Məhkəmə qərarları › İş №1(078)-49/2024

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Hökm — İş №1(078)-49/2024

21.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Naxçıvan şəhəri İş № 1(078)-49/2024 21.08.2024 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Saat 17:30 Naxçıvan Şəhər Məhkəməsinin hakimi Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Məmmədov Şahmar Fəxrəddin oğlunun katibliyi, Dövlət ittihamçısı Naxçıvan Muxtar Respublikası Prokurorluğu dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs2, onun müdafiəçisi Naxçıvan Şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs1, onun müdafiəçisi Naxçıvan Şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakı ilə, xx.xx.1996-cı ildə Şərur rayon Şəhriyar kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, Naxçıvan Muxtar Respublikası Qaz İstismar Xidmətində Texniki İstismar və X1 mühəndis işləyən, subay, əvvəllər məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2rəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi, xx.xx.1977-ci ildə Naxçıvan şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işsiz, evli, əvvəllər məhkumluğu olmayan, ünvan 3 ünvanında qeydiyyatda olan və barəsində Naxçıvan Şəhər Məhkəməsinin qərarı ilə seçilən həbs qətimkan tədbirinə görə Naxçıvan MR Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında narkotik vasitələri və psixotrop maddələri əldə etmiş və saxlamışdır. Belə ki, o, satış məqsədi olmadan xeyli miqdarda metamfetamin psixotrop maddə əldə etmək məqsədilə Təqsirləndirilən şəxs1 ilə qabaqcadan cinayət əlaqəsinə girərək Təqsirləndirilən şəxs1 mobil nömrəsini təqdim etdiyi və istintaqa məlum olmayan mənbə ilə whatsapp sosial şəbəkəsi ilə əlaqə saxlayıb **********04 mobil nömrəsinin M10 hesabına ümumilikdə 125 manat olmaqla, 11 aprel 2024-cü il tarixdə saat 20:05:47 saniyədə 100 manat pul, 11 aprel 2024-cü il tarixdə saat 21:47:32 saniyədə 25 manat pulu Naxçıvan şəhəri Ə.Əliyev küçəsi 20, Cahan TM-dəki Milliön ödəmə terminalından göndərmiş, istintaq məlum olmayan mənbə aldığı 125 manat pul müqabilində təmiz çəkisi istintaqa məlum olmayan metamfetamin psixotrop maddəsini 13 aprel 2024-cü il tarixdə əl yükündə olan “Croissant” şirniyyatının içərisində Bakı-Naxçıvan aviareysi ilə Naxçıvana göndərmiş, həmin tarixdə Təqsirləndirilən şəxs2 içərisində metamfetamin psixotrop maddəsi olan əl yükünü almış, bu yolla Təqsirləndirilən şəxs1lə birlikdə metamfetamin psixotrop maddəsi əldə edib üzərində daşıyaraq ünvan 5 ünvanında yerləşən evə aparmışlar, 14 aprel 2024-cü il tarixdə gecə saatlarında həmin evdə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 birlikdə əldə etdikləri metamfetamin psixotrop maddəsini aralarında yarı-yarıya bölmüşlər, Təqsirləndirilən şəxs2 isə öz payına düşən təmiz çəkisi 0.916 qram olan metamfetamin psixotrop maddəsi “Croissant” sözü yazılan sellofana büküb bir ədəd “Sobranie” markalı siqaret qutusunun içərisinə qoyub həmin evin otağında olan köhnə və astarı sökülmüş vəziyyətdə olan çarpayının içində gizlədərək evdən küçəyə çıxmış, 14 aprel 2024-cü il tarixdə saat 03:40 dəqiqədə Naxçıvan Şəhər Polis İdarəsinin Cinayət Axtarışı Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs2 Naxçıvan şəhəri M.Mirişli küçəsində saxlanılıb İdarəyə gətirilmiş, dövlət hesabına dəvət edilmiş müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs2 olduğu ünvan 6 ünvanında yerləşən evə baxış keçirilən zaman otaqda köhnə və astarı sökülmüş vəziyyətdə olan çarpayının içindən bir ədəd “Sobranie” markalı siqaret qutusunun içərisində olan “Croissant” sözü yazılan sellofan bükümdə təmiz çəkisi 0.916 metamfetamin psixotrop maddəsi aşkar edilərək prosessual qaydada götürülmüşdür. Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi olmadan xeyli miqdarda metamfetamin psixotrop maddə əldə etmiş və saxlamışdır. Belə ki, o satış məqsədi olmadan xeyli miqdarda metamfetamin psixotrop maddə əldə etmək məqsədilə Təqsirləndirilən şəxs2 ilə qabaqcadan cinayət əlaqəsinə girərək tanışı istintaqa məlum olmayan mənbənin xarici mobil nömrəsini Təqsirləndirilən şəxs2 təqdim edib əlaqələndirmiş, istintaq məlum olmayan mənbə aldığı 125 manat pul müqabilində təmiz çəkisi istintaqa məlum olmayan metamfetamin psixotrop maddəsini əldə etmələri məqsədilə 13 aprel 2024-cü il tarixdə əl yükündə olan “Croissant” şirniyyatının içərisində Bakı-Naxçıvan aviareysi ilə Naxçıvana göndərtmiş, həmin tarixdə Təqsirləndirilən şəxs2 hava limanında içərisində metamfetamin psixotrop maddəsi olan əl yükünü almış, bu yolla Təqsirləndirilən şəxs1 ilə Təqsirləndirilən şəxs2 məqsədlərinə çataraq birlikdə metamfetamin psixotrop maddəsi əldə edib ünvan 5 ünvanında yerləşən evə gəlmişlər, 14 aprel 2024-cü il tarixdə gecə saatlarında həmin evdə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 birlikdə əldə etdikləri metamfetamin psixotrop maddəsini aralarında yarı-yarıya bölmüşlər, Təqsirləndirilən şəxs2 öz payına düşən 0.916 qram metamfetamin psixtrop maddəsini götürmüş, Təqsirləndirilən şəxs1 də öz payına düşən metamfetamin psixotrop maddəsinin bir hissəsini damara vurmaq yolu ilə istifadə edib metamfetamindən qalan hissəni üstündə saxlamış, evlərinə gələn şəxsi qarşılamaq üçün küçəyə çıxanda 14 aprel 2024-cü il tarixdə saat 03:40 dəqiqədə Naxçıvan Şəhər Polis İdarəsinin Cinayət Axtarışı Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs1 Naxçıvan şəhəri M.Mirişli küçəsində saxlanılıb İdarəyə gətirilmiş, dövlət hesabına dəvət edilmiş müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış aparılarkən bir ədəd bükümdə təmiz çəkisi 0,042 qram olan metamfetamin psixotrop maddəsi aşkar edilərək prosessual qaydada götürülmüşdür. Təqsirləndirilən şəxslər tərəfindən sözügedən cinayət əməlinin törədilməsi ilk olaraq öz ifadələri ilə etiraf edilmişdir. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ifadəsində ona Azərbaycan Respublikası CM-in 178.2.3 və 234.1-ci maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, əvvəllər narkotik vasitələrdən istifadə etmişdir. Sonuncu dəfə təxminən 2 il bundan əvvəl narkotikdən istifadə etmişdir. Tanışı Şahinlə birlikdə olanda, Şahin “Bakı şəhərində tanış iranlı var, məndə nömrəsi də var, mən də onunla danışmaq istəyirəm” demiş, özü də Şahinə “sən onunla necə danışırsan, sənin whatsappın var?” soruşmuş, Şahin də “mənim telefonum smartfon deyil” demişdir. Şahinə “sən iranlının nömrəsini ver, mən whatsappda onunla danışım” demiş, Şahin də iranlının +98 914 *** ** ** nömrəsini vermişdir. O, whatsapp nömrəsi olan ***-***-**-** mobil nömrəsindən iranlının +98 914 *** ** ** whatsapp nömrəsinə zəng vurub əlaqə yaratmışdır. İranlını konkret olaraq tanımır, Şahin vasitəsi ilə onunla telefon əlaqəsi saxlamış, üzdən tanımır, iranlıdan Şahinlə aralarında bölmək üçün 1.5 qram metamfetamin psixotrop maddəsi istəmişdir. İran vətəndaşı whatsappda “burada satılır” deyə şəkil və konum atmış, həmin şəkilə baxanda metamfetaminin paltarın cibində olduğunu görmüşdür. İranlı “mənə 100 manat verərsən” demiş, iranlıdan “sənə 100 manatı necə yollayım?” soruşduğunda, iranlı “tələsmə, mən sənə nömrə deyəcəm onun M10 hesabı var, həmin hesaba hər hansı terminaldan pul ödəyərsən” demiş, o da razılaşmışdır. İranlı whatsappda ***-***-**-** mobil nömrəsini verib “M10 hesabına 100 manat vur” yazmışdır. O, 11 aprel 2024-cü il tarixdə saat 20:05:46 saniyədə ünvan 10 mərkəzinə gedib Milliön ödəmə terminalından ***-***-**-** mobil nömrənin M10 hesabına 100 manat vurmuşdur. Bir qədər keçəndən sonra iranlı whatsappdan zəng vurub “əlavə 25 manat da göndər” demişdir. O da deyildiyi kimi 25 manatı həmin terminaldan göndərmişdir. Ümumilikdə iranlıya 125 manat pul göndərmişdir. İran vətəndaşı “metamfetamin hazır olanda sənə deyəcəm” demişdir. xx.xx.2024-cü il tarixdə Bəhman içərisində metamfetamin psixotrop maddə olan yükü Hava Limanına gətirib tanımadığı sərnişinlərdən biri ilə Naxçıvana yola salmışdır. Bəhman həmin paketin içərisindən nə olduğunu bilmirdi, o da bu haqda Bəhmana heç nə deməmişdir. Şahinə zəng vurub “iranlı metamfetamini yollayır” demiş, Şahin də “lap əla, gələndə xəbər elə” demişdir. xx.xx.2024-cü il tarixdə saat 23 radələrində X15 getmiş, Bəhmanla “sən əl yükünü kiminlə göndərdin” deyə danışmışlar, Bəhman da “turla bağlı gələn var idi, mən onun ***-***-**-** mobil nömrəsini götürmüşəm” demiş, həmin nömrəni özünə vermiş, özü də təyyarə düşəndən sonra həmin şəxsə zəng vurmuş, əl yükünü gətirdiyini soruşmuş, onunla görüşmüş, lakin onu tanımamış, o da yükü özünə vermişdir. İçərisində metamfetamin psixotrop maddə olan əl yükünü götürmüşdür. Şahin də “mal gəlir” deyə əl çəkmirdi. Şahin dəqiqəyə bir zəng vururmuş, Şahin zəng vurub “metamfetamin götürdün?” soruşmuşdur. Şahin “mənim də payımı ayır, yaddan çıxmasın” demiş, bir-iki saniyə keçməmiş, Şahin təkrar zəng vurub “səni aparacam evə, başqa heç yerə getmə” demişdir. Şahin onu qonaq çağırmış, Şahinlə birlikdə onların yaşadığı ünvan 7 29 ünvanında yerləşən evinə getmişlər. Evdə heç kəs yox idi. Şahinə birlikdə evə keçmişlər. Bakıdan özünə göndərilən əl yükünü salonda divanın üstündə açmış, yükün içərisində paltarlar və 10 ədəd şirniyyat vardı. İranlı ona təxminən 1.3 qram metamfetamin göndərmişdi. Bəhman metamfetamin psixotrop maddəsini qoyduğu Croissant şirniyyatını sellofanını əvvəlcədən skoçlamışdı. Evin içərisində Şahinlə birlikdə əl yükünü açmış, Şahinə “səs eləmə skoçlanmış şirniyyatın içərisindədir” demişdir. Bir-bir şirniyyatlara baxmışlar. Croissant şirniyyatının biri skoçlu imiş, həmin şirniyyatın sellofanı açmış, metamfetamin şirniyyatın içərisində skoçlu kağıza bükülü idi. Şahinlə bükümü açmış, içərisində metamfetamin olduğunu görmüşlər, Croissant şirniyyatının sellofanını tərs çevirib bağlamanı onun içərində Şahinlə açıb tökmüş, həmin metamfetamin kütləsini 1/3-ni Şahinə bölmüş, 2/3-sini isə özünə götürmüşdür. Şahinin evində hazır vəziyyətdə lampa və şprisi vardı. Şahin öz payını götürüb o biri otağa keçib istifadə etmişdi. Şahin “bir nəfəri götürürəm gələm” demiş və evdən çıxmışdı. O da özünə ayrıdığı Croissant şirniyyatının sellofanında olan metamfetamini büküm üzərində olan boş Sobranie siqaret qutusunun içərisinə qoymuş, sonra da həmin qutunu yan otaqdakı köhnə çarpayının yan tərəfindən astarına yerləşdirmişdi. Şahinin ardınca küçəyə çıxmış, həmin vaxt iki nəfər mülki formada şəxslər yaxınlaşıb və polis əməkdaşı olduğunu deyib onları Polis İdarəsinə dəvət etmişlər. Orada dövlət hesabına müdafiəçi dəvət edib video çəkilişlə üzərinə şəxsi axtarış keçirilmişdir. Üzərindən telefon və siqaret aşkar olunmuş, lakin metamfetamin psixotrop maddəsi aşkar olunmamışdı. O Bakıdan iranlının yolladığı metamfetamini evdə gizlətdiyini demiş, polis əməkdaşlarının iştirakı ilə razılıq ərizəsinə əsasən evə baxış keçirilmişdir. Qonaq getdiyi evdə gizlətdiyi çarpayıdan bir ədəd Sobranie siqaret qutusunu götürüb polis əməkdaşlarına təqdim etmişdir. Polis əməkdaşları müdafiəçinin və onun iştirakı ilə həmin qutunu açmışlar. Həmin qutuda olan Croissant şirniyyatının sellofanından metamfetamin aşkar olunmuşdu. Metamfetamin prossessual qaydada götürülərək qablaşdırılmışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ifadəsində ona Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, əvvəllər narkotik vasitələrdən istifadə edib, lakin cinayət məsuliyyətinə cəlb edilməyib. Şəxsi istehlak miqdarında istifadə etdiyi üçün inzibati qaydada bir neçə dəfə məsuliyyətə cəlb edilərək inzibati həbs olunmuşdur. Sonuncu dəfə Naxçıvan ŞPİ-də inzibati qaydada həbs edilmişdir. Təqsirləndirilən şəxs2 2-3 aydır tanıyır, Nurellə tanışı Turqut Fətullayevin vasitəsilə tanış olub. Özünə məxsus Azsamand markalı **-BF-*** dövlət nömrə nişanlı avtomobili ilə taksiçilik edir. Nurellə də bu vasitə ilə tanış olmuş, bir yerdə oturub piyvə də içmişlər. İran vətəndaşı Həmidi üzdən tanımır, ancaq onun nömrəsini bilir. Taksi fəaliyyəti ilə məşğul olduğu üçün avtomobilinə Cəfər adında bir kişi minmiş, onunla söhbət edəndə İranlı tanışının olduğunu və narkotik satdığını bilmiş və ondan iranlı Həmidin nömrəsini istəmiş, Cəfər də iranlı Həmidin +98 914 *** ** ** mobil nömrəsini verib “X3r, orada yaşayır” demişdir. Cəfərlə birlikdə iranlı ilə danışıb tanış olmuşlar. İranlının adı Həmiddir, İran İslam Respublikasının Biləsuvar şəhərində olur, narkotik ticarəti ilə məşğuldur. İranlının nömrəsi özündə saxlamış onunla ara-bir danışmışdır. Nurel ondan “səndə iranlı nömrəsi var?” soruşduğunda Nurelə “niyə istəyirsən” soruşmuş, Nurel də “danışacam, metamfetamin istəyəcəm, göndərsə, alacam” demişdir. Nurelə “mənim sadə telefonum var, whatsappım yoxdur, onunla danışa bilmirəm” demiş, Nurel də “heç narahat olma, mən özüm danışacam, razı olsa Naxçıvana gətizdirəcəm” demişdir. Nurelə “nömrəni mən verdim, məni gör haa, mənimlə birlikdə” demiş, Nurel də “narahat olma, gətizdirib səninlə böləcəm” demiş o da razılaşmışdır. Nurelə “ancaq ehtiyatlı ol” demişdir. İstifadəsində olan ***-***-**-**, ***-***-**-**, ***-***-**-** mobil nömrələri ilə Təqsirləndirilən şəxs2 istifadə etdiyi ***-***-**-**, ***-***-**-** mobil nömrələri ilə əlaqə saxlayırdı. Bir neçə gün keçəndən sonra Nurel zəng vurub “iranlı ilə danışmışam, 100 manat pul istəyib, 1.5 qram metamfetamin göndərəcək” demişdi. Nurelə “pulum yoxdur, nömrəni mən vermişəm, gətirtməyi sən təşkil elə” demiş, Nurel də “100 manatı verəcəm, 3- 4 günə gəlib çatar” demişdir. Nurel təkrar zəng vurub “100 manatdan əlavə iranlıya 25 manatda atdım, metamfetamin göndərəcək, göndərən kimi sənə deyəcəm” demişdir. Nurelə zəng vurub “xəbər var, nə vaxt gələcək” soruşmuş, Nurel də “iranlı malı verib, Bakıdan yollayacaqlar” demişdir. “necə gətirəcəksən?” deyə soruşmuş, Nurel də “Croissant adlı şirniyyatın içərisində gizlədib yollayacaqlar” demiş, o da “lap əla, gələndə xəbər elə” demişdir. Təqsirləndirilən şəxs2 qohumu Bəhmana demiş, o da areoportdan bir nəfər tanımadığı şəxslə göndərmişdir. xx.xx.2024-cü il tarixdə saat 23 radələrində Nurel təkrar zəng vurub “X4, malı göndəriblər, götürəcəm” demiş, o da “məni yaddan çıxarma, mənə xəbər elə” demiş, tez-tez zəng vurub Nureldən “bəs nə oldu, niyə bir şey demirsən?” deyə soruşmuşdu. Nurel bir qədər sonra təkrar zəng vurub “gəldi, əlimdədir” demişdir. Bir-iki saniyə keçməmiş, Nurelə zəng vurub “Nurel, səni aparacam evə, başqa heç yerə getmə” demiş və Nureli qonaq çağırmışdı. Nureli yaşadıqları evin arxasına, ünvan 7 29 ünvanında yerləşən evə aparmışdı. ünvan 7 29 ünvanında yerləşən ev qardaşı Adəmə məxsusdur, lakin o Bakı şəhərində yaşadığı üçün evə özü baxır, orada toyuq-cücə saxlayır, anası da gəlib-gedir, lakin evdə heç kəs olmur. Küçə qapısının açıb içəri girmişlər, evin qapısını açmış, evin işığını yandırmış, Nurelə “sən burada otur” demişdir. Nurel də içərisində metamfetamin psixotrop maddəsi olan əl yükünü evin içərisində onunla birlikdə açmışdı. Yükün içərisində paltarlar və 10 ədəd şirniyyat var idi. Metamfetamin psixotrop maddəsinin olduğu Croissant şirniyyatın sellofanı skoçlamışdı. Evin içərisində Nurellə birlikdə əl yükünü açmış, Nurel “səs eləmə metamfetamin skoçlanmış şirniyyatın içərisindədir” demiş, bir-bir şirniyyatlara baxmışlar. Croissant şirniyyatının biri skoçlu idi. Həmin şirniyyatın sellofanını açmışlar. Şirniyyatın içərisində skoçlu kağıza bükülü formada idi. Nurellə bükümü açdı. Bükümün içərisində metamfetamin var idi. Nurel Croissant şirniyyatının sellofanı tərs çevirib bağlamanı onun üzərində açıb metamfetamini ora tökmüşdü. Nurel həmin metamfetamin kütləsini 1/3-ni özünə bölmüş, 2/3-sini isə özünə götürmüşdü. Evində hazır vəziyyətdə lampa və şprisi var idi. Özü həm preqabalin istifadə edirdi. Nurelin onun üçün ayrıdığı payını götürüb o biri otağa keçmiş, həmin vaxt Nurellə böldükləri metamfetaminin bir hissəsini suda həll edib şprisə doldurmuş və damara vurmaq yolu ilə qəbul etmişdir. Bundan sonra həmin metamfetamin bir hissəsi qalmışdı. Tanışı Nihadın ***-***-**-** mobil nömrəsi zəng vurub onu çağırmış, Nurel də “mən də Vətəni çağırmışam, o sizin qapını tanımır” demiş və qapıya çıxmış, Nurel də ardınca gəlmişdir. Həmin vaxt küçədə iki nəfər mülki formada şəxslər yaxınlaşaq polis əməkdaşı olduqlarını deyib, onları Polis İdarəsinə dəvət etmişlər. İdarədə dövlət hesabına müdafiəçi dəvət edib video çəkilişlə üzərinə şəxsi axtarış keçirilmiş, üzərindən bir ədəd içərisində maye olan şpris, bir ədəd preqabalin, bir ədəd kristal formalı Nurellə böldükləri metamfetamin hissəsi vardı və onları polisə təqdim etmişdir. Üzərində şəxsi axtarış keçirilmiş, video çəkiliş aparılmış, həmin aşkar olunan predmetlər qablaşdırılmışdır. Sonra Nurelin də üzərinə baxış keçirmişlər, polis əməkdaşlarının iştirakı ilə razılıq ərizəsinə əsasən evinə baxış keçirilmiş, baxış zaman bir ədəd istifadə olunmuş şpris, bir ədəd istifadə olunmamış şpris, 19 ədəd preqabalin, bir ədəd sellofan bükümdə kristal hissəciklər, bir ədəd şəffaf rəngsiz kütlə, bir ədəd bıçaq, bir ədəd kustar üsulla hazırlanmış lampa və qələm hissəsi aşkar olunmuş, həmin aşkar olunanlar prossessual qaydada götürülərək qablaşdırılmışdır. Bədənində sümük arğıları var və buna görə reseptlə preqabalin alırmış, lakin indi resepti yoxdur. Həmin preqabalinlər özünündür, çoxdan alıb. Əvvəllər ona Nadir həkim, Azər həkim reseptlə preqabalin yazırdı. Preqabalin satmır, sadəcə gündə bir ədəd qəbul edir, ağrısı çox olanda iki ədəd qəbul edir. İki ədəd preqabalini Nurelə vermiş, başqa heç kəsə verməmiş, satmamış, sadəcə özü istifadə etmiş, sonuncu dəfə 4-5 ay bundan qabaq resept yazmış, özü də aşkar olunan 20 ədəd preqabalini əvvəlcədən almış, o vaxt 120-120 həb almış, o vaxtdan həmin həblər özünə qalmışdır. Özünün resepti yoxdu. Rəşadət həkim də ona yuxu gətirən dərman yazıb, onu atıb yatır. Metamfetamin psixotrop maddəsini Təqsirləndirilən şəxs2la birlikdə əldə etmişlər. Törətdiyi əməlinə görə peşmandır. Təqsirləndirilən şəxslərin sözügedən cinayət əməlini törətməsi həmçinin şahidlərin ifadələri, istintaq hərəkətlərinin protokolları ilə tam sübuta yetirilmişdir. İbtidai istintaq zamanı dindirilmiş, ifadəsi məhkəmə istintaqı zamanı elan edilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs2 işlədiyi Misli lotoreya yerindən 2023-cü ilin noyabr ayından tanıyır, ora müştəri kimi gəlib-gedirdi. Təqsirləndirilən şəxs1 tanımır, onlarla onun arasında ədavət, düşmənçilik və qohumçuluq münasibəti yoxdur. Zərərçəkmiş şəxs tanıyır, onunla birlikdə iş yoldaşı olmuşdur. Əvvəllər hərbidə işləmiş və Ədalət də onunla birlikdə işləyibdir. Sonra da ikisi də hərbidən çıxmışlar. Onunla dostdur, hələ də münasibət saxlayır. 2023-cü ilin noyabr ayında Ədalətin işi olmadığı üçün ona iş yeri maraqlanırmışlar. Təqsirləndirilən şəxs2 işlədiyi yerə gələndə onunla danışmış, o da onu işə düzəldə bilərəm demişdir. Ədalətə demiş, o da elə imkanım yoxdur, işləmirəm, əlimdə də pulum yoxdur demişdir. Birlikdə Nurelə zəng vurmuşlar, Nurel də 800 manat düzəlt ver, bir aya işini həll edəcəm demişdir. Ədalət də bir-iki gün keçəndən sonra 800 manat pulu hazırlamışdır. Onun yanına gəlmiş, Nurelə zəng vurmuşdur. Nurel də mən işdəyəm, Qaz Xidmətinin yanına gəlin demişdir. Ədalətlə birlikdə ora getmişlər. Nurel də gəlmiş, onun yanında Ədalət Nurelə 800 manat sayıb vermişdir. Nurel də Ədalətə sənədlərin siyahısını deyəcəm düzəldərsən demişdir. Bundan sonra da Ədalət özü Nurellə danışmışdır. Bir ay keçəndən sonra Ədalətlə görüşmüşlər, Ədalət də Nureldən xəbər yoxdur demişdir. Nurelə zəng vurmuş, o da işi düzəlməsə pulunu özüm qaytaracam demişdir. Belə belə Nurel Ədalətin işini düzəltməmişdir. Ona görə Ədalət Nurellə tanış olmuşdur. Ədalətin işi düzəlmədiyi üçün pis olmuşdur. Bir də eşitmişdir ki, Ədalət Nurelin barəsində şikayət ərizəsi yazıb. Məhkəmə istintaqı zamanı dindirilmiş Şahid8 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 əvvəlcədən tanımır, onlarla arasında ədavət, düşmənçilik və qohumçuluq münasibəti yoxdur. 11 aprel 2024-cü il tarixdə Türkiyə Respublikası vətəndaşı Hakanın və Orxanın başçılıq etdiyi turla birlikdə 62 nəfər şəxslə birlikdə təyyarə yolu ilə Naxçıvandan Bakıya getmişlər, turla birlikdə Bakı şəhərini gəzmişlər. 13 aprel 2024-cü il tarixdə turla birlikdə Bakıdan Naxçıvan qayıtmaq üçün Bakı şəhər X16 getmişlər. Yükləri baqaja yükləmək üçün oradaki türk dostlarına kömək etmiş, həmin vaxt iki nəfər şəxs Hakana yaxınlaşıb yükün Naxçıvana aparılması ilə bağlı kömək istəmiş, Hakan da “bu şəxslərə kömək edə bilərsənmi?” soruşmuş, o da tanımadığı iki nəfər şəxsdən “paltarın içərisində nə var” soruşmuş, onlardan biri “əl yükünün içərisində paltar var, qardaşım Naxçıvanda aeroportdan gəlib götürəcək” demişdir. O da yükü almış, həmin şəxs ***-***-**-** mobil nömrəsini istəmiş, “bu nömrəmi qardaşıma verəcəm, səninlə əlaqə saxlayıb yükü alacaq” demişdir. Yükü götürmüş, verilən əl yükünü skoçlanmış vəziyyətdə olmuş, əldə tutmaq üçün qulpu var idi, skoçdan qulp düzəldilmişdir. Həmin yükü iki nəfər şəxsin yanında baqaja vermiş, turla birlikdə təyyarəyə minmiş, bir saat keçəndən sonra Naxçıvana çatmış, telefonu açmış, telefonuna zəng gəlmiş, telefonu açanda danışan şəxs “danışan Elmardı?” soruşmuş, o da “bəli” demişdir. “Naxçıvan şəhərində həmin yükü gətirib verə bilərsən?” deyib xahiş etmiş, o da “xeyr, turla gəlmişəm, gəlin özünüz götürün” demişdir. Həmin şəxs də aeroporta gəlmiş, yükü almışdır. Heç onun sifətinə də baxmamışdır. Ondan sonra həmin şəxsi görməmişdir. Telefonda ona zəng gəlmiş, danışan polis əməkdaşı olduğunu demiş, polis əməkdaşı “gətirdiyin yükün içərisindən metamfetamin psixotrop maddəsi çıxıb” demiş, buna görə Naxçıvan Şəhər Polis İdarəsinə dəvət edilmiş, özü də polis əməkdaşlarına yükün içərisində metamfetamin psixotrop maddəsinin olduğunu bilmədiyini demişdir. İnsanlıq naminə köməklik etmək üçün əl yükünü qəbul edib gətirib Naxçıvanda tanımadığı şəxsə vermişdir. Narkotik vasitələrdən və psixotrop maddələrdən istifadə etməmişdir. Siqaret də çəkmir. Əl yükünü iki nəfər şəxs vermiş, həmin şəxsləri tanımamışdır. Hər iki şəxs orta boyda, yaşları 30-35 olardı, bir-birilərinə oxşayırdı. Naxçıvanda aeroportun içərisində əl yükünü ona zəng vuran şəxsə vermiş, həmin şəxs bir nəfər idi. Qaranlıqda verdiyi üçün, onun da sifəti yadında qalmamışdır. Turu işlədən Hakan dostudur, turda 50 nəfərdən çox adam olanda onu köməyə çağırır, o da kömək edir. Naxçıvandan Bakıya iki dəfə gedib. Birinci dəfə bu ilin yanvar ayında getmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Naxçıvan Şəhər Polis İdarəsinin Cinayət Axtarış Şöbəsinin baş əməliyyat müvəkkili vəzifəsində işləyir, polis mayorudur. 13 aprel 2024-cü il tarixdə daxil olmuş əməliyyat məlumatı nəticəsində rəis tapşırıq vermiş, tapşırığa uyğun olaraq iş yoldaşı Şahid2 və Şahid5 ilə əməliyyat tədbiri qurmuşlar. Tədbirə uyğun olaraq 2024-cü ilin aprel ayının 13dən 14-nə keçən gecə əməliyyat tədbirini həyat keçirmək üçün saat 23 radələrində iş yoldaşları ilə hazırlaşıb, rəisə məruzə edib, İdarədən çıxmışlar. Həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrdən və psixotrop maddələrdən istifadə etməkdə və saxlamaqda şübhəli bilinən Naxçıvan şəhər sakini Təqsirləndirilən şəxs1 və Şərur şəhər sakini Təqsirləndirilən şəxs2 ünvan 7 29 ünvanında yerləşən evin qarşısında, küçədə saxlayaraq hər ikisini Polis İdarəsinə dəvət etmişlər. Polis İdarəsinə çatandan sonra təhqiqatçı tərəfindən dövlət hesabına müdafiəçi dəvət edilmiş, müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs1 üzərində video çəkiliş ilə şəxsi axtarış aparılmasına başlanılmış, müdafiəçinin iştirakı ilə təhqiqatçı “üzərində qanunla dövriyyəsi qadağan olunmuş narkotik vasitə və psixotrop maddə var” soruşmuş, Təqsirləndirilən şəxs1 da üzərindən bir ədəd içərisində maye olan şpris, bir ədəd preqabalin, bir ədəd kristal formalı metamfetaminə bənzər kütləni çıxarıb təqdim edərək “üzərimdə bunlar var, başqa da heç nə yoxdur” demiş, video çəkiliş ilə Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı həmin aşkar olunan predmetlər qablaşdırılmışdır. Həmçinin müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs2 da üzərində video çəkiliş ilə şəxsi axtarış aparılmasına başlanılmış, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs2 üzərində olan bir ədəd Samsung markalı mobil telefonunu və istifadə etdiyi siqaretini təqdim edib “üzərimdə metamfetamin psixotrop maddəsi yoxdur” demiş, şəxsi axtarış keçirilmiş, lakin metamfetamin psixotrop maddəsi aşkar olunmamışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs2 “Bakıdan iranlının yolladığı metamfetamin psixotrop maddəsini Şahingilin evində gizlətmişəm” demiş, istintaq və əməliyyat tədbirləri keçirib, həmin evə razılıq ərizəsinə əsasən Təqsirləndirilən şəxs2 iştirakı ilə baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs2 qonaq getdiyi evdə gizlətdiyi çarpayıdan bir ədəd Sobranie siqaret qutusunu götürüb təqdim etmiş, müdafiəçinin və Təqsirləndirilən şəxs2 iştirakı ilə həmin qutunu açmışlar, həmin qutuda olan Croissant şirniyyatının sellofanından kristal hissəciklərdən ibarət ağ rəngli metamfetamin psixotrop maddəsinə bənzər kütlələr aşkar olunmuş, həmin kütlə prossessual qaydada götürülərək kağız zərfdə qablaşdırılaraq möhürlənib və iştirakçılar tərəfindən imzalanmışdır. Ardıcıl olaraq Təqsirləndirilən şəxs1 və müdafiəçisinin iştirakı ilə həmin evə baxış keçirilmiş, baxış zaman bir ədəd istifadə olunmuş şpris, bir ədəd istifadə olunmamış şpris, 19 ədəd preqabalin, bir ədəd sellofan bükümdə kristal hissəciklər, bir ədəd şəffaf rəngsiz kütlə, bir ədəd bıçaq, bir ədəd kustar üsulla hazırlanmış lampa və qələm hissəsi aşkar olunmuş, həmin predmetlər sübut əhəmiyyəti kəsb etdiyi üçün prosessual qaydada götürülərək kağız zərfdə qablaşdırılaraq möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əvvəlcədən tanımır, onlarla arasında heç bir ədavət, düşmənçilik və qohumçuluq münasibəti olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş şəxs Şahid2 və Şahid5 ifadəsində Şahid4 ilə eyni məzmunda ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 Naxçıvan şəhərindən tanıyır, hamı bir-birini tanıyır, Şahini də avtomobil ustası kimi tanıyır. ***-***-**-** mobil nömrəsi özünə məxsusdur. X18 ondan yaşça balacadır, şəhər adamı kimi tanıyır. Təqsirləndirilən şəxs2 son vaxtlar tanıyır, Şahin yanında görmüşdür. Onunla tanışdır. Zərərçəkmiş şəxs tanımır. Təqsirləndirilən şəxs1 ilə Təqsirləndirilən şəxs2 birlikdə metamfetamin psixotrop maddə gətirmələri barədə əvvəlcədən xəbəri olmamışdır. Şahin Nurellə birlikdə tutulandan sonra məsələni öyrənmişdir. Sadəcə onların tutulmaqlarını bilir, başqa da heç bir məlumatı yoxdur. Həm də 3 aydır, infarkt keçirtmişdir, ürəyinin fəaliyyəti çox zəifdir, gücü 20%-dir, öz canının harayındadır, başqa da heç nə bilmir. Şahinin istifadəsində olan ***-***-**-**, ***-***-**-** və digər nömrələri ilə əlaqə saxlamışdır. ***-***-**-** köhnə nömrəsindir, əzbərdən bilir, lakin ***-***-**-** təzə nömrəsidir, onu əzbərdən bilmir. Nurelin də ***-***-**-** mobil nömrəsi ilə əlaqə saxlayırdı. Əvvəlcədən Nurel ilə Şahinin metamfetamin psixotrop maddəsini gətirdiyi barədə heç bir məlumatı olmamışdır. Nurellə Şahinin metamfetamin psixotrop maddəsindən istifadə etdiyi üçün tutulduğunu eşitmişdir. Motor ustası işləyir, Şahin də çilingərdir. Onunla birlikdə iş görür, maşın bazarına gedib ehtiyat hissələri almışlar, təmir etmişlər, həm də taksi kimi onun avtomobilindən istifadə etmişdir. Telefon danışıqları olmuşdur. Bundan başqa heç nə bilmir. Məhkəmə istintaqı zamanı dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 uşaqlıq dostudur. ***-***-**-** mobil nömrə özünə məxsusdur. X13 tanımır, Təqsirləndirilən şəxs2 tanımır. Zərərçəkmiş şəxs tanımır. Təqsirləndirilən şəxs1 ilə Təqsirləndirilən şəxs2 birlikdə metamfetamin psixotrop maddə gətirmələri barədə əvvəlcədən xəbəri olmamışdır. Şahin Nurellə birlikdə tutulandan sonra məsələni öyrənmişdir. Təqsirləndirilən şəxs1 öz dostudur deyə həmişə danışırmışlar. Şahin ya öz nömrəsi ilə, ya da ki, anasının nömrəsi ilə ona zəng vururdu. Eşitdiyinə görə Bakıdan Naxçıvana hava limanı ilə narkotik vasitə göndərmişlər. Şahin öz avtomobili ilə ora getməmişdir. Şahin və Nurel tutulan vaxtı Türkiyənin İğdır şəhərində olmuşdur. Heç onun tutulmasından xəbəri olmamışdır. Türkiyədən qayıdıb Naxçıvana gələndə telefonuna mesaj gəldiyini görmüşdür. Şahin həm öz nömrəsindən, həm də anasının nömrəsindən zəng gəlmişdir. Şahinin çox nömrəsi olmuşdur. Şahin ***-***-**-** mobil nömrəsi ilə ona zəng vurmuş, anası Qumru xalanın ***-***-**-** mobil nömrəsi ilə zəng vurmuşdur. Anasının nömrəsidir, öz adınadır. ***-***-**-** mobil nömrəsini də özü işlədirdi. Qumru xalaya zəng vurmuş, Qumru da “Şahin tutulub” demiş, narahat olub onlara getmişdir. Sonra Şahini buraxmışlar, Şahin də gecə gəlib onunla görüşmüşdür. Şahin metamfetamin psixotrop maddəsinə görə və preqabalinə görə onu və Nureli tutublar demiş, o da niyə buraxdıqlarına inanmamışdır. Şahin də ilk əvvəllər istintaqla bağlı buraxıldığını deməmiş, səhərisi günü “barəmdə cinayət işini başlanılıb” demişdir. Şahinə “səni elə belə buraxmazlar” demiş, Şahin də “Nurellə birlikdə aeroportdan metamfetamini götürüb sonra həyətə qayıdıblar, həyətdən küçəyə çıxanda polis tərəfindən tutulublar” demişdir. 10 gün keçəndən sonra Şahin sərxoş vəziyyətdə Vətənə “sən məni tutdurdun” demiş, buna görə mübahisə etmiş, sonra da bir-birilərini döymüşlər. Gecə saatlarında hadisə baş vermiş, gecə saatlarında öz evinə gedibmiş, Polislər saxlayıblar, barəsində həbs seçilmişdir. Əvvəlcədən Nurel ilə Şahinin metamfetamin psixotrop maddəsini gətirdiyi barədə heç bir məlumatı olmamışdır. Şahin dostudur, tutulub çıxandan sonra Şahin ona olanları danışmışdır. Şahin avtomobil sürür, taksi kimi ona tez-tez zəng vururdu. Şahinlə Nurel tutulmamışdan qabaq bir yerdə şəhərdə telestudionun yanında olmuşlar, orada onlarla görüşmüş, onlardan “burada nə edirsiniz” soruşmuş, Şahin də “heç elə belə durmuşuq” demiş, biraz söhbət etmişlər. Nə Nurel, nə də Şahin ona metamfetaminlə bağlı heç nə deməmişdir. Şahinlə Nureldən ayrılıb evinə gəlmiş, 13 aprel 2024-cü il tarixdə saat 16 radələrində Türkiyəyə getmişdir. Məhkəmə iclaslarının vaxtı və yeri barədə rəsmi qaydada məlumatlandırılmış Şahid1 göstərilən vaxtlarda məhkəmə iclasına gəlməmiş, lakin o, xx.xx.2024-cü il tarixdə məhkəməyə teleqram göndərərək xəstəliyi ilə əlaqədar olaraq məhkəmədə iştirak edə bilməyəcəyini, istintaqa verdiyi izahatını təsdiqlədiyini bildirmişdir. İbtidai istintaq zamanı ifadə verən, məhkəmə istintaqı zamanı ifadəsi elan edilən Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs2 dayısıdır. Təqsirləndirilən şəxs1 əvvəlcədən tanımır. Həmçinin Bakıdan Naxçıvana əl yükünü gətirən Şahid8 tanımır, onlarla arasında ədavət, düşmənçilik və qohumçuluq münasibəti yoxdur. Bakı şəhərində yaşayır. 13 aprel 2024-cü il tarixdə Bakı şəhərində İnşaatçılar metrosunda olanda dayısı Nurel özünə zəng vurub “nə edirsən, dərslərin necədir” deyib maraqlanmış, həminçinin söhbət zamanı “mənim əlim aşağıdır, mənə geydiyin paltarlardan yolla, yay gəlir, mən özümə yay paltarları ala bilməmişəm, bir də Bakı şəhəri Nizami rayonu 8 km bazarında 141 nömrəli avtobusun dayanacağının yanında yaşıl dönərxana var, ora get, mənə oradan şirniyyat verəcəklər, onuda götürüb həmin yükün içərisinə qoyub göndərərsən” demiş, özü də Nurelə “narahat olma, mən həll edəcəm” demişdir. Evə zəng vurub "dayım Nurel zəng vurmuşdu, paltar istəyirdi” demiş, evdən də “xəbərim var, o gündən Nurel mənə demişdi, mən də paltarı yığmışam” demiş, özü də metro ilə birbaşa Neftçilər metrosuna getmiş, orada dayısı Nurelin dediyi 8 km bazarında 141 nömrəli avtobusun dayanacağının yanında yaşıl dönərxananın yanına getmiş, Nurelə zəng vurub “mən gəlmişəm, kiminlə görüşəcəm, nömrə ver danışım” demiş, dayısı Nurel də “nə geyinibsən, onu de, telefona ehtiyac yoxdur” demiş, o da “dayı mənimlə məzələnirsən, neçənci əsrdə yaşayırıq, məzələnmə, mənə nömrə de” demişdir. Nurel də “sən biraz gözlə, həmin adam gələcək, nə geyinibsən de” demiş, özü də Nurelə “mən bir ədəd ağ rəngli boğazı bir düyməli qoluqısa köynək geyinmişəm, üstündən bir ədəd köynək geyinmişəm, qabağı açıqdır, həm də üzərimdə çiynimə taxma çanta var” demişdir. Bir qədər keçəndən sonra bir qarayanız balacaboy oğlan gəlib yaxınlaşaraq “Nurelin bacıoğlusu sənsən?” soruşmuş, o da “bəli” demiş, adının Bəhman olduğunu soruşmuş, bəli demiş, həmin şəxs əlində tutduğu üzərində heç yazısı olmayan ağ rəngl kloku verib “bunu Nurelə göndərirəm” demişdir. Əl yükünü almış, içərisinə baxanda “həqiqətən də əl yükün içərisində sarı rəngli Croissant adlı şirniyyat və kökələrin olduğunu görmüş, hərəsindən bir neçə ədəd varmış, şirniyyat olduğunu görüb heç əlini də vurmamış, o vəziyyətdə əl yükünü götürüb piyada metroya tərəf gedərkən bir dəqiqə çəkməmiş dayısı Nurel də zəng vurub “şirniyyatları götürdün?” soruşmuş, Nurelə “götürdüm” demiş, Nurel də “ev get, həmin şirniyyatı paltarların yanına qoyub yol sal” demişdir. Metro ilə Koroğlu stansiyasına getmiş, orada bir manatlıq taksilərdən birinə minib Mərdəkana yola düşüb evə getmiş, evdə hazırlanan yükün içərisində həmin Croissant adlı şirniyyat və kökəni qoymuş, həmin yükü götürüb, onlayn sifariş verdiyi taksi ilə Bakı hava limanına gedib, orada həmin əl yükünü bağlatdırmış, yükü göndərmək üçün adam axtarmışdır. Əvvəl bir ailəyə yaxınlaşmış, həmin şəxslərin türk olduqlarını görmüş, özü də bir-iki addım atanda bir nəfər şəxsin yaxınlaşıb “qaqaş nə məsələdir?” demiş, “Naxçıvana yük göndərirəm, aeroportda qarşılayacaqlar” demişdir. Yükü bağlı vəziyyətdə həmin şəxsə vermişdir. Həmin şəxsi tanımır, birinci dəfə idi görürdü. Ona “səni Naxçıvanda qarşılayacaq şəxsin nömrəsini verim” demiş, həmin şəxs də “ehtiyac yoxdur, mənim nömrəmi at, mən özüm zəng vuracam məni qarşılasınlar” demişdir. Həmin şəxsin nömrəsini almış, sonra oradan çıxıb evə getmişdir. Bir gün keçəndən sonra dayısı Nurelin metamfetamin psixotrop maddəsindən istifadə edərkən saxlanıldığını eşitmişdir. Narkotik vasitələrdən və psixotrop maddələrdən istifadə etməmiş, heç siqaret də çəkməmişdir. Özünə şirniyyatları verən şəxsi tanımamışdı. Xarici görünüş olaraq “qarayanız, orta boylu üzündə biraz saqqalı” idi. Üzərində qara manjetli kofta vardı. Həmin koftanı uzun müddətdir, dəyişmədən geyindiyi hiss olunurdu. Aeroporta tək getmiş, yanında heç kəs olmamış, əl yükünün içərisində narkotik vasitə və psixotrop maddə olması ilə bağlı heç bir məlumatı yoxdur. Sadəcə dayısının dediklərini edib, ona yük göndərmiş, həmin yükdəki şirniyyatların içində narkotik vasitə və psixotrop maddə olduğunu bilməyib. Əl yükünü verəndə tək olub, yanında başqa heç kəs olmamışdır. Həmçinin aşağıdakı istintaq hərəkətləri məhkəmə iclasında təqsirləndirilən şəxslərin təqsirini müəyyən edən sübut kimi qiymətlərindirilmişdir. İlkin təhqiqat zamanı Təqsirləndirilən şəxs2 üzərində aparılan şəxsi axtarış protokolundan, həmçinin onun iştirakı ilə keçirilən baxış haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış aparılır, şəxsi axtarış zamanı onun üzərindən bir ədəd özünə məxsus Samsung markalı mobil telefonu və istifadə etdiyi siqaretini aşkar olunur. Həmçinin şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs2 “Bakıdan iranlının yolladığı metamfetamin psixotrop maddəsini Şahingilin evində gizlətmişəm” dediyi üçün Təqsirləndirilən şəxs2 iştirakı ilə evə baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs2 qonaq getdiyi evdə gizlətdiyi çarpayıdan bir ədəd Sobranie siqaret qutusunu götürüb təqdim etmiş, müdafiəçinin və Təqsirləndirilən şəxs2 iştirakı ilə həmin qutu açılmış, həmin qutuda olan Croissant şirniyyatı sellofanından kristal hissəciklərdən ibarət ağ rəngli metamfetamin psixotrop maddəsinə bənzər kütlələr aşkar olunmuş, həmin kütlə prossessual qaydada götürülərək kağız zərfdə qablaşdırılaraq möhürlənib və iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs2 həmin aşkar olunan metamfteamin psixotrop maddəsin Bakı şəhərindən hava limanı vasitəsilə iranlı tərəfindən göndərildiyini bildirmişdir. İlkin təhqiqat zamanı Təqsirləndirilən şəxs1 üzərində aparılan şəxsi axtarış protokolundan, həmçinin onun iştirakı ilə keçirilən baxış haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış aparılır, şəxsi axtarış zamanı onun üzərindən bir ədəd içərisində maye olan şpris, bir ədəd preqabalin, bir ədəd kristal formalı metamfetaminə bənzər kütləni çıxarıb təqdim edərək “üzərimdə bunlar var, başqa da heç nə yoxdur” demiş, video çəkiliş ilə Təqsirləndirilən şəxs1 və müdafiəçisinin iştirakı ilə həmin evə baxış keçirilmiş, baxış zaman bir ədəd istifadə olunmuş şpris, bir ədəd istifadə olunmamış şpris, 19 ədəd preqabalin, bir ədəd sellofan bükümdə kristal hissəciklər, bir ədəd şəffaf rəngsiz kütlə, bir ədəd bıçaq, bir ədəd kustar üsulla hazırlanmış lampa və qələm hissəsi aşkar olunmuş, həmin predmetlər sübut əhəmiyyəti kəsb etdiyi üçün prosessual qaydada götürülərək kağız zərfdə qablaşdırılaraq möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs1 əldə etdikləri metamfetamini Təqsirləndirilən şəxs2 birlikdə bölüb öz payına düşən metamfetamini damara vurmaq yolu ilə istifadə etdiyini bildirmişdir. İstintaq zamanı Naxçıvan Şəhər Məhkəməsi tərəfindən daxil olmuş 26 aprel 2024-cü il tarixli 5(078)-85/2024 saylı məhkəmə qərarı ilə Naxçıvan ŞPİ-nin 1-ci Polis Bölməsinin cinayət axtarış üzrə baş əməliyyat müvəkkili polis mayoru Şahid2 tərəfindən 14 aprel 2024cü il tarixli qərar ilə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barələrində həyata keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış hərəkətinin qanuniliyi və əsaslılığı təsdiq edilmişdir. İlkin təhqiqat zamanı 14 aprel 2024-cü il tarixdə Naxçıvan MR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzində məhkəmə kimyəvi ekspertiza keçirilmiş və 15 aprel 2024cü il tarixdə həmin Mərkəzdən alınmış 381 saylı ekspert rəyində bir nömrəli kağız zərfin içərisində Təqsirləndirilən şəxs2 gizlətdiyi qeyd edilən SOBRANİE siqaret qutusunda 01 ədəd bükümdə təmiz çəkisi 0,916 qram və 4 nömrəli kağız zərfin içərisindəki Təqsirləndirilən şəxs1 oğlnun üzərindən aşkar olunaraq götürülmüş 01 ədəd bükümdə təmiz çəkisi 0,042 qram olan ağ rəngli, kristal və tozşəkilli hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə olan, 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin siyahısı”na (İ siyahısı, İİ bənd sıra 27 nömrəli) daxil olan metamfetamindir. Həmçinin rəydə göstərilmişdir ki, təqdim edilmiş 20 ədəd kapsul şəklində olan dərman həbləri 18 mart 2016-cı il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təstiq edilmiş “Güclü təsir edən maddələrin və onların külli miqdarının siyahısına daxil olan preqabalindir. 20 ədəd preqabalin dərman həblərinin təsiredici maddəsinin miqdarı 3 qramdır. Bundan başqa, təmiz çəkisi 21,104 qram olan kristal şəkilli maddələrin tədqiqatı zamanı cihazın görüş sahəsində narkotik və psixotrop maddələrə aid olmayan ETHYL ALCOHOL maddəsinin olduğu göstərilmişdir. 01 ədəd içərisində ağ şəffaf maye olan şprisin tədqiqatı zamanı cihazın görüş sahəsində narkotik və psixotrop maddələrə aid olmayan POLYQUATERNİUM-7 maddəsinin olduğu göstərilmişdir. 01 ədəd istifadə edilmiş şpirisin içərisində və bir ədəd narkotik vasitəni qəbul etmək üçün kustar üsulla hazırlanmış şüşə kolbada da hər hansı bir maddənin izinə rast gəlinməsi mümkün olmamışdır. 01 ədəd istifadə edilməmiş şpiris, 01 ədəd bıçaq və bir ədəd tato iynəsi bu ekspertizaya aid predmet olmadığı göstərilmişdir. İstintaq zamanı bütün tədqiqatlar keçirildikdən sonra 0,916 qram metamfetamin psixotrop maddəsindən 0,906 qram, 0,042 qram metamfetamin psixotrop maddəsindən 0,032 qram, preqabalin həblərindən 19 həb qalıq qalmışdır. İstintaq zamanı Təqsirləndirilən şəxs2 istifadəsində olan bir ədəd Redmi Note 8 markalı mobil telefona baxış keçirilmiş, baxış zamanı iş üçün əhəmiyyətli olan hallarla bağlı telefonun ekran fotoşəkilləri çəkilmiş və nəticəsi protokollaşdırılmışdır. İstintaq zamanı Təqsirləndirilən şəxs1 istifadəsində olan bir ədəd V5 pro markalı mobil telefona baxış keçirilmiş, baxış zamanı iş üçün əhəmiyyətli olan hallarla qeyd aparılaraq, nəticəsi protokollaşdırılmışdır. İlkin təhqiqat zamanı Təqsirləndirilən şəxs2 içərisində metamfetamin psixotrop maddəsi göndərilən bir ədəd ağ rəngli sarafanda olan paltarları və paltarların yanında olan kətə və “Croissant” adlı şirniyyatının kağızlarını təqdim edib bildirmişdir ki, həmin paltarlarla birlikdə göndərilən “Croissant” şirniyyatının birinin içərisində metamfetamin psixotrop maddəsi olmuşdur. Həmin bir ədəd ağ rəngli sarafanda olan paltarlar və kətə və “Croissant” adlı şirniyyatının kağızları prosessual qaydada götürülmüşdür. Azərbaycan Respublikasы Daxili İşlər Nazirliyinin Naxçıvan MR DİN-nin ƏSİŞ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 məhkum olunmamışdır. Azərbaycan Respublikasы Daxili İşlər Nazirliyinin Naxçıvan MR DİN-nin ƏSİŞ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 məhkum olunmamışdır. Cinayət işi üzrə bir ədəd Redmi Note 8 markalı mobil telefon, bir ədəd V5 pro markalı mobil telefon, bir ədəd ağ rəngli sarafanda olan paltarlar və kətə və “Croissant” adlı şirniyyatının kağızları, təmiz çəkisi 21,104 qram narkotik və psixotrop maddələrə aid olmayan ETHYL ALCOHOL maddəsi, 01 ədəd içərisində POLYQUATERNİUM-7 maddəsi olan ağ şəffaf maye olan şpris, 01 ədəd istifadə edilmiş şpiris, bir ədəd narkotik vasitəni qəbul etmək üçün kustar üsulla hazırlanmış şüşə kolbada, 01 ədəd istifadə edilməmiş şpiris, bir ədəd tato iynəsi, həmçinin tədqiqata sərf olunduqdan sonra qalan 01 ədəd zərfdəki 0,906 qram metamfetamin psixotrop maddəsi, həmçinin digər zərfdəki 0,032 qram metamfetamin psixotrop maddəsi və 19 həb preqabalin güclü təsir edən maddə cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən olunmasına köməklik etdiyindən cinayət işi üzrə maddi sübut hesab edilmiş, bir ədəd Redmi Note 8 markalı mobil telefon, bir ədəd V5 pro markalı mobil telefon cinayət işinə əlavə edilməklə digər maddi sübutlar saxlanılması üçün Naxçıvan ŞPİ-nin maddi sübutların saxlanc otağında saxlanılmaya verilmişdir. İstintaq zamanı Təqsirləndirilən şəxs2 istifadəsində olan mobil telefondan həmin pulun yüklənməsi ilə bağlı qəbz aşkar olunmuşdur. Həmin qəbzə baxış zamanı müəyyən edilmişdir ki, +99***-***-**-** mobil nömrəsinin M10 hesabı 11 aprel 2024-cü il tarixdə saat 20:05:46 saniyədə ünvan 10 ünvanında yerləşən 51592 nömrəli Milliön terminalı vasitəsilə 100 manat artırılmışdır. Əməliyyat nömrəsi ********** PW8-**********-dür. İstintaq zamanı PashaPay-dən 13 iyun 2024-cü il tarixli PPO-LEG0921/2024 nömrəli məktubla **********4 nömrəli M10 istifadəçisinin aşağıdakı ankent məlumatları və şəkli təqdim olunmuşdur. Məlum olmuşdur ki, **********4 nömrəsini xx.xx.1979-cu il təvəllüdlü, ünvan 11 ünvanında qeydiyyatda olan X17 (AA0707775, FİN:52L90GY) istifadə etmişdir. Həmin məktubla bir ədəd fotoşəkil (FACE İD) əlavə edilmişdir. İstintaq zamanı Təqsirləndirilən şəxs2 telefonundan aşkar olunan qəbzlə bağlı PashaPay-dan daxil olan CD-yə baxış keçiriləndə aydın olmuşdur ki, xx-xx-2024-cü il tarixdə saat 20:05:47 saniyədə **********04 mobil nömrəsinin M10 hesabına PW8-********** əməliyyat kodu ilə 100 manat terminaldan daxil olmuşdur. Bundan əlavə həmin siyahıya baxış keçirilərkən Təqsirləndirilən şəxs2 bildirmişdir ki, 100 manat pulu yüklədikdən 2 saat keçəndən sonra iranlı Həmidlə danışıb həmin yerdən terminal vasitəsilə 20 manat yox, 25 manat pul yükləmişdir. Baxış zamanı həqiqətən də aydın olmuşdur ki, xx-xx-2024-cü il tarixdə saat 21:47:32 saniyədə **********04 mobil nömrəsinin M10 hesabına PW8-********** əməliyyat kodu ilə 25 manat terminaldan daxil olmuşdur. Belə olan halda sübut olunmuşdur ki, Təqsirləndirilən şəxs2 ümumilikdə 125 manat pulu metamfetamin psixotrop maddəsi əldə etmək üçün iranlı Həmidin istifadəsində olan M10 hesabına yükləmişdir. Baxış zamanı həmin qəbz və M10 hesabından çıxarış protokola əlavə edilmişdir. İstintaq zamanı Təqsirləndirilən şəxs2 tərəfindən metamfetamin psixotrop maddəsi əldə etmək üçün ümumilikdə 125 manat terminaldan pul yükləməsi müəyyən edildiyindən, bu hal istintaq zamanı nəzərə alınmışdır. İstintaq zamanı Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***-**-** və ***-***-**-** mobil nömrələri, Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***-**-**, ***-***-**-** və ***-***- **-** nömrələri, həmçinin M10 hesabına pul göndərilən ***-***-**-** nömrəsi ilə aparılan danışıqlarda cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olan məlumatların olmasını güman etməyə kifayət qədər əsaslar olduğundan 01 yanvar 2024-cü il tarixdən 15 aprel 2024-cü il tarixədək olan müddətdə mobil telefon nömrələrə daxil olan-çıxan zənglərin və sms-lərin (mətnləri göstərilməklə) siyahılarının (anket məlumatları göstərilməklə) həmçinin, göstərilən tarixlər üçün nömrələrdən daxil olan və çıxan zənglərin hansı antenalar tərəfindən qeydiyyata alınması (arayan və aranan göstərilmək şərti ilə) haqqında məlumatlar "xxxx" MMC-dən və "xxxx" MMC-dən götürülməsi, +99***-***-**-** mobil nömrəsi ilə M10 tətbiqində qeydiyyatdan keçmiş istifadəçilərin anket və biometrik (Face control) məlumatlarının, həmin hesaba xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək mədaxil və məxaric edilən vəsaitlərin detallı tranzaksiya məlumatlarının "xxxx" MMC-dən götürülməsi, +99***-***-**-** mobil nömrəsi ilə M10 tətbiqində qeydiyyatdan keçmiş istifadəçilərin İP ünvanının "xxxx" MMC-dən götürülməsi, +99***-***-**-** mobil nömrəsi ilə M10 tətbiqində qeydiyyatdan keçmiş istifadəçilərin şəxsiyyətini müəyyən etmək məqsədi ilə həmin hesabdan xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək ATM vastəsilə vəsait məxaric edildiyi təqdirdə nağdlaşdırmanın aparıldığı yerlər haqqında mümkün məlumatların və əməliyyatı həyata keçirən şəxs və ya şəxslərin bütün foto görüntülərinin "xxxx" ASC-dən götürülməsi barədə Naxçıvan şəhər məhkəməsinin 29 aprel 2024-cü il tarixdə 5(078)- 83/2024 nömrəli qərar qəbul edilmişdir. İstintaq zamanı Azerfon MMC-dən xx.xx.2024-cü il tarixdə AZF/LGL-5858/24 nömrəsi ilə daxil olmuş məxsusluq tarixçəsində göstərilmişdir ki, ********* mobil nömrəsi xxxx-2024-cü il tarixdə saat 17:39:19 saniyədə aktivləşmişdir. Həmin nömrə xx-xx-1970-ci il təvəllüdlü, ünvan 12 ünvanında qeydiyyatda olan X10 məxsusdur. İstintaq zamanı Naxtel MMC-dən 14 iyun 2024-cü il tarixdə məktub daxil olmuş CDyə baxış keçirilmiş, baxış zamanı iş üçün əhəmiyyətli olduğundan ***-***-**-**, ***-***-**-**, ***-***-**-** və ***-***-**-** mobil nömrələrin istifadəçi məlumatları və nömrə məlumat sistemindən çıxarışlar çap qurğusunda çıxarılaraq cinayət işinin materiallarına əlavə edilmişdir. Bununla bağlı "xxxx" MMC mobil rabitə operatorundan CD-də əks olunan ***-***- **-**, ***-***-**-**, ***-***-**-** və ***-***-**-** mobil nömrələr üzrə aşkar edilmiş nömrələrin istifadəçi məlumatlarına və nömrə məlumat sistemindən çıxarışa baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs2 ilə Təqsirləndirilən şəxs1 01 aprel 2024-cü il tarixdən başlayaraq 13 aprel 2024-cü il tarixədək mütəmadi olaraq əlaqə saxladıqları, iş üzrə aşkar olunan metamfetamin psixotrop maddəsini əldə etmək üçün əlbir olduqları və metamfetamin psixotrop maddəsini əldə etmək üçün mütəmadi olaraq mobil telefon əlaqəsində olduqları müəyyən edilmişdir. Telefon danışıqları üzrə əldə edilmiş sübutlarla müəyyən edilmişdir ki, ********* mobil nömrəsinin sahibi xx-xx-1070-ci il təvəllüdlü, ünvan 12 ünvanında qeydiyyatda olan X11r. Həmçinin **********4 nömrəsinin M10 hesabını xx.xx.1979-cu il təvəllüdlü, ünvan 11 ünvanında qeydiyyatda olan X17 (AA0707775, FİN:52L90GY) istifadə etmişdir. Cinayət işi üzrə göstərilən hallar əhəmiyyət kəsb etdiyindən, həmin şəxslər barəsində materiala ayrılmış və aidiyyəti xidmət üzrə əməliyyat tapşırığı verilmişdir. İstintaq zamanı Naxçıvan MR DİN-nə bilavasitə tabe olan X5 Polis Şöbəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli 3-13-43-5/2-813/2024 nömrəli məktubdan aydın olur ki, Şahid8 11 aprel 2024-cü il tarixdə j2 252 saylı Naxçıvan-Bakı aviareysi ilə Bakı şəhərinə getmiş, 13 aprel 2024-cü il tarixdə isə j2 267 saylı Bakı-Naxçıvan aviareysi ilə Naxçıvan şəhərinə qayıtmışdır. İstintaq zamanı Y.Budaqov adına Naxçıvan MR X2 alınmış cavabdan görünür ki, Təqsirləndirilən şəxs2 dispanserdə qeydiyyatda dayanmır, Təqsirləndirilən şəxs1 isə xx.xx.2022-ci ildən “Alkoqol qəbulu nəticəsində psixi və davranış pozuntusu” diaqnozu ilə qeydiyyatda dayanır. İstintaq zamanı Təqsirləndirilən şəxs2 barəsində ambulator məhkəmə psixiatrik ekspertiza və məhkəmə narkoloji ekspertiza keçirilmiş və Y.Budaqov adına Naxçıvan MR X2 alınmış xx.xx.2024-cü il tarixli 155 saylı ambulator məhkəmə psixiatrik ekspertiza rəyində Təqsirləndirilən şəxs2 hal-hazırda öz hərəkətlərini ölçüb-biçmək və qiymət vermək iqtidarına malik olduğu, hadisədən əvvəl, hadisədən sonra hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmədiyi, onun hərəkətlərinin hadisəni törədən anda və hal-hazırda Azəbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmədiyi göstərilmişdir. Həmçinin xx.xx.2024-cü il tarixli 156 saylı məhkəmə narkoloji ekspertiza rəyində Təqsirləndirilən şəxs2 narkomaniya xəstəliyindən əzab çəkmədiyi, lakin psixi və fiziki asılılıq olmdan narkotik maddə qəbulunun istisna olunmadığı, hal-hazırda məcburi müalicəyə ehtiyacının olmadığı göstərilmişdir. İstintaq zamanı Təqsirləndirilən şəxs1 barəsində ambulator məhkəmə psixiatrik ekspertiza və məhkəmə narkoloji ekspertiza keçirilmiş və Y.Budaqov adına Naxçıvan MR X2 alınmış xx.xx.2024-cü il tarixli 166 saylı ambulator məhkəmə psixiatrik ekspertiza rəyində Təqsirləndirilən şəxs1 hal-hazırda öz hərəkətlərini ölçüb-biçmək və qiymət vermək iqtidarına malik olduğu, hadisədən əvvəl, hadisədən sonra hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmədiyi, onun hərəkətlərinin hadisəni törədən anda və hal-hazırda Azəbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmədiyi göstərilmişdir. Həmçinin xx.xx.2024-cü il tarixli 156 saylı məhkəmə narkoloji ekspertiza rəyində Təqsirləndirilən şəxs1 narkotik maddə istifadəçisi olduğu, onun psixostimulyatorların və kannabinoidlərin birgə qəbulu narkomaniyasından əziyyət çəkdiyi, hal-hazırda məcburi müalicəyə ehtiyacının olduğu göstərilmişdir. İstintaq zamanı Naxçıvan MR Səhiyyə Nazirliyinin MTE və PAB-dən alınmış 24 aprel 2024-cü il tarixli 786 saylı ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 qanında məhkəmə kimya tədqiqatı nəticəsində tiryək və metamfetamin aşkar edilmişdir. İş yerindən və yaşayış yerindən alınmış xasiyyətnamədə Təqsirləndirilən şəxs2 müsbət xarakterizə olunmuşdur. Yaşayış yerindən alınmış xasiyyətnamədə Təqsirləndirilən şəxs1 müsbət xarakterizə olunmuşdur Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3-cü maddəsi üzrə zərərçəkmiş şəxslə barışıq əldə etməsi, vurulmuş ziyanı ödəməsi və vurulmuş ziyanın 25 faizinin dövlət büdcəsinə ödənilməsi nəzərə alınaraq həmin maddə üzrə cinayət məsuliyyətindən azad edilməsi barədə məhkəmə tərəfindən qərar qəbul edilmişdir. Təqsirləndirilən şəxs2 əməlini səmimi etiraf etməsi, əməlindən peşman olması, müsbət xarakterizə olunması cəzasını yüngülləşdirən hal olaraq müəyyən edilmişdir. Təqsirləndirilən şəxs2 əməlində Azərbaycan Respublikası CМ-nin 61.1.3-cü maddəsinə əsasən-əməlin iştirakçılıqla törədilməsi cəzasını ağırlaşdıran hal müəyyən edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə müsbət xarakterizə olunması, himayəsində azyaşlı övladlarının olması, əməlini etiraf etməsi, səmimi peşmançılığı məsuliyyəti yüngülləşdirən hal kimi müəyyən edilmişdir. Təqsirləndirilən şəxs1 əməlində Azərbaycan Respublikası CМ-nin 61.1.3-cü maddəsinə əsasən-əməlin iştirakçılıqla törədilməsi cəzasını ağırlaşdıran hal müəyyən edilmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən- hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən- Hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “X6 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmək, həmin sübutları mübahisələndirmək imkanına malik olmuşdur. Təqsirləndirilən şəxsin əleyhinə olan sübutlara etiraz etmək və onları mübahisələndirmək üçün məhkəmə prosesində ona imkan yaradılmışdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Məhkəmənin qarşısında duran başlıca vəzifə - təqsirləndirilən şəxslər tərəfindən törədilmiş əməlin düzgün tövsif edilməsindən ibarətdir. Bu səbəbdən də məhkəmə ittihama daxil olan cinayət əməlinin təhlil edilməsini zəruri hesab edir. Təqsirləndirilən şəxs2 satış məqsədi olmadan xeyli miqdarda metamfetamin psixotrop maddə əldə etmək məqsədilə Təqsirləndirilən şəxs1 ilə qabaqcadan cinayət əlaqəsinə girərək Təqsirləndirilən şəxs1 mobil nömrəsini təqdim etdiyi və istintaqa məlum olmayan mənbə ilə whatsapp sosial şəbəkəsi ilə əlaqə saxlayıb **********04 mobil nömrəsinin M10 hesabına ümumilikdə 125 manat olmaqla, 11 aprel 2024-cü il tarixdə saat 20:05:47 saniyədə 100 manat pul, 11 aprel 2024-cü il tarixdə saat 21:47:32 saniyədə 25 manat pulu Naxçıvan şəhəri Ə.Əliyev küçəsi 20, Cahan TM-dəki Milliön ödəmə terminalından göndərmiş, istintaq məlum olmayan mənbə aldığı 125 manat pul müqabilində təmiz çəkisi istintaqa məlum olmayan metamfetamin psixotrop maddəsini 13 aprel 2024-cü il tarixdə əl yükündə olan “Croissant” şirniyyatının içərisində Bakı-Naxçıvan aviareysi ilə Naxçıvana göndərmiş, həmin tarixdə Təqsirləndirilən şəxs2 içərisində metamfetamin psixotrop maddəsi olan əl yükünü almış, bu yolla Təqsirləndirilən şəxs1lə birlikdə metamfetamin psixotrop maddəsi əldə edib üzərində daşıyaraq ünvan 5 ünvanında yerləşən evə aparmışlar, 14 aprel 2024-cü il tarixdə gecə saatlarında həmin evdə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 birlikdə əldə etdikləri metamfetamin psixotrop maddəsini aralarında yarı-yarıya bölmüşlər, Təqsirləndirilən şəxs2 isə öz payına düşən təmiz çəkisi 0.916 qram olan metamfetamin psixotrop maddəsi “Croissant” sözü yazılan sellofana büküb bir ədəd “Sobranie” markalı siqaret qutusunun içərisinə qoyub həmin evin otağında olan köhnə və astarı sökülmüş vəziyyətdə olan çarpayının içində gizlədərək evdən küçəyə çıxmış, 14 aprel 2024-cü il tarixdə saat 03:40 dəqiqədə Naxçıvan Şəhər Polis İdarəsinin Cinayət Axtarışı Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs2 Naxçıvan şəhəri M.Mirişli küçəsində saxlanılıb İdarəyə gətirilmiş, dövlət hesabına dəvət edilmiş müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs2 olduğu ünvan 6 ünvanında yerləşən evə baxış keçirilən zaman otaqda köhnə və astarı sökülmüş vəziyyətdə olan çarpayının içindən bir ədəd “Sobranie” markalı siqaret qutusunun içərisində olan “Croissant” sözü yazılan sellofan bükümdə təmiz çəkisi 0.916 metamfetamin psixotrop maddəsi aşkar edilərək prosessual qaydada götürülmüşdür. Təqsirləndirilən şəxs1 satış məqsədi olmadan xeyli miqdarda metamfetamin psixotrop maddə əldə etmək məqsədilə Təqsirləndirilən şəxs2 ilə qabaqcadan cinayət əlaqəsinə girərək tanışı istintaqa məlum olmayan mənbənin xarici mobil nömrəsini Təqsirləndirilən şəxs2 təqdim edib əlaqələndirmiş, istintaq məlum olmayan mənbə aldığı 125 manat pul müqabilində təmiz çəkisi istintaqa məlum olmayan metamfetamin psixotrop maddəsini əldə etmələri məqsədilə 13 aprel 2024-cü il tarixdə əl yükündə olan “Croissant” şirniyyatının içərisində Bakı-Naxçıvan aviareysi ilə Naxçıvana göndərtmiş, həmin tarixdə Təqsirləndirilən şəxs2 hava limanında içərisində metamfetamin psixotrop maddəsi olan əl yükünü almış, bu yolla Təqsirləndirilən şəxs1 ilə Təqsirləndirilən şəxs2 məqsədlərinə çataraq birlikdə metamfetamin psixotrop maddəsi əldə edib ünvan 5 ünvanında yerləşən evə gəlmişlər, 14 aprel 2024-cü il tarixdə gecə saatlarında həmin evdə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 birlikdə əldə etdikləri metamfetamin psixotrop maddəsini aralarında yarı-yarıya bölmüşlər, Təqsirləndirilən şəxs2 öz payına düşən 0.916 qram metamfetamin psixtrop maddəsini götürmüş, Təqsirləndirilən şəxs1 də öz payına düşən metamfetamin psixotrop maddəsinin bir hissəsini damara vurmaq yolu ilə istifadə edib metamfetamindən qalan hissəni üstündə saxlamış, evlərinə gələn şəxsi qarşılamaq üçün küçəyə çıxanda 14 aprel 2024-cü il tarixdə saat 03:40 dəqiqədə Naxçıvan Şəhər Polis İdarəsinin Cinayət Axtarışı Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs1 Naxçıvan şəhəri M.Mirişli küçəsində saxlanılıb İdarəyə gətirilmiş, dövlət hesabına dəvət edilmiş müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış aparılarkən bir ədəd bükümdə təmiz çəkisi 0,042 qram olan metamfetamin psixotrop maddəsi aşkar edilərək prosessual qaydada götürülmüşdür. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək, həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayətin bütün əlamətləri var. Həmin cinayət hadisəsi həqiqətən baş vermiş, ona ibtidai istintaq orqanı tərəfindən düzgün hüquqi qiymət verilmiş və cinayət hadisəsi məhz Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 tərəfindən törədilmişdir. Həmçinin bu cinayətin törədilməsində onlar təqsirlidir. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 cinayət əməlini qəsdən törətmişdir. Onların əməli başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə az ağır cinayət kateqoriyasına aiddir. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayəthüquqi nəticəsidir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 17 mart 2011-ci il tarixli Qərarı). “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. Sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş olsun, bununla sosial balans pozulmuş olsun və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə görə satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma -bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla, daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 təqsirli bilindiyi maddənin sanksiyasında nəzərə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi qanuni, əsaslı və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərinə uyğundur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 şübhəli şəxs qismində tutulduğu müddət ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla üzərində qəti olaraq azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalı, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini aldıqdan sonra ləğv edilməli, Təqsirləndirilən şəxs2 cəzasının icrası faktiki yaşadığı yer- Naxçıvan şəhəri Əcəmi küçəsi ev 3, mənzil 6 ünvanı üzrə Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinə həvalə edilməli və cəzaçəkmə müddətinin əvvəli həmin orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, Təqsirləndirilən şəxs2 üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Naxçıvan Muxtar Respublikasının ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 şübhəli şəxs qismində tutulduğu və həbsdə saxlanıldığı müddət 1 günə 2 gün hesablanmaqla təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalı, ona qəti olaraq azadlığın məhdudlaşdırlması cəzasına məhkum edilməli, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilməli və məhkəmə zalında dərhal həbsdən azad edilməli, Təqsirləndirilən şəxs1 barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilməli və hökm qanuni qüvvəsini aldıqdan sonra ləğv edilməli, Təqsirləndirilən şəxs1 cəzasının icrası faktiki yaşadığı yerünvan 3 ünvanı üzrə Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinə həvalə edilsin və cəzaçəkmə müddətinin əvvəli həmin orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, Təqsirləndirilən şəxs1 üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Naxçıvan Muxtar Respublikasının ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmalıdır. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə görə hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “04” mart 2011-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, “Narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları, güclü təsir edən və zəhərli maddələr üzrə cinayət işlərində maddi sübutların məsələsi həll edilərkən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 06 oktyabr 2005-ci il tarixli 181 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq müsadirə edilmiş narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının məhv edilməsi Qaydası” və “Qanunsuz dövriyyədən Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq müsadirə edilmiş, lakin dərman preparatları şəklində olduğuna və tibbi məqsədlərlə istifadə oluna biləcəyinə görə məhv edilməsi mədsədə uyğun olmayan narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi üçün təhvil verilməsi Qaydası”na uyğun olaraq məhkəmələr onların məhv edilməsini və ya tibb məqsədləri üçün istifadəyə yararlı olan narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə verilməsini hökmdə mütləq göstərməli və bu işlər üzrə hökmlərin icrası haqqında sənədlərin işə əlavə olunması təmin edilməlidir.” Məhkəmə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarı, eyni zamanda Azərbaycan Respublikası CPM-in 346.1 və 346.1.19-cu maddələrinin tələbləri baxımından maddi sübutlar məsələsinin necə həll edilməli olduğunu müzakirə edərək belə nəticəyə gəlir ki, cinayət işi üzrə maddi sübut olan və hazırda Azərbaycan Respublikası DİN Naxçıvan MR DİN Naxçıvan Şəhər Polis İdarəsinin maddi sübutların saxlanc otağında saxlanılan 01 ədəd zərfdəki 0,906 qram metamfetamin psixotrop maddəsi, həmçinin digər zərfdəki 0,032 qram metamfetamin psixotrop maddəsi müsadirə olunsun və hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməli, məhv etmə komissiya tərəfindən həyata keçirilməlidir. Həmçinin cinayət işi üzrə maddi sübut olan və hazırda Azərbaycan Respublikası DİN Naxçıvan MR DİN Naxçıvan Şəhər Polis İdarəsinin maddi sübutların saxlanc otağında saxlanılan kətə və “Croissant” adlı şirniyyatın kağızları, təmiz çəkisi 21,104 qram narkotik və psixotrop maddələrə aid olmayan ETHYL ALCOHOL maddəsi, 01 ədəd içərisində POLYQUATERNİUM-7 maddəsi olan ağ şəffaf maye olan şpris, 01 ədəd istifadə edilmiş şpiris, bir ədəd narkotik vasitəni qəbul etmək üçün kustar üsulla hazırlanmış şüşə kolbada, 01 ədəd istifadə edilməmiş şpiris, bir ədəd tato iynəsi heç bir dəyəri olmadığından hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1 və 91.1.2-ci maddələrinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “04” mart 2011-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, məhkəmələr narkomaniya xəstəliyinə düçar olmuş təqsirli şəxslər barəsində cəza təyin edərkən onların cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi qaydada müalicə olunması məsələsini həll etməlidirlər (belə müalicənin tətbiq edilməli olub-olmaması barədə müvafiq ekspertiza rəyi alınmalıdır). Bu halda məcburi müalicənin müddəti məhkəmələr tərəfindən hökmdə göstərilməməlidir. Məhkəmə qeyd edir ki, müvafiq rəyə əsasən Təqsirləndirilən şəxs1 məcburi müalicəyə ehtiyacı vardır, o, X7 Narkoloji Dispanserində qeydiyyata alınmalı və məcburi mülaicə təyin edilməlidir. İstintaq zamanı Təqsirləndirilən şəxs2 barəsində ambulator məhkəmə psixiatrik ekspertiza və məhkəmə narkoloji ekspertiza keçirilmiş və Y.Budaqov adına Naxçıvan MR X2 alınmış xx.xx.2024-cü il tarixli 155 saylı ambulator məhkəmə psixiatrik ekspertiza rəyində Təqsirləndirilən şəxs2 hal-hazırda öz hərəkətlərini ölçüb-biçmək və qiymət vermək iqtidarına malik olduğu, hadisədən əvvəl, hadisədən sonra hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmədiyi, onun hərəkətlərinin hadisəni törədən anda və hal-hazırda Azəbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmədiyi göstərilmişdir. Həmçinin xx.xx.2024-cü il tarixli 156 saylı məhkəmə narkoloji ekspertiza rəyində Təqsirləndirilən şəxs2 narkomaniya xəstəliyindən əzab çəkmədiyi, lakin psixi və fiziki asılılıq olmdan narkotik maddə qəbulunun istisna olunmadığı, hal-hazırda məcburi müalicəyə ehtiyacının olmadığı göstərilmişdir. İstintaq zamanı Təqsirləndirilən şəxs1 barəsində ambulator məhkəmə psixiatrik ekspertiza və məhkəmə narkoloji ekspertiza keçirilmiş və Y.Budaqov adına Naxçıvan MR X2 alınmış xx.xx.2024-cü il tarixli 166 saylı ambulator məhkəmə psixiatrik ekspertiza rəyində Təqsirləndirilən şəxs1 hal-hazırda öz hərəkətlərini ölçüb-biçmək və qiymət vermək iqtidarına malik olduğu, hadisədən əvvəl, hadisədən sonra hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmədiyi, onun hərəkətlərinin hadisəni törədən anda və hal-hazırda Azəbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmədiyi göstərilmişdir. Həmçinin xx.xx.2024-cü il tarixli 156 saylı məhkəmə narkoloji ekspertiza rəyində Təqsirləndirilən şəxs1 narkotik maddə istifadəçisi olduğu, onun psixostimulyatorların və kannabinoidlərin birgə qəbulu narkomaniyasından əziyyət çəkdiyi, hal-hazırda məcburi müalicəyə ehtiyacının olduğu göstərilmişdir. İstintaq zamanı Naxçıvan MR Səhiyyə Nazirliyinin MTE və PAB-dən alınmış 24 aprel 2024-cü il tarixli 786 saylı ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 qanında məhkəmə kimya tədqiqatı nəticəsində tiryək və metamfetamin aşkar edilmişdir. «Azərbaycan Respublikasının CM-nin dəyişikliklər edilməsi haqqında» 07 mart 2012ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə görə məhkəmə, hər bir cinayət işi üzrə CM-nin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli olan əmlakın olub-olmaması məsələsini həll etməlidir. Azərbaycan Respublikası CM-nin 99-1.1 və 99-1.1.1-ci maddələrinə əsasən məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunan əmlak hesab olunur. Məhkəmə xüsusi müsadirə ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, iş üzrə belə bir əmlak olmadığından təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə ilə bağlı müddəa tətbiq edilməlidir. İş üzrə maddi sübut olaraq qiymət verilmiş bir ədəd Redmi Note 8 markalı mobil telefon və cinayət işi üzrə maddi sübut olan hazırda Azərbaycan Respublikası DİN Naxçıvan MR DİN Naxçıvan Şəhər Polis İdarəsinin maddi sübutların saxlanc otağında saxlanılan bir ədəd ağ rəngli sarafanda olan paltarlar hökm qanuni qüvvəsini aldıqdan sonra Təqsirləndirilən şəxs2 qaytarılmalıdır. İş üzrə maddi sübut olan və cinayət işinin materiallarına əlavə edilmiş bir ədəd V5 pro markalı mobil telefon və Azərbaycan Respublikası DİN Naxçıvan MR DİN Naxçıvan Şəhər Polis İdarəsinin maddi sübutların saxlanc otağında saxlanılan 19 həb preqabalin güclü təsir edən maddə hökm qanuni qüvvəsini aldıqdan sonra Təqsirləndirilən şəxs1 qaytarılmalıdır. .İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Odur ki, Təqsirləndirilən şəxs1 göstərilmiş hüquqi xidmətə görə Naxçıvan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi1 məhkəmədə iştirak etdiyi 40 saata görə 240 manat Azərbaycan Respublikasının dövlət büdcəsi hesabından Naxçıvan şəhər Vəkil Bürosunun hesabına köçürülməlidir. Həmçinin iş üzrə ekspertiza xərci olan 92.4 (doxsan iki manat qırx qəpik) manat pul təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 müştərək qaydada tutulub Naxçıvan MR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Şərh olunanlara və Azərbaycan Respublikası CPM-nin 44.1, 197-198, 341-349, 351- 353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 2 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 şübhəli şəxs qismində tutulduğu 1 (bir) gün müddət ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla üzərində qəti olaraq 1 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini aldıqdan sonra ləğv edilsin. Təqsirləndirilən şəxs2 cəzasının icrası faktiki yaşadığı yer- Naxçıvan şəhəri Əcəmi küçəsi ev 3, mənzil 6 ünvanı üzrə Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinə həvalə edilsin və cəzaçəkmə müddətinin əvvəli həmin orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Naxçıvan Muxtar Respublikasının ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 2 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 şübhəli şəxs qismində tutulduğu 1 gün və həbsdə saxlanıldığı (23 aprel 2024-cü il tarixdən hesablanmaqla) 4 ay 2 gün (122 gün) müddət 1 günə 2 gün hesablanmaqla 8 ay 4 gün (244 gün) təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla qəti olaraq 1 (bir) il 3 (üç) ay 26 (iyirmi altı) müddətinə azadlığın məhdudlaşdırlması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin və məhkəmə zalında dərhal həbsdən azad edilsin. Təqsirləndirilən şəxs1 barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilsin və hökm qanuni qüvvəsini aldıqdan sonra ləğv edilsin. Təqsirləndirilən şəxs1 cəzasının icrası faktiki yaşadığı yer- ünvan 3 ünvanı üzrə Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinə həvalə edilsin və cəzaçəkmə müddətinin əvvəli həmin orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Naxçıvan Muxtar Respublikasının ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs1 X7 Narkoloji Dispanserində qeydiyyata alınsın və məcburi müalicə tətbiq edilsin. İş üzrə maddi sübut olan və cinayət işinin materiallarına əlavə edilmiş bir ədəd Redmi Note 8 markalı mobil telefon və cinayət işi üzrə maddi sübut olan və hazırda Azərbaycan Respublikası DİN Naxçıvan MR DİN Naxçıvan Şəhər Polis İdarəsinin maddi sübutların saxlanc otağında saxlanılan bir ədəd ağ rəngli sarafanda olan paltarlar hökm qanuni qüvvəsini aldıqdan sonra Təqsirləndirilən şəxs2 qaytarılsın. İş üzrə maddi sübut olan və cinayət işinin materiallarına əlavə edilmiş bir ədəd V5 pro markalı mobil telefon və Azərbaycan Respublikası DİN Naxçıvan MR DİN Naxçıvan Şəhər Polis İdarəsinin maddi sübutların saxlanc otağında saxlanılan 19 həb preqabalin güclü təsir edən maddə hökm qanuni qüvvəsini aldıqdan sonra Təqsirləndirilən şəxs1 qaytarılsın. Cinayət işi üzrə maddi sübut olan və hazırda Azərbaycan Respublikası DİN Naxçıvan MR DİN Naxçıvan Şəhər Polis İdarəsinin maddi sübutların saxlanc otağında saxlanılan 01 ədəd zərfdəki 0,906 qram metamfetamin psixotrop maddəsi, həmçinin digər zərfdəki 0,032 qram metamfetamin psixotrop maddəsi müsadirə olunsun və hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Məhv etmə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 32-ci maddəsinə əsasən yaradılmış komissiya tərəfindən həyata keçirilsin. Cinayət işi üzrə maddi sübut olan və hazırda Azərbaycan Respublikası DİN Naxçıvan MR DİN Naxçıvan Şəhər Polis İdarəsinin maddi sübutların saxlanc otağında saxlanılan kətə və “Croissant” adlı şirniyyatın kağızları, təmiz çəkisi 21,104 qram narkotik və psixotrop maddələrə aid olmayan ETHYL ALCOHOL maddəsi, 01 ədəd içərisində POLYQUATERNİUM-7 maddəsi olan ağ şəffaf maye olan şpris, 01 ədəd istifadə edilmiş şpiris, bir ədəd narkotik vasitəni qəbul etmək üçün kustar üsulla hazırlanmış şüşə kolbada, 01 ədəd istifadə edilməmiş şpiris, bir ədəd tato iynəsi heç bir dəyəri olmadığından hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Təqsirləndirilən şəxs1 göstərilmiş hüquqi xidmətə görə Naxçıvan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi1 məhkəmədə iştirak etdiyi 40 saata görə 240 manat Azərbaycan Respublikasının dövlət büdcəsi hesabından Naxçıvan şəhər Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə ekspertiza xərci olan 92.4 (doxsan iki manat qırx qəpik) manat pul təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 müştərək qaydada tutulub Naxçıvan MR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. İş üzrə mülki iddia yoxdur. Hökmdən elan olunduğu andan 20 gün müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Gülnar Səfərəliyeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar