əzab çəkir və məcburi müalicəyə ehtiyacı olmaması göstərilmişdir. Məhkəmə qeyd edir ki, müvafiq rəyə əsasən Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur və artıq şəxs X3 Narkoloji Dispanserində profilaktiki qeydiyyata alınmışdır. İş üzrə mülki iddia əmlak yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikası CPM-nin 44.1, 197-198, 341- 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə
H Ö K M E T D İ:
Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Мəcəlləsinin 228.1-ci maddəsi ilə təqsirli bilinib 2 (iki) il 1 (bir) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə təqsirli bilinib 1 (bir) il 2 (iki) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan RespublikasıCinayət Məcəlləsinin 66.2-ci maddəsi ilə Təqsirləndirilən şəxs təyin edilən cəzalar qismən toplanılmaqla qəti olaraq Azərbaycan Respublikasının Cinayət Мəcəlləsinin 228.1-ci maddəsi və 237.1-ci maddələri üzrə 2 (iki) il 2 (iki) ay müddətinə azadlığın məhdudlaşdıırlması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 2(iki) gün şübhəli şəxs qismində tutulduğu müddət ona təyin edilən azadlığın məhdudlaşdırılması cəzasından 1 günə 2 gün olmaqla çıxılsın və üzərində qəti olaraq 2(iki) il 1 (bir) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs üzərinə gün ərzində saat 23:00-dan 07:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitəni işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Naxçıvan Muxtar Respublikasının ərazisini tərk eməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirmək, həmçinin onun üzərinə kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası Təqsirləndirilən şəxs cəzasının icrası faktiki yaşadığı yer ünvan 4 ünvanı üzrə Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinə həvalə edilsin və cəzaçəkmə müddətinin əvvəli həmin orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. İş üzrə maddi sübut kimi tanınmış 0.088 qram çəkidə olan narkotik tərkibli çətənə (kannabis) bitkisi, 26 ədəd çətənə toxumları hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Məhv etmə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 32ci maddəsinə əsasən yaradılmış komissiya tərəfindən həyata keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış bir ədəd avtomat koloşnikov sandığı və 39 ədəd atəşə yararlı patronlar xüsusi müsadirə olunsun və hökm qanuni qüvvəsini aldıqdan sonra Naxçıvan MR Daxili İşlər Nazirliyinə təhvil verilsin. İş üzrə mülki iddianın olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu vaxtdan 20 (iyirmi) gün müddətinə Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Sədrlik edən:Gülnar Səfərəliyeva